Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1390/2022 23.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X1 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək cəzası 01 il 06 aya endirilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 4,459 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib ayrı-ayrılıqda 0,772 qram, 2,240 qram və 1,447 qram çəkidə olan hissələrə bölüb üç ədəd bükümdə qablaşdıraraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 4,459 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 0,772 qram, 2,240 qram və 1,447 qram olmaqla üç ədəd bükümdə əynindəki cins materiallı şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ancaq xəstəliyi ilə bağlı narkotik vasitədən istifadə etmişdir. 02 iyun 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində piyada hərəkətdə olduğu zaman ona 4 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərməklə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini istəmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onu şöbəyə aparmışlar. Şöbədə onu videoçəkiliş aparılmazdan əvvəl təxminən 3-4 saat orada saxlamışlar. Daha sonra ona psixotrop maddə verib demişlər ki, videoçəkiliş aparılarkən onlar deyən vaxtı psixotrop maddəni çıxarıb təqdim etməlidir. Ona təsir göstərildiyindən o, polislərin dediyi kimi etmişdir. Videoçəkilişdə əvəlcədən onun şalvarının cibinə qoyulmuş psixotrop maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdənbir psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməli törətdiyinə görə məhkum olunmuşdur. O 02 iyun 2022-ci il tarixdə yaşadığı evin yaxınlığından 03 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin tapıb satış və öz istifadəsi üçün üzərində gəzdirmişdir. 02 iyun 2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində piyada hərəkətdə olduğu zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərməklə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “şüşə” kimi tanıdığı narkotik vasitələr olduğunu etiraf edərək əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “LG” markalı mobil telefon, şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü və 6 manat nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, bükümlərin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr vardır. Şifahi sorğu zamanı üzərindən aşkar olunan bükümlərin özünə məxsus olduğunu, həmin bükümlərin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, psixotrop maddələrdən istifadə etdiyini, həmin bükümləri saxlanıldığı gün saat 12 radələrində yaşadığı ünvanın yaxınlığından tapdığını, psixotrop maddələrdən təxminən 4-5 ildir istifadə etdiyi üçün həmin bükümləri götürərək özündə saxladığını, üzərində psixotrop maddə olması barədə heç kəsə məlumat vermədiyini, tapdığı psixotrop maddədən heç kəsə vermədiyini və istifadə etmədiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan pul vəsaitinin özünə məxsus olduğunu və narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli olmadığını, aşkar olunmuş mobil telefonun istifadəsində olmaqla özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümlərin içərisində olan psixotrop maddə metamfetamin qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “LG” markalı mobil telefonun maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüş, aşkar olunmuş 6 manat pul vəsaitləri iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri poliş işçilərinin təzyiqi altında verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə, saat 15:00-da ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkilə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu etiraf edərək əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “LG” markalı mobil telefon, əynində olan həmin şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü və 6 manat nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin 03 ədəd bükümlərin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələr vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin özünə məxsus olduğunu, həmin bükümlərin içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, həmin bükümləri bu gün saat 12 radələrində yaşadığı ünvanın yaxınlığından tapdığını, psixotrop maddələrdən təxminən 4-5 ildir istifadə etdiyi üçün həmin bükümləri götürərək özündə saxladığını, üzərində psixotrop maddə olması barədə heç kəsə məlumat vermədiyini, tapdığı psixotrop maddədən heç kəsə vermədiyini və istifadə etmədiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan pul vəsaitinin özünə məxsus olduğunu və narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli olmadığını, aşkar olunmuş mobil telefonun istifadəsində olmaqla özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxsin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümlərin içərisində olan psixotrop maddə metamfetaminə bənzər maddələr 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “LG” markalı mobil telefonun maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüş 6 manat pul vəsaitləri iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işində olan xx.xx.2022-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 03 ədəd bükümdə 4,459 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “Telofon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən 11 iyun 2022ci il tarixli 9202/22 saylı məktubla daxil olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Telefon məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs narkotik maddələrin satışını və qanunsuz dövriyyəsini həyata keçirməsinə aid yazışmalar müəyyən edilmişdir və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskdən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olmuş istintaq marağı kəsb edən SMS mətnlərin müəyyən bir hissəsi çap edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli 6/3100 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd büküm...” yazı və imzalar olan zərfdə 03 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,772 qram, 2,240 qram və 1,447 qram olmaqla ümumi çəkisi 4,459 qram ağ rəngli, kristalşəkilli maddələr öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 iyun 2022ci il tarixli 3331 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə zamanı 2015-ci ildən narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Həmçinin psixotrop maddə olan metamfetamindən istifadə edir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 iyun 2022-ci il tarixli 4(005)-644/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum edilmiş, AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında qərarı ilə cəzası 6 ay azaldılıb və xx.xx.2017-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək cəzası 01 il 06 aya endirilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı iləəvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmasıüçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğu üçün o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 4,459 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan və bir ədəd kağız paketdə qablaşdırılan 4,309 qram hissəsi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş maddi sübut olan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 4,459 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan və bir ədəd kağız paketdə qablaşdırılan 4,309 qram hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış və baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 4,459 qram çəkidə psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq qalan və bir ədəd kağız paketdə qablaşdırılan 4,309 qram hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış və baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1390/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1390/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver