Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1385/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X3 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Zəfər” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarı ilə 1 ay 24 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 4,887 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini, külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,852 olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 7,733 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 01 mart 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, dalan 3-də yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin inzibati binasına aparılmış, Şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 4,887 qram olan narkotik vasitə heroin bir ədəd bükümdə, külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,852 olan psixotrop maddə metamfetamin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və təmiz çəkiləri 2,551 qram və 2,301 qram olmaqla, iki ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 7,733 qram olan narkotik vasitə qurudulmuş marixuana bir ədəd bükümdə onun əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən, bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi həmin gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq azad edilmişdir. Həmin vaxtdan hazırkı iş üzrə tutulana qədər o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsi, dalan 3, ev 4D ünvavında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. 2-ci dərəcəli əlil olmaqla, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Xəstəliklərə görə ağrıları olduğu üçün o, artıq 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanmazdan təxminən 2 gün əvvəl axşam saatlarında adını bilmədiyi şəxsdən özünün istifadə etməsi üçün narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmiş, həmin şəxs də etiraz etməmiş və o, həmin şəxsin kart hesabına 60 manat pulu köçürdükdən sonra sonuncu ona satacağı narkotik vasitəni Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qəbələ” restoranın yaxınlığında, yolun kənarına qoyduğunu bildirmiş və yerini ona tərif etmiş, o da qeyd olunan ünvana getmiş, narkotik vasitə və psixotrop maddələri götürərək üzərində saxlamışdır. Həmin vaxt üzərində 4 qram narkotik vasitə olmuşdur. 01 mart 2022-ci il tarixdə yaşadığı evin qarşısında olduğu zaman iki nəfər mülki geyimdə olan tanımadığı şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və bir qədər söhbət etdikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya yaxud predmet, həmçinin maddələrin olması barədə məlumatlı olduqlarını bildirərək onu Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər o, da etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gedib xidməti otaqlardan birinə daxil olmuşdur. Həmin vaxt üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini, iki ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı, həmin gödəkçənin sol yan cibindən isə bir ədəd elektron tərəzi, 1 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefonlarını könüllü olaraq təqdim etmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu, həmçinin, zərfin üzərini imzalarla təsdiq etmişlər. Narkotik vasitə və psixotrop maddələr aldığı şəxsin anket məlumatları barədə heçnə bilmir və telefon nömrəsini xatırlamır. Aldığı narkotik vasitə və psixotrop maddələri kiməsə satmaq niyyəti olmamışdır. Saxlanılan, tutulan və üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. O, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. Elan edilməklə ona təqdim olunmuş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokol ona tanışdır, həmin protokolun məzmununda onun istifadəsində olmuş 070 565 71 73 saylı mobil nömrə üzrə göndərilmiş və daxil olmuş sms yazışmalarının olduğu, ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən “Ayıbdı sene beyag 20 manatı almısan daldan cagırırsan deyirsen 5 manat esgiyi vermisen gorursen direşirem deyirsen 5 de alımag isdiyir”, “İndi yaxşı meni qazam ya gicem 25 manat verdim sene tuxda şuşeni verdin mene”, “Seher menim şuşemi ver sora sene zeg eliyen oglanın agzına (söyüş var)”, “sabah sahat 11 de gelib goturecem suseni”, “seher gelib goturecem şüşeni balam olsun seher sahat 11 de qapıvızdayam”, “isdemisen almışam malında pulun ne qeder goturmuşemse pulun temiz vermişem”, “seher sahat 11 kim duzu qoşu gelib goturecem sabah men sene birde zeng elesem menen cırıx adam yoxudu”, “Lazım olub demisen alıb getirmişem malıvıda pulun putun vermışem kesmemişem indi”, “Qurban sen gelim tez yol sal mən vezyti çox posti nolar”, “Brat salam husemdi sohbat elamiwik elvinan bir zondada olmuwuq kola lazimdi brat qardawlara gora alinar 30 du”, “30 manat pul var qaqasa birsey verde gelim”, “Qaqa evden cixa bilmedim lomkadan olurem quqban olum bidene ver eldenize 1 saata gelim telfonu verim goturum saat 11 12 ye gelib 15 manat verib goturecem”, “Fariz nolar 5 verde olurem qaqa vallah tekem olurem”, “Emi sen gec gelersen sennen bawqa hec kimin yanna getmirem agridanda ollem”, “ataş tema istisen 25 e patida 35”, “At as ş ölurem”, “Ataş telfonu ac gorek Belke biri olub we.. Olurem lomkadan ac iwim var men sene bele eliyirem” məzmunlu smslərin yazıldığının müəyyən edilməsi ona aydındır. Sadalanan smslərin məzmunundan narkotik vasitə və psixotrop maddələrin satışının və müxtəlif ərazilərə çatdırılması ilə bağlı söhbətlərin aparılması ona aydındır. Lakin bildirir ki, qeyd olunan məzmunda smsləri onun yazdığını və ya ona yazıldığını xatırlamır. Son olaraq bildirmişdir ki, o, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. 2-ci dərəcəli əlil olmaqla, ağır xəstəliklərdən əziyyət çəkdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda yaşayır. 21 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 19 mart 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq azad edilmişdir. Təxminən 10 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Maddi vəziyəti aşağı səviyyədə olduğuna görə hərdən narkotik vasitələri İran İslam Respublikası vətəndaşından alaraq müxtəlif şəxslərə satır, qalan hissəsini isə özü istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanmazdan təxminən 2 gün əvvəl axşam saatlarında İran İslam Respublikası vətəndaşı ilə mobil telefonla danışaraq ona 70 manat pulun müqabilində özümün istifadə etməsi, həmçinin satması üçün narkotik vasitə və psixotrop maddə almaq istədiyini bildirmiş, həmin şəxs də etiraz etməmiş və o İran İslam Respublikası vətəndaşının kart hesabına 70 manat pulu köçürdükdən sonra həmin şəxs ona satacağı narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Qəbələ restoranın yaxınlığında, yolun kənarına qoyduğunu bildirmiş və yerini ona tərif etmişdir. Ona görə də, o, qeyd olunan ünvana getmiş, narkotik vasitə və psixotrop maddələri götürüb üzərində saxlamışdır. 01 mart 2022ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan tanımadığı şəxslər ona ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və bir qədər söhbət etdikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya yaxud predmet, həmçinin maddələrin olması barədə məlumatlı olduqlarını bildirərək onu Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə gedib xidməti otaqlardan birinə daxil olmuşdur. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təyin edilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt o ərizə ilə müraciət edərək üzərinə keçiriləcək şəxsi axtarışda müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilmiş və o əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini, iki ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı, həmin gödəkçənin sol yan cibindən isə bir ədəd elektron tərəzi, 1 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefonlarını könüllü olaraq təqdim etmişdir. Üzərindən aşkar edilmiş cəmi dörd ədəd bükümdə olan narkotik vasitə və psixotrop maddələr polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu, həmçinin, zərfin üzərini imzalarla təsdiq etmişlər. Narkotik vasitə və psixotrop maddələr aldığı İran İslam Respublikası vətəndaşının anket məlumatları barədə heç nə bilmir və telefon nömrəsini xatırlamır. Nakotik vasitə və psixotrop maddələr satdığı şəxslərin anket məlumatlarını bilmir və mobil telefon nömrələrini xatırlamır. Saxlanılan, tutulan və üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Üzərindən aşkar edilmiş “Nokia” və “Samsung” markalı mobil telefonlar ona məxsusdur. O, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir (cild 01, iş vər. 57-59, 70-73). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə əməkdaşı olduğu idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə idarə rəhbərliyinə raportla müraciət edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunduqdan sonra əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra o, həmin tarixdə saat 22:00-da polis leytenantı Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında sonuncuya yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etməklə bir qədər söhbət etdikdən sonra narkotik vasitə və psixotrop maddə əldə etmə, üzərində saxlayaraq daşımaqda şübhəli olduğunu bildirərək, onu 12-ci Polis Şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs da könüllü olaraq onlarla birlikdə bölməyə getmişdir. 12-ci Polis Şöbəsində otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş və videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən hazırda xatırlamadığı növdə və çəkidə narkotik vasitəni təqdim edərək masanın üzərində qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri 2 gün əvvəl İran İslam Respublikası vətəndaşının kartına 70 manat pul köçürməklə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qəbələ” restoranının yaxınlığında yolun kənarından götürüb satış məqsədi ilə üzərində saxlayaraq daşıdığını, elektron tərəzidən isə həmin narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən zaman çəkilərini ölçmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Təqsirləndirilən şəxs xidmət etdikləri ərazidə yaşadığı dövrdə sonuncunun barəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə polis bölməsinə, həmçinin sahə rəisi Şahid2 dəfələrlə qonşular tərəfindən şikayətlər daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 20). “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən təmiz çəkisi 4,887 qram olan narkotik vasitə heroin bir ədəd bükümdə, külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,852 olan psixotrop maddə metamfetamin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və təmiz çəkiləri 2,551 qram və 2,301 qram olmaqla, iki ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 7,733 qram olan narkotik vasitə qurudulmuş marixuana bir ədəd bükümdə, həmin gödəkçənin sol yan cibindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi götürülmüş, həmin əməliyyat-axtarış tədbirini əks etdirən görüntülər olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin videogörüntüləri əks etdirən DVD disk və heroin iş üzrə maddi sübut kimi tanınmışdır (cild 01, iş vərəqə 32-34, 91). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 02 mart 2022-ci il tarixli 6/1268 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №159" möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..." və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,887 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasltə-heroindir, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,551 qram; 2,301 qram; ümumi təmiz çəkiləri 4,852 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, iki bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) (cild 01, iş vər. 42-46). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 02 mart 2022-ci il tarixli 7/198 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ot kütləsi" yazılar və imzalar olan zərfdə bir ədəd üzəri skoçla bağlanmış şəffaf sellofan bükülüdə təmiz çəkisi - 7,733 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (cild 01,iş vər. 47-50). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 60-61). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-187/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 mart 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqə 80-82). İşdə olan "xxxx" MMC-dən 16 may 2022-ci il tarixli AZF/LGL-5549/22 nömrəli məktubla göndərilmiş bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin yaddaşına“Nömrənin_Məxsusluq_Tarixçəsi__**********3014__705657173”,SMS_Tarixçəsi __**********3900__705657173”,SMS_Tarixçəsi__**********3909__705657173”, Zənglərin_Detallaşması__**********3043___705657173” və “Zənglərin_Məxsusluq_ Tarixçələri__**********3104___705657173_NAR” adlı 5 ədəd fayl yerləşdirilmişdir. “Nömrənin_Məxsusluq_Tarixçəsi__**********3014__705657173” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçməsi müəyyən edilmişdir. “SMS_Tarixçəsi__**********3900__705657173” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrədən müxtəlif nömrələrə “ataş tema istisen 25 e patida 35”, “At as ş ölurem”, “Ataş telfonu ac gorek Belke biri olub we.. Olurem lomkadan ac iwim var men sene bele eliyirem” və s. məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı xahişlər edilməsi ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. “SMS_Tarixçəsi__**********3909__705657173” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən “Ayıbdı sene beyag 20 manatı almısan daldan cagırırsan deyirsen 5 manat esgiyi vermisen gorursen direşirem deyirsen 5 de alımag isdiyir”, “İndi yaxşı meni qazam ya gicem 25 manat verdim sene tuxda şuşeni verdin mene”, “Seher menim şuşemi ver sora sene zeg eliyen oglanın agzına (söyüş var)”, “sabah sahat 11 de gelib goturecem suseni”, “seher gelib goturecem şüşeni balam olsun seher sahat 11 de qapıvızdayam”, “isdemisen almışam malında pulun ne qeder goturmuşemse pulun temiz vermişem”, “seher sahat 11 kim duzu qoşu gelib goturecem sabah men sene birde zeng elesem menen cırıx adam yoxudu”, “Lazım olub demisen alıb getirmişem malıvıda pulun putun vermışem kesmemişem indi”, “Qurban sen gelim tez yol sal mən vezyti çox posti nolar”, “Brat salam husemdi sohbat elamiwik elvinan bir zondada olmuwuq kola lazimdi brat qardawlara gora alinar 30 du”, “30 manat pul var qaqasa birsey verde gelim”, “Qaqa evden cixa bilmedim lomkadan olurem quqban olum bidene ver eldenize 1 saata gelim telfonu verim goturum saat 11 12 ye gelib 15 manat verib goturecem”, “Fariz nolar 5 verde olurem qaqa vallah tekem olurem”, “Emi sen gec gelersen sennen bawqa hec kimin yanna getmirem agridanda ollem” və s. məzmunda müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı xahişlər edilməsi ilə bağlı smslər göndərilməsi müəyyən edilmişdir. “Zənglərin_Detallaşması__**********3043___705657173” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan zəng danışıqları və anten dairələri yerləşdirilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. “Zənglərin_Məxsusluq_Tarixçələri__**********3104___705657173_NAR” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, müxtəlif mobil nömrələrin adlarına olduğu şəxslərin siyahısı göstərilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. “Zənglərin_Məxsusluq_Tarixçələri__**********4549___703778787_NAR” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, müxtəlif mobil nömrələrin adlarına olduğu şəxslərin siyahısı göstərilmişdir. Həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 01, iş vər. 131-134). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamə, Sabunçu Rayon Məhkəməsinin 21.08.202-ci il tarixli hökm və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmaqla, sonuncu dəfə Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 fevral 2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, 19 mart 2021-ci il tarixdə də Bakı İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır (cild 01, iş vər. 158-160, 162-168, 170-172). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 iyun 2022-ci il tarixli 3063 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 174- 175). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X1 ambulator məhkəmə psixiatrik ekspertizasının 07 iyun 2022-ci il tarixli 1455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs aşkar edilən "üzvi emosional-labil (astenik) pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur (cild 01, iş vər. 176-179). İşdə olan Azərbaycan Respublikasıbın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı 3 saylı Bakı DOST mərkəzindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 01.112019-cu il tarixdən 2-ci dərəcə əlilliyə görə 180 (yüz səksən) manat məbləğində sosial müavinat alır (cild 01, iş vər. 184). “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin mənbəyini müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır (cild 01, iş vərəqə 202-203). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi haqqında” 01 mart 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan qurudulmuş marixuana-kannabis bitkisinin çəkisinin 05 (beş) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq olması, narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən istifadəsində olmuş telefon nömrəsi ilə aparılmış sms yazışmalarının məzmununu və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxsə ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin və yaxud başqa narkotik vasitə satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 1(008)-246/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarı ilə 1 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, 19 mart 2021-ci il tarixdə də Bakı İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna və müvafiq hökm üzrə məhkumluğu ödənilmədiyinə görə o, məhkumluğu olan şəxs hesab olunmalı, onun hazırki iş üzrə ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını və 2-ci dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 4,787 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 4,752 qram psixotrop maddə metemfetamin və təmiz çəkisi 7,713 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan bir ədəd «DVD» disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş iki ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs və yaşadığı evədn aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 4,787 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 4,752 qram psixotrop maddə metemfetamin və təmiz çəkisi 7,713 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan bir ədəd «DVD» disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş iki ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlətin büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1385/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1385/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver