Məhkəmə qərarları › İş №1(101)-1380/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1380/2021

25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1380/2021 25.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Balakən rayonu, Mahamalar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əməlakını ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid1 tanışı Zərərçəkmiş şəxs İndoneziya Respublikasının Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi üçün sonuncuya məxsus “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə istəmiş, Zərərçəkmiş şəxs Şahid1la birlikdə 20 iyul 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən 9 saylı notariat ofisinə gəlib orada onun adına mülki etibarnamə vermiş, 26 iyul 2019-cu il tarixdə o, Şahid1la Bakı şəhəri ərazisində görüşüb sonuncunun idarə etdiyi “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ailəsini aparmaq adı ilə götürüb vəd verib aldadaraq həmin gün avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X18 İdarəsində 55000 manat dəyərində “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid2 adına rəsmiləşdirərək sonuncunun işlətdiyi lombarda girov qoyub 16500 ABŞ dolları və 3000 manat pul götürməklə Zərərçəkmiş şəxs 55000 manat dəyərində külli miqdarda ziyan vuraraq etibarından sui-istifadə etməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, əvvəllər meyvətərəvəz satışı ilə məşğul olmuş, həmin meyvə-tərəvəzi xarici ölkələrə aparıb satmışdır. İndi isə heç bir yerdə işləmir. Şahid1 2015-ci ildən tanıyır. Onunla tanışlığı işlətdiyi restorandan yaranmışdır. Belə ki, “Papanin” adlanan yerdə icarəyə restoran işlədərkən həmin vaxtı Baxış ora tez-tez gəlib-getmiş və müştəri kimi münasibətləri yaranmışdır. Həmin vaxtdan onların münasibətləri dostluğa çevrilmişdir. Həmin ərəfələrdə Baxışın oğlunun talasameya xəstəsi olduğunu bilmişdir. Həmin vaxtlarda o da daxil olmaqla yaxın yoldaşlar Baxışa maddi tərəfdən köməklik etmişlər. Baxış həmin vaxtlarda “Kaspian Plaza”da ofisdə turizimlə məşğul olmuş və xarici ölkələrə müştərilər göndərmişdir. 2016-cı ilin yanvar ayında Baxışın vergi ilə bağlı işi məhkəmdə olmuşdur. O, Baxışa vergi problemi ilə bağlı məhkəmədə işi gedərkən 18000 ABŞ dolları borc kimi və hissə-hissə uşağının müalicəsinə görə 11000 manat pul vermişdir. Ümumilikdə Baxışın ona 30000 manat verəcəyi olmuşdur. Bir müddət keçdikdən sonra Baxışdan pulunu tələb etmiş, Baxış da ona bu gün səhər deyərək pulunu verməmişdir. 2019-cu ilin iyul ayının ortalarında Baxış ona “sənə pulun əvəzinə avtomobil verəcəm” sözünü demiş, o, da Baxışa “nə verirsən ver mənim pulumu qaytar” sözünü demişdir. 19 iyul 2019-cu il tarixdə 18 radələrində Baxış ona zəng edərək “Nərimanovda notariusda sənin adına etibarnamə ilə avtomobil verirəm, lakin sığorta olmadığı üçün mülki etibarnamə veirləcək” sözlərini demiş, o da Baxışa mülki etibarnamə ilə sürməyin mümkün olmamasını demiş, Baxış isə ona sonra mülki etibarnamə ilə adına keçirə bilməsini bildirmişdir. Belə olan halda o, Baxışın bu sözü ilə razılaşmışdır. Bu zaman Baxış ondan sürücülük və şəxsiyyət vəsiqələrinin şəklini “Whatsapp”la çəkib göndərməyi tapşırmış, o, da Baxışa sürücülük vəsiqəsi lazım olmadığını bildirərək, şəxsiyyət vəsiqəsinin surətini Baxışın votsapına göndərmişdir. Həmin günü saat 21 radələrində Baxış zəng edərək onu gəlib avtomobili götürmək üçün Nərimanova çağırmışdır. O, həmin günü saat 12:00 radələrində Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Funda” tibb mərkəzinin yanında Baxışla görüşmüşdür. Həmin vaxtı Baxış orada dayanmış vəziyyətdə olan **-RV-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobil göstərmiş, söhbət zamanı Baxış ona Səbuhi adlı şəxsin proqram sisteminə aid işini gördüyünü və pulun qarşılığında Səbuhinin borc əvəzində avtomobili ona verdiyini bildirmişdir. O, avtomobilə baxmış, ona 20000 dollar qiymət qoymuşdur. Bu zaman Baxış onunla razılaşmış, hətta Baxış ona “sənin yerində olsam avtomobili satmaram, çünki yaxşı avtomobildir” sözünü demiş, o, da Baxışla saqollaşaraq çıxıb getmişdir. 26 iyul 2020-ci il tarixdə ona təcili 12000 manat pul lazım olmuş, lakin o, avtomobili satmaq istəməmiş və avtomobili lombarda qoyaraq pul götürmək, sonra pul əldə etdikdən sonra lombarddan çıxartmaq barədə fikirləşmişdir. Belə olan halda Binəqədi rayonu, “Nəsimi” metrosunun yaxınlığında lombardda çalışan Aqilin ofisinə getmiş və ondan avtomobili qoyaraq 10 gün müddətində 12000 manat pul istəmişdir. Aqil isə ona 10 gün müddətə deyil, 1 aya hesablamaq şərti ilə 12000 manatın üzərində 2400 manat pul qaytarmasını demişdir. O, Aqillə razılaşmış, lombardın şərtləri əsasında sözügedən avtomobili girov qoymaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin Baş X18i İdarəsinə Aqillə birlikdə getmişdir. Orada avtomobili Aqilin adına rəsmiləşdirmiş, daha sonra Aqil girovun qarşılığında ona 12000 manat pul vermişdir. 29 iyul 2019-cu il tarixdə axşam saatlarında Aqil ona zəng edərək avtomobili götürüb-götürmədiyini soruşmuş, o, avtomobili götürmədiyini demiş, Aqil ondan avtomobili Baxışdan aldığını öyrənib Baxışın mobil nömrəsini almışdır. Sonra Aqil ona zəng edərək onun avtomobilini qaçırdan şəxsləri polisə verdiyini demiş, həmin vaxt Baxış ona zəng edərək verdiyi avtomobil məsələsinə görə onların saxlandığını bildirmiş, o, Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə getmiş və orada məlum olmuşdur ki, Baxış Səbuhi adlı şəxsə məxsus olan avtomobili Səbuhidən sürmək adı ilə alaraq onun adına mülki etibarnamə vermiş, onun isə bunlardan əvvəlcədən məlumatı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin rəhbəridir. Həmin MMC-nin fəaliyyəti xarici şirkətlər ilə hüquqi və fiziki şəxslər arasında ticarət əlaqələrinin yaratmasından ibarətdir. Şahid1 2019-cu iyun ayından tanımışdır. Belə ki, 04 iyun 2019-cu il tarixdə xarici investorların dəvətinə əsasən onların qaldığı otelə getmiş, həmin vaxt orada özünü investorların tərcüməçisi kimi təqdim edən Şahid1 ilə tanış olmuş və onların arasında yaxşı münasibət yaranmışdır. Baxış onunla hər gün əlaqə saxlayıb işləri ilə əlaqədar mövzulardan danışmışlar. Baxış onunla əlaqə saxlayan zaman ona birgə iş qurmağı təklif etmişdir. 20 iyul 2019-cu il tarixdə o, İndoneziya adlarına istirahət üçün gedən zaman Baxış istirahətdən gələnə kimi xaricdən işlə bağlı gələn qonaqlarla görüşdə və s. bu kimi işlərdə istifadə etmək üçün avtomobilini ona verməyi xahiş etmişdir. O, əvvəllər arabir avtomobilini Baxışa idarə etməyə vermiş, hər dəfəsində Baxış avtomobili idarə etdikdən sonra ona qaytarmışdır. Bunun üçün də o, avtomobilinin ehtiyat açarının birini Baxışa vermiş, həmin vaxtı Baxış polislərin yolda saxlatmmaası üçün ona notariusa gedib etibarnamə verməyi xahiş etmişdir. O, da zarafatla Baxışa “bəs bundan qabaq bir neçə dəfə avtomobili idarə edəndə mənə deyirdin ki, polislər mənim dostumdu və heç bir problemi olmayacaq” sözünü demiş, Baxış isə ona cavab olaraq “sən xaricə istirahətə gedirsən, özün Bakı şəhərində olanda avtomobili çəkinmədən idarə edirdim, xaricdə olduğun üçün polislər onu avtomobil idarə edən zaman saxlasalar avtomobilə dair sənədləri olmadığından avtomobilin qaçırıldığını başa düşərlər və bu onun üçün heç də yaxşı olmaz” sözlərini demişdir. Baxışın sözlərində o, həqiqəti görmüş və bundan əvvəldə Baxışa avtomobili idarə etmək üçün verib ona geri qaytardığından Baxışla razılaşmışdır. Həmin vaxt onun uçuş vaxtına 1-2 saat vaxt qaldığından o, Baxışla birlikdə yaşadığı ünvana yaxın ünvan 4t kontoruna getmiş, orada o, özünə məxsus “Chevrolet Camaro” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Baxışın adına etibarnamə vermək istəmiş, notariat kontorunun işçisinin sözünə əsasən 13 manat ödəniş edərək qəbzi işçiyə təqdim etmiş, səndləşdirmə aparılan zaman o, şəxsiyyət vəsiqəsini və avtomobilin sənədini notarius işçisinə təqdim etmiş və Baxış ani olaraq sürücülük vəsiqəsinin müddətinin keçdiyini bildirmişdir. Həmin vaxt notariusun bağlanma vaxtı olduğundan işçi onları tələsdirmişdir. Bu zaman Baxış etibarnaməni dostu Fazilin sənədlərinin onda olduğunu deyərək etibarnaməni Fazilin adına verməyi xahiş etmiş, o, Baxışa Fazili tanımadığını demişdir. Həmin vaxt Baxış ona narahat olmamağı, Fazil özünün 15 illik dostu olduğunu, o gələnə kimi Fazil də işlərində köməklik edəcəyini və Fazil avtomobildə olmaqla özü avtomobili idarə edəcəyini bildirmişdir. O da tələsdiyindən, həmçinin Baxışa inandığından Baxışın dediyi ilə razılaşmış və Baxış Fazilə məxsus şəxsiyyət vəsiqəsini notariusa təqdim etmişdir. Lakin notariat kontorunda sənədləri hazırlayan xanım ona məxsus “Chevrolet Camaro” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortasının olmadığını, buna görə də avtomobili idarə etmək üçün etibarnamə verilməsinin mümkün olmadığını bildirmişdir. Belə olan halda o, notariusa yaxınlaşmış, "xxxx" MMC onun avgtomaşını siğorta etdiyini demiş, lakin notarius ona sığortalanmanın sistemə oturmadığını bildirmişdir. Həmin vaxt Baxış xanımdan nəsə etmək mümkün olub-olmadığını soruşduqda xanım onlara avtomobilə dair yalnız mülki etibarmnamə verməyin mümkün olduğunu demişdir. O, da xanımdan mülki etibarnamənin neçə manat təşkil etməsini soruşan zaman həmin xanım etibarnamənin 12 manat olduğunu bildirmiş, o razılaşmış, sənəd hazırlanmış və o, imza etmişdir. Lakin o, mülki etibarnamə ilə digər etibarnamənin fərqinə varmamışdır. O, həmin etibarnamə ilə avtomobil idarə etməyin mümkün olduğunu öyrənmiş, bundan sonra həmin gün, yəni 20 iyul 2019-cu il tarixdə o, Heydər Əliyev adına hava limanına getmiş və ordan da İndoneziyaya istarəhətə yollanmışdır. O, 9 gün istirahət etdikdən sonra 29 iyul 2019-cu il tarixdə Bakı şəhərinə geri qayıtmış, hava limanında olan zaman Baxışa zəng vuraraq 15 dəqiqədən sonra evdə olacağını demiş, Baxış da ona 30 dəqiqə ərzində onlara gələcəyini bildirmişdir. O, yaşadığı evdə olan zaman Baxışı gözləmişdir ki, Baxış avtomobili gətirsin və çıxıb işlərini görsün. Bir az keçdikdən sonra Baxış onlara maşınsız gəlmişdir. O, Baxışdan maşınının harda olduğunu soruşduqda Baxış ona “əsəbləşəmə sənə sözüm var” demiş, o da Baxışı dinləmişdir. Həmin vaxt Baxış ona tanışı Fazili Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsinin tutduğunu, buna görə də Fazilin avtomobili bir nəfər tanımadığı şəxsin qapısına girov qayaraq 12000 manat pul götürdüyünü demişdir. O, əsəbləşərək Baxışa “gəl gedək görək mənim maşınım hardadır” sözünü demiş, həmin vaxtı Baxış kimləsə əlaqə saxlayaraq ünvanı öyrənmişdir. O, Baxışla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Zərifə Əliyeva adına parkın yaxınlığına getmiş və orada özünə məxsus “Chevrolet Camaro” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayanmış vəziyyətdə olduğunu görmüşdür. O, avtomobilə yaxınlaşaraq ehtiyat açarla qapısını açıb işə salaraq idarə etməyə başlamışdır. Yolda olan zaman Baxışın mobil telefonuna zəng gəlmiş və telefonda danışan şəxs avtomobili qaytarmasını tələb etmişdir. O, da telefonu Baxışdan alıb danışan zaman telefonda onunla danışan Aqil adlı şəxs avtomobilin özünə məxsus olduğunu ondan avtomobilin geri qaytarmağı tələb etmiş, bardaçokda texpasporta baxmağı bildirmişdir. O da texpasporta baxdıqda görmüşdür ki, avtomobil həmin Aqil adlı şəxsin adına keçirilib. Həmin vaxtı ona zəng olunaraq Binəqədi RPİ-nin 7-ci PB-nə çağırmışlar və o, Baxışla birlikdə polis bölməsində olmuşdur. Həmin vaxtı Aqil adlı şəxs də gəlmişdir. Orada məlum olmuşdur ki, Fazil adlı şəxs tanışı Şahid1 etibarından sui-istifadə edib, onun Fazilə mülki etibarnamə verdiyindən istifadə edərək ona məxsus avtomobili Aqil adlı şəxsə satmışdır. Daha sonra o, Baxış, Aqil və Fazillə görüşmüş və Fazil ona maşını nə üçün girova qoyduğunu danışmış və ona dəymiş zərəri öz üzərinə götürmüş, lakin hələ də Fazil ona dəymiş zərəri ödəməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayında tanışı Rəşid Apayev yanına gələrək tanışı Səbuhi adlı şəxsin "xxxx" adında MMC-si olduğunu, xaricdən investorlar gələn zaman Səbuhinin də özünə məxsus “Qırğızıstan” lahiyəsini nümayiş etdirmək üçün şərait yaratmağını xahiş etmişdir. O, 2019-cu ilin may ayının sonlarında “SHİNE” oteldə xarici investorlar üçün təşkil olunmuş tədbirdə tərcüməçi işləyərkən Rəşid Apayev ilə Zərərçəkmiş şəxsla birlikdə zala daxil olmuş, onlar görüşdükdən sonra Səbuhi öz lahiyəsini xarici investorlara təqdim etmiş və beləcə Səbuhi ilə münasibətləri yaranmışdır. Bundan sonra Səbuhi onu rəhbərlik etdiyi "xxxx" MMC-yə baş menecer vəzifəsinə gətirmiş, Səbuhi aralarında olan razılaşmaya əsasən hər ay səkkiz yüz manat və lahiyədə hər görülən işdən 5 faiz pul verməli imiş. “Qırğızıstan” lahiyəsində isə Səbuhi ilə şərik olmuşdur. O, Səbuhidən ümumilikdə 5200 (beş min iki yüz) manat borca pul alıb həmin pulları da Almaniyada talasemiya xəstəliyindən müalicə alan azyaşlı övladına göndərmişdir. Səbuhinin İndoneziya Respublikasının Bali adalarına istirahətə getməsindən 1 gün əvvəl, yəni 19 iyul 2019-cu il tarixdə günorta saatlarında “Malakan bağı”nda Səbuhi ilə görüşüb onların 22 iyul 2019-cu il tarixdə xaricdən qonaqlarının gəlməsi barədə söhbət zamanı Səbuhidən sonuncu gələnə kimi avtomobilini idarə etmək üçün ona verməsini demiş, Səbuhi razılıq vermisdir. O, Səbhiyə onun sürücülük vəsiqəsinin müddətinin keçdiyini, bu səbəbdən dostu Fazilin adına sürmək üçün etibrnamə verə bilməsini soruşmuş, Səbuhi də onunla razılaşmışdır. O, da həmin günü tanışının maşınını adına etibarnamə ilə götürmək üçün Fazilə zəng edərək sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqənin surətini telefona atmağı, onun sürücülük vəsiqəsinin vaxtı bitdiyini Fazilə demişdir. Belə olan halda Fazil öz sürücülük və şəxsiyyət vəsiqəsinin surətlərini “Whatsapp” vasitəsi ilə ona göndərmişdir. 20 iyul 2019-cu il tarixdə saat 16 radələrində Səbuhi ilə birlikdə Bakı şəhəri, H.Əliyev prospektində Mərkəzi poçtun yanında yerləşən nömrəsini unutduğu Notariat kontoruna gəlmiş, öz mobil telefonunda dostu Fazilin şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin sürətini təqdim etmiş, Notariat kontorunda olan xanım bir qədər sənədləşmə apardıqdan sonra “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının bitdiyini, bu səbəbdən də nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verə bilməyəcəklərini, lakin mülki etibarnamə verməyin mümkün olduğunu demişdir. O, da həmin vaxtı Fazilin şəxsiyyət vəsiqəsinin surətini verərək Fazilin adına mülki etibarnamə verilmiş, Səbuhi avtomobilin açarını ona verdikdən sonra sağollaşaraq oradan çıxıb getmişdir. O, 26 iyul 2019-cu il tarixdə dostu Fazil ilə Bakı şəhəri, Azadlıq prospektində yerləşən Amerika səfirliyinin qarşısında görüşmüş, Fazil ailəsini aparmaq üçün ondan avtomobili istəmiş, o da etibar edib avtomobili Fazilə vermişdir. Fazil saat 16 radələrində gələcəyini deyərək avtomobillə çıxıb getmişdir. Həmin gün saat 16 radələrində Bakı şəhəri, 28 May küçəsində S.Vurğun parkının yanında Fazil ilə görüşməli olduğundan, tez-tez Fazilə zəng edib nə üçün gəlmədiyini soruşduqda sonuncu müxtəlif bəhanələr gətirməyə başlamışdır. 27 iyul 2019-cu il tarixdə, saat 00:30-da Fazil ilə Rəşid Apayev onun yanına gəlmiş, həmin vaxt Fazil tutulduğu üçün Səbuhiyə məxsus avtomobili “Şamaxinka” deyilən ərazidə girov qoyub 12000 ABŞ dolları pul götürüb verdiyini demiş, o, da buna əsəbləşərək Fazil ilə yaxalaşmışdır. Həmin vaxt Rəşid araya girərək “Səbuhi mənim dostumdur, özüm danışaram” sözünü demiş, Fazil isə iki gündən sonra avtomobili girovdan çıxarıb geri qaytaracağını demişdir. Qeyd edilən müddət keçsə də Fazil avtomobili girovdan çıxarıb gətirməmişdir. 29 iyul 2019-cu il tarixdə, saat 16 radələrində Səbuhi yaşadığı evə geri qayıtmışdır. O, da baş verən hadisəni danışmaq üçün Səbuhinin yaşadığı evə gəlmiş, Səbuhi ilə görüşdükdən sonra təmkinli olmasını istəyərək tanışı Fazilin “Chevrolet” markalı avtomobili girov qoyub pul götürdüyünü demiş, Səbuhi də əsəbləşərək Fazildən avtomobilini harada girov qoymasını soruşmağını istəmiş, o, da əlaqə yaratdıqda Fazil lombard işlədən Aqil adlı şəxsin sonu 64-64-lə bitən mobil nömrəsini göndərmişdir. O, da mobil nömrə ilə Aqilə zəng edərək hadisəni danışıb avtomobilin olduğu yeri soruşmuş, eləcə də bu barədə danışıb avtomobili götürmək istədiklərini demiş, Aqil də avtomobilin Binəqədi rayonu, “Nəsimi” metrosunun yanında olduğunu demişdir. O, da Səbuhi ilə birlikdə qeyd edilən yerə gəldikdə “Nəsimi” metrosunun çıxışında Səbuhiyə məxsus avtomobili görmüşlər. Elə həmin vaxt Səbuhi özündə olan ehtiyat açar ilə avtomobili açmış və salona oturmağını demişdir. O, da avtomobilə əyləşdikdən sonra Səbuhi avtomobili üzü Azadlıq prospekti istiqamətində idarə etməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Aqil onun mobil telefonuna zəng edərək avtomobili geri gətirmələrini istəmiş, Səbuhi isə əsəbi cavab verib avtomobilin özünə məxsus olduğunu dedikdə Aqil avtomobilin bardaçokunda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə baxılmasını istəmiş, o özü avtomobilin bardaçokunu açıb qeydiyyat şəhadətnaməsinə baxdıqda avtomobilin Aqilin adına sənədləşdirilməsini görüb bu barədə Səbuhiyə məlumat vermiş, Səbuhi isə avtomobili Bakı şəhər prokurorluğunun qarşısında saxlamışdır. Tanışı Fazilin onu aldatmağı ona çox pis təsir bağışlamışdır. Çünki o, Fazilə inanmış, buna baxmayaraq Fazil onun güvənməyindən istifadə edib avtomobili Aqil adlı şəxsin adma keçirtmişdir. Buna görə o, əsəbləşərək Fazil barəsində DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bundan sonra arxaları ilə Aqil də gəlmişdir. Aqil isə artıq polisə şikayət etdiyini və məsələnin aydınlaşdırılması üçün birlikdə Binəqədi rayon 7-ci Polis bölməsinə gəlmələrini istəmiş, o, da tanışı Səbuhi ilə birlikdə Binəqədi RPŞnin 7-ci Polis bölməsinə gəlib izahat vermişdir. Səhəri gün isə zəngləşərək Aqilin işlətdiyi lombarda getmiş, orada Səbuhi və Fazil olmuşdur. Aqil həmin vaxt avtomobilə ehtiyacı olmadığını bildirib pulu verildikdən sonra avtomobilin götürülə biləcəyini demiş, bu zaman izah edərək Fazilə heç bir borcunun olmadığını, avtomobili də ona satmaq üçün vermədiyini demiş, Fazil də oynadığı oyunun alınmadığını gördükdə mübahisə yaratmış və bir-birilərinin yaxasından tutmuşlar. Orada olan şəxslər araya girib mübahisəni sakitləşdirmişlər. Bundan sonra o, həmin yerdən çıxıb getmişdir. Sonradan eşitmişdir ki, Səbuhi DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə onlardan şikayət etmişdir. O da həmin idarədə olan vaxt öyrənmişdir ki, Aqil uzun müddət pulu verilmədiyi üçün sonuncu avtomobili tanımadığı şəxsə satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, VÖEN əsasında lombard fəaliyyəti ilə məşğul olur, iş yeri Bakı şəhəri, Binəqədi rayonu, “Nəsimi” metrosunun yanında yerləşir. Bununla bərabər avtomobil alqı-satqısı ilə də məşğul olur. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs məlum hadisəyə qədər tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. O, 2019-ci ilin iyul ayında işlətdiyi lombardda olan vaxt dostu Mirağa mobil telefon vasitəsi ilə zəng edərək satılıq “Camaro” markalı avtomobil olduğunu, yanına gətirmək istədiyini demiş, o, da etiraz etmədikdə 2-3 saat sonra Mirağa, sonradan tanıdığı Elçin və Fazil adlı şəxslərlə yanına gəlmişlər. Həmin vaxt Fazil “Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, maşının 25000 ABŞ dolları müqabilində qiyməti olduğunu bildirmişdir. O, avtomobilin kimə məxsus olduğunu soruşduqda Fazil avtomobilə dair adına verilmiş mülki etibarnaməni göstərərək avtomobilin özünə məxsus olduğunu demişdir. O, isə Fazilə avtomobil üçün istədiyi qiymətin baha olduğunu deyərək avtomobili almaqdan imtina etmişdir. Bu vaxt Fazil qeyd edilən avtomobili girov qoyaraq 12000 ABŞ dolları pul götürmək istədiyini, təxminən bir həftə müddətində götürdüyü əsas pulu, əlavə isə 800 ABŞ dolları pul verəcəyini demiş, o da etiraz etməyərək avtomobil adına sənədləşdirildikdən sonra 12000 ABŞ dolları pulu verəcəyini demişdir. Aralarında razılıq əldə edildikdən sonra Fazil ilə birlikdə Baş X18i İdarəsinə gedərək avtomobili adına sənədləşdirib Fazilə 12000 ABŞ dolları pulu təqdim etmişdir. Aralarında olan razılaşmaya görə Fazil pulu geri ödədiyi zaman yenidən avtomobil onun adına sənədləşdirəcəkdi. Bundan başqa Təqsirləndirilən şəxs 29 iyul 2019-cu il tarixdə ondan təkrar 1400 manat pul almış, həmin gündən 5-6 gün sonra Fazil və tanışı Sultan adlı şəxslə onun yanına gələrək tanışı Sultana 4500 manat pul lazım olduğunu Moskvadan tanışları gələcəyini, ümumi borcu bağlayaraq avtomobili geri alacaqlarını demişdir. O, da razılaşaraq Fazilə 4500 ABŞ dolları vermiş, həmin vaxtı Fazil 1 ədəd də 1600 manat dəyərində “İpone 11 ProMax” markalı mobil telefonu da götürmüşdür. Bu zaman Fazil söz arası zarafata “deyəsən avtomobili sonda sənə verəcəm” sözlərini demişdir. Beləliklə Fazil ondan ümumilikdə 16500 ABŞ dolları, 3000 manat pulun qarşılğında ona 800 ABŞ dollar verəcəkdi. 29 iyul 2019-cu il tarixdə özünü Səbuhi kimi təqdim edən şəxs mobil telefonla zəng edib avtomobilin olduğu yeri soruşmuş, o da həmin şəxsin Fazilin dediyi şəxs olduğunu zənn edib ona avtomobilin Bakı şəhəri, Binəqədi rayonu, “Nəsimi” metrosunun yanında olduğunu demişdir. Təxminən bir saatdan sonra iş yerində əyləşən vaxt müşahidə kamerasından “Camaro” markalı avtomobilin kimsə tərəfindən idarə edilərək aparıldığını görmüşdür. O, avtomobilin açarının özündə olduğundan təəccüb içərisində qalıb dərhal bu barədə DİN-nin 102 məlumat xidmətinə zəng edib avtomobilin qaçırıldığını demişdir. O, bir az öncə zəng edən mobil nömrəyə zəng etmiş və adını Baxış kimi təqdim edən şəxsdən avtomobilini geri qaytarmasını istəmiş, bu vaxt bir nəfər şəxs mobil telefonu götürüb adını Səbuhi kimi təqdim edərək avtomobilin ona məxsus olmasını bildirmiş, o isə Səbuhidən xahiş etmişdir ki, avtomobildə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə baxaraq avtomobilin kimə məxsus olduğunu görsün. Bundan sonra Səbuhi və yanında olan Baxış adında şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə gətirilmiş, o da Polis bölməsində izahat verərək çıxıb getmişdir. Həmin gün axşam saatlarında Fazil və digər unutduğu adamlar yanına gələrək Səbuhi və Baxışdan şikayət etməməyini, ərizəni isə geri götürməyini xahiş etmişlər. O da etiraz etməyərək 7-ci Polis bölməsinə gedərək şikayət və tələbinin olmaması ilə bağlı ərizə yazıb işə geri qayıtmışdır. Səhəri gün günorta saatlarında Fazil, Baxış və Səbuhi birlikdə onun yanına gəlmişlər. O, söhbət zamanı Səbuhi və digər şəxslərə avtomobilə görə pulu ödəyərək avtomobili aparmalarını təklif etmişdir. Səbuhi, Fazil və Baxış aralarında söhbətləşməyə başlamışlar. O, söhbətin məzmunundan başa düşmüşdür ki, həmin şəxslərin arasında nəsə pul məsələsi vardır. O, həmin şəxslərə pulunu ödəməklə avtomobili geri qaytarması üçün 3 aya yaxın vaxt vermişdir. O, həmin şəxslərdən xəbər çıxmadığını görüb sözügedən avtomobili 22000 ABŞ dollarına satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, özünə məxsus avtomobilini satmış, özünə avtomobil almaq məqsədi ilə turbo.az saytında “Chevrolet Camaro” markalı avtomobilin satılmasını görmüşdür. Turbo.az saytında avtomobilin şəkillərinə baxıb bəyəndikdən sonra avtomobili satan Zaur Cahangirovla əlaqə saxlamış Zaur Cahangirovla görüş yeri təyin edib avtomobilə baxmaq istəmişdir. 20 sentyabr 2019-cu il tarixdə Zaurla görüşmüş, həmin vaxt avtomobilə baxıb bəyənmiş və avtomobili almaq istədiyini bildirmiş, Zaur ondan avtomobili almaq üçün əvvəlcə beh pul istəmiş, yadında qalmayan məbləğdə beh pulu Zaura verib iki həftəyə pul düzəldib avtomobili alacağını bildirmişdir. Həmçinin avtomobil almağı barədə yaxın dostu Şahid5lə danışaraq alacağı avtomobili sonuncunun adına sənədləşdirəcəyini bildirmişdir. Dostu Anar ona heç bir söz deməmiş və avtomobil almaq istədiyini bilib onu təbrik eləmişdir. 02 oktyabr 2019-cu il tarixdə o, dostu Şahid5lə birlikdə “Chevrolet Camaro” markalı avtomobili almaq üçün Zaur Cahangirovla görüşmüş, Zaur həmin avtomobili ona 20000 ABŞ dollarına satmışdır. Qeyd etdiyi kimi avtomobili aldıqdan sonra avtomobili dostu Şahid5 adına rəsmiləşdirmişdir. 04 oktyabr 2019-cu il tarixdə dostu Şahid5 həmin avtomobili idarə etmək üçün onun adına 02 il müddətinə etibarnamə vermişdir. Təxminən bir ildən artıq avtomobili idarə etmiş, 2020-ci ilin oktyabr ayında Binəqədi RPİ-nin əməkdaşları onunla əlaqə saxlayıb bildirmişlər ki, idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobil cinayət yolu ilə kiminsə adına keçirilmiş və bununla bağlı onu İstintaq şöbəsinə dəvət etmişlər. O, bu barədə məlumatı olmadığını, əgər belə bir məlumatı olsaydı avtomobili almayacagını, ailə problemi ilə əlaqədar olaraq avtomobili bir müddət dostu Şahid5 adına rəsmiləşdirməsini düşündüyünü, problemlərini həll etdikdən sonra avtomobili öz adına rəsmiləşdirəcəyini qeyd etmişdir. Hazırda rəsmi olaraq X18 İdarəsində maşını öz adına keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsi tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 kompüter proqramçısı kimi tanımış, Təqsirləndirilən şəxs isə Şahid1 görə tanımışdır. 2019-cu ilin iyul ayında eşitmişdir ki, Təqsirləndirilən şəxs “Chevrolet Camaro” markalı avtomobili Aqil adlı şəxsin lombardına qoyaraq ümumilikdə 15500 manata yaxın pul götürmüşdür. O, həmin avtomobilin Fazilə məxsus olmasını bilmişdir. Amma sonra ona məlum olmuşdur ki, Şahid1 Zərərçəkmiş şəxs məxsus “Chevrolet Camaro” markalı avtomobili sürmək adı ilə Təqsirləndirilən şəxs adına mülki etibarnamə ilə rəsmiləşdirmiş və Fazil həmin avtomobili lombarda girov qoyaraq pul götürmüşdür. Sonra o, bu barədə maraqlandıqda Fazilin dediyinə görə, Baxış həmin avtomobili Fazilə olan borcunun qarşılığında Fazilin adına rəsmiləşdirilmişdir. Amma həmin borcun haradan yaranması və hansı məbləğdə olmasını bilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİNin BDYPİ-nin 14.09.2020-ci il tarixli, 83474-1220 nömrəli məktubundan görünür ki, **-RV-*** nömrə nişanlı, 28.12.2018-ci ildə verilmiş AD385643 nömrəli şəhadətnaməyə malik olan, 2012-ci il buraxılış ilinə mənsub göy qara parıltısız, 1C9205582 mühərrikli, 2G1F91EJ5C9205582 banlı, “Chevrolet Camaro” markalı minik avtomobilin sahibi 772169 BRA və TM K.N.N10GN123 nömrəli hesab-arayışı əsasında adına qeydiyyata alınmış Zərərçəkmiş şəxsdur. “Chevrolet Camaro” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.07.2019-ci il tarixdə komisyon mağazada satılması üçün onun adından qeydiyyatdan çıxarılmışdır. **-RV-*** nömrə nişanlı, 26.07.2019-ci ildə verilmiş AD565909 nömrəli şəhadətnaməyə malik olan, 2012-ci il buraxılış ilinə mənsub göy qara parıltısız, 1C9205582 mühərrikli, 2G1F91EJ5C9205582 banlı, “Chevrolet Camaro” markalı minik avtomobilin sahibi 791250 ELVİN-2007 nömrəli hesab-arayışı əsasında adına qeydiyyata alınmış Şahid2dur. “Chevrolet Camaro” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.09.2019-cu il tarixdə komisyon mağazada satılması üçün onun adından qeydiyyatdan çıxarılmışdır. **-UH-*** nömrə nişanlı, 18.09.2019-ci ildə verilmiş AD579977 nömrəli şəhadətnaməyə malik olan, 2012-ci il buraxılış ilinə mənsub göy qara parıltısız, 1C9205582 mühərrikli, 2G1F91EJ5C9205582 banlı, “Chevrolet Camaro” markalı minik avtomobilin sahibi 799309 ELVİN-2007 K.N.N.10RV400 hesab-arayışı əsasında adına qeydiyyata alınmış X3r. **-UH-*** nömrə nişanlı “Chevrolet Camaro” markalı minik avtomobil etibarnamə ilə 19.09.2019-19.09.2020-ci il tarixlərində X5, 19.09.2019-19.09.2020-ci il tarixlərində X4, 29.09.2019-19.09.2020-ci il tarixlərində X6 verilmişdir. “Chevrolet Camaro” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil 02.10.2019-ci il tarixdə komisyon mağazada satılması üçün onun adından qeydiyyatdan çıxarılmışdır. **-UX-*** nömrə nişanlı, 02.10.2019-ci ildə verilmiş AD584013 nömrəli şəhadətnaməyə malik olan, 2012-ci il buraxılış ilinə mənsub göy qara parıltısız, 1C9205582 mühərrikli, 2G1F91EJ5C9205582 banlı, “Chevrolet Camaro” markalı minik avtomobilin sahibi 799464 ELVİN-2007 K.N.N.99UH973 hesab-arayışı əsasında adına qeydiyyata alınmış Şahid5dur. **-UX-*** nömrə nişanlı “Chevrolet Camaro” markalı minik avtomobil etibarnamə ilə 04.10.2019 - 04.10.2020-ci il tarixlərində Şahid4, 07.12.2019 07.12.2020-ci il tarixlərində X7, 01.03.2020-01.04.2020)-ci il (02.04.2020-ci ildə təsdiq edilib tarixlərində X2, 12.03.2020- 14.03.2020-ci il (15.03.2020-ci ildə təsdiq edilib) tarixlərində X8 verilmişdir (cild 1, iş vərəqi 120-121). İşdə olan 04.10.2019-cu il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamədən və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Şahid5 **- UX-*** nömrə nişanlı, 02.10.2019-ci ildə verilmiş AD584013 nömrəli şəhadətnaməyə malik olan, 2012-ci il buraxılış ilinə mənsub göy qara parıltısız, 1C9205582 mühərrikli, 2G1F91EJ5C9205582 banlı, “Chevrolet Camaro” markalı minik avtomobili Şahid4 nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir (cild 1, iş vərəqi 134-135). İşdə olan 20.07.2019-cu il tarixli etibarnamədən və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən 20.07.2019-cu ildə saat 18:15-də təsdiq edilməklə Zərərçəkmiş şəxs ona məxsus rəsmi reyestrdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Təqsirləndirilən şəxs etibar edir. Bu etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu istisna edir. Etibarnamə 10 gün müddətə verilib və 30.07.2019-cu ilədək qüvvədədir (cild 2, iş vərəqi 10-12). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 18.02.2021-ci il tarixli № 016- 21235-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş X18i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 28.03.2013-cü il tarixdə (28.03.2023-cü il tarixədək müddətə etibarlı olan) AB 525899 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 2, iş vərəqi 14). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 18.02.2021-ci il tarixli, 016-21234-1221 nömrəli məktubundan görünür ki, DİN-in Baş X18i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1984-cü il təvəllüdlü Şahid1 05.09.2007-ci il tarixdə (05.09.2017-ci il tarixədək müddətə etibarlı olan) AA 973149 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 2, iş vərəqi 15). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 29.07.2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən binanın birinci mərtəbəsində yerləşir. Həmin bina beş mərtəbədən, çox girişdən və yaşayış mənzilindən ibarətdir. Qeyd edilən ünvanın qabağından avtomaşınların yolu var və qeyd edilən yolun qarşısında avtomaşınların dayandırılması üçün yerdə avtomaşının dayandığı müəyyən olundu. Avtomaşına baxış keçirən zaman onun göy rəngli “Chevrolet Camaro” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cild 1, iş vərəqi 5-8). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 06.04.2021-ci il tarixli, 9/1472 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2012-ci il buraxışlı, mühərrik tutumlu 6200 sm3, göy qara parıltısız rəngli, ekspertiza tədqiqatına təqdim edilmiş “Chevrolet Camaro minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2020-ci il tarix üçün, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 55000 manat müəyyən olunur (cild 2, iş vərəqi 32-34). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 22.02.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Orucov Səbuhi Elman oğlu ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları üzləşdirmə zamanı bir-birinin üzünə qarşı deməklə həmin ifadələrini təsdiq etmişlər (cild 1, iş vərəqi 247-252). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 22.02.2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid Şahid1 arasında keçirilmiş üzləşdirmə istintintaq hərəkəti zamanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir (cild 1, iş vərəqi 253- 258). İşdə olan və məhkəmədə tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 26.05.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X18 İdarəsinin qarşısına çıxarılarkən bildirmişdir ki, o, Zərərçəkmiş şəxs məxsus “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili lombarda girov qoyub pul götürmək adı ilə həmin yerə gələrək avtomobili Şahid2 adına rəsmiləşdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən lombardı göstərərək həmin lombardda Şahid2 girov pulu götürdüyünü bildirmişdir (cild 2, iş vərəqi 50-51). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 17.05.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmiş, həmin CD disk “HP” markalı kompyuterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 04 ədəd fayl olduğu müəyyən edilmişdir. 1-ci fayl açıldıqda Şahid1 Təqsirləndirilən şəxs barəsində dediyi 14 saniyədən ibarət sözlərdir. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs “Sən bilirsən ki, o dəmir parçasıdır, mən ondan ötrü heç vaxt danışmaram, prosta məni yandıran odur ki, gedib işi görmüsüz, sonra gəlib axşam mənə deyirsiz” sözlərini deyir. 2-ci fayl açıldıqda Şahid1 Təqsirləndirilən şəxs barəsində dediyi 1 dəqiqə 26 saniyədən ibarət sözlərdir. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs “Fazil eşidirsən mən yaxşı deyil, prosta bu bilmirəm bu bir oyun idi, Rəşidin qurduğu oyun olub, nədisə, Rizvan söhbəti necə olur ki, bax incimə mənim bu sözümdən, Rizvan söhbəti necə olur ki bu söhbət bağlanıb və orda kimə verilib pul, heç nə demirəm, əgər elə bir şey varsa gedək mənimlə bir yerdə görüm orda nə iş olub, necədi, o Vüqar kimdi, 4 saatın içərisində necə oldu ki hər şey həll olundu, dünən mən səninlə telefonda danışmışam, bu nə məsələdi, xahiş edirəm mənə düzünü deyin, o oğlan onu sığortanın vaxtı qutarmışdı deyə sürməyə davernus vermədi, mənə etimad elədi gen davernus verdi, bilirsən nə deməkdi, məni rasxoda vermək deməkdi sənin başuva dönüm, mən yaxşı deyiləm, vallah mən yaxşı deyiləm, sən bilirsən mənim xəstə övladım var, dünən mən səni 4 saat parkda gözləmişəm, neçəki su pulum olmuyubdu, su pulu, mən manatla yaşayıram... bilmirəm Fazil bilmirəm” sözlərini deyir. 3-cü fayl açıldıqda Şahid1 Təqsirləndirilən şəxs barəsində dediyi 5 dəqiqə 30 saniyədən ibarət sözlərdir. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs “Fazil salam, Fazil sən görüsən bir dəfə də mən səni yığmamışam, ama sən mənim telefonumdan xəbərin yoxdur. Çıxmısan sivyaza bu Səbuhi ilə söhbət etmirsən, sənin fikrin nədir, nə etmək istəyirsən qardaş, denən biz bilək sənin fikrini, belə pis çıxmasın yaxşı şey oyatdız ortada ki Baxış polisə gedib, halbuki hamı bilir Bakı şəhərindəki Baxış səni əvvəlcə polisə şikayət etməyib, polisin müstəntiqin telefonu ilə Aqilin söhbətinə mən guya ev qoymuşam, nə qoymuşam, mən bu söhbətləri etməmişəm, sən deyirsənki varovskoy həyat yaşayırsan, oğru həyatı yaşayırsan....həyatın içinə. Çıx ortaya, hansı ki sən yaşayırsan aaa, çıx ortaya eşidirsən məni, kişi kimi o gecə gəldiz gecə saat 12-də dediz bəs Rəşidlə sən bir yerdə narahat olma, Səbuhi qaqaşdı, mən çıxıb cavab verəcəm, mən söhbət edəcəm, mən qoymaram Baxışı padudar, sənin sözlərinən mənə çox şey çatır, məni padudar yoxe, məni lap göt ayağına qoymusan sən, Vidadi gətirib o pulu verməsəydi, qardaş bu kişi etimad eliyib etibar eliyib mən də sənə etibar eləmişəm, bəs buna mənə başqa cürə deyirsiz çıxacam qabağına belə danışacam Səbuhiynən, sora başdıyırsız söhbətlər çıxarmağa, dünən Səbuhi mənə yazir ki Fazil deyir ki Baxış pulu mənə verib, nədi mən başa düşmədim, dədəmin borcu var, nə var, sən bilmirdin mənə davernus veriləcək, aparırsan maşını qoyursan mənim xəbərim yox, bildiy, başa düşdüy, qoymusan lap yaxşı, çıx ortaya kişiyə cavab ver də. Mən daha hansını deyim qardaş, mən çıxıram şeyə, çıxıram Səbuhi deyir Baxış maşım verib mənə. Ə məndə hansı maşını verməliyəm sənə, hə mən mersedesi apardıq, dedin bir kəlmə dedim baş üstə, qoyduq 6000 dollar verdik qardaş, 2500 manat fırim oteldən götürdüm verdim, 1700 manat nizami metrosunda verdim, artı 1000 manat vəkilinə verdim Vaqifə, 200 manat bir verdim, hansın deyime qardaş, əməliyyat dedin apardım halal xoşuz əməliyyat, ruslana 800 verdim, zaur ordan 3600 verdim, 2400 qaytardın, Allah rəhmət eləsin nənə rəhmətə getdi, Baxış verdi, bazarlıq dedin neçə dəfə Baxış elədi, durub söhbət çıxarmısan xalamın adma baxışa bankdan zamin pul götürüb, götürmüşəm kişi kimi də xalaynan danışmışam, vəkilimi də qoşmuşam gedib xalanın işini həll eləməyə, day mən hansını deyim Fazil mənim sənə yaxşılığım budu, sən niyə belə eliyisən, qaçmağnan elə bilisən ki, hər şey qutaracaq. ə çıx sivyaza kişiynən söhbətini həll elədə, çıx kişi kimi ortaya denən ki qardaş bəli ərk eləmişəm, götürmüşəm bunu belə. Daha hansı işlər, polisi deyirsən polisdən sənin səsin çıxar, deyirsən evimi belə, ə hansı evini satmışam ее, deyirsən evimi satıb özü evində qalır, olmaz e brat ayıbdı, çıx kişiynən sivyazada, nə oldu bəs deyirdin ikinci günə qədər iki günə maşını çıxardıram.aaa olmaz axı qardaş, qardaş belə pis çıxmasın mənə qəhbə sözü deyirsən, ayıbdıye brat biz tonlarla çörək kəsmişik, məni də qoymusan ... vəziyyətinə, bari götür telefonunu bir kəlmə kişiynən söhbət elədə olmaz axı belə, mən sənə hansını deyim e han, sənin bu qabaq çöldən ilişdirdilər belə pis çıxmasın gördün səninlə getdim Balakənə, mən sənə qardaşdan artıq olmuşam ее sən buları niyə görmürsən. Elmarda mənə o gün yığmışdı, onun da maşını qalıb zaloqda, şaiq deyəndə onun qabağına çıxırdın, deyirdim əə qardaşdı verəcəy, zaur səni söyüb batıranda dedim zaur ayıb olsun sənə qardaşımızdı, deyir iş adı ilə mənə bankdan pul çıxardırıb götürürdü, mən bunların hansını deyim qardaş.bunları saysaq ortaya çıxarsaq biabırçılıq olar ее ayıbdı vallah, Fazil sən məni gör söyüş söymürəm ее, mən sənə deməyim odur ki, əgər mənə hörmətin varsa sən bilisənki mənim xəstə balam var Fazil quran haqqı, o oğlanın nəslin, kökün, əcabətini, ən pisini söyüm ki blet mən düz bir aydan çoxdu mən o uşağıma bir manat pul göndərə bilmirəm, əə bunu Allah götürər?dinə qoyanda dində götürməz, ağada qoyanda ağda götürməz, qaraya qoyanda qara həyatda götürməz, öz məqsədini qoy qabağına belə olmaz ее, sən telefonu koda qoy çəkilib dayanıbsan qırağa, nədi mən milləti töküm sənin qapma, sənə ləzzət eliyər?eliyər sənə ləzzət? Ayə mən sənə ailən içində olmuşam e qardaş kimi olmuşam, yoxdu eybi yoxdu, aparaq bir yolun tapaq, bir izin tapaq, mən səni indiyə qədər atmamışam, nədə sənə zəng eləyib axtarmamışam, qoymuşam sənin vicdanına, Allahuva və sənə, indi Allahuva vicdanuva nədisə deənən də.bi balaca sənə çətinlik olan kimi başdısanki mən ona belə eləmişəm, buna belə eləmişəm, hə indi elədiylərimi sayıram gör mən bu söhbətləri eləmişəm kiməsə, əə söhbəti sən çıxardırsan ortaya, mənim bütün boğazım əsəbdən ağrıyır, mənim gecəm gündüzüm yoxdu.maşındı gedib qoymusan çətinliyin olub tutulmaq istəməmisən, çətinliyin olub çıxmısan lap yaxşı, sənə bir söz demirik ki, gəl çıx ortaya bu kişi ilə söhbət elədə, gəl bir yolun, izin tap bir soltanla əlaqə saxla, soltanla əlaqəyə çıx, sən qaçırsan, olmaz axı belə” sözlərini deyir. 4-cü fayl açıldıqda Şahid1 102 zəng məlumat mərkəzinə şikayət etməsi barədə dediyi 5 dəqiqə 32 saniyədən ibarət sözlərdir (cild 2, iş vərəqi 47-49). İşdə olan və məhkəmədə tədqiq edilmiş 28.07.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərşəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 80). İşdə olan və məhkəmədə tədqiq edilmiş sübutların qiymətləndirilməsi, iş üzrə əməlin tövsif edilməsi və şəxsin əməlinə xitam verilməsi haqqında 03.06.2021-ci il tarixli qərardan görünür ki, Şahid1 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinə və təqsirləndirilən şəxs qismində statusuna xitam verilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 60-76). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs ələ keçirdiyi avtomobilin ona Şahid1 tərəfindən borc əvəzinə verilməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əməlakını ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, o təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Abşeron Rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir (cild 2, iş vərəqi 54-59). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Hüşənov X9 Rayon Məhkəməsinin 27.10.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndiriilə bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16.01.2021-ci ildə axtarış elan edilmiş, 30 yanvar 2021-ci tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 08 fevral 2021-ci il tarixdə onun şübhəli şəxs statusuna və barəsində seçilmiş qətimkan tədbirinə xitam verilmiş, 07 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə müstəntiqin qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 171, 193, 204-209; cild 2, iş vərəqi 80-81, 99-102). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlandığı 1 (bir) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İşdə olan maddi sübut kimi tanıma haqqında 16.11.2020-ci il tarixli qərardan, Binəqədi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, № 5(001)-1036/2020-ci il tarixli qərarından görünür ki, “Chevrolet Camaro minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Şahid4 təhvil verilmiş, cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və gələcəkdə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi məqsədilə “Camaro” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulmuşdur (cild 1, iş vərəqi 148-151, 161-162). Azərbaycan Respublikası CPM-nin 346.1.18-ci maddəsinə əsasən məhkəmə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilib-edilməməsi məsələsi həll edilməlidir. Məhkəmə iş üzrə mülki iddia verilmədiyini nəzərə alaraq, həmçinin həmin maddi sübutun barəsində xüsusi müsadirənin tətbiqinin əsaslarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmadığı qənaətinə gələrək hesab edir ki, “Chevrolet Camaro” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 254.1-ci maddəsinə əsasən ləğv edilməli, həmin avtomobilin hazırkı sahibi Şahid4 təhvil verildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. “Chevrolet Camaro” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar