Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1392/2025 22.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X8 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslərin hüquqi varisləri - X3, X4 və X9, zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Pro Bono» Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1989-cü il tarixdə Bakı şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:40-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vulurmasına və üç nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:09 radələrində X10 məxsus olmaqla xx.xx.2024-cü il tarixli 224221 nömrəli notarial etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz və istismara yararlı olan “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Zirə-Qala-Xaşaxuna şossesinin Xaşaxuna bağlar massivində yerləşən hərbi şəhərciyin yaxınlığında fəaliyyət göstərən «Balıq evi» adlı kafenin qarşısında avtomobili geriyə manevr edib Zirə qəsəbəsi istiqamətinə 30 km/saat sürətlə hərəkət edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vuramamalı olduğu, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşını almağa texniki imkanı olduğu halda həmin qaydalara əməl etməmiş, yol hərəkəti qaydaları pozub mövcud şəraitdə “Saipa” markalı avtomobili yolun sol ehtiyyat hissəsindən əks istiqamətdə idarə edərək avtomobili əks hərəkət hissəsinə daxil edib hərəkət istiqamətinin əksinə idarə edərək qarşıdan əks istiqamətdə öz hərəkət yolunda sağ zolaqda hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi «Toyoto Prius» markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradaraq onun ön hissəsi ilə idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ehtiyatsızlıqdan toqquşmuş, nəticədə ehtiyyatsızhqdan «Saipa» markalı avtomobildə sürücü Təqsirləndirilən şəxs arxasında sol oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1 baş-beynin yüngül dərəcəli əzilməsi, baş-beyinin sol payının subdural qansızması, sağ almacıq qövsünüyün sınığı, sol İV-V qabırğanın, sağ sirkə kasasının, sağ baldırın hər iki sümüyünün açıq, qəlpəli sınıqları, sağ baldırın əzilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə dərəcəsinə görə ümumilikdə Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına səbəb olan, eyni zamanda, ehtiyatsızlıqdan qabaq oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs4 alın nahiyyəsinin, döş qəfəsinin ön səthinin, sol əlin arxa səthinin, sol budun orta üçdə birinin bayır səthinin, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın, sol ayağın İİ barmağının əzilmiş yaraları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, sağ bud sümüyünün qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla Zərərçəkmiş şəxs4 ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsrətlər yetirməklə, almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beyninin yumşaq qişasına geniş qansızmalar nəticəsində hadisə yerində ölümünə səbəb olmaqla, həmçinin, ehtiyatsızlıqdan həmin avtomobildə Zərərçəkmiş şəxs4 arxasında arxa sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs2 sağ dirsək nahiyyəsinin, sağ və sol dizin, sağ və sol baldırın, sağ və sol ayağın iç topuğunun, sağ ayağın üst səthinin əzilmiş yaraları, sol üst göz qapağının və sol yanağın qançırları, ağır travmatik və hemorragik şokla müşayiət olunan onurğa beynin boyun şöbəsinin qapalı travması, İV-V boyun fəqərəsinin qapalı sınığı, sağ said sümüklərinin qapalı, yerdəyişən sınığı, kəskin daxili qanitirmə ilə nəticələnmiş dalağın cırılması ilə nəticələnən dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmann əlamətlərinə malik olmaqla Zərərçəkmiş şəxs2 ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsrətlər yetirməklə, almış olduğu travma kompleksi nəticəsində ağır travmatik və hemorragik şok nəticəsində hədisə yerində ölümünə səbəb olmaqla, bundan başqa, ehtiyatsızlıqdan digər avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 ənsə nahiyyəsinin, sağ qulaqarxası nahiyyənin əzilmiş yaraları, alt dodağın qansızması, sağ dirsək nahiyyəsinin, sağ və sol dizin ön səthinin sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla Zərərçəkmiş şəxs3 ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsrətlər yetirməklə, almış olduğu travma kompleksi nəticəsində ağır travmatik və hemorragik şok nəticəsində hadisə yerində ölümünə səbəb olmaqla, yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına və üç nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, hadisə olarkən taksi sürücüsü kimi fəaliyyət göstərmiş və həmin gün Zərərçəkmiş şəxs1 götürmək üçün getmişdir. Etibar onunla günortadan əlaqə saxlayaraq ünvanı yollamış və onu götürməsini demişdir. Zərərçəkmiş şəxs4la uşaqlıqdan dostluq münasibətləri olmuş, Polad Etibarı da tanımışdır. Polad birlikdə gedib Etibarı götürmələrini demişdir. Zərərçəkmiş şəxs4 maşında ön tərəfdə əyləşmiş, Etibar arxasında, Rövşən isə digər tərəfdə əyləşmişdir. Özü ümumiyyətlə Xaşaxuna ərazisinə heç vaxt getməmişdir. Etibar gəlməsi üçün məlumat verərkən Zərərçəkmiş şəxs4la birlikdə olmuşdur. Etibar zəng etdiyi vaxtda Xəzər rayonu, Binə qəsəbəsində olan “Köhnə Bakı” adlı kafedə olmuş, kafedə olarkən iki bakal içki sifariş etmiş, lakin içki içməmişdir. İçkiləri sifariş etməkdə məqsədi Etibar zəng etməyəcəyi halda içmək olmuşdur. Etibargil kafedən çıxanda içkili olmuş, maşına oturandan sonra Rövşənin məhəlləsini keçmişdir. Həmin vaxt Rövşənin iki məhəllə arxada düşürülməli olması deyilmişdir. Rövşəni düşürmək üçün aparanda döndüyü vaxt hadisə baş vermişdir. Hadisə olarkən əks istiqamətdə Rövşəngilə getmişdir. Hava şəraiti qaranlıq olmuş, surəti olmamış, yola baxmış, lakin maşın gəldiyini görməmişdir. Yolun əks istiqamətinə çıxandan nə qədər müddət əks istiqamətdə olmasını xatırlamamışdır. Hərəkətdə olduğu yol asfalt deyil, torpaq yol olmuşdur. Rövşən demişdir ki, onlar həmişə oradan əks istiqamətdə hərəkət edirlər, bundan sonra oradan hərəkət etmiş, dönərək bir qədər hərəkət etdikdən sonra hadisə baş vermişdir. Qarşıdan gələn yük maşınını görərək yol vermiş, lakin “Prius” markalı maşını görməmişdir. Öz maşınını yola çıxmaq üçün saxlayanda, yəni maşının arxa tərəfini hasara tərəf, qabaq hissəsini isə yola tərəf saxlayanda sol tərəfdən ancaq yük maşının gəldiyini görmüş, bundan sonra yük maşınına yol vermiş, lakin “Prius” markalı maşını görməmişdir. Hava yağışlı olmamış və yol işıqlandırılmış vəziyyətdə olmuşdur. Əks istiqamətdə çıxdığı yolda olan surət həddi 90 km/saat olmuşdur. Xəsarətləri ilə bağlı nə hərəkət edə bilmiş, nə də ayağa qalxa bilməmişdir. Həkimlər əməliyyatı düz aparmadıqlarından sümüklərində bitişmə olmamışdır. Ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı ona heç bir elektron nəzarət vasitəsi taxılmamış, hər həftənin dördüncü günləri qol çəkmək üçün çağırılmışdır. Ona nə üçün qolbaq taxılmadığını bilməmişdir. O, əməlindən peşmandır, hadisə olduqdan sonra zərərçəkmişlərin ailələri ilə barışmağa cəhdlər etmişdir. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında etibarnamə ilə idarə etmiş, taksi fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə etmişdir. xx.xx.2025-ci il tarixdə tanışı Etibarın zəngi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən idarə etdiyi “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qala qəsəbəsi, Xaşaxuna Bağlar massivinə getmişdir. Həmin vaxt tanışı Zərərçəkmiş şəxs4 da yanında olmuşdur. Onlar Etibarın çağırdığı, yəni Zirə-Qala istiqamətində “Hərbi” şəhərciyə çatmamış, yolun sağ hissəsində yerləşən kafeyə getmişlər. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə onun arxasında, Zərərçəkmiş şəxs2 da arxa oturacaqda Poladın arxasında əyləşmişdir. Onların avtomobildə Rövşənin və Etibarın çıxmasını gözləməyi bir neçə dəqiqə çəkmişdir. Onlar birlikdə Zirə qəsəbəsinə getməli olmuşlar. Bunun üçün o, Qala qəsəbəsi istiqamətinə gedib, “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında döndükdən sonra geri qayıtmalı olmuşdur. Lakin mərhum Rövşən tez çatmaqları üçün maşını əks istiqamətdə sürməyini xahiş etmiş, qazi olduğuna görə X34 əməkdaşlarının onlara heç nə etməyəcəyini bildirmişdir. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat 00:10 radələrində idarə etdiyi “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 30 km/saat sürətlə Zirə qəsəbəsi istiqamətinə torpaq ehtiyat hissəsi ilə əks istiqamətdə hərəkət etməyə başlamışdır. İdarə etdiyi avtomobil ilə əks asfalt yola çıxan kimi “Tayota Prius” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma baş vermişdir. Bundan sonra baş verənləri xatırlamamışdır. O, özünə gələndə artıq xəstəxanada olmuş, Etibarın xəsarət aldığını, Poladın, Rövşənin və adını sonradan bildiyi digər avtomobildə olan Nizami adlı şəxsin baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölməsini eşitmişdir. Hadisə baş verən zaman spritli içki, narkotik vasitə və psixotrop maddə qəbul etməmiş, idarə etdiyi avtomobil işlək və saz vəziyyətdə olmuş, onun həmin avtomobili sürmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuş, heç bir məhdudiyyət qoyulmamışdır. O, hadisə baş verən gün spritli içki qəbul etməmiş, Binə qəsəbəsində Polad ilə birlikdə kafelərin birinə getməyini xatırlasa da, baş vermiş yol nəqliyyat hadisəsindən sonra onda yaddaş pozğunluğu yarandığına görə konkret olaraq kiminlə getdiyini unutmuşdur (İİ cild, səh. 17-19). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, içkili olduğundan heç bir şeyi xatırlamamış və hadisədən üç gün sonra reanimasiyada ayılarkən qəza baş verdiyini bilmişdir. Hadisədən əvvəl onu götürmək üçün Samir gəlmiş, həmin vaxt o, mərhum Rövşən və onun kürəkəni ilə birgə olmuşdur. Samiri onların yanına kimin çağırdığını xatırlamamışdır. Rövşən yox, amma o və Rövşənin kürəkəni Rasim spirtli içki qəbul etmişdir. Samir sonradan onların yanına gəlmiş və çox içkili olduğundan maşına necə mindirildiyindən məlumatı olmamışdır. O, içki içdiyi kafeyə yaxın ərazidə yaşamışdır. Hadisənin baş vermə anını bilməmiş və Samirin içkili olmasından xəbəri olmamışdır. Rövşənin harada oturmasından məlumatı olmamış, lakin deyilənə görə arxada əyləşmişdir. O, başqalarından Poladın qabaqda əyləşdiyini eşitmiş və bu səbəbdən müstəntiqə həmin qaydada ifadə vermişdir. Rövşənin qazi olması və ona görə Samirə əks istiqamətdə hərəkət etməsi ilə bağlı dediklərini başqalarından eşitmişdir. Müstəntiqə ifadəsində bildirdiyi halları övladlarından eşitmişdir. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. 6.Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma bibisi oğludur. Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində fərdi yaşayış evi olmuşdur. O da rəngsaz kimi yəni usta qismində həmin evin təmir işlərini görmüşdür. xx.xx.2025-ci il, saat 19 radələrində Rövşən ilə birlikdə Qala qəsəbəsində fəaliyyət göstərən “X29” adlanan kafeyə getmişdir. Həmin kafeni Rövşənin bacısının həyat yoldaşı Rasim işlətmiş, onlar kafeyə gedəndə Rasim özü də kafedə olmuşdur. O, kafeyə özü ilə bir ədəd 0,5 litr araq gətirmiş, həmin arağı Rasim ilə birlikdə içmişlər. Bundan sonra Rasim siqaret almaq üçün kafedən çıxmış, geri qayıdandan 0,5 litr yenə də araq gətirmiş, həmin arağı da içmişlər. Bundan sonra Samirin öz tanışı Polad ilə gəlməsi, onların avtomobilə əyləşməkləri dumanlı olaraq yadına gəlmişdir. O, bir də özünə gələndə artıq xəstəxanada olmuşdur. Həmin gün, yəni hadisə baş verəndən sonra haradan eşitməsi dəqiq yadına gəlməmiş, amma Rövşənin maşını əks istiqamətə sürməsini Samirdən istəməsi, X34 əməkdaşları saxlayarlarsa qazi olduğuna görə məsələni həll edəcəyini bildirməsini eşitmişdir. Hadisə baş verəndə o, Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücünün arxasında oturmuşdur. Polad qabaq oturacaqda, Rövşən isə arxa oturacaqda əyləşmişdir (İ cild, səh. 170-172). 7.Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. 8.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, cinayət işində guya Samirin saatda 30 km surətlə hərəkət etdiyi yazılmışdır. Oğlu “Prius” markalı maşında olmuş və həmin maşın isə üzbəüz deyil, kənarından vurulmuşdur. Avtomobilin surəti çox olmuşdur. Avtomobil əgər saatda 30 km surətlə hərəkət edirsə adi divara da dəysə belə onun içində iki nəfər ölə bilməz. Onun tək oğlu olmuş və təqsirləndirilən şəxsin əks yola çıxması nəticəsində haqsız yerə oğlu dünyasını dəyişmişdir. Hadisə barəsində ona Qismət adlı şəxs məlumat vermiş və həmin şəxslər özləri hadisənin necə olmasını görmüşlər. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 hüquqi varisi X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun oğludur. X11 ilə 1994-cü il tarixdə ailə həyatı qurmuş, rəsmi nigahdan xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 doğulmuşdur. Ondan başqa övladı yoxdur. Zərərçəkmiş şəxs3 subay olmuş, orta təhsilli olmuş, Fizuli rayonunda hərbi xidmətdə olmuş, maşın rəngsazı işləmişdir. xx.xx.2025-ci il tarixdə Zirə-Qala qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində qabaq oturacaqda «Toyoto Prius» markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən ölmüşdür. Qisməti oğlu Nizaminin dostu kimi tanımış, hadisə baş verən gün Qismət oğlunun yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını bildirmiş, lakin ölməsini deməmişdir. O, Mərdəkan qəsəbəsində olan 26 saylı xəstəxanaya gələn zaman oğlu Nizaminin ölməsini bilmişdir. Baş veımiş yol nəqliyyat hadisəsində günahkar sürücü cinayət məsuliyyətinə cəlb edilməsini bildirmişdir (İ cild, səh. 112-114). 10.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, bildiyi qədər həyat yoldaşı evinin yaxın olduğunu və özünün gedəcəyini demiş, lakin onu məcbur maşına oturdub aparmışlar. Hadisə olduğu yerlə evləri arasında olan məsafə on dəqiqəlik məsafə olmuşdur. Deyilən surətlə hərəkət olsa belə hadisə baş verməzdi. Təqsirləndirilən şəxs yalan deyir, hadisə olarkən içkili vəziyyətdə olmuşdur. O, Rövşənə zəng edərkən bacısı telefona cavab vermiş və onun artıq dünyasını dəyişdiyini demişdir. 11.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əridir. Onlar xx.xx.2009-cu il tarixdə ailə həyatı qurmuş, rəsmi nigahdan xx.xx.2011-ci il təvəllüdlü Məlahət Hüseynzadə və xx.xx.2012-ci il təvəllüdlü Rüqəyya Hüseynzadə adlı qızları var. Zərərçəkmiş şəxs2 İİ Qarabağ müharibizə iştirakçısı olmuş, könüllü dəstənin tərkibində müharibədə iştirak etmiş, Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanmış, İİİ qrup əlil olmuşdur. xx.xx.2025-ci il tarixdə Zirə-Qala qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 ölməsi barədə qohumları məlumat vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsində günahkar sürücü cinayət məsuliyyətinə cəlb edilsin (İ cild, səh. 139-141). 12.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, hadisədən gecə saat 4 radələrində məlumatı olmuşdur. Rövşən müharibə əlili olmuş, ona görə də psixatrik dərmanlar qəbul etmiş və dəfələrlə Maştağa Xəstəxanasında müalicələr qəbul etmişdir. Hadisədən bir neçə gün əvvəl Rövşən onları Hövsandan evlərinə aparmağa gəlmişdir. Həmin vaxt Etibar da arxada əyləşmiş və maşında Etibardan “dərman qutusundan üç dənəsi yoxdur, nə məsələdir” soruşmuşdur. O, hadisə olandan sonra Etibarın Rövşənin yanında dərmanları oğurlayıb Samirə çatdırdığını başa düşmüşdür. Onun eşitdiyinə görə Samir narkotik aludəçisidir, cinayətkardır və dayısı oğlu Etibarla birgə Rövşəndən istifadə etmişdir. O, təqsirləndirilən şəxsə qanunla ən ağır cəza verilməsini istədiyini bildirmişdir. 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, öz yolu ilə hərəkət etdiyi vaxt anidən qarşısına maşın çıxmış, qəzadan yayınmaq üçün maşınını sol tərəfə çəkmiş və həmin vaxt maşının sağ tərəfi digər maşına dəymişdir. Bundan sonra hadisənin şokunda olmuşdur. Maşında olanları çıxarmaq üçün dostu Qismətə zəng etmiş, maşınında olanları Qismətlə xəstəxanaya yola salmış, bundan sonra digər maşında olanlara köməklik edərək iki nəfəri çölə çıxarmışdır. Hadisə olarkən avtomobilində Nizamidən başqa kimsə olmamışdır. Hadisə zamanı “Saipa” markalı maşın əks istiqamətdə hərəkət etmiş, “Saipa” markalı maşının toqquşmadan əvvəl hansı məsafədə olmasını xatırlamamış və öz avtomobili 60-65 km/saat surətlə hərəkət etmişdir. O, əvvəldən digər avtomobilin torpaq yolla hərəkət etdiyini görmüşdür. Hadisə ikinci hərəkət zolağında baş vermiş və “Saipa” markalı maşın torpaq yolla hərəkət edərək anidən asfalt örtüyü olan yola çıxmışdır. O, “Saipa” markalı maşının yola çıxacağını düşünməmişdir. Qəzada digər avtomobildən bir nəfərin çıxdığını görmüş, lakin həmin şəxsin kim olduğunu tanımamışdır. Hadisədən bir neçə dəqiqə əvvəl hansısa ötmə əməliyyatı etməsini xatırlamamış, səhv etmirsə qarşısında yük maşını olmuş və həmin avtomobilə ötmə əməliyyatı etmişdir. Qəza olduğu yerdə yük maşını ilə aralarında olan məsafə çox olmuş, artıq yük maşınını arxada qoymuş avtomobilin özü ilə yük maşını arasında təxminən 200-250 metr məsafə olmuşdur. Yük maşının surəti az olmuş və yük maşınını ötəndən sonra öz yoluna qayıtmışdır. Öz yolunda hərəkətdə olarkən anidən “Saipa” markalı maşının gəldiyini görmüş və öz zolağına qayıdandan 3-4 saniyə sonra qarşıdan gələn avtomobili görmüşdür. Ola bilər ki, bəlkə başqa yük maşını da olmuşdur, lakin onun arxasında yük maşını hərəkət etmişdir. Bundan sonra, paltarları qan olduğu üçün hadisə yerində olan polis əməkdaşlarından icazə alıb evə getmiş və əynini dəyişib təkrar xəstəxanaya getmişdir. Hadisədən nə qədər müddət sonra hadisə yerini tərk etdiyi yadında qalmamışdır. Evə piyada getmiş və hadisə baş verdiyi yerlə evi arasında olan məsafə 500-600 metr olmuşdur. Həmin vaxt tanımadığı şəxsdən dostunu soruşduqda vəfat etdiyini demişdir. Bundan özü də pis olmuş və özünü pis hiss etdiyi üçün xəstəxanaya müraciət etmişdir. Hadisə ilə bağlı ayaq və beyin xəsarətləri almış, nə qədər vaxt sonra xəstəxanaya getdiyi isə yadında qalmamışdır. Özü hadisədən zərərçəkmiş, dostu vəfat etmiş və heç kimdən gizlənməmişdir. 14.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, icarə əsasında götürdüyü “Tayota Prius” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Yol nəqliyyat hadisəsi baş verən gün yanında müştəri qismində əyləşən şəxs Zərərçəkmiş şəxs3 qonşusu olmuş, onlar həmin gün zəngləşib görüşmüşlər, birlikdə mağazaya siqaret almağa getmişlər. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat 00:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi istiqamətindən İ hərəkət zolağı ilə saatda 60 km/saat sürətlə Qala qəsəbəsi istiqamətinə hərəkətdə olan zaman torpaq hisssə ilə hərəkətdə olan “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil əks hərəkət zolağına yəni onun hərəkət etdiyi yerə çıxmış, avtomobili tormozlamış, sola çəkmək istəsə də, aralarında olan məsafə az olduğuna görə bu mümkün olmamış və idarə etdiyi avtomobilin qabaq sağ hissəsi, Saipa markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Qismət onların avtomobilinə yaxınlaşmış, onlar birlikdə Nizamini oturduğu tərəfdən çıxardıb Qismətə məxsus “Meqan” markalı avtomobilə əyləşdirmiş və xəstəxanaya yola salmışlar. Bundan sonra ətrafda olan şəxslərlə birlikdə “Saipa” maşınından iki nəfər vəziyyəti pis olan şəxsləri maşından çıxardıb xəstəxanaya yola salmışlar. O, köməklik etsə də özü də pis vəziyyətdə olmuş və ağrımışdır. Orada olanlara köməklik etdikdən sonra üzəri qanlı olduğuna görə paltarını dəyişmək üçün evə getmiş, əynini dəyişmiş, morqa getmiş, morqda olan zaman tanımadığı şəxslərdən tanışı Nizaminin öldüyünü eşitmişdir. Bundan sonra 26 saylı xəstəxanaya müraciət etmişdir. Orada ağrılarının kəskin olduğunu görüb rentgen edə bilmədikləri üçün özlərinə məxsus avtomobil ilə onu Sabunçu rayon xəstəxanasına aparmışlar. Yol nəqliyyat hadisəsi baş verən gün yəni xx.xx.2025-ci il tarixdə idarə etmək hüququ olmuşdur, BC kateqoriyalı sürücülük vəsiqəsi olmuş, müddəti keçməmiş və heç bir məhdudiyyət qoyulmamışdır. Hadisə baş verən zaman spirtli içki və ya narkotik maddə qəbul etməmişdir. xx.xx.2025-ci il tarixdə Zirə qəsəbəsindən Qala qəsəbəsi istiqamətinə İ hərəkət zolağı ilə saatda 60 km/saat sürətlə hərəkətdə olan zaman əks tərəfdən torpaq yolla hərəkətdə olan “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu yola çıxmış, o, tormozlayıb sol tərəfə keçmək istəsə də bu mümkün olmamış və toqquşma baş vermişdir. O, dəqiq olaraq toqquşma baş verməmişdən qabaq neçə metr qalmış “Saipa” markalı avtomobilin çıxmasını görə bildiyini deyə bilməmiş, düşünmüşdür ki, “Saipa” markalı avtomobilin torpaq ehtiyat hissəsindən yola çıxmasını təxminən 5-6 metr qalmış görmüşdür. Toqquşma baş verəndən sonra Qismət onların avtomobilinə yaxınlaşmış, onlar birlikdə Niyazini oturduğu tərəfdən çıxardıb Qismətə məxsus “Meqan” markalı avtomobilə əyləşdirmiş və xəstəxanaya yola salmışlar. Bundan sonra ətrafda olan şəxslərlə birlikdə “Saipa” maşınından iki nəfər vəziyyəti pis olan şəxsləri maşından çıxardıb xəstəxanaya yola salmışlar. O, köməklik etsə də özü də pis vəziyyətdə olmuş və ağrımışdır. Orada olanlara köməklik etdikdən sonra evə gedib əynini dəyişmiş, 26 saylı xəstəxanaya gedib orada ilkin müayinə alandan sonra xəstəxananın avtomobili ilə onu Sabunçu rayon xəstəxanasına aparmışlar. O, hadisə yerindən yayınmamış, hadisə yerində hər kəsə kömək edib sonra özü də taksi ilə xəstəxanaya getmişdir (İ cild, səh. 64-67). 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə olarkən maşında dörd nəfər olmuşlar, yol kənarında özü, Nizami, Nazim, Surac dayanmış və evlərinə getmək üçün sağollaşmışlar. Özündə və Nazimdə maşın olmuş, Nazim ondan irəlidə hərəkət etmiş, Nazimin qarşısında isə yük maşını hərəkət etmişdir. Hadisə onlar hərəkətə başlayandan 2-3 dəqiqə sonra olmuşdur. Onunla “Prius” markalı maşın arasında olan məsafə təxminən 400-500 metr olmuş, öz avtomobili saatda 60 kilometr surətlə hərəkət etmiş, “Prius”un surətinin nə qədər olduğunu dəqiq bilməmişdir. Nazim yük maşınına ötmə əməliyyatı edib öz yoluna qayıdanda qarşısında yük maşını hərəkət etdiyi üçün qəza anını görməmişdir. Həmin vaxt yolda özlərindən başqa acaq yük maşını olmuşdur. Həm özü, həm də “Prius” markalı maşın birinci zolaqda hərəkət etmişdir. Qarşısında yük avtomobili hərəkət etdiyi üçün hadisə anını və “Saipa” markalı maşının yola çıxmasını görməmişdir. Qəza hadisəsi olduqdan sonra yük maşınını ötüb keçmiş, ona görə də yük maşının orada olmama ehtimalı olmamışdır. “Prius” markalı maşının dəmirlərə girdiyini və maşının hətta kabinəsinin arxa hissəsinin də göyə qalxdığını görmüşdür. “Prius” markalı maşında Nazim və Nizamidən başqa kimsə olmamışdır. Hadisə olarkən yolun işıqlandırması yaxşı vəziyyətdə olmuşdur. Nazimin sağ olduğunu görmüş, bundan sonra digər maşına baxanda iki nəfərin maşının ön şüşəsindən çıxdığını və avtomobilin matorxana hissəsində olduğunu görmüşdür. Hadisədən sonra Rövşəni maşının ön tərəfində görmüşdür. Başa düşdüyünə görə Rövşən ön tərəfdə əyləşmiş, çünki maşının ön şüşəsi çöldə olmuşdur. Nizamiyə təkrar yaxınlaşmış, bir neçə dəfə onu çağırsa da reaksiya verməmiş, öldüyünü bilməmiş və ürəyinin getdiyini düşünmüşdür. Nazimlə birlikdə Nizamini dartıb çıxarıb Xəzər rayon ərazisində dövlət xəstəxanasına çatdırmışdır. “Saipa” markalı maşında digər şəxsləri görmüş, onları maşından çölə Surac çıxarmış, lakin onlara kimin köməklik etdiyini bilməmişdir. Nizaminin ölməsini deyəndən sonra atası ilə anasını da götürüb xəstəxanaya aparmışdır. Surac və o Nizamini xəstəxanaya aparmış, Nazim isə onlarla birlikdə gəlməmişdir. Hadisə baş verdikdən sonra Nazimlə əlaqə saxlamamış və hadisədən sonra Nazimi ilk dəfə ayın 5-də görmüşdür. O, Nizamini maşına qoyub xəstəxanaya aparana kimi hadisə yerində olmuşdur. Nizamini maşına qoyub xəstəxanaya aparmaları 5-6 dəqiqə vaxt davam etmişdir. Qəzanın baş verdiyi yerdə adətən insanlar ara-sıra həmin yoldan hərəkət etmiş və əks yolda hərəkət etməklə digər yola çıxmışlar. Hazırda qəzadan sonra həmin yerə kamera yerləşdirilmiş və belə hallar olarkən dərhal cərimə yazılmışdır. 16.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, yol nəqliyyat hasdisəsində Zərərçəkmiş şəxs3 başqa xəsarət alan və ölən şəxsləri tanımamışdır. Hadisə baş verməmişdən bir neçə saat qabaq Nizami ilə çayxanada birlikdə oturmuş, həmin vaxt yol nəqliyyat hadisəsi zamanı olan avtomobillərdən “Tayota Prius” markalı avtomobilin sürücüsü Nazim də onların da yanında olmuşdur. Sirac adlı tanışı da onlarla birlikdə çay içmişdir. Bundan sonra çayxanadan çıxmış, Nizami tanışı Nazimin maşınına əyləşib Qala qəsəbəsi istiqamətinə getmişdir. O da özünə məxsus “Renault Megan” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onların arxası ilə sürmüşdür. Sirac onun avtomobilində əyləşmişdir. O, Zirə Südçülük sovxozunda olan 324 nömrəli məktəbin yanında qalmış, həmin gün də evə getmişdir. Nazimin idarə etdiyi “Tayota Prius” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun arasında 300-400 metr ara məsafəsi olmuşdur. O, “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin torpaq yolla əks hərəkət zolağı istiqamətinə gəlməsini görsə də toqquşmanı qarşıda Kamaz markalı yük avtomobili olduğu üçün görməmişdir. Prius markalı avtomobildə olan sərnişinləri tanıdığı üçün ilk olaraq həmin avtomobilə yaxınlaşmışdır. Nazimin huşu özündə olmuş, onlar birlikdə Nizamini öz tərəfindən qapısı bağlı olduğuna görə sürücü tərəfdən olan qapıdan çıxartmış onun maşınına əyləşdirmişlər. Bundan sonra Sirac da onun avtomobilinə əyləşmişdir. Nizamini Mərdəkan qəsəbəsində olan 26 saylı xəstəxanaya aparmışlar, orada onu xələcə uzadıb xəstəxananın içərisinə aparmış, tibb bacıları nəbzini yoxlamış, Nizaminin öldüyünü bildirmişlər. Bundan sonra Nizaminin valideynlərini evdən gətirib ilk olaraq Nizaminin öldüyünü bildirməmiş və Nizaminin valideynləri xəstəxanada olanda Nizaminin öldüyünü bilmişlər (İ cild, səh. 77-79). 17.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Nizami ilə birlikdə məhəllədə görüşəndən sonra kafeyə getmişlər və bundan sonra Nazimlə Qismət onların yanına gəlmişlər. Nizami ilə o pivə, Nazimlə Qismət isə çay içmişlər. O, yolu çox aydın görməmiş, yola baxmamış və sonradan qarşıda qəza olduğunu bilmişdir. Hadisə təxminən gecə saat on iki-on ikinin yarısında baş vermişdir. Nazimlə aralarında olan məsafə 300-400 metr olmuşdur. Onların avtomobilinin surəti yəqin ki, 50- 60 aralığında olmuş, “Prius” markalı maşının surətini bilməmiş, yəqin ki, həmin maşının da surəti 50-60 aralığında olmuşdur. Onların avtomobili ilə “Prius” markalı avtomobilin arasında maşın olmamış, səhv etmirsə “Prius”un qarşısında bir yük maşını olmuşdur. Həmin vaxt telefonla oynadığından toqquşma anını görməmiş və başını qaldıranda hadisənin olduğunu görmüşdür. Səhv etmirsə onların qarşısında hərəkətdə olan yük avtomobili olmuş və telefonla məşğul olduğu üçün qəza olarkən onların yük maşınını ötübötmədiklərini bilməmişdir. Toqquşma “Prius” markalı avtomobilin öz hərəkət zolağında olduğu yerdə baş vermişdir. O, Rövşəni əyləşdiyi maşının qabaq sağ tərəfindəki qapıdan çıxarmış, onun gördüyü Rövşən qabaqda əyləşmiş və hadisədən sonra qabağa gəlməmişdir. Maşının ön şüşəsi yerindən çıxmış, maşının ön şüşəsindən kimin çölə çıxmasını bilməmiş, lakin Rövşən dəqiq ön sağ tərəfdə olmuşdur. Arxa tərəfdə adam olubolmadığını bilməmişdir. O, Polad adlı şəxsi tanımamış və harada əyləşdiyini də bilməmişdir. O, digər şəxsi çıxarmış, bundan sonra tanışının pis olduğunu demişlər və onların yanına qayıtmışdır. O, Qismətlə birgə Nizamini xəstəxanaya aparmışdır. Nazimin morqa və ya xəstəxanaya gəldiyini bilməmiş, oradan təkrar hadisə yerinə qayıtmışlar. Hadisə yerinə gələndən sonra Nazimin orada-olmadığına fikir verməmişdir. Hadisədən sonra Samirin vəziyyətinin necə olduğunu bilməmişdir. O, qapını açanda Rövşən qatlanmış vəziyyətdə olmuş və qapını açan kimi qucağına yıxılmışdır. 18.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hadisə baş verməmişdən bir neçə saat qabaq Nizami ilə Xəzər rayonu, Qala qəsəbəsində olan çayxanada birlikdə oturmuş, bundan sonra Qismət və Nazim gəlmişdir. Bir müddət sonra çayxanadan çıxmış, Nizami tanışı Nazimin maşınına əyləşib Qala qəsəbəsi istiqamətinə getmişdir. O da Qismətə məxsus “Renault Megan” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. Nazimin idarə etdiyi “Tayota Prius” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə aralarında 300-400 metr ara məsafəsi olmuşdur. O, telefona başı qarışdığı üçün konkret olaraq hadisənin necə baş verdiyini görməmişdir. Toqquşma baş verəndən sonra o, Nazimin maşından düşdüyünü görüb, onlarda salamatçılıq olduğunu düşünmüşdür, bu səbəbdən “Saipa” markalı avtomobilə yaxınlaşmışdır. “Saipa” markalı avtomobilin qabaq sərnişin tərəfdən qapını qırıb, sərnişini düşürdəndə tanıdığı Rövşən olduğunu görmüşdür, Rövşən artıq o, maşından düşürdəndə ölmüşdür. Həmin vaxt Qismət və Nazim qışqıraraq onu çağırmış, Nizaminin vəziyyətinin pis olduğunu demişlər. Onlar birlikdə köməkləşib, Nizamini maşından çıxartmış və Qismətin idarə etdiyi avtomobildə arxa oturacağa uzatmış. Nizamini Mərdəkan qəsəbəsində olan 26 saylı xəstəxanaya çatdırmışlar, orada onu xələcə uzadıb xəstəxananın içərisinə aparmış, tibb bacıları nəbzini yoxlamışlar və onun öldüyünü bildirmişlər (İ cild, səh. 101-103). 19.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, axşam vaxtı saat təxminən onbirə qalmış Binə qəsəbəsində olan işlətdiyi kafeyə Samir və yanında olan iki nəfər gəlmişlər. Bir müddət sonra masalarına sifariş verilmiş içkiləri də içməyərək çıxıb getmişlər. O, Poladdan nə üçün tez getdiklərini soruşduqda işləri olduğunu və buna görə də tez getməli olduqlarını demişdir. Pivələr hərəyə bir bakal verilmiş və istəmədikəri üçün pivələr də içilməmişdir. Onlar təxminən otuz dəqiqə kafedə əyləşmişlər və içkidən kimin hansı miqdarda içdiyini bilməmişdir. Geri qaytarılmış hər bir bakal yarımçıq içilmiş vəziyyətdə olmuş və neçə bakalın yarımçıq olmasını xatırlamamışdır. Səhv etmirsə hesabı Polad ödəmişdir. Samir həm axşam, həm də gündüz vaxtlarında kafeyə gəlmişdir. 20.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, artıq 7 ildir Bakı şəhəri, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində “Green Kafe” adlı restoran işlədir Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 kafeyə gələn müştəri kimi tanımış, münasibətləri yaxşı olmuşdur. Samir, Polad və yanlarında bir nəfər tanımadığı şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində icarə əsasında işlətdiyi kafeyə gəlmişdir. İşlədiyi kafedə pivə seti olmuş, həmin setin dəyəri 12 manat olmaqla, 6 ədəd pivə və pivə içmək üçün məzələr həmin setə daxil olmuşdur. Samirgil həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində 12 manatlıq pivə setindən sifariş etmişlər, ilk olaraq 3 pivə və məzələr masaya gəlmişdir. Təxminən 5-10 dəqiqə sonra onlar masadan qalxmışlar. O, hansı səbəbə getdiklərini soruşmuşdur, Polad işlərinin çıxdığını deyib pivə setinin pulunu tam olaraq vermişdir. Onlar gətirilən pivədən yarımçıq içmiş, amma konkret olaraq kimin hansı miqdarda pivə içməsini deyə bilməmişdir, buna dəqiq olaraq fikir verməmişdir. O, kafeni işlətmiş, həmin kafedə həm də nəzarəti həyata keçirmiş, konkret olaraq masalarda kimin hansı miqdarda pivə içməsini bilməmişdir. Onu demişdir ki, onlar masalarına 3 pivə sifariş etmişlər, əlavə sifarişlərində 3 pivə də qalsa da, ilk verilən 3 ədəd pivəni yarlmçıq içmiş və çıxıb getmişlər (İ cild, səh. 197-199). 21.Məhkəmə iclasında müstəntiq X17 izah verərək bildirmişdir ki, o, sürücülərin hər ikisindən yol nəqliyyat hadisəsinin nə vaxt baş verdiyini soruşduqda, Samir əks yola çıxdıqdan dərhal sonra hadisənin baş verdiyini, digər sürücü Nazim isə Samirin torpaq yolla gəldiyini gördüyünü, lakin əks yola çıxacağını bilmədiyini və əks hərəkət zolağına çıxdıqdan 10-12 metr sonra hadisənin baş verdiyini demişdir. O, sorğu əsasında əldə etdiyi videogörüntü ilə hadisənin Samir əks yola çıxdıqdan 2.5 saniyə sonra baş verdiyini müəyyən etmişdir. Hesablamışdır ki, Nazimin dediyi kimi aralarında olan məsafə 10-12 metr olsa da, Nazim 70 km/saat surətlə hərəkət etmiş olsa da belə 2.5 saniyəyə hadisə baş verə bilməzdi. Ona görə də ekspertiza təyini qərarında ekspertizada həmin halın müəyyən edilməsi üçün Nazimin əleyhinə məsafəni daha artıq qeyd etmişdir. Sənədləşdirmə apardığı gün hadisənin videogörüntüsü onda olmamış, görüntünü sonradan əldə etmişdir. Cinayət işinin materiallarında olan hadisənin sxemini kiminsə ifadəsi əsasında deyil, hadisə baş verdiyi gün səhər hadisə yerinə çıxıb nəyi necə müşahidə etmişsə onun əsasında tərtib etmişdir. Yol polisinin bort komputeri vasitəsilə hadisənin baş verdiyi ərazidə Nazimin radara düşməsini yoxlatdırmış, lakin surəti aşkar edilməmişdir. Ona görə də bununla bağlı Nazimin surətini müəyyən etmək üçün əlavə sorğu verilməsinə zərurət görməmişdir. Hadisə yerinin yaxınlığında surət radarı olmamış və radarlar hadisədən 1-2 km məsafədə yerləşmişdir. Cinayət işinin materiallarında avtomobilin surət həddini neçə qeyd etmişsə həmin surət həddi olmuş, surəti indi dəqiq xatırlamaya bilər. Cinayət işinin materiallarında olan istintaq hərəkəti protokollarını təsdiq edir. 22.Məhkəmə-tibbi ekspertizasının 13 mart 2025-ci il tarixli, 221 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində baş-beynin yüngül dərəcəli əzilməsi, başbeynin sol payının subdural qansızması, sağ almacıq qövsünüyün sınığı, sol İV-V qabırğanın, sağ sirkə kasasının, sağ baldırın hər iki sümüyünün açıq, qəlpəli sınıqları, sağ baldırın əzilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "X31" X33 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərərvurmaya aiddirlər (İ cild, səh. 208-212). 23.Məhkəmə-tibbi ekspertizasının 04 fevral 2025-ci il tarixli, 21 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər - Sağ dirsək nahiyyəsinin, sağ və sol dizin, sağ və sol baldırın, sağ və sol ayağın iç topuğunun, sağ ayağın üst səthinin əzilmiş yaraları; sol üst göz qapağının və sol yanağın qançırları; ağır travmatik və hemorragik şokla müşayiət olunan onurğa beynin boyun şöbəsinin qapalı travması, İV-V boyun fəqərəsinin qapalı sınığı; sağ said sümüklərinin qapalı, yerdəyişən sınığı; kəskin daxili qanitirmə ilə nəticələnmiş dalağın cırılması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı ağir dərəcəli zərərvurmanm əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2.Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində ağır travmatik və hemorragik şok olmuşdur. 3.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs2 meyitinin meyitxanada müayinəsindən 8-10 saat əvvəl baş vermişdir. 4.Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəm-kimyəvi müayinə aktı № 515K, xx.xx.2025) (İ cild, səh. 188- 195). 24.Məhkəmə-tibbi ekspertizasının 04 fevral 2025-ci il tarixli, 22 nömrəli rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs3 meyitində aşkar edilmiş xəsarətlər - Ənsə nahiyyəsinin, sağ qulaqarxası nahiyyənin əzilmiş yaraları; alt dodağın qansızması, sağ dirsək nahiyyəsinin, sağ və sol dizin ön səthinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı; küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı ağir dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2.Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. 3.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, olüm mərhum Zərərçəkmiş şəxs3 meyitinin meyitxanada müayinəsindən 10-12 saat əvvəl baş vermişdir. 4.Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsir edicilər aşkar edilməmişdir. (məhkəmə-kimyəvi müayinə aktı № 516/K, xx.xx.2025) (İ cild, səh. 182-187). 25.Məhkəmə-tibbi ekspertizasının 04 fevral 2025-ci il tarixli, 23 nömrəli rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs4 meyitində aşkar edilmiş xəsarətlər - Alın nahiyyəsinin, döş qəfəsinin ön səthinin, sol əlin arxa səthinin, sol budun orta üçdə birinin bayır səthinin, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın, sol ayağın İİ barmağının əzilmiş yaraları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; sağ bud sümüyünün qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdirlər, həyat üçün təhlükəli olan sağlamlığa ağir dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. 2.Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb yolnəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. 3.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs4 meyitinin meyitxanada müayinəsindən 10-12 saat əvvəl baş vermişdir. 4.Mərhum Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsir edicilər aşkar edilməmişdir. (məhkəmə-kimyəvi müayinə aktı № 517/K, xx.xx.2025) (İ cild, səh. 176-181). 26.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli 8/477 nömrəli ekspert rəyindən görünür ki, 1.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Sapia” markalı 99FZ602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qaununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2.İstintaq tərəfindən göstərilən şəraitdə Toyota Prius markalı 77EC681 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur (İ cild, səh. 213-216). 27.«Maddi sübutların ekspertizası» barədə 07 fevral 2025-ci il tarixli, 479/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik tərkibli, bihuşedici, uyuşdurucu, yuxu gətirici və kefləndirici maddələrin təyinatını aparmaq mümkün olmamışdır (İ cild, səh. 117-119). 28.«Maddi sübutların ekspertizası» barədə 07 fevral 2025-ci il tarixli, 780/K nömrəli ekspert rəyindən görünür ki, Şahid1 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik tərkibli, bihuşedici, uyuşdurucu, yuxu gətirici və kefləndirici maddələrin təyinatını aparmaq mümkün olmamışdır (İ cild, səh. 120-122). 29.«Videogörüntüyə baxış keçirilməsi haqqında» 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, 20 dəqiqədən ibarət yol nəqiliyyat hadisəsini əks etdirən görüntü Daxili İşlər Nazirliyininin Təhlükəsiz Şəhər Xidmətindən əldə olunmuş TŞ7 067(3) nömrəli kameradan qeydə alınmışdır. Videonun 09 dəqiqəsi 26 saniyəsindən görünür ki, ağ rəngli avtomobilin, yəni “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin geriyə hərəkət edib avtomobili manevr etdirdikdən sonra əks istiqamətinə yəni Zirə qəsəbəsinə doğru yolun torpaq hissəsi ilə hərəkət edib geriyə dönməyə doğru gedən zaman yolun əsas hissəsinə, yəni asfalta çıxdığı anda öz yolu ilə yəni Zirə-Qala yolu ilə Qala qəsəbəsi istiqamətinə hərəkət edən Prius markalı avtomobilin ön hissəsi ilə toqquşmuşdur (İ cild, səh. 217). 30.«Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 04 fevral 2025-ci il tarixli protokoldan görünür ki, toqquşmanın baş verdiyi yer Bakı şəhəri, Xəzər rayonu, Zirə-Qala- Xaşaxuna şossesidir. Hadisə baş verdiyi ərazi avtomaşınların iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur, ikitərəfli yolu dəmir məhəccər ayırır, yol asfalt örtüklüdür. Hadisə baş verdiyi yerdə hərəkət hissəsinin ümumi eni 7,33 metrdir, hadisə yerinin sağ və sol kənarları torpaqlı ehtiyat hissə, fərdi yaşayış evləri və iaşə obyektləridir. Hadisə baş verən gün hava qaranlıq, yağmursuz olmuşdur, yol suni işıqlar ilə işıqlandırılmışdır. Hadisə baş verən anda asfalt örtük düz, quru olmuşdur. Toqquşma nöqtəsi sağ torpaq örtüyündən 2,63 metr məsafədə baş vermişdir. Hərəkət üçün təhlükə yaranma anı “Tayota Prius” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil üçün “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin torpaq yoldan Zirə-Qala şossesində əks hərəkət zolağına girdiyi andan baş vermişdir. Hərəkət üçün təhlükə yaranma anı “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil üçün “Tayota Prius” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zirə-Qala şossesində toqquşma anında baş vermişdir. Hadisədən əvvəl “Tayota Prius” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət surəti 60 km/saat olmuşdur. Avtomobil texniki cəhətdən saz, yüksüz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl “Saipa” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət surəti 30 km/saat olmuşdur. Avtomobil texniki cəhətdən saz, yüksüz vəziyyətdə olmuşdur (İ cild, səh. 05-22). 31.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 05 may 2025-ci il tarixli, 3-28-29/2-4499/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İİ cild, səh. 31). 32.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X34 İdarəsindən daxil olmuş 25 fevral 2025-ci il tarixli 3-13-16/2-38242/2025 nömrəli məktubdan görünür ki, DİN-in Baş X34i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BA ******* nömrəli “BC” kateqoryalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılıması ilə bağlı məlumat qeydə alınmamışdır (İ cild, səh. 159). 33.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X34 İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 04 noyabr 2025-ci il tarixli, 13-16/2-228108/2025 nömrəli məktubdan görünür ki, Baş X34i İdarəsinin mərkəzi informasiya sistemində 03-04 fevral 2025-ci il tarixlərdə “Toyota” markalı, **-EC-*** və “Saipa” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə sürət həddinin aşılmasına dair məlumat mövcud deyil. 34.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X34 İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 20 noyabr 2025-ci il tarixli, 44-7/2-67699 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il saat 23:00 tarixindən xx.xx.2025-ci il saat 00:10 tarixinədək “Toyota” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı və “Saipa” markalı 99- FZ- 602 dövlət qeydiyyat nişanlı avtomobillərin Zirə-Qala-Xaşaxuna şossesində sürət həddini aşması barədə DİN Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində heç bir qayda pozuntusu qeydə alınmamışdır. 35.«Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında» 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 may 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 20-22). 36.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(003)-709/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, səh. 142-143, 144-150). 37.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 19 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 1(003)-709/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edildiyi üçün barəsində olan şəxsi iş xx.xx.2026-cı il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. 38.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. 39.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 hüquqi varisi qismində dindirilmiş X7 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. 40.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2023-cü il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 41.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 42.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 43.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 44.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilmişdir. 45.“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. 46.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 47.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, toplanılmış sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 48.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X12rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 49.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 50.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vulurmasına və üç nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yolnəqliyyat hadisəsi törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 51.Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 52.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 55.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 57.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.12-ci və və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və Zərərçəkmiş şəxs4 hüquqi varisi X3 ona qarşı heç bir şikayətinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 58.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 59.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 60.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 61.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 62.Təqsirləndirilən şəxs təyin olunacaq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın icrası Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməli, əlavə cəza cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. 63.Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci maddəsinin tələblərinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir. 64.Həmin Məcəllənin 154.3-cü maddəsinin tələblərinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. 65.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 66.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığ - 22 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. 67.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin ləğv edilməsini, «həbs» qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 68.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 69.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 70.İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 71.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 72.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 73.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 22 yanvar 2026-cı il tarixdən hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev