Məhkəmə qərarları › İş №1(101)-1395/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1395/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1395/2024 09.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 8 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzası cəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 23 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə heroini satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti müəyyən edilməmiş «Samirə» adlı iran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, öz aralarında cinayət rollarını bölüşdürüb «Samirə» adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə heroinin satışını həyata keçirəcəkləri barədə razılığa gələrək, bunun icrası üçün sonuncunun təşkili ilə 2023-cü ilin oktyabr ayının 22-dən 23-nə keçən gecə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAF” yaşayış kompleksinin yaxınlığında cinayətkar qrupun müəyyən edilməmiş üzvündən naməlum şəraitdə və çəkidə, külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq alıb əldə etməklə üzərində saxlayaraq daşımış, bundan sonra «Samirə» adlı şəxsin tapşırığını icra edərək həmin gecə saat 03:20-dən səhər saat 10:50-dək olan müddət ərzində həmin heroinin bir qismini 6 müxtəlif yerlərdə gizlədilərək alıcı tərəfindən götürülməsini asanlaşdırmaq məqsədi gizlətdiyi yerləri təsvir edən fotoşəkilləri və məkan işarələrini “Samirə”yə göndərmiş, 8 ədəd selofan bükümdə olan külli miqdarda - ümumi təmiz çəkisi 11,951 qram olan narkotik vasitə heroini isə satış məqsədi ilə üstündə saxlayaraq daşımış, həmin tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 78 ünvanın yanında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ, 43-cü Polis bölməsinin inzibati binasına aparılmış, orada saat 14:05-dən 14:30-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış üçün saxladığı 8 ədəd selofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1,492 qram, 1,470 qram, 1,419 qram, 0,665 qram, 1,781 qram, 1,573 qram, 1,818 qram, 1,733 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 11,951 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının suallarına cavab olaraq göstərdi ki, narkotik vasitəni öz şəxsi istifadəsi üçün sifariş vermişdir, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. 2 il olar ki, narkotik vasitələrdən istifadə edir. İttiham aktında göstərilənlər doğrudur. Altı bükümdə narkotik vasitələri o, deyilən yerlərə artıq yerləşdirmişdir. Üzərindən aşkar olunan narkotik vasitələr ona məxsus olmuşdur. Bundan əvvəl də o, narkotik vasitə almış, bunun üçün 25-30 manat pulu «e-Manat»la göndərmişdir. Gündəlik o, 1,5-2 qram narkotik vasitə istifadə edir. Üzərindən aşkar olunmuş narkotik vasitəni bir həftə istifadə etməyi nəzərdə tutmuşdur. Əvvəllər 2 ay həbsdə olmuşdur. Binəqədi rayonunda əvvəl həbs olunduğu işdə iştirak edən əməliyyatçılar ilə hazırkı işdə iştirak edən əməliyyatçılar eyni şəxslər olmamış və polis əməkdaşları tərəfindən onu döyən, ona xəsarət yetirən olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü yalnız külli miqdarda narkotik vasitə heroinin əldə edib istifadəsində təqsirli bilərək bu vasitənin satışı ilə məşğul olmadığını və heç kimlə cinayət əlaqəsinə girmədiyini bildirmişdir. Cinayət hadisəsinin mahiyyəti üzrə Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən bir ildən çoxdur narkotik vasitə heroindən istifadə edir, əvvəllər də bu əməllərinə görə ifşa edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmuşdur. Narkotik vasitələri təsadüfi yerlərdən tanımadığı şəxslərdən almışdır. Maddi vəziyyəti pis olduğundan özünə almaq üçün ucuz qiymətə narkotik vasitə axtarmışdır. 2023-cü ilin oktyabr ayının sonunda “İnternet” şəbəkəsində «Samirə» adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olub bu ilin 23 oktyabrında onun telefon nömrəsini “Vatsap” şəbəkəsində telefonunun yaddaşına salmışdır, hazırda nömrəni xatırlamır, lakin telefonunun yaddaşında vardır. Danışıq zamanı «Samirə» ona demişdir ki, ona ucuz qiymətə heroin göndərə bilər, əvəzinə «Samirə»in göndərdiyi heroinin bir hissəsini digər müştərilər üçün gizlədib qoyulduğu yerlərin işarələrini və şəkillərini «Samirə»yə göndərməlidir. O da, razı olmuş və 23 oktyabr 2023-cü il gecə vaxtı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAF” yaşayış kompleksinin yaxınlığında «Samirə»nin göndərdiyi tanımadığı bir şəxslə görüşmüş və həmin şəxsdən bir neçə bükümdə olan heroini götürmüşdür. Sonra «Samirə»nin tapşırığına əsasən səhərə kimi olan müddət ərzində bu heroinlərin bir qismini müxtəlif yerlərə qoyaraq şəkillərini və işarələrini (konumları) «Samirə»yə göndərmişdir. Həmin yerlərin ünvanlarını hazırda xatırlamır. “Samirə” də ona səs göndərərək malın çox olduğunu, onları paylamaq lazım olduğunu demişdir. Bundan sonra o, 23 oktyabr 2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 78 ünvanın yanında olan zaman 2 nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ 43-cü PB-yə dəvət etmişlər. O, razılaşaraq Binəqədi RPİ-nİn 43-cü PB-yə getmiş, orada ona hüquq və vəzifələri izah edilərək müdafiəçi verilmiş, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 8 ədəd selofana bükülmüş bükülünü və sol cibindən özünə məxsus “Redmi 12C” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Sorğu zamanı aşkar edilmiş 8 ədəd bükülünün içərisində narkotik vasitə heroin olmasını etiraf etmişdir. O, heroini həmin gün Abşeron rayonu, Xırdalan şəhəri, "AFF" yaşayış kompleksinin yaxınlığından telefon sifarşi ilə adını “Samirə” kimi bildiyi İran vətəndaşının göndərdiyi tanımadığı şəxsdən hər bir bükülüyə 25 manat, ümumilikdə 8 ədəd bükülüyə 200 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Həmin 8 ədəd büküm zərfə qablaşdırılmış və üzəri imzalanmış, axtarışın nəticələri barədə protokol tərtib edilərək imzalanmışdır. Lakin o, axtarış vaxtı və sonra ifadə verərkən səhv edərək heroini səhər götürdüyünü demişdir. Hazırda xatırlayır ki, əslində tanımadığı şəxs heroini ona 23 oktyabr 2023-cü il tarixdə gecə vaxtı vermişdir, çünki saat 03-04 arası artıq o, “Samirə” ilə telefon əlaqəsində olmuşdur ki, heron ondadır və Samirəyə şəkil atmışdır. «Samirə» adlı şəxsin və onunla Bakı şəhərində əlaqəli olan şəxslərin, habelə ona narkotiki vermiş şəxsin anket məlumatlarını bilmir. O, narkotik vasitə heroini öz istifadəsi üçün götürmüş və heroini heç kimə pul ilə satmamış, bundan pul əldə etməmişdir (cild 1, iş vərəqi 71-73, 163-165). Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ, 43-cü Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 23 oktyabr 2023-cü il tarixdə Ramil adlı şəxsin İran vətəndaşı Samirə adlı şəxslə onlayn şəkildə narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri zamanı xidməti ərazidə şəxsiyyəti əvvəlcədən onlara məlum olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və 43-cü Polis bölməsinin inzibati binasına dəvət olunmuşdur. Təhqiqatçının xidməti otağında şəxsin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan 8 ədəd bükümərdə narkotik vasitə heroin bənzər kütlələri çıxarıb təqdim etmişdir. Verilən sualları cavablandıran Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini. təqsirləndirilən şəxsi Binəqədi kəndi deyilən yerdə saxladıqlarını, əməliyyat məlumatı şəxsin narkotik vasitələrin satışı ilə onlayn şəkildə məşğul olması barədə olduğunu, onun əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunduğunu bildiklərini, şəxsi axtarış zamanı müdafiəçinin iştirak etmədiyini, əməliyyat qrupunda iki nəfər polis əməkdaşının iştirak etdiyini, Ramili gündüz saat 11-12 radələrində saxladıqlarını bildirdi. Məhkəmə iclasında Binəqədi RPİ, 43-cü Polis bölməsinin sahə müvəkkili Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun 23 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, 43-cü Polis bölməsində üzərinə şəxsi axtarış zamanı külli miqdarda narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyi və həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 114-116). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 23 oktyabr 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 78 ünvanın yanında saxlanılaraq Binəqədi RPİ, 43-cü Polis bölməsinin inzibati binasına aparılmış, orada saat 14:05-dən 14:30-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 8 ədəd selofan bükümlərdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 34-35). Cinayət işində olan DVD diskə baxış keçirilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinin videogörüntüləri yerləşdirilmiş və həmin videogörüntülərlə istintaq hərəkəti aparılması haqqında 23 oktyabr 2023-cü il tarixli protokol uyğunluq təşkil edir (cild 1, iş vərəqi 74). Məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 8 ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,492 qram, 1,470 qram, 1,419 qram, 0,665 qram, 1,781 qram, 1,573 qram, 1,818 qram, 1,733 qram olmaqla, ümumi təmiz çəkisi 11,951 qram təşkil edən maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 40-44). Məhkəmə-narkoloji ekspertizasının 30 noyabr 2023-cü il tarixli 7856 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür (cild 1, iş vərəqi 130-131). İş materiallarında olan mobil telefon aparatına və telefon məlumatlarına baxış keçirilməsi haqqında 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd içərisində 055 ***-**-** GSM nömrə olan “Redmi 12C” markalı mobil telefonuna və həmin mobil telefonun yaddaşında olan məlumatlara, yazışmalara və fotoşəkillərə baxış keçirilmişdir. Baxışda Binəqədi RPİ, 43-cü Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 iştirak etmişdir. Əldə olunmuş məlumatların yayılmasının və cinayətkar qrupun digər üzvlərinə çatdırıla biləcəyi ehtimalının qarşısının alınması üçün Təqsirləndirilən şəxs baxışda iştirak etməsi məqsədə müvafıq hesab edilməmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “Redmi 12C” markalı mobil telefon geniş ekranlıdır, korpusu göy rənglidir, standart ölçüdədir, işlənmişdir, üzərində cızıqları vardır. İşə salınaraq telefonun yaddaşına baxıldıqda istintaq üçün əhəmiyyət kəsb edən aşağıda sadalanan məlumatlar aşkar edilmişdir: Telefonun yaddaşında “Samirə” adı ilə +**********70 mobil nömrə mövcuddur. “İnternet” şəbəkəsində olan məlumatlara əsasən +98 kodu İran İslam Respublikasının mobil nömrələrinin beynəlxalq telefon kodudur. Həmin şəxs “Whatsap” proqramında “status” bölüyündə narkotik vasitə və psixotrop maddənin satışının həyata keçirən şəxsin özünün reklamı kimi mavi və sarı rəngli ekranlarda “Hazır pati kola var”, qırmızı rəngdə ekranda “ 1 lisdrn 40 hazır var” sözlərini yazıb yayır. Bundan başqa, “Whatsap” proqramında olanlara baxış zamanı 19 oktyabr 2023-cü il saat 23:36-dan 22 oktyabr 2023-cü il saat 21:36-dək müddət ərzində “Samirə” adlı şəxsin Təqsirləndirilən şəxs ilə qarşılıqlı olaraq dəfələrlə telefon danışıqları apardığı müəyyən edilmişdir. Eyni zamanda, “Whatsap” proqramı vasitəsi ilə “Samirə” adlı şəxs Təqsirləndirilən şəxs ilə 23 oktyabr 2023-cü il saat 03:20-də əlaqələri olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs “Samirə” adlı şəxsin narkotik vasitələrin digər şəxslərə satılması üçün müxtəlif yerlərdə gizlədilməsinə dair tapşırığını yerinə yetirərək bu vasitənin götürülməsini asanlaşdırmaq məqsədi harada gizlədərək yerləşdirdiyini işarə ilə təsvir edən fotoşəkilini və məkan işarəsini “Samirə” adlı şəxsə göndərmişdir. “Samirə” adlı şəxs 23 oktyabr 2023-cü il saat 09:21-də Təqsirləndirilən şəxs səs göndərərək narkotik vasitələrin digər şəxslərə satılması üçün müxtəlif yerlərdə gizlədilməsinə dair tapşırıq verərək bildirir ki, “Hacı, heç axşam atmamışıq, aldıqlarının yarısı qalıb, indi atın da, səhər də açılıb, mən ona görə deyirəm ki, gecə altında çıxın atın çölə, götürdüklərini atın sataq, kliyent çoxdur”. Təqsirləndirilən şəxs həmin tapşırığı yerinə yetirərək 23 oktyabr 2023-cü il saat 09:22- də “Samirə” adlı şəxsə səs ataraq demişdir ki, “çöldəyəm, bacı, çıxmışam, atıram, götürmüşəm xeyləm, düzəltmişəm bir nəqədər, atıram, indi 3-5 dəqiqəyə bir dənə yer edim özümə”, sonra həmin tarixdə saat 09:38-dən saat 10:50-dək narkotik vasitələrin gizlətdiyi 5 ədəd yerin fotoşəkilini və məkan işarələrini “Samirə” adlı şəxsə göndərmişdir. Baxış nəticəsində Təqsirləndirilən şəxs satılan narkotik vasitələri gizlətdiyi 6 ədəd yerlərin fotoşəkilini və məkan işarələrinin yoxlanılaraq nəzarətə götürüb həmin yerlərə gəlmiş şəxslərin müəyyən edilməsi, Təqsirləndirilən şəxs cinayət əlaqələrinin müəyyən edilməsi üçün onunla təmasda olan və istintaqı maraqlandıran abonentlər barədə məlumatların surətləri əməliyyat tədbirlərinin aparılması üçün 43-cü Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 verilmişdir. Baxış protokoluna telefonun ekranından çəkilmiş fotoşəkillər əlavə edilmişdir (cild 1, iş vərəqi 117-121). İbtidai istintaq orqanının 07 yanvar 2024-cü il tarixli qərarı ilə təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş 8 ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,492 qram, 1,470 qram, 1,419 qram, 0,665 qram, 1,781 qram, 1,573 qram, 1,818 qram, 1,733 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 11,951 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd içərisində 055 ***-**-** GSM nömrə olan “Redmi 12C” markalı mobil telefon və videogörüntülərin əks olunduğu 1 ədəd 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 11,751 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd içərisində 055 ***-**-** GSM nömrə olan “Redmi 12C” markalı mobil telefon məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 124- 125). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 30 oktyabr 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, üzərindən aşkar olunmuş narkotik vasitəni öz şəxsi istifadəsi üçün sifariş verdiyini, heç vaxt narkotiklərin satışı ilə məşğul olmadığını, altı bükümdə narkotik vasitələri ona deyilən yerlərə artıq yerləşdirdiyini, üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu və həmin narkotik vasitəni bir həftə ərzində istifadə etməyi nəzərdə tutduğunu bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Anar Əliyev şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində, eləcə də məhkəmədə verdiyi ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin maddələri “İnternet” şəbəkəsində «Samirə» adlı İran vətəndaşı kimi tanıdığı şəxsdən aldığını, «Samirə»nin telefon nömrəsinin “Vatsap” şəbəkəsində telefonunun yaddaşında qaldığını, «Samirə»nin ona ucuz qiymətə heroin göndərə biləcəyini, əvəzində onun göndərdiyi heroinin bir hissəsini digər müştərilər üçün gizlədib, qoyulduğu yerlərin işarələrini və şəkillərini «Samirə»yə göndərməyi təklif etdiyini, onun da bu təkliflə razılaşaraq 23 oktyabr 2023-cü il tarixdə gecə vaxtı Xırdalan şəhərində yerləşən “AAF” yaşayış kompleksinin yaxınlığında «Samirə»nin göndərdiyi tanımadığı bir şəxslə görüşüb həmin şəxsdən bir neçə bükümdə heroini götürdüyünü, sonra «Samirə»nin tapşırığına əsasən səhərə kimi heroinlərin bir qismini müxtəlif yerlərə qoyaraq şəkillərini və işarələrini (konumları) «Samirə»yə göndərdiyini, “Samirə”nin ona səs göndərərək malın çox olduğunu, onları paylamaq lazım olduğunu dediyini, 23 oktyabr 2023-cü il tarixdə saat 11:30 radələrində Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 78 ünvanın yanında olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, şəxsi axtarışı zamanı 8 bükümdə narkotik vasitə heroinin onun üzərindən aşkar edilərək götürüldüyünü, polis əməkdaşları tərəfindən tutularkən və Polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan “Redmi 12C” markalı mobil telefonuna və həmin mobil telefonun yaddaşında olan məlumatlara, yazışmalara və fotoşəkillərə baxış keçirilmiş, bu zaman telefonun yaddaşında “Samirə” adı ilə İran mobil operatoruna məxsus +**********70 mobil nömrənin mövcud olması, həmin şəxsin “Whatsap” proqramında “status” bölüyündə narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirən şəxs kimi özünü reklam etməsi, 19 oktyabr 2023-cü il saat 23:36-dan 22 oktyabr 2023-cü il saat 21:36-dək müddət ərzində “Samirə” adlı şəxsin Təqsirləndirilən şəxs ilə qarşılıqlı olaraq dəfələrlə telefon danışıqları apardığı, “Whatsap” proqramı vasitəsi ilə “Samirə” adlı şəxsin Təqsirləndirilən şəxs ilə 23 oktyabr 2023-cü il saat 03:20-də əlaqələrinin olması, həmin vaxt Təqsirləndirilən şəxs “Samirə” adlı şəxsin narkotik vasitələrin digər şəxslərə satılması üçün müxtəlif yerlərdə gizlədilməsinə dair tapşırığını yerinə yetirərək bu vasitənin götürülməsini asanlaşdırmaq məqsədi ilə harada gizlədərək yerləşdirdiyini işarə ilə təsvir edən fotoşəkilini və məkan işarəsini “Samirə” adlı şəxsə göndərməsi, “Samirə” adlı şəxsin 23 oktyabr 2023-cü il saat 09:21-də Təqsirləndirilən şəxs səs göndərərək narkotik vasitələrin digər şəxslərə satılması üçün müxtəlif yerlərdə gizlədilməsinə dair tapşırıqlar verməsi və onda qalan narkotik vasitələrin heç də hamısının atılmamasını bildirərək bu işləri başa çatdırmasını tapşırması müəyyən edilmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş 8 bükümdə narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etməsi və onları satmaq niyyətində olmaması, həmçinin əvvəllər də heç vaxt narkotik vasitələrin satışını həyata keçirməməsi barədə məhkəmə iclasında gətirdiyi dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, onun həbsdə olduğu 1 ay 29 gün təyin olunmuş cəza müddətinə hesablanmaqla çıxılmış və üzərində qəti olaraq 1 il 8 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin onun barəsində çıxardığı 19 oktyabr 2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməmiş və həmin cəzanı çəkmədiyi halda yenidən ağır cinayət törətmiş və həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 19 oktyabr 2023cü il tarixli hökmünə əsasən təyin olunmuş və çəkilməmiş qalan 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, həmin cəzanı hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs həmin iş üzrə həbsdə olduğu 1 ay 29 gün hazırkı hökmlə təyin olunacaq qəti cəza müddətinə hesablanmaqla çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi RPİ, 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən tutulduğu 23 oktyabr 2023-cü il tarixdən başlayaraq hökmün çıxarıldığı tarixədək həbsdə saxlanıldığı bütün müddət təyin olunacaq cəza müddətinə daxil edilməli, cəza müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 30 noyabr 2023-cü il tarixli 7856 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Binəqədi RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 8 ədəd selofan bükümlərdə ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi çəkisi 11,751 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli; - 1 ədəd üzərində 055 ***-**-** GSM nömrə olan “Redmi 12C” markalı mobil telefon təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 89 (səksən doqquz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) il azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmü üzrə müəyyən edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs həbsdə olduğu 1 (bir) ay 29 (iyirmi doqquz) gün hazırkı iş üzrə ona təyin olunmuş qəti cəza müddətinə hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 4 (dörd) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Bakı şəhəri, Binəqədi RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 8 ədəd selofan bükümlərdə ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi çəkisi 11,751 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin; - 1 ədəd üzərində 055 ***-**-** GSM nömrə olan “Redmi 12C” markalı mobil telefon təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəfləri hesab edilən 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar