Məhkəmə qərarları › İş №1(101)-139/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-139/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-139/2021 18.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvəllər məhkum edilməmiş, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 19, mənzil 140-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Bakı şəhəri, 7 saylı doğum evində uşaq həkimi işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Abdullayev küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 13 may 2019-cu il tarixdə, saat 16:00 radələrində idarə etdiyi «Dodge Challenger» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanda yerləşən Respublika Dəri-Zöhrəvi Dispanserin inzibati binasının qarşısında saxlamaq istəyərkən, qarşı tərəfdə dayanmış «Renault Megane» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili kənara çəkməsini kobud surətdə tələb etmiş, bu tələbi yerinə yetirilmədikdən sonra heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxsla uzun müddət mübahisə etmiş, mübahisənin gedişatında onu sakitləşdirməyə çalışan şəxslərə məhəl qoymayaraq inadla mübahisəni davam etmiş və insanların sıx məskunlaşdığı ərazidə, birgəyaşayış və ümumi davranış normalarına zidd olaraq ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran qərəzli hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub və ətrafda olan çoxsaylı insanlara münasibətdə öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərindən üstün tutub aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirib qərəzli hərəkətlər edərək ilk növbədə yumruq və təpik zərbələri ilə, daha sonra isə idarə etdiyi avtomobildə saxladığı istintaqa məlum olmayan kəsici alətdən silah qismində istifadə edib həmin silahla vurub Zərərçəkmiş şəxs ümumilikdə sol əlin İİİ barmağının sıyrığı və sol əlin V barmağının səthi kəsilmiş yarasından ibarət ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan qəsdən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmək və əldə olunacaq gəlirləri aralarında bölmək barədə tanışı X7 və onun anası Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasında yaşayan «Zülfıyyə» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Bakı şəhər ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi və bir ədəd sellofan torbada qablaşdırılan külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,691 qram və 49,658 qram olmaqla ümumi təmiz çəkisi 68,349 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısının İİ bəndinə daxil edilən, külli miqdarda, səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,983 qram, 5,079 qram, 4,995 qram, 4,863 qram, 5,048 qram 5,208 qram, 5,062 qram və 4,949 qram olmaqla ümumi təmiz çəkisi 40,187 qram psixotrop maddə metamfetamini 28 may 2019-cu il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «20 Yanvar» metro stansiyasının yaxınlığında yerləşən «Velotrek» ticarət mərkəzinin qarşısında görüşüb Təqsirləndirilən şəxs2 götürməklə qanunsuz əldə etmiş, əldə etdiyi narkotik vasitə və psixtorop maddəni bir ədəd sellofan bağlamada üzərində qanunsuz daşıyaraq Pərvin İsgəndərovanın və Təqsirləndirilən şəxs2 tapşırığına əsasən istintaqla şəxsiyyəti araşdırılan naməlum şəxsə satmaq istəsə də özündən aslı olmayan səbəblərə görə bu niyyətini həyata keçirə bilməmiş və bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 29 may 2019-cu il tarixdə, saat 11:15-də ünvan 2 ünvanının qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bağlamanın içərisində səkkiz ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 4,983 qram, 5,079 qram, 4,995 qram, 4,863 qram, 5,048 qram 5,208 qram, 5,062 qram və 4,949 qram olmaqla ümumi təmiz çəkisi 40,187 qram psixotrop maddə metamfetamin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,691 qram və 49,658 qram olmaqla ümumi təmiz çəkisi 68,349 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasında yaşayan «Zülfıyyə» adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Zülfıyyə» adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək Bakı şəhər ərazisinə satış məqsədi ilə qanunsuz olaraq daşıyıb gətirdiyi külli miqdarda ümumilikdə təmiz çəkisi 68,349 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısının İİ bəndinə daxil edilən, külli miqdarda, təmiz çəkisi 40,187 qram psixotrop maddə metamfetamini sonuncudan satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 ünvanda yerləşən evinə qanunsuz daşıyaraq evin həyətyanı sahəsindəki qarajda gizlətməklə saxlamış, bundan sonra əldə etdiyi psixotrop maddə metamfetamini ayrı-ayrılıqda təmiz çəkiləri 4,983 qram, 5,079 qram, 4,995 qram, 4,863 qram, 5,048 qram, 5,208 qram, 5,062 qram və 4,949 qram olmaqla səkkiz ədəd bükümdə, narkotik vasitə heroini isə ayrıayrılıqda təmiz çəkiləri 18,691 qram və 49,658 qram olmaqla iki ədəd bükümdə qablaşdıraraq əvvəlcədən satışa hazır vəziyyətə gətirmiş, daha sonra külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışım həyata keçirmək və əldə olunacaq gəlirləri aralarında bölmək barədə qızı X7, sonuncunun vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan digər şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq yaşadığı mənzilində qanunsuz saxladığı ayrı-ayrı səkkiz ədəd bükümdə olan 40,187 qram psixotrop maddə metamfetamini və iki ədəd bükümdə olan 68,349 qram narkotik vasitə heroini bir ədəd sellofan bağlamada 28 may 2019-cu il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «20 Yanvar» metro stansiyasının yaxınlığında yerləşən «Velotrek» ticarət mərkəzinin qarşısına qanunsuz daşıyaraq Təqsirləndirilən şəxs1lə görüşüb ona vermiş, sonuncu əldə etdiyi narkotik vasitə və psixtorop maddəni üzərində qanunsuz daşıyaraq Təqsirləndirilən şəxs2 və onun qızı Pərvin İsgəndərovanın tapşırığına əsasən istintaqla şəxsiyyəti araşdırılan naməlum şəxs və ya şəxslərə satmaq istəmiş, lakin özündən asılı olmayan səbəblərə görə bu niyyətini həyata keçirə bilməmiş və bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 29 may 2019-cu il tarixdə, saat 11:15-də ünvan 2 ünvanının qarşısında saxlanılıb üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bağlamanın içərisində səkkiz ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 4,983 qram, 5,079 qram, 4,995 qram, 4,863 qram, 5,048 qram, 5,208 qram, 5,062 qram və 4,949 qram olmaqla ümumi təmiz çəkisi 40,187 qram psixotrop maddə metamfetamin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,691 qram və 49,658 qram olmaqla ümumti təmiz çəkisi 68,349 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 13 may 2019-cu il tarixdə səhər saatlarında ünvan 1 ünvanda yerləşən Respublika Dəri-Zöhrəvi Dispanserinə analiz verməyə getmiş, analiz verəndən sonra cavabı günortadan sonra veriləcəyi ona bildirilmiş, buna görə də o, oradan çıxıb işlərinin dalınca getmiş, həmin gün, saat 16:00 radələrində işlədiyi «rentakar»a məxsus «Dodge Challenger» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yenidən Respublika Dəri-Zöhrəvi Dispanserin binasının qarşısına qayıtmış, avtomobili dispanserin qarşısında park etmək üçün yer axtarmağa başlayanda yolun sağ və sol hissəsində avtomobillərin dayandığını, yolun sağ tərəfində bir avtomobillik yer olduğunu, lakin həmin yerin yanında, yolun ikinci hissəsində «Renault Megane» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş, bundan sonra boş olan yerə avtomobilini park edə bilməsi üçün həmin avtomobilin sürücüsündən avtomobili irəli sürməsini xahiş etmək qərarına gəlmiş, buna görə də idarə etdiyi avtomobili həmin avtomobilin arxasında saxlamış və avtomobildən enib «Renault Megane» markalı avtomobilin sürücüsünə yaxınlaşmış, həmin zaman avtomobildə olan sürücü, əvvəllər tanımadığı, sonradan ona məlum olan Zərərçəkmiş şəxs avtomobildə tək olmuş, o, Nicata yaxınlaşıb mədəni formada ondan avtomobili bir qədər irəli idarə etməsini və boş olan yerə avtomobilini park etmək istədiyini bildirmişdir. Öz növbəsində Zərərçəkmiş şəxs da adam gözlədiyini bildirmiş, bundan sonra o, yenə də sonuncudan avtomobili irəli idarə etməsini xahiş edib, boş olan yerə girəndən sonra yenidən avtomobili öz yerinə qaytara biləcəyini bildirmiş, bu sözündən sonra Nicat özündən razı halda oruc olduğunu və buna görə də əsəbi olduğunu bildirib nalayiq söz işlədərək ondan işi ilə məşğul olmasını istəmişdir. O da Nicata cavab qaytarmış və bundan sonra Nicat əsəbi şəkildə avtomobilin qapısını açmış və avtomobildən endikdən sonra Nicatla qarşılıqlı əlbəyaxa olmuş və bu anda o, Nicata bir yumruq vurmuşdur. Bu zaman kənarda olan tanımadığı şəxslər onlara yaxınlaşıb onları aralamış və bundan sonra Nicat gedib öz avtomobilinə əyləşmiş, o da öz avtomobilinə əyləşmək istəyəndə Nicat ünvanına nalayiq söz işlətmiş, bundan sonra o, avtomobili idarə edib onun avtomobilin qabağında saxlamış və avtomobildə saxladığı meyvə doğramaq üçün istifadə etdiyi bıçağı götürüb avtomobildən enmiş, hirsindən bir dəfə Nicatın avtomobilinin sol qanad hissəsindən təpiklə vurmuş və əlindəki bıçağı onu qorxuzmaq məqsədilə nümayiş etdirmişdir. Lakin həmin bıçaqla Nicatı vurmaq fikri olmamışdır. Hadisə baş verən vaxt o, bıçaqla Zərərçəkmiş şəxs vurmamış, sonuncunu sadəcə yumruqla vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsindəki evində olarkən sonuncunun ona onda aksiz markası olmayan, icazəsiz dərman peraparatlarının olduğunu, həmin dərman peraparatlarını bir nəfər şəxsə verilməli olduğunu, ona bir nömrə verəcəyini, həmin nömrənin istifadəçisi ilə görüşüb dərmanları həmin adama çatdırmağını xahiş etmişdir. Buna görə də 28 may 2019-cu il tarixdə səhər saatlarında Pərvin İsgəndərovanın ona zəng edib anası Gülnarə ilə əlaqə saxlamasını və onunla işi olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 ilə əlaqə saxladıqda sonuncu ona əvvəl etdiyi təklifə görə dərmanları dediyi adama çatdırmasını xahiş etmiş, o da etiraz etməyərək həmin günü «20 yanvar» metro stansiyasının yaxınlığındakı «Velotrek» ticarət mərkəzinin qarşısında Gülnarə ilə görüşmüş, görüş zamanı Gülnarənin ona nömrə verib həmin nömrələrlə əlaqə saxlamasını, həmin nömrənin istifadəçisi «Vəli» adlı şəxslə görüşüb dərmanları ona verməsini istəmiş, Gülnarə göy rəngli sellofanda olan dərmanları ona vermiş, Gülnarənin ona verdiyi nömrəni telefonunda «Vəli Yasamal» kimi qeydiyyata salmış, Gülnarədən sellofan torbanı aldıqdan sonra taksiyə əyləşib evə getmiş, evə gedərkən Gülnarənin verdiyi nömrəyə zəng etsə də cavab verənin olmamışdır. Bundan sonra Gülnarə ilə əlaqə saxlayıb ona cavab verən olmadığını bildirəndə sonuncunun ona narahat olmamasını, ona zəng ediləcəyini bildirmiş, bundan sonra içərisində dərman peraparatları olduğunu zənn etdiyi sellofan torbanı özü ilə götürüb Günəşli qəsəbəsinə gedərkən polis əməkdaşları tərəfindən yolda saxlanılmışdır və orada polis əməkdaşlarının əynindəki göy cins şalvarın sağ yan cibindən göy sellofandakıları aşkar edib götürmüşlər, sonradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər və orada ona Gülnarənin ona verdiklərinin dərman deyil, hansısa bir narkotik vasitə və psixotrop maddə olduğu məlum olmuşdur. Özü narkotik vasitələrin və psixotrop maddələrdən istifadə edən olmadığı üçün nə narkotik vasitəni, nədə ki, psixotrop maddələri tanımadığını bildirib əməlinin Azərbaycan Respublikası CM-niıı 221.1-ci maddəsinə tövsif edilərək barəsində Azərbaycan Respiblikası CM-in 221.3, 234.4.1 və 234.4.3-cü maddələri başlanılmış cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, qızı Pərvin İskəndərova narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, Pərvinin narkotik vasitələrin istifadə etməsinə isə onun həyat yoldaşı olan Fərid İskəndərov səbəb olmuşdur. Fərid narkotik vasitə olan dərmanları Pərvinə verib arıqlamağa yardım edən dərmanlar olduğunu bildirmişdir. Ona və qızı Pərvinə əsassız yerə narkotik vasitələrin satışı ilə bağlı ittiham irəli sürülmüşdür. O özü ticarətlə məşğul olaraq xaricdən gəlin paltarı gətirib satmışdır. Zaur Bəxşəliyevlə arasındada olan "whatsapp"yazışmalaırı da həmin gəlin paltarları ilə bağlı olmuşdur. O, Zaur Bəxşəliyevə heç zaman narkotik vasitələr verməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 1998- 2004-cü illərdə Çin Xalq Respublikası və Hindistandan geyimlər alıb Türkiyə Respublikasına aparıb orada satırmış. Həmin ərəfələrdə əslən İsmayıllı rayonundan olan, Türkiyədə geyim satışı ilə məşğul olan Zülfiyə adlı qadını tanımışdır. Lakin sonradan sonuncu ilə münasibətləri kəsilmişdir. Təxminən iki il əvvəl X23 Respublikasının Tehran şəhərində ərdə olduğunu öyrənmişdir. Özü Bakı şəhəri 7 saylı Doğum Evində uşaq həkimi işləsə də tez- tez Hindistana gedib oradan gəlinlik və xına mərasimləri üçün geyimləri alıb Türkiyəyə aparıb orada satırmış. Hindistanın Dehli şəhərinə uçuşlar Bakıdan baha olduğu üçün o, Tehran şəhərinə gedib oradan Hindistana gedib qayıdırmış. Buna görə də Tehrana gedəndə o, Zülfiyyənin nömrəsini tapmış və ora gedəndə onunla əlaqə saxlayıb onun Tehran şəhərindəki evində qalırmış. Təxminən 4-5 dəfə Zülfıyyə ilə Tehranda görüşüb onlarda qalmışdır. Zülfiyyənin evində qaldığı müddətdə Zülfıyyə ona əgər Bakı şəhərində narkotik vasitələrin satışını təşkil edə bilərsə İrandan öz «kanalı» vasitəsi ilə onun üçün narkotik vasitə göndərə biləcəyini, həmin narkotik vasitəni satışını təşkil edərsə bu işdən yaxşı qazanc əldə edə biləcəyini təklif etmişdir. Lakin ilk olaraq o, Zülfiyyənin bu təklifini qəbul etməmişdir. 2019-cü ilin mart ayında kürəkəni, yəni qızı X3 əri X9 cəzaçəkmə müəssəsindən azadlığa buraxılmış, bundan sonra o, Zülfiyyənin ona narkotik vasitələrlə bağlı etdiyi təklifi barədə Fəridə danışmış, sonuncu da ona Zülfıyyə ilə danışmağını və narkotik vasitələri göndərməsini, əlaqələrinin böyük olduğunu, çoxlu dost-tanışı olduğunu, narkotiklərin satışını təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra o, istifadəsində olan nömrə ilə Zülfiyyənin istifadəsində olan İran İslam Respublikasının mobil telefon operatoruna məxsus +**********42 saylı nömrəsinin «Whatsap»ma zəng edərək təklifi ilə razı olduğunu və satmaq üçün narkotik vasitə göndərməsini ondan xahiş etmişdir. Bundan sonra Zülfiyyəyə Fəridin nömrəsini verib Fəridlə özünün əlaqə saxlamağını istəmişdir. İlk dəfə 2019-cu ilin mart ayının sonlarında əvvəllər tanımadığı Zülfiyyənin «Miri» adlı tanışı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsindəki evə gəlmiş və evdə Fəridlə görüşüb Zülfiyyənin satması üçün göndərdiyi narkotik vasitəni Fəridə vermişdir. Fəridlə Zülfıyyə arasında olan danışığa görə Fərid narkotik vasitənin satışını həyata keçirib sonra pulunu göndərməli imiş. Zülfiyyənin göndərdiyi narkotik vasitələri Fərid Bakıda tanımadığı şəxslərə satıb pulunu Zülfıyyətə göndərirmiş. Bundan sonra Zülfıyyə ikinci dəfə «Miri» adlı şəxsin vasitəsi ilə yenidən Fəridə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin göndərmiş, «Miri» adlı şəxs onun yaşadığı evə gəldikdə Fərid qeyd olunan narkotik vasitə və psixotrop maddəni «Miri»dən götürüb evin həyətyanı sahəsindəki qarajda gizlədərək saxlamışdır. Təqsirləndirilən şəxs1 qızı Pərvin İsgəndərova və onun əri Fərid İsgəndərova görə tanımışdır. O, Təqsirləndirilən şəxs1 ilk dəfə kürəkəni Fəridin yaşadığı evin yaxınlığında görmüşdür. Fərid və qızı Pərvin Zauru yaşadıqları mənzilə dəvət etmiş, Zauru ona təqdim edərək onun avtomobillərin kirayəsi yerində işlədiyini, onlara «Mersedes» markalı avtomobilin alınmasında köməklik edəcəyini bildirmişlər. Qızı və kürəkəni qeyd olunan avtomobilin alınması üçün ondan 300 manat pul istəmiş, o da 300 manat pulu qızı Pərvinə verdikdə o da həmin pulu Zaura vermiş, pulu aldıqdan sonra Zaur da çıxıb getmişdir. Ertəsi gün, yəni 28 may 2019-cu il tarixdə qızı Pərvin onunla əlaqə saxlayaraq evdə ona və əri Fəridə məxsus olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri, Nəsimi rayonu, metronun «20 Yanvar» stansiyasının yaxınlığındakı «Velotrek» adlanan ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs1lə görüşüb ona verməsini xahiş etmiş, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin yaşadığı evin həyatyanı sahəsindəki yerləşən maşın qarajında olduğu üçün həmin qarajdan sellofan qarışıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürüb çantada Bakı şəhəri, Nəsimi rayonu «20 Yanvar» stansiyasının yaxınlığındakı «Velotrek» adlanan ticarət mərkəzinin qarşısına aparmış, həmin ünvana çataraq Zaurun gəlməsini gözləməyə başlamış, həmin gün saat 12:00 radələrində Zaur həmin ticarət mərkəzinin qarşısına taksiylə gəlmiş, Zaur ona yaxınlaşıb salamlaşdıqda o, içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan sellofan torbanı Zaura vermişdir. Zaur həmin narkotik vasitə və psixotrop maddəni ondan götürərək Abşeron rayonu, Saray qəsəbəsində bir nəfər şəxsə satmaq üçün apardığım bildirmişdir. Həmin gün axşam saatlarında Zaur yenidən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ondan satmaq məqsədilə aldığı narkotik vasitə və psixotrop maddəni sata bilmədiyini, həmin maddələri ondan almaq istəyən şəxsi tapa bilmədiyini, başqa şəxsə satmaq istədiyini bildirmiş, o, isə onunla danışığını bitirib kürəkəni Fəridə Zaurun düzgün adam olmadığını, yalançı və fırıldaqçıya oxşadığını, ona inana bilmədiyini bildirmişdir. Ertəsi gün, yəni 29 may 2019-cu il tarixdə o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırldıqda Təqsirləndirilən şəxs1 29 may 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığı və Zaurun üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü ona məlum olmuşdur. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetami onun tərəfindən ona verildiyini bildirmiş, buna görə də o, səmimi olaraq polis əməkdaşlarına verdiyi izahatında qızı Pərvin və kürəkəni Fəridin sözlərinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verdiyini etiraf etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 13 may 2019-cu il tarixdə, saat 16:00 radələrində anası Şahid6 işdən götürmək məqsədilə ünvan 1 ünvanda yerləşən Respublika Dəri-Zöhrəvi Dispanserin binasının qarşısında özünə məxsus «Renault Megane» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib anasını gözləyirmiş. Bir müddət sonra «Dodge Challenger» markalı **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəlib arxa tərəfində dayandığını görmüş, bundan sonra «Dodge Challenger» markalı avtomobilin sürücüsü, əvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən enib ona yaxınlaşaraq ondan idarə etdiyi avtomobili kənara çəkməsini kobud şəkildə tələb etmiş, bu zaman o, idarə etdiyi avtomobili hansı səbəbdən kənara çəkməsini Təqsirləndirilən şəxs1 soruşduqda sonuncu onunla sözlü mübahisə etməyə başlamış, Zaur onunla kobud şəkildə danışdığı üçün o, avtomobildən enib avtomobilin sol tərəfində dayanıb Zaurla söhbət etmiş, sonra Zaur söhbət etmək üçün ona kənara keçməyə təklif etmişdir. Daha sonra Zaur onun idarə etdiyi avtomobilin arxa tərəfinə keçmiş, o da öz avtomobilinə əyləşib, avtomobilin ön sol qapısının şüşəsini yuxarı qaldırıb avtomobildən enib arxa tərəfə keçmiş, bu zaman Zaur idarə etdiyi avtomobilin ön sol qapısını açıb avtomobildən bıçaq götürərək onun üzərinə gəlmiş, Zaur sağ əlində tutduğu bıçaqla onun üzərinə gələrkən o, Zaurdan uzaqlaşmaq istəmiş, həmin vaxt bir ayağı digər ayağına dolaşdığı üçün yerə yıxılmış, bunu görən Zaur qarşı tərəfdən ona yaxınlaşaraq əlində tutduğu bıçağı ona tərəf uzatdıqda o, özünü müdafiə etmək üçün sol əlini irəli uzatmış, bu zaman Zaurun əlində olan bıçaq onun sol əlinin üstünə dəyərək iki barmağına xəsarət yetirmişdir. Həmin vaxt Zaurun idarə etdiyi avtomobildən tanımadığı bir nəfər qadın enərək Zaurun qarşısına keçib onu vurmamasını Zaurdan xahiş etmiş, bundan sonra o, dərhal yerdən ayağa qalxıb Zaura bıçaqsız üzərinə gəlməsini bildirmiş və avtomobilin sol tərəfinə getmiş, bundan sonra Zaur bıçaqsız ona yaxınlaşıb onunla sözlü mübahisə etməyə davam etmiş, bu vaxt Zaur sağ əlini yuxarı qaldırıb yumruqla onun üz nahiyəsindən vurmaq istəyərkən yoldan keçən tanımadığı bir nəfər şəxs onlara yaxınlaşıb Zauru kənara çəkmişdir. Lakin Zaur buna məhəl qoymayıb yenidən ona yaxınlaşıb onunla sözlü mübahisə etməyə davam etmiş, bu vaxt onların yanına yoldan keçən tanımadığı əlavə bir nəfər şəxs yaxınlaşmış, bu zaman Zaur yumruqla onun sinə nahiyəsindən vurmuşdur. Həmin vaxt tanımadığı şəxslərdən biri onu, digəri isə Zauru tutub ayırmışdır. Həmin vaxtı hadisə yerinə yoldan keçən tanımadığı bir neçə nəfər şəxs gəlmişdir. O, idarə etdiyi avtomobilin ön sol qapısının yanında dayanan zaman Zaur bu dəfə sağ əlində tutduğu bıçaqla onun üzərinə gələrkən o, cəld şəkildə avtomobilin ön hissəsinə keçmiş və yoldan keçən bir nəfər şəxs Zaurun qolundan tutub saxlamış, bundan sonra Zaur idarə etdiyi avtomobilin arxa tərəfinə keçmiş və yoldan keçən iki nəfər tanımadığı şəxs Zauru idarə etdiyi avtomobildən təxminən 10 metr qarşı tərəfə aparmışdır. Təxminən 1-2 dəqiqə sonra Zaur bıçaqsız onun yanına yaxınlaşmış, orada Zaur ilə arasında yenidən mübahisə yaranmış, mübahisə nəticəsində Zaur yumruq və təpiklə onu vurarakən o, özünü müdafiə üçün Zauru yumruq və təpiklə vurmuşdur. Həmin vaxtı yoldan keçən bir nəfər şəxs onu iki nəfər şəxs isə Zauru ayrımış və sonuncunu idarə etdiyi avtomobilin arxa tərəfinə aparmışdır. Bundan sonra o, öz avtomobilinə əyləşmiş, bu zaman mübahisə yerinə toplaşmış yoldan keçən tanımadığı şəxs ona avtomobili idarə edib oradan uzaqlaşmasını bildirmiş, buna görə də o, avtomobili işə salıb təxminən 3-4 metr qarşı tərəfə idarə edərkən Zaur öz avtomobilinə əyləşib idarə etdiyi avtomobil ilə onun avtomobilinin sol tərəfindən keçib idarə etdiyi avtomobilin qarşısını kəsib saxlamışdır. Bundan dərhal sonra Zaur avtomobilindən enib sağ əlində tutduğu bıçaqla iti sürətlə onun avtomobilinin ön tərəfinə qaçmış, bunu görüb o, avtomobilini geriyə hərəkət etdirərkən Zaur idarə etdiyi avtomobilin ön sol qanadına təpiklə vurmuş, həmin vaxtı Zaurun idarə etdiyi avtomildən bir nəfər tanımadığı qadın enmiş, o, avtomobili geriyə hərəkət etdirərkən Zaurun bıçaqla onu vuracağını görüb dərhal avtomobilini saxlayıb yenidən avtomobili qarşı tərəfə hərəkət etdirmiş, Zaur də öz növbəsində əlində bıçaqla idarə etdiyi avtomobilin arxasınca qaçmağa başlamış, lakin o, avtomobili saxlamayıb idarə edərək oradan uzaqlaşıb çıxıb getmişdir. Mübahisə təxminən 15-20 dəqiqə davam etmiş və münaqişə zamanı avtomobilinə maddi ziyan dəyməmişdir. O, Təqsirləndirilən şəxs1 ilə barışmış, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid6 ibtidai istintaq zamanı verdiyi məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. 13 may 2019-cu il tarixdə, saat 16:00 radələrində oğlu Nicat onu götürmək məqsədilə özünə məxsus «Renault Megane» markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanda yerləşən Respublika Dəri- Zöhrəvi Dispanserin binasının qarşısına gedib onu gözləyərkən «Dodge Challenger» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 ilə arasında sözlü mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs1 avtomobildən götürdüyü bıçaqla oğlunun sol əlinin iki barmağına xəsarət yetirmişdir. Bu barədə oğlu Nicat hadisədən az bir müddət sonra ona məlumat vermişdir. Sonradan oğlu Nicat baş vermiş hadisə ilə əlaqədar 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir.(cild1, iş vərəqə 216-218) Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 29 may 2019-cu il tarixdə Bakı şəhər sakini X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olduqdan sonra bununla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi üçün baş idarə rəhbərliyinə əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi üçün raportla məruzə edilmiş və müvafiq icazə alındıqdan sonra bununla bağlı tərəfindən qərar qəbul edilib İdarəsinin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2 və polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərinə baxış keçirilməsi zərurəti olduğundan həmin baxışda iştirak etməsi üçün tərəflərindən iki nəfər hal şahidi Baş idarəyə dəvət edilərək onlara Azərbaycan Respublikası CPM-in 94-cü maddəsinə əsasən hüquq və vəzifələri izah edilmiş və keçiriləcək əməliyyat-axtarış tədbirinin mahiyyəti barədə məlumatlandırılmışdır. Bundan sonra əməliyyat-axtarış qrupunun üzvləri və dəvət olunmuş hal şahidləri 29 may 2019-cu il tarixdə, saat ll:00-da Təqsirləndirilən şəxs1 ola biləcəyi ehtimal olunan yerə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi. 22 saylı binanın yaxınlığına gedərək orada Özümüzə əməliyyat mövqeyi seçib müşahidəyə başlamış, həmin gün, saat 11:15-də Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 22 saylı binanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin hərəkət etdiyi görülmüş və bundan sonra həmin şəxsə yaxınlaşaraq Özlərini təqdim edərək həmin şəxsin şəxsiyyəti barədə soraqlaşmışlar, bu zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə baxış keçirəcəklərini bildirmişlər, sonuncu da buna etiraz etməmişdir. Bundan sonra iki nəıfər hal şahidini də Təqsirləndirilən şəxs1 təqdim edib həmin şəxslərin baxışda iştirak edəcəklərini izah etmişlər. Daha sonra ilk olaraq Təqsirləndirilən şəxs1 üzərində hər hansı qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər, öz növbəsində Təqsirləndirilən şəxs1 də əynindəki cins şalvarın sağ yan cibində bir ədəd sellofan bağlamanın içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin olduğunu və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamanı çıxararaq onlara təqdim etmiş, həmin bağlamaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan 08 ədəd şəffaf sellofan bükümlər və 02 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuşdur Bundan sonra şkar olunmuş içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan səkikiz ədəd şəffaf sellofan bükümlər və iki ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, DİNin 6 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri hal şahidləri və saxlanılan şəxs Təqsirləndirilən şəxs1 tərəfindən imzalarla təsdiq olunmuşdur. Davam etdirilmiş baxış zamanı həmçinin Təqsirləndirilən şəxs1 üzərindən 30 manat pul, bir ədəd «Samsung» markalı və bir ədəd «Nokia» markalı mobil telefon aparatları aşkar edilmiş, 30 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 qaytarılmış, iki ədəd mobil telefon aparatı isə əhəmiyyətli olduğundan götürlmüşdür, İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini saxlanılmasından bir gün əvvəl, yəni 28 may 2019-cu il tarixdə, saat 12:00 radələrində metronun «20 Yanvar» stansiyasının yaxınlığındakı «Velotrek» ticarət mərkəzinin qarşısında ***-***-**-** saylı mobil nömrənin istifadəçisi olan «Gülnarə» adlı tanış qadınla görüşərək ondan aldığını, sonuncunun tapşırığı ilə onun tanışına verməklə 6.450 manat pul alacağını, həmin puldan 1.000 manatını Gülnarənin ona verəcəyini bildirmişdir. Bundan sonra tərəflərindən Gülnarə adlı qadının şəxsiyyəti müəyyən edilərkən həmin şəxsin Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 Baş İdarəyə dəvət edildikdən sonra sonuncu səmimi olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin qızı Pərvin İsgəndərovanın sifarişi əsasında onun tərəfindən Təqsirləndirilən şəxs1 verdildiyini, yəni 28 may 2019-cu il tarixdə, saat 12:00 radələrində «20 Yanvar» metrostansiyasının yaxınlığındakı «Velotrek» ticarət mərkəzinin qarşısında Zaur Baxşaliyevlə görüşüb ona təxminən 70 qram heroin və 40 qram metamfetamin verdiyini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək həmin xüsusatları özlərinə aid hissədə bird aha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 29 may 2019-cu il tarixdə, saat 10 radələrində, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Gilavar» restoranının yaxınlığından keçərkən tanımadığı şəxs ona yaxınlaşıb özünü təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirib bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini və həmin şəxsin yerinin onlara məlum olduğunu, həmin şəxs saxlanıldıqdan dərhal sonra üzərinə baxış keçirəcəklərini bildirib ondan həmin baxışda iştirak etməsini xahiş etmiş, o da polis əməkdaşına etiraz etməyib baxışda iştirak etməyinə razılıq vermişdir. Bundan sonra polis əməkdaşı onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, orada ona və onun kimi baxışda iştirak etmək üçün dəvət edilmiş tanımadığı başqa bir şəxsə baxışda iştirak etməli olan hal-şahidinin qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilib sadəcə onların baxışda iştirak edəcəkləri və baxış zamanı aşkar olunanlara şahidlik edəcəkləri bildirilmişdir. Bundan sonra o və digər hal-şahidi polis əməkdaşları ilə birlikdə, saat 11:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinə, «ABU Arena»-nın yaxınlığına getmiş və orada gözləməyə başlamışlar. Həmin vaxtı polis əməkdaşları müşahidə həyata keçirmişlər. Təxminən 15 dəqiqədən sonra polis əməkdaşları bir nəfər şəxsə yaxınlaşmış, dərhal o, və digər hal şahidi də polis əməkdaşları ilə birlikdə həmin şəxsə yaxınlaşmış, polis əməkdaşları özlərini təqdim edərək həmin şəxsin şəxsiyyəti barədə soruşmuş, bu zaman saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirəcəklərini və baxışda hal-şahidi kimi onun və digər şəxsin iştirak edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 də həm baxış keçirilməsinə, həm də onların hal şahidi kimi baxışda iştiraklarına etirazı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilk olaraq saxlanılan Təqsirləndirilən şəxs1 üzərində hər hansı qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsini təklif etmiş, öz növbəsində Təqsirləndirilən şəxs1 səmimi olaraq cibində psixotrop maddə və narkotik vasitə olduğunu və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli sellofan bağlamanı çıxararaq təqdim etmişdir. Həmin bağlama polis əməkdaşları tərəfindən açıldıqda o, bağlamanın içərisində səkkiz ədəd şəffaf sellofan bükümlərdə şüşə qırıntılarına oxşar, şəffaf kristal maddələrin, həmçinin iki ədəd bükümdə qəhvəyi rəngli maddənin olduğunu görmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş səkkiz ədəd bükümdəkinin metamfentamin, iki ədəd bükümdəkinin isə heroin olduğunu, həmin maddələri bir gün əvvəl metronun «20 Yanvar» stansiyasının yaxınlığındakı Gülnarə adlı qadınla görüşərək ondan aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra polis əməkdaşları saxlanılan şəxsi və həmçinin hal-şahidi kimi onları Baş İdarəyə dəvət etmiş, orada baxış zamanı müəyyən olunanlara dair protokol tərtib edilmiş və protokolla tanışlıqdan sonra o, həmin protokolda qeyd edilənlərin düz olmasını imzası ilə təsdiq etmişdir.(cild 2, iş vərəqə 11-13) Şahid qismində dindirilmiş digər hal-şahidi Şahid5 ibtidai istintaqa verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid4 ifadəsinə oxşar məzmunda ifadə verərək həmin xüsusatları bird aha təsdiq etmişdir.(cild 1, iş vərəqə 94-96) Cinayət işinin 1-ci cildinin 171-173-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 23 may 2019-cu il tarixli 429 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət - sol əlin İİİ barmağının sıyrığı küt əşyanın təsirindən, sol əlin V barmağının səthi kəsilmiş yarası isə iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 13.05.2019-cu il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərdən sol əlin İİİ barmağının səthi kəsilmiş yarası bıçağın tiyəsinin kəsərinin, sol əlin V barmağının sıyrığı isə müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissəsinin (əl, əl barmaqları, dırnaqlar və s.) təsirindən əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 1-ci cildinin 31-34-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 30 may 2019-cu il tarixli 14287 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs1 aşkar olunmuş...» əl yazıları olan zərfdəki 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,983 qram; 5.079 qram; 4,995 qram; 4,863 qram; 5,048 qram; 5,208 qram; 5,062 qram; 4,949 qram, ümumi təmiz çəkisi 40,187 qram ağ rəngli Kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,691 qram; 49,658 qram, ümumi təmiz çəkisi 68,349 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 08 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, 02 ədəd bükümdəki heroin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və ekspertiza təqiqatmdan sonra metamfentaminin təmiz çəkisi 40,107 qram, heroinin təmiz çəkisi 68,269 qramdır. Cinayət işinin 2-ci cildinin 257-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspertiza təqiqatından sonra qalıq təmiz çəkisi 40,107 qram olan psixotrop maddə metamfentamin və təmiz çəkisi 68,269 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 156-cı vərəqində olan Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin məsul növbətçisi Namiq Məmmədovun 13 may 2019-cu il tarixli raportu ilə müəyyən edilmişdir ki, X17 13.05.2019-cu il tarixdə, saat 16:09 radələrində DİN-nin «102» xidməti-mərkəzi zəng sisteminə zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində «Dodge» markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün digər avtomobil sürücüsünü bıçaqla hədələdiyini bildirmişdir. Cinayət işinin 1-cildinin 211-212, 225-226-cı vərəqlərində olan protokollardan görünür ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində quraşdırılmış «Təhlükəsiz şəhər» TŞ3-102 və TS3-102.2 saylı təhlükəsizlik kamerası tərəfindən qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 29 may 2019-cu il tarixdə, saat 16:03:21-də «Renault Megane» markalı avtomobilin ön sol qapısının açıq vəziyyətdədir və Zərərçəkmiş şəxs avtomobildən enərək Təqsirləndirilən şəxs1lə avtomobilin ön sol qapısının qarşısında dayanıb söhbət edir, saat 16:04:24-də Zərərçəkmiş şəxs avtomobilə əyləşir, Təqsirləndirilən şəxs1 oradan uzaqlaşır, saat 16:04:41-də Zərərçəkmiş şəxs avtomobildən enib avtomobilin arxa tərəfmə doğru gedir, bir neçə saniyədən sonra yoldan keçən kənar şəxslər həmin avtomobilə tərəf yaxınlaşır, saat 16:05:38-də əvvəlcə Zərərçəkmiş şəxs, sonra isə Təqsirləndirilən şəxs1 həmin avtomobilə tərəf yaxınlaşır, Təqsirləndirilən şəxs1 avtomobilin ön sol qapısını açaraq orada dayanır, Təqsirləndirilən şəxs1 sol əli ilə Zərərçəkmiş şəxs sağ çiynindən tutub yumruğunu sıxıb, qolunu qaldıraraq Nicatın üz nahiyəsinə vurmaq istəyərkən ora yaxınlaşan kənar şəxs Təqsirləndirilən şəxs1 ayırır, sonuncu yenidən Zərərçəkmiş şəxs yaxınlaşıb sözlü mübahisə edir, yoldan keçən əlavə bir nəfər kənar şəxs gəlməklə iki nəfər kənar şəxs Təqsirləndirilən şəxs1 sakitləşdirməyi çalışır, «Renault Megane» markalı avtomobilin arxa tərəfində Təqsirləndirilən şəxs1 yumruqla Zərərçəkmiş şəxs sinə nahiyəsinə vurur, bundan sonra Zərərçəkmiş şəxs təpiklə Təqsirləndirilən şəxs1 vurur, yoldan keçən bir nəfər kənar şəxs Zərərçəkmiş şəxs sakitləşdirir, saat 16:06:58-də Təqsirləndirilən şəxs1 sağ əlində bıçaq tutaraq Zərərçəkmiş şəxs tərəf gedərkən bir nəfər kənar şəxs Təqsirləndirilən şəxs1 sol əlindən tutub saxlayır, həmin vaxtı Zərərçəkmiş şəxs dərhal qaçaraq avtomobilin ön tərəfində dayanır, saat 16:07:01-də Təqsirləndirilən şəxs1 həmin avtomobildən uzaqlaşır, iki nəfər kənar şəxs Zərərçəkmiş şəxs sakitləşdirmək məqsədilə avtomobilin qarşı tərəfindən bir neçə metr kənara aparır, saat 16:08:01-də Təqsirləndirilən şəxs1 «Renault Megane» markalı avtomobilin sol tərəfindən keçib qarşı tərəfə Zərərçəkmiş şəxs dayandığı yerə gedir, «Renault Megane» markalı avtomobildən təxminən 12 metr qarşı tərəfdə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs qarşılıqlı şəkildə biri-birini yumruq və təpiklə vurur, üç nəfər kənar şəxs onları ayırır, saat 16:09:18də Zərərçəkmiş şəxs öz avtomobilinə əyləşir, saat 16:10:11 -də Zərərçəkmiş şəxs «Renault Megane» markalı avtomobili idarə edərək oradan uzaqlaşmaq istəyir, saat 16:10:21- də «Dodge Challenger» markalı avtomobil qarşı tərəfə hərəkət edib «Renault Megane» markalı avtomobilin qarşısını kəsir, bundan dərhal sonra sürücü tərəfdən avtomobildən enən Təqsirləndirilən şəxs1 iti sürətlə «Renault Megane» markalı avtomobilin ön tərəfinə yaxınlaşır, bundan sonra «Renault Megane» markalı avtomobil geriyə doğru hərəkət etməyə başlayır, özünü həmin avtomobilə çatdıran Təqsirləndirilən şəxs1 avtomobilin sol qanad hissəsinən təpik vurur, bundan sonra «Renault Megane» markalı avtomobil dayanıb irəliyə doğru hərəkətə başlayır, Təqsirləndirilən şəxs1 avtomobilin sürücüsü istiqamətinə yaxınlaşır, bu zaman onun sağ əlində tiyəsi parıldayan əşya aşkar surətdə görülür, Təqsirləndirilən şəxs1 sağ əlində aşkar surətdə görünən bıçaq tutub, əlini yuxarı qaldıraraq «Renault Megane» markalı avtomobilin sürücüsü istiqamətində hərəkət edir, «Renault Megane» markalı avtomobil hərəkətini dayandırmayıb hadisə yerindən uzaqlaşır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Bül-bül prospektində münaqişə 12 dəqiqə davam etmiş, bu müddət ərzində ətrafa çox saylı vətəndaşlar toplanmış və avtomobil yolunda avtomobillərin hərəkətində çətinliklər yaranmışdır. Cinayət işinin 2-ci cildinin 174-199-cu vərəqlərində olan qərarla iş üzrə «Təhlükəsiz şəhər» TŞ3-102 və TS3-102.2 saylı təhlükəsizlik kamerası tərəfindən qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 1-ci cildinin 6-cı vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 29 may 2019-cu il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmişdir. Cinayət işinin 1-ci cildinin 7-9-cu vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 may 2019-cu il tarixdə, saat 11:15-də ünvan 5 ünvanın qarşısında saxlanılaraq üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bağlamanın içərisində 8 ədəd ayrı-ayrı bükümlərdə olan psixotrop maddə metamfentamiııi və iki ədəd bükümdə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə və psixotrop maddə aşkar edildiyindən götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 23-44-cü vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «X25» markalı mobil telefon aparatına baxış keçirilmiş, mobil telefon aparatının abunəçilər bölümündə cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi «Arvad» adı ilə, ***-***-**-** nömrə «Vəli Yasamal» kimi qeydə alınmış, X3 istifadəsində olan ***-***-**-** nömrə adla qeydə alınmamışdır. Mobil telefon aparatlarında olan «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 iş üzrə digər Təqsirləndirilən şəxs2 və X7 ilə narkotik vasitələrin alış-verişi barədə yazışmalar həyata keçirmişdir İş üzrə götürülmüş Təqsirləndirilən şəxs2 məxsus «İphone 7» markalı mobil telefon aparatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatının abunəçilər bölümündə cinayət işi üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə «Zaur» adı ilə, şübhəli şəxs X3 istifadəsində olan ***-***-**-** nömrə «Pərvin Əzizli» adı ilə, +98 912 *** **** nömrəsinin istifadəçisinin adı «Zülfıyyə İran 1» adı ilə qeydə alınmışdır.Mobil telefon aparatlarında olan «Whatsapp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 iş üzrə digər təqsirləndirilən şəxs X14 ilə narkotik vasitələrin alış-verişi barədə yazışmalar həyata keçirmişdir. Cinayət işinin 2-ci cildinin 46-47-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə götürülmüş «X25» markalı və «İphone 7» markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınmış və cinayət işindən ayrılmış ********* nömrəli cinayət işində saxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 133-134-cü vərəqlərində olan protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskdəki telefon məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında telefon rabitəsi olmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə mobil telefon aparatının yaddaşında «Vəli Yasamal» adı ilə qeydə alınmış ***-***-**-** nömrə arasında 28.05.2019cu il tarixdə, saat 09:04:17-də 12 saniyə; saat 09:23:28-də 185 saniyə telefon rabitəsi olmuşdur. ***-***-**-** nömrə 15 iyul 1976-cı il təvəllüdlü Yevlax rayonu, Aran qəsəbəsi sakini X6 (AZE № ********) adına qeydiyyata alınmışdır. «Azerfon» və "xxxx" MMC-dən götürülmüş iki ədəd CD disklərdəki telefon məlumatlarına baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə X3 adına qeydiyyata alınmış, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında 27.05.2019-cu il tarixdə, saat 20:21;20-də 10 saniyə (anten- Xəzər rayonu, Binə qəsəbəsi); saat 20:23:01-də 227 saniyə (anten Xəzər rayonu, Binə qəsəbəsi); saat 21:23:05-də 152 saniyə (anten Xəzər rayonu, Binə qəsəbəsi); 28.05.2019-cu il tarixdə, saat 14:35:38-də 276 saniyə (anten-Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi); saat 14:50:58-də 74 saniyə (anten-Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi); saat 14:55:27-də 80 saniyə (anten-Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi); saat 15:04:35-də 65 saniyə (Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi), saat 15:37:06-da 41 saniyə (anten-Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi) danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon aparatının yaddaşında «Vəli Yasamal» adı ilə qeydə alınmış ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında telefon rabitəsi olmamışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə Rəşid Hüseynovun adına qeydiyya alınmış, X7 tərəfindən istifadə edilən ***-***-**-** nömrə arasında SMS yazışması olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə X3 adına qeydə alınmış 070-886- 86-63 nömrə arasında 28,05.2019-cu il tarixdə, saat 16:05:47-də 11 saniyə; saat 16:06:14-də 236 saniyə danışıq aparılmış və Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil telefon aparatı Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsindəki anten əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə ilə ***-***- **-** arasında 28.05.2019- cu il tarixdə, saat 17:38:12-də 47 saniyə danışıq aparılmış və Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil telefon aparatı ünvan 6 ünvandakı anten əhatə dairəsində olmuşdur. Cinayət işinin 2-ci cildinin 135-136-cı vərəqlərində olan qərardan görünür ki, «Azərcell Telecom» "xxxx" və "xxxx" MMC-dən götürlmüş üç ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işindən ayrılmış ********* nömrəli cinayət işində saxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 57-62-ci vərəqlərində olan sərhədkeçmə məlumatlarına baxış protokoldan görünür ki, Məmmədova X2 keçid məntəqəsindən istifadə etməklə 12.11.2018-ci il tarixdə, saat 19:59-da İran İslam Respublikasının ərazisinə daxil olub 13.11.2018-ci il tarixdə, saat 05:39-da geri qayıtmış, 22.11.2018-ci il tarixdə, saat 16:35-də İran İslam Respublikasının ərazisinə daxil olub 23.11.2018-ci il tarixdə, saat 19:23-də geri qayıtmış, 27.11.2018-ci il tarixdə, saat 16:54-də İran İslam Respublikasının ərazisinə daxil olub 29.11.2018-ci il tarixdə, saat 20:28-də geri qayıtmış, 05.12.2018-ci il tarixdə, saat 15:47- də İran İslam Respublikasının ərazisinə daxil olub 18.12.2018-ci il tarixdə, saat 17:18-də geri qayıtmış, 19.12.2018-ci il tarixdə, saat 15:31-də İran İslam Respublikasının ərazisinə daxil olub 21.12.2018-ci il tarixdə, saat 16:17-də geri qayıtmış, 10.01.2019-cu il tarixdə, saat 00:28- də İran İslam Respublikasının ərazisinə daxil olub 12.01.2019-cu il tarixdə, saat 21:32-də geri qayıtmış, 31.01.2019-cu il tarixdə, saat 18:24-də İran İslam Respublikasının ərazisinə daxil olub 31.01.2019-cu il tarixdə, saat 23:01-də geri qayıtmış, 22.04.2019-cu il tarixdə, saat 19:07-də İran İslam Respublikasının ərazisinə daxil olub 24.01.2019-cu il tarixdə, saat 23:07- də geri qayıtmış, 09.03.2019-cu il tarixdə, saat 17:59da İran İslam Respublikasının ərazisinə daxil olub 10.03.2019-cu il tarixdə, saat 22:51-də geri qayıtmış, 09.04.2019-cu il tarixdə, saat 18:17-də İran İslam Respublikasının ərazisinə daxil olub 12.04.2019-cu il tarixdə, saat 14:21-də geri qayıtmış, 28.04.2019-cu il tarixdə, saat 01:20-də İran İslam Respublikasının ərazisinə daxil olub 28.04.2019-cu il tarixdə, saat 07:35-də geri qayıtmış, 30.04.2019-cu il tarixdə, saat 12:34-də İran İslam Respublikasının ərazisinə daxil olub 30.04.2019-cu il tarixdə, saat 14:54-də geri qayıtmış, sonuncu dəfə isə 18.05.2019-cu il tarixdə, saat 19:41-də İran İslam Respublikasının ərazisinə daxil olub 19.05.2019-cu il tarixdə, saat 14:53-də geri qayıtmışdır. Cinayət işinin 2-ci cildinin 63-69-cu vərəqlərində olan protokoldan görünür ki, İran İslam Respublikasının ərazisinə tez-tez daxil olması ilə bağlı dindirilmiş Təqsirləndirilən şəxs2 bunu Hindistana getmək və ya əri X26 İslam Respublikasının ərazisində qarşılamaqla əlaqələndirsə də Təqsirləndirilən şəxs2 qısa müddətdə, hətta saatlarla hesablanacaq bir müddətdə Hindistana gedib-gəlməsi ağlabatan olmamış, həmçinin əri X1 məlumatlarına baxış keçirilərkən Təqsirləndirilən şəxs2 İran İslam Respublikasına olduğu müddətlərdə Rəşid Hüseynovun Azərbaycan Respublikasının ərazisində olduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 159-160-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama espertizasının 19 fevral 2020-ci il tarixli 437 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 157-158-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama espertizasının 12 fevral 2020-ci il tarixli 360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Həmçinin Təqsirləndirilən şəxs1 «Whatsapp» ani mesajlaşma mübadilə sistemi ilə apardığı yazışmalar zamanı müəyyən edilmişdir ki, mobil telefonda adı «Tanımıram» kimi qeydə alınmış ***-***-**-** nömrənin istintaqa məlum olmayan istifadəçisi Təqsirləndirilən şəxs1 26 may 2019-cu il tarixdə, saat 16:55-də istifadəçilər arasında «Pati» kimi şifrələnmiş adı ilə tanınan psixotrop maddə olan metamfentamin istəyir, Təqsirləndirilən şəxs1 də öz növbəsində səsli mesaj göndərərək «nə gijdiyirsən bəs dalınca düşmürdün, Bariqa zadam sənə, gözdə də dedim sənə» deyərək cavab vermiş, həmçinin Təqsirləndirilən şəxs1 adı mobil telefonda qeyd edilməmiş ***-***-**-** nömrənin naməlum istifadəçisindən 12 may 2019-cu il tarixdə, saat 06:35-də istintaqa məlum olmayan «Nərgiz» adlı qız üçün istifadəçilər arasında «Pati» kimi şifrələnmiş adı ilə tanınan psixotrop maddə olan metamfentamin istəmişdir. Buradan da görünür ki, Təqsirləndirilən şəxs1 nəyinki əvvəllər psxotrop maddəni tanınmamış, hətta əvvəldən də psixotrop maddələrin dövriyyəsinə iştirak etmiş və psixotrop maddə olan metamfentaminin nə maddə olmasından məlumatı olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün gətirdiyi dəlilləri yuxarıda göstərilən sübutlarla tam təkzib olunduğundan məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı öz müdafiəsi üçün gətirdiyi dəlilləri yuxarıda göstərilən sübutlarla tam təkzib olunduğundan məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirərək sübut kimi qəbul etmir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarında göstərilir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Həmçinin, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qərarında göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. İttiham olunduğu cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi özlərinin qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq xisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 24, 117-119-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 29 may 2019-cu il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 71, 120-122-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 30 may 2019-cu il tarixdən şübhəli şəxs qismində tutulmuş, 31 may 2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 133-136, 2-ci cildinin 137-151-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamə və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.01.2013-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edilərək 02 il sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu Azərbaycan Respublikasının CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar, CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Himayəsində 1 azyaşlı uşağının olması, zərərçəkmişlə barışması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 29 may 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 30 may 2019-cu ildən 31 may 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulmuş, 31.05.2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 20.09.2021-ci il tarixdəBakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə «həbs» qətimkan tədbiri seçilmiş və 08 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 İbtidai istintaq zamanı tutularaq saxlanıldığı 30.05.2019-cu il tarixdən 31.05.2019-cu il tarixədək olan 2 (iki) gün təyin olunmuş cəza müddətinə hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 55 AZN (əlli beş manat), Təqsirləndirilən şəxs2 54,90 AZN (əlli dörd manat doxsan qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 40,107 qram psixotrop maddə olan metamfentam və 68,269 qram narkotik vasitə olan heroinin Bakı Ağır Cinayətlər Məhkəməsinin X4 barəsində olan 1(101)-312/2021 saylı, 08 fevral 2021-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə götürülmüş digər maddi sübutlar bir ədəd «X30» və bir ədəd «İphone 7» markalı mobil telefon aparatı, telefon məlumatlarının əks olunduğu 3 ədəd CD diskin hazırki cinayət işindən ayrılmış cinayət işində saxlanılması nəzərə alınmalı, TŞ görüntülərinin qeydə alındığı bir ədəd DVD disk isə hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən İbtidai istintaqda göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X15 üçün 60 AZN (altmış manat), X11 üçün üçün 24 AZN (iyirmi dörd manat), X12 üçün 318 AZN (üç yüz on səkkiz manat) Bakı şəhər 6 saylı vəkil bürosunun nəfinə, məhkəmə istintaqı zamanı göstərdikləri hüquqi yardıma görə Müdafiəçi2 üçün 600 AZN (altı yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 29 may 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı tutularaq saxlanıldığı 30.05.2019cu il tarixdən 31.05.2019-cu il tarixədək olan 2 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 08 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar olunub götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 40,107 qram psixotrop maddə olan metamfentam və 68,269 qram narkotik vasitə olan heroinin Bakı Ağır Cinayətlər Məhkəməsinin X4 barəsində olan 1(101)-312/2021 saylı, 08 fevral 2021-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə götürülmüş digər maddi sübutlar bir ədəd «X30» və bir ədəd «İphone 7» markalı mobil telefon aparatı, telefon məlumatlarının əks olunduğu 3 ədəd CD diskin hazırki cinayət işindən ayrılmış cinayət işində saxlanılması nəzərə alınsın, TŞ görüntülərinin qeydə alındığı bir ədəd DVD disk isə hazırki cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaqda göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X15 üçün 60 AZN (altmış manat), X11 üçün üçün 24 AZN (iyirmi dörd manat), X12 üçün 318 AZN (üç yüz on səkkiz manat) Bakı şəhər 6 saylı vəkil bürosunun nəfinə, məhkəmə istintaqı zamanı göstərdikləri hüquqi yardıma görə Müdafiəçi2 üçün 600 AZN (altı yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar