Məhkəmə qərarları › İş №1(101)-1392/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1392/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1392/2022 03.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi - anası Qanuni nümayəndə2, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi - anası Qanuni nümayəndə1 və müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə 54/4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs bir qədər əvvəl təsadüfən küçədə rastlaşaraq öz həmyaşıd tanışları ilə aralarında olan münasibətlərə kənardan müdaxilə etməsi, sonradan telefon vasitəsi ilə ona zəng edib heç bir səbəb olmadan nalayiq sözlərlə təhqir edərək münasibətlərini aydınlaşdırmaqdan ötrü təyin etdiyi görüş yerində yəni ünvan 2 ünvanında yerləşən 96 saylı orta məktəbinin həyətində onunla mübahisə edib yumruq zərbəsi ilə vurmağa cəhd göstərməsi səbəbindən hadisə yerində götürdüyü istintaqa məlum olmayan deşici-kəsici alət ilə qəsdən beş dəfə zərbə endirərək ona döş qəfəsinin sol yarısının (1 ədəd) və sağ bel nahiyəsinin (1 ədəd) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş (cəmi 2 ədəd) yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sağ əlin İ,İİ,İİİ,İV,V barmaqların açıcı vətərlərin kəsilməsi ilə müşayiət olunan sağ saidin (2 ədəd) deşilmiş-kəsilmiş yaraları sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və hemorragik şok İİİ dərəcə ilə, sağ tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın və qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən (döş və qarın boşluğuna) deşilmiş-kəsilmiş (İ ədəd) həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 yaşadığı Bakıxanov qəsəbəsindən tanımış, onunla bir neçə dəfə məhəllədə oturub söhbət etmişlər. 03 sentyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, «Aygün Mall»un qarşısında olan parkda gəzişmişdir. Həmin vaxtı onun yanında heç kim olmamış, gəzərkən tanışı Fərid, yanındakı dostları ilə qarşısına çıxmışlar. O, Fəridlə salamlaşıb əhvalını soruşmuş, ona pul lazım olduğundan borc almaq üçün Fəridi kənara çəkib demişdir ki, «borcum var, onu qaytarmalıyam 10 manat borc verə bilərsən? Sabah günortayadək qaytaracam». Fərid pulunun olmadığını demiş, o da Fəridə «canın sağ olsun» demişdir. Bu zaman Fəridin yanında olan dostu ona əsəbi formada baxmış, o da Fəridə dostunun ona niyə elə tərs baxdığını soruşmuşdur. Fəriddə ona «özünü çağırım özündən soruş» demiş, o da ona ehtiyac olmadığını bildirmişdir. Lakin Fərid dostunu çağırmış, ona niyə tərs baxdığını soruşmuş, həmin şəxsdə ona onu ilk dəfə gördüyünü və anlaşılmazlıq olduğunu demişdir. O, həmin adını bilmədiyi şəxslə əl sıxıb mehriban ayrılmışdır ki, həmin vaxt onlar tərəfdən Kamil, Ayxan yaxınlaşmışlar. Kamil ona yaxınlaşanda nə məsələ olduğunu soruşmuş, o da həmin şəxsə heç bir şeyin olmadığını sadəcə anlaşılmazlıq olduğunu bildirmişdir. Bu zaman Kamil onun qolundan tutub onu dartmış, onlar arasında sözlə mübahisə olmuşdur. Bir qədər mübahisə etdikdən sonra onlar aralaşmış, təxminən 10-15 dəqiqə sonra onun telefonuna tanımadığı nömrədən zəng gəlmişdir. O, telefonu açmış və onunla danışan şəxsin az əvvəl mübahisə etdiyi Kamil adlı şəxs olduğunu bilmişdir. İlkin olaraq onunla sakit danışmış, lakin o, telefonda onunla söyüşlə danışmış, bu zaman oda onunla söyüşlə danışmışdır. Bundan sonra onlar görüşərək mübahisələrini üz-üzə həll etmək qərarına gəlmişlər. Onlar mübahisəni davam etdirmək üçün 96 saylı orta məktəbin yanına getməyi qərara almışlar. O, həmin yerə gedən zaman Kənan adlı tanışı ilə rastlaşmış, o, ona bir nəfərlə mübahisə etdiyini bildirmişdir. Kənan ona həmin şəxslə barışıb mübahisəni daha da böyütməməsini bildirmiş və Kənan onunla birlikdə həmin yerə getmişdir. Məktəbin həyətində onun tərəfdən Kənan gəlmiş, qarşı tərəfdən isə Kamil, Ayxan, Fərid və Cavid olmuşdur. Kamil onun qolundan tutaraq mübahisələrini tək qıraqda həll etməyi təklif etmiş, o, Kamillə razılaşmış və onlar qırağa çəkilmişlər. Hadisə vaxtı o, Kamilə dalaşmaq istəmədiyini sadəcə onunla söhbət etmək istədiyini bildirmişdir. Kamil isə qışqıraraq, «Rəvan özü gəlsin söhbət eləsin» demişdir. Sonra o, Kamilə yaxınlaşmış və dalaşmağa ehtiyac olmadığını bildirmiş, lakin Kamil onu nalayiq ifadələrlə söyüb yumruq atmış, o, geri çəkildiyi üçün yumruğu ona dəyməmiş, sonra Kamil onun üz nahiyəsinə yenidən yumruq atmış və onun üzərinə gəlməyə başlamışdır. O, Kamilin idmançı olduğunu bilmiş, bu zaman o, yerdə bıçaq görmüş, Kamilin onu döyəcəyindən qorxduğu üçün həmin bıçağı götürmüş, yerdən götürdüyü bıçaqla Kamili özündən aralamaq üçün ona tərəf zərbələr endirmişdir. O, həmin bıçaq zərbələrdən hansının ona dəydiyini, bilməmiş, lakin onu hiss eləmişdir ki, 3 və ya 4 zərbə Kamilə dəymişdir. Bu zaman ətrafda olan şəxslər, həmçinin Kənan onları aralaşdırmağa gəlmiş, bu zaman Kamilin yerə yıxıldığını görmüş, o, oradan uzaqlaşmış Kənan isə orada qalıb Kamilə yardım göstərmişdir. O, qorxusundan polisə getməmiş, Kamil ilə onun arasında olan dava-dalaşa səbəb Cavidin ona tərs baxması, daha sonra isə onu söyməsi olmuşdur. dava-dalaşın məktəbin həyətində olmuş, həmin vaxtı ətrafda heç kim olmamışdır. Hadisə zamanı yerdən taparaq istifadə etdiyi bıçağı, hadisədən sonra naməlum istiqamətdə atmışdır. Zərərçəkmiş şəxs öldürmək fikri olmadığını, sadəcə özündən aralaşdırmaq üçün zərbələr yetirmişdir. dava-dalaş zamanı orada yalnız ikisi olmuş, digərləri isə qıraqda dayanmış, bıçaq zərbəsindən sonra həmin şəxslər onları aralalşdırmışdır. Məhkəmədə qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, 36 saylı orta məktəbin 11-ci sinif şagirdidir. 03 sentyabr 2021-ci il tarixdə o, Cavid, Fərid və Ayxan ilə birlikdə görüşüb Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Heydər Əliyev” adına parka gəzməyə getmişlər. Orada onlar gəzərək söhbət etmiş, bu zaman qarşıdan adını sonradan bildiyi Rəvan adlı şəxs gəldiyini görmüşdür. Həmin şəxs Fəridi çağırmış, Fərid ona tərəf getmiş, onların nə danışdığını o, bilməmiş, sonradan ona məlum olmuşdur ki, Fəriddən 10 manat pul borc istəmişdir. Həmin vaxtı onlar onlardan qıraqda durmuş, adını sonradan bildiyi Rəvanla Fərid onlar tərəfə baxıb nəyisə danışdıqlarını görmüşdür. Fərid dostu olan Cavidi yanına çağırmış, bu zaman Rəvan Cavidə nə üçün ona tərs baxdığını bildirmiş, onlar arasında sözlə mübahisə olmuşdur. O, həmin şəxslərə yaxınlaşmış Rəvanın qolundan tutaraq aralaşdırmaq məqsədi ilə onu bir qədər qırağa itələmiş və sakit olmağını bildirmişdir. Bir qədər onunla da sözlə mübahisəsi olmuş və onlar oradan aralaşaraq yollarına davam eləmişlər. Həmin yerdən aralaşdıqdan sonra o, Fəridə yaxınlaşıb az öncə mübahisə etdiyi Rəvan adlı şəxsin mobil nömrəsini istəmiş, onunla söhbət edəcəyini bildirmişdir. Fərid Rəvanın nömrəsini ona vermiş, o, Rəvanın mobil telefonuna zəng edərək onun düzgün hərəkət etmədiyini bildirmişdir. Rəvan ona yaxşı elədiyini demiş, o da onun həmin sözündən əsəbləşərək ona söyüşlə cavab vermişdir. Onlar telefonda söyüşlə danışıb sözlə mübahisə etmişlər. Bundan sonra onlar görüşüb üz-üzə söhbət etməyi qərara alıb Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 96 saylı məktəbin həyətində görüşmüşlər. Həmin gün saat təxminən 19 radələrində o, Cavid, Ayxan və Fərid həmin qeyd olunan məktəbin həyətinə getmişlər. Həmin vaxtı orada heç kim olmamış, digər tərəfdən isə Rəvan və tanımadığı şəxs olmuşdur. Yanlarında gələn şəxslər qıraqda durmuş, o, Rəvanı yanına çağırmış və onunla təklikdə qıraqda söhbət etmək istədiyini bildirmiş, o da onunla razılaşmış və onlar qırağa çəkilmişlər. Onlar söhbət edərkən Rəvan ona nə üçün özünü üstün tutduğunu Cavidə söz dediyini bildirmiş, ona həmin məsələnin ona aidiyyəti olmadığını demişdir. Həmin vaxtı Rəvan yumruğunu sıxıb dayandığından o, Rəvanın onu vuracağını düşünüb ona qəfildən yumruq zərbəsi endirmişdir. Rəvan həmin zərbədən yayınmış və bundan sonra o, Rəvanın üzərinə getmiş, hava qaranlıq olduğundan o, Rəvanın əlində bıçağın olduğunu hiss etməmişdir. Onun qəfildən ona bıçaqla zərbələr endirdiyini, qarın və qol nahiyələrindən hiss etmişdir. Bu zaman ətrafda olan şəxslər onların yanlarına qaçmış, Rəvanın yanında adını sonradan Kənan olduğunu bildiyi şəxsə ona zərbə endirmişdir. Bundan sonra onun yanında olan uşaqlar onları ayırmış, Rəvan və Kənan isə oradan qaçaraq uzaqlaşmışlar. Dava- dalaşın səbəbi Rəvanla Cavidin mübahisə etməsi, sonra isə onun Rəvanı söyməsi olmuşdur. Dava-dalaş məktəbin həyətində havanın qaranlıq vaxtında, ətrafda onlardan başqa heç kimin olmadığı vaxta baş vermişdir. Dava-dalaşın təxminən 4-5 dəqiqə davam etmiş, hazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanımış, onunla bir məktəbdə oxuduğu üçün aralarında tanışlıqları olmuşdur. 03 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində evinin yaxınlığında olan «Rembrant» kafesində məhəllə uşaqları olan Əlilə Kənanı axtarırmış, lakin tapa bilmədiyi üçün kafedən çıxmışdır. «Rembrant» Kafesinin qarşısında Rəvan ilə qarşılaşmış, Rəvan ona bildirmişdir ki, «Bir nəfər şəxslə tərs baxdığı üçün aralarında mübahisə düşübdür». O da Rəvana «üzrxahlıq elə söhbət bağlansın» demiş, Rəvan isə ondan xahiş etmişdir ki, bir yerdə gedib söhbəti bağlasınlar. Rəvanla Bakıxanov qəsəbəsində yerləşən 96 saylı məktəbin həyətinə getmiş, Məktəbin həyətinə getdikdə o, orada Rəvanla mübahisə edən şəxsi və onunla birlikdə gəlmiş 3-4 nəfəri görmüşdür. Həmin şəxslərdən dostu Rəvandan başqa heç kimi tanımamış, orada sonradan adını bildiyi bıçaqla vurulan Kamildə olmuşdur. Həmin vaxt Kamillə Rəvan söhbət etmiş, onlar öz aralarında olan söhbəti qıraqda danışacaqlarını, heç kimin mübahisəyə yaxınlaşmayacağını bildirmişlər. Buna görə də o və digərləri qıraqda durmuş, bu zaman o, görmüşdür ki, onlar arasında uca səslə mübahisə gedir. Həmin zaman Kamil Rəvana yumuruq zərbəsi endirmiş, lakin Rəvan bir qədər geriyə çəkilmiş və yumuruq zərbəsinin ona dəyməmişdir. Bundan sonra Kamil Rəvanın üzərinə yürümüş, o, bu zaman görmüşdür ki, Rəvan yerdən götürdüyü bıçaqla Kamilə bir neçə zərbə endirmişdir. Bunu görən kimi o və digərləri ona tərəf qaçmış, o, Kamili arxadan tutub geriyə aparmış, Rəvanda nə etdiyini deyərək oradan uzaqlaşmasını bildirmişdir. Onlar birlikdə oradan uzaqlaşmış, o da oradan çıxıb evə getmiş, o, hadisə vaxtı heç kimi vurmamış, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Məhkəmədə qanuni nümayəndəsi (atası) X2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, onunla Kamil arasında dostluq münasibətləri olmuşdur. 03 sentyabr 2021-ci il tarixdə o, Cavid, Kamil və Fərid ilə birlikdə görüşüb Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Heydər Əliyev" adına parka gəzməyə getmişlər. Orada onlar gəzib söhbət etmiş, bu zaman qarşıdan bir nəfər sonradan adının Rəvan kimi bildi şəxs Fəridə yaxınlaşıb onunla görüşmüşdür. Rəvan Fəridi bir qədər irəliyə çəkib 10 manat pulu borca istəmiş, bu zaman o və yanında olan digər dostları bir qədər qıraqda durub söhbət etmişlər. Bu zaman Rəvan yanında olan Cavidə kimə baxırsan deyə soruşmuş, bu zaman bir neçə saniyəlik aralarında sözlə mübahisə olmuşdur. Onlar həmin mübahisəni sakitləşdirmiş və öz yollarına davam etmişlər. Bir qədər sonra dostu Kamil Fəriddən mübahisə zamanı tanış olduğu Rəvan adlı şəxsin nömrəsini istəmiş, Fəriddə Rəvanın nömrəsini nə üçün istədiyini soruşduqda Kamil onunla söhbət edəcəyini bildirmişdir. Fərid Rəvanın telefon nömrəsini Kamilə vermiş, Kamil ona zəng edərək söyüşlə danışmağa başlamış, bu zaman onlar arasında telefonda mübahisə olmuşdur. Sonra isə Kamil onunla söhbət edəcəyini bildirib onu Bakıxanov qəsəbəsində yerləşən 96 saylı orta məktəbin həyətində görüşəcəyimizi bildirmişdir. Həmin gün saat təxminən 19 radələrində o, Cavid, Fərid və Kamil həmin qeyd olunan məktəbin həyətinə getmiş, orada həmin zaman heç kim olmamışdır. Digər tərəfdən isə Rəvan və tanımadığı şəxs olmuş, onun adının sonradan Kənan olduğunu bilmişdir. Onlar və digər şəxslər qıraqda durmuş, Rəvanla Kamil isə irəliyə gedərək söhbət eləməyə başlamışlar. Bu zaman o görmüşdür ki, Kamil Rəvana yumruq zərbəsi endirmiş, Rəvan ondan geriyə çəkilib onun zərbəsindən yayınmışdır. Daha sonra onların dalaşdıqlarını görüb o və digər şəxslər onları aralamaq üçün həmin tərəfə qaçmış, həmin vaxtı Rəvanın əlində bıçaq olmuşdur. X8 aralamış və Kamilin paltarının qan olduğunu görüb onlar Kamili tez məhəlləyə gətirib təcili tibbi yardım çağırmış, təcili tibbi yardım ilə Kamili xəstəxanaya aparmışlar. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyırmış. Belə ki, onunla Kamil arasında dostluq münasibətləri olmuşdur. 03 sentyabr 2021-ci il tarixdə o, Fərid, Kamil və Ayxan ilə birlikdə görüşüb Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Heydər Əliyev” adına parka gəzməyə getmişdir. Orada onlar gəzib söhbət edirlərmiş. Bu zaman qarşıdan bir nəfər sonradan adının Rəvan olduğunu bildiyi tanımadığı şəxs Rəvan adlı şəxs Fəridə yaxınlaşıb onunla görüşdü. Rəvan Fəridi bir qədər irəliyə çəkib ondan 10 manat pulu borca istəmişdir. O və digər dostları ondan bir qədər qıraqda durub söhbət edirmişlər. Fərid onu yanına çağırmışdır. Rəvan ona “kimə baxırsan” deyərək bildirmişdir. Bu zaman bir neçə saniyəlik aralarında sözlə mübahisə olmuşdur. Dostları həmin mübahisəni sakitləşdirmiş və öz yollarına davam eləmişlər. Bir qədər sonra dostu Kamil Fəriddən mübahisə zamanı tanış olduğu Rəvan adlı şəxsin nömrəsini istəmişdir. Fərid Rəvanın mobil nömrəsini nə üçün istədiyini soruşduqda Kamil onunla söhbət edəcəyini bildirmişdir. Fərid Rəvanın telefon nömrəsini Kamilə vermişdir. Kamil ona zəng edərək söyüşlə danışmağa başlamışdır. Bu zaman onlar arasında telefonda mübahisə olmuşdur. Daha sonra isə Kamil onunla söhbət edəcəyini bildirib onu Bakıxanov qəsəbəsində yerləşən 96 saylı orta məktəbin həyətində görüşəcəyini bildirmişdir. Həmin gün saat təxminən 19 radələrində o, Cavid, Ayxan və Kamil həmin qeyd olunan məktəbin həyətinə getmişlər. Orada həmin zaman heç kim yox imiş. Digər tərəfdən isə Rəvan və tanımadığı şəxs var imiş. Onun adının sonradan Kənan olduğunu bilmişdir. Onlar və digər şəxs qıraqda durmuş, Rəvan və Kamil isə irəliyə gedərək söhbət eləməyə başlamışlar. Bu zaman o, görmüşdür ki, Kamil Rəvana yumruq zərbəsi endirmişdir. Rəvan ondan geriyə çəkilib onun zərbəsindən yayınmışdır. Daha sonra onların dalaşdıqlarını görüb o və digər şəxslər onları aralamaq üçün Rəvan və Kamil tərəfə qaçmışlar. Həmin zaman Rəvanın əlində bıçaq olmuşdur. Onlar həmin şəxsləri aralamış və bir qədər irəliyə getmişlər. Bu zaman görmüşlər ki, Kamilin paltarı qandır. Onlar onu tez məhəlləyə gətirib təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım onu xəstəxanaya aparmışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyırmış. Belə ki, onunla Kamil arasında dostluq münasibətləri olmuşdur. 03 sentyabr 2021-ci il tarixdə o, Cavid, Kamil və Ayxan ilə birlikdə görüşüb Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Heydər Əliyev” adına parka gəzməyə getmişdir. Orada onlar gəzib söhbət edirlərmiş. Bu zaman qarşıdan əvvəllər tanıdığı Rəvan adlı şəxs gəldiyini görmüşdür. Rəvan onu çağırmışdır. O, onunla görüşmüş və Rəvan ondan 10 manat pulu borca istəmişdir. O, Rəvana pulun olmadığını bildirmişdir. Bu zaman onun yanında olan digər dostları ondan bir qədər qıraqda durmuşdular. Rəvan ona Cavidin ona nə üçün elə baxdığını soruşmuşdur. O, Cavidi yanına çağırmışdır. Rəvan onun dostu olan Cavidə “kimə baxırsan” deyərək bildirmişdir. Bu zaman bir neçə saniyəlik aralarında sözlə mübahisə olmuşdur. Onlar həmin mübahisəni sakitləşdirmiş və öz yollarına davam eləmişlər. Bir qədər sonra dostu Kamil ondan mübahisə zamanı tanış olduğu Rəvan adlı şəxsin nömrəsini istəmişdir. O, Rəvanın mobil nömrəsini nə üçün istədiyini soruşduqda Kamil onunla söhbət edəcəyini bildirmişdir. O, Rəvanın telefon nömrəsini Kamilə vermişdir. Kamil ona zəng edərək söyüşlə danışmağa başlamışdır. Bu zaman onlar arasında telefonda mübahisə olmuşdur. Daha sonra isə Kamil onunla söhbət edəcəyini bildirib onu Bakıxanov qəsəbəsində yerləşən 96 saylı orta məktəbin həyətində görüşəcəyini bildirmişdir. Həmin gün saat təxminən 19 radələrində o, Cavid, Ayxan və Kamil həmin qeyd olunan məktəbin həyətinə getmişlər. Orada həmin zaman heç kim yox imiş. Digər tərəfdən isə Rəvan və tanımadığı şəxs var imiş. Onun adın sonradan Kənan olduğunu bilmişdir. Onlar və digər şəxs qıraqda durmuş, Rəvan və Kamil isə irəliyə gedərək söhbət eləməyə başlamışlar. Bu zaman o, görmüşdür ki, Kamil Rəvana yumruq zərbəsi endirmişdir. Rəvan ondan geriyə çəkilib onun zərbəsindən yayınmışdır. Daha sonra onların dalaşdıqlarını görüb o və digər şəxslər onları aralamaq üçün Rəvan və Kamil tərəfə qaçmışlar. Həmin zaman Rəvanın əlində bıçaq olmuşdur. Onlar həmin şəxsləri aralamış və bir qədər irəliyə getmişlər. Bu zaman görmüşlər ki, Kamilin paltarı qandır. Onlar onu tez məhəlləyə gətirib təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım onu xəstəxanaya aparmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3 X9”nin xx.xx.2021-ci il tarixli, 2020 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Vət. Zərərçəkmiş şəxs hemorragik şok İİİ dərəcə ilə, sağ tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın və qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən (döş və qarın boşluğuna) deşilmiş-kəsilmiş (lədəd) yarası, döş qəfəsinin sol yarısının (1 ədəd) və sağ bel nahiyəsinin (lədəd) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sağ əlin İ,İİ,İİİ,İV,V barmaqların açıcı vətərlərin kəsilməsi ilə müşayiət olunan sağ səidin (2 ədəd) deşilmiş-kəsilmiş (cəmi 5 ədəd) yaraları müəyyən edildi. Xəsarətlər deşici- kəsici əşya (alət) təsirindən törənmişdir, bir və ya bir neçə bıçaqla yetirilə bilər,törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdənhemorragik şok İİİ dərəcə ilə, sağ tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), diafraqmanın və qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən (döş və qarın boşluğuna)deşilmiş-kəsilmiş (l ədəd) yarası həyat üçün tə İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2534 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-pxixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs inadkarlıq, özünə qarşı hörmət tələb edən, nümayişkaranəlik, emosinallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (İş vərəqə 232-235) İş materiallarında olan xx.xx.2020-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. (İş vərəqə 55-58) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs Şahid4 ilə üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu Zərərçəkmiş şəxs heç bir zərbə endirmədiyini, həmin zaman kənarda durduğunu üzünə qarşı bildirmişdir. (İş vərəqə 104-107) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahidlər Şahid3, Şahid2 və Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və şahidlər Şahid4 Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, həmin zaman xəsarəti yalnız Təqsirləndirilən şəxs yetirdiyini bildirmişdir. (İş vərəqə 205-213) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. AR DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş vərəqə 73) İş materiallarında olan, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs valideyni, Qanuni nümayəndə1 tərəfindən ödənildiyindən ona qarşı heç bir şikayətləri və maddi tələbləri yoxdur. (İş vərəqə 74) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cinayət hadisəsini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, hazırda da yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışmasını zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, valideyni tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəzanın müddəti onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. X7 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. X7 12-ci bəndinin 5-ci abzasına əsasən, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. X7 12-ci bəndinin 6-cı abzasında qeyd olunur ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 29 noyabr 1985-ci il tarixli BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə dair X1ydalarının 17-19-cu maddələrinə əsasən yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə baxışının gedişində və hökm çıxarılan zaman məhkəmənin ümumi qəbul olunmuş beynəlxalq-hüquqi prinsipləri rəhbər tutması qeyd edilmişdir. Həmin prinsiplərə aşağıdakılar daxildir; a) yetkinlik yaşına çatmayan şəxs başqa şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan ciddi əmələ yol verməmişdirsə, yaxud digər ciddi cinayəti təkrar törətməkdə təqsirli bilinməmişdirsə və ya digər müvafiq təsir tədbirləri mövcud olmadıqda, onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədə uyğun qəbul edilməmişdir; b) yetkinlik yaşına çatmayan şəxsin islah müəssisəsinə yalnız son tədbir kimi və zəruri olan minimum həddə yerləşdirilməlidir; c)yetkinlik yaşına çatmayan şəxsin azadlığının məhdudlaşdırılması haqqında qərar, bu məsələyə mükəmməl baxıldıqdan sonra və müddəti mümkün qədər minimuma endirilməklə qəbul olunmalıdır; ç) təsir tədbirləri bütün hallarda nəinki cinayətin hallarına və ağırlığına, həm də yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, həmçinin cəmiyyətin tələbatına uyğun gəlməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun yetkinlik yaşına çatmamasını, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İş vərəqə 31-32) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(008)-675/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. (İş vərəqə 69-72) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(008)-1040/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin uzadılması ilə bağlı verilmiş vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (İş vərəqə 225-228) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndinin 5-ci abzasına əsasən, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza şərti olaraq tətbiq edildiyindən nəzərə alınmamalıdır. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli qərar və protokolla Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (İş vərəqə 229-230) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndinin 5-ci abzasına əsasən, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza şərti olaraq tətbiq edildiyindən nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev Rasim Sadıxov ev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar