Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-139/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçiləri fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və “Kredo” Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsində qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olub, ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etmək, saxlamaq, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımaq, göndərmək, habelə qanunsuz olaraq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satmaq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək kimi ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, o cümlədən mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilən və edilməyən digər üzvlərindən ibarət sabit mütəşəkkil cinayətkar qrupun üzvü olaraq cinayət qazanclarından qrupun strukturundakı mövqeyinə görə 1000 manat pulun və istehlak etməsi üçün narkotik vasitələrin ona verilməsi müqabilində satış məqsədilə külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qanunsuz keçirməklə onları mütəşəkkil dəstənin Azərbaycan Respublikasında olan üzvlərinə çatdırılması barədə hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün razılaşdırılmış və ona həvalə edilmiş rol bölgüsünə və ümumi cinayətkar niyyətə əsasən 12 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən 2 bükümdə, ayrı-ayrılıqda çəkiləri 6,627 qram və 1,885 qram olmaqla ümumilikdə külli miqdarda, 8,512 qram kustar üsulla hazırlanmış metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 92,55 qram təşkil edən cəmi 502 həb MDMA (metilendioksimetamfetamin) psixotrop maddələrini, 8 bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,039 qram, 4,002 qram, 0,007 qram, 0,987 qram, 0,500 qram, 0,530 qram, 0,042 qram və 0,203 qram olmaqla ümumilikdə külli miqdarda, 7,337 qram kustar üsulla hazırlanmış kokain narkotik vasitələrini və təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 21 qram təşkil edən cəmi 70 həb preqabalin güclü təsir edən maddələrini mütəşəkkil dəstənin Türkiyə Respublikasında olan üzvü tərəfindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qəhvə və uşaq yeməyi qutularının içində 1 ədəd çəhrayı rəngli çamadana yerləşdirilməklə qablaşdırılmış vəziyyətdə satış məqsədi ilə qəsdən qanunsuz əldə etmiş, saxlamış və A320 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, 14 dekabr 2020-ci il tarixdə saat 21 radələrində Heydər Əliyev X16 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X21” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Kristal Abşeron Y/M, ev 9, mənzil 121 ünvanına aparmış və həmin gün qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri yaşadığı mənzildə mütəşəkkil dəstənin əvvəlcədən hazırlanmış plana və rol bölgüsünə uyğun olaraq qeyd edilən predmetləri əldə etməklə ayrı-ayrı bağlamalarda qablaşdırıb istehlakçılara çatdırılması onlara həvalə edilmiş, Azərbaycan Respublikasında olan üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 çatdırılmasını təmin etmiş, 30 dekabr 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanına keçirilmiş baxış zamanı yuxarıda adları çəkilən narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, təkrarən narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etmək, saxlamaq, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımaq, göndərmək, habelə qanunsuz olaraq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satmaq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək kimi ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, o cümlədən mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilən və edilməyən digər üzvlərindən ibarət sabit mütəşəkkil cinayətkar qrupun üzvü olaraq cinayət qazanclarından qrupun strukturundakı mövqeyinə görə 1000 manat pulun və istehlak etməsi üçün narkotik vasitələrin ona verilməsi müqabilində satış məqsədilə külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qanunsuz keçirməklə onları mütəşəkkil dəstənin Azərbaycan Respublikasında olan üzvünə çatdırılması barədə hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün razılaşdırılmış və ona həvalə edilmiş rol bölgüsünə və ümumi cinayətkar niyyətə əsasən 24 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən 579 ədəd göy, 404 ədəd ağ, 496 ədəd boz və 63 ədəd yaşıl rəngli olmaqla, təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 285,852 qram təşkil edən cəmi 1542 həb MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsini və külli miqdarda, 320,105 qram kokain narkotik vasitəsini mütəşəkkil dəstənin Türkiyə Respublikasında olan üzvü tərəfindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsini 2 sellofan paketlərdə, yəni 1 ədədini “X22”, 1 ədədi isə “X23” qutusunun içərisində, kokain narkotik vasitəsi isə 1 ədəd “Aptamil” uşaq yeməyinin qutusunun içərisində 1 ədəd qırmızı rəngli çamadana yerləşdirilməklə qablaşdırılmış vəziyyətdə satış məqsədi ilə qəsdən qanunsuz əldə etmiş, saxlamış və 25 dekabr 2020-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddələri mütəşəkkil dəstənin əvvəlcədən hazırlanmış plana və rol bölgüsünə uyğun olaraq qeyd edilən predmetləri əldə etməklə ayrı-ayrı bağlamalarda qablaşdırıb istehlakçılara çatdırılması onlara həvalə edilmiş Azərbaycan Respublikasında olan üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 çatdırması üçün J2 176 nömrəli İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 21:45 radələrində Heydər Əliyev X16 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X21” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar keçirilməsinə nail olmuş, lakin, həmin vaxt keçirilmiş gömrük nəzarəti zamanı qeyd edilən narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etmək, saxlamaq, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımaq, göndərmək, habelə qanunsuz olaraq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satmaq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək kimi ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, o cümlədən mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilən və edilməyən digər üzvlərindən ibarət sabit mütəşəkkil cinayətkar qrupun üzvü olaraq cinayət qazanclarından qrupun strukturundakı mövqeyinə görə 1000 manat pulun, istehlak etməsi üçün narkotik vasitələrin və bu fəaliyyətlə bağlı nəqliyyat vasitəsinin yanacaq xərclərinin ona və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 verilməsi müqabilində satış məqsədilə ölkə ərazisinə qaçaqmalçılıq yolu gətirilən külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri mütəşəkkil dəstənin üzvündən əldə edərək xüsusi çəkilərə bölüb ayrı-ayrı bağlamalarda qablaşdırmaqla və istehlakçılara çatdırılması üçün Bakı şəhərinin müxtəlif yerlərində yerləşdirməklə ölkə ərazisində qanunsuz dövriyyəsinin həyata keçirilməsi barədə hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün razılaşdırılmış və ona həvalə edilmiş rol bölgüsünə və ümumi cinayətkar niyyətə əsasən 14 dekabr 2020-ci il tarixdə saat 21 radələrində mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs1 tərəfindən Heydər Əliyev X16 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X21” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş 2 bükümdə, ayrı-ayrılıqda çəkiləri 6,627 qram və 1,885 qram olmaqla ümumilikdə külli miqdarda, 8,512 qram kustar üsulla hazırlanmış metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 92,55 qram təşkil edən cəmi 502 həb MDMA (metilendioksimetamfetamin) psixotrop maddələrini, 8 bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,039 qram, 4,002 qram, 0,007 qram, 0,987 qram, 0,500 qram, 0,530 qram, 0,042 qram və 0,203 qram olmaqla ümumilikdə külli miqdarda, 7,337 qram kustar üsulla hazırlanmış kokain narkotik vasitələrini və təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 21 qram təşkil edən cəmi 70 həb preqabalin güclü təsir edən maddələrini həmin tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Kristal Abşeron Y/M, ev 9, mənzil 121 ünvanına Təqsirləndirilən şəxs3 ilə birlikdə gedərək Təqsirləndirilən şəxs1 malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qəhvə və uşaq yeməyi qutularının içində 1 ədəd çəhrayı rəngli çamadana yerləşdirilməklə qablaşdırılmış vəziyyətdə satış məqsədi ilə qəsdən qanunsuz əldə etmiş, Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadıqları ünvan 4 ünvanına daşıyaraq onları istehlakçılara çatdırılması üçün xüsusi çəkilərə bölüb ayrı-ayrı bağlamalarda qablaşdırmaqla saxlamış və 30 dekabr 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən qeyd edilən mənzilə keçirilmiş baxış zamanı yuxarıda adları çəkilən narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. Bundan əlavə, narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etmək, saxlamaq, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımaq, göndərmək, habelə qanunsuz olaraq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satmaq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək kimi ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, o cümlədən mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilən və edilməyən digər üzvlərindən ibarət sabit mütəşəkkil cinayətkar qrup tərəfindən əvvəlcədən hazırlanmış, ümumi niyyətə və cinayətin törədilməsində rolların bölüşdürülməsinə əsaslanan plana əsasən mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs1 təkrarən 24 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən 579 ədəd göy, 404 ədəd ağ, 496 ədəd boz və 63 ədəd yaşıl rəngli olmaqla, təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 285,852 qram təşkil edən cəmi 1542 həb MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsini və külli miqdarda, 320,105 qram kokain narkotik vasitəsini mütəşəkkil dəstənin Türkiyə Respublikasında olan üzvü tərəfindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsini 2 sellofan paketlərdə, yəni 1 ədədini “X22”, 1 ədədi isə “X23” qutusunun içərisində, kokain narkotik vasitəsi isə 1 ədəd “Aptamil” uşaq yeməyinin qutusunun içərisində 1 ədəd qırmızı rəngli çamadana yerləşdirilməklə qablaşdırılmış vəziyyətdə satış məqsədi və tamah niyyəti ilə qəsdən qanunsuz əldə etmiş, saxlamış və 25 dekabr 2020-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddələri mütəşəkkil dəstənin Azərbaycan Respublikasında olan üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 çatdırması üçün J2 176 nömrəli İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 21:45 radələrində Heydər Əliyev X16 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X21”gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar keçirilməsinə nail olmuş, lakin, həmin vaxt keçirilmiş gömrük nəzarəti zamanı qeyd edilən narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülməsi səbəbindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mütəşəkkil dəstə tərəfindən əvvəlcədən hazırlanmış plana uyğun olaraq qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri əldə edərək xüsusi çəkilərə bölüb ayrı-ayrı bağlamalarda qablaşdırmaqla istehlakçılara çatdırılması kimi rol bölgüsünə əsasən əvvəlcədən razılaşdırılaraq onlara həvalə edilmiş hərəkətlərini başa çatdıra bilməmiş, Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstənin üzvü kimi onun məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar satış məqsədi ilə təkrarən külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma və qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar keçirmə cinayətlərini törətmişdir Təqsirləndirilən şəxs3 narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etmək, saxlamaq, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımaq, göndərmək, habelə qanunsuz olaraq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satmaq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək kimi ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, o cümlədən mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilən və edilməyən digər üzvlərindən ibarət sabit mütəşəkkil cinayətkar qrupun üzvü olaraq cinayət qazanclarından qrupun strukturundakı mövqeyinə görə 1000 manat pulun, istehlak etməsi üçün narkotik vasitələrin və bu fəaliyyətlə bağlı nəqliyyat vasitəsinin yanacaq xərclərinin ona və cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 verilməsi müqabilində satış məqsədilə ölkə ərazisinə qaçaqmalçılıq yolu gətirilən külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri mütəşəkkil dəstənin üzvündən əldə edərək xüsusi çəkilərə bölüb ayrı-ayrı bağlamalarda qablaşdırmaqla və istehlakçılara çatdırılması üçün Bakı şəhərinin müxtəlif yerlərində yerləşdirməklə ölkə ərazisində qanunsuz dövriyyəsinin həyata keçirilməsi barədə hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün razılaşdırılmış və ona həvalə edilmiş rol bölgüsünə və ümumi cinayətkar niyyətə əsasən 14 dekabr 2020-ci il tarixdə saat 21 radələrində mütəşəkkil dəstənin digər üzvü Təqsirləndirilən şəxs1 tərəfindən Heydər Əliyev X16 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X21” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş 2 bükümdə, ayrı-ayrılıqda çəkiləri 6,627 qram və 1,885 qram olmaqla ümumilikdə külli miqdarda, 8,512 qram kustar üsulla hazırlanmış metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 92,55 qram təşkil edən cəmi 502 həb MDMA (metilendioksimetamfetamin) psixotrop maddələrini, 8 bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,039 qram, 4,002 qram, 0,007 qram, 0,987 qram, 0,500 qram, 0,530 qram, 0,042 qram və 0,203 qram olmaqla ümumilikdə külli miqdarda, 7,337 qram kustar üsulla hazırlanmış kokain narkotik vasitələrini və təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 21 qram təşkil edən cəmi 70 həb preqabalin güclü təsir edən maddələrini həmin tarixdə sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Kristal Abşeron Y/M, ev 9, mənzil 121 ünvanına Təqsirləndirilən şəxs2 ilə birlikdə gedərək Təqsirləndirilən şəxs1 malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qəhvə və uşaq yeməyi qutularının içində 1 ədəd çəhrayı rəngli çamadana yerləşdirilməklə qablaşdırılmış vəziyyətdə satış məqsədi ilə qəsdən qanunsuz əldə etmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları ünvan 4 ünvanına daşıyaraq onları istehlakçılara çatdırılması üçün xüsusi çəkilərə bölüb ayrı-ayrı bağlamalarda qablaşdırmaqla saxlamış və 30 dekabr 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən qeyd edilən mənzilə keçirilmiş baxış zamanı yuxarıda adları çəkilən narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür. Bundan əlavə, narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq əldə etmək, saxlamaq, Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımaq, göndərmək, habelə qanunsuz olaraq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri satmaq, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək kimi ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, o cümlədən mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilən və edilməyən digər üzvlərindən ibarət sabit mütəşəkkil cinayətkar qrup tərəfindən əvvəlcədən hazırlanmış, ümumi niyyətə və cinayətin törədilməsində rolların bölüşdürülməsinə əsaslanan plana əsasən mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs1 təkrarən 24 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikasına gedib orada mütəşəkkil dəstənin istintaqla şəxsiyyəti müəyyən edilməmiş üzvündən 579 ədəd göy, 404 ədəd ağ, 496 ədəd boz və 63 ədəd yaşıl rəngli olmaqla, təsiredici maddəsinin ümumi miqdarı külli miqdar, 285,852 qram təşkil edən cəmi 1542 həb MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsini və külli miqdarda, 320,105 qram kokain narkotik vasitəsini mütəşəkkil dəstənin Türkiyə Respublikasında olan üzvü tərəfindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsini 2 sellofan paketlərdə, yəni 1 ədədini “X22”, 1 ədədi isə “X23” qutusunun içərisində, kokain narkotik vasitəsi isə 1 ədəd “Aptamil” uşaq yeməyinin qutusunun içərisində 1 ədəd qırmızı rəngli çamadana yerləşdirilməklə qablaşdırılmış vəziyyətdə satış məqsədi ilə qəsdən qanunsuz əldə etmiş, saxlamış və 25 dekabr 2020-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddələri mütəşəkkil dəstənin Azərbaycan Respublikasında olan üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 çatdırması üçün J2 176 nömrəli İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış, həmin tarixdə saat 21:45 radələrində Heydər Əliyev X16 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X21” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar keçirilməsinə nail olmuş, lakin, həmin vaxt keçirilmiş gömrük nəzarəti zamanı qeyd edilən narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülməsi səbəbindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mütəşəkkil dəstə tərəfindən əvvəlcədən hazırlanmış plana uyğun olaraq qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri əldə edərək xüsusi çəkilərə bölüb ayrı-ayrı bağlamalarda qablaşdırmaqla istehlakçılara çatdırılması kimi rol bölgüsünə əsasən əvvəlcədən razılaşdırılaraq onlara həvalə edilmiş hərəkətlərini başa çatdıra bilməmiş, Təqsirləndirilən şəxs3 mütəşəkkil dəstənin üzvü kimi onun məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar satış məqsədi ilə təkrarən külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma və qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar keçirmə cinayətlərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif edilən Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmədə ifadəsi tədqiq və elan edilmiş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, Zahid ona həmin malların narkotik olduğunu bildirməmişdir. Ümumiyyətlə Zahidlə o, Türkiyədən Azərbaycana çamadan aparmağı barədə razılığa gəlmişlər, lakin nə Zahid ona həmin çamadanın içərisində narkotik vasitələrin olduğunu bildirmiş, nə də o, həmin çamadanın içərisində nə olduğunu Zahiddən soruşmamışdır. O, 09.12.2020-ci ildə İstanbuldan Bakıya gətirdiyi mavi rəngli çamadanın içərisində nə olduğunu bilməmiş, 1000 manat müqabilində həmin çamadanı evinə gətirmiş və istifadəsində ***-***-**-** nömrəsi olan Lalə adlı xanım gəlib onun yaşadığı mənzildən həmin çamadanı aparmışdır. Həmin gün Zahid onun kartına 1000 manat pul göndərmişdir. Növbəti dəfə o, 12.12.2020-ci il tarixində Zahidin göstərişinə əsasən İstanbula uçmuş və 2 gün orada qalmışdır. 14.12.2020-ci il tarixində Zahid ona yazmışdır ki, bu dəfə çamadan alınmır, qayıt get Bakıya. O da həmin gün Bakıya yalnız özünə məxsus əl çantası ilə geri qayıtmışdır. Onun İstanbula gedib qayıtmağına görə Zahid onun adına olan Expressbanka məxsus kartına 300 manat pul göndərmişdir. Əvvəlki reyslərdə olduğu kimi sonuncu dəfə də Zahid ona bilet alıb Türkiyəyə gedib çamadan gətirməyini istəmişdir. O da Zahidin istəyinə uyğun olaraq 24.12.2020-ci il tarixdə İstanbula gedib oteldə qalmış, 25.12.2020-ci il tarixdə Zahid ona otelin qarşısına çıxıb çamadanı götürməyini bildirmiş, o da otelin qarşısına düşüb 1 ədəd çamadanı tanımadığı şəxsdən təhvil almışdır. Həmin vaxt Zahidin göstərişinə əsasən Bakı şəhərindən götürdüyü 2 ədəd bank kartını və hava limanından aldığı 6 blok Parlament siqaretlərini də həmin şəxsə təhvil vermişdir. O, bundan sonra həmin çamadanın sepinin kənarının birazca açıq olduğunu görüb onun şəklini çəkib Zahidə göndərmiş, Zahid ona həmin çamadanı hava limanında əlavə olaraq sellofanla sarıtdırmağını tapşırmış, o da Zahidin dediyi kimi etmişdir. Təyyarə Bakı şəhərinə endikdən sonra onun həmin çamadanının üstünə qırmızı lent bağlanmağını görüb bu barədə Zahidə bildirmiş, sonra Zahidin göstərişinə əsasən tualetə gedərək həmin qırmızı lenti sökmüşdür. Gömrük nəzarətindən keçərkən isə çamadanın içərisindən bir ədəd “X22” və bir ədəd “X23” qutusunun içinə yerləşdirilmiş sellofan paketlərdə ümumi çəkisi təxminən 590 qram olan 579 ədəd göy rəngli, 404 ədəd ağ rəngli, 496 ədəd boz rəngli, 63 ədəd yaşıl rəngli həblər, ümumi çəkisi təxminən 119 qram olan qəhvəyi rəngli toz şəklində olan maddə, bir ədəd “Aptamil” uşaq yeməyinin qutusunun içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 326 qram olan ağ rəngli bərk maddə, bir ədəd “Lipton” çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 488 qram olan qəhvəyi rəngli qurudulmuş bitki aşkar olunmuşdur. Həmçinin çamadanda olan kağız paketin içinə yerləşdirilmiş kiçik həcmli qadın çantasının içərisindəki bəzək əşyalarının arasından 2 ədəd avtomobil lampası aşkar olunmuşdur. Həmin predmetlər gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona ünvanlanmış suallara cavab olaraq həmçinin bildirmişdir ki, Zahidlə razılığı yalnız içərisində nəyin olduğunu bilmədiyi çamadanı hər dəfə gətirməyə görə 1000 manat pul alacağından ibarətdir. Yaddaşı zəif olduğuna və psixoloji problemləri olduğuna görə istintaqa əvvəl verdiyi ifadəsində niyə “2020-ci ilin dekabr ayının əvvəlləri Zahidə bildirdim ki, mənə pul lazımdı. Zahid də mənə İstanbula gedib, oradan narkotik vasitələr gətirəcəyim təqdirdə, hər reysə 1000 manat pul verə biləcəyini dedi. Mən də Zahidin bu təklifi ilə razılaşdım” bildirməsini xatırlamır. O, Zahidin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirmiş. Lakin həmin çamadanın içərisində narkotik vasitələrin olmasından dəqiq xəbərim olmamış, Zahid ona bu barədə heç nə deməmişdir. Lakin Zahidin narkotiklə əlaqəli adam olduğunu bildiyi üçün ehtimal edirmiş ki, çamadanın içərisində narkotik vasitələr vardır. Özünün adına olan "xxxx" ASC-yə məxsus kartına Zahid bu işlərinə görə müxtəlif vaxtlarda pul göndərirmiş. Bundan başqa yaxın qohumları, oğlan dostları və s. tərəfindən də həmin karta ona yardım məqsədilə pullar göndərilmişdir. "xxxx" ASC-yə məxsus olan adına qeydə alınmış bank kartını isə o, Zahidin göstərişinə əsasən 2020-ci ilin payız aylarında almış və Zahidin göndərdiyi tanımadığı bir oğlana vermişdir. Zahidin həmin kartı hansı məqsədlə istifadə etdiyini bilmir. Lakin Zahid ona söz vermişdi ki, həmin kartdan narkotiklə bağlı istifadə etməyəcəkdir. Onun mobil telefonunda +**********61 nömrəsi ilə “Rasim” adı altında qeyd edilmiş şəxs ilə 25.12.2020-ci il tarixdə İstanbulda hava limanında tanış olmuş, Rasim ona həmin vaxt ətir almış, lakin həmin ətir Rasimin çantasında qalmışdır. Bakıya gəldikdən sonra isə onun baqajı yubandığı üçün Rasim narahat olaraq ona mesaj yazmışdır. Rasimin narkotiklə əlaqəsi yoxdur. Ona “Aşkım nerdesin”, “Sen neden açmiyon telfonu? Sorunmu var?. Seni yakaladılar tamam belli oldu Allah yardımcın olsun” mesajlarını göndərməklə yanaşı çoxlu sayda zənglər vurmuş +**********3 nömrəsinin istifadəçisinin adını Tarkan kimi bilir. O, Tarkanı 2-3 il bundan əvvəl İstanbulda tanımış və dostluq münasibətləri olubdur. Tarkanın hansı səbəbdən həmin mesajları yazdığını bilmir. Tarkanla təxminən 1 il olardı ki əlaqəsi yox idi. Tarkanın ondan aşkar edilərək götürülmüş narkotiklə nə əlaqəsi olduğunu bilmir. Həmin nömrənin WhatsAppının profil şəkili Tarkanın özünə məxsusdur. Tarkanın hazırda harada yaşaması barədə məlumat yoxdur. O, Naranı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayan rəfiqəsi kimi tanıyır. Lakin Naranın özü ilə şəxsən görüşməmiş və heç bir əlaqəsi olmamışdır. O, birinci dəfə 09.12.2020-ci il tarixdə 1 çamadanı İstanbuldan Bakıya gətirib Laləyə vermiş. İkinci dəfə İstanbulda olarkən Zahidin göstərişinə əsasən tanımadığı şəxs ona 1 ədəd çəhrayı rəngli balaca ölçülü çamadan təhvil vermiş. O, həmin çamadanın da içərisində nə olduğunu bilməmişdir. O da həmin çamadanı Zahidin göstərişinə əsasən 14.12.2020-ci il tarixdə İstanbul-Bakı reysi ilə Azərbaycana gətirib yaşadığı evdə Laləyə təhvil vermişdir. İlkin ifadəsində qorxduğu üçün 14 dekabr 2020-ci il tarixdə gətirdiyi çamadanı və onu Laləyə təhvil verdiyini bildirməmişdir. O, Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr, o cümlədən elektron tərəzilər, qeydiyyat dəftərləri, narkotik vasitələrin qəbulunda istifadə edilən avadanlıqlar barədə heç bir məlumatı yoxdur. O, 14.12.2020-ci il tarixdə həmin çamadanı İstanbuldan Bakıya gətirib yaşadığı evə aparmış, bundan sonra Təqsirləndirilən şəxs2 ona WhatsAppla görüntülü zəng vurub evə çatıb-çatmadığını soruşub İstanbuldan gətirdiyi çamadanı gəlib bir azdan götürəcəyini bildirmiş, bir qədər sonra isə Lalə onun yaşadığı evə gəlmiş və içərisində nə olduğunu bilmədiyi həmin çamadanı ondan alıb aparmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bağlı məhkəmədə verilmiş suallara cavab verməkdən imtina edərək, ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ünvanında rəfiqəsi Təqsirləndirilən şəxs3 ilə kirayədə yaşamışdır. O, təxminən 2015-ci ilin sonlarından metamfetamin psixotrop maddəsindən istifadə etmiş, lakin metamfetaminin ona pis təsir etdiyindən marixuana narkotik vasitəsindən istifadə etməyə başlamışdır. Ona 2020-ci ilin aprel-may aylarında narkotik vasitə lazım olduğundan və həmin vaxt narkotik vasitə tapa bilmədiyindən hazırda xatırlamadığı hansısa tanışı vasitəsilə özünü “Ziko” kimi təqdim edən və istifadəsində +1(774)290-60-11 WhatsApp nömrəsi olan şəxslə əlaqə saxlamışdır. Həmin vaxt Zikodan ona marixuana satmasını xahiş etmiş, Ziko da həmin vaxtdan etibarən ona son 4 rəqəmi “0999” olan Unibank bankına məxsus karta müəyyən məbləğdə pul göndərməyini, bunun müqabilində ona narkotik vasitə marixuananın qoyulacağı yeri bildirəcəyini demişdir. O da Milliön aparatları vasitəsilə Zikonun dediyi karta pul göndərib qəbzin şəklini Zikoya atmış və bundan sonra Zikonun dediyi ünvana gedib narkotik vasitəni götürmüşdür. Təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində Ziko ona hansısa sumkanı bir yerdən götürüb içərisində olan narkotik vasitələri, psixotrop maddələri müştərilərin istəyinə uyğun olaraq bölüşdürüb deyiləcək ərazilərdə sərbəst olaraq müəyyən edəcəyi yerlərə qoyacağı halda ona aylıq 1000 manat pul, istifadə edə biləcəyi qədər pulsuz marixuana və avtomobili üçün benzin pulu verə biləcəyini təklif etmişdir. O da Zikonun bu təklifi ilə razılaşmış və zaklatşik işləməyə başlamış, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən Zikonun ona dediyi yerlərə gedib, həmin yerlərdə olan içərisində narkotik vasitə və ya psixotrop maddələrin olduğu bağlamanı götürüb, evə gətirib Zikonun sonrakı tarixlərdə dediyi miqdarda və növdə bölüb deyilən ünvanlara çatdırmışdır. O, bununla bağlı özünə qeydiyyat dəftəri tərtib etmişdir ki, sifarişləri qarışdırmasın. 2020-ci ilin dekabr ayının əvvəllərində Ziko +1(774)290-60-11 WhatsApp nömrəsi vasitəsilə ona Xırdalan şəhərinə gedib içərisində narkotik vasitələr olan bir çamadanı götürməyi tapşırmış və həmin ünvanın konumunu ona atmışdır. O, həmin ünvana yaxınlaşanda Ziko ona qalxıb evdən çamadanı götürməsini bildirmiş, o da Zikonun dediyi kimi etmiş və Kristal Abşeron yaşayış massivində yerləşən həmin evə qalxmış, çamadanı götürəcəyi şəxsin İlahə adında xanım olduğunu bilmişdir. O, həmin çamadanı götürüb yaşadığı evə gətirmiş, bundan sonra Zikonun göstərişinə əsasən həmin çamadanı açmış və içərisində qadın alt paltarları, koftalarının yanında olan uşaq şirniyyatları, körpə uşaq yeməyi qutularının içindəki təxminən 900 qram bonzay, 1500 ədəd ekstazi həbləri və 100 qram kokaini götürmüşdür. Bundan sonrakı günlərdə Zikonun göstərişinə əsasən həmin malları bölüşdürüb Zikonun dediyi müxtəlif yerlərə qoymuş, həmin malları Bakı şəhərinin müxtəlif yerlərində yerləşdirirmiş və həmin mallara görə ödənişləri müştərilər Zikonun kartına göndərirmişlər. Bu işlərinə görə Ziko yuxarıda qeyd etdiyi kimi onun adına olan Kapital Banka məxsus və son 4 rəqəmi 6172 olan kartına pul köçürürmüş, təxminən 2020-ci ilin dekabr ayının ortalarında Zikonun göstərişinə əsasən o, yenə gedib İlahədən bənövşəyi rəngdə bir çamadandakı narkotik vasitələri götürmüşdür. Həmin vaxt onunla birlikdə yaşayan Nara kimi səslədiyi Təqsirləndirilən şəxs3 da onunla birlikdə getmiş, lakin həmin vaxt Nara maşında onu gözləmiş, o, gedib çamadanı İlahədən alıb qayıtmışdır. Həmin vaxt Nara çamadanın içərisində nə olduğunu bilməmiş, lakin çamadanı evdə açanda Nərminə də həmin çamadanda narkotik vasitə, psixotrop maddə olduğunu bilmişdir. Nərminə onunla bir neçə dəfə narkotik vasitə marixuana istifadə etsə də Zikonun göstərişinə əsasən narkotik vasitələrin çatdırılması işinə qarışmamış, və bu istiqamətdə fəaliyyət göstərməmiş, lakin Nərminənin onun bu işi gördüyü barədə məlumatı olmuş, ancaq Nərminənin Ziko ilə əlaqəsi olmamışdır. Zikonun 2020-ci ilinin dekabr ayının ortalarında İlahənin vasitəsilə ona göndərdiyi mallar təxminən 200 qram kokain, 1000 ədədə yaxın ekstazi həbindən ibarət olmuş, onları da uşaq yeməyi qutuları, qəhvə qutularının içərisinə qablaşdırıb göndərmişlər. O, təxminən 24-25 dekabr 2020-ci ildə Zikoya narkotik vasitə və psixotrop maddələrinin azaldığını bildirmiş, Ziko da cavabında ona narahat olmamağını, mallarının çox olduğunu bildirmişdir. 26 dekabr 2020-ci il tarixdə saat 23 radələrində Ziko ona “İlahə yandı (yəni tutuldu) ehtiyatlı ol” məzmunlu sms yazmış, bundan sonra o, dərhal WhatsAppını silmiş və telefonunu söndürmüşdür. Həmin gün evdən çölə çıxmamış, lakin növbəti günlərdə əlində olan narkotikləri müştərilərin götürəcəyi yerə qoymaq üçün bir neçə dəfə ehtiyatlı şəkildə çölə çıxmışdır. 30 dekabr 2020-ci il tarixdə gömrük əməkdaşları tərəfindən DGK Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət ediləndə artıq İlahənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi narkotik vasitə və psixotrop maddələrə görə çağırıldığını bilmişdir. O, İlahədən götürdüyü çamadanların içərisində narkotik vasitələrin və psixotrop maddələrin olması barədə əvvəlcədən məlumatlı olmuş, bu barədə Ziko ilə əvvəlcədən danışdığı və razılığa gəldiyi üçün bu barədə məlumatı olmuşdur. Ziko ona ölkə ərazisinə narkotik vasitə və psixotrop maddələr gətiriləcəyi barədə heç vaxt əvvəlcədən məlumat verməmiş, sadəcə olaraq təyyarə hava limanına endikdən və malı gətirəcək şəxs hava limanını sərbəst tərk etdikdən sonra Ziko onunla əlaqəyə girirdi. İlahə hava limanını sərbəst tərk etsəydi, Ziko ona bu barədə bildirəcəydi. İlahə ilə bağlı Ziko ona sadəcə olaraq İlahənin tutulmasını bildirərək ehtiyatlı olmağını bildirmiş, Ziko ilə onun əvvəlcədən razılaşmağına görə o, Zikonun narkotik və psixotrop tərkibli mallarını təhvil alıb, qramlara bölüb, müştəriyə çatdırmağı razılaşmışlar. Onun yaşadığı ünvana keçirilmiş baxış zamanı evindən aşkar edilərək götürülmüş dəftər və tərəzi ona məxsus olmuş, dəftərdəki qeydləri o, özü yazmışdır. Həmin qeydlər Ziko tərəfindən ona göndərilmiş narkotik vasitə və psixotrop maddələrin miqdarı, onlardan nə qədərini götürüb müştəriyə apardığı barədə qeydlər olmuşdur. Həmçinin evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin hamısını isə bölüb müştəriyə çatdırmağı üçün ona Ziko tərəfindən göndərilmiş, həmin narkotik vasitə və psixotrop maddələrin hamısı İlahə tərəfindən 2020-ci ilinin dekabr ayının ortasında ona gətirilmiş çamadandan çıxmışlar. Həmçinin o, Zikonun göstərişinə əsasən müxtəlif vaxtlarda tanımadığı və üzünü görmədiyi şəxslərin (zaklatşiklərin) vasitəsilə də narkotik vasitə və psixotrop maddələr almışdır. Evindən aşkar edilmiş malların bəziləri də həmin mallardan qalmış qalıqlar olmuşdur. Yaşadığı mənzildə həmçinin aşkar edilərək götürülmüş narkotik vasitələrin qəbulunda istifadə edilən avadanlaqların hamısı ona məxsusdur. O, onları kolleksiya olaraq yığıb saxlayırmış, idarə etdiyi nəqliyyat vasitəsinin ayaq altından aşkar edilmiş narkotik vasitəyə oxşar bitki kütləsi də ona məxsus olmuş, unutduğu üçün maşında qalmışdır. İlahə çamadanı ölkə ərazisinə gətirdiyi gün o, gedib narkotik vasitələrin yerləşdirildiyi çamadanı İlahənin yaşadığı evdən götürürmüş, Ziko ona guya İspaniyada yaşadığını, stopu olduğu üçün Azərbaycan Respublikasına gələ bilmədiyini demişdir. Ziko onunla yalnız WhatsAppda sms vasitəsilə əlaqə saxlayırmış, Ziko onunla heç vaxt səsli və ya görüntülü danışıq aparmamış, ona görə də onun Ziko barəsində heç bir məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs3 ilə müştərək istifadə etdiyi **-GY-*** dövlət nömrə nişanlı, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsindən aşkar edilmiş “4169 7413 5557 6172 Kapital Bank” kartını aliment üçün açdırmış, sonradan həmin kartdan başqa məqsədlərlə də , o cümlədən Zikonun ona pul göndərməsi üçün də istifadə etmişdir. “1237 0218 9267 1537 Ziraat Bank” bank kartı yalnız sosial yardım kartı olmuşdur. Avtomobildən aşkar edilmiş bir ədəd işlək vəziyyətdə olmayan ön və arxa hissələrinin şüşəsi sınıq vəziyyətdə olan qara rəngli “Samsung” markalı mobil telefon ona məxsus olmuş, lakin sındığı üçün istifadə etmirmişdir. Bir ədəd "xxxx" və bir ədəd “ais” adlı mobil operatorlara məxsus simkartlar qızının qol saatının kartları olmuş, iki ədəd kiçik ölçülü qaşığı isə uğur gətirməsi üçün saxlamışdır. X4 adına 24.12.2020-ci il tarixdə 130 manat ödənilməsi barədə MilliÖn ödəmə qəbzi ilə hansısa tanışı ondan öz kartının işləmədiyini, onun kartına pul göndəriləcəyini, onu kartdan çıxarıb ona verməyini xahiş etmişdir. Həmin vaxt onun kartına bir qədər pul gəlmiş, bundan sonra həmin tanışı ona bir kod göndərmişdir ki, həmin pul səhvən ona 130 manat artıq göndərildiyindən, ordan 130 manatı həmin karta geri göndərsin. O da ödəmə terminalına gedib həmin kodu yığmış və X4 adına həmin pulu göndərmişdir. "xxxx" ASC-də adına qeydə alınmış 4169-7413-5557-6172 nömrəli hesablaşma hesabına digər sistemlə mədaxil formasında 24.09.2020-ci il tarixdə 500 manat, 03.10.2020-ci il tarixdə 505 manat, 14.10.2020-ci il tarixdə 100 və 250 manat, 06.11.2020-ci il tarixdə 100 manat, 14.11.2020-ci il tarixdə 100 manat, 24.11.2020-ci il tarixdə 100 manat, 30.11.2020-ci il tarixdə 300 manat, 05.12.2020-ci il tarixdə 130 manat, 11.12.2020-ci il tarixdə 400 manat, 18.12.2020-ci il tarixdə 100 manat, 23.12.2020-ci il tarixdə 760 manat, 24.12.2020-ci il tarixdə 130 və 100 manat, 25.12.2020-ci il tarixdə 135 manat, 29.12.2020-ci il tarixdə 200 manat, terminaldan mədaxil formasında isə 25.10.2020-ci il tarixdə 500 manat, 26.10.2020-ci il tarixdə 400 manat, 06.11.2020-ci il tarixdə 250 manat, 23.11.2020-ci il tarixdə 400 manat, 09.12.2020-ci il tarixdə 100 manat, 11.12.2020-ci il tarixdə 190 manat, 16.12.2020-ci il tarixdə 140 manat, 20.12.2020-ci il tarixdə 400 manat, 24.12.2020-ci il tarixdə 200 manat və 28.12.2020-ci il tarixdə 210 manat məbləğində olmuş pul köçürmələrinin bəzilərini Ziko, digərlərini isə başqa tanışları ona göndəribdir. Ziko əsasən 400 və 500 manat göndərirmiş. Hazırda konkret olaraq hansı ödənişin kim tərəfindən edildiyini xatırlamır. İstifadəsində olan həmin plastik kartla birbank vasitəsilə X9 istifadəsində olan 416974******9250 (38810) nömrəli karta 07.10.2020-ci il tarixdə 200 manat, X5 istifadəsində olan 416973******1079 (38817) nömrəli karta 12.12.2020-ci il tarixdə 190 manat, X1 istifadəsində olan 416974******5366 (38810) nömrəli karta 16.12.2020-ci il tarixdə 142 manat, X13 istifadəsində olan 416974******4139 (38810) nömrəli karta 20.12.2020-ci il tarixdə 450 manat, X14 istifadəsində olan 416974******4062 (38810) nömrəli karta 23.12.2020-ci il tarixdə 760 manat və X5 istifadəsində olan 416973******1079 (38817) nömrəli kartdan onun həmin kart hesabına 28.12.2020-ci il tarixdə 150 manat məbləğində pul köçürmələrindən Nicat Kərimova maşının lizinqinə görə, Elçin (Elşən) Mazanova evin kirayəsinə görə ödənişlər etdiyini xatırlayır. Digər ödənişləri və həmin şəxsləri xatırlamır. Lakin dəqiq bilir ki, həmin ödənişlərin narkotik vasitələrlə heç bir əlaqəsi olmayıbdır. Adına və istifadəsində olmuş həmin plastik kartla birbank vasitəsilə 08.07.2020-ci il tarixdə 120 və 170 manat, 28.07.2020-ci il tarixdə 110 manat, 02.08.2020-ci il tarixdə 155 manat, 03.08.2020-ci il tarixdə 110 manat, 05.08.2020-ci il tarixdə 80 manat, 06.08.2020-ci il tarixdə 110 manat, 13.08.2020-ci il tarixdə 60 manat, 15.08.2020-ci il tarixdə 60 manat, 30.08.2020-ci il tarixdə 55 manat, 04.09.2020-ci il tarixdə 60 və 60 manat, 07.09.2020-ci il tarixdə 170 manat, 14.09.2020-ci il tarixdə 90 manat, 24.09.2020-ci il tarixdə 120 manat, 23.11.2020-ci il tarixdə 180 manat, 10.12.2020-ci il tarixdə 60 manat və 12.12.2020-ci il tarixdə 110 manat məbləğində pul köçürmələri etdiyi Unibanka məxsus 524375******0999 nömrəli kart X17 adında birinə məxsusdur. O və Nərminə Zikodan marixuana alan vaxtlarda həmin karta ödəniş edib narkotik vasitələrini almışlar. Ziko onun narkotik vasitələrini zaklatka elədiklərinə görə onlara pulsuz marixuana verirmiş, lakin bəzən elə olmuşdur ki, onlar həmin marixuananı pul ilə ondan almış, buna görə də ödənişi həmin karta edilmişdir. Rəfiqəsi Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı mənzildə 30.12.2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd göy rəngli üzərində “Notes” yazılmış dəftərin ilk vərəqlərində “Oktyabr B. 30 q., E. 50 (Dukati), L. 10L (140), P. 20 q., L. 10L (140), L. 20L (280), E.50 (Dukati), L. 10L (140), E. 100 (Red Bull)” və s. kimi qeydlərin, dəftərin 11-ci vərəqində “Bonzay 80 (47), Lirika 150, Patı 147 (1), Ot 200 (17), Paden 45 (22), Dukati 200 (44), Redbull 200 (51), 500+400 göndərmisən, Noyabr P. 15q, Pn. 5L, Ot 100q, E. 20 (Tramp), E. 20 (Heineken), E. 30 (Redbull), E. 130 (Dukati), Pn. 35L” qeydlərin, növbəti vərəqlərdə isə “P-1 qalıq 15, L-8 qalıq 14, E.R-3 qalıq 48, Ot – 2 qalıq 2, Patı – 177q (7,5), Lirika – 151,5L (0), Bonzay – 20 (22), Ot – 400 (16), Dukati – 330 (42), Redbull – 230 (120), Tramp – 20 (0), Heineken – 20 (0), Kola – 100q (32,5), 100m+50m (mənə göndərmisən), 750m (keçən aydan qalan borc), 70m (itən 1q patı), 60m (itən 2q ot), 40m (0,5 patı) = 1070m, 20q ot – 400m, 20q ot – 400m, 12q ot – 240m, 12q ot – 240m = 1280m” və s. kimi qeydlərdən L – lirika, P – metamfetamin (patı), E – ekstazi, Pn- paden, B – bonzay, Ot – marixuana deməkdir. Onların qabaqlarındakı rəqəmlər isə Zikonun ona göndərdiyi, gün ərzində satılan və qalıq qalan miqdarlarla bağlıdır. Həmçinin onun Ziko ilə arasında olan aylıq pul ilə bağlı qeydləridir. Sözügedən axtarış zamanı yaşadığı mənzildən həmçinin aşkar edilərək götürülmüş 1 ədəd üzərində “Elit Uninote” yazılmış bənövşəyi rəngli dəftərin 35-37-ci vərəqlərində “Duk 2+7+13=22, 05+1+05+05+05+05+05+1+1+1.5+05+1=9, 7+28+7+7+7+7+7+7+7+7=6.5, Ot 2+2+4=8, Red 2+6+2+2+1=13” və s. kimi qeydlər ona məxsusdur. Gün ərzində satılmış narkotik vasitələrin qeydiyyatına dair qaralamalarıdır (qeydləridir). Həmin narkotik vasitələrin haqq hesabını o, etmiş, narkotikləri bölüb tərəzi ilə çəkib qablaşdırmağı Nərminə həyata keçirirmiş, onların zaklatka edilməsini isə bəzi hallarda ikisi bir yerdə həyata keçirirmişlər. Ama elə də olurdu ki, ya o, ya da Nərminə narkotikləri götürüb evdən tək çıxıb zaklatkalarını etmişlər. O, Nərminənin də tutulmasını istəmədiyi üçün istintaqa verdiyi ifadələrində özünün Ziko (Zahid) adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair fəaliyyətindən Təqsirləndirilən şəxs3 xəbərinin olduğunu, lakin onun (Nərminənin) bu işlərlə əlaqəsinin və iştirakının olmadığını bildirmişdir. Əslində isə Nərminə narkotik vasitələrin bölünməsində, zaklatka edilməsində onunla bərabər iştirak etmişdir. Bu işlərə görə onun əldə etdiyi gəliri hər ikisi müştərək istifadə etmişlər. O, X15 ilə internet vasitəsilə tanış olmuş və yaxın münasibətləri yaranmışdır. 2020-ci ilin dekabr ayında o, Vüqara özünün pula ehtiyacının olduğunu, onda Ekstazi olduğunu, onu satmaq istədiyini bildirmişdir. Vüqar bir qədər sonra ona həmin Ekstaziləri haradan, kimdən aldığını soruşanda, o, Vüqara həmin ekstaziləri Türkiyədə yaşayan tanışının pay göndərdiyini bildirmişdir. Vüqar həmin ekstaziləri əvvəllər narkotik vasitələr aldığı və özünü Sabutar və Cahandar kimi təqdim edən bir nəfərə göndərdiyini, həmin şəxsin bu narkotikləri özünün Bakıda yaşayan bir qıza göndərdiyini demişdir. Vüqar özünü Sabutar və Cahandar kimi təqdim edən şəxsin özünü ona hansı adla təqdim etdiyini soruşmuş, o da Vüqara həmin şəxsin özünü ona Ziko, Zahid kimi təqdim etdiyini bildirmişdir. Bundan sonra Ziko ilə söhbətləri zamanı da hiss etmişdir ki, Ziko ilə Sabutar (Cahandar) adlı şəxs eyni adamdırlar. Çünki Ziko ona hər dəfəsində üstüörtülü olaraq demişdir ki, onun Zikodan kənar da ekstazilər satmasından xəbəri vardır. Lakin özünü ələ verməmək üçün, yəni ona özünü Ziko, Zahid kimi təqdim edib, Vüqara isə Sabutar, Cahandar kimi təqdim edən şəxsin eyni adam olmasının bilinməməsi üçün bunu açıq-aşkar ona bildirməmişdir. O, bundan sonra Vüqara bildirmişdir ki, ondan ekstazi alması barədə Zikoya heç nə bildirməsin. Bundan başqa onu da qeyd edir ki, bir dəfə onun zaklatka etdiyi hansısa narkotiki müştəri gəlib tapa bilmədiyi üçün Zikoya səs atmışdı, Ziko da həmin səsi ona göndərmişdi, o, həmin səsə qulaq asanda həmin şəxs Zikoya “Cahan” deyə müraciət edirmiş. O, bütün bunları analiz etmiş və Vüqarın Sabutay (Cahandar) kimi tanıdığı şəxs ilə onun Ziko (Zahid) kimi tanıdığı şəxsin istifadəsində +1(774)290-60-11 WhatsApp nömrəsi olan şəxs olduğu qənaətinə gəlmişdir. Ona özünü Ziko, Zahid kimi təqdim edib, Vüqar İslamzadəyə isə Sabutar, Cahandar kimi təqdim edən şəxsi heç vaxt görməmiş və tanımamış, ona görə də həmin şəxsin fotoşəkilini tanıya bilməz. O, bənövşəyi rəngli çamadanı İlahədən 2020-ci ilin dekabr ayının əvvəlində götürmüş və həmin çamadanın içərisində narkotik vasitələr olmuşdur. 2020-ci ilin dekabr ayının ortalarında Nərminə ilə birlikdə Xırdalan şəhərinə gedib İlahədən təhvil aldığı və içərisində narkotik vasitələr, psixotrop maddələr olan çamadan isə çəhrayı rəngli olmuşdur. Həmin çamadanı Nərminə 17 dekabr 2020-ci il tarixdə Türkiyəyə gedib qayıdarkən şəxsi əşyalarını daşımaq məqsədilə istifadə etmişdir. Onların yaşadığı mənzilə 30 dekabr 2020-ci il tarixdə keçirilmiş baxış zamanı həmin çamadan aşkar edilərək götürülmüşdür. Özünün telefonu 2020-ci ilin dekabr ayının sonlarında sındığından o, lazım olduqca Nərminənin +**********75 nömrəli telefonundan istifadə etmişdir. Nərminənin telefonunun WhatsAppı vasitəsilə Vüqar İslamzadənin istifadəsində olan +**********11 nömrəsi ilə 24 dekabr 2020-ci il tarixdə yazışmaları o, həyata keçirmişdir. Həmin vaxt Vüqar özünün kartının bağlı olduğunu, onun kartına bir nəfərin 100 manat göndərməsi və onun həmin pulu nağdılaşdırıb Vüqara verməyini xahiş etdiyindən o, **********576172 nömrəli Kapital Banka məxsus kartının foto şəkilini Vüqara göndərmişdir. Bundan sonra həmin gün onun kartına 100 və 130 manat pul mədaxil olmuşdur. Vüqar ona həmin kartına göndərilmiş pulun 130 manatının səhvən göndərildiyini, digər 100 manatı nağdlaşdıran zaman həmin 130 manatı da ona atdığı Canahdar adı ilə qeyd edilmiş istifadəçi ilə yazışmadan screnşot edilmiş şəkildəki hesaba göndərməyini istəmişdir. Həmçinin Vüqar ona "230 atdım brat. Səən başıva dönüm o 130 zakazın puludu, onu bacardığın qədər tez kart atıram perevod elə ora” məzmunlu səsli mesajı ataraq bu səsdəki adamın onun Ziko və Zahid kimi, Vüqarın isə Cahandar və Sabutar kimi tanıdığı şəxsə aid olub-olmamasına işarə edən mesaj yazmışdır. O da Vüqara “odur, odur” yazmaqla həmin şəxsin eyni adam olduğunu bildirmişdir. Vüqar ondan kartının şəklini istəyən zaman pulun Ziko tərəfindən Vüqara göndəriləcəyini, həmin kartı Vüqarın Zikoya göndərəcəyini bilmirmiş. Onun həmin kartına Ziko müxtəlif vaxtlarda pul göndərdiyindən onun kartını tanıyırmış. Ona görə də Vüqar ona əvvəlcədən həmin pulun Ziko tərəfindən Vüqara göndəriləcəyini desəydi o, kartının şəkilini Vüqara göndərməkdən imtina edərmiş. O, adına həmin 130 manatı göndərdiyi şəxsi yəni, X6 tanımır və onunla heç bir əlaqəsi olmayıbdır. Onun həmin vaxt nağdlaşdırdığı 100 manatı isə 2020-ci ilin dekabr ayının 24-dən 25-nə keçən gecə yaşadığı evin yaxınlığında Vüqara vermişdir. O, Zikonun səsini əvvəllər eşitməmiş, ilk dəfə Vüqarın ona göndərdiyi həmin 6 saniyəlik səsdə eşitmişdir. Lakin Vüqarın ona screnşot edib atdığı şəkildə “Cahandar” yazılması, Vüqarla əvvəl həmin şəxsin barəsində olan müzakirələri, həmçinin Zikonun ona üstüörtülü formada sözlər “soxmasını” və digər halları analiz etdikdə həmin şəxslərin eyni adam olması qənaətinə gəlir. Bu səbəbdən də Vüqara həmin şəxslərin eyni adam olduğunu bildirmişdir. O, Azərbaycan Respublikası vətəndaşı X18 adında şəxsi tanımır və onunla heç bir əlaqəsi olmamışdır. Bankomat vasitəsilə qeydə alınmış görüntülərdəki şəxslərin heç birini tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif edilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmədə ifadəsi tədqiq və elan edilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olub, ünvan 4 ünvanında rəfiqəsi Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayədə yaşayır. Ona tanışları Nara deyə səslənirlər. Əvvəllər 1 dəfə ərdə olmuş, hazırda subaydır və 1 qızı, 1 oğlu vardır. O, təxminən 2015-ci ildən anaşa (marixuana) narkotik vasitəsindən istifadə edir. O, bir neçə dəfə həmin narkotik vasitəni Lalə ilə birlikdə istifadə etmişdir. Həmin narkotik vasitəni onun üçün Lalə təşkil edirmiş. Lalənin həmin narkotiki kimdən, haradan əldə etdiyini bilmir. Lalə ondan onunla birlikdə 2020-ci ilin dekabr ayının ortalarında axşam saatlarında Abşeron rayonu Xırdalan şəhərinə getmələrini xahiş etmişdir. Lalə ona həmin vaxt Xırdalanda işi olduğunu, lakin konkret olaraq nə işi olduğunu bildirməmişdir. O da Lalənin həmin təklifi ilə razılaşmış və Lalənin maşını ilə Xırdalan şəhərində yerləşən Kristal Abşeron yaşayış massivinə getmişdir. Orada Lalə ona maşında gözləməyini bildirib avtomobildən düşmüş və orada olan yeni tikili yaşayış binasına daxil olmuşdur. Bir neçə dəqiqə sonra Lalə əlində 1 ədəd çamadanla maşına əyləşmişdir. O, Lalədən həmin çamadanın içində nə olduğunu soruşduqda Lalə ona çamadanda paltarzad olduğunu və həmin paltarları türməyə göndərəcəyini bildirmişdir. Həmin vaxt onlar postdan keçən zaman çamadanın türməyə göndərildiyi üçün narahat olub qorxmuş və bu barədə Lalə İlahəyə sonradan WhatsApp səsi atarkən də bildirmişdir. Onlar həmin axşam çamadanla birlikdə yaşadıqları evə gəlmişlər və Lalə həmin çamadanı öz otağına aparmışdır. O, bir qədər sonra bir anlığına Lalənin otağına keçdikdə Lalənin artıq çamadanı açmış olduğu, çamadanda qadın paltarları, 2 qutu kinder yumurta, 2 ədəd Türk şirniyyatı, əlavə olaraq şkalat çubuqları olduğunu görmüşdür. Bundan sonra o, otaqdan çıxmışdır. Lalənin deməsindən ona aydın olmuşdur ki, həmin çamadanı Lalə İlahədən götürmüşdür. Təxminən 26-27 dekabr 2020-ci il tarixdən etibarən Lalə ona bildirmişdir ki, telefonu sınıbdır və bu səbəbdən onun telefonunu götürüb istifadə edirdi. 30 dekabr 2020-ci il tarixdə onların yaşadıqları evə gömrük əməkdaşları gəlmişlər və yaşadıqları evdən narkotik vasitə və psixotrop maddələrə oxşar maddələr, elektron tərəzi, qeydiyyat dəftəri və s. aşkar edib götürdülər. O, bu günə qədər qeyd edilən həmin malların onların evində, daha dəqiqi Lalənin otağında müxtəlif yerlərdə gizlədildiyindən xəbəri olmayıbdır. Təqsirləndirilən şəxs3 ona ünvanlanmış suallara cavab olaraq həmçinin bildirmişdir ki, İlahədən götürülmüş çamadanın içərisində paltarlarla yanaşı narkotik vasitə və psixotrop maddənin olmasını görməmiş, o, həmin vaxt çamadanda paltarlardan əlavə kinder yumurta, Türk şirniyyatı, şkalat çubuqları olduğunu görmüş, o, marixuanadan başqa narkotika görmədiyi üçün tanımır. Həmin vaxt ola bilsin ki, qeyd edilən çamadanda narkotik və psixotrop maddələr olmuşdur. Lakin o, həmin vaxt otağa bir anlıq girib çıxdığından çamadanda başqa nələrin olduğuna fikir verməmiş və görməmişdir. O, özünü “Ziko” və ya “Zahid” kimi təqdim edən və istifadəsində +1(774)290-60-11 WhatsApp nömrəsi olan şəxsi tanımır, həmin şəxsin barəsində heç bir məlumatı yoxdur. Həmin şəxsi Lalə tanıyır. Lalənin telefonu sındıqdan sonra Lalə onun telefonu ilə müxtəlif şəxslərlə, o cümlədən həmin Ziko ilə əlaqə saxlayırmış. O, Lalənin Ziko adlı həmin şəxslə əlaqəsinin olduğunu bilir. Lakin bu əlaqənin narkotiklə bağlı olduğunu bilmirmiş. Ola bilsin ki, Lalə Ziko ilə olan narkotiklə bağlı əlaqələrindən onun xəbərinin olduğunu zənn edibdir. Lakin həqiqətdə onun Ziko və Lalənin bu əlaqələri barədə heç bir məlumatı və iştirakı yoxdur. O, Lalə ilə eyni ünvanda yaşasa da hərəsinin otaqları ayrı-ayrıdır. Lalənin öz otağında nə işlə məşğul olduğunu bilməmişdir. O, +**********61 və +**********3 saylı nömrələri və onların istifadəçilərini tanımır, onlarla əlaqəsi yoxdur. Barəsində hər hansı hüquq-mühafizə orqanında təqsirləndirici material olmamışdır. Narkoloji dispanserdə qeydiyyatda deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, DGK HNBGİ “Terminal-1 X21 Gömrük Postunda inspektor vəzifəsində işləyir. 25 dekabr 2020-ci il tarixindən 26 dekabr 2020-ci il tarixinə keçən gecə xidməti vəzifəsini Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1” gömrük postunda yerinə yetirərkən Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşı onlara İstanbul-Bakı aviareysi ilə gələn sərnişinlərdən birinin ölkəyə narkotik vasitə gətirəcəyi barədə məlumat vermişdir. 25 dekabr 2020-ci il tarixdə saat 21 radələrində J2 176 saylı İstanbul-Bakı aviareysi ilə gələn şəxsiyyəti sonradan məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus baqaj Hava Limanının 1-ci Terminalının bunkerində yerləşən rentgen aparatından keçirilərkən, gömrük əməkdaşı Şahid2 monitorda şübhəli təsvirlər görmüş, bu səbəbdən həmin baqaj xüsusi işarələnərək gəliş zalına göndərilmişdir. Təqsirləndirilən şəxs1 gəliş zalında baqaj lentinin üzərindən baqajını götürüb tualetə gedərək, baqajın üzərinə vurulmuş qırmızı bantı sökmüşdür. Təqsirləndirilən şəxs1 məxsus əşyalar rentgen aparatından keçirildikdən sonra, gömrük əməkdaşı Şahid5 monitorda şübhəli əşyaların təsvirini görmüş və baqajın içərisindəki əşyalara yoxlama keçirilməsi üçün sərnişin gəliş zalındakı yoxlama otağına dəvət olunmuşdur. Otaqda videoçəkilişdən istifadə edilərək tərəfindən keçirilən yoxlama zamanı, Təqsirləndirilən şəxs1 məxsus qırmızı rəngli çamadanın içərisindəki bir ədəd “X22” və bir ədəd “X23” qutusunun içinə yerləşdirilmiş sellofan paketlərdə gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi təxminən 590 qram olan 579 ədəd göy rəngli, 404 ədəd ağ rəngli, 496 ədəd boz rəngli, 63 ədəd yaşıl rəngli narkotik vasitə - ekstaziyə oxşar həblər, ümumi çəkisi təxminən 119 qram olan qəhvəyi rəngli toz şəklində olan maddə, bir ədəd “Aptamil” uşaq yeməyinin qutusunun içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 326 qram olan ağ rəngli narkotik vasitə - kokainə oxşar bərk maddə, bir ədəd “Lipton” çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 488 qram olan qəhvəyi rəngli qurudulmuş bitki aşkar olunmuşdur. Çamadanda olan kağız paketin içinə yerləşdirilmiş kiçik həcmli qadın çantasının içərisindəki bəzək əşyalarının arasından isə 2 ədəd narkotik vasitələrin qəbulu üçün kustar üsulla hazırlanmış avtomobil lampası aşkar olunmuşdur. Bundan sonra sərnişinin üzərində şəxsi yoxlama keçirmiş, lakin Təqsirləndirilən şəxs1 üzərindən qeyri-qanuni əşyalar aşkar olunmamış, aşkar olunan əşyalar fakt üzrə araşdırma ilə əlaqədar olaraq, qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, AR Dövlət Gömrük Komitəsinin HNBGİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Türkiyə Respublikasında əldə edib, gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək, qaçaqmalçılıq yolu ilə J2 176 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasına gətirilməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən, 25 dekabr 2020-ci il tarixində, saat 21 radələrində Təqsirləndirilən şəxs1, tərəfindən nəzarətə götürülmüşdür. Saat 21 radələrində J2 176 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus baqaj Hava Limanının 1-ci Terminalının bunkerində yerləşən rentgen aparatından keçirilərkən, gömrük əməkdaşı Şahid2 monitorda şübhəli təsvirlər görmüş, bu səbəbdən həmin baqaj xüsusi işarələnərək gəliş zalına göndərilmişdir. Təqsirləndirilən şəxs1 gəliş zalında baqaj lentinin üzərindən baqajını götürüb, tualetə gedərək, baqajın üzərinə vurulmuş qırmızı bantı sökmüşdür. Təqsirləndirilən şəxs1 məxsus əşyalar rentgen aparatından keçirildikdən sonra, gömrük əməkdaşı Şahid5 monitorda şübhəli əşyaların təsvirini görmüş və baqajın içərisindəki əşyalara yoxlama keçirilməsi üçün sərnişin gəliş zalındakı yoxlama otağına dəvət olunmuşdur. Otaqda videoçəkilişdən istifadə edilərək tərəflərindən keçirilən yoxlama zamanı, Təqsirləndirilən şəxs1 məxsus qırmızı rəngli çamadanın içərisindəki bir ədəd “X22” və bir ədəd “X23” qutusunun içinə yerləşdirilmiş sellofan paketlərdə gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi təxminən 590 qram olan 579 ədəd göy rəngli, 404 ədəd ağ rəngli, 496 ədəd boz rəngli, 63 ədəd yaşıl rəngli narkotik vasitə - ekstaziyə oxşar həblər, ümumi çəkisi təxminən 119 qram olan qəhvəyi rəngli toz şəklində olan maddə, bir ədəd “Aptamil” uşaq yeməyinin qutusunun içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 326 qram olan ağ rəngli narkotik vasitə - kokainə oxşar bərk maddə, bir ədəd “Lipton” çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 488 qram olan qəhvəyi rəngli qurudulmuş bitki aşkar olunmuşdur. Çamadanda olan kağız paketin içinə yerləşdirilmiş kiçik həcmli qadın çantasının içərisindəki bəzək əşyalarının arasından isə 2 ədəd narkotik vasitələrin qəbulu üçün kustar üsulla hazırlanmış avtomobil lampası aşkar olunmuşdur. Bundan sonra xanım gömrük əməkdaşları tərəfindən onun üzərində şəxsi yoxlama keçirilmiş, lakin Təqsirləndirilən şəxs1 üzərindən qeyri-qanuni əşyalar aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş AR Dövlət Gömrük Komitəsinin HNBGİ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid5 və Şahid6 da məhkəmədə ifadə verərək ifadələrində Şahid1 və Şahid4 ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, bir neçə dəfə Nərminədən nəşə (marixuana) almış, əvvəllər marixuana narkotik vasitəsindən istifadə etmiş, lakin uzun müddətdir ki, narkotik vasitədən istifadə etmir. Nərminədən aldığı marixuanaları isə hazırda xatırlamadığı tanışları üçün almış, hər dəfə Nərminədən 1-2 “baş” marixuana almış və 1 “baş marixuana üçün Nərminəyə 10 manat ödəmişdir. 22 oktyabr 2020-ci il tarixdə Nərminə ona 1 qramının qiyməti 100 manat olan narkotik tipli göbələklərin satılmasını təşkil etməyi təklif etmişdir. Lakin onun ətrafında olan narkotik istifadəçilərindən heç biri həmin narkotik tərkibli göbələklərdən istifadə etmədiyi üçün o, bu barədə heç kimə təklif etməmiş və satmamışdır. 28 oktyabr 2020-ci il tarixdə Nərminə ona “İrka, kömək elə də ekstazini kiməsə sırıyaq, pulu da 3 nəfərə bölərdik” məzmunlu mesaj göndərərək ekstazisi olduğunu, onu satmağına kömək eləməyini xahiş etmişdir. Nərminənin ona bildirməsinə görə həmin ekstaziləri Nərminəyə hansısa oğlan tanışı Türkiyədən gətirmişdir. Nərminənin həmin ekstaziləri satıb pulunu 3 nəfərə bölməyi təklif etdiyi şəxslərdən biri o, biri Nərminə, digəri isə çox güman ki, Nərminə ilə birlikdə yaşayan Lalə adlı qızdır. O, Təqsirləndirilən şəxs2 Nərminənin rəfiqəsi və Nərminə ilə birlikdə yaşadığı qız kimi tanımış, Lalə ilə bir o qədər də yaxın münasibəti olmamışdır. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin gətirilməsi və ölkə ərazisində qanunsuz dövriyyəsi cinayətlərində iştirakları barədə Nərminə ona əvvəllər heç nə deməmişdir. Lakin, Təqsirləndirilən şəxs2 tutulduqdan sonra Nərminənin ona bildirməsinə görə 2020-ci ilin dekabr ayının sonlarında İlahə adında bir qadın Türkiyədən narkotiklər gətirdiyinə görə airaportda tutulmuşdur. Bundan sonra İstanbulda yaşayan Ziko adlı şəxs onlarla (Lalə və Nərminə ilə) əlaqə saxlayaraq İlahənin tutulduğunu, ehtiyatlı olmalarını bildirmişdir. Bir neçə gündən sonra isə gömrük əməkdaşları tərəfindən Lalə və Nərminənin yaşadıqları mənzildə aparılmış axtarış zamanı çoxlu narkotik vasitələr aşkar edildiyindən Təqsirləndirilən şəxs2 da tutmuşlar. O, həmin vaxt Lalədən İlahənin, Zikonun kim olması, onlarla nə əlaqələrinin olduğunu, evlərindən aşkar edilmiş narkotikləri haradan, nə vaxt, necə əldə etdiklərini soruşduqda Nərminə ona bu barədə heç nə bildirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 təxminən 2020-ci ilin əvvəlindən tanıyır, 2020-ci ilin payız aylarında Təqsirləndirilən şəxs3 bir neçə dəfə Paden almışdır. Nərminə ona Padenin 1 həbini 10 manata satırmış, amma bəzi hallarda isə elə olmuşdur ki, dostluq münasibətlərinə görə Nərminə həmin Padeni ona təmannasız olaraq verirmişdir. Nərminə ona Paden verən vaxt ona demişdir ki, onda əlavə Paden var, kim istəsə ona xəbər etsin o, həmin Padenlərdən satsın. Bir dəfə də Nərminə ona içərisində məhlul olan 2 ədəd şpiris şəkili göndərmiş və alıcı olarsa onları satmaq istədiyini bildirmiş, o da Nərminədən həmin məhlulun nə olduğunu soruşduqda Nərminə ona həmin 2 ədəd şpirisin içərisindəki məhlulun ekstazy suyu - MDMA suyu olmasını bildirmişdir. O da Nərminəyə almaq istəyən olarsa ona xəbər edəcəyini bildirmiş, lakin sonradan bu barədə heç kimə təklif etməmişdir. O, Nərminədən Padendən əlavə ot – “nəşə” marixuana narkotik vasitəsi də alıb istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə təxminən 2020-ci ilin əvvəllərində internet vasitəsilə tanış olmuşdur. 2020-ci ilin iyul ayında daha tez-tez Lalə ilə telefonda əlaqə saxlayırmış. Həmin danışıqlar zamanı o, Lalənin “nəşə” (marixuana) istifadəçisi olduğunu bilmişdir. Bu zaman o da “nəşə” istifadəçisi olduğunu Laləyə bildirmiş, həmin ərəfələrdə o, Laləyə oteldə görüşməyi təklif edən zaman Lalə ona “nəşə”-si olub-olmadığını soruşmuş və“nəşə” olduğu halda otelə gətirməyini xahiş etmişdir. O da Laləyə müsbət cavab vermiş və onlar Azadlıq prospekti tərəfdə otellərin birində görüşmüş, həmin vaxt Lalə rəfiqəsi Nara (Təqsirləndirilən şəxs3) ilə birlikdə gəlmişdir. Onların üçü oteldə birlikdə cinsi əlaqədə olduqdan sonra həmin “nəşəni” birlikdə istifadə etmiş, təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında Lalə ona yaxın tanışı olan bir bariqada satış üçün Liri (Lirika), Eki (Ekistazi) və sair digər narkotik vasitələrin olduğunu, istənilən vaxt onun üçün onlardan təşkil edə biləcəyini bildirdiyindən o, şəxsi istifadəsi üçün 2020-ci ilin həmin aylarında bir neçə dəfə Lalədən “eki” və “liri” narkotik vasitələrindən almışdır. Həmin vaxt Lalə ona 1 ədəd lirini 10 manat, 1 ədəd ekini isə 30 manata satmışdır. O, hər dəfə Lalədən 3-4 ədəd liri, 2 halda isə onlarla yanaşı əlavə olaraq 4-5 ədəd eki götürüb istifadə etmişdir. O, sonuncu dəfə 2020-ci ilin dekabr ayının 28-də Lalədən 9 ədəd liri, 5 ədəd isə eki götürmüşdür. Həmin narkotik vasitələrə görə o, Təqsirləndirilən şəxs2 **********576172 nömrəli kartına həmin gün saat 21:30 radələrində milliön aparatı vasitəsilə 210 manat pul göndərmişdir. Həmin sonuncu alver zamanı Lalə ona endirim edərək 5 ekini 4 eki qiymətinə vermişdir. Bundan əvvəl aldığı narkotiklərə görə də məhz Lalənin həmin kartına pul göndərmişdir. Təqsirləndirilən şəxs3 o, “Nara” kimi tanımış, Nərminə ilə yuxarıda qeyd etdiyi kimi bir dəfə oteldə görüşüb cinsi əlaqədə olduqdan sonra “nəşə” çəkmişlər. Həmin vaxt “nəşə”-ni otelə o, gətirmiş, lakin hazırda həmin narkotiki haradan, kimdən, nə vaxt aldığını xatırlamır. O, Lalə və Nərminə ilə birlikdə onların Chevrolet Cruze markalı avtomobilində oturub söhbət edən zaman Lalə ona özlərinin tanışları olan bariqada satış üçün Liri (Lirika), Eki (Ekistazi) və sair digər narkotik vasitələrin olduğunu, istənilən vaxt onun üçün onlardan təşkil edə biləcəyini bildirəndə Nərminə də yanlarında olmuş, həmin vaxt Nərminə ona bu barədə heç bir təklif etməsə də Lalə ilə onun söhbətini eşitmişdir. Bundan əlavə Lalənin Nara ilə yaxın münasibətdə olması, həmçinin eyni evdə yaşamaları, eyni yerdə narkotikdən istifadə etmələri nəzərə alınarsa Naranın bu işlərdən kənarda olmadığını demək olar. Lalənin ona bildirməsinə görə onlar həmin narkotik vasitələri yaxın münasibətdə olduqları bir bariqadan əldə edirdilər. Nə Nərminə, nə də ki, Lalə bundan əlavə ona heç nə deməmiş, o, hər dəfə onlardan narkotik vasitə istəyən zaman sifarişi verdikdən 30-40 dəqiqə sonra narkotiki Lalədən əlbə-əl almışdır. İndi ona aydın olur ki, Lalə və Nərminə həmin narkotikləri özlərinin satdıqlarını ondan gizlətmək üçün yalandan bariqa söhbətindən istifadə etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 təxminən 2019-cu ilin payız aylarından tanıyır. Lalə ilə tanışlığı internet vasitəsilə olmuş, Lalə ilə bir neçə dəfə görüşdükdən sonra Lalə onun narkotik vasitə istifadəçisi olduğunu hiss eləmiş və ona özünün də narkotik vasitə istifadəçisi olduğunu, ehtiyacı olduğu hallarda ona münasib qiymətə narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Lalənin sözlərinə görə o, həmin narkotik vasitələri kimdənsə öz istifadəsi üçün əldə etmiş, o, istəyəcəyi halda Lalə həmin şəxsdən onun istəyinə uyğun olaraq əlavə narkotik vasitələr də götürəcəkdi. O, Lalənin bu təklifi ilə razılaşmış və Lalədən 1 ədəd ekstazy həbi üçün 30-35 manat ödəməklə dəfələrlə narkotik vasitələr almışdır. O, sonuncu dəfə 2020-ci ilin dekabr ayının 20-də Badamdar qəsəbəsində Lalədən təxminən 5 ədəd ekstazy həbi almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə 12.07.2020-ci il tarixdə saat 02:48-də “Yasamal guneş petroldan uzu insaatcilara gedende sagda kiraye cadir masinin qabag tekerinin üsdunde paketde 4 qr ot” mətinli mesajı ona Lalə yazmışdır. Həmin vaxtdan bir neçə gün əvvəl Lalə ona bildirmişdir ki, ona marixuana lazımdır, lakin o, korona virusa görə tətbiq edilən icazə ilə bağlı olaraq çölə çox çıxa bilmir, ona deyəcəyi yerə taksi olaraq gedib içərisində “nəşə” olan bağlamanı götürüb Laləyə gətirməyini təklif etmişdir. O da Lalənin həmin təklifi ilə razılaşmış, bu səbəbdən də Lalə 11.07.2020-ci il tarixdə axşam saatlarında zəng edərək evə getməməyini, onunla işinin olacağını bildirmişdi. O da 2020-ci ilin iyul ayının 11-dən 12-nə keçən gecə 189 taksi şirkətində işini qurtardıqdan sonra Laləyə zəng vurmuş və onunla işi olmayacaqdırsa evinə getmək istədiyini bildirmişdir. Lalə isə həmin vaxt ona bir ünvana gedib oraya qoyulmuş marixuana paketini götürüb gətirməyini bildirmiş və bir qədər sonra sms vasitəsilə ona “Yasamal guneş petroldan uzu insaatcilara gedende sagda kiraye çadır maşının qabaq tekerinin usdunde paketde 4 qr ot” mətinli mesaj göndərmişdir. O, Lalənin həmin mesajına əsasən qeyd edilən ünvana getmiş və orada maşının təkərinin üstünə qoyulmuş ağ rəngli paketi götürüb Laləyə çatdırmışdır. Lalə də bunun müqabilində ona 20 manat pul ödəmişdir. Bundan bir neçə gün əvvəl isə Naranı “Koroğlu” metrostansiyası tərəfə aparmış və Nara körpünün altında düşərək oradakı dirəyin dibindən bir dənə balaca paket götürmüşdür. Nara (Nərminə) maşına əyləşdikdən sonra ona maşının qapılarını bağlamağını və sürməyini bildirmiş, o da Nərminənin dediyi kimi etmiş və Nərminəni yaşadığı ünvana gətirərək düşürmüşdür. Məhkəmədə ifadəsi elan edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Nərminə ilə görüşlərinin birində o, Nərminənin, Nərminə də onun “nəşə” (marixuana) narkotik vasitəsindən istifadə etdiyini bilmişdir. Bir dəfə də Nərminə ilə birlikdə “nəşə” çəkmişlər. Təxminən 2020-ci ilin payız aylarında Nərminə ilə söhbət zamanı o, artıq “nəşə” çəkmədiyini, hərdən bir Lirika narkotik vasitəsindən istifadə etdiyini Nərminəyə bildirmiş, bu zaman Nərminə ona özünün hansısa “kanal”-ının olduğunu, ona lazım olduğu halda Lirika təşkil edə biləcəyini bildirmişdir. O, 2020-ci ilin son 3-4 ayı ərzində Nərminədən təxminən 5-6 dəfə 300-lük Lirika narkotik vasitəsi almışdır. Nərminədən hər dəfə hər listdə 14 həb olmaqla 2-5 list 300-lük Lirika alırmış. Nərminə ona 300-lük Lirikanın 1 listini 50-60 manata satırmış, bəzi hallarda isə Nərminəyə maşına görə köməklik etdiyini nəzərə alaraq Nərminə Lirikanı ona pay verirmiş. O, Nərminədən sonuncu dəfə 2020-ci ilin dekabr ayının 2-də 2 list və həmin ayın 26-da isə Badamdar qəsəbəsində 5 list 300-lük Lirika almışdır. O, aldığı narkotik vasitələrə görə pulu Nərminəyə nağd qaydada əlbə-əl vermişdir. Təqsirləndirilən şəxs3 ona satdığı narkotik vasitələri haradan, kimdən, nə vaxt, hansı şəraitdə alması barədə heç nə danışmamış, sadəcə olaraq ona həmin lirikaları hansısa tanışından əldə etdiyini bildirirmiş, lakin həmin şəxsin kim olması barədə ona heç nə deməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid X3 ifadəsində göstərmişdir ki, Lalə və Nərminə “nəşə” çəkirdilər. O, hərdən bir “nəşə” tapıb gedib Nərminə və Lalə ilə birlikdə onların yaşadıqları evdə çəkmişdirlər. O, həmin “nəşə”-ləri hazırda xatırlamadığı adamlardan alırmış. Onun narkotik vasitə aldığı həmin şəxsdə “nəşə” olmayanda o, Lalə və ya Nərminədən xahiş edirmiş ki, onun üçün də “nəşə” təşkil eləsinlər. Təxminən 2020-ci ilin aprel ayında Lalə onun üçün bir neçə dəfə “nəşə” təşkil etmişdir. Lalənin həmin “nəşə”ləri haradan, kimdən, nə vaxt aldığını bilmir. O, sadəcə olaraq həmin “nəşə”lərin yarım spiçka (kibrit) qutusuna görə 50 manat ödəməklə bir neçə dəfə Lalədən götürmüşdür. O, həmin ödənişlərdən 5-6-sını Təqsirləndirilən şəxs2 adına olan **********576172 nömrəli bankomat kartına Milliön aparatları vasitəsilə göndərmişdir. Bir neçə dəfə də Lalə və Nərminə ilə birlikdə onların yaşadıqları mənzildə “pati” (metamfetamin) psixotrop maddəsindən istifadə etmişlər. Həmin “pati”-ni o, satın almamışdır, kimin aldığını da bilmir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X21” gömrük postunda tərtib olunmuş “yoxlama və əşyaların götürülməsi haqqında” 25 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus qırmızı rəngli çamadanın içərisindəki bir ədəd “X22” və bir ədəd “X23” qutusunun içinə yerləşdirilmiş sellofan paketlərdə gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi təxminən 590 qram olan 579 ədəd göy rəngli, 404 ədəd ağ rəngli, 496 ədəd boz rəngli, 63 ədəd yaşıl rəngli narkotik vasitə - ekstaziyə oxşar həblər, ümumi çəkisi təxminən 119 qram olan qəhvəyi rəngli toz şəklində olan maddə, bir ədəd “Aptamil” uşaq yeməyinin qutusunun içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 326 qram olan ağ rəngli narkotik vasitə - kokainə oxşar bərk maddə, bir ədəd “Lipton” çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 488 qram olan qəhvəyi rəngli qurudulmuş bitki kütləsi, həmçinin həmin çamadanda olan kağız paketin içinə yerləşdirilmiş kiçik həcmli qadın çantasının içərisindəki bəzək əşyalarının arasından isə 2 ədəd narkotik vasitələrin qəbulu üçün kustar üsulla hazırlanmış avtomobil lampası aşkar olunmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə - 8- 13) Bundan başqa cinayət işinə əlavə edilmiş 30 dekabr 2020-ci il tarixli “Axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə kirayədə yaşadıqları ünvan 8 ünvanında aparılmış axtarış zamanı mənzilin sağdakı ilk otağının girişində, sağ tərəfdə yerləşən komotun (güzgülü dolab) üstdən ikinci siyirtməsində rulon şəklində bükülmüş vatman kağızının içərisində gizlədilmiş bir ədəd üzərində “gigiyenik tibbi pambıq” sözləri yazılmış sellofandan 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Ducati” yazılmış açıq qəhvəyi rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində öküz təsviri olan açıq mavi rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Heinken” yazılmış boz rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Heinken” yazılmış boz rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə “böyrək formalı açıq sarı rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Tesla” yazılmış sarı rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində maska təsviri olan açıq yaşıl rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Heinken” yazılmış açıq yaşıl rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində öküz təsviri olan və “Red Bull” yazılmış açıq yaşıl rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində öküz təsviri olan və “Red Bull” yazılmış açıq mavi rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində öküz təsviri olan və “Red Bull” yazılmış açıq yaşıl rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində öküz təsviri olan və “Red Bull” yazılmış çəhrayı rəngli iki həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə çəhrayı rəngli 2 ədəd həb parçası, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə açıq yaşıl rəngli həbin tozu və parçası, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə çəhrayı rəngli həb parçaları, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə çəkisi müəyyən edilə bilməyən ağ rəngli kristal formalı maddə, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə qablaşdırılması ilə çəkisi 8 qram təşkil edən ağ rəngli kristal formalı maddə, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə çəkisi müəyyən edilə bilməyən bitki mənşəli, spesifik iyə malik kütlə, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə çəkisi müəyyən edilə bilməyən bitki mənşəli, spesifik iyə malik kütlə, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə qablaşdırılması ilə çəkisi 6 qram təşkil edən bitki mənşəli, spesifik iyə malik kütlə, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə qablaşdırılması ilə çəkisi 2 qram təşkil edən bitki mənşəli, göbələyə bənzər kütlə, 1 ədəd ağ kağızın içərisində çəkisi müəyyən edilə bilməyən ağ rəngli tozşəkilli maddə, 2 ədəd hər biri 2 qramlıq sprisə doldurulmuş naməlum məhlul, qeyd edilən komotun həmin siyirtməsindən üzərində Bob Marley-in şəkli olan qara rəngli dəmir qutuda 11 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə qablaşdırılması ilə çəkisi 10 qram təşkil edən bitki mənşəli toxumlar, həmin komotun üstündən ağ rəngli, üzərində “FİNDİKLİ KAHVE” yazısı olan boş qəhvə qutusu, 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi, otağın mərkəzində qoyulmuş çarpayının soluna, otağın pəncərəsinin yaxınlığına qoyulmuş dolabın üst siyirtməsindən 1 ədəd göy rəngli üzərində “Notes” yazılmış dəftər, 1 ədəd qəhvəyi-qara rəngli üzərində “Oyal” yazılmış dəftər və 1 ədəd üzərində “Elit Uninote” yazılmış bənövşəyi rəngli dəftər, otağın mərkəzində qoyulmuş çarpayının sağına qoyulmuş dolabın üstündən üzərindən çəhrayı rəngli, üzərində “DİBEK KAHVESİ yazısı olan boş qəhvə qutusu, həmin otağın girişindən sol tərəfdə yerləşən paltar dolabının orta hissəsinin yuxarı bölməsində olan, üzərində müxtəlif şəhər adları yazılmış, önü ağ, arxası qara rəngli qadın çantasının içərisindən 1 ədəd sellofan torbada qablaşdırılması ilə birlikdə çəkisi 93 qram təşkil edən bitki mənşəli, spesifik iyə malik kütlə, üzərində “PADEN-300 Preqabalin kapsulları” yazılmış 4 konvalyut hər konvalyutda 14 həb və 1 ədəd yarıdan kəsilmiş konvalyutda 7 həb, 1 ədəd konvalyut kəsiyində 3 həb, 1 ədəd konvalyut kəsiyində 4 həb olmaqla, ümumilikdə ağ-qırmızı rəngli, ağ hissəsinin üzərində “PGN 300” yazılmış 70 həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan açıq yaşıl rəngli 42 həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan açıq yaşıl rəngli 58 həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 100 həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdəki eyni növ torbadan üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 200 həb, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdəki ayrı-ayrılıqda eyni növ 2 torbanın birindən üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 13 həb və birindən isə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan açıq yaşıl rəngli 19 həb, 1 ədəd ağ kağızın içərisində kağızla birlikdə çəkisi 9 qram olan ağ rəngli tozşəkilli maddə, 1 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdəki ağ rəngli kağıza bükülmüş qablaşdırılması ilə çəkisi 2 qram təşkil edən ağ rəngli toz şəkilli maddə, içərisində ağ rəngli xırda toz hissəcikləri olan 2 ədəd ağzı açılıb-bağlana bilən sellofan paketdə 1 ədəd üzərinə göy rəngli diyircəkli qələmlə “KK05” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə bir ədəd çəkisi təyin olunmayan ağ rəngli toz şəkilli maddə, 1 ədəd üzərinə göy rəngli diyircəkli qələmlə “P2” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə bir ədəd qablaşdırılması ilə birlikdə çəkisi 3 qram təşkil edən ağ rəngli kristal şəkilli maddə, 1 ədəd üzərinə qırmızı rəngli diyircəkli qələmlə “5R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 5 həb, 1 ədəd üzərinə qırmızı rəngli diyircəkli qələmlə “4R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıbbağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 4 həb, 1 ədəd üzərinə göy rəngli diyircəkli qələmlə “4R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan açıq yaşıl rəngli 4 həb, 1 ədəd üzərinə göy rəngli diyircəkli qələmlə “KK05” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə bir ədəd çəkisi təyin olunmayan ağ rəngli toz şəkilli maddə, 1 ədəd üzərinə qırmızı rəngli diyircəkli qələmlə “5R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 5 həb, 1 ədəd üzərinə qırmızı rəngli diyircəkli qələmlə “4R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 4 həb, 1 ədəd üzərinə qırmızı rəngli diyircəkli qələmlə “5R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 1 həb, 1 ədəd üzərinə qırmızı rəngli diyircəkli qələmlə “5R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 5 həb, 1 ədəd üzərinə göy rəngli diyircəkli qələmlə “1R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan açıq yaşıl rəngli 1 həb, 1 ədəd üzərinə qırmızı rəngli diyircəkli qələmlə “3R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 3 həb, 1 ədəd üzərinə qırmızı rəngli diyircəkli qələmlə “1R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıbbağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan çəhrayı rəngli 1 həb, 1 ədəd üzərinə göy rəngli diyircəkli qələmlə “4R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan açıq yaşıl rəngli 4 həb, 1 ədəd üzərinə göy rəngli diyircəkli qələmlə “1R” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan açıq yaşıl rəngli 1 həb, 1 ədəd üzərinə göy rəngli diyircəkli qələmlə “ZZ və dairənin içərisində RR” yazılmış ağ rəngli bükümdəki ağzı açılıbbağlana bilən sellofan paketdə üzərində “Red Bull” yazılmış və öküz təsviri olan açıq yaşıl rəngli 4 həb və 1 ədəd üzərinə göy rəngli diyircəkli qələmlə “KK01” yazılmış ağ rəngli bükümdəki ağzı açılıb-bağlana bilən sellofan paketdə qablaşdırılması ilə birlikdə çəkisi 1,43 qram təşkil edən daşlaşmış ağ rəngli kütlə, 2 ədəd elektron tərəzi, çox sayda ağzı açılıb-bağlana bilən sellofan paket, həmin dolabın orta hissəsinin aşağı siyirtməsində narkotik vasitə və psixotrop maddə istehlak edilməsində istifadə olunan 7 ədəd şüşə kolba, 21 ədəd metal, şüşə və taxta materialdan hazırlanmış müştüklər, 2 ədəd üyütmək üçün avadanlıq, 1 ədəd üzərində “GİZEH” yazılmış qutuda siqaret kağızları, 1 ədəd üzərində “RAW” yazısı olan siqaret bükmək üçün avadanlıq, 2 ədəd siqaret eşmək üçün avadanlıq, 1 ədəd xüsusi təyinatlı alışqan və 1 ədəd hava pompası, dolabın üstündən çəhrayı rəngli diyərcəkli, bərk plastik materialdan çamadan aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə - 193-204) Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş 30 dekabr 2020-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və aşkar edilmiş predmetlərin götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi Chevrolet Cruze markalı ** GY *** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı sürücünün dirsək qoyduğu saxlanc qutusundan bir ədəd işlək vəziyyətdə olmayan ön və arxa hissələrinin şüşəsi sınıq vəziyyətdə olan qara rəngli “Samsung” markalı mobil telefon aparatı, bir ədəd sənəd qovluğunun içərisindən Təqsirləndirilən şəxs2 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, baxış keçirilən nəqliyyat vasitəsinə məxsus texniki pasport, Təqsirləndirilən şəxs3 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə AC 386579 nömrəli sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinə dair etibarnamələr, torpedada olan saxlanc gözündən Təqsirləndirilən şəxs2 məxsus “4169 7413 5557 6172 Kapital Bank” və “1237 0218 9267 1537 Ziraat Bank” bank kartları, nəqliyyat vasitəsinin ön sərnişin oturacağının üzərində qara rəngli dəri materialdan olan, üzərində “steve madden” yazısı olan pul qabının içərisindən 1 (bir) ədəd 50 (əlli) manatlıq əskinas, 1 (bir) ədəd 20 (iyirmi) ABŞ dolları, 29.09.2013-cü il təvəllüdlü Qurbanzadə İlkay və 29.05.2008-ci il təvəllüdlü Məmişeva Aylinə məxsus şəxsiyyət vəsiqələri, bir ədəd "xxxx" və bir ədəd “ais” adlı mobil operatora məxsus simkartlar, iki ədəd kiçik ölçülü qaşıq, MilliÖn ödəmə qəbzi, ön tərəfdən sərnişin oturacağının ayaqaltı hissəsinin altından bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda sellofan bükümün içərisində yaşılımtıl-qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə olduğu məlum olmuş, bu barədə Təqsirləndirilən şəxs2 sual verdikdə həmin bükümün içərisindəki maddənin “bonzay” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Baxış nəticəsində qeyd edilən predmetlər qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə - 229-232) Cinayət işinin materiallarına əlavə edilmiş 26 dekabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “+**********91” nömrəli “Samsung” markalı mobil telefonda “WhatsApp” proqramı ilə 25.12.2020-ci il tarixdə saat 00:15-dən 26.12.2020-ci il tarixdə saat 00:26-dək kontaklarda “Z” kimi qeyd olunmuş “+1(774)290-6011” nömrəsi ilə yazışmada həmin şəxsin Təqsirləndirilən şəxs1 harada olduğunu, baqajdan qırmızı lenti sökmək üçün tualetə getməsini, baqajı açılacağı təqdirdə hay küy salmağı, bundan sonra çöldə İlahəni gözlədiyini, daha sonra Qarayevdə olacağını qeyd etmişdir. Həmçinin, “Z” kimi qeyd olunmuş “+1(774)290-6011” nömrəsindən 25.12.2020-ci il tarixdə saat 22:01-də, 22:06-da, 22:10-da və saat 22:18-də Təqsirləndirilən şəxs1 məxsus “+**********91” nömrəli “Samsung” markalı mobil telefona, “Whatsapp” proqramı ilə buraxılmış zəng gəlmişdir. (cild 1, iş vərəqə - 16) İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefona 29 dekabr 2020-ci il tarixdə keçirilmiş əlavə baxış zamanı telefonda mövcud olan “WhatsApp Business” tətbiqində “Z” adı ilə qeyd edilmiş +1(***)******* nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 Türkiyə Respublikaısna gedərək narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilib saxlaması və mütəşəkkil dəstənin Azərbaycan Respublikasında olan üzvlərinə çatdırması üçün qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə daşınması barədə mesajları və səs yazıları aşkar edilmişdir. (cild 1, iş vərəqə - 142-168) Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefona 06 yanvar 2021-ci il tarixdə keçirilmiş baxış zamanı telefonda mövcud olan “WhatsApp Business” tətbiqində “Nara” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinə dair mesajların və səs yazılarının olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********30 nömrəsinin WhatsApp-ından hazırda baxış keçirilən +**********77 nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp Business” tətbiqinə 25.11.2020-ci il tarixdən 23.12.2020-ci il tarixədək naməlum ünvanların çəkilmiş və oraya nəyinsə qoyulmasına işarə edən ox işarəsi ilə işarələnmiş şəkillərin göndərildiyi və şəkillərin altına “1pt”, “1 boni”, “1 kola”, “7liri”, “05”, “05pt”, “2 ye qalxanda 1 tesla”, “Blok 2. Giren kimi 1 red”, “Giren kimi sagda 2 red”, “2 ye qalxanda 2 red”, “3 e qalxanda 1 boni teze”, “Blok 3. 3 e qalxanda 7 liri” və s. kimi qeydlərin yazıldığı müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 telefonunda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********91 nömrəsinin “İlahe” adı altında qeyd edildiyi və onunla 09-10 dekabr 2020-ci il tarixlərdə danışıqlar aparıldığı müəyyən edilmişdir. Belə ki, telefonda mövcud olan “WhatsApp Business” tətbiqində “Nara” adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsi ilə əsasında yaradılmış istifadəçi profili arasında çoxsaylı söhbətlər aşkar edilmişdir. (cild 2, iş vərəqə - 131-142, 218-223) Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs3 məxsus “Redmi” markalı mobil telefona 06 yanvar 2021-ci il tarixdə keçirilmiş baxış zamanı telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş +1 (774) *** ** ** və +90 546 *** ** ** nömrələri ilə narkotik vasitələrin, psixotrop maddələrin, həmçinin güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinə dair mesajların və səs yazılarının olduğu müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 telefonunda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********77 nömrəsinin “Mastanim” və +**********30 nömrəsinin “Ляля” adı altında qeyd edildiyi və onunla mütəmadi olaraq danışıqlar aparıldığı müəyyən edilir. Həmçinin telefonda mövcud olan “WhatsApp” tətbiqində “Ляля” adı ilə qeyd edilmiş +**********30 nömrəsi ilə əsasında yaradılmış istifadəçi profili arasında qarşılıqlı olaraq naməlum ünvanların çəkilmiş və oraya nəyinsə qoyulmasına işarə edən xüsusi ox işarəsi ilə işarələnmiş çoxlu sayda şəkillərin göndərildiyi və ardınca “7 liri”, “1 pt”, “1 boni”, “05 pt” və s. kimi qeydlərin yazıldığı müəyyən edilmişdir. Bundan əlavə onların arasında olan 25 dekabr 2020-ci il tarixli söhbət zamanı +**********30 nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs3 +**********75 nömrəsinə “İlosh yandi. Ehdiyatli olun” məzmunlu istiqamətlənmiş mesaj göndərmiş və Təqsirləndirilən şəxs1 nə vaxt, harada, necə, nə qədər “mal” ilə (narkotik vasitə və psixotrop maddə ilə) tutulması, tutulan zaman onların adını çəkibçəkməsinə dair müzakirələri barədə mesajları və səs yazıları aşkar edilmişdir. Bundan əlavə telefonda mövcud olan “WhatsApp” tətbiqində “İrada Fric” adı ilə qeyd edilmiş +**********51 (Şahid7) nömrəsi və “Nurali seymur” adı ilə qeyd edilmiş +**********16 (Şahid8) nömrəsi ilə əsasında yaradılmış istifadəçi profili arasında olan söhbətin məzmununda narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinə dair mesajlar və səs yazıları aşkar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 həmin telefonuna 06 may 2021-ci il tarixdə keçirilmiş əlavə baxış zamanı telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş +**********11 (şahid Vüqar İslamzadənin) nömrəsi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair mesajların və səs yazılarının olduğu müəyyən edilmişdir. Belə ki, telefonda mövcud olan “WhatsApp” tətbiqində adı qeyd edilməmiş +1 (774) *** ** ** nömrəsi ilə əsasında yaradılmış istifadəçi profili arasında çoxsaylı söhbətlər aşkar edilmişdir. (cild 2, iş vərəqə -143-184, 224-243) İşə əlavə edilmiş 04 yanvar 2020-ci il tarixli Dəftərlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 yaşadığı evdə 30.12.2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş 1 ədəd göy rəngli üzərində “Notes” yazılmış dəftərin ilk vərəqlərində “Oktyabr B. 30 q., E. 50 (Dukati), L. 10L (140), P. 20 q., L. 10L (140), L. 20L (280), E.50 (Dukati), L. 10L (140), E. 100 (Red Bull)” və s. kimi qeydlərin, dəftərin 11-ci vərəqində “Bonzay 80 (47), Lirika 150, Patı 147 (1), Ot 200 (17), Paden 45 (22), Dukati 200 (44), Redbull 200 (51), 500+400 göndərmisən, Noyabr P. 15q, Pn. 5L, Ot 100q, E. 20 (Tramp), E. 20 (Heineken), E. 30 (Redbull), E. 130 (Dukati), Pn. 35L” qeydlərin, növbəti vərəqlərdə isə “P-1 qalıq 15, L-8 qalıq 14, E.R-3 qalıq 48, Ot – 2 qalıq 2, Patı – 177q (7,5), Lirika – 151,5L (0), Bonzay – 20 (22), Ot – 400 (16), Dukati – 330 (42), Redbull – 230 (120), Tramp – 20 (0), Heineken – 20 (0), Kola – 100q (32,5), 100m+50m (mənə göndərmisən), 750m (keçən aydan qalan borc), 70m (itən 1q patı), 60m (itən 2q ot), 40m (0,5 patı) = 1070m, 20q ot – 400m, 20q ot – 400m, 12q ot – 240m, 12q ot – 240m = 1280m” və s. kimi qeydlərin, 1 ədəd üzərində “Elit Uninote” yazılmış bənövşəyi rəngli dəftərin 35-37-ci vərəqlərində isə “Duk 2+7+13=22,05+1+05+05+05+05+05+1+1+1.5+05+1=9,7+28+7+7+7+7+7+7+7+7=6.5, Ot 2+2+4=8, Red 2+6+2+2+1=13” və s. kimi qeydlərinin yazıldığı müəyyən edilmişdir. (cild 2, iş vərəqə - 86-107) Təqsirləndirilən şəxs1 09, 14 və 25 dekabr 2020-ci il, Təqsirləndirilən şəxs3 isə 17 dekabr 2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X16 gömrük postunda gömrük nəzarətindən keçmələrini əks elətdirən DVD-lərdə olan video lentlərə DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və X8 Tətbiqi şöbəsinə təhkim olunmuş inspektor vəzifəsində işləyən Şahid2 iştirakı ilə 23 yanvar 2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 09 dekabr 2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlir, onun müşayət etdiyi çamadanın rentgen görüntülərinə əsasən şübhəli cizgilərin olduğu görünür, lakin Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X21” gömrük postunda gömrük nəzarəti zamanı bu halın aşkar edilməsi mümkün olmur. O, növbəti dəfə 14 dekabr 2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlir, onun müşayət etdiyi çəhrayı rəngli çamadanın rentgen görüntülərinə əsasən şübhəli cizgilərin olduğu müəyyən edilir, lakin bu dəfə də postda xidmət edən gömrük əməkdaşı tərəfindən bu faktın aşkar edilməsi mümkün olmur. Təqsirləndirilən şəxs1 çəhrayı rəngli həmin çamadanı lentdən götürdükdən sonra bir neçə dəqiqə lentin ətrafında dayanmış digər sərnişinlərin əksəriyyətinin çıxışa doğru istiqamətlənmələrini gözləyir və yalnız bundan sonra hər hansı əlavə yük götürmədən həmin çamadanla onların arasında hərəkət edərək çıxışa doğru istiqamətlənib gömrük nəzarəti zonasını tərk edir. Təqsirləndirilən şəxs1 sonuncu dəfə 25 dekabr 2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlir, onun müşayət etdiyi üzəri şəffaf sellofanla sarınmış qırmızı rəngli çamadanın rentgen görüntülərinə əsasən şübhəli cizgilərin olduğu müəyyən edilir, bu hal postda xidmət edən gömrük əməkdaşı tərəfindən aşkar edilərək həmin çamadanın əsaslı yoxlanılması üçün üzərinə qırmızı lent vurulur, Təqsirləndirilən şəxs1 qırmızı rəngli həmin çamadanı lentdən götürdükdən sonra onun üzərində qırmızı lentin olduğunu görüb onun şəklini telefon vasitəsilə çəkir və bir qədər telefondan istifadə etdikdən sonra həmin çamadanı götürüb Hava Limanının tualetinə daxil olur. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs1 həmin çamadanla tualetdən çıxır, lakin bu vaxt çamadanın üzərinə vurulmuş qırmızı lentin yerində olmadığı, qoparılmış olduğu müşahidə edilir. Təqsirləndirilən şəxs1 həmin çamadanla çıxışa doğru istiqamətlənmək istəyərkən gömrük əməkdaşı tərəfindən ona müşayət etdiyi həmin çamadanın əsaslı yoxlanılması üçün rentgen aparatına qoyulması işarə edilir. Bundan sonra həmin çamadan rentgen qurğusunda əsaslı yoxlanılır və şübhəli cizgilər müşahidə edildiyindən fiziki yoxlama tətbiq edilməsi üçün Təqsirləndirilən şəxs1 müşayəti ilə yoxlama otağına aparılır. Təqsirləndirilən şəxs3 17 dekabr 2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlir, onun müşayət etdiyi çamadanın rentgen görüntülərinə əsasən şübhəli cizgilər müəyyən edilmir, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 14.12.2020-ci ildə ölkə ərazisinə gələrkən müşayət etdiyi çəhrayı rəngli çamadanla eyni rəng, ölçülər və formaya malik olan həmin çamadanı lentdən götürdükdən sonra çıxışa doğru istiqamətlənir və gömrük nəzarəti zonasını tərk edir. (cild 3, iş vərəqə - 177-178) İş üzrə "xxxx" MMC-dən daxil olmuş 04.02.2021-ci il tarixli məktuba əlavə edilmiş CD-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsi arasında 09.12.2020-ci il tarixdə saat 20:19-da 18 saniyə telefon danışığı aparılmış və bu zaman hər 2 şəxsin anten dairəsi (CELL İD-si) “Xirdalan” olmuşdur. Bundan əlavə həmin nömrələr arasında 10.12.2020-ci il tarixdə saat 17:35-də 44 saniyə telefon danışığı aparılmış, bu zaman ***-***-**-** nömrəsinin anten dairəsi “Xirdalan qes”, ***-***-**-** nömrəsinin anten dairəsi isə “İnsaatcilar pr” olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə 12.07.2020-ci il tarixdə saat 02:48-də “Yasamal gunes petroldan uzu insaatcilara gedende sagda kiraye cadir masinin qabag tekerinin usdunde paketde 4 qr ot” mətinli mesaj göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəsi arasında müxtəlif vaxtlarda çoxlu sayda danışıqların aparıldığı müəyyən edilir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəsi arasında hər hansı danışığın aparıldığı qeydə alınmamışdır. (cild 4, iş vərəqə - 46-72) Cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 12.02.2021-ci il tarixli məktuba əlavə edilmiş CD-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** və ***-***-**-** nömrələri arasında müxtəlif vaxtlarda mütəmadi olaraq danışıqlar aparılmışdır. Həmin telefon zənglərindən biri də 25.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus çamadanda narkotik vasitə və psixotrop maddələr aşkar edildiyi üçün sonuncu saxlanıldıqdan bir qədər sonra – 25.12.2020-ci il tarixdə saat 22:21-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəsinə zəng edilmiş və 46 saniyə danışıq aparılmışdır. Bundan əlavə 14.12.2020-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəsinin anten dairəsi Abşeron rayonu, Xırdalan şəhəri ərazisi olmuşdur. (cild 5, iş vərəqə - 8-61) Cinayət işinə əlavə edilmiş bank sənədlərinə baxış keçirilməsi haqqında 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" Kommersiya Bankı ASC-də Təqsirləndirilən şəxs1 adına qeydə alınmış 5243-7544-1067-6397 nömrəli hesablaşma hesabı üzrə 29.09.2020-ci il tarixdən 28.12.2020-ci il tarixədək ümumilikdə 359.381,12 (üç yüz əlli doqquz min üç yüz səksən bir manat on iki qəpik) manat dövriyyə olmuşdur. Həmin məbləğin bir qisminin ödəmə terminalları, bir qisminin bankomatlar, bir qisminin isə hesabdan hesaba köçürmə yolu ilə mədaxil və məxaric edildiyi müəyyən edilmişdir. (cild 4, iş vərəqə - 247) İş materiallarına əlavə olunmuş bank sənədlərinə baxış keçirilməsi haqqında 25 may 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" Kommersiya Bankı ASC-də Təqsirləndirilən şəxs1 adına qeydə alınmış 5243-7544-1067-6397 nömrəli bankomat kartı üzrə 05.10.2020-ci il tarixdən 28.12.2020-ci il tarixədək olan müddətdə ayrı-ayrı vaxtlarda "xxxx" Kommersiya Bankı ASC-nin 11 bankomatından - Bakı şəhəri R.Behbudov 55 ünvanında yerləşən “Baku Unibank” adlı, Səməd Vurğun 104/A ünvanında yerləşən “Baku ATM Bolmart” adlı, M.Müşviq 15/17 ünvanında yerləşən “Baku ATM Unibank 16th Branch” adlı, Azadlıq/C.Xəndan ünvanında yerləşən “Baku ATM Lukoil” adlı, Asif Məhərrəmov 21/B ünvanında yerləşən “Baku ATM Ajami Branch” adlı, Azərbaycan pr. 42 ünvanında yerləşən “Baku ATM Chess School” adlı, Azadlıq 116 ünvanında yerləşən “Baku ATM Pharmacy” adlı, B.Bağırova 2 ünvanında yerləşən “Baku ATM ünvan 10 ATM İnshaatchilar Branch 2” adlı, Haqverdiyev küç., 574 ünvanında yerləşən “Baku ATM Favorit YSM” adlı və Ş.Qurbanov, S.Əsgərova, Zərgərpalan və Ş.Əzizbəyov küçələrinin kəsişməsində yerləşən “Baku ATM Nizami Mall” adlı bankomatlar vasitəsilə ümumilikdə 210 dəfə nağdlaşdırma əməliyyatı aparılmışdır. Həmin əməliyyatların qeydə alındığı videogörüntülərə baxış zamanı əməliyyatları icra etmiş kişi cinsli şəxsin müxtəlif vasitələrdən istifadə etməklə (tibbi masqa, papaq, kapşonlu gödəkcə və s. geyinməklə) üzünü gizlədilmiş şəkildə sözügedən əməliyyatları həyata keçirdiyi müəyyən olunur. (Nümunə olaraq həmin şəxsin 24.10.2020-ci il tarixdə saat 16:29-da, 26.10.2020-ci il tarixdə saat 12:50 və 12:52-də, 29.10.2020-ci il tarixdə saat 20:49-da, 14.12.2020-ci il tarixdə saat 12:39-da "xxxx" Kommersiya Bankı ASC-nin Bakı şəhəri R.Behbudov 55 ünvanında yerləşən “Baku Unibank” adlı, 24.10.2020-ci il tarixdə saat 18:21-də "xxxx" Kommersiya Bankı ASC-nin Səməd Vurğun 104/A ünvanında yerləşən “Baku ATM Bolmart” adlı, 28.10.2020-ci il tarixdə saat 15:17-də, 21.12.2020-ci il tarixdə saat 09:33-də və 23.12.2020-ci il tarixdə saat 09:43-də "xxxx" Kommersiya Bankı ASC-nin M.Müşviq 15/17 ünvanında yerləşən “Baku ATM Unibank 16th Branch” adlı, 20.11.2020-ci il tarixdə saat 11:57-də, 03.12.2020ci il tarixdə 07:00-da, 12.12.2020-ci il tarixdə 09:45-də və 19.12.2020-ci il tarixdə saat 14:49-da "xxxx" Kommersiya Bankı ASC-nin Azadlıq/C.Xəndan ünvanında yerləşən “Baku ATM Lukoil” adlı, 06.12.2020-ci il tarixdə saat 12:08-də "xxxx" Kommersiya Bankı ASC-nin Asif Məhərrəmov 21/B ünvanında yerləşən “Baku ATM Ajami Branch” adlı, 02.12.2020-ci il tarixdə saat 09:00-da və 19.12.2020-ci il tarixdə saat 13:38-də "xxxx" Kommersiya Bankı ASC-nin Azərbaycan pr. 42 ünvanında yerləşən “Baku ATM Chess School” adlı, 06.12.2020-ci il tarixdə saat 12:44-də, 20.12.2020-ci il tarixdə saat 09:32-də və 25.12.2020-ci il tarixdə saat 11:31 və 11:37-də "xxxx" Kommersiya Bankı ASC-nin Azadlıq 116 ünvanında yerləşən “Baku ATM Pharmacy” adlı, 13.12.2020-ci il tarixdə saat 09:38-də və 12:01-də, 15.12.2020-ci il tarixdə saat 09:04-də, 18.12.2020-ci il tarixdə saat 08:55-də, 20.12.2020-ci il tarixdə saat 10:00-da və 22.12.2020-ci il tarixdə saat 08-58-də "xxxx" Kommersiya Bankı ASC-nin B.Bağırova 2 ünvanında yerləşən “Baku ATM Yasamal Branch” adlı, 17.12.2020-ci il tarixdə saat 07:17-də və 21.12.2020-ci il tarixdə saat 10:11də "xxxx" Kommersiya Bankı ASC-nin Şərifzadə küç., 174 ünvanında yerləşən “Baku ATM İnshaatchilar Branch 2” adlı, 23.12.2020-ci il tarixdə saat 10:11-də "xxxx" Kommersiya Bankı ASC-nin Haqverdiyev küç., 574 ünvanında yerləşən “Baku ATM Favorit YSM” adlı və 25.12.2020-ci il tarixdə saat 14:52-də "xxxx" Kommersiya Bankı ASC-nin Ş.Qurbanov, S.Əsgərova, Zərgərpalan və Ş.Əzizbəyov küçələrinin kəsişməsində yerləşən “Baku ATM Nizami Mall” adlı bankomatında nağdılaşdırma əməliyyatları zamanı çəkilmiş fotoşəkilləri protokola əlavə edilir). Bundan başqa Təqsirləndirilən şəxs1 həmin kartına müxtəlif şəxslərin adına qeydə alınmış "xxxx" Kommersiya Bankı ASC-yə məxsus kartlardan, xüsusilə də X10 adına qeydə alınmış **********797839 və **********620999 nömrəli kartlardan, kartdan karta köçürmə əməliyyatları aparılmaqla müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaitləri göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 həmin kartından müxtəlif banklara məxsus kartlara, o cümlədən Təqsirləndirilən şəxs2 adına qeydə alınmış Kapitalbank ASC-yə məxsus **********576172 nömrəli karta 2020-ci ilin 07 və 14 oktyabr, 19, 24, 29 və 30 noyabr, 05, 10, 16, 21, 23 və 25 dekabr tarixlərində müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 həmin kartından 9939 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 25.12.2020-ci il tarixdə saxlanıldıqdan dərhal sonra Namiq Quliyevin **********620999 nömrəli kartına kartdan karta köçürmə yolu ilə köçürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin kartından onun adına olan digər kartına – Ekspressbank ASC-yə məxsus **********787021 nömrəli karta 21, 23, 24 və 25 dekabr 2020-ci il tarixlərdə müxtəlif məbləğlərdə pul köçürmələri edilmişdir. (cild 7, iş vərəqə - 88-124) Cinayət işinə əlavə edilmiş bank sənədlərinə baxış keçirilməsi haqqında 16 aprel 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-də Təqsirləndirilən şəxs1 adına qeydə alınmış AZ41AZEN******************** nömrəli hesablaşma hesabına 16.12.2020-ci il tarixdə 500 manat, 21.12.2020-ci il tarixdə 30 manat, 23.12.2020-ci il tarixdə 150 və 30 manat, 24.12.2020-ci il tarixdə 150, 100 və 110 manat, 25.12.2020-ci il tarixdə 200 manat pulun hesabdan hesaba köçürmə yolu ilə mədaxil edildiyi müəyyən edilmişdir. (cild 6, iş vərəqə - 50) Cinayət işinə əlavə edilmiş bank sənədlərinə baxış keçirilməsi haqqında 24 may 2021-ci il tarixli protokoldan aydın olur ki, "xxxx" ASC-də Təqsirləndirilən şəxs1 adına qeydə alınmış AZ41AZEN******************** nömrəli hesablaşma hesabına Kapital bankın “Birbank” tətbiqi vasitəsilə 24.12.2020-ci il tarixdə 110 manat, həmçinin Namiq Quliyevin adına olan Unibanka məxsus kartdan 16.12.2020-ci il tarixdə 500 manat, Təqsirləndirilən şəxs1 adına olan Unibanka məxsus kartdan 21.12.2020-ci il tarixdə 30 manat, 23.12.2020-ci il tarixdə 150 və 30 manat, 24.12.2020-ci il tarixdə 150 və 100 manat, 25.12.2020-ci il tarixdə isə 200 manat pul kartdan karta köçürmə yolu ilə mədaxil edilmişdir. (cild 7, iş vərəqə - 87) İş materiallarına əlavə olunmuş bank sənədlərinə baxış keçirilməsi haqqında 09 mart 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-də Təqsirləndirilən şəxs2 adına qeydə alınmış 4169-7413-5557-6172 nömrəli hesablaşma hesabı vasitəsilə 2020-ci il ərzində bir qismi ödəmə terminalları, bir qismi bankomatlar, bir qismi isə hesabdan hesaba köçürmə yolu ilə olmaqla müxtəlif məbləğlərdə mədaxil və məxaric əməliyyatları aparılmışdır. Təqsirləndirilən şəxs2 həmin hesabına digər sistemlə mədaxil formasında 24.09.2020-ci il tarixdə 500 manat, 03.10.2020-ci il tarixdə 505 manat, 14.10.2020-ci il tarixdə 100 və 250 manat, 06.11.2020-ci il tarixdə 100 manat, 14.11.2020-ci il tarixdə 100 manat, 24.11.2020ci il tarixdə 100 manat, 30.11.2020-ci il tarixdə 300 manat, 05.12.2020-ci il tarixdə 130 manat, 11.12.2020-ci il tarixdə 400 manat, 18.12.2020-ci il tarixdə 100 manat, 23.12.2020ci il tarixdə 760 manat, 24.12.2020-ci il tarixdə 130 və 100 manat, 25.12.2020-ci il tarixdə 135 manat, 29.12.2020-ci il tarixdə 200 manat, terminaldan mədaxil formasında isə 25.10.2020-ci il tarixdə 500 manat, 26.10.2020-ci il tarixdə 400 manat, 06.11.2020-ci il tarixdə 250 manat, 23.11.2020-ci il tarixdə 400 manat, 09.12.2020-ci il tarixdə 100 manat, 11.12.2020-ci il tarixdə 190 manat, 16.12.2020-ci il tarixdə 140 manat, 20.12.2020-ci il tarixdə 400 manat, 24.12.2020-ci il tarixdə 200 manat və 28.12.2020-ci il tarixdə 210 manat məbləğində pul köçürmələri olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin plastik kartla birbank vasitəsilə X9 istifadəsində olan 416974******9250 (38810) nömrəli karta 07.10.2020-ci il tarixdə 200 manat, X5 istifadəsində olan 416973******1079 (38817) nömrəli karta 12.12.2020-ci il tarixdə 190 manat, X1 istifadəsində olan 416974******5366 (38810) nömrəli karta 16.12.2020-ci il tarixdə 142 manat, X13 istifadəsində olan 416974******4139 (38810) nömrəli karta 20.12.2020-ci il tarixdə 450 manat, X14 istifadəsində olan 416974******4062 (38810) nömrəli karta 23.12.2020-ci il tarixdə 760 manat və X5 istifadəsində olan 416973******1079 (38817) nömrəli kartdan Təqsirləndirilən şəxs2 həmin kart hesabına 28.12.2020-ci il tarixdə 150 manat məbləğində pul köçürülmüşdür. Qeyd edilənlərdən əlavə Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin plastik kartla birbank vasitəsilə Unibanka məxsus 524375******0999 nömrəli karta 08.07.2020-ci il tarixdə 120 və 170 manat, 28.07.2020-ci il tarixdə 110 manat, 02.08.2020-ci il tarixdə 155 manat, 03.08.2020ci il tarixdə 110 manat, 05.08.2020-ci il tarixdə 80 manat, 06.08.2020-ci il tarixdə 110 manat, 13.08.2020-ci il tarixdə 60 manat, 15.08.2020-ci il tarixdə 60 manat, 30.08.2020-ci il tarixdə 55 manat, 04.09.2020-ci il tarixdə 60 və 60 manat, 07.09.2020-ci il tarixdə 170 manat, 14.09.2020-ci il tarixdə 90 manat, 24.09.2020-ci il tarixdə 120 manat, 23.11.2020-ci il tarixdə 180 manat, 10.12.2020-ci il tarixdə 60 manat və 12.12.2020-ci il tarixdə 110 manat məbləğində pul köçürmüşdür. (cild 5, iş vərəqə - 128-129) Cinayət işinin materiallarına əlavə edilmiş bank sənədlərinə baxış keçirilməsi haqqında 30 aprel 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-də Təqsirləndirilən şəxs2 adına qeydə alınmış 4169-7413-5557-6172 nömrəli hesablaşma hesabı vasitəsilə 01.07.2020 - 29.12.2020-ci il dövrü üzrə 11,133.91 manat mədaxil, 10,703.73 manat məxaric əməliyyatları aparılmışdır. Bankın məktubuna əlavə edilmiş 01 ədəd diskdəki fotoşəkillərdən məlum olur ki, həmin kart üzrə müxtəlif ünvanlarda olan bankomatlar vasitəsilə məxaric əməliyyatlarını Təqsirləndirilən şəxs2 özü həyata keçirmişdir. (cild 6, iş vərəqə - 109) X2 Sisteminə baxış keçirilməsi haqqında 30 dekabr 2020-ci il tarixli protokol və əlavə edilmiş sərhəd keçmə hesabatı ilə Təqsirləndirilən şəxs1 08.12.2020-ci il tarixdə saat 10:42-də Bakı Aeroportundan Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyi və 09.12.2020-ci il tarixdə saat 18:27-də Bakı Aeroportu vasitəsilə ölkəyə qayıtdığı, həmçinin 12.12.2020-ci il tarixdə saat 10:42-də eyni qaydada İstanbul şəhərinə gedib 14.12.2020-ci il tarixdə saat 20:38-də ölkəyə qayıtdığı, sonuncu dəfə isə 24.12.2020-ci il tarixdə saat 08:01-də əvvəlki qaydada Türkiyə Respublikasının İstanbul şəhərinə gedib 25.12.2020-ci il tarixdə saat 21:16-da ölkə ərazisinə qayıtdığı, Təqsirləndirilən şəxs2 sonuncu dəfə 13.07.2017-ci il tarixdə Bakı Aeroportu vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyi və 19.07.2017-ci il tarixdə Bakı Aeroportundan ölkəyə qayıtdığı, Təqsirləndirilən şəxs3 isə sonuncu dəfə 17.12.2020-ci il tarixdə saat 08:05-də Bakı Aeroportundan Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyi və həmin tarixdə saat 21:07-də Bakı Aeroportu vasitəsilə ölkəyə qayıtdığı müəyyən edilmişdir. (cild 1, iş vərəqə - 238-245) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.12.2020-ci il tarixli 6/2790 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Hava Nəqliyyatında Baş Gömrük İdarəsi...AR vətəndaşı Təqsirləndirilən şəxs1...” əl yazıları olan №002101 saylı polietilen paketdəki 01 ədəd p/e bağlamada təmiz çəkisi 320.105 qram ağ rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -kokaindir. 01 ədəd p/e bağlamada 579 ədəd göy rəngli 3-künc formalı həblərin, 63 ədəd açıq yaşıl rəngli 4-künc formalı həblərin, 01 ədəd p/e bağlamada 496 ədəd tünd boz rəngli 4-künc formalı həblərin, 404 ədəd bozumtul-ağ rəngli 3-künc formalı həblərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 285,852 qram psixotrop maddə MDMA (metilendioksimetamfetamin) maddəsi müəyyən edildi. 01 ədəd p/e bağlamadakı təmiz çəkisi 118,250 qram qəhvəyi rəngli toz şəkilli maddənin tərkibində narkotik vasitələrə, psixotrop və güclü təsir edən, habelə zəhərli maddələrə məxsus əlamətlər müəyyən edilmədi. Kokain Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), MDMA maddəsi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: MDMA tabletlərinin hər növündən (rəngindən) 02 ədəd istifadə olundu. Kokainin təmiz çəkisi 320.105 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 320,005 qram, Qəhvəyi rəngli maddə - 118.250 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 118.050 qramdır. (cild 1, iş vərəqə - 61-66) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.12.2020-ci il tarixli 6/2791 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Hava Nəqliyyatında Baş Gömrük İdarəsi.. AR vətəndaşı Təqsirləndirilən şəxs1...” əl yazıları olan №202092 saylı polietilen paketdəki 02 ədəd kustar üsulla lampadan hazırlanmış şüşə predmetin daxilində psixotrop maddə - metamfetaminin izləri aşkar olundu. Həmin lampaların daxili səthində metamfetamin iz miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə - 67-70) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31.12.2020-ci il tarixli 6/2816 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs3..” yazısı olan 3 ədəd DGK-nə aid olan maddi sübutlar üçün nəzərdə tutulmuş polietilen paketdəki: - 2 (iki) ədəd polietilen torbacıqda, ayrı-ayrılıqda təmiz çəkisi 6,627 qram və 1,885 qram, ümumi təmiz çəkisi 8,512 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; – 8 (səkkiz) ədəd polietilen torbacıqda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,039 qram, 4,002 qram, 0,007 qram, 0,987 qram, 0,500 qram, 0,530 qram, 0,042 qram, 0,230 qram, ümumi təmiz çəkisi 7,337 qram ağ rəngli tozşəkilli, spesifik iyli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - kokaindir; - üzərində “Paden 300 (preqabalin)” yazısı olan 7 ədəd konvalyutda ümumi 70 ədəd ağ-qəhvəyi rəngli kapsullardakı ağ rəngli maddə preqabalin tərkibli dərman preparatıdır və 70 ədəd kapsullardan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 21 qram təşkil edir (bir kapsulda 0,3 qram preqabalin olmaqla); - ümumi 502 ədəd həb (344 ədəd üzrərində “Red Bull” yazısı həkk olunmuş çəyrayi rəngli, 133 üzərində “Red Bull” yazısı və “Öküz” təsviri yaşıl rəngli və 25 ədəd müxtəlif rəngdə və formada həblər) metilendioksimetamfetamin – MDMA tərkibli həblərdir (ekstazi) və 502 ədəd həbdən ibarət MDMA-nın ümumi miqdarı 92,55 qram (55,04 qram üzərində “Red Bull” yazısı həkk olunmuş çəhrayi rəngli, 33,25 qram üzərində “Red Bull” yazısı və “Öküz” təsviri yaşıl rəngli və 4,26 qram müxtəlif rəngdə və formada həblər) təşkil edir. – 2 ədəd şprislərdə hər birində 2 ml şəffaf rəngsiz mayenin tərkibində narkotik, psixotrop və güclü təsir edən maddələrin komponentləri aşkar edilmədi. Kokain “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin və MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına və preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına daxildirlər. Qeyd: - kokainin ümumi təmiz çəkisi: 7,337 qram, tədqiqata sərf edildi: ümumi 0,07 qram, qalıq: 7,267 qram, - metamfetaminin ümumi təmiz çəkisi: 8,512 qram, tədqiqata sərf edildi: ümumi 0,10 qram, qalıq: 8,412 qram, - 70 ədəd kapsuldan 4 kapsul tədqiqata sərf edildi, qalıq: 66 ədəd kapsul, - N1 paket 4 həb sərf edildi, qalıq: 311 çəhrayi rəngli və 117 yaşıl rəngli həb, - 2N paket: 4 həb sərf edildi, qalıq: 29 çəhrayi rəngli və 14 yaşıl rəngli həb, - 3N paket: sərf edildi 10 həb, qalıq 15 həbdir. (cild 2, iş vərəqə - 1-10) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31.12.2020-ci il tarixli 7/908 nömrəli ekspert rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş polietilen paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 90,0 qram və bir ədəd şəffaf kiçik polietilen paketdə təmiz çəkisi 0,988 qram, ümumi çəkisi 90,988 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid olan MDMB-4en-PİNACA adlı maddə vardır. Onun çəkisi –31,47 qramdır. 2) Tədqiqata təqdim olunmuş polietilen paketdə 03 (üç) ədəd şəffaf kiçik polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,716 qram, 0,692 qram, 4,946 qram, ümumi çəkisi 6,354 qram olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid olan 5CL-ADB-A adlı maddə vardır. Onun çəkisi – 1,816 qramdır. 2.1) Tədqiqata təqdim olunmuş bir ədəd dəmir qabda 11 (on bir) ədəd şəffaf kiçik polietilen paketdə ümumi çəkisi 7,283 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. 2.2) Tədqiqata təqdim olunmuş bir ədəd şəffaf kiçik polietilen paketdə quru vəziyyətdə təmiz çəkisi 1,198 qram olan göbələk hissələri Psilosibin göbələklərin hissələridir. Həmin göbələklər Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən və psixotrop maddələrin Siyahısına aid deyildir. Qeyd: 1) Bitki mənşəli kütlələrin ümumi çəkisi – 90,988 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 90,788 qramdır. 2) Bitki mənşəli kütlələrin ümumi çəkisi 6,354 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 6,154 qramdır. 3) Göbələklərin ümumi çəkisi – 1,198 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 1,178 qramdır. (cild 2, iş vərəqə -1- 15) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22.01.2021-ci il tarixli 6/46 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 7 ədəd şüşə materialdan olan əşyaların içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş digər əşyalarda narkotik vasitələrin (kokain, heroin, tiryək), psixotrop maddələrin (metamfetamin, MDMA) və güclü təsir edən maddələrin izləri yoxdur. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №60” ştamp əksi və Təqsirləndirilən şəxs1” yazısı olan paketdəki narkotik vasitə kokain, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №59” ştamp əksi və “Təqsirləndirilən şəxs3” yazısı olan paketdə olan kokainlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Həmin paketlərdə olan MDMA tərkibli həblər tərkiblərindəki təsiredici maddəsinin (metilendioksimetamfetamin) miqdarına, rənglərinə və formalarına görə müxtəlifdir. Qeyd: 1) Təqsirləndirilən şəxs1: kokainin təmiz çəkisi: 320,005qr, tədqiqata sərf edildi: 0,01qr., qalıq: 319,995qr. 2) Təqsirləndirilən şəxs3: kokainin ümumi təmiz çəkisi: 7,267qr, tədqiqata sərf edildi: ümumi 0,03qr., qalıq: 7,237qr. 3) Təqdim edilmiş MDMA tərkibli həblər müxtəlif rənglərdə və formalarda olduğundan, onlar arasında müqayisəli tədqiqat aparılmadı. (cild 4, iş vərəqə - 12-18) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22.01.2021-ci il tarixli 7/26 nömrəli ekspert rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş birinci kağız paketdə bir ədəd şəffaf sellofanda, bir ədəd şəffaf kiçik polietilen paketdə (rəy № 7/908) və üçüncü kağız paketdə bir ədəd şəffaf sellofanda (rəy №7/899) olan bitki mənşəli kütlələr tərkiblərinə görə eynidirlər. 1.2) Tədqiqata təqdim olunmuş bir ədəd dəmir qabda 11 (on bir) ədəd şəffaf kiçik polietilen paketdə olan çətənə (kannabis) bitkisinin toxumları və bir ədəd şəffaf kiçik polietilen paketdə olan Psilosibin göbələklərin hissələri tədqiq olunan bitki mənşəli kütlələrlə müxtəlif növə aid olduğu üçün müqayisəli tədqiqat aparılmadı. 2) Tədqiqata təqdim olunmuş ümumi sayı 11 ədəd olan metal, şüşə və taxta materialdan hazırlanmış müştüklərdə, 2 ədəd üyütmək üçün metal əşyalarda və 1 ədəd alışqanda sintetik kannabinoidlərin (MDMB-4en-PİNACA və 5CL- ADB-A) izləri vardır. Həmin izlər cüzi miqdarda olduğuna görə onların çəkisini müəyyən etmək mümkün deyildir. 2.1) Təqdim olunmuş digər əşyalarda sintetik kannabinoidlərə aid izlər aşkar edilmədi. Qeyd: 1) Bitki mənşəli kütlələrin ümumi çəkisi-90,788 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-90,688 qramdır. 2) Bitki mənşəli kütlələrin ümumi çəkisi – 6,154 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-6,054 qramdır. 3) Bitki mənşəli kütlələrin təmiz çəkisi – 484,8 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq – 484,7 qramdır. (cild 4, iş vərəqə - 19- 22) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01.03.2021-ci il tarixli 4/53 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 2 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli videofonoqramlar şəxsiyyəti eyniləşdirmək üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 2 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli videofonoqramlarda Təqsirləndirilən şəxs3 səsi və nitqi vardır və danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuşdur. Belə ki, rəyin tədqiqi hissəsinə əsasən narkotik vasitə, pxisotrop maddə və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı eyni məzmunda Təqsirləndirilən şəxs3 çoxsaylı səs və nitqi müəyyən edilmişdir. (cild 2, iş vərəqə -143-184, 224-243 , cild 5, 200-214) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2021-ci il tarixli 4/47 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 1 ədəd üzərində “Notes” yazılmış göy rəngli üzlüyü olan dəftərin 1-33-cü vərəqlərində olan yazılar və rəqəmlər, 1 ədəd üzərində “Elit Uninite” yazılmış tünd qırmızı rəngli dəftərin 35-37-ci vərəqələrində olan yazılar və rəqəmlər - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. (cild 5, iş vərəqə - 72-75) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 12 yanvar 2021-ci il tarixli, 33 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 “Emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 “Emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 qeyd olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək qabiliyyətindən məhrum etmədiyindən anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirilmir. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. (cild 4, iş vərəqə - 5-8) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 13 yanvar 2021-ci il tarixli, 110 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir və o, baş vermiş hadisəni düzgün qavrayıb, təsvir etmək iqtidarındadır. (cild 4, iş vərəqə - 9-11) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 02 fevral 2021-ci il tarixli, 239 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs3 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 ictimai təhlükəli-cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra, yəni hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. (cild 5, iş vərəqə - 89-91) Həmçinin, iş materiallarında olan 18.06.2021-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işindən mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilmə cinayətlərinin törədilməsində iştirak etmiş X18 və cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvləri barəsində Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (cild 08, iş vərəqə 47-156) İş materiallarında olan, 26 dekabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 şübhəli şəxsi qismində dindirmə protokolundan görünür ki, o, təxminən 3 ildir ki, Preqabalin həbini qəbul edir, təxminən 2020-ci ilin avqust ayının sonlarında Zahid adlı şəxsin mobil nömrəsini ona vermişlər, o, Zahidin +1(774)290-60-11 nömrəsinə yazaraq, tanış olmuşdur. Zahidin bank kartına pulu Milliön vasitəsilə köçürürmüş, Zahid ona dərmanı hara qoyduğunu deyirmiş, o isə həmin yerdən dərmanı götürürmüş. O, Zahidi üzbəüz olaraq heç vaxt görməmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində o, Zahidə bildirmişdir ki, ona pul lazımdı. Zahid də ona İstanbula gedib, oradan narkotik vasitələr gətirəcəyi təqdirdə, ona hər reysə görə 1000 manat pul verə biləcəyini demişdir. O, Zahidin bu təklifi ilə razılaşmışdır. Lakin, Zahid ona narkotikin çox olmadığını demişdir. O, birinci dəfə 08.12.2020-ci il tarixində İstanbula uçmuş, bileti ona Zahid almış və bileti yuxarıda qeyd etdiyi nömrədən onun telefonunun WhatsAppına göndərmişdir. O, İstanbulda təyyarədən endikdən sonra, transfer maşını gəlmiş, onu İstanbul şəhərinin Beylik Düzü deyilən ərazisində yerləşən otelə aparmışdır. O, bir gün orada qalmışdır. 09.12.2020-ci il tarixində geri dönüş bileti olmuşdur. Həmin bileti də ona Zahid almışdır. Transfer gəlməmişdən 15 dəqiqə əvvəl Zahid ona otelin qarşısına çıxmağını və orada bir nəfərin ona yaxınlaşaraq çamadan verəcəyini demişdir. O, aşağı düşmüş və bir nəfər adını bilmədiyi cavan türk oğlan ona yaxınlaşıb, bir ədəd çamadan vermişdir. Bundan sonra o, transferlə Hava Limanına getmiş, baqajı təhvil verərkən çəkisinin 10 kq olduğunu görmüşdür. Oradan Bakıya uçmuş, Bakıda Zahid ona bir nəfərin gəlib evindən çamadanı götürəcəyini yazmışdır. O, olduğu yeri Zahidə göndərmiş, həmin gün bir nəfər xanım ona ***-***-**-** nömrəsi ilə zəng etmiş və binanın həyətində olduğunu demişdir. O, çamadanla aşağıya düşmüş, xanımın adının Lalə olduğunu öyrənmiş və çamadanı ona vermişdir. Həmin gün Zahid onun bank kartına 1000 AZN göndərmişdir. Daha sonra Zahid onun üçün daha bir bilet almış, o, 12.12.2020-ci il tarixində İstanbula uçmuş, yenə transfer onu Hava Limanından götürmüş və Beylik Düzü ərazisində yerləşən “X34”ə aparmışdır. 2 gün orada qalmış, 14.12.2020-ci il tarixində Zahid ona bu dəfə çamadan alınmadığını, transferə minib Bakıya gəlməsini yazmışdır. O, narkotik vasitə olmadan Bakıya geri qayıtmış. Həmin gün Zahid onun bank kartına 300 AZN göndərmişdir. Bundan sonra Zahid ona yenə yazaraq 24.12.2020-ci il tarixinə bilet aldığını bildirmişdir. O, həmin tarixdə İstanbula uçmuş, yenə transfer onu Hava Limanından götürmüş və Beylik Düzü ərazisində yerləşən başqa bir otelə aparmışdır. O, bir gün İstanbulda qalmış, 25.12.2020-ci il tarixində yenə transfer gəlməmişdən 15 dəqiqə əvvəl Zahid ona aşağı düşməyini bildirmişdir. Aşağıya düşəndə başqa bir türk cavan oğlan ona yaxınlaşmış və bir ədəd çamadan vermişdir. O, həmin çamadanla həmin gün Bakıya gəlmişdir. Çamadanını Bakıda Aeroportda lentdən götürən zaman, üzərinə qırmızı bant yapışdırıldığını görmüş, bu barədə Zahidə yazmışdır. Zahid isə ona ayaqyoluna gedib, həmin qırmızı bantı sökməyini demişdir. O, ayaqyolunda bantı sökmüş və çıxışa doğru irəliləmişdir. Əşyalarını rentgen aparatına qoyub, gömrük nəzarətindən keçərkən, gömrük əməkdaşları onu saxlamış və çantasına yoxlama keçiriləcəyini bildirmişlər. Gömrük əməkdaşları onun çamadanını açmışlar, ümumi baxış keçirmişlər, sonra ona otağa getməli olduğunu bildirmişlər. Bu zaman, o, öz əşyaları olan kağız paketi də çamadanın içərisinə qoymuşdur. Otaqda videoçəkilişdən istifadə edilərək, çamadanını yoxlamışlar. Yoxlama zamanı, ona məxsus qırmızı rəngli çamadanın içərisindəki bir ədəd “X22” və bir ədəd “X23” qutusunun içinə yerləşdirilmiş sellofan paketlərdə ümumi çəkisi təxminən 590 qram olan 579 ədəd göy rəngli, 404 ədəd ağ rəngli, 496 ədəd boz rəngli, 63 ədəd yaşıl rəngli həblər; ümumi çəkisi təxminən 119 qram olan qəhvəyi rəngli toz şəklində olan maddə, bir ədəd “Aptamil” uşaq yeməyinin qutusunun içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 326 qram olan ağ rəngli bərk maddə, bir ədəd “Lipton” çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə ümumi çəkisi təxminən 488 qram olan qəhvəyi rəngli qurudulmuş bitki aşkar olunmuşdur. Çamadanda olan kağız paketin içinə yerləşdirilmiş kiçik həcmli qadın çantasının içərisindəki bəzək əşyalarının arasından 2 ədəd avtomobil lampası aşkar olunmuşdur. Həmin predmetlər gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin bildirmişdir ki, o, çamadanın içərisində narkotik olduğunu bilmiş, amma miqdarını bilməmişdir. Zahid ona narkotiklərin miqdarı və növü haqqında heç nə demirmiş, sadəcə olaraq narkotik vasitə olduğunu bildirirmiş. Zahid ona həmin çamadanın içərisindəki narkotik vasitələrin etibarlı şəkildə qablaşdırıldığını, narkotikin gömrükdə aşkar edilə bilməyəcəyini, buna görə də qorxmamağını bildirirmiş. Ona görə də o, İstanbulda çamadanı təhvil alan zaman onu açmamış və içinə baxmamışdır. Zahidin nə işlə məşğul olması barədə məlumatı yoxdur. Zahidi heç vaxt görməmişdir. Zahidin hazırda hansı ünvanda olması barədə məlumatı yoxdur. O, istanbulda olarkən, çamadanı ona verən şəxsləri tanımır, həmin şəxsi ilk dəfə idi ki, görürmüş, həmin şəxsin danışığından türk olduğunu müəyyən etmiş, həmin şəxs 28- 29 yaşlarında, hündürboy, arıq bədən quruluşlu bir oğlan olmuşdur. O, İstanbula gedərkən özü ilə pul aparmamış, İstanbulda oteldən kənara çıxmadığına görə pula ehtiyac olmamışdır. İstanbulda olanda heç kimlə görüşməmişdir. Həmin vaxt Türkiyədə yaşayan anası ilə də heç əlaqə saxlayıb görüşməmişdir. O, Zahidi görməmiş və səsini də eşitməmişdir. Zahidin telefon nömrəsi +1(774)290-60-11-dir. Başqa heç bir məlumatı yoxdur. Zahid ona özü haqqında heç nə demirmiş. O, Laləni bir dəfə görmüş, Lalənin təxminən 26-27 yaşı olar. Lalənin telefon nömrəsi isə ***-***-**-**-dur. Zahidin nömrəsini ona başqa narkotik satan Cahandar adlı şəxs vermişdir. O, əvvəllər narkotik tərkibli dərmanları həmin şəxsdən alırmış. Bir dəfə həmin şəxsdə dərman bitdiyi üçün ona Zahidin nömrəsini vermişdir. Cahandar Türkiyə operatoruna məxsus nömrənin WhatsAppını işlədirmiş, son zamanlar onun nömrəsi artıq işləmirmiş və o, həmin nömrəni silmişdir. Səhv eləmirsə onun nömrəsinin sonu 42-42 idi. O (İlahə), Preqabalin, bəzən isə marixuana narkotik vasitəsi qəbul edir. Zahidin narkotikdən istifadə edib-etməməsi barədə məlumatı yoxdur. Zahid ona bu barədə heç nə deməyibdir. Çamadanın yoxlanılması zamanı, oradan aşkar edilmiş 2 ədəd narkotik vasitələrin qəbulu üçün kustar üsulla hazırlanmış avtomobil lampası ona məxsusdur. O, metanfetamin istifadə edərkən, ondan istifadə edir. Zahidin ona bildirməsinə görə bu dəfə həmin narkotiki ondan Lalə adında həmin xanım gəlib götürməli idi. Lalə ondan narkotiki götürdükdən sonra Bakıda həmin narkotikləri kimə və ya haraya verəcəyi barədə heç bir məlumatı yoxdur. Narkotik vasitələri kofe, çay, uşaq yeməyinin içində gizlədildiyindən xəbəri olmamış, baqajı heç açmamış və onun içərisindəki narkotikin hansı formada qablaşdırılmasından xəbəri olmamışdır. Lakin həmin çamadanda narkotik olduğunu Zahid ona bildirmiş, onun İstanbula gedib qayıtmağı da məhz narkotik gətirməyi ilə bağlı olmuşdur. O, narkotik vasitənin harada gizlədildiyi barədə Zahid adlı şəxsdən soruşmamışdır. Telefonuna baxış keçirilərkən, yazışmaları aşkar edilmiş “Z” adlı şəxs Zahiddir. Zahid məhz həmin ad altında qeyd edilmiş telefon nömrəsi ilə onunla əlaqə saxlayırmış. O, narkoloji dispanserdə qeydiyyatda deyil və əvvəllər məhkumluğu olmayıbdır. Saxlanan zaman gömrük əməkdaşları tərəfindən hər hansı bir zorakılıq, döymə və ya təhqir edilmə halları ilə qarşılaşmamışdır. İş materiallarında olan Azərbaycan Respublikaı Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 19 aprel 2021-ci il tarixli, 1152 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə halları olub. Müayinə zamanı Təqsirləndirilən şəxs3 çətənə bitkisi preparatlarının və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 7, iş vərəqə - 133-135) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 26 aprel 2021-ci il tarixli, 1257 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə halları aşkar edilmədi. Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 7, iş vərəqə - 136-138) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 26 aprel 2021-ci il tarixli, 1258 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 7, iş vərəqə - 139-141) Məhkəmə Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasından Azərbaycan Respublikasına müxtəlif vaxtlarda gətirdiyi çamadanların içərisində narkotik vasitələrin olmasından xəbərinin olmadığını bildirməsi, özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun bu ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlarla tam təkzib edilir. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları mənzildən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrdən əvvəlcədən xəbərinin olmadığını, özünün həmin predmetlərin satış məqsədilə əldə edilməsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və saxlanılması cinayətlərində iştirakının olmadığını bildirməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun bu ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sənədlərlə tam təkzib edildiyindən öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadığı mənzildən 30.12.2020-ci il tarixdə aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin bəzilərinin Zikonun (Səbutər Babayevin) göstərişinə əsasən Təqsirləndirilən şəxs1 deyil, müxtəlif vaxtlarda tanımadığı və üzünü görmədiyi şəxslərin (zaklatşiklərin) vasitəsilə əldə etdiyini bildirməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmədə dindirmə protokolları, həmçinin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri və digər sənədlərlə tam təkzib olunmuşdur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, eləcə də şahidlərin ifadələrini, ibtidai istintaq orqanının 18.06.2021-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” qərarını və digər mötəbər sübutları tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətində GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X26 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. X26 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X26 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X26 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X26 6-cı bəndinin 4-cü abzasına əsasən, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. AR Cinayət Məcəlləsinin 34.3-cü maddəsində iştirakçılığın mütəşəkkil dəstə formasına aşağıdakı məzmunda tərif verilir: «Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Mütəşəkkil dəstənin sabit dəstə əlaməti ölçüyə gələn meyar əsasında izah edilməlidir. Dəstənin «sabitliyi» onun tərkibinə daxil olan üzvlərinin kriminal fəaliyyətdə müntəzəm iştirakı ilə izah edilməlidir. Yəni müntəzəm kriminal fəaliyyətdə dəstə üzvlərinin tərkibi əsasən dəyişmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə isə digər cəhətlərlə yanaşı aşağıdakı xüsusiyyətlər aiddir: cinayət törədilməsində rolların bölüşdürülməsi; təşkilatçı və ya başçının irəli sürülməsi; qrupda ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılması. Qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, Azərbaycan Pespublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" dedikdə bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməlidir; Mütəsəkkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi xarakterizə edir. Mütəşəkkil dəstənin başqa cinayətkar qruplardan fərqləndirilməsi ucün istifadə edilə biləcək digər xüsusiyyətlərlə yanaşı, ilk növbədə aşagıdakı əsas xüsusiyyətlər nəzərə alınmalıdır: dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi; cinayət törədilməsində rolların böluşdürülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bölüşdürülməsi. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1, 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqə 216) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (Cild 3, iş vərəqə 96) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 21.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (Cild 3, iş vərəqə 186) İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 29 may 2008-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. (cild 05, iş vərəqə 104) İş materiallarında olan Nizami RİHB-nın 2 nömrəli SİƏD üzrə nümayəndənin müavini tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. (cild 3, iş vərəqə 241) Məhkəmə Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmasını, himayəsində bir az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan və doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2019-cu il təvəllüdlü bir azyaşlı övladı vardır. (cild 03, iş vərəqə 224, cild 6, iş vərəqə 8) İş materiallarında olan 18 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 3, iş vərəqə 225) Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmasını, himayəsində bir az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. İş materiallarında olan 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (cild 4, iş vərəqə 78) Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxslərə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 19 aprel 2021-ci il tarixli, 1152 və 26 aprel 2021-ci il tarixli, 1258 saylı rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görüldüyündən onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 26 aprel 2021-ci il tarixli, 1257 saylı rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, narkomaniyadan müalicəyə ehtiyacı olmadığından, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görüldüyündən, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. (cild 7, iş vərəqə - 136-138) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş və aparılmış tədqiqatlardan sonra tərkibində MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi olan həmin həblərdən qalıq qalmış 1534 həbi, kokain narkotik vasitəsindən qalıq qalmış 319,995 qramı, tərkibində MDMB-4en-PİNACA maddəsi olan bitki kütləsindən qalıq qalmış 484,7 qramı, qəhvəyi rəngli toz şəkilli maddədən qalıq qalmış 118,050 qramı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə yaşadıqları mənzildən və nəqliyyat vasitəsindən ümumilikdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 8,412 qram kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi, 486 həb (ekstazi) MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, 7,237 qram kustar üsulla hazırlanmış kokain narkotik vasitəsi, 66 həb preqabalin güclü təsir edən maddəsi, 2 ədəd şpirislərdə hər birində 2 ml şəffaf rəngsiz maye, tərkibində MDMB-4en-PİNACA maddəsi olan bitki kütləsindən qalıq qalmış 90,688 qramı, tərkibində 5CL-ADB-A maddəsi olan bitki kütləsindən qalıq qalmış 6,054 qramı, 7,283 qram narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, 1,178 qram Psilosibin göbələklərin hissələri, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 01 ədəd “X22”, 01 ədəd “X23” qutuları, 01 ədəd “Aptamil” uşaq yeməyinin qutusu, 01 ədəd “Lipton” çay paketi qutusu və 01 ədəd qırmızı rəngli çamadan və eyni zamanda daxilində metamfetamin psixotrop maddəsinin izləri aşkar edilmiş kustar üsulla lampadan hazırlanmış 02 ədəd şüşə, daxilində müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin izləri aşkar edilmiş 07 ədəd şüşə kolba, 21 ədəd metal, şüşə və taxta materialdan hazırlanmış müştüklər, 02 ədəd üyütmək üçün avadanlıq, 01 ədəd üzərində “GİZEH” yazılmış qutuda siqaret kağızları, 01 ədəd üzərində “RAW” yazısı olan siqaret bükmək üçün avadanlıq, 02 ədəd siqaret eşmək üçün avadanlıq, 01 ədəd xüsusi təyinatlı alışqan, 01 ədəd hava pompası, 01 ədəd çəhrayı rəngli çamadan, 02 ədəd kiçik ölçülü qaşıq, 03 ədəd elektron tərəzi, 02 ədəd üzərində “FİNDİKLİ KAHVE” yazısı olan boş qəhvə qutuları, çox sayda ağzı açılıb-bağlana bilən sellofan paket, Təqsirləndirilən şəxs1 adına qeydə alınmış "xxxx" ASC-yə məxsus 5505- 7850-2878-7021 nömrəli, Təqsirləndirilən şəxs2 adına qeydə alınmış "xxxx" ASC-yə məxsus 4169-7413-5557-6172 nömrəli və "xxxx" ASC-yə məxsus 1237-0218-9267-1537 nömrəli bankomat kartları, bir ədəd işlək vəziyyətdə olmayan ön və arxa hissələrinin şüşəsi sınıq vəziyyətdə olan qara rəngli “Samsung” markalı mobil telefon, bir ədəd "xxxx" və bir ədəd “ais” adlı mobil operatora məxsus simkartlar, 1 ədəd göy rəngli üzərində “Notes” yazılmış dəftər, 1 ədəd qəhvəyi-qara rəngli üzərində “Oyal” yazılmış dəftər, 1 ədəd üzərində “Elit Uninote” yazılmış bənövşəyi rəngli dəftər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Redmi” markalı və Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “Redmi” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılmalı, X4 adına 24.12.2020-ci il tarixdə 130 manat ödənilməsi barədə MilliÖn ödəmə qəbzi isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 1196 manat, 74 qəpik məbləğində pul vəsaitindən 399 manat, 25 qəpik pul Təqsirləndirilən şəxs1, 399 manat, 25 qəpik pul Təqsirləndirilən şəxs2, 399 manat, 25 qəpik pul isə Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 12.01.2021-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 4(004)-23/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12.01.2021-ci il tarixdən hesablanmışdır. (cild 03, iş vərəqə 11-13; 62-71). Odur ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 12.01.2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 26.12.2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.12.2020-ci il tarixli, 4(004)-713/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25.12.2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 28, 29; 118-120). Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 25.12.2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 30.12.2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.12.2020-ci il tarixli, 4(004)-719/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 dekabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 217; cild 2, 61-67). Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 30 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.1, 240.3.2-ci maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 25.12.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.1, 240.3.2-ci maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 30 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, 240.3.1, 240.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs3 qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 12.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi olan həmin həblərdən qalıq qalmış 1534 həbi, kokain narkotik vasitəsindən qalıq qalmış 319,995 qramı, tərkibində MDMB-4en-PİNACA maddəsi olan bitki kütləsindən qalıq qalmış 484,7 qramı, qəhvəyi rəngli toz şəkilli maddədən qalıq qalmış 118,050 qramı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə yaşadıqları mənzildən və nəqliyyat vasitəsindən ümumilikdə aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 8,412 qram kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi, 486 həb (ekstazi) MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, 7,237 qram kustar üsulla hazırlanmış kokain narkotik vasitəsi, 66 həb preqabalin güclü təsir edən maddəsi, 2 ədəd şpirislərdə hər birində 2 ml şəffaf rəngsiz maye, tərkibində MDMB-4en-PİNACA maddəsi olan bitki kütləsindən qalıq qalmış 90,688 qramı, tərkibində 5CL-ADB-A maddəsi olan bitki kütləsindən qalıq qalmış 6,054 qramı, 7,283 qram narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, 1,178 qram Psilosibin göbələklərin hissələri, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 01 ədəd “X22”, 01 ədəd “X23” qutuları, 01 ədəd “Aptamil” uşaq yeməyinin qutusu, 01 ədəd “Lipton” çay paketi qutusu və 01 ədəd qırmızı rəngli çamadan və eyni zamanda daxilində metamfetamin psixotrop maddəsinin izləri aşkar edilmiş kustar üsulla lampadan hazırlanmış 02 ədəd şüşə, daxilində müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin izləri aşkar edilmiş 07 ədəd şüşə kolba, 21 ədəd metal, şüşə və taxta materialdan hazırlanmış müştüklər, 02 ədəd üyütmək üçün avadanlıq, 01 ədəd üzərində “GİZEH” yazılmış qutuda siqaret kağızları, 01 ədəd üzərində “RAW” yazısı olan siqaret bükmək üçün avadanlıq, 02 ədəd siqaret eşmək üçün avadanlıq, 01 ədəd xüsusi təyinatlı alışqan, 01 ədəd hava pompası, 01 ədəd çəhrayı rəngli çamadan, 02 ədəd kiçik ölçülü qaşıq, 03 ədəd elektron tərəzi, 02 ədəd üzərində “FİNDİKLİ KAHVE” yazısı olan boş qəhvə qutuları, çox sayda ağzı açılıb-bağlana bilən sellofan paket, Təqsirləndirilən şəxs1 adına qeydə alınmış "xxxx" ASC-yə məxsus 5505-7850-2878-7021 nömrəli, Təqsirləndirilən şəxs2 adına qeydə alınmış "xxxx" ASC-yə məxsus 4169-7413-5557-6172 nömrəli və "xxxx" ASC-yə məxsus 1237-0218-9267-1537 nömrəli bankomat kartları, bir ədəd işlək vəziyyətdə olmayan ön və arxa hissələrinin şüşəsi sınıq vəziyyətdə olan qara rəngli “Samsung” markalı mobil telefon, bir ədəd "xxxx" və bir ədəd “ais” adlı mobil operatora məxsus simkartlar, 1 ədəd göy rəngli üzərində “Notes” yazılmış dəftər, 1 ədəd qəhvəyi-qara rəngli üzərində “Oyal” yazılmış dəftər, 1 ədəd üzərində “Elit Uninote” yazılmış bənövşəyi rəngli dəftər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Redmi” markalı və Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “Redmi” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın, X4 adına 24.12.2020-ci il tarixdə 130 manat ödənilməsi barədə MilliÖn ödəmə qəbzi isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 1196 manat, 74 qəpik məbləğində pul vəsaitindən 399 manat, 25 qəpik pul Təqsirləndirilən şəxs1, 399 manat, 25 qəpik pul Təqsirləndirilən şəxs2, 399 manat, 25 qəpik pul isə Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-139/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-139/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver