Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1388/2023 05.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katib X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamış və daşımışdır . Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, 16 yanvar 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:00-da ünvan 3 ünvanının qarşısında saxlanılıb Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əlində saxladığı bir ədəd qara rəngli sellofan torbadan təmiz çəkisi 1070 qram tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə səhər saatlarında polis əməkdaşları onu məhkəməyə aparmaq bəhanəsi ilə ünvan 1 ünvanında olan yaşadığı evdən götürüb Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişdirlər. Barəsində Suraxanı rayon məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə araşdırma aparıldığından o polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə etiraz etmişdir. Bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB-nə gətirib onsuz da məhkum olunacağını və buna görə də ona məxsus olmayan 1 kiloqram marixuananın şəxsi axtarış zamanı üzərindən aşkar edildiyini bildirməyini tələb etmişdirlər. Ona polis bölməsində fiziki və psixoloji təzyiq göstərdiklərindən polis əməkdaşlarının tələblərini yerinə yetirmişdir.O saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində Suraxanı rayon məhkəməsində araşdırma aparılır.Suraxanı rayon məhkəməsində barəsində araşdırılan cinayət işi ilə bağlı məhkəmə çağırışlarına vaxtında getmiş və barəsində məcburi gətirilmə barədə qərar çıxarılmamışdır.Onu səhər saat 10:00 radələrində yaşadığı evdə saxlamışdırlar.Nurlan adlı əməliyyat müvəkkili 1 kiloqram narkotik vasitənin ona məxsus olduğunu və şəxsi axtarış zamanı bunu etiraf etməyi üçün ona psixoloji təsir göstərmişdir.Suraxanı rayon məhkəməsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməyilə bağlı araşdırılan cinayət işində onu saxlayan şəxslər hazırda araşdırma aparılan cinayət işində də iştirak edirlər. Heç vaxt İran vətəndaşı ilə danışmamış və yazışmamışdır. Nurlan və digər polis əməkdaşları onu bu hadisədən əvvəl bir dəfə də saxlamışdılar, həmin cinayət işi hazırda Suraxanı rayon məhkəməsində araşdırılır. O mobil telefondan istifadə etmir. O saxlanılan zaman anası da evdə olmuşdur. Yaşadığı evlə Suraxanı RPİ-nin 31-ci PB-nin arasında 10 dəqiqəlik məsafə var. Onu 31-ci PB-nə apararkən heç bir qərar və ya sənəd göstərməmişlər. Onu 31-ci PB-nə avtomobillə gətirmişlər, o arxa oturacaqda oturmuş, yanında da bir polis əməkdaşı əyləşmişdir. 31-ci PB-nə aparılarkən məhkəməyə gedəcəyini zənn edib şəxsiyyət vəsiqəsini də üzərində götürmüşdür. Onu 3 nəfər polis əməkdaşı saxlamışdır. Müdafiəçisini barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclası zamanı görmüşdür. Şəxsi axtarışdan əvvəl şəxsi axtarış zamanı təqdim etməyi üçün polis əməkdaşları sellofan torbanı ona vermişdirlər.Şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmiş, şəxsi axtarış zamanı polis əməkdaşlarının dediklərini demişdir. Ona sahə müvvəkkili vəzifəsində çalışan şəxs fiziki təsir göstərmişdir. O şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməməsi ilə bağlı ərizə yazmamışdır.Ona sahə müvəkkili fiziki təsir göstərsə də, 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarət aşkar olunmamışdır. Böyrəyində iltihab olduğundan onu Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərmişdirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı barəsində olan cinayət işi üzrə Suraxanı rayon məhkəməsinə bir neçə dəfə məhkəmə iclasına getmişdir. O həmişə vaxtında məhkəmə iclasına getsə də, 16 yanvar tarixdə saxlanıldığı üçün 17 yanvar tarixə təyin edilmiş məhkəmə iclasına gedə bilməmişdir. Tutulduqdan sonra bir dəfə Suraxanı rayon məhkəməsinə məhkəm iclasına aparmışlar, lakin barəsində yekun qərar qəbul edilməmişdir. Onun saxlanılmağında polis əməkdaşı Şahid2 iştirak etməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş içərisində narkotik vasitə olan bağlamanın şəxsi axtarış zamanı qablaşdırılan bağlama olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, hazırda işləmir, bir neçə ildir ki, narkotik vasitlərdən istifadə edir. 16 yanvar 2023-cü il tarixdə səhər saatlarında əvvəlcədən internet sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin bildirdiyi bank hesabına 100 manat ödəməklə narkotik vasitə qurudulmuş marixuana göndərməsini xahiş etmiş, bundan bir qədər sonra həmin şəxsin ona bildirməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində qoyulmuş yerdən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd qara rəngli sellofan torbanı götürmüş və şəxsi istifadəsi üçün yaşadığı ünvan 3 ünvanda yerləşən evinə apardığı zaman yəni, yaşadığı evin qarşısına çatdıqda ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə getdikdən sonra ona hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmuşdur. Vəkil ona təqdim olunduqdan sonra o, ərizə yazaraq üzərində şəxsi axtarış keçirilən zaman vəkilin iştirak etməməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onu saxlayan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir narkotik vasitə, əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif edilmiş, bundan sonra o, əlində saxladığı bir ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuananı və əynində olan boz rəngli şalvarın sol yan cibindən şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin torbanın içərisində nə olması və haradan əldə etməsi barədə sual edildikdə o, təqdim etdiyi bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı həmin günü səhər saatlarında onlayn şəkildə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, adını bilmədiyi şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qoyulmuş yerdən götürdüyünü, sonradan istifadə etməsi üçün daşıdığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilsə də, digər saxlanılması qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir bükümdə olan qurudulmuş marixuana polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq olunmuş narkotik vasitənin olduğu bağlama, ibtidai istintaq zamanı aşkar olunmuş bağlama ilə eynidir (cild 1, iş vərəqə 66-68 ). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:00-da ünvan 1 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparmışlar. Polis bölməsinə getdikdən sonra orada xidməti otaqların birində Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onun və Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd qara rəngli sellofan bükümü masanın üzərinə qoymuş, həmçinin əynində olan boz rəngli şalvarının xatırlamadığı cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdə içərisindən yaşıl rəngli qurudulmuş ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı İran İslam Respublikası vətəndaşından “onlayn” şəkildə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs xidmət etdiyi ərazinin sakini olduğundan onun yaşadığı küçəni tanımışdır. Təqsirləndirilən şəxs küçədə piyada hərəkət edən zaman saxlanılmış, aşkar edilmiş büküm pencəyinin içəri hissəsində saxlamışdır. Marixuananın özünə məxsus olmasını bildirməsi üçün Təqsirləndirilən şəxs təzyiq göstərməmişdir. Başqa cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini xatırlamır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş və həmin küçəyə avtomobillə getmişdirlər.Əvvəllər Təqsirləndirilən şəxs barəsində tərəfindən əməliyyat-qeydiyyat işi açılmamışdır. Murad adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı o qəbul etmişdir. Təqsirləndirilən şəxs hansı əlində içərisində marixuana olan sellofan bükümü saxladığını xatırlamamışdır. Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nə avtomobillə gətirmişlər və əlləri bağlı olmamışdır. Şəxsi axtarış zamanı vəkilin iştirak edib-etməməsini xatırlamır. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra şəxsi axtarış keçirilənə kimi sellofan torbanı əlində saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onun anket məlumatlarının ona məlum olub-olmadığını xatırlamır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar onun tərəfindən tərtib edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı o icra etmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə bağlı onu Suraxanı rayon məhkəməsinə şahid qismində dəvət etməmişdirlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 16 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:00-da ünvan 1 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparmışlar. Polis bölməsinə getdikdən sonra orada xidməti otaqların birində Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onun və Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd qara rəngli sellofan bükümü masanın üzərinə qoymuş, həmçinin əynində olan boz rəngli şalvarının xatırlamadığı cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdə içərisindən yaşıl rəngli qurudulmuş ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı İran İslam Respublikası vətəndaşından “onlayn” şəkildə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm qablaşdırılacaq təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs küçədə piyada hərəkət edən zaman saxlanılmışdır. Şəxsi axtarışda o iştirak etmişdir. Təqsirləndirilən şəxs hansı əlində içərisində marixuana olan sellofan bükümü saxladığını xatırlamır. Şəxsi axtarışda vəkil iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs saxlayan zaman barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə araşdırma aparıldığını bilmirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Heybətov X5 RPİ-nin 31-ci Polis Bölməsinə gətirilib , Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməmişdən əvvəl ona qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli bir ədəd sellofan bükümü və əynində olan boz rəngli şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 35-36). Cinayət işinin materiallarında olan 21 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanı və əynində olan boz rəngli şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “nəşə” kimi tanınan narkotik vasitə-qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən onlayn şəkildə 100 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilməsi və başqa əşya aşkar edilməməsi, bundan sonra üzərindən aşkar edilmiş həmin bükümün qablaşdırılması, üzərinin onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqə 97 ). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7/50 saylı 17 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş ot kütləsi” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada bir ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 1070,0 qram bitki mənşəli kütlə, tərkibində nakolik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümümi təmiz çəkisi 1070,0 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1069,95 qram, cild 1, iş vərəqə 43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 28 yanvar 2023-cü il tarixli 437 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 114 ). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 263 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 117-118). Cinayət işinin materiallarında olan 8 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-bioloji ekspertizası təyin edilərək müvafiq rəy alınmış, 1 ədəd bükümdə təmiz çəkisi 1070,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün cinayət işi üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,05 qram olmaqla, qalıq 1069,95 qram narkotik vasitə qurudulmuş marixuana zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş və 1 ədəd DVD-R disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 123-130). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 106). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 5 iyul 2023-cü il tarixli 1(010)-198/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 5 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 82-86). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1069,95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 5 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 yanvar 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 72 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 1069,95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1388/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1388/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver