Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-138/2022 12.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X19 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və X4, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi iştirakı ilə, 1 yanvar 1978-ci il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamışdır, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, mənzil 17-də qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsi mənzil 330-da yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq Bakı şəhəri ərazisində fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hər hansı digər sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda öz cinayətkar niyyətindən irəli gələrək qabaqcadan düşünülmüş şəkildə “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi yaxın tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 inandırmaq üçün özünün guya plastik qapı və pəncərələrin istehsalı ilə məşğul olduğunu, yeni inşa olunan çoxmərtəbəli binalara plastik qapı və pəncərələrin quraşdırılması ilə bağlı iri həcmli sifarişlər aldığını, xammal və materialların alınması üçün pul lazım olduğunu bildirib bu məqsədlə sərmayə şəklində verəcəyi pulun müqabilində istehsalı genişləndirib gələcəkdə bu fəaliyyətdən əldə ediləcək gəlirdən qazanc verəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsində Zərərçəkmiş şəxs3 3.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 3.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq Bakı şəhəri ərazisində fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hər hansı digər sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda öz cinayətkar niyyətindən irəli gələrək qabaqcadan düşünülmüş şəkildə “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi yaxın tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs4 inandırmaq üçün özünün guya plastik qapı və pəncərələrin istehsalı ilə məşğul olduğunu, yeni inşa olunan çoxmərtəbəli binalara plastik qapı və pəncərələrin quraşdırılması ilə bağlı iri həcmli sifarişlər aldığını, xammal və materialların alınması üçün pul lazım olduğunu bildirib bu məqsədlə sərmayə şəklində verəcəyi pulun müqabilində istehsalı genişləndirib gələcəkdə bu fəaliyyətdən əldə ediləcək gəlirdən qazanc verəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs 25 yanvar 2020-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs4 2.500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 2.500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq Bakı şəhəri ərazisində fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hər hansı digər sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda öz cinayətkar niyyətindən irəli gələrək qabaqcadan düşünülmüş şəkildə “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi yaxın tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 inandırmaq üçün özünün guya plastik qapı və pəncərələrin istehsalı ilə məşğul olduğunu, yeni inşa olunan çoxmərtəbəli binalara plastik qapı və pəncərələrin quraşdırılması ilə bağlı iri həcmli sifarişlər aldığını, xammal və materialların alınması üçün pul lazım olduğunu bildirib bu məqsədlə sərmayə şəklində verəcəyi pulun müqabilində istehsalı genişləndirib gələcəkdə bu fəaliyyətdən əldə ediləcək gəlirdən qazanc verəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs 4 fevral 2020-ci il tarixdə ünvan 2 ünvanında 18.000 manat, 6 fevral 2020-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs2 5.000 manat pulunu vahid niyyəti ilə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda 23.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq Bakı şəhəri ərazisində fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hər hansı digər sahədə çalışmadığı, yaxud kənar şəxslərlə birgə biznes əlaqələrinin olmadığı halda öz cinayətkar niyyətindən irəli gələrək qabaqcadan düşünülmüş şəkildə “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi yaxın tanışı Zərərçəkmiş şəxs1 inandırmaq üçün özünün guya plastik qapı və pəncərələrin istehsalı ilə məşğul olduğunu, yeni inşa olunan çoxmərtəbəli binalara plastik qapı və pəncərələrin quraşdırılması ilə bağlı iri həcmli sifarişlər aldığını, xammal və materialların alınması üçün pul lazım olduğunu bildirib bu məqsədlə sərmayə şəklində verəcəyi pulun müqabilində istehsalı genişləndirib gələcəkdə bu fəaliyyətdən əldə ediləcək gəlirdən qazanc verəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu adla Təqsirləndirilən şəxs 2019-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65 ünvanında bir neçə dəfə olmaqla ümumilikdə 56.200 manat, 2019-cu ilin avqust ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28 ünvanında həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1.700 manat təşkil edən 1.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1, 2020-ci ilin yanvar ayından həmin ilin fevral ayının sonlarına kimi olan müddət ərzində bir neçə dəfə olmaqla ümumilikdə 28.000 manat pulunu ünvan 5 ünvanında cinayətə aidiyyəti olmayan Şahid2 vasitəsi ilə vahid niyyəti ilə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda 85.900 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2014-cü ilin payız ayından tanıyır. Həmin dövrdə faktiki olaraq özünə məxsus olan, lakin etibarnamə əsasında idarə etdiyi “Tofaş” markalı **-BF-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Daim öz maşını ilə taksi kimi ünvan 6 ünvanlarının kəsişməsində dayanımışdır. Həmin ərazinin yaxınlığında qadın gözəllik salonu olmuşdur. Salonda həmin dövrdə təxminən qadın və kişi olmaqla 4-5 nəfər saç ustası fəaliyyət göstərmişdir. Orada işləyən Fəzilə xanımı, Rübayə xanımı və Elnuru şəxsən tanımışdır. Həmin şəxslərin ona qarşı inamı və hörməti olduğundan adətən salona gələn qadın müştərilərə taksi xidməti göstərmək lazım olduğu zaman həmin müştərini aparmağı ona təklif etmişlər. Həmin salon təxminən 2-3 il fəaliyyət göstərdikdən sonra orada çalışan əməkdaşlar şəhərin müxtəlif yerlərinə köçüb fəaliyyət göstərməyə başlamışlar. Sonradan isə həmin salon, ümumiyyətlə, bağlanmış və salonun yerləşdiyi qeyri-yaşayış sahəsi 2 hissəyə bölünərək icarəyə verilmişdir. Belə ki, bir hissəsi "Şəmkir" adlı ərzaq mağazası kimi, digər hissəsi isə xaricdən onlayn sifariş edilərək gətirilən malların ünvanlara çatdırılma yeri kimi fəaliyyət göstərmişdir. Salonda çalışan şəxslərlə həbs olunan günə kimi münasibəti olmuş və həmin şəxslər başqa yerlərdə fəaliyyət göstərmələrinə baxmayaraq öz müştərilərini hansısa ünvana aparmaq lazım olduqda yenə taksi kimi ona zəng etmişlər. Sübhan adlı şəxsi 2013-cü ildən tanıyır. Belə ki, həmin dövrdə Gənclikdə öz maşını ilə taksi kimi dayandığı zaman Sübhan müştəri kimi yaxınlaşıb 1-2 yerə getmək lazım olduğunu bildirmiş və onu həmin ünvanlara aparmışdır. Həmin dövrdə X6 Əbdurəhimov küçəsində cam-balkon satışı və quraşdırılması ilə məşğul olan ofisi olmuşdur. Bu səbəbdən də, getdiyi yerlərə çox vaxt taksi kimi onu çağırmışdır. Sonradan təxminən 3 ilə yaxın müddət ərzində Sübhanla əlaqələri kəsilmişdir. Bildiyi qədəri ilə, həmin dövrdə Sübhanın ayağı sınmışdır. Təxminən 2018-ci ildə adəti üzrə taksi kimi dayandığı zaman Sübhan harasa getmək üçün yaxınlaşmış və münasibəti yenidən yaranmışdır. Həmin dövrdə artıq Günayı tanımış və Günayın bütün işlərini o görmüşdür. Günay Nərminə adlı qadından 8-10%-ə sələmə pul götürüb həmin pulu başqa şəxslərə sələmə vermişdir. Günayın sələmə pul verdiyi şəxslərdən Təranənin adını qeyd edə bilər. Günay 2015-ci ilin təxminən mart aylarında Təranə adlı şəxsə təxminən 65.000 manat pulu sələmə vermişdir. Günayın tapşırığı ilə hər ay Təranə adlı həmin şəxsdən pulun faizini gedib götürmüşdür. Təranədən sələmə verilən pulun faizlərini Bakı şəhərində Əliyar Əliyev küçəsində yerləşən “Azinko”nun binaları adlanan yeni tikilinin altında fəaliyyət göstərən qadın salonunda götürmüşdür. Çox zaman Günay özü salona gedərək Təranədən pulun faizini özü götürmüş, bəzən isə Günayın tapşırığı ilə pulu götürərək Günaya çatdırırmışdır. Bir müddət sonra Təranə sələmin faizini ödəməkdən imtina etmiş və Günay Hüsniyyə adlı şəxslə Bakı Şəhər Baş Polis idarəsinə gedərək Təranədən şikayət etmişdir. Günayı Hüsniyyə adlı şəxslə birlikdə Bakı Şəhər Baş Polis idarəsinə "Tofaş" markalı maşını ilə özü gətirmişdir. Günayın dediyinə görə, onun şikayətini həmin dövrdə adı gedən idarənin Sərhəd adlı təhqiqatçısı araşdırmışdır. Lakin Təranə pulu verməkdən imtina etmişdir. Bir müddət sonra Günay bildirmişdir ki, o, Təranədən pulunu almışdır. Günay demişdir ki, Təranə pulu vermək istəmədiyinə görə o, Təranəyə hədə-qorxu gələrək Təranənin məşq eləmək üçün getdiyi idman zalına gələn hansısa kişi ilə intim münasibətinin olması barədə oğlanlarına və ərinə yalan məlumat deyəcəyi ilə hədələmiş, Təranə də hədəni real qəbul etdiyindən qorxaraq götürdüyü sələmin bir hissəsini pul şəkilində, qalan hissəsini isə özlərinə məxsus "JEEP WRANGLER" markalı avtomaşını verməklə Günaydan götürdüyü sələmin pulunu qaytarmışdır. Günayın dediklərinin doğru olduğuna inanmış, çünki həqiqətən Günayın atası X7 verdiyi həmin "JEEP WRANGLER" markalı avtomaşını bir müddət idarə etmişdir. Sonradan həmin avtomaşın Günayın atası tərəfindən satılmışdır. Bundan başqa Günay Rəna adlı şəxsə də sələmə pul vermişdir. Rəna (Tel:***-***-**-**) Bakı şəhərində Nərimanov rayonunda yerləşən 14 saylı uşaq poliklinikasında masajist işləmişdir. Rənanın nömrəsini Günay ona göndərmişdir. Rəna götürdüyü sələmin əvəzinə Günaya verdiyi faizləri Günaya çatdırmaq üçün 2020-ci ilin mart ayına kimi pulu ona vermişdir. Pulu bəzən özü gətirib ona vermiş, bəzən Gənclikdə yerləşən "Şəmkir" marketə qoymuş, bəzən də Bəşir adlı oğlu pulu Yasamal rayonunda yaşadığı evin yanında olan marketə qoymuşdur. Telefonunun “Whatsapp” proqramında Rənaya faizə verilən pulla bağlı Günayın səs yazısı mövcuddur. Həmin səs yazısında Rənaya faizə pul verdiyini açıq-aydın şəkildə bildirmişdir. Günayın sələmə pul götürdüyü Nərminə adlı qadın Bakı şəhəri Nərimanov rayonunda Əliyar Əliyev küçəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinin yaxınlığında yerləşən yeni tikilən binanın 16-cı mərtəbəsində yaşayır. Onun telefonu ***-***-**- **-dir. Günay həmin şəxsdən özündən savayı həmçinin atası və bacısı üçün də sələmə pul götürmüşdür. Bundan başqa Günay həmin qadından sələmə pul götürərək Dürdanə (Tel:***-***-**-**) adlı qadının oğlu Kamala (Tel: ***-***-**-**) 8.000 manat sələmə pul vermişdir. X14 Mərkəzinin yaxınlığında olan Xətai prospektində "Günaydın" restoranı ilə üzbəüz binada yaşamışdır. Onun telefonunun mobil nömrəsini Günay “WhatsApp” vasitəsilə özü ona göndərmişdir. X2 nömrəsini də, “WhatsApp” vasitəsilə ona göndərmişdir. Günayın Kamala sələmə verdiyi pulların bir hissəsini özü Kamala vermişdir. Həmin məbləğlərin 3.000 manatını ödəniş aparatı vasitəsilə hissə-hissə olmaqla Kamalın Ukraynada olanda kart hesabına köçürmüş, qalan 5.000 manat məbləği isə “Heydər Əliyev” Mərkəzinin önündə Kamala şəxsən vermişdir. Kamal pulu götürməyə anasına məxsus "Ford" markalı avtomaşınla gəlmişdir. Günay Kamala pulu 8% ilə sələmə vermişdir. Sonradan Kamal pulu verə bilməmiş, bu səbəbdən Günayla onun arasında problemlər yaranmışdır. Günay Kamaldan pulu ala bilməyəcəyini gördükdə atası Nəsirlə birlikdə Kamalın anası Dürdanənin yaşadığı yuxarıda qeyd etdiyi ünvana gedərək Günay Dürdanəyə hədə-qorxu gələrək Kamalın borcunu qaytarmasını ondan tələb etmişdir. Dürdanəni hədələmişdir ki, əgər pulu verməzlərsə gedib Kamaldan polisə şikayət edəcək və Kamalla bağlı telefonunda olan səs yazılarını polisə təqdim edəcəkdir. Dürdanə də həmin hədəni real qəbul edərək qorxub oğlu Kamalın borcunu hər ay 500 manat verməklə ödəyəcəyinə söz vermişdir. Dürdanə həmin pulu Günayın tapşırığı ilə hər ay ona vermişdir. O da pulu aparıb Nərminəyə vermişdir. Günay özü tapşırmışdır ki, Dürdanənin verdiyi pulu ona yox, birbaşa Nərminəyə versin. Təxminən 2018-ci ilin dekabr ayının sonları 2019cu ilin yanvar ayının əvvəllərində şəxsi işləri ilə bağlı təcili olaraq pul lazım olmuşdur. O bu barədə Günaya bildirmişdir ki, onun üçün Nərminədən 10%-lə sələmə pul götürə bilər. Ehtiyacı olduğuna görə Günayla razılaşmış və Günay Nərminə ilə danışdıqdan sonra Nərminənin yaşadığı mənzilə gedərək ondan ilk öncə 1.000 və daha sonra 700 manat pulu 10%-la sələmə götürmüşdür. Həmin pula görə Nərminəyə 170 manat faiz vermişdir. 2020-ci ilin mart ayına kimi, götürdüyü 1.700 manat məbləğində pulun sələmi olan 170 manatı vaxtıvaxtında Nərminəyə ödəmişdir. Mart ayında Sübhanla bağlı problemlər yarandıqdan sonra həmin pulun faizini ödəməyi dayandırmışdır. Belə ki, qeyd etdiyi kimi 2018-ci ildə Sübhanla yenidən münasibəti yaranandan sonra ondan maşını ilə müxtəlif yerlərə taksi kimi aparmağını xahiş etmiş, xidmət haqqı ödənilməklə Sübhanı istədiyi yerlərə aparmışdır. Sübhan onunla tez-tez müxtəlif yerlərə getdiyindən münasibəti yaranmışdır. Sübhan əslən Gürcüstanlı olmuş, lakin Rusiya Federasiyasının vətəndaşıdır. Günlərin birində həmişəki kimi Sübhanı öz maşını ilə hazırda xatırlamadığı ünvana aparan zaman müəyyən məbləğdə pul lazım olduğunu, ancaq Azərbaycan vətəndaşı olmadığından banklar kredit vermədiyini demişdir. Sübhan faizə pul verən tanışının olub-olmadığını soruşmuş, o da bir nəfər Günay adlı qadın tanışının faizə pul verdiyini demişdir. Günay özü ondan xahiş etmişdir ki, faizə pul istəyən olsa ona bildirsin. Bu səbəbdən Sübhana Günay haqqında demiş, Sübhan da ona 3.500 manat pul lazım olduğunu və bu barədə Günayla danışmağını demişdir. Sübhanın yanında Günaya zəng etmiş və Sübhanın faizə 3.500 manat pul istədiyini bildirmişdir. Günay Nərminə ilə danışıb cavab deyəcəyini bildirmişdir. Bir qədər sonra Günay Nərminədən gedib aylıq 10% olmaqla 3.500 manat pul götürüb Sübhana verməsini və Sübhanın da həmin pulun faizi olan 350 (üç yüz əlli) manat pulu Sübhandan götürüb Nərminəyə verməsini, həmçinin bu işi özü həll etdiyinə görə Sübhanın faizdən əlavə ona 50 manat götürüb verməsini demişdir. Günaya təklif etmişdir ki, Sübhanı gətirib onunla özü görüşüb pul məsələsini razılaşdırsın, lakin Günay əgər Sübhan onun dedikləri ilə razı olduğu təqdirdə buna ehtiyac olmadığını demişdir. Sübhan Günayın dedikləri ilə razı olduğunu demişdir. Günay belə olan təqdirdə onun Sübhanla görüşməyinə ehtiyac olmadığını bildirmişdir. Günayla Nərminənin arasında olan sələm razılaşması götürülən pulun məbləğindən asılı olaraq dəyişmişdir. Belə ki, Günay bəzən Nərminədən pulu 8%-lə özü götürmüş və başqa şəxsə 10%-lə sələmə vermişdir. Bəzən isə Nərminədən götürdüyü pulu üzərinə hər hansı faiz əlavə etmədən Nərminənin dediyi faiz məbləği ilə başqa şəxsə vermişdir. Belə olan hallarda Nərminə özü alınan faizdən hansısa məbləğdə Günaya pul vermişdir. Bəzən isə Günay Nərminədən götürüb faizə verdiyi pullara görə pulu verdiyi şəxsdən məbləğindən asılı olaraq Nərminəyə ödəniləcək faizdən əlavə 50-150 manat arası aylıq pul verməsini istəmişdir. Günay Sübhana da pulu qeyd etdiyi sonuncu razılaşma formasında vermişdir. Telefon danışığını bitirdikdən sonra Sübhanla birlikdə Nərminənin yaşadığı mənzilə getmiş və ondan 3.500 manat pulu götürüb Sübhana vermişdir. Bu məsələdə heç bir qazancı olmamışdır. Sübhan ona yalnız taksi kimi getdiyi yerə görə, o cümlədən Nərminənin yaşadığı ünvana maşın sürdüyünə görə taksi kimi pul vermişdir. Sonradan Sübhan həmin pula görə faiz ödəməyə başlamışdır. O, faizi vaxtında ödədiyinə görə Günay da pulun Sübhanda qalmasında maraqlı olmuşdur. Beləcə Sübhana qarşı Günayda inam yaranmış və Sübhan zamanla onun vasitəsi ilə faizə əlavə pullar da götürmüşdür. Sonradan Sübhanın götürdüyü sələmin əsas borcunun məbləği 17.500 (on yeddi min beş yüz) manat olmuşdur. Bundan savayı Günayın Mehman (Tel:***-***-**-**) adlı tanışı olmuşdur. 2019-cu ilin təxminən yay və ya payız aylarında Günay bildirmişdiri ki, o, Mehmanla 1.000 manatdan lotoreya oynamağa başlayır və təklif etmişdir ki, onlarla birlikdə lotoreya oynasın. O, Günayla razılaşmışdır. Günay demişdir ki, ümumilikdə lotereya 11 yerə (nəfərə) oynanılacaq, özü isə 2 nəfərin yerinə oynacaq, yəni iştirak edəcəkdir. Günay birinci dəfə lotoreyanın pulunu, yəni 9.000 manatı 2019cu ilin oktyabr və ya noyabr ayında götürmüşdür. Demişdir ki, Sübhana təklif etsin ki, əgər istəsə Sübhana 10%-dən 10.000 manat sələmə pul verə bilər. O bu barədə Sübhana bildirmiş, Sübhan da razı olduğunu demişdir. Sübhan həmçinin ona Sumqayıtda yeni tikilən binanın qapı-pəncərə işlərini götürdüyünü və bu səbəbdən də böyük məbləğdə pul lazım olduğunu demişdir. Günay Mehmandan lotoreyanın pulu olan 9.000 manatı və həmçinin özündə olan 1000 manatı da götürüb Sübhana verməyini demişdir. O, Günayın dediyi kimi etmişdir. Sadəcə Günayın tapşırığı ilə pulu Sübhana verəndə həmin pulun lotoreyadan götürülən pul olduğunu deməmiş, Günayın tapşırdığı kimi Sübhana guya pulu Nərminədən götürüb ona verdiyimi demişdir. Günay həmçinin tapşırmışdır ki, Sübhanın götürdüyü 10.000 manat pula görə verəcəyi 1000 manat aylıq faizi hər ay Sübhandan alıb lotoreyanın ödəniş kimi Mehmana versin. 2020-ci ilin mart ayına qədər Günayın dediyi kimi etmişdir. Sonuncu 10.000 manat sələmdən sonra Sübhanın götürdüyü cəmi məbləğ 27.500 (iyirmi yeddi min beş yüz) manat olmuşdur. Lakin Sübhan götürdüyü sələmin 10.000 (on min) manat məbləğində hissəsini 2020-ci ilin yanvar ayında Günaya onun vasitəsi ilə geri qaytarmış və Sübhanın götürdüyü pulun ümumi məbləği 17.500 (on yeddi min beş yuz) manat olmuşdur. Mehman özü də faizə pul vermişdir. Dediyinə görə, həmin pul onun özünün deyil, “Ər-Riyad” ticarət mərkəzi ilə üzbəüz yerləşən “Abşeron Gənclər Şəhərciyi”ndə yaşayan adını bilmədiyi qadına məxsusdur. Mehmanı taksi kimi həmin ünvana pul götürmək üçün aparmışdır. 2019-cu ilin payız aylarında Nərminə Günaydan Bakı şəhərində Nərimanov rayonunda yerləşən 14 saylı uşaq poliklinikasında masajist işləyən Rənaya (Tel:***-***-**-**) faizə verdiyi 17.000 manat pulu geri istəmişdir. Rəna isə pulu tam şəkildə geri qaytara bilməyəcəyini, Sovetskidə olan evi satıldıqdan sonra verə biləcəyini demişdir. Bundan sonra Günay Mehmanla danışmış və Mehman “Ər-Riyad” ticarət mərkəzi ilə üzbəüz yerləşən “Abşeron Gənclər Şəhərciyi”ndə yaşayan adını bilmədiyi qadından pul götürüb Rənaya verə biləcəyini demişdir. Lakin Mehman bildirmişdir ki, həmin qadın faizə pulu dollarla verir. Günay bu barədə Rənaya demiş və Rəna onunla razılaşmışdır. Mehman həmin pulu dollarla, yəni 10.000 ABŞ dolları şəklində götürüb yaşadığı Yeni Yasamal ərazisinə gətirmişdir. Orada pulu valyuta mübadiləsi məntəqəsində 17.000 manata çevirib vermiş və Günayın tapşırığı ilə həmin pulu aparıb Nərminəyə yaşadığı ünvanda vermişdir. 2020-ci ilin təxminən yanvar ayının sonu fevral ayının əvvəllərində Günay demişdir ki, Nərminədən pul götürməyi dayandırmaq istəyir. Belə ki, özünün Afa deyə çağırdığı, X1 daha aşağı faizlə pul götürərək Nərminədən götürdüyü pulları bağlamaq istəyir. Ona demişdir ki, Nərminə ona bütün pulları 10%-lə verir, Əfruzə isə daha aşağı faizə verir. Əgər Əfruzədən aşağı faizlə pul götürüb Nərminəylə hesablaşsa, Nərminədən 10%-lə götürüb sələmə verdiyi pulların arada qalan fərq faizləri özünə qalmış olacaq. Günay 2020-ci ilin fevral ayında dediyi kimi edərək Əfruzədən aylıq 8% olmaqla 23.000 manat pul götürmüşdür. 4 fevral 2020-ci il tarixdə Günay Əfruzənin nömrəsini vermiş və ondan gedib 18.000 manat pul götürməyini tapşırmışdır. Əfruzəyə ona Bakı şəhəri, Nəsimi rayonunda "Yeganə" şadlıq şadlıq sarayının yanında yerləşən yeni tikili binaya gəlməsini demişdir. Sonradan məlum olmuşdur ki, həmin ünvan Əfruzənin anasının yaşadığı mənzildir. Əfruzə anasının evində birinci dəfə ona 18.000 manat pul vermişdir. Günayın tapşırığı ilə elə həmin günü pulun hamısını yaşadığı ünvanda Nərminəyə vermişdir. 6 fevral 2020-ci il tarixdə Günayın tapşırığı ilə Əfruzədən yuxarıda qeyd etdiyi yaşadığı ünvana getmiş və ondan əlavə 5.000 manat pul götürmüşdür. Həmin gün Günayın tapşırığı ilə götürdüyü 5.000 manat pulun 4.200 manatını yaşadığı ünvanda Nərminəyə vermiş, qalan 800 manatı isə Günayın tapşırığı ilə 5-ci Polis bölməsinə gedərək qızı Banuxatunun atası Elvinə vermişdir. 2020-ci ilin mart ayında Sübhan götürdüyü pullara görə verməli olduğu faiz ödəməsini gecikdirməyə başlamışdır. Sübhanın sələmə görə əsas borcu 17500 manat, hər ay faiz borcu isə 1700 manat olmuşdur. Sübhanın ***-***- **-** mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə zəng etmişdir. Bildirmişdir ki, Gürcüstantadır qardaşının maşınını satıb bütün pulu özü ilə gətirəcək və bütün borcunu bağlayacaqdır. Sübhan ondan xahiş etmişdir ki, onun Günaya aylıq faiz olaraq verməli olduğu puldan lotoreyaya ödənən 1.000 manatı hardansa tapıb ödəsin, özü gələndə geri qaytaracaq. Sübhana inandığı üçün 1.000 manatı taparaq Sübhanın Günaya verməli olduğu pulun əvəzinə Günayın yerinə lotoreyaya ödəyəcəyini demişdir. Oynadığı lotoreyanın mart ayı üçün yığılan pul ona veriləcəyindən o həmin məsələni həll etməkdə çətinlik çəkməmişdir. Həmin ay Mehman ona oynadıqalrı lotoreyaya görə 9.000 manat pul vermişdir. Əslində isə o, Sübhanın verəcəyi 1.000 manatla birlikdə 10.000 manat pul götürməli olmuşdur. Lakin Sübhan bir müddət “Whatsapp” proqramı ilə əlaqə saxlasa da, sonradan, ümumiyyətlə, zənglərinə cavab verməmişdir. Ancaq Günayın dediyindən məlum olmuşdur ki, onun, yəni Günayın “Whatsapp” zənglərinə cavab verir. Həmin dövrdə Günay onunla normal danışmışdır. Günay xahiş etmişdir ki, götürdüyü puldan ona 1.800 manat borc versin. Həmin pulu Əfruzəyə verməli olmuşdur. Günay Əfruzədən götürdüyü 23.000 manat pula görə hər ay 1.800 manat faiz vermişdir. Günay Sübhan onun pullarını verəndə həmin 1.800 manatı ona geri verəcəyini demişdir. Günayın dediyi kimi edərək Mehmandan aldığı 9.000 manat lotoreya pulunun 1.800 manatını aparıb Əfruzəyə Bakı şəhəri Yeni Yasamal yaşayış massivində yaşadığı yeni tikili binada vermişdir. 10 mart 2020-ci il tarixindən sonra Sübhana, ümumiyyətlə, zəng çatmamışdır. Lakin həmin gün Günay ona Sübhanın səs yazısını öz telefonunda dinlətdirmişdir. Həmin səs yazısında Sübhan yolda olduğunu, Bakı şəhərinə gəldiyini və gələn kimi pulu ödəyəcəyini Günaya demişdir. Günay, o və Günayın atasının qonşusu olan Hüsniyyə adlı qadın ilə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə getmişlər. Təhqiqatçı Sərhəd adlı şəxslə idarənin binasının qarşısındakı küçədə görüşmüşlər. Sərhəd Günaya demişdir ki, Sübhan Rusiya vətəndaşıdır və o, Bakı şəhərində olmadığı təqdirdə nəsə etmək qeyri-mümkündür. Bundan bir neçə gün sonra Günayın ona qarşı münasibəti dəyişmiş və pulu Sübhana onun vasitəsi ilə verdiyini bəhanə edərək pulu geri qaytarmağını tələb etməyə başlamışdır. Pulu Sübhana onun razılığı ilə verdiyini, həmçinin onun həmin pulu qaytarmağa maddi imkanının olmadığını demişdir. Bir neçə gün sonra Günay ona zəng edərək Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində yerləşən Şəki restoranın yaxınlığında olan kafedə olduqlarını deyərək onların yanına gəlməyini istəmişdir. X11 ilə oturub çay içmişlər. Günay Sübhanın iş gördüyü adamlardan tanıyıb-tanımadığını soruşmuşdur. Günaya Sübhanın ən yaxın adamı kimi Telman adlı şəxsi tanıdığını demişdir. Günay həmçinin Sübhanın hansı işləri gördüyünü soruşmuş, o, cavabında Sübhanın özünün dediyinə görə Sumqayıtda gördüyü işdən 50.000 manat götürəcəyini, Babək prospektində gördüyü işdən isə 10.000 manat götürəcəyini və "28 May" metrosunun yaxınlığında Nizami küçəsində gördüyü işə görə 5.000 manat alacağının olduğunu dediyini bildirmişdir. Günayla Hüsniyyəni öz istəkləri ilə Telmanın Bakı şəhəri Cəfər Xəndan küçəsində, "Elit" ticarət mərkəzinin yaxınlığında yerləşən ofisinə aparmış və Sübhanın alacaqları barədə dediyi sözləri Telmanın yanında təkrarlamışdır. X15 dediklərini təsdiq etməyərək Sübhanın çox az məbləğdə alacağının olduğunu demişdir. Həmin danışıqda Telman da bildirmişdir ki, Sübhan ona 17.500 manat borcu olduğunu etiraf etmişdir. Ora getməzdən əvvəl Günay tapşırmışdır ki, orada olanda, yəni Telmanla görüşəndə Sübhanın borcunu 17.500 manat deyil 100.000 manata yaxın olduğunu desin. Hətta Günay özü Telmanla danışıq zamanı məbləği bir az da şişirdərək guya Sübhanın borcunun 102.000-103.000 manat olduğunu demişdir. Günay Sübhanın 17.500 manat əsas borcunun faizlərini belə faizə faiz olaraq hesablamışdır. Belə ki, 1750 manat faiz borcundan əlavə hər ay əsas pul məbləğinin üzərinə əvvəlki ayın faiz pulunu əlavə edərək ümumi məbləğin faizini və əsas borcunu şişirtmişdir. Günay Telmanla görüşdən əvvəl bildirmişdir ki, Sübhanın borcunu ona görə yüksək məbləğ bildirmişdir ki, Sübhandan pulu almaq üçün Hüsniyyə müəyyən adamlara kömək etmələri üçün xahiş etmiş və həmin adamlara da, pul verməlidir. Bu səbəbdən də, məbləği şişirdərək 100.000 manata yaxın olduğunu demişdir. Həmin dövrdə bu oyunun əslində ona qarşı qurulduğunu başa düşmədiyindən və Günayın ona qarşı belə saxta iddia irəli sürəcəyini gözləmədiyindən onun dediyi ilə razılaşmışdır. Ancaq Günay və Hüsniyyə ilə birlikdə Telmanla görüşdükləri zaman Günayın dediklərini unudaraq Sübhanın borcunun 17.500 manat olduğunu demişdir. Bu Günay tərəfindən hissələrə bölünərək və kontekstindən çıxarılaraq təqdim edilmiş səs yazısında da, mövcuddur. Həmin hadisədən sonra Günayla heç bir görüşü olmamışdır. Bundan sonra bilmişdir ki, Günay və hazırda ondan şikayət etmiş rəfiqələri yalandan onları guya aldatmağı barədə ərizə ilə polisə müraciət etmişlər. Əfruzə, Aynurə və Xəyaləni Günayın vasitəsi ilə tanımış, onlara bir-iki dəfə taksi xidməti göstərmişdir. İstifadəsində daima ********** mobil nömrəsi olmuşdur. Əliş adlı şəxs Telmanın müştərisi olmuş, Telman isə onun işini Sübhana vermişdir. Əlişi görməmiş, tanımır. Əlişin adını Telman və Sübhandan eşitmişdir. Əsəd tanışıdır, onun bu işlərə aidiyyəti yoxdur. Sadəcə olaraq Əsəd Sübhan və Telmanı ona görə tanımış, ümumi tanışı olmuşdur. Əsəd Sübhan və Telman ilə Sübhanın ad günündə tanış olmuşdur. Elçin isə Telmanın şərikidir, Sübhan da, Elçinin işini görmüşdür. Onun Sübhanla hər hansı bir biznes fəaliyyəti olmamış, o, Sübhana yalnız taksiçi kimi xidmət göstərmişdir. Sübhan Məmmədova onun vasitəsi ilə 17.500 manat sələmə pul verilmişdir. Zərərçəkmiş şəxs3 3-4 ildir ki, tanıyır, onu taksi kimi gedəcəyi yerlərə aparmışdır. Zərərçəkmiş şəxs3 heç bir məbləğdə pul almamışd, Zərərçəkmiş şəxs3 ilə arasında telefon danışıqları olmuşdur. Zərərçəkmiş şəxs3 ilə arasında hər hansı bir düşmənçilik münasibəti olmamış, o, Zərərçəkmiş şəxs1 məsləhəti ilə onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs4 3-4 ildir ki, tanıyır, onu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs4 pul almamışadır. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 tapşırığı ilə iki dəfəyə 23.000 manat pulu alıb onun 22.200 manatını aparıb Nərminə Yusubovaya, 800 manatını isə Günayın həyat yoldaşı Elvinə vermişdir. Zərərçəkmiş şəxs1 85.900 manat pul almamışdır. O, Zərərçəkmiş şəxs1 yalnız 1000 ABŞ dolları pulu sələmə borc olaraq götürmüşdür. Zərərçəkmiş şəxslərdən ilk olaraq Zərərçəkmiş şəxs1 tanımış, digər zərərçəkmiş şəxsləri isə Günay xanımın vasitəsi ilə tanımışdır. Günay xanımı ilk dəfə taksi fəaliyyəti göstərən zaman tanımışdır. Rəna xanım uşaq masajisti işləmiş, Rəna adlı xanımın hər ay ödədiyi pulları ya Zərərçəkmiş şəxs1 özünə, ya da ki Günayın tapşırığı ilə Nərminə xanımın özünə aparıb verimişdir. Rəna adlı qadın o, Günay xanımı tanımamışdan əvvəl də Günay xanımdan faizə pul götürmüş və ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. O, Rənanın həmin nömrəsi ilə dəfələrlə əlaqə saxlamış, telefonda Rəna ilə çox zaman faizə verilmiş pul ilə bağlı danışmışdır. Arifə adlı qadın ***-***-**-** saylı mobil nömrəni işlətmiş, sonuncu salonda işləmişdir. Rənanın və Arifənin faizə götürdükləri pulların hamısını qaytarıb-qaytarmadıqlarını bilmir. Dürdanə adlı qadının oğlu Kamal Nərminə xanımdan 8.000 manat pulu faizə götürmüşdür. Dürdanə ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. Kamal ilə onun arasında telefon danışıqları olmuşdur. Kamal ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. Dürdanənin oğlunun faizə götürdüyü pulun hamsını qaytarıb-qaytarmamasını bilmir. Nərminə Yusubova ilə həm telefon vasitəsi ilə, həm də “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış, sonuncu ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. O, Zərərçəkmiş şəxs1 tapşırığı ilə Nərminə Yusubovadan qapı-pəncərə işinə görə pul almamışdır. Zərərçəkmiş şəxs1 göstərişi ilə X8, Günayın atası, bacısı və Zərərçəkmiş şəxs4 üçün faizə pul götürmüşdür. Nərminə Yusubova pulu 8-10 faizə vermişdir. Zərərçəkmiş şəxs4 pul götürməmiş, Zərərçəkmiş şəxs4 götürdüyü faizə pula görə hər ay ondan ödənişi götürüb Nərminə xanıma aparıb vermişdir. Xəyalə ilə arasında telefon danışıqları olmuşdur. Əfruzə xanımı Günay xanım vasitəsi ilə tanımışdır. Günay xanımın göstərişi ilə Zərərçəkmiş şəxs2 18.000 manat pul götürmüş, həmin pulun 17.200 manatını Günay xanımın göstərişi ilə Nərminə Yusubovaya, qalan 800 manatını isə Günay xanımın həyat yoldaşı Elvin adlı şəxsə vermişdir. Əfuzə Hacıyevadan bundan başqa Günay xanımın göstərişi ilə 5.000 manat pul alıb Nərminə Yusubovaya vermişdir. Günay xanım ilə ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, sonuncu ilə arasında telefon danışıqları və “Whatsapp” yazışmaları olmuşdur. Zərərçəkmiş şəxs2 götürdüyü pula görə Günay xanım ilə arasında telefon danışığı olmuşdur. Zərərçəkmiş şəxs3 heç bir məbləğdə pul almamışdır. Sübhan adlı şəxsi 2014-cü ildən tanıyır, Sübhan Günay xanımın vasitəsi ilə Nərminə xanımdan 3.500 manat pulu faizə götürmüşdür. Sübhanın sonradan Nərminədən götürdüyü pullar və faiz borcları ilə onun borcu 17.500 manat olmuşdur. Sübhan ilə Günay xanım bir-neçə dəfə görüşmüşlər. Zərərçəkmiş şəxs1 ilə telefon danışıqlarında Sübhana faizə pul verilməsi ilə bağlı da danışmışlar. Sübhan borcunu ödəməyib Rusiyaya getdikdən sonra o, Hüsniyyə və Günay xanım BŞBPİ-nə təhqiqatçı Sərhəd İbayevin yanına getmişlər. X17 Rusiya vətəndaşı olduğundan onun barəsində cinayət işi başlana bilməyəcəyini bildirmişdir. Telman ilə sexdə olan zaman Telman Günay xanımgilin yanında Sübhanın 17.500 manat borcunun olduğunu demişdir. Günay xanımı Sübhanın qardaşının evinə aparmış, onlar ora gedən zaman qapını döysəkdə Sübhanın evdə olmadığını bildirib qapını açmamışlar. Onu birinci dəfə polisə təhqiqatçı Aftandil Bayramov çağırmışdır. Zərərçəkmiş şəxs1 ilə onun arasında telefon danışıqlarında və Whatsapp yazışmalarında qapı-pəncərə işi ilə bağlı hər hansı bir danışıq olmamışdır. 2020ci ilin mart ayından etibarən Günay xanım ondan pul istəməyə başlamışdır. O öz qazancını taksi fəaliyyəti ilə məşğul olmaqla əldə etmişdir. Onun zərərçəkmiş şəxslərdən hər hansı bir şikayəti olmamışdır. O, səs yazısında Sübhanın 100.000 manat dəyərində görəcəyi iş ilə bağlı danışmışdır. Həmin işlər Sumqayıt və digər bir sıra ərazilərdə aparılmalı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq onun həmin cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir azyaşlı övladı var, əri Elvin Bəşirovdan ayrılmış və hazırda heç bir yerdə işləmir. ünvan 7 ünvanında yaşayır. Təqsirləndirilən şəxsı 8-9 ildir ki, tanıyır. Süleymanı taksi sürücüsü kimi tanımış, Süleyman onun qızı Banuxatunu öz idarə etdiyi “Opel” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağçaya, bəzən ata evinə aparıb-gətirmşdir. Süleymanı uzun müddət tanıdığından ona uşağını etibar etmişdir. Süleyman daima onunla hörmətlə danışmış, özünü çox qabiliyyətli və mədəni bir şəxs kimi göstərmişdir. 2019-cu ilin yay aylarında taksi xidmətindən istifadə edərkən Süleyman ona demişdir ki, “Sübhan müəllim adlı şəxs var, onunla iş görürəm, siz pul verin, siz məni tanıyırsınız, heç Sübhanı tanımırsınız, Sübhan plastik qapı-pəncərə işi görür, Şərurlu İsfəndiyar kimi bina tikən şəxsin işlərini görür, böyük həcmli iş gördüyündən bəzən material almaq üçün pul problemi olur”. Süleymanın danışığı onu cəlb etdiyindən dediyi işlə maraqlanmışdır. Süleyman ilkin olaraq demişdir ki, əgər bu işlə bağlı razılıq versə, 14.000 manat verdiyi təqdirdə 2 aydan sonra artıq layihələrin icrası başlayacaq və bir az sonra ümumilikdə ona hissə-hissə olaraq 50.000 manat verdiyi təqdirdə hər ay mütəmadi olaraq 1.000 manatdan başlayaraq aylar keçdikcə daha çox xeyir verəcəkdir. Süleymanı uzun müddət tanıdığından ona tam inanmışdır. Çünki neçə illər ərzində Süleymanın bir əyri işini görməmiş və ona qardaş kimi etibar etmişdir. Həm də düşünmüşdür ki, Süleymanın dediyi işi onsuz özü görə bilməz, belə işlərdə Süleymanın ona köməyi ola bilər. Maşında yolda olarkən Süleymana razılıq vermşdir ki, heç bir problem yoxdur. Bu hadisədən təxminən 2-3 gün keçdikdən sonra, yəni 2019-cu ilin iyun ayının sonlarında Süleymanla əlaqə saxlamış və yaşadığı ünvanda Süleymana 14.000 manat pul vermişdir. Bu hadisədən təxminən 1 həftə sonra Süleymana 28.000 manat, daha sonra 2019-cu ilin avqust ayına qədər isə hissə-hissə olmaqla ümumilikdə 14.200 manat pulu öz mənzilində vermişdir. Sonuncu dəfə isə Süleymana 2019-ci ilin avqust ayının sonlarında atasının yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 28-də olan binanın qarşısında 1.000 ABŞ dolları pul vermişdir. Ümumilikdə Süleymana “Sübhan” kimi qeyd etdiyi şəxsin gördüyü plastik qapı-pəncərə işində 56.200 manat və 1.000 ABŞ dolları pulu qeyd etdiyi zamanlarda qeyd olunan ünvanlarda vermişdir. Süleymana pulu tam verdikdən sonra o, demişdir ki, “2019-cu ilin dekabr ayına kimi bütün sifarişlər hazır olacaq, heç bir problem olmayacaq, özün görəcəksən sənin bu pulunun 3-4 qat artıracağam”. Süleyman həmçinin bildirmişdir ki, verdiyi pullar Bakı və Sumqayıt şəhərlərində tikilən yeni tikili binaların podratçı şirkətləri tərəfindən sifariş verilmiş plastik-qapı pəncərələrin hazırlanması üçün material alışına xərclənmişdir. Süleymana verdiyi pulların hər birinin miqdarını Süleyman özü ona demişdir. Belə ki, Süleyman əlaqə saxlayaraq ona bildirmişdir ki, sifarişləri yerinə yetirmək üçün əlavə pul lazımdır, o da qeyd etdiyi məbləğdə pulları vermişdir. Lakin heç bir zaman Süleymanın dediyi Sübhan adlı şəxsi tanımamış, görüşməmiş, sonradan artıq Süleymanın onu aldatdığını bildikdə Sübhan adlı şəxsə özü zəng edərək əlaqə saxlamışdır. Həmçinin Süleyman o qədər inam yaratmışdır ki, sonradan əlavə pul vermək istəyən adam olsa onunla əlaqələndirməsini və həmin şəxsə də xeyir verəcəyini demişdir. O da bu barədə qohumu Nərminə və rəfiqələri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 demişdir. Rəfiqələrinin yanında zəng edib onların da işə pul qoymaq istədiklərini Süleymana dedikdə o, razılıq vermişdir. 28 dekabr 2019-cu il tarixdə ünvan 8 ünvanında “XS” qadın gözəllik salonunun qarşısında iştirakı ilə rəfiqəsi Zərərçəkmiş şəxs3 Süleymana 3.000 manat, 2020-ci ilin yanvar ayında Nərimanov rayonu, Ə.Əliyev küçəsində Zərərçəkmiş şəxs4 Süleymana təklikdə 2.500 manat, 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs2 öz yaşadığı binanın həyətində iki dəfəyə ümumilikdə təklikdə Süleymana 23.000 manat, Şahid2 isə 2019-cu ilin payız aylarından 2020-ci ilin fevral ayına qədər olan müddət ərzində bir neçə dəfəyə ümumilikdə 28.000 manat pulu özü təklikdə Süleymana vermişdir. Aynurə, Xəyalə və Əfruzəyə Süleyman şəxsən özü vəd vermişdir. O, Süleymana ümumilikdə 56.200 manat və 1.000 ABŞ dolları pulu verdikdən sonra Süleyman özü təklif etmişdir ki, “artıq sənin pulun bitib, əgər tanışdan, qohumdan kimsə istəsə onu da bu işə qoşum pul qazansın, sifarişi nə qədər çox götürsək o qədər xeyir olacaqdır”. Süleyman özü bir neçə dəfə zəng edib əlavə pul lazım olduğunu bildirdikdə, bu barədə rəfiqələrinə bildirmiş və özləri Süleymanın verdiyi vədlərə inanaraq pullarını vermişlər. Lakin Şahid2 ilə bağlı məsələ bir az fərqli olmuşdur. Süleymana 56.200 manat və 1.000 ABŞ dolları pulu verdikdən sonra bu barədə Şahid2 demişdir ki, Süleymanla iş görür və qiyabi olaraq həmin işlə bağlı məlumatı vardır. Süleyman əlavə pul istəyən zaman Nərminəyə bu barədə bildirmşdir ki, Süleymana pul verdiyi halda xeyiri olacaqdır. Nərminə isə onun sözünə görə Süleymana 28.000 manat pul vermişdir. Nərminəyə özü zəng edib demişdir ki, “Süleymanla iş görürük ona pul ver, elə bil ki, məndədir, xeyirimiz olacaqdır”. Nərminə də ona olan etibarına görə Süleymana 28.000 manat pul vermişdir. Süleyman ona gördüyü iş barədə hansı xəbəri verirdisə daima o da, Nərminəyə xəbər verərək “Süleyman deyir ki, Şəmkirdə iş götürüb sənin pulunu həmin sifarişə vermişdir” demişdir. 2020-ci ilin mart ayında Süleyman görüşüb bildirmişdir ki, “Sübhandan gedib şikayət edək”. O, Süleymanın həmin zaman danışdıqlarından anlamışdır ki, Süleyman onu aldadır, indi isə özünü “siğortalamaq” üçün belə bir yola əl atır. Bundan sonra dəfələrlə Süleymandan pulunu istəsə də, ancaq müxtəlif bəhanələr gətirmiş və daha sonra polisə müraciət etmək qərarına gəlmişdir. Mənzilində Süleymana pul verən zaman rəfiqəsi Fidan, sonuncu dəfə atasının yaşadığı binanın həyətində pul verən zaman isə orada olan qonşusu Hüsniyyə xanım görmüş və hansı vədlə Süleymana pul verməyinin birbaşa şahidi olmuşlar. ********** mobil nömrəsi vasitəsi ilə Süleymanın ********** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Süleymana bir qardaş kimi inandığından ona verdiyi pulların qeydiyyatını aparmamış, ərizə və izahat verərkən həyəcanlı olduğundan səhvə yol vermiş, sonradan verdiyi pulların tarixlərini və məbləğlərini tam dəqiqləşdirib bu barədə izahat vermişdir. Süleymanın onu aldatdığını başa düşdükdən sonra Sübhanın nömrəsini istəmiş, danışan zaman Süleymandan faizə borca pul aldığını, Süleymanın onu aldatması ilə bağlı xəbəri olmadığını bildirmişdir. Sübhan özü isə həqiqətən taxta qapıpəncərə ustasıdır, lakin Süleymanın ona verdiyi vəd ilə bağlı xəbəri olmamışdır. Sübhan ilə heç bir zaman üzbəüz görüşməmişdir. Süleymanın onu aldatdığını anladıqdan sonra şikayət etməməyi üçün onu Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elite” adlanan obyektin yanında olan bir qapı pəncərə sexinə aparmış, orada isə onun planı baş tutmamış və məlum olmuşdur ki, Sübhan adlı şəxs adi bir qapı-pəncərə ustasıdır. Həmin zaman yanında Hüsniyyə xanım da olmuşdur. Daha sonra isə onu 28 May adlanan ərazidə “Landmark” otelin yaxınlığında yeni tikili bir obyektin qarşısına apararaq göstərmişdir ki, pullarının qarşılığında görülən işlərdir. Lakin Sumqayıt şəhərində olan sifariş götürdüyünü qeyd etdiyi binanı göstərməmişdir. Daha sonra Qara Qarayev və yaxud Neftçilər adlanan ərazidə Sübhan kimi qeyd etdiyi şəxsin evinə aparmışdır. Mənzilin qapısını açan şəxs olmamış, bir nəfər qadın qapının arxasında həmin mənzildə Sübhanın hazırda Bakıda olmadığını bildirmişdir. Həmçinin Süleymana pul verərkən və pul verdikdən sonra dəfələrlə onunla söhbət zamanı bildirmişdir ki, birdən aldadarlar problem olar, Süleyman onu əmin etmişdir ki, “heç bir problem yoxdur, sən məni tanıyırsan, Sübhanı bütün günü mən gəzdirirəm hara gedib nə iş gördüyünü bilirəm, narahat olma” sözlərini demişdir. Süleyman ona verdiyi pula görə hər ay nə qədər qazanc verəcəyini deməmişdir. Süleyman demişdir ki, hər ay ona verdiyi pula görə qazanc verəcək. O, Süleymana 85.900 manat pul vermişdir. Süleyman Sübhan adlı şəxslə iş gördüyünü bildirmişdir. Digər zərərçəkmiş şəxsləri Süleyman ilə o tanış etmişdir. Süleyman ona verdiyi pulu 1-2 aya qaytaracağını bildirmişdir. Süleyman onu 2-3 dəfə “Eltin” yanında olan qapı-pəncərə sexinə aparmış, həmin qapı-pəncərə sexinə Hüsniyyə xanım ilə getmiş, Hüsniyyə xanıma onunla getməsini özü demişdir. Səs yazısını həmin gün yazmışdır. Həmin səs yazısını “İphone X” markalı mobil telefon ilə yazmışdır. Axırıncı dəfə 2020-ci ilin fevral ayında Süleymana pul vermişdir. Elitin yanındakı qapı-pəncərə sexinə sonralar tək getmişdir. Süleymana vermək üçün faizə pul götürmüşdür. Heç vaxt faizə pul verməmişdir. Gülşən adlı qadını tanımır. Təranə adlı qadını tanıyır, hal-hazırda Təranə adlı qadınla münasibəti yoxdur. Rəna adlı qadını uşaqlıq vaxtından tanıyır. Kamal və Mehman adlı şəxsləri, Sərhəd İbayevi tanıyır. Sərhəd İbayev BŞBPİ-də təhqiqatçı işləyir, onun yanına niyə getdiyini xatırlamır. Gürcüstanda rəfiqələri ilə olmuşdur. Neçənci ildə Gürcüstanda olduğunu xatırlamır. Nərminədən 28.000 manat pul almışdır. Sonuncu dəfə Süleymana 2020-ci ilin fevral ayında 14.000 manat pul vermiş, həmin pullar ona məxsus olmuşdur. Süleyman pulları onun evinə gəlib götürmüşdür. Qapı-pəncərə işi ilə bağlı Sübhanla görüşməmişdir. Süleyman 500-600 manat olmaqla verdiyi puldan ona qazanc vermişdir. Övladları və atası ilə yaşayır. Amay ticarət mərkəzində 7 il əvvəl işləməyə başlamış və 3 il işləmişdir. Süleyman rəfiqələrində pul olduğu üçün onlardan da pul almışdır. Süleyman təklif etmişdir ki, rəfiqələrindən də pul alsınlar. Süleyman pulu özü rəfiqələrindən almışdır. Pul ilə bağlı olaraq rəfiqələrinə o və Süleyman zəng etmişlər. Nərminə Süleymana pulu 2020-ci ilin fevral ayında vermişdir. BŞBPİ-nə yazdığı məktubda ona 86.000 manat ziyan dəydiyini bildirmişdir. Süleyman hər ay ona demişdir ki, pul çatmır ona görə qazanc verə bilmir. Süleyman ona ayrı-ayrı vaxtlarda hədiyyələr vermişdir. Süleymandan verdiyi pullar ilə bağlı hər hansı bir sənəd almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, Şahid5 və Şahid7 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə uşaqlıqdan rəfiqədir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Süleyman daima Günayın azyaşlı övladını bağçaya aparıb-gətirmiş, həmçinin Günayın özünə də taksi xidməti göstərmişdir. 2020-ci ilin yanvar ayında Günayın Süleymana plastik qapı pəncərə işi ilə məşğul olub gəlir əldə etmək üçün pul verdiyini bilmişdir. Süleyman ona yeni tikili hündür mərtəbəli binaların plastik qapı-pəncərələrinin quraşdırılması üçün pul lazım olduğunu və onun həmin işi gördüyü təqdirdə pul əldə edəcəyini demişdir. 2020ci ilin fevral ayının əvvəllərində Günay ona zəng edib bildirmişdir ki, Süleyman onunla gördüyü plastik qapı pəncərə işi ilə əlaqədar yeni bir layihə götürüb və tanışlarında kimdə pul olsa həmin şəxslərə bun işdən xeyir gələcək. Həmin zaman Yeni Yasamalda "xxxx" MTK-da olan mənzilini satıb eyni binada kredit yolu ilə daha böyük sahəsi olan mənzil almışdır. Buna görə də həmin vaxt əlində pulu olmuşdur. Süleymanı uzun müddət tanıdığından, həmçinin yeni aldığı evin kreditini ödəmək üçün daha çox gəlir əldə etmək məqsədi ilə Süleymanla razılaşmışdır. Süleyman ondan əlavə olaraq 25.000 manat pul istəmişdir. O da Süleymana hazırda 18.000 manatının olduğunu demişdir. 4 fevral 2020-ci il tarixdə istifadəsində olan ********** mobil nömrəsi vasitəsi ilə Süleymanın istifadəsində olan ********** mobil nömrəsi ilə zəngləşib ünvan 9 ünvanında Süleyman ilə görüşüb təklikdə ona 18.000 manat pul vermişdir. Süleyman pulu sayıb qəbul etmiş, pulu verən zaman Süleymana nə qədər xeyir verəcəyini sual verdikdə, Süleyman fevral ayının sonundan etibarən artıq hər ay ən azı 1.400 manat xeyir verəcəyini bildirmişdir. Günayın telefonda Süleymanla bağlı ona dediklərini Süleyman özü onunla şəxsən görüşən zaman bir daha təsdiqləmişdir. Süleyman ona plastik qapı-pəncərə sexi oluğunu, həmin sexi işlətdiyini, yeni tikili hündür mərtəbəli binalardan sifarişlər qəbul etdiyini, həmin sifarişlərin yerinə yetirilməsi üçün materiala pul lazım olduğunu, sifarişi təhvil verdikdən sonra qeyd etdiyi məbləğdə xeyir verəcəyini demişdir. Həmin hadisənin bir hissəsini telefonunda səsli mesaj bölməsində qeydə almışdır. Təxminən 5 və ya 6 fevral 2020-ci il tarixdə yenidən ünvan 9 ünvanında 5.000 manat pulu Süleymana vermişdir. Süleyman yenə pulu sayıb qəbul etmişdir. 4 mart 2020-ci il tarixdə Süleymana zəng edib pul ilə bağlı maraqlanmışdır. Süleyman 7 mart 2020-ci il tarixdə onunla Yeni Yasamalda "xxxx" MTK-nın həyətində görüşüb 1.800 manat pul vermiş və bildirmişdir ki, ona verdiyi pulun xeyridir. Bir müddətdən sonra Günay bildirmişdir ki, Süleyman Günayın özünü, tanışları Xəyalə, Aynurə və Nərminəni aldatmışdır. Bundan sonra dəfələrlə Süleymanla telefon danışığı olmuşdur. Həmin danışıqlarda Süleyman guya pulu Günaya görə aldığını demişdir. O da Süleymandan əgər Günaya görə pul almışdısa nə üçün ona 7 mart 2020-ci il tarixdə xeyir adı ilə 1.800 manat pul verdiyini soruşduqda Süleyman əslində heç bir xeyir olmadığını, oynadığı lotoreyadan əldə etdiyi şəxsi pulunu ona verdiyini demişdir. Bundan sonra dəqiq bilmişdir ki, Süleyman onu, Günayı və adlarını qeyd etdiyi şəxsləri aldadır. Süleymana pulu verən zaman Günayın başqa tanışlarının Süleymanda pulları olduğunu bilməmişdir. Bunları hadisədən sonra bilmişdir. Süleymanı ona pul verdiyi vaxtdan 4-5 il əvvəl tanımışdır. Ona Süleymana pul verib qazanc götürməyi Günay xanım demiş, pulları Süleyman özü zəng edib istəmişdir. Süleyman pulu aldıqdan sonra ona həmin puldan 1.800 manat qazanc vermişdir. Ərizə yazmaq üçün BŞBPİ-nə getmiş, ərizəni təhqiqatçıya vermişdir. Həmin təhqiqatçının adı Aftandil olmuşdur. Süleyman ona demişdir ki, hər ay qazanc veriləcək. Özünə məxsus olan 1 otaqlı evi satmış və ipotekaya 3 otaqlı ev almışdır. Süleyman pulunu verə bilmədikdən sonra onun barəsində şikayət etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 7 ildən çoxdur ki, rəfiqədir, uzun müddətdir ki, onunla dostluq münasibətləri var. Bir neçə ildir ki, Təqsirləndirilən şəxs tanıyır. Çünki Süleyman daima Günayın azyaşlı övladını bağçaya aparıb gətirmiş, Günayın özünə də taksi xidməti göstərmişdir. Süleyman özünü mədəni bir şəxs kimi göstərmişdir. 2019-cu yay aylarından bilmişdir ki, Günay Süleymana plastik qapı pəncərə işi ilə məşğul olub gəlir əldə etmək üçün pul vermişdir. Süleyman Günayı əmin etmişdir ki, yeni tikili hündür mərtəbəli binaların plastik qapı pəncərələrinin quraşdırılması üçün pul lazımdır və o, həmin işi gördüyü təqdirdə pul əldə edəcəkdir. Həmçinin özü də Günaya demişdir ki, pul olanda Süleymana verər, xeyir əldə etmiş olar. Dəqiq tarixi yadında qalmamışdır, 29 ya da 30 dekabr 2019-cu il tarixdə Günayla əlaqə saxlamışdır ki, Qazaxıstanda yaşayan bacısı Vüsalə 3.000 manat pul göndərmişdir, pulu var, onun Süleymanla gördüyü işə, pul yatırmaq istəyir. Süleymanla əvvəllər onun Günay ilə gördüyü işi bağlı danışmamış, lakin Günayın Süleyman ilə gördüyü işdən Günay vasitəsi ilə xəbər almışdır. Həmçinin Günay yanında dəfələrlə Süleymanla gördükləri işlə bağlı danışıqlarının şahidi olmuşdur. Həmin danışıq zamanı da məlum olmuşdur ki, Günayın Süleymanda pulu vardır, həmin pulu Süleyman Günaydan plastik qapı pəncərə biznesi ilə məşğul olmaq adı ilə almışdır. Qeyd etdiyi kimi, 29 ya 30 dekabr 2019-cu il tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən Kapital Bankın filialına Günay ilə birlikdə getmiş, orada köçürülən 3.000 manat pulu almış və Günay bundan sonra Süleymana zəng etmiş və Süleyman az müddət keçdikdən sonra gəlib idarə etdiyi “Opel” markalı avtomobili ilə bankın qarşısında götürmüşdür. Süleyman dairə vurub qayıdana söhbət etmişlər. Süleyman bildirmişdir ki, ona verəcəyi 3.000 manat pulun qarşılığına hər ay 200 manat xeyir verəcəkdir. Süleyman bir daha ona Günaydan plastik qapı-pəncərə işi ilə bağlı pul aldığını, yeni tikili binaların plastik qapı-pəncərə sistemlərinin bütün podrat işlərini götürdüyünü bildirmişdir. Həmçinin Süleyman özü şəxsən demişdir ki, verdiyi 3.000 manatı onda olan ümumi mayanın üzərinə qoyacaq, material alınması üçün istifadə edəcək, sifarişləri təhvil verəndə isə pullarını alacaq və kimin pulu varsa qaytaracaqdır. Hətta belə danışıq olmuşdur ki, əlavə pul olduğu halda daha çox xeyir verə bilər. Süleyman bildirmişdir ki, 2020-ci ilin yanvar ayında xeyirini verəcəkdir. 2020-ci ilin yanvar ayında Günaya demişdir ki, Süleyman söz verdiyi xeyiri nə üçün vermir. Dəfələrlə Günay yanında Süleymana zəng etmiş, Süleyman da daima müxtəlif bəhanələr gətirərək daha çox sifariş götürüb, artıq Şəmkir rayonunda iş görməsi ilə bağlı sözlər deməklə aylarla vaxtı uzatmış və o, sonradan bilmişdir ki, Süleyman onları aldadır. Həmçinin Süleyman ilə Günayın vasitəsi ilə əlaqə saxlamış və yanında olan danışıqların şahidi olmuşdur. Süleymana 3.000 manatı özü Günayın şahidliyi ilə 29 ya 30 dekabr 2020-ci il tarixdə ünvan 10 ünvanında onun avtomobilində Süleymanın özünün verdiyi vədinə inanıb vermişdir. Süleymana 3.000 manat pul vermiş, həmin pulu 2019-cu ilin dekabr ayında vermişdir. Süleyman ilə onun arasında telefon danışığı olmamışdır. Süleymanı əvvəllər də tanımışdır. Pulu istəyən zaman Günay ona Süleymanın pulu vermədiyini demişdir. Pulu verən zaman Süleyman ilə hər ay nə qədər xeyir verəcəyi və digər şərtlər ilə bağlı danışmamışdır. Bacısı 3.000 manat göndərdiyi üçün elə Süleymana da 3.000 manat pul vermişdir. Süleymanın qazanc olaraq ona pul verib-verməməsini xatırlamır. Süleymana pulu verdikdən 2 ay sonra Süleymanın onları aldatdığı məlum olmuşdur. Süleymana zəng edib pulunu istəməmişdir. Pulu şəxsən özü Süleymana vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “XS” adlı gözəllik salonunda işləyir. Zərərçəkmiş şəxs1 15 ildən çoxdur ki, tanıyır. 4 ildən çoxdur ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs Günayın azyaşlı övladını bağçaya aparıb gətirmiş, həmçinin Günayın özünə də, taksi xidməti göstərmişdir. Süleymanı çox yaxşı mədəniyyət sahibi, qanacaqlı və etibarlı bir adam kimi tanımışdır. 2019-cu ilin sonlarından etibarən bilmişdir ki, Günay Təqsirləndirilən şəxs ilə birgə iş görmək üçün ona pul vermişdir. 2019-cu ilin sonlarında Günayın Süleymana 50.000 manat civarında pul verdiyini bilmişdir. Süleyman Günaya bildirmişdir ki, pul verdiyi təqdirdə plastik qapı-pəncərə işi görüb xeyir verəcəkdir. Yanında dəfələrlə Günay Süleyman ilə telefon əlaqəsi saxlayaraq onların həmin iş ilə bağlı danışıqlarının şahidi olmuşdur. Süleymanın dəfələrlə Günaya “əgər tanışlarından kim iş görmək istəyirsə, pul versin mayanı artıraq sifariş çox olsun gəlir çox olsun” kimi ifadələri deməsinin şahidi olmuşdur. Süleymanın deməsinə görə gördüyü işin mahiyyəti ondan ibarət olmuşdur ki, o, yeni tikili binalar, obyektlərin böyük həcmdə plastik qapı-pəncərə sifarişini götürür və sifarişin müəyyən mərhələsini yerinə yetirmək üçün material almaq lazımdır, həmin materialın xərcləri vardır, sifarişi mərhələ-mərhələ təhvil verdikdə artıq sifariş sahibindən pulu almağa başlayacaqdır. Həmin ərəfədə Günay özü Süleymanın verdiyi vədə əsasən təklif etmişdir ki, o da Süleymana maddi cəhətdən dəstək olub həmin işə pul yatırsa xeyiri olacaqdır. 25 yanvar 2020-ci il tarixdə Süleyman ilə yaşadığı binanın həyətində, yəni ünvan 11 ünvanında görüşüb ona təklikdə əlbəəl 2.500 manat pulu vermiş və həmin zaman Süleyman ondan pulu sayıb qəbul etmiş və bir daha yanında Günay ilə telefonda danışıqlarını təsdiq edərək hər ay ona plastik qapı pəncərə işinə qoyduğu pula görə 200 manat ətrafında xeyir verəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayında Süleyman ona 200 manat pul göndərmişdir ki, guya onun xeyiridir. Həmin zaman pulun Günayda qalmasını, birlikdə oynadıqları lotoreyaya daxil etməsini bildirmişdir. 2020-ci ilin mart ayında isə bilmişdir ki, Süleyman onları aldadır. Maraqlanan zaman məlum olmuşdur ki, Süleymanın qapı-pəncərə sexi yoxdur, onun dediklərinin hamısı yalandır. Təqsirləndirilən şəxs 2.500 manat pulunu aldadıb yalan vəd verərək ələ keçirmişdir. İstifadəsində ********** mobil nömrəsi olmuşdur. Süleymanı çoxdandır tanıyır. Süleymandan pulunu tələb etməmişdir. Süleymana 2.500 manat pulu şəxsən özü vermişdir. Onun Süleymanla telefonla danışığı olmamışdır. Süleyman pulu vermədikdə o həmin pulu Günaydan tələb etməmişdir. Pulu verən zaman Süleyman ilə hər ay nə qədər xeyir verəcəyi və digər şərtlər ilə bağlı danışmamışdır. Təxminən 2020-ci ilin mart ayının 17 və 18 tarixlərində Günay onun yanında Süleymana zəng edib, ona verdikləri pulu tələb etmişdir. Günayın Süleymana zəng etdiyi həmin vaxtlarda Günay ilə Süleymanın münasibətləri yaxşı olmamışdır. Pulu 2020-ci ilin yanvar ayında Süleymana vermişdir. Baxış keçirilən zaman müstəntiq Elçin Qurbanov baxışda iştirak etmişdir. Baxış zamanı müstəntiqdən başqa həmin baxışda kimin iştirak etdiyini xatırlamır, baxışda hal şahidləri də iştirak etmişdir. Süleyman ilə onun arasında dəfələrlə telefon danışıqları olmuşdur. O, ifadəsində də bildirdiyi kimi 2.500 manat pulu 2020-ci ilin yanvar ayında Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 45 ünvanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs və onun arasında sələmə pul verilməsi ilə bağlı hər hansı bir telefon danışığı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2002-ci ildən tanıyır, Günayın atası ilə qonşuluqda yaşayır, onlarla ailəvi münasibəti var. Təqsirləndirilən şəxs 10 ildən çoxdur ki, tanıyır, onu taksi sürücüsü kimi tanımışdır. Süleymanın davranışları ona etibar etməyə imkan vermişdir. Günay ilə ailəvi münasibəti olduğu üçün çox zaman onun yaşadığı ünvan 12 ünvanında olmuşdur. Dəqiq tarixi yadında qalmamış, 2019-cu ilin avqust ayının sonları sentyabr ayının əvvəlləri qapı döyülmüş və Günay qapını açdıqdan sonra Günay “Süleyman gəlib” demiş, o da qapının ağzına keçib Süleyman ilə salamlaşdır. Qeyd etdiyi tarixlərdə dəfələrlə buna oxşar hadisə baş vermiş, Süleyman Günayın evinə günün müxtəlif zamanlarında, hətta gecə saatlarına belə mənzilə gəlib qapının ağzında dayanmış və Günay ona müxtəlif məbləğlərdə pul vermişdir. Günayın isə Süleymana nə üçün pul verməsini bilmiş, həm ailəyə yaxın adam olduğundan, həm də Süleyman ilə Günay arasında olan söhbətlərin birbaşa şahidi olduğundan hadisə ona tam aydın olmuşdur. Süleyman Günaya vəd vermişdir ki, Bakı şəhəri və digər rayonlarda yeni tikili binaların plastik qapı-pəncərə sistemləri ilə təmin edilməsi ilə bağlı layihələri götürüb, pul qazanmaq adı ilə həmin qapı-pəncərələrin hazırlanması üçün material pulu lazımdır. Süleymanın deməsinə görə, onun götürdüyü layihələrin həcmi böyük olduğundan daha çox material üçün pul lazımdır ki, həmin material əsasında hazırlanan qapı-pəncərə sistemləri layihələrə uyğun olaraq təhvil verildikdən sonra artıqlaması ilə gəlir əldə etmək mümkündür. O bu hadisələrin şahidi olmuş, Süleymanın Günaya verdiyi vədi, dəfələrlə ondan müxtəlif məbləğlərdə qeyd etdiyi zamanlarda pul almasını görmüşdür. Sonuncu dəfə isə Günayın Süleymana 2019-ci ilin avqust ayının sonlarında yaşadığı binanın qarşısında, yəni Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr. 28-də 1000 ABŞ dolları pulu verməsinin şahidi olmuşdur. Sonradan isə Süleymanın Günayı aldatması və verdiyi vədinə əməl etməməsini, ona qarşı dələduzluq etməsinin də birbaşa şahidi olmuşdur. 2020-ci ilin mart ayında Günay ilə birlikdə Bakı şəhəri, Cəfər Xəndan küçəsində, “Elit” Ticarət Mərkəzinin yanından 8-ci mikrorayon tərəfə gedən istiqamətdə Süleyman və yanında olan Şahid4 kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin görüş zamanı Süleymanın danışıqlarını Günay ona qarşı etdiyi dələduzluq əməlini sübut etmək məqsədi ilə telefonu ilə qeydə almışdır. Həmin zaman Süleyman bir daha Günaydan və onun rəfiqələrindən ifadəsində qeyd etdiyi vədlə pul aldığını etiraf etmişdir. Lakin elə danışıq zamanı Sübhan adlı şəxsdən bəhs edib fikri yayındırmaq istəmiş, onun danışıqlarından başa düşülmüşdür ki, Süleyman konkret olaraq vaxt qazanmaq istəyir, müxtəlif bəhanələr gətirir, bir saniyə əvvəl dediyi söz sonra dediyi sözləri ilə uyğun gəlmir. Həmin səs yazılarından Süleymanın Günayı və rəfiqələrini tanışlarını necə aldatması tam aydın görünmüşdür. Süleymanı 8-9 ildir ki, tanıyır. Günayı 9-cu sinifdən tanıyır, Günayın atasıgil ilə qonşudur. Günay ilə Süleyman arasında biznes ilə bağlı söhbətləri eşitmişdir. Süleyman taksiçi sürücüsüdür. Süleymanın Əfruzədən də qapı-pəncərə işi ilə bağlı pul aldığını bilmişdir. Günay çox vaxt Süleyman ilə telefonda danışan zaman telefonu mikrafona qoyduğu üçün onlar arasında olan danışıqları eşitmişdir. Süleyman həmin telefon danışıqlarında Sübhan qapı-pəncərə işi ilə bağlı 2.000, 5.000 və 10.000 və.s məbləğlərdə pul lazım olduğunu, buna görə də Günayın həmin məbləğlərdə pulları hazırlamasını və pulu gəlib götürəcəyini bildirmişdir. Süleyman 1.000 ABŞ dolları məbləğində pulu şəxsən gəlib ondan götürmüşdür. O, kimyəvi təmizləmədə işləyir. İş qrafiki səhər saat 9-dan saat 4-5-ə kimidir. Süleyman pulu Sübhana çatdırmaq üçün istəmişdir. Süleyman 1.000 ABŞ dolları pulu 2019-cu ilin yaz-yay aylarında gəlib ondan götürmüşdür. Təranə adlı qadınla bağlı Günay ilə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etməmiş, heç bir polis işçisinə şikayət yazmamışdır. Süleyman, o və Günay 3-ü görüşmüş, həmin görüşdə Günay Süleymanın ondan 110 min manata yaxın pul aldığını bildirmişdir. Günay telefon ilə Süleymanın səsini yazmış, həmin səsin nə vaxt yazıldığını xatırlamır. Həmin görüşdən sonra Süleyman onu və Günayı evlərinə aparmışdır. Süleyman həmin gün onları BŞBPİ-nin təhqiqatçısı Sərhəd İbayevin yanına aparmamışdır. Günayın Süleymana verdiyi pulun içində ona məxsus hər hansı bir məbləğdə pul olmamışdır. Günay tərəfindən verilmiş həmin pulların Təranə adlı qadına hər hansı bir aidiyyatı olmamışdır. Sübhan adlı şəxsə verilmiş 100.000 manat pulun 48.000 manatının ona məxsus olduğunu məcazi mənada demişdir. Günayın Süleymana pul verməsinin şahidi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs Günayın taksi sürücüsü kimi tanımış, əvvəllər onunla münasibəti olmamışdır. 2020-ci ilin yanvar ayında Günay onunla əlaqə saxlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə qapı-pəncərə işi görür, Süleymanda pulu vardır, lakin material almaq üçün pulu çatmır. Günay ilə münasibəti olduğundan tərəddüd etməmiş və razılıq vermişdir ki, pulu çatmırsa verə bilər. 2020-ci ilin yanvar ayından fevral ayının sonlarına kimi olan müddətdə Günaya Süleymanın vasitəsi ilə 28.000 manat borc pul vermişdir. Həmin pulu hissə olmaqla 3 dəfəyə 11.000, 14.000 və 3.000 manat olmaqla ünvan 13 ünvanın qarşısında vermişdir. Sonuncu dəfə Süleyman 3.000 manat pulu verərkən o, özü şəxsən Günayın pulu ilə qapı-pəncərə işi gördüyünü bildirmişdir. Süleymana pul verməmişdən qabaq o, istifadəsində olan ********** mobil nömrəsi ilə onunla əlaqə saxlamışdır. Süleymana pulu şəxsən özü qeyd etdiyi ünvanda vermişdir. Sonradan bilmişdir ki, Süleyman Günayı aldatmışdır. O, 28.000 manat pulumnu Günaya görə vermiş, həmin pulu Günaya Süleymanın vədinə görə verməmişdir. Süleyman vəd verib Günayı aldatmışdır. Pulu şəxsən Süleymanın özünə, Günayın yanında vermişdir. Heç bir yerdə işləmir, 260 manat təqaüd alır. Süleymana 11.000 manat pulu 2019-cu ilin noyabr ayında, 17.000 manat pulu 2020-ci ilin mart ayında vermişdir. 28.000 manat pulu 2 dəfəyə vermişdir. Süleyman ona iş görmək ilə bağlı hər hansı bir söz deməmişdir. Süleyman pulu götürməyə gələndə özü ilə qapı-pəncərə ilə bağlı kataloq gətirmişdir. Süleyman ilə verdiyi pula görə xeyir verilməsi ilə bağlı şərtləri danışmamışdır. Süleyman ona xeyir kimi 500 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 və Süleymana əvvəllər pul verməmişdir. Həmin pulları verənə kimi Süleymanı tanımamışdır. Süleyman ilə arasında telefon danışığı və Whatsapp yazışmaları ola bilər. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. Süleymana verdiyi pulu Günaydan istəməmişdir. 12 may 2019-cu il tarixdə olan Whatsapp yazışmalarında o, pulun verilməsini nəzərdə tutmuşdur. 14 may 2019-cu il tarixdə Süleymanla olan Whatsapp yazışmalarında “toplayıb sabah gətirərsən” deyəndə və 15 iyul 2019-cu il tarixdə Süleymanla olan Whatsapp yazışmalarında “aparın qıza verin, qız evdədi” deyəndə nəyi dediyini xatırlamır. 6 dekabr 2019-cu il tarixdə olan Whatsapp yazışmalarında Süleymanla onun Günaya verdiyi pulu alıb ona gətirməsini danışmışlar. 15 dekabr 2019-cu il tarixdə Süleymanla olan Whatsapp yazışmalarında Süleymanın “18 dekabrda olanla bir yerdə verərəm” deyəndə nəyi nəzərdə tutduğunu xatırlamır. Süleymanla Whatsappda olan səs yazılarındakı “sələmə verilmiş pul” deyəndə faizi nəzərdə tutmuşdur. Günay ona verdiyi pullara görə demişdir ki, “sənə də hörmət edəcəm Nərminə xala”. Həmin Whatsapp yazışmaları onun Günaya verdiyi həmin pullar ilə bağlı olmuş və həmin pullara görə Günay ona əlavə qazanc verməli olmuşdur. Zərərçəkmiş şəxs4 tanımır, Zərərçəkmiş şəxs4 faizə pul verməmişdir. O heç kəsə sələmə pul verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, alüminium, plastik qapı pəncərə, “perilla”, “cam balkon” işlərini görür, bu yolla ailəsinə çörək pulu qazanır. 8 ildən çoxdur ki, bu işlə məşğul olur. Sübhanı isə 8 ilə yaxındır ki, tanıyır, Sübhanı peşəsi ilə bağlı olaraq tanımış, bir müddət bir yerdə işləyərək onun kimi plastik qapı-pəncərə ustası olmuşdur. Hazırda isə bildiyi qədər, Sübhan Rusiya Federasiyasındadır, özü Rusiya Federasiyasının vətəndaşıdır. Hazırda isə Sübhanla əlaqəsi yoxdur. Rusiyada olduğu ilkin zamanlarda onunla əlaqəsi olmuş, bildiyi qədər, pandemiyadan qabaq Rusiyaya bir həftə müddətinə getmiş, sonradan xəstələnərək orada qalmışdır. Sübhanın özündən isə onun soyadının Gülməmmədov olmasını bilmişdir. Rusiya vətəndaşı olmasını isə dəqiq tarixi yadında qalmamış, bir dəfə sifariş alan zaman işi qəbul edə bilməmişdir, çünki sifarişçi şəxs ona bildirmişdir ki, “sən Rusiya vətəndaşısan, bizə Azərbaycan Respublikasının vətəndaşı lazımdır”. Sübhan ilə cəmi bir dəfə birlikdə bir sifariş qəbul etmiş, bu hadisə 2020-ci ilin əvvəllərində olmuş, həmin işdən sonra Sübhanla daha iş görməmişdir. Bakı şəhəri, Dərnəgül şossesində, “Santral” adlı dükanın yanında 2019-cu ilin payız aylarından etibarən cəmi 5-6 ay birlikdə hər ay icarəsi 500 manat olan ofisdə işləmişlər, lakin birlikdə qeyd etdiyi işdən başqa şəriklikləri olmamışdır. Həmin ofisin icarəsinin yarı pulunu o, yarısını isə Sübhan vermişdir. Ofisdə Sübhan öz sifarişini, o isə öz sifarişini qəbul etmişdir. Təqsirləndirilən şəxs isə Sübhanın vasitəsi ilə bir il əvvəldən tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. Sübhan Rusiya Federasiyasına getdikdən sonra 2020-ci ilin yaz aylarında Bakı şəhəri, Binəqədi rayonunda, “Elit” ticarət mərkəzinin yanında olan qapı-pəncərə sexində olan zaman Süleyman yanında iki nəfər qadınla birlikdə həmin sexə gəlmişdir. Həmin sex onun və Sübhanın tanışı olan Elçin adlı şəxsə məxsus olmuş, dost kimi həmin sexə getmişdir. Təqsirləndirilən şəxs onu yanına çağırmışdır. Söhbət zamanı Süleyman tez-tez danışmış, danışığını tam başa düşmək olmamışdır. Süleyman demişdir ki, guya o, Sübhanla Sübhanın dediyinə görə şərikli formada böyük iş götürmüş, həmin işə görə Sübhana pul vermişdir. O, Süleymanın həmin sözlərini təkzib etmiş və bildirmişdir, ki, “Sübhanla sənin pul verdiyin hər hansı bir işdə şərikliyim yoxdur”. Sonra Süleyman yanındakı qadınları göstərərək bildirmişdir ki, onlardan aldığı pulu Sübhana vermişdir. Söhbət zamanı qadınlardan biri sonradan adı Günay kimi məlum olan xanım Süleymana kimlərin pullarını verməsini bir-bir sadalamış, həmin pul məbləği yadında qaldığı qədər 100.000 manatı keçmişdir. Orada Süleyman həmin 100.000 manat civarında olan pul məbləğini Günay adlı xanım və adını çəkdiyi qadınlardan aldığını və Sübhana verdiyini bildirmişdir. Həmçinin orada başa düşmüşdür ki, həmin qadınlar, ümumiyyətlə, Sübhanı tanımırlar, münasibətləri yoxdur. O Sübhanın kasıb adam olduğunu, yemək yedikləri zaman belə cibindən 20 manatdan artıq pul çıxardığını görmədiyini, əyninə zorla şalvar aldığını, o və yaxud Sübhan həmin həcmdə iş görmədiklərini bildirmişdir. Adətən o və yaxud Sübhanın gördüyü işin büdcəsi 1.000-3.000 manat arası olmuşdur. Həmçinin heç bir zaman yeni tikili binalarda bütün binanın qapı-pəncərəsinin quraşdırılması işi görməmişlər. Götürdüyü sifarişlərin ustalığını o etmişdir. Əvvəldən usta işləyib bu işləri bacarsalar da, son illərdə sifarişi qəbul edib öz tanıdığı ustalara gördürmüş və oradan gəlirlərini əldə etmişdir. Sübhan əslən Gürcüstan azərbaycanlısıdır, ailəlidir, iki azyaşlı övladı var, ailəsi Bakı şəhərində yaşayır, lakin ünvanlarını və ailə üzvlərinin adlarını bilmir. Sübhanın onda bir neçə mobil telefon nömrəsi vardır. O, Süleymanın Sübhanla hər hansı bir biznes və yaxud şərikli iş görməsinin şahidi olmamış, belə bir hadisə olsaydı xəbəri olardı. Sübhan ilə bildirdiyi kimi ən son və ən böyük sifariş məbləği 2.400 manat olmuşdur. Süleymanın Sübhanı gəzdirən tanış sürücü kimi tanımış, onların arasında başqa iş münasibətinin olduğunu görməmiş, son zamana qədər də qeyd etdiyi kimi Sübhanla münasibətdə olmadığından Süleymanla hər hansı bir iş görməsinin şahidi olmamışdır. Sübhandan Rusiyaya getməsinin səbəbini soruşan zaman orada olan avtomobilini satmaq üçün və evini yoxlamaq üçün getdiyini bildirmişdir. Onların ən böyük işləri 3.000- 4.000 manat dəyərində olmuşdur. Sübhan ilə 3 il işləmişdir. Süleymanı 3-4 dəfə görmüşdür. Süleymanla Sübhan arasında yaxşı münasibət olmuşdur. Sexə Süleyman ilə gələn qadınlar Süleymana 100.000 manat pul verdiklərini və Süleymanın isə həmin pulu Sübhana verdiyini bildirdiyini demişlər. Qadınlar 100.000 manat pulun qapı-pəncərə işi ilə bağlı verildiyini bildirmişlər. Sübhan pandemiya başlamamışdan 20 gün əvvəl Rüsiyaya getmişdir. X9 iş görməsi ilə bağlı hər hansı bir xəbəri olmamışdır. Sübhan ona iş ilə bağlı 10.000 manat borcunun olduğunu demişdir. Sexə gələn qadınlarla söhbət zamanı Süleyman danışmamışdır. Həmin qadınlar Sübhana 100.000 manat pul verildiyini deyən zaman, o, qadınlara Sübhanın həmin məbləğdə pulu almayacağını demişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik Univermağı” adlanan yerdə qızıl qəbulu yerində işləyir. Təqsirləndirilən şəxs 8 ildir ki, tanıyır. Süleyman işlədiyi yerin qarşısında özünə məxsus olan “Opel” markalı avtomobili ilə taksi sürücülüyü etmişdir. Bu illər ərzində Süleymanın taksi xidmətindən istifadə etmiş və münasibəti yaranmışdır. Lakin Süleyman ümumilikdə özünə qapalı, çox danışmayan, çox ünsiyyət saxlamayan biridir. Məsələn Süleymana zəng gələn zaman o, kənara ən azı 50 metr çəkilərək danışan bir adamdır. Süleyman “Samsung A 3” markalı iki sim kartlı mobil telefon işlədirdi. Onunla həmişə əlaqə saxlayan zaman istifadəsində olan ********** mobil nömrəsindən istifadə etmişdir. Digər mobil nömrəsini isə xatırlamır, bildiyi halda istintaqa bu barədə əlavə məlumat verə bilər. 6 il bundan əvvəl Qax rayonundan olan dostu Fəxri bildirmişdir ki, rayonda Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinə işə düzəlmək istəyir. Bir dəfə Süleyman ilə yolda gedən zaman elə olmuşdur ki, Süleymanın Fəxrinin istəyi barədə xəbər tutmuşdur. Süleyman özü təklif etmişdir ki, tanışları, əlaqələri vardır, FHN-də Vüqar adlı yaxın adamı var, dostu Fəxrinin 10.000 manata istədiyi işə düzəldə bilər. Süleymana inandığı üçün bu barədə Fəxriyə demiş və Fəxrinin ona göndərdiyi 10.000 manat pulu Süleymana vermişdir. Bundan sonra Süleyman Fəxrini özü FHN-nə aparmış, orada tanımadığı bir şəxslə görüşdürmüş və Fəxri də tam inanmışdır ki, Süleyman onu işə düzəldəcəkdir. Lakin bu hadisənin üzərindən bir il keçməsinə baxmayaraq Süleyman verdiyi vədini yerinə yetirə bilməmiş, onu aldatdığını başa düşmüş və məcbur olub Süleymandan Fəxrinin pulunu tələb etməyə başlamışdır. Çünki Fəxriyə yaxşılıq etmək niyyəti ilə Süleymana etibar etsə də, vədinə yalançı çıxdığından ortada qalmışdır. Süleyman demişdir ki, ondan aldığı pulu birdən tam şəkildə qaytara bilməz, yalnız kiçik məbləğlərlə hissəhissə qaytara bilər. Bundan sonra Süleymanın yenə onu aldatdığını başa düşmüş və onun qardaşları ilə əlaqə yaradıb bu hadisə barədə danışmışdır. Bundan sonra 4-5 ay ərzində Süleymanın qardaşları Fəxridən alıb Süleymana verdiyi 10.000 manat pulu qaytarmışlar. Bəzən pulu Süleyman, bəzən isə qardaşı gətirib vermişdir. Bundan sonra isə yalnız Süleymanın taksi fəaliyyətindən istifadə etmişdir. 2019-cu ilin avqust ayında Süleyman onu əslən Gürcüstandan olan Rusiya Federasiyasının vətəndaşı Sübhan adlı şəxslə tanış edərək bildirmişdir ki, Sübhan qapı, pəncərə, cam-balkon ustasıdır. Sübhan da onun yaşadığı Qara Qarayev prospekti istiqamətində yaşadığından Süleyman onu evə aparan zaman yol üzərində Sübhanı da götürmüşdür. Həmin zamanlarda Süleymanın deməsindən bilmişdir ki, o, Sübhanla obyektlərdə iş götürür və Sübhanın ona 17.000 manat verəcəyi pul vardır. Sübhan isə, bildiyi qədər, Qara Qarayev prospektində qardaşının evində yaşamışdır. Sübhanın qardaşı isə Rusiya Federasiyasında işləmişdir. Sübhanı çalışqan və normal bir adam kimi tanımışdır. 2020-ci ilin mart ayında Süleymandan eşitmişdir ki, Sübhan Rusiya Federasiyasına getmişdir. Bir müddət keçmiş Süleymandan öyrənmişdir ki, onu polisə çağırıblar və izahatını alıblar. Həmin zaman Süleyman etiraf etmişdir ki, onun tanımadığı bir neçə qadından pul alıb Sübhana ümumilikdə 114.000 manat pul vermişdir ki, iş görsün. Hazırda isə qadınlar ondan şikayət etmişdir. Həmin zaman Süleymandan soruşmuşdur ki, “bəs sən mənə demişdin ki, Sübhandan gördüyünüz işlə bağlı 17.000 manat almalı idin, indi bu boyda məbləğ haradan çıxdı?”. Süleyman ona həmin zaman cavabında demişdir ki, “mən Sübhana ümumilikdə qeyd etdiyim 17.000 ilə birlikdə 114.000 manat pul vermişəm, 17.000 manat pulu sən onu tanıyandan sonra vermişəm, qalan dediyim böyük pulu bir neçə il əvvəl vermişəm, onda sən Sübhanı tanımırdın”. Həmin zaman Süleyman demişdir ki, o, tanışları olan bir neçə qadından 114.000 manat pulu alıb Sübhana vermişdir ki, iş görüb pul qazansınlar. O, orada Süleymanın bu dediklərinə inanmasa da, ona heç bir söz deməmiş və daha bu barədə ondan bir söz soruşmamışdır. Süleymana inanmamasına səbəb Süleymanın qeyd edilən məbləğdə pulun verilməsində iştirak etməyinə baxmayaraq Sübhanı heç axtarmaması, onunla maraqlanmaması olmuşdur. O, Sübhanı 2019-cu ilin avqust ayında Süleymanın vasitəsi ilə tanımışdır. 23 oktyabr 2020-ci il tarixdə qaynı şəhid olmuş və onun yas mərasimi ilə bağlı Süleyman ilə birlikdə Qax rayonunda getmişlər. Təxminən orada 3 gün qalıb bundan sonra Süleyman ilə birlikdə Bakı şəhərinə qayıtmışlar. Bundan sonra Süleymanı görməmiş və bir-iki həftədən sonra Süleymanın iki qardaşı onun işlədiyi dükana gəlmiş və orada məlum olmuşdur ki, Süleyman dələduzluqla ittiham olunaraq tutulmuşdur. Həmin zaman Süleymanın qardaşları demişdir ki, “Süleyman heç bir şey danışmır, biz bilmirik, o nə iş görmüşdür, axırıncı dəfə sənin məsələndən sonra and vermişdi ki, bir daha belə şeylər etməyəcək, artıq ondan bezmişik” kimi ifadələr işlətmişlər. Onlara demişdir ki, Süleymanın onun yanında heç kimlə dedikləri işlə bağlı danışdığını görməmişdir. Çünki qeyd etdiyi kimi, Süleyman özünə qapalı, sirli bir adamdır, emosional deyil və telefonla danışan zaman kənarda danışır, “Whatsapp”dan da çox az istifadə edir (cild 1, iş vərəqə 72-76 və cild 3, iş vərəqə 152-154). Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 145-153, cild 3, iş vərəqə 217-226). Cinayət işinin materiallarından görünür ki, şahidlər Şahid1 və Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 3, iş vərəqə 195-201, cild 1, iş vərəqə 154-156). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd “CD” diskə və içərisində olan 12 ədəd fayla baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin səs yazılarında dialoq iştirakçılarının səsinin tonu, nitq vərdişləri, ləhcəsi və digər xarakterik əlamətləri müqayisə edilərək “Günay xanım” kimi müraciət olunan şəxs Zərərçəkmiş şəxs1, “Süleyman” kimi müraciət olunan şəxs Təqsirləndirilən şəxs, “Telman müəllim” kimi müraciət olunan şəxs Şahid4, “Hüsniyyə” kimi müraciət olunan şəxs Şahid1dır. Qeyd olunan şəxslər müraciət olunma adlarına uyğun olaraq qarşısında Diktor yazılmaqla qeyd edilmişdir. Qeyd olunan səs yazılarının məzmunu (stenoqramı) aşağıdakı kimdir: “2_**********107157240” adlı faylda olan dialoqun mətni: Diktor “Telman”: İndi onun opşi summası 3200 manat Diktor “Süleyman”: Görürsüz sorada heç yaxşı çıxmadı silkənirdi neyniyirdi getdi-gəldi getdi indi yarımçıq qoyubdu Diktor “Telman”: Yox elə bir şey yoxdu //// Diktor “Süleyman”: Hə həə dedi ki mənim orda alacağım var gəlsin bura Telman məllimə deyib ki Sumqayıtda dedi ki 25000 30000 ordan alacağım var Diktor “Günay”: 28000 pul birdi, 23000 pul birdi, 48200 pul birdi, 1000 dollar pul birdi Diktor “Hüsniyyə”: 48200-i birdən verməmişik də, məsəlçün Diktor “Süleyman”: 1000 dolları mənimdi ////(Hüsniyyənin sözünü kəsir) Diktor “Hüsniyyə”: 11000 bir, 9000 bir, Diktor “Süleyman”: Xırda xırda verilib də Diktor “Hüsniyyə”: 12000 bir Diktor “Günay”: Özüdə Elçin (əslində Telmana müraciət edir) məllim mən onu tanımıram, onu görməmişəm, mən onu Süleymana vermişəm, Süleyman verib Diktor “Telman”: Bu dəyqə danışmısız oynan ? Diktor “Süleyman”: Səhər-səhər sizdə sora Əsədi yığdı Diktor “Günay”: Hmm Diktor “Telman”: Nəə deyir ? Diktor “Süleyman”: Deyir mən heçnə 17500-dü mən gəlib verəcəm onu, Navasibrskidəyəm Diktor “Telman”: Hə mənə də, onu deyir Diktor “Süleyman”: Maşınımı satıram o, bir dəfə deyir Gəncədə //// Gürcüstdanda qardaşımın maşınını satmışam 18000-ə 18000-ə satmışam gəlirəm Gəncədəyəm elə nə vaxt şəkil paylayır yoldadır gedir Diktor “Günay”: O elə yollarda qalıb Diktor “Süleyman”: Deyib ki, 28-dən ordan alacağaım var //// dedilər ki calasın müdiri xaricə gedib di //// bir dəfə 5000 /// gəl sumqayıtda //// (konkret nə demək istəyir başa düşülmür) Diktor “Telman”: Vallah nə bilime Diktor “Süleyman”: Yoxe yoxe (Telmanın sözünü kəsir) Diktor “Süleyman”: Siz bir dənə Telman məllimdi də //// o daha yaxındı Diktor “Telman”: Həəə Diktor “Süleyman”: Prosta deyirdi ki, mən nəyə gəldim ki 28-lik işə görə //// Diktor “Günay”: Telman məllim siz bəlkə yığasız bir dənə Diktor “Telman”: Opşi summa 3200 Diktor “Günay”: Həəə?? Diktor “Süleyman”: Aaa nə danışırsan deyir 12000-lik işdi, üç rayondu hər rayon (Telmanın sözünü kəsir) Diktor “Telman”: Bir dənə xətt gedirdə ikisi çatmır, heç gözümdə görmür bir dənədi iki dənədi Diktor “Süleyman”: Bir dənədi çatmır Diktor “Telman”: Amma tezdən özü məni yığdı Diktor “Süleyman”: O, bilirsiz tezdən nəyə yığıb mənnən danışıb şeylədi sonra sizi yığdı ki, Əsədi dedim a qardaş Əsədi Əsədi bir dəfə şey oldu Əsədi bura nəyə qatırsan, sız yığmısız Əsədi Diktor “Telman”: Hıı Diktor “Süleyman”: O nəyə görə dedi ki, Əsədə yığıynan Diktor “Telman”: Dedi Əsədə yığginən de Əsədə denən ki, verəcəyim var olara yəni //// Diktor “Süleyman”: Əsəd kimdi axı Əsədi bura nə qat //// Diktor “Telman”: 17000 dedi pul verəcəyim var Diktor “Süleyman”: Buna deyir ki, Süleyman bütün günü Fatmayidə nə bilib Diktor “Günay”: Deyir get Əsədi deyirəm mən Əsədi gedib niyə danışıram. Əsəd tanıyıram ? Əsəd pul vermişəm ? Əsədnən danışım, mən pul onu Əsədə pul verməmişəm, Süleymana vermişəm Süleymanla danışıram Diktor “Süleyman”: Orda iki il ərzində pul verilib nə bilib Babəkdə iş görürəm 28-i belə (fikrini yarımçıq kəsir, cümlədə məna itkisi var) Diktor “Telman”: Yoxee sən nətəri verirən əə bu boydana pulu ona 100000 mindi, min deyil, iki min deyil, beş min döyül Diktor “Süleyman”: İş adıynan verilib Diktor “Telman”: A iş adıynan iş qaz//// biri görülüb qutarılmalıdı burdan pulu alınmalıdı pulu alınıb verilmədi, sora dalneşi pul verilməlidi Diktor “Günay”: Düz deyirdə Süleyman Diktor “Telman”: Elə bir tərəfdən ver Diktor “Günay”: səni aldadıb başa düşürsən Diktor “Telman”: /// 30000 ver//// Diktor “Süleyman”: Telman məllim mənə deyifki mən də xanıma deyim dedi iş görürük verək verilməlidi iki ildie birdən bir ayı verib o birisi ayı şey eləməmişəm axı iki ildi bu mənnən işdiyir belə işdiyir (cümlədə məna itkisi var, nə demək istəyir tam anlaşılmır) Diktor “Telman”: Bilirəm işdiyir verdiyin puldan nə qədər //// Diktor “Süleyman”: Ay telman məllim sizdə iş görürsüz bir adam var iş görürüsüz inanırsız, olurda (Telmanın ona xeyir götürüb-götürməməsi barədə sualından ehtiyat edib sözünü kəsir) Diktor “Telman”: Taa bu boyda yoxda Diktor “Telman”: İndi o Adam//// Diktor “Süleyman”: Sənnən indi//// Sumqayıtda 100000 lik işdi Qeyd : Bu səs yazılarında olan dialoq mətnindən görünür ki, Təqsirləndirilən şəxs danışıq zamanı olan bütün vəziyyəti idarə edir. Belə ki, diktorlar arasında olan danışıq zamanı konkret hadisənin məğzi, pulun məbləği və ona verilən digər suallar ilə bağlı suallardan yayınır, digər diktorun sözünü kəsir, səs tonunu qaldırır, mövzunu dəyişib konkret “Sübhan” adlı şəxslə olan münasibətinin dəqiqləşdirilməsini, aşkara çıxmasını, ona nə qədər pul verməsindən yayınmaq istəyir. “2_**********107157247” adlı faylda olan dialoqun mətni: Diktor “Süleyman”: Deyir heç olmasa 1000 manat 500 manat gətirib sənə kömək elədim ki //// özün başqa vaxt dostluqdan çörək kəsməkdən danışırsan //// danışırsan heç belə marağıva da gəlmədi ki axı problem mənim problemimdi bunun problemi deyil ki, mən bunu qoymuşam ortada da maraqlandın (uca səslə danışır) Diktor “Sübhan”: Yo yo yo Diktor “Süleyman”: Bir maraqlandın sən (sözünü kəsir) Diktor “Sübhan”: Yox valla yox dedim zəng vurarsan Diktor “Süleyman”: (sözünü kəsir) Valla vallah eləməye prablem sənin prablemindi mənim problemim deyil ki bəs dünən //// saat 10-da yığıb ki, neynədin //// denən bütün eşidib telefonda səs gedirdi qulaqçığ //// bütün səs ona gedirdi deyir heç olmasa 1000 manatda gətirsə kömək //// 2000 manat pul verməliyəm səə yığıb ki gəl bu uşaqlardan görüm nə bacarıram //// səhəri //// bilirəm vəziyyəti //// bu hərəkətin düzgün deyil sənin vəziyyətin //// 125000 qoyduq qirağa bu 4500-dən heç olmasa bir 1000 manat 500 manat gətirsə //// mən bunun köməyim bacardığım budu heç belə gecə nə günüz heç maraqlandın mı sən Süleyman nəynən eliyirsən nətər elədin mən söz vermişdim axı camata Diktor “Sübhan”: Süleyman gecə o arvad//// Diktor “Süleyman”: (sözünü kəsir) //// Problem mənim deyile Sübhan problem sənin problemindi Diktor “Sübhan”: Bileyrəm mən sənə söz vermişəm/// Diktor “Süleyman”: //// Mən gecə düşüb kiməsə yalvarıb şey xahiş eləməliyəm sənin heç vecinə deyil dünən mənə neylədin. Mən /// Diktor “Süleyman”: Dünən neylədin mənə Diktor “Sübhan”: Mən dünən mən Diktor “Süleyman”: (sözün kəsir) Nə köməklik elədin mənə 17500, 17000 manatın qarşılığında nə köməklik elədin mənə denən ki gətirdin 500 manat verdim sənə. Sənə heç bir köməklik edə bilmədim Diktor “Süleyman”: Bə nəyə deyir //// sənə gecəni qoyduq qırağa səhər durub zəng elədin ay qardaş mənim o problemin nə yerdə qaldı nətər elədin gecə vaxtı //// heç bir maraqlandın sən Diktor “Sübhan”: Canım üçün Diktor “Süleyman”: (sözünü kəsir) Başqa vaxt camaata //// danışırsan dostluqdan danışırsan mən belə edərək //// danışırsan Diktor “Sübhan”: 9-a işləmişdən dedim “2_**********107157250” adlı faylda olan dialoqun mətni: Diktor “Süleyman”: Aparıb vermişəm mənə bir qəpik vermisən //// Diktor “Günay”: Süleyman yaxşı Süleyman bildim bəs Süleyman bu boyda pulu verəndə nəyə arxayın oldun verdin Diktor “Süleyman”: Kimə Diktor “Günay”: Bu boyda hər dəfə sənə deyirdim Süleyman //// Diktor “Süleyman”: //// işdiyirəm obyektlər evlər burdadı Diktor “Günay”: Bəs sənə Süleyman deyirdim pul çoxdu deyirdin narahat olma indidə denən də narahat olma Diktor “Süleyman”: //// siz eşidəndən görürdüz ki, gətirirdi //// Süleyman mənim pulumu denən verir Diktor “Günay”: Deyirdim də, deyirdim denən azaltsın deyirdin narahat olma Diktor “Süleyman”: //// şey eləsəydiz mən üstünə düşərdim pulu qaytarardı Diktor “Günay”: Yoxe deyirdin narahat olma deyirdin narahat olma Diktor “Süleyman”: //// vaxtı var idi Diktor “Günay”: İndi də dedə narahat olma denən də, niyə demirsən indi narahat olma //// niyə demirdin pulu qaytarır deyirdim summa çoxdu summa çoxalır Diktor “Süleyman”: //// mübarizə aparır pulu qaytar Diktor “Günay”: Deyirdim summa çoxalır summa çoxdu deyirdin narahat olma, ... Nərminə xala belə sənə qaytdı dedi ki Süleyman pul çoxdu deyirdin narahat olma Nərminə xala narahat olma Diktor “Süleyman”: Mənə deyib ki pul çoxdu Diktor “Günay”: Mənə deyirdi səndə eşidirdin telefonda Diktor “Süleyman”: //// Diktor “Günay”: O biri qulağımda Nərminə idi bu biri qulağmda sən idin Diktor “Süleyman”: Mən nə bilim inandıqda mən də gic kimi //// hamı verirdi hamı alırdı mən //// istəmirəm gətirin mənim pulumu ver “2_**********107157251” adlı faylda olan dialoqun mətni: Diktor “Günay”: Yaxşı qoy bir dəyqə danışarıq mən özümü pis his eliyirəm Diktor “Süleyman”: Ahhh mən //// əsəbləşirsiz mən də narahat olurame hirslənirsiz mən //// mən də narahat olursuz //// əsəbləşirsiz özünüzdən çıxırsız Diktor “Günay”: Mən bir dəyqə yığaram Diktor “Süleyman”: Əsəbləşirsiz özünüzdən çıxırsız əsəbləşirsiz mən nağarım mən Diktor “Günay”: Ay bala özümdən çıxmıyım ay Süleyman necə rahat rahat oturum rahat nəyə oturum rahat nəyə oturum hansı günümə rahat oturum mən ? Diktor “Süleyman”: //// Söz tapıb deyə //// mən nə //// mən onu bir 15 günə çalışdım ki sizsiz həll eliyim onu gördün məni necə şantaj elədi dedi ona deməynən bir dənə //// sizi yığıb //// a mənim telefonumu niyə götürmürsən maşın satmışam Gəncəyədəm gəlirəm //// bacəm oğlu pul göndərib, aparıb toy //// Süleyman belə yeyib içib di nə bilib Fatmayıda belə sənin Fatmayıda nə işin var//// (burada başqa adamın adından danışır) Diktor “Günay”: Dəli olurame fikirləşəndə ki Diktor “Süleyman”: Süleyman elə səhərdən burda olmalıdı (anlaşılmır) Diktor “Günay”: Burda 2000 deyil çıxardıb cibimdən verim 4000 deyil 5000 deyil 10000 deyil Diktor “Süleyman”: Mən nətər eliyim 2000 üstündə olsa 2000-3000 olsa mən də deyirəm həll eliyək sora nə köməklik lazımdı eliyək //// yolun qoyaq //// (cümlə tam başa düşülmür) Qeyd : Bu səs yazılarında olan dialoq mətnlərində görünür ki, Təqsirləndirilən şəxs danışıq zamanı surətli danışır, bəzən aidiyyəti olmayan sözləri bir-birinin arxası ilə deyir və məna itkisi olduğundan nə demək istədiyi məlum deyil. “2_**********783807700” adlı faylda olan dialoqun mətni: Diktor “Günay”: O, bu obyektlərə bu boyda pul gedə bilməz Diktor “Süleyman”: Bu obyekt deyile Diktor “Günay”: Məsələn yəni Diktor “Süleyman”: Telman məllim obyekt 30000 deyir iş görürəm yəni Sumqayıtda 50000 lik iş görürəm, Əliş məllimin //// (konkret nə demək istəyir məlum deyil) Diktor “Telman”: 30000 orda//// bir neçə alacağı var//// Diktor “Günay”: Hardan alacağı var Diktor “Telman”: Sumqayıtda Diktor “Süleyman”: Sum... Diktor “Günay”: Nə qədərdi Diktor “Telman”: Hardasa 30000 idi 30000-ə yaxın Diktor “Süleyman”: ( Diktor “Telman”ın sözünü kəsir imkan vermir ki sözünün axıra kimi danışsın) Dedi böyük işdi görməmişəm obyekti mən Telmanı məllimi tanıyıram Diktor “Telman”: 12000 zad hardasa 16000 zad 18000 (Diktor “Süleyman” da danışdığından sözünü kəsdiyindən səsi zəif eşidilir) Diktor “Süleyman”: İnanır//// Diktor “Günay”: Oranı tanıyırsan ? Diktor “Süleyman”: Getməmişəm Diktor “Telman”: Ora mənim obyektimdi oranı mən işdiyirəm Diktor “Günay”: Həə Diktor “Süleyman”: Bu saat bu obyekt onundu Diktor “Günay”: Pulu alıb verməlisiz ona ? Diktor “Telman”: Yoxx yo obyekt mənim özümündü Diktor “Günay”: Bəs deyirsiz ordan o qədər verilməlidi elə bilirəm siz alıb verməlisiz Diktor “Telman”: Sumqayıtdan alacağım mənim alıacağımdır (bundan sonra Diktor : “Süleyman” tərəfindən sözü kəsilir) Diktor “Süleyman”: O da deyir ki, mən ora pul qoymuşam axırıncı dəfə gəlib pul götürmüşük Süleyman /// deyir ki, biz bu işi görək da götürəciyik türklərdə //// keçən ayda məni aldatdı ki, biz nakladnoy yazmışı pul hələ gəlib şey eləmiyib 28-də dedi ki, 12000 ilik işdi //// Əliş məllimin işi də Sumqayıtda perevod elədi bunu elə yığıb gələndə ( bu cümlədə nəyi nə üçün danışdığı, hansı suala cavab verdiyi, nə üçün danışdığı aydın deyil, bir fikri bitirməmiş başqa fikirdən danışır, bütün danışığı qarışdırır) Qeyd : Bu səs yazılarında olan dialoq mətnindən görünür ki, Təqsirləndirilən şəxs danışıq zamanı olan bütün vəziyyəti idarə etməyə çalışır. Belə ki, diktorlar arasında olan danışıq zamanı konkret hadisənin məğzi, pulun məbləği və ona verilən digər suallar ilə bağlı danışıqlarda diktorların sözünü kəsir, onların sərbəst danışmasına imkan vermir, tez-tez suallardan yayınır, səs tonunu qaldırır, özünün ifadələri isə tam bir fikri ifadə etmir. “2_**********783807701” adlı faylda olan dialoqun mətni: Diktor “Süleyman”: Dedi nəsə alacağım var Diktor “Telman”: Həə Diktor “Süleyman”: Bax belə şeylər var Diktor “Telman”: İndi yəni 2-3 günə gəlib bunu həll elicək bu belə şey Diktor “Süleyman”: (sözünü kəsir) İndi Günay xanım vaxt verək gəlib həll elicək bu Diktor “Telman”: Yooo yooo //// Diktor “Süleyman”: Telman məllim o yoluna qoyulacaq Diktor “Telman”: Amma mən onun 90000 pul almağına inanmeram ki yəni o boydana pul o pulu ala bu günnəri mənnən danışdı dedi ki 17000 ki, camaat... Diktor “Günay”: Biliremə Telman siz inanmırsız valla mən Süleymana o qədər //// Diktor “Süleyman”: (sözünü kəsir) Veribdi mən də vermişəm mən də faktlarnan deyirəm “AUD-20200515-WA0005” adlı faylda olan dialoqun mətni: Diktor “Hüsniyyə”: Hər şeyi qırağa qoyaq mən Sübhan tanımıram mən pulu buna vermişəm bu da Sübhana vermişəm bax gör mən yalan danışan adama oxşuyuram Diktor “Telman”: Niyə nəyə məcbur eliyirlərki yalan danışasız Diktor “Süleyman”: Niyə yalan danışaq ki, Diktor “Telman”: Verdiyin pulu istəyərsən də gedib camaatı şərləmək//// Diktor “Hüsniyyə”: Ay babanıza rəhmət Diktor “Günay”: Süleyman məni tanıyır mən nə şərbaz adamam Diktor “Süleyman”: Biz elə məni elə siz yaxşı tanıyırsız məndən indiyənə kimi mən ondan getmişəm Diktor “Telman”: Sübhan indi səndən nə qədər pul alıb Diktor “Süleyman”: Xanımdan məndən alıbdı yo//// Diktor “Telman”: Xanımdan deyəndə Diktor “Hüsniyyə”: Bilirsən nə qədər 105000, 108000 Diktor “Süleyman”: Xırda xırda alınıbdıda birdən alınmayıb Diktor “Telman”: Bilirəme nə qədər Diktor “Günay”: Süleyman nə qədər pul vermişəm ? Diktor “Süleyman”: 23000 birdi Diktor “Günay”: Hə Diktor “Telman”: 23000 pul vermisən ? Diktor “Süleyman”: Yox Diktor “Günay”: yox bir dəyqə deyirdə 23000 birdi Diktor “Süleyman”: 23000 birdi xırda xırda veribe Diktor “Günay”: 28 diyan 28 bir dəyqə deyirikdə Süleyman 23000 birdi Diktor “Süleyman”: aha 25000 birdi 3000 ordan şeyin pulunu çıxsaq da şeyə Diktor “Hüsniyyə”: Hə 25000 Diktor “Süleyman”: 23000 + 25000 = 48000 Diktor “Günay”: Niyə 23000 Afanın pulu 28000 Nərminə xalanın pulu Diktor “Hüsniyyə”: Yerdə qalanı da mənim Diktor “Günay”: Dayan 5000 Xəyaləynən 3000 biri 2500 biri Diktor “Süleyman”: Hə Diktor “Günay”: Dayan Aynuşnan dayan onun pulu elədi 50000 Diktor “Süleyman”: (sözünü kəsir özü danışır) Günay xanım deyində hə deyində mənim pulum deyile xanımların puludu siz deməlisiz Diktor “Süleyman”: Bilirəme necə Süleyman mən almışame siz deyində//// Telman məllimndən görüşək Diktor “Günay”: Sənə vermişəm başına dönüm Diktor “Süleyman”: Siz deyində Telman məllim bu qədərdi çıxardın deməsəz görüşəm çıxarın dəftəri deyində Diktor “Günay”: Sənə vermişəm mən pulu vermişəm Diktor “Günay”: Dəftər evdə Diktor “Telman”: Sən Sübhana verdiyini denəne sən bundan ala bilərsən 200000 yəni Sübhana nə qədər vermisən Diktor “Süleyman”: (sözünü kəsir) Mən də deyirəm də, xırda xırda lotoreyaynan məsələn bu işə Diktor “Günay”: Deyirdə Diktor “Hüsniyyə”: Deyirdə Diktor “Süleyman”: Məsələn deyib ki məsəlçün bu işə axı birdən verilməyib məsələn gətir pul ver Əliş məllimin işi nə vaxt görülürdü Diktor “Hüsniyyə”: 12000 gətir ora ver Diktor “Telman”: Nə bilim 5-6 ay olar Diktor “Hüsniyyə”: Gətir ora 7000 ver gətir ora 11000 ver Diktor “Günay”: Dayan Süleyman özü başa salır Diktor “Süleyman”: 5-6 ay olar oktyabr da düzdümü sarayda məllimin işi nə idi //// sizdə belə gəlmişdiz həyət evi idi villa həyət evi sizdə gəldize beton kranda gəldi yayda deyildi sizdə təzə gəlmişdiz Diktor “Telman”: Hə hə hə Diktor “Süleyman”: Yaduza düşdü ora yayda deyildi o, sizdə təzə gəlmişdiz Diktor “Telman”: Hə hə Diktor “Telman”: O işi mən gördürmüşəm orda pulunda vermişəm Diktor “Süleyman”: Deyir ki, bunu Telman məllim məndən xahiş eliyif ki, bəs mən ondan münasibətim var /// görün mən verəcəyəm fakt olanı deyirəm sora gəldi Babəkdə 5-6 ay var bundan qabaq hə Diktor “Telman”: Həə Diktor “Süleyman”: Dedi ki, 12500 lik bir işdi Əliş müəllim hələ çox işdi bir az verəcəyəm mənim Əliş müəllim deyir hələ gör ondan 12500 alacağım var deyiblər gör Əliş məllim deyib hələ gör mənim ordan alacağım var material gəlir xaricdən nə bilim nə Diktor “Telman”: Onu bilirəm ki bir iki yerdən alacağı var onu bilirəm Diktor “Süleyman”: Sora dedi ki, Telman axı siz vermisiz 12500-ü amma o deyir ki perevod eliyir ... ondan sora Sumqayıt çıxdı Diktor “Günay”: Telman məllim özü birdən sizə zəng edər gələr pul verməyin siz ona qaçar birdən o Diktor “Telman”: Mənə zəng eləmişdi, a hara qaçır mənim özümüm onla haqq hesabım var biz iş görmüşük Diktor “Süleyman”: Fariz məllimi tanıyırsızda Fariz məllimlə dünən danışdım Diktor “Telman”: Fariz də//// Diktor “Hüsniyyə”: //// Bilirsiz necədi o 105000 108000 pul bizdən çıxıb Diktor “Süleyman”: Yo 108000 deyildə olanı deyəkdə /// Diktor “Telman”: Lap olsun 70000 Diktor “Günay”: Yoxee ıııı dayanda bir dəyqə //// Süleyman olar mən deyim Diktor “Süleyman”:Günay xanım desin də 23000 birdi Diktor “Günay”: 23000 birdi sənə verdiyim 23000 bir 28000 bir Nərminə xalanın pulu Diktor “Süleyman”:Onun 3000-i şeyin puludu siz şeyin Kamalın puludu, 25000 23000 Diktor “Günay”: Kimin, ay sağol hə //// Daje 23200 Diktor “Süleyman”:3200-də //// 48000 Diktor “Günay”: Hə qulaq as odu soram Diktor “Süleyman”:45000-də Xəyalənin Aynurənin pulu Diktor “Günay”: Aynuşun puludu Diktor “Süleyman”:48 + 5000 + 53000 Diktor “Günay”: Mən də qulaq as Diktor “Süleyman”:47000-də xanımındı Diktor “Günay”: Mən isə 47000 yox 48200 birdə 1000 dollar Diktor “Günay”: 47000 yox, 48200 birdə 1000 dollar Diktor “Süleyman”:1000 dollar mənə vermisizdə helə mi Diktor “Günay”: O heçdə Diktor “Süleyman”: 100000 (etiraf edir) olanı deyində Hüsyniyyə xanım belə olmaz Telman məllim sözümüz bir olsun Diktor “Telman”: //// Əynində şalvar var gələndən elə o kurtkatynan şalvarnan gəzi mən də, bunu pul dağıdan pul xərcləyən /// Diktor “Hüsniyyə”: Yenə də deyirəm o pul.... “AUD-20200515-WA0017” adlı faylda olan dialoqun mətni: Diktor “Günay”: Pul sənin deyile amma mən Sübhanı tanımıram ki səni tanıyıb sənə vermişəm Diktor “Süleyman”: Sənin pulunu//// mən tanıyıramda mən də siz vermisiz mən də aparıb vermişəm ona Diktor “Günay”: Mən deməmişəm o istəyib o sən demisən mən zaminən mən vermişəm Diktor “Süleyman”: //// Diktor “Günay”: Sən demisən obyektlərinin tanıyıram iş görür mən ona görə vermişəm həmin pulu Diktor “Süleyman”: /// Mən gördüm onun dediklərinin düzgün deyə/// Diktor “Günay”: İndi bir dənə döz deyim burda uje sən eee bunu səhv deyirsən Süleyman bax mən Sübhanın özünü görməmişəm mən onu dünənnən etibarən Diktor “Süleyman”: Ay Günay xanım/// Diktor “Günay”: Necə Diktor “Süleyman”: Pulu mən vermişəm //// Diktor “Günay”: Bəli pul mənimdi mənim pulumdu mənimdə deyil Hüsniyyənin puludu lap məsələn yəni Diktor “Süleyman”: Lap Hüsniyyə xanımın puludu kimsə çəkməlidi axı pul mənimdi Diktor “Günay”: Yox qulaq asda indi bu şey var ki mən Sübhanı tanımıram Süleyman başıva dönüm Diktor “Süleyman”: Ay xanım siz tanımırsız yaxşı başına //// bax indi görürsüz Diktor “Günay”: Amma səni tanıyıb sənə vermişəm Diktor “Süleyman”: Burda iki tərəfli danı //// deyirəm Diktor “Günay”: Bax Süleyman burda səhv deyirəm mən?? denən səhv deyirsən Diktor “Süleyman”: Nəyi səhv deyirsiz ? Diktor “Günay”: Mən Süleymanı tanıyıramda Süleyman gəlib məndən götürüb pulu mən Sübhan üzü görməmişəm Diktor “Süleyman”: Bunu indi //// yaxşı Diktor “Günay”: Mən latareya oynamışam l latareya üzü görməmişəm 5000 10000 nə bilim 7000 mən heç bir latareya üzü görməmişəm Diktor “Süleyman”: Mən indi neyniyim Günay mənə nə məsləhət görürüsüz Hüsniyə xanım belə deyir siz belə deyirsiz mən nə deyim neyniyim Diktor “Günay”: Mən heçə bu insanları susdurmağı düşünürəm bu insanların necə pulunu verəcəyəm mən camaatın “AUD-20200515-WA0014” adlı faylda olan dialoqun mətni: Diktor “Günay”: Bax Sübhan məllim yenə də deyirəm Siz məni görmüsüz həə Diktor “Sübhan”: Yox Diktor “Günay”: Tanıyırsan məni Diktor “Sübhan”: Yox Diktor “Günay”: Bu söhbət çıxandan ayın 10-dan bu yana danışıram da siznən həə Diktor “Sübhan”: Həə salam eleykümümüz olmuyuf Diktor “Günay”: Heç bir zaman olmuyub heç üzünüzü görməmişəm Diktor “Sübhan”: Düzdü düzdü həə Diktor “Günay”: Mən Süleymana vermişəm Süleyman gətirib o boyda pulları sizə verib sizin adınızdaın deyib Süleymana Sübhana verirəm mən bilmirəm kimə verib indi oları biləcəm də Diktor “Sübhan”: O bilirsiz mənə nə deyirdi görüm məndə nə qədər söz var dedi qız səni iş adamı kimi tanıyır belə ki sənin cibində 50 manat yoxdu deyirdim ə de neyniyim mənim əmif “AUD-20200515-WA0010” adlı faylda olan dialoqun mətni: Diktor “Günay”: Alo Diktor “Sübhan”: Deyirəm yaxşı çıxıram bəli Diktor “Günay”: Hə eşidirəm sizi eşidirəm Diktor “Sübhan”: Alo Diktor “Günay”: Eşidirəm eşidirəm Diktor “Sübhan”: Məni götürü.. götürüdü məni inan Allaha gətirtirdi gəncliy\ə deyidim indi nağarax deyirdi işdə deyirdim nə işdiyim mən iki dəfə ora bura vurub 20 manat mənnən pul alırdı Diktor “Günay”: İstifadə eliyibdə hamıdan istifadıə eliyibdi o qəşəng istifadə eliyibdi Diktor “Sübhan”: Sizin adınızdan sizdən zəng gələndə Diktor “Günay”: Aha Diktor “Sübhan”: Srazı səsini dəyişirdi bəli Günay xanım Diktor “Günay”: Aha Diktor “Sübhan”: Mən yanında olurdum nə bilim mənə adi zəhirmar deyirdi sizin yanınızda Sübhan məllim deyirdi Diktor “Günay”: Həə hə elə deyirdi deyirdi Diktor “Sübhan”: Uje mənnən o.... deyirdim sən mənim mənniyimi əyəxlamısan içkili olduğum vaxda gəl deyirdim ya sənə verən Allah ya mənə (cild 1, iş vərəqə 222-231). Cinayət işinin materiallarında olan “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Xətai rayon məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə məlumatların olduğu 8 dekabr 2020-ci il tarixli 26175 nömrəli məktubla daxil olmuş 1 ədəd “CD” diskə baxış keçirilən zaman aşağıda göstərilənlər məlum olmuşdur; cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +**********12 mobil nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan +**********18 mobil nömrəsi ilə 28 dekabr 2019-cu il tarixdə saat 16:30-da mobil telefon əlaqəsi olmuş və zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi ünvan 15 ünvanında görüşməkləri təsdiq edilir. 1 may 2019-cu il tarixdən 5 noyabr 2020-ci il tarixə kimi ümumilikdə 2019-cu ildə 5 dəfə, 2020-ci ildə isə 6 dəfə mobil telefon əlaqəsi olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +**********12 mobil nömrəsi ilə Zərərçəkmiş şəxs4 istifadəsində olan +**********15 mobil nömrəsi ilə 24 yanvar 2020-ci il tarixdə 5 dəfə aralarında mobil telefon əlaqəsi olmuşdur. Zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi ünvan 11 ünvanında görüşməkləri Təqsirləndirilən şəxs mobil telefonun həmin ünvana yaxın yerlərdə, yəni Nərimanov rayonu, Atatürk prospekti və Nərimanov rayonu, Həsən Əliyev küçəsində anten məlumatları qeydə alması ilə təsdiq olunur. 1 may 2019-cu il tarixdən 5 noyabr 2020-ci il tarixə kimi ümumilikdə 2019-cu ildə 40 dəfə, 2020-ci ildə isə 16 dəfə mobil telefon əlaqələri olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +**********12 mobil nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********05 mobil nömrəsi ilə 3-6 fevral 2020-ci il tarixlərdə aralarında 9 dəfə mobil telefon əlaqəsi olmuşdur. 1 may 2019-cu il tarixdən 5 noyabr 2020-ci il tarixə kimi ümumilikdə 2019-cu ildə 8 dəfə, 2020-ci ildə 15 dəfə telefon danışığı olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +**********12 mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********29 mobil nömrəsi arasında 1 may 2019-cu il tarixdən 05 noyabr 2020-ci il tarixə kimi ümumilikdə 2019-cu ildə 836 dəfə 2020-ci ildə 266 dəfə mobil telefon əlaqəsi olmuşdur. "xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə məlumatların olduğu 8 dekabr 2020-ci il tarixli 26175 nömrəli məktubla daxil olmuş 1 ədəd “CD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 10-11). Cinayət işinin materiallarında olan “telefon əlaqəsinin saxlanılması haqqında” protokoldan görünür ki, “Rusiya Federasiyasının vətəndaşı Subkhan Gyulmamedovun istifadəsində olan +**********3 mobil nömrəsi ilə +**********71 mobil nömrəsi ilə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə video zənglə əlaqə saxlanılmışdır. Əlaqə zamanı Subkhan Gyulmamedovun şəxsiyyəti dəqiqləşdirilmiş, ona nə üçün, hansı səbəblə zəng vurulduğu və video zəngin qeydə alındığı bildirilmişdir. Subkhan Gyulmamedov heç bir etirazının olmadığını bildirmişdir. Ümumilikdə video zəng vasitəsi ilə olan danışıq 1 saat 30 dəqiqə ərzində davam etmişdir. Həmin danışıq zamanı Subkhan Gyulmamedov özünü təqdim edərək Rusiya Federasiyasının vətəndaşı olduğunu, hazırda Rusiya Federasiyasında yaşadığını, gözlərindən əməliyyat olunduğunu və bu səbəbdən hazırda Azərbaycan Respublikasına gələ bilmədiyini, Azərbaycan Respublikasında olan zaman cam balkon, perila ustalığı etdiyini bildirmişdir. Həmçinin şəxsiyyətini təsdiq edən pasportu, xəstəliyi ilə bağlı sənədləri göstərmişdir. Bundan sonra danışıq zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanıyır, onunla heç bir iş birliyi və yaxud biznesi olmamışdır, Təqsirləndirilən şəxs ona bir neçə il müddətində sələmə borc pul vermiş, sonda isə borcu şişirdərək 17.000 manat faiz borcu ilə birlikdə olduğunu demişdir. Zərərçəkmiş şəxs1 və onun rəfiqələrini şəxsən tanımır. Süleyman ona faiz borcunu xanım tanışlarından alıb ona verdiyini demiş, o, dəfələrlə ona borc verən şəxsi (şəxsləri) tanış etməsini xahiş etsə də, Süleyman bunu etməmiş, onu pul aldığı şəxslərə iş adamı kimi təqdim etdiyini, onun adından xəbəri olmadan Zərərçəkmiş şəxs1 bahalı hədiyyələr aldığını bildirmişdir. Təqsirləndirilən şəxs onun adından istifadə edərək Zərərçəkmiş şəxs1 və qeyrilərindən 100.000 manatdan çox pul almasını sonradan bilmişdir. Rusiya Federasiyasının vətəndaşı olmaqla bərabər pasportunun vaxtı bitməsi ilə bağlı getdiyini, sonradan “Covid 19” virusu ilə bağlı pandemiya dövründə sərhədlərin bağlandığını, hazırda isə gözlərindən əməliyyat olunduğu üçün müəyyən müddət Azərbaycan Respublikasına gələ bilməyəcəyini bildirmişdir. Bundan başqa danışıq zamanı onun böyük həcmli sifarişlər götürmədiyini, bütün sifarişlərini, müştərilərini Süleymanın tanıdığını, Süleymanın ona yüksək faizlə borc verərək maddi vəziyyətini pisləşdirdiyini bildirmişdir. Protokolda baş vermiş video zəngdə olan danışıqlar qısa məzmunda göstərilmişdir. Baş vermiş danışıq video qeydə alınaraq diskə köçürülməklə protokola əlavə edilmişdir. Rusiya Federasiyasının vətəndaşı Subkhan Gyulmamedov ilə edilən video zəngin qeydə alındığı videonun olduğu 1 ədəd “DVD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır (cild 3, iş vərəqə 181). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Rusiya Federasiyasının vətəndaşı Sübhan Gülməmmədov Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək videodanışıq zamanı dediklərini bir daha təsdiq etdiyini bildirmişdir (cild 3, iş vərəqə 209-215). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 1 mart 2021-ci il tarixli 4/1135 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 1 ədəd ağ rəngli “CD” diskdə olan mübahisəli audio və videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərindən ibarətdir.-ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli “CD” diskdə olan mübahisəli audio və videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs və “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli “CD” diskdə olan mübahisəli audio və videofonoqramlardakı danışıqlar spontandır. Mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorların şifahi nitqində fiziki təzyiq əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli “CD” diskdə olan mübahisəli audio və videofonoqramlardakı danışıqlarda iştirak edən diktorların emosional və psixofizioloji vəziyyətlərində ekstremallıq müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli “CD” diskdə olan mübahisəli audio və videofonoqramlardan heç biri ekspertizaya təqdim olunmuş “İphone 11 Pro” markalı mobil telefon vasitəsi ilə yazılmamış və ya “İphone 11 Pro” markalı mobil telefon vasitəsi ilə yazılaraq sonradan təkrar kodlaşdırılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli “CD” diskdə olan mübahisəli audio və videofonoqramlardan heç biri ilkin deyil. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli “CD” diskdə olan mübahisəli audio və videofonoqramların qeydə alındığı akustik şərait haqqında məlumatlar rəyin tədqiqi hissəsində verilmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli “CD” diskdə olan mübahisəli audio və videofonoqramlardakı danışıq hissələrində yazı qurğusunun dayandırılması əlamətlərinin olub-olmaması tədqiqi hissədə göstərilən səbəbdən müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli “CD” diskdə olan 1 saylı mübahisəli fonoqram yazılışdan sonra təkrar seçmə yazılış nəticəsində əldə olunmuşdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli “CD” diskdə olan 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 saylı mübahisəli audio və videofonoqramlardakı danışıqların hansı səbəbdən tam olmaması (seçmə yazılı nəticəsində və sonradan emal olunması nəticəsində) audio və videofonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş 1 ədəd ağ rəngli “CD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 217-231). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 1 ədəd “CD” disk, "xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə məlumatların olduğu 8 dekabr 2020-ci il tarixli 26175 nömrəli məktubla daxil olmuş 1 ədəd “CD” disk, məhkəmə-fonoskopik ekspertiza tədqiqatı aparılmış içərisində səs və video yazılar olan 1 ədəd “CD” disk və Rusiya Federasiyasının vətəndaşı Subkhan Gyulmamedov ilə edilən videozəngin qeydə alındığı videonun olduğu 1 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 4, iş vərəqə 58-94). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 112-113). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 2019-cu ilin dekabr ayında 3.000 manat məbləğində pulunu, digər Zərərçəkmiş şəxs3 isə 25 yanvar 2020-ci il tarixdə 2.500 manat məbləğində pulunu ələ keçirmişdir. Həmin cinayət epizodlar üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin təsiri altına düşür və həmin maddə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələbinə əsasən “böyük ictimai təhlükə törətməyən” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə cinayət əməlini 2019-cu ilin dekabr ayında və 2020-ci ilin yanvar ayının 25-də törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə də özünü təqsirli bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin edilərkən yuxarıda qeyd olunan epizodlar nəzərə alınmamalıdır. Məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 4, iş vərəqə 176). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 maddi ziyanı tam olaraq ödədiyindən zərərçəkmiş şəxslər onunla barışmışlar (cild 5). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 maddi ziyanı tam olaraq ödəməsini və onlarla barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurmuş olduğu maddi ziyanı tam olaraq ödədiyindən və onlarla barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurmuş olduğu maddi ziyanı tam olaraq ödəməsini və onlarla barışmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 7 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 163). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 9 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 noyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 202-206). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 3, iş vərəqə 15-33). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 6 aprel 2021-ci il tarixdə polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqə 82-83). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarının 25-ci bəndinin 5-ci abzasında qeyd olunur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə və ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs 7 noyabr 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 300 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 1 ədəd “CD” disk; -"xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə məlumatların olduğu 8 dekabr 2020-ci il tarixli 26175 nömrəli məktubla daxil olmuş 1 ədəd “CD” disk; -məhkəmə-fonoskopik ekspertiza tədqiqatı aparılmış içərisində səs və videoyazılar olan 1 ədəd “CD” disk; -Rusiya Federasiyasının vətəndaşı Subkhan Gyulmamedov ilə edilən videozəngin qeydə alındığı videonun olduğu 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 7 noyabr 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 4 (dörd) ay 23 (iyirmi üç) gün müddət nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 300 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 1 ədəd “CD” disk; -Azercell Telekom” MMC-dən götürülmüş telefon danışıqları barədə məlumatların olduğu 8 dekabr 2020-ci il tarixli 26175 nömrəli məktubla daxil olmuş 1 ədəd “CD” disk; -məhkəmə-fonoskopik ekspertiza tədqiqatı aparılmış içərisində səs və videoyazılar olan 1 ədəd “CD” disk; -Rusiya Federasiyasının vətəndaşı Subkhan Gyulmamedov ilə edilən videozəngin qeydə alındığı videonun olduğu 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-138/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-138/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver