Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1395/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçilər Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Biləsuvar Rayon Məhkəməsi tərəfindən 05.02.2016-cı il tarixdə Azərbaycan respublikasının CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikasının Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxıanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,217 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarında bir bükümdə təmiz çəkisi 3,411 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraq məqsədi ilə qadağan olunmuş əşya hesab olunan həmin narkotik vasitələri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli hökmü ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan dayısı oğlu Şahid7 çatdırılması üçün hazırladığı sovqatların içərisində olan üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas smetan qabının içərisinə qablaşdırib yoxlamadan gizlətməklə Bakı İstintaq Təcridxanasına görüşə gedən cinayətdən xəbəri olmayan dayısı arvadı Şahid1 vermiş, 03 yanvar 2021 -ci il tarixdə saat 10:20 /adələrində Şahid1 gətirdiyi sovqatlara Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında X2 müəssisənin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində yoxlamadan gizlətmək məqsədi ilə qablaşdırdığı üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas smetan qabının içərisindən bir bükümdə külli miqdarda təmiz çəkisi 4,217 qram olan qəhvəyi maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarında bir bükümdə təmiz çəkisi 3,411 qram olan bitki məşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyündən öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəlmiş cinayətkar qəsdini başa çatdıra bilməyib istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid7 onun dayısı oğludur. Aralarında həmişə yaxşı münasibət olmuşdur. Şahid1 isə onun dayısı Sabirin həyat yoldaşıdır. 03 yanvar 2021-ci İl tarixdə saat təxminən 18 radələrində dayısının həyat yoldaşı Ofelyaya zəng etmiş və Ofeliyadan Miryusifin yanına saxlanıldığı Bakı İstintaq Təcridxanasına sovqat aparıb aparmayacağını soruşmuş, həmin vaxt Ofelya xanım bildirmişdir ki, səhəri gün, yəni 04 yanvar 2021-ci il tarixdə Miryusifin yanına sovqat aparacaqdır. O da Ofelya xanıma bildirmişdir ki, Miryusif üçün o da sovqat hazırlayacaq və onun hazırladığı sovqatları da apara biləcəyini soruşmuşdur. Ofelya da etiraz etməmişdir. Bundan sonra həmin gün yəni narkotik vasitə əldə etmək üçün getdiyi Yasamal rayonu, Alatava qəsəbəsinə getmişdir. Orada xarici görünüşündən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfər şəxsə yaxınlaşıb narkotik vasitə olan marixuana və heroin satıbsatmamasını soruşmuşdur. Həmin şəxs də bildirmişdir ki, onda narkotik vasitə olan marixuana və heroin vardır. Bundan sonra tanımadığı şəxsdən ona çox miqdarda marixuana və heroin satmasını xahiş etmişdir. Həmin şəxs razılaşdıqdan sonra bir bükümdə marixuananı ona 50 manata, bir bükümdə heroini isə 100 manata sata biləcəyini söyləmişdir. O da üzərində pul olduğundan həmin şəxsdən bir bükümdə marixuananı 50 manata, bir bükümdə heroini isə 100 manata almışdır. Sonra Yasamal rayonu ərazisində yerləşən marketə daxil olmuşdur. Marketdən müxtəlif ərzaq məhsulları, şirniyyat, siqaret, meyvə, təmizlik vasitələri almışdır. Sonra yaşadığı ünvana getmişdir. Yaşadığı evdə aldığı bir bükümdə marixuananı və bir bükümdə heroini marketdən aldığı plastmas smetan qabının içərisinə yerləşdirilərək gizlətmişdir. Belə ki, yaşadığı ünvanda smetan qutusunun qapağını açmış, aldığı marixuana və heroini smetan qutusuna yerləşdirərək üzərini smetanla örtərək qutunun qapağını səliqəli şəkildə bağlamışdır. 04 yanvar 2021-ci il tarixdə saat təxminən 08:30-da yuxudan oyanmışdır. Miryusif üçün aldığı sovqatları 4 ədəd sellofan torbaya yığmışdır. Narkotik vasitə olan heroin və marixuananı yerləşdirdiyi 350 qram çəkidəki plastmas smetan qabını da sellofan torbaların birinin içərisinə qoymuşdur. Həmin gün saat təxminən 09 radələrində dayısının həyat yoldaşı Ofelya xanımın yaşadığı evə getmişdir. Həmin vaxt evdə dayı oğlu, yəni Miryusifin qardaşı Mirfərid və dayısının həyat yoldaşı Ofelya olmuşdur. O, Ofelyaya gətirdiyi sovqatları Bakı İstintaq Təcridxanasına Miryusifə aparmasını söyləmişdir. Ofelya da etiraz etməmiş və özünün də hazırladığı sovqatları o, gətirdiyi sellofan torbalara yığmışdır. Sonra Ofelya taksi sifariş vermişdir. Təxminən 5 dəqiqə sonra dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi avtomobili Ofelyanın yaşadığı evin yaxınlığına gəlmişdir. O və dayısı oğlu Mirfərid hazırladıqları sovqatları taksi avtomobilinə yükləmişlər. O da bundan sonra Ofelyaya onunla birlikdə Miryusifin yanına Bakı İstintaq Təcridxanasına getmək istədiyini demişdir. O və Ofelya taksi avtomobilinə əyləşmişlər. Taksi avtomobili ilə “Qış Parkı” adlanan yerin yaxınlığı ilə gedərkən xatırlamışdır ki, onun karantin rejimi ilə bağlı icazəsi yoxdur. Bu səbəbdən də Ofelyaya Bakı İstintaq Təcridxanasına gedə bəlməyəcəyin demiş və “Qış Parkı” adlanan yerin yaxınlığında gediş haqqı olan 10 manatı ödəyərək taksidən enərək yaşadığı ünvana getmişdir. 04 yanvar 2020-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evdə olmuşdur. Həmin vaxt polis əməkdaşları yaşadığı ünvana gəlmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, Ofelya xanım həmin tarixdə saat 10 radələrində Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Şahid7 üçün gətirdiyi sovqatlara Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən baxış keçirilərkən üzərinə «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə yerləşdirilərək gizlədilmiş 01 ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli 3,411 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli 4,217 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı Ofelya xanım bildirmişdir ki, 3,411 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd şəffaf sellofan bükülüdə qəhvəyi rəngli 4,217 qram çəkidə narkotik vasitə olan heroinin yeşləşdirilərək gizlədildiyi üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabını o, sovqatların içərisinə qoymuşdur. Həmin vaxt o, polis əməkdaşlarına əməlini səmimi olaraq etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİ-nin İŞ-nə təqdim etmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi, özünün etirafedici ifadələrindən başqa, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şahid7 onun oğludur. Miryusif Nərimanov Rayon Məhkəməsinin tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs onun baldızı Lalənin oğludur. 03 yanvar 2021-ci il tarixdə saat təxminən 18 radələrində baldızı Lalənin oğlu Anar ona zəng edərək Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Miryisifin yanına gedib-getməyəcəyini soruşmuşdur. O da 04 yanvar 2021ci il tarixdə Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Miryisifin yanına gedəcəyini söyləmişdir. Həmin vaxt Anar bildirmişdir ki, oğlu Miryusif üçün sovqat hazırlayacaqdır və o, həmin sovqatları Miryusifin yanına Bakı İstintaq Təcridxanasına aparsın. O da etiraz etməmişdir. 04 yanvar 2021-ci il tarixdə saat təxminən 09 radələrində kirayədə yaşadığı ünvan 3 ünvanında olmuşdur. Həmin vaxt Anar yaşadığı ünvana gəlmişdir. Anar özü ilə 4 sellofan torbaya yığılmış sovqatları gətirib bildirmişdir ki, həmin sovqatları Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Miryisifin yanına aparsın. O da etiraz etməmiş və özünün də hazırladığı sovqatları Anarın gətirdiyi sovqatların içərisinə yığmışdır. Sonra o, yaşadığı ünvandan Bakı İstintaq Təcridxana taksi sifarişi etmişdir. Bundan təxminən 5 dəqiqə sonra yaşadığı ünvana dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi avtomobili gəlmişdir. Anar və həmin vaxt evdə olan digər oğlu Mirfərid Anarın və onun hazırladığı sovqatları taksi avtomobilinə yığmışlar. Anar onunla birlikdə Bakı X1 yanına gedəcəyini bildirmişdir. Bu səbəbdən də o və Anar taksi avtomobilinə əyləşmişlər. Taksi avtomobili “Qış parkı” adlanan yerdən keçərkən Anar karantin rejimi ilə bağlı icazəsinin olmadığını, bu səbəbdən də onunla birlikdə Bakı İstintaq Təcridxanasına gedə bilməyəcəyini söyləmiş və “Qış parkı” adlanan yerdə taksi avtomobilinə saxlamağı söyləmişdir. Taksi avtomobili saxladıqdan sonra Anar həmin yerdə avtomobildən enmiş və yol haqqı olaraq da taksi avtomobilinə 10 manat ödəmişdir. Bundan sonra o, taksi avtomobili ilə Bakı İstintaq Təcridxanasına getmişdir. Həmin gün saat təxminən 10-da Bakı İstintaq Təcridxanasında X2 gətirdiyi sovqatları təqdim etmişdir. Həmin vaxt Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən gətirdiyi sovqatlara hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sovqatların yığıldığı sellofan torbanın birinin içərisində olan üzərinə «Smetana kaunasskaə" sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə yerləşdirilərək gizlədilmiş 01 ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik olan maddə aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş 01 ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik olan maddə Bakı İstintaq Təcridxanasının İşçiləri tərəfindən götürülmüş, qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və tərkibinin müəyyən edilməsindən ötrü ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bu barədə bağlı protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, protokola o, hal şahidləri və Bakı İstintaq Təcridxanasının işçiləri imza etmişlər. O, narkotik vasitə istifadəçisi deyildir. Narkotik vasitənin də nə olması ilə bağlı məlumatı yoxdur. Nə oğlu Miryusif, nə də Anar ona bu barədə heç nə deməmişdir. Əgər o, sovqatların içərisində narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vasitə olan heroin olmasını bilsəymiş heç vaxt həmin sovqatları baldızı Lalənin oğlu Anardan alıb oğlu Miryusifə verməzmiş. Bu barədə yalnız Bakı İstintaq Təcridxanasının əməkdaşları ona məlumat verərkən bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında ƏŞ-nin inspektoru vəzifəsində xidmət edir. Ədliyyə kapitanıdır. 04.01.2021-ci il tarixdə də Bakı istintaq Təcridxanasında xidmətdə olmuşdur. Həmin gün saat təxminən 10:20 radələrində AR-nin ƏD-nin PX-nin BİT-da X2 BİT-da 08 saylı rejim korpusunun 68-ci kamerasının saxlanılan məhkum Şahid7 yanına görüşə gəlmiş anası Şahid1 sovqatlar gətirmişdir. Həmin sovqatlara o, BİT-nın əməkdaşları Şahid5, Şahid4 və Şahid6la birlikdə baxış keçirmişlər. Baxış zamanı sovqatların içərisində olan üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə yerləşdirilərək gizlədilmiş, 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 bildirmişdir ki, onun 04 yanvar 2021-ci il tarixdə təxminən saat 10:20 radələrində BİT-da saxlanılan oğlu məhkum Şahid7 yanına görüşə gələn zaman tərəflərindən gətirdiyi sovqata baxış keçirilərkən aşkar edilmiş sovqatın içərisində olan üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddədən yerləşdirilərək gizlədilməsindən xəbəri olmamış, BİT-da saxlanılan övladı Şahid7 yanına gəlməyi planlaşdırarkən bir gün əvvəl qohumu Təqsirləndirilən şəxs ona zəng edərək Şahid7 yanına görüşə gedərkən kömək məqsədi ilə bir sıra ərzaq məhsullarını ona çatdırmasını xahiş etmiş, o, 04.01.2021-ci il tarixdə səhər vaxtı oğlu Şahid7 yanına gedən zaman qohumu Təqsirləndirilən şəxs onların evinə gələrək həmin sovqatları ona vermişdir. Sovqatların içərisindən aşkar edilmiş 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlənin və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılmış, qablaşdırılmış zərf isə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola və zərfə iştirakçılar imza etmişlər. Onda və ya BİT-nın hər hansı əməkdaşında Şahid1 BİT-da saxlanılan oğlu Şahid7 üçün narkotik vasitə gətirməsi ilə bağlı aralarında razılaşmanın olub-olmaması, başqa hər hansı şəxsin, həmçinin Təqsirləndirilən şəxs Şahid7 üçün BİTna anası Şahid1 vasitəsi ilə narkotik vasitə keçirməklə bağlı razılaşmalarının olubolmaması barədə heç bir əməliyyat məlumatı olmamışdır. Baxış bütün gətirilən sovqatlara keçirilmişdir. Bu səbəbdən də Şahid1 gətirdiyi sovqatlara da baxış keçirilmişdir. Sovqatların içərisində olan üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə yerləşdirilərək gizlədilmiş, 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunması isə adi prosedura daxilində keçirilən baxış zamanı aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismindən dindirilmiş Şahid6 və Şahid5, eləcə də iş üzrə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, ifadələrində şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişlər. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, 20.06.2019-cu il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-in 237.2.1, 237.2.3, 234.4.1, 234.4.3-cü maddələri təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 25.09.2019-cu il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Hazırda cəzasını AR-nın ƏN-nin PX-nin BİT-da çəkir. 04.01.2020-ci il tarixdə saat təxminən 10:20də cəza çəkdiyi AR-nin ƏD-nin PX-nin BİT-da olmuşdur. Həmin vaxt BİT-da 08 saylı rejim korpusunun 68-ci kamerasının saxlanılan məhkum Şahid7 yanına görüşə gəlmiş anası Şahid1 gətirdiyi sovqatlara baxış keçirilərkən hal şahidi qismində dəvət olunmuşdur. Baxış zamanı sovqatların içərisində olan üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə yerləşdirilərək gizlədilmiş, 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Şahid1 bildirmişdir ki, onun 04 yanvar 2021-ci il tarixdə təxminən saat 10:20 radələrində BİT-da saxlanılan oğlu məhkum Şahid7 yanına görüşə gələn zaman əməkdaşlar tərəfindən gətirdiyi sovqata baxış keçirilərkən aşkar edilmiş sovqatın içərisində olan üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddədən yerləşdirilərək gizlədilməsindən xəbəri olmamış, BİT-da saxlanılan övladı Şahid7 yanına gəlməyi planlaşdırarkən bir gün əvvəl qohumu Təqsirləndirilən şəxs ona zəng edərək Şahid7 yanına görüşə gedərkən kömək məqsədi ilə bir sıra ərzaq məhsullarını ona çatdırmasını xahiş etdiyini, 04.01.2021-ci il tarixdə səhər vaxtı oğlu Şahid7 yanına gedən zaman qohumu Təqsirləndirilən şəxs onların evinə gələrək həmin sovqatları ona vermişdir. Sovqatların içərisindən aşkar edilmiş 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlənin və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılmış, qablaşdırılmış zərf isə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola və zərfə iştirakçılar imza etmişlər. O, əvvəllər Şahid7, Şahid1 və Təqsirləndirilən şəxs tanımamış, aralarında əvvəllər heç bir ədavət olmamışdır. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid8 Firuddin oğlu ifadəsində şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid7 ifadəsində bildirmişdir ki, 29 iyul 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə AR CM-in 177.2.1 və 177.2.2-ci maddələri təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda cəzasını ARnın ƏN-nin PX-nin BİT-da çəkir. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Anarla arasında həmişə yaxşı münasibət olmuşdur. 04.01.2021-ci il tarixdə saat təxminən 11 radələrindəndə BİT-da saxlanıldığı 68 nömrəli kamerada olmuşdur. Həmin vaxt BİT-ın əməkdaşları ona bildirmişlər ki, anası Şahid1 həmin gün saat 10:20 radələrində onun yanına sovqat gətirmiş və anasının gətirdiyi sovqatlara BİT-nın əməkdaşları tərəfindən baxış keçirilərkən sovqatların içərisində olan üzərində «Smetana kaunasskaə" sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə yerləşdirilərək gizlədilmiş, 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Anası həmin vaxt BİT-nın əməkdaşlarına bildirmişdir ki, həmin sovqatları ona çatdırması üçün onun bibisi oğlu Anar vermişdir. O da BİT-nın əməkdaşlarına bildirmişdir ki, o, anası Şahid1 yanına gətirdiyi sovqatların içərisində olan üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə yerləşdirilərək gizlədilmiş, 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə olmasından xəbəri olmamışdır. O, nə anası Şahid1, nə bibisi oğlu Təqsirləndirilən şəxs nə də başqa kimsədən onun üçün saxlandığı BİT-na narkotik vasitə gətirməsini xahiş etməmişdir. Anası Şahid1 ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmiş və narkotik vasitələrin nə olmasını bilməmişdir. O, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Bunu Anar da bilmişdir. Lakin yenə onun anası Şahid1 gətirdiyi sovqatların içərisində olan üzərində «Smetana kaunasskaə” sözləri yazılmış, 350 qram çəkidəki plastmas qabın içərisinə yerləşdirilərək gizlədilmiş, 01 (bir) ədəd qırmızı rəngli sellofan bükülüdə bərkidilmiş yaşımtıl rəngli kütlə və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə olacağından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-biloji ekspertizasının 04.01.2021-ci il tarixli, 7/11 saylı arayışdan görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki 01 (bir) ədəd narıncı rəngli sellofanda təmiz çəkisi- 3,411 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkİsi-3,411 qram; tədqiqata sərf edildi -0,05 qram, qalıqlar 3,361 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 04.01.2021-ci il tarixli, 6/22 saylı arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 gətirdiyi sovqata baxış keçirilən zaman..." sözləri olan ağ rəngli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,217 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi-4,217 qram, tədqiqata sərf olundu-0,100 qram, qalıq 4,117 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 16.05.2021-ci il tarixli, 6/1581 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 №67” dairəvi möhür əksi olan vəziyyətdə təqdim edilmişdir. Paketi açdıqda içərisindən üzərində “Şahid1 gətirdiyi sovqata baxış keçirilmiş zaman ..." sözləri və imzalar olan bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 4,117 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 4,117 qram, cəmi tədqiqata səf olundu-0,05 qram, qalıq- 4,067 qram. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-biloji ekspertizasının 17.05.2021-ci il tarixli, 7/383 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mərkəzə məxsus bir ədəd qəhvəyi rəngli kağız paketdə bir ədəd narıncı rəngli sellofan bükümdə təmiz çəkisi-3,361 qram, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan- qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-3,361 qram; tədqiqata sərf edildi -0,02 qram, qalıqlar 3,341 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 15.03.2021-ci il tarixli, 781 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində salayan maddələrdən və çətənə bitkisi preparatlarından sui- İstifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs hazırladığı sovqatın İçərisindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 4,217 qram olmuş narkotik vasitə olan heroin və 01 ədəd narıncı rəngli sellofan bükümdə ilkin çəkisi 3,411 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və qalıq qalmış 4,067 qram çəkidə narkotik vasitə olan heroin və 3,341 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 10 dekabr 2020-ci il tarixdən 03 yanvar 2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı “Azerfon" MMC tərəfindən 19.03.2021-ci il tarixdə AZF/LGL-6845/21 nömrəli məktubla daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsindən 20.12.2020-ci il tarixdə saat 20:39:29-da ***-***-**-** nömrəsinə “bayagkini tek çekdim ata yatmisdi bilmir”, saat 20:40:35-də “Sən duzəld gəlic”, 21.12.2020-ci il tarixdə saat 20:16:27-də ***-***-**-** saylı mobil nömrəyə “gagas salam anardi.brat imkan var bir tike vezyetden cixmaga pul seher olcey”, 02.01.2021 -ci il tarixdə saat 16:45:39-da ***-***-**-** nömrəsinə “10 DEGİGEYE GEL GAPİYA SEY CEKEY” sözləri yazılmış sms-lərin göndərilməsi müəyyən olunmuşdur. Həmçinin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə 20.12.2020-ci il tarixdə saat 20:39:32- də ***-***-**-** nömrədən “abi bayagkini tek ce”, saat 20:40:31-də “Sən duzəld gəlicəm mənndə”, 30.12.2020-də saat 19:09:27-də ***-***-**-** nömrədən “Bayram payimi saxlaya” sözləri yazılmış sms-lərin göndərilməsi müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ona məxsus olan ***-***-**-** nömrəsindən SMS-lər göndərilmiş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrin, həmçinin istifadə etdiyi ***-***-**-** nömrəsinə SMS göndərmiş ***-***-**-**, ***-***-**-** nömrələrin sahiblərini tanımadığını, həmin şəxslərin kim olmalarını bilmədiyini, lakin sms mətnilərindən görünür ki, həmin şəxslərin ondan narkotik vasitə istədiklərini, eyni zamanda onun da həmin şəxslərdən narkotik vasitə istədiyini, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız özü istifadə etdiyini, ola bilsin ki, narkotik vasitə istifadəçilərini də qonaq etdiyini bildirmişdir. İş üzrə "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından alınmış 05.03.2021-ci il tarixli 1807 nömrəli məktubun məzmunundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 05.02.2016-cı il tarixdə Biləsuvar Rayon Məhkəməsi tərəfindən Azərbaycan respublikasının CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikasının Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əmədlini səmimi eetiraf edib peşimançılıq hissi keçirməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş materiallarından görünür ki, Kərimov X6 Rayon Məhkəməsi tərəfindən 05.02.2016-cı il tarixdə Azərbaycan Respublikasının CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikasının Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, lakin, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə onun əməlində cinayətin residivi yaranır. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir bu səbəbdən də onun əməlində cinayətin residivi vardır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs hazırladığı sovqatın İçərisindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 4,217 qram olmuş qalıq çəkisi 4,067 qram narkotik vasitə olan heroin və 01 ədəd narıncı rəngli sellofan bükümdə ilkin çəkisi 3,411 qram olmuş və qalıq çəkisi 3,341 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 251,19 (iki yüz əlli bir manat on doqquz qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 15 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi qızına 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi qızına 180 (yüz səksən) manat məbləğində pul ödənilsin İş üzrə maddi sübut olan və Sabunçu RPİ-də saxlanılan 01 ədəd bükümdə qalıq çəkisi 4,067 qram narkotik vasitə olan heroin və 01 ədəd narıncı rəngli sellofan bükümdə qalıq çəkisi 3,341 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 251,19 (iki yüz əlli bir manat on doqquz qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1395/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1395/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver