Məhkəmə qərarları › İş №1(101)-1384/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1384/2025

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1384/2025 17.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X13 (sədrlik edən), X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 36 saylı vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Ədalət» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “RT Group Supply" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 07 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)- 456/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli tutulduğu andan hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, 14 sentyabr 2023cü il tarixdə Rusiya Federasiyasında tutulmuş, 12 mart 2025-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya olunmuş, 12 iyun 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2025 nömrəli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx xxxx 1992-ci il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-də biznesin idarə edilməsi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, ev 24, mənzil 24 ünvanında yaşayan, 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-137/2024 saylı, 21 fevral 2024-cü il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 11 may 2024-cü il tarixdə istintaq orqanı tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, əvvəlcədən tanışlıqları olmayan Zərərçəkmiş şəxs ilə əlaqə yaradaraq 16 iyun 2022-ci il tarixdən etibarən əmək funksiyasını və əmək müqaviləsi öhdəliklərini yerinə yetirmədiyindən işdən azad edilməsinə baxmayaraq özünü kənd təsərrüfatı istehsal vasitələrinin idxalı, eləcə də topdan və pərakəndə satışı ilə məşğul olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə işgüzar, uğurlu iş adamı və geniş əlaqələrə malik şəxs kimi təqdim etməklə, birlikdə qabaqcadan düşünülmüş şəkildə öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun təmsil etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Oğuz rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə əkinlər arası müddətdə qulluq edilməsi üçün Rusiya Federasiyasının “Evroxim” şirkətinin istehsal etdiyi "Amofos” adlı 90 ton gübrə məhsulunu həmin dövrdə heç bir əlaqələri olmayan "xxxx" ASC-dən guya sərfəli qiymətlərlə alıb Zərərçəkmiş şəxs təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 10 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Boranı” restoranında qrup üzvü Təqsirləndirilən şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs 39.000 (otuz doqquz min) manat pulu nağd şəkildə alıb, əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Füzuli küçəsi 1 ünvanında yerləşən "Füzuli Meydanı” yaxınlığında olan yeraltı piyada keçidində quraşdırılmış ödəmə terminalı vasitəsilə ələ keçirilmiş pul vəsaitinin 38.000 (otuz səkkiz min) manat hissəsini özünə məxsus “Leo Bank” bank kartı hesabına elektron formada göndərilməsini təmin etməklə aralarında bölüşdürüb verdiyi vədinə əməl etməməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 39.000 (otuz doqquz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 02 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınaraq, təsisçisi olduğu, nizamnaməsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olması nəzərdə tutulmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, əvvəlcədən tanışlıqları olmayan Zərərçəkmiş şəxs ilə əlaqə yaradaraq özünü işgüzar, uğurlu iş adamı və geniş əlaqələrə malik şəxs kimi, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə 16 iyun 2022-ci il tarixdən etibarən əmək funksiyasını və əmək müqaviləsi öhdəliklərini yerinə yetirmədiyindən işdən azad edilməsinə baxmayaraq kənd təsərrüfatı istehsal vasitələrinin idxalı, eləcə də topdan və pərakəndə satışı ilə məşğul olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim etməklə, birlikdə qabaqcadan düşünülmüş şəkildə öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından suiistifadə edib sonuncunun təmsil etdiyi “Fortis Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Oğuz rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə əkinlər arası müddətdə qulluq edilməsi üçün Rusiya Federasiyasının “Evroxim” şirkətinin istehsal etdiyi “Amofos" adlı 90 ton gübrə məhsulunu həmin dövrdə heç bir əlaqələri olmayan ‘Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-dən guya sərfəli qiymətlərlə alıb Zərərçəkmiş şəxs təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq 10 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Boranı’’ restoranında şəxsən Zərərçəkmiş şəxs 39000 (otuz doqquz min) manat pulu nağd şəkildə alıb ələ keçirmiş, əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Füzuli küçəsi 1 ünvanında yerləşən “Füzuli Meydanı” yaxınlığında olan yeraltı piyada keçidində quraşdırılmış ödəmə terminalı vasitəsilə ələ keçirdiyi pul vəsaitinin 38000 (otuz səkkiz min) manat hissəsini Təqsirləndirilən şəxs2 məxsus “Leo Bank” bank kartı hesabına elektron formada göndərilməsini təmin etməklə aralarında bölüşdürüb verdiyi vədinə əməl etməməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 39000 (otuz doqquz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 məlumatı və həmin hissədə cinayətə aidiyyəti olmadan öz cinayətkar niyyətinin davamı olaraq Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunun təmsil etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Oğuz rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə əkinlər arası müddətdə qulluq edilməsi üçün Rusiya Federasiyasının “Evroxim" şirkətinin istehsal etdiyi “Amofos” adlı 90 ton gübrə məhsulunu həmin dövrdə heç bir əlaqəsi olmadığı "xxxx" ASC-dən guya sərfəli qiymətlərlə alıb Zərərçəkmiş şəxs təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq 12 sentyabr 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 6 ünvanında yerləşən “Xətai” filialının binasının içərisində şəxsən Zərərçəkmiş şəxs 78000 (yetmiş səkkiz min) manat pulunu nağd şəkildə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 78000 (yetmiş səkkiz min) manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona qarşı elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-ni, yaratmış və həmin şirkətdə həm təsisçi, həm də direktor vəzifələrini icra etmişdir. Şirkətin fəaliyyət istiqaməti təchizat işlərinin aparılması ilə bağlı olmuşdur. "xxxx" MMC-ni yaratdığı ərəfələrdə Təqsirləndirilən şəxs2 ilə tanışlığı yaranmışdır. Ruslanı tanıyanda o, “gübrə.az” şirkətində satış meneceri işləmiş və onunla “gübrə.az” şirkətinin ofisində tanış olmuşdur. Həmin vaxt işlərlə bağlı ona 1-2 şəxsin gübrə sifariş etmək istədiyini dedi və bu məsələ ilə bağlı onunla danışmışdır. Həmçinin gübrə işi ilə məşğul olanda yaxşı qazanc əldə etməyin mümkün olduğunu eşitdiyi üçün bu sahədə sifarişlərlə bağlı iş görməyə qərar vermişdir. Ruslan danışıq zamanı 1-2 nəfər müştərinin də gübrə sifariş etmək istədiyini deyərək həmin sifarişçiləri ona yönləndirməyi təklif etmiş və bununla həm onun, həm də özünün qazanc əldə edə biləcəyini demişdir. Onun şirkətinin "xxxx" ASC ilə alqı-satqı müqaviləsi vardı. Ruslan həmin ərəfədə ona bir nəfər gübrə istəyən şəxsi yönləndirmişdi. Ruslan onunla danışıb 1-2 müştərisi olduğunu, xeyli miqdarda gübrə aldığını və yaxşı qazanc əldə edə biləcəklərini demişdi. O, da razılaşmışdır. Ruslan həmin şəxslərin mobil nömrələrini verəcəyini demiş və əlaqə yaratmağını istəmişdir. Daha sonra Ruslan ona sonradan adının və soyadının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin sonu “0503” ilə bitən mobil nömrəsini vermiş və o, da öz nömrəsindən “WhatsApp” ilə Elnura yazmışdır. Əvvəlcə "xxxx" MMC barədə məlumat verib Elnura “Karbomid”, “Amofos” və digər gübrələri təmin edə biləcəyini demişdir. Elnur isə 90 ton “Amofos” adlı gübrə istədiyini bildirmiş və o, da bunu Ruslana demiş Ruslan isə 90 ton gübrəni verə biləcəyini demişdir. Bir neçə gün sonra, Elnurla Bakı şəhəri, Yasamal rayonu ərazisində “Nizami” metrosunun yaxınlığında yerləşən “Boranı” restoranında görüşüb danışmış, ona Ruslan vasitəsilə gübrə gətiriləcəyini demiş və Ruslanla Elnurun yanında bir neçə dəfə əlaqə saxlamışdır. Ruslan ona Elnurdan alacağı pulu kartla göndərəcəyini demişdir. İlkin olaraq bir yük maşını üçün gübrənin pulunu hesablayıb 39000 manat pulu Elnurdan götürməyini tapşırmışdır. O, bunu Elnura bildirmiş, Elnur qalan pulu isə birinci yük maşını gübrə göndəriləndən sonra verəcəyini demişdir. Elnur 39000 manat pulu ona restoranın içərisində vermişdir. O, şəxsi əşyalarını restoranda qoyub çölə çıxmış və yaxınlıqda olan “eManat” terminalı vasitəsilə Ruslanın ona göndərdiyi “Leo Bank” kart hesabına 38000 manat pul göndərmişdir. Ruslan ona 1000 manatı özünə qazanc kimi saxlamağını demişdir. Beləliklə, 39000 manatın 38000 manat məbləğini Ruslana göndərmiş, 1000 manatı isə özünə götürmüşdür. Pul köçürüləndən sonra gübrə göndərilməli idi. Lakin Ruslan zəng edib guya yubandıqlarını, anbarın bağlandığını, həmin gün gübrə göndərə bilməyəcəyini dedi. Səhv etmirsə, növbəti gün göndəriləcəyini bildirmişdi. Həmin gün mən o, Elnurla görüşmüş, lakin Ruslanla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra o, Elnura şəxsən işi həll edə biləcəyini demiş və gübrə üçün qalan 78000 manat pulu verməsini istəmişdir. Elnur razılaşmış və 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx"ın “Xətai” filialının yaxınlığında 78000 manat məbləğindı pulu ona vermişdir. Orada yalnız ikisi olmuşdur. O, banka daxil olub 58000 manatını "xxxx" MMCnin hesabına qoymuş, 20000 manat isə onda qalmışdır. Əvvəlki işlərilə bağlı icra edilməmiş ödəniş tapşırıqları avtomatik icra olunmuş və hesabdakı 58000 manat həmin ödənişlərə sərf edilmişdir. Daha sonra Türkiyədə olan gübrə işi ilə bağlı ona pul verilməli idi. Bu məqsədlə 20000 manatı götürüb Türkiyəyə getmək qərarına gəlmişdir. Orada işini həll edib qayıdandan sonra Elnurun işini də həll etməyi düşünürdü. Türkiyədə ona pul verildi, lakin verilən pulların saxta olduğu ortaya çıxdı. Sonradan pulun saxta olduğunu anladığı üçün ona pul göndərə bilməmişdir. Maddi vəziyyəti pisləşdiyi üçün ölkəyə qayıda da bilməmişdir. İlkin aldığı 39000 manatın 38000-ni Ruslana göndərmiş, 1000 manat da öz qazancı olmuşdur. Ruslan isə heç bir iş görməyib. Bir neçə gün sonra deyib ki, guya pulu tanışına verib, o da qəzada ölüb. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Elnurla sövdələşmədə gübrə alqı-satqısı olduğunu, Elnurun istədiyi məhsulun "xxxx"-ə aid olmadığını, Ruslannın gübrəni özünün gətirmədiyini, haradansa əldə edəcəyini və onun vasitəsi ilə Elnura satacağını, Elnur ilə tanış olduğu müddətdə Ruslanın gübrə.az da işlədiyini bildiyini, Elnur üçün sifariş edilmədiyini, Nilufərin qazanc əldə etmək üçün vasəit verdiyini, sadəcə vergi ilə bağlı problemlər yarandığını, Nilufərə 9200 manat məbləğində pulu qaytardığını, Elnuru aldatmaq niyyətinin olmadığını, Ruslana 39.000 manat məbləğində puldan 38.000 manat pul köçürdüyünü və Ruslanın həmin 38 000 manat puldan ona heç bir məbləğdə pul vermədiyini bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin dövrdə “gübrə.az” şirkətində satış meneceri vəzifəsində çalışmışdır. Turqut adlı şəxs onun həmin vaxt istifadə etdiyi, nömrəsini hazırda dəqiq xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək gübrə almaq istədiyini bildirmiş, çeşidlər və qiymətlər barədə məlumat soruşmuşdur. İş saatı olmadığına görə ona növbəti gün ofisə yaxınlaşmasını demişdir. Növbəti gün Turqut şirkətin ofisinə gəlmişdir. Danışıq zamanı özünü təchizat sahəsində çalışan şəxs kimi təqdim etmiş, tibbi maska və spirt satışı ilə məşğul olduğunu, müxtəlif şirkətlər və dövlət qurumları ilə işlədiyini bildirmişdir. Sonrakı günlər Turqut mütəmadi olaraq onunla əlaqə saxlamış, gübrə növləri və qiymətləri ilə bağlı suallar vermişdir. O da işi ilə əlaqədar sualları cavablandırmışdır. Münasibət yarandıqdan sonra Turqut özünü geniş əlaqələri olan iş adamı kimi təqdim etməyə davam etmişdir. Bir müddət sonra ona zəng etmişdir, sadəcə müştəri nömrələri göndərə biləcəyini söyləmişdir. O, gübrə qiymətlərini göndərərək müştəri tapması üçün Turquta bir neçə mobil nömrə də vermişdir. Turqut sonradan demişdir ki, Elnur adlı şəxs “Amofos” gübrəsi almaq istəyir. Onlar pulu "xxxx" MMC-nin hesabına yox, birbaşa gübrə satıcısına ödənilməsi ilə bağlı razılaşmışlar və sonra onun kartına səhv etmirsə 39.000 manat köçürülmüşdür. Turqutun əldə etdiyi pulları nəyə sərf etdiyi barədə məlumatı yoxdur. Elnurdan daha artıq məbləğ alınıb-alınmadığı barədə məlumatı olmamışdır. Turqut aldığı məbləği guya Elnur üçün yerli bazardan gübrə almağa istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Elnuru yaxından tanımadığını, sadəcə bir dəfə sifariş üçün telefon danışıqlarının olduğunu, Elnurun adının onun işlədiyi köhnə şirkətdə müştəri siyahısında olduğu üçün oradan tanıdığını, məhsulun alınması ilə bağlı sifarişin Rauf adlı şəxs vasitəsilə edildiyini, Elnurun bu barədə Turquta dediyini, Turqutun isə öz növbəsində ona bu barədə dediyini, müraciət olunan zaman gübrə satışı işi ilə bağlı fəliyyətlə məşğul olduğunu, sifariş zamanı ona Turqut adlı şəxs tərəfindən təxmini 30.000 manat pul verildiyini, pulun ona Turqut tərəfindən fiziki bank hesabına göndərildiyini, malı almaq üçün Rauf bəyə müraciət etdiyini, sifarişin Ağdaş rayonundan gəlməli olduğunu, malın gəlməsi ilə bağlı gecikmələrin yaşandığını, sonradan Turqut və Elnur arasında bu hadisələrin baş verdiyini, sifarişin yarımçıq qaldığını, görülən işlərdən gəlir əldə etdiklərini, Raufun ona gəlirdən pul verdiyini, bu işə görə vergi ödənilmədiyini, çünki gəlir əldə etmədiklərini, onun şirkətinin balansında mal olmadığı üçün şirkət üzərindən satışın həyata keçirilə bilmədiyini, 39 000 manat pulun ona verildiyini qəbul etdiyini, ilkin ifadəsini təzyiq altında verdiyini, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, Turqutun ona 30.000 manat borcu olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının təsir dairəsinə düşür və sonuncu barəsində həmin qərar tətbiq edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 işləri ilə bağlı təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində tanımış, Turqutla hər hansı formada ədavət və düşmənçiliyi olmamışdır. Şirkətlə bağlı işlərin çox hissəsi rayonlarla bağlı olduğu üçün həmin MMC-nin rəhbərliyi də torpaq sahələrində taxıl əkilib-becərilməsi işinə də nəzarəti ona həvalə etmişdir. O, həmin torpaq sahələrində əkilib-becərilmə işləri aparılan zaman mütəmadi olaraq ora baş çəkərək, nəzarət edir. Torpaq sahələrinə qulluq edilməsi, həmçinin torpaq sahələrinin münbitliyinin artırılması ilə bağlı olaraq mütəmadi olaraq gübrəyə ehtiyac yaranmış, o, da hər dəfə həmin gübrəyə olan ehtiyacı ödəmək üçün Oğuz şəhəri və ətraf ərazilərdə yerləşən şirkətlərlə əlaqə saxlayıb bir neçə dəfə gübrə almışdır. Həmçinin bəzən gübrə satışını həyata keçirən şirkətlər özləri də müəyyən təkliflərlə müraciət etmişdir. 2022-ci ilin sentyabr ayında Oğuz şəhərində olan vaxt ona məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatda olan “Whatsapp" ani mesajlaşma mübadilə sisteminə ***-***-**-** mobil nömrəsindən ismarıc gəlmiş, həmin ismarıca daxil olub oxumuş və ismarıcın məzmunu gübrə alqı-satqısı ilə bağlı olmuşdur. İsmarıcın məzmununda gübrələrin çeşitləri və hər birinin müvafiq olaraq qiymətləri göstərilmiş, o, da həmin qiymətləri nəzərdən keçirdikdən sonra münasib qiymət olduğunu görüb ismarıcı cavablandırmışdır. Danışıq zamanı həmin şəxsin adının Turqut olmasını bilmiş və Oğuz şəhərində yerləşən torpaq sahəri üçün Rusiya Federasiyasının “Evroxim” şirkətinə məxsus “Amofos” adlı gübrədən 90 ton lazım olduğunu Turquta bildirmişdir. Turqut da ona həmin gübrədən lazımi qədər olduğunu demiş, həmçinin Turqut ilkin olaraq həmin gübrədən 220 ton olduğunu, sonradan isə həmin gübrənin bir hissəsinin satılaraq, 140 ton qaldığını bildirmişdir. Həmin gübrədən 90 ton sifariş etmiş, lakin Turquta Oğuz şəhərində olduğu üçün Bakı şəhərinə gəldikdən sonra bu məsələ ilə bağlı görüşməyi təklif etmişdir. Turqut da razılaşmış, bundan sonra Turqutla hər hansı danışığı olmamışdır. Təxminən bir həftə sonra, 10 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Turqutla əlaqə saxlayıb həmin gübrə üçün ödəniş etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində “Nizami” metrostansiyasının yaxınlığında “Boranı” restoranında görüşmüş və görüş zamanı Turqut özünü "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Turqut qaynı Şahid2lə birlikdə spirt istehsalı işi ilə məşğul olduğunu demiş, həmçinin atasının uzun müddət prokurorluq orqanlarında işlədiyini, hal-hazırda vəkil kimi fəaliyyət göstərdiyini, anasının isə Sumqayıt şəhəri, 12 nömrəli tam orta məktəbdə müəllimə kimi işlədiyini deyərək ziyalı ailə kimi təqdim etmiş və o, da təbbi ki, Turquta inanmışdır. İlkin olaraq gübrə üçün Turqut 39000 manat ödəniş etməyi istədiyi üçün həmin pulu Turqutla oturduqları “Boranı" restoranının içərisində sonuncuya vermişdir. Həmin pulu Turqut "xxxx" QSC-nin əməkdaşı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 göndərəcəyini demiş, bundan sonra Turqutla belə razılaşmışdır ki, növbəti həftənin bazar ertəsi günü, 12 sentyabr 2022ci il tarixdə gübrə üçün qalan 78000 manat pulu Turquta ödəməli, Turqut isə növbəti gün həmin gübrəni Oğuz şəhərinə çatdırmalıdır. Həmçinin "Boranı” restoranında olan zaman Turqutun şəriyi olan qaynı Şahid2 də sonradan həmin yerə gəlmiş və Rüfətlə də tanışlığı orada yaranmışdır. 12 sentyabr 2022-ci il tarixdə təxminən saat 16 radələrində Turqutla əlaqə saxlayıb qalan ödənişi etmək məqsədi ilə "xxxx" ASC-nin “Xətai” filialında görüşmüş, həmin görüş zamanı Turqut yenə də növbəti gün 90 ton gübrənin Oğuz şəhərinə çatdırılacağına vəd vermişdir. Bundan sonra həmin filialda 78000 manat pulu filialın içərisində olan təhlükəsizlik kamerasının yaxınlığında Turquta vermiş, həmin vaxt Turqut özü ağ vərəqdə ‘‘Zərərçəkmiş şəxs tərəfindən 117000 AZN təhvil verilib” qeydi edərək imzalamış və "xxxx" MMC-nin möhürünü də vurmuşdur. Turqut həmin pulu götürüb özünün direktoru olduğu "xxxx" MMC-nin bank hesabına qoyacağını, sonradan şirkətin mühasibinə sürətli ödəniş tapşırığı ilə “Aqrar İnnovasiya və Təchizat" QSC-nin hesabına pulu göndərəcəyini demişdir. Həmin vaxt ona məxsus mobil telefona zəng gəldiyi üçün çölə çıxmalı olmuş, Turqut isə filialın içərisində köçürməni başa çatdırmaq məqsədi ilə qalmışdır. Sonradan içəri daxil olanda Turqut köçürməni tamamladığını demiş, bundan sonra Turqutla birlikdə oradan çıxanda yenə də həmin köçürmədə problem yaranıbyaranmayacağını soruşmuşdur. Turqut yenə də ziyalı ailədən olduğunu, həmin hərəkətin Turquta yaraşmadığını, bütün işlərin vaxtında baş tutacağını demiş və o, Turqutla sağollaşıb oradan çıxıb getmişdir. 13 sentyabr 2022-ci il tarixdə gübrənin çatdırılmadığını görüb Turqutla əlaqə saxlayıb gübrənin çatdırılmadığına görə görüşmək istədiyini bildirmiş, lakin həmin gün Turqut müxtəlif bəhanələrlə onu yubadıb həmin gün görüşməmişdir. Bundan sonra 14 sentyabr 2022-ci il tarixdə təxminən saat 10 radələrində Turqutla əlaqə saxlayıb "xxxx" QSC-nin ofisinin qarşısında görüşmüş, Turqut ona direktoru olduğu “RT Group Supply" MMC ilə "xxxx" QSC arasında bağlanan müqaviləni guya təsdiq etmək üçün ofisə daxil olduğunu demişdir. O, isə həyətdə qalıb Turqutu gözləmiş, təxminən bir saat sonra Turqut qayıtmış və onun ilə birlikdə “Azər-Türk Bank" ASC-nin “Xətai" filialına getmişdir. Həmin filiala getməkdə məqsədi ondan ibarət olmuşdur ki, “RT Group Supply" MMC-nin bank hesabından çıxarış edərək həmin pulun hara köçürüldüyünü bilsin. Həmin gün ora getsə də, Turqut müxtəlif bəhanələr gətirərək hesabdan çıxarışı ona verməmişdir. 15 sentyabr 2022-ci il tarixdə təxminən saat 10 radələrində dostu Şahid1 və Turqutla birlikdə "xxxx" QSC-nin ofisinə getmiş, köçürmənin həmin hesaba oturub-oturmadığını maraqlanmış, lakin yenə də oradan köçürmənin hesaba oturmadığını bildirmişlər. Turquta pulu köçürmədiyini dediyi üçün Turqut mühasibinə ödəniş tapşırığını göndərməsini demiş, həmin vaxt mühasibi sonradan Şahid3 olduğunu bildiyi şəxs Turquta ödəniş tapşırığını göndərmişdir. Turqut da həmin ödəniş tapşırığını “pdf formatında ona yönləndirmiş, oradan çıxıb yenə də "Azər-Türk Bank” ASC-nin "Xətai” filialına getmişlər. Həmin filialda Turqut şirkətin mühasibi kimi təqdim etdiyi Nilufərlə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb köçürdüyü pulun hesaba oturub-oturmayacağını soruşmuş, Nilufər köçürməni həyata keçirdiyini, 2-3 saat ərzində pulun hesaba oturacağını bildirmişdir. Lakin yenə də Turqut hesabdan çıxarışı təqdim etməmiş, Nilufərlə danışıq zamanı özü də həmin məsələnin həll olunub-olunmayacağını şəxsən Nilufərdən soruşmuş və Nilufər köçürmənin baş tutacağını demişdir. Nilufərlə danışdıqdan sonra qadın olduğu üçün inanıb köçürmənin gün ərzində həyata keçiriləcəyinə inanmış, lakin həmin gün yenə də pulun köçürülməsi olmamışdır. 16 sentyabr 2022-ci il tarixdə Turqutla əlaqə saxlayıb köçürmə ilə bağlı vəziyyətin nə yerdə olduğunu soruşmağa çalışsa da, Turqutun ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə zəng çatmamışdır. Rüfət də onunla əlaqə saxlamış, danışıq zamanı Rüfətə Turquta zəng çatmadığını demişdir. Rüfət də ona Turqutu Türkiyəyə yola saldığını deyib polisə şikayət etməməyini bildirmiş, həmçinin özünün gəlib bütün işləri yoluna qoyacağını demişdir. Bundan sonra o, Rüfətlə "xxxx" ASC-nin “Xətai” filialında görüşmüş, Rüfətdə şirkətə məxsus etibarnamə olduğu üçün orada “RT Group Supply" MMC-nin bank hesabından olan çıxarışı götürüb ona göstərmişdir. Ona 78000 manat deyil, 58 manat oturduğunu demiş və o, Turquta 78000 manat verdiyini demişdir. Bundan sonra Rüfət onun ilə razılaşıb hər nədirsə, Turqutun Türkiyədə gördüyü işdən pul alacağını bildirərək həmin işi həll etmək üçün də Türkiyəyə getdiyini, həmin pulu alandan sonra da pulu qaytaracağını demişdir. Rüfətin götürdüyü hesabdan çıxarışdan aşkar olunmuşdur ki, Turqut hesaba yatırdığı 58000 manat puldan 29400 manatı xx.xx.2022-ci il tarixdə nağdlaşdırmış, qalan məbləğləri isə müxtəlif hesablara yönəltmişdir. Bundan sonra Bakı şəhərində Rüfətlə görüşüb Rüfətin vasitəsi ilə bir neçə dəfə Turqutla danışmış, Turqut hətta Rüfətə pulun şəklini də atıb verməli olduğu pulun bir hissəsini düzəltdiyini, bir hissəsini də tezliklə düzəldəcəyini demişdir. O, Turquta orada tanışı olduğunu bildirib həmin pulu öz tanışına verməsini demiş, lakin Turqut nə həmin pulu vermiş, nə də ki ona göndərmişdir. Sonradan bütün bunların nəticə verməyəcəyini görüb Turqutun barəsində polisə şikayət ərizəsi ilə müraciət etmiş, həmin müraciət üzrə araşdırma zamanı Rüfət ona Turqutla əlaqə saxlaya bilmədiyini demişdir. Halbuki həmin araşdırma zamanı Turqutun həm qaynı, həm də şəriyi olan Rüfət də izahatının alınması məqsədi ilə 37-ci polis şöbəsinə çağırıldıqdan sonra Turqut onunla sonuncu dəfə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayıb pulu qaytaracağını deyərək qaynı Rüfətin işə aidiyyəti olmadığını bildirmişdir. O, həm Turqutun, həm də Rüfətin günahkar olduğunu deyib aldıqları ümumilikdə 117000 manat pulu qaytarmasını tələb etmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, Turqut ilə tanış olduqlarını, Ruslan ilə görüşmədiklərini, müqavilə bağlamadığını, müqavilənin Turqutun şirkəti ilə bağlanılmış müqavilə olduğunu bildirmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və sonunculara azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçisi, Bakı şəhər 36 saylı vəkil bürosunun vəkili Nümayəndə təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, sonuncular arasında barışıq əldə olunduğunu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Turqutun Elnur müəllimlə gübrə məsələsi ilə bağlı Nizamidə oturub danışdıqlarını, həmin danışıqda iştirak etdiyini, Ruslana gübrə alması üçün pul göndərildiyini, Ruslana dəfələrlə gübrənin verilməsi üçün zəng olunduğunu, 4-5 ədəd qəbz olduğunu və həmin qəbzləri özünün müstəntiqə təhvil verdiyini, məbləğin təxmini 30.000 manat olduğunu bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxındır ki tanışları vasitəsi ilə tanımış, Elnurla həmişə yaxşı münasibəti olmuşdur. Təxminən son 5 ilə yaxın müddətdir ki, daha sıx münasibət saxlamağa başlamış və Elnurla münasibətləri tədricən möhkəm dostluq münasibətlərinə çevrilmişdir. Elnur lap əvvəllər vergi idarəsində işləmiş, son 3-4 il olar ki, “Fortis Group" MMC-də fəaliyyət göstərmiş, həmçinin "xxxx" ASC-nin direktoru vəzifəsini də Elnur icra etmişdir. Elnur işlədiyi müddətdə fəaliyyəti ilə fərqləndiyi üçün şirkət rəhbərliyinin də etimadını qazanmış, MMC-yə məxsus olan torpaq sahələrində əkilib-becərilən buğdaların alqı-satqısını, eləcə də həmin torpaqların münbitliyini təmin etmək məqsədi ilə gübrə alınıb həmin torpaqlara qulluq edilməsi işlərini də Elnura həvalə etmişdirlər. Onun da işləri əsasən kənd təsərrüfatı ilə bağlı olduğu üçün, eləcə də əhatə dairəsi geniş olduğu üçün Elnurla tez-tez işgüzar məsələlərdə də məsləhətləşmiş, bundan başqa Elnurun işlərinin çoxu rayonlarla bağlı olduğu üçün çox vaxt Oğuz, Goranboy, Ağsu və digər rayonlarda olmuşdur. Təqsirləndirilən şəxs1 Elnurun işləri ilə bağlı tanımış, Turqutla da əvvəllər tanışlığı, hər hansı ədavət və düşmənçiyili olmamışdır. Turqutla bir neçə dəfə Elnurun gübrə işi ilə bağlı görüşmüş, Turqut sarışın, təxminən 180 santimetr boyunda, dolu bədən quruluşlu, təxminən 30-35 yaş aralığında olmuşdur. Belə ki, daha əvvəl də qeyd etdiyi kimi onun işlərinin bir hissəsi də kənd təsərrüfatı ilə bağlı olduğu üçün onun “gübrə.az" şirkəti ilə də münasibətləri yaxşı olmuş, səhv etmirsə, 13 sentyabr 2022-ci il tarixdə Elnur onunla ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Belə ki, Elnur danışıq zamanı azot, amofos və digər növ gübrələrin satış qiymətlərini tanışlarından maraqlanmağını xahiş etmiş və o da Elnurun xahişi ilə həmin gübrələrin satış qiymətlərini öyrənib demişdir. Bundan sonra növbəti gün, yəni 14 sentyabr 2022-ci il tarixdə onunla əlaqə saxlayıb görüşməyi təklif etmiş və o da etiraz etməyib Elnurla görüşmüşdür. Yolda olan zaman Elnur ona Turqut adlı şəxsin özünü “gübrə.az” şirkətinin əməkdaşı kimi təqdim edərək sərfəli qiymətlə Oğuz rayonunda yerləşən torpaq sahələrinə qulluq edilməsi məqsədi ilə gübrə çatdırılmasını təşkil edəcəyini vəd verdiyini, həmin vədini yerinə yetirmək üçün Turqutun 117000 manat pul aldığını demişdir. Bundan sonra o, “gübrə.az" şirkətində olan tanışları ilə əlaqə saxlayıb həmin şirkətdə Turqut adlı şəxsin işləyib-işləməməsi ilə bağlı maraqlanmış və tanışlarına Elnurun gübrə almaq məqsədi ilə Turqut adlı şəxsə 117000 manat pul verdiyini demişdir. “Gübrə.az” şirkətindən Turqut adlı şəxsi tanımadıqlarını və qeyd olunan miqdarda şirkətə hər hansı köçürmə olmadığını bildirmişdirlər. Elnurla birlikdə “gübrə.az” şirkətinin qarşısına gəlmiş, həmin şirkətə birlikdə daxil olub məsələni aydınlaşdırmağa çalışmış, həmçinin hər hansı köçürmə olsa, bu barədə məlumat vermələrini şirkətdən xahiş etmişdirlər. Bundan sonra onun işləri olduğu üçün çıxıb getmişdir. Növbəti gün, yəni 15 sentyabr 2022-ci il tarixdə Turqutun da iştirakı ilə Elnurla “gübrə.az” şirkətinin qarşısında görüşmüş, görüş zamanı Turqut Elnura narahat olmamağını, köçürməni etdiyini, heç bir problem olmadığını demişdir. Danışıq zamanı Turqut onları inandırmağa çalışmışdır. O, görüş zamanı Turqutdan “gübrə.az” şirkətinin işçisi olub-olmadığını soruşmuş, Turqut isə ona “gübrə.az” şirkətinin işçisi olmadığını, sadəcə gübrəni özü həmin şirkətdən alıb verəcəyini bildirmişdir. Bundan sonra yenə də Turqut bir neçə dəfə mobil telefonla əlaqə saxlamış, həmin danışıqları edən zaman Turqut onlardan kənara çəkildiyi üçün Turqutun konkret olaraq nə danışmağını eşitməmişdir. Daha sonra oradan birlikdə çıxıb "xxxx" ASC-nin “Xətai” filialına gəlmiş, ora çatdıqdan sonra Turqut filiala daxil olub köçürmənin həyata keçirilib-keçirilməməsi ilə maraqlanmışdır. Bir neçə dəqiqə sonra Turqut geri qayıtmış, heç bir problem olmadığını, köçürmənin olduğunu demişdir. Turqut hesabdan çıxarış vermək üçün növbə götürmək lazım olduğunu deyərək köçürməni təsdiq edən hər hansı bir sənəd verməməyə çalışmış, o da həmin vaxt Turquta əgər köçürmə olubsa, onda e- bank sisteminə daxil olub öz hesabından köçürməni göstərməyini təklif etmişdir. Lakin Turqut bütün məlumatların mühasibində olduğunu bildirərək mühasiblə danışıb, nə lazımdırsa, göndərilməsini təmin edəcəyini demişdir. Bundan sonra Turquta məxsus mobil telefonla mühasib ilə əlaqə saxlamış, o, Turqutdan mühasibinin ödəniş tapşırığını göndərməsini tələb etmişdir. Danışıq zamanı Turqutun mühasibi olduğu qadının adının Nilufər olduğunu öyrənmiş və ilk zəng zamanı Turqut Nilufərə ödəniş tapşırığının elektron variantını göndərməsini demişdir. Nilufər də Turquta ödəniş tapşırığını göndərmiş, o, Elnur və Turqut birilikdə Nilufərin göndərdiyi ödəniş tapşırığına baxmış, bundan sonra “gübrə.az” şirkəti ilə bir daha əlaqə saxlayıb ödəniş tapşırığında göstərilən hesabdan “gübrə.az” şirkətinə məxsus hesaba hər hansı miqdarda pul köçürülüb-köçürülməməsi ilə maraqlanmışdır. Yenə də ona həmin şirkətdən heç bir köçürmə olmadığını bildirilmiş, bundan sonra onun təkidi ilə Turqut yenidən Nilufərlə əlaqə saxlamış və birlikdə Nilufərlə danışıb məsələni aydınlaşdırmaq üçün mobil telefonu dinamikə qoymuşdur. Danışıq zamanı Nilufərə “gübrə.az” şirkətinə göndərilən ödəniş tapşırığı ilə pul köçürməsi olmadığını bildirmiş, Nilufər köçürməni etdiyini, heç bir problem olmadığını demişdir. Pulun bir qədər əvvəl göndərildiyini tez bir zamanda köçəcəyini qeyd etmiş, hətta o, danışıq zamanı Nilufərə həmin ödəniş tapşırığı saxta olduğu halda Nilufərin özünün də məsuliyyət daşıyacağını bildirmişdir. Nilufər isə yenə də heç bir problem olmadığını, hesabda olan 77968 manat pulu “gübrə.az” şirkətinə köçürdüyünü, köçürmənin tez bir zamanda “gübrə.az" şirkətinin hesabına oturacağını bildirmişdir. Nilufərlə danışığı, eləcə də onlara göndərdiyi ödəniş tapşırığına görə bir qədər Turquta inanmış, bundan sonra Turqutu "gübrə.az” şirkətinin qarşısında düşürtmüşdürlər. Həmçinin o, ödəniş tapşırığının şəklini öz tanışlarına göndərmişdir ki, gübrəni tam hazır eləsinlər və növbəti gün səhər saatlarında gübrəni götürsünlər. Turqutla növbəti gün görüşüb birlikdə bu işləri həll etməli olmuş, Turqut növbəti gün Sumqayıt şəhərindən gələcəyini bildirmişdir. O da Turquta Abşeron rayonunda yerləşən Xırdalan dairəsindən Turqutu götürə biləcəyini demiş, növbəti gün, yəni 16 sentyabr 2022-ci il tarixdə Turqutun söz verdiyi kimi Xırdalan dairəsinə gəlmiş, lakin saat 10:00-dək gözləsə də, Turqut gəlib çıxmamışdır. O, bir neçə dəfə Turquta məxsus ***- ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamağa çalışsa da, zəng çatmamış və o Turqutun Elnuru aldatdığını başa düşmüşdür. Bu barədə yığıb Elnura da demiş, həmin gün Elnurla görüşüb məsləhətləşmiş və Elnur Turqutun qaynı Rüfətin də nömrəsini bildiyi üçün sonuncu ilə əlaqə saxlamışdırlar. Rüfət ilkin olaraq zənglərə cavab verməmiş, bir qədər sonra o, Turqutun həyat yoldaşının işlədiyi “Gazelli” şirkətinə zəng edib Turqutun həyat yoldaşı Asya ilə həmin məsələyə görə əlaqə saxlamaq üçün mobil nömrəsini vermişdir. Bir qədər sonra Rüfət özü onu yığıb nəyə görə mobil nömrəsini “Gazelii" şirkətinə verdiyini soruşmuş və birlikdə görüşmək barədə razılaşmışdırlar. 16 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin “Xətai” filialında olan zaman Rüfət də ora gəlmiş, o, Rüfətə görüş zamanı Turqutu tapa bilmədiyi üçün həyat yoldaşını axtardığını demişdir. Bundan sonra ilkin olaraq Rüfət ona Turqutun harada olduğunu bilmədiyini demiş, o isə Rüfətə Turqutla şərik olduğunu, fəaliyyət göstərdikləri şirkətinin adının da “RT Supply Group" olduğunu, yəni Rüfət və Turqut adlarının baş hərfləri olduğunu bildirmişdir. Rüfət onu bu işə qatmamağını, həmin işlə əlaqəsi olmadığını, lakin həmin məsələ ilə bağlı köməklik edə biləcəyini demişdir. O, Rüfətlə danışıq zamanı Rüfətin də onları səhv istiqamətə yönləndirdiyini hiss etmiş, çünki o, Rüfətdən Turqutun Azərbaycanda olub-olmadığını soruşanda Rüfət bir qədər duruxub bilmədiyini demişdir. O, həmin vaxt Turquta zəng çatmadığını, belə olan halda polisə müraciət edib Turqutun həmin cinayət əməlinə görə tapılması üçün tədbirlər görüləcəyini, həmçinin sonuncu ilə birlikdə köməklik edən şəxslərin də məsuliyyətə cəlb olunacağını qeyd etmişdir. Bundan sonra Rüfət qorxub Turqutun ölkədə olmadığını demiş, həmçinin Rüfətlə bu danışıqdan sonra şirkətin hesabından çıxarış edib təqdim etmişdir. Hətta o, X10 verdiyi pulu köçürüb-köçürmədiyini soruşmuş, Rüfət pulun köçürülmədiyini etiraf etmişdir. O da belə olan halda nəyə görə Turqutun getməyinə göz yumduğunu, Elnura bu barədə məlumat vermədiyini soruşmuş, Rüfət də Turqutun iki günlük getdiyini, qayıdıb həmin pulu verəcəyini demiş, Turquta inandığını bildirmişdir. Həmçinin danışıq zamanı Turqutun nə vaxt getməyi ilə bağlı Rüfətdən soruşanda məlumatsız olduğunu bildirsə də, o, tanışları vasitəsi İlə video müşahidə kameralarından görüntülərə baxa biləcəyini deyib Rüfəti qorxutduğu üçün Rüfət də məsələnin aralarında qalmasını xahiş edərək Turqutu hava limanından özünün yola saldığını demişdir. Həmçinin Rüfət bir neçə dəfə kənara çəkilib mobil telefonla danışmış, Rüfət danışdığı şəxsə rusca onu pis vəziyyətdə qoyduğunu demişdir. Qayıdandan sonra Rüfət həyat yoldaşı ilə danışdığını demiş, o, Rüfətdən şübhələnib Turqutla əlaqəsi olub-olmamasını soruşmuş, gələcəkdə cinayət işi başlandığı halda Rüfətin də mobil telefonlarının yoxlanılacağını demişdir. Rüfət Elnurun xahişi ilə hesabdan çıxarışı götürüb təqdim etmiş, o, hesabdan çıxarışa baxmış və orada olan köçürmələrin təyinatı barədə Rüfətdən soruşmuşdur. Rüfət ilkin olaraq bilmədiyini deyəndə o, Rüfətə “sən axı Turqutun şəriyisən necə ola bilər ki, köçürmələrdən ümumiyyətlə məlumatsız olasan” demiş, bundan sonra Rüfət çıxarışda olan "xxxx" MMC-yə 9200 manat köçürülməsini göstərərək, həmin şirkətin təsisçisinin mühasib Nilufər xanım olduğunu bildirmişdir. Daha sonra o, Rüfətdən “Nilufər xanım mühasibdi yoxsa “Z Constuction Materials" MMC vasitəsi ilə “qara pulları” yuyur” deyə soruşmuş, Rüfət Nilufərlə çox əlaqəsi olmadığını desə də, Nilufərin Turqutun bütün göstərişlərini sorğu-sualsız yerinə yetirdiyini qeyd etmişdir. Həmçinin Rüfət gələcəkdə də dediklərini təsdiqləyəcəyinə söz vermişdir. xx.xx.2022ci il tarixdə Turqut gedən zaman üzərində pul aparıb-aparmadığını da Rüfətdən soruşmuş, Rüfət bilmədiyini demişdir. O, bundan sonra gedib polisə şikayət eləyəcəyini bildirmiş, Rüfət getməmələrini xahiş edərək Turqutun valideynlərinin mobil nömrəsini vermişdir. Onların Turqutla əlaqələri olduğunu bildirmişdir. Anası ilə mobil telefon əlaqəsi saxlaya bilmədikləri üçün işlədiyi məktəbə gedib bu barədə anasına demiş, Turqutun anası hazırda işdə olduğu üçün sonra görüşəcəyini bildirmişdir. Dəqiq xatırlamadığı vaxtda Turqutun anası cavan bir oğlanla gəlib Elnur və onunla görüşmüş, həmin cavan oğlanın kim olduğunu bilməmişdir. Elnur baş verənləri bir daha Turqutun anasına demiş, Turqutun anası Turqutla danışdığını, Turqutun Türkiyədə olduğunu, pulu götürüb gətirib verəcəyini demişdir. O, Turqutun neçə günə gələcəyini soruşanda anası 2-3 gün ərzində gələcəyini qeyd etmişdir. Bu barədə polisə müraciət edəcəklərini bildirəndə Turqutun anası 2-3 gün ərzində Turqutun gəlmədiyi halda öz evlərindən birini satıb Elnurun pulunu qaytaracağını demiş, həmçinin Turqutun atası ilə danışmağı məsləhət görmüşdür. İlk vaxtlar Turqutun atası müxtəlif bəhanələrlə yubatmış, 2-3 gün sonra onlarla Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşmüşdür. Turqutun Elnuru aldatdığını, həmin pulu alıb çıxıb getdiyini demiş, həmçinin danışıq zamanı Turqutun atası özünün də vəkil olduğunu, əvvəllər prokurorluq orqanlarında çalışdığını bildirmişdir. Həmçinin Turqutun elədiyinin dələduzluq olduğunu təsdiq etmiş, hətta Turqutun bir dəfə də 12000 manat pul alıb ödəmədiyini, həmin pulu da özünün ödədiyini demişdir. Lazım gələrsə, Turqutun anasına aldığı evi satdırıb Elnurun pulunu qaytaracağına vəd vermiş, iki gün vaxt istəmiş, lakin iki gün keçsə də, Turqutun valideynlərindən bir xəbər çıxmamışdır. İki gün sonra Turqutun anası mobil telefonlara cavab vermədiyi üçün işlədiyi məktəbə getmiş, lakin artıq Turqutun anası ilə danışmağın mənasız olduğunu görmüş, çünki onlar sözü bir yerə qoyub pulu qaytarmaqdan imtina etmişdirlər. Baş verənlərlə bağlı yenə də Elnurla danışmış və Turqutun anasının da, atasının da Turqutdan imtina etdiyini demişdir. Ruslanın sadəcə adını eşitdiyini, heç vaxt görmədiyini, sadəcə Elnurdan Turqutun həmin gübrəni guya tanışı Ruslan adlı şəxs vasitəsi ilə gətizdirəcəyini eşitdiyini, lakin Turqut və Ruslanın aralarında olan münasibəti, eləcə də bu işlə bağlı hər hansı iş birliyinin olub-olmamasını bilmədiyini qeyd etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 əməkdaşlıq etdiyi "xxxx" MMC-nin direktoru kimi tanımış, bir neçə internet məlumat mərkəzlərində mühasib kimi fəaliyyət göstərməyi ilə bağlı elan yerləşdirdiyi üçün Turqut 21 yanvar 2022-ci il tarixdə onunla əlaqə saxlamışdır. Turqut danışıq zamanı "xxxx" MMC-nin direktoru olduğunu deyib həmin şirkətin mühasib vəzifəsinin onun tərəfindən icra olumasını təklif etmiş, o da Turqutdan şirkətlə bağlı sənədləri istəmişdir. Turqut ona şirkətlə bağlı bank sənədləri, kadr sənədləri, alqı-satqı sənədləri və digər bir sıra sənədləri təqdim etmiş, o da həmin sənədləri nəzərdən keçirdikdən sonra həmin tarixdə xidmət müqaviləsi bağlamışdır. Xidmət müqaviləsi üzrə mühasibatlıq, işçilərin portal sisteminə salınıb-çıxarılması, əmək müqaviləsinin elektron bildirişinin hazırlanması kimi işləri görmüşdür. Turqut 02 ay müddətində onun göstərdiyi xidmət müqabilində hər ay 800 manat olmaqla ödəniş etmişdir. 2022-ci ilin mart ayının əvvəllərindən etibarən Turqut tərəfindən təsis olunmuş, lakin hal-hazırda adını xatırlamadığı şirkətlərdən birindən onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb mühasibi olduğu üçün həmin şirkətin təxminən 1000 manatdan çox vergi borcu yığılması barədə məlumat vermişdirlər. Həmçinin həmin ərəfədə başqa bir adını xatırlamadığı şirkətdən də zəng edib "xxxx" MMC-nin həmin şirkətə də borclu olması barədə bildirmiş və o da həmin məsələlərlə bağlı Turquta demiş, lakin Turqut həmin vergi və digər borclarını ödəyəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin mart ayının ortalarında o, "xxxx" MMC-nin maliyyə vəziyyətinin yaxşı olmadığını görüb gələcəkdə onun da göstərdiyi xidmətin əvəzinin ödənilməyəcəyini, eləcə də 2022-ci ilin fevral ayında "xxxx" MMC-yə borc olaraq verdiyi 9200 manat pulun da Turqut tərəfindən qaytarılmadığını görüb xidmət müqaviləsini pozmuşdur. Təsis sənədləri ilə onun adına qeydiyyata alınmış "xxxx" MMC olmuş, Turqut ilə qarşılıqlı əməkdaşlıq etdiyi üçün təxminən 2022-ci ilin fevral ayında ona təklif etmişdir ki, "xxxx" MMC-nin əsas fəaliyyətini təşkil edən tibbi ləvazimatların alqı-satqısı işi üçün həmin "xxxx" MMC-dən Turquta məxsus şirkətə borc olaraq pul versin. Həmin borc verdiyi pulla Turqutla birlikdə iş görməli və əldə etdiyi gəlirdən həm onun borcunu verəcəyini, həm də əldə etdiyi qazancı da onunla böləcəyini vəd vermişdir. O da Turqutla işlədiyi üçün etibar edib 2022-ci ilin fevral ayında "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına 9200 manat pul göndərmiş, Turqut da 7-10 gün ərzində həmin pulu qaytaracağını demişdir. Lakin həmin müddət keçsə də, Turqut onun verdiyi pulu qaytarmamış, o da bununla bağlı 2022-ci ilin təxminən avqust ayında Turqut barəsində Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət eləmişdir. 2022-ci ilin mart ayında Turqutla əməkdaşlığını pozsa da, mütəmadi olaraq həmin borc məsələsinə görə əlaqə saxlayıb pulunu tələb etmiş, 15 sentyabr 2022-ci il tarixdə Turqut ona məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb aldığı 9200 manat pulu ödəmək istədiyini bildirmişdir. Ona öz hesabından “Z Constructions Materials" MMC-yə 9200 manat pulu göndərməyini tapşırmış, ona "asan imzasfnı yazıb "İD” kodu demişdir. O da Turquta hesaba daxil olmağı üçün PİN 1-i təsdiq etməyini bildirmiş, 9200 manat məbləğində köçürmənin ödəniş tapşırığını yazdıqdan sonra Turqut da PİN 2 ilə ödəməni təsdiq etmişdir. Ondan aldığı 9200 manat borcu geri qaytarmışdır. Təxminən 15-20 dəqiqə sonra Turqut onunla yenidən əlaqə saxlayıb hal-hazırda mühasibi olmadığı üçün ondan bir hesaba da köçürmə etməyini xahiş etmiş, o da həmin vaxt borcunu qaytardığı üçün razılaşmışdır. Bundan sonra ona köçürmə ediləcək hesabın rekvizitlərini verib həmin hesaba köçürmə etməyini xahiş etmiş, o da həmin hesaba daxil olub oradan Turqutun verdiyi rekvizitlər əsasında ödəniş tapşırığını tərtib etmişdir. Həmçinin Turqut həmin ödəniş tapşırığının "pdf formatında göndərməyini istəmiş, o da "Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ödəniş tapşırığının "pdf formatını Turquta göndərmişdir. Təxminən 5 dəqiqə sonra Turqut yenə də onunla əlaqə saxlayıb ödənişi köçürüb-köçürmədiyini soruşmuş, o da Turquta ödənişi edib həmin ödəniş tapşırığının “pdf formatını göndərdiyini qeyd etmişdir. Turqut mobil telefonu yanındakı adama verib həmin şəxsin köçürmə ilə bağlı sualı olduğunu demiş və həmin şəxs də mobil telefon vasitəsi ilə ondan ödənişi edib-etmədiyimi soruşmuşdur. O, ödəniş tapşırığını tərtib edib Turquta “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə həmin ödəniş tapşırığını göndərdiyini demiş, daha sonra həmin şəxs hesabda vəsaitin olub-olmamasını da soruşmuşdur. O, hesabda pul olmasa, köçürmənin həyata keçməyəcəyini bildirmiş və bundan başqa hər hansı danışıqları olmamışdır. Cinayət işinin materiallarında olan 12 sentyabr 2022-ci il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 12 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs 117 000 manat məbləğində pulu aldığını qeyd etmiş, sənəd Təqsirləndirilən şəxs1 imzası və "xxxx" MMCnin möhürü ilə təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətində açılmış 16 sentyabr 2022-ci il tarixli bank hesabından çıxarışdan görünür ki, 12 sentyabr 2022-ci il tarixdə həmin MMC-nin bank hesabına 58000 manat mədaxil edilmiş, bundan sonra 14 sentyabr 2022-ci il tarixdə “X17” MMC-yə avans ödənişi olaraq 13050 manat köçürülmüş, həmin köçürmə ilə əlaqədar 13,05 manat xidmət haqqı tutulmuşdur. Bundan başqa 15 sentyabr 2022-ci il tarixdə 29400 manat nağdlaşdırılmış və nağdlaşdırma əməliyyatına görə 294 manat məbləğində olan 1% sadələşdirilmiş vergi, 147 manat xidmət haqqı tutulmiuşdur. Həmçinin 15 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC-yə 9200 manat və "xxxx" MMC-yə 3333.32 manat məbləğində pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhər Xətai RPİ-nin İŞ-nin müstəntiqi Ruslan Sadıqov tərəfindən Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilib materialın əlavə araşdırmaya qaytarılması haqqında” 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhər Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış 1153/22 nömrəli material üzrə RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Ruslan Sadıqovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsinə dair 10 dekabr 2022-ci il tarixli qərarı ləğv olunmuşdur. Cinayət işinin materiallarında olan 14 mart 2023-cü il tarixli, “diskə baxış keçiriməsi haqqında protokoldan görünür ki, həmin CD diskdə “mp3” formatlı “AUD-20221011- WA0017 Nilufərin səs yazısı 1” adlı 01 dəq 57 saniyə davam edən bir ədəd səsyazısı vardır. Zərərçəkmiş şəxs baxış zamanı bildirdi ki, səs yazısında olan danışıqlar ona, Təqsirləndirilən şəxs1 və Şahid3 məxsusdur, arasında baş tutur. Həmin səs yazısında olan danışıqların məzmunu aşağıdakı kimidir: -Nilufər: Alo -Turqut: Bircə dəqiqə -Elnur: Nə qədər? -Turqut: 77968 dediniz? -Nilufər: 77968, bəli, bəli. -Elnur: Sürətli ilə vurmusuz xanım? -Nilufər: Bəli, təcili ilə vurmuşuq. -Elnur: Nə vaxta oturar, bilməzsiz? -Nilufər: Təcili ilə tez oturmalıdır, belə yalan deyərəm. -Turqut: 2-3 saat çəkər Nilufər xanım? -Nilufər: Maksimum 2-3 saat çəkməlidir. -Turqut: Təşəkkür edirəm, bağışlayın sizi də narahat elədim. -Nilufər: Buyurun, buyurun. Sağ olun. -Turqut: Bidənə gözləyin verirəm müəllimə, müəllimin sizə bir sualı var. -Elnur: Vur mikrofona, -Turqut: Yox, belə danış, problem yoxdur. 00 dəq 39 saniyədən sonra qeydə alınan səsyazısında yalnız Zərərçəkmiş şəxs səsi olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs1 və Şahid3 həmin danışıq zamanı səsyazıları qeydə alınmır. Danışığın məzmunu: (00:39-dan 01:49-a kimi davam edir) -Elnur: Alo, Nilufər xanım siz ödəniş eləmisiz də bu hesaba düzdürmü, əgər siz ödəniş eləyəndə həmin hesabda ödədiyiniz məbləğ, yəni vəsait var idi mi? -Nilufər: (nə cavab verdiyi eşidilmir) -Elnur: Yəni tam əmin olmaq olar da, 78000 sizin hesabda olub və keçirilib bizim hesaba? -Nilufər: (nə cavab verdiyi eşidilmir) -Elnur: Aydındı, mən ödəniş olunan malı çıxartmaq istəyirəm. Çünki ora gedib rahat mal çıxartmalıyam, gedim malı əminliklə çıxarda bilim. -Nilufər: (nə cavab verdiyi eşidilmir) -Elnur: Prosta ödəniş tapşırığında sizin firmanın adı ilə buranın adı düz olmadığına görə deyirdim. Cinayət işinin materiallarında olan “ödəniş qəbzlərinin barədə” 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, ödəniş qəbzlərinin hər birində olan 5000 manat pul vəsaiti Bakı şəhəri, Yasamal rayonu, Keçid-Füzuli meydanında yerləşdirilmiş 5640 nömrəli “eManat” ödəmə terminalı vasitəsi ilə köçürülmüşdür. Ödəniş qəbzlərindən 27009 nömrəli qəbzə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:03-də 5000 manat pul Təqsirləndirilən şəxs2 aid “Unibank" ASC-yə məxsus son 8 rəqəmi 6043 5769 olan “Leobank” plastik bank kartına köçürülmüşdür. Həmin köçürmənin əməliyyat nömrəsi **********-dir; Ödəniş qəbzlərindən 28320 nömrəli qəbzə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:06-da 5000 manat pul Təqsirləndirilən şəxs2 aid "xxxx" ASC-yə məxsus son 8 rəqəmi 6043 5769 olan “Leobank'’ plastik bank kartına köçürülmüşdür. Həmin köçürmənin əməliyyat nömrəsi **********-dir; Ödəniş qəbzlərindən 2636 nömrəli qəbzə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:10-da 5000 manat pul Təqsirləndirilən şəxs2 aid "xxxx" ASC-yə məxsus son 8 rəqəmi 6043 5769 olan “Leobank” plastik bank kartına köçürülmüşdür. Həmin köçürmənin əməliyyat nömrəsi **********-dür; Ödəniş qəbzlərindən 20436 nömrəli qəbzə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12;13-də 5000 manat pul Təqsirləndirilən şəxs2 aid "xxxx" ASC-yə məxsus son 8 rəqəmi 6043 5769 olan “Leobank” plastik bank kartına köçürülmüşdür. Həmin köçürmənin əməliyyat nömrəsi **********-dür; Ödəniş qəbzlərindən 13781 nömrəli qəbzə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:17-də 5000 manat pul Təqsirləndirilən şəxs2 aid “Unibank" ASC-yə məxsus son 8 rəqəmi 6043 5769 olan “Leobank" plastik bank kartına köçürülmüşdür. Həmin köçürmənin əməliyyat nömrəsi **********-dir; Ödəniş qəbzlərindən 11684 nömrəli qəbzə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:21-də 5000 (beş min) manat pul Təqsirləndirilən şəxs2 aid “Unibank" ASC-yə məxsus son 8 rəqəmi 6043 5769 olan “Leobank” plastik bank kartına köçürülmüşdür. Həmin köçürmənin əməliyyat nömrəsi **********-dir; Ödəniş qəbzlərindən 15834 nömrəli qəbzə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:29-da 5000 (beş min) manat pul Təqsirləndirilən şəxs2 aid “Unibank" ASC-yə məxsus son 8 rəqəmi 6043 5769 olan “Leobank" plastik bank kartına köçürülmüşdür. Həmin köçürmənin əməliyyat nömrəsi **********-dur. Cinayət işinin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 01 may 2023-cü il tarixli 1014/23 nömrəli məktubdan görünür ki, "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına hər hansı bir vəsait köçürülməmişdir. Cinayət işinin materiallarında olan 17 iyun 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs biri-birilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biribirilərinin üzünə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 22 iyun 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ilə Zərərçəkmiş şəxs biri-birilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biri-birilərinin üzünə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 25 iyun 2023-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması və axtarış elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 istintaq orqanından gizləndiyi üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş 20 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 14 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyası Kabardino-Balkariya Respublikasının Leskensk Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq həmin rayon məhkəməsinin qərarı ilə həbs edilmişdir. Cinayət işinin materiallarında olan 21 fevral 2024-cü il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 atası X5 21 fevral 2024-cü il tarixdə dəymiş maddi ziyanın ödənilməsi üçün 10 000 manat məbləğində pulu təqdim etmiş və Zərərçəkmiş şəxs həmin pulu sayaraq təhvil almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş CD diskdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus olan +**********07 saylı mobil nömrə ilə ötürülən məlumatların olduğu görülmüşdür. Diskdə olan “antenna” adlı fayla baxdıqda 10 sentyabr 2022-ci il tarixdə saat 13:54:13-də və 15:50:33də Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsinin Bakı şəhəri, Füzuli meydanı, Şəmsi Bədəlbəylİ küçəsində, eləcə də 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Sabit Orucov küçəsi 17C, Xocalı prospekti 40 ünvanlarında və Afiyəddin Cəlilov küçəsində qeydə alınması müəyyən edilmişdir. Bundan başqa CD diskdə “513430807_SMS” adlı fayla baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən +**********90 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********07 saylı mobil nömrəyə 15 sentyabr 2022-ci il tarixdə saat 12:35:03-də “Turqut m meni bagislayin men yalan danisa bilmirem. o insanin yerinde özümü qoydum, gunahdi mene gore. Bagislayin hecne ede bilmirem. Size islerinizde uğurlar” məzmunlu SMS-in göndərilməsi aşkar edilmişdir. Cinayət işinin materiallarında olan “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş CD diskdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus olan +**********07 saylı mobil nömrə ilə ötürülən məlumatların olduğu görülmüşdür. Diskdə olan mobil nömrənin məxsusluq tarixçəsini nəzər yetirdikdə +**********07 saylı mobil nömrənin xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 (şəxsiyyət vəsiqəsi: AA*******) adına qeydiyyata alınmaqla xx.xx.2022-ci il tarixdən etibarən aktivləşdirilməsi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrədən cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 istifadəsində olan +**********90 saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 10:08:16-da “Məni təmiz zibilə Salib”, saat 10:08:30da “Çox şərəfsiz adamdı bu Ruslan”, saat 10:09:39-da “Vaxtı uzatmağa lazımdı köməklik", saat 10:10:19-da “Asan imzada deyin problem var”, saat 11:46:03-də “Nilufər xanım çox təcilidi", saat 11:46:15-də “WhatsApp a baxın”, saat 11:46:25-də “Adamlar yanımda daniwa bilmirəm” məzmunlu SMS-in göndərilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrədən cinayət işi üzrə digər təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********03 saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 15:48:49-da “Ruslan”, saat 15:48:59-da “Hardan tapırsan tap pulu, Məni sən byabir elədin hər yerde, Mən turkiyadayam”, saat 15:54:31-də “Yığ məni” məzmunlu SMS mətnləri göndərilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrənin anten dairəsinin 10 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli 1 küçəsi ünvanında yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və “5 mərtəbə” Ticarət mərkəzi yaxınlığında, 12 sentyabr 2022-ci il tarixdə isə ünvan 9 ünvanı yaxınlığında qeydə alınması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 12 oktyabr 2024-cü il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 oktyabr 2024-cü il tarixdə dəymiş maddi ziyanın ödənilməsi üçün 10 000 manat məbləğində pulu təqdim etmiş və Zərərçəkmiş şəxs həmin pulu sayaraq təhvil almışdır. Cinayət işinin materiallarında olan 29 noyabr 2024-cü il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 29 noyabr 2024-cü il tarixdə dəymiş maddi ziyanın ödənilməsi üçün 15 000 manat məbləğində pulu təqdim etmiş və Zərərçəkmiş şəxs həmin pulu sayaraq təhvil almışdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş 13 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 12 mart 2025ci il tarixdə Rusiya Federasiyasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə ekstradisiya olunaraq Ədliyyə Nazirliyi PX-nin Bakı şəhəri İstintaq Təcridxanasına yerləşdirilmişdir. Cinayət işinin materiallarında olan 10 aprel 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs biri-birilərilə üzləşdirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biribirilərinin üzünə qarşı təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 22 aprel 2025-ci il tarixli 4/533 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, A4 vərəqi üzərindəki “Zərərçəkmiş şəxs tərəfindən 117 min AZN təhvil verilib. O.Turqut xx.xx.2022” əlyazmaları və “O.Turqut" əlyazması qarşısındakı imza - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, A4 vərəqi üzərindəki “Zərərçəkmiş şəxs tərəfindən 117 min AZN təhvil verilib. O.Turqut xx.xx.2022” əlyazmaları və “O.Turqut” əlyazması qarşısındakı imzada - əlyazmanın və imzanın qeyri-adi psixofizioloji vəziyyətdə (stress, həyəcanlı vəziyyətdə, fiziki və ya psixi təsir və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “internet səhifəsinə baxış keçirilməsi haqqında” 09 may 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə qeydiyyata alınmış, nizamnamə kapitalı 10 manat təşkil etmiş, qanuni təmsilçisi cinayət işi üzrə Təqsirləndirilən şəxs1 olmuş və hüquqi ünvanının ünvan 10şdir. Cinayət işinin materiallarına əlavə edilmiş “bank əməliyyatlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, diskdə olan “Təqsirləndirilən şəxs2 5769” adlı “X9” formatlı fayla daxil olduqda 409858******5769 nömrəli plastik bank kartının kimə məxsus olması və həmin bank kartı vasitəsi ilə aparılmış bank əməliyyatları barədə məlumatların olması görülmüşdür. Belə ki, faylda olan “müştəri məlumatı” adlı səhifədə 409858******5769 nömrəli bank kartının Təqsirləndirilən şəxs2 adına qeydiyyatda olmaqla həmin bank kartı hesabının 02 mart 2023-cü il tarixdə açılması, eləcə də müştəri məlumatlarının Təqsirləndirilən şəxs2 doğum tarixi və şəxsiyyət vəsiqəsinin FİN kodu ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Faylda olan “Terminal vasitəsi ilə əməliyyat” adlı səhifəyə nəzər yetirdikdə Təqsirləndirilən şəxs2 məxsus 409858******5769 nömrəli bank kartı hesabına 10 sentyabr 2022-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsi ilə hissə-hissə olmaqla ümumilikdə 38000 manat pulun mədaxil olunması aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 20 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə, Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 4 nömrəli məhkəmə iclas zalında, Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi1 Zərərçəkmiş şəxs dəymiş 82 000 manat məbləğində maddi ziyandan 50 000 manat məbləğində pulu sonuncuya təqdim etmiş və Zərərçəkmiş şəxs həmin pulu qəbul etmiş, Təqsirləndirilən şəxs1 tərəfindən qalan 32 000 manat məbləğində dəymiş ziyanın 3 ay müddətində ödəniləcəyi qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 19 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə, Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 4 nömrəli məhkəmə iclas zalında, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan qalan 32 000 manat məbləğdən 10 000 manat məbləğində pulu sonuncuya təqdim etmiş və Zərərçəkmiş şəxs həmin pulu qəbul etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 28 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə, Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 4 nömrəli məhkəmə iclas zalında, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan 15 000 manat məbləğində pulu sonuncuya təqdim etmiş və Zərərçəkmiş şəxs həmin pulu qəbul etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 09 yanvar 2026-cı il tarixli qəbzdən görünür ki, həmin tarixdə, Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 4 nömrəli məhkəmə iclas zalında, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan 3 000 manat məbləğində pulu sonuncuya təqdim etmiş və Zərərçəkmiş şəxs həmin pulu qəbul etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 mart 2026-cı il tarixli qəbzdən görünür ki, həmin tarixdə, Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 4 nömrəli məhkəmə iclas zalında, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə Zərərçəkmiş şəxs dəymiş ziyan üzrə Təqsirləndirilən şəxs1 1000 manat məbləğində, Təqsirləndirilən şəxs2 3000 manat məbləğində pulu qəbul etdiyini, dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifatına görə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri isə təsnifatına az ağır cinayətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, sonuncuya vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 5.1-ci maddəsinə əsasən Məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 1.16-cı maddəsinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 04 aprel 2023-cü il təvəllüdlü X2 və 30 oktyabr 2025-ci il təvəllüdlü X3 anadan olmuşdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilərək ona təyin olunan azadlıqdan məhrumetmə cəzasından azad edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona verilmiş ittiham üzrə tam təqsirlidir, məhkəmənin bu qənaəti işdə olan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini, zərərçəkmiş şəxslə arasında barışıq əldə etdiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını,ilk dəfə cinayət əməlini törətməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən təqsirləndirilən şəxsi səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə etmələrin, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. Belə ki, cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 17 mart 2026-cı il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxsə vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, sonuncular arasında barışıq əldə olunub, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, vurulmuş maddi ziyanın ödənilməsini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-456/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli Təqsirləndirilən şəxs1 tutulduğu andan hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, 14 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasında tutulmuş, 12 mart 2025-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya olunmuş, 12 iyun 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2025 nömrəli qərarı ilə barəsində başqa “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 12 mart 2025-ci il tarixdən hazırki hökmün elan olunduğu tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Həmçinin qətimkan tədbirinə münasibətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən təqdim olunmuş mülki iddia ilə bağlı məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs ilə təqsirləndirilən şəxslər arasında barışıq əldə olunduğundan, zərər çəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödəndiyindən mülki iddia və ona əlavə edilmiş dövlət rüsumu zərər çəkmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəmə iclasında təqdim olunmuş ərizədən müəyyən olunur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən mülki iddianın və ona əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Həmçinin iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə Zərərçəkmiş şəxs istintaqa könüllü təqdim etdiyi 12 sentyabr 2022-ci il tarixli əlyazma və 01 ədəd disk, həmçinin “Azercell Telekom" MMC tərəfindən 14659 nömrəli, 10 iyul 2023-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd disk, ‘Azerfon" MMC tərəfindən AZF/LGL-2957/23 nömrəli, 13 sentyabr 2023-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd disk, “UNİBANK Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən HTİD- OUT-03567-2025 nömrəli, 12 may 2025-ci il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il 06 (altı) ay müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən təqdim olunmuş mülki iddia və ona əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbz geri qaytarılsın. Təqsirləndirilən şəxs1 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs istintaqa könüllü təqdim etdiyi 12 sentyabr 2022-ci il tarixli əlyazma və 01 ədəd disk, həmçinin “Azercell Telekom" MMC tərəfindən 14659 nömrəli, 10 iyul 2023cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd disk, ‘Azerfon" MMC tərəfindən AZF/LGL-2957/23 nömrəli, 13 sentyabr 2023-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd disk, “UNİBANK Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən HTİD-OUT-03567-2025 nömrəli, 12 may 2025-ci il tarixli müşayiət məktubuna əlavə edilmiş 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar