Məhkəmə qərarları › İş №1(101)-139/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-139/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-139/2025 05.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri, "AİM" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarına əsasən "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Millli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşamış, 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olması, külli miqdarda əmlakın gizli talanması, talanmış əşyaların daşınması, gizlədilməsi və digər cinayət əməllərinin törədilməsi üçün rollarını cinayət qrupu üzvlərinin arasında bölüşdükdən sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən, 08 dekabr 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin hər iki mərtəbəsinin yataq, qonaq otaqları və ümumi zalından hər birinin qiyməti 216 (iki yüz on altı) manat olmaqla 6480 (altı min dörd yüz səksən) manat dəyərində 30 ədəd kombi qızdırıcı aparatı radiatorlarını, qonaq otağında divara quraşdırılmış qiyməti 1500 (bir min beş yüz) manat olan 1 ədəd “Samsung” markalı plazma ekranlı televizoru, qonaq otağından qiyməti 200 (iki yüz) manat olan 1 ədəd videomaqnitofonu, hər iki mərtəbənin yataq, qonaq otaqları və ümumi zalından hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla 3000 (üç min) manat dəyərində 20 ədəd karnizləri və karnizdən asılmış 180 metr ölçülü, 4 qatlı 15000 (on beş min) manat dəyərində pərdələri, qonaq otağından hər birinin qiyməti 1500 (bir min beş yüz) manat olmaqla 3000 (üç min) manat dəyərində 2 ədəd «HP» markalı notebook kompüterləri, hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla 300 (üç yüz) manat dəyərində 2 ədəd DVD pleyerləri, hər iki mərtəbənin yataq, qonaq, mətbəx otaqları və ümumi zalın qapılarının üzərində olmuş hər birinin qiyməti 40 (qırx) manat olmaqla 440 (dörd yüz qırx) manat dəyərində 11 ədəd qapı kilidlərini, yataq otağında paltar dolabında olmuş hər birinin qiyməti 300 (üç yüz) manat olmaqla 1200 (bir min iki yüz) manat dəyərində 4 ədəd kişi üçün kostyumlarını, hər birinin qiyməti 350 (üç yüz əlli) manat olmaqla 700 (yeddi yüz) manat dəyərində 2 ədəd kişi paltolarını, hər birinin qiyməti 750 (yeddi yüz əlli) manat olmaqla 1500 (bir min beş yüz) manat dəyərində 2 ədəd kişi plaşlarını, hər birinin qiyməti 1000 (bir min) manat olmaqla 2000 (iki min) manat dəyərində 2 ədəd qadın üçün şubaları, qiyməti 200 (iki yüz) manat olan 1 ədəd qadın üçün gödəkçəni, hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla 300 (üç yüz) manat dəyərində 2 ədəd qadın üçün gödəkçələri, evin mətbəx otağından hər birinin qiyməti 300 (üç yüz) manat olmaqla, Rusiya Federasiyasının Tula şəhərində mis materialdan hazırlanmış 7 litr həcmli 600 (altı yüz) manat dəyərində 2 ədəd samovarı, qiyməti 400 (dörd yüz) manat olan 1 ədəd çay servisini, qiyməti 600 (altı yüz) manat olan 1 ədəd qəhvə servisini, qiyməti 1000 (bir min) manat olan 1 ədəd nahar servisini, hər birinin qiyməti 300 (üç yüz) manat olmaqla 1200 (bir min iki yüz) manat dəyərində 4 ədəd billur güldanları, yataq otağından hər birinin qiyməti 200 (iki yüz) manat olmaqla 1000 (bir min) manat dəyərində 5 dəst yorğan-döşək dəstini, hər iki mərtəbənin yataq, qonaq otaqları və ümumi zaldan Gəncə şəhəri, İran İslam Respublikasının Təbriz şəhəri və X1 alınmış, üzərində təsvirlər və portretlər olan, hər birinin qiyməti 2500 (iki min beş yüz) manat olmaqla, 10000 (on min) manat dəyərində 4 ədəd 5x4 metr ölçülü, hər birinin qiyməti 1500 (bir min beş yüz) manat olmaqla, 3000 (üç min) manat dəyərində 2 ədəd 4x3 metr ölçülü və hər birinin qiyməti 1000 (bir min) manat olmaqla, 2000 (iki min) manat dəyərində 2 ədəd 3x2 mert ölçülü xalçaları gizli olaraq talayıb avtomobilə yükləyərək daşıyıb Zərərçəkmiş şəxs1 ümumilikdə 55620 (əlli beş min altı yüz iyirmi) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, istintaq orqanının gəldiyi nəticəyə görə o, təkrar tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olma, xeyli miqdarda əmlakın gizli talanması, talanmış əşyaların daşınması, gizlədilməsi və digər cinayət əməllərinin törədilməsi üçün rollarını cinayət qrupu üzvlərinin arasında bölüşdükdən sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən 11 mart 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, hər iki mərtəbənin yataq, qonaq otaqları və ümumi zalından hər birinin qiyməti 282 (iki yüz səksən iki) manat olmaqla, 6204 (altı min iki yüz dörd) manat dəyərində 22 ədəd kombi qızdırıcı aparatının radiatorlarını, yataq otağının divarına quraşdırılmış 3000 (üç min) manat dəyərində 1 ədəd ’’Samsung” markalı geniş ekranlı plazma televizoru, yataq və qonaq otaqlarında olmuş hər birinin qiyməti 800 (səkkiz yüz) manat olmaqla, 4000 (dörd min) manat dəyərində 5 ədəd xalçanı, qonaq otağından hər birinin qiyməti 1500 (bir min beş yüz) manat olmaqla, 3000 (üç min) manat dəyərində 2 ədəd «HP» markalı notebook kompüterləri, yataq otağında olan paltar dolabından hər birinin qiyməti 700 (yeddi yüz) manat olmaqla, 1400 (bir min dörd yüz) manat dəyərində 2 ədəd kişi üçün paltoları, hər birinin qiyməti 750 (yeddi yüz əlli) manat olmaqla, 1500 (bir min beş yüz) manat dəyərində kişi üçün kostyumları, hər birinin qiyməti 800 (səkkiz yüz) manat olmaqla, 1600 (bir min altı yüz) manat dəyərində 2 ədəd qadın üçün şubanı, hər birinin qiyməti 600 (altı yüz) manat olmaqla, 1200 (bir min iki yüz) manat dəyərində qadın üçün gödəkçələri, mətbəx otağında olan dolabdan hər birinin qiyməti 500 (beş yüz) manat olmaqla, 1500 (bir min beş yüz) manat dəyərində 3 ədəd çay, qəhvə və nahar servislərini, qonaq və yataq otaqlarından qiyməti 200 (iki yüz) manat olan 1 ədəd güzgünü, hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat dəyərində 2 ədəd güzgüləri, ümumi zaldan hər birinin qiyməti 1000 (bir min) manat olmaqla, 2000 (iki min) manat dəyərində 2 ədəd tabloları, yataq otağından hər birinin qiyməti 200 (iki yüz) manat olmaqla, 800 (səkkiz yüz) manat dəyərində 4 ədəd yorğan-döşək dəstini, sanitar qovşağından hər birinin qiyməti 50 (əlli) manat olmaqla, 200 (iki yüz) manat dəyərində 4 ədəd su kranlarını və hər birinin qiyməti 70 (yetmiş) manat olmaqla, 140 (yüz qırx) manat dəyərində 2 ədəd tuşları gizli olaraq talayıb avtomobilə yükləyərək daşıyıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 27044 (iyirmi yeddi min qırx dörd) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə şəxsiyyəti müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olma, əmlakın gizli talanması, talanmış əşyaların daşınması, gizlədilməsi və digər cinayət əməllərinin törədilməsi üçün rollarını cinayət qrupu üzvlərinin arasında bölüşdükdən sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən 23 mart 2023-cü il tarixdə gecə saat 03:07-də Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq həyətdə olan manqalın üzərinə qoyulmuş qiyməti 120 (yüz iyirmi) manat olan 1 ədəd 7 litr həcmli köz samovarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Nəhayət, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, təkrar tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olma, xeyli miqdarda əmlakın gizli talanması, talanmış əşyaların daşınması, gizlədilməsi və digər cinayət əməllərinin törədilməsi üçün rollarını cinayət qrupu üzvlərinin arasında bölüşdükdən sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən 25 mart 2023-cü il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində olan qonaq otağından qutuda saxlanılmış, işlənməmiş, qiyməti 1000 (bir min) manat olan 1 ədəd 147 dioqanallı «Redline» markalı plazma ekranlı televizoru, yataq otağının paltar dolabından hər birinin qiyməti 850 (səkkiz yüz əlli) manat olmaqla 1700 (bir min yeddi yüz) manat dəyərində 2 ədəd “Aldo Baroni” markalı İtaliya istehsalı olan kişi üçün kostyumlarını, qiyməti 100 (yüz) manat olan 1 ədəd kişi üçün idman dəstini, hər birinin qiyməti 25 (iyirmi beş) manat olmaqla 250 (iki yüz əlli) manat dəyərində 10 ədəd kişi üçün köynəkləri, hər birinin qiyməti 120 (yüz iyirmi) manat olmaqla 240 (iki yüz qırx) manat dəyərində 2 ədəd 43 ölçülü kişi üçün ayaqqabıları, birinci mərtəbədə olan mətbəx otağından qiyməti 350 (üç yüz əlli) manat olan 1 ədəd “Vertu Azcent” markalı «B- 010084» seriyalı, üzərində nömrə sim kartı olmayan mobil telefon aparatını, qiyməti 40 (qırx) manat olan 1 ədəd Çin istehsalı olan «Motorola» markalı «Razv V3» modelli, üzərində nömrə sim kartı olmayan mobil telefon aparatını, hər birinin qiyməti 600 (altı yüz) manat olmaqla, 1200 (bir min iki yüz) manat dəyərində 2 dəst çay servisləri, hər birinin qiyməti 400 (dörd yüz) manat olmaqla, 2400 (iki min dörd yüz) manat dəyərində 6 ədəd mətbəx dəstini, ikinci mərtəbədə olan yataq otağından qiyməti 600 (altı yüz) manat olan 1 ədəd yataq dəstini, yataq otağında olan termo dolabın içərisindən hər birinin qiyməti 50 (əlli) manat olmaqla, 400 (dörd yüz) manat dəyərində 8 ədəd qadın üçün və hər birinin qiyməti 50 (əlli) manat olmaqla, 100 (yüz) manat dəyərində 2 ədəd kişi üçün ətirləri, qonaq otağında olan dolabın içərisindən ümumi dəyəri 3000 (üç min) manat təşkil edən viski (whiskey), araq, çaxır və konyakdan ibarət 15 ədəd xarici ölkə istehsallı spirtli içkiləri, qiyməti 1200 (bir min iki yüz) manat olan 1 ədəd keramik qab dəstini, hər birinin qiyməti 100 (yüz) manat olmaqla, 500 (beş yüz) manat dəyərində 5 ədəd suvenir dəstlərini, eyni zamanda evin həyətyanı sahəsində yerləşən və saxlanc yeri hesab olunan anbara qanunsuz daxil olaraq, oradan hər bir metrinin qiyməti 8 (səkkiz) manat olmaqla, 1600 (bir min altı yüz) manat dəyərində 200 metr uzunluqlu elektrik naqilini gizli olaraq talayıb avtomobilə yükləyərək daşıyıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 14680 (on dörd min altı yüz səksən) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı. Bu zaman 08 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 qarşı törədilmiş oğurluq epizodu nəticəsində vurulmuş maddi ziyanın külli miqdar deyil, xeyli miqdar, yəni 45620 manat təşkil etməsi müəyyən edildi, digər cinayət epizodları ilə bağlı verilmiş ittihamlar məhkəmədə öz təsdiqini tapdı. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü il aprel ayının 29-da Binəqədi rayon Polis idarəsinin əməkdaşları gəlib onu evdən aparmış və 40-cı Polis bölməsinə gətirmişlər. O, həmin bölməyə başqa cinayətə görə gətirilmiş, orada ona kameraya düşdüyü bildirilmişdir. Ona demişlər ki, guya o, kiminsə kondisionerini bayır tərəfdən aparmışdır. Polis idarəsində olanda polis əməkdaşlarının özləri onun Zərərçəkmiş şəxs3 evinə girdiyini bilməmişlər. Polis işçiləri ona ərazidə oğurluq olduğunu və bir samovarın oğurlandığını bildirmiş, başqa hansı yerlərdən oğurluq etdiyini ondan soruşmuşlar. O da, oğurluq etdiyi yeri göstərə biləcəyini demiş, Heydərin evin göstərib oradan oğurluq etdiyini bildirmişdir. Həmin evdən oğurladığı əşyaların evdə olduğunu və satmadığını demişdir. Sonra onu yaşadığı evə aparmışlar və onu evdə qapının ağzında qandallı saxlamış, polis əməkdaşları evə girib oradakı əşyaları götürmüşlər. Həmin vaxt polis işçiləri onun özünə aid olan əşyaları da götürmüşlər. Polis əməkdaşları evdən gedərkən iki maşın əşyalar aparmışlar. Sonra o, idarəyə gətirilmiş, ona başqa bir evdən də oğurluq olduğunu, həmin evə iki dəfə girildiyini bildirmişlər. Polis işçiləri ona həmin evə onun girdiyini və oradan onun əl izinin aşkar olunduğunu demişlər. Zərərçəkmiş şəxs1 evindəki oğurluğa görə onun başına oyunlar açmışlar. Lakin o, yenə də həmin cinayəti boynuna almamışdır. Çünki həmin evə heç vaxt girməmiş və oradan oğurluq etməmişdir. Həmin cinayət əməli ilə onu santaj etmişlər. Axırda onu evin olduğu əraziyə apararaq uzaqdan əli ilə həmin evi göstərməyi təklif etmişlər və ondan başqa heç nə istəmədiklərini bildirmişlər. O isə, təkrar olaraq həmin evə girmədiyini, buna görə də etmədiyi cinayəti boynuna götürə bilməyəcəyini demişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, Heydər kişinin evinə girdiyini etiraf edir, lakin bunu düz etməmişdir, onun əmlakını satmamışdır. İttihamda qeyd olunmuşdur ki, o, cinayəti mütəşəkkil dəstə tərkibində törətmişdir, lakin o, heç bir dəstənin üzvü olmamışdır. Binəqədi rayon Məhkəməsində onun barəsində işə baxılarkən vəsatət verilmişdir ki, oğurlanan əmlakın məbləği düzgün hesablanmamışdır. Ağarəhim kişi vəsatət vermişdir ki, dəymiş ziyan düzgün qeyd olunmamışdır. Məhkəmə də 13 min manat məbləğin düzgün hesablanmadığını bildirmiş, prokuror vəsatət verərək dəymiş ziyanın məbləğinin düzgün hesablanmaması səbəbindən işi istintaqa qaytarmışdır. Odur ki, o, ancaq Heydərlə bağlı epizodu qəbul edir. Təqsirləndirilən şəxs suallara cavabında həmçinin samovar oğurlanması ilə bağlı epizodu da qəbul etdiyini, lakin mütəşəkkil dəstənin tərkibində olmasını qəbul etmədiyini, Zərərçəkmiş şəxs1la bağlı verilmiş ittihamları isə ümumiyyətlə qəbul etmədiyini, Ağarəhimin evini çəkilişə aparılan zaman gördüyünü, Ağarəhimlə telefonla danışmadığını, ibtidai istintaq zamanı iki epizodla bağlı etirafedici ifadələr verdiyini, Zərərçəkmiş şəxs3 mənzilindən oğurluq etməsi ilə bağlı polisin məlumatı olmadığını, həmin evdən oğruluq etməsini özünün etiraf etdiyini, istintaq vaxtı ona təzyiqlər olunduğunu, amma bədənində xəsarət izləri olmadığını, Şahid3 satdığı əşyaların Heydərin evindən götürdüyü əşyaların olduğunu, Raməddini tanımadığını, Ağarəhimin evindən oğurluq etmədiyini, Ağarəhimə aid olan əşyaların onun evindən aşkar olunmadığını, Zərərçəkmiş şəxs3 ilə bağlı epizodu qəbul etdiyini, istintaq zamanı Heydərin iki kostyumunun və iki mobil telefonun qaytarıldığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq edildi. Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixli ilkin ifadəsində göstərmişdir ki, o, əvvəllər özgə əmlakını gizli talama, talama məqsədi olmadan avtomobili qaçırma, narkotik vasitəni qanunsuz əldə etmə, saxlama, istehlakı cinayətlərini törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və 2022-ci ilin iyun ayında azadlığa çıxmışdır. O, azadlıqda olduğu müddət ərzində Sumqayıt şəhərinin müxtəlif yerlərində müvəqqəti kirayələrdə, son dəfə ünvan 2 ünvanında kirayədə yaşamışdır. O, kirayə pulu və digər şəxsi məsrəflərini ödəmək üçün pula ehtiyacı olması səbəbindən Sumqayıt və Bakı şəhərlərində fərdi evlərdə dam örtüklərinin vurulması işində ustalara kömək etmiş, lakin bu kimi fərdi işlərin davamlı olmaması və əldə etdiyi fəhlə pulu ilə məsrəflərini qarşılaya bilməməsinə görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki evlərdən və həyətlərdən özgə əmlakını oğurlamışdır. Belə ki, o, 08 dekabr 2022-ci il tarixdə gecə saatlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayışın olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin evin qarşısına gələrək ətrafda xeyli gəzişib müşahidə apararaq kimsənin olmadığına əmin olduqdan sonra saat 05 radələrində həmin evin hasarından həyətə aşaraq, iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsində olan pəncərənin barmaqlığını həyətdən götürdüyü dəmir parçası ilə sındıraraq, həmin evə daxil olmuş, sonra oradan sayını sonradan bildiyi 30 ədəd kombi radiatorlarını, 1 ədəd geniş ekranlı televizoru, 1 ədəd videomaqnitofonu, 20 ədəd karnizləri, pəncərələrin pərdələrini, 2 ədəd “HP” markalı kompüterləri, 2 ədəd DVD pleyerləri, 11 ədəd qapı kilidlərini, 4 ədəd kişi kostyumlarını, 2 ədəd paltoları, 2 ədəd plaşları, 2 ədəd samovarları, qab-qacaqları, 2 ədəd qadın üçün şubaları, 3 ədəd qadın üçün gödəkçələri, yorğan-döşəkləri, 8 ədəd xalçaları, büllur güldanları oğurlayıb əvvəl həyətə, sonra isə oradan çölə daşıyıb yoldan keçən tanımadığı sürücünün idarə etdiyi “Qazel” markalı avtomobili saxlatdıraraq, həmin əşyaları müvəqqəti yaşadığı H.Z.Tağıyev qəsəbəsində yerləşən ünvana aparmış, tanımadığı sürücüyə həmin evdə guya kirayədə qaldığını və kirayədən çıxdığına görə əşyalarını başqa ünvana köçürdüyünü demişdir. Həmin sürücü barədə onun heç bir məlumatı olmamış və avtomobilin qeydiyyat nişanını xatırlamamışdır. Bundan başqa, o, 11 mart 2023-cü il tarixdə gecə saatlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində təkrar yaşayışın olmadığını, işıqlarının yanmadığını görüb yenə həmin ünvandan oğurluq etmək qərarına gəlmişdir. Bu dəfə kənarda gəzişib ətrafı müşahidə etmiş, kimsənin olmadığına əmin olduqdan sonra hasardan həyətə aşmış və dəmir parçası ilə birinci mərtəbədəki plastik pəncərənin üzərinə quraşdırılmış dəmir barmaqlığı sındırıb həmin evə daxil olmuşdur. O, həmin gecə saat 05 radələrində evin hər iki mərtəbəsindəki zal və otaqları gəzib baxmış, sonra otaqlarda və zaldakı 22 ədəd radiatorları, divardakı geniş ekranlı “Samsung” markalı plazma televizoru açıb götürdükdən sonra yataq və qonaq otaqlarında olan 5 ədəd xalçaları, qonaq otağındakı 2 ədəd HP markalı dizüstü notebook kompüterlərini, yataq otaqlarında olan paltar dolablarından 2 ədəd kişi paltoları, 2 ədəd kişi kostyumları, 2 ədəd qadın şubası, 2 ədəd qadın gödəkçələri, mətbəx otağındakı dolabdan 3 ədəd çay, qəhvə və nahar servisləri, qonaq və yataq otağındakı 3 ədəd güzgüləri, 2 ədəd tablolar, yataq otağındakı 4 dəst yorğan-döşək dəstləri, sanitar qovşağından 4 ədəd su kranları və 2 ədəd duşları ələ keçirib əvvəl həyətə, sonra oradan küçəyə daşıyaraq markasını xatırlamadığı, sürücüsünü tanımadığı yol avtomaşını ilə həmin əşyaları müvəqqəti yaşadığı evə aparmışdır. Bundan başqa, o, 23 mart 2023-cü il tarixdə gecə saat 03 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanda yerləşən daşla hasarlanmış ərazidəki fərdi yaşayış evinin həyətinə hasardan keçməklə daxil olaraq, evin həyətində 10- 12 dəqiqə axtarış aparmış, lakin dəyərli əşya aşkar edə bilmədiyindən, həyətdəki manqalın üzərindən 1 ədəd köz samovarını gizli olaraq oğurlayıb həmin evin həyətyanı sahəsini tərk etmişdir. Bundan əlavə, o, 25 mart 2023-cü il tarixdə gecə saatlarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətə daxil olaraq, saat 04 radələrində dəmir parçası ilə pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq həmin evə daxil olmuş, evin ikinci mərtəbəsində olan qonaq otağından qutusunda saxlanılan işlənməmiş 1 ədəd böyük ekranlı «Redline» markalı plazma televizoru, yataq otağının paltar dolabından 2 ədəd geyilməmiş kişi kostyumları, 1 ədəd kişi idman dəsti, 10 ədəd kişi köynəkləri, 2 ədəd kişi ayaqqabıları, evin birinci mərtəbəsindəki mətbəxdən «Vertu» markalı və 1 ədəd «Motorola» markalı nömrəsiz mobil telefonları, 2 dəst çay servisləri, 6 mətbəx dəstləri, evin ikinci mərtəbəsində yerləşən yataq otağından 1 ədəd yataq dəsti, yataq otağındakı termo dolabın içərisindən 10 ədəd qadın və kişi ətirlərini, qonaq otağındakı dolabın içərisindən viski, araq, çaxır, konyakdan ibarət 15 ədəd xarici istehsallı spirtli içkiləri, 1 ədəd keramik qab dəsti, 5 ədəd suvenir dəstləri, həyətindəki anbar kimi istifadə olunan tikilinin içərisindən topa şəklində elektrik naqili gizli oğurlayıb tanımadığı sürücünün idarə etdiyi, qeydiyyat nömrə nişanını xatırlamadığı yol avtomobili ilə yaşadığı evə aparmışdır. O, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs3 evindən digər əşyaları çemodan və selofanlara yığıb oğurlamaq üçün hazırlamış, sonradan fikrindən daşınaraq həmin əşyalar üçün evə qayıtmamış, onları oğurlamadan həmin ünvanda saxlamışdır. O, oğurladığı əmlakın bəzilərini - bir ədəd “Redline” markalı televizoru Sumqayıt şəhərində «Rüfət» adlı şəxsə, dəmir radiatorların bir hissəsini isə «metallom» vəziyyətinə salaraq Sumqayıt şəhərində «Raməddin» adlı şəxsin işlətdiyi əlvan metal qəbulu məntəqəsinə satmışdır. O, Zərərçəkmiş şəxs3 adlı şəxsin evindən oğurladığı spirtli içkiləri özü içmiş, ətirləri istifadə etmiş, satılmamış əşyalardan qalan 2 ədəd kostyumları, 1 ədəd “Motorola” və 1 ədəd “Vertu” markalı mobil telefonları, «İsmayıl» adlı şəxsin evindən oğurladığı əşyalardan 1 ədəd samovarı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsinə görə, o, Ağarəhim adlı şəxsin evindən oğurladığı əşyalardan bir ədəd samovarı Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinin arxasındakı «ikinci əl» əşya bazarında bir nəfərə satmış, həmin şəxsə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Heydər adlı şəxsin evindən oğurladığı əşyalardan 1 ədəd “Redline” markalı televizoru qutusunda Sumqayıt şəhəri «Karvan» ticarət mərkəzinin qarşısındakı telefon təmiri və elektron malların alqı-satqı dükanında işləyən «Rüfət» adlı şəxsə öz əşyası adı ilə 250 manata satmışdır. O, Rüfət və Raməddin adlı şəxslərə öz şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş, bəzilərinin üzərinə satdığı əşyanın öz əşyası olduğunu yazmaqla şəxsən imza etmişdir. O, xalça, kompüter, yorğan-döşək və digər əşyaları təsadüfi şəxslərə «dəyər-dəyməzinə» sataraq, əldə etdiyi kiçik məbləğdə pullarla maddi təminatını qarşılamışdır. Satdığı əşyaları oğurladığını heç bir alıcıya deməmiş, ev sahiblərinin heç birini tanımamış, əşyaları satdığı şəxslər həmin əşyaların oğurluq olduğunu bilməmişlər. O, hər bir oğurluqdan əvvəl daxil olmaq istədiyi ünvanda yaşayışın olmadığına əmin olmaq üçün ətrafını əvvəlcədən gəzib dolanmış, yaşayış sahəsinə daxil olmamışdan əvvəl bəzi hallarda bir neçə saat gözləyib müşahidə aparmalı olmuşdur. Yaşayış sahələrinin həyətlərinə hasardan aşmaqla daxil olmuş, əvvəlcədən özü ilə çoxfunksiyalı çilingər açarını götürmüşdür. Pəncərədə dəmir barmaqlıq olduğu halda, həyətdən tapdığı dəmir alət, armatur qırığından istifadə edib barmaqlığa güc tətbiq edərək əyib bir hissəsini sındırmış, yaxud birbaşa yerindən çıxarıb kənara qoymuşdur, əl izlərinin qalmaması üçün həmişə əlcəkdən istifadə etmişdir. Zərərçəkmiş şəxs1 adlı şəxsin evinə 11 mart 2023-cü il tarixdə daxil olarkən əlinə qara rəngli beş barmaqlı yun əlcək geyinmişdir. O, oğurladığı əşyaları daşıyarkən əlcəyin biri əlindən düşüb hadisə yerində qalmışdır. Hətta tələsik və həyəcanlı halda əşyaları daşıyan zaman ayağındakı corabın tərləyərək, ayaqqabısında sürüşməklə hərəkətinə mane olduğundan, qara rəngli sintetik qarışıqlı qalın materialdan olan corabın birini çıxarıb hadisə yerinə atmışdır. O, radiatorlar, duş, kranlar və qapı kilidlərinin sökülməsində istifadə etdiyi çilingər açarını son oğurluqdan sonra yerini xatırlamadığı ağaclığa atmışdır. O, göstərilən oğurluq cinayətlərindən başqa heç bir cinayət əməli törətməmişdir (cild 2, iş vərəqi 128-131). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin vaxt vəkilin orada olmadığını, həmin ifadəni təzyiqlər altında verdiyini və elan olunmuş ifadələrdə Zərərçəkmiş şəxs1la bağlı yazılanları təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, onun evi Sulutəpə qəsəbəsində yerləşir. Onun evindən iki dəfə oğurluq olunmuşdur. Birinci dəfə evə çox ustalıqla, yəni heç bir şeyi zədələmədən girmişlər. Üstündən bir ay yarım sonra yenidən ona zəng edilmiş, yenə də onun evinə oğru girdiyini bildirmişlər. Birinci dəfə oğurlaya bilmədiklərini ikinci dəfə oğurlamışlar. Ümumilikdə ona 83.000 manat ziyan dəymişdir. Bir gün axşam saat təxminən 6-da ona zəng gəlmiş və zəng edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Vahid özünü təqdim etdikdən sonra "əmi bizə kömək elə" sözlərini bildirmişdir. O, Vahiddən necə kömək etməsini soruşmuşdur. Vahid ona evini onların aparmadığını, evi balaxanılıların apardığını bildirmişdir. O, Vahidə onlar oğurlamamışdırsa, günahlarının nə olacağını deyərək, ona oğurluq edən şəxslərin adlarını çəkməsini təklif etmişdir. Vahid isə həmin şəxslərin adını deyə bilməyəcəyini və əgər həmin şəxslərin adını desə, onu öldürəcəklərini bildirmişdir. İkinci dəfə Vahid ona yenə zəng edib evi onun sürücüsü Anarın və bandasının apardığını, onun Anarı yaxşı tanımadığını demiş, həmçinin Yaqubun, Rabilin və Hacının ona zəng edib hədə-qorxu gəldiklərini söyləmişdir. Sualları cavablandıran Zərərçəkmiş şəxs1 birinci dəfə evdə oğurlanan əmlakın dəyərinin ibtidai istintaq zamanı müəyyən edildiyini, evdən 22 ədəd kombi radiatorunun oğurlandığını və bunun qiymətlərinin də olduğunu, bundan əlavə Qahirədən verilən xalçanı apardıqlarını, Vahid ona "sən Anarı tanımırsan, oğurluğu onun bandası edib" sözlərini dediyini, orada dördbarmaq əlcək, bir də əlavə bir şey aşkar edildiyini, lakin dəqiq xatırlamadığını, hadisə yerində corabın aşkar olunmadığını, dəmir barmaqlığın sındırılıb evə girdiklərini, evin giriş qapısının sındırılmadığını, küçədə olan elektrik dirəyinə çıxıb hasardan içəri giridiklərini və sonra darvazanı açıb əşyaları götürdüklərini, ibtidai istintaq zamanı əmtəəşünaslıq ekspertizası keçirilmədiyini, evdən oğurlanan pərdənin 4 qat və bahalı pərdə olduğunu və 47.853 ABŞ dolları məbləğində pulunu tələb etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, 23 mart 2023-cü il tarixdə yaşadığı ünvana gələn zaman evə girildiyini və oğurluq edildiyini görmüşdür. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı polisə şikayət etmişdir. İbtidai istintaq zamanı onun iki kostyumu və iki telefonu qaytarılmış, lakin oğurlanmış digər əşyalar bu günə qədər qaytarılmamışdır. Kostyumun birinin qiyməti 550 ABŞ dolları, biri «Vertu» markalı olmaqla, iki mobil telefonun qiyməti 3.000-5.000 manat olmuşdur. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini və ona vurulmuş maddi zərərin ödənilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o, 20 ildir ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 23 mart 2023-cü il tarixdə səhər saatlarında həyətə baxarkən evin qarşısındakı manqalın üzərində olan 1 ədəd 7 litrlik həcmli dəmir materialdan hazırlanmış köz samovarının yerində olmadığını aşkar etmişdir. Əvvəl ailə üzvlərinin samovarın yerini dəyişdirə biləcəyini düşünsə də, bu barədə arvadından soruşmuş və arvadı samovarın bir gün əvvəl axşamdan həyətdəki manqalın üzərində olduğunu demişdir. Sonra oğluna zəng edərək evdə quraşdırılmış videomüşahidə kamerasına baxmasını xahiş etmişdir. Oğlu evə gedib videokameraya baxdıqda bir nəfər 23-24 yaşlı oğlanın 22 mart 2023-cü il tarixdə saat 23:38 radələrində onun evinin qarşısındakı küçə ilə hərəkət etdiyini, oğurluq üçün kəşfiyyat apardığını, 23 mart 2023-cü il tarixə keçən gecə saat 03:07 radələrində hasardan aşıb həyətə düşdüyünü, 11:33 dəqiqə ərzində həyətdə axtarış apardığını, həyətdəki vanna otağına daxil olduğunu, evin arxa və yan tərəfinə baxdığını, sonra manqalın üzərindəki 7 litrlik köz samovarını götürərərk, evin arxa hasarından çıxıb həyəti tərk etdiyini, saat 03:25-də isə həmin şəxsin küçədə samovarla hərəkət etdiyini müşahidə etmişdir. O, həyətə kənar şəxsin daxil olaraq samovarı oğurladığına əmin olduqdan sonra 24 mart 2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə ərizə ilə müraciət etmişdir. 1 ədəd samovarın oğurlanması nəticəsində ona 120 manat məbləğdə maddi ziyan vurulmuşdur. O, adını istintaq zamanı öyrəndiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir münasibəti olmamışdır (Cild 1, iş vərəqi 209-210, Cild 2, iş vərəqi 48-50). Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs1 bağ evində xidmət etmişdir. 2023-cü il mart ayının 23-də bir gün həyətə gedib ağacları sulayan zaman pəncərənin reşotkasının yerindən çıxarıldığını görmüşdür. Bundan sonra dərhal zəng edib Ağarəhim müəllimə, daha sonra isə DİN-nin 102 Xidmətinə məlumat vermişdir. Aradan bir neçə gün keçəndən sonra yenidən həyətdə olan zaman yenə pəncərənin reşotkasının çıxarıldığını görmüş, yenə də Ağarəhim müəllimə zəng edib məlumat vermiş, daha sonra həmin ünvana polis əməkdaşları gəlmişlər. Hadisə nəticəsində Ağarəhim müəllimin evindən kompüter, televizor və evdə olan digər əşyalar götürülmüşdür. Sualları cavablandıran Şahid4 zərərçəkmiş şəxs Ağarəhim müəllimin sürücüsü kimi işlədiyini, həm də onun nəvəsi olduğunu, bir gün Ağarəhim müəllimlə birlikdə həyətdə kənar şəxsə məxsus əlcəyin bir tayını gördüklərini, polis işçiləri həmin əlcəyi götürəndə onun da həyətdə olduğunu bildirmişdir. Şahidin ifadəsinə görə, oğurluq hadisələrindən sonra ona Vahid və Şamiz adlı şəxs, həmçinin özünü rus boksçu kimi təqdim edən şəxs zəng edib məhkəmədə Vahidin adını oğurluqla bağlı çəkməmələrini bildirmiş və ona da hədə-qorxu gəlmişlər. Bildiyinə görə, sonradan Ağarəhim müəllimin evindən oğurlanan əşyalardan heç biri tapılmamışdır. Daha sonra isə ona Yaqub, Rahib, Hacı, Şamiz və rus boksçusu kimi özünə təqdim edən şəxslər zəng etmişlər. Evin həyətinin açarları onda olmuş, hadisədən qabaq o, həyəti sulamaq üçün ora getmişdir. Evdən hər iki dəfə edilmiş oğurluqlar zamanı pəncərənin reşotkaları kəsilib çıxarılmış, o, oğurluqdan əvvəl də həmin evdə olmuşdur. Bildiyi qədər evdən pərdələr, samovar, pal-paltar, qab-qaşıqlar, radiatorlar oğurlanmışdır. O, həmin əşyalardan radiatorların, televizorların alınmasında iştirak etmiş, onların alınmasına Ağarəhim müəllim 8-9 min manat pul vermişdir. Lakin o, xalçaların alınmasında iştirak etməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində metal alqı-satqısı ilə məşğul olur. Bir gün təqsirləndirilən şəxs ona yaxınlaşaraq, özündə samovar olduğunu və ehtiyacı yarandığı üçün satdığını bildirmişdir. O, əvvəlcə razılaşmasa da, təqsirləndirilən şəxs özünün ehtiyacı olduğunu dediyi üçün samovarı götürməyə razılaşaraq onu almışdır. Verilən sualları cavablandıran Şahid2 təqsirləndirilən şəxsdən samovarı aldığı vaxtı dəqiq xatırlamadığını, samovarı 80 manat pul verməklə aldığını, bu zaman Vahidin şəxsiyyət vəsiqəsinin surətini də götürdüyünü, aldığı həmin samovarı sonradan üstünə 20 manat pul qoymaqla başqa xatırlamadığı şəxsə satdığını bildirdi. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, o, ünvan 7 ünvanında yerləşən metal qəbulu yerini icrarəyə götürüb işlədir. 2023-cü ilin fevral ayının sonuncu həftəsində adı ona sonradan məlum olan 33-34 yaşlı Təqsirləndirilən şəxs adlı şəxs onun iş yerinə gələrək təxminən 30 kiloqrama yaxın əzilmiş vəziyyətdə olan plastik vanna, vedrə, «Ferry» qabları və oxşar tullantıları təhvil vermiş, 15 manat pul alıb getmişdir. O, bunun üçün Təqsirləndirilən şəxs adlı şəxsdən heç bir sənəd almamışdır. Bundan təxminən 10 gün sonra, yəni 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş, təkrar ona yaxınlaşıb kombi istilik sisteminə aid yararsız panel, yəni qızdırıcı radiatorları olduğunu və satmaq istədiyini bildirmişdir. O, radiatorların yararsız vəziyyətdə olduğunu deməsinə inanaraq, həmin radiatorları gətirməsini istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qayıdaraq təxminən bir saat sonra onun iş yerinə 7 ədəd əzik vəziyyətdə radiatorlar gətirmiş, o, radiatorların əzilmiş vəziyyətdə olduğunu görsə də, Vahid adlı şəxsin həmin radiatorların özünə məxsus olması və təmirdən sonra atılmış olduğunu desə də, Təqsirləndirilən şəxs adlı şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini cibindən çıxarıb ona təqdim etmiş, o, Vahiddən şəxsiyyət vəsiqəsinin üzərinə həmin radiatorların ona məxsus olduğunu yazmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs da “Öz malımdır, öz xahişimlə gətirib ehtiyacım olduğu üçün öz xoşumla satdım» sözlərini, «imza» sözü yazıb imza etmiş və «04 mart 2023-cü il» tarixini, «Təqsirləndirilən şəxs» ad, soyadını yazıb şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Bundan sonra o, radiatorları tərəzidə çəkmiş və hər biri 15 kiloqram olan radiatroları hər kiloqramını 40 qəpikdən hesabladıqda, Təqsirləndirilən şəxs cəmi 42 manat pul vermişdir. Bir neçə gün sonra həmin metalları digər əşyalarla birlikdə poladəritmə zavoduna təhvil vermişdir. 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs təkrar onun iş yerinə gedərək, əlində 4 ədəd əzilmiş vəziyyətdə su kranı və 2 ədəd əzilmiş vəziyyətdə duş gətirmiş, həmin əşyaların evinin zirzəmisində uzun müddətdir saxlanıldığını, istifadəyə yararsız olduğu və yer tutduğu üçün həmin əşyaları satmaq istədiyini deyib ona təklif etmişdir. O, həmin əşyaları nəzərdən keçirib həqiqətən yararsız olduğunu görmüş, tərəzidə çəkmiş, şəxsiyyət vəsiqəsinin surəti onda olduğu üçün Təqsirləndirilən şəxs 12 manat pul vermiş və sonuncu çıxıb getmişdir. 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Binəqədi RPİ, 40-cı Polis bölməsindən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindəki şəklini göstərib ona hər hansı əşya satıb-satmadığı ilə maraqlandıqda, o, Təqsirləndirilən şəxs adlı həmin şəxsin 2023-cü ilin fevral ayının sonlarında plastik əşyalar, 04 mart 2023cü ildə 7 ədəd əzilmiş radiatorlar, həmin ilin mart ayının 15-də isə su kranı və duş satdığını, hətta onun şəxsiyyət vəsiqəsinin surətini götürdüyünü də polis əməkdaşlarına bildirmişdir. Sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsinin surətinin fotoşəklini çəkib götürmüş, sonra onun mobil nömrəsini özlərində qeyd edərək, istintaq orqanına dəvət olunacağını bildirmişlər. Sonradan o, Binəqədi RPİ-nin İstintaq Şöbəsinə dəvət olunduqda, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə məxsus fərdi yaşayış evlərindən oğurluq etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamış, ona satılan əşyaların cinayət yolu ilə əldə edildiyindən məlumatsız olmuşdur. O, Təqsirləndirilən şəxs ona təqdim etdiyi üzəri əlyazmalı şəxsiyyət vəsiqəsinin surətini istintaqda verdiyi ifadəsinə əlavə etmişdir (Cild 2, iş vərəqi 10-12). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, sonuncunu onun evinə girərək oğurluqlar törətməkdə ifşa etmişdir (Cild 3, iş vərəqi 67-71). Cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolla və fotoşəkillərlə Zərərçəkmiş şəxs1 məxsus ünvan 6 ünvanından oğurluq cinayətinin baş verdiyi ös təsdiqini tapır (Cild 1, iş vərəqi 107-117). Azərbaycan Respublikası DİN Kriminalistik Təhqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-11/2-4752/2023 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşayış olmayan evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1 (bir) ədəd əlcək və 1 (bir) ədəd corab Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-46/2-9628/2023 saylı məktubu ilə xx.xx.2023-cü il tarixdə KTİ-nə təqdim edilmiş, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş 1 (bir) ədəd əlcək və 1 (bir) ədəd corab üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx.xx.1988, Sumqayıt şəh., Sumqayıt ŞPİ-nin xx.xx.2017-ci il tarixli 2814 nömrəli məktubu ilə) məxsusdur (Cild 1, iş vərəqi 59). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs Binəqədi RPİ, 40-cı Polis bölməsində verdiyi izahata əsasən, o, zərərçəkmiş şəxlərə məxsus əşyaları oğurladığını etiraf etmiş, oğurlanmış əşyalardan onda qalanlarını könüllü təqdim edə biləcəyini bildirmişdir (Cild 1, iş vərəqi 66-71). Binəqədi RPİ, 40-cı Polis bölməsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokolla Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, üzərində qara rəngli birkada 450 manat qiyməti yazılmış qara rəngli örtükdə, eyni rəngdən olan 58 ölçülü və eyni ölçüdə boz rəngdə 2 ədəd “ Aldo Baroni” firmasının istehsalı olan geyinilməmiş kişi kostyumları, 1 ədəd “Vertu” markalı və 1 ədəd “Motorola” markalı mobil telefonlar, 1 ədəd 7 litr həcmli dəmir-platin qarışıq metal tərkibli köz samovarı götürülmüş, Təqsirləndirilən şəxs həmin əşyaları təqdim edərkən 1 ədəd “Vertu” markalı, 1 ədəd “Motorola” markalı mobil telefonları, 2 ədəd 58 ölçülü boz və qara rəngli “Aldo Baroni” firmasının istehsalı olan geyinilməmiş kişi kostyumlarını ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən xx.xx.2023-cü il tarixdə oğurladığı əşyalardan qalanları olduğunu, 1 ədəd 7 litrlik dəmir-platin qarışıq metal tərkibli köz samovarının isə Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi evin həyətindən 23 mart 2023-cü il tarixdə oğurladığı samovar olduğunu etiraf etmişdir (Cild 1, iş vərəqi 66-71). İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 13 mart 2023-cü il tarixli protokolla Zərərçəkmiş şəxs1 məxsus ünvan 6 ünvanından təkrar oğurluq hadisəsinin baş verdiyi təsdiq olunmuş və baxış zamanı hadisə yerindən 1 (bir) ədəd qara rəngli beş barmaqlı yun əlcək və 1 (bir) ədəd qara rəngli qalın sintetik-yun qarışıqlı kişi corabı aşkar olunaraq götürülmüşdür (Cild 1, iş vərəqi 32-35). Cinayət işində olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 mart 2023-cü il tarixli protokol və fotoşəkillərlə Zərərçəkmiş şəxs2 məxsus ünvan 9 ünvanında oğurluq hadisəsinin baş verdiyi təsdiq olunur (Cild 1, iş vərəqi 187-190). Cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 25 mart 2023cü il tarixli protokol və fotoşəkillərlə Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanında oğurluq hadisəsinin baş verdiyi təsdiq olunmuşdur (Cild 1, iş vərəqi 146-154). İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması haqqında 30 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 11 ev 2, Zərərçəkmiş şəxs2 məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 111 və Zərərçəkmiş şəxs3 məxsus Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9, ev 2 ünvanlarından həmin zərərçəkmiş şəxslərə məxsus əmlakı yaşayış sahələrinə qanunsuz daxil olmaqla gizli talayıb oğurladığına dair istintaqa verdiyi ifadələrini yerində təsdiq etmiş, hadisə yerləri Təqsirləndirilən şəxs tərəfindən əyani olaraq göstərilmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (Cild 1, iş vərəqi 221-225). Cinayət işinə əlavə olunmuş 29 aprel 2023-cü il tarixli baxış keçirmə haqqında protokol və fotoşəkillə Təqsirləndirilən şəxs oğurluq zamanı istifadə etdiyi 1 ədəd əlcək və ayağından çıxarıb atdığı 1 ədəd corabın Zərərçəkmiş şəxs1 məxsus ünvan 10 ünvandan 13 mart 2023-cü il tarixdə hadisə yerinə keçirilmiş baxış zamanı götürülmüş əlcək və corab olduğu müəyyən edilmişdir (Cild 1, iş vərəqi 97, 98). İş materiallarında olan 30 aprel 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim olunmuş kostyumlar arasından üzərində qara rəngli birkada 450 manat qiyməti yazılmış qara rəngli örtükdə olan eyni rəngdən olan 58 ölçülü və eyni ölçüdə boz rəngdə 2 ədəd “Aldo Baroni” firmasının istehsalı olan geyilməmiş kişi kostyumlarının ona məxsus olduğunu və həmin kostyumları markası, qiyməti, rəngi, örtüyü, geyilməmiş təzə olması və digər əlamətlərinə görə tanıdığını bildirmişdir (Cild 1, iş vərəqi 216-217). İş materiallarına əlavə olunmuş 30 aprel 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokola əsasən, Zərərçəkmiş şəxs3 təqdim 1 ədəd “Vertu Azcent” markalı «B-010084» seriyalı nömrəsiz mobil telefonu və 1 ədəd Çin istehsalı “Motorola Razv V3” markalı nömrəsiz mobil telefonu firmalarının istehsalı, üzərində mobil nömrələrin olmaması, rəngləri, markaları, işlənmiş olmaları və digər əlamətlərindən tanıdığını və həmin mobil telefonların ona məxsus olduğunu bildirmişdir (Cild 1, iş vərəqi 218-219). Cinayət işindən olan 02 may 2023-cü il tarixli baxış keçirmə və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 11 ünvanında yaşayan Şahid1 7 ədəd əzilmiş vəziyyətdə kombi qızdırıcısına aid radiatorları satarkən, həmin əşyaların özünə aid olmasına əmin etmək və inandırmaq üçün verdiyi, üzərində göy rəngli qələmlə «öz malımdır öz xahişimlə gətirib ehtiyacım olduğu üçün öz xoşumla satdım», «İmza» sözləri, imza, «xx.xx.2023-cü il, Təqsirləndirilən şəxs» yazıları yazılmış xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Kazan şəhərində anadan olmuş, ünvan 12 ünvan qeydiyyatlı, xx.xx.2018-ci il tarixdə Sumqayıt ŞPİ-nin QŞVŞ-tərəfindən verilmiş AZE. ******** xxxxxxx7 qeydləri, Təqsirləndirilən şəxs fotoşəkli əks olunmuş şəxsiyyət vəsiqəsinin surətinin götürüldüyü və həmin vəsiqənin surətinin, eləcə də üzərində yazılmış əlyazma yazılar və imzanın ona aid olduğu təsdiq olunmuşdur (Cild 2, iş vərəqi 13 – 14). Cinayət işinə əlavə olunmuş 02 may 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 14 ünvanında yaşayan Şahid2 cinayət yolu ilə ələ keçirdiyi 1 ədəd köz samovarının özünə aid olduğuna inandırıb, əmin etmək üçün Şahid2 xx.xx.2023-cü il tarixdə təqdim etdiyi üzərində xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Kazan şəhərində anadan olmuş, ünvan 15 ünvan qeydiyyatlı, xx.xx.2018-ci il tarixdə Sumqayıt ŞPİ-nin QŞVŞ-tərəfindən verilmiş AZE ******** xxxxxxx7 qeydli, Təqsirləndirilən şəxs fotoşəkli əks olunmuş, üzərində heç bir əlyazma yazılar qeyd olunmamış şəxsiyyət vəsiqəsinin surəti götürülmüş və şəxsiyyət vəsiqəsinin Təqsirləndirilən şəxs aid olduğu təsdiq olunmuşdur (Cild 2, iş vərəqi 18-19). İş materiallarına əlavə edilmiş 03 may 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokola əsasən, Təqsirləndirilən şəxs ünvan 17 ünvanında qeydiyyatda olmaqla, ünvan 18an Şahid3 cinayət yolu ilə əldə etdiyi 1 ədəd “Redline” markalı plazma televizorun özünə aid olmasına inandırarkən, Şahid3 təqdim etdiyi üzərində göy rəngli qələmlə «xx.xx.2023, Televizor RedLine. Karopkalı, (Təzə)» yazılar yazılmış xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Kazan şəhərində anadan olmuş, ünvan 19 ünvan qeydiyyatlı, xx.xx.2018-ci il tarixdə Sumqayıt ŞPİ-nin QŞVŞ-tərəfındən verilmiş AZE, ******** xxxxxxx7 qeydli şəxsiyyət vəsiqəsinin surəti götürüldüyü və həmin vəsiqənin surətinin ona aid olduğu təsdiq olunmuşdur (Cild 2, iş vərəqi 23-24). Cinayət işinə əlavə olunmuş 01 iyun 2023-cü il tarixli baxış protokoluna əsasən, elektron məlumat daşıyıcısı CD-R diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, istintaqla şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:38 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanın yerləşdiyi ərazinin küçəsi ilə hərəkət etmiş və xx.xx.2023-cü il tarixə keçən gecə saat 03:07-də hasardan aşıb Zərərçəkmiş şəxs2 həyətinə düşmüş, videogörüntünün 11:33 dəqiqəsi ərzində həyətdə vanna otağına daxil olmuş, evin arxa və yan tərəfinə baxmış, sonra manqalın üzərindəki 7 litrlik köz samovarını götürərək və arxa hasardan çıxmaqla həyəti tərk etmiş, saat 03:25-də küçədə samovar qucağında hərəkət etmişdir (Cild 2, iş vərəqi 29-30). İş materiallarında olan 01 iyun 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınması üçün samovarlar təqdim olunmuş, o, təqdim edilmiş samovarların arasında 1 ədəd 7 litrlik həcmli dəmir-platin qarşıq materialdan olan samovarı tanımış, həmin samovarı həcmi, materialı, işlənmiş vəziyyətdə olması və digər əlamətlərinə görə tanıyıb özünə məxsus olduğuna əmin olduğunu bildirmişdir (Cild 2, iş vərəqi 31-32). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyun 2023-cü il tarixli 9/3966 nömrəli rəyindən göstərilmişdir ki, “Aldo Baroni” firmasına məxsus 2 ədəd kişi kostyumunun hər birinin 2023-cü ilin mart ayına olan orta bazar qiyməti 180 manat, iki ədədinin dəyəri 360 manat, 1 ədəd samovarın 2023-cü ilin mart ayına olan orta bazar qiyməti 120 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən mallalın nəzəri qaydada 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 480,00 manat müəyyən olunur (Cild 2, iş vərəqi 36-39). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyul 2023-cü il tarixli 3-16-16/2-9/5053 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2 ədəd mobil telefonun xüsusiyyətləri nəzərə alınmaqla, 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 390,00 manat müəyyən edilir. O cümlədən: - 1 ədəd «Vertu Azcent» markalı «B-010084» seriyalı mobil telefon 350,00 manat; - 1 ədəd «Çin istehsalı «Motorola RazV V3» markalı mobil telefon 40,00 manat (Cild 2, iş vərəqi 84-87). İbtidai istintaq orqanının 08 iyul 2023-cü il tarixli qərarı ilə iş üzrə Zərərçəkmiş şəxs1 əmlakının talandığı Bakı şəhəri, ünvan 3 ünvanından aşkar olunmuş 1 ədəd əlcək və 1 ədəd corab maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs2 məxsus və oğurlanmış 1 ədəd samovar tərəfimdən iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə sahibinə geri qaytarılmışdır. Zərərçəkmiş şəxs3 məxsus və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd “Motorola” markalı, 1 ədəd “Vertu” markalı mobil telefon aparatları və 2 ədəd “Aldo Baroni” markalı kişi kostyumları iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə sahibinə qaytarılmışdır (Cild 2, iş vərəqi 92-111, 166, 164, cild 3, iş vərəqi 176, 175). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4, 185.2.1, 185.2.2 və 186.1-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətə, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. Sonuncu dəfə isə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (Cild 2, iş vərəqi 51-53, 55-76). Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarına əsasən, iş üzrə Təqsirləndirilən şəxs barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə, onun azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay müddətinə azaldılmışdır (Cild 2, iş vərəqi 77-79). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq edilməsi epizodlarını qəbul etməyərək, heç vaxt həmin evə girmədiyini, sonuncunun həyətindən aşkar olunmuş 1 ədəd əlcək və 1 ədəd corabın özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona göstərilmiş təzyiqlərə görə ilkin verdiyi izahatında və ifadələrində həmin evdən də oğurluq etməsi barədə düzgün olmayan ifadə verdiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus yaşayış evindən oğurluq epizodları üzrə ümumiyyətlə təqsirsizliyi ilə bağlı müdafiə tərəfinin məhkəmədə gətirdiyi dəlillər tam, hərtərəfli yoxlanılsa da, lakin öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə aparılmış dindirmələr zamanı özü digər iki cinayət epizodu ilə yanaşı, Zərərçəkmiş şəxs1 məxsus evə də 2022-ci ilin dekabrında və 2023-cü ilin mart ayında iki dəfə girərək oğurluq etdiyini etiraf etmiş, bu zaman həmin evdən oğurladığı əşyaların hansı əşyalar olduğunu bildirmiş, həmçinin ifadənin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs sərbəst ifadəsini hadisə yerində göstərməklə təsdiq etmiş, müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Həmin hallar isə, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin iş üzrə verdiyi ifadələrində göstərdikləri hallarla üst-üstə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası DİN Kriminalistik Təhqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-11/2-4752/2023 saylı məktubla müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşayış olmayan evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1 (bir) ədəd əlcək və 1 (bir) ədəd corab Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-46/2- 9628/2023 saylı məktubu ilə xx.xx.2023-cü il tarixdə KTİ-nə təqdim edilmiş, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində təqdim edilmiş 1 (bir) ədəd əlcəyin və 1 (bir) ədəd corabın üzərində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs məxsus olması öz təsdiqini tapmışdır. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yaşayan Şahid1 7 ədəd əzilmiş vəziyyətdə kombi qızdırıcısına aid radiatorları satarkən, həmin əşyaların özünə aid olmasına əmin etmək və inandırmaq üçün verdiyi, üzərində göy rəngli qələmlə «öz malımdır öz xahişimlə gətirib ehtiyacım olduğu üçün öz xoşumla satdım», «İmza» sözləri, imza, «xx.xx.2023-cü il, Təqsirləndirilən şəxs» yazıları olan qeydlərin Təqsirləndirilən şəxs tərəfindən edildiyi, bu zaman sonuncunun fotoşəkli əks olunmuş şəxsiyyət vəsiqəsinin surətini təqdim etdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin epizodlar üzrə təqsiri məhkəmə hökmündə sadalanan digər çoxsaylı sübutlarla da təsdiq olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus evdən edilmiş oğurluq epizodları üzrə təqsirsizliyi ilə bağlı məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətini yüngülləşdirmək üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş sübutları qiymətləndirərək həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən edilmiş oğurluq cinayətinin törədilməsində iştirakı sübuta yetirilsə də, həmin cinayətin törədilməsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın miqdarı ilə bağlı hissədə verilmiş ittiham öz təsdiqini tapmadı. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin «Qeyd» bəndinə əsasən, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İbtidai istintaq orqanının həmin cinayət epizodu üzrə təqsirləndirilən şəxsə verdiyi ittihama görə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş qeyd olunan cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 ümumilikdə 55620 (əlli beş min altı yüz iyirmi) manat məbləğində külli miqdarda maddi ziyan vurulmuşdur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Həmin epizod üzrə cinayət işi 19 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi RPİnin İstintaq şöbəsi tərəfindən başlanmış, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmişdir. O, ifadəsində 08 dekabr 2022-ci il tarixdə yaşayış evindən oğurlanmış əşyaların hansılardan ibarət olduğunu bildirməklə, onların hər birinin dəyərini göstərmiş və həmin cinayət əməli nəticəsində ona ümumilikdə 45.620 (qırx beş min altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurulduğunu qeyd etmişdir. Bundan sonra yaşadığı həmin evdən 11 mart 2023-cü il tarixdə oğurluq edilməsi faktı ilə bağlı ifadə verən Zərərçəkmiş şəxs1 həmin cinayət nəticəsində evindən oğurlanmış əşyaların hansılardan ibarət olduğunu və hər birinin dəyərinin nə qədər olduğunu qeyd etmişdir. Lakin nə bu zaman verdiyi ifadəsində, nə də ki, 2023-cü ilin iyul ayına qədər davam edən ibtidai istintaq zamanı, həmçinin sonralar cinayət işinin materialları ilə tanış olarkən zərərçəkmiş şəxs 08 dekabr 2022-ci il tarixdə törədilmiş oğurluq epizodu ilə bağlı ona vurulmuş maddi ziyanın miqdarını mübahisələndirməmişdir. Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq ittiham aktı ilə bağlı baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törədilmiş birinci cinayət epizodu üzrə verilmiş ittihamın ümumi məbləği xeyli miqdar, yəni 45.620 (qırx beş min altı yüz iyirmi) manat təşkil etmişdir. Binəqədi rayon Məhkəməsində Zərərçəkmiş şəxs1 da iştirak etdiyi məhkəmə hazırlıq hazırlıq iclasında dövlət ittihamçısı vəsatət qaldıraraq, 11 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 qarşı törədilmiş ikinci cinayət epizodu üzrə və digər Zərərçəkmiş şəxs3 qarşı 25 mart 2023-cü il tarixdə törədilmiş cinayət epizodu üzrə vurulmuş maddi ziyanların məbləğinin istintaq orqanı tərəfindən düzgün hesablanmadığını, 11 mart 2023-cü il tarixdə baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 ittihamda qeyd olunan 26.944 manat deyil, 27.044 manat məbləğində, Zərərçəkmiş şəxs3 isə 25 mart 2023-cü il tarixdə baş vermiş cinayət əməli nəticəsində ittihamda qeyd olunduğu 13.580 manat deyil, 14.680 manat maddi ziyan vurulduğunu bildirmiş, həmin hissələrdə ittiham aktının düzgün tərtib edilməməsi səbəbindən cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ona qarşı törədilmiş birinci cinayət epizodu üzrə vurulmuş maddi ziyanın miqdarı ilə bağlı heç nə bildirməmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edələrək, həmin əsaslarla cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Göründüyü kimi, məhkəmənin qərarına əsasən cinayət işinin prokurora qaytarılması Təqsirləndirilən şəxs ittiham verilmiş 1-ci, yəni 08 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 qarşı törədilmiş oğurluq epizodu ilə bağlı olmamış, digər iki epizod üzrə ittihamda sadalanan oğurlanmış əşyaların miqdarının riyazi toplama qaydasında düzgün hesablanmaması əsası ilə cinayət işi geri qaytarılmışdır. Bütün bunlara baxmayaraq, cinayət işi istintaqa qaytarıldıqdan sonra müstəntiq tərəfindən heç bir zərurət olmadığı halda Zərərçəkmiş şəxs1 yenidən dəvət edilib əlavə dindirilmiş, bu zaman ona cinayət işinin qaytarılması üçün əsas verən 11 mart 2023-cü il tarixli cinayət epizodu ilə bağlı deyil, əvvəlcə 08 dekabr 2022-ci il tarixdə baş vermiş birinci cinayət epizodu ilə bağlı sual verilmişdir. Həmin sualı cavablandıran Zərərçəkmiş şəxs1 isə ümumiyyətlə ilkin ifadə verdiyi zaman ona vurulmuş maddi ziyanı dəqiqliklə hesablamadığını, birinci epizod üzrə hadisə zamanı ona vurulmuş maddi ziyanın 45.620 manat deyil, daha yüksək olduğunu, ondan oğurlanmış pərdələrin 4 qatlı olduğunu, onların 5.000 (beş min) manat deyil, 15.000 (on beş min) manat dəyərində olduğunu bildirmişdir. Qeyd edilməlidir ki, cinayət işinin prokurora qaytarılması üçün əsas olan digər epizod üzrə Zərərçəkmiş şəxs3 istintaqa dəvət edilib əlavə dindirilməsi ümumiyyətlə aparılmamışdır. Məhz Zərərçəkmiş şəxs1 həmin ifadəsi əsasında, əlavə heç bir sübut əldə edilmədən müstəntiq təqsirləndirilən şəxsə verilmiş ittihama həmin hissədə dəyişiklik edərək, 08 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 qarşı törədilmiş birinci cinayət epizodu üzrə ittihamda göstərilmiş “180 metr ölçülü 5.000 manat dəyərində pərdələr” sözlərini “və karnizdən asılmış 180 metr ölçülü, 04 qatlı 15.000 (on beş min) manat dəyərində pərdələri” sözləri ilə əvəz etmiş, nəticədə təqsirləndirilən şəxsə həmin epizod üzrə verilmiş ittihamın xeyli miqdarda məbləği artırılaraq külli miqdarda, yəni 55.620 manat təşkil etmişdir. Bununla da, Təqsirləndirilən şəxs az ağır cinayət törədilməsinə görə verilmiş ittiham dəyişilərək, ona ağır cinayət törədilməsinə görə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə yeni ittiham verilmiş, cinayət işi baxılması üçün bu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd olunan halların araşdırılması ilə bağlı məhkəmədə sualları cavablandıran Zərərçəkmiş şəxs1 onun evindən birinci dəfə oğurluq olanda polis əməkdaşlarına evdən nələrin oğurlandığını dediyini, onların apardığı araşdırmalar və sonda gəldikləri nəticəyə görə məbləğin müəyyən edildiyini, Binəqədi rayon məhkəməsində ondan evindən hansı məbləğdə oğurluq olduğunu soruşan olmadığını, onun evindən oğurlanan pərdələrin 3 qatlı olduğunu və həmin pərdələrin qiyməti barədə heç bir sənəd təqdim edə bilməyəcəyini, həmin pərdələrin ona Azərbaycanda 3-cü adamın hədiyyə verdiyini, oğurluq nəticəsində ona dəymiş ziyanı tam demədiyini bildirərək, müxtəlif məzmunlu cavablar verməsinin səbəbini izah edə bilmədi. Qeyd olunmalıdır ki, istintaq zamanı verdiyi əlavə ifadəsində zərərçəkmiş şəxs oğurlanmış pərdələrin 4 qatlı olduğunu bildirmiş və istintaq orqanı da ittihamda həmin pərdələrin 4 qatlı olması nəticəsinə gəlmişdir. Göründüyü kimi, cinayət işi ittiham aktı ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərildikdən sonra konkret iki cinayət epizodu üzrə zərərçəkmiş şəxslərin ifadələri əsasında müəyyən edilmiş oğurlanmış əşyaların dəyərinin toplanılması zamanı istintaq orqanı tərəfindən yanlışlığa yol verildiyindən, dövlət ittihamçısının vəsatəti əsasında cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, bu zaman heç bir zərurət olmadığı halda istintaq orqanı zərərçəkmiş şəxsin əlavə ifadəsini almaqla, konkret halda bu cür pərdələrin olubolmaması, müsbət halda onların növü, hansı materialdan hazırlanması və digər xüsusiyyətləri müəyyən edilmədən, zərərçəkmiş şəxsin yeni ifadəsi əsasında təqsirləndirilən şəxsin oğurladığı əşyaların, konkret halda pərdələrin dəyərini 10.000 manat qaldırıb, yekunda ittihamın miqdarını 45.620 manatdan 55.620 manata qədər artırmış və nəticədə əsaslı şübhələrlə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ittiham vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs özgə əmlakını külli miqdarda oğurlama cinayətini törətdiyinə görə ittiham verərkən hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübutlar olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yəni, ona həmin maddə ilə ittihamın verilməsi üçün əsas olan 08 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 qarşı törədilmiş oğurluq cinayəti nəticəsində vurulmuş maddi ziyanın məbləğinin külli miqdar, yəni 55.620 manat təşkil etməsi məhkəmədə təsdiq olunmamış, həmin cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 45.620 (qırx beş min altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurulması sübuta yetirilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 qarşı təkrar 11 mart 2023-cü il tarixdə xeyli miqdarda - 27.044 (iyirmi yeddi min qırx dörd) manat məbləğində maddi ziyan vurulması, həmçinin təkrar 23 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 qarşı 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurulması və təkrar 25 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 qarşı xeyli miqdarda, yəni 14.680 (on dörd min altı yüz səksən) manat maddi ziyan vurulması ilə bağlı cinayət epizodları məhkəmə baxışı zamanı hazırkı hökmdə sadalanan sübutlara əsasən öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə verilmiş ittiham təsdiq olunmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 172.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 172.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 177.2.2, 172.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 172.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının başlanğıcı 09 dekabr 2019-cu il tarixdən hesablanmaqla 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarına əsasən, onun barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə, azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay müddətinə azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzanın sonu ilə azad edilsə də, həmin cinayətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Həmin hal təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1 ədəd əlcək və 1 ədəd corab məhv edilməli; - oğurluq əməllərinin qeydə alındığı videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk və şəxsiyyət vəsiqəsinin 3 nüsxədə surəti cinayət işinin materiallarında saxlanılmalı; - 2 ədəd "Aldo Baroni" markalı, 58 ölçülü boz və qara rəngli kişi kostyumlarının, 1 ədəd "Vertu Azcent" markalı "B-010084" seriyalı və 1 ədəd Çin istehsalı "Motorola Razv V3" markalı mobil telefon aparatlarının sahibi Zərərçəkmiş şəxs3, 1 ədəd 7 litrlik dəmirplatin metal tərkibli köz samovarının sahibi Zərərçəkmiş şəxs2 Əluquqlu oğluna qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışının ilkin mərhələsində Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi1 ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, "AİM" Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 172.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1 ədəd əlcək və 1 ədəd corab məhv edilsin; - oğurluq zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk və şəxsiyyət vəsiqəsinin 3 nüsxədə surəti cinayət işinin materiallarında saxlanılsın; - 2 ədəd "Aldo Baroni" markalı, 58 ölçülü boz və qara rəngli kişi kostyumlarının, 1 ədəd "Vertu Azcent" markalı "B-010084" seriyalı və 1 ədəd Çin istehsalı "Motorola Razv V3" markalı mobil telefon aparatlarının sahibi Zərərçəkmiş şəxs3, 1 ədəd 7 litrlik dəmirplatin metal tərkibli köz samovarının sahibi Zərərçəkmiş şəxs2 Əluquqlu oğluna qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, "AİM" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar