Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1390/2021 28.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, tərcüməçi - X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Ermənistan Respublikasının Şirak vilayəti, Artik şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmayan, Ermənistan Respublikasının Şirak vilayəti, Artik şəhəri, Proşyan küçəsi, ev 24-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələri ilə, xx xxxxxx 1993-cü ildə Ermənistan Respublikasının Byurakan rayonunda anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Ermənistan Respublikasının Yerevan şəhəri, Xorenaçi küçəsi, 205/10 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün Azərbaycan Respublikasının dövlət sirrini təşkil edən və sair məlumatları Ermənistan Respublikasının xüsusi xidmət orqanına vermək məqsədilə toplayaraq casusluq etmiş, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişdir. Belə ki, 2019-cu ildə Ermənistan Respublikasının xüsusi xidmət orqanı olan Milli Təhlükəsizlik Xidməti tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Təqsirləndirilən şəxs1 həmin orqanın nümayəndələrinin tapşırığı ilə 2020-ci ilin sentyabr ayının sonlarından etibarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini Ermənistan Respublikası Sünik vilayətinin Gorus şəhəri istiqamətindən qanunsuz olaraq keçərək Azərbaycan Respublikası ərazisinə daxil olmuş, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə edib, saxlayıb, daşıyıb və gəzdirməklə Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmiş, döyüş əməliyyatlarının aparıldığı bölgələrdə xarici dövlətin, yəni vətəndaşı olduğu Ermənistan Respublikasının xüsusi xidmət orqanının Artak adı ilə tanıdığı nümayəndəsindən aldığı tapşırıqlara əsasən Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatlar toplamış, habelə həmin tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin yerləşmə əraziləri, şəxsi heyəti, silahlanması, döyüş və digər texnikası və təminatı, habelə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə oluna biləcək digər məlumatları əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs2la birlikdə 11 noyabr 2020-ci il tarixdə Laçın dəhlizindən Şuşa şəhəri istiqamətində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərə keçmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələri bölmələrinin hərbi qulluqçuları tərəfindən aşkarlanaraq saxlanılmışdır. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün Azərbaycan Respublikasının dövlət sirrini təşkil edən və sair məlumatları Ermənistan Respublikasının xüsusi xidmət orqanına vermək məqsədilə toplayaraq casusluq etmiş, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişdir. Belə ki, 2020-ci ildə Ermənistan Respublikasının xüsusi xidmət orqanı olan Milli Təhlükəsizlik Xidməti tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Təqsirləndirilən şəxs2 həmin orqanın nümayəndələrinin tapşırığı ilə 2020-ci ilin sentyabr ayının sonlarından etibarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini Ermənistan Respublikası Sünik vilayətinin Gorus şəhəri istiqamətindən qanunsuz olaraq keçərək Azərbaycan Respublikası ərazisinə daxil olmuş, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə edib, saxlayıb, daşıyıb və gəzdirməklə Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmiş, döyüş əməliyyatlarının aparıldığı bölgələrdə xarici dövlətin, yəni vətəndaşı olduğu Ermənistan Respublikasının xüsusi xidmət orqanının Artak adı ilə tanıdığı nümayəndəsindən aldığı tapşırıqlara əsasən Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatlar toplamış, habelə həmin tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin yerləşmə əraziləri, şəxsi heyəti, silahlanması, döyüş və digər texnikası və təminatı, habelə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə oluna biləcək digər məlumatları əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1la birlikdə 11 noyabr 2020-ci il tarixdə Laçın dəhlizindən Şuşa şəhəri istiqamətində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərə keçmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələri bölmələrinin hərbi qulluqçuları tərəfindən aşkarlanaraq saxlanılmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 27 sentyabr 2020-ci il tarixdə müharibənin başlanmasını eşitmişdir. O, “Xeyriyyə” Təşkilatının təsisçisi olmuşdur. Onu tanıyan şəxslər Qarabağdan qaçan mülki şəxslər və orada döyüşən hərbçilər üçün paltarlar gətirməyə başlamışlar ki, o, təsisçisi olduğu “Xeyriyyə” Təşkilatı vasitəsilə həmin yardımları paylasın. Xankəndi şəhərində bəzi adamlar olmuşdur. O, gətirdiyi humanitar yardımları həmin şəxslərə vermiş və sonuncular da həmin yardımları paylamışlar. Yardım verən adamlar onu məcbur etmişlər ki, o, həmin yardımları “Facebook” sosial şəbəkəsində özünə aid səhifədə paylaşsın. O, yardımları Gorus şəhərinə gətirərək orada olan hərbçilərə paylamışdır. O, həmçinin Martuniyə çatmamış, yəni Martunidən 4 (dörd) kilometr aralıda Çartar kəndində yerləşən hərbi hissəyə də humanitar yardımları gətirərək orada paylamışdır. O, yardım verən adamlara sübut etmək məqsədi ilə əsgərlərlə şəkil çəkdirmiş və əsgərlərlə olan şəkillərini yardım verən şəxslərə göndərmişdir. O, Gorusdan sonra Şuşa şəhərinə getmişdir. O, Şuşaya orada olan məbəddə ibadət etmək üçün getmişdir. O, Şuşada cəmi 1 (bir) dəfə olmuşdur. O, Şuşada müxbirlərə müsahibə vermişdir. Bundan başqa, o, Xankəndi şəhərində olarkən əhalinin vəziyyəti haqqında video çəkmiş və həmin videonu “Facebook” sosial şəbəkəsində özünə aid səhifədə paylaşmışdır. O, müharibənin bitməsindən 2 (iki) həftə əvvəl Xankəndi şəhərində olmuşdur. Kapitulyasiya aktı bağlandıqdan sonra, yəni 11 noyabr 2020-ci il tarixdə onlar Xankəndiyə getmək qərarına gəlmişlər. Bir neçə erməni ailəsi Xankəndi şəhərindən Ermənistan Respublikasına aparılmalarına kömək etmək üçün onlara müraciət etmişdir. Onlar da bu səbəbdən Xankəndi şəhərinə getmişlər. Onlar ora getdikdə Laçın dəhlizində rus əsgərləri onları saxlayıb maşınları yoxlamışlar. Onlar rus əsgərlərindən soruşmuşlar ki, “keçə bilərik?”. Rus əsgərləri də onlara cavab vermişlər ki, “bəli”. Onlar Laçın dəhlizini təxminən 2 (iki) kilometr keçdikdən sonra orada Azərbaycan Respublikasının bayrağını görüb dayanmışlar. Həmin vaxt orada olan Azərbaycan Respublikasının əsgərləri yaxınlaşaraq onları həbs etmişlər. Laçın dəhlizində yolun ortası qazılmışdır. Yol minalandığına görə onlara həmin çökəkliklə getməyi demişlər. Onlar tutulduqdan sonra başqa yerə, daha sonra isə hazırda saxlanıldıqları yerə aparılmışlar. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276 və 279.1-ci maddələri ilə ona bəraət verilməsini, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə isə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 1989-cu ildə Ermənistan Respublikasının Şirak vilayətinin Artik şəhərində anadan olmuş, anası 2009-cu ildə vəfat etmiş, atası Ruben Sujyan isə tikinti sahəsində işləyir. Valideynlərinin hər ikisi milliyyətcə ermənidirlər. O, orta məktəbi Ermənistanın Şirak vilayətində bitirmiş, ali təhsilini isə Rusiya Federasiyasında Sankt- Peterburq Dövlət Ticarət-İqtisadi Universitetində almışdır. O, ali məktəbdə oxuduğu zaman Ermənistan Respublikasında Lilit Çıragyan adlı milliyəti erməni olan qadınla ailə qurmuş, birgə nikahdan onların bir oğlan övladı dünyaya gəlmişdir. O, 2011-ci ildə hərbi xidmətə çağırılmış və həmin ildə Ermənistanın Kiravokan şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçməyə başlamışdır. O, əvvəllər peşəkar şəkildə boksla məşğul olduğundan xidmətinin ilk bir neçə ayını kəşfiyyat bölüyündə aparmış, sonradan isə piyada bölüyünə keçirilmiş, 2013-cü ilin dekabr ayında ordu sıralarından tərxis olunmuşdur. 2018-ci ilin noyabr ayında o, ailə üzvləri ilə birlikdə daimi olaraq Ermənistanın Şirak vilayətinin Artik şəhərində yaşamışdır. 2019-cu ilin təxminən yaz aylarında əvvəllər tanımadığı, özünü Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən şəxs ona zəng edərək vacib məsələ ilə bağlı görüş təklif etmişdir. O da görüşməyə razılaşmışdır. Onlar Yerevan şəhərinin Malatya-Sebastyan rayonunda yerləşən Ermənistan Respublikası MTX-nın rayon idarəsində görüşmüşlər və MTX-nin əməkdaşı ona özünü Artak adı ilə təqdim etmişdir. Görüş zamanı Artak ona 2018-ci ildə onun yaratdığı “Yeni Ermənistan” adlı təşkilatının hesablarına daxil olan pul köçürmələrinin araşdırma nəticəsində çirkli pul olduğunu, şirkətinin həmin pulların yuyulması ilə məşğul olduğunun müəyyən edildiyini, bu faktlara görə də onun barəsində cinayət işi başlanılaraq həbs ediləcəyini bildirmişdir. O, həmin pul köçürmələrinin cüzi miqdarda olduğunu, pulların bütövlüklə təşkilata xərcləndiyini bildirsə də, Artak lazım olacağı təqdirdə həmin pulların “çirkli” pullar kimi təqdim edilə biləcəyini bildirmişdir. O isə saxta ittihamlarla tutulacağından, bu məsələnin ailəsinə də təsir edəcəyindən ehtiyatlandığı üçün ondan nə istədikləri barədə maraqlanmışdır. Artak isə ilk əvvəl Ermənistan Respublikası MTX tərəfindən verilən tapşırıqları icra edəcəyi barədə iltizama imza etməli olduğunu bildirərək ona əməkdaşlıq barədə iltizama imza etdirmişdir. Görüşdən sonra Artak ona ara-sıra zəng edərək müxtəlif tapşırıqlar verərək icra etməyini tapşırmışdır. O, Ermənistan Respublikası MTX-nin Artak adlı əməkdaşını orta boylu, arıq bədən quruluşlu, qara saçlı, qarabuğdayı, “Gümrü aksentilə” danışan, təxminən 35-40 yaşlarında olan şəxs kimi qeyd etmişdir. 27 sentyabr 2020-ci il tarixdə Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra MTXnin əməkdaşı Artak onunla əlaqə yaradaraq təcili görüş tələb etmişdir. Onlar 28 sentyabr 2020-ci il tarixdə Artak adlı MTX-nin əməkdaşının iş yerinin yaxınlığında yerləşən kafedə görüşmüşlər və sonuncu ona Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ və ətraf rayonlarda döyüş əməliyyatlarının getməsi səbəbindən vəziyyətin ciddi olduğunu və dövlətin onun kimi oğullara ehtiyacı olduğunu bildirmişdir. O isə özü də döyüş əməliyyatlarında iştirak etmək istədiyini bildirərək bu görüşə çağırılmasının əsl səbəbi ilə maraqlanmışdır. Artak isə onun döyüşlərdə iştirak etmək istəyindən razı olduğunu bildirərək həmin bölgədə Azərbaycan ordusu barədə məlumatların toplanılmasına ehtiyac olduğunu qeyd etmiş və ona növbəti gün Ermənistanın Gorus şəhərindən Laçın dəhlizi ilə Dağlıq Qarabağa keçərək döyüşlər getdiyi ərazilərə gedib orada döyüşlərdə iştirak etməsini, bununla yanaşı əsas olaraq Azərbaycan hərbçilərinin yerləşmə mövqeləri, əsgər sayı, texnika növləri və bu kimi sair məlumatları toplayaraq göndərməsini tapşırmışdır. O da tapşırıqları icra edəcəyi barədə söz vermişdir. O, həmçinin Artakdan döyüş bölgələrinə tək deyil, dostu Təqsirləndirilən şəxs2la birlikdə getməyə icazə verməyini xahiş etmişdir. Artak isə onun Təqsirləndirilən şəxs2la birlikdə getməyinə etiraz etməyərək sonuncuya da hansı tapşırıqla həmin bölgələrə getdiyi barədə məlumat verməsini, razı olduğu təqdirdə sonuncunu bu işlərə cəlb edərək birlikdə məlumatlar toplamağı tapşırmışdır. O, 29 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə döyüşlərdə iştirak etmək məqsədilə yola çıxmaq üçün görüşmüş, sonuncuya MTX-nin əməkdaşı Artak ilə 1 (bir) ilə yaxın müddətdir ki, əməkdaşlıq etdiyini, sonuncunun tapşırığı əsasında döyüşlərə qatılacağını və orada olan zaman Azərbaycan ordusunun yerləşmə mövqeləri, əsgər sayı, texnika sayları və sair bu kimi məlumatları toplayıb Artaka göndərəcəyini bildirərək Artak adlı MTX-nin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs2 da bu işləri görmək təklifinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə Ermənistan tərəfinin xeyrinə olacaq hər bir işə əl atacağını, Azərbaycan ordusu barədə məlumatları toplayıb Artaka ötürəcəyinə razı olduğunu bildirmişdir. Bu məqsədlə onlar həmin gün “Nissan” markalı avtomobillə döyüş bölgəsinə getmək qərarına gəlmişlər və əvvəlcədən özləri ilə Yerevandan hərbi geyim mağazasından aldıqları hərbi geyim formasını da götürüb Yerevan şəhərindən Gorus şəhərinə, oradan da Laçın dəhlizi vasitəsilə Stepanakert şəhərinə gəlib orada olan hərbi qulluqçularla görüşmüşlər, eləcə də döyüşlərdə iştirak etmək istədiklərini orada bildirmişlər. Hərbçilər isə onlara torpaqları qorumaq üçün Azərbaycan əsgərlərinə qarşı döyüşəcək hər bir şəxsi qəbul etdiklərini bildirib onları Xocavənd rayonu ətrafında olan döyüş bölgələrinə aparmışlar və orada onları “AK74” tipli avtomat silahları ilə silahlandırmışlar. Xidmət etdikləri bölmənin silahlanmasında, həmçinin qumbara, partlayıcı maddələr və müxtəlif döyüş sursatları olmuşdur. Bundan sonra onlar digər silahlılarla birlikdə ən yaxın döyüş mövqelərinə gedərək Azərbaycan hərbçilərinə qarşı avtomat tipli silahlardan istifadə edərək döyüşlərdə iştirak etmişlər. Onlarla birlikdə döyüşlərdə olan, adını xatırlamadığı döyüşçülərdən biri onun xahişi əsasında ona snayper tipli silah da verərək Azərbaycan əsgərlərinə atəş açmağına imkan yaratmışdır. Orada olan zaman onlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yerləşmə nöqtələri, təxmini əsgər sayı, texnika növü barədə məlumatları toplayıb mütəmadi olaraq Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Artak adlı əməkdaşına göndərmişlər. Artak isə yeni tapşırıqlar verərək göndərdikləri məlumatlarla bağlı dəqiqləşdirmələr aparmağı, Azərbaycan mövqelərində olan əsgərlərin yer dəyişməsi olduqda isə dərhal xəbər vermələrini tapşırmışdır. O, bir müddət döyüşlərdə iştirak etdikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə yenidən Yerevan şəhərinə qayıdaraq Artak ilə görüşüb Azərbaycan ordusu barədə topladıqları ətraflı materialları Artaka təqdim etmiş, sonuncu isə belə davam etməklərini, onun həqiqi hərbi xidmətdə kəşfiyyat bölüyündə xidmət etdiyini bildiyini, mümkün olduğu halda Azərbaycan tərəfinin yerləşdiyi ərazilərə daha yaxından gizli şəkildə yaxınlaşaraq məlumatları toplayıb ötürməyi yenidən ona tapşırmışdır. Növbəti dəfə o, Təqsirləndirilən şəxs2la birlikdə MTX-nin Artak adlı əməkdaşının tapşırığı əsasında həmin ilin oktyabr ayında yenidən Dağlıq Qarabağa döyüşlərdə iştirak etmək və Azərbaycan ordusu barədə məlumatlar toplamaq üçün yola düşmüşdür. Bu dəfə isə onlar Xocavənd rayonunun Çartar qəsəbəsinin yaxınlığında döyüşlərə qatılmışlar, gecə döyüşlər bir az səngiyən vaxt meşəlik ərazilərdən keçərək Azərbaycan mövqelərinə yaxınlaşmışlar. O, kəşfiyyat bölüyündə xidmət edən zaman düşməndən gizlənmək üçün öyrəndiyi müxtəlif üsullardan istifadə edərək Azərbaycan mövqelərinə mümkün olan qədər yaxınlaşaraq foto və video çəkiliş aparmış, hətta ərazinin geo-lokasiyasını da Artaka göndərmişdir. Artak isə onların yaxşı iş gördüyünü bildirərək onları tərifləmiş və əsgər sayını dəqiq saydıqdan sonra səhər açılmamış öz mövqelərinə qayıtmağı tapşırmışdır. Onlar da Artakın tapşırığı əsasında müşahidə edərək təxminən 25-28 nəfər Azərbaycan hərbçisi saydıqdan sonra məlumatı Artaka ötürüb geri çəkilmişlər. Döyüş əməliyyatlarının başladığı gündən başa çatanadək o, Təqsirləndirilən şəxs2la birlikdə dəfələrlə Ermənistandan Qarabağda döyüş əməliyyatları aparılan ərazilərə gedərək döyüşlərdə iştirak etmiş, Azərbaycan ordusu barədə məlumatları toplayıb MTX-nin əməkdaşı Artaka ötürmüşdür. O, Təqsirləndirilən şəxs2la olduqları bölgələrdə döyüşlərdə iştirak edən zaman bir neçə şəkil çəkdirmiş və sonra həmin şəkilləri “Facebook” sosial şəbəkəsində özünə aid səhifədə, yəni “Təqsirləndirilən şəxs1” adlı profildə paylaşmışdır. Həmin şəkillərdə onun əlində avtomat və snayper tipli silahlar olmuşdur. Eləcə də o, “Facebook” sosial şəbəkəsində ona aid səhifədə partlamamış raket ilə Təqsirləndirilən şəxs2la olan fotoşəkillərini yerləşdirmişdir. 10 noyabr 2020-ci il tarixdə gecə saatlarında Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası döyüş əməliyyatlarının dayandırılması barədə sənəd imzalamış, həmin gün səhər saat 10:00 radələrində Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin Artak adlı əməkdaşı ona zəng edərək Yerevanın mərkəzində yerləşən restoranda görüş təyin etmişdir. O isə Artaka tək deyil, Təqsirləndirilən şəxs2la birlikdə gələcəyini bildirmişdir. Onlar təxminən saat 12:00-da deyilən yerdə Ermənistan Respublikası MTX-nın əməkdaşı Artak ilə görüşmüşlər. Görüş zamanı Artak Şuşa şəhəri və həmin şəhərin ətraf ərazisini dəqiq Azərbaycanlılar tərəfindən işğaldan azad edilibedilməməsini müəyyən etmək, müsbət halda orada yerləşdirilmiş Azərbaycan hərbçilərinin sayını, ağır texnikaların olub-olmamasını, onların sayını və növünü, yerləşmə lokasiyalarını və bu kimi digər məlumatları həmin zaman Rusiya Sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizindən Stepanakert şəhərində qalan ermənilərə kömək etmək adı ilə pərdələnərək keçib Şuşa şəhərinin ərazisinə gizli şəkildə daxil olmalarını və oradan məlumat toplayıb göndərmələrini tapşırmışdır. Onlar da toplayacaqları məlumatların Ermənistanın xeyrinə istifadə ediləcəyini, Şuşa şəhərinin Azərbaycanlılardan almaq istədiklərini bildirərək Artakın tapşırığını icra etməyə razılıq vermişlər. 11 noyabr 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs2la birlikdə səhər saatlarında avtomobili ilə ilk əvvəl Gorus şəhərinə, oradan isə Stepanakert şəhərində qalan ermənilərə kömək etmək adı altında mülki geyimdə sülhməramlıların yanından keçərək Laçın dəhlizinə daxil olub Şuşa şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Şuşa şəhərinə təxminən 1 kilometr qalmış onlar yol ayrıcından əvvəlcədən fikirləşdikləri kimi Stepanakert şəhərinə gedən yola deyil, Şuşa şəhərinə gedən yola dönmüşlər və Şuşa şəhərinin ərazisinə, yəni Azərbaycan ordusu tərəfindən nəzarət olunan əraziyə daxil olmuşlar. Onlar yolun yaxınlığında avtomobili saxlayaraq diqqət çəkmədən Şuşa şəhəri istiqamətində getmişlər. Sonra onlar yol boyu görünən Azərbaycan mövqeləri barədə məlumat toplamağa başlamışlar, Şuşa şəhərinə isə daxil olmağa çalışarkən Azərbaycan əsgərləri ilə rastlaşmışlar, Azərbaycan əsgərləri kim olduqları və Şuşa şəhərinin yaxınlığında nə işlə məşğul olduqları barədə maraqlanmışlar. Onlar isə həyacanlanaraq verilən suallara cavab verə bilməmişlər. Onların hərəkətlərinin şübhəli olması və Azərbaycan ordusu tərəfindən nəzarət edilən əraziyə qanunsuz daxil olmaları səbəbindən saxlanılmışlar. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 1993-cü ildə Byurakan kəndində anadan olmuşdur. O, 2000-ci ildə ailəsi ilə birlikdə Yerevan şəhərinə köçmüş və Yerevan şəhəri, Xorenaçi küçəsi, 205/10 ünvanında yaşamışdır. O, 2020-ci ilin təxminən aprel ayında Təqsirləndirilən şəxs1la tanış olmuşdur. O, Gevorgun humanitar təşkilatı olduğunu bildikdə kömək etmək istəmişdir. Həmin vaxtadək o, əkinçiliklə məşğul olmuşdur. Sonra isə o, Yerevanda kafelərdə və restoranlarda aşpaz kimi işləmişdir. Müharibə başlayanda o, öz iş yerində olmuşdur. O, müharibənin başladığını gördükdə Təqsirləndirilən şəxs1a zəng etmişdir. Təqsirləndirilən şəxs1 artıq insanların yardımlar gətirdiyini ona demişdir. O da Gevorga yemək və geyimlə kömək etməyi təklif etmişdir. Bundan sonra onlar Xankəndiyə yardımlar aparmağa başlamışlar. Onlar döyüşlərdə iştirak etməmişlər və edə də bilməzdilər. Çünki onlar Ermənistanda qaçqınlara yardım paylamaqla məşğul olmuşlar. Onlar qaçqınlara geyim, ərzaq məhsulları paylamışlar. Onlar həftədə bir dəfə, bəzən iki həftədən bir Xankəndiyə humanitar yardımlar aparmışlar. 10 noyabr 2020-ci il tarixdə Gevorg ona zəng edib görüşməyi təklif etmişdir. Gevorg ona Xankəndi şəhərində olan insanlara kömək etmək lazım olduğunu və 11 noyabr 2020-ci il tarixdə Xankəndi şəhərinə yardım aparmaq üçün getmək lazım olduğunu bildirmişdir. 11 noyabr 2020-ci il tarixdə onlar Gorusu keçmişlər. Sonra onlar rus sülhməramlılarının yerləşdiyi Laçın dəhlizini keçmişlər. Rüs sülhməramlıları onları yoxlamışlar. Onlar rus sülhməramlılarından soruşmuşlar ki, “Xankəndiyə gedə bilərik?” Rus sülhməramlıları da onlara demişlər ki, “bəli, gedə bilərsiz”. Sonra onlar rus sülhməramlılarının yanından təxminən bir kilometr keçdikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrini görmüşlər və sonuncular onları həbs etmişlər. Onlar sadəcə analara, qocalara, uşaqlara yardım etmişlər. O, Azərbaycan Respublikasına qarşı heç bir cinayət törətməmişdir. O, döyüşlərdə də ümumiyyətlə iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276 və 279.1-ci maddələri ilə ona bəraət verilməsini, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə isə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 1993-cü ildə Ermənistan Respublikasında anadan olmuşdur. Onun ailəsi 2000-ci ildə Ermənistanın paytaxtı Yerevan şəhərinə köçmüşdür. O, orta məktəbi həmin şəhərdə bitirmişdir. O, 2011-ci ilin yay aylarında müddətli həqiqi hərbi xidmətə çağrılmış və xidmətini Hadrut qəsəbəsində yerləşən hərbi hissədə atıcı əsgər vəzifəsində aparmışdır. O, 2013-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Yerevan şəhərinə qayıtmış və ailə üzvləri ilə birlikdə yaşamışdır. O, Yerevanda olduğu müddətdə müxtəlif kafe və restoranlarda aşpaz işləmişdir. O, Təqsirləndirilən şəxs1lə Yerevan şəhərində tanış olmuşdur. Onların ilk tanışlığı “Facebook” sosial şəbəkə vasitəsi ilə olmuşdur. Bundan sonra onun Təqsirləndirilən şəxs1la dostluq münasibətləri yaranmış və onlar mütəmadi olaraq görüşmüşlər. 27 sentyabr 2020-ci il tarixdə Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan bir gün sonra isə Təqsirləndirilən şəxs1 ona zəng edərək döyüşlərdə iştirak etmək istəyi barədə maraqlanmışdır. O da torpaqları qorumaq üçün döyüşməyə razı olduğunu bildirmişdir. 29 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə döyüşlərdə iştirak etmək məqsədilə yola çıxmaq üçün onlar görüşmüşlər. Orada Təqsirləndirilən şəxs1 ona MTX-nin Artak adlı əməkdaşı ilə bir ilə yaxın müddətdir ki, əməkdaşlıq etdiyini, sonuncunun tapşırığı əsasında döyüşlərə qatılacağını və orada olan zaman Azərbaycan ordusunun yerləşmə mövqeləri, əsgər sayı, texnika sayları və sair məlumatları MTX-ə göndərəcəyini bildirmiş, Artak adlı MTX-nin əməkdaşına həmin bölgəyə birlikdə gedəcəkləri barədə xəbər verdiyini, Artak tərəfindən ona da bu işləri görmək təklifinin olduğunu bildirmişdir. O, isə Ermənistan tərəfinin xeyrinə olacaq hər bir işə əl atacağını Təqsirləndirilən şəxs1 bildirərək həm döyüşlərdə iştirak edəcəyini, həm də Azərbaycan ordusu barədə məlumatları toplayıb Artaka ötürəcəyini bildirmişdir. Bu məqsədlə, o, həmin gün Təqsirləndirilən şəxs1la sonuncunun idarə etdiyi “Nissan” markalı avtomobillə döyüş bölgəsinə getmək qərarına gəlmişdir. Onlar əvvəlcədən Yerevanda yerləşən hərbi geyim mağazasından aldıqları hərbi geyim formasını da özlərilə götürüb Yerevan şəhərindən Gorus şəhərini keçərək Laçın dəhlizi vasitəsilə Stepanakert şəhərinə getmişlər və orada olan hərbi qulluqçularla görüşərək döyüşlərdə iştirak etmək istədiklərini bildirmişlər. Hərbçilər isə torpaqları qorumaq üçün Azərbaycan əsgərlərinə qarşı döyüşəcək hər bir şəxsi qəbul etdiklərini bildirib onları Xocavənd rayonu ətrafında olan döyüş bölgələrinə aparmışlar. Orada onu və Təqsirləndirilən şəxs1ı “AK74” tipli avtomat silahları ilə silahlandırmışlar. Həmçinin onların silahlanmalarında qumbara, partlayıcı maddələr, minalar və müxtəlif döyüş sursatları olmuşdur. Bundan sonra onlar digər silahlılarla birlikdə ən yaxın döyüş mövqelərinə gedərək Azərbaycan hərbçilərinə qarşı avtomat tipli silahlardan istifadə edərək döyüşlərdə iştirak etmişlər. Təqsirləndirilən şəxs1 orada hətta snayper tipli silahdan da qarşı tərəfə atəş açmışdır. Orada olan zaman o, Təqsirləndirilən şəxs1la birlikdə Azərbaycan silahlı qüvvələrinin yerləşmə nöqtələri, təxmini əsgər sayı, texnika növü barədə məlumatları toplayıb mütəmadi olaraq Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Artak adlı əməkdaşına göndərmişlər. Artak isə onlara yeni tapşırıqlar verərək göndərdikləri məlumatlarla bağlı dəqiqləşdirmələr aparmağı, Azərbaycan mövqelərində olan əsgərlərin yer dəyişməsi olduqda isə dərhal xəbər vermələrini tapşırmışdır. Onlar bir müddət döyüşlərdə olduqdan sonra o, Təqsirləndirilən şəxs1la birlikdə yenidən Yerevan şəhərinə qayıdaraq Artak ilə görüşüb Azərbaycan ordusu barədə topladıqları ətraflı materialları təqdim etmişlər. Artak isə belə davam etmələrini, Təqsirləndirilən şəxs1 həqiqi hərbi xidmətdə kəşfiyyat bölüyündə xidmət etdiyini bildiyini, mümkün olduğu halda Azərbaycan tərəfinin yerləşdiyi ərazilərə daha yaxından gizli şəkildə yaxınlaşaraq məlumatları toplayıb ötürməyi yenidən tapşırmışdır. Növbəti dəfə o, Təqsirləndirilən şəxs1la birlikdə MTX-nin Artak adlı əməkdaşının tapşırığı əsasında həmin ilin oktyabr ayında yenidən Dağlıq Qarabağa döyüşlərdə iştirak etmək və Azərbaycan ordusu barədə məlumatlar toplamaq üçün yola düşmüşlər. Bu dəfə isə onlar Xocavənd rayonunun Çartar qəsəbəsinin yaxınlığında döyüşlərə qatılmışlar. Gecə döyüşlərin intensivliyi bir qədər azaldığı vaxt o və Təqsirləndirilən şəxs1 meşəlik ərazilərdən keçərək Azərbaycan mövqelərinə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 kəşfiyyat bölüyündə xidmət edən zaman düşməndən gizlənmək üçün öyrəndiyi müxtəlif üsullardan istifadə edərək Azərbaycan mövqelərinə mümkün olan qədər yaxınlaşaraq foto və video çəkiliş aparmış, hətta ərazinin geolokasiyasını da Artaka göndərmişdir. Artak isə onların yaxşı iş gördüklərini bildirərək onları tərifləmiş və əsgər sayını dəqiq müəyyən etdikdən sonra səhər açılmamış öz mövqelərinə qayıtmağı tapşırmışdır. Onlar da Artakın tapşırığı əsasında müşahidə edərək təxminən 24-27 nəfər Azərbaycan hərbçisi saydıqdan sonra məlumatı Artaka ötürüb geri çəkilmişlər. Döyüş əməliyyatlarının başlandığı gündən başa çatanadək o, Təqsirləndirilən şəxs1la birlikdə dəfələrlə Ermənistandan Qarabağda döyüş əməliyyatları aparılan ərazilərə gedərək döyüşlərdə iştirak etmiş və Azərbaycan ordusu barədə məlumatları toplayıb MTX-nin əməkdaşı Artaka vermişdir. Ümumən onlar olduqları bölgələrdə döyüşlərdə iştirak edən zaman bir neçə şəkil çəkdirmişlər və sonradan həmin şəkilləri Təqsirləndirilən şəxs1 “Facebook” sosial şəbəkəsində olan “Təqsirləndirilən şəxs1” adlı profilində paylaşmışdır. O, avtomat ilə şəkil çəkdirməkdən ehtiyatlandığı üçün şəkil çəkdirən zaman silahını kənara qoymuşdur. 10 noyabr 2020-ci il tarixdə gecə saatlarında Azərbaycan Respublikası, Ermənistan və Rusiya döyüş əməliyyatlarının dayandırılması barədə sənəd imzaladıqdan sonra, 10 noyabr 2020-ci il tarixdə, saat təxminən 10:00-11:00 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Milli Təhlükəsizlik Xidmətinin Artak adlı əməkdaşının Yerevanın mərkəzində yerləşən restoranda görüş təyin etdiyini bildirmişdir. Onlar da təxminən saat 12:00-da deyilən yerdə Ermənistan Respublikası MTX-nın əməkdaşı Artak ilə görüşmüşlər. Görüş zamanı Artak Şuşa şəhəri və həmin şəhərin ətraf ərazisini dəqiq Azərbaycanlılar tərəfindən işğaldan azad edilib-edilməməsini müəyyən etmək, müsbət halda orada yerləşdirilmiş Azərbaycan hərbçilərinin sayını, ağır texnikaların olub-olmamasını, onların sayını və növünü, yerləşmə mövqelərini və bu kimi digər məlumatları həmin zaman Rusiya Sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizindən Stepanakert şəhərində qalan ermənilərə kömək etmək adı ilə pərdələnərək keçib Şuşa şəhərinin ərazisinə gizli şəkildə daxil olmalarını və oradan məlumat toplayıb göndərmələrini tapşırmışdır. Onlar da toplayacaqları məlumatların Ermənistanın xeyrinə istifadə ediləcəyini, Şuşa şəhərini Azərbaycanlılardan almaq istədiklərini bildirərək Artakın tapşırığını icra edəcəkləri barədə razılıq vermişlər. 11 noyabr 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs1la birlikdə səhər saatlarında avtomobil ilə ilk əvvəl Gorus şəhərinə, oradan isə Stepanakert şəhərində qalan ermənilərə kömək etmək adı altında mülki geyimdə sülhməramlıların yanından keçərək Laçın dəhlizinə daxil olub Şuşa şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Şuşa şəhərinə təxminən bir kilometr qalmış onlar yol ayırıcından əvvəlcədən fikirləşdikləri kimi Stepanakert şəhərinə gedən yola deyil, Şuşa şəhərinə gedən yola dönmüşlər və Azərbaycan ordusu tərəfindən nəzarət olunan Şuşa şəhərinin ərazisinə daxil olmuşlar. Onlar yolun yaxınlığında avtomobili saxlayaraq piyada, diqqət çəkmədən Şuşa şəhəri istiqamətində getmişlər. Onlar yol boyu görünən Azərbaycan mövqeləri barədə məlumat toplamağa başlamışlar, Şuşa şəhərinə isə daxil olmağa çalışarkən Azərbaycan əsgərləri ilə rastlaşmışlar. Azərbaycan əsgərləri onlardan kim olduqları və Şuşa şəhərinin yaxınlığında nə işlə məşğul olduqları barədə maraqlanmışlar. Onlar isə həyacanlanaraq verilən suallara cavab verə bilməmişlər. Onlar hərəkətlərinin şübhəli olması və Azərbaycan ordusu tərəfindən nəzarət edilən əraziyə qanunsuz daxil olmaları səbəbindən saxlanılmışlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməmələri (Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə istisna olmaqla) ilə bağlı hissədə verdikləri ifadələri cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxslərin məhkəmə istintaqında bu hissədə verdikləri ifadələri mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda öz ifadələrində göstərmiş olduqları halların yalan və həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1-ci maddələri üzrə özlərini təqsirli bilməmələri ilə bağlı hissədə fərqli məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 11 noyabr 2020-ci il tarixdə səhər saatlarında hərbçi yoldaşı Şahid1 ilə birlikdə Şuşa şəhəri ətrafında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə xidmət apararkən yolun kənarı ilə 2 (iki) nəfər şəxsin Şuşa şəhəri istiqamətində hərəkət etdiyini görmüşlər. O, həmin şəxslərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yeni yaradılan mövqelərinin yaxınlığında dayanaraq müşahidə və birbiriləri ilə müzakirə apardıqlarını görmüşdür. Bu zaman onlar qərar vermişlər ki, həmin şəxslərə yaxınlaşıb kim olduqları, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə nə məqsədlə gəldikləri, eləcə də hansı səbəbdən müşahidə aparmaları barədə maraqlansınlar. Onlar uzaqdan həmin şəxslərə səslənərək yerlərində dayanmalarını tələb etmişlər. Həmin şəxslər əvvəlcə gizlənmək üçün cəhd göstərmişlər, lakin sonradan onların yaxınlıqda olduqlarını görüb gözləmişlər. O, hərbçi yoldaşı ilə birlikdə həmin şəxslərə yaxınlaşıb sonunculardan özlərini təqdim etməyi bildirmişdir. Lakin həmin 2 (iki) nəfər şəxs onları başa düşməyib rus dilində danışaraq “что” sözünü işlətmişlər. Bu səbəbdən də onlar həmin 2 (iki) nəfər şəxsə rus dilində müraciət edərək bir daha özlərini təqdim etmələrini tələb etmişlər. Həmin şəxslərdən biri onlara şəxsiyyət vəsiqəsini, digəri isə pasportunu təqdim etmişdir. Onlar sənədlərə baxan zaman həmin iki şəxsin Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmalarını müəyyən etmişlər. Onlar həmin şəxslərdən nə üçün Şuşa şəhəri ətrafında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərinə daxil olmaları, yeni qurulan mövqeləri hansı səbəbdən müşahidə etmələri barədə maraqlanmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onların suallarına məntiqli bir cavab verə bilməyib həyəcanlanaraq özlərini müdafiə etməyə başlamışlar. Həmin 2 (iki) nəfər şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərini nə üçün müşahidə etmələri barədə suala isə ümumiyyətlə cavab verməkdən yayınmışlar. Onlar qeyd edilən iki şəxsin özlərini şübhəli apardıqlarını, nəzarət olunan ərazilərə qanunsuz daxil olmalarını, mövqelərə müşahidə etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı saxlamışlar. Sonra isə həmin şəxslər barəsində araşdırma aparılması üçün sonuncular aidiyyəti qurumlara təhvil verilmişlər. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 11 noyabr 2020-ci il tarixdə səhər saatlarında hərbçi yoldaşı Şahid2 ilə birlikdə Şuşa şəhəri ətrafında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə xidmət apararkən yolun kənarı ilə 2 (iki) nəfər şəxsin Şuşa şəhəri istiqamətində hərəkət etdiyinin şahidi olmuşdur. O, həmin şəxslərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yeni yaradılan mövqelərinin yaxınlığında dayanaraq müşahidə və bir-biriləri ilə müzakirə apardıqlarını görmüşdür. Bu zaman onlar qərar vermişlər ki, həmin şəxslərə yaxınlaşıb kim olduqları, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə nə məqsədlə gəldikləri, eləcə də hansı səbəbdən müşahidə aparmaları barədə maraqlansınlar. Onlar uzaqdan həmin şəxslərə səslənərək yerlərində dayanmalarını bildirmişlər. Həmin şəxslər isə əvvəlcə gizlənmək üçün cəhd göstərsələr də, sonradan onların yaxınlıqda olduqlarını görüb gözləmişlər. O, hərbçi yoldaşı ilə birlikdə həmin şəxslərə yaxınlaşıb sonunculardan özlərini təqdim etməyi bildirmişdir. Lakin həmin 2 (iki) nəfər şəxs onları başa düşməyib rus dilində danışaraq “что” sözünü işlətmişlər. Bu səbəbdən də onlar həmin 2 (iki) nəfər şəxsə rus dilində müraciət edərək bir daha özlərini təqdim etmələrini tələb etmişlər. Həmin şəxslərdən biri onlara şəxsiyyət vəsiqəsini, digəri isə pasportunu təqdim etmişdir. Onlar sənədlərə baxan zaman həmin iki şəxsin şəxsiyyətləri Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi müəyyən edilmişdir. Onlar həmin şəxslərdən nə üçün Şuşa şəhəri ətrafında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərinə daxil olmaları, yeni qurulan mövqeləri hansı səbəbdən müşahidə etmələri barədə maraqlanmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onların suallarına məntiqli bir cavab verə bilməyib həyəcanlanaraq özlərini müdafiə etməyə başlamışlar. Həmin 2 (iki) nəfər şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərini nə üçün müşahidə etmələri barədə suala isə ümumiyyətlə cavab verməkdən yayınmışlar. Onlar qeyd edilən iki şəxsin özlərini şübhəli apardıqlarını, nəzarət olunan ərazilərə qanunsuz daxil olmalarını, mövqelərə müşahidə etdiklərini nəzərə alıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı saxlamışlar. Sonra isə həmin şəxslər barəsində araşdırma aparılması üçün sonuncular aidiyyəti qurumlara təhvil verilmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahid) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məktubundan və ona əlavə edilmiş diskdən (cild 1, iş vərəqə 8-9) görünür ki, Ermənistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 2020-ci ilin sentyabr-noyabr aylarında Dağlıq Qarabağda Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmiş və 11 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri ətrafında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məktubundan (cild 1, iş vərəqə 10) görünür ki, Ermənistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 2020-ci ilin sentyabr-noyabr aylarında Dağlıq Qarabağda Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmiş və 11 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri ətrafında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2021-ci il tarixli sosial şəbəkəyə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş diskdən (cild 1, iş vərəqə 18-22) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dağlıq ərazidə fərqli hərbi geyim formalarında “Avtomat”, “Snayper” tipli silahlarla, o cümlədən “Smerç” tipli raketlə fotoşəkillər çəkdirmişlər və həmin fotoşəkillər Təqsirləndirilən şəxs1 məxsus “Təqsirləndirilən şəxs1” adı altında “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçirilmiş səhifəyə Təqsirləndirilən şəxs1 tərəfindən yerləşdirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 35-36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3, 279.1 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 71-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3, 279.1 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-159/2021 saylı qərarından (cild 1, iş vərəqə 109-111) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-160/2021 saylı qərarından (cild 1, iş vərəqə 116-118) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli qərardan (cild 1, iş vərəqə 129-130) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etdiklərinə dair əhəmiyyətli materialların toplanılması, qeyd edilən şəxslərdən başqa həmin birləşmələrdə iştirak etmiş digər şəxslərin şəxsiyyətlərinin, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xarici xüsusi xidmət orqanları ilə əlaqələrinin olub-olmamasının müəyyən edilməsi istiqamətində kompleks əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məktubundan (cild 1, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2019-2020-ci illərdə Ermənistan Respublikasının xüsusi xidmət orqanı olan Milli Təhlükəsizlik Xidməti tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşlar, 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağ və ətraf rayonlarda həyata keçirilən əks-hücum əməliyyatları zamanı Ermənistan Respublikasının MTX-nin tapşırığına əsasən döyüşlərdə iştirak etmək, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə isitfadə olunması məqsədilə məlumatların toplanılması üçün döyüş əməliyyatlarının aparıldığı bölgələrə göndərilmişlər və döyüş aparılan mövqelərdə olan zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin yerləşmə əraziləri, şəxsi heyəti, silahlanması, döyüş və digər texnikası, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna biləcək digər məlumatları toplayaraq Ermənistan Respublikasının MTX-yə vermişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 149-150) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 175-176) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 956 saylı rəyindən (cild 1, iş vərəqə 229-230) görünür ki, Təqsirləndirilən şəxs1 anlaqlı hesab edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, təsvir edilən cinayət əməllərini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini tam dərk etməməsinə və ya idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu keçirməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 957 saylı rəyindən (cild 1, iş vərəqə 231-232) görünür ki, Təqsirləndirilən şəxs2 anlaqlı hesab edilir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, təsvir edilən cinayət əməllərini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini tam dərk etməməsinə və ya idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu keçirməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 215/MEŞ saylı canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 246-247) görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində məhkəmə-tibbi müayinə zamanı hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 216/MEŞ saylı canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 243-244) görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində məhkəmə-tibbi müayinə zamanı hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/915 nömrəli məhkəmə-portret ekspertizası barədə rəyindən (cild 1, iş vərəqə 255-261) görünür ki, tədqiqata təqdim olunmuş fotoşəkillərdə müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 eksperimental fotoşəkillərində eyni şəxslər əks olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 281-290) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, eləcə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və həmin sübutları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmış, təqsirləndirilən şəxslər həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən ayrı-ayrılıqda irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Ermənistan Respublikasının xüsusi xidmət orqanı olan Milli Təhlükəsizlik Xidməti tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş Ermənistan Respublikasının vətəndaşları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin orqanın nümayəndələrinin tapşırığı ilə 2020-ci ilin sentyabr ayının sonlarından etibarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Ermənistan Respublikasının Sünik vilayətinin Gorus şəhəri istiqamətindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçərək Azərbaycan Respublikası ərazisinə qanunsuz şəkildə daxil olmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə edib, saxlayıb, daşıyıb və gəzdirməklə Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər. Onlar döyüş əməliyyatlarının aparıldığı bölgələrdə vətəndaşları olduğu Ermənistan Respublikasının xüsusi xidmət orqanının nümayəndəsi olan Artak adlı şəxsdən aldıqları tapşırıqlara əsasən Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatlar toplamışlar, habelə həmin tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin yerləşmə əraziləri, şəxsi heyəti, silahlanması, döyüş və digər texnikası və təminatı, habelə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə oluna biləcək digər məlumatları əldə etmək məqsədi ilə 11 noyabr 2020-ci il tarixdə Laçın dəhlizindən Şuşa şəhəri istiqamətində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərə keçmişlər və Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hərbi qulluqçuları tərəfindən aşkarlanaraq saxlanılmışlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında tədqiq edilmiş çoxsaylı obyektiv sübutları, o cümlədən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı ayrıayrılıqda vermiş olduqları ifadələri əsas tutmuşdur. Belə ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında özlərini qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilsələr də, digər ittihamlar üzrə özlərini təqsirli bilməyərək Cinayət Məcəlləsinin 228.2.1, 276 və 279.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini inkar etmişlər. Halbuki təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı geniş məzmunlu ifadə verərək törətdikləri cinayət əməllərinin mexanizmini və üsulunu, cinayət əməllərinin törədilmə vaxtını, qabaqcadan əlbir bir qrup şəxs halında cinayət törətmələri ilə bağlı əldə etdikləri razılığın mahiyyətini, tutulmamışdan əvvəl Azərbaycan Respublikası ərazisinə qanunsuz şəkildə Laçın dəhlizi vasitəsi ilə daxil olduqlarını, bir-biriləri ilə əvvəlcədən tanış olduqlarını, dəfələrlə birlikdə Azərbaycan Respublikası ərazisinə qanunsuz şəkildə keçdiklərini və orada Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qarşı silahdan istifadə etməklə döyüşdüklərini, Ermənistan Respublikasının xüsusi xidmət orqanı olan Milli Təhlükəsizlik Xidmətinin Artak adlı nümayəndəsindən dəfələrlə aldıqları tapşırıqlara əsasən Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatlar topladıqlarını, habelə həmin tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin yerləşmə əraziləri, şəxsi heyəti, silahlanması, döyüş və digər texnikası və təminatı, eyni zamanda Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə oluna biləcək digər məlumatları əldə edib Artak adlı şəxsə göndərdiklərini, eləcə də Şuşa şəhəri ətrafında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən tutulduqlarını ətraflı şəkildə göstərmişlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhz ibtidai istintaq zamanı vermiş olduqları ifadələr mötəbər sübut kimi qəbul edilərək qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə istintaqında dindirilmiş şahid də öz ifadəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini təsdiq etmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan çoxsaylı şəkillər və sair yazılı sübutlarla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və təqsirləndirilən şəxslərə aid pasportlarda onların Azərbaycan Respublikası ərazisinə qanuni şəkildə daxil olmalarını təsdiq edən heç bir qeyd və ştamp yoxdur. Bu isə ona dəlalət edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası ərazisinə məhz qanunsuz şəkildə daxil olaraq Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini və bundan sonra Cinayət Məcəlləsinin 228.2.1, 276 və 279.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Yuxarıda qeyd edilənlərini bir daha məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında fərqli məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşlər. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Həmin cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bilavasitə təqsirlidirlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələri ilə tövsif edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələr üzrə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 evli və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, eləcə də onların cavan olmasını hər birinə nisbətdə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törədilmiş hər bir cinayətin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayət əməllərinin ağırlıq dərəcələrini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələrinin sanksiyalarına uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş müstəqil şəkildə dörd cinayət əməllərini törətmələri Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla onların hər birinə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərə əlavə cəza təyin edilməsi məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ermənistan Respublikasının vətəndaşları olduqlarından və Cinayət Məcəlləsinin 52.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından qəti əsas cəza ilə yanaşı, onlara həm də əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası da təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 228.2.1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər, Cinayət Məcəlləsinin 279.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər, Cinayət Məcəlləsinin 276-cı maddəsində nəzərdə tutulmuş cinayət əməli isə xüsusilə ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək qəti azadlıqdan məhrum etmə növündə cəzanın bir hissəsini həbsxanada, cəzanın qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa, təqsirləndirilən şəxslər barəsində məhkəmə nəzarəti qaydasında 18 mart 2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-159/2021 və 4(009)-160/2021 saylı qərarları əsasında 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablansa da, məhkəmə bununla razılaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət onlara təyin ediləcək qəti cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onların azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 11 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 146 (yüz qırx altı) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 146 (yüz qırx altı) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi üzrə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının ilk 05 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o, qəti əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 276, 279.1 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi üzrə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının ilk 05 (beş) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və bu cəza o, qəti əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 146 (yüz qırx altı) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1390/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1390/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver