Məhkəmə qərarları › İş №1(101)-1384/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1384/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1384/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 12 noyabr 2023-cü il tarixdə, saat 16:45-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3ında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 18:35-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,247 qram, 9,506 qram və 10,321 qram olmaqla ümumi təmiz çəkisi 28,074 qram çəkidə ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları xx.xx.2023-cü il tarixdə qardaşı Kənanı saxlamışdır. xx.xx.2023-cü il tarixdə qardaşını görmək üçün Bakı İstintaq Təcridxanasına getmiş, qardaşı ona Ayaz Həsənlinin sonuncunu saxlayıb, narkotik maddə verərək üzərinə götürməyini bildirdiyini qeyd etmişdir. Həmin gün, BİT-dən çıxıb Binəqədi rayonu, 9-cu mikrorayona gəlmişdir. Orada A.Həsənlini görmüş, şəxsi avtomobilində olmuş və onu yanına çağırmışdır. A.Həsənli ilə əvvəldən münasibəti olmuşdur. A.Həsənlinin yanına gedib 5-6 dəqiqə sonuncu ilə danışmışdır. Bu zaman Nicat adlı şəxs gəlmiş, hər ikisi onu döyüb A.Həsənlinin avtomobilinə mindirmişlər. A.Həsənli ona qardaşını saxlayan da, döyən də özü olduğunu və indi də onu saxlayıb qardaşının yanına göndərəcəyini bildirmiş, oradan BMCMİ-yə gətirmişlər. Polis əməkdaşları orada saçlarını kəlbətinlə çıxarıb, əllərini bağlayaraq döyüb əzab-əziyyət vermişlər. Bədənində xəsarətlər olsa da qeydə alınmamışdır. Ekspert də bədənində olan xəsarətlərin saxlanılmamışdan bir gün əvvəl boy hündürlüyündən yıxılmaqla əmələ gəldiyi barədə rəy vermişdir. Qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilən zaman adına “Arzuman” deyilən bir polis əməkdaşı məhkəmədə sonuncular haqqında nəsə desə, narkotik maddəni boynuna almasa atasını və BİT-də olan qardaşını öldürəcəyini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16:50-16:55 radələrində Binəqədi rayonu, 9-cu mikrorayonda saxlanılmış və 2023-cü ilin noyabr ayında Nərimanov ərazisində olmamışdır. 144 saylı məktəbin yaxınlığında, Tərlan şadlıq sarayı ilə üzbəüz olan binaların arxasında olan binanın həyətində saxlanılmışdır. Həmin yerdə A.Həsənlini görmüş və əvvəlcə ikisi söhbət etmişlər, sonra Nicat adlı şəxs gəlmiş və sonuncu polis əməkdaşı deyil, A.Həsənlinin uşaqlıq dostudur. A.Həsənlinin olduğu maşın ** MH *** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtomobili olmuşdur. A.Həsənlini orada görməmişdən əvvəl sonuncu ilə telefon danışığı olmamış və təsadüfən qarşılaşmışlar. A.Həsənlini gördükdə sonuncuya qardaşını niyə saxladığını soruşmuş və biraz mübahisə etmişlər. Həmin vaxt dostu Kənan Babanlıgildən çıxıb toya gedəcəkdi deyə oradan çıxanda saatın 16:50 olduğun görmüş və orada A.Həsənli ilə qarşılaşmışdır. X26 yaşadığı mənzilin bloku ilə A.Həsənlinin yaşadığı mənzilin bloku qarşı-qarşıyadır. Dostunun evindən çıxarkən ona zənglər gəlsə də cavab verməmiş və sonradan A.Həsənli ilə Nicat telefonunu almışlar. Telefonu alındıqdan sonra da zənglər gəlirdi, lakin telefon ondan sonra polis əməkdaşlarında qaldığından heç kimlə danışa bilməmişdir. Oradan onu Kooperasiya Universitetinin qarşısındakı yolla Ayna Sultanovdan gələn yolun kəsişməsində saxlayıb başına vurmuşlar və özündən getmişdir. Ayılan zaman “Toyota RAV4” markalı avtomobildə olduğunu görmüş və BMCMİ-yə aparılmışdır. BMCMİ-nin inzibati binasına daxil olarkən dəhlizdə liftin qabağında onu döyərək “sən kimsən işimizə qarışırsan” deyə bildirmişlər. Orada olan polis əməkdaşları mülki geyimdə olmuş və birbirilərinin adını çəkmirdilər. Videoçəkiliş xx.xx.2023-cü il tarixdə həyata keçirdilər, lakin hansı saat olduğunu bilmir. BMCMİ-də edilən hərəkətlərin hansı saatlarda olduğunu bilməmiş, amma orada olanda qaranlıq olmuşdur. Videoçəkiliş olmadan əvvəl idman paltarında bir polis əməkdaşı gəlib yuxarı mərtəbədəki otağa çıxarılmağını və orada gözləməyi tapşırmışdır. Həmin polis əməkdaşı gəlib digər sarışın olan polis əməkdaşına üç büküm, hər üç bükümdə 28 qram narkotik maddə hazırlayıb cibinə qoymasını və aşağı mərtəbəyə aparılmağını tapşırmışdır. Videoçəkiliş üçün aşağı mərtəbədə olan otağa aparılarkən başqa cavan bir polis əməkdaşı gəlib qardaşının başına gətirdiklərini bilməsini, sonuncuları incitmədən dediklərini edərək narkotik maddəni üzərinə götürməsini bildirmişdir. Üç büküm narkotik maddəni saxlanılmamışdan əvvəl üzərində olan telefonunu və 207 manat pulunu cibinə qoymağı və çəkilişdə çıxarıb təqdim etməyi üçün ona vermişlər. BMCMİ-nin inzibati binasına daxil olarkən dəhlizdə onu döydükdə özündən getmişdir və polis əməkdaşları bronxial astma xəstəliyinin olduğunu düşünüb bunun üçün dərmanı vermişlər və videoçəkilişdə həmin dərman da cibində olmuşdur. Videoçəkilişdə qeyd etdiyi narkotik maddə, telefonu, pulu və Astma xəstəliyi üçün olan dərmanı təqdim etmişdir. Videoçəkiliş olmadan əvvəl bir nəfər polis əməkdaşı narkotik maddəni haradan və tanımadığı adamdan aldığını videoçəkiliş zamanı bildirməyini tapşırmışdır. Videoçəkilişdən sonra hər hansı sənəd imzalamamış, növbəti gün çoxlu sənədlər gətirmişlər və müstəntiqin iştirakı ilə həmin sənədləri imzalamışdır. Müstəntiq tərəfindən sorğu-sual olunmamış və o, bundan sonrakı vaxtlarda hansısa sənədi imzalamamışdır. Polis əməkdaşları sənədləri imzaladarkən həmin sənədləri oxumağa qoymamışlar. Qətimkan tədbiri üçün məhkəməyə aparılarkən Növbətçi Hissənin xidməti avtomobilini idarə edən polis əməkdaşı qardaşının necə tutulmasını bildirərək məhkəmədə sonuncular haqqında artıq-əksik nəsə deməməyi, narkotik maddəni üzərinə götürməyi bildirmişdir. BMCMİ-nin əməkdaşı A.Həsənliyə yaxınlaşarkən sonuncu elə başdan acı danışmağa başlamış və ona kim olduğunu işlərinə niyə qarışdığını bildirmişdir. O, heç vaxt narkotik maddə və ya psixotrop maddə istifadə etməmiş və spirtli içki belə içməmişdir. Məhkəmə-narkoloji ekspert rəyi ilə tanışdır və elə nəticənin çıxmağına səbəb polis əməkdaşlarının BMCMİ-də ona su içirtməkləri olmuşdur. Polis əməkdaşları BMCMİ-nin 3-cü otağında çay və ondan sonra su verib, ayaqyoludan istifadə etməməyini, bundan sonra Narkoloji Mərkəzə müayinə üçün gedəcəklərini bildirmişlər. Polis əməkdaşları Ədliyə Nazirliyinin Pentensiar Xidmətinin xidməti avtomobilində də su verib məcburi içməyini bildirmişlər. Ona xəsarət yetirən polis əməkdaşlarını, Narkoloji Mərkəzə analiz vermək üçün gedərkən ona su verən polis əməkdaşlarını tanımır. 4 gecə BMCMİ-də saxlanılmış və sonra BİT-ə aparılmışdır. Ekspertizada həkim bədənində olan xəsarətləri görmüş və polis əməkdaşlarının tapşırdığına görə dünən səhər yıxıldığını bildirmişdir. Həkim də boy hündürlüyündən yıxılaraq xəsarət aldığını qeyd etmişdir. Ekspertizada qulağının pərdəsinin zədələndiyini və eşitmədiyini bildirməmişdir. Hər hansı xəstəliyi, Bronxial Astma xəstəliyi yoxdur və heç vaxt olmamışdır. Videoçəkilişdən sonra narkotik maddənin qablaşdırılmasını xatırlamır, deyəsən qablaşdırılmamışdır. Onu saxlayanlardan sadəcə BMCMİ-nin əməkdaşı A.Həsənlini tanıyır. Şahid və Zeynalov Məhəmmədi tanımır. Onu saxlayan polis əməkdaşı yalnız BMCMİ-nin əməkdaşı A.Həsənli olmuşdur. BMCMİ-nin əməkdaşı A.Həsənliyə yaxınlaşanda qardaşını saxlama səbəbini soruşmuş və sonuncu da cavabında kim olmasını, işlərinə niyə qarışmasını bildirmişdir. Həmin vaxt BMCMİ-nin əməkdaşı A.Həsənli ilə fiziki təmasları sadəcə bir-birilərini itələmək olmuşdur. Qardaşı ilə BMCMİ-nin əməkdaşı A.Həsənli arasında hər hansı münaqişə və ya mübahisə olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı ərazidə başqa saxlanılan şəxslər olmuş və bunlar o, saxlanılandan sonra ona zəng edən dostlarıdır. Ondan başqa 3 nəfəri də saxlamışlar. Saxlanılan həmin üç nəfərin də narkotik maddələrlə heç bir əlaqəsi yoxdur. Həmin üç nəfər tanışı da narkotik maddəyə görə ittiham olunurlar. Saxlanılan üç nəfər Əlizadə Nazim, İsmayılzadə Rəhim, Babanlı Kənandır. Bu üç şəxsin də, onun da narkotik maddənin istifadəsi və satışı ilə əlaqələri olmamışdır. Polis əməkdaşları tərəfindən bədəninə, başına xəsarətlər olmuş, saqqalını, saçını və qaşını kəlbətinlə çəkmişlər, qulağının pərdələri də zədənlənmişdir və onu BİT-də müalicə etmişlər. İndi həmin xəsarətlərin izi qalmamışdır və sadəcə başının arxasında çapıq izi qalmalıdır. Polis əməkdaşları ona zəng edən kimlər olubsa həmin şəxsləri də saxlamışlar. Polis əməkdaşının qardaşına qarşı da qərəzli münasibəti var. Onlara qarşı polis əməkdaşının bu qərəzli münasibətinin səbəbini bilmir. Əvvəllər A.Həsənli o və qardaşının arasında hər hansı mübahisə olmamışdır. Onu saxlayan polis əməkdaşlarının arasında Şahid olmamışdır. Şahid BMCMİ-də üzərinə şəxsi axtarış həyata keçirilərkən videoçəkiliş zamanı orada iştirak etmişdir. İlk dəfə saxlanılarkən və daha sonra digər avtomobilə təhvil verilərkən ətrafda başqa şəxslərin olduğunu görməmiş və o, tək olmuşdur. Şahid videoçəkilişdə görmüşdür. O, saxlanılan zaman və saxlanılan vaxta qədər 2 ay müddətində o, Nərimanov rayonu ərazisində ümumiyyətlə olmamış, 9-cu mikrorayonda, indi adı “Favorit” olan marketin arxasında saxlamışlar. Şəxsi axtarış keçirilən zaman bir dəfə videoçəkiliş olmuşdur. Şahid tərəfindən fiziki-psixi təsir təzyiqlərə məruz qalmamışdır. Onu saxlayan polis əməkdaşlarının arasında Məhəmməd Zeynalov olmamışdır. BMCMİ-nin inzibati binasında M.Zeynalovu bir dəfə görmüşdür. Ona fiziki və psixi təzyiqlər edən polis əməkdaşlarının arasında M.Zeynalov olmamışdır. Şahid Əzimi Samiri tanıyır, sonuncu BMCMİ-də üzərinə şəxsi axtarış keçirilən zaman iştirak etmiş, amma saxlanmağında iştirak etməmişdir. Asma aparatını polis əməkdaşları onu döydükləri vaxt özündən getdiyi üçün ona vermişlər. Şahid S.Əzimi tərəfindən ona qarşı heç bir təzyiq olmamışdır. Məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində heç bir xəstəliyinin, o cümlədən ruhi-əsəb xəstəliyinin olmadığını, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyini və müalicə almadığını, subay olduğunu, fərdi əməklə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində saxlanılmazdan bir gün əvvəl Bakı şəhərində Xutor adı ilə tanınan ərazidən adı və anket məlumatları ona məlum olmayan şəxsdən 140 manata 03 ədəd bükümdə “patı” aldığını, almaqda məqsədinin onu gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. O, həmin maddəni heç kimə satmadığını, hədiyyə olaraq vermədiyini və bu cinayəti törətdiyindən heç kimin məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hadisə ilə bağlı onu bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16:45 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” var. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə baş polis idarəsinə gəlmiş, baş polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, cibində patı olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 03 ədəd sellofan bükümü, əynində olan şalvarın sağ yan cibindən 02 ədəd “İphone” və “Xiaomi” markalı mobil telefonu, 01 ədəd astma xəstəliyinin olduğu üçün üzərində daşıdığı aparatı, həmin şalvarın sol yan cibindən 207 manat pulu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, toz şəkilli patı aşkarlanmış, bundan sonra 03 ədəd bükümdə “patı” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin sübut əhəmiyyətli heç bir əşya aşkarlanmamışdır. Cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün 02 ədəd “İphone” və “Xiaomi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 01 ədəd xəstəliyi ilə əlaqədar olaraq üzərində daşıdığı aparat və 207 manat pul ona qaytarılmışdır. Şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə həyata keçirilirmiş və daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin daşınması, istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumata əsasən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra təqsirləndirilən şəxsin Nərimanov rayonu ərazisinə gələcəyi barədə əvvəlcədən məlumat almış, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu ərazisində şəxsə yaxınlaşaraq özlərini təqdim edib əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarla tanış etdikdən sonra BMCMİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs BMCMİ-nin inzibati binasına gətirdikdən sonra üzərinə şəxsi axtarış həyata keçirilmiş və üzərində olan gödəkçənin sol yan cibindən 3 bükümdə metamfetamin olan psixotrop maddə aşkarlanıb götürülmüş, daha sonra qanunvericiliyə uyğun olaraq prosessual hərəkətləri həyata keçirmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:00-17:00 rədələrində Nərimanov rayonu ərazisində Hollywood restoranının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən əməliyyat raportunda qeyd olunan polis əməkdaşları ilə saxlamışlar və başqa kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, ümumiyyətlə, hər hansı kənar şəxs olmamış və kimsə narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, BMCMİ-nin inzibati binasına aparılarkən və orada olarkən hər hansı narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra birbaşa BMCMİ-nin inzibati binasına gətirmişlər, sonuncunu saxlayarkən üzərində hər hansı xəsarət olmamış, sadəcə üzərindən Bronxit astma xəstəliyi üçün istifadə olunan dərman aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan psixotrop maddəni Bakı şəhərində Xutor adlanan ərazidə tanımadığı şəxsdən 140 manata əldə etmişdir. Təqsirləndirilən şəxs qardaşı ilə bağlı, Təqsirləndirilən şəxslə bağlı başqa şəxslərin saxlanılması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik maddələri aldığı şəxsin aşkarlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirsələr də nəticəsi olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılmağında iştirak etməməyi barədə bildirdikləri yalandır. Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirinin rəhbəri o, olmuşdur. Hazırda işlədiyi BMCMİ-də Ayaz adlı şəxsi tanımır. xx.xx.2023-cü il tarixdə, saat 16:00-17:00 radələrində Təqsirləndirilən şəxs qeyd etdiyi yerdən başqa ərazidə olması doğru deyil. Təqsirləndirilən şəxs saxlayarkən üzərində gözlə görülə bilən xəsarət olmamışdır. Təqsirləndirilən şəxs piyada və tək olarkən saxlanılmış, saxlanılarkən sonuncunun telefonu üzərində olmuşdur. Təqsirləndirilən şəxs avtomobildə olarkən saxlamadıqlarından, ümumiyyətlə avtomobillə bağlı heç bir məlumatı yoxdur. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin daşınması, istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumata əsasən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid olmaqla o və Əzimi Samir iştirak etmişdir. Bundan sonra təqsirləndirilən şəxsin Nərimanov rayonu ərazisinə gələcəyi barədə əvvəlcədən məlumat almış, Nərimanov rayonu ərazisində şəxsə yaxınlaşaraq özlərini təqdim edib əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarla tanış etdikdən sonra BMCMİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs BMCMİ-nin inzibati binasına gətirdikdən sonra üzərinə şəxsi axtarış həyata keçirilmiş və üzərində olan gödəkçənin sol yan cibindən metamfetamin olan psixotrop maddə aşkarlanıb götürülmüşdür. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində yaşayış binalarının yaxınlığında küçədə olarkən saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən əməliyyat raportunda qeyd olunan polis əməkdaşları ilə saxlamışlar və başqa kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ümumiyyətlə hər hansı kənar şəxs olmamış və kimsə narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, BMCMİ-nin inzibati binasına aparılarkən və orada olarkən hər hansı narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra birbaşa BMCMİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs saxlayarkən üzərində hər hansı xəsarət olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan psixotrop maddəni bir gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qardaşı ilə bağlı heç bir məlumatı yoxdur. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Əməliyyat məlumatı qrup rəhbərinə daxil olmuş və Təqsirləndirilən şəxs saxlanılması üçün Nərimanov rayonunda Nəriman Nərimanov küçəsinə getmişlər. Təqsirləndirilən şəxs qardaşının, yaşadığı ərazidən Təqsirləndirilən şəxs hər hansı tanışlarının saxlanılması barədə məlumatı yoxdur. Hazırda işlədiyi BMCMİ-də Ayaz adlı şəxs tanımır. Təqsirləndirilən şəxsin Binəqədi rayon 9-cu mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılması barədə bildirdikləri doğru deyil. Onlar sonuncunu Nərimanov rayonu ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs BMCMİ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə həyata keçirərkən psixotrop maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxsi Nərimanov rayon ərazisində saxladıqları vaxt ictimai şərait uyğun olmadığından orada üzərinə şəxsi axtarış keçirməmişlər. Təqsirləndirilən şəxs saxlayanda qollarını qandallamamışlar. Təqsirləndirilən şəxs BMCMİ-nin inzibati binasına gətirdikdən sonra müdafiəçi təyin olunana qədər üzərinə şəxsi axtarış keçirməmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışda aşkarlanan psixotrop maddə sonuncunun gödəkçəsinin cibində olmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, məlumat əməliyyat qrupunun rəhbərinə daxil olur. Əməliyyat qrupunun rəhbəri də onlara haqqında məlumat daxil olan şəxsin kimliyi və harada olması barədə məlumat verir. Təqsirləndirilən şəxs saxlanıldığı ərazidə yaşayış binaları və iaşə obyektləri vardır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, 12 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Feyyaz oğlunun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün işlədiyi BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq sonuncunun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa baş idarənin əməliyyat müvəkkili X5 və o, daxil edilmişlər. 12 noyabr 2023-cü il tarixdə, saat 16:45 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında olacağı müəyyən edilmişdir. Bunun üçün onlar qrup üzləri ilə birlikdə həmin ünvana getmişlər. Həmin saatda eyni ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin həmin ünvanda olduğunu müşahidə etmişlər. Həmin vaxtı onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs Feyyaz oğlu olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və sonuncunu BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla BMCMİ-yə gəlmişdir, BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin, təhqiqatçının iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 3 ədəd büküm, 2 ədəd mobil telefon, 1 ədəd astma xəstələri üçün aparat aşkar olunmuşdur. 3 ədəd büküm istintaqa sübut əhəmiyyətli olduğu üçün zərfə qoyularaq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd mobil telefon götürülmüş və 1 ədəd astma xəstələri üçün nəzərdə tutulmuş aparat isə sonuncunun özünə geri qaytarılmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, K.X11 prospektinin köməkçi yolundan Kooperasiya Universitetinə dönən yolda saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqları yerdə sol tərəfdə yaşayış binaları, sağ tərəfdə Kooperasiya Universiteti, qarşıda isə “Skaçka” adlanan yer olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları vaxt tək olmuş, heç bir avtomobil olmamışdır. Təqsirləndirilən şəxs saxladıqları vaxt heç bir narazıçılığı, etirazı olmamışdır. Təqsirləndirilən şəxs qardaşını tanımır və sonuncu barəsində heç bir məlumatı yoxdur, eşitməmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt üzərində heç bir xəsarət görməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardıqdan sonra sonuncunu BMCMİ-də görməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra BMCMİ-yə aparmışlar, amma nə vaxt BMCMİ-yə çatdıqları yadında deyil. Təqsirləndirilən şəxs saxladıqları vaxt 3 nəfər polis əməkdaşı olmuşlar, heç bir köməkçi qüvvə olmamışdır. Ayaz adlı şəxs bəlkə də BMCMİ-də polis əməkdaşı var, amma o, tanımır. Təqsirləndirilən şəxslə qeyd etdiyi Ayaz adlı şəxs arasında hər hansısa mübahislərinin olub-olmaması barədə məlumatı yoxdur. Tədbir zamanı xüsusi rabitə vasitələrindən istifadə edir. Tədbir zamanı telefondan istifadə etmir. Mobil nömrəsini səsləndirə bilər, amma Rusiya Federassiyasında qeydiyyatda olan nömrədir, Azərbaycan Resoublikasına məxsus mobil nömrə işlətmir. Üzərində hal-hazırda telefon var və üzərində qeyd etdiyi Rusiya Federasiyasında qeydiyyatda olan nömrədir. Təqsirləndirilən şəxsi saat 16:45 radələrində saxlayaraq BMCMİ-yə aparmışlar. BMCM-yə çatdıqdan neçə saatdan sonra təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışın keçirildiyi yadında deyil. Təqsirləndirilən şəxs saxlayıb BMCMİ-yə gətirdikdən sonra sonuncunun üzərində şəxsi axtarış həyata keçirilənə qədər bütün təhlükəsizlik tədbirlərini həyata keçirirlər. Təqsirləndirilən şəxs saxladıqları yerdə şərait əlverişli olmadığından və yüksək tıxac vaxtı olduğundan sonuncunun üzərinə saxladıqları yerdə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxsin əynində paltar olduğu üçün şəxsi axtarış zamanı sonuncunun baş nahiyəsində xəsarət görməmişdir. Ekspertiza rəyində yazılan xəsarətlə bağlı heç bir fikir söyləyə bilməz. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışı video çəkilişlə həyata keçirtmişlər. Baxış zamanı təqsirləndirilən şəxsin ancaq əynində olan paltarların ciblərinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman heç bir xəsarət görməmişlər. Təqsirləndirilən şəxs BMCMİ-yə gətirdikdən sonra sonuncunun qardaşı və sonuncu ilə əlaqəsi olan şəxslərin baş idarəyə gətirilmələri barədə məlumatı yoxdur. Həsənli Ayaz adlı polis əməkdaşını tanımır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılan zaman sonuncun üzərindən 3 ədəd büküm, 2 ədəd mobil telefon, 1 ədəd astma xəstələri üçün aparat aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan astma aparatından istifadə edib-etməməsi barədə yəqin ki, təhqiqatçı sual vermişdir. Onun yanında təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibətində olmuşdur. Həsənli Ayaz ilə isə dostluq münasibətləri olmamış, sadəcə eyni məhəllədə yaşamışlar. Uşaqlıqdan A.Həsənli ilə münasibətləri yaxşı olmamışdır. Təqsirləndirilən şəxs və A.Həsənli ilə fikirləri üst-üstə düşmədiyi üçün mübahisə etmişlər və sonuncular mübahisə edərkən orda olmamışdır. Təqsirləndirilən şəxs və A.Həsənlinin mübahisələrinə görə polis əməkdaşları onları saxlamışlar. A.Həsənli BMCMİ-də işləyir. Polis əməkdaşları onları Təqsirləndirilən şəxs A.Həsənli ilə mübahisəsinə görə və bundan əlavə onu Təqsirləndirilən şəxs zəng etdiyi üçün saxladıqlarını bildirmişlər. O isə məlumat almaq üçün Təqsirləndirilən şəxs zəng etdiyini bildirmişdir. Həmin gün hadisədən əvvəl Təqsirləndirilən şəxs onların evində olmuşdur. Təqsirləndirilən şəxs getdikdən sonra sonuncuya zəng etdikdə zəng çatmış, lakin zənginə cavab verilməmiş, imtina edilmişdir. Daha sonra isə sonuncuya ümumiyyətlə zəng çatmamışdır. Təqsirləndirilən şəxs zəng çatmadıqdan 15-20 dəqiqə sonra isə BMCMİ-nin polis əməkdaşları onu evinin qarşısında saxlamışlar, ona zor tətbiq etmişlər və əllərini qandalayıb aparmışlar. Polis əməkdaşları ondan Təqsirləndirilən şəxs niyə zəng etdiyini soruşmuşlar, o isə dostu olduğunu bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, eyni məhəllədə böyümüşlər, valideynləri də bir-birilərini tanıyırlar. O, Təqsirləndirilən şəxs qardaşı Kənanı da tanıyır. Təqsirləndirilən şəxs qardaşı Kənanın polis əməkdaşları tərəfindən saxlanıldığını bilmiş, nə üçün saxlanıldığını, harada saxlanıldığını bilməmişdir. Özü saxlanıldıqdan sonra isə sadəcə Təqsirləndirilən şəxs saxlanıldığını öyrənmiş, amma harda saxlanıldığı barədə isə məlumatı olmamışdır. Yaşadıqları məhəllədə ondan başqa Nazim, Rəhim, Məhəmməd və Tofiq adlı şəxslər saxlanılmış, amma Məhəmməd və Tofiq isə saxladıqdan daha sonra buraxılmışlar. Qeyd etdiyi şəxslərin nə üçün saxlanıldığını bilmir, sadəcə tutulduqları gün eyni otaqda olmuşlar. O, BMCMİ-də inzibati otaqlarından birinə daxil olanda otaqda 10-12 nəfər olmuş və hamısı məhəllənin uşaqları olmuşdur. Həmin günü əsasən Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olan şəxsləri saxlamışlar. Saxlanılanların bəziləri Bakı İstintaq Təcridxanasında olmuşlar, qalanlarını isə BMCMİ-də buraxmışlar. Onu isə polis əməkdaşları Təqsirləndirilən şəxs zəng vurduğu üçün saxlamışlar. Polis əməkdaşları onu Təqsirləndirilən şəxs nə üçün zəng vurduğu üçün axtarmışlar. Onun barəsində heç bir rəsmi ittiham olmamış, amma indi isə narkotik vasitə satmaqda və dövriyyəsi ilə məşqul olmaqda ittiham etmişlər. Polis əməkdaşları onları məhəllədə saxlamış, nə üçün saxladıqlarını bilməmişdir. Polis əməkdaşları onu avtomobilə mindirdikdən sonra ona Təqsirləndirilən şəxs ilə bağlı suallar verməyə başlamışlar. O isə Təqsirləndirilən şəxs dostu olduğunu bildirmişdir. Polis əməkdaşları onu Təqsirləndirilən şəxs zəng etdiyi üçün saxladıqlarını bildirmişlər. O, hadisə baş verən günü Təqsirləndirilən şəxs narahat olduğu üçün sonuncuya zəng etmiş, çünki Təqsirləndirilən şəxs sonuncu dəfə onların evindən çıxıb getmiş və həmin gün toy məclisinə getməli olmuşdur. Təqsirləndirilən şəxs atası F.Azadəliyev Təqsirləndirilən şəxs sonuncu dəfə onların evində olduğu üçün ona zəng edərək sonuncudan xəbər olmadığını bildirmişdir. O isə xəbəri olmadığını demiş və Təqsirləndirilən şəxs zəng etməyə başlamış, amma dediyi kimi sonuncuya zəng çatmamış və zəng çatmayandan 15-20 dəqiqə sonra onu polis əməkdaşları saxlamışlar. O, Təqsirləndirilən şəxs həmin günün gecəsi görmüşdür. BMCMİ-də onları dindirən olmamışdır. O, hamını 1-2 saat bir yerdə görmüş daha sonra isə hamını aşağıda olan MSY-yə aparmışlar. O isə başqa otaqda tək olmuşdur. Polis əməkdaşları onlara “siz ...... polis əməkdaşı ilə mübahisə edirsiniz” demişlər. O, Təqsirləndirilən şəxs həmin gün gece görmüşdür. Təqsirləndirilən şəxs görməmişdən əvvəl sonuncunun səsini eşitmiş, qışqırırdı. O, Təqsirləndirilən şəxs 20 ildir ki, tanıyır, səsini də tanıyır və məhkəməyə gələndə Təqsirləndirilən şəxs səsini eşidəndə sonuncunu görməmişdən əvvəl Təqsirləndirilən şəxs də məhkəməyə gətirdiklərini bilmişdir. Təqsirləndirilən şəxs BMCMİnin inzibati binasında qışqıranda sonuncuya zor tətbiq edildiyi hiss edilirdi. Kameralı yerin altındakı otağa daxil olanda polis əməkdaşları ona yerdəki qanı göstərərək qanın dostu Təqsirləndirilən şəxs məxsus olduğunu demişlər. Təqsirləndirilən şəxs həmin gecə görmüşdür, sonuncunun qaşının bir hissəsi olmamış, saçları qoparılmış, üst geyimi isə qan içində olmuş, ayaqları isə axsamışdır. Səhər onları polis əməkdaşları analizə aparmışlar. Ona polis əməkdaşları K.X1 ilə mübahisə etdiyini demişlər. Onlar A.Həsənlini uşaqlıqdan tanıyırlar, amma münasibəti olmamışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 12 noyabr 2023-cü il tarixdə, axşam saat 9 radələrində polis əməkdaşları onları BMCMİ-yə aparmışlar. BMCMİ-də polis əməkdaşları onları döymüşlər, onlara təzyiq göstərərək narkotik vasitələri üzərilərinə qoymağa çalışmışlar. Sonra onları aşağıya MSY-yə aparmışlar, 1 gün orda qalmışlar. Sonra polis əməkdaşları onu narkotik vasitə istifadəçisi olub-olmamağı ilə bağlı analiz verməyə aparmışlar. Orada Təqsirləndirilən şəxs qan içində görmüş, saçının qırağı yonulmuşdur. Analizdən gəldikdən sonra onların hər birini ayrı-ayrı kameralara yerləşdirmişlər. Kameradan çıxıb Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə gəldikdə o, Təqsirləndirilən şəxs görməmişdir. Sonra yenidən onları BMCMİ-yə aparmışlar. O, orda Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs saçının qırağlarını kəsmişlər, bir hissəsini isə kəlbətinlə qoparmışlar. Təqsirləndirilən şəxs üst geymindən qan tökülmüşdür. Təqsirləndirilən şəxs gördüyündə gəzə bilməmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu polis əməkdaşları “Qazi” kafesinin qarşısından BMCMİ-yə aparmışlar. Polis əməkdaşları onu aparmaqlarının səbəbinin Təqsirləndirilən şəxs zəng etməyi olduğunu söyləmişlər. Təqsirləndirilən şəxs məhlə uşağı, dostu olduğu üçün zəng eləyib maraqlanmaq üçün zəng etmişdir. Onlar xx.xx.2023-cü il tarixdə məşqə gedəndə BMCMİ-nin polis əməkdaşı olan A.X13 çəp-çəp baxaraq gözlərini ağartmışdır. xx.xx.2023-cü il tarixdə Azadəliyev Kənan saxlanılmış, səbəbini isə narkotik vasitələrin satışı olduğunu bildirmişlər, amma onlar buna inanmamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olan bir insan deyildi. Daha sonra o, K.Azadəlievə zəng etməyə başlamış, amma sonuncuya zəng çatmamış, sonra Təqsirləndirilən şəxs atasına zəng etmişdir. Atası ona Təqsirləndirilən şəxs də tutulduğunu söyləmişdir. Bundan sonra o, “Qazi” kafeyə yollanmışdır. 5 nəfər polis əməkdaşı onları “Qazi” kafesinin qarşısında saxlamışlar və BMCMİ-yə aparmışlar. Onunla birlikdə Əliyev Məhəmməd, Tofiq, Babanlı Kənan saxlanılmışdır. BMCMİ-də inzibati otaqda Əliyev Nazim və Sadıqov Fərruxu da görmüşdür. Onunla birlikdə 4 nəfər saxlanılmışdır. Əliyev Nazim onlardan əvvəl saxlanılmışdır. İçəridə onunla birlikdə saxlanılan şəxslərdən əlavə 3-4 nəfər də olmuşdur. Ona Təqsirləndirilən şəxs zəng etdiyi üçün saxlanıldığını bildirmişlər. Təqsirləndirilən şəxs və Kənan Azadəliyevlə nə əlaqəsinin olduğunu soruşmuşlar. O, BMCMİ-yə gedən kimi Təqsirləndirilən şəxs görməmişdir. O, Təqsirləndirilən şəxs analiz verməyə gedəndə görmüşdür. Təqsirləndirilən şəxs yaraları gözlə görülən olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs gözünü göyərtmişlər, gəzə bilməmiş, axsamışdır. Təqsirləndirilən şəxs bunları BMCMİ-nin polis əməkdaşları etmişlər. BMCMİ-nin polis əməkdaşları onları döymüşlər. Tutulmamışdan qabaq keçirilən toyda o, olmamışdır. Onlar BMCMİ-də Təqsirləndirilən şəxslə danışa bilməmişlər, başlarını qaldırıb salam verəndə başlarından vurmuşlar, bir-birilərinin üzünə baxmağa imkan olmamışdır. Onlar Təqsirləndirilən şəxslə bir məhəllədə yaşamışlar. 23 il eyni məhəllədə yaşamışlar, eyni məktəbdə oxumuşlar. Kənan Azadəliyevin saxlanıldığı gün, xx.xx.2023-cü il tarixdə sonuncu ilə görüşməmişdir. Kənan Azadəliyevlə sonuncu tutulmamışdan iki gün qabaq məşqə gedərkən görüşmüşlər. Məşqdə BMCMİ-nin polis əməkdaşı A.X7teli götürməyə gedəndə sonuncuya çəp-çəp baxmış və gözlərini ağartmışdır. Kənan Azadəliyev də A.Həsənliyə gözlərini ağardaraq baxmışdır. Həmin gündən qabaq BMCMİnin polis əməkdaşı A.Həsənli ilə Kənan Azadəliyev arasında münaqişə olmamışdır. Həmin polis işçisinin adı X10r. A.Həsənli ilə Kənan və Kainat qardaşları arasında hadisədən əvvəl heç bir problem olmamışdır. Polis əməkdaşları Kənan Azadəliyevi saxlanıldıqdan sonra sonuncunun ətrafındakıları da saxlamağa başlamışlar. A.Həsənli ilə Kənan Azadəliyev zalda aralarında yaşanan problemi məşqdən sonra haradasa davam etdirməmişlər. Təqsirləndirilən şəxs üzərindəki xəsarətləri o, öz gözü ilə görmüşdür. BMCMİ-nin polis əməkdaşları onları yekəbaşlıq etməkdə günahlandıraraq döymüşlər. BMCMİ-nin polis əməkdaşları Təqsirləndirilən şəxs zəng etdiyi üçün onu təhqir edib döymüşlər, sonuncuların onu döyməsi üçün başqa bir səbəbləri olmamış, çünki o, adi taksi sürücüsüdür. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, onu polis əməkdaşları Təqsirləndirilən şəxs zəng etdiyimə görə saxlamışlar. Təqsirləndirilən şəxs BMCMİ-nin polis əməkdaşı ilə ədavəti olmuşdur, amma tam dəqiq bilmir. Onu da sonuncuya zəng etdiyinə görə saxlamışlar. Bu barədə ona BMCMİ-nin inzibati binasında polis əməkdaşları demişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan eyni məhəllədə böyüdükləri üçün tanıyır. Ondan başqa saxlanılan Kənanı və Rəhimi də tanıyır, sonuncularla da biryerdə böyümüşlər. Təqsirləndirilən şəxs qardaşı Kənanı da tanıyır. Təqsirləndirilən şəxs qardaşı Kənanın poliş əməkdaşları tərəfindən saxlanılmasını eşitmişdir. Təqsirləndirilən şəxs qardaşı Kənanın nə üçün saxlanılmasını dəqiq bilmir. Təqsirləndirilən şəxs BMCMİ-nin polis əməkdaşı ilə aralarında nə problemi olduğunu bilmir, problemi ona deməmişdir. Polis əməkdaşları ondan Təqsirləndirilən şəxs nə üçün zəng etdiyini və sonuncunun telefonunda niyə onun adının “Nazim qardaşım” qeyd olunduğunu soruşmuşlar. Təqsirləndirilən şəxslə onların yaxın münasibətləri var, ailəsini tanıyır, gedib-gəlişləri var. Təqsirləndirilən şəxs saxlanılan gün onu da polis əməkdaşları saxlamışlar. Onu polis əməkdaşları saat 10 radələrində saxlayıb BMCMİ-yə aparmışlar. Onları xx.xx.2023-cü il tarixdə saxlamışlar, həmin günü bazar günü olmuşdur. Onu aparan polis əməkdaşlarının adlarını bilmir. Ona polis əməkdaşları dostu Vəlinin vasitəsi ilə zəng elətdirmişlər. Vəli ondan harda olduğunu soruşmuş, o da evdə olduğunu bildirmişdir. Vəli ondan vacib işi olduğu üçün aşağı düşməyini xahiş etmişdir. O da aşağı düşdüyü vaxt polis əməkdaşları onu götürüb aparmışlar. Həmin yerdə onun üzərinə baxış keçirilməmiş, amma BMCMİ-də üzərinə baxış keçirtmişlər. Onu Təqsirləndirilən şəxs görə saxlamışlar, daha sonra barəsində cinayət işi açılaraq məhkəməyə vermişlər, daha sonra isə baş verənlərin üzərindən 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini heç vaxt eşitməmiş, görməmişdir. Təqsirləndirilən şəxs həmin gün BMCMİ-nin inzibati binasında görmüşdür. Polis əməkdaşları həmin günü yaşadıqları həyətdən ondan, Kənandan, Rəhimdən başqa çox uşaqları BMCMİ-yə aparmışlar. BMCMİ-yə aparılan uşaqlardan bəzilərini buraxmışlar, onların dördünü isə saxlamışlar. BMCMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs işgəncə vermişlər, o, sonuncunu orada çox pis vəziyyətdə görmüşdür. Təqsirləndirilən şəxs saçı pis gündə olmuş, bir də qaşı o, bildiyinə görə kəsilmişdir. Təqsirləndirilən şəxs ona döyüldüyünü demişdir. BMCMİ-də ona Təqsirləndirilən şəxs zəng etdiyinə görə tutulmağını deyən polis əməkdaşının adını bilmir. Təqsirləndirilən şəxs BMCMİ-nin Ayaz adında olan polis əməkdaşı ilə ədavəti olmuş, sonuncunu tanıyır, A.Həsənli də onlarla bir məhlədə yaşayır. Təqsirləndirilən şəxs BMCMİnin əməkdaşı olan A.Həsənli ilə ədavəti olduğunu BMCMİ-də bilmişdir. Hadisə günü o, piyada evə getmişdir. BMCMİ-nin polis əməkdaşı avtomobillə keçdiyi vaxt sonuncu ilə salamlaşmışdır. Daha sonra A.Həsənlinin arxasınca Təqsirləndirilən şəxs gəlmişdir və ondan qabaq keçən şəxsin A.Həsənli olub-olmamasını soruşmuşdur. O da sonuncudan nə olduğunu soruşmuş və Təqsirləndirilən şəxs avtomobili sürüb çıxıb getmişdir. O da narahat olduğu üçün Təqsirləndirilən şəxs zəng etmiş, amma zəngləri cavabsız qalmışdır. Ona BMCMİ-də A.Həsənlinin yerini K.Azadəlievə onun dediyini və Təqsirləndirilən şəxs zəng etdiyi üçün saxlanıldığını əsas gətirmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması faktına görə CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Kainat” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə BMCMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:45-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 19) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “Patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibindən 03 ədəd sellofan bükümü, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı və 01 ədəd “Xiaomi” markalı mobil telefonu, 01 ədəd astma xəstələri üçün aparatı, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 207 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 03 ədəd sellofan bükümə baxış keçirilərkən 03 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Patı” kimi tanıdığı psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi şəxsdən dünən axşam saatlarında Bakı şəhərində Xutor adlanan ərazidə tanımadığı şəxsdən 140 manata aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. (l cild i.v. 28-29, 102) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/5983 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr.. şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,321 qram, 9,506 qram və 8,247 qram, ümumi təmiz çəkisi 28,074 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild i.v. 41-45) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 59-60) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1575/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 93-97) xx.xx.2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 27,924 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İ cild i.v. 105-106) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)- 1901/2023 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (İ cild i.v. 121) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 122-123) xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 126) xx.xx.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. (İ cild i.v. 129) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı və 01 ədəd “Xiaomi” markalı mobil telefonlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (İ cild i.v. 136-137) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X27 Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7403 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.148- 149) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X27 xx.xx.2023-cü il tarixli, 4137/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (İ cild i.v.151-153) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X27 xx.xx.2023-cü il tarixli, 471/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthi, bel, sağ dirsək oynağı, sağ bud-çanaq oynağı, sağ qalça tini, sağ diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, zərərçəmiş şəxsin göstərdiyi müddətdə əmələ gələ bilərdilər; həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və ya küt əşyalara dəyməsi nəticəsində törənə bilərdilər. (İ cild i.v.154-157) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 175-176) 011057 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs valideyni X4 İİ qrup əlildir. 88188 nömrəli vəsiqə surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 Azərbaycan Vətən Müharibəsi veteranıdır. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və müayinə zamanı sol qulağın təbil pərdəsinin perforasiyası müşahidə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin X17 qəbul edilərkən döş qəfəsinin arxa səthi, bel, sağ dirsək oynağı, sağ bud-çanaq oynağı, sağ qalça tini, sağ diz oynağı nahiyələrində qızarmış sıyrıq izlərinin olduğu müəyyən edilmiş, bununla bağlı cinayət işinin istintaqı zamanı araşdırma aparılaraq qeyd olunan xüsusatlara hüquqi qiymət verilməklə qəbul edilmiş qərar cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qaldığını təsdiq edəcək hər hansı bir şəxs yoxdur və buna dair sübutlar mövcud deyildir. Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 746-C-23 saylı material üzrə cinayət tərkibi müyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamağa, daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş psixotrop maddənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan, xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokollardan görünür ki, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 28,074 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəninin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının fiziki təzyiqlər göstərmələri və polis əməkdaşları üç büküm narkotik maddə hazırlayıb üzərinə götürməsini bildirmələri və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə həmin ifadələrə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə, yəni aşkar olunan psixotrop maddənin onun üzərində olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, döyülməsi nəticəsində məcburiyyət qarşısında etiraf etməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Bakı şəhəri Nərimanov rayon Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəfindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Bundan başqa, məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X27 xx.xx.2023-cü il tarixli, 471/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər müayinədən (xx.xx.2023) 4-6 gün əvvəl əmələ gəlmişdirlər, zərərçəmiş şəxsin göstərdiyi müddətdə əmələ gələ bilərdilər. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülməsi nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmuyu təqsirləndirilən şəxsin cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxsin cinayəti etiraf etməsi ilə bağlı ona zor tətbiq olunması məntiqli görünmür. Bundan başqa, psixotrop maddənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etməsi ilə bağlı ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində onun xx.xx.2023-cü il tarixdə, saat 16:50-16:55 radələrində Binəqədi rayonu, 9cu mkr-da saxlanılması, onu saxlayan polis əməkdaşlarının arasında Şahid, M.Zeynalov, S.Əziminin olmaması, həmin polis əməkdaşlarının onun saxlanmağında iştirak etməməmələrinə dair ifadəsində göstərdiklərini araşdıraraq Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş BMCMİ-nin polis əməkdaşlarının istifadəsində olan mobil telefon nömrələrinin 12 noyabr 2023-cü il tarixə aid anten dairəsi məlumatlarının müvafiq mobil telefon operatorlarından götürülməsinə dair qərar qəbul etmiş və həmin qərar əsasında anten dairəsi məlumatları götürülüb məhkəmədə tədqiq edilmişdir. Məhkəmə həmçinin polis əməkdaşlarının istifadəsində olmuş mobil telefon nömrələrinin mobil operatorlardan götürülmüş məlumatlara əsasən, Təqsirləndirilən şəxs saxlanılmasında Şahid, M.Zeynalov, S.Əziminin iştirak etməməsi barədə təqsirləndirilən şəxsin özünün ifadələrinə və müdafiəçinin məhkəmə çıxışına münasibət bildirərək qeyd etmək istəyir ki, mobil operatorlardan götürülmüş məlumatlarda antenlərin ünvanları qeyd edilmiş, antenlər isə bir neçə kilometr ərazini əhatə edərək müxtəlif ərazilərdə yerləşən mobil telefon nömrələrinə xidmət edə bilər. Eyni zamanda məhkəmə istintaqı zamanı dindirilirkən M.Zeynalov tədbir zamanı telefonun üzərində olmadığını, S.Əzimi tədbir zamanı telefondan istifadə etmədiyini, xüsusi rabitə vasitələrindən istifadə etdiyini, Şahid isə telefonu üzərində olduğunu qeyd etmişdir. İfadələrdən göründüyü kimi M.Zeynalov və S.Əzimi telefondan istifadə etməmişdir. Bundan başqa əməliyyat tədbiri keçirilərkən şəxslərin üzərində hansı telefon nömrələrinin olması da qeyri-müəyyəndir, nömrələrin həmin şəxslərə məxsus olması heç də tədbir zamanı üzərlərində olmasını sübut etmir. Şahidlər K.Babanlı R.İsmayılzadə və N.Əlizadənin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncuların təqsirləndirilən şəxslə yaxın münasibətdə olması sonuncuların Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadələr vermələrini daha inandırıcı edir. Məhkəmə K.Babanlı R.İsmayılzadə və N.Əlizadənin məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, atasının İİ qrup əlil olmasını, qardaşının Azərbaycan Vətən Müharibəsi veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:45-də tutulmuş hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1575/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 27,924 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 27,924 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar