Məhkəmə qərarları › İş №1(101)-1396/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1396/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1396/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1 (101)- 1396 /2021 Azərbaycan Respublikası adından Hökm 27 avqust 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsi Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, 29 yanvar 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan özü və Şahid4 üçün qanunsuz olaraq külli miqdarda 2,836 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 30 yanvar 2021-ci il tarixdə əvvəlcədən Şahid4 ilə əldə edilmiş razılığa əsasən birgə istifadə üçün əldə edilmiş həmin psixotrop maddə metamfetaminin 1,214 qramını bir ədəd bükümdə qablaşdırmaqla naməlum şəraitdə Şahid4 vermiş, qalan 1,622 qram çəkidə psixotrop maddə metamfetamini isə üzərində saxlamaqla qanunsuz olaraq Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 157 saylı ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2021ci il tarixdə saat 20 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid4 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 157 saylı ünvanın qarşısında saxlanılaraq adı çəkilən idarəyə dəvət edilmiş və orada üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən satış məqsədi olmadan şəxsi istehlak üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə 1,622 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, Şahid4 əynində olan gödəkçənin sağ yan cibindən isə Təqsirləndirilən şəxs onun üçün, onun tapşırığı əsasında şəxsi istehlak məqsədilə aldığı, ona şəxsi istehlak üçün verdiyi verdiyi bir ədəd şəffaf sellofan bükümdə 1,214 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş o, Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, Şahid4 ilə bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişdir. O yenidən öz istifadəsi üçün yenə Kubinkaya gedib psixotrop maddə metamfetamin alan zaman Əmiraslan ondan onun üçün də öz pulu hesabına metamfetamin almasını, sonradan həmin pulun ona geriyə qaytarılacağı barədə xahiş etmişdir. 29 yanvar 2021-ci il tarixdə Əhlimandan 50 manat pulun müqabilində təxminən 1 qram psixotrop maddə metamfetamin almış, həmin vaxt Əhlimana telefon zəngi gəldiyindən Əhlimanın ona satdığı narkotik vasitəni çəkdiyi elektron tərəzi də onda qalmışdır. Növbəti gün o, Əmiraslanla görüşmüş, Əhlimandan 50 manata Şahid4 üçün onun tapşırığına əsasən aldığı metamfetaminin yarısını qırıb Əmiraslana vermişdir. Həmin vaxt Əmiraslan ona hazırda üzərində pulu olmadığını, onun üçün alınan narkotik vasitənin pulunu sonra verəcəyini qeyd etmişdir. Şahid4 onun yanından ayrılıb gedəndən sonra Elşən adlı şəxsin evində polislər tərəfindən saxlanılmış, Əmiraslan ona telefonla zəng edərək onunla işinin olduğunu deyib, onu Bakı şəhər, Yasamal rayon ərazisinə çağırmışdır. O həmin yerə gedəndə orada polislər tərəfindən saxlanılmış, üzərindən yarım qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin vaxt polis əməkdaşları ona guya Şahid4 polis əməkdaşlarına metamfetaminin 25 manat pul qarşılığında onun tərəfindən Şahid4 satılması barədə məlumat verdiyini ona bildirmiş, o isə cavabında Əmiraslana 25 manata narkotik vasitə satmış olduğu təqdirdə nəyə görə həmin pulun onun üzərində olmaması barədə sual ünvanlamışdır. O, tutulan vaxt üzərində pul olmamış və Şahid4 pulun müqabilində metamfetamin satmamışdır. Həmçinin qeyd etmişdri ki, istintaq zamanı da Əmiraslanla onun arasında üzləşdirmə keçirilməmiş, sadəcə üzləşdirmə protokolları tərtib olunmuşdur. O da həmin protokolları müstəntiqin ona barəsində olan cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə vədlərinə inanıb imzalamışdır. Dindirmə zamanı ona verilən suallara cavab verərək bildirmişdir ki, üzərində əvvəlcədən tərəzi olmamış, Əhliman onu əvvəllər narkotik vasitələr alarkən çəkidə aldatdığı üçün o da Əhliman adlı şəxsin tərəzisini ondan ona satılan narkotik vasitənin çəkisinin düzgünlüyünü yoxlamaq məqsədilə almış, həmin vaxt da Əhlimana telefon zəngi gəldiyindən, sonuncu telefonla danışaraq ondan ayrılmış və tərəzi onda qalmışdır. Əmiraslanla birlikdə əvvəllər narkotik vasitə istifadə etdiyini qeyd edərək əlavə etmişdir ki, elə olub ki, onda olmayıb, narkotik vasitə Əmiraslanda olub, Əmiraslan da ona istifadəsi üçün pulsuz narkotik vasitə vermişdir. O, Şahid4 onun Əhlimandan narkotik vasitə almağa getdiyini bilməsini, ona görə Şahid4 ondan pulu sonradan vermək şərtilə özü üçün də narkotik vasitə almasını xahiş etdiyini, narkotik vasitəni Əmiraslana verərkən Əmiraslandan heç bir məbləğdə pul almadığını, həmin vaxt Əmirsalanın üstündə pulunun olmadığını, onun üçün aldığı narkotik vasitənin pulunu sonra ona verəcəyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Əhlimandan aldığı metamfetamini Əmiraslan və özü üçün istifadə etmək niyyəti ilə 50 manata aldığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən istifadə etdiyini onunla tanış olandan bir müddət sonra öyrəndiyini, Təqsirləndirilən şəxsla iki dəfə birlikdə metamfetamindən istifadə etdiyini qeyd etmişdir. Bildirmişdir ki, o, psixotrop maddə metamfetamin satan şəxsi tanımadığından 29 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla görüşmüş və ondan öz pulu ilə özü üçün 25 manatlıq psixotrop maddə metamfetamin almasını xahiş edərək, pulunu isə sonra verəcəyini qeyd etmişdir. 30 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə görüşməyə gedərkən onu polis əməkdaşları saxlamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxsla birlikdə əvvəllər narkotik vasitə istifadə etdiyini qeyd edərək əlavə etmişdir ki, elə olub ki, narkotik vasitə onda olmayıb Təqsirləndirilən şəxs olub, Təqsirləndirilən şəxs da ona istifadəsi üçün pulsuz narkotik vasitə vermişdir. O, Təqsirləndirilən şəxs pul qarşılığında narkotik vasitə almamış, Əhlimanı adlı şəxsi Təqsirləndirilən şəxs tanıdğından Naildən xahiş etmişdir ki, onun üçün pulunu sonradan vermək şərti ilə metamfetamin alsın. Əlavə olaraq həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə arasında bir-birilərinə pul qarşılığında metamfetamin vermək halları olmamış, Təqsirləndirilən şəxs Əhlimandan onun üçün də metamfetamin almasını, onun əvəzindən Əhlimana pul verməsini xahiş etmişdir. Sonralar Təqsirləndirilən şəxs onun üçün aldığı metamfetaminin pulunu verəcəyini, o deməsəydi Təqsirləndirilən şəxs onun üçün metamfetamin almayacağını, qeyd edərək onu və Təqsirləndirilən şəxs birlikdə polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs sonuncunun onun üçün aldığı metamfetaminin pulunu verə bilmədiyini, Təqsirləndirilən şəxs üzərində olan tərəzinin Əhlimanın olduğunu Nailin ona bildirdiyini, Təqsirləndirilən şəxs üzərində heç vaxt elektron tərəzi görmədiyini, Təqsirləndirilən şəxs başqa şəxslərə metamfetamin satmasının və ya verməsinin şahidi olmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 bildirmişdir ki, 30 yanvar 2021-ci il tarixdə keçirilən əməliyyat axtarış zamanı Bakı şəhər, Yasamal rayonu Şərifzadə küçəsində Təqsirləndirilən şəxs saxlanılmış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetamini öz istifadəsi üçün Kubinka deyilən ərazidən Əhliman adlı şəxsdən aldığını qeyd etmişdir. Əməliyyat məlumatı ona yox, digər polis əməkdaşına daxil olmuş, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadə etməsi ilə bağlı olmuş, həmin məlumat Təqsirləndirilən şəxs özünün narkotik vasitədən istifadə etməsi və digər şəxslərə paylaması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxladıqdan bir az sonra onun və Əmiraslanın üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə verməsi barədə məlumatı olmuşdur. Şahid4 Təqsirləndirilən şəxs pulunu sonradan Təqsirləndirilən şəxs vermək şərti ilə narkotik satan şəxsdən onun üçün də narkotik vasitə almasını xahiş etdiyini qeyd edərək, Təqsirləndirilən şəxs saxlayarkən onun üzərində pulun aşkar olunmadığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, digər polis əməıkdaşları ilə birlikdə Bakı şəhər Yasamal rayonu Şərifzadə küçəsinə getmiş, Təqsirləndirilən şəxs həmin yerə gələndə ona yaxınlaşıb özlərini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, Baş Narkotiklərlə Mübarizə İdarəsində inzibati otaqların birində onun üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm və elektron tərəzi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan psixotrop maddə metmfetamini Kubinka deyilən ərazidən Əhliman adlı şəxsdən öz istifadəsi üçün aldığını qeyd etmişdir. Ona verilən suallara cavab olaraq Şahid1 qeyd etmişdir ki, əməliyyat tədbiri Təqsirləndirilən şəxs barəsində olmuş, əməliyyata rəhbərliyi Şahid2 etmiş, o və Şahid3 isə əməliyyata köməklik etmiş, Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında bir nəfər də olmuşdur. Əlavə etmişdir ki, əməliyyat məlumatı yalnız Nail Cəfərov barəsində onun narkotik vasitənin satışı ilə məşğul olması barədə olmuş, əməliyyata rəhbərlik onun tərəfindən deyil Şahid2 tərəfindən həyata keçirilmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlara Əmirsalan Zeynalovun ona özü üçün də metamfetamin almasını, pulunu isə sonra verəcəyini, onun isə X1 üçün metamfetamin aldığını bildirmişdir. Məhkəmədə Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs və Şahid4 törətdikləri cinayətin aşkar edilməsi məqsədi ilə iş yoldaşları Şahid1 və Şahid3 iştirakları ilə keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. Həmin tədbir ilə bağlı 30 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, Şahid4 qanunsuz olaraq narkotik vasitələri Bakı şəhəri, Yasamal rayonu ərazisində üzərində gəzdirir. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Şahid4 və onunla əlaqəli olan digər şəxslərin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Əməliyyat qrupunun üzvləri 30 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Şahid4 olması ehtimal olunan ünvan 4 ünvanın qarşısına yollanmışlar. Həmin gün saat 22 radələrində ünvan 4 ünvanın qarşısında Şahid4 oxşar bir nəfər şəxsin olması və onunla birlikdə piyada hərəkət edən başqa bir şəxsin də olması müəyyən edilmişdir. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərmişlər. Həmin şəxslər də özlərini təqdim etdikdən sonra məlum olmuşdur ki, onlar Şahid4 və Təqsirləndirilən şəxsdur. Onlar Şahid4 barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər və ona İdarəyə üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Şahid4 da üzərində psixotrop maddə metamfetamin olmasını təsdiq edərək həmin psixotrop maddələri hazırda yanında olan Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir. Bundan sonra həmin şəxslər Baş İdarəyə dəvət edilmişlər, İdarədə onların huquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilmişdir. Sonra barələrində tutma haqqında qərar qəbul edilmiş, ilk öncə Şahid4 üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilmişdir. Şahid4 əynində olan açıq qəhvəyi rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd “Vertu” markalı və bir ədəd qara rəngli üzərində “KGTEL” sözləri yazılmış mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra əynindəki həmin gödəkcənin sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Şahid4 təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan büküm sıfırlanmış halda elektron tərəzi ilə çəkilən zaman çəkisinin 1,4 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq möhürlənmişdir. Şifahi sorğu zamanı Şahid4 təqdim etdiyi maddənin psixotrop maddə olan metamfetami öz istifadəsi üçün 25 manata onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs aldığını bildirmişdir. sonra bu barədə protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, sağ yan cibindən isə bir ədəd qara rəngli elektron tərəzini və bir ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, həmin sellofan bükümün içərisindən ağ rəngli kirstall şəkilli psixotrop maddə metamfetmainə bənzər kütlə aşkar edilmişdir. Elektron tərəzi ilə sellofan bükümdə olan maddənin çəkisinin 1,7 qram olması müəyyən edilmişdir. Sonra həmin sellofan büküm və elektron tərəzi içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlanan yerdə yaşayan “Əhliman” adlı şəxsdən aldığını bildirmişdir. DİN-in BNMİ-nin Təhqiqat İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş“Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid4 həmin tarixdə saat 22 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 1,214 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şahid4 üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və“DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. DİN-in BNMİ-nin Təhqiqat İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş“Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 22 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 1,622 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və “DVD” diskə yazılaraq protokola əlavə edilmişdir. Qeyd edilən “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2021-ci il tarixli 6/440 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: “Tədqiqata təqdim edilmişüzərində“ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, sözlər və imzalar qeyd edilmiş iki zərfdə olan: -üzərində “Şübhəli şəxs Şahid4 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,214 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi içərisində bir ədəd bükümdə təmzi çəkisi 1,622 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş Şahid4 üzərindən aşkar edilmiş metamfetaminlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Şahid4 üzərindən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X5 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 mart 2021-ci il tarixli 602 nömrəli rəyində göstərilmişdir ki: “Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür.” Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə psixiatrik ekspertizasının 07 may 2021-ci il tarixli, 1006 nömrəli rəyində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəxtəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdəöz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş, lakin baxış zamanı işüzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X3 05.02.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 30.01.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi iləəməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 04.02.2021-ci il tarixli 007-1522-1221 nömrəli əməliyyat tapşırığına verilmiş 01.03.2021-ci il tarixli 008- 1794-1221 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilb-keçirmədikləri, hər iki şəxsin digər cinayət əməllərinin törədilməsində iştiraklarının olubolmaması, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olubolmamaları, hər iki şəxsin narkotik vasitələrin və ya psxiotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, Təqsirləndirilən şəxs və Şahid4 əlaqələrinin olub-olmamasını yoxlanılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə, cinayət prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-nin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPMnin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (CPM-nin 33.2-ci maddəsi), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (CPM-nin 33.4-cü maddəsi). CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-nin 145.3-cü maddəsi). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Belə ki, cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyindən, CPM-nin 139-cu maddəsinə görə, həmin cinayət-hüquqi normanın dispozisiyasından irəli gələn, bu cinayət tərkibinin yaranmasını şərtləndirən zəruri hallar, o cümlədən Təqsirləndirilən şəxs 2,836 qram çəkidə psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib daşıması və həmin psixotrop maddədən 1,214 qram psixotrop maddə metamfetamini Şahid4 satması hazırki işin sübutetmə predmetinə daxil olan mühüm xüsusatlardır və ittiham tərəfindən inandırıcı şəkildə sübuta yetirilməli idi. Lakin, cinayət işinin materiallarından görünür ki, cinayət prosesində Təqsirləndirilən şəxs 2,836 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini, daşımasını və həmin psixotrop maddədən 1,214 qramını Şahid4 satmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Əksinə, iş üzrə dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs göstərdikləri ilə uyğunluq təşkil edən ifadə verməklə onu təsdiq etmişdir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə təsvir edilmiş hadisədə özünün (müstəqil) marağı olan subyekt rolunda olmamış, o, öz istehlakı üçün psixotrop maddə əldə etmək istədiyindən bu işə Təqsirləndirilən şəxs cəlb etmiş və Təqsirləndirilən şəxs onun xahişinə uyğun hərəkət edərək psixotrop maddəni əldə etmiş və hər hanslı bir maddi nümət almadan gətirib ona vermişdir. İş üzrə dindirilmiş digər şahidlərdən Şahid3 ifadəsində Şahid4 Təqsirləndirilən şəxs pulunu sonradan Təqsirləndirilən şəxs vermək şərti ilə narkotik satan şəxsdən onun üçün də narkotik vasitə almasını xahiş etdiyini qeyd edərək, Təqsirləndirilən şəxs saxlayarkən onun üzərində pulun aşkar olunmadığını qeyd etmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmununda Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə psixotrop maddə metamfetaminin 1,214 qramını bir ədəd bükümdə qablaşdırmaqla 25 manat pulun müqabilində naməlum şəraitdə Şahid4 satması ilə bağlı xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, cinayət işi materiallarında olan DİN-in BNMİ-nin Təhqiqat İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs barəsində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 1,622 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi ilə bağlı hallar öz əksini tapmışdır. Nəzərə alsaq ki, istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi psixotrop maddəni 25 manat müqabilində Şahid4 satmış olsaydı, qeyd edilən bu alqısatqıdan dərhal sonra tutulmuş Təqsirləndirilən şəxs üzərindən Şahid4 psixotrop maddəni alarkən Təqsirləndirilən şəxs vermiş olduğu 25 manat pul vəsaiti Təqsirləndirilən şəxs aşkarlanardı. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması nəticəsində belə bir pul vəsaitinin aşkarlanmaması Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni Şahid4 25 manat pul müqabilində satması ilə bağlı istintaq orqanı tərəfindən ona irəli sürülmüş ittihamı təkzib edir. Əksinə həmin psixotrop maddə Şahid4 və Təqsirləndirilən şəxs ifadələrində qeyd edildiyi kimi Təqsirləndirilən şəxs vəsaiti hesabına birgə istehlak məqsədilə əldə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 11-ci bəndində isə izah olunmuşdur ki, sözügedən vəziyyətlərdə əməlin düzgün tövsifi üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi, yəni təqsirkarın narkotik vasitəyə dair hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etməsinin, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsinin, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Plenumun hüquqi mövqeyinə görə belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak məqsədilə psixotrop maddə əldə etmək istəyən Şahid4 xahişi ilə sonuncu üçün ondan hər hansı bir maddi nemət almadan psixotrop maddə alaraq Şahid4, yəni psixotrop maddəni alanın mənafeyi naminə hərəkət etmişdir ki, həmin hal da yuxarıda qeyd edilən Plenum qərarında müəyyyən edilmiş hüquqi mövqe ilə uyğunluq təşkil edərək psixotrop maddəni satma kimi deyil, satış məqsədi olmadan psixotrop maddəni əldə etmə kimi qiymətləndirilməlidir. Hazırki işdə olduğu kimi bir neçə şəxs əvəlcədən satış məqsədi güdmədən psixotrop maddənin əldə edilməsi barədə razılığa gəldikdə, bu razılığa və rolların bölüşdürülməsinə uyğun olaraq psixotrop maddəni qrupun üzvlərinin biri əldə etdikdə belə, həmin andan psixotrop maddə bütöv qrup, o cümlədən əldə edilmə hərəkətində bilavasitə iştirak etməyən qrupun üzvü tərəfindən də əldə edilmiş sayılır (bu zaman psixotrop maddənin bütöv qrupun və yaxud üzvlərdən birinin istifadəsi üçün nəzərdə tutulması əhəmiyyət kəsb etmir). Ona görə də, psixotrop maddəni bilavasitə əldə etmiş qrupun üzvünün hadisənin sonrakı gedişatında psixotrop maddəni gətirib (daşıyaraq) qrupun digər üzvünə (üzvlərinə) verməsi psixotrop maddənin qrupun həmin üzvü (üzvləri) tərəfindən əldə edilməsi, eynilə psixotrop maddənin onu bilavasitə əldə edən tərəfindən həmin şəxslərə satılması kimi qiymətləndirilə bilməz. Çünki, əks halda psixotrop maddəni artıq qrupun tərkibində olmaqla əldə etmiş şəxs (sahib) yenidən (ikinci dəfə), həm də hüquqi anlamda özü-özündən psixotrop maddəni əldə etmiş şəxs kimi qiymətləndirilmiş olacaqdır. Bu səbəbdən də, psixotrop maddənin bilavasitə əldə edilməsində iştirak etməyən qrupun üzvünün psixotrop maddəni ona gətirib verən qrupun digər üzvünə (faktiki əldə edənə) hər hansı məbləğdə pul, başqa maddi neməti verməsi, cinayət-hüquqi məna kəsb etməyərək, qrupun üzvünün xidmətinin qiymətləndirilməsi, oynadığı rola görə mükafatlandırılması kimi çıxış edir və bütöv qrup tərəfindən psixotrop maddənin əldə edilməsi hadisəsini süni şəkildə parçalayıb psixotrop maddəni qrup adından əldə edərək digər üzvə çatdıranı– psixotrop maddəni satan kimi, psixotrop maddəni ondan götürən qrupun üzvünü isə psixotrop maddəni həmin şəxsdən əldə edən kimi qiymətləndirməyə əsas vermir. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsi ilə bağlı xüsusilə vurğulanmalıdır ki, əvvəla dindirilmiş polis əməkdaşları olan şahidlər Şahid3, Şahid1 əməliyyat məlumatının yalnız Nail Cəfərov barəsində onun narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş 30.01.2021-ci il tarixli DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raport, o cümlədən həmin tarixli DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar yalnız Şahid4 narkotik vasitələrin qanunsuz gəzdirməsi ilə bağlı halları özündə əks etdirmiş, əməliyyat axtarış tədbiri keçirilənə qədər ümumiyyətlə Təqsirləndirilən şəxs barədə hər hansı bir əməliyyat məlumatı mövcud olmamışdır. O cümlədən iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilsə də, baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslərə narkotik vasitə, o cümlədən psixotrop maddələr satmasını təqsdi edən hər hansı bir məlumat aşkar edilməmişdir ki, qeyd edilən hal Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etdiyini təkzib edir. Bundan başqa, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədilə əldə etmə, daşıması, saxlaması və satması ilə bağlı ittiham verilsə də, cinayət işi materiallarına əlavə edilmiş cinayət işinin istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 04.02.2021-ci il tarixli 007-1522-1221 nömrəli əməliyyat tapşırığına verilmiş 01.03.2021-ci il tarixli 008-1794-1221 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilb-keçirmədikləri, hər iki şəxsin digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmamaları, hər iki şəxsin narkotik vasitələrin və ya psxiotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, Təqsirləndirilən şəxs və Şahid4 əlaqələrinin olub-olmamasını yoxlanılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Qeyd edilən əməliyyat tapşırığına verilmiş cavab özlüyündə Təqsirləndirilən şəxs həmin psixotrop maddəni məhz satış məqsədilə əldə etmədiyini bilavasitə təsdiq edir. Həmçinin istintaq orqanı təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsi ilə ixtisaslaşdırarkən təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamindən, güclü təsir edən dərman preparatı olan preqabalindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu, yəni narkomaniya xəstəliyindən əziyyyət çəkməsini nəzərə almamışdır ki, həmin hal da özlüyündə əldə edilmiş psixotrop maddənin bilavasitə şəxsi istehlak məqsədilə, satış məqsədi olmadan əldə edilməsinin sübutu kimi çıxış edir. O cümlədən təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs və Şahid4 ifadələrində birlikdə əvvəllər psixotrop maddə istifadə etdiklərini, bir-birilərinə pulsuz psixotrop maddə verdiklərini qeyd etmələri Təqsirləndirilən şəxs Şahid4 psixotrop maddə verməsi faktını satış kimi qiymətləndirməyi istisna edir. Qeyd edilən halda, Təqsirləndirilən şəxs psixotrop maddə almaq istəyən Şahid4 mənafeyi naminə, onu şəxsi istifadəsi üçün hərəkət etmişdir ki, həmin hal özlüyündə əməlin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini zəruri edir. Təqsirləndirilən şəxsin üzərindən elektron tərəzinin aşkar edilməsinə münasibətdə qeyd edilməlidir ki, həmin hal öz növbəsində satış məqsədini birbaşa müəyyən etməməklə, işin digər faktiki halları ilə birlikdə qiymətləndirilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində üzərində əvvəlcədən tərəzi olmamış, Əhliman onu əvvəllər narkotik vasitələr alarkən çəkidə aldatdığı üçün o da Əhliman adlı şəxsin tərəzisini ondan ona satılan narkotik vasitənin çəkisinin düzgünlüyünü yoxlamaq məqsədilə almış, həmin vaxt da Əhlimana telefon zəngi gəldiyindən, sonuncu telefonla danışaraq ondan ayrılmış və tərəzi onda qalmışdır. Bundan əlavə şahid qismində dindirilmiş, Şahid4 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində heç vaxt elektron tərəzi görməmiş, Təqsirləndirilən şəxs üzərində olan tərəzinin Əhlimana məxsus olduğunu ona bildirmişdir. Həmçinin məhkəməkimyəvi ekspertizasının 31 yanvar 2021-ci il tarixli 6/440 nömrəli rəyində elektron tərəzidə narkotik vasitə olan heroinin izlərinin olmasının göstərilməsi, verilmiş ittihamnın Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin ilə bağlı olması, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən, güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyindən əziyyyət çəkməsi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş elektron tərəzinin məhz satış məqsədilə üzərində saxlamasını təkzib etməklə, Şahid4 və Təqsirləndirilən şəxs ifadəsində qeyd edildiyi kimi psixotrop maddənin alqı-satqısı zamanı həmin maddələri satan şəxs tərəfindən aldadılmanın qarşısının alınması məqsədilə istifadə edildiyini təsdiq edir. İbtidai istintaq orqanı qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrəşikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30.01.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü və 132.1.6-cı maddələrinə uyğun olaraq iş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1,572 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntüsünün əks edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35 (otuz beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35 (otuz beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan qalıq çəkisi 1,572 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntüsünün əks edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Zeynal Ağayev Hakimlər Azad Məcidov Səbuhi Hüseynov Əsli ilə düzdür: Hakim Zeynal Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar