Məhkəmə qərarları › İş №1(101)-1393/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1393/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1393/2023 06.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Faiq Nağıyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri, psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Tufan» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada əldə edərək Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ərazisində yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısına daxil edilmiş 2 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 927,4 qram və 739,4 qram, ümumi təmiz çəkisi Külli miqdar təşkil edən 1666,8 qram olan bitki mənşəli maddələr tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, ümumi təmiz çəkisi Külli miqdar təşkil edən 700,236 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi külli miqdar əşkıl edən 356,095 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təsiredıci maddəsinin ümumi miqdarı 16,0 qram təşkil edən üzərində «Methadone 40» göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli,dairəvi formalı dərman həbləri narkotik vasitə olan metadonu internet informasiya ehiyatlarından və informasiya telekommunikasiıya şəbəkəsindən istifadə etməklə özünün istifadəsində olan ***-***-**-** Bakcell nömrəsinin «Whatsapp» proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Tufan» adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 901 *** **** nömrəsinin «Whatsapp» proqramı vasitəsi ilə əlaqə yaradıb, sonuncunun göndərdiyi məkan paylaşımından istifadə etməklə 16 yanvar 2023-cü il tarixdə həmin yerdən götürüb əldə edərək, sonradan «Tufan» adlı şəxsin tapşırığına əsasən ona gördüyü işin qarşılığında pul verəcəyi şərtilə istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə deyəcəyi yerə qoymaq üçün daşıyaraq yaşadığı evə aparıb saxlamış, 2023-cü ilin yanvar ayının 19-dan 20-ə keçən gecə həmin psixotrop madənin təmiz çəkisi 99,421 qram olan hissəsini bir ədəd bükümdə ayırıb, əynindəki qara rəngli qış gödəkcənin sol yan cibinə qoyaraq özü ilə daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN BNMİ-nin əməkdaşlar! tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə,Kəngərli həmin günü yəni 20 yanvar 2023-cü ildə gecə saat 00:20 dəqiqədə yaşadığı Bakı şəhəri Yasamal rayonu X7 yaşayış kompleksi blok B,mənzil 75 ünvanının yaxınlığında piyada hərəkət edərkən DİN BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq DİN BNMİ-nə gətirilmiş, xidməti otaqların birində üzərində axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli qış gödəkcənin sol yan cibindən 1 ədəd bükümdə, satış məqsədilə, qanunsuz olaraq əldə edib, üstündə saxladığı KÜLLİ miqdarda ümumi təmiz çəkisi 99,421 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunub götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu X7 yaşayış kompleksi blok B mənzil 75 ünvanına baxış keçirilən zaman mətbəxdə gizlətdiyi 2 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 927,4 qram və 739,4 qram ümimi təmiz çəkisi külli miqdar təşkil edən 1666,8 qram olan bitki mənşəli maddələr tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana,03 ədəd balğlamada ayrı-ayrılıqda təmiz çəkisi 265,350 qram,249,265 qram,86,200 qram ümumi təmiz çəkisi külli miqdar təşkil edən 600,815 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin,01 ədəd bağlamada təmiz çəkisi külli miqdar təşkil edən 356,095 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 16,0 qram təşkil edən üzərində «Methadone 40» göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli,dairəvi formalı dərman həbləri narkotik vasitə olan metadon,üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 3 ədəd elektron tərəz aşkar edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən dindirilmələrində 20 yanvar 2023-cü il tarixli ilkin izahatında, şübhəli şəxs kimi dindirilməsi zamanı və təqsirləndirilən şəxs kimi dindirilməsi zamanı ondan etirafedici ifadələr almasına baxmayaraq, onun barəsində məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilərkən, Təqsirləndirilən şəxs məhkəmədə izahatında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirərək, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. İbtidai araşdırmanı həyata keçirən müstəntiq Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları araşdırmayaraq, onun barəsində Yasamal rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən dediklərini vəsatət kimi qəbul edərək kifayətlənmiş və vəsatətin əsassız olduğu qənaətinə gələrək 21 yanvar 2023-cü il tarixdə rədd etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyi 21 yanvar 2023-cü il tarixdən ittiham aktının tərtib olunduğu vaxta, yəni 17 may 2023cü il tarixinədək Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsinə baxmayaraq, onun əlavə dindirilməsini həyata keçirməmiş, nəyə görə özünü təqsirli bilməməsini araşdırmayaraq, ittiham aktında Təqsirləndirilən şəxs cinayəti törətdiyini etiraf etdiyini qeyd edərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədiyini göstərməklə Təqsirləndirilən şəxs müdafiə hüququnu təmin etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3, 289.3.3-cü maddələrinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. Lakin, hazırki cinayət işi üzrə ittiham aktının tərtib olunması zamanı bu maddələrin tələblərinin pozulması müəyyən olunmuşdur, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxslərin müdafiə hüququnu pozur. Göründüyü kimi, ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmişdir. Avropa Məhkəməsinin mövqeyinə əsasən cinayət təqibinə məruz qalan şəxslərin müdafiə hüquqlarının reallaşdırılması vaxtında təmin edilməli, cinayət işinin konkret şəxslərə qarşı başlandığı hallarda onlara həmin andan Konvensiyanın 6(3) maddəsində nəzərdə tutulmuş hüquqlarını həyata keçirilməsinə şərait yaradılmalıdır. Formal olaraq fakta görə cinayət işi başlayıb, əsil həqiqətdə isə konkret şəxsin barəsində cinayət təqibi üzrə hərəkətlərin aparılması İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin birbaşa pozuntusu sayılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, "İnsan hüquqlarının və X4 haqqında" Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. "İnsan hüquqlarının və X4 haqqında" Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin "a" yarımbəndinə əsasən "cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın "xarakteri və əsasları" haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir". Azərbaycan Respublikası Konstitusiyanın 61.1-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə təqsirləndirilmələsinə dair cinayət işi üzrə ibtidai istintaq qanuvericiliyin tələblərinə uyğun olmayan qaydada təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə aparıldığından, təqsirləndirilən şəxsin konstitusion hüquqları pozularaq öz müdafiəsini istədiyi kimi həyata keçirə bilməmişdir, buna görə də cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tətbirinin dəyişdirilməsinə əsas görmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 234.4.4-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri 06 iyul 2023-cü il tarxədək uzadılsın. Qərardan şikayət və protest verilə bilməz. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Mahmud Ağalarov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar