Məhkəmə qərarları › İş №1(101)-1381/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1381/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1381/2021 17.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən etmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «3 fevral 2021-ci il tarixli 2476 nömrəli Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkili haqqında Sərəncamı»na əsasən Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilmişdir. Həmin Sərəncamın müddəalarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası 31 may 2021-ci il tarixli qərarı ilə özünün 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nda dəyişiklik etmişdir. Dəyişikliyə əsasən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyası müəyyən edilmişdir. Aşağıda sadalanan ərazi vahidləri Abşeron rayonu; Xaçmaz rayonu; Xızı rayonu; Qobustan rayonu; Quba rayonu; Qubadlı rayonu; Qusar rayonu; Siyəzən rayonu; Sumqayıt şəhəri; Şabran rayonu; Şamaxı rayonu; Şuşa rayonu; Zəngilan rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. İttiham aktına görə Təqsirləndirilən şəxs «İntroduktion of X6» şirkətinin baş direktoru vəzifəsində işləyərkən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X1 etibarından suiistifadə edərək, ona «X8 LTD» MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində inşa edilmiş binaların birində 63 kv/m sahəsi olan mənzilin hər bir kvdrat metrini 1000 manata satacağına dair yalandan vəd verib aldadaraq inandırmış, sonuncunun 11.05.2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 36 ünvanında yerləşən 38 saylı notariat ofisinin inzibati binasında həmin dövrün məzənnəsi ilə 61200 manat təşkil edən 36000 ABŞ dollarını ələ keçirərək, vədinə əməl etməyib həmin mənzili Şahid6 68000 manata sataraq zərərçəkmiş Rafıs Şəfiyevə 61200 (altmış bir min iki yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, «İntroduktion of X6» şirkətinin baş direktoru vəzifəsində işləyərkən təkrarən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncuya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 8 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 450 kv/m olan tikiliyə qaz sayğacım quraşdıracağına dair yalandan vəd verib aldadaraq inandırmış, 03.09.2019-cu il tarixdə ünvan 2nda 700 manat məbləğində, 06.09.2019-cu il tarixdə eyni ünvanda 600 manat məbləğində və 20.10.2019-cu il tarixdə eyni ünvanda, yəni ünvan 2nda tanışı Şahid5 vasitəsi ilə 1000 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, «İntroduktion of X6» şirkətinin baş direktoru vəzifəsində işləyərkən təkrarən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MTK-nın direktoru olan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binalarda yerləşən mənzillərə su sayğaclarını quraşdıracağına dair yalandan vəd verib aldadaraq inandırmış, 18.11.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "xxxx" MTK-nın ofisində 15000 (on beş min) manat məbləğində pulunu ahb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1 və 74.2.2-ci maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1, 299.3, 299.3.1, 299.3.5-ci maddələrinin tələblərinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyatı üzrə göndərməlidir. Məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması və cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət Abşeron rayonu, Xırdalan şəhərində başa çatdığından və Abşeron rayonu ərazi yurisdiksiyasına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 74.5 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri düzgün seçilmişdir, hazırki mərhələdə onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 74.5, 75.1, 299.3, 299.3.1, 299.3.5, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar