Məhkəmə qərarları › İş №1(101)-1381/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1381/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1381/2025 22.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X8 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsində kirayədə yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “İra” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, “İra” adlı şəxslə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan təmiz çəkisi 2970 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə “İra” adlı şəxsin ona bildirəcəyi ünvanlara çatdırmaqdan ötrü əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yanvar 2025-ci il tarixdə saat 03:50 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında narkotik vasitələrin satış məqsədi ilə qanunsuz əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli şəxs qismində saxlanılaraq həmin yerdə üstünün yoxlanılması zamanı əlində olan 01 ədəd sellofan bağlamanın içərisində təmiz çəkisi 2970 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, “kakos” istifadə etmiş, hətta istifadəçi olduğu üçün 2 dəfə məhkumluğu da olmuşdur. Hadisə günü 1 qram “kakos” almaq üçün Bakıxanov qəsəbəsi, “Furqan” restoranının yanına getmişdir. Həmin narkotik vasitəni “İra” adlı İran İslam Respublikası vətəndaşı qadından alacaqmış. Onun “İra”ya 380 manat borcu olmuşdur. Belə ki, əvvəllər o, “İra”dan üç dəfə metamfetamin, “kakos” almış, amma pulunu ödəməmişdir. Borcu gecikdirdiyi üçün “İra” da ondan 13-cü Polis bölməsinə şikayət etmişdir. Beləliklə, ünvana çatan kimi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxlayan zaman CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürəcəklərini demişlər. O da məcbur qaldığı üçün polis əməkdaşlarının hər dediyinə inanmış, razılaşmışdır. Hadisə günü iki dəfə videoçəkiliş aparılmışdır. Belə ki, birinci çəkilişdən sonra onu bölməyə aparmışlar. Rəis videogörüntülərə baxan zaman düzgün olmadığını demişdir. Onu saxlayan polis əməkdaşlarından biri gənc imiş, təzə işə başlamışdır. Buna görə də, videoçəkiliş zamanı narkotik vasitə olan sellofan torbanı öz əlində saxlamışdır. Rəis də videoçəkiliş zamanı sellofan torbanın onun əlində olmalı olduğunu bildirib yenidən çəkiliş aparılmasını tələb etmişdir. Beləliklə, bölmədə yenidən videoçəkiliş aparılmışdır. Çəkiliş zamanı təqdim olunan narkotik vasitələrin ona aid olduğunu qəbul etmişdir, çünki məcbur qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onun heç bir zaman satış məqsədi olmamışdır. Sadəcə istifadəçi olmuşdur. İttiham aktında yazılanların hamısı təhqiqatçının öz təxəyyülüdür. O, 1 qram “kakos”u “Furqan” restoranının yaxınlığındakı ərazidən təhvil almalı imiş. Həmin küçənin adı yadından çıxmışdır. O, ünvana çatan kimi polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman əlində heç bir bağlama olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra 5 addımlıq məsafədə ağacın arxa tərəfindən sellofan torba çıxarmışlar. O, sellofan torbanı görən kimi etiraz etmişdir. Hətta polis əməkdaşlarına 1 qram “kakos” üçün gəldiyini də bildirmişdir. Polis əməkdaşlarına “İra” adlı qadınla yalnız şəxsi istifadəsi üçün olan narkotik vasitə almaq məqsədi ilə danışdığını, satış məqsədinin olmadığını bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə heroindən inyeksiya ilə vena daxilinə vurmaq yolu ilə istifadə edir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iki dəfə məhkum edilmiş, 2023-cü ildə həbsdən azad edilmiş və həbsdən azad edildikdən sonra yenidən narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün internet şəbəkəsində özünü “İra” kimi təqdim edən İran İslam Respublikası vətəndaşı olan şəxslə tanış olmuş, həmin şəxslə “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə əlaqə yaradanda iranlı ona onun üçün narkotik vasitə marixuana göndərə biləcəyini, onun həmin marixuananı iranlının ona deyəcəyi ünvanlara qoyduqdan sonra ona 1000 (min) manat pul göndərəcəyini bildirmişdir. Belə ki, 19 yanvar 2025-ci il tarixdə axşam saatlarında həmin İran İslam Respublikası vətəndaşı olan “İra” adlı şəxslə yenidən əlaqə saxlayanda iranlı ona Bakı şəhəri ərazisində bir yerə 3 kiloqram narkotik vasitə marixuana qoyacağını, həmin yerin məkanını “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə ona ona göndərəcəyini, onun da həmin narkotik vasitəni götürüb sonuncunun dediyi ünvanlara qoyduqdan sonra qoyduğu yerlərin məkanının şəklini çəkib “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə iranlıya göndərəcəyini, bunun müqabilində ona dediyi kimi 1000 manat pul göndərəcəyini bildirmişdir. 20 yanvar 2025-ci il tarixdə gecə saatlarında İran İslam Respublikası vətəndaşı olan “İra” adlı şəxs narkotik vasitənin qoyulduğu yerin məkanını ona göndərmiş, o da həmin narkotik vasitəni götürmək üçün Bakıxanov qəsəbəsində yerləşən “Furqan” restoranının yaxınlığına gəlmiş və məkanda göstərilən yerdən sellofan torbaya qoyulmuş narkotik vasitə marixuananı götürmüş və həmin yerdən uzaqlaşmaq istəyəndə üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib videoçəkilişlə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlamazadan əvvəl polis əməkdaşları ona üzərində qanunla qadağan edilmiş hər hansı maddə, əşya və ya predmet olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O da bu zaman əynindəki tünd göy rəngli şalvarın sağ arxa cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmçinin əlində saxladığı sellofan torbanı da polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları əlində olan sellofan torbaya baxış keçirərək içərisindəki narkotik vasitəni aşkar edərək götürmüşlər. Polis əməkdaşları üstünü yoxlayan zaman qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə aparmışlar. Orada təhqiqatçı tərəfindən üstü yoxlanılan zaman aşkar edilmiş 01 ədəd mobil telefon və 01 ədəd sellofan torbada olan narkotik vasitə marixuana götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən ona şübhəli şəxs kimi tutulmağı barədə qərar elan edilmiş və hüquq və vəzifələri elan edilməklə müdafiə hüququnun təmin edilməsi üçün vəkil dəvət edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Həmçinin, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq edərək əlavə ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını bir daha göstərmiş və xx.xx.2024-cü il tarixdə +99***-***-**-** saylı mobil nömrədən +99***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Qaqaw yazda mene wpapp atmisan blokanyaza bilmirem veziyyetim yaxwi deyil lomkadayam”, “Ay qaqaw 25 manat pul var bir acc bir kelme dedee yeke oğlansan”, xx.xx.2024-cü il tarixdə 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “15daş”, xx.xx.2024-cü il tarixdə 99***-***- **-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Salam zaur necesen menem orxan qaqas mene tecili Familin nomrssi lazidmi atda mene xaiw eliyirem”, “Qaqass iranli var idiye onun nomresi atda mene zaurr”, “Qaqass famil var idiyr iranli onun nomresi at mene”, xx.xx.2025-ci il tarixdə 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Mehlevıze gırende su pacakınun uste qoydum salgetkada” məzmunlu sms-lərlə tanış olaraq bildirmişdir ki, ***- ***-**-** nömrənin kimə məxsus olmasını xatırlamır, ola bilər ki, kimsə onu tanıyan narkomanlardan biri ağrıda lomkada olmasına görə, ondan özünə narkotik vasitə alan zaman, onu da ağrıdan çıxarmağı üçün narkotik tapmağını xahiş edir. Digər nömrələrdən +99***-***-**-**, +99***-***-**-** və +99***-***-**-** saylı abonent nömrələrinin də sahiblərini indi xatırlamır, həmin mesajlarda danışdığı şəxslərdən ola bilər ki, narkotik istəmiş, lakin, onlara heç vaxt natkotik vasitə və ya psixotrop maddə satmamış, nə də ki, İranlı hər hansı şəxslə ona müraciət edən şəxsləri əlaqələndirməmişdir (cild 1, iş vərəqi, 139-141). İfadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, elan olunmuş ifadədini təsdiq etmir, lakin protokoldakı yazılar və imzalar ona məxsusdur. Əməliyyatçılar tərəfindən fiziki təzyiqlərə məruz qaldığı, döyüldüyü üçün onların hər dediyinə razı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin daşınması, saxlanılması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə olunduqdan sonra o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 20 yanvar 2025-ci il tarixdə, saat təxminən 4-ə işləmiş Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tərəflərindən saxlanılmışdır. Saxlanıldıqdan sonra hadisə yerində şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Zaur əlindəki sellofan bükümdə olan marixuananı könüllü şəkildə onlara təqdim etmiş, həmin narkotik vasitəni “İra” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, 1000 manat müqabilində həmin şəxsin dediyi ünvanlara yerləşdirəcəyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs marixuana istifadəçisi olmuşdur. Saxlanılan zaman da həmin narkotik vasitələri 1000 manat müqabilində ona deyilən ünvanlara yerləşdirəcəyini demişdir. Təqsirləndirilən şəxs əlindəki sellofan bükümdə 3 kiloqram çəkiyə yaxın qurudulmuş marixuana olmuşdur. Zaur həmin narkotik vasitəni “İra” adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitəni təhvil alıb uzaqlaşarkən saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şəxsə qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Saxanılan zaman narkotik vasitə Təqsirləndirilən şəxs əlində olmuşdur. Onlar Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə yerləşdirməmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə gəzdirməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 20 yanvar 2025-ci il tarixdə, saat 03:50 dəqiqədə ünvan 5 ünvanında saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol arxa cibindən 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefonu və əlində olan göy rəngli bonita yazısı qeyd olunmuş sellofan paketin içərisində olan yaşıl rəngii narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı əlavə heç nə aşkar olunmamışdır. Sonra qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmiş və həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Xiaomi” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni özünü “İra” kimi təqdim edən İran İslam Respublikası vətəndaşı şəxs vasitəsi ilə 6- 7 saat öncə Sabunçu rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini və qarşılığında 1000 AZN (min manat) pul alacağını bildirmişdir. Üstünü yoxlama ünvan 5 ünvanında keçirilmişdir. Üstünü yoxlama zamanı “İphone” markalı videokamera vasitəsi ilə Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 tərəfindən videoçəkiliş aparılmışdır (cild 1, iş vərəqi 9-11). - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 20 yanvar 2025-ci il tarixində, saat 03:50-də ünvan 4 ünvanında daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları narkotik maddələrin dövriyyəsində şübhəli bilinən “Zaur” adlı şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, onun üzərinə şəxsi axtarış və baxış keçirilmiş, baxış keçirilərkən üzərindən qara rəngli sellofana bükülmüş, üzəri yapışqan lentlə sarılmış bağlamanın içərisindən qurudulmuş ot kütləsi aşkar olunaraq qablaşdırılmışdır. Bu səbəbdən, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-da qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsində kirayədə yaşayan, əvvəllər AR CMnin 234.1-ci maddəsi ilə məhkum olunmuş, subay, orta təhsilli Təqsirləndirilən şəxs 13-cü PŞ-nə gətirilmişdir (cild 1, iş vərəqi 12). - təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, üzərində narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün 20 yanvar 2025-ci il tarixdə, saat 03:50 dəqiqədə ünvan 4 ünvanda piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd qara sellofanın içərisində olan, üzəri yapışqan lentlə sarılmış bağlamaya və DVD-yə baxış keçirilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri yazılmış və NMB-nin əməkdaşlarının imzaları olan 1 (bir) bükümdə açıq yaşıl rəngli spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin Təqsirləndirilən şəxs aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı “Samsung” markalı mobil telefonla Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı X4 tərəfindən videoçəkiliş aparılmışdır (cild 1, iş vərəqi 34-36). - məhkəmə-bioioji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/126 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri yazılmış skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 2970 qram (2kq970qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 42-44). - DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 20 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üstünün yoxlanılması prosesi zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Həmin DVD diski “HP” markalı kompyuterin diskoxutma yerinə daxil edilərək oxunan zaman müəyyən edilmişdir ki, diskdə 01 ədəd videofayl vardır. Həmin videofayl açılaraq baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 4 ünvanında Bakı şəhəri Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 saxlanılan Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilən hər hansı maddə və ya predmet varsa, təqdim etməsini təklif edir. Saxlanılan Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın arxa sol cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli powerbank cihazını çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, lakin üzərindən hər hansı bir sübut əhəmiyyəti kəsb edən maddə və ya predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli sellofan paketin içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim edir. Həmin kütləyə baxış keçirildikdən sonra qablaşdırılaraq möhürlənir, iştirakçılar və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Xiaomi” markalı mobil telefon da əhəmiyyət kəsb etdiyindən götürülür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan, özünü “İra” kimi təqdim edən şəxs vasitəsilə 6-7 saat əvvəl Sabunçu rayonu ərazisində gizlədilən yerdən başqa ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini və qarşılığında 1000 manat pul alacağını bildirir. Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs ona heç bir təzyiq göstərilmədiyini bildirir. Bununla da videoçəkiliş başa çatır (cild 1, iş vərəqi 54). - DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 20 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefonun, 01 ədəd sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuananın, həmçinin üstünü yoxlama prosesini əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskin Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinin inzibati binasında baş təhqiqatçı polis mayoru X9 tərəfindən baxış keçirilərək götürülməsini əks etdirən videogörüntünün köçürüldüyü DVD diskə baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Həmin DVD diski “HP” markalı kompyuterin diskoxutma yerinə daxil edilərək oxunan zaman müəyyən edilmişdir ki, diskdə 01 ədəd videofayl vardır. Həmin videofayl açılaraq baxış keçirilərkən xidməti otaqda Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş təhqiqatçısı, poiis mayoru X5 və Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X6 olması müəyyən edilir. Sabunçu RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 müşayiəti ilə Təqsirləndirilən şəxs xidməti otağa daxil olur. Bundan sonra iştirakçılar özünü təqdim edir. Əməliyyat müvəkkili Şahid2 əlində saxladığı göy rəngli sellofan paketin içərisindəki qablaşdırılmış vəziyyətdə olan narkotik vasitə qurudulmuş marixuananı təhqiqatçıya təqdim edir. Təhqiqatçı tərəfindən qablaşdırılmış bağlama açılaraq baxış keçirilir və yenidən qablaşdırlaraq vəkil İlqar Qədirov tərəfindən imzalanır. Təhqiqatçının suallarına cavab olaraq saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs vasitəsilə Sabunçu rayonu ərazisində başqa ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini və qarşılığında 1000 manat pul alacağını bildirir. Təhqiqatçı tərəfindən aşkar edilmiş kütlənin ekspertiza tədqiqatına göndəriləcəyi saxlanılan Təqsirləndirilən şəxs elan edildikdə sonuncu heç bir etirazının olmadığını bildirir. Bununla da videoçəkiliş başa çatır (cild 1, iş vərəqi 55). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 59-60). - maddi sübut qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2970 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 2969,9 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 83). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2025-ci il tarixli, 1/524 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X2 müraciət etməyib (cild 1, iş vərəqi 107). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2025-ci il tarixli, 1573/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxanda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 109). - əməliyyat tapşırığına verilmiş xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, müvafiq əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda qurudulmuş marixuananı qanunsuz olaraq əldə etdiyi İran İslam Respublikası vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Tədbirlər zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsi ilə bağlı etibarlı mənbələrdən məlumatlar daxil olsa da, onun narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 110). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 17 fevral 2025-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs götürülmüş və istintaqa təqdim edilmiş “Xiaomi” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan mobil telefon aparatı smart funksiyalıdır, arxa tərəfi bej rənglidir, tünd göy rəngli kabura ilə arxa hissəsi örtülmüşdür. Mobil telefonun ekranı üzərində çoxlu sayda sınıqlar vardır, həmçinin ekran hissəsi gövdəsindən aralanmış vəziyyətdədir, telefonun aşağı hissəsi yapışqan izolentlə birləşdirilmiş vəziyyətdədir. Mobil telefonun simkart yuvası açılaraq baxış keçirilərkən üzərində "xxxx" mobil şəbəkəsinə məxsus ***-***-**-** saylı abonent nömrəsi olması müəyyən edilmişdir. Mobil telefonu işlək vəziyyətə gətirmək üçün sağ yan düyməsi basılsa da telefonun ekranı açılmamış və telefon işlək vəziyyətə düşməmişdir. Odur ki, mobil telefonun daxilində olan heç bir məlumata baxış keçirmək mümkün olmamışdır (cild 1, iş vərəqi 111). - telefon məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 07 aprel 2025-ci il tarixdə "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, 3257 saylı məktub vasitəsilə daxil olmuş, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinin anten məlumatları, daxil olan və çıxan zənglər, mesaj mətnləri, həmin nömrələrin sahiblərinə dair məlumatların əks olunduğu 01 ədəd CD diskə baxış keçirilərək nəticəsi protokollaşdılmışdır. Baxış keçirildikdə görünür ki, diskin yaddaşında “2047xx.xx.2025” adlı 01 ədəd “ZİP” faylı vardır. Həmin fayl açıldıqda içərisində “514748708_SMS” və “**********08” adlı 02 ədəd “txt” faylı, “abuneciler”, “antenna-2024” və “antenna-2025” adlı 03 ədəd “xlsx” faylı olması müəyyən edilmişdir. Həmin fayllar ardıcıllıqla açılaraq baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan müddət ərzində aparılmış danışıqlara dair aşağıdakı sms mətnləri aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə “Qaqaw yazda mene wpapp atmisan blokanyaza bilmirem veziyyetim yaxwi deyil lomkadayam”, “Ay qaqaw 25 manat pul var bir acc bir kelme dedee yeke oğlansan”, xx.xx.2024-cü il tarixdə 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə “15daw”, xx.xx.2024-cü il tarixdə 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə “Salam zaur necesen menem orxan qaqas mene tecili Familin nomrssi lazidmi atda mene xaiw eliyirem”, “Gaqass iranli var idiye onun nomresi atda mene zaurr”, “Qaqass famil var idiyr iranli onun nomresi at mene”, xx.xx.2025-ci il tarixdə 99***-***-**-** saylı mobil nömrədən 99***-***-**-** saylı mobil nömrəyə “Mehlevıze gırende su pacakınun uste qoydum salgetkada" məzmunlu sms-lər göndərilməsi müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 15:36 dəqiqədə anten dairəsinin Abşeron rayonu, Xirdalan şəhəri, Kristal Abşeron ərazisində olması müəyyən edilmişdir. Diskdə olan məlumatlara baxış zamanı sübut əhəmiyyətli digər hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 120-123). - əməliyyat tapşırığına verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 99***-***-**-**, 99***-***-**-**, 99***-***-**-** və 99***-***-**-** saylı mobil nömrələri istifadə edən şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 125). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1447 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-da (F11x2) opioidlərin qəbulu nəticəsində asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 1, iş vərəqi 134-135). - məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1465 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkarlanır. Bu, onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 149-151). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması prosesini özündə əks etdirən 01 ədəd DVD formatlı disk, 01 ədəd “Xiaomi” markalı mobil telefon, 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuananın təqdim edilməsi prosesini əks etdirən 01 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, 3257 saylı məktub vasitəsilə daxil olmuş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 153-167). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edlməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşı olması ehtimal edilən “İra” adlı şəxsin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 169-170). Beləliklə, məhkəmə hərtərəfli tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların hər birinin əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “İra” kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında birləşməsini göstərməklə kifayətlənmişdir. İttiham aktında təqsirləndirilən şəxsin həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, “İra” adlı şəxslə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq apardığını göstərsə də cinayət işinin materiallarında bu mülahizəni təsdiq edən hər hansı sübut mövcud deyildir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittiham tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Təqsirləndirilən şəxs və “İra” adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “İra” adlı şəxs”, “istintaqa məlum olmayan tarixdə və ünvandan”) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşıması” ilə bağlı verilmiş ittihamdan təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotiklərin satışı ilə məşğul olmaması, narkotiklərin yalnız istifadəsi ilə məşğul olması, hadisə yerinə 1 qram “kakos” üçün getməsi, əvvəllər aldığı narkotiklərə görə yaranmış borcunu qaytarmadığına görə “İra” adlı şəxsin ondan polislərə şikayət etməsi, polislərin sözünə aldanaraq, habelə əməliyyatçılar tərəfindən təhqiqatçının otağında döyüldüyünə görə ona məxsus olmayan narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından, habelə materiallara əlavə edilmiş diskdəki videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması işin təhqiqatçıya verilməsindən əvvələ təsadüf edir. Həmin əməliyyat tədbiri təhqiqatçının iştirakı ilə və sonuncunun otağında deyil, ünvan 5 ünvanında keçirilmişdir. Bu tədbir zamanı isə təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan paketin içərisində olan yaşıl rəngii narkotik vasitə qurudulmuş marixuananı əməliyyatçılara təqdim etmiş və onu satış məqsədilə əldə etdiyini bildirmişdir. Bu onu göstərir ki, Təqsirləndirilən şəxs cinayəti təhqiqatçının otağında deyil, işin araşdırılmasının təhqiqatçıya tapşırılmasından əvvəl etiraf etmişdir. Bundan başqa, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun xəsarət almadığını bildirməsi, habelə bədəni üzərində yeni xəsarətlərin aşkar olunmadığı barədə qeydlərin aparıldığı müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə istintaqında dindirilmiş, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşları saxlanılarkən özləri və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi Təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması, bunun nəticəsində cinayəti etiraf etməsi barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsi ilə sair nömrələr arasında yazışmalara dair "xxxx" MMC-dən əldə edilmiş SMS yazışmaları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsə narkotikləri satması ilə bağlı müraciətlər olmuşdur. Həmin faktlar, eyni zamanda təqsirləndirilən şəxsdən götürülmüş narkotikin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıması tam sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi iə təqsirli bilinib 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 96-97). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran halı, cəzasını yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 21 yanvar 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 81-82, 196-202). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 20 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2969,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Xiaomi” markalı 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs üstünün yoxlanılması prosesini özündə əks etdirən 1 ədəd DVD formatlı disk, 1 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuananın təqdim edilməsi prosesini əks etdirən 1 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2969,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin; - “Xiaomi” markalı 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar - 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar