Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1382/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 885 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 21 fevral 2022-ci il tarixdə saat 01.55 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına olan stadionun yaxınlığında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı sarı rəngli sellofana bükülmüş bir bükümdə içərisində külli miqdarda 885 qram çəkidə kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 44 günlük müharibədə hərdənbir nəşə çəkməyə başlamışdır. 20 fevral 2022-ci il tarixdə saat 21 radələrində Sənan onunla əlaqə saxlayıb bildirmişdir ki, narkotik vasitə istifadə etmək istəyir, ağrıları var və ondan Sənana pay kimi narkotik vasitə verməyini xahiş etmişdir. O, Sənana demişdir ki, bir neçə gün bundan qabaq tanımadığı şəxsdən narkotik vasitə heroini özü üçün əldə etmiş və həmin heroini istifadə edir, birazda qalıb onu birlikdə istifadə edə bilərlər. Sənan razılaşıb onu evinə dəvət etmişdir. O, Sənanın yaşadığı Bakıxanov qəsəbəsində yerləşən evinə getmişdir. Saat 22 radələri olarmış, üstündə gətirdiyi heroini o, Sənana vermişdir ki, Sənanla birlikdə onu istifadə edərlər. Sənan heroini götürüb cibinə qoymuşdur. Sənanın evində evin birinci mərtəbəsinə keçib Sənana verdiyi heroini Sənanla birlikdə istifadə etmişlər. Heroini istifadə edəndə onları orada görən olmamışdır. Bir neçə saat Sənangildə olandan sonra Sənan ona demişdir ki, dayısı oğlundan pul götürməlidir və ondan xahiş etmişdir ki, Sənanla yol yoldaşı kimi getsin. O, razılaşmış və 21 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində Sənanla birlikdə Sənanın idarə etdiyi avtomobillə Sənanın dayısı oğlu ilə görüşə getməyə hazırlaşmışlar. Sənan öz ağ rəngli avtomobilini idarə edirmiş, o, isə qabaq oturacaqda oturmuşdur. Bakıxanov qəsəbəsində İ.Qayıbov adına olan stadionun yaxınlığından keçən zaman o, Sənandan xahiş etmişdir ki, avtomobili saxlasın, çünki, o, həmin vaxt ayaqyoluna istəmişdir. Sənan avtomobilini saxlayanda o, avtomobildən təxminən 10-15 metr məsafədə aralanıb yolun kənarında yüngül ayaq yoluna getmişdir. Həmin vaxt onu 3 nəfər mülki geyimdə olan şəxslər saxlayıb özlərini polis kimi təqdim etmişlər. Sənan bunu görən kimi avtomobili ilə oradan dərhal uzaqlaşmış və digər polis əməkdaşları öz mülki avtomobili ilə Sənanın arxası ilə sürmüşlər. Onu saxlayan polislər orada üstünə baxmışlar və narkotik tapmamışlar. O, orada onu saxlayan polislərlə birlikdə dayanmış, təxminən yarım saatdan sonra Sənanın arxası ilə sürüb gedən polislər Sənanla birlikdə stadionun yanına gəlmişlər. Onu da avtomobillərinə otuzdurub 12-ci polis bölməsinə aparmışlar. Orada onu Sənanla ayırmışlar və ayrı otaqlara salmışlar. Otaqda mülki geyimdə olan adını bilmədiyi şəxs ona sarı sellofan paketində olan bağlamanı təqdim edib soruşmuşdur ki, bu bağlamanı haradan almışdır. O, həmin şəxsə bağlamanın onun olmadığını və içində nə olduğundan xəbərinin olmadığını demişdir. O, həmin bükümün ona məxsus olmadığını bildirdiyinə görə digər polislər onu döymüşlər. Bundan sonra otağa Sənanı salmışlar, Sənan ondan xahiş etmişdir ki, həmin bükümün onun olduğunu etiraf etsin, qardaşı gəlib məsələni yoluna qoyacaq. O da Sənana görə həmin sarı paketdə olan bağlamanın ona məxsus olmasını etiraf etməyə razılaşmış və polis əməkdaşları tərəfindən çəkilən videoçəkilişdə o, polislərin təzyiqinə görə etiraf eləmişdir ki, guya həmin sarı paketdə olan bağlamada olan heroin onundur, həmin bağlamada olan heroini o, Bakıxanov qəsəbəsindən stadiondan Sənanın xahişi əsasında götürmüşdür. Sənanda baxış zamanı bir ədəd balaca bükümdə heroin götürülmüş və həmin heroini Sənan polislərə demişdir ki, Sabunçudan tutulmamışdan bir həftə qabaq yerdən tapmışdır. Videoçəkilişdə onlara təzyiq olunmuş, nə Sənanda nə də ki, onda narkotik vasitə aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitələr onlara məxsus olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Daşaltı döyüşlərində və Xocalıda döyüşlərdə iştirak etmişdir. Müharibədə zədə almışdır. İlk dəfə müharibədə narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni cəbhədə olanda gecə yatmamaq üçün istifadə edirmiş. O, 2020-ci ilin oktyabr ayında cəbhəyə getmişdir. O, könüllü getmiş, zədə almışdır. Tutulduğuna görə müharibə iştirakçısı olmağına görə sənəd ala bilməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 58-61-ci vərəqlərində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona elan olunmuş protokolu təsdiq etmir. İmza onun imzasıdır. Onu döyüb məcbur etmişlər ki, narkotik vasitənin ona məxsus olmasını deməlidir. O da məcbur olub ona məxsus olmasını demişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu izahatla cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı elan edilmiş və izahatın, sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 70-71-ci vərəqələrində olan izahatında, Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... 21 fevral 2022-ci il tarixdə gecə saat təxminən 01:55 radələrində tanışım Sənan Tumaszadə ilə İ.Qayıbov adına stadionun yanında, əlimdə sellofan torba Sənana məxsus «Azsamand» markalı avtomobilin yanında olarkən 4 nəfər mülki qeyimli şəxs bizə yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etdilər. ...Şəxsi axtarış zamanı mənə üzərimdə qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyim xahiş edildi. Bundan sonra mən sağ əlimdə olan sarı rəngli sellofan bağlamanı və əynimdəki cins şalvarımın sol arxa cibində olan Samsung markalı mobil telefonumu təqdim etdim. Təqdim etdiyim sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin olması müəyyən edildi. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkildi və qablaşdırılma ilə birlikdə çəkisinin 1 kq 49 qram olması müəyyən edildi. ...Şifahi sorğu zamanı mən üzərimdən aşkar edilmiş sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni Sənanın dediyi yerdən götürüb ona gətirmək üçün götürdüyümü, bunun müqabilində Sənandan öz istifadəm üçün narkotik maddə alacağımı, özümün uzun müddətdir ki, metamfetamin istifadəçisi olduğumu və saxlanılan zaman və polis şöbəsində olan zaman mənə qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirdim. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, izahatı oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyir. X1 qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatını yoxlamaq və X2 cinayət başında ifşa etmək məqsədilə 21 fevral 2022-ci il tarixdə BNMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbiri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 01:55-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına stadionun yaxınlığında ağ rəngli, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanında X8 və Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışlar və yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edilmişlər. Bundan sonra Sənan Tumaszadə və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığından onların hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və onların üzərində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs əlində olan sarı rəngli sellofan torbanı və əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Samsung" markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin sellofan torbaya baxış keçirilmiş və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 01 kq 49 qram olması müəyyən edilmişdir. Sonra həmin sellofan torba zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra təhqiqatçı digər şübhəli şəxs X3 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirmişdir. X8 əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd "İphone” markalı mobil telefonu, sol yan cibindən bir ədəd sellofan bükümü, əynindəki tünd göy rəngli üst idman geyiminin sağ yan cibindən 1 ədəd avtomobil açarını, 2 ədəd digər açarları, 1 ədəd alışqan, əynindəki şalvarın sağ yan cibindən 100 manat 20 qəpik pul vəsaitini təqdim edərək masanın üzərinə qoymuşdur. Sənan Tumaszadənin təqdim etdiyi sellofan bükümə baxış keçirilmiş və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Daha sonra həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə 21 qram olması müəyyən edilmişdir. Sonra həmin sellofan büküm də zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Sənan Tumaszadəyə verməsi üçün saxlanılandan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisindəki İ.Qayıbov adına stadionun yaxınlığından götürdüyünü, bunun müqabilində Sənan Tumaszadənin ona istifadəsi üçün narkotik tərkibli maddə verməli olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təxmnən 6-7 aydır ki, psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, bu əməlindən başqa heç kimin xəbərinin olmamasını bildirmişdir. Sənan Tumaszadə ilə aparılan şifahi sorğu zamanı isə üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, Təqsirləndirilən şəxs dediklərinin doğru olduğunu, buna görə Təqsirləndirilən şəxs narkotik vasitə verməli olduğunu, həmin maddəni Qafurdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxsin dediyi yerlərə qoymalı olduğunu bildirmiş və buna görə də, özünün istifadəsi üçün narkotik vasitə əldə etməsini, həmin Vahid adlı şəxslə 3 aya yaxındır ki, sosial şəbəkədə tanış olduğunu, üzərindən aşkar edilmiş maddəni də 1 həftə öncə Sabunçu rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir, təzyiq olmamışdır. Təqsirləndirilən şəxsi heç kəs döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İsaba oğlu, Şahid3 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, sonuncular eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq münasibətləri olmuşdur. O, narkomandır. Tutulan gün o, Təqsirləndirilən şəxsla birlikdə olmuşdur. Onu Maştağa qəsəbəsində saxlamışlar. Qafuru saxlayanda o, orda olmamışdır. Onu polis şöbəsinə aparanda görmüşdür ki, Qafuru döymüşlər. Tutulduqları gün Qafur onun yanında olanda Qafurda heçnə olmamışdır. Tutulan gün o, narkotik vasitədən istifadə etmişdir. Qafurun da narkotik vasitələrdən istifadə etdiyini bilmiş, lakin, Qafurun həmin gün narkotik istifadə edib-etmədiyini bilmir. Onlar Qafurla birlikdə narkotik istifadə etməmişlər. Tutulanda onda yalnız 3 qram narkotik olmuşdur. Lakin, sonradan demişlər ki, onda 17 qram narkotik olmuşdur. Həmin işlə bağlı ona 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası vermişlər. Hal hazırda cəza çekmə müəssisəsində cəza çəkir. Şahid Sənan Tumaszadənin istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan X1 ibtidai istintaq zamanı verdiyi və öz əlyazmasıyla yazdığı ifadəsi elan olunmuşdur. Belə ki, cinayət işinin 2-ci cild 1-8-ci vərəqələrində olan ifadəsində X8 aşağıdakıları göstərmişdir: «...2022-ci ilin fevral ayında tutulmamışdan bir neçə gün qabaq Qafur mənə demişdi ki, yerdən bir büküm təxminən 50-60 qram heroin tapıb və həmin heroini özü yavaş-yavaş istifadə edir. Mən ondan xahiş etdim ki, həmin heroindən mənə də pay versin məndə istifadə edim. Qafur razılaşdı və 20 fevral 2022-ci il tarixdə axşam saatlarında ağrılarım olduğu üçün Qafura zəng edib ona xahiş etdim ki, mənə narkotik gətirsin məni ağrıdan çıxartsın. Qafur razılaşdı və o da Razin qəsəbəsində yaşadığı üçün təxminən 25- 30 dəqiqə sonra gəldi. Qafur üstündə bir çet heroin gətirmişdi, həmin heroini biz ikimiz evimin yanında mənim maşınımda bir yerdə qəbul etdik. ...Qafur mənə dedi ki, tapdığı 50- 60 qram heroini üstündə saxlamır. Çünki bu təhlükəlidir. Narkotiki o Razin qəsəbəsində stadionun yanında gizlətmişdi, mənə dediki maşını sürsün stadionun yanına, mən maşını stadionun yanına sürəndə gecə saat 1 olardı, Qafur maşından düşdü getdi mənə heroin gətirməyə məndə maşında gözləyirdim. Bir neçə dəqiqədən sonra Qafur mənə yaxınlaşıb sellofana bükülmüş bir büküm heroini verdi orada təxminən 3-4 qram olardı məndə heroini götürüb Qafurla sağollaşdım. Qafura narkotikə görə pul vermədim. O heroini mənə pay vermişdi. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Sənan Tumaszadə bildirmişdir ki, elan olunmuş ifadəsini qismən təsdiq edir. Həmin ifadəni o, özü yazmışdır. İfadəni yazarkən əsəbləri yerində olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 1-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Orxan Səmədovun 13 iyun 2022-ci il tarixli sübutlara qiymət verilməsi və cinayət işinin ayrılması haqqında qərarından görünür ki, X1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 20 fevral 2022-ci il tarixli raportundan görünür ki, X1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 17-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 20 fevral 2022-ci il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, X1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 83-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 5(008)- 200/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair 20 fevral 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 20 fevral 2022-ci il tarixli, Ə67-008-22 nömrəli Əmrindən görünür ki, X8 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 21-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 21 fevral 2022-ci il tarixli raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasənda keçirilmiş əməliyyat tədbirləri zamanı X8 və Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilimişlər. Cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X8 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 58-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görüür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs sağ əlində olan sarı rəngli sellofan torbanı və əynindəki göy rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq 20 qəpik pul aşkar edilmiş, həmin pul özünə qaytarılmışdır. Təqdim edilmiş sellofan bağlamaya baxış keçirilən zaman qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan bağlamadakı maddə və mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Sənan Tumaszadəyə verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisində, İ.Qayıbov adına stadionun yaxınlığından götürdüyünü, bunun müqabilində Sənan Tumaszadənin ona istifadəsi üçün narkotik tərkibli maddə verməli olduğunu, saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra, digər şübhəli şəxs X1 üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Sənan Tumaszadə əynində olan qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən 1 ədəd özünəməxsus “İphone” markalı mobil telefonu, sol yan cibindən 1 ədəd sellofan bükümü, əynindəki tünd göy rəngli üst idman geyiminin sağ yan cibindən 1 ədəd avtomobil açarını, 2 ədəd digər açarları, 1 ədəd alışqanı, 100 manat 20 qəpik pul vəsaitini təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Sənan Tumaszadənin üzərindən əlavə hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş sellofan bükümə baxış keçirildikdə, qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan bağlamadakı maddə və mobil telefon götürülmüş, 100 manat 20 qəpik pul, 1 ədəd avtomobil açarını, 2 ədəd digər açarları, 1 ədəd alışqanı, Sənan Tumaszadəyə qaytarılmışdır. Şifahi sorğu zamanı Sənan Tumaszadə üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, Təqsirləndirilən şəxs dediklərinin doğru olmasını, həmin maddəni Qafurdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxsin dediyi yerə qoymalı olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni 1 həftə öncə Sabunçu rayonu ərazisindən əldə etdiyini, saxlanılan və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “İphone” markalı telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 62-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X1 21 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ona məxsus “AzSamand” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 64-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 fevral 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, X3 məxsus “AzSamand” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı “İphone” markalı telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 76-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2022-ci il tarixli, 6/1058 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Sənan Tumaszadənin üzərindən aşkar edilmiş...» sözləri olan 1 №-li paketdəki bir ədəd bükümdə təmiz çəkisi 17,399 qram olan qəhvəyi rəngli maddə və üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri olan 2 №-li paketdəki bir ədəd bağlamada təmiz çəkisi 885 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisisndə dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına ( Siyahı İ ) daxildir. Cinayət işinin 1-ci cild 97-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan maddə olan sarı rəngli sellofan torba Təqsirləndirilən şəxs məxsus olmasını bildirərək, bir daha Təqsirləndirilən şəxs ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 167-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2022-ci il tarixli video yazıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxslər X1 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videoyazıya baxış keçirilən zaman müəyyən olunmuşdur ki, saxlanılan şəxslər X1 və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı, Təqsirləndirilən şəxs sağ əlində saxladığı sarı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisində olan bükümə baxış keçirilən zamanı içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülür və qablaşdırılır. X8 isə əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən sellofana bükülmüş bir bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunmuş maddə narkotik vasitə heroindir və o həmin narkotik vasitəni onunla birlikdə saxlanılan Sənan Tumaszadəyə verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisində yerləşən İ.Qayıbov adına olan stadionun yaxınlığından götürdüyünü, bunun müqabilində Sənan Tumaszadənin ona istifadəsi üçün narkotik vasitə verməli olduğunu, özünün 6-7 aydır ki, psixotrop maddə metamfetaminin istifadəçisi olduğunu bildirir. Sənan Tumaszadə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək ki, Təqsirləndirilən şəxs narkotik vasitə verməli olduğunu, həmin narkotik vasitəni Qafurdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı «Vahid» adlı şəxsin dediyi yerlərə qoymalı olduğunu buna görədə özünün istifadəsi üçün narkotik vasitə əldə etməsini, həmin Vahid adlı şəxslə 3 aya yaxındır ki, sosial şəbəkələrdə tanış olduğunu, üzərindən aşkar edilmiş maddənidə narkotik vasitə heroinin olduğunu və 1 həftə öncə Sabunçu rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 169-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X1 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “İphone” 7 və bir ədəd “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 184-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 30 mart 2022-ci il tarixli, 074-4162-1222 saylı məktubdan görünür ki, X1 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 17-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Orxan Səmədovun 09 iyun 2022-ci il trixli cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında qərarından görünür ki, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda heroini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-NİN 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, yalnız narkotik vasitədən istifadə etmiş, satışı ilə məşğul olmamış, tutulduğu gün onun üzərində narkotik vasitə olmamış, onunla tutulan Sənana görə və onu döydükləri üçün həmin narkotiki öz boynuna götürmüşdür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu Polis İdarəsinin əməkdaşları tərəfindən işkəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokurorluguna göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-dən 19 iyul 2022-ci il tarixli, 073-33350-1222 saylı məktubla daxil olmuş Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X9 07 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan zorakılığa məruz qalması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hadisə günü özündə olan narkotik vasitə heroindən istifadə etmək üçün pay kimi Sənana vermişdir. Həmin ifadələri məhkəməyədək icraat zamanı həmçinin iş üzrə dindirilmiş 2-ci cild 1-8-ci X8 da təsdiq etmişdir. (cild 2 i.v 1-8). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sənan Tumaszadə ifadəsində göstərmişdir ki, onu Təqsirləndirilən şəxsla birlikdə tutmamışlar, Qafuru polis şöbəsində görən zaman onun döyüldüyünü bilmişdir. Lakin, şahid Sənan Tumaszadə istintaq zamanı öz əlyazması ilə yazdığı və imzaladığı ifadəsində Təqsirləndirilən şəxs ona istifadə etmək üçün pay kimi narkotik vasitə heroin verdiyini, Təqsirləndirilən şəxsla birlikdə narkotikdən istifadə etdiyini, həmçinin, Təqsirləndirilən şəxs hardansa 50-60 qram narkotik vasitə heroin tapıb gizlətdiyini bildirmişdir. Məhkəmə kollegiyası, şahid Sənan Tumaszadənin bu barədə verdiyi ifadələrini yaxın dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşıdığını, həmçinin, həm Sənan Tumaszadə, həm də Təqsirləndirilən şəxs hər ikisi istintaq təcridxanasında saxlanıldıqlarından, şahid X12 Məmmədovun əleyhinə ifadə verməsinin məhkumlar arasında olan “yazılmamış qaydalara” görə düzgün qarşılanmadığını düşünüb istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyini hesab edir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 213-214-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 113-cü vərəqəsində olan şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı – xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X13 vardır. Cinayət işinin 1-ci cild 112-ci vərəqəsində olan X5 X10 verilmiş 1288 nömrəli vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olmuşdur. Cinayət işinin 1-ci cild 238-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 26 may 2022-ci il tarixli, 4672 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada mülaicədə olmayıb. Cinayət işinin 1-ci cild 245-246-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 18 may 2022-ci il tarixli, 2577 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yararan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, vətən müharibəsi iştirakçısı olmasını isə Aərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 21 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan 21 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 161- 163-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 4(008)-153/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 884,9 qram çəkidə olan qalıq hissəsi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd «CD» diskin cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 884,9 qram çəkidə olan qalıq hissəsi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd «CD» diskin cinayət işi materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1382/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1382/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver