Məhkəmə qərarları › İş №1(101)-1388/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1388/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1388/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X9 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2003-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1182/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti hesab edilməklə 01 (bir) il müddətə sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilməmiş, orta təhsilli, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2cü il tarixli qərarı ilə barəsində əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2-ci, 133.2.4-cü, 133.2.6-cı və 150.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətlərində olduğu və birlikdə tibbi müayinələrdən keçərək hamilə olması barədə məlumatlı olmaqla onun üçün aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs sosial şəbəkələrdə digər kişilərlə ünsiyyət saxlamasını bilib qisqanclıq zəmnində 21 mart 2023-cü il tarixdə saat 10 radələrində dostu Şahid2 kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən evin qonaq otağında aralarında yaranmış mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə çoxsaylı zərbələr vurduqdan sonra kəmərini çıxararaq onu üzü üstdə yerə uzadıb qəsdən kürək, sağrı və ayaq nahiyələrindən kəmərlə davamlı və ardıcıl çoxsaylı zərbələr endirməklə işgəncə verərək fiziki ağrılar yetirmiş, həmin kəmər ilə Zərərçəkmiş şəxs qollarını bağlayaraq hərəkət və özünü müdafiə imkanlarını məhdudlaşdırmaqla köməksiz vəziyyətə salaraq sonuncudan ailəsinin və özünün ünvanına nalayiq ifadələr işlədib bir daha sosial şəbəkələrdə başqa şəxslərlə ünsiyyət saxlamayacağına dair söz verməsini tələb etmiş, Zərərçəkmiş şəxs həmin məzmunda sözləri deyərkən mobil telefonla videoçəkilişini apararaq ona psixi iztirablar vermiş və cinsiyyət orqanını çıxararaq üz və digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsi səbəbindən sifət nahiyəsi qana bulaşmış Zərərçəkmiş şəxs cinsiyyət orqanını ağzına daxil edib qeyri-təbii yolla seksual xarakterli hərəkətlər edərək cinsi tələbatını pozğun formada təmin etməsini dəfələrlə tələb edib, mobil telefonla videoçəkilişini apararaq Zərərçəkmiş şəxs qarşı rəhimsizcəsinə psixi iztirablar verməyə davam edərək xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs ona yalvararaq aktiv müqavimət göstərib seksual xarakterli hərəkətlər etmək təklifi ilə razılaşmadığı üçün fiziki zorakılıq hərəkətlərini davam etdirərək kəmər ilə qollarını bağladığından, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs əlləri ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduqdan sonra tərəfindən yetirilmiş xəsarətlərin izlərinin itməsi və bununla törətmiş olduğu əməlin ifşa olunmaması üçün qarşılıqlı razılaşmaya əsasən həmin gün saat 14 radələrində birlikdə istintaqla müəyyən edilməyən digər evə gedib 4 gün orada yaşamış, daha sonra Zərərçəkmiş şəxs ilə birlikdə 25 mart 2023-cü il tarixdə dostu Şahid3 kirayə yaşadığı ünvan 4 ünvanına gedərək həmin gün saat 21 radələrində yenidən sosial şəbəkələrdə kişi cinsindən olan digər şəxslərlə ünsiyyət saxlamasını bəhanə edib yenə də qısqanclıq zəmnində mübahisə etməklə bir otaqlı mənzildə onun üçün aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əlləri və ayaqları ilə çoxsaylı zərbələr vurduqdan sonra kəmərini çıxararaq onu üzü üstdə yerə uzadıb qəsdən bədəninin müxtəlif nahiyələrinə kəmərlə davamlı və ardıcıl çoxsaylı zərbələr endirməklə işgəncə verərək fiziki ağrılar yetirmiş, həmin kəmər ilə Zərərçəkmiş şəxs qollarını bağlayaraq hərəkət və özünü müdafiə imkanlarını məhdudlaşdırmaqla köməksiz vəziyyətə salaraq mənzilin hamam otağına salıb dizi üstdə durmasını tələb etmiş, cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs üstünə təbii tələbatını ödəməklə sidik ifraz edərək və mobil telefonla videoçəkilişini apararaq ona psixi iztirablar vermiş, bununla da mütəmadi və davamlı olaraq Zərərçəkmiş şəxs qarşı etdiyi zorakılıq hərəkətləri ilə ona qapalı kəllə beyin travması, alının sağ yarısının tüksüz hissəsi və sağ gicgah nahiyəsinin, sağ və sol göz yuvalarının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan hematomaları və üst dodağın sağ yarısının iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası kimi həm ümumilikdə, həm də ayrıayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül dərəcəli, sağ qulaq seyvanının arxa səthinin, sol yanaq nahiyəsinin, sağ ənsə nahiyəsinin sağ və sol yuxarı ətrafın ön, arxa və bayır səthlərinin, sağ sağrı, sağ və sol budların yuxarı və aşağıüçdə birinin ön, bayır, arxa səthlərinin qançırları, sağəlin İİİ daraq falanqasının arxa səthinin, sol mil bilək oynağının ön səthinin, sağ və sol təpə, ənsə və gicgah nahiyələrinin, sağ baldırın orta üçdə birinin, arxa səthinin sıyrıqları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə aşkar surətdə hamilə və köməksiz vəziyyətində olan Zərərçəkmiş şəxs Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə işgəncə verib güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermiş, həmçinin Zərərçəkmiş şəxs qarşı xüsusi amansızlıqla zor tətbiq edib seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2-ci, 133.2.4-cü, 133.2.6-cı və 150.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir ildir ki, “Tik-Tok” sosial şəbəkəsində tanımış və həmin vaxtdan onunla münasibəti yaranmışdır. Təxminən 10 aydır ki, Ülkərlə aralarında qeyri-rəsmi münasibəti yaranmışdır. Hadisədən təxminən 10 gün əvvəl aralarında anlaşılmazlıq olduğu üçün Ülkərlə ayrılmış, həmin vaxtdan 10 gün ərzində Ülkərlə əlaqə saxlamamış və onunla maraqlanmamışdır. Ülkər özünə məxsus mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəyə zəng etmiş, onunla görüşmək istədiyini bildirmişdir. O, əvvəlcə görüşmək istəməsə də, sonradan Ülkərlə danışmış və rəfiqəsi Selcangildə olduğunu bildirərək, onu da oraya dəvət etmişdir. Həmin ünvana gedib Ülkərlə görüşmüş, sonuncu ona “Səttar” adlı şəxslə danışdığını bildirmişdir, o, bundan hirslənərək sonuncuya şillə vurmuş, bundan sonra Ülkər sadəcə zarafat etdiyini bildirmişdir. Bundan sonra onlar dostu İdrakgilə getmiş, İdrakgilin yaşadığı evin çöl qapısı açıq olsa da evdə heç kim olmamışdır. Əvvəllər dəfələrlə Ülkərlə və ya tək İdrakgilə getmiş, onların qapıları həmişə açıq olmuşdur. Orada Ülkəri döymüş, həmin vaxt Ülkərin dodağında, sifətində, gözünün altında və bədəninin başqa yerlərində xəsarətlər olmuş, həmin vaxt Ülkərə başqa kiminləsə yazışıb-yazışmaması barədə and içməsini və bir daha kiməsə yazmayacağı barədə and içməsini demişdir. Ülkər də and içərək “Səddam” adlı şəxsdən başqa heç kimə yazmadığını və heç kimlə yazışmadığını bildirmiş, bundan sonra Ülkəri döyməmişdir. Günorta saat 15 radələrində İdrak evə gəlmiş və Ülkərin üz-gözünün qan içində olduğunu və evin dağınıq halda olmasını görmüşdür. İdraka kömək etmiş və evi təmizləyib qan tökülmüş yerləri təmizləmişdir. İdrak bir müddət sonra ailəsinin evə gələcəyini demiş və evdən çıxmalarını xahiş etmişdir. Digər tanışı Asimana zəng edərək bir problemi olduğunu, gəlib onunla söhbət etmək istədiyini demiş, Asiman da razılaşdığı üçün Ülkəri götürüb həmin taksi ilə Asimangilin yaşadığı Yasamal rayonu Tbilisi prospektində yerləşən evlərinə getmişdir. Həmin vaxt Asiman evdə tək olmuşdur. Ülkərlə birlikdə Asimangilin evinə daxil olduqdan sonra Ülkəri evdə tək qoyub Asimanla birlikdə evdən çıxıb getmiş, çöldə olan zaman digər tanışı Rüfət zəng edərək Ülkərin onunla danışmadığı 10 gün ərzində ona yazdığını bildirmişdir. Bunu bildikdən sonra Asimanla birlikdə onlara gəlmiş və Asiman o biri otağa keçmişdir. Ülkərlə yenidən söhbət edərək bir daha onunla danışmadığı 10 gün ərzində başqa kimləsə yazışıb-yazışmadığını soruşmuş, Ülkər də and içərək danışmadığını bildirmiş, bu zaman ona Rüfətlə danışdığını demiş və buna görə əsəbləşərək yenidən Asimangildə Ülkəri döyməyə başlamışdır. Həmin vaxt əl və ayaqları ilə Ülkərin başından, sifətindən və bədəninin müxtəlif nahiyələrindən vurmuş və əsəbi keçmədiyi üçün onu zorla hamama salıb hamamda soyundurub döyməyə davam etmişdir. Ülkər ağlayaraq qələt etdiyini, bir daha yalan danışmayacağını, onu vurmamasını demiş, əsəbi soyumadığı üçün onu döyməyə davam etmişdir. Daha sonra öz cinsiyyət orqanını çıxarıb Ülkərin başına və bədəninə sidik ifraz etməyə başlamış, həmin vaxt Ülkəri özünə məxsus mobil telefonla videoya çəkərək bir daha belə hərəkət etməməyinə and içməyini deməsini istəmiş, üstünə sidik ifraz etməsini də videoya çəkmiş, bir müddət sonra Asiman hamama girib onu sakitləşdirmiş və onu hamamdan çıxarmışdır. Bundan sonra Ülkəri vurmamış, bir müddət sonra Asimanın anası evə gəlmiş və Ülkərin bədənində olan xəsarətləri görüb Asimanı dərman almaq üçün göndərmişdir. Asiman dərman alıb gəldikdən sonra anası Üİkərin bədəninə dərman sürtmüşdür. Təxminən 3 gün Ülkərlə birlikdə Asimangildə qalmış və Asimanın anası Ülkərə qulluq edərək sağalması üçün əlindən gələni etmişdir. 26 mart 2023-cü il tarixdə Ülkərin anası onunla əlaqə saxlayaraq qızının harada olduğunu və onu buraxmağını demiş, taksi çağıraraq Ülkəri anasıgilin yaşadığı Sumqayıt şəhərində yerləşən evlərinə yola salmışdır. Ona verilmiş sualara cavab olaraq göstərmişdir ki, Ülkərin hamilə olduğundan xəbərsiz olmuş, sonuncu bundan əvvəl bir neçə dəfə oan hamilə olduğunu desə də, o bunun zarafat olduğunu düşünmüşdür. Hadisədən bir gün sonra müayinə üçün Ülkəri “German Hospital”a aparmışdır. Zərər çəkmiş şəxsi nə kəmərlə, nə də təpiklə vurmamış, sonuncunun əllərini bağlamamışdır. Həmçinin polis bölməsində olarkən polis əməkdaşları tərəfindən döyülmüşdür, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.2-ci, 133.2.4-cü, 133.2.6-cı və 150.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin sentyabr ayında “Tiktok” sosial şəbəkəsindən tanıyıb yaxın münasibət qurmuşdur. Valideynləri Bakışəhərində yaşasalar da özü adətən tək Sumqayıt şəhərində 6-cı mikrorayonda qalmışdır. Təqsirləndirilən şəxsla yaxın münasibəti yaranandan çox vaxt Əli onunla birlikdə Sumqayıtda qalmışdır. Əli ilə yaxın intim münasibiti olmuş, bu yaxın münasibətdən 2023cü ilin yanvar ayının sonlarında hamilə qalmış, bunu Əli özü də bilmişdir. Çünki, Əli ilə birlikdə “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında yerləşən “German” hospitala, tanıdığı Ləman həkimin yanına da getmiş, təxminən xx.xx.2023-cü il tarixdə Əlinin başqa qızlarla danışdığını öyrəndiyi üçün mübahisə edib onunla ayrılmış, artıq onunla Sumqayıtda qalmamışdır. Bu müddət ərzində Sumqayıtda qalarkən Əli ilə ortaq tanışı Rüfət adlı şəxs onun “Tiktok” hesabına yazmış, ki, “nə var nə yox”. Rüfətlə həmin gün 15- 20 dəqiqə yazışmış, Rüfətə Əli ilə ayrıldığını yazmış, Rüfət isə bunun səbəbini soruşmuş, onunla hal-əhval etmişdir. Rüfətlə bundan artıq heç nə yazışmamış, nə Rüfət ona, nə də ki, o Rüfətə hər hansı yaxm münasibət qurmaq barədə təklif etməmiş, belə bir eyham da vurmamışdır. İki gün sonra xx.xx.2023-cü il tarixdə Əlidən paylaşdığı hansısa videoyla bağlı söz soruşmaq istədiyi üçün onun 070 ***-**-** mobil nömrəsinə özünün istifadəsində olan 070 ***-**-** mobil nömrəsindən zəng etmişdir. Əli ondan harada olduğunu soruşmuş, həmin gün rəfiqələri olan Natəvan və qızı Selcangildə, Nərimanov rayonu Təbriz küçəsində yerləşən evdə olduğunu demiş, Əliyə evin harada olduğunu başa salmış, Əli təxminən 20 dəqiqə sonra onu həmin evdən taksi ilə gəlib götürmüşdür. Aşağıda Əli ilə 2-3 dəqiqə söhbət etmiş, Əli ondan sosial şəbəkələrdə aktiv olub-olmadığını soruşmuşdur. Ona yalandan guya Əlinin tanışı olan “Səttar” adlı şəxslə “Tiktok”da yazışdığını demişdir ki, onu qısqandırsın. Bu vaxt Əli gözləmədiyi halda onun sifətinin sol hissəsinə blokda bir şillə vurmuş, saat 10 radələrində Əlinin təklifi ilə onunla birlikdə ortaq tanışları olan, ünvan 5 ünvanında valideynləri ilə birlikdə yaşayan İdrakgilə getmişdir. Mobil telefonu yadından çıxıb Natəvangildə qalmış, Əli yolda olarkən İdraka zəng etmişdir. Onlar Əli ilə birlikdə iki mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən iki otaqlı həmin mənzilə daxil olmuş, İdrak evdə tək olmuşdur. Əli onunla otaqlardan birinə keçmiş, İdrak isə digər otaqda qalmışdır. Əli “Tiktok”da Səttarla danışmağının səbəbini və nə barədə danışdığını soruşmuş, o isə Əlinin çox əsəbləşdiyini görüb ona yalan dediyini bildirmişdir. Əli inanmayıb yenidən sağ əli ilə üzünün sol tərəfinə bir şillə vurmuş və yerə yıxılmışdır. Otaqda yerdə dizi üstdə olanda Əli Səttarla nə məzmunda danışdığını yenə soruşmuş, yerdə dizi üstdə olanda Əli mobil telefonunu çıxarıb videoçəkiliş etməyə başlamışdır. Üzünə şillə və yumruq vurduqdan sonra şalvarının kəmərini çıxarıb onu üz üstdə yerə uzandırıb əlindəki kəmərlə kürəyindən, sağrı nahiyəsindən və ayaqlarından çoxsaylı zərbə vurmuşdur. Bundan sonra hər iki əlini əlləri ilə arxadan birləşdirib kəmər ilə əllərini bir-birinə bağlamış, ondan dizi üstdə dayanıb bir daha heç kimlə yazışmayacağına və danışmayacağına dair and içməyini tələb etmişdir. And içməyini, onun və ailəsinin ünvanına söyüşlər söyməsini videoya çəkmişdir. Bu vaxt Əli şalvarını və tumanını aşağı çəkib cinsiyyət orqanını çıxarıb yüksək səslə “minet etməyi” tələb etmiş və “çal” sözlərini deyərək cinsiyyət orqanım ağzına salmağı tələb etmişdir. Onunla razılaşmayıb ağlayaraq bu hərəkətlərinə son qoymağı xahiş etmişdir. Əli dəfələrlə minet etməyi tələb etmişdir. Məqsədi onun minet edərkən videoçəkilişini aparıb dostlarına göstərib onu alçaltmaq olmuşdur. Müqavimət göstərdiyi üçün Əli cinsiyyət orqanını ağzına salmamış və videoçəkməyi yekunlaşdırıb cinsiyyət orqanını tumanına salıb şalvar və tumanın çəkmişdir. Onun əsas məqsədi onu döyüb müqavimətini qıraraq minet etdirmək olmuşdur. Əli bundan sonra onu yenidən əlləri ilə döyməyə başlamış və sonra bir qədər sakitləşmişdir. Kənara çəkilib divanda oturub başını divara söykəmiş, başının qanının divara yaxıldığını görmüşdür. Əli başının qanadığını görüb hamama salaraq onu çimizdirmiş, Həmin vaxt dodağı və başı qanamışdır. Bir-iki saat həmin evdə qalmış və Əli taksi sifariş verərək xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Əli ilə birlikdə özünün deməsinə əsasən Yasamal rayonunda yerləşən hansısa yeni tikilmiş binanın hazırda xatırlamadığı mərtəbəsindəki evə getmişlər. Ev iki otaqlı olmaqla tam təchiz edilmiş ev olmuşdur. Həmin evin harada yerləşməsi, hansı mərtəbədə olmasını bu günə kimi də bilmir. Çünki o, həmin vaxtlar özündə olmamışdır. Həmin evdə dörd gün qalmış, bu müddət ərzində Əli onunla normal davranmışdır. Əli həmin evdə olarkən dəfələrlə harasa çıxıb getmişdir. Gedərkən evin qapısı açıq qalmışdır. Həmin günlər ərzində mobil telefon özündə olmamış, heç özü də kiminləsə danışmaq istəməmişdir. Bədəni çox yorulduğu üçün həmin günlər ərzində ancaq yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Əli ortaq tanışları olan Asimana zəng edib onların evinə gəlmək istədiyini demiş və onlar Əlinin çağırdığı taksi ilə Asimanın anası ilə birlikdə kirayədə yaşadığı, ünvan 6 ünvanında yerləşən, 3-cü mərtəbədəki bir otaqlı mənzilə getmişlər. Həmin vaxt Asimanın anası Rəşadə sağollaşıb evdən getmişdir. Əli ilə evə daxil olmuş və 10-15 dəqiqə sonra Asimanla birlikdə getmişlər. Evin qapısını açarı qapının üstündə olmuş, qapını arxadan bağlayıb evdəki divanda uzanıb yatmışdır. Saat 21 radələrində Asimanla birlikdə Əli evə qayıtmış, Asiman mətbəxə keçmişdir. Əli mənzilə daxil olan kimi Rüfətlə danışıb-danışmamasım soruşmuş, Rüfətin Əliyə onunla danışdığını deməsini başa düşüb Əliyə nəsə demək istəyərkən Əli üzündən sağ əli ilə yumruq zərbəsi vurmuşdur. Bundan sonra isə əlləri və ayaqları ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamış, Əli evdən hardansa götürdüyü skoçla ağzını bağlamış, Rüfətə “Vatsapp” proqramı vasitəsi ilə görüntülü zəng edərək onu döydüyünü də göstərmiş və Rüfətdən onunla nə barədə danışdığını soruşmuşdur. Rüfət isə onunla yalnız Əlinin barəsində danışdığını demiş, daha sonra isə Əli danışığı sonlandırıb şalvarının kəməri ilə əllərini bağlamışdır. Mənzildə onu üzü üstdə yerə yıxıb hardansa başqa kəmər taparaq belinə və ayaqlarına çoxsaylı zərbələr vurmuşdur. Əlləri ilə özünü müdafiə etmək istəsə də əllərini bağlamış, yalnız qarnına zərbə vurmamasını, hamiləliyinin pozulma ehtimalını fikirləşmişdir. Əli onun hər yerinə zərbə vursa da yəqin hamiləliyini nəzərə alıb qarnına zərbə vurmamışdır. Əli onu döyərkən Asiman bir dəfə otağa girib Əlini sakitləşdirmək istəsə də, Əli ona acıqlanıb onun işinə qarışmamağı tələb etmiş, daha sonra Asiman bir daha otağa girməmişdir. Bundan sonra Əli onu mənzilin hamam otağına aparıb orada dizi üstdə durmağını tələb etmiş, Əli mobil telefonunu çıxarıb Rüfətə zəng edərək onu döydüyünü, başına “işəyəcəyini” demiş, bundan sonra Əli şalvarının önünü açaraq cinsiyyət orqanını çıxarmış və əlləri ilə başını tutub aşağı salmışdır. Həmin vaxt əllərini ya skoçla, ya da ki, kəmərlə bağlamışdır. Əli onun üstünə işəmiş, yəni sidik ifraz etmiş və bunu mobil telefonu ilə videogörüntüyə çəkmişdir. Əli onu təxminən 2 saat döymüş, bundan sonra Əli sakitləşmiş və divanda uzanıb yatmışdır. Təxminən 1 saat hamamda ağlaya-ağlaya yuyunmuş, üzünün, dodağının qanını yumuşdur. Əli üstünə sidik ifraz etdiyi üçün əynində olan ağ rəngli şalvar və çəhrayı rəngli uzunqol köynəyi çıxarıb hamama atmışdır. Həmin vaxt gecə saat 01 radələri olanda Asimanın anasının səsini eşidib hamamdan çıxmışdır. Asimanın anası Rəşadə öz paltarlarından ona vermiş və o, əyninə geyinmişdir. Rəşadə onun ağzının qan olduğunu görüb səbəbini soruşmuş, o isə Əlinin onu döydüyünü demiş, anası Asimanı aptekə maz, pambıq və yod almağa göndərmişdir. Həmin vaxt Əli də oyanmış və Rəşadə Əlini onu döydüyü üçün danlamış, Asimanın alıb gətirdiyi mazı dodağına yaxmış və pambıqla üz-gözünə yod da vurmuşdur. Həmin gün Əli ilə mətbəxdə yatmış, Asiman və anası isə otaqda yatmışdır. Səhər saat 07 radələrində qarnında və uşaqlığında ağrılar hiss edib yuxudan oyanmış, qanaxması olduğunu görmüşdür. Saat 09 radələrində Əli taksi çağıraraq “Elmlər Akademiyası metrosunda yerləşən “German hospital”a Ləman həkimin yanına getmişlər. Həkim baxaraq hamiləliyin pozulmadığını demiş, Əli isə hamiləliyin pozulmadığına sevinib uşağın doğulmasını istədiyini demişdir. Oradan Asimangilə qayıtmış, Əlidən anası ilə danışa bilməsi üçün mobil telefonunu verməsini xahiş etmiş, saat 15 radələrində Əlinin mobil telefonu ilə anası ilə danışmışdır. Anası artıq polisə onun itməyi, Əlinin onu qaçırması barədə şikayət etdiyini demiş, o isə anasına yanına gələcəyini demişdir. Bundan sonra Əli taksi sifariş etmiş və həmin taksi ilə Sumqayıt şəhərində yerləşən evlərinə getmişlər. Həmin vaxt anası da orada olmuş, xx.xx.2023-cü il tarixdə səhər tezdən anası ilə birlikdə Semaşkoya (Klinik Tibbi Mərkəzə) getmiş və orada sidiyindən qan gəldiyi üçün ona katetr qoşmuş və üzgözünə baxıb iynə-dərman yazmışlar. xx.xx.2023-cü il tarixdə səhər tezdən qanaxması olduğu üçün anası ilə birlikdə Sumqayıt şəhər xəstəxanasına doğum evinə getmiş, tanımadığı və adı yadında qalmayan həkim hamiləliyini pozaraq ona narkoz verib abort etmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsin onun hamilə olduğunu xəbəri olmuşdur. Bətnindəki döl keçirdiyi stres səbəbinindən tələf olmuşdur. Hadisə günü Əli içkili olmuşdur. Asimanın evindən baş verənlərdən sonra Əli ilə barışmışdır. Həm İdarakın, həm də Asimanın evində olarkən onun evdən çıxın getmək imkanı olmuşdur. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Ülkərin 2022-ci ildən “Xıdı” ləqəbli Təqsirləndirilən şəxs adlışəxslə yaxın münasibətləri olmuş, Əli dəfələrlə onların Sumqayıt şəhərində yaşadığı evdə də gəlib qalmışdır. Onların yaxın dost olduğunu bilirmiş. 2023-cü ilin mart ayının əvvəllərində Əli ilə qızı Ülkərin hansı səbəbdən dalaşdıqlarını və ayrıldıqlarını bilmiş, təxminən xx.xx.2023-cü il tarixdə qızı Üİkər Nərimanov rayonu, Ə. Əlizadə küçəsində yerləşən binalardan birində kirayədə yaşayan rəfiqəsi Selcangilə qalmağa getmiş, xx.xx.2023-cü il tarixdə Selcan onun mobil telefonuna zəng edib Əlinin binanın qarşısına gəlib Ülkəri götürüb apardığını bildirmiş, Ülkərin mobil telefonuna zəng etsə də cavab vermədiyini görmüşdür. Daha sonra Selcanın anası Natəvan Ülkərin mobil telefonundan ona zəng edib Ülkərin mobil telefonunun binanın blokundan düşdüyünü, Ülkərin isə Əli ilə birlikdə getdiyini demiş, həmin gündən Ülkərin yerini dəqiqləşdirmək istəsə də heç cür dəqiqləşdirə bilməmişdir. 4-5 gün ərzində Əlinin mobil nömrəsinə dəfələrlə zəng etsə də Əli cavab verməmiş, arada cavab verəndə də onu söymüşdür. Ülkərlə bir dəfə 25 ya 26 mart 2023-cü il tarixdə danışmış, Ülkər Əlinin dostu Asimanın anası ilə birlikdə kirayədə yaşadığı evdə Əli ilə birlikdə olduğunu demişdir. Həmin vaxt Asimanın anası ilə də danışmış və ona qızını orada saxlamamasını demişdir. Bundan sonra Ülkərdən xəbər çıxmadığı üçün xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin gündən iki gün sonra Ülkərin yaşadığı evin önündə gözlədiyini, üzü və bədəninin başdan-ayağa xəsarətlər içində olduğunu görmüşdür. Buna görə onu 1 saylı şəhər Klinik xəstəxanasına aparmış, orada Ülkərin həm də hamilə olduğunu bilmişdir. Ülkər Əlidən hamilə olduğunu ona xəstəxanada demişdir. Daha sonra isə xx.xx.2023-cü il tarixdə evdə qanaxması olub hamiləliyi pozulduğu üçün Ülkəri Sumqayıt şəhər xəstəxanasına aparmış, orada hamiləliyin pozulduğunu öyrənmişlər. Həkim bunun stressdən və ağır psixoloji gərginlikdən ola biləcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yasamal rayonu Eldar Ağayev küçəsi 11 ünvanında anası Rəşadə ilə birlikdə yaşayır. Bakı şəhərində daimi yaşamağa evləri olmadığı üçün müxtəlif ünvanlarda anası ilə kirayədə yaşayırlar. Təqsirləndirilən şəxs ortaq dostlar vasitəsi ilə təxminən 2021-ci ilin əvvəllərindən tanımışdır. Əli onunla birlikdə qaldıqları evə dəfələrlə gəlmişdir. Əlinin Ülkər adlı qızla münasibətinin yaxın olduğunu bilmiş, bunu ona Əli özü demiş, həmçinin Ülkərlə özü də bir neçə dəfə Əli ilə birlikdə görüşmüşdür. 2023-cü ilin mart ayının sonlarında dəqiq xatırlamadığı tarixdə günorta saatlarında evdə olarkən Əli ona zəng edib Ülkərlə birlikdə onlara gəlmək istədiklərini demişdir. Əliyə gəlməsini deyib bu barədə evdə olan, həmin vaxt hazırlaşıb işə gedən anasına məlumat vermiş, saat 13 radələrində evdən çıxmaq istəyərkən qapıda anası Əli ilə rastlaşmış, Əli anası ilə salamlaşarkən Əlinin arxasında Ülkərin güldüyünü görmüşdür. Anası onları evə dəvət edib evdən çıxıb getmişdir. Təxminən 1 saat sonra evdən Əli ilə birlikdə çıxmışlar. Axşam saat 21 radələrində evə qayıdıb qapını döymüş və Ülkər qapını açmışdır. Əli ilə evə daxil olandan 10-15 dəqiqə sonra Əli Ülkərlə mübahisə etməyə başlamış, Ülkərdən “Rüfət” adlı şəxslə telefonla danışıb-danışmadığını, onunla görüşüb-görüşmədiyini soruşmuş, Əli telefondakı yazışmanı göstərib Ülkərdən Rüfətlə yazışmasının səbəbini soruşmuşdur. Ülkər isə ona nə isə izah etməyə çalışmışdır. Otağa keçəndə Ülkərin dodağının qanadığını görmüş, Ülkər üzünə su vurmaq üçün hamama keçmişdir. Təxminən 3-4 dəqiqədən sonra Ülkər və Əli hamamda çıxmışdır, o, Ülkərin paltarının su ilə islandığını görmüşdür. Əli onun yanında Ülkərə vurmamışdır. Bundan sonra onlar birlikdə yemək yemiş, növbəti gün Ülkəri taksiyə mindirib evinə yola salmışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Əli ilə Ülkər arasındakı mübahisə qısqanclıq zəmnində baş vermişdir. Ülkərin evdən sərbəst şəkildə çıxıb getməsinə heç bir maneə olmamışdır. Ülkərə qarşı başqa hər hansı zorakılıq hərəkətinin edildiyinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş əmliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid1 ilə şöbəyə ərizə ilə müraciət edərək qızı Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibətdə yaşadığı Əli adlı şəxs tərəfindən qaçırılıb işgəncələrə məruz qalması barədə məluamt vermişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində əməli törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Əli Məmmdovun olduğu yerin müəyyən edilməsi üçün müvafiq tapşırıqlar verilmiş, Ruslan Səfərov və digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib şöbəyə təhvil vermişlər. X7 tərəfindən Təqsirləndirilən şəxs məxsus “İphone 8 Plus” markalı mobil telefona baxış keçirilən zaman “Galareya” bölməsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi, işgəncə verməsi, şərəf və ləyaqətinin alçaldılmasının əks olunduğu 4 ədəd videofaylın olması aşkar edilmişdir, xx.xx.2023-cü il tarixdə saat 14:56-da istifadə etdiyi mobil nömrəyə Təqsirləndirilən şəxs atası Bahadur Məmmədova məxsus ***-***-**-** mobil nömrəsindən zəng gəldiyi üçün cavab vermiş, həmin vaxt Bahadur Məmmədov telefonda danışmaq istəyən olduğunu demiş, danışığa Təqsirləndirilən şəxs qoşularaq ona “burdan çıxandan sonra mənim iki məqsədim var, biri sənsən, biri də Ruslan Səfərovdur” sözlərini demişdir. Əlidən onlara hədə-qorxu gəlməsinin səbəbini soruşarkən bir nəfər pozğunun sözünə görə onu tutduqlarını, damarında kişi qanı axdığını, onlar kimi olmadığını demişdir. Bu barədə rəhbərliyə məlumat vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi Şüvəlan qəsəbəsi ərazisində tutublar və tutulan zaman heç bir müqavimət göstərməyib. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, Təqsirləndirilən şəxs uzun illərdir tanımış, onunla dost olmuş, Zərərçəkmiş şəxs isə Əlinin vasitəsi ilə tanımışdır. Əli ilə Ülkər yaxın intim münasibətdə olmaqla bunu dostlarının hamısı bilmişdir. 2023-cü ilin mart ayının ortalarında Əli ilə Ülkər arasında nə isə anlaşılmazlıq olduğu üçün araları pozulmuş, bunu Əli özü ona demişdir. Novruz bayramı günü, xx.xx.2023-cü il tarixdə səhər tezdən valideynləri və qardaşı işə getmiş, o isə həmin vaxt yaşadıqları ünvan 8 ünvanındakı mənzildə olmuşdur. Evləri 2 otaqlı olmaqla bir böyük-qonaq otağı, bir yataq otağı, bir mətbəx və kiçik tualetdən ibarətdir. Saat 10 radələrində Əli onun mobil nömrəsinə zəng edib Ülkərlə birlikdə onlara gəlmək istədiyini demişdir. 5-10 dəqiqə sonra onlar hər ikisi gülərüz şəkildə onlara gəlmiş, evə daxil olub qonaq otağına keçmişlər. Əli Ülkərlə söhbəti olduğunu deyib ondan digər otaqda gözləməyini xahiş etmiş, Əli qapını bağlayıb Ülkərlə qonaq otağında söhbət etməyə başlamışdır. Onların yüksək səslə danışdığını eşidib əvvəlki narazılıqları barədə danışdıqlarını fikirləşmişdir. Əli onlara müdaxilə etməməsini dediyi çün otağa daxil olmamış, həm də onlar ər-arvad kimi yaşadığı üçün bunun onların şəxsi işi olduğunu, müdaxilə etməyin düzgün olmayacağını düşünmüşdür. Təxminən 5-10 dəqiqə sonra otaqdan səs-küy kəsilmiş və Ülkərin otaqdan çıxıb hamama doğru getdiyini, Əlinin də onun arxasınca getdiyini görmüşdür. Qonaq otağına daxil olduqda divarda bir neçə yerdə qan ləkəsi olduğunu görüb Əlinin Ülkəri vurduğunu başa düşmüş, Əli 2-3 dəqiqə sonra qonaq otağına gəlmiş və Ülkər hamamda qalmışdır. Əli ilə birlikdə evdəki dəsmallardan istifadə edib divardakı qanı silmişdir. Ülkərdən və Əlidən mübahisə etmələrinin, həmçinin Əlidən Ülkəri vurmasının səbəbini soruşmamışdır. Əli ilə Ülkər otaqda mübahisə edərkən səslərini eşitsə də onların konkret nə barədə danışdıqlarını başa düşməmiş, Əlinin də, Ülkərin də qışqırdığını eşitmişdir. Onların mübahisə etdiyini fikirləşmiş, daha sonra Ülkərin üzünün və evin divarlarının qana bulaşdığını görüb Əlinin Ülkəri döydüyünü başa düşmüşdür. Əlinin Ülkərə qarşı hər hansı seksual xarakterli hərəkətlər etməyi təklif etməsi, Ülkəri buna məcbur etməsinin nə şahidi olmuş, nə də ki, bu barədə heç nə eşitməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, Yasamal rayonu Eldar Ağayev küçəsi 11 ünvanında oğlu Asimanla birlikdə yaşayır. Özü fərdi olaraq restoranlarda iş olanda mətbəxdə işləyir. Bakı şəhərində daimi yaşamağa evi olmadığı üçün müxtəlif ünvanlarda kirayədə yaşayırlar. Təxminən 2023-ci ilin yanvar ayından etibarən Yasamal rayonu Eldar Ağayev küçəsi 11 ünvanında yerləşən 41 saylı mənzildə ayda 350 manata kirayə haqqı müqabilində yaşamağa başlamışlar. Birlikdə yaşadığı oğlu Asimanın daimi bir işi yoxdur. Restoranlarda iş olanda çağırışa əsasən gedib işləyir. Asimanın dostu Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin sonlarından tanımış, Əli Asimanla birlikdə onların qaldığı evə dəfələrlə gəlmiş, ona oğlu kimi münasibət göstərmişdir. Onların qaldığı ev bir otaqlı olmaqla, bir yataq otağı, bir balaca mətbəx və bir balaca hamamdan ibarətdir. Əli Ülkər adlı qızla nişanlı olduğunu özü demiş, həmçinin Ülkərlə özü də bir neçə dəfə mobil telefonla danışmış, lakin üzdən görməmişdi. 2023-cü ilin mart ayının sonlarında dəqiq xatırlamadığı tarixdə günorta saatlarında evdə olarkən Asiman Əlinin onlara gəlmək istədiyini demişdir. Həmin vaxt hazırlaşıb işə gedərkən saat 13 radələrində evdən çıxmaq istəyərkən qapıda Əli ilə rastlaşmış, Əli onunla salamlaşandan sonra Əlinin arxasında qızın güldüyünü görmüşdür. Əvvəllər Ülkərin fotoşəklini gördüyü üçün həmin qızın Ülkər olduğunu üzündən və səsindən dərhal tanımışdır. Onları evə dəvət edib özü evdən çıxıb getmişdir. Ülkərə evə hazır yemək olmadığını demiş. Ülkər isə yeyib gəldiklərini, onsuz da evdən çıxacaqlarını, Təbriz küçəsinə Asimanla birlikdə gedəcəklərini də demişdir. Həmin gün gecə saat 02 radələrinə kimi işdə olmuş, gün ərzində Asimanla iki-üç dəfə telefonla danışmış, Asiman ona Əli ilə birlikdə şəhərdə olduqlarını, Ülkərin evdə tək olduğunu demiş, Asiman yemək üçün Ülkərə nəsə alıb verdiklərini də demişdir. Gecə evə gələndə Asimana zəng etmiş, Asiman Əli və Ülkərin getmədiklərini demiş, onların getdiklərini zənn etdiyi üçün təəcüblənmişdir. Evə girəndə dəhlizdə ayaqqabılarını çıxararkən Ülkər yataq otağından çıxmış, onunla öpüşüb görüşmüşdür. Ondan işığı söndürməsinin səbəbini soruşmuş, ona Əlinin yatdığını demişdir. Asiman da mətbəxdən çıxmış, mətbəxdə yemək hazırlayıb yeyərkən Ülkərin dodağının zədələndiyini görmüş, Ülkər dodağı ağrıdığını demişdir. Ülkərdən nə olduğunu soruşanda Ülkər Əli ilə mübahisə etdiyini, Əlinin onu qısqanıb xırda bir məsələyə görə üzündən bir dəfə əli ilə vurduğunu, buna görə dodağının qanadığını demişdir. Asimana pul verib yod, maz və pambıq alması üçün aptekə göndərmişdir. Asiman aptekə gedib gələnə kimi Ülkərdən bir daha nə baş verməsini soruşmuş, Ülkər isə Asimanın o çıxandan sonra evdən çıxıb harasa getməsini, Əli ilə evdə tək qalmasını və bu zaman Əlinin onu kimdənsə qısqandığı üçün onunla mübahisə etdiyini, bu zaman Əlinin onun üzündən bir dəfə əli ilə vurduğunu, daha sonra Əlinin axşam saatlarında Asimanla şəhərə çıxıb evin açarını ona verdiklərini, bir qədər yatıb dincəldiyini, Asimanla Əlinin gecə saat 23 radələrində evə qayıtdıqlarını bir daha ona demişdir. Onu narahat etməmək üçün daha başqa şey soruşmamışdır. Asiman alıb gətirdiyi mazı Ülkərə kömək edib onun dodağına yaxmış, pambıqla da yod vurmuşdur. Həmin vaxt Əli yuxudan oyanmış, xırda şeylər üstündə mübahisə etmələrinə görə həm Əlini, həm də Ülkəri danlamışdır. Ülkərlə yataq otağındakı divanda, Əli ilə Asiman isə mətbəxdə döşəyin üstündə yatmışlar. Səhəri gün yuxudan durub Ülkərlə söhbət edərkən Ülkər ondan anasına zəng etmək üçün mobil telefonunu istəmişdir. Ülkərdən mobil telefonunun harada olmasını soruşmuş, Ülkər anasının onun mobil telefonunu əlindən aldığını demişdir. Mobil telefonunu alıb anası ilə danışmış, daha sonra Əli də öz mobil telefonundan zəng edib Ülkərin anası ilə danışmışlar. Əli Ülkərin anasına ona gül alacağını və s. deyib mehriban danışmışdır. Təxminən saat 12-13-də Əli ilə Ülkər Asimanla birlikdə evdən çıxıb getmişlər. Eyvandan baxıb Ülkərin başqa taksiyə, Asiman və Əlinin isə başqa taksiyə oturub getdiyini görmüşdür. Zərərçəkmiş şəxs ilə söhbətlər zamamTəqsirləndirilən şəxs onun barəsində hər hansı cinsi zorakılıq hərəkətlrəi etməsi barədə ona heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs onların yaşadığı evə gələrkən bədənində yalnız dodağındakı xəsarətdən başqa hər hansı xəsarət görməmişdir. Dodağının məhz hansı hissəsində olmasını isə xatırlamır. Yaşadıqları evin cəmi bir açarı olmuş, açar da evdə qapının kilidinin üstündə olmuşdur. Evdən axırıncı çıxan şəxs açarı özü ilə götürürmüş. Həmin gün evdən çıxanda da açar qapının üstündə olmuş, Ülkərin deməsinə əsasən Asiman ilə Əli evdən çıxarkən də açar qapının üstündə qalmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsində görünür ki, 2023-cü ilin iyul ayından etibarən 1 illik həqiqi hərbi xidmətə getmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, sosial şəbəkələrdən tanıyır. Təqsirləndirilən şəxsla onun heç bir yaxın münasibəti olmamış, onunla dostluq və ya yoldaşlıq etməmiş, Zərərçəkmiş şəxs isə yaxın ortaq tanışları vasitəsi ilə tanımışdır. Onunla yaxın münasibəti olmasa da ayda bir, iki ayda bir dəfə sosial şəbəkədə hal-əhval tutmuşdur. Hərbi xidmətə getməmişdən əvvəl demək olar ki, hər gün “Tiktok” və “İnstagram” sosial şəbəkələrindəki hesablarına qoşulmuş, bəzən canlı söhbət açıb dost-tanışlarla danışmışdır. 2023-cü ilin mart ayının ortalarında dəqiq xatırlamadığı tarixdə “Tiktok” sosial əbəkəsində canlı efir açıb söhbət edərkən Zərərçəkmiş şəxs canlı efirdə ona “səndən incimişəm” sözlərini yazmasını görmüş, səbəbini soruşanda ayrıca yazacağını yazmışdır. Canlı efiri yekunlaşdırandan təxminən 1-2 saat sonra Ülkərin ona “dostluq” təklifi göndərdiyini görüb qəbul etmiş və yazışmağa başlamışdır. İlk olaraq Ülkər ondan incidiyini yazmış, nə qədər təkid etsə də incimə səbəbini deməmişdir. Hazırda xatırlamadığı mövzuda bir qədər danışdıqdan sonra ona oğlan dostu olduğunu xatırladıb danışmaqlarının düzgün olmadığını yazmışdır, Ülkərə Təqsirləndirilən şəxs ilə yaxın münasibəti olduğunu deyəndə Ülkər ona “artıq o qatar getdi” sözlərini yazmış, bunun səbəbini soruşsa da görüşəndə deyəcəyini bildirmiş və bununla da söhbətləri bitmişdir. Bu söhbətdən təxminən 10 gün sonra tanımadığı mobil nömrədən onun mobil nömrəsinə zəng gəlmiş, zəngə cavab verəndə Zərərçəkmiş şəxs anası olduğunu bildirən şəxs qızı Ülkəri Təqsirləndirilən şəxs onunla danışması səbəbindən döydüyünü bildirmiş, o isə onun qızı Üİkərlə bir neçə dəfə “Tiktok” və “İnstagram” sosial şəbəkəsində danışdığını bildirsə də Ülkərlə hər hansı intim söhbətlər etmədiyini, heç vaxt görüşmədiyini demişdir. Anası Ülkərlə danışmağı barədə Əlinin hər hansı söz soruşub-soruşmadığı sualını vermiş, o isə Təqsirləndirilən şəxs ona, ümumiyyətlə, zəng etmədiyini, heç nə soruşmadığını demişdir. Daha sonrakı günlərdə Ülkərin adını xatırlamadığı rəfiqəsi zəng edərək bu işin detallarını danışaraq Əlinin Ülkərlə görüşəndə onun mobil telefonunu əlindən alıb “Tiktok” sosial şəbəkəsində olan mesajlarını, onunla danışıb hal-əhval etdiyini gördüyünü, buna görə Ülkərlə dalaşıb Ülkəri döydüyünü demişdir. Bu söhbətlərdən sonra nə Əli, nə də ki, Ülkərlə danışmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində “xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs vatsappla ona görüntülü zəng edərək onu döydüyünü göstərməsi, onunla nə barədə danışdığını soruşduğunu, Ülkərlə yalnız Əlinin barəsində danışdığını Əliyə deməyini, bundan sonra bir daha ona zəng edərək Ülkəri döydüyünü, başına işəyəcəyini dediyi məzmununda ifadə verməsinin səbəbini bilmir. Nə həmin gün, nə də ki, başqa vaxt Əli ilə danışmamış, Əli ona “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edib Ülkəri döydüyünü ona göstərməmiş, Əli ümumiyyətlə nə “Vatsapp” sosial şəbəkəsi, nə də ki, başqa üsulla onunla danışmamışdır. Cinayət işinin istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən ünvan 10 ünvanını göstərib Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona qarşı zor tətbiq edilib barəsində seksual xarakterli hərəkətlər etdiyi ünvanın həmin mənzil olduğunu bildirmiş, həmin ünvanın fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin istintaqı zamanı zərər çəkmişşəxs Zərərçəkmiş şəxs ifadəsi digər hadisə yerində yoxlanılarkən ünvan 11 ünvanında yerləşən mənzili göstərib Təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin mart ayının sonlarında zor tətbiq edilib barəsində seksual xarakterli hərəkətlər etdiyi Nərimanov rayonunda yerləşən mənzildən çıxıb gəldikləri mənzilin həmin mənzil olduğunu bildirmiş, Zərərçəkmiş şəxs mənzilə daxil olduqdan sonra solda yerləşən 16 kvadratmetr ölçülü, tünd bordo və açıq sarı rəngli divar kağızları iləörtülmüş otağı göstərib Təqsirləndirilən şəxs həmin otaqda ona dəfələrlə yumruq və təpik zərbələri vurub onu döydüyünü, daha sonra evdən girişdən sağ tərəfdə yerləşən hamam otağında da onu döyüb işgəncə verdiyini, üzərinə sidik ifraz etdiyini və bu hadisələrin videoqeydiyyatmı apardığını bildirmiş, Zərərçəkmiş şəxs fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi “İphone 8 plus” markalı mobil telefonda aşkar edilmiş videogörüntülərin köçürüldüyü DVD-ə diskə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilərkən dizləri üstə yerə çökmüş halda olan Zərərçəkmiş şəxs ağlayaraq sifəti yaralanmış və dodağı partlamış, dodağından sifətinə və əynindəki çəhrayı rəngli uzunqol köynəyinin üstünə qan axmış halda “mən bundan sonra, bu saniyədən etibarən səndən başqa kiminləsə kəlmə kəssəm, artıq bir şey desəm mən 3 manatlıq valikəm, məndən əskiyi yoxdur” ifadələrini işlətməsi, videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “belə də onsuz valiksən hə” ifadəsini və “sonra” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə “əgər mən kiminləsə danışsam, kəlmə kəssəm mənim anamı ves Bakı siksin” ifadəsini işlətməsi, videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “sonra” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə “mənim qardaşımın qeyrətini ves Bakı siksin” ifadəsini işlətməsi, videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “sonra” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə “mənim ağzımı ves Bakı siksin, səndən başqa heç kimlə danışmıyacam, kəlmə nədi kəsmiyəcəm” ifadəsini işlətməsi, videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “sonra” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə yanüstdə yerdə oturub “kipriyimi nədi qaldırıb baxmıyacam” ifadəsini işlətməsi, videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “sonra” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə “bağışla” ifadəsini işlətməsi, videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “sonra” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə “yalvarıram bağışla” ifadəsini işlətməsi, videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “dizini atıb yerə yalvaracaqsan” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə “yalvarıram bağışla” ifadəsini işlətməsi, videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “dizini at yerə, nakaleni, ay sağol, dik dur, ay sağol dik dur” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs da dizləri üstə durması, lakin biraz yan tərəfi üstə oturması, bu zaman videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “yox, yox dizləri üstə dik dur, dik dur, üzr istə” deməsi, Zərərçəkmiş şəxs isə deyilən kimi edərək dizləri üstdə dik durub “üzr istəyirəm” deməsi, bu vaxt videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “kimin ağzıynan üzr istəyirsən” deməsi, Zərərçəkmiş şəxs isə “anamın, atamın ağzıynan üzr istəyirəm” bildirməsi, bu vaxt videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin əsəbi şəkildə qışqıraraq “sonra” deməsi, Zərərçəkmiş şəxs isə “nəslimin ağzı ilə pox yemişəm, üzr istəyirəm, qələt eləmişəm, bağışla” bildirməsi, videogörüntünü çəkən və səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “ay sağol” ifadəsini işlətməsi müəyyən edilmiş. 19 saniyə həcmində olan ikinci videofayla nəzər yetirdikdə yuxarıda çəkilən video ilə döşəməsi kafel ilə örtülmüş yerdə dizləri üstə yerə çökmüş halda olan AbbaslıÜlkər Aslan qızının sifəti yaralanmış və dodağı partlamış, dodağından sifətinə və əynindəki çəhrayı rəngli uzunqol köynəyinin üstünə qan axmış, əlləri isə dirsək nahiyəsindən iplə bağlanmış vəziyyətdə olmaqla qorxmuş kimi əllərini özünü qorumaq üçün qabağa tutduğu vəziyyətdə olması, səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “mənim bacımın adı ilə oynuyan olmusan sən” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə qorxmuş halda ağlamağa başlayaraq videoya baxaraq başını sağa-sola yellətməsi müəyyən edilmiş, 33 saniyə həcmində olan üçüncü videofayla nəzər yetirdikdə, yuxarıda çəkilən video ilə döşəməsi eyni olan xalça ilə örtülmüş yerdə dizləri üstə yerəçökmüş halda olan Zərərçəkmiş şəxs sifəti yaralanmış və dodağı partlamış, dodağından sifətinə və əynindəki çəhrayı rəngli uzunqol köynəyinin üstünə və ağ rəngli idman şalvarına qan axmış vəziyyətdə olmaqla qorxmuş kimi videoya baxaraq ağlaya-ağlaya “yalvarıram eləmə, yalvarıram eləmə” ifadəsini işlətməsi, səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “yox, davay, bura gəl, çalacaqsan, çalacaqsan” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs ağlaya-ağlaya “yalvarıram eləmə, yox, yox” deməsi və kənara çəkilməyə çalışması, səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “yox, çalacaqsan” ifadəsini işlətməsi və şalvarının qabağını açıb cinsiyyət orqanını Zərərçəkmiş şəxs tərəf tutaraq “davay çalacaqsan, davay çalacaqsan” deməsi, Zərərçəkmiş şəxs isə arxasıüstə yerə uzanaraq ağlaya-ağlaya “yox, yalvarıram eləmə, yalvarıram eləmə” deməsi, səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “davay minet elə, minet elə” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə arxasıüstə yerə uzanmış vəziyyətdə ağlaya-ağlaya “yox, yalvarıram eləmə, yalvarıram eləmə” deməsi, bu vaxt səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “eləmirsən ki, eləmirsən ki” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə arxasıüstə yerə uzanaraq ağlayaağlaya “yalvarıram Əli, gözlə bir dənə durum, gözlə durum, Əli yalvarıram eləmə” deməsi, səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “davay, davay dur, dur, dur” ifadəsini işlətməsi, Zərərçəkmiş şəxs isə arxasıüstə yerə uzanmış vəziyyətdə ağlayaağlaya “Əli sən öl sən belə eləməzsən, sən belə eləməzsən” ifadəsini işlətməsi, səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “niyə” deyə soruşması, Zərərçəkmiş şəxs isə arxasıüstə yerə uzanmış vəziyyətdə ağlaya-ağlaya “Əli mən sənə səhv eləməmişəm” ifadəsini işlətməsi, səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin “onun bununkini çala bilirsən, mənimkini çala bilmirsən” ifadəsini işlətməsi müəyyən edilmiş, 04 saniyə həcmində olan dördüncü videofayla nəzər yetirdikdə döşəməsi kafel ilə örtülmüş yerdə Zərərçəkmiş şəxs ayaqlarını qabağa verib qucaqlayaraq və sifətini gizlətmiş vəziyyətdə yerdə oturmuş halda olması, səsindən Təqsirləndirilən şəxs bənzəyən kişi cinsindən olan şəxsin cinsiyyət orqanını Zərərçəkmiş şəxs tərəf tutması və Zərərçəkmiş şəxs başına və üstünə sidik ifraz edərək “mənim bacımın canına and içənin anasını belə sikərəm, yaxşı” ifadəsini işlətməsi müəyyən edilmişdir. Diskə baxış zamanı iştirak edən zərər çəkmişşəxs Zərərçəkmiş şəxs videogörüntüləri çəkən şəxsin Təqsirləndirilən şəxs olduğunu, videogörüntülərdə olan qadının isə özü olduğunu, Əlinin həmin videogörüntüləri özünə məxsus “İphone 8” markalı mobil telefonla qeydə aldığını təsdiq etmişdir. Baxış zamanı zərər çəkmiş şəxs AbbaslıÜlkər Aslan qızı Təqsirləndirilən şəxs ona cinsiyyət orqanını nümayiş etdirib “minet etməsini” tələb etdiyi görüntülərin və üzr istədiyi görüntülərin Şahid2 məxsus evin qonaq otağında qeydə alındığını, Təqsirləndirilən şəxs onun üzərinə sidik ifraz etdiyi və qollarının bağlandığı videogörüntülərin isə Şahid3 anası ilə birlikdə Yasamal rayonunda yaşadığı evdə qeydə alındığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Klinik Tibbi Mərkəz PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 15:15-də KTM-ə müraciət etmiş, xəstənin dediyinə görə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Yasamalda, Mərdəkanda və Nərimanov rayonu “Çapayev 10” ünvanında tanıdığı şəxs tərəfindən döyülərək xəsarət almışdır. Xəstəyə rentgenoskopiya, ultrasəs müayinəsi olunmuş, 6-7 həftəlik hamiləliyi müəyyən edilmiş, dölün ürək döyüntülərinin müsbət olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ və sol yuxarı ətrafda, sağ bud, sağ sağrı nahiyəsində qançır diaqnozu təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Tibb Mərkəzi PHŞ-nin Sumqayıt Perinatal Mərkəzinə verilmiş sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubundan və təqdim edilən tibbi sənədlərin surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə həmin mərkəzə könüllü müraciət etmiş, müayinələr aparılaraq onun 8-9 həftəlik hamilə olması, hamiləliyi ilə bağlı hər hansı şikayətinin olmaması, hər hansı ağrılarının olmaması müəyyən edilmiş, Zərərçəkmiş şəxs mini abort etdirərək hamiləliyin sonlandırılmasını istəmiş, həmin gün “vakuum aspirasiya uteri” üsulu ilə həkim cərrah Sevda Hüseynova tərəfindən hamiləlik sonlandırılmışdır. Həmin tibbi sənədlərə əlavə edilmiş "xxxx" MMC-nin həkimi Nemət Əhmədov tərəfindən tərtib edilmiş tibbi müayinənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli diaqnoz arayışının surətinə əsasən 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 8-9 həftəlik hamilə olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olunmayıb. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicə olunmayıb və qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, MTE və PAB X8 təqdim edilmiş 19 aprel 2023-cü il tarixli, 332 saylı məhkəmə-tibbi ekspert rəyindən görünür: 1.Zərərçəkmiş şəxs aşkar edilən xəsarətlər - qapalı kəllə beyin travması, alının sağ yarısının tüksüz hissəsi və sağ gicgah nahiyəsinin, sağ və sol göz yuvalarının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan hematomaları, sağ qulaq seyvanının arxa səthinin, sol yanaq nahiyəsinin, sağ ənsə nahiyəsinin sağ və sol yuxarı ətrafın ön, arxa və bayır səthlərinin, sağ sağrı, sağ və sol budların yuxarı və aşağı üçdə birinin ön, bayır, arxa səthlərinin qançırları, sağ əlin İİİ daraq falanqasınm arxa səthinin, sol mil bilək oynağının ön səthinin, sağ və sol təpə, ənsə və gicgah nahiyələrinin, sağ baldırın orta üçdə birinin, arxa səthinin sıyrıqları, üst dodağın sağ yarısının iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. 2. Zərərçəkmiş şəxs 3 saylı Ailə Saölamlıq Mərkəzində qoyulmuş “Hamiləlilk 6-7 həftəlik. Qapalı kəllə beyin travması. Döyülmə nəticəsində. Abort təhlükəsi” diaqnozu şəxsin məhkəmə-tibbi ekspertizasında (hamiləliyin pozulmaması) və hamiləliyin 6-7 həftə olduğunu nəzərə alaraq onun almış olduğu xəsarətlərlə səbəbli əlaqəsinin olmamasına dəlalət edir. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi” X4 edilmiş 29 aprel 2023- cü il tarixli, 1179 saylı ambulator məhkəməpsixiatrik ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs hal-hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasıəlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərətkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 edilmiş 27 aprel 2023-cü il tarixli, 2477 saylı məhkəmə narkoloji ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbulediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2-ci, 133.2.4cü, 133.2.6-cı və 150.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən qismən inkar edilsə də, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kəmərlə və təpik zərbələri ilə vurmaması, sonuncunu döyərkən əllərini bağlamaması, Ülkərin hamilə olmasında xəbərsiz olması, həmçinin polis əməkdaşları tərəfindən döyülməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, təqsirləndirilən şəxsin özünün mobil telefonla qeydə aldığı videogörüntülərlə təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2-ci, 133.2.4-cü, 133.2.6-cı və 150.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, aralarında barışıq əldə etdiklərini, yaşını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını məhkəmə sonuncunun cəzasını yüngülləşdirən hal hesab edir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 22 aprel 2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaq. Bunu nəzərə alınaraq xahiş edir ki, təqsirləndirilən şəxsə qarşı cəza verilməsin. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətməklə cinayətlərin təhlükəli residivini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1182/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinəəsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilərək şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini sınaq müddəti bitməmiş törətmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun 28 iyun 2002-ci il tarixli, 2 saylı Qərarının 4-cü bəndinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. İşdə olan sübutlardan isə göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1182/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilərək, Təqsirləndirilən şəxs barəsində 01 il sınaq müddəti müəyyən edildiyindən o, azadlıqdan məhrum etmə növündə cəzasını cəzaçəkmə müəssisələrində çəkməmişdir. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun 28 iyun 2002-ci il tarixli, 2 saylı Qərarının 4-cü bəndinin “a” yarımbəndinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər anlayışına, o cümlədən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, lakin CM-nin 71.3, 71.4 və 71.5-ci maddələrində nəzərdə tutulmuş qaydada cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilmiş şəxslər aiddir. İşdə olan sübutlardan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş Təqsirləndirilən şəxs hazırda ona istinad edilən cinayət əməlini törədənədək Azərbaycan Respublikası CM-nin 71.3, 71.4 və 71.5-ci maddələrində nəzərdə tutulmuş qaydada cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ləğv edilməli və ona Azərbaycan Respublikası CM-nin 133.2.2-ci, 133.2.4cü, 133.2.6-cı və 150.2.4-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzaların yuxarı həddinin üçdə ikisindən az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, həmin Məcəllənin 67-ci maddəsinə əsasən hazırki hökmü üzrə təyin ediləcək cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1182/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza qismən birləşdirməklə qəti cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus “İphone 8 Plus” markalı mobil telefon Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılmalı və 01 (bir) ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2-ci, 133.2.4cü, 133.2.6-cı və 150.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 11 (on bir) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait müdafiəçisi «Femida»» vəkil bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Femida»» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2-ci, 133.2.4-cü, 133.2.6-cı və 150.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2-ci, 133.2.4-cü və 133.2.6-cı maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə 06 (altı) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1182/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş şərti məhkum etmə və sınaq müddəti ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 1(101)-1182/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası bu hökm üzrə təyin olunmuş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus “İphone 8 Plus” markalı mobil telefon Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş 01 (bir) ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 11 (on bir) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait «Femida» Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar