Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1394/2024 18.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu ərazisində gündəlik kirayə verilən evlərdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 11 oktyabr 2023-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan təmiz çəkisi 3,881 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün yəni, 11 oktyabr 2023-cü il tarixdə, saat 15:00-da Yasamal rayon Polis İdarəsinin 28-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq 28-ci polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən “Prima” markalı siqaret qutusunun içərisində 01 ədəd 2 millik şpiris, 01 ədəd sınıq şüşə ampula, 01 ədəd alışqan və ağ rəngli kağızla şəffaf sellofana bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 3,881 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, polis əməkdaşları onu Yasamal rayonunda yerləşən Kaktus restoranın yaxınlığındakı 165 nömrəli ictimai nəqliyyat vasitəsinin dayanacağında saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Onu qeyd etdiyi yerdə saxladıqdan 5-10 dəqiqə sonra ağ rəngli avtomobilə əyləşdirib Yasamal RPİ-nin 28-ci PŞ-yə aparmışlar. Polis əməkdaşları ona aid olmayan narkotik vasitəni öz üzərinə götürməsi üçün döymüşlər. O da polis əməkdaşları tərəfindən döyüldükdən sonra ona verilən narkotik vasitənin video çəkiliş zamanı ona aid olduğunu söyləmişdir. Polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı xəsarətləri var və hamısını BİT-ə daxil olan zaman qeyd etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, tutulmazdan əvvəl narkotik vasitə istifadə etmişdir. Narkotik vasitənin Kakos adlanan növündən inyeksiya yolu ilə istifadə edirdi. Narkotik vasitədən tutulmazdan əvvəl 5-6 ay olardıki istifadə edirdi. İstifadə etdiyi narkotik vasitələri tanıdığı-tanımadığı şəxslərdən əldə edirdi. Ailə üzvləri Yevlax rayonunda yaşayırlar. O, Bakı şəhərində tək yaşayır. Yasamal rayonunda yerləşən Kaktus restoranının yaxınlığındakı tikintidə müqaviləsiz formada fəhlə işləyirdi. Hər gün tikintiyə işləməyə gedib-gəlirdi. Narkotik vasitə istifadə etməyə nə üçün başladığını bilmir. Tutulduğu vaxtdan 3-4 saat əvvəl narkotik vasitə istifadə etmişdir. Tutulduğu vaxt narkotik vasitə təsiri altında olmuşdur. Evdə olarkən narkotik vasitə istifadə edib şəhərə çıxmaq üçün çölə çıxmışdır. Polis əməkdaşları onu 11-12 radələrində saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün tikintiyə işləməyə getməmişdir. Hadisə günü evdən şəhərə gəzmək üçün çıxmışdır. Tutulmazdan qabaq da narkotik vasitə istifadə edib çölə çıxırdı. Narkotik vasitə istifadə edib çölə çıxsa da heç kimə xəsarət yetirməmişdir. Narkotik vasitə istifadə edəndən sonra şəhərə sadəcə gəzməyə gedirdi. Onu adını bildiyi Pünhan, Polad adlı şəxslər və 1 nəfərdə adını bilmədiyi şəxslər saxlamışlar. Polis əməkdaşları ona yaxınlaşan zaman özlərini təqdim etmədən onu avtomobilə əyləşdirib Yasamal RPİ-nin 28-ci PŞ-yə aparmışlar. Hadisə günü narkotik vasitə təsiri altında olub-olmamağını hiss etmək qarşındakı insanın özündən asılıdır. Narkotik vasitənin təsiri altında olmağını polis əməkdaşları hiss edə bilərdilər. Hadisə günü polis əməkdaşları narkotik vasitə təsiri altında olduğu üçün saxlaya bilərlər. Polis əməkdaşları onu saxladıqdan sonra narazılıq bildirməyə heç bir şərait yox idi. Yasamal RPİ-nin 28-ci PŞ-yə daxil olandan sonra daxil olduğu otaqda 1 nəfər şəxs var idi, amma həmin şəxsin təhqiqatçı olub-olmadığını bilmirdi. Yasamal RPİ-nin 28-ci PŞ-də üzərindən heç nə aşkar olunmamış, sadəcə video çəkiliş zamanı aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən ona video çəkiliş zamanı təqdim edəcəyi narkotik vasitə aşkar olunmuşdur. Polad adlı polis əməkdaşı narkotik vasitəni ona təqdim etmiş və video çəkiliş zamanı Kubinka adlanan yerdən aldığını söyləməsini bildirmişdir. Polis əməkdaşlarının dördü də onu xidməti otaqda döymüşlər. Polis əməkdaşları ona aid olmayan narkotik vasitənin ona aid olmağını demədiyi üçün onu döymüşlər. Döyülmə zamanı gözündə və bədənində xəsarətlər yaranmışdır. Döyüldükdən sonra polis əməkdaşlarının dedikləri ilə razılaşmış və narkotik vasitənin ona aid olduğunu bildirmişdir. İstintaq zamanı aşkar olunan narkotik vasitənin döyüldüyü üçün ona məxsus olmasını deməyini bildirmişdir. İfadələrini belə oxuyub imza etmək istəyəndə belə onu döymüşlər. İttiham aktında qeyd olunan saxlanıldığı yerin o, dediyi dayanacağın olub-olmamasını dəqiq bilmir. Polis əməkdaşları tərəfindən döyüldüyü zaman gözündə və bədənində xəsarətlər yaranmış, amma gözündə olan xəsarət göz ilə görmək olurdu. BİT-də olan zaman prokurorluqdan gəlmişlər, döyülməyi ilə bağlı izahat vermiş, ekspertizadan keçmişdir. Yasamal RPİ-nin 28ci PŞ-yə daxil olan kimi müdafiəçi təqdim olunmamışdır. Video çəkilişlə üzərində şəxsi axtarış aparılmazdan qabaq müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçi ilə təklikdə görüşməyə və söhbət etməyə şərait yaratmamışlar. Yasamal RPİ-nin 28-ci PŞ-də ona qarşı polis əməkdaşları fiziki təzyiqlər göstərmişlər, onu döymüşlər. Onu yerə yıxıb döydükləri üçün hansı polis əməkdaşının hansı nahiyəsinə vurduqlarını görməmişdir. Şəxsi axtarış başlamazdan qabaq hüquq və vəzifələri ona izah edilməmişdir. Tutulduqdan sonra əlinə qandal vurub Yasamal RPİ-nin 28-ci PŞ-yə aparmışlar. Tutulduğu vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Onu döyən şəxslərin arasında Şahid1 var idi. Üzündə olan ləkələr anadan gəlmə izlərdir. Şahid2 dedikləri ilə razı deyil. Onu 3 nəfər polis əməkdaşı saxlamışdır. Şahid2 da onu Yasamal RPİ-nin 28-ci PŞ-nin inzabati binasında döymüşdür. Şahid2 Yasamal RPİ-nin 28-ci PŞ-də ona qarşı fiziki təzyiq göstərmiş, döymüşdür. BİT-ə daxil olan zaman aşkar olunan qançır kimi xəsarətlər saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən döyüldüyü vaxt yaranmışdır. İbtidai istintaqdakı etirafedici ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələrdəki ziddiyyətlər polis əməkdaşlarının ona qarşı göstərdikləri fiziki təzyiqlərlə bağlıdır. Üzərindən aşkar olunan siqaret qutusu və içərisindəki şpris, ampula ona məxsusdur, amma narkotik vasitə ona aid deyildir. Boş ampula və işlənmiş şpris istifadəçi olduğu üçün üzərində idi. Siqaret qutusunun içərisindəkiləri təzə istifadə etdiyi üçün və yenidən istifadə edəcəyi vaxt lazım olacaqdır deyə üzərində saxlamışdır. Odur ki deyilənlərin nəzərə alınaraq məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, o, dəqiq tarix xatırlamasa da təxminən 2020-ci ildən başlayaraq narkotik vasitə və psixotrop maddə qəbul etmişdir. O, Yevlax rayonunda anadan olsa da uzun müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda gündəlik kirayə evlərdə yaşamışdır. O, dəqiq tarix xatırlamasa da təxminən 7-8 ay olar ki Yasamal rayonu ərazisində gündəlik kirayə verilən evlərdə qalıb “Kaktus” adlanan restoranın yaxınlığında dilənçilik edərək topladığı pullarla dolanmışdır. Psixotrop maddələrdən istifadə onda asılılıq yaratdığı üçün həmin maddələrdən istifadə etməyəndə dözülməz ağrıları olmuşdur. Bu səbəbdən son vaxtlar ağırları olduqca əsasən, “şüşə” kimi bilinən psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Belə ki, 11 oktyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində o psixotrop maddə almaq üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 70 manat pul müqabilində şəxsi istifadəsi üçün ağ rəngli kağıza və şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli “şüşə” kimi bilinən psixotrop maddə metamfetamini alıb üzərində olan “Prima” markalı siqaret qutusunun içərisində gizlədərək əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoymuşdur. O həmin psixotrop maddə metamfetamin bükümünü cibində gizlədərək bir müddət şəhərdə gəzinib daha sonra yaşadığı Yasamal rayonuna qayıtmışdır. Həmin gün yəni 11 oktyabr 2023-cü il tarixdə, saat 15:00-da ünvan 5 ünvanın qarşısında piyada şəkildə hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. O həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişdirlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan psixotrop maddəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli idman şalvarının sol yan cibində gizlətdiyi içərisində 01 ədəd 2 millik şpiris, 01 ədəd sınıq şüşə ampula, 01 ədəd alışqan və ağ rəngli kağızla şəffaf sellofana bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 3,881 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin olan 01 ədəd “Prima” markalı siqaret qutusunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd siqaret qutusunun içərisindəki ağ rəngli kağızla şəffaf sellofana bükülmüş vəziyyətdə bir ədəd büküm onun iştirakı ilə açılan zaman həmin bükümün içərisində ağ rəngli, kristallik maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və qeyd olunan maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, həmin bükülüdəki maddə “şüşə” kimi bilinən psixotrop maddə metamfetamindir. Həmin maddəni o bu gün, yəni 11 oktyabr 2023cü il tarixdə saat 11 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən ümumilikdə 70 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş “Prima” markalı siqaret qutusu və içərisində aşkar edilmiş ağ rəngli kağızla şəffaf sellofana bükülmüş bir ədəd büküm, 01 ədəd 2 millik şpiris, 01 ədəd sınıq şüşə ampula və 01 ədəd alışqan onun gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişdirlər. O bildirmişdir ki, üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini aldığını bildirdiyi şəxs qaramtıl dərili, 35-40 yaşlarında, orta köklükdə 160-165 boylarında, saçı yana daranan, üzü tüklü və bığsızdır. Həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. O uzun müddətdir nə mobil telefon, nə də ki, hər hansı bir operatora məxsus mobil nömrə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Yasamal rayonu, Şərifzadə 34 ünvanda Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunun Yasamal RPİ-nin 28-ci PŞ-yə dəvət etmişlər. Yasamal RPİ-nin 28-ci PŞ-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs üzərində olan siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içərisində olanları Kubinka adlanan yerdən aldığını bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda tək və ya kiminləsə qalmağı barədə məlumat əldə etməmişlər. Təqsirləndirilən şəxsin Yevlaxlı olması barədə məlumatları var idi. Təqsirləndirilən şəxs barəsində məlumat ona daxil olmuşdur. Etibarlı və qərərsiz mənbədən daxil olan məlumatda təqsirləndirilən şəxsin üzərində narkotik vasitə daşıması və istifadə etməsi göstərilmişdir. CM-in 234.4.3cü maddəsinə sonradan müstəntiq tərəfindən tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində yazdığı raportda sonuncunun narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs saxladıqdan sonra Yasamal RPİnin 28-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxsi saxladıqları yer 28-ci PŞ-yə yaxındır, aralarında 5-10 dəqiqəlik yol olardı. Təqsirləndirilən şəxsi saxladıqları vaxt 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxsə heç bir narkotik vasitə verməmişlər. Təqsirləndirilən şəxsi saxladıqları vaxt üzərində xəsarəti var idi. Təhqiqatçının təqsirləndirilən şəxsin üzərində olan xəsarətlə bağlı sonuncuya o barədə sual verib-vermədiyini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsi soraqlaşma əməliyyat axtarış tədbiri nəticəsində saxlamışlar. Soraqlaşma əməliyyat axtarış tədbirin təxirə salınmadan məhkəməni qərarı olmadan həyata keçirilə bilər. Təqsirləndirilən şəxsin üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirtməli olduqları üçün və saxladıqları yerdə şərait olmadığından sonuncunun üzərinə Yasamal RPİ-nin 28-ci PŞ-də baxış keçirtmişlər. Yasamal RPİ-nin 28-ci PŞ-yə gəldikdən neçə dəqiqə sonra müdafiəçinin gəldiyini bilmir. Təqsirləndirilən şəxsla bağlı əvvəllər heç bir məlumat daxil olmamış və ətrafında heç bir tədbir keçirtməmişlər. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq, təsir göstərilməmişdir. O, ifadəsi elan edildikdən sonra suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində daxil olmuş məlumatda təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə də məşğul olmasının qeyd olunması cinayət işlərin, tərtib etdiyi raportların çoxluğundan yadından çıxmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 15:00 radələrində Yasamal rayonu, Şərifzadə 34 ünvanında Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1lə birlikdə təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək sonuncunu saxlamışlar. Özlərini təqdim etdikdən sonra təqsirləndirilən şəxsi Yasamal RPİ-nin 28-ci PŞ-yə dəvət etmişlər. Yasamal RPİ-nin 28-ci PŞ-də təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman üzərindən kibrit qutusunun içərisindən narkotik vasitəyə bənzər maddə metamfetamin və tibbi iynə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi bir nəfər şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlamışlar. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat hadisə baş verən günü daxil olduğu üçün sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatları olmamışdır. Təqsirləndirilən şəxsin qeyd etdiyi 165 nömrəli ictimai nəqliyyat vasitəsinin dayanacağı o, bildirdiyi ünvandır. Təqsirləndirilən şəxsi tək hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqları vaxt 2 nəfər polis əməkdaşı olmuşlar. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq, təsir olmamışdır. Təqsirləndirilən şəxsi saxladıqları vaxt narkotik vasitə təsiri altında olmamışdır. Təqsirləndirilən şəxsin dediyi hallarla razılaşmır, yalan danışır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Daxil olmuş məlumatda təqsirləndirilən şəxsin şəxsiyyəti və zahiri görünüşü barədə bütün məlumatlar göstərilmişdir. Rəhbərliyin göstərişinə görə təqsirləndirilən şəxsi saxladıqdan sonra yerində deyil, Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasında baxış keçirtmişlər. Təqsirləndirilən şəxsi güdmə əməliyyat axtarış tədbiri ilə saxlamışlar. Əməliyyat axtarış tədbiri ilə bağlı qərarı o, qəbul etmədiyi üçün qərarda nə göstərildiyini bilmir. Qanunda göstərildiyi üçün təqsirləndirilən şəxsin üzərinə inzibati binada baxış keçirtmişlər. Təqsirləndirilən şəxsi saxladıqları vaxt əlinə qandal vurmamışlar. Təqsirləndirilən şəxsi saxladıqdan sonra üzərində qanunla qadağa olunmuş hər hansısa əşya olduqda üzərindən kənarlaşdırmasına şərait yaratmırlar. Saxladıqları vaxt üzərinə baxış keçirtməmişlər, sadəcə polis əməkdaşı olaraq üzərində nəsə olduğunu hiss etmişlər. Təqsirləndirilən şəxsi Yasamal RPİ-nin 28-ci PŞ-yə dəvət etdikdən dərhal sonra sonuncunu müdafiəçi ilə təmin etmişlər. Müdafiəçinin neçə dəqiqədən sonra gəldiyi tam yadında deyil. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşı Şahid1a daxil olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq, təsir göstərilməmişdir. Şəxsi nömrəsi cinayət işi materiallarında qeyd olunan nömrədir və artıq 10 ildir həmin nömrəni işlədir. O, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında Yasamal RPİ-nin 28-ci PŞ-nin polis əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə onun tərəfindən xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 15:00-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 34 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar Mustafaya narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi yəni satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu Yasamal RPİ-nin 28-ci PŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Yasamal RPİ-nin 28-PŞ-nin təhqiqatçısı, polis mayoru Azər Əliyevin xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı içərisində 01 ədəd 2 millik şpiris, 01 ədəd sınıq şüşə ampula, 01 ədəd alışqan və ağ rəngli kağızla şəffaf sellofana bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 3,881 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin olan bir ədəd “Prima” markalı siqaret qutusunu çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bir ədəd “Prima” markalı siqaret qutusu və içərisində olan ağ rəngli kağızla şəffaf sellofana bükülmüş vəziyyətdə 01 ədəd büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində ağ rəngli kristal şəkilli maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki “Prima” markalı siqaret qutusunun içərisində aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda Mustafa bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə “şüşə” kimi bilinən psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 70 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi bir ədəd ağ rəngli kağızla şəffaf sellofana bükülmüş büküm içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara etimad doğuran məlum və qərəzsiz mənbədən məlumat daxil olmuş və onlarda həmin məlumat əsasında Təqsirləndirilən şəxs saxlayaraq təhqiqat orqanına təqdim etmişdirlər. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncuya qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00-da ünvan 3 ünvanın qarşısında saxlanılan zaman və ya polis idarəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış və ya götürmə keçirilərkən sonuncunun üzərində nə mobil telefon aparatı, nədəki hər hansı bir operatora məxsus sim nömrə olmamışdır. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, mobil telefon istifadə etmir. Təqsirləndirilən şəxs yalan danışır. Belə ki Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00-da ünvan 3 ünvanın qarşısında o və əməliyyat qrupunun digər iştirakçısı tərəfindən saxlanılan zaman Mustafaya qarşı heç bir zorakılıq edilməmiş, həmçinin polis şöbəsində də Təqsirləndirilən şəxs nə o, nə də ki başqa bir polis əməkdaşı tərəfindən döyülməmişdir. O əlavə olaraq bildirmişdir ki, bunlar hamısı Musatafa Bəkirovun öz cinayət əməlinə haqq qazandıraraq məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə uydurduğu yalanlar olmuşdur. Əgər Mustafa saxlanılan zaman və ya polis şöbəsində olarkən döyülmüş olsaydı bu barədə üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı öz vəkilinə məlumat vermiş olardı. Mustafa xx.xx.2023-cü il tarixdə, saat 15:00-da ünvan 3 ünvanın qarşısında saxlanılan zaman sonuncunu o və şöbənin əməliyat müvəkkili Şahid2 yaxınalaşaraq saxlamış, həmin vaxt yanlarında başqa heç kim olmamışdır. 28-ci polis şöbəsində isə nəinki 4 nəfər heç bir polis əməkdaşı Təqsirləndirilən şəxs döyüb xəsarət yetirməmişdir. Bunlar hamısı Təqsirləndirilən şəxs Bakı İstintaq Təcrdixanasında olan zaman məsuliyyətdən yaxa qurtarmaq üçün əvəllər məhkum olunmuş şəxslər tərəfindən öyrədilmiş yalanlar olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq 28-ci PŞnə gətirilən zaman sonuncunun üzərindən “Prima” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd 2 millik şpiris, 01 ədəd sınıq şüşə ampula və 01 ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə göstərdikləri sonuncunun məsuliyyətdən yaxa qurtarmaq üçün uydurduğu yalanlardır. Onlar hər hansı bir cinayət əmlinin ifşa edilməsi ilə bağlı keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı mobil telefonlardan istifadə etməmişdirlər. Həmin vaxt onların üzərində əlaqə saxlamaq üçün xüsusi rabitə vasitəsi (ratsiya) olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs saxlanılması üçün keçirilmiş əməliyyat tədbirləri zamanı da onların üzərində mobil telefon olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəsində və daşınmasında şübhəli olması bildirilmişdir (İ cild, i.v. 4) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəsində və daşınmasında şübhəli olması barədə Yasamal RPİnin 28-ci PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild i.v. 6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs tutulma vaxtı xx.xx.2023-cü il tarixdən, saat 15:00-dan hesablanmışdır. (l cild i.v. 22) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır.Hazırda əynindəki qara rəngli idman şalvarının cibində psixotrop maddənin olduğunu qeyd etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisində ağ kağıza sonra isə sellofana bükülmüş içərisində ağ rəngli rəngli, kristallik formada öz dediyinə görə “şüşə” adlanan psixotrop vasitəyə oxşar kütləni, 100 mq-lıq yuxarı hissəsi sınmış şüşə dərman qabını, bir ədəd şprisi və bir ədəd alışqanı çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs iştirak edənlər və müdafiəçi X3 iştirakı ilə əynində olan qara rəngli idman şalvarının sol cibindən içərisində olan “şüşə” adlanan psixotrop vasitəyə oxşar kütlə olan bir ədəd bükülünü təqdim edərək bildirmişdir ki, həmin psixotrop vasitəni o, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən özünün istifadəsi üçün 70 manata almış və həmin tarixdə, saat 15:00-da ünvan 8 ünvanın qarşısında RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28ci PŞ-nin inzibati binasına gətirilmişdir. (l cild i.v. 30-31, 85) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/5320 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 167”-li dairəvi möhür əksi, “Şübhəli şəxs (imza) Bəkirov..” yazıları, soyad və imzalar olan zərfdə bir ədəd “Prima” siqarət qutusunun içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,881 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 ədəd 2 ml-lik şprisin və 01 ədəd sınıq şüşə ampulanın daxilində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. (İ cild i.v. 37-41) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(004)-1075/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon İdarəsinin 28-ci Polis şöbəsinin əməliyyat müvəkkili Polad Musatafayev tərəfindən qəbul edilmiş 11 oktyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (İ cild i.v. 42) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 51-52) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-784/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 15:00-dan hesablanmışdır. (İ cild i.v. 76-78) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild i.v. 86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 1216 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol göz yuvası nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddətinə görə müayinədən 9-11 gün əvvələ uyğun gəlir, yəni xx.xx.2023-cü il tarixə uyğun deyildir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (İ cild i.v. 94-96) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6507 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.97-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2868 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (İ cild i.v. 100-102) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid1 və Şahid2 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (İ cild i.v. 123-132) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD-R disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisində aşkar edilmiş 01 ədəd 2 ml-lik şpris, 01 ədəd sınıq şüşə ampula, 01 ədəd alışqan və təmiz çəkisi 3,881 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisində aşkar edilmiş 01 ədəd 2 ml-lik şpris, 01 ədəd sınıq şüşə ampula, 01 ədəd alışqan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə 3,831 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. (İ cild i.v. 133-146) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. (İ cild i.v. 159-160) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və 9723/2023 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı sol göz qapağında tündbənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıbaparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Yasamal Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Yasamal Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması barədə aparılan araşdırmada cinayət tərkibinin əlamətləri olmadığından 444-C-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin sorğusu əsasında Yasamal rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan, tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinə dair qeydiyyat kitabının kserosurətindən və aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saxlanılan Bəkirov X4 RPİ-nin MSY-nə təhvil verilmiş, MSY-yə daxil olarkən saxlanılan şəxs Təqsirləndirilən şəxs bədən baxışı keçirən zaman üzərində gözlə görünən heç bir bədən xəsarəti aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamağa, daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. İş materiallarından göründüyü kimi istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş psixotrop maddənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, psixotrop maddə bir bağlamada aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 3,881 qram çəkidə psxiotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Lakin iş materiallarından da göründüyü kimi qeyd edilən hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddənini satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, fiziki təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası, Yasamal Rayon Polis İdarəsi, Yasamal rayon Prokurorluğundan daxil olmuş cavab məktubları, onlara əlavə olunmuş sənədlər, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs tutulma vaxtı xx.xx.2023-cü il tarixdən, saat 15:00-dan hesablanmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-784/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 15:00-dan hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 80 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisində aşkar edilmiş 01 ədəd 2 millik şpris, 01 ədəd sınıq şüşə ampula, 01 ədəd alışqan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə 3,831 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd DVD-R disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisində aşkar edilmiş 01 ədəd 2 millik şpris, 01 ədəd sınıq şüşə ampula, 01 ədəd alışqan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,831 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd DVD-R disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1394/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1394/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver