Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1386/2024 21.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 00:01 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 53 nömrəli ünvanda fəaliyyət göstərən «Palermo» adlı gecə klubunda müştəri kimi olan vaxtı orada tanış olduğu Zərərçəkmiş şəxs ilə birlikdə qəbul etdiyi spirtli içkilərin təsirindən sərxoş halda hesabı ödəmək üçün kassaya yaxınlaşdıqda Zərərçəkmiş şəxs ona yaxınlaşıb guya onu söyməsini bəhanə edib heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fovqündə qoyub, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib üzərində gəzdirdiyi məişət təyinatlı turist bıçağı ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs bədəninin bel nahiyəsindən vuraraq sonuncuya həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qaraciyərin zədələnməsi ilə müşayiət olunan sağ bel nahiyəsinin qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ifadə vermək istəmir. Hadisə bilmədən baş vermişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Əməlindən peşmandır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, atası X3, nənəsi X2, babası Təqsirləndirilən şəxs Soltan oğlu, qardaşı X4 və bacısı X6 ilə birlikdə yaşayır. O, əvvəllər birinci dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, sonra isə CM-nin 221 -ci maddələri ilə məhkum olunmuşdur. O, 2020-ci ildə Vətən uğrunda gedən 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və «Füzulinin azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Şuşanın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuşdur. 2 oktyabr 2023-cü il tarixdə saat 10-11:00 radələrində qardaşı X4 ilə birlikdə evdən çıxaraq, ona mobil telefon almaq üçün «20 yanvar metrostansiyası» tərəfə getmiş, saat 18:00 radələrində qardaşı iş yerinə getmiş, o, isə Nizami rayonu ərazisinə gəlmiş. Nizami rayonu, «Nefçilər metrostansiyası»nın yaxınlığında özünə mobil telefon üçün bəzi aksesuarlar almış, sonra yemək yemiş, saat 21:30 radələrində Nizami rayonu, Qara Qarayev, 53 nömrəli ünvanda yerləşən “Palermo” adlanan gecə klubuna getmiş, klubda tanımadığı şəxslər olmuş və musiqi səslənmiş, kluba daxil olan vaxtı bir nəfər şəxsiyyəti ona sonradan Zərərçəkmiş şəxs kimi məlum olmuş şəxs yaxınlaşmış və ondan sifariş qəbul etmiş, ona pivə, viski, konyak spirtli içkiləri, həmçinin meyvə və sairə sifariş etmiş, sifarişi verdikdən, sonra Zümrüd ondan bir ədəd “Bizon” adlı içkini almasını xahiş etmiş, o, etiraz etmədən ona həmin içkini öz hesabına sifariş etmiş, Zümrüd sifarişləri gətirdikdən sonra onunla birlikgə əyləşmiş, Zümrüd onunla birlikdə digər sifariş etdiyi içkiləri də qəbul etməyə başlamış, sonra Zümrüd ona onunla cinsi əlaqədə olmağı təklif etmiş və bunun müqabilində ondan 200 manat pul istəmiş, lakin o, onunla razılaşmamış və onun təklifini rədd etmiş, sonra ətrafında tanımadığı şəxslər yığılmış və o, həmin vəziyyətdən sıxıldığı üçün klubdan çıxıb getmək qərarına gələrək kassaya yaxınlaşmış, həmin vaxtı artıq gecə olmuş, yəni 2 oktyabr 2023-cü il tarixdən 3 oktyabr 2023-cü il tarixə keçən gecə saat 00:00 radələri olmuş, o, kassaya yaxınlaşıb sifariş etdiyi içkilərin pulunu ödəmiş, həmin vaxtı onunla əyləşən Zümrüd ona yaxınlaşaraq, onu nalayiq sözlər ilə təhqir etmiş, ondan onu təhqir etməsinin səbəbini soruşmaq istədikdə Zümrüd üzünü çevirib ondan uzaqlaşmağa başlamış, Zümrüdün onu səbəbsiz yerə təhqir etməsi pis təsir etmiş və o, sağ cibində olan açılıb-bağlanan bıçağı çıxardaraq sağ əlinə götürmüş və bıçağı açaraq arxadan Zümrüdə yaxınlaşmış, o, əlində olan bıçaq ilə arxadan Zümrüdün sağ kürək nahiyyəsindən bir dəfə vurmuş, sonra klubdan çıxıb gedəndə əlində olan bıçağı qapının çıxışına atmış və qaçaraq həmin yerdən uzaqlaşmış, həmin vaxtı klubdan çıxıb arxası ilə qaçan şəxslər onu tutub saxlamış, həmin vaxtı polis əməkdaşları yaxınlaşaraq, onu Bakı şəhəri, Nizami RPİ- nin 25-ci Polis şöbəsinə aparmışdırlar. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü Cavanşir içəri girən zaman o oynayırmış. Cavanşir ofisiant qızla oturmuşdur. O da onları görürmüş. Cavanşir ofisiantdan onu çağırmasını istəmişdir. Onu yanına çağırıb yeyib içib sonra başqa yerə getməyi təklif etmişdir. Yeyib-içəndən sonra o kənarda Cavanşirin söyüş söydüyünü görmüşdür. O da eyni şeyi Cavanşirə demişdir. Yenə oynamağa davam etmişdir. Daha sonra Cavanşirin arxadan onu vurduğunu görmüşdür. Təqsirləndirilən şəxsin onu söydüyünü hiss etdiyi üçün o da onu söymüşdür. Hadisə Palerma klubda baş vermişdir.Təqsirləndirilən şəxsi ilk dəfə imiş ki, görürmüş. O Cavanşirin əxlaqsız təklifini qəbul etməmişdir. Onu 1 dəfə vurmuşdur. Səhhətindəki problem uşaq vaxtı yaranmışdır. Təqsirləndirilən şəxsin vurduğu zərbədən xəsarət qalmamışdır. Təqsirləndirilən şəxsi bağışlayır, ancaq maddi kömək etsə yaxşı olar. Şahidləri tanımır. Onun Cavanşirə qarşı hər hansı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, DİN Baş Mühafizə İdarəsinin Bakı şəhər Nizami rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində işləyir. Nizami rayonu ərazisindəki obyektdə müvafiq düymə var və lazım olduğu halda o düymə sıxıldıqda onlar həmin obyektə gedirlər. Hadisə vaxtı düymə sıxıldığı üçün onlar həmin yerə getmişlər. Onlar hadisə yerinə getdikdə məlum olmuşdur ki, bıçaqlanma hadisəsi baş verib. Onlar şübhəlini tutub 25-ci polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxsi işıqforun yanında tutmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, DİN Baş Mühafizə İdarəsinin Bakı şəhər Nizami rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində işləyir. Xidmətdə olan zaman həyəcan düyməsi sıxılmış və onlar hadisə yerinə yaxınlaşmışlar. Bir nəfər şəxsin hadisə yerindən çıxdığını və dayanacağa doğru getdiyini görmüşlər. Onu saxlayıb polis idarəsinə aparmışlar. Şəxsi saxlayan zaman gecə saat 2-3 radələri olmuşdur. Saxlanılan zaman şəxsə qarşı təzyiq olmamışdır. İstintaqdakı ifadəsini təsdiq edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 53 nömrəli ünvanda fəaliyyət göstərən «Palermo» adlı gecə klubudur. Hadisə klubun içrəisində 2-ci mərtəbədə olan ümumi istifadə üçün nəzərdə tutulan zalda baş vermişdir. Baxış zamanı həmin zalda yerdə 1 nəfər qadının uzanması və ətrafındakı yerin qan olması müşahidə olunmuşdur. Klubun giriş qapısının çöl hissəsindən hadisə vaxtı istifadə olunan açılıb-qatlanan qulp hisəsi qara-qırmızı rəngli, tiyəsi qan izləri olan 01 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “götürmə və DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 53 nömrəli ünvanda fəaliyyət göstərən «Palermo» adlı gecə klubunda quraşdırılmış videomüşahidə kamerasının yaddaşından götürülərək, 1 (bir) ədəd dvd diskə köçürülmüş diskə baxış keçirilmiş və baxış zamanı klubun daxilində 1-ci şəxsin, yəni (Təqsirləndirilən şəxs) əynində qara rəngli köynək, qara rəngli cins şalvar, qara rəngli idman ayaqqabısı olan şəxsin 2-ci şəxsə (Zərərçəkmiş şəxs), yəni əynində qara rəngli don olan şəxsə yaxınlaşıb söhbət etdikdən, sonra 1-ci şəxsin 2-ci şəxsin bel nahiyəsinin sağ tərəfindən bir dəfə bıçaq zərbəsi ilə vuraraq, həmin şəxsin qaçması müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli, 155 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə sərxoş olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş bıçaqlardan bir ədədini göstərərək, hadisə vaxtı üzərində olan və Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçaq olmasını təsdiq etmiş və bununla bağlı protokol tərtib olunaraq, fotoşəkil çəkilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “tutma” protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları, yəni 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 53 nömrəli ünvanda fəaliyyət göstərən «Palermo» adlı gecə klubunda müştəri olan vaxt spirtli içki içdikdən sonra hesabı ödəmək üçün kassaya yaxınlaşmasını, həmin vaxt klubda olan Zərərçəkmiş şəxs onunla kobud danışmasına görə üzərində gəzdirdiyi açılıb-bağlanan bıçağı əynində olan şalvarının sağ yan cibindən çıxarıb açaraq arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq sağ əlində tutduğu bıçaqla bədəninin sağ yan hissəsindən vurmasını, sonra klubdan çıxan vaxt əlində olan bıçağı klubun çıxışına atmasını və qaçıb getməsini hadisə yerində əyani göstərərək bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “götürmə aparılmasə haqqında” protokoldan və protokola əlavə olunan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 oktyabr 2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hömünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 07 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs barəsində Xəzər rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən məhkəmə onun hazırki əməlini residiv kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməballistik və trasoloji ekspertizasınım 16 noyabr 2023-cü il tarixli, 3/1712 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində düzəlişlər edilməmişdir.Təqdim edilmiş donun səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Lakin donun səthindəki zədədə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş donun səthində olan zədəyə əsasən, onu yaradan predmetin texniki xüsusiyyətləri (tiyənin eni, uzunluğu, qalınlığı və s.) təqdim olunmuş bıçağın rəyin ballistik hissəsində göstərilmiş ölçüləri ilə nisbi uyğunluq təşkil edir. Təqdim edilmiş donun material xüsusiyyətlərindən asılı olaraq, zədə bucaqlarım təyin etmək mümkün olmadığından onun səthində olan zədənin yaranma mexanizmini müəyyən etmək mümkün deyildir. (Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli, 1018 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qaraciyərin zədələnməsi ilə müşayiət olunan sağ bel nahiyəsinin qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Xəsarətin lokalizasiyası və xüsusiyyətlərini nəzərə alaraq, həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 tərəfindən verilmiş 18 noyabr 2023-cü il tarixli, 3210 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs üzvi-emosional-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olması, yəııİ Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində İştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətindədir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs cinayət əməli törətməzdən bilavasitə əvvəl və həmin əməli törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halm yaranması onda müəyyən edilən üzvi-emosional labil pozuntu ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinin, intellektual imkanlarının tədqiqi zamanı ixtiyari yaddasaxlamasının bir qədər aşağı olması, emosional və assosiativ yaddaşın kifayət qədər aktiv olduğu, diqqətində dayamqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkküründə lənglik aşkar olunmaqla ümumilikdə əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Eıııosional-iradi sferasında astenizasiya əlamətləri (tez yorulma, qıcığa qarşı həssaslıq, mövzudan yayınma, həvəssizlik, hövsələsizlik) aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman ekstrimal psixi vəziyyətdə (fizioloji affekt, stress, emosional- psixi gərginlik, frustrasiya və s.) olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 12 yanvar 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzərə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 07 may 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 03 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs müvafiq medallarla təltif olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 150 (yüz əlli) manat manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd açılıb-bağlanan bıçaq və hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş 01 ədəd qara rəngli don hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 150 (yüz əlli) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 07 ay 22 gün Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün hesablanmaqla, həmin müddət, yəni 9 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 6 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 150 (yüz əlli) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd açılıb-bağlanan bıçaq və hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş 01 ədəd qara rəngli don hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1386/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1386/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver