Məhkəmə qərarları › İş №1(101)-1395/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1395/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1395/2025 25.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, X1 və Süleymanova Aysel Qurban qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçilər Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları:

1. Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,922 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığına daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs 17 fevral 2025-ci ildə saat 22:05-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Həmin tarixdə, saat 23:56-dan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş və sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,460 qram və 3,462 qram olmaqla, ümumilikdə külli miqdarda - 6,922 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BMCMİnin əməliyyat müvəkkili X5 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında xx.xx.2025-ci ildə saat 22:05-də Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında **-BK-*** qeydiyyat nişanlı, “Nissan Tida” markalı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Sonuncuya yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Təqsirləndirilən şəxs BMCMİ-nin inzibati binasına dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sonuncu əynindəki şalvarının ciblərindən 02 ədəd sellofan bükümü, 01 ədəd mobil telefonu, avtomobil açarını və 01 ədəd pul qabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda hər birinin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi İİR vətəndaşından 100 manat qarşılığında aldığını və şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd mobil telefon və pul qabında olan 03 ədəd bank kartı götürülmüş, digər əşyalar isə geri qaytarılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə idarə etdiyi **-BK-*** qeydiyyat nişanlı, “Nissan Tida” markalı avtomobilə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid O.M.Məmmədov verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman axşam vaxtı və ətrafda insanlar çox olduğundan şəxsi axtarış üçün əlverişli şərait olmamış, bu səbəbdən də onu idarəyə aparmışlar. Təqsirləndirilən şəxsin özü şəxsiyyəti barədə onlara məlumat vermiş və həmçinin onlarda portalda çıxarış olmuşdur. Saxlanılarkən və ya şöbəyə aparılarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi təsir olmamış, sonuncu tərəfindən də onlara heç bir müqavimət göstərilməmişdir.

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BMCMİ-də əməliyyat müvəkkili Şahid məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş O.M.Məmmədovun ifadələrinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının ciblərindən 02 ədəd sellofan bükümü, 01 ədəd mobil telefonu, avtomobil açarını və 01 ədəd pul qabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda hər birinin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi İİR vətəndaşından 100 manat qarşılığında aldığını və şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 01 mobil telefon və pul qabında olan 03 ədəd bank kartı götürülmüş, digər əşyalar isə geri qaytarılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə idarə etdiyi **-BK-*** qeydiyyat nişanlı, “Nissan Tida” markalı avtomobilə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Ə.R.Əkbərov verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayarkən üzərinə baxış keçirilməmiş, şəxsi axtarış yalnız idarəyə gətirildikdən sonra vəkil və təhqiqatçının iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasına dair məlumat daxil olsa da, onlar tərəfindən həmin faktı təsdiq edən hər hansı hal aşkar edilməmiş, sonucunun telefonuna da bununla bağlı müdaxilə edilməmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BMCMİnin əməliyyat müvəkkili X4 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid və O.M.Məmmədovun ifadələrinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının ciblərindən 02 ədəd sellofan bükümü, 01 ədəd mobil telefonu, avtomobil açarını və 01 ədəd pul qabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda hər birinin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi İİR vətəndaşından 100 manat qarşılığında aldığını və şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında H.S.Xudaverdiyev verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs idarədə üzərindən çıxan maddənin özünə məxsus olduğunu etiraf etmiş və könüllü təqdim etmişdir. O, yol polisi əməkdaşlarını görməmiş, şəxsi axtarışda əməliyyat müvəkkili kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs barəsində onlarda əvvəlcədən məlumat, həmçinin şəxsin portaldan çıxarışı olmuş, sonuncunu saxlayan zaman axşam vaxtı və ətrafda insanlar çox olduğundan şəxsi axtarış üçün əlverişli şərait olmamış, şəxsi axtarış idarədə vəkilin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs idarəyə öz maşını ilə gətirilmiş, maşını sonuncu idarə etməsə də, maşın idarənin yaxınlığında dayanacaqda saxlanıldıqdan sonra açarı özündə olmuşdur.

5. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i\v 19).

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 108-112).

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİ cild i/v 13-14).

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/737 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N26” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə; Şübhəli şəxs: 1. “imza” Ə.Əİəkbərzadə; Müdafiəçi: 2. “imza” E.Tağıyev; İştirakçılar: 3. “imza” H.Xudaverdiyev; 4. “imza" O.Məmmədov; 5. “imza” Şahid; Qablaşdırdı XMİÜ baş təhqiqatçı, polis polkovnik- leytenantı: “imza” A.Rzayev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 3,460 qram və -3,462 qram, ümumi təmiz çəkisi - 6,922 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin 02 (iki) ədəd bükümdə olan metamfetamin öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər(İ cild i/v 45-48). Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi -6,922 qram, tədqiqata sərf edildi cəmi - 0,080 qram (hər ob.dən - 0,040 qram olmaqla), qalıq cəmi - 6,842 qr. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir (İ cild i\v 46).

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X13 Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 942 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild i/v 145-146).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 maddi sübutların ekspertizasının xx.xx.2025-ci il tarixli, 804/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə esab edilən), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (İ cild i/v 147-150).

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 94/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sağ saidin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl; sol bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənə bilmələri inkar edilmir; həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (İ cild i/v 151-154).

12. Şəxsi axtarış və götürmə aparılmasının gedişatını əks etdirən DVD diskə baxış keçirilərək və xx.xx.2025-ci ildə tərtib olunmuş protokolu məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2025-ci ildə, saat 00:19-dan 00:48-dək Azərbaycan Respublikası DİN-in BMCMİ-də qeydə alınmışdır. Təhqiqatçı A.E.Rzayev özünü, müdafiəçini və iştirakçılar özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin hansı səbəbdən saxlanılması, hüquqlarını izah edir və üzərində hər hansı qanunsuz əşya varsa könüllü şəkildə təqdim etməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə, psixotrop maddə metamfetamin olduğunu bildirərək, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümünü, həmin şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, həmin şalvarın sağ arxa cibindən isə 01 ədəd pul qabını çıxardıb masanın üzərinə qoyur. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir və bükümlər açıldıqda içərisində psixotrop maddə metamfetamin olduğu aşkar edilir. Bundan sonra bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılır, möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanır. Şəxsi axtarış davam etdirilərkən üstündən başqa hər hansı əşya və predmetlər aşkar edilmir. Şifahi sorğu zamanı təqdim etdiyi 02 ədəd sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni sosial şəbəkədə tanış olduğu, anket məlumatlarını bilmədiyi İİR vətəndaşından aldığını və öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirir. Şəxsi axtarış zamanı təqdim etdiyi pul qabına baxış zamanı içərisində 55 manat və 06 ABŞ dolları pul vəsaitləri, 01 ədəd “Umico” plastik kartı, 01 ədəd “Araz Supermarket” bonus kartı və 03 ədəd “Kapital Bank” bank kartının olması müəyyən edilir. Şəxsi axtarış davam etdirilərkən üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı telefonun özünə məxsus olduğunu və üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirir. Həmin mobil telefon və 03 ədəd “Kapital Bank” bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək, pul vəsaitləri, 01 ədəd avtomobil açarı və digər əşyalar isə ona geri qaytarılır. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunur, təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır (İ cild i/v 27-30).

13. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixi baxış və götürmə aparılması haqqında protokol tədqiq edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə idarə etdiyi **-BK-*** qeydiyyat nişanlı, “Nissan Tida” markalı avtomobilə keçirilən baxış zamanı həmin avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilmir. Baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunur və həmin protokol təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, özünün də polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini və heç bir xəsarət yetirmədiyini bildirir (İ cild i/v 33-35).

14. 13.05.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 6,842 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild i/v 104-105).

15. Sabirabad rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad şəhərində yaşadığı dövrdə özünü ictimai yerlərdə yaxşı aparmış, qohum-qonşularla mehriban münasibətdə olmuş və onların xeyir-şər məclislərində yaxından iştirak etmiş, ailəsi nümunəvi ailə olmuşdur. Təqsirləndirilən şəxs barəsində hazıra kimi Sabirabad RİHB-ın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi və yazılı şikayət daxil olmamışdır (İ cild i/v 125).

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild i/v 118).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

17. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dostu ilə maşınla gedən zaman yol polisi maşını saxlamış, həmin yol polisi ilə söhbət edən zaman isə BMCMİ-in əməkdaşları onu zorla tutub idarəyə aparmışlar. Orada üzərinə baxış keçirildikdə yalnızca bir büküm nəşə aşkar edilmiş və eləcə də qan analizinin nəticəsində qanında narkotik maddə aşkar olunmuş, maşınına baxış keçiriləndə isə heç bir qanunsuz maddə aşkar edilməmişdir. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamış, yalnızca istifadəçi olmuşdur. Ümumiyyətlə o, marixuana, bəzən də metamfetamin istifadə etsə də, ittihamda qeyd olunan çəkidə narkotik vasitə heç vaxt onda olmamışdır. İdarədə əməkdaşlar onun telefonuna baxış keçirən zaman yalnızca dostları ilə olan yazışmalarını aşkar etmiş, lakin buna baxmayaraq əgər cinayət əməlini boynuna almasa dostlarını da tutub idarəyə gətirəcəkləri barədə onu təhdid etmişlər. O da məhz bu səbəbdən həmin cinayət əməlini boynuna götürmüş, əslində isə iranlı heç kəslə əlaqəsi olmamış və eləcə də telefonunda hər hansı yazışma, mesajlaşma aşkar edilməmişdir. Daha sonra əməkdaşlar onun üzərinə narkotik vasitə qoyub idarədə şəxsi axtarış keçirmiş, o da vəkilin iştirakı ilə narkotik vasitəni istifadə etdiyini boynuna almışdır.

18. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, təxminən 4-5 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2025-ci ildə günorta saatlarında sosial şəbəkədə tanış olduğu, lakin adını bilmədiyi İİR vətəndaşından şəxsi istifadəsi üçün 100 manata “patı” almış, göndərdiyi konuma uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisindən həmin maddələri götürmüş və gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2025-ci ildə, saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ərazisində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. O, yalan danışmağın əhəmiyyətsiz olduğunu başa düşüb səmimi olaraq hazırda üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etmiş, və polis əməkdaşları onu DİN BMCMİ-yə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə getmiş, idarədə o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona şəxsi axtarış və götürmənin polis əməkdaşı tərəfindən videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmiş, o, buna etiraz etmədiyini bildirdikdən sonra müvafiq qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, həmin şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, həmin şalvarın sağ arxa cibindən isə 01 ədəd pul qabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm onun və iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğu aşkar edilmiş, sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən götürülüb 01 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən başqa hər hansı əşya və predmetlər aşkar edilməmişdir. O, həmin maddəni sosial şəbəkədə tanış olduğu, anket məlumatlarını bilmədiyi İİR vətəndaşından almış, öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşımış, həmin maddələrdən heç kimə satmamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi pul qabına baxış zamanı içərisində 55 manat və 06 ABŞ dolları pul vəsaitləri, 01 ədəd “Umico” plastik kartı, 01 ədəd “Araz Supermarket” bonus kartı və 03 ədəd “Kapital Bank” bank kartının olması müəyyən edilmiş və iş üzrə əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı telefonun özünə məxsus olduğunu və üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra idarə etdiyi “Nissan Tida” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməməsi barədə ondan ərizə alınmış, baxış onun iştirakı ilə keçirilmiş və hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış, nə də idarə etdiyi avtomobilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamış, özü də saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Həmçinin bildirmişdir ki, xatırlamadığı tarixdə və şəraitdə sol qolunun aşağı hissəsindən xəsarət almışdır və həmin hissədə qaraltı əmələ gəlmişdir. Bundan başqa təxminən 4-5 gün əvvəl yaşadığı evin həyətində yıxılmışdır və sağ biləyində sürtünmədən əmələ gələn yara izi yaranmışdır, eləcə də təxminən 3-4 gün əvvəl dostu ilə zarafatlaşarkən dostu sol qolunun yuxarı hissəsini dişlədiyi üçün həmin hissədə yara izi əmələ gəlmişdir.

19. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər və təzyiqlər nəticəsində heç bir əlaqəsinin olmamasına baxmayaraq, iranlı ilə danışıb narkotik vasitəni əldə etdiyini bildirmişdir. Onun telefonunda da iranlı ilə heç bir yazışma yoxdur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasdında da məhkəmədən sonra yenidən saxlanıldığı yerə gətirələciyi və təzyiqlərin davam edəcəyini güman etdiyi üçün eyni ifadəni səsləndirmişdir. Məhz ibtidai istintaq zamanı göstərilən təzyiqlər nəticəsində bədənində xəsarətlər yaranmışdır.

20. Daha sonra əməlindən səmimi peşman olduğunu bildirərək barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

21. Maddə 234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

23. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 25.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 26.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

27. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

28. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

29. Maddə 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

30. Maddə 21.3. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

31. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

32. Maddə 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

33. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

34. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 35.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

36. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 37.Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 38.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 39.Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 40.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

41. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 42.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 43.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 44.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

45. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

46. Maddə 351.2 və 351.3.4. İttiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu:

47.Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 48.Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 49.Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 50.Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. 51.Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İİ siyahıya əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı:

53. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

54. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

55. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarı:

56. Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı:

57. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı:

58. Törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

59. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

60. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir.

61. Həmçinin məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin metamfetamini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır.

62. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… aşkar olunmuş metamfetaminin külli miqdarda olması və iki ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış halda olması Təqsirləndirilən şəxs həmin metamfetamini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra CM-in “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir.

63. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz.

64. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddə metamfetaminin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.

65. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı dövründə ifadə vermiş şahidlər Təqsirləndirilən şəxs barəsində külli miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, onlar tərəfindən sonuncunun narkotik vasitələrinin satışı ilə məşğul olması faktı müəyyən olunmamış, həmçinin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır.

66. Həmçinin hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə metamfetaminin qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir.

67. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız iki bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.

68. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntüləri, ekspert rəyləri, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir.

69. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir.

70. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.

71. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması barədə verdiyi etirafedici ifadələrini qiymətləndirərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması cinayətinin törədilməsini sübuta yetirilmiş hesab edir.

72. Belə ki, şübhəli, təqsirləndirilən şəxsin izahatı, şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirmə protokollarından (İ cild i/v 27-30, 37- 39, 58-61, 81-84) görünür ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, psixotrop maddə olan metamfetamini İİR vətəndaşından şəxsi istehlak məqsədilə əldə etdiyini, həmin maddənin satışı ilə məşğul olmadığını bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir.

73. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən, o, son 2-3 ildir ki, narkotik vasitə metamfetamin istifadə etdiyini, satışı ilə məşğul olmadığını, narkotiki satıldığı bildiyi nömrə ilə əlaqə saxlayaraq, narkotiki həmin yerdən gedib götürdüyünü bildirmişdir (İ cild i/v 108-112).

74. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X13 Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 942 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild i/v 145-146).

75. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalmadığını bildirsə də, sonrakı məhkəmə iclasında əksini söyləyərək fiziki təsirə məruz qaldığını bildirmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, bununla əlaqədar o, hər hansı bir orqana şikayət və ya vəsatət verməmiş, həmçinin xx.xx.2025-ci il tarixdə istintaqa verdiyi ifadəsində xatırlamadığı şəraitdə və tarixdə sol qolunun aşağı hissəsindən xəsarət aldığını, həmin hissədə qaraltı əmələ gəldiyini, bundan başqa təxminən 4-5 gün əvvəl yaşadığı evin həyətində yıxıldığını, sağ biləyində sürtünmədən əmələ gələn yara izi yarandığını, eləcə də təxminən 3-4 gün əvvəl dostu ilə zarafatlaşarkən sonuncunun sol qolunun yuxarı hissəsini dişlədiyini və nəticədə həmin hissədə yara izinin əmələ gəldiyini bildirmişdir.

76. Bundan başqa həmin hal məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 94/MEŞ saylı rəyi ilə də təsdiqini tapmıpşdır. Belə ki həmin rəyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədən səthinə xx.xx.2025-ci il tarixdə müayinə edilmiş və aşkar edilmiş xəsarətlər sağ saidin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl; sol bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənə bilmələri inkar edilmir; həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (hökmün 11-ci bəndi).

77. Yuxarıdakılara, yəni Təqsirləndirilən şəxs ifadəsinə və məhkəmə iclasında tədqiq olan rəyə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlər tutulmamışdan bir neçə gün əvvəl yaranmışdır.

78. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr məhz cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir. 79.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 21-ci bəndi).

80. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

81. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir.

82. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

83. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur.

84. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

85. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 26-cı bəndi).

86. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ cild i/v 19, 108-112).

87. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 5ci bəndi).

88. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (İ cild i/v 145-146, hökmün 9-cu bəndi).

89. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanmalı və Azərbaycan Respublikası DİN-in BMCMİ-in Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 6,842 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 38-ci bəndi).

90. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

91. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 43-cü bəndi).

92. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 28 və 42-ci bəndləri).

93. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

94. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası DİN BMCMİ-in maddi sübutları saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış cəmi 6,842 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar