Məhkəmə qərarları › İş №1(101)-1389/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1389/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1389/2024 28.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X7 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum edilməmiş, işləməyən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Qurbanov küçəsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri, psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə 2023-cü ilin avqust ayında «İnstagram» sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan «Şahnaz» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, istintaqla müəyyən olunmayan qaydada əldə edərək, Bakı şəhəri, Nizami rayonu, "Koroğlu” metrosunun yaxınlığında əvvəlcədən təyin edilmiş yerdə yerləşdirdiyi "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 35,798 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş və bu məqsədlə özünün istifadəsində olan ***-***-**-** "xxxx" nömrəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Şahnaz» adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan istintaqa məlum olmayan nömrə ilə əlaqə yaradıb, sonuncunun ona demiş olduğu əraziyə gedib, xx.xx.2023-cü ili tarixdə, saat 18:00 radələrində “Koroğlu” metrosunun yaxınlığında həmin yerdən götürüb, əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in BNMİ-nın əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 02 oktyabr 2023-cü il tarixdə, saat 11:40 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanının yaxınlığında piyada hərəkət edərkən BNMİ-nın əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nın 29-cu PŞ-nə gətirilmiş, üzərində axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdarda 35,798 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, usta işləyərək dolanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə marixuanadan istifadə etmişdir. Əvvəllər o, narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. O, “Koroğlu” ərazisində ayın 6-da ümumiyyətlə olmamış, həmin vaxt Bayıl ərazisindən kənara getməmişdir. Ona xx.xx.2023-cü ildə Abşeron Rayon Məhkəməsi tərəfindən 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. O, ünvan 2 ünvanını məhkəməyə verməli olduğundan, yəni qandalla bağlı qeydiyyata alınması üçün 02 oktyabr 2023-cü ildə məhkəməyə getmiş və məhkəmədə ona sənəd vermişlər. O, sənədləri məhkəmədən alıb geri qayıdarkən 4 (dörd) nəfər polis əməkdaşı onu saxlayıb döyə-döyə onu maşına otuzdurmuşdur. Polis əməkdaşları onu saxladıqdan sonra Yasamal RPİ-nin 29-cu Polis bölməsinə aparmışlar. Polis bölməsində onun cibinə 1 (bir) ədəd bükümdə narkotik vasitə qoyaraq həmin narkotik vasitəni boynuna götürməyini ondan tələb etmişlər. Polislər onun üzərindən aşkar edilmiş bank kartını narkotik vasitələrin satışında istifadə etdiyini də cinayət işində qeyd etmişlər. Həmin bank kartında cəmi 4 (dörd) manat pul olmuşdur. Əgər o, narkotik vasitələrin satışı ilə məşğul olsa idi, yəqin ki, kartında daha çox pul olardı. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan və Polis bölməsinə aparıldıqdan sonra orada polis əməkdaşları tərəfindən döyüldüyünü, həmin vaxt üzərində qadağan edilmiş vasitə və maddənin olmadığını, polis əməkdaşları tərəfindən onun cibinə narkotik vasitə qoyulduğunu, etirafedici ifadə almaq məqsədi ilə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını və nəticədə etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 02 oktyabr 2023-cü il tarixdə, saat 11:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “20 Yanvar” metrosunun yaxınlığında onlar Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncunu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aparmışlar. 29-cu X4 Zaurun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə, 1 (bir) ədəd bank kartı, 1 (bir) ədəd mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu və narkotik vasitəni “Koroğlu” metrostansiyasının yaxınlığında İran vətəndaşı tərəfindən deyilmiş yerdən götürdüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs İran vətəndaşını “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanıdığını və narkotik vasitəni 100 manat müqabilində sonuncudan aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq istintaq orqanına təqdim edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, xx.xx.1976-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatına əsasən onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, həmin gün saat 11:40-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aparılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olmuş qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlənin çəkisi tərəzidə ölçülmüş və kütlənin çəkisi 38,64 qram təşkil etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/5160 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 40- 41) görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqata əqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 35,798 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmİş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələfin (siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-1028/2023 saylı qərarından (cild 1, iş vərəqə 49) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 51-52) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-748/2023 saylı qərarından (cild 1, iş vərəqə 71-75) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 107-108) görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaq aparılmış və cinayət işi baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 2892 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 131- 132) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin 6935 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 128-129) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərın və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 137-150) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilərək ona göstərilən maddələr ilə yeni məzmunda ittiham elan edilməsi, İran İslam Respublikası vətəndaşı “Şahnaz” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət təqibinin başlanması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 159-160) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş cavabdan (cild 1, iş vərəqə 231) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına gətirilmiş və həmin gün ilkin müayinədən keçirilmişdir. Müayinə zamanı onun üzərində xəsarət aşkar edilməmiş, sağ ayaq arxası nahiyədə köhnə çapıq toxuma müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs aid tibbi kitabçadan (cild 1, iş vərəqə 232-235) görünür ki, onun üzərində xəsarət izi aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Abşeron Rayon Məhkəməsinin 1(012)-780/2023 saylı hökmündən (cild 1, iş vərəqə 110-113) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu gün nəzərə alınmaqla, üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə və müdafiəçi vasitəsilə suallar, vəsatətlər vermiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə, saat 11:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanının yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BNMİ-nın əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nın 29cu PŞ-nə aparılmış, orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 35,798 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yeri mübahisələndirərək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanının yaxınlığında saxlanılmadığını iddia etmişdir. Müdafiə tərəfi göstərilən məsələni mübahisələndirsə də, iddia etdiyi halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə ibtidai araşdırma zamanı dindirilmiş şahidlər, eləcə də məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib edərək sonuncunu məhz 02 oktyabr 2023cü il tarixdə, saat 11:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanının yaxınlığında saxladıqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məzmunda ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman və 29-cu Polis Şöbəsinə aparıldıqda, üzərində narkotik vasitə olmamış, polis əməkdaşı tərəfindən onun cibinə 1 (bir) ədəd bükümdə narkotik vasitə qoyulmuş, fiziki təzyiqə məruz qalaraq həmin narkotik vasitənin ona məxsus olmasına dair etirafedici ifadə verməsi ondan tələb olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, məhkəmədə tədqiq edilmiş sübutlardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Polis Şöbəsinə aparıldıqdan sonra orada müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi müdafiə hüququnun təmin edilməsi şərti, yəni ona təqdim edilən müdafiəçinin iştirakı ilə keçirildiyindən polis əməkdaşları tərəfindən onun cibinə narkotik vasitə heroinin yerləşdirilməsi və fiziki təzyiq edilərək etirafedici ifadə alınması inandırıcı deyil. Başqa sözlə, Təqsirləndirilən şəxs iddia etdiyi halların, yəni polis əməkdaşı tərəfindən onun cibinə 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinin qoyulması və fiziki təzyiqə məruz qaldığından həmin narkotik vasitənin ona məxsus olmasına dair etirafedici ifadə verməsi barədə halların həqiqət kimi qəbul edilməsi mümkün deyil. Beləliklə, müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı hissədə mübahisələndirdiyi halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, cinayət işinə əlavə edilmiş sübutlar əsasında müdafiə tərəfinin iddia etdiyi hallar təkzib edildiyindən məhkəmə hesab edir ki, onun bu hissədə mübahisələndirdiyi hallar həqiqətə uyğun deyil. Digər tərəfdən Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsini iddia etsə də, onun bu hissədə iddia etdiyi hallar da öz təsdiqini tapmamışdır. Əksinə Təqsirləndirilən şəxs iddia etdiyi halların yoxlanılması məqsədi ilə məhkəmənin təşəbbüsü ilə əldə edilmiş tibbi kitabçadan və istintaq təcridxanası tərəfindən verilmiş cavabdan məlum olmuşdur ki, o, istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş və həmin vaxt onun bədəni səthində xəsarət izi aşkar edilməmişdir. Bundan başqa, məhkəmədə tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-780/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılanadək də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş və Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. O, bu cinayətlərin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisini, aşkar edilmiş narkotik vasitənin insaq orqanizminə ziyanının təsirini və bu qəbildən olan sair halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin məcmusu var. Belə ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-780/2023 saylı hökmü ilə Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və həmin hökm ilə onun üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanıldığından bu cəza Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddət hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin 6935 nömrəli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərın və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 35,748 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (bir) ədəd CD disk, "xxxx" MMC tərəfindən verilmiş 1 (bir) ədəd disk və "xxxx" ASC tərəfindən verilmiş 1 (bir) ədəd disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd “İnoi” markalı mobil telefon və “Leo Banka” məxsus 4098-5844-9707-8954 nömrəli plastik bank kartı onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 55 (əlli beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)- 780/2023 saylı hökmü ilə təyin edilməklə üzərində saxlanılan 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla, 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 35,748 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarışın keçirilməsini əks etdirən 1 (iki) ədəd CD disk, "xxxx" MMC tərəfindən verilmiş 1 (bir) ədəd disk və "xxxx" ASC tərəfindən verilmiş 1 (bir) ədəd disk cinayət işində saxlanılsın, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd “İnoi” markalı mobil telefon və “Leo Banka” məxsus 4098-5844-9707-8954 nömrəli plastik bank kartı onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar