Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1387/2021 07.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və X8 qızının, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1979-cu il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 31/68-ci məhəllə, ev 45, mənzil 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, Əliyev X3 rayon Məhkəməsinin 19.01.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2, 234.1-ci maddələri 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə naməlum şəraitdə və vaxtda qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “David” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “David” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddələri keçirdikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda miqdarda 2136,229 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 256,656 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 2072,163 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib və “David” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən 2000 (iki min) manat pul müqabilində Bakı şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb yaşadığı ünvan 1 ünvana daşımış, həmin narkotik vasitə heroinin 305,0 qramını üzərində saxlamaqla daşıyarkən, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 31/68-ci məhəllə, ev 45, mənzil 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 18:00-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 305,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 30 yanvar 2021-ci il tarixdə saat 19:30-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı evə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən yataq otağındakı dolabın yanında gizlətdiyi iki ədəd torba və bir ədəd qutunun içərisindən 02 (iki) ədəd sellofan bağlamada tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 1395,0 qram, 435,0 qram və 02 (iki) ədəd bükümdə tərkiblərinə görə öz aralarında və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,761 və 0,468 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar – 1831,229 qram təşkil edən narkotik vasitə heroin, 02 (iki) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 155,225 qram və 101,431 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar – 256,656 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd sellofan bağlamada və 03 (üç) ədəd sellofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 2060,0 qram, 8,638 qram, 1,068 qram və 2,457 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar – 2072,163 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, iki övladı vardır, ailəsi ilə birlikdə Masallı rayonunun Qızılağac kəndində yaşamışdır. Tutulmamışdan əvvəl də narkotik vasitə tiyəkdən arabir istifadə edirdi. Həmin tiryəki rayonda təsadüfi adamlardan əldə edirdi. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206 və 234cü maddəsi ilə məhkum olunmuş, həmçinin qardaşı X7 2020-ci ilin yanvar ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs edilmişdir. Qardaşı həbs edildikdən sonra onun ailəsinə köməklik etmək məqsədilə Bakı şəhərinə gəlmiş və Yasamal rayonu, Moskva prospekti, 31/68-ci məhəllə, ev 45, mənzil 4 ünvanında kirayədə tək yaşamışdır. Qardaşına məxsus Kia-Cerato markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qardaşının tanıdığı İran İslam Respublikasının vətəndaşı David adlı şəxslə əlaqə saxlayıb ona bildirmişdir ki, qardaşı Alı ona görə tutulmuşdur, qardaşının yanına getmək üçün pulu yoxdur, ondan maddi yardım istəmişdir. Sözü David ilə çəp gəlmiş və o onu söyüb telefonu söndürmüşdür. Davidin nömrəsini qardaşı Alının məhkəməsindən sonra məhkəmədən götürdüyü qardaşının telefonundan tapmışdır. O, Daviddən narkotik vasitələri almamış, polislər onu hadisə günü, yəni 30 yanvar 2021-ci il tarixdə kirayə qaldığı evdə qapını döyüb suyun gəlməsini soruşaraq evinə daxil olmuşlar. Bu zaman evində qaynı, arvadı və qaynanası olmuşdur. Ona bildirmişlər ki, narkotik vasitələrin dövriyyəsində şübhəlidir və o yataq otğında dolabın siyirtməsində istifədə etməsi üçün saxladığı15-20 qram tiryəki təqdim etmişdir. Ondan sonr onu polisə aparmışlar, orada hədə-qorxu gəlməklə külli miqdarda heroin, tiryək və metafetamini üzərinə götürməyi tələb etmişlər. Onu ailəsinə ziyan vurmaqla hədələdikləri üçün o polislərin təklifi ilə razılaşmışdır. Yenidən polislərin maşını ilə yaşadığı mənzilə qayıtmış və polislər onu qapının ağızında saxlayaraq özləri yataq otağına keçib heroin, tiryək və metafetamin olan torbaları otağına qoymuş, sonra onu dəvət edərək çəkiliş aparmaqla guya həmin vasitələri aşkar etmələrini çəkmişlər. Həmçinin polislərin gətirdiyi torbalarda elektron tərəzi də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri tədbirlə əlaqədar tanımışdır. 30 yanvar 2021-ci il tarixdə ona Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin əldə etməsi, Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 30 yanvar 2021-ci il tarixdə polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 31/68-ci məhəllə ərazisinə getmiş və saat 16:30-da onu ünvan 2 ünvanının yaxınlığında saxlamışlar. Onu saxladıqda özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmiş, bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, o da etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni, əynində olan göy rəngli şalvarın sol yan cibindən iyirmi AZN pul, üç ədəd açar, əynində olan həmin gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncun üzərindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar olunmamışdır. Bundan sonra bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı, mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüş, iyirmi AZN pul və üç ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmış, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş heroini İran İslam Respublikası vətəndaşı “David” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddəni “David” adlı şəxsin deyəcəyi ünvana çatdırıb əvəzində təxminən 200 manat alacağını, əlavə olaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılaraq protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra bütün iştirakçılar imza etmiş, sonra xidməti avtomobillə Baş İdarənin inzibati binasından çıxıb Təqsirləndirilən şəxs yaşadığı evinə getmişlər. Evin girişində videoçəkiliş aparılmaqla mənzilə daxil olaraq mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi Təqsirləndirilən şəxs təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağındaki taxta konstruksiyalı dolabın yanında gizlətdiyi iki ədəd sellofan torbanı və bir ədəd qutunu təqdim etmişdir. Torbalar və bir ədəd qutu baxış keçirilməsi üçün həmin otaqdaki çarpayının üzərinə qoyulmuş və onların içərisindən bir ədəd sellofan torbada üç ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, bir ədəd sellofan torbada və üç ədəd bükümdə metamfetaminə bənzər, iki ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələr, iki ədəd plastik qaşıq, bir ədəd ampula və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Baxış keçirilib qurtardıqdan sonra hamısı birlikdə Baş İdarəyə geri qayıtmış və mənzilə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Qeyd edir ki, mənzilə baxış keçirilən zaman orada heç kim olmamışdır. Həmçinin idarədə tərəfindən Təqsirləndirilən şəxs məxsus telefondakı səsli mesajları dinləyərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs “Baba” kimi müraciət etdiyi şəxsə narkotik vasitəni qoyduğu yerin ünvanını izah etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri tədbirlə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 30 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin əldə etməsi, Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və qrupa o, Şahid2 və Şahid1 daxil olmaqla rəhbərlik Şahid1 həvalə edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 30 yanvar 2021-ci il tarixdə onlar Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 31/68-ci məhəllə ərazisinə getmiş və saat 16:30-da onu ünvan 2 ünvanının yaxınlığında saxlamışlar. Onu saxladıqda özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla Şahid1 tanış etmiş, bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq təhqiqatçı Nəcəf Aburşuya təqdim etmişlər. Sonuncu tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni, əynində olan göy rəngli şalvarın sol yan cibindən iyirmi AZN pul, üç ədəd açar, əynində olan həmin gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncun üzərindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar olunmamışdır. Bundan sonra bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung” markalı, mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüş, iyirmi AZN pul və üç ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmış, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş heroini İran İslam Respublikası vətəndaşı “David” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddəni “David” adlı şəxsin deyəcəyi ünvana çatdırıb əvəzində təxminən 200 manat alacağını, əlavə olaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılaraq protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra bütün iştirakçılar imza etmiş, sonra xidməti avtomobillə Baş İdarənin inzibati binasından çıxıb Təqsirləndirilən şəxs yaşadığı evinə getmişlər. Evin girişində videoçəkiliş aparılmaqla mənzilə daxil olaraq mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi Təqsirləndirilən şəxs təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin mənzilin yataq otağındaki taxta konstruksiyalı dolabın yanında gizlətdiyi iki ədəd sellofan torbanı və bir ədəd qutunu təqdim etmişdir. Torbalar və bir ədəd qutu baxış keçirilməsi üçün həmin otaqdaki çarpayının üzərinə qoyulmuş və onların içərisindən bir ədəd sellofan torbada üç ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, bir ədəd sellofan torbada və üç ədəd bükümdə metamfetaminə bənzər, iki ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələr, iki ədəd plastik qaşıq, bir ədəd ampula və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Baxış keçirilib qurtardıqdan sonra hamısı birlikdə Baş İdarəyə geri qayıtmış və mənzilə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edilmişdir. Qeyd edir ki, mənzilə baxış keçirilən zaman orada heç kim olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirliliyi qismən özünün, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq olunmuş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir Belə ki, məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 31.01.2021-ci il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxsn qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2021-ci il tarixli protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə saat 16:30-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman ondan bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mənzilə baxış keçirilməsi və götürmə haqqında” 30 yanvar 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə saat 16:30-da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı mənzildən 03 bükümdə narkotik vasitə heroinə bənzər, 01 ədəd sellofan torbada və 03 əfəf bükümdə psixotrop maddə metamfetaminə bənzər, 02 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlələr, 02 ədəd plastik qaşığa bənzər, 01 ədəd ampulaya bənzər əşyalar və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 30.01.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs oğlu tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 01.02.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü törədilmiş cinayət əməlində təqsirli bildiyini, narkotik vasitən və psixotrop maddəni İİR vətəndaşı Davidin göndərdiyini, onun dediyi yerə çatdırmalı olduğunu və bunun müqabilində pul olmalı olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 31 yanvar 2021-ci il tarixli, 6/429 saylı rəyindən müəyyən olunuti ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, yazılar və imzalar qeyd edilmiş bir ədəd kağız paketin və üzərində “LC Waikiki” göstəricisi olan ağ rəngli yapışqan lentlə bağlanmış sellofan paketin içərisində olan: - Üzərində “Şübhəli çəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə 305,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” sözləri qeyd edilmiş bir ədəd sellofan paketin içərisində 2 ədəd sellofan bağlamada və 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1395,0 qram, 435,0 qram, 0,761 qram, 0,468 qram ümumi təmiz çəkisi 1831,229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 155,225 qram, 101,431 qram ümumi təmiz çəkisi 256,656 qram olan qram olan tünd qəhvəyi rəngli,rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Digər 1 ədəd sellofan bağlamada və 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2060,0 qram, 8,638 qram, 1,068 qram, 2,457 qram ümumi təmiz çəkisi 2072,163 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş 4 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə olan tiryəklər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş təmiz çəkisi 1395,0 qram, 435,0 qram heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eynilik təşkil edir, lakin digər bükümlərdə olan heroinlər ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş təmiz çəkisi 0,761 qram 0,468 qram heroinlər bir-biri ilə və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. İki ədəd elektron tərəzidə və qaşıq formasında olan plastik qabda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs və onun yaşadığı evdən aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi narkoloji ekspertizasının 19.04.2021-ci il tarixli, 1160 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitələrdən istifadə etməsini inkar edir. Öz narkoloji anamnezi haqqında tam məlumat vermir. Narkotik vasitələrdən istifadə etməsini gizlətməyə çalışır. əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Narkotik vasitəlrədən psixi və fiziki asılılıq yoxdur. Öz psixi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini özündə saxlayan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatına baxış keçirilməsi barədə” 11.06.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun yaddaşına keçirilən baxış zamanı mobil telefonun “Qalereya” bölməsindəki şəkillər və videolara daxil olduqda orada çoxsaylı videogörüntülər olmuşdur. Mobil telefonun yaddaşındakı şəkillərə nəzər yetirdikdə tərəzinin üzərində olan maddə nəzərə çarpır. Bundan əlavə mobil telefonun kontaktına nəzər yetirdikdə İran mobil operatorlarına məxsus +98 914 215 88 68 nömrəsi “David” kimi qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 14.06.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş 2136,229 qram narkotik vasitə olan heroin, 256,656 qram narkotik vasitə tiryək, 2072,163 qram psixotrop maddə metamfetamin, qaşıq formasında olan plastik qab və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalığı – ekspertiza tədqiqatından sonrakı qalığı – 2136,029 qram heroin, 256,456 qram tiryək, 2072,003 qram metamfetamin, qaşıq formasında olan plastik qab və 02 ədəd elektron tərəzi Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şəxsi axtarış və baxış aparılması zamanı videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tətləbnaməsindən və hökmün surətindən müəyyən olunur ki, Əliyev X3 Rayon Məhkəməsinin 19.01.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2, 234.1-ci maddələri dörd il altı ay müddətində azadlıqdan məhrum edilmiş, 20.02.2019-cu ildə Masallı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzasının 10 ay 21 gün hissəsini çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildikdə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri tətbiq edilməklə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi onun və şahidlərin ifadələri, baxış, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Ali Məhkəməsi Plenumunun 02 iyun 201-cı il tarixli 10№-li Qərarın 13-cü bəndinə əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçitilməsi ilə yanaşı narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-CM-nin 206-cı maddəsi və həmin məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutulan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi də tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəlləri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini özündə saxlayan narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. MəhkəməAzərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun məsuliyyətini ağırlaşdıran hal nəəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 30.01.2021-ci ildən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalığı – 2136,029 qram heroin, 256,456 qram tiryək, 2072,003 qram metamfetamin, qaşıq formasında olan plastik qab və 02 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və baxışin keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum cəzasına, CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalığı – 2136,029 qram heroin, 256,456 qram tiryək, 2072,003 qram metamfetamin, qaşıq formasında olan plastik qab və 02 ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarış və baxışın keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş)manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1387/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1387/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver