Məhkəmə qərarları › İş №1(101)-1380/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1380/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1380/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova–X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə3, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə4, müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2007-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi M.Cəlal küçəsi ev 139, mənzil 42-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayn, M.Cəlal küçəsində yerləşən 143A saylı binanın qarşısında, azyaşlı xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun bir neçə gün öncə həmin məhəllədə yaşayan azyaşlı Şahid2 vurmasını bəhanə edib cuzi səbəb kimi göstərərək, istintaqla müəyyən edilməmiş bıcaqla Zərərçəkmiş şəxs bir dəfə vuraraq, qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın örtülü perforasiyası və retroperitoneal hematoması ilə müşayiət olunan sağ qasıq nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət və döş qəfəsinin, bel nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sol diz oynağı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Tarixi dəqiq xatırlamadığı bir gündə, təxminən keçən ilin yay aylarında məhəllədə yaşayan yetkinlik yaşına çatmayan Həsən və Cavidan adlı uşaqlar savaşmış, Cavidan qohumu Şəhriyarı çağırmış, sonuncu gəlib Həsəni itələmişdir. Həsən də ona bu barədə danışmışdır. Həmin vaxt Şəhriyarı görə bilməmiş, lakin o hadisədən təxminən 10 gün sonra məhlədə gördükdə sonuncudan Həsəni nə üçün itələdiyini soruşduqda Şəhriyar onu söymüşdür. O da əsəbləşərək başqa bir uşaqda gördüyü bıçağı alaraq qayıdıb Şəhriyara 3 dəfə həmin bıçaqla zərbə atmışdır. Lakin zərbələrdən yalnız biri Şəhriyarı tutmuş, Şəhriyara xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb evlərinə gəlmiş, atasına baş vermiş hadisə barədə məlumat vermişdir. Şəhriyarın müalicəsinə atası köməklik etməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən iyun ayının ortalarında 2014-cü il təvəllüdlü dayısı oğlu Cavidanı məhəllədə yaşayan, həmyaşıdları Həsən və Elçin adlı qardaşların döydüklərini görüb, həmin uşaqlara yaxınlaşaraq, birinə bir şillə vurub onları aralaşdırmışdır. Sonradan ona məlum olmuşdur ki, Elçin və Həsən adlı qardaşlar qonşuluqda yaşayan 2007-ci il təvəllüdlü Rəşid adlı şəxsə ondan şikayət etmişlər və sonuncu da onu axtarmışdır. O, Rəşiddən kiçik olduğu üçün sonuncudan qorxmuş və gözünə görsənməmişdir. Bu hadisədən bir neçə gün sonra o, anası ilə birlikdə rayona getmiş və xx.xx.2023-cü il tarixdə rayondan qayıtdıqdan sonra, saat təxminən 16 radələrində futbol oynamaq məqsədi ilə həyətə düşmüşdür. Adları yadında qalmayan məhəllə uşaqları ilə birlikdə futbol oynadıqları zaman, Rəşid onların yanına gələrək, ona Həsənlə yenidən dava etməli olduğunu bildirmişdir. O, isə Rəşidə heç kimlə dava etməyəcəyini demiş, bundan sonra Rəşid onun ünvanına söymüş və o, da Rəşidin ünvanına söymüşdür. Həmin anda Rəşid cibindən dəstəyi qırmızı rəngli qatlanan cib bıçağını çıxarıb onun üzərinə hücum çəkmişdir. Bunu gördükdən sonra o, Rəşiddən qaçıb uzaqlaşmaq istədikdə, ayağı burxulmuş və yerə yıxılmış, həmin anda ayağa qalxıb yenidən qaçmağa davam etdiyi zaman, Rəşid ona çataraq, əlində olan bıçaqla onun sağ qasıq nahiyəsinə bir dəfə zərbə endirmişdir. Həmin nahiyədən qan gəldiyini görüb qorxduğu üçün evə getmiş və evdə olan xalası oğlu Şahid4 dərhal TTY-a zəng vuraraq, evə çağırmışdır. TTY-ın əməkdaşları gəldikdən sonra onu xəstəxanaya götürmüşlər, xəstəxanada yarasını leykoplastırla bağlayıb, onu sərbəst evə buraxmışlar, lakin 3-4 gündən sonra yarada çirk əmələ gəldiyindən, onu yenidən xəstəxanaya götürmüşlər və orada onu əməliyyat etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Rəşidin hal-hazırda 17 yaşı var. Hadisə baş verən zaman, yəni 2023-cü ilin iyul ayında Rəşidin 16 yaşı olmuşdur. Hadisə haqqında onu bilir ki, oğlu həyəcanlı vəziyyətdə evə gələrək məhəllədə başqa bir uşağı vurduğunu demişdir. Maddi yardım göstərmək imkanı olmasa da həmin uşağın anası Şahnarə xanımdan oğlunun hərəkətinə görə üzr istəmiş, oğlunu bağışlamağı xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, zərərçəkmiş şəxs isə onun doğma oğludur. Onun ailəsi Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsinə yeni köçərək orada yaşamışlar. Həmin ünvanda qardaşı Rəfayət də ailəsi ilə yaşayır. Hadisə baş verən ərəfədə oğlu oradakı uşaqlarla məhəllədə oynamışdır. Sonra elə olmuşdur ki, hamısı birlikdə rayona getmişlər. Təxminən 10 gündən sonra Rəfayətlə oğlu Şəhriyar Bakıya qayıtmış, onlar isə rayonda qalmışlar. Onlar rayonda olan zaman qardaşı zəng edib məlumat vermişdir ki, Şəhriyarı başqa bir uşaq bıçaqlamışdır. Rəfayətin deməsinə görə həkimə aparıblar, ciddi bir xəsarət olmadığı üçün yara yerinə həkim leykoplastır yapışdırararq uşağı evə buraxmışdır. Bakıya gəldikdə hadisəni araşdırmış, oğlunun sözlərindən bilmişdir ki, məhəllədə xuliqan olan bir Rəşid adlı uşaq yaşayır, bütün uşaqlar ondan qorxurlar. Şəhriyarın sözlərindən bilmişdir ki, məhəllədə dayısı oğlu Cavidan digər bir uşaqla dalaşmış, Şəhriyar da həmin uşağı itələyib yerə yıxmışdır. Həmin uşaq da Şəhriyara demişdir ki, Rəşidi çağıracam, gəlib səni bıçaqlasın. Onlar rayona gedib-gələndən sonra Şəhriyar məhəlləyə çıxıb uşaqlarla oynayan zaman həmin Rəşid adlı şəxs gələrək Şəhriyarı bıçaqlamışdır. Həqiqətən Rəşidin atası Qanuni nümayəndə4 oğlunun hərəkətinə görə ondan üzrxahlıq etmişdir. Lakin heç bir maddi yardım göstərməmişdir. Qeyd etmək istəyir ki, ilk müayinədə həkim oğlunun yarasına leykoplastır vursa da sonrakı günlərdə daxili qanaxma nəticəsində Şəhriyarın vəziyyəti pisləşmiş, onu xəstəxanaya yerləşdirib əməliyyat etdirmişlər. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məhəllə uşağı, Zərərçəkmiş şəxs isə xalası Şahnarənin oğludur. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində evdə olduğu zaman, xalası oğlu Zərərçəkmiş şəxs həyəcanlı şəkildə evə daxil olmuş, o, Şəhriyarın qasıq nahiyəsindən qan gəldiyini görüb nə baş verməsini Şəhriyardan soruşduqda, sonuncu ona məhəllə uşaqları ilə birlikdə məhəllədə futbol oynadığı zaman, Rəşid adlı şəxs onun ünvanına söymüş, o, da Rəşidin söyüşlərini cavab olaraq, özünə qaytarmış, həmin anda Rəşid cibindən bıçağını çıxarıb onun üzrinə hücum çəkmiş, bunu gördükdən sonra o, Rəşiddən qaçıb uzaqlaşmaq istədikdə, ayağı burxularaq, yerə yıxılmış, həmin anda ayağa qalxıb yenidən qaçmağa davam etdiyi zaman, Rəşid ona çataraq, əlində olan bıçaqla onun sağ qasıq nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra o, dərhal TTY-a zəng vurmuş, TTY-ın əməkdaşları gəldikdən sonra Şəhriyarı xəstəxanaya aparıb orada yarasına leykoplastır yapışdırıb evə buraxmışlar, lakin 3-4 gündən sonra Şəhriyarın vəziyyəti pisləşdiyi üçün, onu yenidən xəstəxanaya aparıb əməliyyat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Qanuni nümayəndə4 oğludur, Zərərçəkmiş şəxs isə bacısı Şahnarənin oğludur. Hadisə haqqında onu bilir ki, keçən ilin iyul ayında oğlu Cavidan məhəllədə futbol oynadıqda Həsən adlı başqa bir uşaqla dalaşmış, Şəhriyar da Həsəni itələyərək Cavidandan aralamışdır. Həmin vaxt Cavidan ona zəng edərək demişdir ki, ata tez gəl, Rəşid bizi bıçaqlayır. O da məhəlləyə gəlib həmin Rəşidi görmüş, Rəşid demişdir ki, onda heç bir bıçaq yoxdur. Bu hadisədən sonra o, bacısı Şahnarə və uşaqları ilə rayona getmiş, rayondan qayıtdıqdan sonra Şəhriyarı məhəllədə Rəşid adlı uşaq bıçaqlayıb xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş azyaşlı Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən iyun ayının ortalarında məhəllədə oynadığı zaman, əli təsadüfən eyni məhəllədə yaşayan həmyaşıdı Elçin adlı uşağa dəymiş, həmin zaman Elçinin qardaşı Həsəndə orada olmuşdur. O, Elçindən üzr istəmiş, lakin sonuncunun qardaşı Həsən onun üzərinə hücum çəkmək istəmiş, bunu görən bibisi oğlu Şəhriyar, Həsənə yaxınlaşaraq, sinəsindən itələmişdir. Sonradan ona məlum olmuşdur ki, Elçin və Həsən adlı qardaşlar qonşuluqda yaşayan 2007-ci il təvəllüdlü Rəşid adlı şəxsə Şəhriyardan şikayət etmişlər və sonuncu da Şəhriyarı axtarırmış. Bu hadisədən bir neçə gün sonra onlar Şəhriyarla və valideynləri ilə birlikdə Füzuli rayonuna getmişlər. Rayonda bir neçə gün qaldıqdan sonra, Şəhriyar anası ilə birlikdə Bakı şəhərinə qayıtmış, o, isə valideynləri ilə rayonda qalmışdır. Sonradan ona məlum olmuşdur ki, Şəhriyar şəhərə gəldikdə, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə məhəllədə yaşayan Rəşid adlı uşaq, bibisi oğlu Şəhriara bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin məsul növbətçisi polis baş leytenantı Kamil Qiyaslının xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 17:00-da 9 saylı TTYS həkimi Yaqubova zəng edərək Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr M.Cəlal küçəsi 127, mənzil 4-də yaşayan 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Rəşid adlı şəxs qarın boşluğundan 1 bıçaq zərbəsi vuraraq xəsarət yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 143 A saylı binanın qarşısıdır. Baxışda iştirak edən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şəhriyarı məhəllə uşaqları ilə birlikdə futbol oynadığını görmüş, həmin hadisədən əvvəl o, Yasamal gölünə balıq tutmağa getmiş və cibinə xatırlamadığı mağazadan aldığı dəstəyi qırmızı rəngli cib bıçağı qoymuşdur. O, Şəhriyara yaxınlaşıb nə səbəbə onu söydüyünü soruşduqda, sonuncu ona “əcəb edib söydüm” sözlərini demiş, həmin anda o, cibindən dəstəyi qırmızı rəngli qatlanan cib bıçağını çıxarıb Şəhriyarın üzərinə hücum çəkmiş, Şəhriyar ondan qaçıb uzaqlaşmaq istədikdə ayağı burxulmiş və yerə yıxılmış, həmin anda o, Şəhriyara çataraq əlində olan bıçaqla Şəhriyarın sağ qasıq nahiyyəsinə bir dəfə zərbə endirdikdən sonra, oradan çıxıb evinə getmişdir. Hadisə yerində hər hansı bir iz və ya iş üçün əhəmiyyət kəsb edən bir əşya aşkar olunmadı. Həmin ünvanda binanın fasadına quraşdırılmış müşahidə kamerasından video görüntülər CD diskə köçürülərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs “Doğum haqqında” şəhadətnaməsinin surətindən müəyyən olunur ki, o, xx xxxxxx 2007-ci il təvəllüdlü olmaqla hadisə törətdiyi xx.xx.2023-cü il tarixə yetkinlik yaşına çatmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2009-cu il təvəllüdlü olmaqla hadisə baş verən xx.xx.2023-cü il tarixə azyaşlı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığından, həmçinin o, cinayət prosesini həyata keçirən orqandan gizləndiyindən və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığından, xx.xx.2023-cü il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb olunmuş, xx.xx.2023-cü il tarixdə onun tutulması haqqında qərar qəbul edilərək, barəsində axtarış elan olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdən sonra o, saxlanılaraq Binəqədi RPİ-nin İŞ-nə təqdim olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək, istintaqı davam etdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli Binəqədi rayon prokurluğunun qərarından müəyyən olunur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif olunmuş, ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş və barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1218 nömrəli rəyindən müəyyən olunur ki:

1. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın örtülü perforasiyası və retroperitoneal hematoması ilə müşaiyət olunan sağ qasıq nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, döş qəfəsinin, bel nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sol diz oynağı nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün «X7» PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın örtülü perforasiyası və retroperitoneal hematoması ilə müşaiyət olunan sağ qasıq nahiyəsinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.

2. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən qarın boşluğuna nüfuz edərək yoğun bağırsağın örtülü perforasiyası və retroperitoneal hematoması ilə müşaiyət olunan sağ qasıq nahiyəsinin deşilmiş-kəsilmiş yarasının xarakterik xüsusiyyətini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi, sırıqlar isə onun kənar şəxs tərəfindən itələnərək yıxılma zamanı yerin bərk səthinə və bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 2000 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sol əlin, İ barmağının çapığı kəsilmiş yaranın izi olub, kəsici kənara malik əşyanın (alətin) təsirindən müayinədən 2- 3 ay əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmağına səbəb olan yüngül zərər vurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3314 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ictimailəşmiş davranış pozuntusu, yüngül dərəcədə ifadə olunmuş koqnitiv pozuntu ilə aşkar edilir. Təqsirləndirilən şəxsj oğlu törətdiyi əməl zamanı onda psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs müəyyən edilən ictimailəşmiş davranış pozuntusu, koqnitiv pozuntu ilə o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3315 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs əqli inkişafı və fərdi-psixi xüsusiyyətlrinə görə etdiyi və ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmə baxışı zamanı dəfələrlə məhkəməyə gəlmədiyi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3 15 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən olunur ki, cinayət törədilərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak yoxdur və hadisə yerinə baxış zamanı götürülmüş hadisəni özündə əks etdirən 01 ədəd CD disk, cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ibtidai araşdırma orqanı tərətindən tərtib olunmuş qərar və protokollar, həmçinin hadisə yerinə baxış protokolu, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs hadisə zamanı yüngül xəsarət yetirməsi təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, hadisə barədə ifadə vermiş şahidlər zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə xəsarət yetirməsini göstərməmiş, hadisəni özündə əks etdirən CD diskə məhkəmədə baxış keçirilərkən belə hal müəyyən olunmamışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə olan davranışını, zərərçəkmiş şəxsin onu bağışlamadığını nəzərə alaraq təqsirləndirilən şəxsin islah olunmasını cəmiyyətdən təcrid etmə yolu ilə mümkün olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarın 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Məhkəmə nəzərə alır ki, yuxarıda göstərilən plenumun qərarında göstərilən xüsusatlar təmamilə olaraq baxılan işə uyğundur. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə heç bir şəxsi ədavəti olmamış, onunla mübahisəsi olmamış, sonuncu yaşadığı ərazidə yaşayan azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlara mənfi davranışı ilə tanınmış, heç bir əsaslı səbəb olmadan hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs xəsarət yetirmək istəsədə sonuncu ondan yayındığı üçün növbəti dəfə xx.xx.2023-cü il tarixə saat 16 radələrində zərərçəkmiş şəxsə əvvəlcədən əldə etdiyi bıçaqla xəsarət yetirərək sağlamlığına ağır xəsarət yetirmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmiş və ona bu maddə ilə cəza təyin edilməsini mümkün sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin ksero surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş, cinayət əməlini törətdiyi 01 iyul 2023-cü il tarixə yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməli, cəzasının çəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablamalı və cəzasını yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə (kompleks) çəkməsini müəyyən etməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə çüsusi müsadirə edilən əmlak müəyyən edilməmiş, hadisə yerinə baxış zamanı götürülmüş dava-dalaşı əks etdirən 01 ədəd CD disk, cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 28 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinəəsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 324 AZN (üç yüz iyirmi dörd) manat pul Bakı şəhəri 28 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını “yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə (kompleks)” çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 324 AZN (üç yüz iyirmi dörd) manat pul Bakı şəhəri 28 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova–Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar