Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1388/2025 11.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, X6 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olmayan, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 40 nömrəli bağ evində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 10,335 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 22:50-də Sabunçu rayon Polis İdarəsinin 42-cİ Polis Bölməsinin əməkdaşları tərəfindən həmin ərazidə saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 42-cü Polis Bölməsinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yerləşən inzibati binasında xx.xx.2025-ci il tarixdə saat 01:20-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən aşkar olunmuş bir ədəd «Winston» markalı siqaret qutusundan içərisində ayrıayrılıqda təmiz çəkiləri 5,193 qram və 5,142 qram olmaqla ümumi təmiz çəkisi 10,335 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ağ rəngli kristal şəkilli kütlələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan iki ədəd şəffaf sellofan bükümlər aşkar edilərək götürülmüşdür.
Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, aşkar edilən narkotik vasitəni sadəcə olaraq şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün yerdən 2 büküm narkotik vasitə taparaq cibinə qoymuş, 29 yanvar 2025-ci il tarixdə Nardaran qəsəbəsində yaşadığı evin yanında evə çatana yaxın polis əməkdaşları onu saxlayaraq bölməyə aparmışlar. Əvvəllər heç kimdən narkotik vasitə almamış, ilk dəfədir ki, yerdən narkotik vasitə tapmışdır. Yəni üzərindən aşkar olunan narkotik vasitə onun olmuşdur. Sabunçu RPİ-nin 42-ci PB-də polislər narkotik vasitələrin satışı ilə məşğul olması barədə ifadə vermək üçün ona təzyiq göstərmişlər. Polislər onu saxlayan zaman saxladıqları yerdə üzərində olan narkotik vasitəni onlara təqdim etmişdir. Daha sonra birlikdə bölməyə getdikdə orada videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Videoçəkilişdən əvvəl polislər narkotik vasitəni yenidən cibinə qoymuşlar. Polislərə də narkotik vasitəni yerdən tapdığını bildirmişdir.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özü artıq bir müddətdir ki, psixotrop maddələrin aludəçisidir, son vaxtlar özü üçün psixotrop maddələri internet üzərindən sosial şəbəkələr vasitəsi ilə tanış olduğu, özünü ona İran İslam Respublikasında yaşayan azərbaycanlı kimi təqdim etmiş, tanımadığı və əyani olaraq heç vaxt görmədiyi naməlum şəxsdən, daha doğrusu həmin şəxsin onun telefonundakı «Vatsap» proqramı vasitəsi ilə şəkillərini göndərdiyi bank kartı hesablarına pulunu köçürməklə və sonradan həmin şəxsin ona eyni qaydada koordinatlarını göndərdiyi məkanlardan gedib özü götürməklə əldə etmişdir. Bir neçə gün əvvəl həmin naməlum iranlı ona təklif etmişdir ki, yaxşı pul qazanmaq istəyirsə ona göndərəcəyi psixotrop maddələrin satışını həyata keçirsin, yəni həmin psixotrop maddələri koordinatlarını ona göndərəcəyi məkanlara aparıb yerləşdirsin, əvəzində isə ona pul verəcəkdir. O, razılaşmış və xx.xx.2025-ci il tarixdə axşam saatlarında həmin iranlının ona koordinatlarını göndərdiyini, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisinə gedərək orada yolun kənarındakı ağaclıq əraziyə atılmış yerdən bir ədəd “Winston” markalı siqaret qutusunu içərsindəki iki büküm psixotrop maddə ilə birlikdə götürüb cibinə qoyaraq bu barədə həmin iranlıya məlumat vermişdir. Telefon danışığı zamanı həmin iranlı ona bildirmişdir ki, həmin bükümləri hələ ki, özündə saxlasın, hara aparıb qoymalı olduğunu özü sonradan ona tapşıracaq, əvəzində isə onun kartına ödəməklə 400 manat məbləğində pul verəcəyini demişdir. O, həmin iranlının dediyi kimi etmiş, içərisində iki büküm psixotrop maddə olan həmin siqaret qutusunu əynindəki gödəkçənin cibinə qoyaraq piyada yaşadığı Nardaran qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Yaşadığı bağlar massivi ərazisinə çatdıqda, saat təxminən 22:50-də ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq saxlamış, özlərini təqdim edib onu sorğu-sual eməyə başlamışlar. Üzərində psixotrop maddə olduğu üçün bir qədər həyəcanlanmış, polislər də bunu hiss edib şübhələnmişlər və onlarla birlikdə 42-ci Polis Bölməsinə getməyini təklif etmişlər. O da çarəsiz qalaraq razılaşmış və polislərin avtomobilinə əyləşərək onlarla birlikdə polis bölməsinə getmişdir. Orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər. Vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı elan olunmuş və oradakı xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda o, özü könüllü olaraq əynindəki gödəkçənin cibindən içərisində psixotrop maddə olan siqaret qutusunu çıxarıb təqdim edərək onu haradan, nə vaxt, necə əldə etdiyini olduğu kimi danışmışdır. Bu barədə müvafiq protokol təqdim olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Həmin iranlı ona öz adını bildirməmişdir, bir birinə elə yalnız «dostum» deyərək müraciət edirmişlər, bundan əvvəl o, həmin şəxsdən yalnız öz şəxsi istifadəsi üçün psxotrop maddə almışdır, satışına, yəni paylanmasına hələ başlamamışdır. Həmin iranlı çox ehtiyatla davrandığı üçün onunla əlaqədə olması barədə iz buraxmamağa çalışırmış, hər dəfə ona nə isə yazdıqdan və ya şəkil göndərdikdən sonra dərhal da silirmiş, ona görə də həmin iranlı ilə danışıqları və yazışmaları telefonunun yaddaşında qalmamışdır.
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 42ci Polis Bölməsinin sahə rəisi Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərdi ki, son vaxtlar xidmət apardıqları inzibati rayon ərazisində gecə saatlarında narkotk vasitələrin qanunsuz dövriyyəsinin və oğurluqların sayının kəskin surətdə artması ilə əlaqədar polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Bağlar Massivi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini apararkən saat 22:50 radələrində ərazidə diqqətlərini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran, onları görən kimi iti surətlə piyada hərəkətə başlayaraq oradan uzaqlaşmağa çalışan və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər orta yaşlı kişi cinsli şəxs cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olunub-olunmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyə fikirləşib çətinliklə cavablandırmış, adını və soyadını belə çətinliklə demişdir. Sorğu-sual zamanı həmin şəxsin danışdıqca sanki üzərində olan nəyisə gizlətməyə çalışdığı hiss olunduğundan qərar gəlmişlər ki, həmin şəxsi 42-ci Polis Bölməsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Həmin şəxsi Polis Bölməsinə dəvət etdikdə etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 42-ci PBnin Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi ünvan 1 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı Vüsal Mikayılov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs əynindəki gödəkçənin hər iki yan ciblərində olan əşyaları çıxarıb masanın üzərinə qoymuş, sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd açılmış vəziyyətdə olan «Winston» markalı siqaret qutusunun içərisindən iki ədəd ayrı-ayrı sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzəyən ağ rəngli kristal şəkilli kütlə aşkar olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq saxlanılan şəxs bildirmişdir ki, həmin bükümün içərisində olan kütlələr narkotik vasitədir, onları telefon vasitəsi ilə danışdığı İran İslam Respublikası vətəndaşının tapşırığı əsasında «Watsapp» ani mesajlaşma tədbiqi üzərindən koordinatlarını göndərdiyi məkana gedərək Maştağa qəsəbəsi ərazisindən götürməklə üzərində saxlayıb daşımışdır ki, sonradan həmin iranlının deyəcəyi yerlərə və şəxslərə aparıb çatdırsın, əvəzində həmin naməlum iranlı ona 400 manat məbləğində pul verəcəyini vəd vermişdir. O da kasıbçılıqdan əziyyət çəkdiyi üçün bu işə razılaşmışdır. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmış, həmin şəxsin üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə və bir ədəd mobil telefon cihazı götürülmüş, qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Tərəflərindən saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olubolmaması, üzərindən aşkar olunmuş psixotrop maddəni əldə etdiyi mənbə barədə hər hansı bir məlumatları olmamışdır. Ona görə ki, onlar həmin şəxsi hər hansı bir məlumat əsasında deyil, sırf təsadüfən saxlamışlar. Həmin şəxsi əvvəllər tanımamışlar, narkotik vasitə və ya psixotrop maddə aludəçisi və ya satıcısı olmasını bilməmişlər. Təqsirləndirilən şəxs barəsində hər hansı bir bu cür məlumata malik olmamışlar. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, səlahiyyətlərinə aid olmadığı üçün Təqsirləndirilən şəxs yolda heç nə soruşmamışlar. Buna görə də narkotik vasitənin mənbəyi barədə heç bir məlumatı olmamışdır. Əməliyyatçı olmadığı üçün ona əməliyyat məlumatı daxil olmamışdır. Əməliyyat qrupunda ondan başqa həmkarları Şahid2 və Şahid3 da olmuşlar. Oqtayı oğurluqda şübhəli şəxs qismində saxlamışlar. Saxlanılan vaxt o, heç bir müqavimət göstərməmişdir.
7. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, Oqtay narkotik vasitəni kimdənsə aldığını demiş, lakin satışı barədə heç nə deməmişdir. Onlarda heç bir əməliyyat məlumatı olmamışdır. Oqtayı saxlayan zaman Məcid və sahə rəisi Ülfət olmaqla 3 nəfər olmuşlar. Ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra kim olduğunu, gecə vaxtı bağda nə gəzdiyini soruşduqda cavab verməyə çəkinərək, 2-3 dəfə soruşduqdan sonra cavab vermişdir. Şəxsi axtarışda özü də iştirak etmişdir. Şübhəli şəxs qismində saxlayaraq şəxsiyyətini müəyyən etmək üçün 42-ci PB-nə aparmışlar Narkotik vasitə barədə soruşduqda İran vətəndaşı barədə nəsə deməsini xatırlamır. Saxladıqları zaman Oqtayı heç kim döyməmiş, ona hər hansı fiziki təzyiq göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, Oqtayı 3 nəfər əməkdaş olmaqla polis mayoru Şahid1 və Şahid2 ilə birlikdə saxlayaraq bölməyə dəvət etmişlər. Bundan sonra, orada müəyyən olunmuşdur ki, üzərindən narkotik vasitə çıxmışdır. Daha əvvəl Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat məlumatı daxil olmamışdır.
8. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
9. “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, aralarında olan razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan lakin, sonuncunun “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 10,335 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar Masssivi yaşayış sahəsinədək daşımış, xx.xx.2025-ci il tarixdə saat 22:50-də Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin ərazidə saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən aşkar olunmuş bir ədəd «Winston» markalı siqaret qutusundan içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 5,193 qram və 5,142 qram olmaqla ümumi təmiz çəkisi 10,335 qram külli miqdarda kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ağ rəngli kristal şəkilli kütlələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan iki ədəd şəffaf sellofan bükümlər aşkar edilərək götürülməsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru İlqar Həmidov tərəfindən 30 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır.
10. Sabunçu RPİ-nin 42-ci PB-nin sahə rəisi polis mayoru Şahid1, Sabunçu RPİ 42-ci PB-nin polis nəfərləri, polis serjantları Şahid3 və Şahid2 tərəfindən tərtib olunmuş 29 yanvar 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə inzibati ərazidə xidmət aparan zaman saat 22:50-də Nardaran qəsəbəsi bağlar massivində 1 nəfər şəxs onları gördükdən sonra iti sürətlə hərəkət etmiş və həmin şəxs şübhə yaratdığı üçün yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini və özünü təqdim etməsini dedikdə üzərində heç bir sənəd olmadığını deyərək özünü təqdim etməkdən yayınmışdır. Onunla söhbət edən zaman həyəcanlı danışaraq suallara qeyri-səmimi cavablar verərək kənarlaşmağa çalışmışdır. Həmin şəxs narkotik vasitə istifadə etməklə üzərində gəzdirməsindən, daşımasından şübhələnərək 42-ci PB-yə gətirilmiş, orada həmin şəxsin xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağ 40 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur.
11. “Şübhəli şəxsin tutulması haqqında” 30 yanvar 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Rəhimov X10 RPİ-nin 42-ci PB-nin təhqiqatçısı, polis mayoru Vüsal Mikayılov tərəfindən 29 yanvar 2025-ci il tarixdə, saat 22:50-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur.
12. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru X14 tərəfindən Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə rəisi polis mayoru Şahid1, polis nəfərləri Şahid3 və Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi bağ 40 ünvanında yaşayan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını etimal etməyə kifayət qədər əsaslar olduğundan Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə aparılmış, xx.xx.2025-ci il tarixdə saat 01:20-də başlayaraq saat 01:45-də bitmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 7(yeddi) manat pul, 01 ədəd sarı rəngli təsbeh, sağ yan cibindən isə 01 ədəd “Redmi" markalı göy rəngli mobil telefon və üzərində “Winston” yazısı olan 01 ədəd siqaret qutusunu təqdim etmişdir. Üzərində “Winston” yazısı olan 01 ədəd siqaret qutusuna baxış keçirdikdə içərisindən 02 ədəd şəffaf sellofanda ağ rəngli kristal şəklində maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şəffaf sellofanda olan maddənin narkotik vasitə olduğunu və İran İslam Respublikası vətəndaşından əldə edib satmaq məqsədilə üzərində gəzdirdiyini bildirdiyi üçün sübut əhəmiyyət kəsb etdiyindən qablaşdırılmışdır. Bundan başqa 7 manat pul və təsbeh sübut əhəmiyyəti kəsb etmədiyindən vətəndaşa geri qaytarılmışdır. Şəxsi axtarış gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi İzah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların)” ekspertizasının 6/407 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Winston» markalı siqaret qutusuna yerləşdirilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,193 qram; 5,142 qram; ümumi təmiz çəkiləri 10,335 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkili edirlər, metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir.
14. “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan "xx.xx.2025.mp4" adlı, "MP4 Video File (VLC) (.mp4)" tipli, 789 MB (828 301 312 bayt) həcmli, 13 dəqiqə 34 saniyyə müddətli videogörüntüdə xidməti otağa üçü polis formasında, ikisi isə mülki geyimdə olmaqla beş nəfər şəxs daxil olurlar, masa arxasında ayaq üstə dayanmış polis mayoru rütbəli şəxs özünü təqdim edərək Sabunçu rayon Polis İdarəsinin 42-ci PB-nin təhqiqatçısı, polis mayoru Vüsal Mikayılov olmasını bildirir və otağa daxil olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir. Əvvəlcə polis əməkdaşları özlərini təqdim edərək polis mayoru İsgəndərov, polis serjantı Əzizov və polis serjantı Məcidov olmalarını bildirirlər, daha sonra saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını təsdiq edir və müdafiəçisi özünü təqdim edib Bakı şəhəri 7 saylı Vəki Bürosunun vəkili Oruc Məmmədov olmasını bildirir. Təhqiqatçı saxlanılan şəxsə saxlanılmasının səbəblərini, hüquq və vəzifələrini izah edərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 01 dəqiqə 50-ci saniyyəsində Təqsirləndirilən şəxs qarşısındakı masaya yaxınlaşaraq hər iki əlini əynindəki tünd qəhvəyi rəngli gödəkçənin yan ciblərinə salaraq sol yan cibindən bir ədəd sarı rəngli təsbeh və xırda əskinazlarla pul, sağ yan cibindən isə bir ədəd göy rəngli smartfon cihazı və bir ədəd “Winston” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı polis əməkdaşlarına göstəriş verir ki, saxlanılan şəxsin üzərini yoxlasınlar. Yoxlanış zamanı saxlanılan şəxsin üzərindən əlavə heç nə aşkar edilmir. Daha sonra təhqiqatçı saxlanılan şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirir, həmin əşyaların arasında olan “Winston” markalı siqaret qutusundan iki ədəd içərisində ağ rəngli kristal şəkilli kütlələr olan kiçik ölçülü şəffaf sellofan bükümləri aşkar edir və videokameraya nümayiş edərək saxlanılan şəxsdən həmin bükümlərdəki kütlələrin nə olmasına, onu nə vaxt, haradan, nə məqsədlə əldə etməsinə dair suallar verir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab verərək bildirir ki, həmin bükümlərdəki kütlələr narkotik vasitədir, onları bir gün əvvəl İran İslam Respublikasının tanımadığı vətəndaşından telefon vasitəsi ilə danışıb razılaşaraq sonuncu üçün paylamaq və satmaq məqsədi ilə Maştağa qəsəbəsi ərazisindən, fotoşəklini göndərdiyi məkandan götürüb üzərində saxlayaraq daşımışdır, əvəzində həmin iranlı ona 400 manat məbləğində pul verəcəyini vəd vermişdir, özü isə heç vaxt narkotik vasitələrin istifadəsi ilə məşğul olmayıb, ilk dəfədir ki, bu işlə məşğul olmuşdur. Daha sonra təhqiqatçı həmin iki ədəd sellofan bükümlərdəki kütlələrin maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onları götürüləcəyini və qablaşdırılacağını elan etməklə bükümləri siqaret qutusunun içərisinə geri qoyaraq ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edib, siqaret qutusunu həmin zərfin içərisinə qoyaraq yapışqanla yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Həmçinin, təqdim edilən smartfonun sübut əhəmiyyəti kəsb etməsini bildirərək onun götürüləcəyini və qablaşdırılacağını elan etməklə sarı rəngli kağız zərfi götürüb smatfonu həmin zərfin içərisinə qoyaraq yapışqanla yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Təhqiqatçı bir daha saxlanılan şəxsə müraciət edərək narkotik vasitəni əldə etdiyi naməlum iranlının telefon nömrəsinin ondan saxlanılıbsaxlanılmadığını soruşur, Təqsirləndirilən şəxs saxlanılmadığını bildirir. Daha sonra müdafiəçisi saxlanılan şəxsə müraciət edərək saxlanılarkən polis əməkdaşları tərəfindən ona garşı hər hansı bir qanunsuz davranışın olub-olmadığına, narkotik vasitələrin istifadəçisi olub- olmadığına, narkotik vasitəni satdıqdan sonra əldə edəcəyi pulu hara edəcəyinə dair suallar verir. Müdafiəçisinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, polislər tərəfindən ona qarşı heç bir qanunsuzluğa yol verilməyib, özü narkotik istifadəçisi deyil, narkotik vasitəni satmaq məqsədi ilə əldə etmişdir, satışından əldə edəcəyi pulu öz ehtiyaclarına xərcləyəcəkdir. Bundan sonra təhqiqatçı saxlanılan şəxsin üzərindən aşkar olunmuş bir ədəd təsbehin və 07 manat məbləğində pulun sübut əhəmiyyəti kəsb etmədiyini bildirərək özünə qaytarmışdır.
15. “Maddi sübut kimi tanıma haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan külli miqdarda psixotrop maddənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 (bir) ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 4(008)- 51/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində uşaqlarının olmasını və onlara baxmasını nəzərə alaraq bağışlanmasını xahiş etmişdir.
17. “Maddi sübut kimi tanıma haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 10,335 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən və cinayətin birbaşa predmeti olduğundan maddi sübut kimi tanınmış, cinayət işi üzrə ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğruyaraq ümumi təmiz çəkisi 10.135 qram qalıq qalmış kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
19. “CD diskə baxış keçirilməsi haqqında” 05 may 2025-ci il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsi “Ambulator məcburi-narkoloji tibbi yoxlamanın” 03 mart 2025-ci il tarixli, 1239 saylı rəyindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub, lakin, hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X12 Hüquqi Şəxsinin 24 fevral 2025-ci il tarixli, 598 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2025-ci il tarixli, 5/364 saylı rəyindən görünür ki, Təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 10" əməliyyat sistemi ilə təchiz olunmus "Xiaomi Redmi 8A" markalı "M1908C3KG" modelli “**********84415, **********84423” "imei" kodlu mobil smartfondur. Tədqiq olunan "Xiaomi Redmi 8A" markalı "M1908C3KG" modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, məkanlara dair informasiya, sənədlər, audio foto, video fayllar, "WhatsApp" proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri, "Telegram" proqram təminatina aid rəqəmsal izlər və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuş və həmin müəyyən olunmuş məlumatlar "Ekspertiza 5-64" adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülmüşdür.
23. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Sabunçu RPl-nin 42-ci PB-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş bir ədəd ««Xiaomi Redmi 8A» markalı «M1908C3KG» modelli «**********84415, **********84423» imei-kodlu mobil smartfonun yaddaşında olan bütün video və foto fayılara, SMS yazışmalarına keçirilmiş baxış zamanı telefon cihazının yaddaşında olan video və foto fayllarda, SMS yazışmalarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına, üzərindən aşkar olunmuş külli miqdarda pisxotrop maddənin əldə edildiyi mənbəsinə dəlalət edən hər hansı bir məlumat müəyyən edilməmişdir.
24. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2024-cü il təvəllüdlü X17 olmaqla 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı vardır.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən tədqim edilmiş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Qeyd edilən kitabçasının 12-13cü bəndlərindən görünür ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, baxış zamanı bədən səthində xəsarət izi qeyd edilməmişdir.
26. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən alınmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Əməlin tövsifi və digər hüquqi məsələlər:
27. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
30. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçilərinin vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
33. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
34. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
35. CM-in 234.4.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
36. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
37. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
38. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır.
39. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” və “qabaqcadan əlbir olmanın” olmadığını təsdiq edir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
41. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
42. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.
43. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması olmasını istinad etsə də, özü özlüyündə yalnız bu əlamətlər “satış məqsədinin” və “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsini” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.
44. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən ondan aşkar edilmiş bükümlərdəki kütlələrin narkotik vasitə olduğunu, onları bir gün əvvəl İran İslam Respublikasının tanımadığı vətəndaşından telefon vasitəsi ilə danışıb razılaşaraq sonuncu üçün paylamaq və satmaq məqsədi ilə Maştağa qəsəbəsi ərazisindən, fotoşəklini göndərdiyi məkandan götürüb üzərində saxlayaraq daşıdığını, əvəzində həmin iranlı ona 400 manat məbləğində pul verəcəyini vəd verdiyini, özü isə heç vaxt narkotik vasitələrin istifadəsi ilə məşğul olmadığını, ilk dəfədir ki, bu işlə məşğul olduğunu bildirmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin psixotrop maddəni məhz “satış məqsədinin” və “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsini” təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur. Həmçinin, hər hansı belə bir sübut məhkəmə baxışında da ittiham tərəfindən təqdim edilməmişdir.
45. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarının yalnız şəxsi istehlak miqdarından (xeyli miqdardan) artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilmə və satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.
46. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
47. Lakin, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri əvəzli və ya qazanc əldə etmək, sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsi, yaxud qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.
48. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 07 may 2025-ci il tarixli protokoldan da göründüyü kimi baxış zamanı telefon cihazının yaddaşında olan video və foto fayllarda, SMS yazışmalarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına, üzərindən aşkar olunmuş külli miqdarda pisxotrop maddənin əldə edildiyi mənbəyə dəlalət edən hər hansı bir məlumat müəyyən edilməmişdir.
49. Eyni zamanda, iş üzrə dindirilmiş şahidlər də Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair onlarda hər hansı məlumat olmamasını bildirmişlər.
50. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.
51. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.
52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.
53. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
54. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
55. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
56. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
57. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
58. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
59. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
60. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.
61. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
62. X21 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X18rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
63. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.
64. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
65. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.
66. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.
67. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.
68. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
69. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
70. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının müddəalarını da rəhbər tutur.
71. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
72. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
73. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
74. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində və üzərinə videoçəkiliş vasitəsilə həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verilən suallara ətraflı cavablar verməklə üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini xüsusi vurğulayaraq fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı məlumat verməmiş, o cümlədən ibtidai istintaq orqanına aktiv etirazına baxmayaraq guya fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı hüquq-mühafizə orqanına və ya barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəməyə məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi və hər hansı digər sübutla öz təsdiqini tapmayan ifadələrinə tənqidi yanaşılmaqla sübut kimi qiymətləndirilmədən rədd edilməlidir.
75. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
76. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
77. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
78. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
79. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
80. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
81. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
82. AR CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
83. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
84. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi cəzaçəkmə müəssisəsində çəkməlidir.
85. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
86. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 4(008)-51 /2025 nömrəli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 29 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
87. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 yanvar 2025-ci il tarixdən hesablanmalıdır.
88. Məhkəmə ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
89. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
90. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,335 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
91. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
92. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 190 (yüz doxsan) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
93. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
94. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 11 (on bir) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 5 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı X9 vəkillik fəaliyyəti göstərdiyi Bakı şəhər 18 saylı Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülməlidir.
95. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
96. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
97. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 190 (yüz doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sabunçu Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,335 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 55 (əlli beş) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Elmin Rüsəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev