Məhkəmə qərarları › İş №1(101)-1387/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1387/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1387/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 sentyabr 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 04 fevral 2024-cü il tarixdə həbs müddətinin başa çatması əsası ilə saxlanıldığı İstintaq Təcridxanasından həbsdən azad edilmiş, 23 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti naməlum şəxslə əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,222 qram bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 01 ədəd şəffaf rəngli sellofan torbada külli miqdarda təmiz çəkisi 7100,0 qram bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixananı, həmçinin naməlum şəxsdən 02 ədəd şəffaf sellofana bükülmüş, ayrıayrılıqda təmiz çəkiləri 0,539 qram və 0,627 qram olmqla ümumi təmiz çəkisi 1,166 qram təşkil edən qəhvəyi rəngli maddələri - xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində və mənzilində saxlamaqla daşımış və yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətində 01 ədəd yaş vəziyyətdə təmiz çəkisi 15,0 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkib becərmiş, 15 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin X1 (bundan sonra: NMB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik maddələrin daşınmasında və istifadəsində şübhəli bilinərək yaşadığı ünvan 1 ünvanın yaxınlığında, saat 12:10 radələrində saxlanılaraq Suraxanı RPİ-yə aparılmış, RPİ-nin xidməti otaqlarının birində üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,539 qram və 0,627 qram olan, ümumi təmiz çəkisi 1,166 qram təşkil edən qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,222 qram olan, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra elə həmin tarixdə əməliyyat axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilən zamanı evin həyətyanı sahəsində 01 ədəd yaş vəziyyətdə, təmiz çəkisi 15,0 qram bitki nümünəsi - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi və yaşadığı evin yataq otağında olan çarpayının alt hissəsindən, şəffaf rəngli sellofan torbada təmiz çəkisi 7100,0 qram olmaqla bitki mənşəli kütlə - külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoik vasitə olan qurudulmuş marixana aşkar olunaraq götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Buzovna qəsəbəsində, Dəniz küçəsində yaşamış, narkotik vasitə marixuanadan gün ərzində bir-iki dəfə istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. Polislər tərəfindən saxlanıldığı gün Azərbaycan Qadını küçəsində dayanarkən nömrəsini bilmədiyi «Mercedes» markalı bir maşın gəlib saxlamış və içərisindən 4 nəfər mülki geyimli şəxslər düşərək onu maşına basıb 42ci polis bölməsinə aparmışlar. Bölmədə üzəri axtarılmış, lakin narkotik aşkar edilməmişdir. Bundan sonra ona «sənin üstünə narkotik qoyacağıq, lakin sonra səni çıxartmağa kömək edəcəyik» demişlər. Ona müalicəyə ehtiyacının olduğunu yazmayacaqlarını demiş, o isə istifadəçi olduğunu, istifadəçi kimi yazmalarını istəmişdir. İstintaq zamanı vəkil istədiyiniə görə ona işgəncə verilmiş, lakin vəkil təyin olunmamışdır. İstintaq zamanı ona ayağından asmaqla, qulağını tapdalamaqla və sair üsullarla işgəncələr verilmişdir. Bölmədə onu Rüstəm adlı şəxs vurmuşdur. O, bütün bunları qətimkan tədbiri ilə bağlı məsələyə baxzılarkən hakimə də demişdir. Ümumiyyətlə polislər tərəfindən saxlanıldığı gün onda narkotik olmamış, baxılan iş üzrə narkotikin və tərəzinin ona aidiyyəti olmamışdır. İstintaq zamanı ona gedib bir il yatacağını, bu müddətdə sağalacağını demişlər, o da məcbur olub yazılıb hazırlanmış ifadələrə oxumadan imza etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə, saat təxminən 12:10 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında olan zamanı ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-yə dəvət etmişlər. Orada təhqiqatçının otağında üzərində şəxsi axtarış aparmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və kağız varsa təqdim etsin. O, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd içərisində qurudulmuş bitki yarpaqlarına bənzər bitki kütləsi olan kibrit qutusunu və 02 ədəd şəffaf sellofana bükülünün içərisində olan qəhvəyi rəngli narkotik vasitəni könüllü olaraq çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd kibrit qutusu və iki ədəd şəffaf rəngli selofana bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuş, onun özü və digər iştirakçılar zərflərə və protokola imza etmişlər. Təqdim etdiyi iki ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı olan adını Həsən kimi bildiyi şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, şəxsi axtarışdan sonra ondan yaşadığı evdə narkotik vasitə saxlayıbsaxlamadığı soruşulduqda, o, yaşadığı evin həyətində bir kol narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları, onun hüquqlarını müdafiə edən vəkil və bir nəfər aqranomla onun yaşadığı ünvan 3 ünvana baxış keçirliməsi üçün getmişlər. O, da həyətdə yabanı şəkildə bitmiş bir ədəd kolu polis əməkdaşlarına göstərmiş və həmin bitkiyə bir neçə dəfə su verdiyini, gələcəkdə istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra həmin bitki torpaqdan çıxarılmış və qablaşdırılmışdır. Bundan sonra isə o, yaşadığı mənzildə yataq otağında olan çarpayın altında bir ədəd selofan torbada saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Onunla sorğu zamanı həmin torbanın içərisində qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı İran vətəndaşı olan adını Həsən kimi tanıdığı şəxs ona tanımadığı şəxslə göndərdiyini və həmin marixuananı saxlamağını, əvəzində ona 300 manat pul verəcəyini, daha sonra isə həmin marixananı ondan kiminsə gəlib götürcəyini bildirmişdir. Bundan sonra həmin qurudulmuş marixuana qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, və digər iştirakçılar tərəfindən qablaşdırılmış maddi subutlar və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, aşkar olunan narkotik vasitələri əldə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Aşkar olunan narkotik vasitələri, narkotik vasitələrə olan tələbatına görə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir göstərilməmiş, həmçinin zor tətbiq edilməmişdir. O, heç kimə narkotik vasitə satmamış, pay verməmiş və kiminləsə birlikdə istifadə etməmişdir. Narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Ona görə də, özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş və ona CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilməsini istəmişdir (iş vərəqə: səh. 90-92, 185-187). Tədqiq olunan ifadəsinə aydınlıq gətirən Təqsirləndirilən şəxs göstərdi ki, elan olunan ifadəsində yazılanların heç birini o, deməmiş, belə bir ifadə verməmişdir. Ayaz nə deyibsə onunla da razılaşmışdır. Belə ki, Ayaz ona qorxulu bir şey olmadığını, yüngül tərkibli olduğunu bildirmişdir. Ayaz onu reabilitasiyaya müalicəyə göndərəcəyini demiş, imzalamağı tələb etmişdir. Evimdən çıxan narkotik vasitəni polislər özləri qoymuşdur. Həyətində yalnız bir balaca kol olmuşdur. O, həmin kola qulluq etməmiş, həyətində öz-özünə bitmişdir. O, nəşə istifadə etməmiş, üzərindən aşkarlanan narkotik ona aid olmamışdır. Onun üzərində 5 aznlik iki balaca çet kakos bükümü olmuşdur. Aşkar olunan kakos onun deyildir. Polis əməkdaşları narkotik vasitəni kulokda onun evinə gətirəndə bacısı İradə, qardaşı Rahim və qaynası Atayeva Göhər pəncərədən görmüşlər. Lakin evdə video çəkiliş zamanı bacı-qardaşı və qaynanası çəkilişdə olmamış, onları başqa otağa salıb qapını bağlamışlar. O özü evdə narazılığını bildirdikdə əməkdaşlar Anara zəng etmiş, Anar da telefonda ona balasının canına and içib onu reabilitasiyaya göndərəcəklərini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 15 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:10da ünvan 1 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonuncuya narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib ərazi üzrə Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümü və 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin 02 ədəd şəffaf sellofana bükülmüş büküm açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik kütlə və kibrit qutusu açılaraq içərisində yaşıl rəngli ot kütləsi olan narkotik vasitəyə bənzər maddələr aşkar olunmuşdur. Həmin narkotik vasiyə bənzər maddələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 02 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin, həmin ot kütləsinin isə marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində adını Fəqan kimi bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün 40 manata alıb saxladığını, içərisində narkotik vasitə qurudulmuş marixuananı olan kibrit qutusunu isə İran İslam Respublikasının vətəndaşı olan adını Həsən kimi bildiyi şəxs tərəfindən tanımadığı şəxsin vasitəsilə 300 manat müqabilində saxlaması üçün göndərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində özünün çəkməsi üçün “marixuana” kimi tanıdığı bitki kolu əkdiyini və evində “marixuana” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra saat 19:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gedərək Təqsirləndirilən şəxs və onun müdafiəçisinin, eləcə də dəvət edilmiş aqronomun iştirakı ilə həmin evin həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş narkotik tərkibli bitkiləri əkdiyi yeri, həmçinin qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş və həmin bitkiləri göstərməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində bir ədəd səliqəli şəkildə əkilmiş və qulluq edilmiş yaşıl rəngli bitki olması və yaşadığı evin yataq otağında olan çarpayının alt hissəsində torpada marixuana kimi tanıdığı narkotik vasitə olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin evində olan kolun marixuana kimi tanıdığı narkotik bitkisi olmasını və öz şəxsi istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Yaşadığı evin yataq otağında olan çarpayının alt hissəsində olan şəffaf rəngli sellofan torpada olan qurudulmuş marixuana olduğunu və həmin marixuananı sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxs tərəfindən tanımadığı şəxsin vasitəsilə 300 manat müqabilində saxlaması üçün göndərdiyini və bir şəxs gəlib həmin 300 manat pulu verib narkotik vasitə marixuananı Zaurdan götürəcəyini dediyini bildirmişdir. Həmin bitki və şəffaf rengli sellofan torbada olan yaşıl rəngli ot kütləsi olan narkotik vasitəyə bənzər maddələr ağ rəngli torbaya yığılmış və həmin torbanın ağzı bağlanaraq qablaşdırılıb götürülmüşdür. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 şahid X3 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynidəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümfəri və bir ədəd kibrit qutusunu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofana bükülmüş bükülər və kibrit qutusu açıldıqda məlum olur ki, iki ədəd şəffaf sellofan bükümlərin içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə, kibrit qutusunun içərisində isə yaşıl rəngli ot kütləsi olan narkotik vasitəyə bənzər kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu, narkotik vasitə heroini Bakı Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin marixuananı 01 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən nisyə olaraq satmaq üçün aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd kristalşəkilli maddə və yaşıl rəngdə olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd ayrı-ayrılıqda kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir manat pul cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından sahibinə qaytarılmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut ǝhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarışla əlaqədar Təqsirləndirilən şəxs üzərnindən aşkar edilmiş kristalşəkilli maddəni Suraxanı rayonu, Əmircan qəsəbəsində adını Fəqan kimi bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün 40 manata alıb saxladığını, içərisində narkotik vasitə qurudulmuş marixuananı olan kibrit qutusunu isə İran İslam Respublikasının vətəndaşı olan adını Həsən kimi bildiyi şəxs tərəfindən tanımadığı şəxsin vasitəsilə 300 manat müqabilində saxlaması üçün göndərdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 36-37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılmış baxışın nəticəsinə dair «evə baxış və götürmə aparılması haqqında» 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə video müşaiət altında baxış keçirilmiş, baxış zamanı həmin evin həyətyanı sahəsindən bir ədəd narkotik tərtkibli çətənə koluna bənzər kol və evinin yataq otağında olan çarpayının alt hissəsindən isə içərisində qurudulmuş bitki yarpaqlarına bənzər şəffaf rəngli sellofan torba aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Tədqiq olunan protokoldan görünür ki, evə baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPl-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində boz rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümləri və kibrit qutusunu çıxarıb təqdim edir və həmin 02 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə, kibrit qutusunun içərisində isə yaşıl rəngli ot kütləsi olan narkotik vasitəyə bənzər kütlə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu, narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində adını Fəqan kimi bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün 40 manata alıb saxladığını, içərisində narkotik vasitə qurudulmuş marixuananı olan kibrit qutusunu isə İran İslam Respublikasının vətəndaşı olan adını Həsən kimi bildiyi şəxs tərəfindən tanımadığı şəxsin vasitəsilə 300 manat müqabilində saxlaması üçün göndərdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofana bükülmül bükümlər və 01 ədəd kibrit qutusu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür (iş vərəqə: 135). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı videogörüntünün 12 dəqiqə 46-cı saniyəsindən etibarən isə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə onun müdafiəçisinin və dəvət edilmiş mütəxəssisin iştirakı ilə baxış keçirilməsi, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə və onun həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bir ədəd səliqəli şəkildə əkilmiş və qulluq edilmiş yaşıl rəngli bitki olması və yaşadığı evin yataq otağında olan çarpayının alt hissəsində torpada marixuana kimi tanıdığı narkotik vasitə olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin evində olan kolun marixuana kimi tanıdığı narkotik bitkisi olmasını və öz şəxsi istifadəsi üçün əkib becərdiyini bildirməsi, yaşadığı evin yataq otağında olan çarpayının alt hissəsində olan şəffaf rəngli sellofan torpada olan qurudulmuş marixuana olması və həmin marixuananı sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxs tərəfindən tanımadığı şəxsin vasitəsilə 300 manat müqabilində saxlaması üçün göndərdiyini və bir şəxs gəlib həmin 300 manat pulu verib narkotik vasitə marixuananı ondan götürəcəyini deməsi bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilməsi və əldə edilməsi, saxlanması və ya daşınması qadağan edilən hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: 134). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizanın 7/1304 nömrəli, 16 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs 1) imza Təqsirləndirilən şəxs...” yazılan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 3.222 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs 1) imza Təqsirləndirilən şəxs...” yazılan torbada 1 ədəd yaş vəziyyətdə təmiz çəkisi 15,0 qram bitki nümunəsi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. Həmin torbanın içərisində bir şəffaf sellofanda təmiz çəkisi 7100,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanaların ümumi çəkisi 7103,222 qram olub, həmin marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi 7103,222 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 7103,122 qramdır. Çətənə (kannabis) bitkisinin təmiz çəkisi 15,0 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 14,95 qramdır (iş vərəqə 56-59). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizanın 6/4902 nömrəli, 16 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,539 qram, 0,627 qram, ümumi təmiz çəkisi 1,166 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və iki ədəd bükümdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 1,166 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 1,066 qram (iş vərəqə 61-66). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 7883 saylı, 02 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 137-138). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizanın 3428 nömrəli, 09 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hai-hazırkı psixiatrik müayinələrin nəticələri vəs. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 140-141). Məhkəmə istintaqı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının müvafiq qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 7103,222 qram qurudulmuş marixuana narkotik vasitəsi və 1,166 qram heroin narkotik vasitəsi, o cümlədən bir ədəd 1 ədəd yaş vəziyyətdə ümumi çəkisi 15,0 qram çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7103,122 qram qurudulmuş marixuana narkotik vasitəsi, 1,066 qram heroin narkotik vasitəsi və 14,95 qram çətənə (kannabis) bitkisi saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 156-167). Məhkəmə istintaqı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd CD formatlı disk, sonuncunun yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd CD formatlı disk – cəmi 02 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 156-167). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: səh.169-171). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisi 7103,222 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisinin 7103,222 qram olmaqla külli miqdar təşkil etməsi, heroin narkotik vasitəsinin təmiz çəkisinin 1,166 qram təşkil etməklə onların müxtəlif növlərdə olması və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitələrdən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrıayrı halları təqsirləndirilən şəxsin həm külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini, həm də heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini və şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ziddiyyətli ifadələrini, törətdiyi əməlini inkar etməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı polis tərəfindən işgəncə verilməsi faktı araşdırılmış və qeyd olunan hal öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ona qarşı olan qanunsuzluqlara yol verilməsi ilə bağlı heç bir orqana müraciət etməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 133). Məhkəmədə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər uşuqları vardır ki, onlardan bir nəfəri - xx.xx.2015-ci təvəllüdlü X4 az yaşlıdır və qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəza təyin olunarkən təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmədə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2023-cü il tarixli, 7883 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 17 sentyabr 2023-cü il tarixdə müvafiq məhkəmənin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə 04 fevral 2024-cü il tarixədək 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə saxlanılmış, həbs müddətinin başa çatiması və həbsdə saxlama imüddətinin uzudılmaması ilə əlaqədar o, 04 fevral 2024-cü il tarixdə saxlanıldığı təcridxanadan həbsdən azad edilmiş, məhkəmə hazırlıq iclasının 23 fevral 2024-cü il tarixli qərarına əsasən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək həmin qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub, barəsində həbs qətimkan tədbiri seçilməklə 04 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 20 (iyirmi) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı, cəza çəkməsi üçün üzərlərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilən həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7103,122 qram qurudulmuş marixuana, 1,066 qram heroin və bir ədəd 14,95 qram çətənə (kannabis) bitkisi məhv edilməli; - 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 151,00 (bir yüz əlli bir) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 04 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 20 (iyirmi) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 6 (altı) il 7 (yeddi) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 14 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 7103,122 qram qurudulmuş marixuana, 1,066 qram heroin və 14,95 qram çətənə (kannabis) bitkisi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd – cəmi 02 (iki) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 151,00 (bir yüz əlli bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar