Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1383/2023 05.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1974-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2006, 2007 və 2013-cü il təvəllüdlü uşaqları olan, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, məhəllə 109, ev 27H qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı, şəxsiyyəti istintaqla araşdırılan Gürcüstan Respublikası vətəndaşı “Dünyamalı” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən “Dünyamalı” adlı şəxsin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 14995,949 qram çəkidə narkotik vasitə heroini gizlədiləcəyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən çəkidə narkotik vasitəni istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin narkotik vasitə heroinin 55,649 qramını bir ədəd bükümdə qablaşdırıb üzərində, qalan 14940,3 qramını idarə etdiyi “Renault Megane” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində daşıyaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:30-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb 04 fevral 2023-cü il tarixdə saat 01:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda 55,649 qram çəkidə narkotik vasitə heroin əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 fevral 2023-cü il tarixdə saat 02:15-dən etibarən Təqsirləndirilən şəxs istifadəsində olan “Renault Megane” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən külli miqdarda 14940,3 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 1002,2 qram, 922,6 qram, 1000,3 qram, 1001,3 qram, 1000 qram, 1001,4 qram, 1003,6 qram, 1000,9 qram, 1004,3 qram, 1003,5 qram, 1000,7 qram, 1003,4 qram, 1002,2 qram, 999,8 qram, 994,1 qram olmaqla on beş ədəd bağlamada avtomobilin arxa yük yerindən bir ədəd torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, üç övladı vardır. Özünə məxsus «Renault Megane» markalı maşınla sərnişin daşımaqla ailəsini dolandırırdı. Təxminən 5-6 il olar ki, əslən gürcüstanlı olan, lakin Qazax rayonunda yaşayan Dünyamalı adlı şəxsi tanımışdır. Dünyamalı əsasən Rusiyada yaşamış, arabir Azərbaycana gəlib gedirdi. Bu zamanlar Dünyamalı onun maşınından istifadə edirdi. O, özü narkomandır, Dünyamalı da narkomandır. Bir neçə dəfə ikisi birlikdə narkotik qəbul etmişlər. Hadisə ilə əlaqədar bildirir ki, bu ilin fevral ayının əvvəllərində Dünyamalı ona zəng edib bildirmişdir ki, özü Qazaxdan Bakıya gəlir, Kürdəmir rayonu ərazisindədir. Dünyamalı ona xahiş etmişdir ki, Qala qəsəbəsinə getsin, orada ona konum göndərdiyi ünvanda dayansın, ona bir nəfər yaxınlaşaraq sumka verəcəkdir. Həmin sumka ilə avtovağzala gəlib onu qarşılamağı xahiş etmişdir. O da Dünyamalınnın dediyi kimi etmişdir. Qala qəsəbəsində küçədə maşını saxlayıb gözlədiyi zaman bir nəfər maşina yaxınlaşmış, ondan «səni göndəriblər» deyə soruşmuş, o, müsbət cavab verdikdən sonra ona göy rəngli böyük sellofan sumka vermişdir. O, həmin sellofanı maşının yük yerinə qoymuş və oradan avtovaczala gedən yolda Binədə 2 maşın onu saxlamışdır. Maşınlardan biri onun maşınını qarşısında, digər maşın isə arxasında dayanmışdır. Həmin maşınlardan çıxan 3 nəfər şəxs ona yaxınlaşaraq polis vəsiqələrini təqdim etmiş, onu öz maşınlarından birinə əyləşdirmiş, onun da maşınını polis əməkdaşlarından biri idarə edərək hamısı birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. İdarədə ona başqa bir sumkadan götürdükləri bir bükümü cibinə qoyaraq onu üzərinə baxış zamanı təqdim etməyini təklif etmişlər. Ona fiziki zor tətbiq etməmişlər. Lakin psixoloji təsir nəticəsində o, həmin bükümün ona məxsus olduğunu üzərinə baxış zamanı etiraf etmişdir. Bundan sonra idarənin həyətində dayanacaqda olan maşınına baxış keçirilmiş, maşınının yük yerində Qala qəsəbəsində Dünyamalıya çatdırmaq üçün göy rəngli torba deyil, başqa bir qara rəngli torba olmuşdur. Həmin torbadan 15 kq-a yaxın kütlələr aşkar edilmişdir. Həmin kütlələr ona aid deyildir. O, saxlanıldıqdan sonra Dünyamalı onun telefonuna zəng etmişdir. Zəngə cavab verən polis əməkdaşlarından biri onun narkotiklə əlaqədar saxlanıldığını Dünyamalıya bildirmiş, Dünyamalı dərhal telefonu söndürmüş, bir daha onu aramamış, polisə gəlib onun günahsız olmasını deyərək köməklik etməmişdir. Dünyamalının bu hərəkətlərindən başa düşmüşdür ki, ona çatdırılası sumkada da qanunsuz əşyalar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiriilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 03 fevral 2023-cü il tarixdə ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xəzər rayonu ərazisində satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və ondan, həmkarları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və 03 fevral 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01-02 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsindən Binə qəsəbəsinə gedən yolda Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı avtomaşını saxlayaraq həmin maşını idarə edən Təqsirləndirilən şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini həmin şəxsə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etmiş və onlar ona külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə Bakı şəhərinin Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirərək Baş idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs maşınını əməkdaşlardan biri idarə etməklə Baş idarəyə getmişlər. Artıq uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs maşınını əməkdaşlardan kimin idarə etməsini, Təqsirləndirilən şəxs öz və yaxud da onların maşınında olmasını xatırlamır. Baş idarədə Təqsirləndirilən şəxs baş təhqiqatçı Nəcəf Aburşuya təqdim etmişlər və sonuncu müdafiəçi dəvət etməklə videoçəkiliş aparmaqla öncə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, həmin baxış zamanı Təqsirləndirilən şəxs özü üzərindən birbüküm təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs təhqiqatçıya bank kartları və mobil telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin xatırladığı qədər 60 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı əsasında baş idarənin həyətində saxlanılan maşının qapısı Təqsirləndirilən şəxs özü tərəfindən açılmış və sonuncu avtomobilin arxa hissəsindən bir ədəd qara rəngli sellofan torbanı çıxarıb onlara təqdim etmişdir. Torba müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə açıldıqda içində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş, elə oradaca həmin kütlələr elektron tərəzidə çəkilməklə çəkisinin təxminən 15 kq olması müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan torbanı gürcüstanlı kimi tanıdığı Dünyamalı adlı şəxsin tapşırığı ilə Qala qəsəbəsindən götürüb avtovağzala gedib onu qarşılamalı idi. Təqsirləndirilən şəxs qarşı fiziki zor və psixi təzyiqlər olmamış, onun üzərinə və maşınına onlar tərəfindən heç bir şey qoyulmamış, Təqsirləndirilən şəxs Binə qəsəbəsi ərazisində deyil, Qala qəsəbəsi ərazisində saxlanılmışdır. Şahid1 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, onu Qala qəsəbəsindən Binə qəsəbəsi ərazisinə keçən zaman polis əməkdaşları saxlamış, maşında olan torbanı Dünyamalının tapşırığı ilə Qala qəsəbəsindən tanımadığı şəxsdən qəbul edib avtovağzala getməli idi. Dünyamalı da ona bu xidmətinə görə 100 manat pul verməli idi. Maşında həqiqətən göy rəngli sumka olmuş, lakin polis əməkdaşlarının maşından çıxardıqları qara rəngli kisə torba olmuşdur. Həmçinin üzərinə baxış keçirməmişdən əvvəl təhqiqatçı Nəcəf Aburşu onun əynindəki gödəkcənin sağ yan cibinə bir büküm qoyaraq həmin bükümü üzərinə baxış zamanı təqdim etməyini tapşırmışdır. Ona fiziki zor tətbiq edilməsə də qorxduğu üçün Nəcəf Aburşunun təklifini qəbul etmişdir. Artıq bu təklifi qəbul etdiyi üçün müdafiəçisinə, müstəntiqə, barəsində həbs qətimkan tədbiri seçən hakimə heç bir söz deməmişdir. Onu da qeyd etmək istəyir ki, ona təqdim olunmuş müdafiəçi Rasim Almuradov onu fəal şəkildə müdafiə etmiş, polis əməkdaşlarına «baxın görün, bu adam heç narkomana oxşayırmı?» demişdir. Lakin o, üzərinə və maşına baxış zamanı aşkar olunmuş qanunsuz əşyaların ona məxsus olmasını etiraf etdiyi üçün müdafiəçi də tərtib ounmuş protokolları ondan sonra imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiriilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 03 fevral 2023-cü il tarixdə həmkarı Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xəzər rayonu ərazisində satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və ondan, həmkarları Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və 03 fevral 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01-02 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsindən Binə qəsəbəsinə gedən yolda Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı avtomaşını saxlayaraq həmin maşını idarə edən Təqsirləndirilən şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini həmin şəxsə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etmiş və onlar ona külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə Bakı şəhərinin Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirərək Baş idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs maşınını əməkdaşlardan biri idarə etmiş, Təqsirləndirilən şəxs də öz maşınında olmuşdur. Baş idarədə Təqsirləndirilən şəxs baş təhqiqatçı Nəcəf Aburşuya təqdim etmişlər və sonuncu müdafiəçi dəvət etməklə videoçəkiliş aparmaqla öncə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, həmin baxış zamanı Təqsirləndirilən şəxs özü üzərindən birbüküm təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs təhqiqatçıya bank kartları və mobil telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin xatırladığı qədər 60 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı əsasında baş idarənin həyətində saxlanılan maşının qapısı Təqsirləndirilən şəxs özü tərəfindən açılmış və sonuncu avtomobilin arxa hissəsindən bir ədəd qara rəngli sellofan torbanı çıxarıb onlara təqdim etmişdir. Torba müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə açıldıqda içində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş, elə oradaca həmin kütlələr elektron tərəzidə çəkilməklə çəkisinin təxminən 15 kq olması müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan torbanı gürcüstanlı kimi tanıdığı Dünyamalı adlı şəxsin tapşırığı ilə Qala qəsəbəsindən götürüb avtovağzala gedib onu qarşılamalı idi. Təqsirləndirilən şəxs qarşı fiziki zor və psixi təzyiqlər olmamış, onun üzərinə və maşınına onlar tərəfindən heç bir şey qoyulmamış, Təqsirləndirilən şəxs Binə qəsəbəsi ərazisində deyil, Qala qəsəbəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi etdiyi əməli gizlətmək üçün verilmiş ifadədir və həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiriilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, 03 fevral 2023-cü il tarixdə həmkarı Şahid1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xəzər rayonu ərazisində satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və ondan, həmkarları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və 03 fevral 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01-02 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsindən Binə qəsəbəsinə gedən yolda Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı avtomaşını saxlayaraq həmin maşını idarə edən Təqsirləndirilən şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini həmin şəxsə təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etmiş və onlar ona külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə Bakı şəhərinin Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirərək Baş idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs maşınını əməkdaşlardan biri idarə etmiş, Təqsirləndirilən şəxs də öz maşınında olmuşdur. Baş idarədə Təqsirləndirilən şəxs baş təhqiqatçı Nəcəf Aburşuya təqdim etmişlər və sonuncu müdafiəçi dəvət etməklə videoçəkiliş aparmaqla öncə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, həmin baxış zamanı Təqsirləndirilən şəxs özü üzərindən birbüküm təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs təhqiqatçıya bank kartları və mobil telefon təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin xatırladığı qədər 60 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz razılığı əsasında baş idarənin həyətində saxlanılan maşının qapısı Təqsirləndirilən şəxs özü tərəfindən açılmış və sonuncu avtomobilin arxa hissəsindən bir ədəd qara rəngli sellofan torbanı çıxarıb onlara təqdim etmişdir. Torba müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə açıldıqda içində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmiş, elə oradaca həmin kütlələr elektron tərəzidə çəkilməklə çəkisinin təxminən 15 kq olması müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan torbanı gürcüstanlı kimi tanıdığı Dünyamalı adlı şəxsin tapşırığı ilə Qala qəsəbəsindən götürüb avtovağzala gedib onu qarşılamalı idi. Təqsirləndirilən şəxs qarşı fiziki zor və psixi təzyiqlər olmamış, onun üzərinə və maşınına onlar tərəfindən heç bir şey qoyulmamış, bu mümkün deyildir. Təqsirləndirilən şəxs Binə qəsəbəsi ərazisində deyil, Qala qəsəbəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi etdiyi əməli ört-basdır etmək üçün verilmiş ifadədir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə bölmənin əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və 03 fevral 2023-cü il tarixdə, saat 23:30-da BNMİ-nin məhz bu əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanın yaxınlığında “Renault Megane” markalı, **-FY-*** nömrəli avtomobilin qarşısında saxlanılaraq hava, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti ilə əlaqədar təhlükəsizlik tədbirlərini nəzərə alaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 04 fevral 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, vedoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə BNMİ-nin İnzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli spesfik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılması ilə birlikdə çəkisinin 59 qram olması müəyyən edilmiş və həmin kütlə qablaşdırılmış, möhürlənmi və imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış və götürmə aparılması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, vedoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs razılığı ilə sonuncuya aid olan “Renault Megane” markalı, **-FY-*** nömrəli avtomobilə baxış keçirilmiş. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa hissəsində saxladığı 01 ədəd qara rəngli torbanı təqdim etmiş, torbanın içərisindən 15 büküm aşkar edilmiş, heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş 15 kq 80 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri “Dünyamalı” adlı Gürcüstan Respublikası vətəndaşının vasitəsilə Xəzər rayonu ərazisində sonuncu tərəfindən dəqiq koordinatları bildirilmiş gizli yerdən götürüb əldə etdiyini, “Dünyamalı” adlı şəxsin göstərişi ilə həmin maddələri deyiləcək yerlərə yerləşdirmək müqabilində “Dünyamalı”-nın özünə pul verəcəyini bildirmişdir. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilərək çəkisinin 15 kq 89 qr olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş predmetlər qablaşdırıldı üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2023-cü il tarixli, 6/692 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş: - üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 55,649 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən...” sözləri olan kağız yapışdırılmış bağlamadakı 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1002,2 qr, 922,6 qr, 1000,3 qr, 1001,3 qr, 1000 qr, 1001,4 qr, 1003,6 qr, 1000,9 qr, 1004,3 qr, 1003,5 qr, 1000,7 qr, 1003,4 qr, 1002,2 qr, 999,8 qr, 994,1 qr, ümumi təmiz çəkisi – 14940,3 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Zərfdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 14995,949 qramdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 2252 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs deməsinə görə 3- 4 ildir ki, narkotik vasitə olan heroini əvvəllər inyeksiya yolu ilə, son zamanlar isə yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarından müəyyən olunur ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 07 fevral 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “bank məlumatlarına baxış keçirilməsi haqqında” 11 aprel 2023-cü il tarixli protokoldan müəyyən olulunr ki, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd diskdə təqdim olunan fotogörüntülər və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair elektron çıxarışlara keçirilmiş baxış zamanı məlum olmuşdur ki, araşdırma zamanı sorğu edilən Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 58** **** 1210 nömrəli plastik kart üzrə elektron hesaba xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində digər elektron kart hesablarından istifadə etməklə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğində pul köçürmələri əməliyyatları edilmiş, fotogörüntülərə keçirilən baxış zamanı həmin görüntülərdə müvafiq vaxtlarda bankomat vasitəsilə nağdlaşdırma əməliyyatları aparan şəxsin məhz Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefon aparatının daxili yaddaşında çoxsaylı kontaktların, o cümlədən də adları “RRZZ” kimi qeyd olunmuş +**********33 saylı və “SİYAVUŞ” kimi qeyd olunmuş +**********29 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmişdir. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində Rusiya Federasiyasına məxsus olan +**********1 saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqində hesabı vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə, o cümlədən adları yuxarıda qeyd edilən İran İslam Respublikasına məxsus nömrələrlə qeydiyyatdan keçmiş istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Lakin həmin yazışmalarda müəyyən edilmiş vaxt cədvəlinə uyğun danışıqların vaxtaşırı avtomatik olaraq pozulması rejimində olması səbəbindən həmin danışıq pəncərələrinin boş olması müəyyən edilmişdir. Bununla belə, mobil telefonun yaddaşında olan fotogörüntülərə keçirilən baxış zamanı fotokamera ilə çəkilmiş görüntülərin içərisində elektron tərəzinin üzərində çəkisi 94 qram kimi müəyyən olunmuş qurudulmuş yaşıl rəngli ota bənzər, zahiri görünüşünə görə narkotik vasitə qurudulmuş marxuanaya bənzər kütlənin, bundan başqa, həmin məkanda və həmin elektron tərəzinin üzərində çəkisi 99 qram kimi müəyyən olunmuş şəffaf sellofananın içərisində üzəri yapışqan lentə sarınmış qara rəngli sellofanda olan bağlamanın görüntüləri müəyyən edildi. Bundan başqa, mobil telefonun yaddaşına yüklənmiş “Whatsapp Business” ünsiyyət mobil telefon tətbiqi vasitəsilə göndərilmiş fotogörüntülərin içərisində Təqsirləndirilən şəxs naməlum şəxslərə elektron tərəzinin üzərinə qoymaqla çəkisini nümayiş etdirdiyi bir çox bağlamaların, əsas etibarı ilə tərkibində qurudulmuş ota bənzər kütlələrin olması, o cümlədən bir neçə ədəd tutumu məlum olmayan ağ rəngli sellofana bükülmüş bağlamaların görüntüləri müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının əməliyyat tapşırığına verilmiş 3-13-7/2-3865/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, “Dünyamalı” adlı şəxsin hazırda yaşadığı yeri müəyən edilmədiyindən onun ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyən etmək üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 14995,749 qram çəkidə narkotik vasitə heroin və bir ədəd “Samsung” markalı mobil telefon Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edimişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində 2006, 2007 və 2013-cü il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmidir. Bakı Şəhər Probosiya İdarəsinin 21-1/327582-16 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilrək cəzadan azad olması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Həmin qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-nin 18ci maddəsinə əsasən residiv mövcud deyildir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu ödənilmiş və həmin məhkumluq ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmənin sorğusuna əsasən məhkəməyə daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Səbail rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı toplanmış izahatlar, məhkəmə-tibbi ekspertiza rəyi və digər materiallarla öz təsdiqini tapmamış və CPM-nin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ilkin xx.xx.2023-cü il tarixli izahatından və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən müəyyən olunur ki, aşkar olunmuş narkotik vasitələri Gürcüstan Respublikası vətəndaşı olan “Dünyamalı” adlı şəxsin vasitəsilə Bakı şəhərinin Xəzər rayonu ərazisində ona vəd edilən pul müqabilində müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər olmamış, o özü səmimi ifadə vermişdir. (i/v 44-46, 63- 67, 81-86) Təqsirləndirilən şəxs cinayət əməli həmçinin əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişlə keçirilmiş baxış və axtarış protokolları və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 03 fevral 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 14995,749 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilimiş 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 14995,749 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, cinayət işinin materiallarına əlavə edilimiş disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1383/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1383/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver