Məhkəmə qərarları › İş №1(101)-1391/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1391/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1391/2023 23.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X9 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Qanuni nümayəndə, zərərçəkmiş şəxsin hüquqi varisi X10, zərərçəkmiş şəxs Qanuni nümayəndə nümayəndəsi X12, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun vəkili X2, psixoloq-mütəxəssis X4 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasıda saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 145.3, 149.2.4, 149.2.5, 149.2- 1.1, 150.3.3, 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə hissəvi qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs hədənin icra ediləcəyi üçün real əsaslar olduğundan təkrarən öldürməklə hədələmiş, silah kimi istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə digər ağır nəticələrə səbəb olan adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, seksual xarakterli zorakılıq hərəkətləri yəni, zərərçəkmiş şəxsə zor tətbiq edib, köməksiz vəziyyətindən istifadə etməklə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla təkrar yetkinlik yaşına çatmayan şəxsə qarşı, on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli digər zorakılıq hərəkətlər etmiş, zorlama, yəni zərərçəkmiş şəxsə zor tətbiq edib, köməksiz vəziyyətindən istifadə etməklə, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə hədəsi ilə xüsusi amansızlıqla təkrarən yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş, zorlama ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, rəsmi nikaha daxil olmadan faktiki ər-arvad münasibətində yaşadığı Qanuni nümayəndə əvvəlki evliliyindən olan qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə 2019-cu ilin sonlarında Sabunçu Rayon Polis Bölməsinin 14-cü Polis Bölməsinə gedib ərizə ilə müraciət edərək birgə yaşadıqları müddətdə onun sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə məlumat vermələrini bəhanə gətirib hər ikisindən qisas almaq məqsədi ilə 15 dekabr 2022-ci il tarixdə saat 23 radələrində birgə kirayədə yaşadıqları ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində olarkən öz cinsi ehtirasını qanunsuz, əxlaqsız və pozğun yolla təmin etməkdən ötrü əvvəlcə anası Qanuni nümayəndə gözləri qarşısında həmin hərəkətlərin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmayan, həm yaşına, həm də atalığı, yəni ailənin böyüyü və söz sahibi olaraq özündən qorxmasından, yəni köməksiz vəziyyətindən istifadə edib fiziki cəhətdən özündən dəfələrlə gücsüz və müqavimət göstərmək iqtidarında olmamasını dərk etməklə xx.xx.2009-cu il təvəllüdlü olub həmin vaxtı 14 yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək, ardınca isə Qanuni nümayəndə ilə iradəsinə zidd cinsi əlaqədə olmaq qərarına gəlib, törədəcəyi əməlinin ictimai təhlükəliliyini dərk edərək özünün daha da qəddar, amansız obrazını yaratmaq, etmiş olduğu cinayətkar əməllərinin ört-basdır edilməsi, istəklərinin isə yerinə yetirilməyəcəyi halda onları öldürəcəyinə dair zərərçəkmiş şəxslərin təfəkküründə real hədə yaratmaq məqsədilə silah kimi istifadə edilən istintaqa məlum olmayan bıçağı qəsdən nümayiş etdirib Zərərçəkmiş şəxs1 zor tətbiq etmək hədəsi ilə, yəni sonuncunun bədəninin müxtəlif nahiyələrinə, cinsiyyət orqanına əlləri ilə toxunarkən və ya öz gərginləşmiş cinsiyyət orqanını sonuncunun ağız nahiyəsinə, arxa keçəcək dəliyinə yeridərkən etiraz etdiyi halda onu, eləcə də anası Qanuni nümayəndə öldürəcəyi ilə hədələyib sonuncuya psixioloji təsir göstərərək qorxu hissi yaradıb, həmçinin zor tətbiq edib həmin bıçaqla ona zərbələr vuraraq sol saidin orta 1/3-nin ön səthində çapıq toxuma, sol kürək nahiyəsinin yuxarı bayır səthində piqmentasiya sahəsi kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid xəsarətlər yetirməklə müqavimətini qırmış, bundan sonra hər ikisindən də paltarlarını soyunmalarını tələb edib qeyd olunan tarixdə evin qonaq otağında Qanuni nümayəndə gözləri qarşısında xüsusi amansızlıqla, yəni qızına qarşı seksual xarakterli zorakı hərəkətlər edilərkən anası Qanuni nümayəndə görüb iztirablar yaşaması hisslərini yaratmaqla aman diləyən yalvarışına, fiziki cəhətdən ondan kəskin zəif olmasına məhəl qoymayıb, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə əvvəlcə əllərini Zərərçəkmiş şəxs1 sinə (döş), cinsiyyət orqanı və arxa keçəcək dəliyi nahiyələrinə sürtməklə kişi cinsiyyət orqanını gərginləşdirərək əlləri ilə tutub dişləmədən ağzına almasına məcbur etmiş, cinsiyyət orqanını isladaraq qeyri-təbii yolla onun arxa keçəcək dəliyinə yeritməklə zərərçəkmiş şəxsə zor tətbiq edib, köməksiz vəziyyətindən istifadə etməklə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla yetkinlik yaşına çatmayan şəxsə qarşı, on dörd yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs1 barəsində seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, vahid niyyətlə zərərçəkmiş şəxsi hədənin icra ediləcəyi üçün real əsaslar olduğundan öldürməklə hədələmiş, daha sonra cinsi aktını başa çatdırmayıb öz cinayətkar əməllərini davam etdirərək eyni otaqda doğma qızı Zərərçəkmiş şəxs1 gözləri qarşısında xüsusi amansızlıqla Qanuni nümayəndə və başqa şəxsi, yəni qızını öldürəcəyi hədəsi ilə iradəsi əleyhinə gərginləşmiş cinsiyyət orqanını Qanuni nümayəndə uşaqlıq yoluna yeritməklə zərərçəkmiş şəxsi və ya başqa şəxsi öldürmək hədəsi ilə xüsusi amansızlıqla Qanuni nümayəndə cinsi əlaqədə olmaqla zorlamışdır. Bundan başqa o, cinayətkar əməllərini davam etdirərək təkrar 25 dekabr 2022-ci il tarixdə saat 23 radələrində birgə kirayədə yaşadıqları ünvan 4 ünvanındakı fərdi yaşayış evində olarkən alçaq, yəni öz cinsi ehtirasım qanunsuz, əxlaqsız və pozğun yolla təmin etməkdən ötrü əvvəlcə anası Qanuni nümayəndə gözləri qarşısında həmin hərəkətlərin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmayan, həm yaşına, həm də atalığı, yəni ailənin böyüyü və söz sahibi olaraq özündən qorxmasından, yəni köməksiz vəziyyətindən istifadə edib fiziki cəhətdən özündən dəfələrlə gücsüz və müqavimət göstərmək iqtidarında olmamasını dərk etməklə xx.xx.2009-cu il təvəllüdlü olub həmin vaxtı 14 yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli zorakılıq hərəkətləri, ardınca isə Qanuni nümayəndə ilə iradəsinə zidd cinsi əlaqədə olmaq qərarına gəlib, törədəcəyi əməlinin ictimai təhlükəliliyini dərk edərək özünün daha da qəddar, amansız obrazını yaratmaq, etmiş olduğu cinayətkar əməllərinin ört-basdır edilməsi, istəklərinin isə yerinə yetirilməyəcəyi halda onları öldürəcəyinə dair zərərçəkmiş şəxslərin təfəkküründə real hədə yaratmaq məqsədilə silah kimi istifadə edilən evin həyətindən götürdüyü istintaqa məlum olmayan şişi qəsdən nümayiş etdirib Zərərçəkmiş şəxs1 zor tətbiq etmək hədəsi ilə, yəni sonuncunun bədəninin müxtəlif nahiyələrinə, cinsiyyət orqanına əlləri ilə toxunarkən və ya öz gərginləşmiş cinsiyyət orqanını arxa keçəcək dəliyinə yeridərkən etiraz etdiyi halda onu, eləcə də anası Qanuni nümayəndə öldürəcəyi ilə hədələyib sonuncuya psixioloji təsir göstərərək qorxu hissi yaradıb müqavimətini qırmış, bundan sonra hər ikisindən də paltarlarını soyunmalarını tələb edib qeyd olunan tarixdə evin qonaq otağında Qanuni nümayəndə gözləri qarşısında xüsusi amansızlıqla, yəni qızına qarşı seksual xarakterli zorakı hərəkətlər edilərkən anası Qanuni nümayəndə görüb iztirablar yaşaması hisslərini yaratmaqla aman diləyən yalvarışına, fiziki cəhətdən ondan kəskin zəif olmasına məhəl qoymayıb, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə əvvəlcə əllərini Zərərçəkmiş şəxs1 sinə (döş), cinsiyyət orqanı və arxa keçəcək dəliyi nahiyələrinə sürtməklə kişi cinsiyyət orqanını gərginləşdirərək cinsiyyət orqanını isladıb qeyri-təbii yolla onun arxa keçəcək dəliyinə yeritməklə zərərçəkmiş şəxsə zor tətbiq edib, köməksiz vəziyyətindən istifadə etməklə, zərərçəkmiş şəxsə və ya başqa şəxslər qarşı xüsusi amansızlıqla təkrarən yetkinlik yaşına çatmayan şəxsə qarşı, on dörd yaşına çatmaya şəxs Zərərçəkmiş şəxs1 barəsində seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, vahid niyyətlə zərərçəkmiş şəxsi hədənin icra ediləcəyi üçün real əsaslar olduğundan təkrarən öldürməklə hədələmiş, daha sonra cinsi aktını başa çatdırmayıb öz cinayətkar əməllərini davam etdirərək eyni otaqda doğma qızı Zərərçəkmiş şəxs1 gözləri qarşısında xüsusi amansızlıqla Qanuni nümayəndə və başqa şəxsi, yəni qızını öldürəcəyi hədəsi ilə iradəsi əleyhinə gərginləşmiş cinsiyyət orqanını Qanuni nümayəndə uşaqlıq yoluna yeritməklə zərərçəkmiş şəxsi və ya başqa şəxsi öldürmək hədəsi ilə xüsusi amansızlıqla təkrarən Qanuni nümayəndə cinsi əlaqədə olmaqla zorlamışdır. Bundan başqa o, Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə əvvəlki evliliyindən olan qızı Zərərçəkmiş şəxs1 ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedib ərizə ilə müraciət edərək birgə yaşadıqları müddətdə onun sonuncuya qarşı dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə məlumat verib övladları ilə birlikdə evi tərk edərək ünvanı ona məlum olmayan başqa bir evə köçüb ayrı yaşamalarından, habelə əvvəllər törətmiş olduğu cinayət əməllərinin ifşa olunacağından hiddətlənərək qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 zorlamaq qərarına gəlib məişət təyinatlı mətbəx bıçağı və yapışqan lentlə silahlanaraq bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü guya ölkə sərhədlərini tərk edib Gürcüstan Respublikasına gedəcəyi, bu səbəbdən də əvvəllər birgə yaşadıqları evdə olan əşyalarını götürmək istəməsini bəhanə edib xx.xx.2023-cü il tarixdə saat 22 radələrində “Bakı Beynəlxalq Avtovağzalı”-nın qarşısında Qanuni nümayəndə və onun birinci nikahından olan azyaşlı oğlu Şahid1 ilə görüşüb uşaqlarını görmədən yaşaya bilməməsi, barışmaq istəməsi, əvvəllər etdiyi hərəkətlərə görə onu bağışlaması barədə yalvarışlar edib guya peşiman olması görüntüsü yaradıb Qanuni nümayəndə aldadaraq könlünü aldıqdan sonra onları icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə əyləşdirib xx.xx.2023-cü il tarixdə saat 01 radələrində əvvəllər birgə kirayədə yaşadıqları ünvan 4 ünvanındakı fərdi yaşayış evinin qarşısına gətirmiş, avtomobilin salonun arxa oturacağında əyləşərək Qanuni nümayəndə ilə bir qədər söhbət edəcəklərini deyib Şahid1 evə yola saldıqdan sonra sonuncunun təkliyindən istifadə edərək Zərərçəkmiş şəxs1 qarşı törətmək fikirində olduğu alçaq niyyətli cinayətini asanlaşdırmaq məqsədi ilə qabaqcadan özü ilə götürüb üzərində daşıdığı silah kimi istifadə edilən bıçaqdan istifadə edib Qanuni nümayəndə zərbələr vurmaqla, habelə əvvəlcə avtomobilin salonunda, sonra isə zorla evə salıb əl-qolunu yapışqan lentlə, eləcə də həyətdən götürdüyü kəndirlə dolayıb ona boyun, hər iki said və sağ diz nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərərvurmayan xəsarətlər, sağ əl barmağı, sol əl barmaqları, sol baldır və sağ ayağın kəsilmiş yaraları kimi cəmi 7 ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə xəsarətlər yetirib onu hamam otağına ataraq qapını bağlayıb sərbəst hərəkət etmək imkanını məhdudlaşdıraraq onu bir qədər sonra qızı Zərərçəkmiş şəxs1 zorlanması və qəsdən öldürülməsi ilə nəticələnəcək xüsusilə ağır cinayətin özü tərəfindən törədilməsinin vaxtında qarşısını almasına mane olaraq silah kimi istifadə edilən əşyadan istifadə edib Qanuni nümayəndə həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə digər ağır nəticələrə səbəb olan adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etdikdən sonra həmin bıçağı üzərində saxlayıb cinayətkar niyyətini başa çatdırmaqdan ötrü Şahid1 özü ilə götürüb hadisə yerini tərk edərək sonuncudan Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 5 ünvanında yerləşən evin yerini öyrənib ora gedərək guya Zərərçəkmiş şəxs1 anası Qanuni nümayəndə yanına aparacağı bəhanəsi ilə aldadaraq avtomobilə əyləşdirib həmin tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən boş torpaq sahəyə gətirərək zor tətbiq edib onu avtomobildən düşürdükdən sonra ətrafda kimsənin olmadığı şəraitdə cinsi ehtirasını qanunsuz, əxlaqsız və pozğun yolla təmin etmək məqsədilə xx xxxxxx 2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 həm yaşına, həm təkliyinə, həm də atalığı, yəni ailənin böyüyü və söz sahibi olaraq özündən qorxmasından, yəni köməksiz vəziyyətindən istifadə edib, fiziki cəhətdən özündən dəfələrlə gücsüz və müqavimət göstərmək iqtidarında olmamasını, törədəcəyi əməlinin ictimai təhlükəliliyini dərk etməklə zorlamaqdan ötrü özünün daha da qəddar, amansız obrazını yaratmaq, etmiş olduğu cinayətkar əməllərinin ört-basdır edilməsi, istəklərinin isə yerinə yetirilməyəcəyi halda onu öldürəcəyinə dair zərərçəkmiş şəxsin təfəkküründə real hədə yaratmaq məqsədilə silah kimi istifadə edilən bıçağı qəsdən nümayiş etdirərək Zərərçəkmiş şəxs1 zor tətbiq etmək hədəsi ilə, yəni sonuncunun bədəninin müxtəlif nahiyələrinə, cinsiyyət orqanına əlləri ilə toxunarkən və ya öz gərginləşmiş cinsiyyət orqanını uşaqlıq yoluna yeridərkən etiraz etdiyi halda onu öldürəcəyi ilə hədələyib sonuncuya psixioloji təsir göstərərək qorxu hissi yaratmış, eləcə də sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə əli ilə çoxsaylı zərbələr endirməklə fiziki ağrılar yetirdikdən sonra paltarlarını çıxartmasını tələb edib ona zor tətbiq edərək üzü üstə yerə torpaq örtüyünə yıxaraq müqavimətini qırmış, bundan sonra özü də paltarlarını soyunub onun aman diləyən yalvarışına, fiziki cəhətdən ondan kəskin zəif olmasına məhəl qoymayıb, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə kişi cinsiyyət orqanını gərginləşdirərək əvvəlcə onun cinsiyyət orqanına daxil edib qızlıq bəkarətini pozmaqla zərərçəkmiş şəxsə zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə edib, zərərçəkmiş şəxsi öldürmək hədəsi ilə, xüsusi amansızlıqla təkrarən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmaqla zorlamış, daha sonra cinsi aktını başa çatdırmayıb gərginləşmiş kişi cinsiyyət orqanını qeyri-təbii yolla onun arxa keçəcək dəliyinə yeritməklə zərərçəkmiş şəxsə zor tətbiq etməklə, köməksiz vəziyyətindən istifadə edib, xüsusi amansızlıqla təkrarən yetkinlik çatmayan Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli digər zorakılıq hərəkətlər etmiş, törətmiş olduğu bu cinayət əməlini gizlətməkdən ötrü Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gələrək niyyətini həyata keçirmək üçün müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə artıq halsız vəziyyətdə yerdə qalıb ona aktiv müqavimət göstərmək imkanından məhrum olduğundan onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bədən səthinə əlindəki bıçaqla ardıcıl zərbələr vuraraq ona başın, sifətin, boyunun, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər, sol bazunun 3 (üç) ədəd, sol bud nahiyəsinin 2 (iki) ədəd cəmi 5 beş ədəd deşilmiş-kəsilmiş yaraları, üst dodağın qançırı və selikli qişa səthinin əzilmiş yarası kimi hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurma aid xəsarətlər, döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş- kəsilmiş yarası kimi canlı şəxslərdə sağlamlığa ağır zərərvurmamn əlamətlərinə malik olmaqla baş vermiş kəskin daxili və xarici qanitirmə nəticəsində ölümü ilə birbaşa səbəbli əlaqəli xəsarətlər yetirib Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərdən ölə biləcəyini fikirləşib oradan qaçmış, sonradan daxil olmuş məlumat əsasında hadisə yerinə gəlmiş polis əməkdaşlarının köməkliyi ilə Zərərçəkmiş şəxs1 “X27” X23 çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadığından zorlama ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, ev tikintisi ilə məşğul olur, rəsmi iş yeri yoxdur, əvvəllər Socarda sürücü işləmişdir. Onun uşaqlıq illəri normal keçmiş, 3 bacı və 3 qardaş olmuşdurlar. Bir bacısı xəstəxanada həkim müavini işləyir. Bacıları ali təhsilli, o və qardaşı isə orta təhsillidir. O, 1 dəfə ailəli olmuş, anlaşa bilmədiyi üçün arvadından boşanmışdır. Əvvəllər 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həbsdə olduğu müddətdə ilk arvadı ailə qurmuşdur. Əvvəlki nikahından iki övladı dünyaya gəlsə də onlarla əlaqəsi yoxdur, çünki əvvəlki həyat yoldaşı uşaqların onu tanımasını istəməmişdir. Əfsanə ilə tanışarkən sonuncu marketdə satıcı işləmiş, onu sevərək evlənmişdir. Əfsanənin qardaşı bacısının ruhi xəstə olması səbəbindən evlənmələrinə razı olmadığını bildirsə də, onu Əfsanədən uzaqlaşdırması üçün belə dediyini düşünmüş və ona inanmamışdır. O, Əfsanənin uşaqlarını qəbul etmiş, Əfsanəylə 1 il münasibəti yaxşı olmuşdur. Həmin dövrdə ona əl qaldırmamışdır. 30 oktyabr 2021-ci ildə onun Qanuni nümayəndə dünyaya gələn övladının şəxsiyyət vəsiqəsində əvvəlki həyat yoldaşının soyadının yazıldığına görə aralarında söz-söhbət yaranarkən o, Əfsanəni döymüş, sonuncu isə sosial yardım ala bilmək üçün həmin uşağa əvvəlki həyat yoldaşının soyadını verdiyini bildirmişdir. Əfsanəni döydüyünə görə inzibati qaydada həbs olunmuşdur. 26 dekabr 2022-ci il tarixində evə gələrək Əfsanənin telefonunda öz qızı ilə əxlaqsız videolarını görmüşdür. Əfsanə ibtidai istintaq zamanı onunla üzləşdikdə əxlaqsız hərəkətləri ona öz qızına qarşı etməyi guya sonuncunun məcbur etdiyini bildirmişdir. O, 26 dekabr 2022-ci il tarixində Əfsanəni gecə evdən qovarkən Əfsanə ona gedəsi yerinin olmadığını bildirərək, ona 1 ay möhlət verməsini istəmiş, o isə sonuncuya vaxt verəcəyini , lakin birgə faktiki nigahdan doğulmuş uşaqların özü ilə qalacağını bildirmişdir. 23 yanvar 2023-cü il tarixində o Əfsanəyə 100 manat pul verərək işə getmiş, axşam işdən gələrkən Əfsanənin onun uşaqlarını da götürüb getdiyini görmüşdür. 24 yanvar 2023-cü ildə 14-cü Polis Bölməsinin əməkdaşları Zərərçəkmiş şəxs1 zorlanması ilə bağlı onu Polis Bölməsinə aparmış, 26 yanvar tarixinə qədər orada qalmışdır. Günay, Əfsanə və o müvafiq ardıcıllıqla ekspertizaya aparılmış, ekspertizadan sonra polis əməkdaşları tərəfindən buraxılmışdır. O, evə gələrkən Əfsanənin evdə olan əşyaları götürüb apardığını görmüşdür. Daha sonra qonşu Səbinədən Əfsanənin nömrəsini əldə edərək sonuncu ilə əlaqə saxlamaqla yalnız birgə faktiki nigahdan doğulan uşaqlarının ona verilməsini tələb etmişdir. O, həmin gün ancaq uşaqlarını axtarmışdır. Belə ki, öz qızı ilə əxlaqsız hərəkətlər edən qadına öz uşaqlarının gələcəyini əmanət edə bilməmişdir. Əfsanəni tapsa da sonuncu onu uşaqları ilə görüşdürməmişdir. Əfsanədən ancaq uşaqlarını istəmiş, hadisə günü bıçağı qorxutmaq məqsədilə Əfsanəyə uzatmış o isə bıçağı tutduğuna görə əli sıyrılmışdır. Muraddan uşaqların yerini öyrəndikdən sonra Əfsanənin əlini skoç və iplə bağlamış, ayağa qalxa bilməməsi üçün dizindən bıçaqla vurmuşdur. O, uşaqlarını götürməyə gedərkən yaşadıqları evdən bir nəfər kişi cinsindən olan şəxsin çıxdığını görmüş, Günayı maşına otuzdurduqdan sonra sonuncuya həmin şəxsin kim olması barədə suallarına sonuncunun həmin şəxsin Ramin olması, ümumiyyətlə bütün hadisələrin səbəbinin anası olduğunu bildirməsi məzmunununda cavab verməsinə görə vaxtında bu söhbətləri ona daşımaması üçün Zərərçəkmiş şəxs1 şillə vurmuş, daha sonra onu ehtiyatsızlıqda qətlə yetirmişdir. Günayı öldürdükdən sonra geri qayıdarkən atasına zəng edərək ölməsin deyə Əfsanənin qolunu açmasını bildirmişdir. Günayı ehtiyatsızlıqdan avtomobildə öldürmüşdür. Belə ki, onu qorxutmaq üçün bıçağı sinəsinə dirəyərkən təsadüfən bıçaq ona dəymişdir. O, özünü itirdiyinə görə Günaya dəyən xəsarətləri xatırlamır. O özü könüllü şəkildə əməliyyatçı Azər müəllimə yaxınlaşaraq etdiyi əməl barədə məlumat vermişdir. Bundan başqa polis əməkdaşları tərəfindən tutularkən Zərərçəkmiş şəxs1 maşında olmuş, o, özünü itirdiyinə görə sonuncunu xəstəxanaya aparmamışdır. Onun uşağı öldürmək fikri olmamış, niyyəti öz uşaqlarını Qanuni nümayəndə geri almaq üçün Günayı anasının yanına aparmaq olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilən 01 mart 2023-cü il tarixli məhkəmə-genetik ekspertiza rəyi ilə razılaşmyaraq bildirmişdir ki, Günay ilə cinsi əlaqədə olmamış, onu zorlamamışdır. Meyid üzərində olan sperma nümunələri ona məxsus deyildir. Belə ki, ondan ekspertiza üçün nümunələr götürülməmişdir. Müstəntiq tərəfindən Zərərçəkmiş şəxs1 paltarlarına ona aid sperma nümunələri yaxılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, onun Təqsirləndirilən şəxslə rəsmi nikahı olmamışdır. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs işdən evə gəldikdən sonra Zaur Günayı da yuxudan oyadılmasını və hər ikisi ilə işinin olduğunu bildirmişdir. Daha sonra Zaur qızını və onu soyundurmuş, qızına təcavüz etmiş və qızı ilə onu telefona çəkmişdir. Zaurun əlində bıçaq və şiş olmuşdur. Zaur onlara dediklərini etməyi tələb etmişdir. Zaur qızını bıçaqla vuraraq hər ikisini öldürəcəyi ilə hədələməklə baş verənlər barəsində susmalarını tələb etrmişdir. Bir müddət keçdikdən sonra Zaur onları yenə döymüş və oturduğu yerdə qızını soyundurmağa başlamış, ona və qızına təcavüz etmişdir. Həmin günün ertəsi gün o, Zaura ayrılmaq istədiyini dedikdə sonuncu uşaqları ona verməsini istəmiş, amma o Zaurun təklifi ilə razılaşmamışdır. Qeyd etdiyi hadisələr dekabr ayında baş vermişdir. O, qorxu içində olduğuna görə bölməyə getmiş və bütün baş verənləri polis əməkdaşlarına danışmış, onu ekspertizaya göndərmiş, daha sonra polis əməkdaşları ekspertiza sənədlərini prokurorluğa göndərəcəklərini bildirmişdirlər. O, bölmənin yanında ev tutmuş, lakin Zaur qonşuları Səbinəyə onun həyat yoldaşına xəyanət etdiyini bilməsini göstərməklə sonuncunu xəyanəti barəsində məlumatı yoldaşına ötürəcəyi ilə hədələyərək ona məxsus nömrəni əldə etmişdir. Zaur ona zəng edərək Gürcüstana gedəcəyi üçün evdə qalan əşyaları götürməsinə icazə verdiyini və evə məxsus açarı ona verəcəyini bildirdiyindən oğlu ilə həmin evə getmişdir. Evə çatdıqdan sonra Zaur ona paltarlarını yığdıqdan sonra onları gedəcəkləri yerə aparacağını bildirmiş, maşını yolda saxlayaraq oğluna anası ilə 1-2 kəlmə söhbət edəcəyi üçün evə getməsini bildirmiş, oğlu evə getdikdən sonra bıçağı çıxararaq onun əllərini tutmuş, balaca qızı ilə görüşmək istədiyini qeyd edərək onu maşında döyməyə başlamış və maşını evin qarşısına gətirərək onu evin hamam otağında əlini, ayağını bağlayaraq kilidləmiş, ona başına oyun açacağını söyləmişdir. O, özünü hamamın pəncərəsindən atmış, qonşular vasitəsilə polisə zəng edərək baş verənləri danışmışdır. Zaurdan qorxduğu üçün əvvəllər polisə müraciət etməmiş, bundan başqa polisə məlumat vermək üçün kifayət qədər imkanlara malik olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, orta təhsilli olub, təhsilini Maştağa qəsəbəsində yerləşən 128 nömrəli tam orta məktəbdə almış, ali məktəbə qəbul olunmamışdır. O, 2008ci ildə X17 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs1 və oğlu xx.xx.2011-ci il təvəllüdlü Şahid1 dünyaya gəlmişdir. Əri Azər spirtli içki alüdəçisi olduğu üçün 2012-ci ildə rəhmətə getmişdir. 2017-ci il tarixdən etibarən Maştağa qəsəbəsi, Südçülük Sovxozunda yerləşən qadın geyimlərinin satışı mağazasında satıcı kimi işləməyə başlamışdır. Həmin müddət ərzində isə taksi fəaliyyəti ilə məşğul olmuş və həmin mağazaya müştəri gətirən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bir ay ərzində Zaurla tez-tez telefonla əlaqə saxlayıb yaxın münasibət qurduqdan sonra onunla evlənmək qərarına gəlmişdir. O, Zaura əvvəllər ailəli olduğunu və həmin nikahdan iki azyaşlı övladının olduğunu demişdir. Zaur isə onu və övladlarını qəbul etməyə hazır olduğunu bildirmişdir. Zaurun dediyinə görə onun özü də əvvəllər Aynur adlı qadınla ailəli olmuş, həmin nikahdan Fatimə və Murad adlı iki övladı olmuş, lakin onlar rəsmi qaydada boşanmışlar. Zaurun birinci arvadı və uşaqları ilə əlaqəsi, gediş-gəlişi olmamışdır. Onun valideynləri Zaurla ailə qurmağına razı olmadıqlarında Zaura qoşulub qaçmış və onlar ailə qurduqdan sonra birlikdə Maştağa qəsəbəsi, M.Hüseyn küçəsi dalan 9, ev 9 ünvanında yaşamağa başlamışlar. O, Zaurla ailə qurduğu üçün öz valideynləri, qardaş və bacıları ilə əlaqəsi kəsilmiş, hazırda da onlar onu qəbul etmirlər. Ailə qurduğu ilk günlərdə Zaur təmkinli, normal insan olmuşdur. Onların münasibətləri yaxşı olmuş, ona və ilk evliliyindən olan övladlarına qayğı ilə yanaşmışdır. Zaur özü də orta təhsilli olub, tikinti sahələrində fəhləliklə məşğul olub ailələrini saxlamışdır. Zaur siqaret çəksə də, narkotik vasitələrdən istifadə etməmiş, nadir hallarda spirtli içki qəbul etmişdir. Təxminən 3-4 ay sonra Zaur evdə əsassız mübahisələr edib ailədə söz-söhbət yaratmış, müxtəlif bəhanələr gətirərək birinci nikahdan olan övladlarını döymüşdür. Hətta o, övladlarının döyməsinin qarşısını almaq istədikdə onun özünü də döyərək zorakılıq etmişdir. Zaurun onlarla qonşuluqda yaşayan ata və anası da Zaurun onu və övladlarını döyməsinin şahidi olmuşlar. Lakin həm gənc ailə olduqlarından, həm də Zaurdan qorxduğundan bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. xx.xx.2019-cu il tarixdə Zaurla evliliklərindən Günel Şadatova adlı qızı, xx.xx.2021- ci il tarixdə isə Şahid3 adlı oğlan övladı dünyaya gəlmişdir. O, öz uşaqlarını çox istəsə də, onun birinci evliliyindən olan uşaqları ilə də daim pis rəftar etmişlər. 2019-cu ildə onlar ailəlikcə Bərdə rayonuna getmiş, qayıdanda qatarla qayıtmışlar. Həmin vaxtı qatarda yer olmadığı üçün qızı Günay Zaurun yanında yatmışdır. Onlar Bakıya gələndən sonra qızı ona xəlvətdə bildirmişdir ki, atası Zaur qatarda birlikdə yatan zaman onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Qızı həm də bildirmişdir ki, bir il müddətində Zaur dəfələrlə onun evdə olmamağından istifadə edib onu soyundurmuş, onunla arxa keçəcəkdən cinsi əlaqədə olmuşdur. O, bunu eşidən kimi dərhal Zaurla danışmış, lakin Zaur boynuna almadığı üçün 14-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı nə kimi qərar qəbul edildiyini bilmir, ancaq həmin dövrdə Zaurun bir ay müddətinə inzibati qaydada həbs etmişlər. Zaur həbsdən çıxıb gələndən sonra onlar uşaqlara xatir barışmış və yenidən evlilik həyatları davam etmişdir. Səhv etmirsə 2022-ci ilin dekabr 15-i təxminən saat 23 radələrində uşaqlar yatandan sonra yaşadıqları evdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi dalan 9 ev 9-də olan zaman Zaur əvvəllər onun barəsində 14-cü PB-nə etdiyim şikayət etmələrini, buna görə də onun 30 gün həbs olunmasını bəhanə gətirərək onu və qızı Günayı öldürəcəyi ilə hədələyib onlardan soyunmalarını tələb etmişdir. 15 dekabr 2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zaur hətta əlində olan bıçaqla qızının kürək və qol nahiyəsindən xəsarət yetirmişdir. Onlar soyunandan sonra o, öz cinsiyyət orqanını Günayın bədəninə cinsi orqanına sürtdükdən sonra ağzına almasını tələb etmiş, yalvarsa da arxadan qucaqlayıb onunla cinsi əlaqədə olmuşdur. Lakin qızı ilə dəqiq olaraq təbii, yoxsa qeyri-təbii yolla cinsi əlaqədə olduğunu deyə bilmir. O, gördüyü zaman qızı ilə qeyritəbii yolla cinsi əlaqədə olmuş, Günayın ağzından köpük gəlmişdir. Bir qədər olduqdan sonra isə onun özünü də öldürəcəyi ilə hədələyib təbii yolla cinsi əlaqədə olmuşdur. O, ikisi ilə də eyni vaxtda cinsi əlaqədə olub spermanı qızının ayaqlarına tökmüşdür. Zaur onlarla zorla cinsi əlaqədə oluqdan sonra kiməsə məlumat verəcəkləri halda onları öldürəcəyi ilə hədələmişdir. Bundan bir neçə gün sonra yəni xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrdə yaşadıqları evdə yenidən onlardan soyunmalarını tələb edib onlarla zorla cinsi əlaqədə olmuş, evin həyətindən şiş, şlanq gətirib öldürəcəyi ilə hədələyərək bir neçə gün əvvəl olduğu kimi yalvarmasına baxmayaraq əvvəlcə qızı ilə, sonra isə onunla zorla cinsi əlaqədə olmuşdur. Həmin vaxt isə qızının üz nahiyəsi ona tərəf olduğu üçün konkret olaraq təbii, yoxsa qeyri təbii yolla cinsi əlaqədə olduğunu görə bilməmişdir. Onun özü ilə təbii yolla iradəsinə zidd olaraq cinsi əlaqədə olmuşdur. O, artıq Zaurun etdiklərinə dözə bilməmiş, lakin polisə məlumat verməyə də qorxmuşdur. Çünkü Zaur onları hər dəfə öldürəcəyi ilə hədələmiş, 27 yanvar 2023-cü il tarixdə Zaur onu və övladlarını yaşadığı evdə görmək istəmədiyini dediyi üçün qeyd edilən tarixdə övladlarını özü ilə götürüb kirayə tutduğu ünvan 6 ünvanın yerini Zaura deməmiş, 28 yanvar 2023-cü il tarixdə qızı Günayla birlikdə Sabunçu Rayon Polis Bölməsinin 14- cü Polis Bölməsinə ərizə ilə müraciət edərək Zaurun qızını zorlaması barədə məlumat vermişdir. Dərhal polis əməkdaşları tərəfindən polis bölməsində izahatları alınmış, Günay məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Bu müddət ərzində Zaurla əlaqəsi olmamışdır. Polisdən onlara bildirmişlər ki, ekspertizanın cavabı daxil olduqdan sonra material prokurorluğa göndəriləcək. 01 fevral 2023-cü il tarixdə saat 21 radələrində Zaur istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan yeni aldığı özünə məxsus ***-***-**-** nömrəyə zəng vurub harada olduğunu barışmaq istədiyini, etdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Zaur onun nömrəsini qonşudan öyrənmişdir. O isə onun dediklərinə inanmayıb olduğu yeri bildirməmiş, Zaur isə dayanmadan zənglər etmiş, smslər yazmış və barışmaq istədiyini demişdir. Bundan sonra Zaur onu aldadaraq Gürcüstan Respublikasına gedəcəyini, ona görə də sonuncu dəfə onu görüb uşaqlar üçün bazarlıq edəcəyini, bir daha incitməyəcəyinin bildirmişdir. O da Zaurun dediklərinə inanıb yaşadığı ünvana taksi çağırıb oğlu Muradla birlikdə əvvəlcə “20 yanvar” metro stansiyasına, oradan isə “Bakı Beynəlxalq Avtovağzalı”-na getmişlər. Avtovağzalda “Bravo” marketin qarşısında Zaurun ona yeni aldığını bildirdiyi avtomobilin qarşısında dayandığını görmüş, Zaur onu görüb avtomobilə əyləşməyini söyləmiş, o isə qorxduğu üçün avtomobilə oturmaq istəməmişdir. Zaur isə dayanmadan ona yalvarmış, barışmaq istədiyini, polisə məlumat verməməyini, onları incitməyəcəyini demişdir. Bundan sonra Zaur marketə daxil olub uşaqlar üçün bir sıra ərzaq məhsulları alıb birlikdə yaşadığı Maştağa qəsəbəsi, M.Hüseyn küçəsi, dalan 9 ev 9 ünvana gedərək orada olan paltarlarını götürməli oluğunu bildirmişdir. Avtomobili küçəyə sürüb bir qədər kənarda saxlamış, əvvəlcə maşından düşüb evə daxil olaraq ağ rəngli boğçanın içərisində paltarlarını özü ilə gətirib maşının arxa saxlanc yerinə qoymuşdur. Sonra isə evin açarlarını oğlu Murada verib evə getməsini demiş, onunla bir qədər söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra oğlu Murad avtomobildən düşüb evə getmiş, Zaur isə arxa oturacaqda yanında əyləşmişdir. O, yanında əyləşən kimi qəflətən hardan çıxardığını görmədiyi dəstəyi sarı rəngli taxta, tiyəsi isə metal materialdan olan bıçağı çıxarıb “yadındadır sənə söz vermişdim ki, səni öldürəcəm” deyib həmin bıçaqla boğaz nahiyəsinə tərəf zərbə vurmaq istədikdə o, hər iki əli ilə bıçağın tiyəsindən tutub yalvarmağa başlamış, Zaur isə bıçağı əlindən dartmaq istəyəndə hər iki əlinin barmaqları kəsilmişdir. Zaur yenidən sinə nahiyəsindən zərbə vurmaq istədikdə sol ayağını zərbənin qarşısına tutmuş, həmin vaxt bıçaq ayağına baldır nahiyəsinə batmışdır, sonra isə sol ayağına bir daha bıçaq zərbəsi vurmuşdur. Sonra isə həmin bıçaqla sağ ayağından da vurmuşdur. Zaur ona bıçaq zərbələrini yalnız avtomobildə olan zaman vurmuşdur. Bundan sonra avtomobildə olan yapışqan lentlə ağzını bağlamış, əllərini və ayaqlarını bir-birinə dolayıb avtomobilin sükanı arxasına keçib maşını evin qarşısına sürərək onu qolundan tutub sürüyə-sürüyə avtomobildən düşürdüb evin qonaq otağında olan divanın üzərində otuzdurmuşdur. Həmin vaxtı küçədə heç kim olmamışdır. Oğlu Murada isə bildirmişdir ki, Murad ondan şikayət etmədiyi üçün onunla işi yoxdur. Bundan sonra Murad onun tapşırığı ilə həyətdən ipi gətirmiş, o da həmin iplə əllərini, ayaqlarını bir daha bağlayıb onu sürüyərək hamam otağına aparmışdır. Hamamda isə gözlərini yapışqan lentlə bağlayıb, ağzına da parça tıxayaraq üzərində bir daha yapışqan lentlə dolamışdır. Zaur bunu edə-edə ona “hələ bu harasıdır, gedirəm qızını da gətirib yanında öldürəcəm” deyə bildirmişdir. Daha sonra on yerdə oturaqlı vəziyyətdə qaldığı hamam otağının qapısını örtüb oğlu Muradı özü ilə aparaq evi tərk etmişdir. O, bir müddət huşunu itirmiş, lakin sonradan qəflətən özünə gələrək əllərini kəndirdən və yapışqan lentdən bir təhər azad etmiş, sonra isə əlləri ilə ağzında olan yapışqan lenti aşağı çəkmişdir ki, nəfəs ala bilsin. Bundan sonra özündə güc toplayaraq ayağa qalxıb evin həyətinə çıxmış, hasara çıxıb qonşu Şəbinə adlı qadının yaşadığı evin həyətinə yıxılmışdır. O, onların həyətinə düşəndə Şəbinə səs çölə çıxmış və onu görüb nə baş verdiyini soruşanda ondan xahiş etmişdir ki, dərhal polisə zəng vursun. O, Səbinənin mobil telefonu vasitəsi ilə 14-cü Polis Bölməsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları və TTY əməkdaşları birlikdə gələrək onu X22 aparmışlar. Qızı Günayın taleyi ilə bağlı isə hər hansı bir məlumatı olmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, Zaur 2022-ci ilin dekabr ayında onunla və qızı Günayla iradələrinə zidd olaraq cinsi əlaqədə olan zaman ona məxsus olan “Redmi Note 9” markalı mobil telefon vasitəsi ilə həmin kadrları videogörüntüyə almışdır. Lakin sonradan görüntüləri silmiş, həmin telefonu və qızına məxsus telefonu isə Zaur sonradan oğlu Muradla birlikdə Neftçilər metrostansiyası yaxınlığında olan “lombard”-lardan birinə pul qarşılığında vermişdir. Zaurun onun qızı ilə birinci dəfə dəqiq olaraq hansı tarixdə cinsi əlaqədə olduğunu bilmir. O, əvvəllər heç vaxt onun yanında Günaya qarşı hər hansı bir seksual hərəkət etməmiş, heç vaxt qızının bədəni üzərində xəsarət görməmişdir. 2022-ci ilin dekabrın 15də birinci dəfə onun gözləri qarşısında Günayı kürəyindən, qolundan bıçaqlayaraq onunla zorla cinsi əlaqədə olmuş, növbəti dəfə isə xx.xx.2022-ci il tarixdə zor tətbiq edəcəyi ilə hədələyib yaşadıqları evdə qeyri-təbii yolla zorlamışdır. Onun özünü də zorlamış, hətta rezin şallaqla döysə də, hazırda bədəni üzərində heç bir xəsarət qalmamışdır. Zaur onları öldürəcəyinə dair hədələrindən qorxub polisə dərhal şikayət etməmişlər. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə onun əl-qolunu, ağzını yapışqan lentlə bağlamaq, ayaq nahiyələrindən bıçaq xəsarətləri yetirməkdə məqsədinin nə olduğunu bilmir, Zaur ən çox qızı Günayı tapmaq istəmişdir. Buna görə də onun buna mane olmaması üçün əli-qolunu, ağzını bağlamışdır ki, qızı tapsın. Zaur onun ağzına əski qoyub yapışqanla üstündən dolamış, sonra isə kəndirlə bağlamışdır ki, qışqıra bilməsin. Zaur bu hərəkətləri edən zaman, “görərsən hələ qızının başına nə oyun açacam” deyə ona bildirmişdir. Hadisə vaxtı Zaurun onu öldürmək üçün imkanı olmuşdur, həmin vaxtı yaralı vəziyyətdə olmuşdur. Buna görə də müqavimət göstərə bilməmiş, Zaura xəsarət yetirməmişdir. Oğlu Murad isə balaca uşaqdır, yalnız Zaura yalvarmışdır, anası ilə işi olmasın. Zaur isə Muradı və onu qorxudur, sakit oturmalarını tələb etmişdir. Evdə onlardan başqa heç kim olmamış, qonşunun həyətinə də kiminsə köməyi ilə deyil, özü zorla özünü toparlayıb düşmüşdür. Təqsirləndirilən şəxs əvvəllər ailəli olmuş, onda olan məlumata görə Zaur əvvəlki ailəsi ilə də pis davranmış, tez-tez onları döymüşdür. Zaur əsasən ona və birinci nikahdan olan övladlarına qarşı zorakılıq etmiş, onunla nikahından olan öz övladları Adil və Günelə qarşı isə hər hansı zorakılıq etməmişdir. Ona görə də Zaurun konkret olaraq nə üçün ona və övladlarına zorakılıq tətbiq etməsinin səbəbini deyə bilmir. Təqsirləndirilən şəxs hadisədə istifadə etdiyi bıçağı və yapışqan lenti qabaqcadan özü ilə gətirmişdir. Bıçaq hiss olunurdu ki, yenidir. Evdə elə bir mətbəx bıçağı olmamışdır. Bıçağın uzunluğu təxminən 15-20 sm olmuşdur. Hadisə günü Zaurun əynində səhv etmirə boz rəngli balon gödəkçə, qəhvəyi rəngli boğazlı pulover olmuşdur. Şalvarını və ayaqqabısını isə xatırlamır. Hadisə təxminən 10 dəqiq davam etmiş, ona qarşı elədiklərinə yalnız oğlu Murad şahid olmuşdur. Ramin adlı şəxs Maştağa qəsəbəsində yaşayır, taksi sürücüsü işləyir. Onun Ramin adlı şəxslə heç bir yaxın, intim münasibəti olmamış, yalnız müştəri kimi maşınına əyləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o atasını artıq çox istəmir, çünki o bacısını öldürmüşdür. Atası onu ailə üzvlərini öldürməklə hədələyərək bacısının üstünə şər atmasını və oğlanlarla danışıdığını söyləməsini tələb etmiş, o da məcbur olaraq belə demişdir. Atası Zaur əsəbləşərkən bacısına şiş və bıçaq vurmuşdur. Onlar ev tutduqdan sonra polisə xəbər vermiş, anası polisə baş verənləri danışmışdır. Bacısı və anası 14-cü polis bölməsində ərizə yazmışdırlar. Atası tutulduqdan bir müddət sonra buraxılmışdır. Zaur anasına zəng edərək barışmaq istədiyini demiş, amma anası barışmadıqda Zaur onlara yalandan başqa ölkəyə pul qazanmağa getmək istədiyini bildirmiş, onu yola salmalarını və evdən əşyalarını götürmələrini bildirmişdir. Zaur anasına yalvararaq barışmaq istədiyini demiş, anası isə barışmamış, daha sonra onları maşına mindirmiş və onlara təklif etmişdir ki, dəniz qırağında yemək yesinlər. Sonra axşam olarkən onu maşından düşürdərək anası ilə söhbət edəcəyini bildirmişdir. Daha sonra Zaur evdə anasının əlini qolunu bağlamış, anasını hamam otağına qoymuş, Zaur onu apararaq bacısının olduğu evə gətitmiş, daha sonra onu uşaqların yanında qoyub bacısı Günayı götürmüşdür. O, Zauru ata kimi görəndə 4 yaşı olmuşdur. Onu 2-ci ata kimi saymışdır. Zaur onun anası ilə sonuncu sosial müavinət aldığına görə evlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 hüquqi varisi X15 ifadə verərək göstərmişdir ki, Günayın atası Günay 4 yaşında olarkən vəfat etmiş, Əfsanə uşaqları körpəlikdən Zaurun yanına aparmış, o uşaqların incidildiyini bilmişdir. Uşaqları 9 il nənəsinə göstərməmişdirlər. Anası xəstə olanda qardaşı uşaqlarının nənəsi ilə görüşdürülməsini xahiş etmiş, ikinci dəfə nəvələrini görüşə gətirdiyi günün ertəsi təqsirləndirilən şəxs nənəsi yaşayan evin uşaqlardan birinin adına keçirilməsini tələb etmişdir. Günay öldürülən günü işdə olarkən dayısı qızı zəng edərək Günayın öldürülməsi xəbərinin yayıldığını bildirmişdir. O, xəbəri dəqiqləşdirdikdən sonra Günayı morqdan götürüb yuduzdurmağa aparmışdır. Zaur uşaqların adına ev keçirilə bilmədiyinə, həmçinin onun hərəkəti barəsində polis bölməsinə şikayət olunduğuna görə qisas almaq məqsədilə bu hadisəni törətmişdir. Təqsirləndirilən şəxs uşaqları onun yanına gətirib apararkən onun etdiyi hərəkətlər barəsində heç nə bilməmişdir. O, uşaqların incidildiyini eşitsə də əlində sübut olmadığı üçün aidiyyəti orqanlara müraciət edə bilməmişdir. Əfsanə ona Zaurun Günaya toxunmadığını bildirmişdir. O, məhkəmə zalında öyrənmişdir ki, Günaya qarşı zorakılıq hərəkətləri əvvəllər də olmuşdur. Günay dəfn edildikdən sonra gedib qardaşı oğlunu təqsirləndirilən şəxsin atası Adilin evindən tapmışdır. O, ətrafdakılardan eşitmişdir ki, Zaur Günaya və Əfsanəyə dəfələrlə zorakılıq hərəkətləri etmişdir. Əfsanənin Zaurdan əvvəl yaşadığı qonşunun anası onlara gələrək öz iradlarını bildirmişdir. Bundan sonra Əfsanə 9 ay müddətində uşaqları onların üzərinə ataraq çıxıb getmişdir. Əfsanə uşaqları nənəsinin yanında tərk edib getdikdən sonra tərəflərindən uşaqların onların qəyyumluğuna verilməsi üçün məhkəməyə verdikləri iddia ərizəsi təmin edilməmişdir.Ətrafdakı insanların Zaurun zorakılıq hərəkətləri barəsində məlumatları olmuşdur. Əfsanəgil yaşadığı evin arxasında yerləşən dükanda işləyənlər ona hadisədən sonra bildirmişdir ki, Günay və Əfsanə dəfələrlə Zaurdan qaçaraq burada gizlənmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o yatdığı zaman təxminən gecə saat 1 və ya 2-ə işləmiş Zaur ona zəng edərək tez gedib Əfsanəyə kömək etməsini bildirmiş, daha sonra o, Zaura zəng etsə də sonuncuya zəng çatmamışdır. O, Əfsanə olan yerə getdikdə “Niva” markalı avtomobillə 4 nəfər polis əməkdaşının ora getdiyini görmüşdir. Hadisə yerində Əfsanə olmamış, sonradan polislərlə birlikdə Zaura nə qədər zəng etsələr də ona zəng çatmamışdır. Bu hadisə baş verənə kimi onun söhbətlərdən xəbəri olmamışdır. Zaur xaraktercə əsəbi insan olsa da tərəfindən ögey uşaqlarının döyülməsinə inanmır. Zaur ailə həyatı qurduqdan sonra 1-2 dəfə onların evlərində olmuşdur. Maddi vəziyyətləri yaxşı olmuşdur. Müstəntiq ona Zaurun Günayı zorladığını bildirmişdir. O, Zaurun bu əməlini çox pis qarşılamışdır. Zaurla Əfsanə özləri bir-biri ilə tanış olmuşdurlar. Onlar Əfsanəgilə elçi getsələr də Əfsanənin atası buna razı olmamışdır. Nikah dövründə bir neçə dəfə Zaur Əfsanəni döymüş, 2-3 dəfə hətta onları barışdırmışdır. O, sonuncu dəfə Əfsanə və Zaura yola getmədiklərinə görə ayrılmalarını təklif etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hadisə baş verən günü bir nəfər xanımın bıçaqlanması barəsində həmin xanımın qonşusu tərəfindən onlara məlumat daxil olmuşdur. Onlar hadisə yerinə yaxınlaşıb hadisənin səbəbini Qanuni nümayəndə qonşusundan soruşduqda o, Əfsanənin əri tərəfindən bıçaqlandığını və divardan əli-qolu skoçla bağlı halda onun həyətinə keçdiyini bildirmişdir. Əfsanəyə yaxınlaşıb nə baş verdiyini soruşduqda o, ikinci yoldaşı tərəfindən bıçaqlandığını, həmin şəxsin qızını öldürmək üçün getdiyini bildirmişdir. X24 necə tapa biləcəklərini soruşduqda o, Zaurun qəsəbənin girişində olan, Asif adlı şəxsin işlətdiyi “Rent a car” dan ağ rəngli “Hyundai Accent” markalı maşını götürdüyünü göstərmişdir. Əməliyyat qurupunun bir hissəsi orada qaldıqdan sonra onlar maşını müəyyən etmişdirlər. O, Asifin yanında “Gps”-lə maşının olduğu əraziyə baxdıqda, təqsirləndirilən şəxsin maşını məcburi köçkünlər üçün ayrılmış binalar olan yerdə saxladığını müşahidə etmişdir. Onlar polis əməkdaşları ilə məhəllənin giriş və çıxışlarını bağlamışdırlar. Zaur qaçıb gizlənmiş, geriyə qayıdarkən polis əməkdaşı onu saxladıqda Təqsirləndirilən şəxs axtarılan şəxsin özü olduğunu bildirmişdir. O, yaxınlaşıb Zauru maşına əyləşdirib, qızın harada olduğunu soruşduqda qızı bıçaq zərbəsilə vurduğunu, zorladığını və düzənlik kimi yerə atdığını, bəlkə də itlərin onu parçaladığını bildirmişdir. Onlar Günaya yaxınlaşdıqda o hələ ölməmişdi. Onu tərpətdikcə qan çölə tərəf laxtalanmışdır. Hadisənin olduğu yerin şəraiti pis olduğu üçün təcili tibbi yardım oraya çata bilmədiyndən onlar Günayı maşınla Məmmədyarov dairəsində təcili tibbi yardım maşınına təhvil vermişdirlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 02 fevral 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilmiş, xarici cinsiyyət orqanından və arxa keçəcək dəliyindən taponla nümunə, hadisə zamanı əynində olmuş qara rəngli idman şalvarı və qan nümunəsi qablaşdırılaraq götürülmüşdür. (Cild 1 , iş vərəqə 6-13) 02 fevral 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən Çöllük ərazidə yerləşən boş torpaq sahəsidir. Həmin ərazi böyük sahəni əhatə etməklə ora yalnız torpaq yolla hərəkət etmək mümkündür. Zərərçəkmiş şəxs1 hərəkətsiz vəziyətdə aşkar edildiyi yerdən sağ və sol tərəfdə 1 km aralıda yaşayış evləri yerləşir. Ərazidə hər hansı bir işıqlandırma yoxdur. Baxış iştirakçısı Şahid2 Zərərçəkmiş şəxs1 aşkar edildiyi yeri göstərib onu tapan zaman yerdə sağ böyrü üstə uzanıqlı vəziyyətdə olduğu, yaralı halda huşunun qismən özündə olduğunu bildirmişdir. Həmin yerdən 4 metr sol içərisində lazımsız əşyalar atılmış çala vardır. Həmin çalada aşkar edilmiş bir ədəd yapışqan lent iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı ətrafda hər hansı bir qanabənzər ləkə aşkar edilməmişdir. Hadisə yerinə baxış başa çatdıqdan sonra baxış iştirakçıları ilə birlikdə cinayətkarın hadisə vaxtı istifadəsində olmuş "Hyundai Elantra” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsi üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Qaçqınlar şəhərciyi 810 saylı 9 mərtəbəli yaşayış binasının qarşısında Avtomobil həmin bina ilə 6 saylı uşaq bağçası arasında səkinin kənarında parklanmışdır. Avtomobil ağ rəngli olmaqla 2012-ci il buraxılışlıdır. Ban nömrəsi KMHDG41ClD4507755dir. Avtomobil 4 qapı ilə təchiz olunub, sağ arxa və qabaq qapı üzərində köhnə zədə izləri vardır. Avtomobilin təkərləri, bamperi, sarı rəngli palçığa bulaşmışdır. Avtomobilin salonu çirklidir, oturacaqlar parça materialdandır. Avtomobilin qabaq salonundaiki oturacaq arasında olan saxlanc yerindən içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, 2 ədəd lombard qəbzi, 2 ədəd etibarnamə aşkar edilərək götürülmüşdür. Avtomobilin qabaq torpedasında olan saxlanc yerindən içərisində avtomobilə aid sənədlərin ksero surətləri, etibarnamə qablaşdırılaraq götürülmüşdür. Avtomobilin iki oturacağı arasında əl əyləcinin yanında olan boş yerdən tiyəsi metaldan, dəstəyi taxta materialdan olan üzərində “Feng feng” sözləri yazılmış mətbəx bıçağı aşkar edilərək götürülmüşdür. Bıçağın tiyəsi üzərində qanbənzər ləkələr var, uzunluğu 27 smdir. Avtomobilin arxa oturacağının üzərində qanabənzər ləkələr var. Arxa sağ qapının içliyindən və paroq hissədən qanabənzər ləkələr pambığa hopdurularaq qablaşdırılb götürülmüşdür. Avtomobilin arxa saxlanc yerində heç bir maddi sübut aşkar edilməmişdir (Cild 1, iş vərəqə 14-24). 02 fevral 2023-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” haqqında protokoldan görünür ki, Qanuni nümayəndə əynində olan paltarları, yəni boz rəngli şalvar və ağ rəngli kofta, Zərərçəkmiş şəxs1 əynində olmuş sarı rəngli kofta , qara rəngli topik mayka, bir ədəd corab götürülərək qablaşdırılmışdır (Cild 1, iş vərəqə 35-36). 02 fevral 2023-cü il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi” haqqında protokoldan görünür ki, Qanuni nümayəndə qan və tüpürcək nümunələri götürülmüşdür (Cild 1, iş vərəqə 47). 02 fevral 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 fevral 2023-cü il tarixdə əynində olmuş bir ədəd boz rəngli kapüşonlu gödəkçə, bir ədəd qara rəngli şalvar və bir ədəd tünd qırmızı rəngli uzunqol köynək götürülmüşdür. (Cild 1, iş vərəqə 92-93). 02 fevral 2023-cü il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Aidl oğlundan qan, tüpürcək və əl barmaq izləri nümunələri götürülmüşdür (Cild 1, iş vərəqə 95). 02 fevral 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il və 15 yanvar 2023-cü il tarixlərdə 200 manat pul götürülməsi müqabilində girov qoyulan iki ədəd “Redmi Note 9” markalı mobil telefonlar “Dakar” adlı Ticarət Mərkəzində lombard fəlaiyyət ilə məşğul olan X7 götürülmüşdür. (Cild 1, iş vərəqə 98-99). 02 fevral 2023-cü il tarixli “fərdi yaşayış evinə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi evin həyətyanı sahəsinin girişində dəmir materialında darvaza vardır. Fərdi evin həyətinə daxil olduqdan sonra sol tərəfdə bir mərtəbəli mişar daşı ilə inşa edilmiş fərdi evin yerləşdiyi, həyətyanı sahədə müxtəlif əşyaların olduğu, həyətin dağınıq vəziyyətdə olduğu müşahidə edilir. Fərdi evin giriş qapısı plastik materialındandır. Fərdi evə daxil olduqda otağın mərkəzində divan, yanında iki ədəd şkaf vardır. Otaqda yorğan, döşək və digər əşyaların dağınıq vəziyyətdə olduğu müşahidə edilir. Qonaq otağından sol tərəfdə yataq otağı, sağ tərəfdə mətbəx otağı yerləşir.Otağın divar boyunca mebel dəsti yığılmışdır. Həmin otadan sağ tərəfdə plastik qapısı olan hamam otağı vardır. Hamam otağının qapısının açıq vəziyyətdədir, yerdə qan izləri, həmçinin yapışqan lentlərin olduğu müəyyən edildi. Fərdi evin hamam otağında yerləşən yataq otağının da içərinin dağınıq vəziyyətdə olması müşahidə edilir. Baxış zamanı yapışqan lentlər sübutu əhəmiyyət kəsb etdiyi üçün ekspert kriminalist tərəfindən qablaşdınlaraq götürüldü. Həmçinin baxış zamanı fərdi evin hamam otağında olan qan izləri steril tonpula hopdurulmaqla müvafiq qaydada ekspert kriminalist tərəfindən götürülərək qablaşdırılmışdır (Cild 1, iş vərəqə 117-122). 02 fevral 2023-cü il tarixli hadisənin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, çöllük əraziyə baxış keçirilməsinə dair protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ərazi boşluq sahədən ibarətdir və kənarda fərdi evlərin yerləşdiyi müşahidə edilir. Ərazidə işıqlandırma yoxdur. Baxış keçirilmiş boşluq sahədə olan torpaq yolun kənarında, yerdə sağ böyrü üstə əynində san rəngli kofta, qara rəngli şalvar olan, sonradan adının Zərərçəkmiş şəxs1 olduğu bilinən şəxsin huşsuz uzanmış vəziyyətdə aşkar edildi. Huşsuz vəziyyətdə aşkar edilmiş Zərərçəkmiş şəxs1 əynində olan sarı rəngli koftanın üzərində qan izlərinin olduğu, həmçinin sinəsindən qan gəldiyi, sol dizində və sol qolunda xəsarətlərin olduğu müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs1 aşkar edildiyi yerdə, onun yanında bir ədəd göy rəngli gödəkçə, bir ədəd qara rəngli kişi alt paltarı, bir ədəd çəhrayı rəngli kofta, bir ədəd boz rəngli gödəkçə eyni zamanda iri ağ rəngli torbanın içərisində bir ədəd qara rəngli boğazlı pulover, bir ədəd boz rəngli trusik, bir ədəd göy rəngli cins şalvar, bir ədəd idman gödəkçəsi, bir ədəd qara rəngli kofta, bir ədəd qəhvəyi rəngli kofta və və bir qara rəngli köynək aşkar edildi. Baxış zamanı aşkar edilmiş geyimlər sübutu əhəmiyyət kəsb etdiyi üçün ekspert kriminalist tərəfindən qablaşdınlaraq götürüldü (Cild 1, iş vərəqə 123-126). 03 fevral 2023-cü il tarixli “əşyanın tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirmiş, 2 rəqəmi ilə nömrələnmiş bıçağı əlamətlərinə görə tanımış və bildirmişdir ki, 02 fevral 2023-cü il tarixdə Qanuni nümayəndə və Zərərçəkmiş şəxs1 həmin bıçaq vasitəsilə xəsarətlər yetirmişdir (Cild 1, iş vərəqə 123-126). 04 fevral 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş şəkillər və ifadələrin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxsin ifadələrinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Babayev X20 rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, dalan 9, ev 9 ünvanı və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, çöllük ərazidə Qanuni nümayəndə vurması , əlini, ağzını bağlayaraq hamam otağında kilidli vəziyyətdə qoyması, Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirərək zorlaması barədə ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir (Cild 1, iş vərəqə 181-191). Təqsirləndirilən şəxs tərəfindən lombarda girov kimi qoyulmuş “Redmi Note 9” markalı iki ədəd mobil telefonun yaddaşında olan məlumatlara baxış protokolundan görünür ki, telefonların “Menu” bölməsinə daxil olduqda Zərərçəkmiş şəxs1 “Whatsapp” qovluğunda əsasən müəllimələr, dostları ilə səsli danışlardan ibarət daxil olan və çıxan smslər əks olunmuşdur. Həmin smslərdə iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilmədi. Mobil telefonlara daxil olan və çıxan smslərin əks olunduğu “Mesajlar” qovluğunda mobil operatorlarda daxil olmuş smslər müşahidə edilir. “Qalareya” qovluğunda Təqsirləndirilən şəxs, Qanuni nümayəndə, Zərərçəkmiş şəxs1 mehriban şəkildə birgə çəkdirdikləri ailə fotoları, hər birinin ayrı- ayırlıqda tək şəkilləri və müxtəlif sevgi, kinolardan fraqmentlərin, eləcə də azyaşlı qadın cinsi şəxslərlə cinsi əlaqədə olmanın əks olunduğu video çarxlar vardır. Başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə olunmadı (Cild 1, iş vərəqə 129). Sabunçu rayon məhkəməsinin telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinə dair qərarına əsasən "xxxx" MMC-dən götürülmüş və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona 15 yanvar 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək olan dövrdə daxil olan, çıxan zənglərə, sms məlumatlarına, habelə həmin telefon nömrəsini 01 fevral 2023-cü il tarixədən 02 fevral 2023-cü il tarixədək istifadədə olduğu ərazi üzrə antena məlumatların əks olunduğu 1(bir) ədəd SD-R diskin yaddaşında olan məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun digər günlərdə əsas danışıqları iş yoldaşları, ailə üzvləri və 29 yanvar 2023-cü il tarixdən etibarən Qanuni nümayəndə istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla olmuşdur. xx.xx.2023-cü il tarixdə gün ərzində qonşusu Sərdar Məmmədovun istifadəsində olan ***- ***-**-**, onun oğlu Orxan Məmmədovun istifadəsində olan ***-***-**-** nömrəli, ustalıqla məşğul olan Eldar Verdiyev adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli, tanışı İlkin Quliyev adlı şəxsin istifadəsində olan 050- ***-**-** nömrəli, taksi sürücüsü Əliseyran Quliyev adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli telefonlarla olmuşdur. Həmin şəxslərlə telefon əlaqəsi saxlayan zamanı bildirmişlər ki, Zaurla danışıqları onun usta kimi gördüyü işlərlə bağlı olmuş, Zaur onlara cinayət törətmək fikirində olması, ailəsində problem olması barədə heç bir söz deməmişdir. 01 fevral 2023-cü il tarixdə saat 20-dən etibarən onun bütün danışıqları Qanuni nümayəndə istifadəsində olmuş 055- ***-**-** nömrəli telefonla olmuş, onlar qarşılıqlı olaraq bir-birlərinə zəng vurmuşlar. Təqsirləndirilən şəxs sonuncu zəngi isə 02 fevral 2023-cü il tarixdə saat 01:27-də atası Şahid3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə olmuşdur. Məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan telefona nömrəsinə daxil olan və çıxan sms mətnlərindən görünür ki, 29 yanvar 2023-cü il tarixdən başlayaraq 01 fevral 2023-cü il tarixədək bütün sms danışıqları Qanuni nümayəndə istifadəsində olmuş ***-***- **-** nömrəli telefonla olmuşdur. Yazışmalardan görünür ki, Əfsanə onun zənglərinə cavab vermir, o isə xahiş edir ki, zəngləri açsın, onu bağışlamasını, etdiyi hərəkətlərə görə peşmandır. Sonradan isə Əfsanənin həyatında kiminsə olduğunu, buna görə də ondan ayrılmaq istədiyini yazır, özünü öldürəcəyini, Əfsanəyə onsuz yaşaya bilməyəcəyini deyir. Əfsanə ondan qorxduğunu yazır, Zaur isə heç vaxt uşaqlarının anasını öldürməz deyə cavab yazır. Əfsanə isə cavabında onu narahat etməsin, artıq ondan ayrılıb, həyatında balalarından başqa heç kim yoxdur. Anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon 01 fevral 2023- cü il tarixdə bütün günü Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savxoz 2 küçəsinin, saat 21:25-də Sumqayıt şosesi 3 km, Bakı Beynəlxalq avtovağzalının, saat 23:34-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savxoz 2 küçəsinin, saat 00:35-dən etibarən isə Mərdəkan Buzovna yolunun anten dairəsində olmuşdur (Cild 2, iş vərəqə 178- 181). Sabunçu rayon məhkəməsinin telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinə dair qərarına əsasən "xxxx" MMC- dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077-637-10- 00 nömrəli mobil telefona 15 yanvar 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək olan dövrdə daxil olan, çıxan zənglərə, sms məlumatlarına, habelə həmin telefon nömrəsini 01 fevral 2023-cü il tarixədən 02 fevral 2023-cü İl tarixədək istifadədə olduğu ərazi üzrə antena məlumatlarına dair məlumatların əks olunduğu 1 (bir) ədəd SD-R diskin yaddaşında olan məlumatlara baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumat olan faylı açdıqda müəyyən edildi ki, həmin telefon nömrəsindən əsasən internet yəni GPRS xidmətindən istifadə edilmişdir. Onun digər günlərdə əsas danışıqları iş yoldaşları, tanışları, arvadı Qanuni nümayəndə istifadəsində olmuş ***-***-**-** nömrəli telefonla olmuşdur. 01 fevral 2023-cü il tarixdə günorta saatlarında X13 istifadəsində olan 055- ***-**-** nömrəli telefonla danışmışdır. Həmin şəxs telefon əlaqəsi saxlayan zamanı bildirmişdir ki, danışıqları Zaurun qardaşını maşın almaq istəməsi ilə bağlı olmuşdur. Zaur ona cinayət törətmək fikirində olması, ailəsində problem olması barədə heç bir söz deməmişdir. Hadisə baş verən ərəfədə və ondan sonra Zaurun heç kimlə danışığı olmamışdır. Məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərindən görünür ki, 31 yanvar 2023-cü il tarixdə Qanuni nümayəndə istifadəsində olmuş ***-***-**-** nömrəli telefona sms yazaraq “bu sms oxuyanda artıq həyatda olmayacağını, uşaqları çox istədiyini bildirir”. Anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon 01 fevral 2023-cü il tarixdə günorta saatlarına qədər Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüsenzadə küçəsinin anten dairəsində olmuşdur (Cild 2, iş vərəqə 202-205). 02 fevral 2023-cü il tarixli iş üzrə Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd; sol bazunun 3(üç) ədəd, sol bud nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 6 /altı/ ədəd). Başın, sifətin, boyunun, yuxarı və aşağı ətrafların əzilmiş yarası, qançır və sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs1 xəstəxanaya daxil olmasından (02 fevral 2023cü il (saat 05:20) 2-3 saat əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər; əzilmiş yara, qançır və sıyrıqlar isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir, sol bazunun 3(üç) ədəd, sol bud nahiyəsinin 2 (iki) ədəd (cəmi 5 /beş/ ədəd) deşilmiş- kəsilmiş yaraları, üst dodağın qançırı və selikli qişa səthinin əzilmiş yarası hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın, başın, sifətin, boyunun, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası ilə əlaqədar ürək kisəsinin və ürəyin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə olmuşdur, ölüm 02 fevral 2023-cü il tarixdə, saat 06:30-da X19 baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Lokalizasiya və xarakterinə görə xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs1 xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və.s) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, qızlıq pərdəsinin zədələnmiş qansızmalı nahiyələrində iltihabi əlamətlər əmələ gəlmədiyindən qızlıq pərdəsnin pozulma müddəti ölümündən az əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 ağız boşluğu, uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatları olan 3(üç) ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatları olan tamponlarda spermatozoidlər aşkar olunmuş, ağız boşluğu möhtəviyyatı olan tamponda isə spermatozoidlər aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs1 arxa keçəcəyinin qıfşəkilli olması, sfınktorun boşalması və şüayabənzər büküşlərin hamarlaşması onun əvvəllər də mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərir. Arxa keçəcək ətrafında qançır və sıyrıqların olması və eləcə də arxa keçəcək möhtəviyyatı olan tamponda spermatozoidlərin aşkar olunması onunla ölümündən az əvvəl də qeyri-təbii yolla cinsi əlaqədə olunmasını göstərir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (Cild 2, iş vərəqə 78-86). 30 yanvar 2023-cü il tarixli iş üzrə Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol saidin orta 1/3nin ön səthində çapıq toxuma, sol kürək nahiyəsinin yuxarı bayır səthində piqmentasiya sahəsi müəyyən edilmişdir. Həmin çapıq və piqmentasiya kənar şəxs tərəfindən hər hansı bir iti kənara malik əşya (alətin) təsirindən törənmiş kəsilmiş yaraların sağalmış izləridir, müddəti qərarda göstərilən və şəxsin özünün göstərdiyi vaxtda və şəraitə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinasi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Ekspertiza rəyinin təsviri əsaslandırıcı hissəsində isə göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 atalığı Təqsirləndirilən şəxs tərəfindən 15 dekabr 2022-ci il və 25 dekabr 2022-ci il tarixlərdə bıçaqla kürək nahiyəsini və qolunu kəsərək anasının gözü qarşısında məcbur qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. 9 yaşı olanda da Zaur onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur (Cild 2, iş vərəqə 32-34). 03 fevral 2023-cü il tarixli iş üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Qanuni nümayəndə sağ əl barmağı, sol əl barmaqları, sol baldır və sağ ayağın kəsilmiş yaraları (cəmi 7ədəd), boyun, hər iki said və sağ diz nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən sağ əl barmağı, sol əl barmaqları, sol baldır və sağ ayağın kəsilmiş yaraları (cəmi 7ədəd) kəsici kənara malik əşyanın (alətin), ola bilsin bıçağın təsirindən, boyun, hər iki saad və sağ diz nahiyələrinin qamarları, boyun nahiyəsinin sıyrığı isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 02 fevral 2023-cü il tarixə uyğun gəlir.Dərəcəsinə görə hər iki əl barmaqları, sol baldır və sağ ayağın kəsilmiş yaraları (cəmi 7ədəd) ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Boyun, hər iki said və sağ diz nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin olunmamışdır (Cild 2, iş vərəqə 73-76). 03 fevral 2023-ci il tarixli iş üzrə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətləri müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edimədi (Cild 2, iş vərəqə 89-91). 01 mart 2023-cü il tarixli iş üzrə təyin edilmiş məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, M. Hüseynzadə küçəsi, dalan 9, ev 9-a baxış zamanı aşkar edilmiş qanabənzər ləkələrin hopdurulduğu üzərində ev hamam və “evdən hamamdan” yazılı 02 (iki) ədəd tampon, “Hyundai Elantra” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı aşkar edilmiş qanabənzər ləkələrin hopdurulduğu üzərində “maşın” yazılı 02 (iki) ədəd tampon, həmçinin şərti olaraq nömrələnmiş - hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş- 01 (bir) ədəd qara rəngli şalvarın sol dizində kəsik hissəsindən 1№-li qanabənzər ləkələr, 01 (bir) ədəddə sarı rəngli koftanın- ön tərəfindən 2№-li, sol qolunda 3№-li və sağ bilək hissəsində 4№-li qanabənzər ləkələr, 01 (bir) ədəd qara rəngli topik mayka üzərində 5№- li qanabənzər ləkələr, “Hyundai Elantra” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı sürət qutusunun yanından götürülmüş 01 (bir) ədəd bıçağın tiyəsi üzərindən qanabənzər ləkələr, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zamanı götürülmüş -01 (bir) ədəd göy rəngli kapişonlu gödəkçənin-sol cibinin üst hissəsində 6№-li qanabənzər ləkələr, sağ qolunun bilək hissəsində 7 №-li qanabənzər ləkələr, sağ aşağı ətək hissəsində 8 №-li qanabənzər ləkələr, arxa aşağ, ətək hissəsində 9 №-li qanabənzər ləkələr, kapişonunun sağ içəri hissəsində 10 №-lı qanabənzər ləkələr, astarının aşağı hissəsində emblem üzərində qanabənzər ləkələr, 01 (bir) ədəd bej rəngli kapişonlu gödəkçənin - sağ cib hissəsində 11 №-li qanabənzər ləkələr, kapişonu üzərində 12 №-li qanabənzər ləkələr, arxa hissəsində 13 №-li qanabənzər ləkələr, sol qolunun dirsək hissəsində 14 №-li qanabənzər ləkələr, içəri hissəsində zəncirbəndin yanında 15 №-li qanabənzər ləkələr, astarının ətək hissəsində 16 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd çəhrayı rəngli qolsuz koftanın arxa ətək hissəsində 17 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd çəhrayı rəngli tumanda 18 №-li qanabənzər ləkələr, hadisə zamanı Qanuni nümayəndə əynində olmuş - 01 (bir) ədəd boz rəngli idman şalvarının - sağ ayağında 19 №-li qanabənzər ləkələr, sol ayağında 20 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd ağ rəngli qolsuz koftanın sağ çiyin hissəsində 21 №-li qanabənzər ləkələr, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd boz rəngli gödəkçənin - sol qolunun yuxarı hissəsində 22 №-li qanabənzər ləkələr, sağ dirsək hissəsində 23 №-li qanabənzər ləkələr, yuxarı sinə hissəsində 24 №-li və 25 №-li qanabənzər ləkələr, sağ aşağı hissəsində 26 №-li qanabənzər ləkələr, sol arxa hissəsində 27 №-li və 28 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd çəhrayı rəngli uzunqol köynəyin - sol bilək hissəsində 30 №-li qanabənzər ləkələr və sağ bilək hissəsində 31 №-li qanabənzər ləkələr insan qanıdır.Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvarın sağ ayağının aşağı hissəsində 29 №-li qanabənzər ləkələrdə insan qanına xas hemoqlobin zülalı müəyyən edilməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş - 01 (bir) ədəd qara rəngli şalvarının ön aralıq hissəsində ağımtıl ləkə və Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı uşaqlıq yolu və arxa keçəcəkdən götürülmüş 02 (iki) ədəd tənzif tamponda yaxmada, insan sperması üçün spesifik PSA antigeninin olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, Nizami küçəsi çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zaman, aşkar edilmiş 01 (bir) ədəd çəhrayı rəngli tumanın aralıq hissəsində və Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı ağız boşluğundan goturulmuş 01 (bir) ədəd tənzif tamponda yaxmada insan sperması üçün spesifik PSA antigeni müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı arxa keçəcəkdən götürülmüş 01 (bir) ədəd tənzif tamponda yaxmada olan sperma nümunəsi, Təqsirləndirilən şəxs və biololi mənşəli materiallar, Zərərçəkmiş şəxs1 məxsusdur. Sabunçu rayonu Maştağa qəs. Nizami k. çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zamanı aşkar edilmiş 01 (bir) ədəd qara rəngli tuman üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus bioloji mənşəli materialların qarışığından ibarətdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M. Hüseynzadə küçəsi, dalan 9, ev 9-a baxış zamanı aşkar edilmiş üzərində “ev hamam” və "evdən hamamdan” yazılı 02 (iki) ədəd tampona hopdurulmuş qan nümunələri, “Hyundai Elantra" markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı aşkar edilmiş üzərində “maşın” yazılı 02 (iki) ədəd tampona hopdurulmuş qan nümunələri, hadisə zamanı Qanuni nümayəndə əynində olmuş - 01 (bir) ədəd boz rəngli idman şalvarının sağ ayağında 19 №-li qan ləkələri, sol ayağında 20 №-li qan ləkələri, cib hissəsində olan bioloji mənşəli materiallar, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd boz rəngli gödəkçənin sol arxa hissəsində 27 №-li və 28 №-li qan ləkələri və 01 (bir) ədəd çəhrayı rəngli uzunqol köynəyin sağ bilək hissəsində 31 №-li qan ləkələri, Qanuni nümayəndə məxsusdur. Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı ağız boşluğu və uşaqlıq yolundan götürülmüş 02 (iki) ədəd tənzif tamponda yaxmada olan bioloji mənşəli materiallar, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş - 01 (bir) ədəd qara rəngli şalvarın - sol dizində kəsik hissəsində 1 №-li qan ləkələri, 01 (bir) ədəd sarı rəngli koftanın - ön tərəfində 2 №-li qan ləkələri, sol qolunda 3 №-li qan ləkələri və sağ bilək hissəsində 4 №-li qan ləkələri, 01 (bir) ədəd qara rəngli topik mayka üzərində 5 №-li qan ləkələri, “Hyundai Elantra” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin sürət qutusunun yanından götürülmüş 01 (bir) ədəd bıçağın tiyəsi üzərində qan ləkələri, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zamanı götürülmüş - 01 (bir) ədəd göy rəngli kapişonlu gödəkçənin - sol cibinin üst hissəsində 6 №-li qan ləkələri, astarının aşağı hissəsində emblem üzərində qan ləkələri, 01 (bir) ədəd bej rəngli kapişonlu gödəkçənin sağ cib hissəsində 11 №-li qan ləkələri, kapişonu üzərində 12 №-li qan ləkələri, arxa hissəsində 13 №-li qan ləkələri, sol qolunun dirsək hissəsində 14 №-li qan ləkələri, içəri hissəsində zəncirbəndin yanında 15 №-li qan ləkələri, 01 (bir) ədəd çəhrayı rəngli qolsuz koftanın - arxa ətək hissəsində 17 №-li qan ləkələri, 01 (bir) ədəd çəhrayı rəngli tumanda 18 №-li qan ləkələri, 01 (bir) ədəd çəhrayı rəngli tumanın aralıq hissəsində olan bioloji mənşəli materiallar, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd boz rəngli gödəkçənin - sol qolunun yuxarı hissəsində 22 №-li qan ləkələri, sağ dirsək hissəsində 23 №-li qan ləkələri və 01 (bir) ədəd çəhrayı rəngli uzunqul köynəyin-sol bilək hissəsində 30№-li qan ləkələri Zərərçəkmiş şəxs1 məxsusdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvarın ön aralıq hissəsində olan sperma ləkəsi, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd boz rəngli gödəkçənin - yuxarı sinə hissəsində 24 №-li və 25 №-li qan ləkələri, sağ aşağı hissəsində 26 №-li qan ləkələri, cib hissəsində olan bioloji mənşəli materiallar, boyun hissəsində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd qara rəngli şalvarın cib hissəsində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd çəhrayı rəngli uzunqol köynəyin boyun hissəsində olan bioloji mənşəli materiallar, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zamanı 01 (bir) ədəd ağ rəngli torbada aşkar edilmiş - 01 (bir) ədəd göy rəngli cins şalvarın cib hissəsində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd bozrəngli tumanda olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd idman gödəkçəsinin boyun və bilək hissəsində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd qara rəngli köynəyin boyun və bilək hissəsində olan bioloji mənşəli materiallar və 01 (bir) ədəd qəhvəyi rəngli köynəyin boyun və bilək hissəsində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs məxsusdur. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zamanı götürülmüş - 01 (bir) ədəd göy rəngli kapişonlu gödəkçənin boyun hissəsində olan bioloji mənşəli materiallar, bilək hissəsində olan bioloji mənşəli materiallar, sağ qolunun bilək hissəsində 7 №-li ləkədə olan qan nümunəsi və bioloji mənşəli materiallar, sağ aşağı ətək hissəsində 8 №-li ləkədə olan qan nümunəsi və bioloji mənşəli materiallar, arxa aşağı ətək hissəsində 9 №-li ləkədə olan qan nümunəsi və bioloji mənşəli materiallar, kapişonunun sağ içəri hissəsində 10 №-li ləkədə olan qan nümunəsi və bioloji mənşəli materiallar, 01 (bir) ədəd bej rəngli kapişonlu gödəkçənin - boyun hissəsində olan bioloji mənşəli materiallar, bilək hissəsində olan bioloji mənşəli materiallar, astarının ətək hissəsində 16 №-li ləkədə olan qan nümunəsi və bioloji mənşəli materiallar, hadisə zamanı Qanuni nümayəndə əynində olmuş-01(bir) ədəd ağ rəngli qolsuz koftanınsağ çiyin hissəsində 21 №-li ləkədə olan qan nümunəsi və bioloji mənşəli materiallar, boyun hissəsində olan bioloji mənşəli materiallar və “Hyundai Elantra” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin sürət qutusunun yanında götürülmüş 01(bir) ədəd bıçağın dəstəyində olan bioloji mənşəli materiallar qarışıq tiplidir (iki və daha çox) və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yaralı deyildir. Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 (bir) ədəd corab Sabunçu rayonu Maştağa qəs. Nizami k. çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zamanı götürülmüş 01 (bir) cüt ayaqqabı, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvarın - sağ ayağının aşağı hissəsində 29 №-li ləkə və 01 (bir) ədəd ağ rəngli torbada aşkar edilmiş 01 (bir) ədəd göy rəngli şalvarın cib hissəsində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasia əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir (Cild 2, iş vərəqə 119-136). 22 fevral 2023-cü il tarixli iş üzrə təyin edilmiş məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, 02 fevral 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəsbəsi, Nizami küçəsi boş torpaq sahəsində vətəndaş Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın üzərində əl izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın üzərində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izləri olmadığı üçün DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır (Cild 2, iş vərəqə 94-99). 05 aprel 2023-cü il tarixli iş üzrə təyin edilmiş məhkəmə-kriminalistik ekspertizasının rəydən görünür ki, ekspertizaya təqdil edilmiş mərhumə Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthininn sağ nahiyəsində bir ədəd, köynəyin sol qolunun bayır səthində üç ədəd, şalvarın sol ayağının ön səthində iki ədəd, şalvarın ön səthinin orta nahiyyəsində iki ədəd, top büstqalterin ön səthinin sol döş nahiyyəsində bir ədəd, corabın arxa səthində iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin(alətlərin təsirindən), o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın(bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur.Mərhumə Zərərçəkmiş şəxs1 məxsus paltarlar səthində olan zədələr eyni predmetin (bıçağın) təsirindən yaranmışdır. Zərbələr endirilən anda zərərçəkənlə zərbəni endirən şəxs müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdilər.Ekspertizaya təqdim edilmiş mərhumə Zərərçəkmiş şəxs1 məxsus tumanın sağ yan tikişi üzərində cırılma zədəsi aşkar olundu. Bu da, tumanın müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhumə Zərərçəkmiş şəxs1 məxsusu gödəkçə, hadisə yerindən götürülmüş köynək və papaq, bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sol qolunun bayır səthində cırılma zədəsi aşkar olundu. Bu da, gödəkçənin müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərinə əhəmiyyət kəsb edən hər ham bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bir ədəd idman gödəkçəsi, iki ədəd köynək, iki ədəd şalvar və bir ədəd tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod usulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağı üzərində sonradan düzəliş edilməmişdir.Təqdim edilmiş bıçağın üzərində heç bir zədə yoxdur (Cild 2, iş vərəqə 192-200). 02 mart 2023-cü il tarixli iş üzrə təyin edilmiş olunmuş kompüter-texniki ekspertizasının rəyinə görə, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “X34 9” markalı “M2003J15SG” modelli “**********93637” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “X34 9” markalı “M2003J15SG” modelli “**********94125, **********94133” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim olunan “X34 9” markalı “M2003J15SG” modelli smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “Whatsapp”, “Whatsapp Business”, “Snapchat” proqram təminatları vasitəsilə aparılmış məlumat mübadiələləir və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur. (həmin məlumatlar rəyə əlavə olunmuş xarici yaddaş qurğuya yerləşdirilmişdir)Tədqiq olunan “X34 9” markalı “M2003J15SG” modelli “**********93637” “imei” kodlu mobil smartfonun “Menyu” hissəsinin “Kontaktlar” bölməsində müxtəlif ad və nömrələr, “Zənglər” bölməsində daxil olan, çıxan və buraxılmış zənglər, “Mesajlar” bölməsində göndərilmiş və qəbul edilmiş mesajlar, “Fayl idarəçisi” bölməsində audio, foto və video fayllar, “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış (çat seansı, foto, audio, video fayllar) məlumat mübadilələri müəyyən olunmuş, lakin rəyin “Tədqiq hissəsi” nin 3-cü bəndində göstərilən səbəblərə qeyd olunan məlumatları əldə edərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Təqdim edilmiş “X34 9” markalı “M2003J15SG” modelli “**********93637” “imei” kodlu mobil smartfonun məlumatların ötürülməsi üçün nəzərdə tutlmuş “Connector” hissəsinin nasaz olması səbəbindən həmin smartfonun yaddaşından hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, audio, foto, video fayllar, “Whatsapp” proqram təminatı sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiələsi və sairə) məlumatın pozulub- pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır (Cild 2, iş vərəqə 113-116). 27 mart 2023-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin tam xatırlamamasını bildirməsi hər hansı psixi pozuntu ilə əlaqədar deyil və özünü müdafiə etmək məqsədi daşıyır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs halhazırda psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qəzəb, kin yaranmış, həmin emosional halın yaranması psixopatik çizgilər ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt halında olmamışdır (Cild 2, iş vərəqə 187-190). 08 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla ünvan 4 ünvanındakı evə baxış zamanı evin dəhlizindən və hamam otağından götürülmüş iki ədəd steril tonpula hopdurulmaqla götürülmüş qanabənzər ləkələr, yapışqan lent, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zamanı götürülmüş bir ədəd göy rəngli gödəkçə, bir ədəd boz rəngli gödəkçə, bir ədəd çəhrayı rəngli kofta, bir ədəd qadın papağı, bir ədəd qara rəngli kişi alt tumanı, bir ədəd çəhrayı rəngli qadın alt tumanı, bir cüt qadın ayaqqabısı, baxış zamanı ağ rəngli torbada aşkar edilərək götürülmüş bir ədəd boz rəngli trusik, bir ədəd göy rəngli cins şalvar, bir ədəd idman gödəkçəsi, bir ədəd qara rəngli kofta, bir ədəd qəhvəyi rəngli kofta və bir ədəd göy rəngli şalvar, bir ədəd yapışqan lent, “Hyundai Elantra” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sol qapının içliyindən və arxa sağ qapının altından götürmüş iki ədəd steril tonpula hopdurulmaqla qanabənzər ləkələr, avtomobilin sürət qutusunun yanından götürmüş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı cinsiyyət orqanından və arxa keçəcək nahiyəsindən götürülmüş iki ədəd tampon, qan nümunəsi, hadisə zamanı əynində olan bir ədəd qara rəngli şalvar, X27 Publik Hüquqi şəxsindən götürülmüş hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş sarı rəngli bir ədəd kofta, Qanuni nümayəndə əynində olmuş boz rəngli bir ədəd idman şalvar və bir ədəd kofta, Qanuni nümayəndə iki ədəd steril tonpula hopdurulmaqla götürülmüş yanaq epiteli qaşmtısı, Təqsirləndirilən şəxs götürülmüş hadisədən sonra əynində olmuş bir ədəd boz rəngli gödəkçə, bir ədəd tünd göy rəngli şalvar, bir ədəd tünd qırmızı rəngli kofta, iki ədəd steril tonpula hopdurulmaqla tüpürcək yəni yanaq epiteli qaşmtısı nümunəsi və qan nümunəsi, Təqsirləndirilən şəxs əl-barmaq izlərinin əks olduğu daktilokarta, lombarddan götürülmüş iki ədəd “Redmi 9” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır(Cild 3, iş vərəqə 1-35). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Zorlama , yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin əməllərin zərərçəkmiş şəxsi və başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə törədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə, təkrar törədilməsi ilə Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi isə həmin Məcəllənin 149.2-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə zorlama müxtəlif hallarda törədilir. Köməksiz vəziyyət dedikdə zərərçəkmiş şəxsin psixi və fiziki vəziyyətinə görə (azyaşlı olması, fiziki qüsurlarının olması, ruhi fəaliyyətinin pozulmuş olması, sair xəstə və ya şüursuz vəziyyətdə olması və s.) onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamaması və ya belə hərəkətlərin mənasını anlasa da, təqsirkara müqavimət göstərmək imkanından məhrum olması, təqsirkarın isə belə vəziyyətdə olan zərərçəkmiş şəxslə cinsi əlaqəyə girdiyini dərk etmiş olması başa düşülür. Müvafiq cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 149.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün hədə real olmalı və onun dərhal həyata keçirilməsi üçün əsaslar olmalıdır. Silahla və ya silah kimi istifadə edilən predmetlərlə zərərçəkmiş şəxsə bədən xəsarətlərinin yetirilməsi hədənin reallığını və dərhal həyata keçirələciyini təsdiq edən fakt kimi qiymətləndirilə bilər. Xüsusi amansızlıqla törədilən zorlama dedikdə zorlama prosessində zərərçəkmiş şəxsə işgəncə vermə, ona fiziki ağrılar yetirmə, onun üzərində müxtəlif sadist hərəkətlər etmə və s başa düşülür. Digər şəxslərə qarşı xüsusi amansızlıq arvadın öz ərinin və uşaqlarının gözü qarşısında və s. zorlanmasında ifadə olunur. Hər bir halda təqsirkar zərərçəkmiş şəxsə və ya sair şəxslərə xüsusi amansızlıqla iztirablar verdiyini və onların iztirab çəkdiyini dərk etməlidir. Yetkinlik yaşına çatmayan şəxsi zorlama dedikdə 18 yaşına çatmayan şəxslərin zorlanması başa düşülür. Təkrar zorlama əvvəllər CM-nin 149-cu maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə təqsirkarın yenidən zorlama cinayətini törətməsi hallarında mövcud olur. Əməl o halda təkrar zorlama kimi tövsif edilir ki, əvvəlki zorlamaya görə məhkum edilməmiş və cinayət məsuliyyətindən azad edilməmiş olsun. Aralarından keçən müddətdən asılı olmayaraq iki və daha çox zərərçəkmiş şəxsin zorlanması təkrar zorlama kimi qiymətləndirilir. Qüvvədə olan Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsinə görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə nəzərdə tutulmuşdur. Qeyd olunan əməlin on dörd yaşına çatmayan şəxs barəsində törədilməsinə görə cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarından görünür ki, zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6-cı maddəsi ilə tövsif edilir. Bu növ cinayətlər zamanı təqsirkar ya zorlama prosessində zərərçəkmiş şəxsin fəal müqavimətini aradan qaldırmaq məqsədilə ya digər alçaq niyyətlə (məsələn sadizm) adam öldürür. Belə adam öldürmə həmçinin zorlama, yaxud seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar cinayətdən sonra həmin cinayəti gizlətmək məqsədilə də həyata keçirilə bilər. Zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə hadisəsi cinayətin törədilməsi prosesində əsasən dolayı qəsdlə xarakterizə olunduğu halda, hadisədən sonra cinayəti gizlətmək məqsədilə zərərçəkmişi və ya hadisənin şahidini öldürmə birbaşa qəsdlə həyata keçirilir. Belə cinayət işləri üzrə zərərçəkmiş şəxş qismində hər iki cinsdən olan şəxs keçə bilər. Bu cinayətlər üzrə təqsirkar zərərçəkmiş şəxsin cinsi azadlığına və həyatına qəsd etdiyindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.6 və 149, yaxud 150-ci maddələri ilə tövsif edilməlidir. Həmin qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məsuliyyət ( təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmiş şəxsin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Həmin qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Qüvvədə olan Cinayət Qanununun 145-ci maddəsinin məzmunundan aydın olur ki, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə müxtəlif, yəni fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə,aldatma, etibardan sui-istifadə etmə və s. üsullar ilə törədilə bilər. Adam oğurluğu cinayətindən fərqli olaraq qanunsuz azadlıqdan məhrumetmə zərərçəkmiş şəxsin zorla bir yerdən götürülərək başqa yerə aparılıb saxlanılması ilə əlaqədar olmur. Həmin əməl, zərərçəkmiş şəxsin ölümü və digər ağır nəticələrə səbəb olması ilə müşaiyət olunduqda Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, həyat və sağlamlıq üçün zor tətbiq etmə hərəkətləri nəticəsində faktiki olaraq zərərçəkmiş şəxsin sağlamlığına ağır, az ağır və yüngül zərər vurularsa əməl CM-nin 145.3-cü maddəsi ilə tövsif edilməlidir. Qüvvədə olan Cinayət Qanununun 134-cü maddəsinin məzmunundan aydın olur ki, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda təfsir edilən maddə üzrə cinayət tərkibi mövcud olur.Hədənin real olması isə obyektiv və subyektiv əsaslar üzrə hər bir konkret halda fərdi olaraq müəyyən edilməlidir. Təqsirləndirilən şəxs 15 və 25 dekabr 2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs1, anası Qanuni nümayəndə zor tətbiq etməməsi, onlarla zorla cinsi əlaqədə olmaması, 02 fevral 2023-cü il tarixdə baş vermiş hadisə zamanı Qanuni nümayəndə bıçaq zərbələrini evin hamam otağında yetirməsi, bıçağı evdən götürməsi məqsədinin onun əl-qolunu bağlayıb uşaqlarını evə gətirmək olması, hadisə baş verən günü Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmaması, ona ürək nahiyəsindən xəsarəti avtomomobilin qabaq sərnişin oturacağında əyləşən zaman ehtiyatsızlıqdan yetirməsi, sonrakı xəsarətləri ümumiyyətlə xatırlamaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla ibtidai istintaq dövründə verdiyi etiraf edici ifadəsi, ifadəsinin yerində yoxlanması protokolu, eləcə də zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, şahid ifadələri, mərhum Zərərçəkmiş şəxs1 sağlığında Təqsirləndirilən şəxs tərəfindən 15 və 25 dekabr 2022-ci il tarixdə yaşadıqları evdə zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkələri edilməsi və anası Qanuni nümayəndə iradəsi əleyhinə cinsi əlaqədə olmaqla zorlanması barədə 14-cü Polis Bölməsinə verdiyi, 30 yanvar 2023-cü il tarixdə barəsində ekspertiza keçirilməsi zamanı 15 və 25 dekabr 2022-ci il tarixdə atalığının onun iradəsi ziddinə qeyri-təbii yola cinsi əlaqədə olması haqqında ekspertə verdiyi izahatları, Zərərçəkmiş şəxs1 qızı barəsində təyin edilmiş 30 yanvar 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun bədən səthində müəyyən edilmiş sol saidin orta 1/3-nin ön səthində çapıq toxuma, sol kürək nahiyəsinin yuxarı bayır səthində piqmentasiya sahəsinin hər hansı bir iti kənara malik əşya (alətin) təsirindən törənmiş kəsilmiş yaraların sağalmış izlərinin olması və həmin tarixlərə uyğun gəlməsi, eləcə də arxa keçəcək dəliyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlərin aşkar edilməsi kimi hallarla və iş üzrə toplanmış digər ekspert rəyləri, şahid ifadələri ilə təkzib olunur. Bundan başqa 02 fevral 2023-cü il tarixdə avtomobilin arxa oturacağında aşkar edilmiş qan ləkələrinin məhz Qanuni nümayəndə məxsus olmasına dair məhkəmə genetik ekspertizasınnı rəyi ilə Qanuni nümayəndə bıçaq xəsarətlərini məhz avtomobilin arxa oturacağında əyləşib söhbət edən zaman yetirməsi halı da təsdiq olunur ki, bu da Təqsirləndirilən şəxs bıçağı qabaqcadan özü ilə gətirib öz üzərində saxlaması halına dəlalət edir. Həmçinin o , məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bıçaq xəsarətlərini avtomobildə sonuncunu qorxutmaq məqsədilə ehtiyatsızlıqdan vurduğunu göstərsə də avtomobilə baxış zamanı qabaq oturacaqda hər hansı bir qana bənzər ləkənin aşkar edilməmişdir. Bu isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaq xəsarətlərini məhz onu zorladıqdan, ona qarşı seksual hərəkətlər etdikdən sonra qəsdən öldürmək məqsədi ilə yetirdiyini sübuta yetirir. Onun Zərərçəkmiş şəxs1 qəsdən öldürmək niyyətində olması həmçinin sonuncunun həyatı üçün təhlükəli orqanlarına xəsarət yetirməsinə dair məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasına dair kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 145.3, 149.2.4, 149.2.5, 149.2-1.1, 150.3.3, 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən, 145.3, 149.2.4 və 149.2.5-cü maddələrində nəzərdə tutulan əməllər ağır, 149.2-1.1, 150.3.3, 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlərdir.Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 134, 145.3, 149.2.4, 149.2.5, 149.2-1.1, 150.3.3, 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 145.3, 149.2.4, 149.2.5, 149.2-1.1, 150.3.3, 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 aprel 2016-cı il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki nikahdan doğulmuş X16 və X14 münasibətdə valideynlik hüquqlarından məhrum edilmişdir (Cild 2, iş vərəqə 102-103). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Xalq Məhkəməsinin 6 may 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 207-ci maddəinin 1-ci hissəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 1 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Tərtər Hərbi Məhkəməsinin 27 avqust 2003-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sabunçu rayon Məhkəməsinin 18 iyun 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci, 264-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 iyul 2014-cü il tarixində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay 17 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, 24 dekabr 2014-cü il tarixli təyin edilmiş şərti vaxtından azad etmə müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqə 53-55). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Qanuni nümayəndə əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 56-57). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Qeyd olunan səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında könüllü gəlib polis əməkdaşlarına təslim olmasını bildirsə də cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs olduğu ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alındığından sonuncu qaçmağa şansının olmadığını dərk edərək onlara yaxınlaşması könüllü gəlib təslim olma kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslərin şəxsiyyətini, onlardan birinin azyaşlı olmasını və cinayətin törədilməsi hallarını, ağırlığını, habelə zərərçəkmiş şəxslərdən birinin onun faktiki nikahdan olan arvadının olması, digərinə faktiki atalığın həyata keçirməsi, arvadı Qanuni nümayəndə qızına xəsarət yetirməklə, özünü və qızını öldürməklə hədələməklə xüsusi amansızlıqla qızının gözü qarşısında təkrar-təkrar zorlaması, Zərərçəkmiş şəxs1 anasını və ya özünü öldürməkdə hədələməklə və sonuncuya xəsarət yetirməklə, köməksiz vəziyyətindən istifadə etməklə anasının qarşısında təkrar-təkrar qeyri-təbii yolla cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi, Qanuni nümayəndə bıçaqla xəsarət yetirməklə ağzını, əlini-ayağını skoçla bağlayaraq, qızının başına oyun açacağını bildirərək hamam otağında kilidli vəziyyətdə qoyub getməsi, həmçinin Zərərçəkmiş şəxs1 sifət və bədəninin müxtəlif nahiyələrinə əli ilə çoxsaylı zərbələr endirməklə fiziki ağrılar yetirdikdən sonra paltarlarını çıxartmasını tələb edib ona zor tətbiq edərək üzü üstə yerə torpaq örtüyünə yıxaraq müqavimətini qırmaqla müşaiyət olunan, sonuncunun aman diləyən yalvarışına, fiziki cəhətdən ondan kəskin zəif olmasına məhəl qoymayıb, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verməklə zorlaması kimi işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 145.3, 149.2.4, 149.2.5, 149.2-1.1, 150.3.3-cü maddələrinin sanksiyasının yuxarı həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 120.2.4, 120.2.6 və 120.2.9cu maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə isə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü, 145.3-ci, 149.2.4-cü, 149.2.5-ci və 149.2-1.1-cü, 150.3.3-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq həbsxanada çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin cəzalarının həbsxanalarda çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş(Cild 1, iş vərəqə 69-70), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 173-180). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, ünvan 4 ünvanındakı evə baxış zamanı evin dəhlizindən və hamam otağından götürülmüş iki ədəd steril tonpula hopdurulmaqla götürülmüş qanabənzər ləkələr, yapışqan lent, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zamanı götürülmüş bir ədəd göy rəngli gödəkçə, bir ədəd boz rəngli gödəkçə, bir ədəd çəhrayı rəngli kofta, bir ədəd qadın papağı, bir ədəd qara rəngli kişi alt tumanı, bir ədəd çəhrayı rəngli qadın alt tumanı, bir cüt qadın ayaqqabısı, baxış zamanı ağ rəngli torbada aşkar edilərək götürülmüş bir ədəd boz rəngli trusik, bir ədəd göy rəngli cins şalvar, bir ədəd idman gödəkçəsi, bir ədəd qara rəngli kofta, bir ədəd qəhvəyi rəngli kofta və bir ədəd göy rəngli şalvar, bir ədəd yapışqan lent, “Hyundai Elantra” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sol qapının içliyindən və arxa sağ qapının altından götürmüş iki ədəd steril tonpula hopdurulmaqla qanabənzər ləkələr, avtomobilin sürət qutusunun yanından götürmüş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı cinsiyyət orqanından və arxa keçəcək nahiyəsindən götürülmüş iki ədəd tampon, qan nümunəsi, hadisə zamanı əynində olan bir ədəd qara rəngli şalvar, X27 Publik Hüquqi şəxsindən götürülmüş hadisə zamanı Zərərçəkmiş şəxs1mn əynində olmuş sarı rəngli bir ədəd kofta, Qanuni nümayəndə əynində olmuş boz rəngli bir ədəd idman şalvar və bir ədəd kofta, Qanuni nümayəndə iki ədəd steril tonpula hopdurulmaqla götürülmüş yanaq epiteli qaşıntısı, Təqsirləndirilən şəxs götürülmüş hadisədən sonra əynində olmuş bir ədəd boz rəngli gödəkçə, bir ədəd tünd göy rəngli şalvar, bir ədəd tünd qırmızı rəngli kofta, iki ədəd steril tonpula hopdurulmaqla tüpürcək yəni yanaq epiteli qaşıntısı nümunəsi və qan nümunəsi məhv edilməli, Təqsirləndirilən şəxs əl-barmaq izlərinin əks olduğu daktilokarta cinayət işi materiallarında saxlanılmalı, lombarddan götürülmüş iki ədəd “Redmi 9” markalı mobil telefon girov qismində qoyulmuş “Dakar” adlı Ticarət Mərkəzində lombard fəlaiyyət ilə məşğul olan X11 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına “Femida” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 56 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X2 işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 145.3, 149.2.4, 149.2.5, 149.2-1.1, 150.3.3, 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 2 il müddətinə, Cinayət Məcəlləsinin 145.3-cü maddəsinə əsasən 9 il müddətinə, Cinayət Məcəlləsinin 149.2.4, 149.2.5-ci maddələri ilə 9 il müddətinə, Cinayət Məcəlləsinin 149.2-1.1-ci maddəsi ilə 13 il müddətinə, 150.3.3-cü maddəsi ilə 18 müddətinə, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü, 145.3-ci, 149.2.4-cü, 149.2.5-ci və 149.2-1.1-cü, 150.3.3-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əfv qaydasında müraciət etmək etmək hüququ izah edilsin. İş üzrə maddi sübutlar: - Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, ünvan 4 ünvanındakı evə baxış zamanı evin dəhlizindən və hamam otağından götürülmüş iki ədəd steril tonpula hopdurulmaqla götürülmüş qanabənzər ləkələr, yapışqan lent, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, çöllük ərazidə yerləşən boş torpaq sahəsinə baxış zamanı götürülmüş bir ədəd göy rəngli gödəkçə, bir ədəd boz rəngli gödəkçə, bir ədəd çəhrayı rəngli kofta, bir ədəd qadın papağı, bir ədəd qara rəngli kişi alt tumanı, bir ədəd çəhrayı rəngli qadın alt tumanı, bir cüt qadın ayaqqabısı, baxış zamanı ağ rəngli torbada aşkar edilərək götürülmüş bir ədəd boz rəngli trusik, bir ədəd göy rəngli cins şalvar, bir ədəd idman gödəkçəsi, bir ədəd qara rəngli kofta, bir ədəd qəhvəyi rəngli kofta və bir ədəd göy rəngli şalvar, bir ədəd yapışqan lent, “Hyundai Elantra” markalı **-CU-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sol qapının içliyindən və arxa sağ qapının altından götürmüş iki ədəd steril tonpula hopdurulmaqla qanabənzər ləkələr, avtomobilin sürət qutusunun yanından götürmüş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı cinsiyyət orqanından və arxa keçəcək nahiyəsindən götürülmüş iki ədəd tampon, qan nümunəsi, hadisə zamanı əynində olan bir ədəd qara rəngli şalvar, X27 Publik Hüquqi şəxsindən götürülmüş hadisə zamanı Zərərçəkmiş şəxs1mn əynində olmuş sarı rəngli bir ədəd kofta, Qanuni nümayəndə əynində olmuş boz rəngli bir ədəd idman şalvar və bir ədəd kofta, Qanuni nümayəndə iki ədəd steril tonpula hopdurulmaqla götürülmüş yanaq epiteli qaşıntısı, Təqsirləndirilən şəxs götürülmüş hadisədən sonra əynində olmuş bir ədəd boz rəngli gödəkçə, bir ədəd tünd göy rəngli şalvar, bir ədəd tünd qırmızı rəngli kofta, iki ədəd steril tonpula hopdurulmaqla tüpürcək yəni yanaq epiteli qaşıntısı nümunəsi və qan nümunəsi məhv edilsin; - Təqsirləndirilən şəxs əl-barmaq izlərinin əks olduğu daktilokarta cinayət işi materiallarına əlavə edilsin; - Lombarddan götürülmüş iki ədəd “Redmi 9” markalı mobil telefon “Dakar” adlı Ticarət Mərkəzində lombard fəlaiyyəti ilə məşğul olan X11 qaytarılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 56 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına vəkil X3 üçün 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar