Məhkəmə qərarları › İş №1(101)-1388/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1388/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1388/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X7, müdafiəçilər-Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi «Fides» Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Fizuli rayonu Horadiz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Fizuli rayonu, Horadiz qəsəbəsi, 20 yanvar küçəsi, ev 19-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad kəndi, Qarant şəhərciyi, Bina 2, mənzil 6-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs oğlu xx.xx.2022-ci il tarixdə «İnstagram» sosial şəbəkəsində profilində qadın bədəninin şəkili olan və özünü «Mila» adlı qadın kimi təqdim edən cinsi azlıq olan Zərərçəkmiş şəxs mesaj yazaraq tanış olmaqlarına dair təklifi qəbul etdikdə o və özünü «Mila» kimi təqdim edən Zərərçəkmiş şəxs ilə bir-birinə mesaj yazmağa başlamışlar, sonuncu ona Bakı şəhəri, Xətai rayonu, «NZS» qəsəbəsində yerləşən mənzilində görüşməyi təklif etmiş və o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxsla («Mila» ilə) görüşmək məqsədi ilə ünvan 1 ünvanına gəlmiş, mənzilə daxil olduqda cinsi azlıq olan Zərərçəkmiş şəxs tərəfindən aldadıldığını başa düşərək getmək istəmiş, onun üstünə gəlib qucaqlamaq istəyən Zərərçəkmiş şəxs israrla pul müqabilində qeyri-təbii yolla cinsi əlaqədə olmaq təklifini şəxsiyyətinə mənliyinə qeyrətinə namusuna və kişiliyinə təhqir kimi qəbul edərək əxlaqsız təklifinə görə intiqam almaq niyyətilə qəsdən öldürmək məqsədi ilə saat 22.30 radələrində üstündə gəzdirdiyi iti ucu, iti ülgücü və küpü olan deşici-kəsici xassəyə malik zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 80 mm, dəstəyinin uzunluğu 80 mm olan məişət təyinatlı cib bıçağı ilə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin ön hissəsindən vurmuş, sonuncu özünü müdafiə etmək məqsədi ilə mətbəxdən götürdüyü mətbəx bıçağı ilə onun sol qolundan vurub dərəcəsinə bədən xəsarətləri yetirmiş, o isə müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bıçaqla ardıcıl vuraraq kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədənin müxtəlif nahiyələrinin sıyrıqları xəsarətləri, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid başın tüklü hissəsinin 3 (üç) ədəd, sifətin 8 (səkkiz) ədəd, sağ körpücük nahiyəsinin 3 (üç) ədəd, boyunun sol yan səthinin 4 (dörd) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin döş sümüyü nahiyəsinin 2 (iki) ədəd, sağ kürək nahiyəsinin 1 (bir) ədəd, sağ bazunun 2 (iki) ədəd, sağ saidin 3 (üç) ədəd, sağ əlin 2 (iki) ədəd, sol bazunun 1 (bir) ədəd, sol əlin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sifətin 3 (üç) ədəd, boyunun arxa səthinin 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sol əlin 2 (iki) ədəd, sağ saidin 2 (iki) ədəd, sağ çiyin nahiyəsinin 1 (bir) ədəd, sağ əlin 2 (iki) ədəd kəsilmiş yaraları xəsarətləri, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön hissəsinin daxilə nüfuz edərək ağciyəri zədələyən 7 (yeddi) ədəd, döş qəfəsinin ön səthinin daxilə nüfuz edərək ürəyi zədələyən 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək ağciyəri zədələyən 1 (bir) ədəd, sağ körpücük nahiyəsinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol körpücük nahiyəsinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd - cəmi on bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları və boyunun ön səthinin boyun üzvlərinin zədələnməsi ilə müşayiət olunan 2 (iki) ədəd kəsilmiş yaraları cəmi 57 (əlli yeddi) ədəd bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra sərbəst güləş ilə məşğul olmuş, yarışlara hazırlaşmış, müsbət nəticə əldə edə bilmədiyindən tikintilərdə mühafizəçi işləmiş, sonuncu dəfə, tanışının gül mağazasında axşam növbədə mühafizəçi işləmişdir. O, «tnstagram» sosial səhifəsində öz adı ilə qeydiyyatdan keçmişdir, təxminən 10 mart 2022-ci il tarixdə ona qız adı və qız şəkili olan profildən tanışlıq mesajı gəlmiş, yazan şəxs adının Mila olduğunu demiş, o, həmin qızla ümumi mövzülar üzrə yazışmış, qıza zəng edib danışmağı desə də, sonuncu ona nömrəsini verməmiş və onunla danışmamışdır. 1-2 gün sonra həmin qız ona Xətaidə NZS qəsəbəsində evnin olduğunu və onunla həmin evdə görüşmək istədiyini yazmış, profildə olan qız şəkili onun xoşuna gəldiyindən o razılaşmışdır. Onlar xx.xx.2022-ci il tarixdə saat 21-22 radələrində NZS qəsəbəsində olan evdə görüşmələrinə razılaşmış, o, həmin şəxs ilə «İnstagramda» yazışa-yazışa dediyi ünvanı tapmış, saat 22 radələrində dəmir darvazadan həyətə daxil olduqda həmin şəxs onu həyətin girişində qarşılayıb darvazam arxadan bağlamış və onu mənzilə dəvət etmişdir. Həmin şəxs hündür adam idi, saçı uzun idi, o, həmin şəxsin kişi cinsindən olduğunu heç zənn etməmiş və əynində qara rəngdə gödəkçə olduğundan döşünün olub-olmamasım ayırd edə bilməmişdir. Onlar evə daxil olub mətbəxdən dəhlizə, oradan isə qonaq otağına keçmiş, orada oturub söhbət etdikləri zaman o, üstündə olan Kent 8 korobkasında olan içində Rotmas siqareti olan qutunu çıxartmış, həmin şəxs isə bahalı Marlboro siqareti çəkmişdir. O, həmin şəxsin daha çox kişiyə oxşadığım görüb «sən kişisən ya qadın?» deyərək soruşmuş və həmin şəxs ona «sən narahat olma, sənə pul da verəcəm, mənim ilə cinsi əlaqədə ol» demişdir. O, həmin şəxsin kişi olduğunu və aldadıldığım başa düşərək əsəbiləşib «sən dəlisən, sən nə danışırsan?» demiş, amma həmin şəxs onun sözlərinə məhəl qomayıb ona yaxınlaşıb qucaqlamaq istəmiş, o, qonaq otağından dəhlizə çıxmış, həmin şəxs onun arxası ilə gələrək onu özünə tərəf dartmış, onlar dəhlizdə əlbəyaxa olmuş, o, həmin şəxsin əlindən çıxmaq isdədikdə əynindəki gödəkçənin qolunun altı cırılmış, həmin şəxs israrla onunla cinsi əlaqədə olmağını və buna görə ona pul verəcəyini demiş, həmin şəxsin ona dediyi sözləri, etdiyi təklifi və onun üstünə gəlib qucaqlamaq istəməsini o, şəxsiyyətinə, mənliyinə, qeyrətinə, namusuna və kişiliyinə təhqir kimi qəbul edərək əsəbiləşmiş və buna görə də, onu bıçaqla vurub cəzalandırmaqdan ötrü və əlindən çıxıb getməkdən ötrü sağ əli ilə şalvarının arxa cibindən daimi olaraq üstündə gəzdirdiyi gümüşü rəngli kəpənək kimi olan bıçağı çıxardıb həmin şəxsin boyun nahiyyəsindən bir dəfə vurmuş, həmin şəxs ondan aralanıb qaçıb mətbəxdən dəstəyi mavi rəngli yekə mətbəx bıçağını götürüb onun üstünə gəlib mətbəxin qapsının qarşısında ona zərbə endirmiş, o, sol əlini qabağa vermiş və bıçaq zərbəsi onun sol qolunu kəsmiş, o, da həmin şəxsin onu bıçaqla vurmasından daha da əsəbiləşib, dalbadal və ardıcıl olaraq həmin şəxsin bədəninin sinə qarın və boğaz nahiyyələrinə bıçaqla zərbələr vuruşdur. Onun sağ əlinda olan bıçaq vurduğu zərbələrdən sınmış, bıçağın tiyəsi onun ağ əlinin barmaqlarını və ovucunun içini kəsmiş, bıçaq əlində qırıq-qırıq olub yerə düşmüş, həmin şəxs də, mətbəxin giriş qapısının qarşısında üzü üstə yıxılıb yerdə qalmışdır. O, evin giriş qapısım açıb bayıra çıxa bilmədiyindən həmin şəxsin əlində olan həmin yekə bıçağı götürüb mənzilin qapısını açmağa cəhd etmiş, aça bilməmiş, bıçağın tiyəsi əyilmiş, sonra o, mətbəxdə olan yaşıl rəngli dəsmalı əlinə dolayıb qapının çiftəsini tutub açmaq istəmiş, lakin aça bilməmiş, sonra da, kartof əzmək üçün nəzərdə tutulmuş parıltılı əşya ilə qapını açmaq istəmiş, həmin əşya əyildiyindən qapım aça bilməmiş, sonda qapını aça bilib bayıra çıxaraq darvazaya yaxınlaşmış, amma darvazanın qapısını aça bilməmiş, pilləkənlərin yanındakı dar keçiddən həyətin hasarma dırmaşıb hasardan küçəyə tullanmış, həmin vaxt qaz borusunun üstünə düşmüş və qaz borusu əyilmişdir. Həmin vaxt onun qarşısına bir nəfər saqqalı oğlan çıxıb ona «neynəyirsən orda?» demiş, o heç bir cavab verməyərək oradan qaçıb gedərək pivə zavodunun yanına qədər piyada gəlib taksiyə minib arxada olurmuş, «Baksol» yoluna getmələrini, həmin yerə çatdıqda isə Mehdiabada getməklərini demişdir. Yolda o, sürücüdən siqareti yandırmağa alışqan istəmiş, həmin vaxt sürücü onun üstünün qan olduğunu görmüş, o sürücüyə dalaşdığını və heç bir problemin olmadığını demiş, taksidən düşəndə 100 manat vermiş, həmin əskinaz qan olduğundan sürücü götürmək istəməmiş, o isə, pulu maşında qoyub düşmüşdür. Hadisə vaxtı əynində olan paltarlar qan olduğundan o, evə gəldikdə atası büııü görüb ondan nə baş verdiyini soruşmuş, o, dalaşdığını bildirsə də, kiminlə və harada dalaşdığını deməmiş, hamamda çimib özünün və bıçaqla vurduğu şəxsin qanına bulaşmış cins şalvarını, qara uzunqol köynəyini və qara gödəkçəsini bir selofana yığmış və həmin vaxt görmüşdür ki, sol qolunda olmuş gümüş rəngli Emporio Armani saatı düşüb həmin şəxsin evində qalıbdır. O, məsuliyyətə cəlb olunmaması üçün izi itirməkdən ötrü öz mobil telefonunu tam format etmiş, bütün kontaktları, sosial şəbəkələri və mesajları silmişdir. Həmçinin o, həmin şəxsi bıçaqla vurduqdan sonra sonuncunun iphone 13 pro maks markalı telefonunda onların arasında olan mesajlarım silmək istəmişdir ki, onu tapan olmasın, lakin telefon kodda olduğundan o, telefonu mənzildə aça bilməmiş və bunu sonra etməkdən ötrü telefonu özü ilə götürmüş, taksidə yol getdiyi müddət ərzində də bunu edə bilmədiyini görmüş, ona görə, taksidən düşüb evə gedərkən yolun kənarında həmin telefonun ələ keçməm əsi üçün daş ilə vurub qırıq-qırıq edərək quyuya atmışdır. O, bütün izləri itirib qaçıb gizlənmək istəmiş, amma səhər açıldıqda atası israrla ondan nə baş verdiyini soruşmuş, o də hər şeyi olduğu kimi danışmış, atası ona polisə təslim olunmağım demiş, o da, könüllü olaraq gəlib Xətai rayon polis idarəsinə təslim olmuşdur. Həmçinin, mənzildən tələsik çıxdığından siqaret çəkdiyi otaqda masanın üçtündə onun Kent qutusu olan siqareti qalmış, o, isə səhvən həmin şəxsin Marlboro siqaret qutusunu götürmüş, həmin qutu onun evdə soyunub qoyduğu qanlı palların çibindədir. Verilən suallara cavab olaraq göstərmişdir ki, mübahisə edib bıçaq ilə bədən xəsarəti yetirərək öldürdüyü Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onu qız bilib instaqramda tanış olumş, əvvəllər heç bir düşmənçilikləri və ədavətləri olmamışdır, törətdiyi cinayət əməli zamanı istifadə etdiyi bıçağı uzun müddətdir ki, üstündə gəzdirmiş, meyvə təmizləmək üçün və iş yerində yemək vaxtı aldığı ərzaqları doğramaq üçün istifadə etmiş, törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmişin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, Orxan onunla ana bir ata ayrı qardşıdır. O, Elnaz və Orxan bir yerdə böyüyərək doğma bacı qardaş kimi olmuş və aralarında heç bir ögeylik olmamışdır. Onlar əvvəllər NZS qəsəbəsində yerləşən Əmirxanov küçəsi 15 ünvanındakı iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 1 nömrəli mənzilində yaşamış, həmin mənzil binanın birinci blokunun birinci mərtəbəsində yerləşdiyindən onlar mənzilin qarşısını hasarlamış və mənzili faktiki olaraq həyət evi kimi istifadə etmişlər. Təxminən 5-6 il əvvəl bir dəfə həyətə tanımadıqları şəxs girmiş, həmin vaxt evdə tək olan bacısı Elnaz bərk qorxmuş və Elnaz heç cür özünə gələ bilmədiyi üçün o və Orxan bina evinə köçmək qərarına gəlmiş və hazırda yaşadıqları mənzili alıb beş il əvvəl ora köçmüşlər. Orxan müxtəlif mağazalarda, sonuncu dəfə isə 2020-ci ildən «Pret-a-porter» mağazasında satış meneceri işləmiş. 12 mart 2022-ci il tarixdə Orxan səhər işə getmiş, həmin gün o da işdə olmuş, günortadan sonra evdə olmuş, Orxanın kefi yaxşı olmuş, o, Orxanda heç bir qeyri adilik və ya narahatlıq hiss etməmiş, həmin gün axşam saat 21.30-22.00 arası Orxan «30-40 dəqiqəyə gəlirəm» deyib çıxıb getmiş, kiminlə hara və nə üçün getməsini deməmiş, o da soruşmamış, ümumilikdə Orxan uşaq olmadığı üçün istədiyi vaxt istədiyi yerə getmiş, indiki vaxta qədər Orxanın heç kim ilə heç bir problemi və dava-dalaşı olmamış, Orxan narahat adam olmadığından evə gec gəldikdə onlar heç bir narahatçılıq keçirməmişlər. 12 mart 2022-ci il tarixdə saat 22.30 raədələrində köhnə məhəllədən, yəni Əmirxanov küçəsindən qonşuları Almas ona zəng vurub mənzildən səs-küy gəldiyini, deyəsən evə oğru girdiyini, tez NZS-ə gəlmələrini bildirmiş, o, tez Orxana evə gəlməsini və bir yerdə həmin mənzilə getmələri üçün zəng vurmuş, amma Orxan zənglərinə cavab verməmiş, o, Orxana votsapda yazmağa başlamış, amma Orxan yenə də cavab verməmiş, votsapda Orxana saat 22.45-də «Orxan, təcili mənə zəng elə» yazmış, Orxan cavab vermədikdə Seymura zəng etmiş, Seymura Orxanın onun zənglərinə cavab vermədiyini, NZS-ə getmək lazım olduğunu bildirmişdir. O, anası və Seymur ayrı- ayrılıqda NZS-ə gəlmiş, məhəllədən kimsə hasardan keçib darvazanı içəridən açmış, o və Seymur qapını açıb mənzilə daxil olduqda Orxanın qapının qarşısında qan içində üzü üstə yerdə uzandığını görüb, qışqırıb bayıra çıxmış və hərə bir tərəfdən biri polisə biri isə təcili yardmıa zəng etməyə başlamış, polislər və təcili yardım gəlib Orxan artıq öldüyünü bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 şahid zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsinə uyğun ifadə vermidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Pərviz idmançıdır, naliyyətləri vardır, əvvəllər fəhləlik etmiş, son günlərdə Bakı şəhəri, Azadlıq prospektində yerləşən gül dükanında gecə növbəsində mühafizəçi işləmişdir. Sonuncu dəfə 12 mart 2022-ci il tarixdə işdən çıxıb evə gəlmişdir. Pərviz evə gəldikdən sonra o, günorta evdən çıxmış, həmin vaxt Pərviz evdə olsa da, o, evə qayıdanda Pərviz evdə olmamış, Pərviz 12 mart 2022-ci il tarixdə, gecə 23.30 radələrində yaşadıqları evə qayıtmış və dərhal hamam otağına keçərək yuyunmuşdur. Pərviz yuyunduqdan sonra bayıra çıxanda oğlunun sağ əlində xəsarətlər olduğunu görüb bunun hansı şəraitdə baş verdiyini soruşmuş, Pərviz kiminləsə dalaşdığını və ciddi bir hadisə baş vermədiyini deyərək yorğun olduğu üçün danışmamış və sabah bu barədə ətraflı söhbət edəcəyini deyib yatmağa getmişdir. Həmin tarixdə, saat 13 radələrində Pərviz yuxudan durmuş, o oğlundan nə baş verdiyini soruşmuş, Pərviz cavabında sosial şəbəkədə tanış olduğu və özünü qız kimi təqdim edən tanımadığı bir nəfər şəxsin Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən evinə görüşmək üçün getdiyini, həmin şəxsin qız olmadığını öyrəndikdə getmək istədiyini, lakin həmin oğlanın pul müqabilində cinsi əlaqədə olmağı təklifinə görə aralarında dava olduğunu, həmin şəxsin tərəfindən bıçaqla vurulduğunu, buna görə də özünü təhqir edilmiş hiss edərək həmin oğlanı bıçaqla vuraraq xəsarətlər yetirdiyini və həmin şəxsin bəlkə də aldığı xəsarətlərdən öldüyünü bildirmişdir. O da, Pərvizə törətdiyi cinayəti etiraf edərək hüquq-mühafizə orqanlarına təslim olmağı məsləhət görmüş, Pərviz onun dediyi kimi, saat 17 radələrində Xətai rayon Polis İdarəsinə gedib törətdiyi cinayəti etiraf edərək təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Əmirxanov küçəsində anası Nəcibə və qardaşı Vüsal ilə yaşayır, atası Əşrəflə anası 9 il olar ki ayrılıb, onlardan ayrı yaşayır. 12 mart 2022-ci il tarixində saat 22 radələrində o, məşqdən evə qayıtmış, idman çantasını evə qoyub marketə gedən vaxt marketin yanında dostu Arzuman ilə rastlaşmış, bu vaxtı marketin arxa tərəfində taqqıltı səsi eşitmiş, həmin səs gələn istiqamətdə gedəndə həmin yerdən bir nəfər orta boylu, əynində qara gödəkçə, mavi rəngli cins şalvar, başında qəhvəyi rəngli çeçenka papaq olan oğlanın çıxdığını görmüş, aralarında təxminən 30 metr məsafə olmuş, həmin ərazi işıqlı olmuş,' o, fikirləşmişdir ki, yəqin həmin şəxs oğurluq edir, qışqıraraq «nə edirsən burda?» deyə səslənmiş, həmin adam dayanmış, ona və Arzumana tərəf dönüb baxmış, arxası ilə gəldiklərini görərək tez qaçmağa başlamış, o və Arzuman həmin şəxsin dalınca qaçmış, həmin vaxt küçədə duran bir nəfər şəxs «qaçmayın, əlində bıçaq olar, vurar sizi» demiş, ona görə də, o və Arzuman dayanmış, amma həmin şəxs qaçıb getmişdir. İ-İəmin şəxsi əvvəllər məhəllələrində görməmiş, amma görsə tanıyacağını bildirmiş, həmçinin Arzuman taqqıltı gələn yerə qayıdıb baxdıqda görmüşdür ki, həmin yerdə qaz borusu əyilib, qaz sayğacı yerindən tərpənib, qaz borusunun üstündə isə qan ləkələri var. Daha sonra o və Arzuman isə çay evinə getmiş, təxminən 23:30 radələrində həyətə qayıdanda ərazidə çoxlu adamların yığışdığını görmüş, maraqlandıqda bilmişdir ki, qonşuluqda yaşayan Orxan öz evlərində öldürülüb, onun və Arzumanın oğru bildikləri şəxs Orxanı öldürüb hadisə yerindən qaçmışdır. Orxan həmin evdə anası və bacıları ilə yaşamış, lakin orada daimi yaşayıb-yaşamadıqlarını bilmir, onların başqa yerdə mənzillərinin olmasını da bilmir. Orxan davranışından, üz görünüşündən və geyimindən cinsi azlıqların nümayəndəsinə - geyə oxşamış, ona görə o, Orxanla heç salamlaşmırmış, amma Orxanı sakit bir insan kimi tanımış, belə ki, Orxanın heç kimlə söz-söhbəti və mübahisəsi olmamış, pis vərdişləri barədə heç bir məlumatı yoxdur, harda işləməsini və nə iş ilə məşğul olmasını bilmir. Orxanın kim tərəfindən və hansı məqsədlə öldürməsini bilmir, bu barədə heç bir fərziyyəsi də yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında atası Kərim Əliyev və anası Sevginaz Əliyeva ilə birlikdə yaşayır. Baş vermiş hadisə ilə əlaqədar mahiyyəti üzrə göstərir ki, mərhum Zərərçəkmiş şəxs uşaq vaxtlarından etibarən tanıyır, belə ki, Orxan və ailəsi onlarla qonşuluqda yaşamış, Orxan xasiyyətcə sakit, qapalı bir şəxs olmuş və qonşular ilə yaxın münasibət saxlamaqdan çəkinmişdir. xx.xx.2022-ci il tarixdə dostu və məhəllə uşağı olan Şahid3 mobil telefonla zəng etmişdir ki, məşqdən gəldikdən sonra görüşsünlər, Vüqar ona məşqdən çıxıb, çantasını evə qoyandan sonra əlaqə saxlamasım demiş, xx.xx.2022-ci tarixdə saat 22:30 radələrində Marat Əmirxanov küçəsində həyətdə olan ticarət köşkünün qarşısında Vüqarla görüşmüş, küçə ilə piyada gedərkən Vüqar görmüşdür ki, Orxangilin evindən kimsə hasardan aşaraq qaçdı, Vüqar şübhələnmişdir ki, həmin şəxs evdən oğurluq edib qaçır, dərhal uca səslə çağırmış, həmin şəxs dayanmış, dönüb onlara baxmış və tez qaçıb getmiş, həmin şəxslə onlar arasında təxminən 30 metr məsafə olmuş, Vüqar əvvəlcə həmin şəxsin arxasınca qaçsa da, sonradan fikirləşmişdir ki, əlində hər hansı silah ola bilər və onlara silahla xəsarət yetirə bilər, bundan çəkindikləri üçün dayanmış, onlar həmin vaxt qeyd olunan ünvanda Orxanın öldürülməsi faktım bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs kiminləsə ədavət və ya düşmənçiliyi olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin Təlim-tədris idarəsində gözətçi işləyir, növbəli iş sistemində işlədiyi üçün boş vaxtlarında *8555 taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Pivə zavodunun qarşısında özünə məxsus “Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müştəri gözləyərkən tanımadığı kişi cinsli bir nəfər şəxs avtomibilinin arxa qapısını açaraq “Baksol” yoluna sürməyini xahiş etmiş, o da razılaşmış, Ziya Bünyadov prospektinə çatdıqdan sonra, ondan Böyükşor gölünün üzərindəki yeni yol ilə Novxanı qəsəbəsi istiqamətinə sürməyini xahiş etmiş, avtomobildə gedərkən ondan siqaretini yandırmaq üçün alışqan istəmiş, o, alışqanı həmin şəxsə verərkən sifət nahiyəsində qan ləkələrinin olduğunu görmüş, nə baş verdiyini soruşduqda həmin şəxs ona dalaşdığım demiş, o artıq həmin şəxsdən ehtiyyat etməyə başladığı üçün avtomobili Novxanı qəsəbəsi istiqamətində gedən yoldtı saxlayaraq pulunu verib getməsini istəmiş, həmin şəxs isə ona 100 AZN pul vermişdir ki, qalıq məbləği ona qaytarsın, o da qalıq pul olmadığı üçün pul vermədən çıxıb getməsini demiş, həmin şəxs tələsik avtomobildən enərək naməlum istiqamətdə getmiş, 13.03,2022-ci il tarixdə, günorta saatlarında hüquq-mühafizə orqanları tərəfindən həmin şəxsin cinayət törətməsi barədə ona məlumat verilmiş və ifadəsinin alınması üçün prokurorluğa dəvət olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, həmin şəxs avtomobildə olarkən yol boyu heç bir söhbətləri olmamış, ondan alışqan istədiyi zaman həmin şəxsin sifət nahiyəsində qan ləkələrini gördükdən sonra nə baş verdiyini öyrənmək üçün söhbət etməyə başlamış, həmin şəxs ona sadəcə dalaşdığını, amma kiminlə, harada və nə vaxt dalaşdığını deməmiş, avtomobildən enərkən də həmin şəxs ona cinayət törətməsi barədə heç bir söz deməmiş və ona avtomobildən düşüb hara getməsini bilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X16 Xətai rayon şöbəsinin xx.xx.2022-ci tarixli, 28 nömrəli rəyində göstərilmişdir ki, «Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər müəyyən edilmişdir: kəskin qanitirmə və qanitirmə şoku ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön hissəsinin daxilə nüfuz edərək ağciyəri zədələyən 7 (yeddi) ədəd, döş qəfəsinin ön səthinin daxilə nüfuz edərək ürəyi zədələyən 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək ağciyəri zədələyən 1 (bir) ədəd, sağ körpücük nahiyəsinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol körpücük nahiyəsinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd (cəmi on bir ədəd daxilə nüfuz edən) deşilmiş-kəsilmiş yaraları, boyunun ön səthinin boyun üzvlərinin zədələnməsi ilə müşayiət olunan 2 (iki) ədəd kəsilmiş yaraları, başın tüklü hissəsinin 3 (üç) ədəd, sifətin 8 (səkkiz) ədəd, sağ körpücük nahiyəsinin 3 (üç) ədəd, boyunun sol yan səthinin 4 (dörd) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin döş sümüyü nahiyəsinin 2 (iki) ədəd, sağ kürək nahiyəsinin 1 (bir) ədəd, sağ bazunun 2 (iki) ədəd, sağ saidin 3 (üç) ədəd, sağ əlin 2 (iki) ədəd, sol bazunun 1 (bir) ədəd, sol əlin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralan, sifətin 3 (üç) ədəd, boyunun arxa səthinin 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sol əlin 2 (iki) ədəd, sağ saidin 2 (iki) ədəd, sağ çiyin nahiyəsinin 1 (bir) ədəd, sağ əlin 2 (iki) ədəd kəsilmiş yaraları və bədənin müxtəlif nahiyələrinin sıyrıqları. Xəsarətlər həyatidirlər, mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənə bilərdi. Xəsarətlərdən döş qəfəsinin sol yarısının ön hissəsinin daxilə nüfuz edərək ağciyəri zədələyən 7 (yeddi) ədəd, döş qəfəsinin ön səthinin daxilə nüfuz edərək ürəyi zədələyən 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək ağciyəri zədələyən 1 (bir) ədəd, sağ körpücük nahiyəsinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol körpücük nahiyəsinin döş boşluğuna nüfuz edən 1 (bir) ədəd (cəmi on bir ədəd daxilə nüfuz edən) deşilmiş-kəsilmiş yaraları, boyunun ön səthinin boyun üzvlərinin zədələnməsi ilə müşayiət olunan 2 (iki) ədəd kəsilmiş yaraları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya, başın tüklü hissəsinin 3 (üç) ədəd, sifətin 8 (səkkiz) ədəd, sağ körpücük nahiyəsinin 3 (üç) ədəd, boyunun sol yan səthinin 4 (dörd) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin döş sümüyü nahiyəsinin 2 (iki) ədəd, sağ kürək nahiyəsinin 1 (bir) ədəd, sağ bazunun 2 (iki) ədəd, sağ saidin 3 (üç) ədəd, sağ əlin 2 (iki) ədəd, sol bazunun 1 (bir) ədəd, sol əlin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sifətin 3 (üç) ədəd, boyunun arxa səthinin 2 (iki) ədəd, sol saidin 1 (bir) ədəd, sol əlin 2 (iki) ədəd, sağ saidin 2 (iki) ədəd, sağ çiyin nahiyəsinin 1 (bir) ədəd, sağ əlin 2 (iki) ədəd kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, bədənin müxtəlif nahiyələrinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir; qeyd olunan xəsarətlər baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu həmin xəsarətlər nəticəsində kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Əsas MKŞ-nin 942/K saylı aktı). Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri vardır, müddəti ən azı iki həftə əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs ağız boşluğu və arxa keçəcək möhtəviyyatı olan 02 ədəd tamponun məhkəmə tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı (xx.xx.2022-ci il tarixli 942/K saylı akta əsasən). Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin sayını və lokalizasiyasmı nəzərə alaraq müxtəlif qarşılıqlı vəziyyətdə törənə bilərdi, belə ki, özünümüdafiə və ya qarşılıqlı mübarizə hallan istintaq yolu ilə müəyyən edilməsi daha məqsədəuyğundur. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin ııeçə alətlə törənməsi məhkəmə- kriminalistik şöbəyə təqdim edilmiş paltarların və dəri parçalarının müayinələrinin nəticəsinə əsasən təyin edilə bilər». Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X15 məhkəmə tibbi-kriminalistika şöbəsinin xx.xx.2022- ci il tarixli, 193-2022/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, «1.1. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yuxarı nahiyəsində beş ədəd, ön səthinin sol yuxarı nahiyəsində on doqquz ədəd, ön səthinin sağ aşağı nahiyəsində bir ədəd, ön səthinin sol aşağı nahiyəsində iki ədəd, arxa səthinin sağ nahiyəsində səkkiz ədəd, arxa səthinin sol nahiyəsində doqquz ədəd (cəmi 44 ədəd) aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş biçağın (büküm 1) tiyəsinin ucu cüzi əyilmiş vəziyyətdə təqdim olunduğundan, həmçinin digər təqdim edilmiş bıçağın (büküm 2) tiyəsi ucuna tərəf əyilmiş və dəstək sınmış vəziyyətdə təqdim olunduğundan eksperiment aparmaq mümkün olmadı. Ona görə də yuxarıda qeyd edilmiş zədələrin bu bıçaqlardan hər hansı biri ilə yetirilib-yetirilməməsi barədə fikir söyləmək mümkün olmadı. 2.Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin sol qol tikişinin ön səthində bir ədəd, sol qol tikişinin arxa səthində bir ədəd, arxa səthinin sağ nahiyəsində bir ədəd, sağ qol tikişində bir ədəd aşkar edilmiş cırılma zədələri, köynəyin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. 3.Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, bir cüt corab və çimərlik geyimi üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 4.Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs köynəyin ön səthinin sağ yuxarı nahiyəsində beş ədəd, ön səthinin sol yuxarı nahiyəsində on doqquz ədəd, ön səthinin sağ aşağı nahiyəsində bir ədəd, ön səthinin sol aşağı nahiyəsində iki ədəd, arxa səthinin sağ nahiyəsində səkkiz ədəd, arxa səthinin sol nahiyəsində doqquz ədəd (cəmi 44 ədəd) aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sol yarısında yeddi ədəd, döş qəfəsinin ön səthində bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində bir ədəd, sağ körpücük nahiyəsində bir ədəd, sol körpücük nahiyəsində bir ədəd deşilmiş- kəsilmiş yaralar və boynun ön səthində iki ədəd, döş qəfəsinin sol yarısının ön səthində bir ədəd, döş qəfəsinin ön səthində iki ədəd, sağ kürək nahiyəsində bir ədəd, sağ bazuda iki ədəd, sağ saiddə üç ədəd, sol bazuda bir ədəd, boyunun arxa səthində iki ədəd, sol saiddə bir ədəd, sağ saiddə iki ədəd və sağ çiyin nahiyəsində bir ədəd kəsilmiş yaralar öz yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Başın tüklü hissəsində üç ədəd, sifətdə səkkiz ədəd, sağ əlində iki ədəd, sol əlində bir ədəd deşilmiş-kəsilmiş yaraları və sifətdə üç ədəd, sol əlində iki ədəd, sağ əlində iki ədəd olan kəsilmiş yaralar onun paltarı üzərində öz əksini tapmamışlar, bu da, həmin nahiyələrin paltarın örtülməməsi ilə izah oluna bilər. Bədənindəki xəsarətlərin ekspertizaya təqdim edilən bıçaqların təsirindən törənib- törənməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. 5.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs oğluna məxsus gödəkçənin sağ yan tikişi üzərində və sağ qoltuqaltı tikişinə keçməklə aşkar edilmiş bir ədəd natamam sökülmə zədəsi, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmişdir. 6.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs oğluna məxsus sviterin ön səthinin orta nahiyəsində bir ədəd kənari zədə və sol qolun arxa nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş bıçağın (büküm 1) tiyəsinin ucu cüzi əyilmiş vəziyyətdə təqdim olunduğundan, həmçinin digər təqdim edilmiş bıçağın (büküm 2) tiyəsi ucuna tərəf əyilmiş və dəstək sınmış vəziyyətdə təqdim olunduğundan eksperiment aparmaq mümkün olmadı. Ona görə də yuxarıda qeyd edilmiş zədələrin bu bıçaqların tiyəsinin təsirindən yetirilib-yetirilməməsi barədə fikir söyləmək mümkün olmadı. 7.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs oğluna məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 8.Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş gödəkçənin ön səthinin sağ nahiyəsində iki ədəd, arxa səthinin sağ nahiyəsində dörd ədəd və kapüşonunun daxili sağ nahiyəsində iki ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. 9.Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş gödəkçənin ön səthinin sağ nahiyəsində bir ədəd və sağ qolun ön yuxarı səthində bir ədəd aşkar edilmiş cırılma zədələri, gödəkçənin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. İİ. 1. Ekspertizaya təqdim olunmuş bıçaq (büküm 1 - hadisə yerindən götürülmüş bir ədəd mavi bıçaq) zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir.

2. Ekspertizaya təqdim olunmuş bıçaq (büküm 2 - hissələrə bölünmüş bıçaq) zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab olunmur. Bıçaq istifadə üçün yararsızdır». Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində keçirilmiş məhkəmə-genetik ekspertizasının nəticəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli 22/291 R nömrəli rəydə göstərilmişdir ki, «həyətin giriş qapısının qarşısında yerdən 01 (bir) ədəd pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkə, həyətdə olan pilləkəndə yerdən 01 (bir) ədəd pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkə, həyətin hasarında divarda əl-barmaq izinin əksinə oxşayan 01 (bir) ədəd pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkə, həyətin hasarının bayır tərəfindən 01 (bir) ədəd pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkə, həyətin hasarının bayır tərəfindən keçən qaz borusunun üzərindən 01 (bir) ədəd pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkə, 01 (bir) ədəd mətbəx ləvazimatı üzərində, 01 (bir) ədəd yaşıl rəngdə olan dəsmal üzərində, 01 (bir) ədəd qara rəngdə olan uzunqol gödəkçənin sol sinə nahiyyəsində, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd mavi rəngli cins şalvarın sol diz nahiyyəsi üzərində, Təqsirləndirilən şəxs məxsus qara rəngli uzunqol gödəkçənin cibində olan 01 (bir) ədəd '‘Marlboro” ticarət markalı siqaret qutusu üzərində, Təqsirləndirilən şəxs oğluna məxsus 01 (bir) ədəd tünd göy rəngli cins şalvarın sağ cibi üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunəsidir və həmin qan nümunələri 15 somatik STR üzrə Təqsirləndirilən şəxs oğluna məxsusdur. 02 (iki) ədəd “Marlboro” ticarət markalı siqaret kötüyü üzərində insana məxsus bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar (epiteli hüceyrələri) 15 somatik STR üzrə Təqsirləndirilən şəxs oğluna məxsusdur. Mənzilin girişindəki dəhlizdən 01 (bir) ədəd pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkə, mənzilin dəhlizinin qarşısındakı otaqda yerdən 01 (bir) ədəd pambıq tampon vasitəsilə götürülmüş qanabənzər ləkə, 01 (bir) ədəd “Emporio Armani” qeydləri olan gümüşü rəngli qol saatı üzərində, meyitin bədəninin yanından və meyitin bədəninin altından götürülmüş qırılmış 01 (bir) ədəd bıçaq dəstəyi üzərində, meyitin bədəninin yanından və meyitin bədəninin altından götürülmüş qırılmış 01 (bir) ədəd bıçaq tiyəsi üzərində, 01 (bir) ədəd qara rəngdə olan uzunqol gödəkçənin sağ qolunda, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş - 01 (bir) ədəd qısaqol ağ rəngli mayka üzərində, 01 (bir) ədəd mavi rəngli cins şalvarın sağ diz nahiyyəsi üzərində, 01 (bir) ədəd göy rəngli tuman üzərində, 01 (bir) cüt corab üzərində, Təqsirləndirilən şəxs oğluna məxsus - 01 (bir) ədəd qara rəngli uzunqol gödəkçənin sol sinə nahiyyəsində və 01 (bir) ədəd uzunqol qara rəngli koftanın ətəyində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunəsidir və həmin qan nümunələri 15 somatik STR üzrə Zərərçəkmiş şəxs məxsusdur. 01 (bir) ədəd dəstəyi mavi rəngdə olan bıçağın tiyəsi üzərində, meyitin bədəninin yanından və meyitin bədəninin altından götürülmüş qırılmış 01 (bir) ədəd bıçaq dəstəyi üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunəsidir. 01 (bir) ədəd dəstəyi mavi rəngdə olan bıçağın tiyəsi üzərində və meyitin bədəninin altından götürülmüş qırılmış 01 (bir) ədəd bıçaq dəstəyi üzərində həm Təqsirləndirilən şəxs oğluna və həm də Zərərçəkmiş şəxs məxsus qan nümunələri mövcuddur. “Kent” ticarət markalı siqaret qutusunun içərisindən götürülmüş “Rothmans” ticarət markalı istifadə olunmamış 01 (bir) ədəd siqaret kötüyündən götürülmüş tədqiqat nümunəsinin tərkibində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən “Kent” ticarət markalı siqaret qutusunun içərisindən götürülmüş “Rothmans” ticarət markalı istifadə olunmamış 01 (bir) ədəd siqaret kötüyü üzərində müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatının keçirilməsi mümkün olmadı». Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X10 Şəxsi verilmiş sorğuya göndərilmiş 16.03,2022-ci il tarixli, 2151 nömrəli cavab məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlu və Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicə olunmayıblar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X16 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 890 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlunda hal-hazırda hər hansı PSİXİ xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və üıısiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs oğlunda törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs oğlu törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs oğlunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs oğlunda törətdiyi əməldən sonra və hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs oğlu barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs oğlunun əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Nümayişkaranəlik, eqosentrizm, özünü psixoloji müdafiə etməyə meyillilik, səmimi olmamaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs oğlu cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs oğlu emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs oğlu cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyətində, fizioloji affekt halında olmamışdır». Təqsirləndirilən şəxs Həsənov X11 Seyidovu bıçaqla vuraraq öldürmək istəməməsinə və sonuncunu özünü müdafiə etmək məqsədilə bıçaqla vurmasına dair göstərdiyi dəlillər öz məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakteri kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs oğlu məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünün müdafiəsinə dair gətirdiyi dəlillər iş üzrə toplanmış və yuxarıda şərh olunmuş sübutlarla, o cümlədən, Təqsirləndirilən şəxs oğlunun ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahididlərin ifadələri, məhkəmə tibb, məhkəmə genetik, məhkəmə-tibbi kriminalistik, kompleks ambulator məhkəmə-psixiatrik və ambulator məhkəmə-psixoloji ekspertiza rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə təkzib olunmuşdur. Xətai rayon Polis İdarəsindən daxil olmuş məktub və protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlu 13 mart 2022-ci il tarixində saat 17.00-də Xətai rayon Polis İdarəsinə gələrək könüllü təslim olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, məhkəmə tibbi və məhkəmə kriminalistik ekspertizalarının rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun könüllü gəlib hüquq mühafizə orqanlarına təslim olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin məcəllənin 60.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, Cinayət Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu maddənin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan onun barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri tətbiq edilməməlidir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməllərində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli xüsusilə ağır cinayətlər katiqoriyasına aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 13 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Xətai rayon Prokurorluğunda saxlanılan iki ədəd Marlboro siqaret kötüyü, bir ədəd içində Rothmans siqareti olan Kent siqaret qutusu, bir ədəd mavi rəngli bıçaq, meyitin bədəninin yanından və bədəninin altından qırılmış bıçağın hissələri - iki ədəd dəsətyi və bir ədəd tiyəsi, bir ədəd mətbəx ləvazimatı, bir ədəd yaşıl dəsmal, bir ədəd qara uzunqol gödəkçə, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol ağ mayka, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd göy rəngli tursik, bir cüt corab və qan nümunəsi; Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli uzunqol gödəkçə, bir ədəd uzunqol qara kofta və bir ədəd tünd göy rəngli cins şalvar və bir ədəd Marlboro siqaret qutusu məhv edilməlidir. Bir ədəd içində Emporio Armani yazılmış gümüşü rəngli qol saatı Təqsirləndirilən şəxs oğlunun qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri 80 (səksən) manat Təqsirləndirilən şəxs oğlundan tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 174 (yüz yetmiş dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4cü maddəsi ilə təqsirli bilinsin və ona 17 ( on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 174 (yüz yetmiş dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Prokurorluğunda saxlanılan iki ədəd Marlboro siqaret kötüyü, bir ədəd içində Rothmans siqareti olan Kent siqaret qutusu, bir ədəd mavi rəngli bıçaq, meyitin bədəninin yanından və bədəninin altından qırılmış bıçağın hissələri - iki ədəd dəsətyi və bir ədəd tiyəsi, bir ədəd mətbəx ləvazimatı, bir ədəd yaşıl dəsmal, bir ədəd qara uzunqol gödəkçə, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qısaqol ağ mayka, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd göy rəngli tursik, bir cüt corab və qan nümunəsi; Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli uzunqol gödəkçə, bir ədəd uzunqol qara kofta və bir ədəd tünd göy rəngli cins şalvar və bir ədəd Marlboro siqaret qutusu məhv edilsin. Bir ədəd içində Emporio Armani yazılmış gümüşü rəngli qol saatı Təqsirləndirilən şəxs oğlunun qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərcləri 80 (səksən) manat Təqsirləndirilən şəxs oğlundan tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğlu isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar