Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1386/2022 05.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 84-də qeydiyyatda olan və yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdar 6,697 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 25 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı ünvan 1 ünvanda yerləşən «Öküz» heykəlinin yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 3 ədəd ağ rəngli sellofan kəsiyi bükümündə ayrı- ayrılıqda təmiz çəkiləri külli miqdarda 2,980 qram, 1,694 qram və külli miqdarda 2,023 qram, ümumilikdə təmiz çəkisi külli miqdarda 6,697 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o “Nağıl Bağ” restoranında mühafizəçi kimi işləmişdir. Ayın 25-i tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları, Vüqargil restoranın açarını ondan alıb müdriyyətə vermişlər, onu avtomobilə mindirərək, polis idarəsinə aparmışlar. Onlar ondan saxta pul barədə soruşmuş və o da əvvəllər onda 100 manat məbləğində saxta pulun olduğunu etiraf etmişdir. Tutulanda restoran əməkdaşlarından çöldə onu görən olmamışdır. Bir gün ərzində Suraxanı rayon Polis İdarəsində Mirzəyevin otağında onu saxlamışlar. Bundan sonra ayın 26-sı tarixdə onu Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis şöbəsinə aparmışlar. Orada iki nəfər polis əməkdaşı var imiş, onlar ona “Rəis deyir, işləmirsiz siz, bax, iş özü gəlir” demişlər. Polis əməkdaşlarından Əlizamin yox, digəri qarşısına narkotik vasitə qoyaraq ona həmin narkotik vasitənin guya ona məxsus olduğunu bildirməyini istəmişdir və onu 234.1-ci maddə ilə məsuliyyətə cəlb edəcəklərini bildirmişdir. Orada dövlət tərəfindən təyin edilmiş müdafiəçi də var imiş. O, vəkil və Əli adlı mayor rütbəli şəxs bir otaqda oturmuşlar. Əli adlı polis əməkdaşı telefonla zəng edərək, kiməsə demişdir ki, “Zərfi gətir, içərisini dolduraq”. O bu danışığı telefondan eşidirmiş. Əvvəllər heroindən istifadə etmişdir. Heroindən əvvəllər 1,5 il müddətində istifadə etmişdir. Narkotik vasitədən təqribən bir ilə yaxın müddətdir ki, istifadə etmirmiş. Döyülməyi barədə heç bir orqana şikayət etməmişdir. Ona demişlər ki, işi yüngül olacaq, onu buraxacaqlar. Bölmədə üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə olunmuşdur. Restoran müdirin adını yeni işə qəbul olduğu üçün bilməmişdir, 8 gün imiş ki, həmin restoranda işləyirmiş. Orada onu zəif döymüşlər ki, boynuna alsın, sonra onu buraxacaqlarını demişlər. Barəsində həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə prosesində hakimə döyüldüyünü deməmişdir. Əvvəllər narkotik vasitə aldığı şəxslərin hamısı tutulmuşdur. Əvvəllər narkotik istifadə etməyinə görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 noyabr 2021-ci ildə Təqsirləndirilən şəxs barəsində onun qanunsuz olaraq üzərində narkotik vasitə daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunda o və digər əməkdaş Şahid1 iştirak etmişdir. Həmin gün axşam saatlarında, təqribən saat 17 radələrində ünvan 1 ünvanda yerləşən «Öküz» heykəlinin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar və ona özlərini təqdim etmişlər. Onu Suraxanı rayon Polis İdarəsinin 32ci Polis bölməsinə dəvət etmişlər və o heç bir etiraz etmədən onlarla birgə bölməyə gəlmişdir. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsü üçün vəkil dəvət olunmuşdur. Vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona qanunla dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşyası üzərində varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan göy rəngli şalvarının sağ yan cibindən üç ədəd ağ rəngli sellofan kəsiyində bükümləri çıxarıb təqdim etmişdir. O, bildirmişdir ki, təqdim etdiyi üç ədəd sellofan bükümündə olan narkotik vasitə heroindir, heroini 1 gün əvvəl yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində avtobus qarajlarının arasından tapmışdır və özü şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımışdır. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs saxta pul əskinazlarından istifadə etməsi barədə məlumat olmamışdır. O, Niyaməddinin restoranda işlədiyini bilmirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o “Vətən” mühafizə xidmətinin rəisi işləyir. Təqsirləndirilən şəxs öz mühafizə xidmətində işə götürmüşdür. “Nağıl bağı” müqavilə bağlayaraq xidmət göstərdikləri restoranlardan biri imiş, Niyaməddini həmin restorana mühafizə təyin etmişdir. Onu 5-6 gün sınaq müddəti ilə işə götürmüşdür, əgər restoran rəhbərliyi tərəfindən bəyənilsə daha sonra onunla müqavilə bağlanacaqmış. Niyaməddini tutan vaxt orda deyilmiş, özü Niyaməddini həmin obyektə yerləşdirmişdir. Oradan ayrıldıqdan 2 saat sonra ona zəng vurmuşdur ki, “bizim qapıya gəliblər, polislər məni axtarırlar.” Ona dönə-dönə tapşırmışdır ki, postu tərk etməsin, nə baş verdiyini öyrənəcək. Səhər saatlarında saat 8 radələrində restoran rəhbərliyindən onu yığıb bildirmişlər ki, mühafizəçini polislər apardılar, daha sonra ora başqa mühafizə göndərmişlər. Hazırda həmin restoranla müqaviləyə xitam verilib. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəni heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir, məhkədə isə ümumiyyətlə onda narkotik vasitənin olmamasını bildirmişdir, eyni zamanda şahidlər də hər biri ayrı ayrılıqda məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu və sorğu sual zamanı onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişdirlər. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. İbtidai araşdırma orqanı cinayət işini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlasa da, sonradan Təqsirləndirilən şəxs əməlini tam əsaslandırmayaraq, əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışalara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki, “... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs verdiyi izahatlara istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri Təqsirləndirilən şəxs narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmaması və eyni zamanda polis idarəsində təzyiq altında olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət əməlini yüngülləşdirmək üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. Cinayət işində olan 25 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Rübabə Qafarovanın qərarı ilə, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdimat verilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Elnur Nuriyevin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin baş təhqiqatçıs polis mayoru Əli İsgəndərov tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılmas haqqında protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılarkən, Təqsirləndirilən şəxs əynində olan göy rəng şalvarının sağ yan cibindən 03 (üç) ədəd ağ rəngli sellofana bükülmüş bükülünü etmiş, təqdim olunan bükümlərin içərisndə narkotik vasitə heroinə oxşar kütlə götürülərək, bir ədəd zərfə qoyularaq, zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdir etdiyi kütlələrin narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən qarajların yaxınlığından tapdığı bildirmişdir. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-583/2022 saylı qərarından görünür ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 əməliyyat axtarış tədbirinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5252 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «...şübhəli şəxs (İmza) Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,980 qaram, 1,694 qram və 2,023 qram, ümumi təmiz çəkisi 6,697 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinİn təmiz çəkisi 6,697 qram, təhqiqata sərf edildi -0,150 qram, qalıq 6,547 qram. (tədqiqatın dəyəri 81 (səksən bir) manat, 82 (səksən ik) qəpik. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2514 saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli 240 nömrəli rəyində göstərilmişdir ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması ilə əlaqədar cəzanın seçilməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 6,547 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat, 82 (səksən ik) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdən 18 mart 2022-ci il tarixədək həbsdə qaldığı 3 (üç) ay 21 (iyirmi bir) günün, hər günü azadlığın məhdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, həmin müddət 7(yeddi) ay 12(on iki) gün hesablanaraq təyin edilmiş cəza müddətindən çıxmaqla, Təqsirləndirilən şəxs üzərində 10 (on) ay 18 (on səkkiz) gün gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81 (səksən bir) manat, 82 (səksən ik) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 6,547 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1386/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1386/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver