Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1393/2021 28.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X9 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri X6 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-İn 221.3-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 2 il 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 6 ay 2 gün hissəsi çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış, 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə saat 23:30 radələrində qohumu Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 3 ünvana gəldikdə, qeyri-rəsmi olaraq birgə yaşadığı Şahid2 orada olduğuna görə, qısqanclıq zəmində Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı mətbəxdəki masanın üzərində olan soyuq silah hesab edilməyən, tiyəsi gümüşü rəngli metal materialdan ibarət, yuxarı kənarı boyu uzunluğu 145 mm, eni əsasında 30 mm, ortada 25 mm, ucuna yaxın İsə 1 mm olan, dəstəyi gümüşü rəngli yastı formalı tiyənin milindən ibarət, hər iki lövhəsi düşmüş, uzunluğu 130 mm, eni 20 mm-dən 25-dək, qalınlığı 1,5 mm olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə onun qarın nahiyəsinə iki zərbə vurmaqla, sonuncuya qarının ön divarının iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları, qaraciyərin, yoğun bağırsağın və böyük piylıyin zədələnməsi kimi insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2005-ci ildə Bakı şəhərinə köçərək müxtəlif ünvanlarda kirayə yaşamış, əvvəllər müxtəlif maddələrlə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs onun bibisi qızı Arzunun keçmiş həyat yoldaşı olmuş, daha sonra boşanmışlar. Buna baxmayaraq onun Bəxtiyarla münasibəti davam etmiş, qardaş kimi olmuşlar. Bəxtiyar boşandıqdan sonra ünvan 5 ünvanında yaşamağa başlamış, o da, bəzən Bəxtiyarın oğlu Şahmuradla həmin mənzilə gedib-gəlmişlər. 2021-ci ilin fevralında yenə də Bəxtiyarın evində olarkən Şahmuradın tanışı Şahid2 ilə tanış olmuş və qızdan xoşu gəlmişdir. Səhəri gün Şahmuraddan Xanımın əlaqə nömrəsini götürmüş, bundan sonra mütəmadi Xanımla əlaqə saxlamış və bir müddətdən sonra Xanıma onunla ailə qurmaq istədiyini söyləmişdir. Xanım onun təklifinə razılaşdıqdan sonra mart ayının əvvəllərindən onlar birlikdə onun kirayə yaşadığı evdə yaşamağa başlamışlar. Əvvəllər mehriban dolansalar da, son zamanlar Xanımla aralarında mübahisələr baş vermişdir. 25 mart 2021-ci il tarixdə yenə Xanımla aralarında mübahisə yaranmış, Xanım acıq edərək evdən çıxıb getmiş, lakin haraya getməsi barədə ona heç bir məlumat verməmiş, o da, Xanımdan bu barədə soruşmamışdır. 26 mart 2021-ci il tarixdə gün ərzində Bəxtiyar ona iki dəfə zəng vurub hal-əhval tutmuş, axşam dostu Dağlarla məhəllədə olan zaman Xanımın Bəxtiyarın yanında ola biləcəyindən şübhələndiyinə görə, ona zəng vurmaq qərarına gəlmişdir. Lakin Bəxtiyara zəng zəng çatmamışdır. Bundan sonra onun şübhələri daha da artmış, Dağlara birlikdə Bəxtiyargilə getmişdir. Saat 23:30 radələrində onlar evə çatmış, qapını döydükdə Bəxtiyar qapını açmış, onlar dəhlizdə salamlaşan zaman Xanım mənzildəki sanitar qovşağından çölə çıxmışdır. O, Xanımı orada gördükdə çox təəccüblənmiş, onun əynində qısa şortik olduğundan daha da acıqlanıb, Xanımdan Bəxtiyarın evində nə işi olduğunu soruşmuşdur. Xanım ona heç bir söz demədən dəhlizin sonunda yerləşən otağa getmiş, o da, Xanımın arxasınca otağa daxil olmuşdur. Orada da Xanım onun suallarına cavab vermədiyindən o, əsəbləşib, onun baş və çiyin nahiyəsinə yumruq və şillə zərbələri vurmuşdur. Bu zaman Bəxtiyarla Dağlar onu sakitləşdirib otaqdan çıxararaq mətbəxə aparmış, bir neçə dəqiqə mətbəxdə qaldıqdan sonra hirsi soyumadığından yenidən otağa qayıdıb Xanımı döyməyə başlamışdır. Xanımı qısa geyimdə gördüyündən və onun Bəxtiyarın yanında olmasından xəbərsiz olduğundan, qızın ona Bəxtiyarla xəyanət etdiyini düşünmüş və Bəxtiyardan nə üçün ona yalan danışdığını soruşduqda, sonuncu Xanımla aralarında heç bir şey olmadığını söyləmişdir. O, Xanımı yenidən döymək istəsə də, Bəxtiyar onun yolunu kəsib mane olmuş, buna görə də o, əsəbləşib mətbəxdəki masanın üzərində olan qabdan bir ədəd dəstəyi olmayan mətbəx bıçağını götürüb Bəxtiyara kənara çəkilməsini söyləmişdir. Bəxtiyar yenə də onun mətbəxdən çıxmağına mane olduğu üçün o, həmin bıçaqla Bəxtiyarın qarın boşluğuna iki zərbə vurmuşdur. Bundan sonra Dağlar onu itələyərək Bəxtiyardan ayırmış və o, əlindəki bıçağı masanın üzərinə qoymuş, daha sonra Dağlarla birlikdə mənzildən çıxaraq hərəsi öz evinə getmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ildə həyat yoldaşı Arzu Məmmədovadan ayrılıb kirayə yaşamağa başlamış, Təqsirləndirilən şəxs Arzunun dayısı oğlu olmaqla aralarında yaxın münasibətləri olmuşdur. Arzudan ayrıldıqdan sonra hazırda yaşadığı mənzilə köçüb orada tək yaşamağa davam etmiş, oğlu Şahmurad və Sənan tez-tez onun yaşadığı mənzilə gəlib ona baş çəkmişlər. 2021-ci ilin fevral ayında Şahmurad yaşadığı mənzilə Xanım adlı bir qızla gəlmiş və həmin qızın onun tanışı olduğunu söyləmişdir. Bundan sonra Şahmurad bir neçə dəfə Xanımla birlikdə onun yanına gəlmiş, fevral ayının ortalarında Şahmuradla Xanım onun yanında olarkən Sənan da onlara gəlmiş və həmin vaxt Xanımla tanış olmuşdur. Sonradan bildiyinə görə, X10 vasitəsilə bir-biri ilə tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Bir müddət keçdikdən sonra onlar Sənanın Sabunçu rayonu ərazisində kirayə qaldığı evdə birlikdə yaşamağa başlamışlar. Mart ayının 25-dən 26-na keçən gecə Xanım ona zəng vuraraq Sənanla aralarında mübahisə baş verdiyini və evi tərk etdiyini söyləyib, bir neçə günlük onu evində saxlamasını xahiş etmiş, o da, Xanıma etiraz etməyib onun evinə gəlməsini söyləmişdir. Həmin gecə Xanım taksi ilə onun evinə gəlmiş və gecəni orada qalmışdır. Səhəri gün o, Xanıma onu Sənanla barışdırmağı təklif etmiş, lakin Xanım hələ barışmaq üçün tez olduğunu söyləmişdir. Həmin gün o, Sənanla mobil telefon vasitəsilə əlaqə saxlayıb danışsa da, Xanımın onun yanında olması barədə heç bir söz deməmişdir. 26 mart 2021-ci il tarixdə saat 23:30 radələrində Xanımla birlikdə evdə olan zaman mənzilin qapısı döyülmüş, qapını açdıqda Sənanın dostu Dağlarla birlikdə gəldiyini görmüşdür. Onları içəriyə dəvət etmiş, Xanım isə həmin vaxt mənzilin sanitar qovşağında olmuşdur. Onlar qapının ağzında dəhlizdə söhbət edən zaman Xanım çölə çıxıb onları görmüş, Sənan əsəbi halda Xanımdan onun evində nə işi olduğunu soruşmuşdur. Xanım ona heç bir cavab vermədən mənzilin sonunda yerləşən otağa keçmiş, Sənan da onun ardınca həmin otağa getmişdir. Onlar otağa daxil olduqda Sənan Xanımla acıqlı danışıb onun bədəninə yumruq və şillə zərbələri vurmuş, o isə, Dağlarla birlikdə Sənanı sakitləşdirib otaqdan çıxararaq mətbəxə aparmışdır. Lakin Sənan yenidən geri qayıdaraq Xanımı döyməyə davam etmiş, onlar bir daha Sənanı sakitləşdirib mətbəxə aparmışlar. Sənan onlara qarşı güc tətbiq edib Xanımın yanma getmək istəsə də, onlar onu var gücləri ilə tutub mətbəxdən çıxmasına mane olmuşlar. Sənan qışqıraraq nə üçün onun Xanımla birlikdə olduğunu soruşmuş, o, Sənana Xanımla aralarında heç bir şey olmadığını söyləsə də, Sənan ona inanmamışdır. Bu zaman qəfildən Sənan mətbəxdəki masanın üzərindəki mətbəx bıçağını əlinə götürüb ona kənara çəkilməsini söyləmiş, lakin o, heç bir yerə çəkilməyəcəyini bildirdikdə, Sənan əlindəki bıçaqla onun qarın boşluğuna iki zərbə vurmuşdur. Bundan sonra Sənan Dağlarla birlikdə mənzildən çıxıb getmişlər. Onlar getdikdən sonra o, qarın nahiyəsindən qan axdığını görüb mənzildəki pambıqla qarın nahiyəsini silərək Xanımın olduğu otağa keçmişdir. Xanım ondan nə baş verdiyini soruşduqda, o, Xanıma Sənanın onu bıçaqladıgını söyləmişdir. Xanım təcili tibbi yardıma zəng etmək istəsə də, o, Xanıma mane olub qan axmanı özünün dayandıracağımı bildirmiş, lakin 1-2 saat gözlədikdən sonra qarnından axan qanı saxlaya bilmədiyini görüb dostu Məcnuna zəng vuraraq bıçaqlandığını deyib onlara gəlməsini söyləmişdir. Məcnun gəldikdən sonra o, təcili tibbi yardıma zəng vurmuş və həkimlər gəlib onu 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayında tanışlarından birinin məclisində Şahid3 ilə tanış olmuş, dost kimi yaxın münasibətləri yaranmış, onlar tez-tez görüşüb birlikdə gəzmiş, bəzi hallarda isə Şahmurad onu atasının yaşadığı mənzilə aparmışdır. Şahmurad ona atası ilə anasının boşandıqlarını, buna görə də atasının ayrı yaşadığım bildirmiş və onu atası Bəxtiyarla tanış etmişdir. O, bir neçə dəfə Şahmuradla birlikdə Bəxtiyarın yaşadığı ünvanda olmuşdur. 2021-ci ilin təxminən fevral ayında Bəxtiyarın evində olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bir neçə gündən sonra Şahmurad ona Sənanın ondan xoşu gəldiyini və onunla əlaqə yaratmaq istədiyini söyləmiş, o da, mobil nömrəsini Sənana verməsinə etiraz etməmişdir. Həmin gün Sənan ona zəng vurmuş, bundan sonra bir-birinə təz-tez zəng vuraraq danışmışlar. Bir müddət əlaqə saxladıqdan sonra Sənan onunla ailə qurmaq istədiyini söyləmiş və onunla birlikdə yaşamağı təklif etmişdir. O da, Sənanla razılaşmış və mart ayının əvvəllərindən birlikdə onun kirayə yaşadığı Sabunçu rayonundakı fərdi yaşayış evində yaşamağa başlamışlar. Sənan səhər evdən çıxıb işə getmiş, axşamlar isə geri qayıtmış, o da, həmin müddətdə evdə qalıb ev işləri ilə məşğul olmuşdur. Sənanla əvvəllər mehriban yaşasalar da, son zamanlar aralarında tez-tez mübahisələr baş vermiş, sonuncu dəfə 25 mart 2021-ci il tarixdə gecə yenə mübahisə etmişlər. Sənan onunla kobud danışdığından o, əsəbləşib evi tərk etmiş, lakin getməyə yeri olmadığından Bəxtiyara zəng vurub onu bir neçə günlük evində qonaq etməsini xahiş etmişdir. Bəxtiyar da problem olmadığını bildirmiş və o, Bəxtiyarın evinə gedərək gecəni orada qalmışdır. 26 mart 2021-ci il tarixdə Bəxtiyar Sənanla onu barışdırmağı təklif etsə də, o, Bəxtiyara hələ bir neçə gün gözləməsini söyləmiş, Bəxtiyar da onun evində olması barədə Sənana heç bir söz deməmişdir. Həmin gecə saat 23:30 radələrində mənzildə sanitar qovşağından çıxan zaman Sənan və onun dostu Dağların Bəxtiyarla birlikdə mənzilin dəhlizində dayandıqlarını görmüş, Sənan onu gördükdə, əsəbi halda onun buada nə etdiyini soruşmuşdur. O isə, Sənana heç bir söz demədən dəhlizin sonundakı otağa getmiş, Sənan da onun arxasınca həmin otağa daxil olmuşdur. Sənan onunla acıqlı danışaraq sifət və çiyin nahiyələrinə yumruq və şillə zərbələri vurmuş, bu zaman Bəxtiyarla Dağlar onu sakitləşdirib həmin otaqdan çıxarıb mətbəxə aparmışlar. Bəxtiyarla bir qədər mübahisə etdikdən sonra Sənan yenidən onun yanına gəlib onu döyməyə başlamış, Bəxtiyar isə yenidən onu sakitləşdirib otaqdan çıxarmışdır. O, Bəxtiyarla Sənanın mübahisə etdiklərini eşitsə də, qorxduğu üçün müdaxilə etməmişdir. Onlar bir neçə dəqiqə mübahisə etdikdən sonra mənzilin qapısının açılıb-bağlandığını eşitmiş və Sənangİlin getdiyini başa düşmüşdür. Bundan sonra Bəxtiyar onun yanına gəldikdə, o, Bəxtiyarın pambıqla qarın nahiyəsini təmizlədiyini görmüş və Bəxtiyarın qarın nahiyəsinə baxdıqda, iki ədəd deşilmiş yara olduğunu aşkar etmişdir. Bəxtiyar Sənanın ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. O, təcili tibbi yardıma zəng vurmaq istəsə də, Bəxtiyar buna icazə verməmişdir. Təxminən 2-3 saat ərzində Bəxtiyarın qanaxmasını dayandırmağa çalışsa da, qanı saxlaya bilmədiyini görmüş və bu zaman Bəxtiyar Məcnun adlı dostuna zəng vurub evə gəlməsini söyləmiş, Məcnun da evə gəlib təcili tibbi yardıma zəng vurmuşdur. Bir qədər sonra həkimlər gəlib Bəxtiyarı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Valideynləri yola getmədiklərindən onlar 2019-cu ildən ayrılmış, həmin vaxtdan atası “Həzi Aslanov” metrostansiyası yaxınlığında mənzil kirayə tutub yaşamağa başlamışdır. O da, bəzən gedib atasına baş çəkmiş, onunla münasibətini kəsməmişdir. Təqsirləndirilən şəxs anasının dayısı oğludur, Sənanın da atası ilə və onunla daim yaxın münasibəti olmuşdur. 2021-ci ilin fevral ayında o, tanışlarından birinin məclisində Xanım adlı qadınla tanış olmuş və onların dost kimi münasibətləri yaranmışdır. Onlar tez-tez görüşmüş və bir müddət sonra o, Xanımı atasının yaşadığı mənzilə aparıb atası ilə tanış etmişdir. Onlar bir neçə dəfə atasının yaşadığı mənzilə gedib orada vaxt keçirmişlər. Fevral ayının ortalarında Xanımla birlikdə atasının yaşadığı mənzildə olan zaman Sənan da oraya gəlmiş və Xanımla tanış olmuşdur. Bundan sonra Sənan təklikdə olarkən ona Xanımdan xoşu gəldiyini söyləmiş və Xanımın mobil nömrəsini istəmişdir. O da, Xanımdan icazə aldıqdan sonra onun mobil nömrəsini Sənana vermişdir. Onlar bir müddət bir-biri ilə danışmış, sonra Sənanın Sabunçu rayonu ərazisində kirayə yaşadığı evdə birlikdə yaşamağa başlamışlar. 27 mart 2021-ci il tarixdə atasının dostu Məcnun ona zəng vuraraq Sənanın atası Bəxtiyarı bıcaqladığım və hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında olduqlarını söyləmişdir. Bundan sonra o, xəstəxanaya getmiş, lakin atasının vəziyyəti ağır olduğundan onunla söhbət edə bilməmişdir. Məhkəmə iclasında Şahid1 ibtidam istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs 5 aya yaxındır ki, tanıyır və həmin vaxtdan onların dostluq münasibətləri yaranmışdır. 2021-cİ il tarixdə mart ayının 26-dan 27-nə keçən gecə saat 01 radələrində evdə olan zaman Bəxtiyar ona zəng vuraraq vəziyyətinin ağır olduğunu və onlara gəlməsini söyləmiş, o, Bəxtiyardan nə baş verdiyini soruşduqda, Bəxtiyar ona bıçaqlandığını bildirmişdir. Bəxtiyarın danışmaqda çətinlik çəkdiyini görüb ona artıq sual verməmiş və tələsik Həzi Aslanov metrosunun yaxınlığında onun yaşadığı mənzilə getmişdir. Mənzilə çatdıqda Bəxtiyarın yataqda uzanmış vəziyyətdə olduğunu, qarın nahiyəsində isə iki ədəd deşilmiş yara olduğunu görmüşdür. Mənzildə Bəxtiyardan başqa tanımadığı bir qadın da olmuş, lakin sonradan onun adının Xanım olduğunu öyrənmişdir. O, təcili tibbi yardıma zəng vurmaq istəsə də, Bəxtiyar ona mane olmuş, lakin o, Bəxtiyara qulaq asmayıb təcili tibbi yardıma zəng vuraraq məlumat vermişdir. Bir qədər keçdikdən sonra həkimlər gəlib Bəxtiyarı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, o da, onlarla birlikdə xəstəxanaya getmişdir (cild 1, iş vərəqi 21-23). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 27 mart 2021-ci il tarixli baxış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 1 ədəd dəstəyi olmayan, tutacaq hissəsində 5 ədəd dairəvi dəlik olan, gümüşü rəngli, 27,5 sm uzunluğunda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını istintaqa təqdim edərək, Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini bildirmiş, həmin bıçaq iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür (cild 1, iş vərəqi 41-42). Cinayət işində olan 15 aprel 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd mətbəx bıçağı iş üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və sonuncu, təqdim edilmiş bıçaqlar arasından həmin bıçağı göstərərək, Təqsirləndirilən şəxs ona həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 134). Kompleks məhkəmə-trasoloji və kriminalistik ekspertizasının 13 aprel 2021-ci il tarixli 183/2021- MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda bir ədəd deşilmiş-kəsilmiş və bir ədəd kəsilmiş zədə aşkar olundu. Deşilmiş-kəsilmiş zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin, kəsilmiş zədə isə iti kənarlı alətin təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda bir ədəd deşilmiş- kəsilmiş və bir ədəd kəsilmiş zədələr eskpertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Həmin zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 137-141). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 may 2021-ci il tarixli 1005 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, emosional reaksiyalara meyilli olmasi, əsəbi gərginlik zamanı özünə xəsarət yetirməsi, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, əhvali-ruhiyyəsinin dəyişkənliyi, əsəbiliyi, emosional dayanıqsızlığı təsdiq edir. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd edilən emoisonal davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilİyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilİyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 142-144). Məhkəmə tibbi ekspertizasının 04 iyun 2021-ci il tairxli 357 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları, qaraciyərin, yoğun bağırsağın və böyük piyliyin zədələnməsi müəyyən edildi. Xəsarətlər deşicikəsici alətin (bıçağın) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 26.03.2021-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (cild 1, iş vərəqi 145-146). Məhkəmə tibbi ekspertizasının 10 iyun 2021-cİ il tairxli 485 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü vətəndaş Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı 26.03.2021-ci il tarixdə xəsarət alması müəyyən olunsa da, müddətinə görə sağalıb izlər itdiyindən konkret nəticəyə gəlmək mümkün deyildir (cild 1, iş vərəqi 147-148). İbtidai istintaq orqanının 18 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qısaqol, yaxasız, üzərində ön hissədə solda yan cibi olan və heç bir etiketi olmayan, göy rəngli köynək maddi sübut kimi tanınmış, saxlanılması üçün Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 164-172). Cinayət işinə əlavə edilmiş 10 avqust 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddia tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 aprel 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 62 və 69.3-cü maddələri nəzərə alınmaqla qəti olaraq 2 il 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 116-129). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinin 20.09.2021-ci il tarixli 21-1/3-7528 saylı məktubundan görünür ki, Sabunçu rayon məhkəməsinin 08 avqust 2019cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 2 il 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 29.03.2021-ci il tarixədək onun cəzasının çəkilməmiş qalan hissəsi 6 ay 2 gün təşkil edir. Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 62 və 69.3-cü maddələri tətbiq olunmaqla qəti olaraq 2 il 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya idarəsinin 20.09.2021-ci il tarixli 21-1/3-7528 saylı məktubundan görünür ki, Sabunçu rayon məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 6 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CC-nin 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 avqust 2019cu il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş və çəkilməmiş qalan 6 (altı) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, həmin cəza hazırkı hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına hökmlərin məcmusu qaydasında qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin vaxtdan hal-hazıradək həbsdə saxlanılır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət cəza müddətinə daxil edilməli, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 mart 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı və hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş 1 ədəd qısaqol, yaxasız, üzərində ön hissədə solda yan cibi olan və heç bir etiketi olmayan, göy rəngli köynək məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 №-li qərarı və həmin qərara 03 may 2018-ci il tarixli 222 №-li qərarla edilmiş dəyişikliklərə əsasən, hər iş saat üçün 6 (altı) manat məbləğində müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və arayışdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 13 saylı Vəkil bürosunun vəkili X4 həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Səxavət Şahbazova ödənilməli olan 120 (yüz iyirmi) manat müdafiə xərci Bakı şəhəri, 13 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş və çəkilməmiş qalan 6 (altı) ay 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 3 (üç) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin olunmuş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli hökmü üzrə müəyyən edilmiş 3 (üç) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası hökmlərin məcmusu qaydasında qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai rayon Polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı və hadisə zamanı zərərçəkmiş şəxs X2 əynində olmuş 1 ədəd köynək məhv edilsin. İbtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X3 ödənilməli olan 120 (yüz iyirmi) manat müdafiə xərci Bakı şəhəri, 13 saylı Vəkil bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1393/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1393/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver