Məhkəmə qərarları › İş №1(101)-1386/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1386/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1386/2025 19.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X18 (sədrlik edən), İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı, 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edərək saxlayıb və daşımaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. işin faktiki halları 2.İttiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,217 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şosesində yerləşən "Kanalüstü” marketin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdə saat 10:57-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 13:19-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 5,217 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir: 3.xx.xx.2025-ci il tarixli əməliyyat raportuna, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13-6/Ə81/25 nömrəli əmrə və əməliyyat raportuna əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən "Mir Seyfəl” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaqla daşıması və həmin şəxsin xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud bilavasitə sonra yaxalanması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X23 və həmin idarənin baş əməliyyat müvəkkili X8 ibarət əməliyyat qrupu yaradılmış, olduğu yer müəyyən edilərək xx.xx.2025-ci il tarixdə, saat 10:57-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şosesində yerləşən "Kanalüstü” marketin yaxınlığınlığında olduğu zaman Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılarkən yerində üstünə şəxsi axtarış və götürmə aparılmasına şərait olmadığına görə saxlanıldığı yerdən Baş İdarəyə aparılmışdır (Cild 1, iş vərəqi 3-11); 4."Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş DVD diskdə əks olunmuş video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra o, üzərində "şüşə” adı ilə tanıdığı maddə olduğunu bildirib, əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü və pulu, həmin şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu və əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etməklə masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün 6 saylı” möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş şəxsiyyət vəsiqəsi və 01 ədəd "İphone” markalı mobil telefon götürülmüş, eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 739 manat pul vəsaiti sonuncuya geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan “şüşə" kimi tanıdığı maddəni 18 mart 2025-ci il tarixdə səhər saat 08:00 radələrində internet vasitəsilə tanış olduğu şəxsdən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən 60 manat qarşılığında əldə etdiyini, təqdim etdiyi psixotrop maddə olan metamfetaminə oxşar maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, eləcə də, həmin maddədən heç kimə satmadığını, pay vermədiyini və həmçinin maddənin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir (Cild 1, iş vərəqi 28-31); 5.Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 6/1152/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan, "Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,217 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 5,217 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 5,167 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir (Cild 1, iş vərəqi 42-46); 6.xx.xx.2025-ci il tarixli "Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild 1, iş vərəqi 69-70); 7."Maddi sübut hesab etmə haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 5,217 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 5,167 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, iş vərəqi 108-109); 8."Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd "İphone” markalı mobil telefona baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı hal müəyyən edilməmişdir (Cild 1, iş vərəqi 111); 9.Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X26 xx.xx.2025-ci il tarixli, 3-28-29/2-3725/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən sözügedən xəstəxanada müalicədə olmamışdır (Cild 1, iş vərəqi 124); 10.Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1707 nömrəli rəyinə əsasən, müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olsa da, o hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülmüşdür (Cild 1, iş vərəqi 126-127); 11.Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X12” X26 xx.xx.2025-ci il tarixli, 1311/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (Cild 1, iş vərəqi 128-131); 12.Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X12” X26 xx.xx.2025-ci il tarixli, 154/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir (Cild 1, iş vərəqi 130-133); 13."Azercell” MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş nömrə müəyyən edilməmişdir (Cild 1, iş vərəqi 112, 125, 184); 14."Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən 01 ədəd "DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri sübut kimi qiymətləndirilmişdir (Cild 1, iş vərəqi 142-154); 15.xx.xx.2025-ci il tarixli "Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (Cild 1, iş vərəqi 167-168); 16.Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 18 mart 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edilmiş, müvafiq əməliyyat axtarış qrupunun yaradılması haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunun rəhbərliyi ona havələ edilmişdir. 2025-ci ilin 18 mart tarixində həmin şəxsin Sabunçu rayonu ərazisində olması ilə bağlı daxıl olmuş məlumat əsasında özü, Yusubov Tural və Nəbiyev Emin həmin ərazidə dolanmışlar. Həmin ərazidə, yəni Sabunçu rayonu, Zabrat-Maştağa şosesində olarkən sözügedən şəxsin əlamətlərinə oxşar şəxsi görərək ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını sonuncuya bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş, onun X4 olduğunu bilmişlər. Şəxsə nə üçün saxlanıldığını bildirmiş və üzərində hər hansı qanunsuz əşya olub-olmamasını sual etmişlər. Təqsirləndirilən şəxs isə cavabında üzərində şüşə kimi tanıdığı maddə olduğunu bildirdikdən sonra şəxsi baş idarəyə dəvət etmişlər. Polis idarəsində inzibati otaqların birində təhqiqatçının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə barədə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs həmin qərarla tanış edilmiş və video çəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirilmişdir. Bu zaman ona üzərində hər hansı qanunsuz maddə varsa təqdim etməsi xahiş edildikdə Təqsirləndirilən şəxs şalvarının cibindən bir bükümdə olan maddəni çıxararaq təqdim etmişdir. Həmin maddə metamfetaminə bənzədiyindən, qablaşdırılmış, bundan başqa şəxsin üzərindən şəxsiyyət vəsiqəsi və 1 ədəd mobil telefon çıxmışdır. Onlar da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şahid məhkəmə iclasında verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, şəxsdən narkotik vasitəni hardan əldə etdiyi soruşulduqda 60 manata həmin gün səhər şəxsi istifadəsi üçün əldə etdiyini və heç kimə satmadığını bildirdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki təsir olmadığını, əməliyyat qrupuna özünün rəhbərlik etdiyini, şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu, lakin satışı ilə məşğul olması faktının təsdiqini tapmadığını, sonuncu tutularkən yanında heç kimin olmadığını, Təqsirləndirilən şəxs tutulan zaman üzərinə baxş keçirilməsi ətrafda insanların olması ilə əlaqədar məqsədə müvafiq olmadığını, onu saxlayarkən heç bir müqavimət göstərmədiyini qeyd etmişdir. 17.Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X23 Şahid məhkəmədəki ifadəsi ilə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd olunan çəkidə və növdə psixotrop maddə aşkarlandığını bildirmişdir. 18.Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X25 Şahid məhkəmədəki ifadəsi ilə oxşar məzmunda ifadə vermiş, Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd olunan çəkidə və növdə psixotrop maddə aşkarlandığını bildirmişdir (Cild 1, iş vərəqi 119-121). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır: 19.Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan "şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamini tutulduğu gün, yəni 18 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı şəxsdən 60 manata şəxsi istifadə məqsədi ilə əldə edib üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən istifadə etməmiş, psixotrop maddəni aldığını heç kimə deməmiş, əldə etdiyi psixotrop maddəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. 18 mart 2025-ci il tarixdə saat 10:57də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- Maştağa şosesində yerləşən "Kanalüstü” marketin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə" vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Üzərindən narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində “şüşə” kimi tanıdığı maddə olduğunu bildirib əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü və pulu, həmin şalvarın sol yan cibindən mobil telefonunu və əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan başqa, üstündən əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə polis əməkdaşı tərəfindən baxış keçirilməyə başlanmışdır. İlk öncə təqdim etdiyi sellofan bükümə baxış keçirilmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açılmış və bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Üstündən aşkar olunmuş bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə polis əməkdaşı tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı aşkar edilmiş “şüşə" kimi tanıdığı maddəni 18 mart 2025-ci il tarixdə səhər saat 08:00 radələrində internet vasitəsilə tanış olduğu şəxsdən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən 60 manat qarşılığında əldə etdiyini, təqdim etdiyi maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, eləcə də həmin maddədən heç kimə satmadığını, pay vermədiyini və həmçinin maddənin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsiyyət vəsiqəsi və “İphone” markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq heç bir ağır xəstəliyinin olmadığını, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmadığını və tutulan zaman heç bir xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, narkotik vasitələrdən istifadə etdiyini, ibtidai istintaq zamanı müvafiq analizlər verdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, törətdiyi əməldən peşiman olduğunu göstərmişdir. Sonda belə bir hadisənin baş verməsindən peşman olduğunu nəzərə alaraq həmin maddə ilə ona şərti cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. 20.Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AZ-V №112562, AZ-V №112563 seriya nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il və xx.xx.2025-ci il təvəllüdlü olmaqla 2 azyaşlı uşağı vardır. 21.Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 279 saylı xx.xx.2026-cı il tarixli Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbədə yaşadığı müddət ərzində heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. 22.“Referans” Medical Group-dan və Səhiyyə Nazirliyi nevroloq Dr. Jalə Qarayeva tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayış və sənədlərdən görünür ki, vətəndaş Zöhrəxanım Mustafayevada müayinə zamanı (Təqsirləndirilən şəxs həyat yoldaşı) çəkim boyunca temporo-santro-parietal bölgələrdə spike dalğalar və ləng dalğalar izlənildi. Xəstənin klinik təqibi, kontrol EEG-lər və baş beynin MRT-si məsləhət bilinmişdir. Bu müayinə nəticəsi xəstədə epileptik aktivliyə meyil olduğunu, xüsusilə beynin elektrik aktivliyi normal deyil. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: 23.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 24.Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 25.Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 26.Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. 27.Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 28.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 29.Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. 30.Maddə 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 31.Maddə 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. 32.Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: 33.Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 34.Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 35.Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 36.Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 37.Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 38.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 39.Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 40.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. 41.Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 42.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 43.Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. 44.Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1 -ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. 45.Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. 46.Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 47.Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: 48."Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qramdan yuxarı hissəsi cinayət məsuliyyəti yaratmaqla, 2 qramdan artıq olduqda külli miqdar hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu 49.Maddə 1.0.2. Psixotrop maddələr - BMT-nin 1971 -ci il tarixli "Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. 50.Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 51.Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 52.Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 53.Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” 54.Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri- insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı 55.Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. 56.Qərarın 25-ci bəndi. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 57.Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. 58.Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961 -İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı 59.Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. 60.Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ: 61.Avropa Məhkəməsinin "Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, "...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə "əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin "Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi. 62.Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. 63.Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və psixotrop maddə metamfetaminin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. 64.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. 65.Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsini, psixotrop maddənin satışına dair hər hansı məlumatın işdə mövcud olmamasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 5,217 qram olan psixotrop maddəni qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, üzərində saxlamaqla daşımışdır. 66.Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. 67.Məhkəmə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə nəzərdə tutulmuş cinayətdə təqsiri müəyyən edildiyindən ittiham hökmü çıxarmaq qənaətinə gəlir. 68.Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 -1 -ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. 69.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. 70.Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, iş vərəqi 122- 123) 71.Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ümumilikdə ailə üzvləri 4 nəfər olmaqla, həyat yoldaşının nevroloji xəstəlikdən əziyyət çəkdiyini, təqsirləndirilən şəxsin özünün ailənin yeganə qazanc gətirən şəxsi olmasını, məhkəməyədək icraat və məhkəmə baxışı dövründə davranışını, onun ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. 72.Məhkəmədə CM-in 61 -ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. 73.Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üzrə məsələ həll edilərkən cəzanı yüngülləşdirən hala və ya bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənilməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsi göstərilməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olması əsaslandırılmalıdır. 74.Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin materiallarında olan müvafiq ekspert rəyinə əsasən onda epizodik istifadə halları aşkar olunsa da, narkomaniya xəstəliyi aşkarlanmamış, o, narkomaniya xəstəliyindən əzab çəkməmiş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamışdır. 75.Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə tutulduğu vaxtdan barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilənədək, yəni xx.xx.2025-ci il tarixədək o, fasiləsiz həbsdə saxlanılmaqla, narkotik vasitə və ya psixotrop maddə əldə etmək imkanından məhrum olmuşdur. 76.Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra azadlıqda olduğu dövrdə o, narkotik vasitə ya psixotrop maddəni əldə edib saxlamaqla daşıma ilə əlaqədar cinayətkar fəaliyyətlə məşğul olmamış, hər hansı narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmiş və o, aşkar şəkildə islah olunmağa başlamışdır. Bunun əksini təsdiq edən hal məhkəmə tərəfindən müəyyən olunmamışdır. 77.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli qanuna zidd olsa da, təqsirləndirilən şəxs həmin psixotrop maddəni əldə etmiş, həmin əməli törətməkdə məqsəd və motivi həmin psixotrop maddəni şəxsi istifadə məqsədilə istifadə etmək olmuşdur. Lakin o, əldə etdiyi həmin psixotrop maddəni istifadə etməmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsinə əsasən, saxlanıldıqdan bir neçə saat əvvəl əldə etdiyi sözügedən psixotrop maddəni polis əməkdaşları tərəfindən saxlanılanadək istifadə etməmiş, başqasına da verməmişdir. 78.Əldə etdiyi vaxtdan tutulanadək imkanı olduğu halda istifadə etməməsi təqsirləndirilən şəxsin narkotik vasitə ya psixotrop maddənin aludəçisi olmadığı qənaətinə gəlməyə kifayət qədər əsas verir. 79.Həmçinin təqsirləndirilən şəxs cinayət işinin materialları və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi dövrdə isə ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. Məhkəmə hesab edir ki, bu hallar təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallardandır və təqsirləndirilən şəxsin sonrakı davranışları ilə onun narkotik vasitə və psixotrop maddənin istifadəsindən imtina etdiyini nümayiş etdirir. 80.Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən onun ittiham olunduğu maddənin sanksiyasında, yəni Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzasının nəzərdə tutulmasına baxmayaraq, qanunvericiliyin tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də məcmu halında nəzərə alır. 81.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə məqsəd və motivi, cinayətin törədilməsində rolu, sonrakı davranışları, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmaması, barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra narkotik vasitə və ya psixotrop maddədən istifadə etməməsi, ailəsinin vəziyyəti, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, məhkəməyədək icraat və məhkəmə baxışı dövründə davranışını, onun ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmaması, səmimi peşmanlığı, həyat yoldaşının nevroloji xəstəlikdən əziyyət çəkməsi, himayəsində 02 (iki) azyaşlı (müvafiq olaraq 5 yaşlı və 9 aylıq ) uşağının olması, həmin azyaşlı övladlarına qulluğun zəruriliyi, onun ailənin yeganə qazanc gətirən şəxsi olması, təyin ediləcək cəzanın ona və ailəsinin həyat şəraitinə təsirini, törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla həmin hallar, eləcə də hökmün təsviri hissəsində göstərilmiş yüngülləşdirici hallar həm ayrı-ayrılıqda, həm də bütövlükdə müstəsna xarakterə malikdir. 82.Məhkəmə belə hesab edir ki, yuxarıda göstərilən müstəsna hallar olduğu halda təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. 83.Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və onun azyaşlı övladlarının, həyat yoldaşının səhhətinin vəziyyətinin pisləşməsinə, səhhətində ciddi problemlərin yaranmasına gətirib çıxara, o və ailəsini ciddi məhrumiyyətlərə düçar edə, ailə münasibətlərinə mənfi təsir edə bilər. 84.Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı yüngülləşdirən həm ayrı-ayrı halları, həm də bu cür hallar məcmusunu müstəsna hal kimi qiymətləndirir və və onun barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin Xüsusi hissəsinin 234.1 -1 -ci maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmasını cəzanın məqsədlərinə uyğun hesab edir. 85.Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X5rşı, § 26). 86."Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1 -ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. 87.Məhkəmə cəzanın həddi ilə bağlı məsələni də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsi tətbiq edildikdən sonra yuxarı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olunması prinsiplərinə zidddir. 88.Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hər bir təqsirləndirilən şəxsin cinayətin törədilməsini rolunu, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzalarını yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi CM-in 234.1-1 -ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha az azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. 89.İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 19 mart 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-1386/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanılmışdır (Cild 1, iş vərəqi 20, 94-98.) 90.Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. 91.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "Ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində "Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. 92.Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2025-ci il tarixdən hesablanmalıdır. 93.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdən tutularaq hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin ümumi cəza müddətinə hesablanması nəzərə alınmalıdır. 94.İş üzrə mülki iddia, həbs olunmalı və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. 95.İş üzrə maddi sübut olan, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,167 qram psixotrop maddə metamfetamin məhv edilməli, digər sübut - Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. 96.İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. 97.Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə hazırlıq iclası mərhələsində Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 06 iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul köçürülməlidir. 98.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona 10 (on) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, təyin olunmuş cəza müddəti bitmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "Ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində "Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,167 qram psixotrop maddə metamfetamin məhv edilsin. xx.xx.2025-ci il tarixli "Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə hazırlıq iclası mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X14 üçün 66 (altmış altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar