Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-138/2025 23.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X13 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 23 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Anabad kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz evdə yaşayan və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında, saat 17:30 radələrində saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə aparılmış, orada xidməti otaqların birində şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən xeyli miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,929 qram olan qəhvəyi rəngli tozşəkilli, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,796 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanımş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə də məşğul olmur. xx.xx.2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin 3 əməkdaşı olan Azər müəllim, onun bacısı oğlu və Məzi ona yaxınlaşaraq avtomobilinin onun olubolmamasını soruşmuş, o da, həmin maşının şirkətin olduğunu demişdir. Bundan sonra həmin şəxslər onu əllərindən tutaraq onun maşınına əyləşdirib idarəyə aparmış, ona narkotik vasitə olan nəşəni satdığı bildirilmiş, harada qaldığı soruşulmuş, o da onlara belə bir işlə məşğul olmadığını və yaşadığı ünvanı demişdir. Bundan sonra onu maşınla yaşadığı ünvana aparmışlar, Azər müəllim evə daxil olmuş orada 10 dəqiqə qaldıqdan sonra geri qayıtmışdır. Daha sonra onu yenidən idarəyə qaytarmışlar və orada Azər müəllim ona dünən axşam 1 kq narkotik vasitə olan nəşəni götürdüyünü bildirmiş, o da elə bir şey etmədiyini demişdir. Həmin zaman sonuncu telefonda iranlı bir şəxslə danışırmış, daha sonra onun şəxsiyyətini portalda axtarmışlar və məhkumluğunun olduğunu bildirmişlər, üzərinə baxaraq axtarış keçirsələrdə 1200 manat puldan başqa heç nə aşkar olunmamışdır. Üzərində olan pul məbləği isə övladının təhsil haqqı idi. Bundan sonra idarənin rəisi “Səftər” adlı şəxs onu otağına çağıraraq üzərində nəşənin olub-olmamasını, həmin narkotik vasitəni hara qoyduğunu soruşmuş, o da üzərində hər hansı qanunla qadağan olunmuş maddə və ya predmetin olmadığını bildirmişdir. “Səftər” adlı şəxs onunla hirslə danışaraq otağından çıxmasını istəmişdir. Bir az gözlədikdən sonra o, yenidən “Səftər” adlı şəxsin otağına çağırılmış, bu zaman sonuncu telefonda mikrofonla iranlı bir nəfərlə danışıraq sonuncuya “sən mənə de, nə qədər vermisən?” iranlıda cavabında “1 kq nəşə vermişəm” dedi. Ondan narkotik vasitəni hara qoyduğunu soruşulmuş, o da onda hər hansı narkotik vasitə olmadığını bildirdiyi halda “Səftər” onu təhdid və təhqir etmiş o, da onu təhqir etmişdir. Bundan sonra onu buraxmışlar. Daha sonra xx.xx.2023-cü il tarixdə avtomobili Zığ ərazisində avtoyumaya getmiş, oranın əməkdaşı ona maşının 30-40 dəqiqə işi olduğunu demişdir, nahar vaxtı gəldiyindən o yemek yeməyə getmişdir. Kafedə oturan zaman ona avtoyumadan zəng gələrək maşının hazır olduğu və gəlib götürməsi deyilmiş, o da təcili avtoyumaya getmişdir. Bu zaman o istifadəsində olan telefonunu və siqarət qutusunu özüylə götürməmişdir. Avtoyumaya gələn zaman uzaqdan onu xx.xx.2023-cü il tarixdə saxlayan BNMİ-nin əməkdaşlarını görmüş, oraya yaxınlaşanda sonuncular onun əlləri tutaraq öz xidməti maşınlarına əyləşdirmişlər. Bu zaman 3 nəfərdən başqa 8-9 nəfər onu saxlamağa gəlmişdi. O, maşında onu səbəbə saxladıqlarını soruşduqda ona rəisi söydüyünü və buna görə də tutulduğunu demişlər. Daha sonra o, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində sadəcə 250 manat pul çıxmışdır. O, narkotik istifadəçisi deyil və həmin maddənin satışı ilə də məşğul olmur. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı qanunsuz əşya və ya predmet olmamışdır. İstintaq zamanı etiraf edici ifadələr verməsinin və bu ifadələrə imza atmasının səbəbi ona hədə-qorxu gəlinməsi olmuşdur. Ona psixi təzyiq edildiyinə görə o, həmin əməli etiraf etmiş, qabağına qara sellofan kağızda olan 1 büküm qoyulmuş bükümün ona aid olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 17:30 radələrində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını, ona külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Onu barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra ona üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına getməli olduğunu demişlər. Bölmədə şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət hüsabına vəkillə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Müdafiəçisinin və onu 33-cü PB-nə aparan polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan olan hər hansı əşya-kütlə varsa təqdim etmsi təklif edilmiş, bundan sonra o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 22 manat pulunu və 1 ədəd sellofan bükümü çıxarıb, masanın üzərinə qoyaraq təqdim etmişdir. Ona məxsus 22 manat pulu özünə qaytarılmışdır. Təqdim etdiyi sellofan büküm açıldıqda içərisində iki ədəd sellofan büküm, birinin işərisində ağ rəngli kristal şəkilli kütlə, digərinin içərisində isə qəhvəyi rəngli tozşəkilli kütlə olduğu aşkar edilmişdir. Ondan həmin bükümlərdəki kütlələrin nə olması, nə vaxt, kimdən, nə məqsədlə əldə etdiyi barədə soruşulduqda, o bükümün birində olan ağ rəngli kütlənin psixotrop maddə metamfetamin, digər bükümdə olan qəhvəyi rəngli kütlənin isə narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə, saat 14:30-radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində onlayn olaraq 20-25 gün əvvəl “Whatsapda” tanış olduğu “Nahid” adı ilə tanıdığı İİR-nın vətəndaşının ona əvvəlcədən bildirdiyi yerdən götürüb, şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını, həmin metamfetamin və heroin üçün hələlik pul ödəmədiyini, “Nahid adlı şəxslə vatsapla əlaqə saxladığını, 10 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş və başqa hər hansı bir kütlə-əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə kəçilmişdir. İçərisində heroin olan bükümün çəkisinin təxminən 2,21 qram, içərisində metamfetamin olan bükümün çəkisinin təxminən 5,4 qram olduğu müəyyən edilmişdir. Təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri onun, müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolun düzgünlüyü onun, müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan və PB-də olan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərinə heç bir polis əməkdaşı tərəfindən yoxlanış keçirilməmişdir. O telefonundan Nihadın nömrəsini silmiş və hazırda telefonu evdə olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Zığda olmasına səbəb 2 gün əvvəl maşının vurulması olmuşdur. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı yalnız psixi təzyiq göstərilmiş, o, isə bununla bağlı heç bir orqana şikayət və ya vəsatət verməmişdir. Həmçinin bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən ilk dəfə, yəni xx.xx.2023-cü il tarixdə saxlanılan zaman onun üzərində 1200 manat uşağının təhsil haqqı pulu olmuşdur. Polis əməkdaşları onun üzərinə axtarış keçirərkən həmin pulu götürmüş və geri qaytarmamışlar. Bundan əlavə o, bildirmişdir ki, daimi yox arada bir narkotik vasitə istifadə edir. Daha sonra özünü təqsirli bilməməsini və yaşını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla da, məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CMnin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 17:30 radələrində ünvan 3 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, onlarla birlikdə yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına getməli olduğunu demişlər. Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına getdikdən sonra Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı V.N.Həsənquliyev tərəfindən xidməti otaqların birində şübhəli şəxsə hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafə edilməsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onların və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əvvəldən şəxsi axtarış aparılıb-aparılmadığı, saxlanılarkən və PB-də olarkən ona qarşı hər hansı bir fiziki, psixi təsir edilib, edilmədiyi soruşulduqda sonuncu üzərində əvvəlcədən şəxsi axtarış aparılmadığını, saxlanılarkən və PB-də olarkən ona qarşı hər hansı formada fiziki, psixi təsir göstərilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən pul və 1 ədəd sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə başqa hər hansı bir kütlə, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul sayıldıqda cəmi 22 manat olduğu müəyyən edilmiş və təhqiqatçı tərəfindən sonuncuya qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm açıldıqda içərisindən 2 ədəd sellofan büküm, bükümlərin birində ağ rəngli kristal şəkilli kütlə təqribi çəkisi 5,4 qram, digər bükümdə isə qəhvəyi rəngli kütlə təqribi çəkisi 2,2 qram olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin birində narkotik vasitə-heroin, digərində psixotrop maddə-metamfetamin olduğunu, həmin maddələri 20-25 gün əvvəl Whatsap”da tanış olduğu “Nahid” adı ilə tanıdığı İİR-nın vətəndaşından ona əvvəlcədən onlayn olaraq bildirilən yerdən xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən götürdüyünü və pulunu ödəmədiyini bildirmişdir. Sonuncunun üzərindən aşkar edilmiş 2 ədəd büküm təhqiqatçı tərəfindən götürülərək 1 ədəd boş kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetamini və heroini satış məqsədilə əldə etməsi və ya bu maddələri satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamışdır. Bundan başqa sonuncu onlar tərəfindən saxlanılarkən və sonradan sonuncuya qarşı fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim edərək bükümlərin birində narkotik vasitə-heroin, digərində psixotrop maddə-metamfetamin olduğunu, həmin maddələri “Nahid” adı ilə tanıdığı İİR-nın vətəndaşından ona əvvəlcədən onlayn olaraq bildirilən yerdən xx.xx.2023-cü ildə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən götürdüyünü və pulunu ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetamini və heroini satış məqsədilə əldə etməsi və ya bu maddələri satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamışdır. Bundan başqa sonuncu onlar tərəfindən saxlanılarkən və sonradan sonuncuya qarşı fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmə iclasına müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs arvadıdır. xx.xx.2023-cü ildə o, qızı və 86 yaşlı qayınatası evdə olarkən qapı döyülmüş və 1 nəfər şəxs gələrək, vəsiqəsini göstərib polis əməkdaşı olduğunu və narkotiklə bağlı Müşviqi tutduqlarını bildirmişdir. Sonra isə evə baxış keçirilməsinə icazə verilməsini xahiş etmiş, o,icazə verdikdən sonra həmin şəxs evə baxış keçirmiş və heçnə aşkar etmədiyindən oradan çıxıb getmişdir. Həmin vaxt çöldə qonşular da əyləşmişlər. Təxminən bir saat sonra həmin polis əməkdaşı başqa bir şəxslə yenidən evə gəlmiş və yenə evi axtardıqdan sonra heç nə tapmayıb oradan çıxıb getmişlər. Daha sonra qayınatasının vəziyyətinin pisləşdiyini görmüş və dərhal onlar baldızıgilə getmişlər. Həmin gün axşam isə Müşviq zəng edərək polis əməkdaşları tərəfindən tutulduğunu və sonrada buraxıldığını bildirmişdir. Bir neçə gün keçdikdən sonra isə polis əməkdaşları Müşviqi təkrar tutmuşlar. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Ağayev X18 ifadəsində göstərmişdir ki, Müşviq onun hasar qonşusudur, yarım il olar ki, sonuncunu tanıyır. xx.xx.2023-cü ildə məhəllənin tinində oturan zaman bir maşının yaxınlaşaraq saxladığını, maşından 2 nəfərin düşərək həyətə daxil olduğunu və bir müddətdən sonra oradan çıxıb getdiyini, təxminən 1 saatdan sonra isə yenidən bir maşının gəldiyini, maşından 4-5 nəfər düşərək həyətə daxil olduğunu və bir müddətdən sonra onlarında oradan çıxıb getdiyini görmüşdür. Sonra nə baş verdiyi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Müşviq ilə qonşudur, evlərinin arasında 15 metr məsafə vardır. Xəstə olduğu üçün çox vaxt məhəllədə otururmuş. xx.xx.2023-cü ildə həyətdə əyləşərkən 2 nəfər mülki geyimli şəxsin Müşviqin yaşadığı həyətə daxil olduğunu və bir nəfərin isə maşında gözlədiyini görmüşdür. Bir müddət sonra onlar oradan çıxıb getmiş, lakin təxminən bir saat sonra isə yenidən səhv etmirsə 2 nəfər mülki geyimli şəxsin Müşviqin yaşadığı həyətə yenidən daxil olduğunu görmüşdür. Ondan sonrası barədə məlumatının olmadığını bildirmişdir. Cinayət işinin İ cild 8-9-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BNMİin baş əməliyyat müvəkkili Şahid2 xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin İ cild 58-ci vərəqəsində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(010)-352/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-in baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin İ cild 25-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 88-92-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 133-135-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İ cild 136-141-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş və sonuncu dərhal məhkəmə iclas zalından azad edilmişdir. Cinayət işinin İ cild 211-213-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 3-4-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 27-28-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 150-152-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, sonuncunun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Suraxanı RPİ 33-cü PB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saxlanılaraq Suraxanı RPİ-nin MYS-nə təhvil verilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin İ cild 43-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3887 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” daiəvi möhür əksi və “... Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Təqsirləndirilən şəxs-imza; imza, Qablaşdırıldı: -imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 ədəd bükümdə təmiz çəkisi - 1,929 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 1 ədəd bükümdəki təmiz çəkisi -4,796 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi -1,929 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq - 1,879 qram. Metamfetaminin təmiz çəkisi 4,796 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 4,696 qram. Cinayət işinin İ cild 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5173 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarn birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 148-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2762 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İ cild 155-166-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalmış 1,879 qram narkotik vasitə olan heroin və 4,696 qram psixotrop maddə olan metamfetamin maddi sübutlar kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin İ cild 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Moskva Şəhəri Oktyabr Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə RSFSR-nin Cinayət Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin B bəndi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli Amnistiya Qərarının 8-ci maddəsinin V bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılaraq qəti olaraq 02 il 09 gün müddət saxlanılmış; 2) Bakı Şəhəri Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185-ci maddəsinin 1-ci hissəsi və 39-cu maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 3) Moskva Şəhəri Xoroşevk Bələdiyyələr arası Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə RSFSR-nin Cinayət Məcəlləsinin 146-cı maddəsinin 3 hissəsi, 325-ci maddəsinin 2-ci hissəsi və 40-cı maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 4) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə barəsində narkoloji məcburi müalicə olunmaqla qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş; 5) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində narkoloji məcburi müalicə olunmaqla 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin İ cild 96-105-ci vərəqələrində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə qəti olaraq 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin İ cild 106-115-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin İ cild 116-117-ci vərəqələrində olan Amnitsiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnitsiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs çəkilməmiş cəzadan azad edilmişdir. Cinayət işinin İ cild 37-ci vərəqəsində olan və şəxsi axtarışın gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilən zamanı müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 19:15-dən 19:40-dək Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-də qeydə alınmışdır. DİN-nin BNMİ-nin təhqiqatçısı V.N.Həsənquliyev özünü, əməliyyat müvəkkillərini və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 təqdim edir, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilir, hüquq və vəzifələri izah olunur və üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra sonuncu əynində olan qara rəngli şalvarın sağ cibindən 22 manat pulu və 1 ədəd sellofan bükümünü çıxarıb təqdim edir. Sonuncunun üzərində şəxsi axtarış aparılmış və başqa kütlə, əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi həmin büküm açıldıqda birinin içərisində qəhvəyi rəngli tozşəkilli kütlə, digərinin içərisində ağ rəngli kristal şəkilli kütlə olan 2 ədəd büküm aşkar edilmişdir. 1 büküm elektron tərəzidə çəkildikdə təxmini çəkisi 2,2 qram, digər büküm çəkildikdə təxmini çəkisi 5,4 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin birində narkotik vasitəheroin, digərində psixotrop maddə-metamfetamin olduğunu, saxlanılmamışdan təxminən 25 gün əvvəl sosial şəbəkədən “Nahid” adı ilə tanıdığı İİR-nın vətəndaşından onlayn olaraq şəxsi istifadəsi üçün əldə etdiyini, ona əvvəlcədən bildirilən yerdən xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu ratonu, Zabrat qəsəbəsi ərazisindən götürdüyünü, 10 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə etdiyini, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı zor tətbiq edilmədiyini, üzərinə əvvəlcədən baxış-axtarış keçirilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, üzərində saxlamaqla daşıdığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra həmin bükümlər 1 ədəd kağız zərfə qoyulub qablaşdırılır, zərfin üzəri DİN-nin zərflər üçün 7 saylı möhürü ilə möhürlənir və bütün iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin İİ cild 101-ci vərəqəsində olan müdafiə tərəfinin vəsatəti əsasında təmin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxsla bağlı hər hansı bir əməliyyat-axtarış tədbiri keçirilməmiş və prosessual sənədlər tərtib edilməmişdir. Cinayət işinin İİ cild 124-cü vərəqəsində olan müdafiə tərəfinin vəsatəti əsasında təmin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi NHİX-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17- 30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, R.Göyüşov kücəsi 8 ünvanının yaxınlığında olan TŞ kameralarında olan görüntülərin arxivlərin saxlanılma müddəti bitdiyindən təqdim edilməsi mümkün deyildir. Bununla da, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs metamfetamini və heroini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Belə ki, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetaminin və heroinin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini və heroini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin metamfetamini və heroini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “..., aşkar olunmuş metamfetaminin külli miqdarda və heroinin olması, 2 ədəd bükümdə olması Təqsirləndirilən şəxs həmin metamfetamini və heroini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş metamfetaminin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin növlərinin və çəkilərinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq heroini və metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs məhkəməyədək ibtidai istintaqın ilkin mərhələsində onun üzərində tapılmış narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, satışla bağlı ittihamı qəbul etməyərək heroini və metamfetamini şəxsi istifadəsini üçün İİR-nın vətəndaşından aldığını bildirməklə həmin maddələri qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı dövründə ifadə vermiş şahidlər Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsada, onlar tərəfindən sonuncunun həmin maddələrin satışı ilə məşğul olması faktı müəyyən olunmadığını bildirmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən üzərindən aşkar edilmiş heroinin və metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə heroinin və metamfetaminin qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 1,929 qram narkotik vasitə heroin və külli miqdar təşkil edən 4,796 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamin və heroini qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan maddələrin satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sonuncunun heroini və metamfetamini aidiyyəti barədə məlumatı əldə etmiş və həmin maddələrin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş heroinin və metamfetaminin satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə olan metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda psixotrop maddə olan metamfetaminin və narkotik vasitə heroinin yalnız 2 bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntüləri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin ona heç bir aidiyyatının olmamasına, həmin maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiq göstərilməsi, habelə özü ilə hədələnməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (İ cild i/v 34-37), şübhəli şəxsin izahatından (İi cild i/v 38-39), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə (İ cild i/v 55- 57, 67-69) protokollarından və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından (İ cild i/v 88-92) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə dəfələrlə, istərsədə məhkəmə iclasında törətdiyi əməli qismən etiraf etmiş, narkotik vasitə istifadəçisi olsa da, satışla məşğul olmadığını bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakı hərəkətlərə məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən DVD diskdə olan videogörüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd sellofan bükümünü çıxarıb təqdim edərək həmin bükümün içərisində metamfetamin və heroin olduğunu, həmin maddələri “Nahid” adı ilə tanıdığı İİR-nın vətəndaşından xx.xx.2023-cü ildə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu ratonu, Zabrat qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir (İ cild i/v 37). Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitənin daimi istifadəçisi olmadığını bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5173 saylı rəyindən görünür ki, müayinə zamanı sonuncuda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur (İ cild i/v 146-147). Bundan başqa Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qaldığını bildirsə də bununla əlqədar hər hansı bir orqana şikayət və ya vəsatət verməmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri arasında ziddiyyətlər olduğundan həmin ifadələr iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında şahidlərin ifadələrindən xx.xx.2023-cü il tarixdə dəqiq olaraq Təqsirləndirilən şəxs yaşadığı evə iki saat ərzində iki dəfə olmaqla neçə nəfər mülki geyimli şəxsin və ya şəxslərin gəlib-gəlməməsini müəyyən etmək mümükün olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxsla bağlı hər hansı bir əməliyyat-axtarış tədbiri keçirilməmiş və prosessual sənədlər tərtib edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün- ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı müddətlər daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, M.H.X17 Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, altı il keçmədən xx.xx.2023-cü il tarixdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni tərkibli cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəninin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun ibtidai araşdırma zamanı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı və xx.xx.2023-cü ilən xx.xx.2024-cü ilədək ev dustaqlığında olduğu, yəni 10 ay 12 gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5173 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (İ cild, i/v 146-147). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,879 qram narkotik vasitə olan heroin və 4,696 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 18 iyul 2023-cü il tarixdən 20 oktyabr 2023cü il tarixədək həbsdə saxlanıldığı və 20 oktyabr 2023-cü il tarixdən 30 may 2024-cü il tatixədək ev dustaqlığında olduğu, yəni 10 (on) ay 12 (on iki) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 1,879 qram narkotik vasitə olan heroin və 4,696 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-138/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-138/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver