Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-139/2020 03.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib və Abasov Əliövsəd Məzahir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – x1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1987-ci ildə Qax rayonu, Güllük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olumayan, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qax rayonu, Güllük kəndində qeydiyyatla olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsi, nömrəsiz evdə yaşamış və hazırda ƏN-i PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 aprel 2019-cu il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsi, nömrəsiz ünvanda yerləşən evdə yemək yeyib spirtli içki qəbul edərkən həmin evdə qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs yeməyini tez bitirib çölə yığdıqları dəmir parçalarını avtomobilə yükləyərək aparıb satmasını bir neçə dəfə təkrarlaması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsindən sonra orta alkaqol sərxoşluq dərəcəsində, yemək yediyi stolun üstündə olan açılıb-bağlanan bıçağı sağ əlinə götürərək qapının ağzında ayaq üstə dayanmış Zərərçəkmiş şəxs doğru ataraq qəsdən sonuncuya döş qəfəsinin sol yan səthinin pnevmohemotoraksla müşayiət olunan daxilə keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 8-9 aydır ki, Zərərçəkmiş şəxs Həto qızı ilə tanış olmuşdur və onunla birlikdə qeyri-rəsmi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsi, nömrəsiz ünvanda yerləşən evdə yaşayır. Onlar dəmir yığıb satmaqla dolanırlar. Mahiyyəti üzrə bildirmişdir ki, 24 aprel 2019cu il tarixdə təxminən saat 16 radələrində dəmir yığıb evə gəldikdən sonra yemək yemiş və biraz spirtli içki qəbul etmişdir. O, yığılan dəmirləri həyətə yığmışdır ki, yemək yedikdən sonra aparıb həmin yığdığı dəmirləri satsın. O, evdə oturub yemək yediyi zaman Firəngiz ona gedib yığdığı dəmirləri avtomobilə yükləyib apararaq satmağını istəmişdir. O, yemək yediyini və yeməyini bitirdikdən sonra gedib dəmirləri satacağını bildirmişdir. Lakin Firəngiz ona qulaq asmamış və tez durub dəmirləri avtomobilə yükləməyini tələb etmişdir. Buna görə də, onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o, Firəngizə sakit olmasını, yemək yedikdən sonra durub dəmirləri avtomobilə yükləyərək aparıb satacağını bildirmişdir. Firəngiz isə yüksək səslə qışqıraraq ona tez gedib avtomobilə dəmirləri yığmağını tələb etmişdir. O, da əsəbiləşmiş və stolun üstündə açılmış halda olan qara rəngli açılıb-bağlanan bıçağı sağ əlinə götürərək Firəngizə tərəf atmışdır. Həmin vaxt Firəngiz evin çöl qapısının yanında dayanmışdır. O, bıçağı Firəngizə atdıqdan sonra yeməyini yeməyə və spirtli içki qəbul etməyə davam etmişdir. Firəngiz isə çölə çıxmış və məhlədə qışqırmağa başlamışdır. Bir neçə dəqiqə sonra Mətanət Firəngizlə birlikdə evə gəlmiş və Mətanət Firəngizin bədəninə nəsə batdığını bildirmişdir. Firəngiz yatağa uzanmış və Mətanət onun paltarını çıxarıb əynindəki qanlı xalatı dəyişmişdir. Sonra isə onun bədənindəki qanı təmizləyib başqa xalat geyindirmişdir. O, çölə çıxmışdır ki, yığılan dəmirləri avtomobilə yükləsin. Bir qədər sonra dəmirləri yükləyib evə gələndə Firəngizlə Mətanətin evdə olmadıqlarını görmüş və başqa düşmüşdür ki, Firəngiz atasının evinə getmişdir. O, Firəngizin arxasınca getməmiş və evdə oturmuşdur. Birazdan polis əməkdaşları Firəngizin bacısı Aynurə ilə birlikdə yaşadığı evə gəlmiş və polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Verilən suallara cavab olaraq isə qeyd etmişdir ki, hadisə 24 aprel 2019-cu il tarixdə təxminən saat 17 radələrində yaşadığım Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsi, nömrəsiz ünvanda yerləşən evdə baş vermişdir. Firəngiz o, yemək yediyi zaman ondan durub yığılan dəmirləri avtomobilə yükləyərək aparıb satmağını istəmişdir. O, da yemək yedikdən sonra edəcəyini bildirmişdir. Buna görə də, onların arasında mübahisə yaranmış və mübahisə vaxtı o, əsəbiləşib stolun üstündə olan qara rəngli dəstəkli açıq vəziyyətdə olan açılıb-bağlanan bıçağı sağ əlinə götürərək qapının yanında dayanmış Firəngizə doğru atmışdır. O, Firəngizə əsəbiləşdiyi üçün əvəz çıxmaq istəmiş və buna görə də, hadisə vaxtı Firəngizə bıçaq atmışdır. Onun Firəngizi öldürmək niyyəti olmamışdır. Firəngizlə qeyri-rəsmi də olsa ailə münasibəti kimi yaşamışdır. O, heç vaxt onu öldürmək istəməmişdir. Həmin vaxt yemək yediyi zaman spirtli içki qəbul edərək sərxoş olduğuna görə stolun üzərində olan bıçağı qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs atarkən həmin bıçağın onun bədəninin hər hansı bir yerinə dəyəcəyini güman etməmiş və ümumiyyətlə bu barədə düşünməmişdir. O, bıçağı Firəngizə atanda bıçaq sonuncunun bədən nahiyyəsinə dəydiyini görmüşdür. Yalnız Firəngizin çölə çıxıb qışqırdıqdan sonra Mətanətin onu evə gətirdiyi zaman Firəngizin əynindəki xalatın üzərində qan olduğunu görüb başa düşmüşdür ki, bıçaq Firəngizin bədəninə girmişdir. Hadisə vaxtı yaşadıqları evdə evdə heç kim olmamışdır və hadisənin şahidi olmamışdır. Bıçağı Firəngizə tərəf atdıqdan sonra onun hara düşdüyünü görməmişdir və bıçağın hal-hazırda harada olması barədə məlumatı yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, faktiki olaraq öz ailəsi ilə birlikdə yaşamır və təxminən 8-9 aydır ki, Təqsirləndirilən şəxs Sadiq oğlu ilə birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsi, nömrəsiz ünvanda qeyrirəsmi ailə münasibəti kimi yaşayır. Özü küçələrdən dəmir yığıb sataraq dolanır. Mahiyyəti üzrə bildirmişdir ki, 24 aprel 2019-cu il tarixdə təxminən saat 17 radələrində qonşusu və tanışı Mətanətlə birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, 3-cü Mədən küçəsində neft çıxarılan yerdə dəmir yığdıqdan sonra evə gəlmişlər ki, yemək yesinlər. O, yeməyini yeyib qurtarmış, lakin Rəşad hələ yemək yemişdir. Həmin vaxt Rəşad spirtli içki qəbul etmişdir. O, Rəşadın yeməyi yeyib qurtarmadığını görüb tez yeməsini və durub yığdığı dəmirləri aparıb maşına yükləyərək aparıb satmasını demişdir. Rəşad isə sərxoş halda hələ yemək yediyini, yeməyini bitirdikdən sonra durub dəmirləri yükləyib apararaq satacağını bildirmişdir. O, isə Rəşadın hələ də spirtli içki qəbul etdiyini gördüyü üçün əsəbiləşmiş və tez durub dəmiri yükləyib satmasını tələb etmişdir. Rəşad isə ona kobud cavab vermişdir. Bu zaman o, səbrini cilovlaya bilməmiş və Rəşada qarşı nalayiq ifadə işlətmişdir. Həmin vaxt Rəşadın yemək yediyi stolun üstündə qara rəngli bıçaq olmuşdur. O, Rəşadı söydükdən sonra Rəşad əsəbiləşmiş və stolun üstündə olan həmin qara rəngli dəstəyi olan bıçağı götürüb ona tərəf atmışdır. O, həmin bıçaqdan yayınmaq üçün qapıya tərəf qaçsa da, bıçaq onun sol arxa bel nahiyyəsinə dəymiş və onun bədəninə batıb sonra yerə düşmüşdür. O, çölə çıxmış və belində bərk ağrı hiss etdiyi üçün qonşusu olan Mətanəti çağırmışdır. Mətanət çölə çıxmış və belinin bərk ağrıdığını Mətanətə demişdir. Mətanət belinə baxıb nə baş verdiyini soruşmuş, o, da əli ilə işarə edərək heç nə olmadığını demişdir. Bundan sonra Mətanət onu evinə gətirib yatağa uzatmış və belini açaraq baxmışdır. Bu zaman belindən qan axdığı üçün Mətanət əynindəki paltarları çıxarıb yaranı təmizləmiş və tez prostina ilə belini bağlamışdır. Həmin vaxt Rəşad sərxoş olduğu üçün uzanmış və yatmışdır. O, Mətanətdən Rəşadı oyatmamasını, onu atasının evinə aparmasını xahiş etmişdir. Mətanət də tanımadığı bir taksi tutub onu atasının yaşadığı Köhnə Suraxanı qəsəbəsi, 6-cı Mədən küçəsində yerləşən evinə aparmışdır. Atasıgilin məhləsində bacısı Aynurə onu görüb yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. O, isə caab verməmiş və Mənatən də heç nədən xəbəri olmadığını bildirmişdir. Sonra Mətanət onu Aynurə ilə birlikdə atasının evinə kimi gətirib yola salaraq öz evinə qayıtmışdır. Atasıgildə ondan nə baş verdiyini soruşmuşlar, o, isə birlikdə yaşadığı Rəşadı qorumaq üçün belinə dəmir parçası batdığını demişdir. Atasıgildə digər bacısının qaynanası olan və atamgilin qonşuluğunda yaşayan Gülarə gəlib onun yarasına baxmış və belindəki yaranı yuyub təmizlədikdən sonra yaranın üstünü bağlamışdır. Sonra isə onun təcili olaraq xəstəxanaya getməli olduğunu demişdir. Bundan sonra bacısı Aynurə Gülarə ilə birlikdə onu tanımadığı taksi ilə 3 ŞKX-yə gətirmişlər. Orada müayinə edildikdən sonra əməliyyat olunmuşdur. Verilən suallara cavab olaraq isə qeyd etmişdir ki, onun belindəki xəsarəti birlikdə qeyri-rəsmi şəkildə yaşadığı Rəşadın bıçağı ona tərəf atması nəticəsində almışdır. Belə ki, 24 aprel 2019-cu il tarixdə təxminən saat 17 radələrində Rəşad yemək yeyib spirtli içki qəbul etdiyi zaman onunla arasında mübahisə yaranmış və mübahisə zamanı o, Rəşada qarşı nalayiq ifadə işlətmişdir. Bu zaman Rəşad əsəbiləşərək stolun üstündə olan dəstəyi qara rəngli bıçağı götürüb sürətlə ona tərəf atmışdır. O, bıçaqdan yayınmaq üçün evin çöl qapısına tərəf qaçsa da, həmin bıçaq onun arxa sol tərəfdən bel nahiyyəsinə batmış və sonra yerə düşmüşdür. Hadisə zamanı evdə ondan və Rəşaddan başqa heç kim olmamışdır. Həmin vaxt Rəşad sərxoş olmuş və nə etdiyini tam başa düşməmişdir. Buna görə də, ona tərəf bıçağı atdıqdan sonra heç ona tərəf baxmamış və spirtli içki qəbul etməyə davam etmişdir. O, da çölə çıxdıqdan sonra belinə bıçaq batdığını bilmiş və Mətanəti köməyə çağırıb evə gələndə artıq Rəşad sərxoş halda yatmışdır. Buna görə də, Rəşadın ona tərəf atdığı bıçağın onun bədəninə batmasından xəbəri olmamışdır. Rəşadın ona atıb xəsarət yetirdiyi bıçağın harada olmasını bilmir. Lakin bildiyi odur ki, həmin bıçaq kiçik ölçülü olmuş, dəstəyi qara və açılıb-bağlanan formada olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, çöllərdə dəmir metalları yığıb sataraq dolanır. Təxminən 4-5 aydır ki, Rəşad və Firəngizi də həmin vaxtdan tanıyır və Rəşad mənim uzaq qohumumdur. Rəşad və Firəngiz onunla qonşuluqda yaşayırlar. Mahiyyəti üzrə bildirmişdir ki, 24 aprel 2019-cu il tarixdə təxminən saat 17 radələrində biraz dəmir yığdıqdan sonra yorulduğu üçün evə gəlmişdir. O, məhəlləyə çatanda Firəngiz evlərindən çıxıb ona əli ilə işarə etmiş və tez yanına gəlməyini, ona kömək etməyini qışqırmışdır. O, tez Firəngizə yaxınlaşmış və Firəngizin əynindəki xalatın qana bulaşdığını görmüşdür. O, Firəngizdən nə baş verdiyini soruşduqda Firəngiz əli ilə işarə edərək heç nə olmadığını bildirmişdir. O, Firəngizə kömək edib qoluna girərək onun yaşadığı evə gətirmişdir. Həmin vaxt Rəşad yataqda uzanmış və sərxoş halda olmuşdur. O, Firəngizi yerə uzadıb bədəninə baxmış və qanın bədənindən axdığını görüb tez perekslə yaranın ətrafını təmizləmiş və yerdən tapdığı mələfə (prostina) ilə Firəngizin belini bağlamışdır ki, qanaxmanı dayandırsın. Həmin vaxt qanaxma biraz dayanmışdır. Firəngiz ondan onu atasının evinə aparmasını xahiş etmişdir. Firəngiz ona Rəşadı oyandırmamağını bildirmiş və o, özü yoldan keçən tanımadığı taksini saxlatdıraraq Firəngizi atasının yaşadığı 6-cı Mədən küçəsində yerləşən evlərinə aparmışdır. Həmin məhəllədə Firəngizin bacısı Aynurəgilə gəlmişlər və Firəngizə kömək edib atasının evlərinə saldıqdan sonra Firəngizin bacısı Aynurə ondan nə baş verdiyini soruşmuşdur. O, isə Firəngizin nə baş verdiyini bilmədiyini demiş və işinin olduğunu deyərək oradan çıxıb öz evinə gəlmişdir. Verilən suala cavab olaraq isə qeyd etmişdir ki, Firəngizin kim tərəfindən nə ilə vurulduğunu görməmiş və Firəngizin özü də ona bu barədə deməmişdir. Sadəcə Firəngiz ondan kömək etməyini xahiş etmiş və o, da Firəngizə kömək etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əvvəllər Salyan kazarmasında tibb məntəqəsində tibb bacısı vəzifəsində işləmişdir və buna görə də, ilkin tibbi yardım göstərməyi bacarır. Təqsirləndirilən şəxs təxminən bir ildən artıqdır ki, tanıyır. Zərərçəkmiş şəxs isə onun qohumudur və onların arasında yaxşı münasibət vardır. Mahiyyəti üzrə bildirmişdir ki, 24 aprel 2019-cu il tarixdə təxminən axşam saat 22 radələrində yaşadığı evdə olan zaman onunla qonşuluqda yaşayan Firəngizin bacısı Aynurə onlara gəlib onu evlərinə çağırmış və o, Aynurəgilə getmişdir. Bu zaman Firəngizin yanı üstə yerə uzatmış halda olduğunu və üstündə olan paltarın qan içində olduğunu görmüşdür. O, yaxınlaşıb Firəngizin paltarını qaldırmış və yan tərəfindən qan axdığının şahidi olmuşdur. Nə baş verdiyini Firəngizdən soruşmuş, Firəngiz isə əvvəlcə yıxıldığını və bədəninə dəmir batdığını bildirmişdir. O, isə həmin yaraya baxıb həmin yaranın dəmir batması nəticəsində yaranmağına inanmadığını bildirmişdir. Bundan sonra Firəngiz Rəşadın tutulmağını istəmədiyini, onu Rəşadın bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, Firəngizin yarasını təmizləyib bağlamış və özü dərhal TTY zəng edərək oraya çağırmışdır. Lakin TTY biraz gecikdiyi üçün o, Firəngizin bədənindən axan qanı saxlaya bilmədiyini görüb yoldan keçən tanımadığı taksilərdən birini saxlayıb Firəngizi bacısı Aynurə ilə birlikdə 3 saylı ŞKX-yə aparmışdır. Orada Firəngiz müayinə edilmiş və sonra əməliyyat olunmuşdur. Verilən suala cavab olara qisə qeyd etmişdir ki, bu hadisədən əvvəl Rəşadla Firəngizin arasında hər hansı bir mübahisə baş verməsinin şahidi olmamışdır. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 18 may 2019-cu il tarixli 317 saylı rəyindən görünür ki, 1977-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edildi: döş qəfəsinin sol yan səthinin pnevmohemotoraksla müşayiət olunan daxilə keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd edilən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 24.04.2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının 22 iyul 2019-cu il tarixli 291/2019 MTKŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi-kriminalistik tədqiqinə, qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara, iş materiallarına əsasən aşağıdakı nəticəyə gəlirik: Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsinin sol orta nahiyyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyyəsinin hər hansı bir əşyaya ilişib dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs bədənində - döş qəfəsinin sol yan səthində olan deşilmiş-kəsilmiş yara ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. İş materiallarında olan 25 aprel 2019-cu il tarixli, 1/2255 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən edilmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu dərəcəsində olmuşdur. İş materiallarında olan 25 aprel 2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 aprel 2019-cu il tarixdə həbsdən azad olunmuşdur. İş materiallarında olan 17 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yere getmemek haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 03 dekabr 2019-cu il tarixli, 17/389127 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2019-cu il tarixdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Mirzəyev x2 rayon Məhkəməsinin 23 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 62-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.02.2010-cu il tarixdə Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin qərarı ilə onun cəzasının məhdudlaşdırılması ilə əvəz edilərək XM-ə keçirilmiş, 04.08.2010-cu il tarixdə isə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun tutulduğu 25 noyabr 2019cu il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 30 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 aprel 2019-cu il tarixdən 26 aprel 2019-cu il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün təyin edilmiş cəza müddətinə hesablansın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirimi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz iyirimi) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Əliövsəd Abasov