Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1384/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «PRO BONO» Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Bərdə rayonu, Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, tamah məqsədi ilə şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə 2018-ci ilin iyun ayının əvvəllərində ünvan 1 ünvanında yaşayan Şirinbəyova Ay tac Gülbala qızı ilə "Whatsapp" ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Samsun şəhərində işlə təmin edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə 08 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Samsun şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu kirayədə yaşadığı mənzildə yerləşdirdikdən sonra 10 iyun 2018-ci il tarixdən 10 iyul 2018ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə 16 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Samsun şəhərinə getmiş Zərərçəkmiş şəxs1 ilə "Whatsapp" ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Bodrum şəhərində ona gəlirli iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığım bildirib Bodrum şəhərinə getdikdən sonra Təqsirləndirilən şəxs onu qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirmiş, 2019-cu ilin may ayının sonlarından 2019-cu ilin avqust ayının sonlarınadək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə 03 aprel 2019- cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Samsun şəhərinə getmiş Zərərçəkmiş şəxs3 ilə "Whatsapp" ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Bodrum şəhərində ona gəlirli iş tapacağını vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirib Bodrum şəhərinə getdikdən sonra Təqsirləndirilən şəxs onu qarşılayıb kirayədə yaşadığı mənzildə yerləşdirmiş, 2019-cu ilin may ayının sonlarından 2019-cu ilin avqust ayının sonlarınadək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tanıyır, Aytacı tanıdığı vaxtlarda o, fahişəliklə məşğul olmamış, sonuncu ilə Samsunda "qazino"da içki içməklə pul qazanmış, heç bir zaman fahişəliklə məşğul olmamışlar. Aytac ifadəsində bildirmişdir ki, günortalar "qazino"da işləmiş, axşamlar isə müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. Halbuki "qazino"lar günortalar fəaliyyət göstərmir, həmçinin Aytacla qaldığı müddətdə sonuncu hər hansı müştəri ilə görüşməmişdir. Həmçinin, Aytac gecə saatlarında ondan xəbərsiz tez-tez çölə çıxdığı üçün ehtiyat etmiş və anası ilə əlaqə saxlamışdır ki, gəlib qızına nəzarət etsin. Zərərçəkmiş şəxs3 onun yanına Zərərçəkmiş şəxs1 gətirmiş, həmin vaxt o, Bodrum şəhərində olmuş, Günay və Ramilə Bodruma gəldikdə orada qadınları fahişəliyə cəlb edən Mustafa, Volkan və Orhan adlı şəxslərlə tanış olmuş və həmin şəxslər tərəfindən fahişəliyə cəlb edilmişlər. Onun Günay və Ramilənin fahişəliklə məşğul olmalarında hər hansı iştirakı olmamış, faktiki olaraq onun özünü də Mustafa və Orhan adlı Türkiyə vətəndaşları Bodrumda fahişəliyə cəlb etmişlər. X3 sevgili münasibətində olmuşdur. Ona elan edilmiş ittihamda göstərilən cinayət əməlləri ilə hər hansı əlaqəsi olmamış, o özü Türkiyənin Bodrum şəhərində fahişəliklə məşğul olmuş, hər hansı qadını istismar etməmişdir. Fahişəliklə məşğul olmağına səbəb isə Türkiyədə karantin rejimi ilə bağlı iş yerlərinin bağlanması olmuşdur. Maddi ehtiyacları olduğundan, başqa iş tapa bilmədiyindən məcbur olub fahişəliklə məşğul olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sonuncunun bacısı Vəfa adlı qadın vasitəsilə tanımış, belə ki, 2018-ci ilin sonlarında Naftalan şəhərindən Bərdə şəhərinə gedərkən avtobusda təsadüfən Vəfa ilə tanış olmuş və aralarında ünsiyyətləri yaranmışdır. Bundan sonra Vəfa onun istifadəsində olan mobil telefon nömrəsini götürərək onunla arabir əlaqə saxlamışdır. Əlaqə saxladıqları zaman 2018-ci ilin dekabr ayının əvvəllərində o Vəfanı öz evinə qonaq çağırmış, Naftalan şəhərində yaşadığı evində olarkən Vəfa bacısı Aytəkindən danışaraq bildirmişdir ki, bacısı Samsun şəhərində restoranda tanışlarının yanında işləyir. Bundan sonra Vəfa görüntülü şəkildə bacısı Aytəkinlə mobil telefonda danışmağa başlamış və onun Aytəkinlə ilk tanışlığı belə baş vermişdir. Bundan sonra Vəfadan Aytəkinin istifadə etdiyi Türkiyə mobil operatoruna məxsus nömrəni götürmüş və onun özü Aytəkinlə bir neçə dəfə "whatsapp" vasitəsilə görüntülü zənglə danışmışdır. Aytəkinlə danışarkən həmin vaxt rəfiqəsi olan Ramilə də onun evində qalmış, ona sonradan məlum olmuşdur ki, Ramilə də Aytəkinlə danışmış və Aytəkin Ramiləni də Samsuna dəvət etmişdir. Aytəkin onu öz yanına, Türkiyənin Samsun şəhərinə dəvət edərək bildirmişdir ki, Samsunda restoranda xidmətçi işləyir, restoranın müdiri tanışıdır, müdir xahiş etmişdir ki, işçilər tapsın. O da həmin vaxt Aytəkinə razılıq verib bildirmişdir ki, qısa vaxtda Samsuna gələcəkdir, 16 fevral 2019-cu il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Samsuna, Aytəkinin yanına getdikdə Aytəkin Avtovağzalda onu qarşılamış və onu kirayə yaşadığı evə aparmışdır. Orada Aytəkin onun uzun müddət Türkiyədə qalıb işləməyi üçün icazə almış, bundan sonra Aytəkin onu özünün işlədiyi "Mavi Bar" adlı restorana apararaq orada xidmətçi kimi işə düzəltmişdir. 2019-cu ilin mart ayının ortalarında Aytəkin bildirmişdir ki, Bodrum şəhərinə getməlidir, orada da restoran sahibləri gözləyir, işləməlidir, əgər orada işləri yaxşı gedərsə onu da çağıracaqdır, 2019-cu ilin aprel ayının əvvəllərində Ramilə də Samsuna onun yanına gələrək bildirmişdir ki, Aytəkin onu da çağırmışdır ki işləyib maddi ehtiyaclarını ödəsin. 2019-cu ilin may ayının sonlarında Aytəkin onunla Bodrumdan əlaqə saxlamış və bildirmişdir ki, həmin şəhərdə daha gəlirli iş tapmışdır, Ramilə ilə birlikdə Bodruma getsinlər. O, Ramiləyə bu barədə dedikdə Ramilə onunla getməyə razılıq vermiş və onlar birlikdə Bodrum şəhərinə avtobusla getmişlər. Aytəkin onları avtovağzalda qarşılayaraq kirayə tutduğu evə aparmış, bir müddət sonra Aytəkin bildirmişdir ki, onu və Ramiləni müxtəlif hotellərə müştərilərinin yanına göndərəcək, onlar da həmin müştərilərlə görüşüb cinsi əlaqədə olacaqlar, bununla da restoranda işlədiklərindən daha çox pul qazanacaqlar. O, etiraz etdikdə Aytəkin ona hədə-qorxu gəlmişdir ki, tanışları çoxdur, başlarına oyun açarlar, onları çağırdığını müştərilərinə artıq bildirmişdir. Bu zaman onlar da çarəsiz qalıb Aytəkinə razılıq vermişlər. Bundan sonra Aytəkin onu və Ramiləni taksi vasitəsilə müxtəlif ünvanlara aparmış, müştərilərinə təqdim etdikdən sonra pulu özü almış, pulun yarısını onlara, qalan yarısını isə özünə götürmüşdür. Gün ərzində Aytəkin onları 4-5 nəfərlə görüşdürüb cinsi əlaqədə olmaqlarını təşkil etmişdir. Bu qaydada bir ay yarım müddətdə Aytəkin tərəfindən istismar olunmuşlar. Bu müddətdə Aytəkinin yanına Seva və Şəbinə adlı qadınlar da gəlmiş, Aytəkin həmin qadınları da fahişəliyə cəlb etmiş, 2019-cu ilin avqust ayının sonlarında Aytəkinin onlarla olan davranışından bezdikləri üçün Aytəkinlə mübahisə etmişlər və o Ramilə ilə birlikdə Samsun şəhərinə qayıtmışdır. Oradan isə 27 avqust 2019-cu il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Aytəkin ondan başqa rəfiqəsi Ramiləni, eləcə də Seva və Şəbinə adlı qadınları da Bodrum şəhərində istismar etmişdir. Seva və Şəbinə barəsində onun hər hansı dəqiq məlumatı yoxdur. Aytəkin onları təkbaşına istismar etmiş, Aytəkinə işlərində heç kim köməklik etməmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər evində kirayədə yaşadığı Günay adlı qadın vasitəsilə tanımış, belə ki, 2019-cu ilin yanvar ayında Günayla bir evdə olarkən Günay ona bildirmişdir ki, Aytəkin adlı qadın onu Samsun şəhərinə işləməyə dəvət etmişdir. O, Aytəkini Günayla danışarkən görmüş, Aytəkin Samsun şəhərində restoranda işlədiyini, yaxşı pul qazandığını bildirmişdir. Həmin vaxt o düşünmüşdür ki, özünə pasport alsın və əgər alınsa o da Türkiyəyə işləməyə gedər. Bundan sonra isə o Aytəkinin mobil telefon nömrəsini Günaydan götürmüş, Aytəkinlə telefonla danışanda Aytəkin ona bildirmişdir ki, Samsuna getsə onun üçün iş təşkil edə bilər. 03 aprel 2019-cu il tarixdə o özünə avtobus bileti alaraq Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Samsuna, Günayın yanına getmiş, Aytəkin ona da söz vermişdir ki, orada onun üçün də iş var. 2019cu ilin may ayının təxminən sonlarında Günayla birlikdə olarkən X2 əlaqə saxlayaraq bildirmişdir ki, həmin şəhərdə daha gəlirli iş tapmışdır, birlikdə Bodruma gəlsinlər. Günay ona bu barədə dedikdə o razılıq vermiş və onlar birlikdə Bodrum şəhərinə getmişlər. Aytəkin onları avtovağzalda qarşılayaraq kirayə tutduğu evə aparmışdır. Növbəti gün Aytəkin bildirmişdir ki, onu və Günayı müxtəlif hotellərə müştərilərinin yanına göndərəcək, onlar həmin müştərilərlə görüşüb cinsi əlaqədə olacaqlar. O, etiraz etdikdə Aytəkin onlara hədə-qorxu gəlmişdir ki, artıq hərəkət etsələr onları tutdurar. Bundan sonra onlar çarəsiz qalıb Aytəkinə razılıq vermişlər. Bundan sonra Aytəkin onu və Günayı müxtəlif ünvanlara aparmış, müştərilərinə təqdim etdikdən sonra pulu özü alaraq pulun yarısını onlara, qalan yarısını isə özünə götürmüşdür. Gün ərzində Aytəkin onu 3-4 nəfərlə görüşdürüb cinsi əlaqədə olmasım təşkil etmişdir. Bu qaydada onlar təxminən bir ay yarım müddətdə Aytəkin tərəfindən istismar olunmuşlar. Bu müddətdə Aytəkinin yanında digər qadınlar da olmuş, Aytəkin həmin qadınları da onlar kimi fahişəliyə cəlb etmiş, 2019-cu ilin avqust ayının sonlarında Aytəkinin onlarla olan davranışından bezdikləri üçün Aytəkinlə mübahisə edərək Samsun şəhərinə qayıdıb oradan da 27 avqust 2019-cu il tarixdə dövlət sərhədini Günayla birlikdə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişlər. Aytəkin ondan başqa rəfiqəsi Günayı, eləcə də Ayka, Seva və Şəbinə adlı qadınları da Bodrum şəhərində istismar etmişdir. Ayka, Seva və Şəbinə barəsində onun hər hansı dəqiq məlumatı yoxdur. Bildiyi qədəri ilə Şəbinə Bakı şəhərində, Ayka isə Gəncə şəhərində yaşayır. Aytəkindən başqa onları müştəriyə heç kim göndərməmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2018-ci ilin aprel ayında Xaçmaz şəhərinə gəzmək üçün gələn Türkiyə vətəndaşı Ahmet adlı şəxslə yaxın münasibət saxlamış və Ahmet onu evlənmək üçün Türkiyə Respublikasının Tokat şəhərinə dəvət etmişdir. 01 may 2018-ci il tarixdə Ahmetin yanına gedərək on gün Ahmetgildə qaldıqdan sonra Ahmetlə evlənməkdən imtina etmiş və Azərbaycana qayıtmağa qərar vermişdir. Valideynləri bunu bildikdən sonra evlənmədiyi üçün evə gəlməməyini tapşıraraq onunla kobud danışmışlar. Avtobusla Azərbaycana gələrkən Təqsirləndirilən şəxs ilə təsadüfən tanış olmuş, o başına gələnləri, ailəsinin onu qəbul etməyəcəyini Aytəkinə danışdıqda Aytəkin ona köməklik edəcəyini bildirmiş və o Aytəkinlə birlikdə dövlət sərhədini 27 may 2018-ci il tarixdə Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Bakı şəhərinə gəlmişdir. Aytəkin ondan mobil telefon nömrəsini götürərək onunla əlaqə saxlayacağını bildirmişdir. O, Xaçmaz şəhərinə, yaşadığı ünvana qayıtmış, bir neçə gün sonra Aytəkin onunla əlaqə saxlayaraq təklif etmişdir ki, birlikdə Türkiyəyə getsinlər, onun üçün işəgötürmə ofislərindən birində iş tapacaqdır. O, anası Tünzaləyə də Aytəkin barədə bildirmiş, anası Aytəkinlə özü danışdıqda Aytəkin anasını da əmin etmişdir ki, onun üçün heç bir problem olmayacaq. O da Aytəkinə inanıb razılıq vermiş, Aytəkin Bakı şəhərinə gəlməyi, birlikdə Bakıdan Samsuna gedəcəklərini bildirmiş, o, 07 iyun 2018-ci il tarixdə Aytəkinin təklifi ilə Bakı şəhərinə gələrək Aytəkinin kirayə götürdüyü ünvanını dəqiq bilmədiyi mənzildə bir gecə qalmış, növbəti gün isə avtobusla Aytəkinlə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Samsun şəhərinə getmişdir. Çatdıqdan sonra bir gecə istirahət etmişlər. Növbəti gün Aytəkin bildirmişdir ki, imkanlı tanış müştəriləri var, onu həmin şəxslərlə tanış etsin, o da gedib müştəriləri ilə əylənib pul qazansın. Aytəkinin nə demək istədiyini ilk olaraq başa düşməsə də sonradan Aytəkinin onu fahişəliyə cəlb etmək istədiyini bilmiş və Aytəkindən xahiş etmişdir ki, onun üçün normal iş tapsın, Aytəkin isə başqa iş tapa bilməyəcəyini, məcbur qalıb onunla razılaşmalı olduğunu demiş, o çıxılmaz vəziyyətdə qalaraq razılıq vermiş və bundan sonra Aytəkin onu bir ay cinsi istismar etmişdir. Aytəkinin müştəriləri onu və Aytəkini olduqları evdən götürüb müxtəlif hotellərə aparmış, onunla cinsi əlaqədə olduqdan sonra da pulu Aytəkinə vermişlər. Bu qaydada Aytəkin onu gün ərzində 2- 3 nəfərlə görüşdürüb fahişəliyə cəlb etmişdir. Arabir anası Azərbaycandan onunla əlaqə saxlasa da Aytəkinin qorxusundan, həmçinin ailəsinə rüsvay olmamaq üçün anasına demişdir ki, heç bir problem yoxdur. Bir müddət sonra Aytəkin onu "qazino" deyilən yerdə işə düzəltmiş, lakin buna baxmayaraq o günorta işlədikdən sonra axşamlar yenidən Aytəkinin müştəriləri ilə görüşüb cinsi əlaqədə olmuşdur. Bir ay Aytəkin tərəfindən istismara məruz qaldıqdan sonra Aytəkin Azərbaycana getmək lazım olduğunu bildirdikdə o Aytəkinlə birlikdə 10 iyul 2018-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Bakı şəhərinə gəlmişdir. Anası ondan hansı işlə məşğul olduğunu soruşduqda anasına bildirmişdir ki, Aytəkinlə restoranda işləmişdir. Anası ona inanmayaraq bildirmişdir ki, onunla birlikdə işlədiyi yerə gedib baxacaqdır. Buna görə də o növbəti dəfə anası ilə birlikdə Samsun şəhərinə, işlədiyi "qazino"ya getmiş, onlar orada olarkən təsadüfən Aytəkinlə qarşılaşmışlar. Həmin vaxt Aytəkin özünü normal aparmış və anasının yanında olduğunu görüb fahişəliklə məşğul olmaq barədə heç bir söhbət etməmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə Türkiyə Respublikasında olduğu müddətdə yanlarında başqa adam olmamış, Aytəkin onu təkbaşına işlətmiş, həmçinin Aytəkinə də işlərində heç kim köməklik etməmiş, onunla cinsi əlaqədə olacaq müştəriləri də Aytəkin özü tapmışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin 2930-cu vərəqlərində olan iş üzrə tərtib edilmiş baxış keçirilməsi haqqında 12 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "C00882443" nömrəli ümumvətəndaş pasportundan istifadə edərək 08 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 04 yanvar 2021-ci il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 "C0007338" nömrəli ümumvətəndaş pasportundan istifadə edərək 16 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 27 avqust 2019-cu il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur, Zərərçəkmiş şəxs3 "C02586631" nömrəli ümumvətəndaş pasportundan istifadə edərək 03 aprel 2019- cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 27 avqust 2019-cu il tarixdə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Cinayət işinin 35-ci vərəqində olan baxış keçirilməsi haqqında 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 27 may 2018-ci il tarixdə saat 01:46 dəqiqədə «C01904704» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 08 iyun 2018-ci il tarixdə saat 17:23 dəqiqədə «C01904704» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 10 iyul 2018-ci il tarixdə saat 01:54 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət- buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 27 may 2018-ci il tarixdə saat 01:47 dəqiqədə «C00882443» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 08 iyun 2018-ci il tarixdə saat 17:22 dəqiqədə «C00882443» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 10 iyul 2018-ci il tarixdə saat 01:52 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində ona qarşı ifadə verən qadınları aldatmadığını, fahişəliyə və ya sair əxlaqsız hərəkətlərə cəlb etmədiyini, onlarla sadəcə olaraq Türkiyə Respublikasında olduğunu, hər hansı qadını fahişəliyə cəlb etmədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb edən şəxsin xarici vətəndaş olduğunu, Zərərçəkmiş şəxs2 ilə birlikdə olarkən fahişəliklə məşğul olmadığını qeyd etmişdir. Halbuki Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslərin ifadələri ilə tam təkzib edilmişdir. Bu isə bir daha onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillərin toplanmış digər mötəbər sübutlarla təsdiq edilməməsi onun hadisə ilə bağlı göstərdiklərinin həqiqi olmadığını göstərir və məsuliyyətdən yaxa qurtarmaq üçün gətirilən dəlillər kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 166-172-ci vərəqlərində olan qərardan görünür ki, 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 91-ci vərəqində olan tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində deyilir ki, CM-nin 59.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar, təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov