Məhkəmə qərarları › İş №1(101)-1391/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1391/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1391/2022 02.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Astara şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara şəhəri, Heydər Əliyev prospekti ev 179-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1992-ci il tarixdə Masallı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, M.F.Axundov küçəsi ev 53-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, 3 sentyabr 1975-ci il tarixdə Astara şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Astara şəhəri, Azərbaycan küçəsi, ev 118, mənzil 11-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi ailə həyatı qurduğu Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2041,916 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda təmiz çəkisi 553,5 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin əldə etmiş, həmin narkotik vasitədən külli miqdarda təmiz çəkisi 1995,2 qram narkotik vasitə olan heroini və külli miqdarda təmiz çəkisi 553,5 qram psixotrop maddə olan metafetamini yaşadığı evdə saxlamış, həmçinin aralarında olan razılığa əsasən satış məqsədilə üzərilərində saxlaması üçün külli miqdarda təmiz çəkisi 15,889 qram narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 və külli miqdarda təmiz çəkisi 14,198 qram narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs3 vermiş, külli miqdarda təmiz çəkisi 16,629 qram narkotik vasitə olan heroini isə üzərində saxlamaqla daşımış, 18 mart 2022-ci il tarixdə gecə saat 00:30 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkötiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində yaşadıqları evin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən BNMİnin inzibati binasına gətirilib orada üzərilərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 16,629 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 15,889 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs3 əynindəki gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 14,198 qram narkotik vasitə olan heroin, həmin gün yaşadıqları evə keçirilmiş baxış zamanı yaşadıqları evdə mətbəxdən 1 ədəd göy rəngli çantanın içərisində 2 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 1995,2 qram narkotik vasitə olan heroin, 1 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 535,5 qram psixotrop maddə olan metafetamin, həmçinin üzərində heroin və metafetaminin izləri olan 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, qeyri-rəsmi olaraq münasibətdə olduğu Təqsirləndirilən şəxs2 və o, narkotik vasitə istifadəçisi olmuşlar. Təqsirləndirilən şəxs2 tutulmazdan təxminən 4-5 ay əvvəl hazırda yadında qalmayan sosial şəbəkə vasitəsilə özünü İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxs kimi təqdim etmiş şəxslə tanış olmuşdur. Tural həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs3 dayısıdır. O da narkotik vasitə istifadəçisi olmuşdur. Üçü birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivi, nömrəsiz fərdi evdə yaşayış evində yaşamışlar. 18 mart 2022-ci il tarixdə gecə saat təxminən 00:30 radələrində qeyri-rəsmi əri Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşadıqları evin yaxınlığında avtomobildən düşən zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üçünü də Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. BNMİ-də üzərində şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli qalın qış gödəkcəsinin sol yan cibindən “Samsung” markalı mobil telefonun, içərisində şəxsiyyət vəsiqəsi, 11 manat pulu, 1 ədəd plastik bank kartı olan pul kisəsi, əynindəki gödəkcənin sağ yan cibindən isə yaşadığı evin açarları və içərisində narkotik vasitə heroin olan 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan bükümdəki narkotik vasitə qeyri-rəsmi əri Təqsirləndirilən şəxs2 məxsus olmuş, sonuncu həmin bükümü üzərində saxlamağını bildirdiyi üçün gödəkcəsinin cibinə qoymuşdur. Həmin vaxt şifahi sorğu zamanı polis əməkdaşlarına bükümün ona məxsus olmadığını bildirsə də, buna məhəl qoymayıb videoçəkiliş zamanı həmin bükümün özünə məxsus olmasını bildirməyini tələb etmişlər. Polis əməkdaşları bükümlərin ona məxsus olmasını bildirməyini, əks təqdirdə daha ağır ittiham irəli sürüləcəyini bildirmişlər. Məcbur olub videoçəkiliş zamanı ondan tələb edilənləri etmişdir. Bundan başqa kirayəşin yaşadığı Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən evə baxış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşlarının, onun, dayısının və həyat yoldaşının işitrakı ilə kirayədə yaşadıqları evə baxış keçirilən zaman polis əməkdaşları özləri ilə iri göy rəngli çanta gətirib evin mətbəxinə yerləşdirmişlər. Daha sonra isə hər üçündən keçirilən videoçəkiliş zamanı həmin bükümün əvvəllər də evdə olduğunu, həmçinin onlara məxsus olduğunu bildirmələrin tələb edilmişdir. Daha sonra həmin çantaya baxış keçirilmiş və içərisindən 2 sellofan bağlamada heroin, 1 bağlamda metafetamin və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsilə bağlı ayrı-ayrılıqda videogörüntülər çəkilməklə protokollar tərtib olunmuş və qorxduğu üçün həmin protokolları imza etmişdir.***-***-**-** saylı mobil nömrə ona məxsus olmamışdır. **********009748 saylı “Kapital Bank” bank kartı ona məxsus olmuşdur. Tutulanadək taksi fəaliyyəti ilə məşğul olmuş, müxtəlif şəxslərin övladlarını uşaq bağçasına və məktəbə aparıb gətirmişdir. Bank kartına müxtəlif şəxslər tərəfindən taksi xidmətinin əvəzi olaraq pul göndərilmişdir. Ona məxsus bank kartından həmçinin anası xəstə olduğundan Astara rayonunda olan həkiminə pul göndərmək üçün istifadə etmişdir. Heç kimə narkotik vasitə satmamış, İran İslam Respublikasının vətəndaşı ilə heç vaxt əlaqə saxlamamışdır. 1 azyaşlı övladı var. Yaşadığı evə narkotik vasitə və psixotrop maddə bükümləri polis əməkdaşları tərəfindən qoyulmuşdur. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Heç vaxt yaşadıqları evdə narkotik vasitə saxlamamışdır. Nə Təqsirləndirilən şəxs3, nə də ki Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasının və ya harasa yerləşdirməsinin şahidi olmamışdır. Polis əməkdaşları hər üçünü eyni vaxta tutmuşlar. Bəzən dostları onlarda bank kartı olmadığını, özlərinə çatmalı olan pulun ona məxsus karta göndərilməsinə icazə verməyini xahiş etmişlər. Bank kartıma 250 manat göndərilmişdir, lakin həmin göndərilmə narkotik vasitənin satışı ilə bağlı olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 4-5 aydır ki, hazırda yadında qalmayan sosial şəbəkə vasitəsilə özünü ona İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxs kimi təqdim etmiş şəxslə tanış olmuşdur. Həmin şəxs ona təklif etmişdir ki, onda narkotik vasitə və psixotrop maddələr vardır. Həmin maddələri satmaqda ona köməklik etsə hər yarım kiloqramında 250 manat pul verəcəkdir. Onunla razılaşmış, belə ki, “Rasim” adlı şəxsin ona “Whatsapp” sosial şəbəkəsində əlaqə saxlamaq üçün +**********35 saylı mobil nömrəsini vermişdir. Özü də öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial şəbəkəsi vasitəsilə onunla əlaqə saxlamışdır. Həmin şəxs ona “Whatsapp” sosial şəbəkəsində narkotik vasitəni və psixotrop maddəni qoyacağı yerləri deyib fotoşəkillərini göndərmiş, özü də həmin yerlərdən gedib narkotik vasitəni və ya psixotrop maddəni götürmüşdür. Daha sonra həmin şəxs öz alıcılarının narkotik vasitəni və ya psixotrop maddəni götürmələri üçün müəyyən etdiyi yerləri demiş, özü də həmin yerlərə aparıb narkotik vasitə və ya psixotrop maddə qoymuşdur. Həmin alıcılar da həmin yerlərdən narkotik vasitəni və ya psixotrop maddəni götürmüşdür. Lakin alıcılarla özü əlaqə saxlamamış və həmin şəxslərin kim olmalarını bilməmişdir. Qeyd etdiyi kimi bunun müqabilində həmin şəxs hər yarım kiloqram narkotik vasitə və ya psixotrop maddə üçün 250 manat pulu onun istifadəsində olan **********009748 saylı “Kapital Bank” bank kartına göndərmişdir. Bir müddət sonra bu barədə qeyri-rəsmi olaraq ailə həyatı qurduğu həyat yoldaşı Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3 bildirmiş, həmçinin onlar narkotik vasitə və psixotrop maddələrdən istifadə etdikləri üçün onlara təklif etmişdir ki, “Rasim” adlı şəxsdən yuxarıda qeyd etdiyi kimi əldə etdiyi narkotik vasitə və ya psixotrop maddəni onun satacağı şəxslərə çatdırmaq üçün müəyyən etdiyi yerlərə qoyub satmaqda ona köməklik göstərsələr onlara da bunun müqabilində pul və ya narkotik vasitə, psixotrop maddə verəcəkdir. Tural və Tahir də onunla razılaşmışlar. Bundan sonra özü, qeyri-rəsmi əri Tural və dayısı Tahirlə birlikdə “Rasim” adlı şəxsdən əldə etdikləri narkotik vasitə və ya psixotrop maddəni bir qrup şəxs halında qeyri-rəsmi əri Tural və dayısı Tahirlə birlikdə aparıb “Rasim” adlı şəxsin müştəriləri üçün əvvəlcədən müəyyən etdiyi yerlərə qoymaqla özü narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmədiyi üçün pul əldə etmiş, Tural və Tahir isə ondan istədiklərində onlara pul, narkotik vasitə və ya psixotrop maddə vermişdir. Lakin əri Tural və dayısı Tahir “Rasim” adlı şəxslə əlaqə saxlamamışlar. “Rasim” adlı şəxslə yalnız özü əlaqə saxlamışdır. 18 mart 2022-ci il tarixdə gecə saat təxminən 00:30 radələrində qeyri-rəsmi əri Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində yaşadıqları evin yaxınlığında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, polis əməkdaşları onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. BNMİ-də onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə bildiriş təqdim edilmişdir. Müdafiəçinin və dəvət edilmiş bir xanımın, eləcə də polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunan hər-hansı əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra artıq ifşa olunduğunu bilib özü könüllü olaraq əynində olan qara rəngli qalın qış gödəkcəsinin sol yan cibindən 1 ədəd içərisində (077) ***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, 11 manat pulu, 1 ədəd plastik bank kartı olan pul kisəsini, əynindəki gödəkcənin sağ yan cibindən isə yaşadığı evinin açarlarını və içərisində narkotik vasitə heroin olan 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməmişdir. Ona məxsus 11 manat pul özünə qaytarılsa da, şəxsiyyət vəsiqəsi, mobil telefonu və bank kartı ona izah edilməklə götürülmüşdür. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsdən əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni sonuncunun göstərişi ilə müxtəlif yerlərə qoyduğunu, bu günə kimi təxminən 10-15 kq narkotik tərkibli maddəni “Rasim” adlı şəxsin göstərişi ilə müxtəlif yerlərə qoyduğunu, bunun müqabilində Rasim adlı şəxsin hər yarım kiloqram narkotik vasitə üçün onun bank kartına 250 manat pul göndərdiyini, qeyd olunan fəaliyyətini həyat yoldaşı Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs halında etdiyini, həyat yoldaşı Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3 ona köməklik etdikləri üçün pul və ya “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin verdiyini, bundan başqa kirayəşin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evində də narkotik tərkibli maddə saxladığını və təqdim edə biləcəyini bildirmiş, həmin gün onun, dayısın, və həyat yoldaşının işitrakı ilə kirayədə yaşadığı evə baxış keçirilən zaman mətbəxdə saxladığı, içərisində narkotik tərkibli maddələr olan göy rəngli çantanı təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman içərisində 2 sellofan bağlamada heroin, 1 bağlamda metafetamin və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüşdür. Üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsilə bağlı ayrı-ayrılıqda videogörüntülər çəkilməklə protokollar tərtib olunmuş, həmin protokolların doğruluğu iştirakçıların imzalan ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş narkotik vasitə birlikdə gedib “Rasim” adlı şəxsin qoyduğu yerlərdən satış məqsədilə götürdükləri narkotik vasitələrdəndir. Belə ki, Tural və Tahir ona qeyd etdiyi kimi həmin narkotik vasitəni satmaqda köməklik etdikləri üçün onlara pul və narkotik vasitə vermişdir. Həmin üzərlərindən aşkar edilmiş narkotik vasitələr də bir qrup şəxs halında birlikdə “Rasim” adlı şəxsin dediyi yerlərə qoyub onun müştərilərinə satmaq üçün əldə edilmiş narkotik vasitələr olmuşdur (cild 1, iş vərəqə 112-115 və 142-145). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, tutulanadək narkotik vasitə heroindən istifadə etmişdir. Eyni zamanda bir müddətdir ki, qeyri-rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs1 və sonuncunun dayısı birlikdə yaşamışdır. Hər üçü narkotik vasitə və psixotrop maddə istifadə etjmişdir. Şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxs kimi təqdim etmiş şəxslə tanış olmuş və onunla aralarında olan razılığa əsasən sonuncunun müəyyən yerlərə qoyduğu narkotik vasitə və ya psixotrop maddəni şəxsi istifadəsi üçün götürmüşdür. 18 mart 2022-ci il tarixdə gecə saat təxminən 00:30 radələrində qeyri-rəsmi arvadı Təqsirləndirilən şəxs1 və arvadının dayısı Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində yaşadıqları evin yanında avtomobildən düşərəkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları BNMİ-yə aparmışlar. İdarədə üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Nokia” markalı, şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefon və gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin bükümün içərisində təxminən 17 qram heroin olmuşdur. Daha sonra polis əməkdaşları yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Evə baxışda polis əməkdaşları, o, Elnarə və dayısı Tahir iştirak etmişdir. Polis əməkdaşları yanlarında 1 ədəd iri göy çantanı mətbəxə qoyub bundan sonra videoçəkiliş həyata keçirəcəklərini və çəkiliş zamanı həmin çantanın əvvəllər də evlərində olduğunu, onlara məxsus olduğunu bildirmələrini tələb etmişlər. Həmin çantaya baxış keçirilən zaman içərisindən 2 sellofan bağlamada heroin, 1 bağlamada metafetamin və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. İran İslam Respublikasının vətəndaşının dediyi yerdən narkotik vasitəni götürüb heç kimə verməmiş və satmamışdır. Narkotik vasitəni həftəlik istifadə üçün artıq miqdarda almışdır. Tutulan zaman üzərində təxminən 17 qram narkotik vasitə heroin olmuş, 17 qram narkotik vasitə heroini təxminən 1 həftə istifadə etmək üçün almışdır. Heroini falqada çəkmişdir. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Yaşadığı evə narkotik vasitə və psixotrop maddə bükümləri polis əməkdaşları tərəfindən qoyulmuşdur. Polis əməkdaşlarnın yaşadığı evə içərisində narkotik vasitə və psixotrop maddə olan iri çantanı qoyduqlarını şəxsən görmüşdür. Elnarəyə üzərində saxlaması üçün 3 qram heroin vermişdir. Elnarəyə verdiyi heroin ona məxsus olmuş, o istifadə edəcəkmiş. Heç vaxt yaşadıqları evdə narkotik vasitə saxlamamışlar. Polis əməkdaşları hər üçünü eyni vaxta tutmuşlar. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bir müddət psixotrop maddə olan “şüşə, patı” kimi tanıdığı metafetamindən istifadə etmişdir. Eyni zamanda bir müddətdir qeyri-rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs1 və sonuncunun dayısı, onlarla birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayan Təqsirləndirilən şəxs3 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşlar. Belə ki, həyat yoldaşı Elnarə sosial şəbəkədə tanış olduğu və “WhatsApp” sosial şəbəkəsində əlaqə saxladığı özünü ona İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxs kimi təqdim etmiş şəxslə tanış olmuşdur və onunla aralarında olan razılığa əsasən sonuncunun müəyyən yerlərə qoyduğu narkotik vasitə və ya psixotrop maddəni Elnarə həmin yerlərdən götürüb “Rasim” adlı şəxsin müştərilərinə satmaq üçün onun dediyi yerlərə aparıb qoymaqla hər kiloqramı üçün “Rasim” adlı şəxs Elnarənin “Kapital bank” kartına 250 manat pul göndərmişdir. Lakin Elnarə özü narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Daha sonra Elnarə ona və dayısı Tahirə də təklif etmişdir ki, “Rasim” adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddəni sonuncunun dediyi yerlərdən götürüb yenə də “Rasim” adlı şəxsin müştərilərinə satmaq üçün onun dediyi yerlərə aparıb qoymaqda ona köməklik etsələr onlara da pul, narkotik vasitə və psixotrop maddə verəcəkdir. Tahir və özü Elnarənin qeyd olunan təklifi ilə razılaşmış, bu məqsədlə bir neçə dəfə “Rasim” adlı şəxsin Elnarəyə dediyi yerlərdən gedib birlikdə narkotik vasitə və ya psixotrop maddə götürüb yenə də “Rasim” adlı şəxsin dediyi yerlərə birlikdə aparıb narkotik vasitə və ya psixotrop maddə qoymuşlar, Elnarə də bu fəaliyyətlərinə görə ona və Tahirə psixotrop maddə və pul vermişdir. Lakin “Rasim” adlı şəxslə özü və Tahir hər hansı bir şəkildə əlaqə saxlamamışlar. 18 mart 2022-ci il tarixdə gecə saat təxminən 00:30 radələrində qeyri rəsmi arvadı Təqsirləndirilən şəxs1 və arvadının dayısı Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində yaşadıqları evin yaxnlığında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları BNMİ-yə dəvət etmişlər. Orada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, vəkilinin və polis əməkdaşlarının iştirakları ilə onun və Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra artıq ifşa olunduğunu bilib əynində olan şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Nokia” markalı, şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməmişdir. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin olması müəyyən edilmiş, həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni həyat yoldaşı Elnarənin ona deyəcəyi yerə qoymağı üçün üzərində saxladığını, Elnarənin də İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxsin vasitəsilə həmin narkotik maddələri əldə etdiyini, əvvəllər dəfələrlə birlikdə gedib deyilən yerlərdən narkotik tərkibli maddələr götürdüklərini, daha sonra deyilmiş yerlərə qoyduqlarını, bunun müqabilində Elnarənin ona pul verdiyini, kirayə yaşadıqları evdə də narkotik tərkibli maddələr olduğunu və baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra özünün, həyat yoldaşının və onun dayısının işitrakı ilə kirayə yaşadıqları evə baxış keçirilən zaman mətbəxdə saxladıqları, içərisində narkotik tərkibli maddələr olan göy rəngli çantanı Elnarə təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman içərisində 2 sellofan bağlamada heroin, 1 bağlamada metafetamin və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Üzərinə şəxsi axtarış və yaşadıqları evə baxış keçirilməsilə bağlı ayrı-ayrılıqda videogörüntülər çəkilməklə protokollar tərtib olunmuş, həmin protokolların doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Özünün, Tahirin və Elnarənin üzərindən aşkar edilmiş, həmçinin yaşadıqları evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni “Rasim” adlı şəxsin dediyi yerdən götürüb onun dediyi yerlərə qoyub digər şəxslərə satmaq məqsədilə əldə edib üzərlərində və yaşadıqları evdə saxlamışlar. Lakin “Rasim” adlı şəxsin kimlərə narkotik vasitə satmasını bilməmişlər. Yalnız onun dediyi yerlərə aparıb narkotik vasitə və psixotrop maddə qoymuşlar, həmin yeləri isə hazırda xatırlamır (cild 1, iş vərəqə 121-123 və 162-164). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, Tutulanadək narkotik vasitə heroindən istifadə etmişdir. Eyni zamanda bir müddətdir ki, bacısı qızı Təqsirləndirilən şəxs1 və sonuncunun qeyri-rəsmi olaraq ailə qurduğu əri Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşamış və onlarla birlikdə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almışdır. 18 mart 2022-ci il tarixdə gecə saat təxminən 00:30 Təqsirləndirilən şəxs1 və həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində yaşadıqları evin yanında avtomobildən düşərəkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları BNMİ-yə aparmışlar. İdarədə üzərində şəxsi axtarış keçirilmiş və tünd göy rəngli gödəkcəsinin sol yan cibindən içərisində 077- ***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefon və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Üzərindən aşkar olunan sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin bükümünün içərisində təxminən 14 qram heroin olmuşdur. Bundan sonra yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşlarının, onun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmişdir. Həmin baxışın videoçəkilişlə həyarta keçiriləcəyi bildirilmiş, lakin çəkilişdən əvvəl polis əməkdaşları özləri ilə gətirdikləri iri göy rəngli çantanı mətbəxə yerləşdirib, onlara həmin çantanın içərisində narkotik vasitə bükümləri olduğunu, həmin bükümlərin videoçəkiliş zamanı özlərinə məxsus olmasını bildirmələrini tələb etmişlər. Həmin çantaya baxış keçirilən zaman içərisində 2 sellofan bağlamada heroin, 1 bağlamada metafetamin və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Heç vaxt müxtəlif yerlərə narkotik vasitə qoymamış, İran İslam Respublikasının vətəndaşı ilə əlaqəsi olmamışdır. Rasim adlı şəxsi tanımır. Tutulan zaman üzərində təxminən 14 qram heroin olmuşdur. Aldığı narkotik vasitələri miqdarından asılı olmayaraq həmişə üzərində gəzdirmişdir. 14 qram narkotik vasitəni bir neçə gün istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşlarnın yaşadığı evə içərisində narkotik vasitə və psixotrop maddə olan iri çantanı qoyduqlarını şəxsən görmüşdür. Elnarə və ya Turalın narkotik vasitə satması barədə məlumatı olmamışdır. Heç vaxt yaşadıqları evdə narkotik vasitə saxlamamışlar. Polis əməkdaşları hər üçünü eyni vaxta tutmuşlar. Şəxsi axtarış və evə baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsləri müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bir müddət psixotrop maddə olan “şüşə, patı” kimi tanıdığı metafetamindən istifadə etmişdir. Eyni zamanda bir müddət bacısı qızı Təqsirləndirilən şəxs1 və sonuncunun qeyri-rəsmi olaraq ailə qurduğu əri Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Belə ki, bacısı qızı Elnarə bildirmişdir ki, sosial şəbəkədə tanış olduğu və “WhatsApp” sosial şəbəkəsində əlaqə saxladığı özünü ona İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxs kimi təqdim etmiş şəxslə tanış olmuşdur və onunla aralarında olan razılığa əsasən sonuncunun müəyyən yerlərə qoyduğu narkotik vasitə və ya psixotrop maddəni Elnarə həmin yerlərdən götürüb “Rasim” adlı şəxsin müştərilərinə satmaq üçün onun dediyi yerlərə aparıb qoymaqla hər kiloqramı üçün “Rasim” adlı şəxs Elnarənin “Kapital bank” bank kartına 250 manat pul göndərmişdir. Lakin Elnarə özü narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Daha sonra Elnarə ona və əri Turala da təklif etmişdir ki, “Rasim” adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddəni sonuncunun dediyi yerlərdən götürüb yenə də “Rasim” adlı şəxsin müştərilərinə satmaq üçün onun dediyi yerlərə aparıb qoymaqda ona köməklik etsələr onlara da, pul, narkotik vasitə və psixotrop maddə verəcəkdir. Elnarənin qeyd olunan təklifi ilə razılaşmışlar. Bu məqsədlə bir neçə dəfə “Rasim” adlı şəxsin Elnarəyə dediyi yerlərdən gedib birlikdə narkotik vasitə və ya psixotrop maddə götürüb yenə də “Rasim” adlı şəxsin dediyi yerlərə birlikdə aparıb narkotik vasitə və ya psixotrop maddə qoymuşlar, Elnarə də bu fəaliyyətlərinə görə ona və Turala psixotrop maddə və pul vermişdir. Lakin “Rasim” adlı şəxslə özü və Tural hər hansı bir şəkildə əlaqə saxlamamışlar. 18 mart 2022-ci il tarixdə gecə saat təxminən 00:30 radələrində bacısı qızı Elnarə və əri Turalla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində yaşadıqları evin yaxnlığında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları BNMİ-yə dəvət etmişlər. Orada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə onun və Turalın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra artıq ifşa olunduğunu bilib əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən içərisində 077- ***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir şey aşkar edilməmişdir. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bacısı qızı Təqsirləndirilən şəxs1 ona deyiləcək yerlərə qoymaq üçün üzərində saxladığını, Elnarənin də İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxsin vasitəsilə həmin narkotik maddələri əldə etdiyini, əvvəllər dəfələrlə birlikdə gedib deyilən yerlərdən narkotik tərkibli maddələr götürdüklərini, daha sonra deyilmiş yerlərə qoyduqlarını, bunun müqabilində Elnarənin ona pul və ya istifadəsi üçün psixotrop maddə metafetamin verdiyini, kirayə yaşadıqları evdə də narkotik tərkibli maddələr olduğunu və baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra özünün, Elnarənin və əri Turalın iştirakı ilə kirayə yaşadıqları evə baxış keçirilən zaman mətbəxdə saxladıqları içərisində narkotik tərkibli maddələr olan göy rəngli çantanı Elnarə təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman içərisində 2 sellofan bağlamada heroin, 1 bağlamada metafetamin və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Üzərinə şəxsi axtarış və yaşadıqlarıı evə baxış keçirilməsilə bağlı ayrı-ayrılıqda videogörüntülər çəkilməklə protokollar tərtib olunmuş, həmin protokolların doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Özünün, bacısı qızı Təqsirləndirilən şəxs1 və sonuncunun əri Təqsirləndirilən şəxs2 üzərindən, eləcə də birlikdə yaşadıqları evdən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni “Rasim” adlı şəxsin dediyi yerdən götürüb onun dediyi yerlərə qoyub digər şəxslərə satmaq məqsədilə sonuncunun dediyi hazırda yadında qalmayan yerlərdən götürüb əldə edib üzərlərində və yaşadıqları evdə satış məqsədilə saxlamışlar. Lakin “Rasim” adlı şəxsin kimlərə narkotik vasitə satmasını bilməmişlər. Yalnız onun dediyi yerlərə aparıb narkotik vasitə və psixotrop maddə qoymuşlar. Həmin yeləri isə hazırda xatırlamır (cild 1, iş vərəqə 129-131 və 183-185). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və həmin gün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 18 mart 2022-ci il tarixdə gecə saat 00:30 radələrində əməliyyat qrupunun üzvləri BNMİnin baş əməliyyat müvəkkilləri, polis polkovnik-leytenantı Şahid3, polis mayoru Şahid4, polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Bağlar Massivində xidmətdə olarkən, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zahiri əlamətləri ilə uyğun gələn şəxslər yaşadıqları evin yaxınlığında piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Məlumatla uyğun gələn şəxslərdən özlərini təqdim etmələrini xahiş etdikdə həmin şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqlarını bildirmişlər. Həmin şəxslərə satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib üzərlərinə şəxsi axtarış keçirilməsi üçün BNMİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefon, içərisində 1 ədəd şəxsiyyət vəsiqəsi, 11 manat pul, **********009748 saylı “Kapital Bank” bank kartı olan 1 ədəd pul kisəsi, gödəkcəsinin sağ yan cibindən açarlar və 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman qeyd olunan bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 18,5 qram olmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümdəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxsdən əldə etdiyini, belə ki, həmin şəxsdən əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni sonuncunun göstərişi ilə müxtəlif yerlərə qoyduğunu, bu günə kimi təxminən 10- 15 kq narkotik tərkibli maddəni “Rasim” adlı şəxsin göstərişi ilə müxtəlif yerlərə qoyduğunu, bunun müqabilində Rasim adlı şəxsin hər yarım kiloqram narkotik vasitə üçün onun bank kartına 250 manat pul göndərdiyini, qeyd olunan fəaliyyətini həyat yoldaşı Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs halında etdiyini, həyat yoldaşı Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3 ona köməklik etdikləri üçün pul və ya “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin verdiyini, bundan başqa kirayəşin yaşadığı Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən evində də narkotik tərkibli maddə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkcəsinin sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefon və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman qeyd olunan bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 15,4 qram olmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bacısı qızı Təqsirləndirilən şəxs1 ona deyiləcək yerlərə qoyması üçün üzərində saxladığını, Elnarənin də İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxsin vasitəsilə həmin narkotik maddələri əldə etdiyini, əvvəllər dəfələrlə birlikdə gedib deyilən yerlərdən narkotik tərkibli maddələr götürdüklərini, daha sonra onlara deyilmiş yerlərə qoyduqlarını, bunun müqabilində Elnarənin ona pul və ya istifadəsi üçün psixotrop maddə metafetamin verdiyini, kirayə yaşadıqları evdə də narkotik tərkibli maddələr olduğunu və baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Nokia” markalı mobil telefon, şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon və əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman qeyd olunan bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 16,8 qram olmuşdur. Həmçinin ilkin sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həyat yoldaşı Təqsirləndirilən şəxs1 ona deyiləcək yerlərə qoyması üçün üzərində saxladığını, Elnarənin də İran İslam Respublikasının vətəndaşı “Rasim” adlı şəxsin vasitəsilə həmin narkotik maddələri əldə etdiyini, əvvəllər dəfələrlə birlikdə gedib deyilən yerlərdən narkotik tərkibli maddələr götürdüklərini, daha sonra onlara deyilmiş yerlərə qoyduqlarını, bunun müqabilində Elnarənin ona pul verdiyini, kirayə yaşadıqları evdə də narkotik tərkibli maddələr olduğunu və baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan başqa həmin gün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə baxış zamanı evdə mətbəxə girişdə sol tərəfdən kreslonun yanından 1 ədəd göy rəngli çantanın içərisindən 2 ədəd elektron tərəzi və 3 ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamalar açılan zaman 2 ədəd sellofan bağlamanın içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə, 1 ədəd sellofan bağlamanın içərisindən isə ağ rəngli maddə aşkar edilmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışlarla bağlı videoçəkilişlər aparılmış, protokollar tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 və Tahir Ələskərov üzərlərində olan narkotik vasitələri Təqsirləndirilən şəxs1 deyəcəyi yerlərə qoymaq üçün daşıdıqlarını bildirmişlər. Təqsirləndirilən şəxsləri daxil olmuş məlumat əsasında tutmuşlar. Əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat qrupuna o rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs1 İran islam Respublikası vətəndaşı ilə yalnız özünün əlaqə yaratdığını bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Evə baxış zamanı aşkar olunan göy rəngli çanta mətbəxə girişdə sol tərəfdən kreslonun yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə bükümləri saxladıqlarını etiraf etmişdir. Təqsirləndirilən şəxsləri eyni vaxta tutmuşlar. Evə baxışda hər üç təqsirləndirilən şəxs iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 8-11). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində olan əşaları təqdim etməsi təkif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefonu, içərisində 1 ədəd şəxsiyyət vəsiqəsi, 11 manat pul, **********009748 saylı “Kapital Bank” bank kartı olan 1 ədəd pul kisəsini, gödəkcəsinin sağ yan cibindən açarları və 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 masanın üzərinə qoyduğu büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman qeyd olunan bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 18,5 qram olmuşdur (cild 1, iş vərəqə 67-69 və 108-110). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində olan əşaları təqdim etməsi təkif olunmuşdur. Təqsirləndirilən şəxs3 əynindəki tünd göy rəngli gödəkcəsinin sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 masanın üzərinə qoyduğu büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman qeyd olunan bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 15,4 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində olan əşaları təqdim etməsi təkif olunur. Təqsirləndirilən şəxs2 əynindəki şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Nokia” markalı mobil telefonu, şalvarının sağ yan cibindən içərisində 050-556- 17-35 saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu və əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman qeyd olunan bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 16,8 qram olmuşdur (cild 1, iş vərəqə 72-75, 117-118 və 125-126). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” və “diskə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 qızmın, əri Təqsirləndirilən şəxs2 və dayısı Təqsirləndirilən şəxs3 birlikdə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar Massivində ünvansız fərdi yaşayış evinə baxış zamanı Təqsirləndirilən şəxs1 mətbəxdən bir ədəd göy rəngli çantanı təqdim edir. Həmin çanta təhqiqatçı tərəfindən açılan zaman içərisindən iki ədəd elektron tərəzi, iki ədəd sellofan bağlamada qəhvəyi rəngli, tozşəkilli maddə, bir ədəd sellofan bağlamada ağ rəngli maddə aşkar olunur. Başqa həmin evdən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilmir (cild 1, iş vərəqə 82-83, 110, 119 və 127). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 6/1561 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 16,629 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 15,889 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 14,198 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı ünvandan aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadakı 2 ədəd bağlamada ümumi təmiz çəkisi 1995,2 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 553,5 qram ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 1 ədəd gümüşü rəngli və 1 ədəd qırmızı rəngli elektron tərəzilərin üzərində heroin və metafetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin, metafetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin üzərindən aşkar edilmiş 1 ədəd bükümdəki heroinlər və yaşadıqları ünvandan aşkar edilərək götürülmüş 2 ədəd bağlamada olan heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir (Qeyd: heroinin təmiz çəkisi 16,629 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 16,529 qram, heroinin təmiz çəkisi 15,889 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 15,789 qram, heroinin təmiz çəkisi 14,198 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 14,098 qram, heroinin təmiz çəkisi 1995,2 qram, tədqiqata sərf olundu 0,2 qram, qalıq 1995 qram, metafetaminin təmiz çəkisi 553,5 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 553,4 qram, cild 1, iş vərəqə 96-99). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 27 aprel 2022-ci il tarixli 1067 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yolxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 61-62). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 27 aprel 2022-ci il tarixli 1068 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yolxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 63-64). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 8 iyun 2022-ci il tarixli 1468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 66-67). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 25 may 2022-ci il tarixli 2774 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 58-59). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 27 aprel 2022-ci il tarixli 2105 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 54-55). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 27 aprel 2022-ci il tarixli 2106 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 56- 57). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərindən və yaşadıqları evdən aşkar olunmuş tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 16,529 qram, təmiz çəkisi 15,789 qram, təmiz çəkisi 14,098 qram, ümumi təmiz çəkisi 1995 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 553,4 qram psixotrop maddə olan metafetamin və 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 3 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 92-107). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqə 250 və cild 2, iş vərəqə 1). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Salyan rayon məhkəməsinin 30 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 19 noyabr 2010-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 2, iş vərəqə 2-3). Təqsirləndirilən şəxs3 törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4 və 83.3.3-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməlini törətməkdə təqsirlidir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağı vardır (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 38). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 18 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 57). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 224-226). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 227-229). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 230-232). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları 18 mart 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 38 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərindən və yaşadıqları evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 16,529 qram, 15,789 qram, 14,098 qram, ümumi təmiz çəkisi 1995 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 553,4 qram olan psixotrop maddə metafetamin; -2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 38 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərindən və yaşadıqları evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 16,529 qram, 15,789 qram, 14,098 qram, ümumi təmiz çəkisi 1995 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 553,4 qram olan psixotrop maddə metafetamin; -2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək onlara narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsınlar. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar