Məhkəmə qərarları › İş №1(101)-1382/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1382/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1382/2023 01.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1996-cı ildə Hacıqabul şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Məhəmməd» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 23 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində sonuncunun yerləşdirdiyi istintaqa məlum olmayan yerdən sellofan bağlamanın içərisində bir ədəd polietilen torbada təmiz çəkisi 1030 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib satış məqsədi ilə saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 fevral 2023-cü il tarixdə, saat 23:45 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı polis bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilib 24 fevral 2023-cü il tarixdə saat 01:00-dan saat 01:14-dəqiqəyədək orada üstündə şəxsi axtarış aparılarkən sol əlində saxladığı qara rəngli çantanın içərisindən bir ədəd sellofan bağlamanın daxilində bir ədəd polietilen torbada təmiz çəkisi 1030 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayon sakinidir, Bakı şəhərinə 3-4 gün olardı ki, taksidə işləmək üçün gələrək dostu Kənan Məmmədovun evində qalmışdır. İnternet vasitəsilə özünü İİR-sı vətəndaşı kimi təqdim edən Məhəmmədlə tanış olmuş, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin Məhəmmədlə marixuana göndərməsi barədə razılığa gəlmişdir. Məhəmməd də onun telefona göndərdiyi ünvandan Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti ərazisində marixuananı götürməyi bildirmişdir. Həmin ünvandan, Atatürk prospektində binanın qarşısındakı ağacın altından bir torbada olan marixuananı götürüb gedəndə 6 nəfər polis əməkdaşları tərəfindən tutulmuşdur. Polislər onu tutduqları və maşınla polisə apardıqları zaman şillə-təpiklə döymüşlər. Polislərin təzyiqi nəticəsində o, videoçəkilişlə keçirilmiş üzərinə baxış zamanı sellofan torbada olan külli miqdarda marixuananın ona məxsus olmasını etiraf etmişdir. Halbuki, o, iranlı Məhəmmədə cəmi 2 qram marixuana sifariş vermişdir. Qalan marixuana ona aid olmamışdır. Dostu Kənanın onun narkotik vasitə istifadəçisi olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 23 fevral 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin Bakı şəhəri Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat-axtarış qərarının keçirilməsinə dair qərar qəbul edilmiş və ondan və həmkarı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 23:45 dəqiqədə Bakı şəhəri Nərimanov rayonu DİN-nin Hospitalının arxası ilə çiynində olan qara çanta ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına aparılmışdır. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Anar Aslanov tərəfindən müdafiəçi dəvət olunmuş və həmin müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etdikdən sonra sonuncu könüllü və sərbəst olaraq əlində olan qara rəngli çantanın içərisindən 1 ədəd sellofan torbada 1 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə qurudulmuş marixunaya bənzər kütləni təqdim etmişdir. Xeyli vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs yalnız telefon və plastik kart təqdim etməsini xatırlayır. Aşkar edilmiş, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə tərəzidə çəkildikdə qablaşdırması ilə birlikdə ümumi çəkisinin 1 kiloqramdan artıq olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlə tərəzidə çəkilərək ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərf bütün baxışın iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı «Məhəmməd» adlı İran İslam Respublikası vətəndaşından 1 gün öncə Bakı şəhəri Nərimanov rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun dediyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Anar Aslanov tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuş, protokol şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs İlqar oğluna qarşı heç bir fiziki zor və təzyiq olunmamış, onu polis bölməsinə gətirən zaman heç bir müqaviməti olmamış, Təqsirləndirilən şəxs 2 qram marixuana olmamış, çantasında 1 kiloqramdan artıq marixuanaya bənzər kütlə aşkar edilmiş bu da videoçəkilişdə öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 23 fevral 2023-cü il tarixdə həmkarı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin Bakı şəhəri Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında əməliyyat-axtarış qərarının keçirilməsinə dair qərar qəbul edilmiş və ondan və həmkarı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 23:45 dəqiqədə Bakı şəhəri Nərimanov rayonu DİN-nin Hospitalının arxası ilə çiynində olan qara çanta ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına aparılmışdır. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı Anar Aslanov tərəfindən müdafiəçi dəvət olunmuş və həmin müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi təklif etdikdən sonra sonuncu könüllü və sərbəst olaraq əlində olan qara rəngli çantanın içərisindən 1 ədəd sellofan torbada 1 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə qurudulmuş marixunaya bənzər kütləni təqdim etmişdir. Aşkar edilmiş, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə tərəzidə çəkildikdə qablaşdırması ilə birlikdə ümumi çəkisinin 1 kiloqramdan artıq olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlə tərəzidə çəkilərək ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərf bütün baxışın iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı «Məhəmməd» adlı İran İslam Respublikası vətəndaşından 1 gün öncə Bakı şəhəri Nərimanov rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun dediyi ünvanlara çatdırmaq və qarşılığında 500 manat pul almaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Anar Aslanov tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuş, protokol şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs İlqar oğluna qarşı heç bir fiziki zor və təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs polis bölməsinə gətirən zaman heç bir müqaviməti olmamış onda 2 qram marixuana olmamış, çantasında 1 kiloqramdan artıq marixuanaya bənzər kütlə aşkar edilmiş bu da videoçəkilişdə öz əksini tapmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 23 fevral 2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğuldur. Məhkəmədə elan edilib araşdırılmış 23 fevral 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli “əməliyyat qrupunun yaradılması haqqında” əmrdən müəyyən olunur ki, qrupun rəhbəri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 olmaqla qrupun üzvü Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru X3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 24 fevral 2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 23 fevral 2023-cü il tarixdə, saat 23:45 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 24 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə müdafiçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 24 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla vəkil X7 iştirakı ilə aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri təqdim etməsi təklif olunduqdan sonra o, sol əlində olan qara rəngli çantanın içərisindən 1 (bir) ədəd sellofan torbada 1 (bir) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd 4098 5844 5058 16889 nömrəli plastik kartı, 1 ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan «Redmi» markalı mobil telefonu və 10 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olunmuş, həmin kütlə tərəzidə çəkilərkən çəkisinin 1(bir) kq 85 (səksən beş) qram olduğu müəyyən edilmiş, həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşdırma DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd « Redmi » markalı mobil telefon, 01 (bir) ədəd plastik bank kartı sonuncuya izah verildikdən sonra götürülmüş, 10 (on) manat pul isə şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı «Məhəmməd» adlı İran İslam Respublikası vətəndaşından 1 gün öncə Bakı şəhəri Nərimanov rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun dediyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncu üzərindən aşkar edilmiş bank kartına 500 (beş yüz) manat pul göndərəcəyini və heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor təbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 25 fevral 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında törədilmiş cinayət əməlində özünü təqsirli bildiyini, lakin əməlindən səmimi peşman olduğunu nəzərə alaraq həbs olunmamasını xahiş etmişdir və onun barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 25 fevral 2023-cü il tarixli müdafiəçi X7 iştirakı ilə tərtib edilmiş “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan müəyyən olunur ki, 2023-cü ilin yanvar ayının sonlarında internetdə «instagram» sosil şəbəkəsində Məhəmməd adlı şəxslə tanış olmuş, söhbət əsnasında Məhəmməd özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək sosial şəbəkə vasitəsilə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib pul qazanmaq üçün onunla birlikdə işləməyi təklif etmişdir. Pula ehtiyacı olduğuna görə Məhəmmədin təklifi ilə razılaşmışdır. Məhəmməd Bakı şəhərində sosial şəbəkə vasitəsilə əsasən qurudulmuş marixuana satışı ilə məşğul olduğunu, müştəri tapdıqda onunla «instagram» və ya «WhatsApp» proqramı vasitəsilə əlaqə saxlayaraq müştəriyə çatdırmaq üçün marixuananı gizlətdiyi yerlər barədə məlumat verəcəyini, marixuananı onun dediyi ünvanlara çatdırması müqabilində bank vasitəsilə pul göndərəcəyini demişdir. Bu məqsədlə Məhəmməd «WhatsApp» nömrəsini soruşub öyrənərək tezliklə əlaqə saxlayacağını vəd etmişdir. 23 fevral 2023-cü il tarixdə axşamtərəfi Bakı şəhərində olan zaman Məhəmməd «WhatsApp» proqramı vasitəsilə xatırlamadığı nömrədən ona zəng vuraraq Nərimanov rayonu, A.Gəraybəyli küçəsində qara rəngli çantanın içərisində 1 (bir) kiloqram qurudulmuş marixuana gizlətdiyini bildirib gecə saatlarında həmin marixuananı gedib götürərək özündə saxlamağını və Bakı şəhərində onun deyəcəyi ünvanlara aparıb çatdırmağını söyləmişdir. O, razılaşaraq Məhəmməddən bunun müqabilində nə qədər pul verəcəyini soruşduqda o, bunun müqabilində bank vasitəsilə 500 (beş yüz) manat pul göndərəcəyini bildirmişdir. O, bu məqsədlə özünə məxsus 4098 5844 5058 1689 nömrəli bank kartının nömrəsini Məhəmmədə yazmışdır. Gecə saat 23 radələrində Məhəmmədlə növbəti dəfə «WhatsApp» vasitəsilə danışdıqdan sonra Nərimanov rayonu, A.Gəraybəyli küçəsinə gedib onun dediyi yerdən qara rəngli idman çantasını götürmüşdür. Çantanı götürüb açdıqda içərisində bir ədəd sellofan torbada qablaşdırılmış bir ədəd bağlamada həqiqətən də narkomanlar arasında «nəşə» kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Sonra çantanı götürüb oradan uzaqlaşmış və piyada ərazidə gəzişərək marixuananı Məhəmmədin deyəcəyi ünvanlara çatdırmaq üçün onun zəngini gözləməyə başlamışdır. Saat 23:40 radələrində Nərimanov rayonu, A.Gəraybəyli küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını söyləyərək onu Nərimanov RPİ-nin 16-cı PB-nə gətirmişlər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi tərəfindən təsdiq edilmiş 23 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin aparılması haqqında qərarı qanuna uyğun hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 27 fevral 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefona baxış keçirilərkən “Whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmalar və zəng məlumatlarının, eləcə də mobil telefonun “smslər”, “kontaktlar” və “zənglər” bölmələrindəki məlumatların silindiyi müəyyən edilmiş, baxış zamanı Redmi” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının 24 fevral 2023-cü il tarixli 7/286 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs…» yazıları və imzalar olan sellofan bağlamadakı 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi – 1030 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,2 qram istifadə olunmuş, qurudulmuş marixuananın qalığı 1029,8 qram təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə – psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 700 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür, barəsində tibbi xarakteril məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hirslilik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, söz götürməmək kimi fərdi – psixoloji xüsusiyyətlərə malikdir, onun əqli – intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hadisə vaxtı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi – emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1594 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Aparatının 5-48/2-Vİİİ-14-93-139/2023 saylı 06 mart 2023-cü il tarixli arayış, xasiyyətnamə və məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanda anası X8 ilə birgə yaşayır, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi nümayəndəliyinə rəy daxil olmamış, uzun müddətdir ki, Hacıqabul şəhərində yaşamır. Məhkəmədə elan edilib araşdırılmış 3-17-1/2-60941/2023 saylı 27 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialından daxil olmuş sorğuya cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir növ əmək pensiyası, sosial müavinat və təqaüd almır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında » 02 may 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış təmiz çəkisi 1030,0 qram kusta üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri başqa cinayət işi ayrıca icraata ayrılmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1029,8 qram narkotik vasitə qurudulmuş marixuana Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış zamanı qeydə alınmış video görüntünü, Təqsirləndirilən şəxs mənsub 1 ədəd DVD disk və "xxxx" MMC-dən və “Unibank”-dan götürülmüş məlumatların olduğu 2 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs aşkarlanmış üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefon və 4098 5844 5058 1689 nömrəli plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etmədiyindən ailə üzvlərinə qaytarılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, internet vasitəsilə tanış olduğu Məhəmmədə öz istifadəsi üçün marixuana göndərməsi barədə razılığa gəlmiş, Məhəmməd də onun telefonuna göndərdiyi ünvandan, yəni Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti ərazisində marixuananı götürməyi bildirmiş və o həmin ünvandan, Atatürk prospektində binanın qarşısındakı ağacın altından bir torbada olan marixuananı götürüb oradan aralaşıb gedəndə 6 nəfər polis əməkdaşları tərəfindən tutulmuşdur. Polislər onu tutduqları və maşınla polisə apardıqları zaman şillə-təpiklə döymüşlər. Polislərin təzyiqi nəticəsində o, videoçəkilişlə keçirilmiş üzərinə baxış zamanı sellofan torbada olan külli miqdarda marixuananın ona məxsus olmasını etiraf etmişdir. Halbuki, o, iranlı Məhəmmədə cəmi 2 qram marixuana sifariş vermişdir. Qalan marixuanın ona aid olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, onu 23 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərzasindən İran vətəndaşı "Məhəmməd" adlı şəxsin dediyi ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, sonuncunun ona gördüyü işin qarşılığında 500 (beş yüz) manat pul verəcəyini dediyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan savayı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-250/2023 sayl 25 fevral 2023-cü il tarixli qərarından da müəyyən edilir ki, barəsində qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində özünü təqsirli bildiyini, lakin əməlindən səmimi peşman olduğunu nəzərə alınmasını xahiş etmişdir. Bundan başqa, məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan müəyyən olunur ki, məhkəmənin sorğusu əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs, polis əməkdaşları E.Verdiyev və Şahid2 izahatları alınmış, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olunaraq tibbi müayinədən keçirilmiş və bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkarlanmamışdır. Əlavə olaraq 19 iyul 2023-cü il tarixli 906 saylı məhkəmə-tibbi ekspert rəyindəndə görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və xəsarət izi olmamışdır.Toplanmış materiallarda Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar müəyyən edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Beləliklə Təqsirləndirilən şəxs üzərinə baxış protokolu ilə, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə sübutların məcmusuna əsaslanaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini həqiqətə yuğun ifadələr kimi qiymətləndirir, onun məhkəmədə verdiyi döyülməsi və üzərində cəmi 2 qram marixuana olması barədə ifadələrinə tənqidi yanaşmaqla həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, onları “Məhəmməd” adlı iranlının vəd etdiyi pul qarşılığında dediyi yerlərə qoymaq üçün əldə edib saxladığını səmimi etiraf etməsini, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 1030 qram olan narkotik vasitə qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahısına əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 05 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 500 qram təşkil etməklə bu hədlərdən dəfələrlə artıqdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işsiz olmaqla Bakı şəhərinə 2023-cü ilin fevral ayında iş tapmaq üçün gəlmiş, onun daimi gəliri olmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi kimi “Məhəmməd” adlı şəxslə cinayət əlaqəsinə girməklə ondan 1030 qram marixuana əldə etməsi həmin narkotik vasitənin “Məhəmməd” adlı şəxslə qabaqcadan əlbir olmaqla yalnız tamah niyyətilə satış üçün əldə edib saxlaması və daşıması məqsədini güdmüşdür. Belə olan halda Təqsirləndirilən şəxs əməlləri ibtidai istinaq orqanı tərəfindən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş, məhkəmə Təqsirləndirilən şəxs əməllərini bu maddələrlə tövsif etməklə ona bu əməllərinə görə cəza təyin edilməsini mümkün sayır. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda onun ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 23 fevral 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertizadan sonra qalıq qalmış 1029,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış video görüntünü əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən və “Unibank”-dan götürülmüş məlumatların olduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, baxış zamanı Təqsirləndirilən şəxs aşkarlanmış üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefon və 4098 5844 5058 1689 nömrəli plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etmədiyindən ailə üzvlərinə qaytarılması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertizadan sonra qalıq qalmış 1029,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın və Təqsirləndirilən şəxs aşkarlanmış üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefon və 4098 5844 5058 1689 nömrəli plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etmədiyindən ailə üzvlərinə qaytarılması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 210 AZN (iki yüz on manat) pul Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar