Məhkəmə qərarları › İş №1(101)-1390/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1390/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1390/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri, “Femida” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 1(004)-27/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 5 dekabr 2014-cü il tarixdən hesablanmaqla həmin Məcəllənin 66.2, 66.4 və 66.5-ci maddələrinin tələblərinə əsasən qəti olaraq 3 (üç) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 4 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmiş, işləməyən, Tərtər rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, E.Hüseynov küçəsi, fərdi yaşayış evində yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və 7 oktyabr 1986-cı ildə Əskəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, İİ dərəcə əlilliyi olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 29 may 2024-cü il tarixdə, saat 10:25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün qeyrisindən ona bildirəcəyi ünvanlara, digər naməlum şəxslərə çatdırmaq məqsədilə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq qeyrisi məlum olmayan tarixdə və məlum olmayan vaxtda külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixunananı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində gizlətdikdən sonra 10 iyul 2023-cü il tarixdə, saat 00:01 radələrində külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixunananın gizlədildiyi yerin ünvanını və fotoşəklini “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ona göndərmiş, o, 10 iyul 2023-cü il tarixdə, saat 00:02 radələrində külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixunananın gizlədildiyi yerin ünvanını və fotoşəklini “WhatsApp” mobil tətbiqi vasitəsi ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 göndərmiş və sonuncu ilə birlikdə 10 iyul 2023cü il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs2 məxsus “Kia Rio” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirşağı-Mehdiabad avtomobil yolunun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən keçən hissəsində “Pirşağı” dəmiryol stansiyasının yaxınlığına getmiş, o digər şəxslər gələcəyi halda məlumat verilməsi üçün Təqsirləndirilən şəxs2 məxsus “Kia Rio” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobildə qrup üzvü Təqsirləndirilən şəxs2 sığortalamış, qrup üzvü Təqsirləndirilən şəxs2 isə avtomobildən düşüb Pirşağı-Mehdiabad avtomobil yolunun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən keçən hissəsində “Pirşağı” dəmiryol stansiyasının yaxınlığında olan avtobus dayanacağının arxa hissəsində ağaclıq sahədə gizlədilmiş külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixunananı satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq oradan uzaqlaşmaq istəyərkən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və 2 (iki) ədəd qara rəngli sellofan bağlamada olan həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

2. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi qeyrisindən ona bildirəcəyi ünvanlara, digər naməlum şəxslərə çatdırmaq məqsədilə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq qeyrisindən məlum olmayan tarixdə və məlum olmayan vaxtda külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixunananı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində gizlətdikdən sonra 10 iyul 2023-cü il tarixdə, saat 00:01 radələrində külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixunananın gizlədildiyi yerin ünvanını və fotoşəklini “WhatsApp” mobil tətbiqi vasitəsi ilə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 göndərmiş, Təqsirləndirilən şəxs1 10 iyul 2023-cü il tarixdə, saat 00:02 radələrində külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixunananın gizlədildiyi yerin ünvanını və fotoşəklini “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ona göndərmiş və o, Təqsirləndirilən şəxs1la birlikdə 10 iyul 2023-cü il tarixdə, saat 01 radələrində idarə etdiyi “Kia Rio” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirşağı-Mehdiabad avtomobil yolunun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən keçən hissəsində “Pirşağı” dəmiryol stansiyasının yaxınlığına getmiş, Təqsirləndirilən şəxs1 digər şəxslər gələcəyi halda məlumat verilməsi üçün ona məxsus “Kia Rio” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobildə onu sığortalamış, o isə avtomobildən düşüb Pirşağı-Mehdiabad avtomobil yolunun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən keçən hissəsində “Pirşağı” dəmiryol stansiyasının yaxınlığında olan avtobus dayanacağının arxa hissəsində ağaclıq sahədə gizlədilmiş külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixunananı satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq oradan uzaqlaşmaq istəyərkən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və 2 (iki) ədəd qara rəngli sellofan bağlamada olan həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 12320,40 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

3. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmaqla saxlanıldığı yerə 500 manat müqabilində 50 qram narkotik vasitə götürməyə getmiş, buna görə 2020-ci ildən hazırda Avropada olan Qüdrət adlı şəxs vasitəsilə tanıdığı “Səxavət” adlı şəxslə danışmış, sonuncudan hər dəfə 50 qram olmaqla ümumilikdə 2 dəfə narkotik vasitə almışdır. O, Təqsirləndirilən şəxs2la birlikdə böyümüş, onunla birlikdə narkotik vasitə istifadə etmiş, habelə sonuncudan onunla birlikdə narkotik vasitə götürməyə getməsini xahiş etmiş, bu zaman Zaur həmin narkotik vasitədən pay istəməmiş, o cümlədən narkotik vasitənin birlikdə götürmələrinin müqabilində sonuncuya hər hansı məbləğdə pul verilməsi ilə bağlı razılaşmamışdır. O, narkotik vasitənin qoyulduğu yerə gedərkən Zaur ayaqyoluna getmiş, həmin vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulmuş, tutulduqdan sonra sonuncular tərəfindən 12 kiloqram narkotik vasitənin olduğu ağacın dibinə (yanına) aparılmışlar. Onun Səxavət adlı şəxslə narkotik vasitəni sonuncunun qoyduğu yerdən götürüb harasa aparması müqabilində pul verəcəyi ilə əlaqədar danışıqları olmamışdır. Onlar hadisə yerində, videoçəkilişdən əvvəl “toka” (elektrik cərəyanına) verilməklə fiziki təzyiqlərə məruz qalmış, bu səbəbdən ibtidai araşdırma zamanı ilkin sənədləri imzalamış və videoçəkiliş zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ondan nəyi necə demək və etmək tələb edilmişdirsə elədə etmiş və demişdir.

4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 Müşfiq qəsəbəsində yaşadığı üçün o, hadisə yerinə taksi ilə tək getmiş, çatdıqdan yarım saat sonra Zaura zəng edib gəlməsini söyləyərək sonuncunu orada gözləmiş, habelə narkotik vasitəni taksi ilə apara bilməyəcəyi üçün narkotik vasitəni yaxın münasibətdə olduğu Zaurun avtomobili ilə aparmaq istəmişdir. Belə ki, onlar Zaur avtomobildən düşüb bir az kənarlaşan kimi saxlanılmış, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları avtomobilə tərəf silahlı olaraq hücum etmişlər. O, narkotik vasitəni saxlanılmamışdan əvvəl görməmiş, yalnız saxlanıldıqdan bir saat sonra həmin narkotik vasitə onlara təqdim edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 ona verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, həmin ittihamın qanunsuz və əsassız olduğunu, saxlanılarkən üzərində 12 kiloqram narkotik vasitə olmadığını, habelə himayəsində iki azyaşlı uşağının olmasını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi.

5. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi əlyazma ilə özü tərəfindən yazılmış izahat, habelə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin izahat və ifadələrdə özünü təqsirli bilərək göstərmişdir ki, o, Tərtər rayonu, Kəbirli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, E.Hüseynov küçəsi, fərdi həyət evində yaşamışdır. Özü heç bir yerdə işləməmişdir. O, Səxavət adlı İran İslam Respublikası vətəndaşı ilə 2020-ci ildə tanış olmuşdur. Onu Səxavətlə hazırda Avropaya yaşamağa köçən Qüdrət adlı dostu tanış etmişdir. Həmin vaxt ərzində o, bir neçə dəfə Səxavət adlı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə Lökbatan və Maştağa qəsəbələri ərazisindən narkotik vasitələri götürərək şəxsi istifadə etmişdir. 9 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Səxavət adlı İran İslam Respublikası vətəndaşı ona zəng vuraraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri (qurudulmuş marixuana) oradan götürməyi və sonradan Bakı şəhərində müxtəlif gizli saxlanc yerlərində gizlətməyi ona təklif etmişdir. Bunun müqabilində ona 1000 manat məbləğində pul verməyi vəd etmişdir. O, Səxavətin təklifini qəbul etmişdir. Səxavət adlı İran İslam Respublikası vətəndaşı ilə danışdıqdan sonra o, dostu Təqsirləndirilən şəxs2 zəng vuraraq bu işdə ona köməklik etməsini təklif etmiş və onlar Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində görüşməyi qərara almışlar. Bir saatdan sonra qeyd olunan ərazidə görüşmüşlər. 10 iyun 2023-cü il tarixdə, təxminən, saat 01:30-da o, dostu Təqsirləndirilən şəxs2la Səxavət adlı İran İslam Respublikası vətəndaşının “Whatsapp” sosial şəbəkəsi üzərindən göndərdiyi külli miqdarda narkotik vasitələrin gizli saxlanc yerinin fotoşəkilini və dəqiq yerini müəyyən edərək oraya getmişlər. Qeyd olunan narkotik vasitələri oradan götürmək üçün dostu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən düşərək sonuncunu oraya göndərmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan külli miqdarda narkotik vasitələri oradan götürdükdən sonra Zaura və ona mülki geyimdə özlərini Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq onları saxlamışlar. Onun Səxavət adlı İran İslam Respublikası vətəndaşının anket məlumatları barədə heç bir məlumatı yoxdur. O, ruhiəsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyildir. O saxlanıldığı zaman heç bir fiziki zora məruz qalmamış, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. O, yalnız həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində olan ağaclıq sahədə görmüş və götürən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. O həmin narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhəddindən keçirilməsində iştirak etməmişdir. Həmin narkotik vasitəni ilk dəfə tutulan zaman görmüşdür. Onun mobil telefonunda aşkar edilən 10 iyul 2023-cü il tarixdə, saat 00:01-də çəkilmiş fotoşəkillər onun və Təqsirləndirilən şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqları yerin və onlardan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd qara rəngli sellofan torbanın fotoşəkilləri olmuşdur. Həmin fotoşəkilləri və narkotik vasitənin olduğu yerin ünvanını ona İran İslam Respublikasının vətəndaşı Səxavət göndərmişdir. O həmin şəkilləri və narkotik vasitənin olduğu yerin ünvanını 10 iyul 2023-cü il tarixdə, saat 00:02də Təqsirləndirilən şəxs2 göndərmiş və Təqsirləndirilən şəxs2 da həmin yerə gəlmişdir. O, Təqsirləndirilən şəxs2 həmin yerin yaxınlığında gözləmiş və Təqsirləndirilən şəxs2 gəldikdən sonra onlar narkotik vasitə olan qurudulmuş marixuananı götürən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. ***-***-**-** mobil telefon nömrəsindəki yazışmalarla bağlı suala cavab olaraq həmin nömrəni işlədən şəxsin onun həyat yoldaşı İlahə Əsgərova olduğunu bildirmiş, sonuncu ondan yüngülvari evə nəsə almasını istəmişdir. Digər şəxsləri tanımır və həmin şəxslərlə nə üçün bu məzmunda sms yazışması olmasını xatırlamır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) i.v. 52-53; 65-67; 88-91; Cild 2, i.v. 90-94; 221-225;).

6. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 ona telefonla zəng edib Pirşağı qəsəbəsinə gəlməyini demiş, o da sonuncunun dediyi yerə öz şəxsi avtomobili ilə getmiş, hadisə yerinə çatdıqda Dərgah avtomobilə əyləşmiş, o isə avtomobildən düşüb ayaqyoluna getmiş, avtomobildən 10 metr kənarda 5-6 nəfər şəxs tərəfindən tutulmuş, bu zaman ona elektroşok verilmiş, tutulduqdan 1 saat sonra videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitənin qoyulacağı yer barədə iranlı şəxslə danışmışdır. O, iranlı tərəfindən qoyulmuş narkotik vasitəni Dərgahın gedib götürəcəyini güman etmişdir. Onun istifadəsində "xxxx" mobil operatoruna məxsus ***-***-**-** GSM nömrə olmuş, telefonunda narkotik vasitələrin götürülüb başqa yerə aparılması, habelə qoyulması barədə danışıqlar olmamışdır. O, ibtidai araşdırmanın ilkin mərhələsində Dövlət Təhlükəsizliyi Xidmətinin tanımadığı əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmış, bu səbəbdən törətmədiyi əməli etiraf etmişdir. O, istintaq təcridxanasına getdikdən 1 gün sonra xəsarətləri barədə həkimə məlumat vermişdir.

7. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, saxlanılarkən üzərində özünə məxsus içərisində 7.000 manat pul vəsaiti olan “Beynəlxalq Bank” (ABB) kartı olmuş, tutulduqdan sonra həmin kartı parolu ilə birlikdə istintaq orqanına təhvil vermiş, dörd ay sonra kartı təhvil alarkən kartdakı pul vəsaitinin naməlum şəxslər tərəfindən çəkildiyini öyrənmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, hərbi xidmət zamanı yaranmış xəsarətlərlə bağlı İİ dərəcə əlilliyinin, habelə məcburi köçkün olmasını bildirərək barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi.

8. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin, o cümlədən qohumları tərəfindən bağlanmış müqavilə əsasında iştirak etmiş müdafiəçinin iştirakı ilə özü tərəfindən əlyazma ilə yazılmaqla verdiyi izahat, habelə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin izahat və ifadələrdə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı dindirilmiş Təqsirləndirilən şəxs1la əsasən eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə, ev 24, mənzil 31-də yaşamış, heç bir yerdə işləməmişdir. 9 iyun 2023-cü il tarixdə, təxminən saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək görüşməyi və birlikdə Pirşağı qəsəbəsinə gedərək oradan külli miqdarda narkotik vasitələr götürməyi ona təklif etmişdir. O, razılıq verərək Pirşağı qəsəbəsinə özünə məxsus “Kia” markalı, “Rio” modelli, **-BC-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə getmiş və tanışı Dərgahla orada görüşmüşdür. Həmin şəxs ona İran İslam Respublikası vətəndaşı olan Səxavət adlı şəxsin “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərdiyi mövqe göstəricisinə getməli və həmin yerdən götürdükləri narkotik vasitələri yenidən İranlı Səxavətin tapşıracağı yerə qoymalı olduqlarını bildirmişdir. Qeyd etdiyi işləri yerinə yetirdikdən sonra X22, sonuncu isə öz növbəsində ona müəyyən miqdarda pul verməli imiş. Pulun miqdarı barədə isə Dərgahla heç nə danışmamışlar. O və tanışı Dərgah ona məxsus “Kia” markalı, “Rio” modelli, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İranlı Səxavətin bildirdiyi yerə yaxınlaşmış, o, avtomobildən düşərək təxminən, 100-150 metr yoldan kənarda ağaclıq olan sahəyə getmiş, Dərgah isə onu avtomobildə gözləmişdir. O, ağaclıq olan əraziyə girmiş və orada gizlədilmiş 2 böyük sellofan torbaya qoyulmuş narkotik vasitələri tapmışdır. Həmin sellofan torbaları götürüb ərazidən uzaqlaşmaq istəyərkən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Götürdüyü sellofan torbalara baxış keçirilərkən oradan külli miqdarda narkotik vasitələr aşkarlanmışdır. Onun Səxavət adlı İran İslam Respublikası vətəndaşının anket məlumatları barədə heç bir məlumatı yoxdur. O, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkmir və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda deyil. O saxlanıldığı zaman heç bir fiziki zora məruz qalmamış, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. O, yalnız həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində olan ağaclıq sahədə görmüş və götürən zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. O həmin narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhəddindən keçirilməsində iştirak etməmişdir. Həmin narkotik vasitəni ilk dəfə tutulan zaman görmüşdür. Həmin yerə o, Təqsirləndirilən şəxs1 onu çağırması ilə getmişdir. Belə ki, 10 iyul 2023-cü il tarixdə, saat 00:02-də həmin yerin ünvanını və narkotik vasitənin fotoşəkilini ona Təqsirləndirilən şəxs1 göndərmişdir. Dərgah özü onu həmin yerin yaxınlığında gözləmiş və o həmin yerə yaxınlaşaraq Təqsirləndirilən şəxs1 da götürərək onun avtomobili ilə həmin yerə yaxınlaşmış və sonradan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Ona mobil telefonunda olan yazışmalarla bağlı suala cavab olaraq həmin şəxsləri tanımadığını və həmin şəxslərlə nə üçün bu məzmunda sms yazışması olmasını xatırlamadığını bildirmişdir (Cild 1, i.v. 30-32; 69-71; 105-108; Cild 2, i.v. 177-183; 237-243).

9. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

11. “Cinayət işinin başlanması və ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (bundan sonra mətndə - DTX) toplanmış material əsasında, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşımaları faktına görə Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədiyyə müşaviri Elmar Camalov tərəfindən həmin tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmişdir (Cild 1, i.v.1-2;).

12. “Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan bir qrup şəxs barədə” DTX-nin İqtisadiyyatın əks kəşfiyyat təminatı baş idarəsi tərəfindən tərtib olunmuş arayışdan görünür ki, 10 iyul 2023-cü il tarixdə narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmış, keçirilmiş baxış nəticəsində onlardan təmiz çəkisi 12 kq 320.40 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məlum olmuşdur ki, Səxavət adlı İran İslam Respublikası vətəndaşı naməlum şəxs və ya şəxslər vasitəsilə külli miqdarda narkotik vasitələrin qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsini və sonradan həmin narkotik vasitələrin Sabunçu rayonunun Pirşağı ərazisində gizli saxlanc yerində gizlədilməsini təşkil etmişdir. 9 iyul 2024-cü il tarixdə, gecə saat 23 radələrində Səxavət adlı İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq ona müəyyən pul müqabilində qeyd olunan narkotik vasitələri gizli saxlanc yerindən götürərək özündə saxlamağı və sonradan deyəcəyi şəxslərə çatdırmağı təklif etmiş, sonuncu onunla razılaşmışdır. Bundan sonra Səxavət adlı İran İslam Respublikası vətəndaşı narkotik vasitələrin gizlədildiyi yerin ünvanını “Location” “Whatsapp” mobil əlavəsi üzərindən Təqsirləndirilən şəxs1 göndərmişdir. Narkotik vasitələri gizli saxlanc yerindən götürmək məqsədilə Təqsirləndirilən şəxs1 yaxın əlaqəsi olan Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq onunla birlikdə getməyi xahiş etmiş, sonuncu da razılaşmışdır. 10 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la Pirşağı qəsəbəsi ərazisində görüşmüş və sonuncunun idarə etdiyi “Kia Rio” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səxavət adlı İran İslam Respublikası vətəndaşının dediyi yerə, Pirşağı qəsəbəsində yerləşən “Pirşağı” dəmir yol stansiyasının yaxınlığında, Pirşağı-Mehdiabad avtomobil yolunun kənarında olan yaşıllıq sahəsində ağacların altında gizlədilmiş narkotik vasitələri götürməyə getmişlər. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitələri gizli saxlanc yerindən götürməyi xahiş etmişdir. Bu məqsədlə onlar həmin əraziyə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs2 isə narkotik vasitələri götürmək məqsədilə yaşıllıq sahəsinə daxil olmuşdur. 10 iyul 2023-cü il tarixdə, saat 1 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitələri gizlədilmiş yerdən götürdükdən sonra avtomobilə qayıdarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılmış, bundan sona Təqsirləndirilən şəxs2 avotmobildə gözləyən Təqsirləndirilən şəxs1 da saxlanılmışdır (Cild 1, i.v. 3-4;).

13. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 9 iyul 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, DTX-nin əməkdaşı polkovnik-leytenant Elnur İbrahimov tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə, yaşadığı ünvanda və onlara məxsus əşyalarda odlu silah, döyüş sursatı, narkotik vasitələr, sərbəst dövriyyəsi qadağan edilmiş əşyalar, habelə iş üzrə əhəmiyyəti ola biləcək digər predmetlərin saxlanıldığını güman etməyə kifayət qədər əsaslar olduğundan onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar DTX İV Baş idarənin rəisi, general-mayor Ramil Hacıyev tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v.5;).

14. “Baxış” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, DTX-nin əməkdaşı olan polkovnik-leytenant Elnur İbrahimov tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə, yaşadığı ünvanda və onlara məxsus əşyalarda odlu silah, döyüş sursatı, narkotik vasitələr, sərbəst dövriyyəsi qadağan edilmiş əşyalar, habelə iş üzrə əhəmiyyəti ola biləcək digər predmetlərin saxlanıldığını güman etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə, yaşadığı ünvana və onlara məxsus əşyalara baxış keçirilməsi qərara alınmışdır. Protokoldan görünür ki, DTX-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən (Pirşağı- Mehdiabad avtomobil yolunun Pirşağı qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarında olan avtobus dayanacağının arxasında olan yaşıllıq massivindən) Təqsirləndirilən şəxs2 2 ədəd qara rəngli sellofan bağlamanı götürdükdən sonra saxlanılmış, videoçəkilişlə onun götürdüyü bağlamalara, ona məxsus **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin Təqsirləndirilən şəxs2 ilə qeyd olunan əraziyə gəlmiş Təqsirləndirilən şəxs1 şəxsi əşyalarına 10 iyul 2023-cü il tarixdə, saat 01:51-dən 02:10-dək DTX-nin təhqiqatçı vəzifələrinin icraçısı, mayor Orxan Abdurəhmalı tərəfindən əməliyyat tədbiri qaydasında baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan 2 ədəd qara rəngli sellofan bağlamaların içərisindən 12 ədəd müxtəlif ölçülü bağlamalar aşkarlanmışdır. Həmin bağlamalara baxılarkən hər birinin içərisindən spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Təxmini çəkisi qablaşdırılmış halda 13 kq 400 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr qara rəngli sellofan torbalara (2 ədəd) qablaşdırılaraq “DTX 95” nömrəli möhürlə möhürlənərək protokola əlavə edilmişdir. Bundan başqa, saxlanılan şəxslərdən və qeyd olunan avtomobildə aşağıdakı əşyalar aşkar olunmuşdur: Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, məcburi köçkün vəsiqəsi, əlillik vəsiqəsi, sürücülük vəsiqəsi, hərbi bilet, ümumvətəndaşlıq pasportu, fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə, avtomobilin qeydiyyat şəhadətnaməsi və 2 (iki) ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon. Protokolda baxış əməliyyat tədbirinin “Onet” markalı mobil telefon vasitəsilə videoyazı aparılması və videoyazının “CD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı əlavə qeydlər daxil olmamışdır. Protokolda Təqsirləndirilən şəxs2 məxsus **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün DTX-nin Sabunçu Rayon İdarəsinə təhvil verilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 6-9;).

15. “Baxış” 10 iyul 2023-cü il tarixli əməliyyat-axtarış tədbiri zamanı tərtib edilmiş protokolda əks olunan hərəkətlər videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 16 dəqiqə 39 saniyə və 3 dəqiqə 9 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu bir ədəd diskdəki videogörüntülərə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin İŞ) baş müstəntiqi, polis mayoru X17 tərəfindən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Yusif Abdullayevin, habelə Təqsirləndirilən şəxs2 və qohumları tərəfindən bağlanmış müqavilə əsasında iştirak edən müdafiəçisi Adilə Məmmədovanın iştirakı ilə baxış keçirilməsinə dair 11 yanvar 2024-cü il tarixli “Videoyazıya baxış keçirilməsi haqqında” protokollarla, videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin barəsində keçirilmiş əməliyyat tədbiri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş əməliyyat tədbiri zamanı xarici görkəmlərinin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə avtomobilə baxış zamanı fəal olmaları, onların hər hansı fiziki, psixi və sair təsirə məruz qalmaları müəyyən edilməmişdir (Cild 1, i.v. 9; Cild 2, i.v. 67-68; 98-99).

16. “Tutulma” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə DTX-nin təhqiqatçı vəzifələrinin icraçısı, mayor Orxan Abdurəhmanlı tərəfindən DTX-nin Sabunçu Rayon İdarəsinin xidməti otağında həmin tarixdə, saat 03:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, saat 04:05-dək bu barədə protokol tərtib edilmişdir. Protokola əsasən Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 iyul 2023-cü il tarixdə, saat 01:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 18;).

17. “Tutulma” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili X11 iştirakı ilə DTX-nin təhqiqatçı vəzifələrinin icraçısı, mayor Orxan Abdurəhmanlı tərəfindən DTX-nin Sabunçu Rayon İdarəsinin xidməti otağında həmin tarixdə, saat 05:55-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, saat 06:10-dək bu barədə protokol tərtib edilmişdir. Protokola əsasən Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 iyul 2023-cü il tarixdə, saat 01:35-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 40).

18. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v.61-62;).

19. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 iyul 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v.76-77; 93-94;).

20. Təqsirləndirilən şəxs2 məxsus 187464 nömrəli vəsiqədən, 2 noyabr 2005-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 hərbi xidmət vəzifələrini yerinə yetirərkən (1 iyun 2005-ci ildə hərbi hissənin təlim mərkəzində PDM-dən tullanarkən ayaqları PDM-nin qapıları ilə yerə sıxılması nəticəsində travma almışdır) aldığı xəsarətlərlə bağlı İİ dərəcə əlillik təyin edilmişdir (Cild 1, i.v.111; Cild 3;)

21. “Məhkəmə-bioloji” ekspertizasının 11 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/998 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd bağlamada hər birində bir ədəd ağ rəngli sintetik torbada üzəri şəffaf yapışqan lentlə yapışdırılmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 6217,9 qram və 6102,3 qram olmaqla, ümumi çəkisi 12320,20 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi - 12320,20 qram, tədqiqata sərf edildi - 0,3 qram, qalıq - 12319,90 qram. Aparılmış tədqiqatın dəyərinin 70 (yetmiş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 125-128;).

22. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 4(008)- 541/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 10 iyul 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək məhkəmədən barəsində verilmiş təqdimatın təmin edilməməsini xahiş etmişdir. Həmin məhkəmənin 4 noyabr 2023-cü il tarixli, 4(008)-828/2023 və 30 dekabr 2023-cü il tarixli, 4(008)-928/2023 saylı qərarları ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 10 fevral 2024-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v.143-148; 204-207; 239- 245;)

23. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 4(008)- 540/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 10 iyul 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək məhkəmədən barəsində verilmiş təqdimatın təmin edilməməsini xahiş etmişdir. Həmin məhkəmənin 4 noyabr 2023-cü il tarixli, 4(008)-829/2023 və 30 dekabr 2023-cü il tarixli, 4(008)-927/2023 saylı qərarları ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 10 fevral 2024-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v.149-154; 197-203; 235-238;)

24. Qaradağ rayon MKİS tərəfindən təqdim edilmiş 2 avqust 2023-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Kiyasov X20 rayonu, Müşfiqabad qəsəbəsi, bina 24, mənzil 31 ünvanında Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmaqla şəxsiyyəti müsbət xarakterizə olunur (Cild 1, i.v.160-161;).

25. AA1798886 və AA1798687 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, 16 may 2013-cü il təvəllüdlü Qiyas Kiyasov və 20 oktyabr 2011-ci il təvəllüdlü Yağmur Kiyasova Təqsirləndirilən şəxs2 övladlarıdır(Cild 1, i.v.162;).

26. Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi Tural Nəzərovun 12 avqust 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyən etmək mümkün olmamışdır(Cild 1, i.v.163;).

27. BA113179 nömrəli nəqliyyat vasitənin qeydiyyat şəhadətnaməsindən görünür ki, **- CB-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı “Xetçbek” modelli gümüşü-metallik avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs2dur və həmin avtomobil qəbzlə X12 tərəfindən təhvil alınmışdır(Cild 1, i.v.166-167;).

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzinin “Məhkəmə kompüter-texniki” ekspertizası üzrə 31 oktyabr 2023-cü il tarixli 5/1419 №-li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android" əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A03S” markalı arxa markalanma göstəricisinə görə “SM-A037F/DS” modelli, “3515xx/xx/419703/5” “imei’ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A3” markalı arxa markalanma göstəricisinə görə “SM- A320F/DS” modelli, “3565xx/xx/084855/3. 3565xx/xx/084855/1” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “X29 5” markalı arxa markalanma göstəricisinə görə “M1803E7SG” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “X29 5” markalı arxa markalanma göstəricisinə görə “M1803E7SG” modelli mobil smartfona istifadəçi tərəfindən xüsusi şifrələr (parol-password) tətbiq edildiyi üçün onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki markalanma göstəricisində və “SİM” danışıq kartının yerləşdiyi yuvada “imei” kodunun göstərilməməsi səbəbindən həmin mobil smartfonun “imei” kodunu müəyyən etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A03S” markalı arxa markalanma göstəricisinə görə “SM- A037F/DS” modelli və “X29 5” markalı arxa markalanma göstəricisinə görə “M1803E7SG” modelli mobil smartfonların yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvir və şifrə ilə (parol-passsord" mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy AO3S” markalı arxa markalanma göstəricisinə görə “SM-A037F/DS” modelli və “X29 5” markalı arxa markalanma göstəricisinə görə “M1803E7SG” modelli mobil smartfonların yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video, fayllar, “Whatsapp” proqram təminatı və sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonların yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A03S” markalı arxa markalanma göstəricisinə görə “SM-A037F/DS” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik ilə (parol-password) mühafizə olunan ekran kildini ləğv etmək mümkün olmadı. Rəyin ‘Tədqiqi hissəsi’nin 5-ci bəndində göztərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A03S” markalı arxa markalanma göstəricisinə görə “SM-A037F/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video, fayllar, “Whatsapp” proqram təminatı və sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonların yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Aparılmış tədqiqatın dəyərinin 80 (səksən) manat olması müəyyən edilmişdir(Cild 2, i.v.3-7;).

29. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 27 noyabr 2023cü il tarixli, 7769 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcə əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 deməsinə görə, narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edir (Cild 2, i.v. 12-13;).

30. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 27 noyabr 2023cü il tarixli, 7768 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 deməsinə görə, narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edir (Cild 2, i.v. 14-15;).

31. “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin baş direktoru tərəfindən verilmiş 9 yanvar 2024-cü il tarixli, 955 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmamışlar (Cild 2, i.v. 17;).

32. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 19 yanvar 2023-cü il tarixli cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 2001-2007-ci illər ərzində iki dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə törədilmiş cinayət əməllərinə görə müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayət əməllərinə görə cəzasını çəkməklə hazırkı cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. Bundan başqa, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2 may 2016-cı il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ilə endirilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 1(004)-23/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və sonuncu dəfə həmin məhkəmənin 16 mart 2018-ci il tarixli, 1(004)-27/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 5 dekabr 2014-cü il tarixdən hesablanmaqla həmin Məcəllənin 66.2, 66.4 və 66.5-ci maddələrinin tələblərinə əsasən qəti olaraq 3 (üç) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 4 iyun 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (Cild 2, i.v. 31-33; 37-63;).

33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 18 yanvar 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir (Cild 2, i.v. 34-35;).

34. “CD diskə baxış keçirilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli protokoldan və sms-mesajların çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı "xxxx" MMC-yə məxsus GSM nömrəsinə 10 yanvar 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən smslər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları ilə əlaqədar "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” diskə Təqsirləndirilən şəxs1 və müdafiəçisi X4 iştirakı ilə müstəntiq X17 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, “506267605_SMS.txt” adlı fayla baxış keçirilən zaman 8 may 2023-cü il tarixdə, saat 03:24-dən 03:25-ə qədər ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 məxsus ***- ***-**-** saylı nömrəyə “Men isdeyerdem masalani belam”, “iki saata guturecem”, “Gur keme zeyan olacak”, “Vesall sene bir suz deyem menem heckes yeye belmez”, “Bilerm adellen iwe deyer ancax bu masalanen ustu acilacax”, “Kim olsa ancax gedmelidi”, “Bu ivvdaren hamesen guren sansan”, “San manem malemi yesen man garak iranda galmeyam”, “Sanen hayat yuldavvi ....ba deyerden adeldan xabar yuxdu” məzmunlu mesajlar gəlmişdir. 17 may 2023-cü il tarixdə, saat 19:29-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı nömrəyə **********537123 saylı kart hesabı göndərilmişdir. 19 may 2023-cü il tarixdə, saat 01:43-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı nömrəyə “Yüngül vari neşe Al”, “Pedirde almadın heç olmasa” məzmunlu mesajlar gəlmiş, cavabında isə Təqsirləndirilən şəxs1 özünə məxsus ***-***-**-** saylı nömrədən 19 may 2023-cü il tarixdə saat 01:44-də ***-***-**-** saylı mobil nömrəyə “Alacam ququ bir azdan gelecem” məzmunlu mesaj göndərmişdir. 29 may 2023-cü il tarixdə, saat 12:29-da Təqsirləndirilən şəxs1 özünə məxsus ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı mobil nömrəyə **********238868 saylı kart hesabını göndərmişdir(Cild 2, i.v.69-81;).

35. “Mobil telefona baxış keçirilməsi barədə” 11 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs1 məxsus “X29 5” markalı mobil telefona müstəntiq Nicat Nayıboy tərəfindən baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun şəkillər hissəsində 10 iyul 2023-cü il tarixdə, saat 00:01-də çəkilmiş fotoşəkillər aşkar edilmiş, həmin fotoşəkillər iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DTX-nin əməkdaşları tərəfindən saxlanıldıqları yerin və onlardan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd qara rəngli sellofan torbanın fotoşəkilləridir. Mobil telefonda olan “Whatsapp” proqramı yenilənməyə ehtiyacı olduğundan həmin proqramdakı yazışmalara baxış keçirmək mümkün olmamışdır. Protokolda baxış zamanı aşkar olunmuş məlumatların fotoşəkillərinin çəkilərək protokola əlavə edilməsi qeyd edilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər məlumatlar aşkar edilməmişdir (Cild 2, i.v. 82-89).

36. “CD diskə baxış keçirilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli protokoldan və sms-mesaj çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**- ** saylı "xxxx" MMC-yə məxsus GSM nömrəsinə 10 yanvar 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları ilə əlaqədar "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” diskə Təqsirləndirilən şəxs2 və müdafiəçisi X13 iştirakı ilə müstəntiq X17 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, “SMS_Tarixcesi__**********2917 __708146978” adlı fayla baxış keçirilən zaman 21 yanvar 2023-cü il tarixdə, saat 06:57-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Qaqa kartin kodun atda smsle mene” məzmunlu mesaj gəlmişdir. 25 yanvar 2023-cü il tarixdə, saat 15:09-da ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Salam abi necesen sen canin mən yaddan cixmiyim atyalindayam 3 dene təbii olsa goturerdim” məzmunlu mesaj gəlmişdir. 10 fevral 2023-cü il tarixdə, saat, 13:40-da ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Qaqa gelmisem burdayam soz dansdim basdiRmaga gelmisem” məzmunlu mesaj gəlmişdir. 15 fevral 2023-cü il tarixdə, saat 22:40-dan 23:54-ə qədər ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə “qaqa indi catdim eve mavvinnan duvvmemvvem hele pis gundeyem ozumde gelmey isdirem paltarimi zadi deyvvim yigiram seni”, “can e seni verene vvukur qadan alaram gel gozdurem zengivi”, “qaqa birdamci falqa goture bilsen usdunde ela olar eziyetden keçib almağa yer yoxdu”, “gelirsen brat?” məzmunlu mesajlar gəlmişdir. 5 mart 2023-cü il tarixdə, saat 13:42-də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “yari daw yari kola alinar qaqa?” məzmunlu mesaj gəlmişdir. 7 mart 2023-cü il tarixdə, saat 14:54-də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Qaqa aparat mendedi sen dastafqa pulun vur yol pulu edim gelim farizle dansdim danqrati gotrum” məzmunlu mesaj gəlmişdir. 15 mart 2023-cü il tarixdə, saat 20:00-da ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “**********261809 qaqa bu karta vur 30” məzmunlu mesaj gəlmişdir. 15 mart 2023-cü il tarixdə, saat 22:29-dan xx.xx.2023-cü il saat 06:19-a kimi 050-411-14- 21 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Qaqa telin 100qalmsdi sen didin 4 qram dasvererem ona qaqa 2 das ver 30 atdgn karta 20vur qaqa das ele yere qoy yada blakondan ataSan ya qoyasanmen gotrum gedim”, “Ag telde saba qalada vererem o brnde he yox ele qaqa”, “Das sene ozme istiyrenm emim oğluna 1,5 olsada olar gonderecem”, “He qaqa o karta men önsuzda sen den 5 qram ot gotrecem pulu ile qaqa 70 verecem gelb vagzaldan gorserik ok”, “Men qaradaokdan yola salacam herbclere yoxsa o peysele gore ynx o kruqda atasan gedende eve alnmasa hecne”, “Qaqa narhat olma prablem deyl emi oglu menden artip del ...söyüş var... is4 gor”, “Esas puldu men zapcas alm”, “Qaqa yarım sata 20yanvarda olacam duz gedim”, “Qaqa kart at dasn 25 usaq atsn ama sms le at” məzmunlu mesajlar gəlmişdir. 20 mart 2023-cü il tarixdə saat 22:22-də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Qaqa it kimi yorlmusam 150 azn ınene neqeder tuxta ot ve das veresen” məzmunlu mesaj gəlmişdir. 23 mart 2023-cü il tarixdə, saat 14:58-dən 14:59-a qədər ***- ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Salam abi neəsən üzürlü say narahat eliyirəm bura atyalina gəlmivvem olenlerive rəhmət dostumun atası dünyasın dəyişib ona görə gəlmivvem təbiiye elin çatırsa fırranim sene tərəf 2dene götürüm 10gunnen çoxdu təbii eləmirəm avi” məzmunlu mesaj gəlmişdir. 26 mart 2023-cü il tarixdə, saat 15:04-dən 15:54-ə qədər ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Agac bazarin qabaginda diyanmisam masnivin yanyoresine zada tullamaga imkan var ? Mende vurum kartiva”, “Yaxsi burdayam”, “Qaqa bu das deyil axi draznit oldum” məzmunlu mesajlar gəlmişdir. 11 aprel 2023-cü il tarixdə, saat 17:35-də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “He yaxsi edirsen Men sevinerem ki sen O şeylerden uzag olasan Qaqa” məzmunlu mesaj gəlmişdir. 12 aprel 2023-cü il tarixdə, saat 22:54-dən xx.xx.2023-cü il saat 20:57-ə qədər ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsinə “..söyüş var.. cvb vermir ne ..söyüş var.. bilinmir puti deyil ..söyüş var..hamı”, “Qaqa bomba kimi olacag senol yigiram” məzmunlu mesajlar gəlmişdir. 8 may 2023-cü il tarixdə, saat 20:34-dən xx.xx.2023-cü il 00:39-a qədər ***-***-**-** ınobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Qardaş kartivi atda imkan olanda”, “Qardavvim eger mumkundurse mene qr torpaq likde davv vere bilersen bavviva donerem alinmasada eybi yo yarim yarin ver heresinden lap yarimn davvin 15vvinde ataram”, “Qardavvim sene zehmet olmazsa onu 1qr elede qadan alaram ama puldan 2manatim kemdi 48manat verecem alinarsa alinmasada yarim goturerem” məzmunlu mesajlar göndərildiyi müəyyən olunmuşdur. “SMS_Tarixcesi **********2920 708146978” adlı fayla baxış keçirilən zaman 18 yanvar 2023-cü il tarixdə saat 21:25-də Təqsirləndirilən şəxs2 istifadəsində olan 070-814-78 saylı mobil nömrəsindən ***-***-**-** mobil telefon nömrəyə “Salam qaqa netersen emanet gotresyem nc qeder imkan var ayasan” məzmunlu mesaj göndərmişdir. 21 yanvar 2023-cü il tarixdə, saat saat 23:57-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** mobil telefon nömrəyə “Qaqa get kuruqa gellem qapida goruvvmeyek” məzmunlu mesaj göndərmişdir. 22 yanvar 2023-cü il tarixdə, saat 18:09-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə istifadəsində olan, “Beynəlxalq Bank”a aid **********028623 saylı kart hesabını mesaj vasitəsilə göndərmişdir. 24 yanvar 2023-cü il tarixdə, saat 16:05-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsindən 055-535-0655 mobil telefon nömrəsinə “Qaqa men telesrem meni yozduyen var ne qeder ceker?” məzmunlu mesaj göndərmişdir. 2 fevral 2023-cü tarixdə, saat 17:09-dan 18:11-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə 3 dəfə istifadəsində olan “Beynəlxalq Bank”a **********028623 saylı kart hesabını” mesaj vasitəsilə göndərmişdir. 2 fevral 2023-cü il tarxdə, saat 20:51-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin ***-***-**-** mobil telefon nömrəsinə “Qaqa hardasan eve getsem elaqe saxlaya bilmeyecem alinir ya yox bir soz de” məzmunlu mesaj göndərmişdir. 9 fevral 2024-cü il tarixdə, saat 16:52də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***- **-** saylı mobil nömrəyə istifadəsində olan "Beynəlxalq Bank”a aid **********028623 saylı kart hesabını” mesaj vaistəsilə göndərmişdir. 15 fevral 2023-cü il tarixdə saat 22:38-də 22:52-yə qədər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Salam qaqa netersen qaqa ne oldu senen bir xeber cixmadi”, “Birazdan kececem ordan bir saata”, “Yaxvvi xeber edecem” məzmunlu mesajlar göndərmişdir. 24 fevral 2023-cü il tarixdə, saat 05:23-dən 06:05-ə qədər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** saylı mobil nörəyə "Qaqa pendirde var elekberde lazmdi vaysapda yaz adam gedr”, “Reys 10 azn vere bilsen gelim yol pulu men sene pay verecem 10luq pendir elave” məzmunlu mesajlar göndərmişdir. 24 fevral 2023-cü il tarixdə, saat 21:25-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**- ** saylı mobil nömrəyə “Salam qaqa netersen qaqa bu gun pul atacaqdin mende pul vurmaliyam emanet gotrecem senede zeng catmir” məzmunlu mesaj göndərmişdir. 27 fevral 2023-cü il tarixdə, saat 01:18-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə istifadəsində olan, “Beynəlxalq Bank”a aid **********028623 saylı kart hesabını” mesaj vasitəsilə göndərmişdir. 5 mart 2023-cü il tarixdə, saat 17:12-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə istifadəsində olan, “Beynəlxalq Bank”a aid **********028623 saylı kart hesabını" mesaj vaistəsilə göndərmişdir. 15 mart 2023-cü il tarixdə, saat 22:36-dan 22:47-yə qədər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**- ** mobil telefon nömrəsinə “Ag telde saba qalada”, “Das sene ozme istiyr” məzmunlu mesajla yazmışdır. 11 aprel 2023-cü il tarixdə, saat 17:11-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Bu zibildən uzaxlavvmaq issiyremde qaqa ona gore hecne elemirem evde Atama dediler biraz geerginliy oldu ona gore” məzmunlu mesaj yazmışdır. 12 aprel 2023-cü il tarixdə, saat 22:23-dən xx.xx.2023-cü il saat 15:00-dək Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Qaqa bu vvamde menim ozumdeki bundan yaxvvidi limon duzudu nedi bu qaqa qanim qaraldi qaqa bunu qaytarmaq ancaq bax meni yig”, “Sorvvram deyrsen yaxvvidi qaqa saxlamivvam ya indi gelim ya sabah qaytarim 2 dene 05 koluya limon duzu olmaz”, “Qaqa senen cavab gozduyre3m sen de adboy verirsen ne vaxt gorvvek goturum emaneti senen?” məzmunlu mesajlar göndərmişdir. 13 aprel 2023-cü il tarixdə, saat 23:56-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Dunen sene dedim olan budu verem mene 05 davv limon duzu yox bunu 60 manata verib davv gotreerdimde menim elediyme bax senin elediyne” məzmunlu mesaj yazmışdır. 27 aprel 2024-cü il tarixdə, saat 20:27-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəyə “Qaqa he varidi 05 30 manat” və s. məzmununda çoxsaylı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms-mesajlar aşkar edilmişdir (Cild 2, i.v.100-135;).

37. “CD diskə baxış keçirilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD diskə Təqsirləndirilən şəxs2 və müdafiəçisi X13 iştirakıilə baxış keçirilmişdir. “**********63.txt” adlı fayla baxış zamanı 31 yanvar 2023-cü il tarxdə, saat 00:09-da ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “PUL KARTDA TEL AC” məzmunlu mesaj gəlmişdir. 5 fevral 2023-cü il tarixdə, saat 19:27-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** mobil telefon nömrədən ***-***-**-** mobil telefon nömrəyə “Qaqa danvva bilmirem heleki yoxdu geve olmalidi olsa deyecem” məzmunlu mesaj göndərmişdir. 10 fevral 2023-cü il tarixdə, saat 02:18-də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “GAGA PUL KARTUA ATİLİB SAGOL” məzmunlu mesaj gəlmişdir (Cild 2, i.v. 136-140;).

38. “Mobil telefona baxış keçirilməsi barədə” 11 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 və müdafiəçisi X13 iştirakı ilə Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A03S” markalı mobil telefona baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı mobil telefonun şəkillər olan bölməsində 10 iyul 2023-cü il tarixdə, saat 00.02-də çəkilmiş fotoşəkillər aşkar edilmişdir. Həmin fotoşəkillər iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DTX-nin əməkdaşları tərəfindən saxlanıldıqları yerin və onlardan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd qara rəngli sellofan torbanın fotoşəkilləridir. Bundan başqa mobil telefona baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çəkilmiş başqa foto şəkillər də aşkar edilmişdir. Mobil telefonun “Whatsapp” yazışmalarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrə ilə yazışmaları aşkar edilmişdir. Belə ki, 9 iyul 2023-cü il tarixdə saat 22:39-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin göndərdiyi “İnşallah yaxşı olacaq, sənin başına dolanım,qaqa 50 paçka M40 olacaq, onu da götürə bilərsən, 1 saatdan sonra ünvan deyəcəklər, gedib ordan götürərsən” məzmunlu səs mesajı göndərmişdir. 9 iyul 2023-cü il tarixdə, saat 22:49-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Həə, götür, götür, ən aşağısı, 15-ni 20-sini dağıdacıq, orginaldısa, həə, razılaş, razılaş” məzmunlu səs mesajı göndərmişdir. 10 iyul 2023-cü il tarixdə saat 00:02-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə DTX-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılan zaman aşkar edilən 2 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananın fotoşəkilləri və həmin narkotik vasitənin olduğu yerin fotoşəkili və yerləşdiyi yer üzrə lokasiyasını göndərmişdir. 10 iyul 2023-cü il tarixdə saat 00:04-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Yaxşı qaqa, yaxşı, gözlə gəlləm də, getmə də gözlə. Qaqa gərək bir az tez deyərdin, burdan ora 25 dəqiqə göstərir” məzmunlu səs mesajı göndərmişdir. 8 iyul 2023-cü il tarixdə saat 00:48-dən 01.36-dək olan müddət ərzində ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Yaxşı qaqa, bu konumu vurmaq olmur,bolda, yoldayam, gelirəm, boltda tuda abratnı vurmusam. Yaxşı qaqa, 2 qram olacaq, lıeyetde psetkada oturmusam” məzmunlu mesaj göndərmişdir. 26 fevral 2023-cü il tarixdə saat 17:41-dən 17.42-dək olan müddət ərzində 050-459-28- 58 saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Salam nətərdi vezyet, haralardasan, axşam görüşə bilərik ama xəcalət verməmək şərti ilə, 2 dədə lazımdı ama axşamkı kimi yox ” məzmunlu mesaj göndərmişdir. 26 fevral 2023-cü il tarixdə, saat 18:23-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə 050-459- 28-58 saylı mobil nömrəsinə “Salam şükür yaxşıyam sen netersen, axşamkı neceydi ki yaxşı deyildi ” məzmunlu mesaj göndərmişdir. 26 fevral 2023-cü il tarixdə saat 18:25-də ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Super idi. Allah köməyində olsun yanımdakılar olmuşdu. Olar axşam? Gec gələrsən? Burdasan yoxsa” məzmunlu mesaj göndərmişdir. 26 fevral 2023-cü il tarixdə saat 18:26-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ***-***-**-** saylı mobil nömrəsinə “Mən buradayam o gələcək 2 saata. Uşaq var o gələcək ona deyəcəm gətirsin. Saat uzağı ona kimi həll edəcəm” məzmunlu mesaj göndərmişdir. 2 mart 2023-cü il tarixdə saat 18:03-də ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Qaqa yarım maşın dash lazım. Evdasan gəlim” məzmunlu mesaj göndərmişdir. Protokolda baxış zamanı fotoşəkillər və videogörüntülərin çəkilərək protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 2, i.v. 141-167;).

39. “Mobil telefona baxış keçirilməsi barədə” 11 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 və müdafiəçisi X13 iştirakı ilə Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” markalı mobil telefona baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı mobil telefonun şəkillər olan hissəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çəkilmiş fotoşəkillər aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” markalı mobil telefonda “Whatsapp” yenilənməsinə ehtiyac olduğu üçün “Whatsapp” yazışmalarına baxış keçirmək mümkün olmamışdır (Cild 2, i.v. 168-176;).

40. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuşdur. Eyni zamanda, həmin qərarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə və onunla qabaqcadan əlbir olan digər qrup üzvü İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Səxavət” adlı şəxs barəsində ********* nömrəli cinayət işinin istintaq materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata başqa cinayət işi ayrılmaqla icraata qəbul edilib istintaqın davam etdirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 12320,40 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin narkotik vasitə aşkar olunarkən baxış keçirilən zaman qeydə alınmış videoçəkiliş əks olunduğu 1 ədəd “CD” disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalaın olduğu "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 ədəd “CD” disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların və fotoşəkillərin olduğu Təqsirləndirilən şəxs1 məxsus “X29 5” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” markalı və “Samsung Galaxy AO3S” markalı mobil telefonlar maddi sübut kimi tanınmaqla tədqiqatlardan sonra qalıq çəkisi 12319,90 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 məxsus “X29 5” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” markalı və “Samsung Galaxy AO3S” markalı mobil telefonlar saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlancına verilməsi qərara alınmış, narkotik vasitə aşkar olunarkən baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlərin əks olunduğu 1 ədəd “CD” disk, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların olduğu "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 3 ədəd “CD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (Cild 2, i.v. 191-209).

41. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 12 yanvar 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (Cild 2, i.v. 211-213; 227-229).

42. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması barədə” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinə görə və qrup üzvü İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən “Səxavət” adlı şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (Cild 2, i.v. 249-251;).

43. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.V.Nayıbov tərəfindən 26 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin tarixdə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.274-294;).

44. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən təqdim olunmuş 17 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə 3 il müddətinə sahibkarlıq faəliyyəti ilə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-27/2018 saylı, 16 mart 2018-ci il tarixli hökmü Bakı şəhər probasiya idarəsinə daxil olmamışdır (Cild 3).

45. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən təqdim olunmuş 24 may 2024cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin məhkəmənin 16 mart 2018-ci il tarixli, 1(004)-27/2018 nömrəli hökmü ilə ona təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını 4 iyun 2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün cəzadan azad edilmişdir. Məhkuma təyin olunmuş 3 (üç) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın icraya yönəldilməsi və icra vəziyyəti barədə məhkəmədə heç bir məlumat mövcud deyildir (Cild 3).

46. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən təqdim olunmuş 23 may 2024-cü il tarixli, **********446600 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 fərdi sahibkar qismində vergi orqanında qeydiyyatda deyil və həmin şəxsin rəhbəri oluğu "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin VÖEN **********) 2019-cu ildən etibarən fəaliyyət göstərməsi barədə hər hansı məlumat aşkar edilməmişdir (Cild 3).

47. “Nikah haqqında” AZ-İ№750591 saylı, “Doğum haqqında” AZ-İV№443816 və AZ- İİİ№523629 nömrəli şəhadətnamələrdən, AA3354838 və AZE18699321 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, X1 Dərgah Fəzail oğlu ilə rəsmi nikah münasibətində olmaqla onların birgə nikahdan 15 may 2020-ci il təvəllüdlü Uğur Əsgərov və 16 oktyabr 2013-cü il təvəllüdlü Nuray Əsgərova adlı iki azyaşlı övladları vardır (Cild 3).

48. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs1 anası X15 ümumi xəstəliklərin olması səbəbi ilə müddətsiz olaraq İİ dərəcə əlildir (Cild 3).

49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 6971/2023 və 6970/2023 saylı tibb kitabçalarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyul 2023-cü il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adlarına tibbi kitabça açılmışdır. Həmin kitabçaların 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zədə almadıqlarını bildirmişlər. Həmin kitabçaların 13-cü bəndində Təqsirləndirilən şəxs1 üst dodağın sol nahiyəsində və qarının sağ yan divarında köhnə çapıq toxumalar olması müşahidə olunmuş və Təqsirləndirilən şəxs2 təpə nahiyəsində, sağ çanaqda, sol dirsəkdə, hər iki saidin arxa səthində, sol əlin İİİ barmağında sıyrılmış üzəri qərtməkli yaralar, sağ qalça tinində, belin sağ yan nahiyəsində sarımtıl rəngli qançırın olması qeyd edilmişdir (Cild 3;).

50. Sabunçu rayon prokurorluğundan əldə edilmiş 2506-xid/23 nömrəli materiala əlavə edilmiş Təqsirləndirilən şəxs2 rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşunas Natiq Məmmədova verdiyi izahatında göstərilmişdir ki, Bakı istintaq Təcridxanasına təhvil verilərkən bədəni üzərində aşkar edilmiş xəsarətləri saxlanılmamışdan əvvəl yaşadığı evdə yıxılarkən almış, saxlanıldığı istitnaq təcridxanasında ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, həmin xəsarətlərlə bağlı məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina edir. Təqsirləndirilən şəxs2 izahatında hər hansı şikayət və ya tələbinin olmadığını, həmin halla bağlı aparılan araşdırmanın daandırılmasını xahiş etmişdir (Cild 3).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

51. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

52. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

54. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

55. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

56. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

57. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

58. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir.

59. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əldə edərək daşıdıqları ümumilikdə 12320,40 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından təxminən 2464 dəfədən, külli miqdarından isə təxminən 24 dəfədən artıq olması, eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mobil telefon nömrələrinə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair daxil olan və çıxan “SMS” mesaj yazışmaları, habelə istifadələrində olmuş mobil telefonlarında çoxsaylı vatsap danışıqları, yazışmaları və səs yazılarının, həmçinin narkotik vasitələrin qoyulduğu yerin fotoşəkillərinin çəkilərək onlara göndərilməsinin müəyyən edilməsi və iş materiallarında olan digər sübutlar onların məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

60. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

61. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

63. Məhkəmə, Təqsirləndirilən şəxs1 Pirşağı qəsəbəsinə öz şəxsi istifadəsi üçün 50 qram narkotik vasitə marixuana götürmək üçün getməsi, onda ittihamda göstərilən 12 kq narkotik vasitə qurudulmuş marixuananın olmaması, Təqsirləndirilən şəxs2 ondan həmin narkotik vasitə üçün pay istəməməsi, habelə sonuncu ilə aralarında narkotik vasitənin götürülməsi ilə əlaqədar razılaşmanın olmaması, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən elektrik cərəyanı verilməklə fiziki təzyiqlərə məruz qaldığından törətmədiyi əməli boynuna alması ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və dostu Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

64. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən elektroşok verilməsi, habelə ibtidai araşdırmanın ilkin mərhələsində fiziki təzyiqlərə məruz qaldığından törətmədiyi əməli boynuna alması ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlər işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun və dostu Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

65. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı saxlanılarkən üzərində özünə məxsus içərisində 7.000 manat pul vəsaiti olan “Beynəlxalq Bank” (ABB) kartı olduğunu, tutulduqdan sonra həmin kartı parolu ilə birlikdə istintaq orqanına təhvil verməsini, dörd ay sonra kartı təhvil alarkən kartdakı pul vəsaitinin naməlum şəxslər tərəfindən çəkildiyini öyrənməsini bildirsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi həmin xüsusatın da tam inkar olunduğu müəyyən edilmişdir.

66. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

67. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

68. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X5rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

69. Halbuki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra hər hansı xəsarətlərinin olması və ya onlara qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı da onların hüquqlarını müdafiə etmiş müdafiəçilərinin, o cümlədən Kiyas Kiyasova münasibətdə qohumları tərəfindən bağlanmış müqavilə əsasında onun hüquqlarını müdafiə etməklə peşəkar, keyifiyyətli və vicdanlı hüquqi yardım göstərmiş müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişlər. Əksinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün 14-15 və 22-23-cü bəndlərində qeyd edildiyi kimi üzərilərində və avtomobildə videoçəkilişlə dərhal baxış əməliyyat hərəkəti keçirilərkən, habelə barələrində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclaslarında müdafiəçilərinin iştirakı ilə baxılarkən və həmin qətimkan tədbirlərinin müddəti uzadılarkən saxlanıldıqları zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmalarına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 49 və 50-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, yəni Bakı İstintaq Təcridxanasında tibbi müayinə aktlarında göstərilənlərə və prokurorluq orqanı tərəfindən aparılmış araşdırma zamanı verdiyi izahata əsasən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən, habelə üzərilərində və avtomobildə baxış əməliyyat tədbiri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalmaları öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxslərin onlara qarşı pis rəftar göstərmiş, eləcə də fiziki təsir və təzyiqlərə məruz qoyulduqlarını iddia etdikləri onların ətrafında ilkin əməliyyat-axtarış tədbirləri keçirməklə cinayət başında yaxalayan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən videoçəkilişlə baxış əməliyyat-axtarış hərəkəti keçirilməzdən əvvəl onlara elektrik cərəyanı verməklə işgəncələrə məruz qoyulmalarına dair ifadələrində göstərdikləri iş materialları ilə tam inkar edilir. Belə ki, ilkin sənədləşdirmə aparıldıqdan sonra ibtidai istintaq müstəqil istintaq qurumu olan Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən davam etdirilmiş, uzun müddət ərzində davam etmiş ibtidai istintaq zamanı nə istintaq orqanına, nə barələrində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi və sonradan həmin qətimkan tədbirlərinin uzadılması məsələsi həll edilərkən həm məhkəmələrə, həm də hər hansı dövlət orqanına və digər şəxsə bu barədə müraciət etmək və məlumat vermək imkanlarının olmalarına baxmayaraq, hər hansı məlumat verməmiş, yalnız mahiyyəti üzrə məhkəmə araşdırması zamanı bu barədə bildirmişlər. Qeyd edilənlər təqsirləndirilən şəxslərin törətdikləri ağır cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması qənaətinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bədən səthində müəyyən edilmiş xəsarətlərin təqsirləndirilən şəxsin saxlanılması, üzərində videoçəkilişlə qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş baxış əməliyyat hərəkəti zamanı deyil, aydın olmayan şəraitdə və tarixdə yaranması nəzərə alınaraq həmin halın araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat verilməlidir.

70. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

71. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

72. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

73. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin ifadələrini tədqiq edib CPMin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

74. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

75. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

76. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

77. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

78. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

79. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayələrində 2 (iki) azyaşlı uşaqlarının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 anasının əlil olmaqla xəstəlikdən əziyyət çəkməsini, Təqsirləndirilən şəxs2 isə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, o cümlədən İİ dərəcə əlil və məcburi köçkün olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

80. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

81. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

82. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

83. CM-in 83.4-1-ci maddəsinin tələbinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.

84. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə cəzaları icra edən müəssisə və orqanın fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.

85. Həmin Məcəllənin 28.2-ci maddəsinin tələbinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün məhkumun yaşadığı yerin icra məmuruna göndərir.

86. Həmin Məcəllənin 32 və 33-cü maddələrinin tələblərinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti CM-in 46.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs hökmdə görülməsi ona qadağan edilmiş işə girdikdə, yaxud hökmlə ona qadağan edilmiş fəaliyyətlə məşğul olduqda icra məmuru işəgötürənə məlumat verərək, məhkumun hökmlə qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görülməsini təklif edir və onu hökmün icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkum cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, habelə vəzifəli şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanı qərəzli icra etmədikdə onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

87. CM-in 46.3-cü maddəsinin tələbinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur.

88. Məhkəmə Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas cəzanı çəkdikdən sonra hökmlə təyin edilmiş əlavə cəzasının 4 iyun 2022ci ildə çəkilməklə qurtarmasını, məhkumluğunun qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədiyi və ödənilmədiyini nəzərə alaraq (bax hökmün 32 və 44-46-cı bəndləri) CM-in 61-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasını Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş əlavə cəzasının icra edilib-edilməməsinə dair müvafiq dövlət qurumlarında konkret məlumatlar olmasa da, ona təyin edilmiş əlavə cəzanın xarakteri və bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs1 əsas cəzadan azad olunduqdan sonrakı müddət ərzində hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması nəzərə alınmaqla sonuncunun ona təyin edilmiş əlavə cəzasının 4 iyun 2022-ci il tarixdə tam çəkilməklə bitməsi kimi qəbul edilməlidir.

89. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 32, 44-46 və 81-87-ci bəndləri). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

90. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

91. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

92. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

93. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 isə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

94. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

95. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarları ilə barələrində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları 10 iyul 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 4 noyabr 2023 və 30 dekabr 2023-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin həbsdə saxlanılma müddəti 10 fevral 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

96. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2023-cü il tarixdən hesablanmalıdır.

97. Məhkəmə hökmün 30-cu bəndində qeyd edilən ekspertiza rəyini və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

98. Eyni zamanda, məhkəmə hökmün 29-cu bəndində qeyd edilən ekspertiza rəyini və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmasını nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

99. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

100. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 12319,90 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “X30 5” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” və “Samsung Galaxy AO3S” markalı mobil telefonlar müvafiq olaraq təqsirləndirilən şəxslərin ailə üzvlərinə və ya onların digər qohumlarına qaytarılmalı, 4 (dörd) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

101. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

102. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 150 (bir yüz əlli) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

103. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

104. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

105. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

106. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 10 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 10 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 12319,90 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus “X30 5” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A3” və “Samsung Galaxy AO3S” markalı mobil telefonlar müvafiq olaraq təqsirləndirilən şəxslərin ailə üzvlərinə və ya onların digər qohumlarına qaytarılsın, 4 (dörd) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 150 (bir yüz əlli) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci müştərək qaydada onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar