Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1384/2023 24.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, X2, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 60, mənzil 47-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 24,100 qram çəkidə psixotrop maddə metamfetamini naməlum mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 19:20-də ünvan 1 ünvanında saxlanılaraq ünvan 2aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra: BMCMİ) gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 24,100 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 11,270 qram və 12,830 qram olmaqla əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, polislər tərəfindən saxlanıldığı vaxtdan bir ay əvvələ qədər tramadol, lirika kimi psixotrop maddələrdən və digər bəzi narkotik vasitələrdən istifadə etmişdir. Onun bank kartı olmamış, üzərində olan kart BakıKart metro kartı olmuşdur. Karta pul köçürüb narkotik almamış, tələbatı olan narkotiki nağd ödənişlə almışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polislər tərəfindən saxlanıldığı gün 4-5 nəfər dostu ilə Mircəlal 60A ünvanı ilə üzbəüzdə yerləşən Bolmart marketin yanında oyun zalında oturmuş, oyun oynamış, həmin vaxt 3 nəfər polis gəlmiş, özlərini təqdim etmədən, sənədlərini yoxlamadan ondan çölə çıxmasını tələb etmişlər. Çölə çıxandan sonra polislər küçədə onun üstünü yoxlamış, heç nə tapa bilməmiş, onu maşına mindirib «Banditizm” (burada BMCMİ) İdarəsinə aparmışlar. Sonra qarşısına 24 qram patı qoymuş və üzərinə götürməli olduğunu demişlər. Çəkilişdən əvvəl idarədə adlarını bilmədiyi 7 nəfər şəxs onu vurmuş, çiynindən xəsarət almış, polislərdən çəkindiyinə görə dedikləri ilə razılaşmışdır. Videoçəkiliş zamanı üzərindən çıxan maddəni 250 manat müqabilində tanımadığı şəxsdən aldığını deməsini polislər ondan tələb etmiş, etmədiyi təqdirdə qardaşını və dostlarını da gətirib yükləyəcəklərini bildirmiş, o da polislərlə razılaşmış, onların dedikləri kimi etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, əslində üzərində patı olmamış, polislərin təzyiqi ilə üzərinə götürmüşdür. Polislər tərəfindən döyüldükdən sonra vəkil gəlmiş, lakin vəkilə döyülməsi ilə bağlı məlumat verməmişdir. Başına gələn hadisəni müstəntiqə də danışmışdır. Təhqiqatçı və müstəntiq tərəfindən ona hər hansı zor tətbiq olunmamışdır. Sanksiyaya çıxarıldığı zaman məhkəmədə heç nə deməmiş, hər hansı bir fikir ifadə etməmiş, peşmanam sözü deməmiş, məhkəmədə ondan heç nə soruşulmamışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, istintaq müddətində başına gələnlərlə bağlı hər hansı bir ərizə yazmamışdır. Artıq ona heç bir təzyiq göstərə bilməyəcəyini Kürdəxanıda dərk eləmişdir. Kürdəxanıya gedəndə xəsarətləri olmuş, xəsarətin harada olmasıyla bağlı ondan heç nə soruşulmamışdır. Döyülməsi barədə orada məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi müvafiq olaraq 19 yanvar 2023-cü il tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək məhkəmədəki ifadəsindən fərqli ifadə verib göstərmişdir ki, heç bir xəstəliyi, o cümlədən ruhi-əsəb xəstəliyi olmamış, subaydır və rəsmi olaraq heç bir yerdə işləməmişdir. Orta təhsillidir. 2 ildir “nəşə”, “lirika”, “paden” və “şüşə” adlı narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, qəbul etdiyi maddələri anket məlumatları ona məlum olmayan hər dəfə ayrı-ayrı adamlardan almışdır. Sonuncu dəfə isə saxlanılmazdan 1 həftə əvvəl yaşadığı ünvan 3 ünvanının yaxınlığında yerləşən “Qızıl tac” restoranının yaxınlığından 250 manat müqabilində əldə etmiş, ödənişi isə kart vasitəsi ilə eləmişdir. Həmin malı öz şəxsi istifadəsi üçün əldə etmişdir. Hadisə günü, yəni 18 yanvar 2023-cü il tarixdə, saat 19:20 radələrində ünvan 1 ünvanının yaxınlığında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib, üzərində “şüşə” olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-yə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “şüşə” olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda iki ədəd sellofan bükümün içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş “şüşə” polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşman olmuşdur (iş vərəqə: səh. 53-56, 69-72). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verib göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa o və Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişlər. 18 yanvar 2023-cü il tarixdə, saat 19:20 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında olacağı müəyyən edilmiş, bunun üçün onlar həmin ünvana getmiş, həmin saatda eyni ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmişlər. Həmin vaxtı onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən polis əməkdaşları ilə baş idarəyə gəlmiş, baş idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirib, əynində olan şalvarın ciblərindən 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm açıldıqda həmin sellofan bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanılmazdan 1 həftə əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində anket məlumatları ona məlum olmayan şəxsdən 250 manata aldığını, narkotik vasitələr və psixotrop maddələrdən əvvəllər də istifadə etdiyini bildirmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirinin keçirilməsini əhatə edən müvafiq sənədlərlə - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən BMCMİ-nin rəisinin adına ünvanlanmış 18 yanvar 2023-cü il tarixli raport, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» eyni tarixli qərar, «əməliyyat qrupunun yaradılması barədə” eyni tarixli, 3-13-6/ə27/2023 saylı əmr, baş əməliyyat müvəkkili Şahid1 tərəfindən BMCMİnin rəisinin adına ünvanlanmış 18 yanvar 2023-cü il tarixli başqa bir raportla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayon sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» 18 yanvar 2023-cü il tarixli qərar qəbul edilmiş, həmin qərar BMCMİ-nin rəisi tərəfindən təsdiq olunmaqla həmin qərarın surəti məlumat üçün aidiyyəti üzrə prokurorluq orqanına və qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmiş, yuxarıda tarixi və nömrəsi qeyd olunan müvafiq əmrə əsasən BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə BMCMİ-nin digər baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, ətrafında əməliyyat tədbiri keçirilən Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 19:20-də ünvan 1 ünvanında saxlanılaraq BMCMİ-nin inzibati binasına aparılmışdır (iş vərəqə: səh.4, 5-6,7-8, 9). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası DİNnin BMCMİ-nin baş əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş «Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə» 18 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqə: səh. 101). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması» haqqında 18 yanvar 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 19:20-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq BMCMİ-yə gətirilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd “Bakı Kart” aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmiş və götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd “Bakı Kart” götürülmüşdür. Şəxsi axtarış, və götürmə istintaq hərəkəti 18 yanvar 2023-cü il tarixdə saat 21:12-də başlamış və həmin tarixdə saat 21:26-da bitmişdir (iş vərəqə: 27-28). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 6/339 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan... maddələr....” yazı və imzalar olan zərfdə 02 ədəd şəffaf rəngli sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 11,270 qram və 12,830 qram olmaqla ümumi təmiz çəkisi 24,100 qram olan ağ rəngli, kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə görə kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetamin ümumi təmiz çəkisi – 24,100 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 24,000 qram (iş vərəqə: 40-43). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli 1803 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 127-128). İbtidai istintaq orqanının müvafiq əməliyyat tapşırığına əməliyyat xidməti tərəfindən verilmiş 3-13-6/2-1752 nömrəli cavab məktubun məzmunundan görünür ki, ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən külli miqdarda psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi qeyd edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqə: 110). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(005)-77/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılan zaman çıxış edərək törədilmiş cinayət əməlində özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu bildirərək bu halların nəzərə alınmasını xahiş etmişdir (iş vərəqə: səh. 87-91). Məhkəmə baxışı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının “maddi sübut hesab edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərarına əsasən ümumi təmiz çəkisi 24,100 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, eksprertiza tədqiqatlarından sonra qalıq qalmış 21,0 qram metamfetamin psixotrop maddəsi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” 26 aprel 2023-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 128-135). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 28 aprel 2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: 157-158). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə metamfetamin psixotrop maddəsinin təmiz çəkisi ümumilikdə 24,100 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 24,100 qram olmaqla külli miqdar anlayışının start miqdarından 12 dəfədən artıq miqdar təşkil etməsi, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə hallarının istisna olunmaması, əməliyyat xidmətinin məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun üzərində heç bir növdən olan narkotik vasitəsi və ya psixotrop maddə olmamaması, qanunsuz saxlanılması və polis tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalması, etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmədə polis tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalması barədə ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Belə ki, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 16 oktyabr 2023-cü il tarixli, 3-16-17/38/2-7064/2023 saylı məktub arayış və Təqsirləndirilən şəxs qeyd olunan İstintaq Təcridxanasına daxil olarkən adına açılmış 650/2023 saylı tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs Təcridxanaya daxil olarkən xəsarətlər aldığını göstərsə də, onun tibbi müayinəsi zamanı bədənində yeni xəsarətlər olması müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: 108-109). Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli 1803 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmaması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin Təqsirləndirilən şəxs rəyin nəticələrinə uyğun olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 24,0 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 24,0 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1384/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1384/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver