Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1381/2024 24.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 02 (iki) nəfər azyaşlı uşağı olan, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi X.Vəliyev küçəsi ev 35B-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə naməlum saat və şəraitdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,889 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 18:30 radələrində Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanda yerləşən evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nə gətirilib orada saat 20:15-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 04 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,971 qram, 1,001 qram, 1,232 qram, 0,685 qram ümumi təmiz çəkisi 3,889 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun ailəsi ilə bağlı polislə problemləri olmuşdur. Həyat yoldaşı ilə polis əməkdaşlarından birinin münasibəti olmuşdur. Lakin o bir müddət bu münasibəti sübut edə bilməmişdir. Belə ki, gecələr onu polis şöbəsində saxlayırmışlar, gündüzlər isə buraxırmışlar. Lakin o bir gün keçmiş həyat yoldaşını həmin polis əməkdaşı ilə birlikdə tutmuşdur. Bundan sonra o DİN-nin 102 xidməti-zəng mərkəzinə müraciət etmişdir. Bu zaman onu Bakı şəhər Baş Polis İdarəsinə göndərmişlər. O həmin idarədə ifadə vermişdir. Şəhər kameralarından görüntüləri çıxarmışlar. Təxminən bir ay yarımdan sonra işin istintaqı Daxili İşlər Nazirliyinə verilmişdir. Həmin ərəfədə həyat yoldaşı boşanmaq üçün ərizə vermişdir. Ümumiyyətlə, ona həmin bölmədən zənglər gələrək bildirilmişdir ki, şikayət etməsin. Belə ki, haqlı ikən haqsız duruma düşəcək, həmin polis əməkdaşının atası generaldır, onunla bacara bilməz, bundan başqa həmin polisin 4 uşağı var, eyni zamanda, uşağı xəstədir. Lakin o şikayət etmiş və ona zəng edib bildirmişlər ki, həmin polis əməkdaşı işdən çıxarılmışdır. O da bununla bağlı hər hansı rəsmi sənəd tələb etdikdə həmin sənədi ona verməmişlər. O da qızını almaqla bağlı bir çox yerə müraciət etmişdir. Oğlu böyükdür, hər şeyi başa düşür. Axşam işdən gəlib məhlələrində qapının qarşısında olan zaman 4 nəfər polis əməkdaşı gəlmiş və qızını almaqla bağlı rəisin ona kömək edəcəyini bildirmişlər. Həmin polislər ona bölməyə getməli olduqlarını və orada şikayət yazaraq sənədlərə imza etməli olduğunu bildirmişlər. Bölmədə 15-20 nəfər polis əməkdaşı ona narkotik vasitə istifadə etməsini bildirmişlər. Polislər ona narkotik vasitə verəcəklərini və həmin maddəni cibinə qoymalı olacağını söyləmişlər. O polislərə yalvarmışdır ki, belə etməsinlər. Polislər isə rəisin tapşırığı olduğunu bildirmişlər. İlk dəfə 03 (üç) kiloqram narkotik vasitə ilə çəkiliş etmişlər. Sonra da ya 03 (üç) ya da 05 (beş) qram narkotik vasitə ilə çəkiliş etmişlər. Guya həmin maddələri o ağacın dibindən tapmışdır. O polislərə artıq narkotik vasitə istifadəçisi olmadığını, müharibə zamanı narkotik vasitə istifadə etdiyi üçün cəzasını çəkdiyini bildirmişdir. Polislər isə ona özünə bu qədər əmindirsə analiz verməyə getməsini, təmiz çıxacağı təqdirdə evə buraxılacağını söyləmişlər. O da polislərlə razılaşmışdır. O, 2 gün əli qandallı vəziyyətdə Binəqədi RPİnin 5-ci Polis Bölməsində və 2 gün də Binəqədi rayon polis idarəsində ac-susuz qalmışdır. Bundan sonra analiz verməyə getmiş və narkomaniya xəsəıliyindən əziyyət çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı bildirilmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən damarından qan alınmışdır. Narkomaniya ilə bağlı ekspert rəyi saxtalaşdırılmışdır. Onun həm ailəsini dağıtmışlar, həm də özünü tutmuşlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları ona qarşı fiziki təsir və təzyiq göstərməmişlər. İİ Qarabağ müharibəsi zamanı orduya yemək aparmışdır. Lakin bununla bağlı hər hansı rəsmi sənəd yoxdur. Əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ayağına qandal vurulan dövrdən sonra narkotik vasitələrdən istifadə etməmişdir. Ona məxsus olmayan narkotik vasitələri boynuna götürməyinə səbəb polislərin həmin maddələri evindən videoçəkilişlə çıxaracaqlarını bildirmələri ilə bağlı hədələmələri olmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İttiham olunduğu narkotik vasitə ona məxsus deyil. Onu Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə aparırmışlar, orada 01 gün saxlayıb daha sonra buraxırmışlar. Onu polislər 21 sentyabr saat 17-18 radələrində saxlayıb idarəyə aparmışlar. Polis idarəsində ona saxlanılmasının rəisin tapşırığı olduğunu bildirmişlər. O, narkotik vasitələri saat 21 radələrinə qədər boynuna götürməmişdir. Daha sonra isə ona həmin maddələrin evindən çıxarılacağı bildirildikdən sonra, polislərin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Vəkil gecə saatlarında, videoçəkilişdən sonra gəlmişdir. Vəkil onun tutulmağının əsl səbəbini bilirmiş. O, idarəyə “Kia Sportage” markalı avtomobillə gətirilmişdir. O, məhkəməyə 2 gündən sonra aparılmışdır. xx.xx.2023cü il tarixdə o, müvəqqəti saxlama yerindən Binəqədi RPİ-nin 5-ci PB-nə aparılmışdır. Onu post patrul xidməti avtomobili ilə Binəqədi RPİ-nin 5-ci PB-nə aparmışlar. Ondan analiz götürmüşlər. Gözünün qarşısında narkomaniyadan əziyyət çəkmədiyini və məcburi müalicəyə ehtiyacı olmadığını yazmışlar. Lakin müstəntiq ona məcburi müalicədən əziyyət çəkdiyini bildirmişdir. Çünki kağızı dəyişmişlər. Polis əməkdaşı Kamil Sultanov onu maşınla vurub qaçmışdır. Ayağındakı qolbaq Bakı istintaq təcridxanasında çıxarılmışdır. O ibtidai istintaq zamanı döyülməmişdir. 2 gün qolunda qandal olduğu üçün Bakı istintaq təcridxanasına daxil olarkən həmin xəsarət izi qeydə alınmışdır. Bu barədə prokurorluqda da qeyd olunmuşdur. Ona psixi təsir və təzyiq göstərmişlər. O tutulan zaman Şahid1 orada olmamışdır. Ona Şahid2 və Şahid1 yaxınlaşmamışdır. Şahid2 bölmədə görmüşdür. Polis idarəsində birinci ona 03 kq narkotika qoymuşlar. Onu dörd nəfər polis əməkdaşı tutmuş, həmin dörd nəfərin içində Şahid2 olmamışdır. Şahid2 və digər başqa polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilməmiş, lakin psixi təzyiqlər olmuşdur. Onun üzərindən narkotik vasitə çıxmamışdır. Onu narkotik vasitələri evindən çıxardacaqları ilə təhdid etdiklərinə görə ibtidai istintaq zamanı narkotik vasitələrin onun olduğunu qəbul etməyə məcbur olmuşdur. O, bəzi sənədləri imzalamış, bəzilərini isə imzalamamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən evinin yaxınlığında olarkən tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişdirlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında, daşınmasında və istifadəsində şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nə aparılmış və RPİ-də olan zaman müdafiəçi təyin edilərək hüquq və vəzifələri izah edilmiş, daha sonra isə ona hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçiriləcəyi bildirilmiş və o, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd qızılı rəngli kağıza bükülmüş büküm və həmin cins şalvarın sol yan cibindən özümə məxsus olan 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun tünd boz rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 04 ədəd qızılı rəngli kağıza bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərin içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin nə olduğu soruşulduqda sonuncu həmin maddələrin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin maddələri xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında hərəkətdə olarkən ağacın dibindən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya aşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən ümumilikdə 04 ədəd bükülülər qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. (cild 1, iş vərəqə 65-66) Bundan başqa o, ibtidai istintaqa vermiş olduğu əlavə dindirmə zamanı ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmir o, 21 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman yemek yeyirmiş. Həmin gün o, siqaret çəkmək məqsədilə yaşadığı evin qarşısında dayanmışdır. Təxminən 5-10 dəqiqə keçdikdən sonra dövlət qeydiyyat nömrə nişanını və markasını xatırlamadığı avtomobil yanında saxlamışdır. Avtomobildə olan tanımadığı mülki geyimdə olan şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Mülki geyimdə olan şəxslərdən biri ona “oğraş niyə belə hərəkət eliyib” dedikdə o, təəccüblə həmin şəxsə “başa düşmədim, nə oğraş, nə danışırsan” deyə cavab bildirmişdir. Bu zaman həmin şəxs ona “yoldaşınla birlikdə tutduğun polisi deyirəm, bunlar niyə belə etdi” deyə bildirdikdə o da həmin şəxsə “bilmirəm” deyə cavab vermişdir. Danışıq zamanı həmin şəxs ona demişdir ki, “rəis səni görmək istəyir”, o isə nə baş verdiyini anlaya bilməmişdir. Bildirmişdir ki, həmin ərəfələrdə qızı ilə bağlı bir sıra qurumlara etmiş olduğu şikayətə baxılması məqsədilə onu rəisin çağırıldığını düşünmüşdür. Belə ki, mülki geyimdə olan polis əməkdaşları ona qızı ilə bağlı köməklik ediləcəyi ona bildirildikdə o da həmin şəxslər tərəfindən Binəqədi rayon polis idarəsinə dəvət edilmişdir. Qeyd olunan tarixdə polis idarəsinin xidməti otaqlarının birində olan zaman ona polis əməkdaşlarından biri üzərindən aşkar ediləcək bükümləri göstərib videoçəkiliş olacağını və çəkilişdə isə bükümləri ağacın dibindən tapmağı ilə bağlı deməsi bildirilmişdir. O, ilk öncə deyilənlərlə razılaşmamışdır, lakin sonradan ona bildirilmişdir ki, narkoloji müayinədən keçirilən zaman əgər analiz müsbət çıxmadığı halda bəzi sənədlərə imza atdıqdan sonra o, sərbəst buraxılacaqdır. O, narkotik maddədən istifadə etmədiyi üçün özündə əminlik olduğundan sonuncuların dediyi ilə razılaşmışdır. Bir qədər vaxt keçdikdən sonra müdafiəçi təyin edilmiş və hüquq vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı olmadan üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş və ona deyilən sözləri çəkiliş zamanı deməsi bildirilmişdir. Videoçəkiliş bitdikdən sonra onu 2 gün Müvəqqəti Saxlama yerində saxlamışlar və daha sonra o, əlavə olaraq Binəqədi RPİ-nin 5-ci PB-də saxlanılmışdır. Daha sonra barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə prosesi zamanı da narkotik vasitənin üzərində olmadığını, yoldaşının başqa şəxslə münasibətdə olduğunu polisə şikayət etdiyini və ona qarşı şər böhtan atıldığını bildirmişdir. (cild 1, iş vərəqə 138-139) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 16 fevral 2024-cü il tarixdən etibarən onlar İsa ilə rəsmi şəkildə ayrılmışlar. 3 il 06 ay müddət idi ki, İsa ilə davamlı münaqişələri olurmuş. Bu səbəbdən onlar ayrılmaq qərarına gəlmişlər. Çünki İsa son dövrlər narkotik vasitələrdən istifadə edirmiş. İsanın narkotik vasitələrin satışı ilə məşğul olması barədə xəbəri yoxdur. İsa narkotik vasitələrdən istifadə edərək pis olurmuş. Heç vaxt istəməzdi ki, İsa ilə ayrılsınlar. Onların 2 övladı var. İsa ona qarşı çox iyrəncliklər etmişdir. İsa özündə olmayanda ona şərlər atırmış. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, İsa patı və marixuana istifadə edirmiş. İsa onun yanında narkotik vasitələrdən istifadə edirmiş. İsa yalnız çəkirmiş, çünki iynədən qorxurmuş. Onlar keçən ilin may ayından birgə yaşamırlar. X10 şikayət etməsi ilə bağlı tanımışdır. İsa onun Kamil Sultanovla münasibəti barədə dəfələrlə şikayət etmiş və o bununla əlaqədar dəfələrlə izahat vermişdir. Onun 2 nömrəsi var. Həmin nömrələrdən biri İsanın adınadır. Həmin nömrələrinin yoxlanmasını bildirmişdir. Kamil Sultanovla onun heç bir əlaqəsi olmamışdır. İsa onun iş yerinə gələrək onunla dalaşmışdır. İşdən çıxandan sonra onu döymüşdür. Bundan sonra o artıq polisə şikayət etmişdir. O, 6 ildir ki, işləyir. Lakin İsa onun işləməməsini istəyirmiş. İsanın ayağına qandal vurulandan sonra o İsanın narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Həmin vaxta kimi İsadan sadəcə şübhələnmişdir. İsanın barəsində hökm səhv etmirsə keçən ilin mart ayında çıxarılmışdır. İsanın ayağına qandal vurulmamışdan əvvəl narkotik vasitə istifadə etdiyini görmüşdür. Kamil Sultanovla əvvəllər hər hansı bir tanışlığı olmamışdır. İsa klinikada səs-küy saldğı üçün Nəsimi RPİ-nə şikayət edilmiş, o da Binəqədi RPİ-nə şikayət etmişdir. İsanın onu döyməsi nəticəsində bədən xəsarətləri olmuşdur. Bu barədə materiallara Kamil Sultanov, Rza müəllim və s. baxmışlar. O Kamil Sultanovla eyni avtomobilə əyləşmişdir. Buna səbəb isə Kamil Sultanovun yaxşı bir vəkil tanıdığını və boşanma ilə əlaqədar həmin vəkilə müraciət etməsini ona bildirməsi olmuşdur. Çünki boşanma ilə bağlı əvvəlki vəkili işlərini gecikdirirmiş. Məktublar vaxtlı-vaxtında məhkəməyə getməmişdir. İsa ilə qalmaqalları çox olmuşdur. Onlar çox tez-tez Binəqədi RPİ-nin 43-cü PB-də olurmuşlar. Vəkilin xidmət haqqı pulunu o ödəmişdir. İsa ilə faktiki münasibətləri keçən ilin may ayından yoxdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hal-hazırda Nəsimi rayonu, İnqilab küçəsində yerləşən “Ege” hospitalda tibb bacısı işləyir. Təqsirləndirilən şəxs ilə 2014-cü il tarixdə rəsmi nikah münasibətinə daxil olmuş və bu nikahdan 2 azyaşlı olmaqla övladları olmuşdur. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında olan münasibətlər qaydasında olsa da, sonradan sonuncunun narkotik vasitədən istifadə etdiyini müəyyən etdiyi vaxtdan bir neçə dəfə bu yoldan uzaq durmasını tələb etsə də, İsa onun sözlərinə məhəl qoymamışdır, nəticədə isə İsa ilə aralarında münasibətlər pozulmağa başlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyi üçün sonuncunun əməli barəsində polis qurumuna müraciət etmiş, nəticədə isə Təqsirləndirilən şəxs narkotik vasitədən qanunsuz olaraq istifadə etməsinə görə Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində hökm çıxarılmışdır. Həmin müddətdə isə o, Təqsirləndirilən şəxsla aralarında olan münasibətə son qoymağa qərar vermişdir. Bu məqsədlə o, 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxsla ayrılmağa qərar verərək boşanma məsələsinə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. (cild 1, iş vərəqə 148-149) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. Bununla bağlı əməliyat qrupu yaradılmışdır. Bundan sonra Şahid2la birgə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 8-ci korpusda İsaya yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Binəqədi RPİ-nə dəvət etmişlər. İdarədə təhqiqatçının iştirakı ilə İsanın üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, 2017-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. 2024-cü ilin noyabr ayından isə hazırki vəzifəsində xidmət edir. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtı hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxs üzərindən 04 (dörd) ədəd bükümdə heroin və mobil telefon aşkar edilmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olduqdan sonra ilkin olaraq rəhbərliyə yazılı şəkildə məruzə olunmuşdur. Məlumatın daxil olma saatı, Təqsirləndirilən şəxs saxlanılması, idarəyə gətirən zaman saatın neçə olmasını, hansı qaydada tutduqlarını, evdə yoxsa küçədə saxladıqlarını xatırlamır. Şəxsin üzərinə videoçəkiliş xx.xx.2023-cü il tarixdə keçirilmiş, lakin saatı xatırlamır. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə hansı tarixdə çıxarıldığını və yanında vəkil olub-olmadığını xatırlamır. Şəxsin müdafiəsi üçün vəkil dəvət edilməsi, o cümlədən hüquq və vəzifələrinin izah edilməsi təhqiqatçının vəzifəsidir. Onun istifadəsində olan mobil nömrə ***-***-**-** saylıdır. Əməliyyat tədbiri zamanı üzərində mobil telefonun üzərində olub-olmadığını xatırlamır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Ağdam rayonu, Çəmənli kəndində qeydiyyatda olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 8-ci korpus, fərdi nömrəsiz evdə yaşamış Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq, xx.xx.2023-cü il tarixli qərar qəbul edilməklə Binəqədi RPl-nin rəisi, polis polkovniki İlqar Məmmədov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbiri isə özü və sonuncu ilə birlikdə keçirməyə qərar verilmişdir. Birlikdə xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində yaşadığı ünvan 1 ünvanda olarkən «İsa» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb RPİ-nə aparmışlar. Bu barədə Binəqədi RPİ-də raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin TŞnin təhqiqatçısı polis baş leytenantı Araz Kazımlıya təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd qızılı rəngli kağıza bükülmüş büküm və həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun tünd boz rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 04 ədəd qızılı rəngli kağıza bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərin içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin nə olduğu soruşulduqda sonuncu həmin maddələrin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin maddələri xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında hərəkətdə olarkən ağacın dibindən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən 04 ədəd bükülülər qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. (cild 1, iş vərəqə 110-112) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini tədiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı idarə rəhbərliyinə raportla məruzə olunmuş, o və Ağa Ağazdədən ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:30 radələrində Binəqədi rayonu, mədən 3, korpus 8 istiqamətində daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunu Binəqədi Rayon Polis İdarəsinə dəvət etmişlər. Binəqədi rayon Polis İdarəsində təhqiqatçının otağında vəkilin iştirakı ilə videokamera vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 04 ədəd büküm və 01 ədəd redmi markalı mobil telefon aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, təqsirləndirilən şəxsə o və Şahid1 həmin tarixdə, axşam saat 18:30 radələrində Binəqədi rayonu, mədən 3, korpus 8 ünvanında yaxınlaşmışlar. Onlar İsaya yaxınlaşarkən sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. İsa Polis İdarəsində üzərindən aşkar olunan narkotik vasitəni evin yaxınlığındakı ağacın altından tapdığını bildirmişdir. İsanın şalvarının sağ yan cibindən 04 büküm falqaya bükülmüş halda büküm və mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxslə hər hansı əməliyyatçının şəxsi problemi olması barədə məlumatı yoxdur. Təhqiqatçının otağında şəxsi axtarış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir psixi və fiziki təsir və təzyiq olmamış və belə bir halın şahidi olmamışdır. Şəxsi axtarışa qədər olan hissədə tutulma vaxtı protokollaşdırılıb və müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxsi evinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsin evini təxmini xatırlayır. Təqsirləndirilən şəxs saxladıqları yerlə evinin arası təxminən 70 metr məsafə olarmış. O, şəxsi axtarış zamanı iştirak etmişdir. Şəxsi axtarış zamanı eyni zamanda müdafiəçi də iştirak etmişdir. Əməliyat tədbirində mobil telefondan deyil, yalnız xüsusi rabitə vasitələrindən istifadə edirlər. Həmin vaxt mobil telefon üzərində olmamışdır. İstifadəsində olan mobil nömrə uzun müddətdir ki istifadəsindədir. Ondan başqa həmin tədbirdə Şahid1 olmuşdur. Şəxsi axtarış zamanı isə təhqiqatçı da orada olmuşdur. Şəxsi axtarış təqsirləndirilən şəxs tutulduqdan bir neçə saat sonra olmuşdur. Onlar şəxsi tutmuş və İdarəyə gətirərək təhqiqatçıya təhvil vermişlər. Müdafiəçinin nə vaxt gəldiyini xatırlamır. Şəxsin şalvarının sağ yan cibindən bükümlər aşkar edilmiş, sol yan cibindən isə Redmi markalı mobil telefon aşkar edilmişdir. Həmin vaxt təqsirləndirilən şəxsin əynindəki şalvarın rəngi yadında deyil. Kamil Sultanovu tanımır. Təqsirləndirilən şəxs idarəyə gətirdikləri maşının nömrəsi yadında deyil, ancaq xidməti maşın olmamışdır. İsanın üzərindən dörd ədəd büküm aşkar edilmiş, özünün dediyinə görə heroin olmuşdur. Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə yaxınlaşmışdır. İsanı idarəyə o və Şahid1 gətirmişlər. Onun hər hansı polis əməkdaşının Təqsirləndirilən şəxs yoldaşı ilə bir yerdə olması, həmin polislə Təqsirləndirilən şəxs arasında problem olması ilə bağlı heç bir məlumatı yoxdur. Sadəcə olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Şahid1 və o şəxsə yaxınlaşaraq polis idarəsinə gətirmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Ağdam rayonu, Çəmənli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 8-ci korpus, fərdi nömrəsiz evdə yaşamış Təqsirləndirilən şəxs oglunun cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq xx.xx.2023-cü il tarixli qərar qəbul edilməklə RPİ-nin rəisi, polis polkovniki İlqar Məmmədov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 da həmin qrupa daxil edilmişdir. Qeyd olunan tədbiri isə özü və sonuncu ilə birlikdə keçirməyə qərar vermişdir. Birlikdə 21 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində ünvan 5 ünvanın yaxınlığında olarkən İsanın zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özümüzü təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona üzərində narkotik vasitə gəzdirməsi və satışında şübhəli olduğunu deyərək sonuncunu saxlayıb RPİ-nə aparmışlar. Bu barədə RPİ-nin rəisinin adına raport tərtib edərək, RPİ-nin rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı polis baş leytenantı Araz Kazımlıya təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə ekspert-kriminalist X6 dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqlan izah edilməklə, hər birinin iştirakı ilə videoçəkiliş aparılmaqla saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd qızılı rəngli kağıza bükülmüş bükümləri və həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bükümləri açmaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs içərisində qəhvəyi rəngli maddə olan bükümlərin narkotik vasitə herion olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında hərəkətdə olarkən ağacın dibindən tapdığını qeyd etmişdir. Sonra ondan aşkar edilmiş 01 ədəd büküm boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən və saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalandı. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. (cild 1, iş vərəqə 113-115) Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə günorta saat təxminən 12:20 radələrində polis əməkdaşı evlərinin qapısını döymüş və İsanı axtardığını bildirmişdir. O İsanın evdə olmadığını demişdir. O polisdən nə səbəbə gəldiyini soruşanda, rəisi tərəfindən göndərildiyini, İsa ilə işləri olduğunu bildirmişdir. O, polisdən nəyə görə İsanın özünə zəng vurmayıb evə gəldiyini soruşanda polis İsanın telefonları açmadığını demişdir. İsa həmin gün axşam 18 radələrində evə gəlmişdir. O, İsaya polis əməkdaşlarının gəlməsi barədə heç bir şey deməmişdir. Saat 18:35 radələrində İsa evdən çıxmış və həmin gün gecə evə gəlməmişdir. Səhəri gün axşam atası İsanın tutulubtutulmamasını öyrənmək üçün Baş Polis İdarəsinə getmiş və sonuncunun orada olmadığını demişlər. Növbəti gün atası axşam İsanı 4-cü Polis Bölməsində axtarmış, lakin İsanın 4-cü Polis Bölməsində də olmadığı deyilmişdir. Üçüncü gün Binəqədi Rayon Polis İdarəsinə gedəndə İsanın Binəqədi RPİ-də olduğunu öyrənmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, evə gələn polis əməkdaşının haradan gəlməsi barədə məlumatı yoxdur. Polis evə gələn zaman saat təxminən 12:20 radələri olarmış. İsanın narkotik vasitə istifadə etdiyini eşitmiş, lakin görməmişdir. Bu barədə İsa özü heç nə deməmişdir. Əvvəllər İsa oğurluqla bağlı tutulmuş və məhkəmədə şahid qismində iştirak etmişdir. İsanın evdə narkotik vasitə istifadə etdiyini görməmişdir. İsa və həyat yoldaşının arasında yalnız ailə daxili mübahisələrin olduğunu eşitmiş və bununla bağlı oğlunun kimlərsə tərəfindən çağırıldığını eşitməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda göstərilmişdir ki, orta boylu, təxminən 30-35 yaşlarında olan “İsa” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli əməliyyat qrupunun yaradılması barədə protokoldan görünür ki, “İsa” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Binəqədi RPİ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:30-da Bakı şəhəri Binəqədi rayonu, 3-cü mədən, korpus 8 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-ə gətirilmişdir. (Cild 1, iş vərəqə 7) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 18:30-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 17-18) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd qızılı rəngli kağıza bükülmüş büküm və həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun tünd boz rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 04 ədəd qızılı rəngli kağıza bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərin içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin nə olduğu soruşulduqda sonuncu həmin maddələrin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin maddələri xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında hərəkətdə olarkən ağacın dibindən tapdığını bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunulmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 25, 29-30) Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4981 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-172” dairəvi möhür əksləri “...Şübhəli şəxsin üzərindən aşkar olan bükümlər...” sözləri, soyad və imzalar olan bir ədəd zərfdə 04 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,971 qram, 1,001 qram, 1,232 qram, 0,685 qram ümumi təmiz çəkiləri 3,889 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildirlər. Qeyd: heroinin ümumi çəkisi 3,889 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 3,689 qram. (Cild 1, iş vərəqə 36-40) Şübhəli şəxsin müvəqqəti saxlama yerindən çıxarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. (cild 1, iş vərəqə 53-54) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 57-59) xx.xx.2023-cü il tarixli videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı polis baş leytenantı Araz Kazımlı Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd qızılı rəngli kağıza bükülmüş büküm və həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun tünd boz rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 04 ədəd qızılı rəngli kağıza bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərin içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin nə olduğu soruşulduqda sonuncu həmin maddələrin narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin maddələri xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında hərəkətdə olarkən ağacın dibindən tapdığını bildirmişdir. Bundan sonra büküm olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır. (cild 1, iş vərəqə 67-68) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-991/2023 saylı qərardan (hakim: A.Ə.Rzayev) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (örd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 81-84) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 88-97) Telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 109) Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 6855 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 117-118) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3- 16/2-943/2023 saylı məktubdan, məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 00:01-dən 22 sentyabr 2023-cü il saat 00:01-dək olan hərəkət trayektoriyası barədə elektron nəzarət sistemindən çıxarışlardan və həmin çıxarışlara baxış keçirilməsi haqqında 05 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, X1 21 sentyabr 2023-cü il saat 00:00-dan 22 sentyabr 2023-cü İİ saat 00:00-dək olan müddət ərzində nəzərdə tutulan zaman intervalı öz əksini tapmışdır. Birinci çıxarışa baxış keçirilən zaman müəyyən edildi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il saat 00:00-dan 21 sentyabr 2023-cü il saat 08:00-dək olan müddət ərzində hərəkət trayektoriyası hərəkətsiz şəkildə olmuşdur, yəni qeyd olunan zaman intervalında sonuncu yaşadığı evində olmuşdur. İkinci çıxarışa baxış keçirilən zaman müəyyən edildi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il saat 08:00-dan 21 sentyabr 2023-cü il saat 09:00-dək olan müddət ərzində hərəkət trayektoriyası yaşadığı ünvandan Boksol yolu istiqamətində olmuşdur. Üçüncü çıxarışa baxış keçirilən zaman müəyyən edildi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il saat 09:00-dan 21 sentyabr 2023-cü il saat 10:00-dək olan müddət ərzində hərəkət trayektoriyası Səbail rayonu, Parlament prospekti yaxınlığında olmuşdur. Dördüncü çıxarışa baxış keçirilən zaman müəyyən edildi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il saat 10:00-dan 21 sentyabr 2023-cü il saat 15:00-dək olan müddət ərzində hərəkət trayektoriyası eyni ünvanda, yəni Səbail rayonu, Parlament prospekti yaxınlığında olmuşdur. Beşinci çıxarışa baxış keçirilən zaman müəyyən edildi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il saat 09:00-dan 21 sentyabr 2023-cü il saat 10:00-dək olan müddət ərzində hərəkət trayektoriyası sonuncunun yaşadığı ünvandan Səbail rayonu, Parlament prospekti yaxınlığında hərəkətdə olması daha aydın görünmüşdür. Altıncı çıxarışa baxış keçirilən zaman müəyyən edildi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il saat 16:00-dan 21 sentyabr 2023-cü il saat 17:00-dək olan müddət ərzində hərəkət trayektoriyası Səbail rayonu, Parlament prospektindən yaşadığı ev istiqamətində olmuşdur. Yeddinci çıxarışa baxış keçirilən zaman müəyyən edildi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il saat 17:00-dan 21 sentyabr 2023-cü il saat 17:30-dək olan müddət ərzində hərəkət trayektoriyası yaşadığı evdə olduğunu göstərmişdir. Səkkizinci çıxarışa baxış keçirilən zaman müəyyən edildi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il saat 17:30-dan 21 sentyabr 2023-cü il saat 19:00-dək olan müddət ərzində hərəkət trayektoriyası yaşadığı evdən Binəqədi RPİ-nin yerləşdiyi ünvan istiqamətində olmuşdur. Doqquzuncu çıxarışa baxış keçirilən zaman müəyyən edildi ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il saat 19:00-dan 22 sentyabr 2023-cü il saat 00:00-dək olan müddət ərzində hərəkət trayektoriyası Binəqədi RPİ-nin yerləşdiyi ünvanda olduğu göstərilmişdir. (cild 1, iş vərəqə 119-127) CD diskə baxış keçirilməsi haqqında 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-ə məxsus nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və həmin nömrədən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenlər cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərin anket məlumatların və SMS-lərin açıqlanmış mətnləri köçürülmüş və "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hal və ya mesajlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 129) Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid2 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 140-143) Ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2023-cü il tarixli, 3478 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl və ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Buna görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild 1, iş vərəqə 183-184) CD diskə baxış keçirilməsi haqqında 25 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-ə məxsus nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və həmin nömrədən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenlər cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərin anket məlumatların və SMS-lərin açıqlanmış mətnləri köçürülmüş və "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hal və ya mesajlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 186) CD diskə baxış keçirilməsi haqqında 26 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-ə məxsus nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və həmin nömrədən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antenlər cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərin anket məlumatların və SMS-lərin açıqlanmış mətnləri köçürülmüş və "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hal və ya mesajlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 190) Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid1 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 196-199) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınması haqqında 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik maddələri əldə etdiyi istintaqa məlum olmayan mənbə barəsində ********* nömrəli cinayət işindən AR CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca nömrə altında cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ümumi təmiz çəkisi 3,889 qram (qalıq 3,689 qr) narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsində göstərilən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilməsi Təqsirləndirilən şəxs əməlində müəyyən edilmədiyi üçün ona həmin qeyd aid edilməmiş, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadəsində həyat yoldaşının başqa şəxslə münasibətdə olması, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona aid olmaması, ona qarşı şər və böhtan atılmasını bildirməsi cinayət işi üzrə faktla bağlı əsaslı olmadığından rədd edilmişdir. (cild 1, iş vərəqə 204- 215) Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması haqqında 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik maddəni satan şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 217-218) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 130928-21-1/3-14711-10 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 06 gün hissəsini çəkmiş və çəkilməmiş cəza 01 il 05 ay 20 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2024-cü il tarixli, 7/1664 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(101)- 1381/2024 nömrəli cinayət işinin 1-ci cildinin 9-cu vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs yazısı: 11-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs " yazısı; 16-cı vərəqində olan xx.xx.2023-cü il tarixli "müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi haqqında" protokolda "Şübhəli şəxs: qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 17-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında" qərarda "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 18-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 19-cu vərəqində olan xx.xx.2023-cü il tarixli "etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında" protokolda "Şübhəli şəxs: qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 20-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 21-22-ci vərəqlərində olan "Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqinin sonundakı imza və 2-ci vərəqində "Şübhəli şəxs" grafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 23-24-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "İnsan hüquqlarının və əsas azadlıqlanının müdafiəsi haqqında" Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında" protokolun 1-ci vərəqinin sonundakı imza və 2-ci vərəqində Şübhəli şəxs:" grafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 23-24-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" qərarın 1-ci vərəqində olan imza və 2-ci vərəqində olan "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 25-26-cı vərəqlərində olan xx.xx.2023-cü tarixli qərarın 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 27-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 28-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda "1.Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 29-30-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" protokolun 1-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı və həmin vərəqin aşağı hissəsində soldan sağa doğru 2-ci imza, 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 31-32-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 2-ci vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 34-cü vərəqində olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "Bəxti Yarov isa" yazısı; 41-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "BəxtiYa.rov isa" yazısı; 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 49-cu vərəqində olan xx.xx.2023-cü il tarixli "şübhəli şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 50-51-52-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsi dindirilmə" protokolunun 1-ci vərəqində olan 2 ədəd imza, 2-ci vərəqin sonundakı imza, 3-cü vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 53-54-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsin müvəqqəti saxlamayerindən çıxarılması haqqında" qərarın 2-ci vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 55-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs qrafasındakı imza; 57-58-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında" qərarın 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 60-61-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında" bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 62-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə" protokolda şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 63-64-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında" protokolun 1-ci vərəqinin sonundakı imza və 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 65-66-cı vərəqlərində olan xx.xx.2023-cü il tarixli "Təqsirləndirilen şəxsin dindirilməsi" protokolun 1-ci vərəqindəki imzalar, 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 67-68-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə" protokolun 1-ci vərəqində "İştirakçı: Təqsirləndirilən şəxs" qrafasındakı imza, həmin vərəqin aşağı hissəsində soldan 1-ci imza, 2-ci vərəqində "İştirakçı: X4 qrafasındakı imza; 71-ci və 74-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "ekspertiza keçirilməsi barədə qərarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında" protokollarda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafalarındakı imzalar, 81-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması barədə" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 135-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 136-cı vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 137-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "Ekspert rəyinin təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 138-139-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsin əlavə dindirilməsi" protokolun 1-ci vərəqinin orta hissəsində "TəksiRli bilmirəm" yazılan, həmin yazıların aşağı hissəsindəki imza, həmin sənədin aşağı hissəsindəki imza, 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs qrafasındakı imza; 193-cü vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza: 194-cü vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs qrafasındakı imza; 195-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "Ekspert rəyinin təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 220-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "İbtidai istintaqın qurtarması barədə teqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 221-222-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları tanış etmək haqqında" protokolun birinci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində "təqsirləndirilən şəxs: “X12 oglu” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmusdur.
2. Ekspertizaya təqdim edilmiş, 25-26-cı vərəqlərində olan xx.xx.2023-cü tarixli qərarın 1-ci vərəqinin aşağı hissəsindəki imza və 31-32-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 1-ci vərəqində "İmza: Təqsirləndirilən şəxs" qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Tural və xx.xx.2017-ci il təvəllüdlü Zəhra adlı uşaqların atası Təqsirləndirilən şəxsdur.
Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən onun ailəsi ilə bağlı polislə problemləri olduğunu, arvadı ilə polis əməkdaşlarından birinin münasibəti olduğunu, lakin bu münasibəti sübut edə bilmədiyini, gecələr onu polis şöbəsində saxladıqlarını, gündüzlər isə buraxdıqlarını, arvadını həmin polis əməkdaşı ilə birlikdə tutduğunu, ona görə həmin polis əməkdaşından DİN-nin 102 xidməti-zəng mərkəzinə şikayət etdiyini, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinə gedərək ifadə verdiyini, həmin ərəfədə arvadının boşanmaq üçün ərizə verdiyini, ona polis bölməsindən zənglərin gələrək şikayət etməməsi barədə xəbərdarlıq edildiyini, haqlı ikən haqsız duruma düşəcəyi, həmin polis əməkdaşının atasının general olduğunu, onunla bacara bilməyəciyini, bundan başqa həmin polisin 4 uşağı olduğunu, şikayətini geri götürməsi ilə bağlı xəbərdarlıq edildiyini, sonralar həmin polisin işdən çıxarılmasını eşitdiyini, öz qızını almaqla bağlı bir çox yerə müraciət etdiyini, 21 sentyabr 2023-cü il tarixdə axşam məhlələrində qapının qarşısında olan zaman 4 nəfər polis əməkdaşının gələrək qızını arvadından almaqla bağlı rəisin ona kömək edəcəyini bildirdiklərini, buna görə bölməyə getməli olduqlarını və orada şikayət yazaraq sənədlərə imza etməli olduğunu bildirdiklərini, bölmədə 15-20 nəfər polis əməkdaşının ona narkotik vasitə istifadə etməsini bildirdiklərini, polislərin ona narkotik vasitə verəcəklərini və həmin maddəni cibinə qoymalı olduğunu bildirdiklərini, bu zaman polislərə yalvararaq belə etməmələrini, polislər isə rəisin tapşırığı olduğunu bildirdiklərini, polislərin ona 03 üç kiloqram narkotik vasitə ilə çəkiliş etdiklərini, daha sonra ya 03 (üç) ya da 05 (beş) qram narkotik vasitə ilə çəkiliş edildiyini, guya həmin maddələri o ağacın dibindən tapdığını, 2 gün əli qandallı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində və 2 gün də Binəqədi rayon polis idarəsində ac-susuz qaldığını, ona məxsus olmayan narkotik vasitələri boynuna götürməyinə səbəb polislərin həmin maddələri onun evindən videoçəkilişlə çıxaracaqlarını bildirmələri ilə hədələmələri olduğunu, üzərindən çıxan narkotik vasitənin ona məxsus olmadığını, polislər tərəfindən şərləndiyini, vəkilin gecə saatlarında, videoçəkilişdən sonra gəldiyini, narkomaniyadan əziyyət çəkmədiyini və məcburi müalicəyə ehtiyacının olmadığını, ekspertiza rəyinin müstəntiq tərəfindən dəyişdirildiyini, tutulan zaman polis əməkdaşları Şahid1 və Şahid2 orada olmadığını, ona başqa şəxslərin yaxınlaşdığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini, lakin psixi təzyiqlər olduğunu bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlarla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportla müəyyən edilmişdir ki, etimad doğuran, qərəzsiz mənbədən orta boylu, təxminən 30-35 yaşlarında olan “İsa” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmçinin, xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və həmin tarixli əməliyyat qrupunun yaradılması barədə protokolla müəyyən edilmişdir ki, “İsa” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Binəqədi RPİ-nin əməkdaşları Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan başqa cinayət işi üzrə dindirilmiş şahidlər (polis əməkdaşları) Şahid1 və Şahid2 ifadələrində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, bununla bağlı idarə rəhbərliyinə raportla məruzə olunaraq Şahid2 və Ağa Ağazdədən ibarət tərkibdə əməliyyat qrupu yaradıldığını, həmin tarixdə, saat 18:30 radələrində Binəqədi rayonu, mədən 3, korpus 8 istiqamətində daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığını, sonuncunu Binəqədi Rayon Polis İdarəsinə dəvət etdiklərini, Binəqədi rayon Polis İdarəsində təhqiqatçının otağında videokamera vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 04 ədəd büküm və 01 ədəd redmi markalı mobil telefon aşkar edilyini, Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə olan heroin olduğunu bildirdiyini, hər hansı polis əməkdaşının Təqsirləndirilən şəxs yoldaşı ilə bir yerdə olması, həmin polislə Təqsirləndirilən şəxs arasında problem olması ilə bağlı heç bir məlumatlarının olmadığını, Kamil Sultanovu tanımadıqlarını bildirmişlər. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən heç bir psixi və fiziki zorakılıq edilmədiyini və belə halın şahidi olmadıqlarını bildirmişlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntüsü olan DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı polis baş leytenantı Araz Kazımlı Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd qızılı rəngli kağıza bükülmüş büküm və həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirir. Ondan sonra onun tünd boz rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmur. Ondan üzərindən aşkar olunmuş 04 ədəd qızılı rəngli kağıza bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərin içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin nə olduğu soruşulduqda sonuncu həmin maddələrin narkotik vasitə olan “heroin” olduğunu bildirir və o, həmin maddələri xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında hərəkətdə olarkən ağacın dibindən tapdığını bildirir. Bundan sonra büküm olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatır. Həmin şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. İbtidai istintaq zamanı ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə iş üzrə şahidlər Şahid2 və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid2 və Şahid1 ifadələrində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı psixi təsir edilməsinə və üzərindən aşkar edilmiş narkotik vasitənin polislər tərəfindən şərlənərək üzərinə qoyulmasına, həmçinin onu polis əməkdaşları Şahid1 və Şahid2 saxlamadığını, başqa şəxslərin ona yaxınlaşaraq tutduqlarına dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı psixi təzyiqə məruz qalmasına və üzərindən aşkar edilmiş narkotik vasitənin polislər tərəfindən üzərinə qoyulması ilə bağlı məlumat verməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs saxlanılan zaman və bundan sonra polis əməkdaşları tərəfindən ona psixi təsir edilərək narkotik vasitənin onun boynuna qoyulması yuxarıda sadalanan sübutların məcmusuna əsasən məntiqi görünmür. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis idarəsində olan zaman vəkilin gecə saatlarında, videoçəkiliş aparıldıqdan sonra gəldiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:30-da saxlanılaraq Binəqədi RPİ-nə gətirilmiş, həmin tarixdə ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmiş, Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısının müvafiq qərarı ilə müdafiəçi dəvət edilmiş, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 xx.xx.2023-cü il tarixli, 2471 saylı orderi təqdim edərək Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməyə başlamış, həmin tarixdə, saat 19:40-da Təqsirləndirilən şəxs hüquqları izah edilməklə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ərizə verərək vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və həmin ərizə Təqsirləndirilən şəxs tərəfindən şəxsən imza edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində narkomaniyadan əziyyət çəkmədiyini, məcburi müalicəyə ehtiyacının olmadığını və ekspertiza rəyinin müstəntiq tərəfindən dəyişdirildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, işdə olan Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 6855 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa Təqsirləndirilən şəxs müdafiəçisi vəsatət verərək bildirmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə idarəyə apardıqdan sonra 22 sentyabr 2023-cü il tarixdə guya onu buraxmışlar. Lakin İsa Təqsirləndirilən şəxs həmin vaxt buraxılmadığını, Binəqədi RPİ-nin 5-ci PB-nə aparıldığını, orada qanunsuz saxlanılmasını bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı onun müdafiəçisi olan Vüsal Eldarov və təqsirləndirilən şəxsi tutan polis əməkdaşlarının Binəqədi rayon Polis İdarəsindən və Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə daxil olub-olmamaları, daxil olublarsa hansı saatlarda daxil olmalarını müəyyənləşdirmək məqsədilə Binəqədi RPİ-dən və Binəqədi RPİ-nin 5-ci PB-dən giriş-çıxışın qeydiyyat jurnalı xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək dövrlərə baxış keçirilməsi üçün sorğu göndərilməsini məhkəmədən xahiş etmiş, işin tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək müvafiq sorğular göndərilmiş və müdafiəçinin vəsatətdə göstərdiyi xüsusatlar cinayət işinin materialları ilə təkzib edilərək öz təsdiqini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi yazılı vəsatət verərək cinayət işində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundakı hər iki səhifədəki imzalar, xx.xx.2023-cü il tarixli DVD-R viudeoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldakı imzalar, ekspertiza keçirilməsi haqqında qərarla təqsirləndirilən şəxsi tanış etmə haqqında protokoldakı imza, xx.xx.2023-cü il tarixli ekspertiza keçirilməsi barədə qərarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda, ekspert rəyinin təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan edilməsi barədə protokoldakı imza, ekspert rəyinin təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan edilməsi haqqında xx.xx.1023-cü il tarixli protokol, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldakı imza, cinayət işi ilə tanış olma haqqında xx.xx.2023-cü il tarixli sənəddəki imzaların, daha sonra isə məhkəmə iclasındakı çıxışında cinayət işinin materiallarında olan bütün sənədlərdəki imzaların X5 məxsus olub olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsini məhkəmədən xahiş etmiş, işin tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2024-cü il tarixli, 7/1664 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(101)-1381/2024 nömrəli cinayət işinin 1-ci cildinin 9-cu vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs yazısı: 11-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "Bəxtiyarov İso" yazısı; 16-cı vərəqində olan xx.xx.2023-cü il tarixli "müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi haqqında" protokolda "Şübhəli şəxs: qrafasındakı imza və "Bextiyarov İsa" yazısı; 17-ci verəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında" qərarda "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 18-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "Bextiyarov İsa" yazısı; 19-cu vərəqində olan xx.xx.2023-cü il tarixli "etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında" protokolda "Şübhəli şəxs: qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 20-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "Bextiyarov İsa" yazısı; 21-22-ci vərəqlərində olan "Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqinin sonundakı imza və 2-ci vərəqində "Şübhəli şəxs" grafasındakı imza və "Bextiyarov İsa" yazısı; 23-24-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "İnsan hüquqlarının və əsas azadlıqlanının müdafiəsi haqqında" Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında" protokolun 1-ci vərəqinin sonundakı imza və 2-ci vərəqində Şübhəli şəxs:" grafasındakı imza və "Bextiyarov isa" yazısı; 23-24-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" qərarın 1-ci vərəqində olan imza və 2-ci vərəqində olan "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 25-26-cı vərəqlərində olan xx.xx.2023-cü tarixli qərarın 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 27-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 28-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda "1.Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 29-30-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" protokolun 1-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı və həmin vərəqin aşağı hissəsində soldan sağa doğru 2-ci imza, 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazısı; 31-32-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 2-ci vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 34-cü vərəqində olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "Bəxti Yarov isa" yazısı; 41-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında" protokolda "Şübhəli şəxs:" qrafasındakı imza və "BəxtiYa.rov isa" yazısı; 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 49-cu vərəqində olan xx.xx.2023-cü il tarixli "şübhəli şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 50-51-52-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsi dindirilmə" protokolunun 1-ci vərəqində olan 2 ədəd imza, 2-ci vərəqin sonundakı imza, 3-cü vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 53-54-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "Şübhəli şəxsin müvəqqəti saxlamayerindən çıxarılması haqqında" qərarın 2-ci vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 55-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs qrafasındakı imza; 57-58-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında" qərarın 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 60-61-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında" bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 62-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə" protokolda şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 63-64-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında" protokolun 1-ci vərəqinin sonundakı imza və 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 65-66-cı vərəqlərində olan xx.xx.2023-cü il tarixli "Təqsirləndirilen şəxsin dindirilməsi" protokolun 1-ci vərəqindəki imzalar, 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 67-68-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli "DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə" protokolun 1-ci vərəqində "İştirakçı: Təqsirləndirilən şəxs" qrafasındakı imza, həmin vərəqin aşağı hissəsində soldan 1-ci imza, 2-ci vərəqində "İştirakçı: X4 qrafasındakı imza; 71-ci və 74-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli "ekspertiza keçirilməsi barədə qərarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında" protokollarda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafalarındakı imzalar, 81-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması barədə" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 135-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: X4" qrafasındakı imza; 136-cı vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 137-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "Ekspert rəyinin təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 138-139-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsin əlavə dindirilməsi" protokolun 1-ci vərəqinin orta hissəsində "TəksiRli bilmirəm" yazılan, həmin yazıların aşağı hissəsindəki imza, həmin sənədin aşağı hissəsindəki imza, 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs qrafasındakı imza; 193-cü vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza: 194-cü vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs qrafasındakı imza; 195-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "Ekspert rəyinin təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 220-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "İbtidai istintaqın qurtarması barədə teqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 221-222-ci vərəqində olan xx.xx.2023-cü il tarixli "təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları tanış etmək haqqında" protokolun birinci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oglu” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmusdur.
2. Ekspertizaya təqdim edilmiş, 25-26-cı vərəqlərində olan xx.xx.2023-cü tarixli qərarın 1-ci vərəqinin aşağı hissəsindəki imza və 31-32-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 1-ci vərəqində "İmza: Təqsirləndirilən şəxs" qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd edilən ekspertiza rəyində şərh olunanlar cinayət işinin 1-ci cildinin 31-32-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq cinayət işinin 1-ci cildinin 31-32-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın doğruluğunu və mötəbərliyini şübhə altına alır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, cinayət işinin 1-ci cildinin 31-32-ci vərəqlərində olan izahatı mötəbər sübut hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət işinin 1-ci cildinin 31-32-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahat Təqsirləndirilən şəxs tərəfindən imza edilmədiyi üçün sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi olmadan külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin ittihamı bütünlükdə mübahisələndirdiyi hissədəki ifadələrini, onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, şahidlərin ifadələri, üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, 04 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,971 qram, 1,001 qram, 1,232 qram, 0,685 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 3,889 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda ibtidai istintaqın ilkin dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda ümumi təmiz çəkisi 3,889 qram kustar üsulla hazırlanmış narkotik vasitə aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs həm şəxsi axtarış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri satış məqsədi olmadan əldə etməsinə və əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən hal kimi himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1.1ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 1, iş vərəqə 88-97) Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə azad olunmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun faktiki tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 21 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 206 (iki yüz altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Binəqədi rayon Polis İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3.689 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs X2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon Polis İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3.689 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 206 (iki yüz altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. .
Sədrlik edən hakim Fəxri Məmmədov
Hakimlər Anar Sadıqov
Mahirə Kərimova