Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-138/2023 26.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 09 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Xanəgah kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində nömrəsiz evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin noyabr ayında keçmiş rəfiqəsi X9 80000 manat məbləğində pulunu ələ keçirməsi barədə rəsmi qaydada müraciəti əsasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində aparılan araşdırmanın onun xeyrinə həll olunmasında köməklik göstərilməsi ilə bağlı özünə müraciət etmiş Şahid1 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək özü barədə geniş əlaqələrindən istifadə edərək hüquq-mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün araşdırmanı aparan tanışı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin cinayətdən xəbərsiz olan müstəntiqi X6 xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni araşdırma zamanı sonuncunun 80000 manat məbləğində pulunun Nuranə Xudiyevadan geri alınıb qaytarılmasına görə özü vasitəsilə birbaşa yolla qaytarılacaq pul vəsaitinin maddi nemət olan 35000 manat hissəsinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2021-ci ilin noyabr ayının əvvəllərində telefon danışığı zamanı bildirərək, Şahid1 razılığını almaqla sövdələşib, qanuni yolla sonuncuya dəymiş ziyandan 2021-ci ilin noyabr ayından həmin ilin dekabr ayınadək olan müddətdə hissə-hissə olmaqla ümumilikdə 11000 manatın Nuranə Xudiyeva tərəfindən Şahid1 qaytarılması təmin edildikdən sonra həmin niyyətlə sonuncudan Binəqədi rayon Polis İdarəsinin yaxınlığında 2021-ci ilin noyabr ayında 2650 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində isə 1500 manat məbləğində pulu şəxsən nağd qaydada alaraq, həmçinin, 9 dekabr 2021ci il tarixdə Şahid1 “MilliÖn” ödəmə terminalından istifadə edilməklə özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 416973******9333 nömrəli hesab kartına mədaxil etdiyi 200 manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə həmin banka məxsus bankomatdan çıxarmaqla əldə edərək, qeyd edilən qaydada ümumilikdə 4350 manat məbləğində pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus ümumilikdə 4350 (dörd min üç yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təhrik etmiş, sonradan Nuranə Xudiyeva tərəfindən Şahid1 olan borcun qalanı tam şəkildə ödənilmədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini Şahid1 almağa nail olmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 35000 (otuz beş min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özünə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldilməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin noyabr ayında cinayətdən xəbərsiz Şahid1 və Şahid3 vasitəsilə müraciət etmiş Şahid2 özbaşına özünü təkrarən vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli vəzifəli şəxsi kimi təqdim edərək özü barədə geniş əlaqələrindən istifadə edərək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxslərinin vasitəsi ilə həmin orqanda istənilən şəxsi işə düzəltmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 10000 manat məbləğində hissəsinin əvvəlcədən, 10000 manat məbləğində hissəsinin isə işə düzəldikdən sonra olmaqla, ümumilikdə 20000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2021-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 69B ünvanında yerləşən “Galiano Lounge” kafesində bildirərək, Şahid2 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin noyabr ayının ortalarında həmin dövrün rəsmi məzənnəsi ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitini cinayətdən xəbərsiz Şahid1 və Şahid3 yaşadıqları ünvan 2 ünvanının qarşısında sonunculardan istintaqa məlum olmayan cinayətdən xəbərsiz “Emin” adlı tanışı vasitəsilə aldıqdan sonra həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təkrarən təhrik etmiş, sonradan Şahid2 şübhələnib qalan pul vəsaitini ona verməkdən imtina etdiyinə görə həmin pul vəsaitini ondan ala bilməyərək, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 312.2-ci maddələri maddələri ilə elan edilmiş ittiham üzrə qismən, yəni CM-in 178-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, rəsmi olaraq işsiz olsa da, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarında özünə məxsus “Kamaz” markalı yük avtomobili ilə sürücü kimi yük daşınması ilə məşğul olur. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2020-ci ilin iyul ayının 20-də doğum günündə “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu X18 və Nuranənin rəfiqəsi Şahid1 ilə görüşərək Xızı rayonunda Altıağac istirahət mərkəzinə gedərək, orada gecələdikdən sonra Bakı şəhərinə qayıtmışlar. Bundan sonra 5-6 dəfə yenidən onlarla görüşüb istirahət etmişdir. 2021-ci ilin oktyabr ayında Şahid1 onunla əlaqə saxlayaraq görüşmək istədiyini demiş və Nuranə Xudiyevanın onu aldadaraq 80000 manatlıq evini satdırdığını, bu günə kimi söz verdiyi pulu qaytarmadığını bildirmişdir. O, Şahid1 Binəqədi rayon Polis İdarəsində tanışı olduğunu, əgər ona müraciət etsələr köməklik göstərə biləcəyini demiş, bundan sonra Şahid1 ilə birlikdə Binəqədi rayon Polis İdarəsinə gedərək orada müstəntiq Rövşən Cavadovla görüşmüşlər. Rövşən Cavadovu o, bibisi oğlunun tələbə yoldaşı kimi tanımış, Rövşən və digər tələbə yoldaşları tələbəçilik illərində onun işlədiyi kafeyə gəlib-getdiklərindən münasibətləri yaranmışdır. O, X31 Mirzəyevanın tanışı olduğunu deyərək onun probleminə köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, bayıra çıxaraq bayırda gözləmiş, Rövşən Cavadov isə Şahid1 ərizəsini almışdır. Daha sonra X32 idarəsinə dəvət edilmiş, lakin Nuranə polis idarəsinə 2-3 gün sonra gəlmiş, sonra X33 Mirzəyevaya pulun qaytarılması ilə bağlı öhdəlik götürmüşdür. Lakin Polis idarəsindən getdikdən sonra Nuranəyə zəng çatmamışdır. O, polis əməkdaşı X25 probleminin həll edilmədiyini bildirmişdir. X22 mobil telefonuna zəng çatmadığını, bu səbəbdən idarəyə dəvət edə bilmədiklərini ona demişdir. Şahid1 ondan Nuranəni tapmasını xahiş etmiş və ona pulun qaytarılmağına köməklik etməsi müqabilində 10000 manat pul verəcəyini, həmin pulun 5000 manatını əvvəlcədən, 5000 manatını isə pulu tam alıb qurtardıqdan sonra verəcəyini bildirmişdir. O, Aygünə Nuranəni tapmaq üçün avtomobil və müəyyən qədər vaxt lazım olduğunu bildirmişdir. Bu məqsədlə o, Gənclik ərazisində yerləşən, hazırda dəqiq ünvanını xatırlamadığı avtomobil kirayə məntəqəsindən ağ rəngli 2015-ci il tarixli “Mercedes Eclass” markalı, sonu 056 ilə bitən dövlət qeydiyyat nişanlı avtomobili 4 günlük günü 125 manat olmaqla kirayələmişdir. Bahalı avtomobili kirayələməsinin səbəbi X16 şöhrətpərəst olduğunu, bahalı avtomobili olan oğlanlarla tez görüşdüyünü bildirməsi olmuşdur. O, avtomobili kirayələdikdən sonra Nuranǝyǝ zəng etmiş və onunla rayona istirahətə getmək istədiyini demişdir. Bir neçə dəfə Nuranə ilə görüş yeri təyin etsə də sonuncu onun Aygünü də tanıdığını bildiyindən görüş yerinə gəlməmişdir. Nəhayət dördüncü gün o, Nuranə ilə əlaqə saxlayaraq birlikdə istirahətə getmək istəməkdə təkid etmiş və görüntülü zəng zamanı maşından düşərək bayırdan maşını canlı çəkib ona göstərmiş və tək olduğunu bildirmiş, Nuranə Xudiyeva probleminin olduğunu deyərək gizləndiyini demişdir. O isə Nuranəyə narahat olmamağını, tək olduğunu, Nuranəyə Masazır qəsəbəsindən çıxacaqda gözləməsini bildirmişdir. O, həmin yerə getməmişdən öncə Rövşən Cavadovun verdiyi polis əməkdaşının mobil telefon nömrəsinə zəng etmiş və olduğu yeri bildirmişdir. Polis əməkdaşına Nuranə maşına oturduqdan sonra az getməmiş onları saxlamasını və hər ikisinin tutmaq görüntüsü yaratmasını demişdir. Bundan sonra Nuranə Xudiyeva bir tanımadığı rəfiqəsi ilə gəlib Masazır qəsəbəsinin çıxacağında taksidən düşüb onun avtomobilinə əyləşmişdir. Bundan sonra o, Sumqayıt istiqamətinə yola düşmüşdür. Təxminən 200 metr getdikdən sonra polis əməkdaşları mülki avtomobildə onların avtomobilin qarşısını kəsmiş və onları birlikdə Binəqədi rayon Polis İdarəsinə aparmışlar. Orada X33 Mirzəyeva ilə üzləşdirilmiş və X33 Mirzəyevadan sonuncuya məxsus evin satışından əldə olunan pulun ona verdiliyini və qaytarmadığını bildirmişdir. Daha sonra Nuranə Xudiyeva ilkin olaraq aldığı puldan 5000 manat pulu Aygünə qaytarmışdır. 5000 manat qaytarılan gün o, Aygünü Binəqədi RPİ-nin yaxınlığında gözləmiş, Aygün Nuranədən 5000 manat pulu alıb RPİ-dən çıxdıqdan sonra yaxınlıqdakı restoranda onunla görüşmüşdür. Həmin puldan Aygün ona 1500 manat pul vermiş, o, həmin puldan 500 manatı ilə avtomobil kirayəsi üçün götürdüyü borcu qaytarmış, qalan 1000 manatı isə ehtiyaclarına xərcləmişdir. Sonradan Nuranə tərəfindən Şahid1 pulun 6000 manatının da qaytarıldığını bildikdən sonra ona söz verdiyi 5000 manatı pulu verməsini, verdiyi 1500 manatın isə söz verdiyi həmin 5000 manata aidiyyətinin olmadığını bildirmişdir. Aygün də sözünə əməl edəcəyini deyərək ona həmin pulu verəcəyini söyləmiş, lakin sonradan pulu verməkdən imtina etmişdir. Bundan başqa, 2021-ci ilin noyabr ayında Aygün ona Cəmil adlı tanışının olduğunu və iş axtardığını deyərək sonuncuya köməklik etməyini istəmiş və onun telefon nömrəsini Cəmilə vermişdir. O, Aygünə maraqlanacağını və hüquq-mühafizə orqanlarının birində Cəmil üçün iş tapmağa çalışacağını bildirmişdir. Sonradan Şahid2 ilə o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Galiano Lunch” adlı kafedə görüşmüş, görüş zamanı o, Cəmilə Aygünün onun iş axtarmağı barədə dediyini və maraqlanacağını bildirmiş, lakin hansı hüquq-mühafizə orqanında iş tapacağı barədə hər hansı söz deməmişdir. O, Şahid2 Aygünün rəfiqəsi Güllünün oğlan dostu olduğunu başa düşmüşdür. Cəmil ondan nə işlə məşğul olduğunu soruşduqda, o, heç yerdə işləmədiyini, iş axtardığını demişdir. Cəmil isə hansısa nazirlikdə işlədiyini, işdən çıxdığını və iş axtardığını bildirmişdir. Görüş zamanı o, Cəmilə dost və tanışlarından maraqlanacağını, ona uyğun iş olarsa, xəbər edəcəyini bildirmişdir. Bundan sonra Şahid2lə hər hansı görüşü olmamışdır. Daha sonra o, Aygünə DTX-nın rəsmi internet saytına Cəmilin ərizə ilə onlayn qaydada müraciət etməsini məsləhət görmüş, həmçinin Cəmil Xətai rayonunda yaşadığından işə qəbul ediləcəyi təqdirdə DTX-nın Xətai rayon şöbəsinə təyinat ola biləcəyini bildirmişdir. Cəmil onlayn qaydada DTX-nın rəsmi saytına ərizə doldurduqdan sonra həmin ərizənin ekran görüntüsünü ona “whatsapp” proqramı vasitəsilə göndərmişdir. Daha sonra o, Aygündən verməli olduğu 5000 manat pulu istədikdə Aygün Cəmilin işə düzəlmək üçün əlində pulu olduğunu, həmin pulu alıb ona verəcəyini bildirmişdir. Aygün Cəmillə danışmış və razılaşmışlar. Belə ki, Aygün Cəmildən 5000 manat məbləğində pulu alıb ona verdikdən sonra Cəmil işə düzəldikdə lazım olacaq xərclərdən həmin 5000 manat pulu çıxıb qalan pulu verəcəkdi. Daha sonra Aygün ona zəng edərək Cəmildən 5000 manat pulu onun işə düzəlməyinə köməklik etməsi müqabilində aldığını bildirmişdir. O, həmin vaxt Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində olduğundan Aygünə maşın göndərəcəyini və gəlib pulu götürəcəklərini demişdir. Bundan sonra Bayıl qəsəbəsində yaşayan tanışı Emindən özünə məxsus “Khazar” və ya “Azsamand” markalı tünd rəngli avtomobillə Bayıl qəsəbəsində Aygünün rəfiqəsi Güllünün evinin yerləşdiyi ünvanın qarşısına getməsini və ondan 5000 manat ekvivalentində ABŞ dolları götürməsini xahiş etmişdir. Çünki Aygün ona özündə olan pulun ABŞ dolları əskinasları ilə olduğunu demişdir. Emin də Aygünün evinin yanına getdikdən sonra Aygün ona zəng edərək göndərdiyi sürücüyə pulu verdiyini bildirmişdir. O, Aygünlə telefonla danışa-danışa telefonu sürücüyə verməsini, sürücünün Emin olduğuna əmin olduqdan sonra pulu sürücüyə verməsini tapşırmışdır. Daha sonra Emindən həmin ABŞ dollarları ilə pulu Azərbaycan manatına çevirməsini və ona verməsini xahiş etmişdir. Emin də dediyi kimi edərək pulu manata çevirib gətirib ona vermişdir. O da Eminə 10 manat zəhmət haqqı vermişdir. Bundan 2 ay keçdikdən sonra o, Cəmili işə düzəldə bilmədiyini görüb Aygünə Cəmilin işinin düzəlmədiyini bildirmiş, Aygün isə Cəmilin pulunu qaytarmasını ondan tələb etmişdir. O isə Aygünə aralarında olan razılığa əsasən Nuranədən 11000 manat pulu geri almağa köməklik etməsinə görə ona 5000 manat verməli olduğunu, həmin pulu vermədiyinə görə Cəmilə qaytarılmalı olan 5000 manat pulun onun tərəfindən verilməli olduğunu bildirmiş və bu səbəbdən Aygünün vasitəsilə Cəmildən aldığı 5000 manat pulu qaytarmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməmişdir. “Galiano Lunch” adlı kafedə X11 Xidmətinə düzəlməklə bağlı söhbətləri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, X13 2014cü ildə əvvəlki əri Kamran Qafarovla ayrıldıqdan sonra tanımışdır. Nuranə Xudiyeva ilə rəfiqə kimi yaxşı münasibətləri olmuşdur. 2020-ci ilin may ayında Nuranə ona çoxlu borcunun olduğunu və buna görə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi və ya Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Favorit Market”in üzərindəki binada olan mənzillərindən birini satmaq istədiyini, lakin həmin mənzillərin hazırda çıxarışlarının özündə olmadığını, bu səbəbdən sata bilmədiyini bildirmişdir. Nuranə ona Xırdalan şəhərində yerləşən “Absheron City” yaşayış kompleksindəki mənzilini satıb pulunu ona verməsini, daha sonra çıxarışları aldıqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi və ya Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Favorit Market”in üzərindəki binada olan mənzillərindən birini onun adına keçirməyi təklif etmişdir. Nuranənin təklif etdiyi mənzillərin kvadratları onun mənzilindən daha böyük olduğundan o, Nuranənin təklifi ilə razılaşmış və ona məxsus mənzili dəyərindən daha ucuz qiymətə, yəni 55000 manat pul müqabilində satmış və pulunu Nuranəyə vermişdir. Elə həmin ərəfələrdə, yəni 2020-ci ilin təxminən yay aylarında Təqsirləndirilən şəxs X1 kimi tanımışdır. Farid özünü ona və X5 Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Həmin vaxt onun Nuranə və Faridlə normal münasibəti olmuşdur. Sonradan Nuranə ona vəd etdiyi mənzillərdən heç birinin çıxarışını ala bilmədiyindən mənzili adına keçirə bilmədiyini, bu səbəbdən onun mənzilinin qarşılığında ona 80000 manat məbləğində pul verəcəyini bildirmişdir. O da Nuranənin təklifi ilə razılaşmışdır. Həmin razılaşmadan 1 ildən çox müddət keçməsinə baxmayaraq, Nuranə vədinə əməl etməmiş və onun nə mənzilini, nə də pulunu verməmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs ilə də Nuranənin münasibətləri pozulmuşdur. Nuranə Faridin ona pul borcu olduğundan və geri qaytarmadığından münasibətlərinin pozulduğunu bildirmişdir. Sonradan Nuranə ilə onun da münasibətləri tamamilə pozulmuşdur. 2021-ci ilin təxminən noyabr ayında Farid ona zəng edərək Nuranə barədə maraqlanmış, o isə Nuranənin onun evini satdıraraq pulunu götürdüyünü və 80000 manat pul verəcəyini vəd etsə də, pulunu vermədiyini, bu səbəbdən münasibətlərinin korlandığını və Nuranədən şikayət etmək qərarına gəldiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarında işləyən yaxın münasibətdə olduğu tanışlarının və qohumlarının olduğunu, Nuranədən ona olan borcunu almaq üçün həmin şəxslər vasitəsilə köməklik edə biləcəyini bildirmişdir. Farid özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etdiyindən o, Faridin dediklərinə inanaraq razılaşmışdır. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs onu Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qohumu kimi tanıtdığı müstəntiq Rövşən Cavadovun xidməti otağına apararaq onu sonuncu ilə tanış etmişdir. Sonra Farid ona otaqdan bayırda gözləməsini bildirmiş və o, otaqdan çıxmışdır. Onlar ikisi söhbət etdikdən sonra onu da otağa çağırmışlar və Rövşən Cavadov əlindən gəldiyi qədərilə Nuranədən pulun alınmasına köməklik edəcəyini bildirmişdir. Bundan sonra onlar polis idarəsini tərk etmişlər. 1 gün sonra müstəntiq Rövşən Cavadovun dəvəti ilə o, yenidən Binəqədi rayon Polis İdarəsinə gedərək ərizə və izahat yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq Nuranədən 80000 manat pul alındığı təqdirdə həmin puldan 35000 manat məbləğində olan hissəsinin müstəntiq Rövşən Cavadova verilməli olduğunu bildirmişdir. O da Faridə Nuranədən 80000 manat məbləğində pul alındıqdan sonra bu barədə danışa biləcəklərini bildirmişdir. Daha sonra Nuranə izahatının alınması üçün polis idarəsinə dəvət olunmuşdur. Nuranə polis idarəsində izahat verərək ona olan 80000 manat məbləğində borcunu yaxın vaxtlarda qaytaracağına söz vermiş və ərizəsi alındıqdan sonra polis idarəsindən buraxılmışdır. Bundan sonra Nuranə pulu qaytarmamış və telefon zənglərinə cavab verməmişdir. Buna görə hazırda Nuranənin olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilərək polis idarəsinə gətirilmişdir. Nuranə həmin vaxt ona 11000 manat pul verə biləcəyini, onun həmin pul ilə ilkin ödəniş edib Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində kreditlə mənzil almasını, aylıq 500 manat krediti də özünün ödəyəcəyini bildirmişdir. O da Nuranə ilə razılaşmış və Nuranə həmin vaxt ona 5000 manat məbləğində pul ödəmişdir. Qalan 6000 manatı da yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir. Həmin vaxt Farid onu polis idarəsinin yaxınlığında gözləmişdir. Həmçinin Farid ona polis əməkdaşlarının yanında onlara verilməli olan pul barədə hər hansı söz deməməsini tapşırmışdır. O, polis idarəsindən çıxdıqdan sonra Faridlə yaxınlıqdakı restoranlardan birində görüşmüşlər. X20 verdiyi 5000 manat məbləğində puldan 2650 manat məbləğində olan hissəsinin müstəntiq Rövşən Cavadova çatmalı olduğunu bildirmişdir. O da 2650 manat məbləğində pulu şəxsən Faridə vermişdir. Farid pulu ondan aldıqdan sonra polis idarəsinə gedəcəyini bildirmiş, o isə taksi ilə yaşadığı evə getmişdir. Həmin vaxtdan təxminən 1 ay sonra Nuranə müstəntiq Rövşən Cavadovun xidməti otağında sonuncunun yanında ona 6000 manat pulu da ödəmişdir. Həmin vaxt onların hər ikisi bununla bağlı ərizə yazmışlar. Yenə də Farid onu polis idarəsinin yaxınlığında gözləmiş, o, polis idarəsindən çıxdıqdan sonra Faridlə görüşmüşdür. Farid həmin 6000 manat puldan 1500 manatının müstəntiq Rövşən Cavadova çatmalı olduğunu bildirmiş və o, 1500 manatı Faridə şəxsən vermişdir. Farid pulu ondan aldıqdan sonra polis idarəsinə gedəcəyini bildirmiş, o isə taksi ilə yaşadığı evə getmişdir. Bir müddət sonra Farid onunla əlaqə saxlayaraq anası xəstə olduğundan ona 200 manat məbləğində pul verməsini xahiş etmişdir. O da Faridə inanıb həmin 200 manat məbləğində pulu sonuncunun kartına göndərmişdir. Bundan bir az sonra Nuranə bütün əlaqələri kəsmiş və ondan xəbər ala bilməmişlər. Buna görə də o, kreditlə ev ala bilməmişdir. X19 telefonla danışarkən ondan Faridə pul verib-vermədiyini soruşmuş, o da Faridə pul verdiyini bildirdikdə onu öz yanına dəvət etmişdir. Rövşən Cavadovun yanında olarkən o, Faridə nə qədər pul verdiyini soruşduqda o, Rövşən Cavadova vermək adı ilə Faridin ondan ümumilikdə 4150 manat pul aldığını bildirmiş, bu zaman müstəntiq Rövşən Cavadov əvvəlcə tutulmuş, sonra isə Faridin yalan danışdığını və ona hər hansı məbləğdə pul çatmadığını bildirmiş, daha sonra Faridə zəng edib hansı səbəbdən özünün adından istifadə edərək ondan pul aldığını soruşmuş və telefonda mübahisə etmişlər. Telefonla danışdıqdan sonra Rövşən Cavadova X7 Xidmətinin əməkdaşı olduğunu və ona Cavadovun qohumu olduğunu bildirdiyini demişdir. Rövşən Cavadov isə Faridin yalan danışdığını, sonuncunun nə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu, nə də onun qohumu olduğunu, Faridi sadəcə tanışının qohumu kimi tanıdığını, uzun müddətdən bəri görmədiyini, onun işi ilə müraciət edib köməklik göstərməsini xahiş etdiyini, Faridin əslində yeznəsinin daş karxanasında işlədiyini və “Kamaz” markalı yük avtomobilinin olduğunu bildirmişdir. Bundan sonra o, Faridin dələduz olduğunu görüb verdiyi ümumilikdə 4350 manat pulu tələb etməyə başlamışdır. Farid isə həmin pulu qaytarmaqdan imtina edərək, onu telefonunda arzuolunmaz şəxslər siyahısına salmış və ona zəng edə bilməmişdir. Bundan başqa bildirmək istəyir ki, Təqsirləndirilən şəxs onun rəfiqəsi Güllü də qiyabi olaraq tanımışdır. Sonradan onların üçü bir yerdə görüşdükləri vaxt Güllü də Faridi əyani olaraq onun kimi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi tanımışdır. Təxminən 2021-ci ilin sonlarında o, Faridlə telefon vasitəsilə Nuranədən ona olan borcunun qaytarılması məsələsi ilə bağlı danışarkən rəfiqəsi Güllü də onun yanında olmuş, söhbət zamanı Güllü ondan telefonu alaraq sevgilisi Şahid2 əvvəllər Müdafiə Nazirliyində işlədiyini, hazırda işsiz olduğundan maddi sıxıntılarının olduğunu bildirmiş və sevgilisi Cəmilin işə düzəlməsində köməklik edə bilib-bilməyəciyini soruşmuşdur. Farid isə heç bir problem olmadığını və X12 Xidmətində işə düzəldə biləcəyini bildirmişdir. Güllü bu barədə sevgilisi Cəmilə dedikdən sonra onlar həmin iki şəxsi əlaqələndirmiş və Cəmillə Farid özləri danışaraq görüşmüşlər. Farid X12 Xidmətində işə düzəltmək müqabilində onun bildiyinə görə 10-15 min manat verməli olduğunu, həmin pulların Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli şəxslərinə çatmalı olduğunu bildirmiş, Cəmil də Faridlə razılaşmışdır. Bildiyi qədərilə sonradan Farid 2 gün ərzində ilkin olaraq onun bilmədiyi məbləğdə pulun verilməli olduğunu Cəmilə bildirmiş, Cəmil isə hazırda həmin məbləğdə pulunun olmadığını dedikdə, Farid xalası oğlunun avtomobil almaq üçün onda pul olduğunu, Cəmilin əvəzinə həmin pulu verə biləcəyini, lakin 1 gün sonra pulu yerinə qoymalı olduqlarını bildirmiş, Cəmil də razılaşmışdır. Farid bundan sonra ona da Cəmilin əvəzinə pulu Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli şəxsinə verdiyini bildirmişdir. Səhəri gün Faridin göstərişi ilə Cəmil onun bilmədiyi məbləğdə pulu zərfin içərisində yaşadıqları evə gələrək Güllü ilə ona vermişdir. Farid öz işini itirməkdən qorxduğunu və Cəmilə tam güvənmədiyini bildirərək həmin pulu Cəmilin deyil, o və Güllünün onun göndərdiyi şəxsə verməklərini tapşırmışdır. O və Güllü Faridin göstərişi əsasında Cəmilin verdiyi zərfdəki pulları götürüb yaşadıqları evin qarşısına çıxmışlar. Həmin vaxt zərfdə olan pulları saymasalar da, onların ABŞ dollarları olduğu aydın görünürmüşdür. Onlar pulları Faridin göndərdiyi adama vermiş, həmin vaxt Farid özü həmin şəxslə telefonda danışmışdır. Pulu alan adam Faridə pulu götürdüyünü təsdiqlədikdən sonra onlar evlərinə qayıtmışlar. Sonradan X7 Xidmətinin əməkdaşı olmadığını öyrəndiklərindən Şahid2 də aldatdığı onlara məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmiş, 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 2012-ci ildən 2018-ci ilə kimi atasının mühəndis kimi işlədiyi “Elseym” inşaat şirkətində mühasib köməkçisi işləmiş, 2018-ci ilin aprel ayından 2021-ci ilin iyun ayına kimi Müdafiə Nazirliyinin İnzibati bina və qurğulara qulluq etmə xidmətində mühasib-xəzinədar vəzifəsində mülki işçi kimi işləmişdir. 2021-ci ilin iyun ayında əmək haqqı az olduğu üçün işdən çıxmış və özünə yeni iş axtarmağa başlamışdır. İşdən çıxdıqdan sonra maddi sıxıntıları olmuş, bu səbəbdən özünə yeni iş axtarmış, onun iş axtarmağından yaxınlarının və tanışlarının məlumatları olmuşdur. 2021-ci ilin sonlarında, təxminən noyabr ayında iş axtarmağı ilə bağlı məlumatı olan tanışı Şahid3 ona onunla bir evdə yaşayan rəfiqəsi Şahid1 Dövlət Təhlükəsizliyi Xidmətində işləyən Təqsirləndirilən şəxs adında tanışının olduğunu demiş, həmçinin Faridin onlara Dövlət Təhlükəsizliyi Xidmətində daha yüksək vəzifədə işləyən tanışlarının olduğunu və istənilən şəxsin işə düzəlməyinə köməklik edə biləcəyini bildirdiyini demişdir. Bundan əlavə, Güllü Aygünün də keçmiş rəfiqəsindən pulunun alınmasında Faridin hüquqmühafizə orqanlarında işləyən tanışları vasitəsilə köməklik etdiyini ona bildirmişdir. O da Güllüdən həmin Farid adlı şəxslə onun işə düzəlmək məsələsi barədə danışmasını xahiş etmişdir. Güllü bu barədə Faridə dedikdə Farid heç bir problem olmadığını və onu DTX-nın Xətai rayon idarəsinə işə düzəldə biləcəyini söyləmişdir. Bundan sonra Güllü və Aygün onunla Faridi əlaqələndirmiş, Farid onunla (055) ***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. O, Faridlə ilk dəfə Bakı şəhəri, Tbilisi prospektində yerləşən “Galiano Lunch” adlı kafedə görüşmüşlər. Farid onu Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinə həmin xidmətdə işləyən yüksək vəzifəli qohumu vasitəsilə işə düzəltmək müqabilində onun əvvəlcədən 10000 manat, işə düzəldikdən sonra isə daha 10000 manat verməli olduğunu, həmin pulların Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli şəxslərinə çatmalı olduğunu bildirmişdir. O da Faridlə razılaşmışdır. Sonradan Farid 2 gün ərzində ilkin olaraq 5000 manat məbləğində pulun verilməli olduğunu ona bildirmiş, o isə hazırda həmin məbləğdə pulunun olmadığını dedikdə, Farid xalası oğlunun avtomobil almaq üçün onda 5000 manat pulunun olduğunu, onun əvəzinə həmin pulu verə biləcəyini, lakin 1 gün sonra 5000 manat məbləğində pulu yerinə qoymalı olduqlarını bildirdikdə o, Faridlə razılaşmışdır. Farid onun əvəzindən pulu verdiyini bildirdikdən 1 gün sonra, təxminən 2021-ci ilin noyabr ayının ortalarında Faridin göstərişi ilə o, 5000 manat məbləğində pulu zərfin içərisində Aygün və Güllünün yaşadıqları, ünvan 2 ünvanın qarşısında Güllü və Aygünə vermişdir. Buna səbəb Faridin öz işini itirməkdən qorxduğunu və ona tam güvənmədiyini bildirərək həmin pulu onun deyil, Güllü və Aygünün onun göndərdiyi şəxsə verməsini tapşırması olmuşdur. O, 5000 manat məbləğində pulu Güllü və Aygünə verdikdən sonra, həmin gün Faridin göstərişi əsasında zərfdəki pulları Aygün və Güllü yaşadıqları evin qarşısında Faridin göndərdiyi adama vermişlər. Bundan sonra Farid pulu aldığını bildirmiş və ona təzə mobil nömrə almağını, elektron qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul olunmasını üçün müraciət etməyini tapşırmışdır. O da Faridin tapşırığı ilə (050) ***-**-** saylı mobil telefon nömrəsi almış və elektron qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul olunması üçün müraciət etmişdir. Bundan sonra Farid əlavə olaraq 2000 manat məbləğində pulu da Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar idarəsinin əməkdaşlarına şirinlik kimi verməli olduqlarını və onların onun işinin həll olunmasını sürətləndirəcəklərini bildirmişdir. O isə Faridə hazırda hər hansı məbləğdə pulunun olmadığını bildirmişdir. Farid 2021-ci ilin sonuna kimi onun işə düzələcəyinə söz versə də, vədinə əməl etməmişdir. Sonradan Aygünün rəfiqəsi Nuranənin onun pulunu aldadaraq ələ keçirməsi barədə müraciəti əsasında araşdırma aparan Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X7 Xidmətinin əməkdaşı olmadığını Aygünə bildirdiyindən və Faridin həmin müstəntiqə vermək adı ilə Aygünü aldadaraq pulunu ələ keçirdiyi onlara məlum olduğundan artıq Faridin onu da aldadaraq pulunu ələ keçirdiyi aydın olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq verdiyi 5000 manat məbləğində pulu geri tələb etdikdə, o, onun ona hər hansı məbləğdə pul vermədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barədə şikayət etmək qərarına gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid2 bildirdi ki, Farid ondan aldığı 5000 manat pulu geri qaytardığına görə ona qarşı şikayət və tələbi yoxdur. Şahid2 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş zərərin tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı hər hansısa tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Şahid1 3 ilə yaxın müddətdir keçmiş rəfiqəsi X9 vasitəsilə tanımışdır. Son zamanlar isə Şahid1 ilə daha yaxın, rəfiqə kimi münasibətləri yaranmışdır. Belə ki, Nuranə Xudiyevanın çoxlu borcları olduğundan Şahid1 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Abşeron City” yaşayış kompleksindəki mənzilini satıb pulunu Nuranǝyǝ vermişdir. Aralarında olan razılaşmaya əsasən Nuranə borcları qaytardıqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, “AAF Park” yaşayış kompleksi və ya Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Favorit Market”in yerləşdiyi binada olan mənzillərindən birini Aygünün adına rəsmiləşdirməli imiş. Sonradan mənzillərin çıxarışı olmadığından Aygünün adına rəsmiləşdirmə baş tutmamış və Nuranə Aygünə mənzilinin qarşılığında 80000 manat məbləğində pul verəcəyinə söz vermişdir. Lakin Nuranə vədinə əməl etmədiyi üçün Aygünlə aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Aygün bundan sonra onun kirayədə yaşadığı evdə onunla birlikdə yaşamışdır. 2021-ci ilin təxminən noyabr ayında Aygün onun evində olarkən sonuncuya Farid adlı bir nəfər şəxs zəng edərək Nuranə barədə maraqlanmışdır. Aygün də onun yanında həmin şəxsə Nuranə ilə aralarında olanları danışmış və Nuranədən şikayət etmək istədiyini bildirmişdir. Həmin vaxt Farid adlı şəxs Binəqədi rayon Polis İdarəsində tanışının olduğunu və Nuranədən pulunun alınmasına köməklik edə biləcəyini Aygünə bildirmişdir. O da Aygünün yanında olduğundan onlar arasında olan bütün danışıqlara şahid olmuşdur. Telefon danışığından sonra Aygün ona zəng edən Farid adlı şəxsin Nuranənin keçmiş sevgilisi olduğunu ona bildirmişdir. Bundan sonra Aygün Faridlə birlikdə Binəqədi rayon Polis İdarəsinə getmişlər. X38 adlı tanışı ilə Aygünü tanış etmiş və həmin şəxsin ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra Aygün Nuranənin onu aldadaraq mənzilini satdırıb pulunu ələ keçirməsi barədə ərizə ilə müraciət etmişdir. Aygün onunla eyni mənzildə yaşadığından evə gəldikdə bütün gedişatlar barədə onu xəbərdar etmişdir. Farid Nuranədən pul alındığı təqdirdə araşdırmanı aparan Rövşən adlı polis əməkdaşına pul verilməli olduğunu Aygünə bildirmişdir. Araşdırma gedən ərəfədə Nuranə 2 dəfəyə olmaqla Aygünə ümumilikdə 11000 manat məbləğində pul vermişdir. Farid isə araşdırmanı aparan polis əməkdaşı Rövşən Cavadova vermək adı ilə 2 dəfəyə olmaqla həmin pulun ümumilikdə 3150 manat məbləğində hissəsini Aygündən almışdır. Bundan əlavə, Farid anasının xəstə olduğunu bildirməklə Aygündən əlavə olaraq 200 manat pul da almışdır. Qeyd edilən dövrdə Aygün evdə olarkən onun yanında Faridlə tez-tez telefon vasitəsilə danışdığından artıq Farid və o, bir-birilərini qiyabi olaraq tanımışlar. Həmin ərəfədə tanışı olan Şahid2 əvvəlki işindən ayrıldığından və işsiz olduğundan maddi sıxıntıları olmuşdur. Aygünlə Farid telefonla danışan zaman Aygün Faridə onun tanışı Cəmilin işsiz olduğunu, bu səbəbdən ona maddi cəhətdən dəstək ola bilmədiyini bildirmişdir. Farid isə Cəmilin işə düzəlməsinə köməklik edə biləcəyini demiş, Cəmili də Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəldəcəyini bildirmişdir. Bundan sonra o və X36 əlaqələndirmişdir. Onlar öz aralarında danışıb görüşmüşlər. Farid X12 Xidmətinə işə düzəltmək müqabilində Cəmilin əvvəlcədən 10000 manat, iş düzəldikdən sonra isə 10000 manat verməli olduğunu, həmin pulların Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli şəxslərinə çatmalı olduğunu bildirmişdir. Cəmil də Faridlə razılaşmışdır. Səhəri gün Faridin göstərişi ilə Cəmil bilmədiyi məbləğdə pulu zərfin içərisində yaşadıqları evə gələrək Aygün və ona vermişdir. Farid Cəmilə tam güvənmədiyini bildirərək həmin pulu Cəmilin deyil o və Aygünün onun göndərdiyi şəxsə vermələrini tapşırmışdır. O və Aygün Faridin göstərişi əsasında Cəmilin verdiyi zərfdəki pulları götürüb yaşadıqları evin qarşısına çıxmışlar. Onlar pulları Faridin göndərdiyi adama vermişlər. Həmin vaxt Farid özü Aygünlə telefonda danışmış, pulu alan adam Faridə pulu götürdüyünü təsdiqlədikdən sonra onlar evlərinə qayıtmışlar. X15 Nuranədən pulunu almasına köməklik etməyi müqabilində əlavə olaraq pul istədiyindən Aygün bu barədə Rövşən Cavadova bildirmiş, Rövşən Cavadov isə Aygünə köməklik etməsi müqabilində Faridin ona hər hansı məbləğdə pul vermədiyini bildirmişdir. Rövşən Cavadovla ətraflı söhbət etdikdən sonra Faridin Aygünü aldadaraq pulunu ələ keçirdiyi məlum olmuşdur. Aygün bu barədə ona və Cəmilə danışdıqdan sonra artıq Faridin Cəmili də aldadaraq pulunu ələ keçirdiyi onlara məlum olmuşdur. Bununla yanaşı, Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmuş ifadəsində göstərmişdir ki, Şahid1 3 ilə yaxın müddətdir keçmiş rəfiqəsi X9 vasitəsilə tanımışdır. Son zamanlar isə Şahid1 ilə daha yaxın, rəfiqə kimi münasibətləri yaranmışdır. Belə ki, Nuranə Xudiyevanın çoxlu borcları olduğundan Şahid1 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilini satıb pulunu Nuranəyə vermişdir. Aralarında olan razılaşmaya əsasən Nuranə borcları qaytardıqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi və ya Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Favorit Market”in üzərindəki binada olan mənzillərindən birini Aygünün adına rəsmiləşdirməli olmuşdur. Sonradan mənzillərin çıxarışı olmadığından Aygünün adına rəsmiləşdirmə baş tutmamış və Nuranə Aygünə mənzilinin qarşılığında 80.000 manat məbləğində pul verəcəyini söz vermişdir. Lakin Nuranə vədinə əməl etmədiyi üçün Aygünlə aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Aygün təxminən 5 aya yaxın müddətdir onun kirayədə yaşadığı evdə onunla birlikdə yaşayır. 2021-ci ilin təxminən noyabr ayında onun evində olarkən Aygünə Farid adlı bir nəfər şəxs zəng edərək Nuranə barədə maraqlanmış, Aygün də onun yanında həmin şəxsə Nuranə ilə aralarında olanları danışmış və Nuranədən şikayət etmək istədiyini bildirmişdir. Həmin vaxt Farid adlı şəxs Binəqədi rayon Polis İdarəsində tanışının olduğunu və Nuranədən pulunun alınmasına köməklik edə biləcəyini Aygünə bildirmişdir. O da Aygünün yanında olduğundan bütün danışıqlara şahid olmuşdur. Telefon danışığından sonra Aygün zəng edən Farid adlı şəxsin Nuranənin keçmiş sevgilisi olduğunu, həmin Farid adlı şəxsin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu ona bildirmişdir. Bundan sonra Aygün Faridlə birlikdə Binəqədi RPİ-yə getmişlər, X38 adlı tanışı ilə Aygünü tanış etmiş və həmin şəxsin ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra Aygün Nuranənin aldadaraq mənzilini satdırıb pulunu ələ keçirməsi barədə ərizə ilə müraciət etmişdir. Aygün onunla eyni mənzildə yaşadığından evə gəldikdə bütün gedişatlar barədə onu xəbərdar etmişdir. Farid Nuranədən pul alındığı təqdirdə araşdırmanı aparan Rövşən adlı polis əməkdaşına pul verilməli olduğunu Aygünə bildirmişdir. Araşdırma gedən ərəfədə Nuranə 2 dəfəyə olmaqla Aygünə ümumilikdə 11000 manat məbləğində pul vermişdir. Farid isə araşdırmanı aparan polis əməkdaşı Rövşən Cavadova vermək adı ilə 2 dəfəyə olmaqla həmin pulun ümumilikdə 4150 manat məbləğində hissəsini Aygündən almışdır. Bundan əlavə, Farid anasının xəstə olduğunu bildirməklə Aygündən əlavə olaraq 200 manat pul da almışdır. Qeyd edilən dövrdə Aygün evdə olarkən onun yanında Faridlə tez-tez telefon vasitəsilə danışdığından artıq Farid və o, bir-birilərini qiyabi olaraq tanımışlar. Həmin ərəfədə tanışı olan Şahid2 əvvəlki işindən ayrıldığından və işsiz olduğundan maddi sıxıntıları olmuşdur. Bu səbəbdən əvvəllər ona maddi cəhətdən dəstək olmasına baxmayaraq, artıq işsiz olduğundan ona maddi cəhətdən köməklik edə bilməmişdir. Aygünlə Farid telefonla danışan zaman Aygün Faridə onun tanışı Cəmilin işsiz olduğunu, bu səbəbdən ona maddi cəhətdən dəstək ola bilmədiyini bildirmişdir. Farid isə Cəmilin işə düzəlməsinə köməklik edə biləcəyini demişdir. Farid əvvəldən özünü onlara Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etdiyindən Faridin dediklərinə inanmışlar. Farid Cəmili də Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəldəcəyini bildirmişdir. Bundan sonra o və X36 əlaqələndirmişlər. Farid və Cəmil öz aralarında danışıb görüşmüşlər. Farid X12 Xidmətində işə düzəltmək müqabilində Cəmilin əvvəlcədən 10000 manat, iş düzəldikdən sonra isə 10000 manat verməli olduğunu, həmin pulların Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli şəxslərinə çatmalı olduğunu bildirmiş, Cəmil də Faridlə razılaşmışdır. Bildiyi qədərilə sonradan Farid 2 gün ərzində ilkin olaraq 5000 ABŞ dolları məbləğində pulun verilməli olduğunu Cəmilə bildirmiş, Cəmil isə hazırda həmin məbləğdə pulunun olmadığını dedikdə, Farid xalası oğlunun avtomobil almaq üçün onda 5000 ABŞ dolları pulunun olduğunu, Cəmilin əvəzinə həmin pulu verə biləcəyini, lakin 1 gün sonra 5000 ABŞ dolları məbləğində pulu yerinə qoymalı olduqlarını bildirmiş, Cəmil də razılaşmışdır. Səhəri gün Faridin göstərişi ilə Cəmil 5000 ABŞ dolları məbləğində pulu zərfin içərisində yaşadıqları evə gələrək Aygün və ona vermişdir. Farid öz işini itirməkdən qorxduğunu və Cəmilə tam güvənmədiyini bildirərək həmin pulu Cəmilin deyil o və Aygünün göndərdiyi şəxsə vermələrini tapşırmışdır. O və Aygün Faridin göstərişi əsasında Cəmilin verdiyi zərfdəki pulları götürüb yaşadıqları evin qarşısına çıxmışlar. Həmin vaxt zərfdə olan pulları saymasalar da, pulların ABŞ dollarları olduğu aydın görünmüşdür. Onlar pulları Faridin göndərdiyi adama vermişlər. Həmin vaxt Farid özü Aygünlə telefonda danışmışdır. Pulu alan adam Faridə pulu götürdüyünü təsdiqlədikdən sonra onlar evlərinə qayıtmışlar. X28 Nuranədən pulunu almasına köməklik etməyi müqabilində əlavə olaraq pul istədiyindən Aygün bu barədə Rövşən Cavadova bildirmiş, Rövşən Cavadov isə Aygünə köməklik etməsi müqabilində Faridin ona hər hansı məbləğdə pul vermədiyini bildirmişdir. Rövşən Cavadovla ətraflı söhbət etdikdən sonra X7 Xidmətinin əməkdaşı olmadığı, Aygünü aldadaraq pulunu ələ keçirdiyi məlum olmuşdur. Aygün bu barədə ona və Cəmilə danışdıqdan sonra artıq Faridin Cəmili də aldadaraq 5000 ABŞ dolları məbləğində pulunu ələ keçirdiyi onlara məlum olmuşdur (cild 1, iş vərəqi 54-58). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan edilmiş ifadəsində X14 bildirmişdir ki, o, 2019-cu ildən Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tələbə yoldaşının qohumu kimi tələbə vaxtlarından tanımışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs kafe işlətmiş və onlar da Faridin kafesinə gedib-gəldiklərindən aralarında münasibət yaranmışdır. 2021-ci ilin təxminən noyabr ayında Farid onunla telefon əlaqəsi yaratmış və hansı gün növbədə olacağını soruşmuşdur. O, Faridə hansı səbəbdən növbədə olduğu günü maraqlandığını soruşduqda Farid tanışı olan qadının aldadılaraq evinin satdırılıb pulunun Binəqədi rayon ərazisində ələ keçirildiyini və azyaşlı uşağı ilə evsiz qaldığını, bununla bağlı həmin qadının şikayət etmək istədiyini bildirmişdir. O da həmin qadının Binəqədi RPİ-yə yaxınlaşaraq ərizə ilə müraciət etməsini, əgər onun növbəsinə düşərsə, araşdırıb pulunun geri qaytarılmasına köməklik etməyə çalışacağını bildirmişdir. Bundan sonra Faridlə qeyd etdiyi Aygün adlı qadın o, növbədə olduğu vaxt onun yanına gəlmişlər. Farid Aygünü yaxını kimi ona təqdim etmiş və o, Aygünə ərizə verməsini məsləhət görmüşdür. Aygün o, növbədə olduğu gün ərizə ilə müraciət etdiyindən araşdırma aparılması da, ona həvalə olunmuşdur. Aygün ərizəsində keçmiş rəfiqəsi Nuranə Xudiyevanın təkidi ilə özünə məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış massivində yerləşən 80000 manat dəyərində mənzilini 55000 manata sataraq pulunu borclarını ödəməsi üçün Nuranəyə verdiyini, Nuranənin isə onu aldadaraq pulunu qaytarmadığını qeyd etmişdir. Araşdırma zamanı tərəfindən Şahid1 izahatı alınmış və Nuranə Xudiyevanın izahatının alınması üçün Binəqədi RPİ-yə dəvət olunması məqsədilə Binəqədİ RPİ-nin 5-ci Polis bölməsinə tapşırıq verilmişdir. X8 əlaqəsi olan şəxs kimi Təqsirləndirilən şəxs də əlaqə telefonunu qeyd etmişdir. Buna səbəb Faridin ona Nuranə Xudiyevanı tanıdığını, əvvəllər yaxşı münasibətinin olduğunu bildirməsi olmuşdur. Bir neçə gün sonra Nuranə Xudiyevanın olduğu yer müəyyən olunaraq izahatının alınması üçün polis idarəsinə dəvət olunması təmin olunmuşdur. İzahatı alınarkən Nuranə Xudiyeva borcu yarandığından Şahid1 həmin borcları qaytarmaq üçün pul istədiyini, Şahid1 da mənzilini 55000 manat müqabilində sataraq pulunu ona verdiyini, həmin pulun 23000 manatını borclarına verdiyini, qalan pulları isə öz istirahətlərinə xərclədiklərini, Aygünün mənzil alması üçün ilkin ödəniş kimi 11000 manat məbləğində pulu verəcəyini, aylıq olaraq da evin kreditini ödəyəcəyini bildirmişdir. Bundan sonra Aygünlə Nuranə onun xidməti otağında razılığa gəlmiş və bir neçə gün sonra Nuranə ilkin olaraq 5000 manat məbləğində pulu Aygünə ödəmişdir. Həmin gündən bir müddət sonra da Nuranə qalan 6000 manat pulu da Aygünə ödəmişdir. Həmin vaxtdan sonra Aygün onunla əlaqə saxlayaraq Nuranənin razılıqlarına əməl etmədiyini və söz verdiyi aylıq pulu ödəmədiyini bildirmişdir. O da Aygünə müraciəti ilə bağlı aparılan araşdıma üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edəcəyini, qeyd etdiyi xüsusatların mülki xarakterli olduğundan məhkəməyə müraciət edə biləcəyini bildirmişdir. Bu zaman Şahid1 belə danışmadıqlarını ona dedikdə, o, necə danışdıqlarını soruşmuşdur. Aygün Faridin başqa cür söz verdiyini bildirmişdir. Bundan sonra o, cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətini vermək üçün Aygünü öz xidməti otağına dəvət etmişdir. Aygün orada ona Faridin özünü onun qohumu kimi təqdim etdiyini və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu dediyini, həmçinin Nuranədən pulunun alınmasına köməklik etmək müqabilində ona vermək adı ilə ümumilikdə 4150 manat pul aldığını bildirmişdir. Bundan sonra o, Aygünə Faridin yalan dediyini, qohumu olmadığını, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı deyil, daş karxanasında sürücü olduğunu, həmçinin Nuranədən pulun qaytarılmasına köməklik etmək müqabilində onun hər hansı məbləğdə pul tələb etmədiyini və Faridin ona pul vermədiyini, sadəcə olaraq obyektiv araşdırma aparıb qanuni qərar qəbul etdiyini Aygünə bildirmişdir. Bununla bağlı o, Aygünün yanında Faridlə də telefon vasitəsilə danışıb öz iradını bildirib Aygünlə aralarında olan anlaşılmazlığı həll etməsini məsləhət görmüşdür. X23 başqa tanışını da aldadaraq pulunu ələ keçirdiyini və Aygünlə həmin tanışının Farid barədə şikayət etdiklərini öyrənmişdir (cild 1, iş vərəqi 83-87). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2018-ci ildə Müdafiə Nazirliyində maliyyəçi işləmişdir. 2021-ci ildə işindən ayrılmışdır. 2021-ci ilin noyabr ayının 22-si özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovniki kimi ona tanıtdıran Fərid Kərimov adlı şəxslə tanış olmuş, sonuncu onu DTX-da leytenant vəzifəsində işə düzəldəcəyini demiş və ondan 10000 (on min) manat və işə düzələndən sonra 10000 (on min) manat alacağını bildirmiş, 2022-ci ilin yanvar ayında ona zəng edərək işin alınmayacağını və pulu geri qaytarmayacağını bildirmişdir (cild 1, iş vərəqi 18). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, özünü Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmiş Fərid Kərimov adlı şəxs 2022-ci ilin yanvar ayında 2850 manat, fevral ayında 1500 manat pul vəsaitinin vəzifəli şəxsə rüşvət verəcəyinə onu inandırıb etibarından sui-istifadə etməklə aldadaraq ələ keçirmişdir (cild 1, iş vərəqi 26). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid2 telefon danışıqları zamanı qeydə aldığı video görüntülərin olduğu diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 izahatına əlavə etdiyi telefon danışıqları zamanı qeydə alınmış video görüntülərin olduğu CD-də 1 ədəd fayl vardır. Həmin faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng olunduğu, zəng edən şəxslərin 2 nəfər qadın olduğu, zəng olunana “Fərid” deyə müraciət etdikləri, ona həmin adama martı gözləyə bilmədiklərini, yanvar ayına söz versələr də işin uzandığını və pulu geri verməsini deməyini, “Fərid” deyə müraciət olunan şəxs isə həmin sözü o adama deyə bilməyəcəyini, pulu özünün qaytarmaq məcburiyyətində qalacağını, özünün isə borclarının olduğunu bildirmişdir (cild 1, iş vərəqi 45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid1 telefon danışıqları zamanı qeydə aldığı video görüntülərin olduğu diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 izahatına əlavə etdiyi telefon danışıqları zamanı qeydə alınmış video görüntülərin olduğu CD-də 5 ədəd fayl vardır. 1-ci faylda olan görüntüdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefon danışığının aparıldığı görünür. Görüntünü qeydə alan qadın cinsli şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan kişi cinsli şəxsə ona bölmənin 35000 pul istədiyini, həmin puldan kəsəcəyini dediyini, 2550 manatı da onların istədiyini dediyindən həmin pulu çıxarıb verdiyini bildirir. ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan kişi cinsli şəxs qadın cinsli şəxsə 1500-ü özünə götürdüyünü söyləyir, qadın cinsli şəxs isə sonradan 200 manatı da göndərdiyini bildirir. 2-ci faylda olan görüntüdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefon danışığının aparıldığı görünür. ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan kişi cinsli şəxs görüntünü qeydə alan qadın cinsli şəxsə pulun onun özünə çatdığını bildirir. Qadın isə onu hansı səbəbdən pulu bölmənin istədiyini deyərək aldatdığını soruşur. 3-ci faylda olan görüntüdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefon danışığının aparıldığı görünür. ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan kişi cinsli şəxs görüntünü qeydə alan qadın cinsli şəxsə ordan ona da pul çatdığını, 80000-dən 35000 pul danışdığını, razılaşdıqlarını bildirdikdə, qadın cinsli şəxs ona pulu bölmənin istədiyini dediyini bildirir. 4-cü faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng olunduğu, zəng edən şəxslərin 2 nəfər qadın olduğu, zəng olunana “Fərid” deyə müraciət etdikləri, ona həmin adama martı gözləyə bilmədiklərini, yanvar ayına söz versələr də işin uzandığını və pulu geri verməsini deməyini, “Fərid” deyə müraciət olunan şəxs isə həmin sözü о adama deyə bilməyəcəyini, pulu özünün qaytarmaq məcburiyyətində qalacağını, özünün isə borclarının olduğunu bildirdiyi görünür. 5-ci faylda olan görüntüdə telefon danışığının aparıldığı görünür. Zəng olunan kişi cinsli şəxs zəng edən qadın cinsli şəxsə 1500-ü özunə götürdüyünü söyləyir, qadın cinsli şəxs isə sonradan 200 manatı da göndərdiyini bildirir (cild 1, iş vərəqi 46-47). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 Fəxrəddin qızı arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 Fəxrəddin qızı ibtidai istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 96-102). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 103-107). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu cinayət törətməkdə ifşa etmişdir (cild 1, iş vərəqi 108-111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskdə 1 ədəd qovluq var. Həmin qovluqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, Şahid2 istifadəsində olan ***-***-**-** saylı və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə dair sms mətnləri, telefon danışıqları və anten məlumatlarının olduğu 10 ədəd fayl vardır. Qeyd edilən mobil telefon nömrələrinə dair sms mətnlərinin olduğu fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Telefon danışıqlarının olduğu fayllara baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müxtəlif müddətlərdə telefon danışıqlarının aparıldığı aşkar olunmuşdur (cild 1, iş vərəqi 115-116). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-6363/22 saylı məktubundan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.2017 11:00-da “Bakcell” şəbəkəsindən “Azercell” mobil operatoruna daşınmışdır (cild 1, iş vərəqi 119). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 3494 saylı məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, Cəlilabad rayonu, Xanəgah kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 130). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Rövşən Cavadovun qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şahid1 pulunun X18 tərəfindən ələ keçirilməsi barədə xx.xx.2021-ci il tarixli şikayəti əsasında araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alılnmışdır (cild 1, iş vərəqi 81-82). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus, "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartından ödəniş üzrə çıxarışın surəti cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 121-122). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Cəlilabad RİHB-nın Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cəlilabad rayonunun Xanəgah kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs anası X4 və bacısı X3 ibarət tərkibdə ailə üzvləri vardır (cild 1, iş vərəqi 134). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Cəlilabad RİHB-nın Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində dərin hörmət qazanmış və çalışmış ki, verilən bütün tapşırıqları layiqincə yerinə yetirsin. O, nəinki öz üzərinə düşən işləri eləcə də kəndin ictimai işlərində kənd əhalisinə yaxından dəstək olmuşdur. Təqsirləndirilən şəxs barəsində ərazidə yaşadığı müddət ərzində inzibati orqanlardan cinayət xarakterli material Xanəgah ərazi nümayəndəliyinə daxil olmamışdır (cild 1, iş vərəqi 135). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın məzmunundan görünür ki, Şahid2 və Şahid1 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırma zamanı verdiyi izahatlarına əlavə etdikləri telefon danışıqları zamanı qeydə alınmış video görüntülərin olduğu 2 ədəd disk və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd disk, həmçinin "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs adına olan 416973******9333 nömrəli ödəniş kartından çıxarışın surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 140-162). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il arayışın məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubda Şahid2 Dövlət Təhlükəsizliyi Xidmətinə hərbi xidmətlə və ya işə qəbul olunması ilə bağlı hər hansı müraciətinin daxil olmadığı göstərilmişdir. Həmçinin aparılmış istintaq zamanı Şahid2 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 207). Dövlət ittihamçısı məhkəmə çıxışında Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası CM-nin 29,178.2.2-ci maddəsinin xaric edilməsini, Qumru Vəliyevanın əməllərinin CM-nin 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli məqamları nəzərə almamış və nəticədə onların əməllərinin tövsifində səhvə yol vermişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu birinci epizod üzrə Şahid1 məxsus ümumilikdə 4350 (dörd min üç yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təhrik etmiş, sonradan Nuranə Xudiyeva tərəfindən Şahid1 olan borcun qalam tam şəkildə ödənilmədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini Şahid1 almağa nail olmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 35000 (otuz beş min) manat məbləğində pul vəsaitini və sonuncu epizod üzrə eyni üsulla Şahid2 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 iyun 2015-ci il tarixli Qərarının 32-ci bəndində qeyd edilmişdir ki, CM-nin 17.1-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Qərarın 33-cü bəndində qeyd edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs birinci epizod üzrə Şahid1 məxsus 35000 manat məbləğində pulun ələ keçirməyə cəhd etsə də, lakin onun tərəfindən 4350 manat məbləğində pul ələ keçirmiş və yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən CM-nin 29,178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona verilmiş ittihamın sonuncu epizodu üzrə Şahid2 məxsus 20000 (iyirmi min) manat məbləğində pul ələ keçirməyə cəhd etsə də, lakin onun tərəfindən həmin dövrün rəsmi məzənnəsi ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməklə burada cinayət əməli başa çatmışdır (CM 178.2.2 və 178.2.4), yəni onun əməlində CM-nin 29,178.2.2-ci maddəsi müəyyən edilmir. Belə olan təqdirdə ona verilmiş ümumi ittihamdan CM-nin 29,178.2.2-ci maddəsi xaric edilməli və Təqsirləndirilən şəxs əməli CM-nin 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs özünü Şahid1, Şahid3 və Şahid2 Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməməsi, “Galiano Lunch” adlı kafedə Şahid2lə sonuncunu Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltməklə bağlı söhbətlərinin olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, iş üzrə şahidlər Şahid2, Şahid1 və Şahid3 məhkəmədə verdikləri ifadələri ilə təqsirləndirilən şəxsin həmin ifadələri tamamilə təkzib olunur və həmin ifadələrdən onun həmin şəxslərə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməsi, “Galiano Lunch” adlı kafedə Şahid2lə sonuncunu Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltməklə bağlı söhbətlərinin olması aşkar görünür. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam sübut olunur, həmin əməllər qəsdən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətləri törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Cəlilabad rayon İcra və Probasiya şöbəsinin Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 10 (on) ay 27 (iyirmi yeddi) gün islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmiş və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 128, 132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzaını çəkməkdən 05 noyabr 2021-ci ildə azad edildiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-ci maddələrin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 310-cu maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 312.2-ci maddəsinin sanksiyasında səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-ci və 310-cu maddələri ilə nəzərdə tutulan əməllər az ağır, CM-in 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər kimi təsnif edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarının 2-ci bəndi ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 20003-cü il tarixli Qərarının 15-ci bəndinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 163-166, 199-203). Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hökmün elan edildiyi tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş Şahid2 və Şahid1 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırma zamanı verdiyi izahatlarına əlavə etdikləri telefon danışıqları zamanı qeydə alınmış video görüntülərin olduğu 2 ədəd disk və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd disk, həmçinin "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs adına olan 416973******9333 nömrəli ödəniş kartından çıxarışın surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4, 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsilə 2 (iki) il müdətə azadlıqdan məhrum etmə cəzasına, 178.2.2, 178.2.4-cü maddələrilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 26 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilsin. İş üzrə maddi sübutlar - “Şahid2 və Şahid1 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırma zamanı verdiyi izahatlarına əlavə etdikləri telefon danışıqları zamanı qeydə alınmış video görüntülərin olduğu 2 ədəd disk və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd disk, həmçinin "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs adına olan 416973******9333 nömrəli ödəniş kartından çıxarışın surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-138/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-138/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver