Məhkəmə qərarları › İş №1(101)-1396/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1396/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1396/2024 20.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Universal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2 və Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Nəsimi Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası ödənilmiş; Biləsuvar Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsi tətbiq olunmaqla təyin edilmiş 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 02 fevral 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Sabunçu Rayon Məhkəməsinin 05 may 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək, 03 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, xx.xx.2001-ci ildə çəkilməmiş cəzası cərimə cəzası ilə əvəz edilərək azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2, bağ evi 212-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər dəfəllərlə məhkum olunmuş, Nəsimi Rayon Xalq Məhkəməsinin 09 noyabr 1989-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş; Sabunçu Rayon Xalq Məhkəməsinin 16 may 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 06 ay 21 gün şərti azad edilmiş; Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş; Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18 dekabr 2008-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, ev 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər Bakı Qarnizonu Hərbi Tribunalının 15 iyun 1993-cü il tarixli hökmü ilə CM-nin 241-ci maddənin B bəndi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1994-cü ildə Bakı Şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 02 il 04 ay 21 gün şərti azad olunmuş, xx.xx.1997-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsi, ev 3A, mənzil 11-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində kirayədə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlayaraq daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən naməlum «Səccad» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən «Səccad» adlı şəxsin + 98 905 *** ** ** «Whatsapp» nömrəsi ilə mesajlaşma tətbiqi vasitəsilə danışıb naməlum tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsində yol kənarında gizlədilmiş yerdən digər şəxslərə çatdırmaq məqsədi ilə külli miqdarda təmiz çəkisi 2057,03 qram narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 1674,808 qram narkotik vasitə heroini və təmiz çəkisi 810 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaq məqsədilə kirayəyə götürdüyü və daimi yaşamadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi nömrəsiz evə qədər daşıyıb orada gizlədərək saxlamış, əldə etdiyi ümumi narkotik vasitələrdən təmiz çəkisi 71,43 qaram narkotik vasitə qurudulmuş marixuananı, naməlum tarixdə və yerdə 20 manat müqabilində Təqsirləndirilən şəxs2 satmış, külli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,408 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 75,382 qram ümumi təmiz çəkisi 80,790 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində və etibarnamə ilə idarə etdiyi «Chevrolet Cobalt» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «Araz» marketin qarşısına qədər daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 09 oktyabr 2023-cü il saat 17:40-da həmin ünvanda Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb avtomobili ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilib üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,408 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gün saat 20:20-də 12-ci PŞ-nin həyətində etibarnamə ilə idarə etdiyi «Chevrolet Cobalt» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərək avtomobilin salonunda sürücü oturacağının yanında sol qapının içərisindəki saxlanc yerində 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 75,382 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş olsa da, yuxarıda göstərilən ünvandakı daimi yaşamadığı evində digər narkotik vasitələrin və psixotrop maddələrin olduğunu deməyərək bu barədə məlumatı olduğunu gizlətmiş, onun polis əməkdaşları tərəfindən tutulmasını bilən Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında cinayəti törədərək qanusuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop madəni əldə etdiyi həmin İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Səccad» adlı şəxslə qabaqcadan əlbir olan cinayət qrupunun üzvü Təqsirləndirilən şəxs2 «Səccad» adlı şəxsdən Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi nömrəsiz evində ondan aldığı külli miqdarda narkotik vastilələri və psixotrop maddəni saxladığı barədə məlumatı əldə edib sonuncunun tez bir zamanda onları başqa ünvana gizlətməsi barədə təlimatı əsasında hərəkət edərək bu barədə Təqsirləndirilən şəxs3 məlumat verib onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib 10 oktyabr 2023-cü il tarixdə, naməlum saatda Təqsirləndirilən şəxs3lə birlikdə həmin evdə saxlanılan külli miqdarda ümumi çəkisi 1985,6 qram narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd plastik qabda təmiz çəkisi 1594,018 qram narkotik vasitə heroini və 01 ədəd bağlamada təmiz çəkisi 810 qram psixotrop maddə metamfetamini götürərək üzərində saxlayıb Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə və saxlama cinayət əlaqəsində olduğu tanışı Təqsirləndirilən şəxs4 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən nömrəsiz fərdi bağ evinə qədər daşımış, orada 11 oktyabr 2023-cü il tarixdə, naməlum saatda Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 30 manat müqabilində təmiz çəkisi 10,60 qram narkotik vasitə olan qurudulmuş marixuananı satmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs4 evinə qonaq gəlmiş sonuncunun qardaşı oğlu Şahid12 təmiz çəkisi 19,018 qram narkotik vasitə heroini pay vermiş, Təqsirləndirilən şəxs2 təmiz çəkisi 71,43 qram narkotik vasitə olan qurudulmuş marixuananı ,Bakı şəhəri, Zabrat qəsəbəsi R.Axundov küçəsində yerləşən nömrəsiz fərdi evə qədər daşıyaraq, orada gizlədib, saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü il saat 20:50-da Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən 307 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq yaşadığı yuxarıda qeyd edilən evində axtarış aparılan zaman evin mətbəx otağındakı şkafda təmiz çəkisi 71,43 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 yerdə qalan külli miqdarda ümumi təmiz çəkisi 1975,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda təmiz çəkisi 1575 qram narkotik vasitə heroini, təmiz çəkisi külli miqdarda 810 qram psixotrop maddə olan metamfetamini və metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzini Bakı şəhəri, Sabunçu qəsəbəsi, Komsomol dairəsinin yaxınlığına qədər üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü ildə saat 21:00da Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş və orada üzərində keçirilmiş axtarış zamanı əlində olan çantanın içində külli miqdarda 05 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 405,0 qram, 480,0 qram, 485,0 qram, 490,0 qram və 115,0 qram olmaqla ümumi təmiş çəkisi 1975,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd plastik qabda təmiz çəkisi 1575 qram narkotik vasitə heroin, 01 ədəd sellofan bükümündə təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edlərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs4 və Şahid12 Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərlərinə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs4 üzərində təmiz çəkisi 10,60 qram narkotik vasitə olan qurudulmuş marixuana, Şahid12 üzərində isə təmiz çəkisi 19,018 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlayaraq daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 naməlum tarixdə və yerdə 20 manat müqabilində təmiz çəkisi 71,43 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs1 əldə edib, kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi R.Axundov küçəsində yerləşən nömrəsiz fərdi evə qədər daşıyıb, orada gizlədib saxlamışdır. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs3 və İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Səccad» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən «Səccad» adlı şəxsin + 98 905 *** ** ** «Whatsapp» nömrəsi ilə mesajlaşma tətbiqi vasitəsi ilə danışmış, tanışı Təqsirləndirilən şəxs1 09 oktyabr 2023-cü il tarixdə poils əməkdaşları tərəfindən tutulduğunu bildikdə və sonucunun həmin «Səccad» adlı şəxsdən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etdiyini, narkotik vasitə və psixotrop maddələri satışı ilə məşğul olmaq məqsədilə kirayəyə götürdüyü və daimi yaşamadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi nömrəsiz evdə gizlətdiyi barədə «Səccad» adlı şəxsdən məlumat aldıqdan sonra sonuncunun tez bir zamanda həmin narkotik vasitələri və psixotrop maddəni başqa ünvanda gizlətməsini təşkil etmək barədə təlimatı əsasında hərəkət edərək bu haqda tanışı Təqsirləndirilən şəxs3 məlumat verib, sonucu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib təkrarən 10 oktyabr 2023-cü il tarixdə naməlum saatda Təqsirləndirilən şəxs3lə birlikdə həmin evdə saxlanılan külli miqdarda ümumi çəkisi 1985,6 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 01 ədəd plastik qabda təmiz çəkisi 1594,018 qram narkotik vasitə heroini, külli miqdarda 01 ədəd bağlamada təmiz çəkisi 810 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi götürərək üzərində saxlayıb Təqsirləndirilən şəxs3 və onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə və saxlama cinayət əlaqəsində olduğu tanışı Təqsirləndirilən şəxs4 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən nömrəsiz fərdi bağ evinə qədər daşımış, orada 11 oktyabr 2023-cü il tarixdə naməlum saatda Təqsirləndirilən şəxs3 ev sahibi Təqsirləndirilən şəxs4 30 manat müqabilində təmiz çəkisi 10,60 qram narkotik vastiə olan qurudulmuş marixuananı satmış, özü isə Təqsirləndirilən şəxs4 evinə qonaq gəlmiş sonuncunun qardaşı oğlu Şahid12 təmiz çəkisi 19,018 qram narkotik vasitə heroini təkrar pay vermiş, bundan sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanusuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü il tarixdə saat 20:50-də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 307 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq yaşadığı yuxarıda qeyd edilən evində axtarış aparılan zaman evin mətbəx otağındakı şkafda təmiz çəkisi 71,43 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 yerdə qalan ümumi təmiş çəkisi 1975,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı, təmiz çəkisi 1575 qram narkotik vasitə heroini, təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamini və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi Bakı şəhəri, Sabunçu qəsəbəsi, «Komsomol» dairəsinin yaxınlığına qədər üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanusuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü ildə saat 21:00-da Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş və orada üzərində keçirilmiş axtarış zamanı əlində olan çantanın içində külli miqdarda 05 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 405,0 qram, 480,0 qram, 485,0 qram, 490,0 qram və 115,0 qram olmaqla ümumi təmiz çəkisi 1975,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd plastik qabda təmiz çəkisi 1575 qram narkotik vasitə heroin, 01 ədəd sellofan bükümündə təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edlərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs4 və Şahid12 Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərlərinə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs4 üzərində təmiz çəkisi 10,60 qram narkotik vastiə olan qurudulmuş marixuana, Şahid12 üzərində isə təmiz çəkisi 19,018 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlayaraq daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 09 oktyabr 2023-cü il tarixdə poils əməkdaşları tərəfindən tutulduğunu bildikdə və sonuncunun tanışı İran İslam Respublikasının vətəndaşı ehtimal edilən «Səccad» adlı şəxsdən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etdiyni, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaq məqsədilə kirayəyə götürdüyü və daimi yaşamadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi nömrəsiz evdə gizlətdiyini, tez bir zamanda həmin narkotik vasitələri və psixotrop maddəni başqa ünvanda gizlətməsini təşkil etmək barədə təlimatı əsasında hərəkət edərək bu haqda tanışı Təqsirləndirilən şəxs2 məlumat alaraq sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib 10 oktyabr 2023-cü il tarixdə naməlum saatda Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin evdə saxlanılan külli miqdarda ümumi çəkisi 1985,6 qram narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd plastik qabda təmiz çəkisi 1594,018 qram narkotik vasitə heroini, 01 ədəd bağlamada təmiz çəkisi 810 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzini götürərək üzərində saxlayıb onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə və saxlama cinayət əlaqəsində olduğu tanışı Təqsirləndirilən şəxs4 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən nömrəsiz fərdi bağ evinə qədər daşımış, orada 11 oktyabr 2023-cü il tarixdə naməlum saatda o, Təqsirləndirilən şəxs4 30 manat müqabilində təmiz çəkisi 10,60 qram narkotik vastiə olan qurudulmuş marixuananı satmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs4 evinə qonaq gəlmiş sonuncunun qardaşı oğlu Şahid12 təmiz çəkisi 19,018 qram narkotik vasitə heroini pay vermiş, bundan sonra onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 12 oktyabr 2023-cü il tarixdə saat 20:50-də Sabunçu RPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən 307 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq yaşadığı evində axtarış aparılan zaman mətbəx otağındakı şkafda təmiz çəkisi 71,43 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, o isə yerdə qalan ümumi təmiz çəkisi 1975,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı, təmiz çəkisi 1575 qram narkotik vasitə heroini, təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamini və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzini Bakı şəhəri, Sabunçu qəsəbəsi, «Komsomol» dairəsinin yaxınlığına qədər üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü il tarixdə saat 21:00-da Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş və orada üzərində keçirilmiş axtarış zamanı əlində olan çantanın içində külli miqdarda 05 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 405,0 qram, 480,0 qram, 485,0 qram, 490,0 qram və 115,0 qram olmaqla ümumi təmiz çəkisi 1975,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd plastik qabda təmiz çəkisi 1575 qram narkotik vasitə heroin, 01 ədəd sellofan bükümündə təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edlərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs4 və Şahid12 Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərlərinə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs4 üzərində təmiz çəkisi 10,60 qram narkotik vastiə olan qurudulmuş marixuana, Şahid12 üzərində isə təmiz çəkisi 19,018 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən 10 oktyabr 2023-cü il tarixdə, naməlum saatda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə külli miqdarda ümumi çəkisi 1985,6 qram narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd plastik qabda təmiz çəkisi 1594,018 qram narkotik vasitə heroini və 01 ədəd bağlamada təmiz çəkisi 810 qram psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən nömrəsiz fərdi bağ evində gizlədilməsi barədə öhdəliyini üzərinə götürərək həmin narkotik vasitələri və psixotrop maddəni evində gizlədərək saxlamaqla satışını təşkil etməyə imkan yaradaraq 11 oktyabr 2023-cü il tarixdə naməlum saatda Təqsirləndirilən şəxs3 30 manat müqabilində təmiz çəkisi 10,60 qram narkotik vastiə olan qurudulmuş marixuananı almış, Təqsirləndirilən şəxs2 isə onun evinə qonaq gəlmiş qardaşı oğlu Şahid12 təmiz çəkisi 19,018 qram narkotik vasitə heroini pay vermiş, bundan sonra onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 12 oktyabr 2023-cü il tarixdə saat 20:50-də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən 307 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq yaşadığı evində axtarış aparılan zaman mətbəx otağındaki şkafda təmiz çəkisi 71,43 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 isə yerdə qalan ümumi təmiz çəkisi 1975,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda təmiz çəkisi 1575 qram narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamini və 2 ədəd elektron tərəzini Bakı şəhəri, Sabunçu qəsəbəsi, «Komsomol» dairəsinin yaxınlığına qədər üzərində saxlayaraq daşımış, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü il tarixdə saat 21:00-da Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdən saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş və orada üzərində keçirilmiş axtarış zamanı əlində olan çantanın içində külli miqdarda 05 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 405,0 qram, 480,0 qram, 485,0 qram, 490,0 qram və 115,0 qram olmaqla ümumi təmiş çəkisi 1975,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd plastik qabda təmiz çəkisi 1575 qram narkotik vasitə heroin, 01 ədəd sellofan bükümündə təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs4 12 oktyabr 2023-cü il tarixdə saat 20:30-da Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən fərdi nömrəsiz evin qarşısında Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərlərinə keçirilmiş axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 10,60 qram narkotik vastiə olan qurudulmuş marixuana, Şahid12 üzərində isə təmiz çəkisi 19,018 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır, digər təqsirləndirilən şəxsləri məhkəmədə görmüşdür. O, əvvəllər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində baş inspektor vəzifəsində xidmət etmişdir. O, 2002-ci ildən bəri hərdənbir narkotik vasitələrdən istifadə etmişdir. Belə ki, 2002-ci ildən bəri 15 dəfə olmaqla hər dəfə 15 günlük müddətinə müalicə almış, müalicə aldıqdan sonra 1 il narkotik vasitə istifadə etməsə də sonra yenidən narkotik vasitədən istifadə etməyə başlamışdır. Yəni narkotik vasitəni ata bilməmişdir. O, narkotik vasitəni cürbəcür vasitələrlə əldə edirmiş. O, sonuncu dəfə narkotik vasitəni İran İslam Respublikası vətəndaşının ona verdiyi nömrəyə zəng edərək əldə etmiş, yəni son zamanlar ona zəng edib narkotik vasitəni Bakı şəhərinin müxətlif yerlərindən götürürmüş. O, dəqiq xatırlamadığı tarixdə öz avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi tərəfə gedib Şuşa şəhərciyində yerləşən “Araz” marketə girmişdir. Təqsirləndirilən şəxs2 da həmin vaxt maşında imiş. O, “Araz” marketdən çıxandan sonra polis əməkdaşları onu saxlamışlar. Yanında olan dostu Təqsirləndirilən şəxs2 üzərində heçnə olmadığından polis əməkdaşları onu buraxmışlar. Polis əməkdaşları onun ciblərini yoxlayaraq 1 büküm narkotik vasitə olan “heroin” aşkar etmişlər. Sonra polis əməkdaşları onun harda yaşadığını soruşmuşlar. O, ünvanını dedikdən sonra polis əməkdaşları onu evinə aparıb evə baxış keçirmişlər və evindən narkotik vasitə tapmamışlar. Polis əməkdaşları onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. O, ittiham aktında qeyd olunan heç bir halla razı deyil. Çünki onun cibində yalnız 1 büküm təxminən 1 qramdan çox olan “heroin” olmuşdur. O, həmin narkotik vasitənin qramını 25 manatdan almışdır. O, adətən 3 qram, 4 qram, 5 qram narkotik vasitə alır. Lakin həqiqətən də axırıncı dəfə cibində az miqdarda yəni 1 qramdan çox miqdarda narkotik vasitə var imiş. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, istintaq zamanı 1 dəfə ifadə vermiş, lakin müstəntiq ifadəsini protokola hansı şəkildə yazdığını bilmədiyindən təsdiq etmir. O, verilən sənədlərə imza çəkmişdir. O, narkotik vasitəni cürbəcür vasitələrlə əldə edirmiş. O, tutulan gün maşında Zaurla bir yerdə imiş. İstintaq zamanı ona qarşı fiziki təzyiq olmamışdır. Onun Əhədlə əvvəllər heç bir əlaqəsi olmamışdır. Onun mobil telefonuna baxa bilərlər. Ondan onlara zəng getməmişdir. “Chevrolet Cobalt” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun şəxsi avtomobilidir. Polis əməkdaşları onun avtomobilindən heçnə tapmamışlar. O, təcridxanada olan zaman Zaur həbs olunmuşdur. Elan olunmuş cinayət işinin 1-ci cild 34-35-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 39-40-cı vərəqələrində olan avtomobildə şəxsi axtarış aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi, izahatı, ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 46-48-ci vərəqələrində olan izahatında və 1-ci cild 61- 64, 77-80-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroin kütləsini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 6 (altı) qram olmuşdur. ...Üzərindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı «Səccad» adlı şəxsin + 98 905 *** ** ** votsapı ilə danışmaqla onun vasitəsi ilə 3 (üç) gün əvvəl xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yol kənarında gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona narkotik vasitə verəcəyini, üzərindən başqa idarə etdiyi «Chevrolet Cobalt» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olduğunu, həmin avtomobilə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. ...Şöbənin inzibati binasının həyətində avtomobilə baxış keçirməyə başlanılmış, avtomobildə olan qanunla qadağan edilmiş əşya və predmeti təqdim etmək təklif olunmuş, o idarə etdiyi «Chevrolet Cobalt» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının yanında 1 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroin kütləsini təqdim etmiş, bundan sonra həmin kütlə elektron tərəzidə ölçülmüş və heroinin çəkisi 77 (yetmiş yeddi) qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə götürülmüşdür. ...Avtomobilə baxış keçirildikdən sonra yaşadığı ünvan 1 ünvanına getmiş, orada polis əməkdaşları, o, tanışı, müdafiəçi ilə birlikdə evə baxış keçirtməyə başlanılmış, baxış zamanı yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmiş, həmin vaxt polis əməkdaşlarına kirayələdiyi və narkotik vasitələri gizlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə narkotik vasitə olması barədə heçnə deməmiş, lakin bunu Təqsirləndirilən şəxs2 bilmiş və ona sakitcə demiş ki, polis əməkdaşları onu buraxandan sonra Səccadla əlaqə saxlasın nə deyir onu etsin. Zaur ona söz vermiş, narahat olma burdan çıxan kimi o işlə məşqul olacaq demiş, evin açarının Şahid10 olduğunu o Zaura demişdir. Həmçinin onu da qeyd etmişdir ki, saxlanılmamışdan bir gün qabaq Zaura narkotik vasitə olan marixuananı 20 manata satmışdır. Səccadla təsadüfən tanış olmuş belə ki, onunla votsapda zəng edib tanış olmuşlar. Səccadla danışığı belə olmuşdur ki, ona narkotik vasitələri göndərəcək əldə etdiyi narkotik vasitələrin çəkisinin 7 faizi ağırlığında məsələn iki kiloqram olanda 140 qram çəkidə narkotik vasitəni ona verəcək. Səccada pul vermir onun verdiyi narkotiki dediyi yerə qoyduğu üçün əvəzində Səccad ona narkotik verir. 09.10.203-cü il tarixdə saxlanılan zaman üzərində olan narkotik vasitələri o ayırmış, üzərində saxladığını istifadə edəcəkmiş, avtomobildə olanı isə Səccadın dediyi yerə qoyacaqmış, amma hələ hara qoyacağı barədə Səccadla danışmamışdır. Həmçinin həmin narkotik vasitələri evdə yəni Ramana qəsəbəsində saxladığı narkotik vasitələrin üzərindən götürmüşdür. ...Ümumiyyətlə Səccadla gördüyü işlər barədə və öz işləri barədə Zaurdan başqa heçkimə bir söz deməmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları oxumadan imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən narkotik vasitənin “heroin” növündən istifadə edir. O, heroini iynə vurmaq yolu ilə istifadə edir. O, xəstə olduğu üçün narkotik vasitədən dərman kimi istifadə edir. O, 19 ildir ki, narkotik vasitəni “Kubinka”, “Papanin” adlı yerlərdən alır. 09 oktyabr 2023-cü il tarixdə o dostu Təqsirləndirilən şəxs1 maşınında imiş və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Araz” marketin yaxınlığında Elşən maşını saxlayıb marketə girmişdir. Elşən marketdən qayıdan zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Onun üzərində heçnə olmadığı üçün polis əməkdaşları onu sərbəst buraxmışlar. O, evə gedən zaman Əhədə zəng edərək dostu Elşənin tutulduğunu, onun Ramana qəsəbəsində evdən paltarlarını götürməyə birgə getməyi təklif etmişdir. Əhəd də onun yanına gəlmiş və Elşənə vermək üçün onun paltarlarını götürmüşlər. Sonra Əhəd ondan ayrılmış və getmişdir. O, evə gedən zaman “Səccad” adlı İran vətəndaşı onun ***- ***-**-** mobil nömrəsinə zəng etmişdir. O, təəccüblənmişdir ki, “Səccad” adlı İran vətəndaşı onun nömrəsini hardan bilir. Düzdür, əvvəllər Elşən özü telefonda “Səccad” adlı İran vətəndaşı ilə danışaraq ona da narkotik vasitə almağı təklif etmiş və onlar Elşənlə birlikdə “Səccad” adlı İran vətəndaşından mal götürmüşlər. Lakin o heç vaxt “Səccad” adlı İran vətəndaşı ilə telefonda danışmamışdır. O, “Səccad” adlı İran vətəndaşına demişdir ki, Elşən tutulmuşdur. “Səccad” Elşəni azad buraxdırmaq üçün ona iş təklif etmiş və demişdir ki, onun deyəcəyi yerdən dediyi şeyləri götürsün. O, narkotik vasitə daşıyıcısı olmasa da Elşən dostu olduğu üçün “Səccad” adlı İran vətəndaşı ilə razılaşmışdır. “Səccad” adlı İran vətəndaşı bildirmişdir ki, Şuşa qəsəbəsində zibilxananın arxa tərəfində olan qara paketdə böyük büküm var və onu götürsün. O da həmin malları götürüb evə gəlmişdir. Onun evi kirayə imiş və düşünmüşdür ki, ev sahibi onu qovsa mallar ortada qalar. Düşünmüşdür ki, namaz qılan tanışı Raufun evinə malları qoysun. O, Rauf adlı şəxsin evinə getmişdir. Lakin Raufun evində yer yox imiş. O da Əhədə zəng etmiş və qalmağa yerinin olmadığını demişdir. Əhədin narkotik vasitədən xəbəri yox imiş. O, Əhədin yanına getmişdir. Həmin gecə Zirə qəsəbəsində olarkən Cavanşir və Əhədin mallardan xəbəri olmuş, onlar onu qınamışlar. “Səccad” adlı İran vətəndaşı demişdir ki, özü zəng edib həmin bükümü haraya qoyacağını deyəcək. “Səccad” adlı İran vətəndaşı axşam ona zəng edərək konum göndərdiyini demişdir. O da narkotik vasitələri yerləşdirib “Səccad” adlı İran vətəndaşına konumlar ataraq hansı ərazilərə büküm qoyduğunu demişdir. Beləliklə, o “Səccad” adlı İran vətəndaşının tapşırığı ilə narkotik vasitə olan bükümləri 7-8 yerə qoymuşdur. Həmin bükümlərin çəkisi təxminən 3 kilo, 3 kilo yarım olarmış və bükümlərdə nəşə, kakos, metamfetamin var imiş. O, malları qoyduğu günün səhəri günü, yəni 10 oktyabr 2023-cü il tarixdə xatırlamadığı saatda «Səccad» ona zəng edərək 1 kilo malın Şuşa qəsəbəsində həmin yerdə qaldığını və götürməyini demişdir. O, həmin yerə gələndə polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları onu saxlamışlar. O, əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni qismən təsdiq edir. Belə ki, o 20-30 manat müqabilində kiməsə nəsə verdiyini ifadədə yazmamışdır. O, Əhədin işlətdiyi “Xeyir-Şər” evində günlük 15-20 manata işləyirmiş. O, əvvəllər “Səccad” adlı İran vətəndaşından narkotik vasitə almamışdır. “Səccad” adlı İran vətəndaşı birinci dəfə imiş ki, ona zəng edirmiş. O, “Səccad” adlı İran vətəndaşından nömrəsini necə əldə etdiyini soruşmamışdır. O, “Səccad” adlı İran vətəndaşının adını əvvəllər eşitmişdir. “Səccad” adlı İran vətəndaşı ona telefonda İranlı Səccad olduğunu demişdir. O da dərhal bildirmişdir ki, Elşən tutulmuşdur. “Səccad” adlı İran vətəndaşı da demişdir ki, Elşənə kömək etmək üçün malları götürsün. Elşən onun yanında mal alacağı şəxslə danışmış, Elşənlə bir yerdə mal da götürmüşlər. O, “Səccad” adlı İran vətəndaşı ilə telefonda danışmamışdır. O, “Səccad” adlı İran vətəndaşını Elşənin vasitəsilə tanımışdır. Polis əməkdaşları onu sərbəst buraxarkən Elşən ona “Səccad” adlı İran vətəndaşı ilə əlaqə saxlamağı tapşırmamışdır. Elşən yalnız ona demişdir ki, onun atası və qardaşına həbs olunduğunu bildirsin. O da sərbəst buraxılan kimi Elşənin qardaşına məlumat vermişdir. Sonra qardaşına zəng etsə də qardaşına zəng çatmamışdır. O, narkotik vasitəni heç kimə pulla satıb pul almamışdır. O, “Səccad” adlı İran vətəndaşının ona zəng etdiyi nömrəni xatırlamır. “Səccad” adlı İran vətəndaşı ona maddi pul qarşılığında yox, Elşənə kömək məqsədi ilə narkotik vasitəni dediyi yerlərə qoymağını demişdir. O, ikinci dəfə də saxlanılanda üzərində heçnə yox imiş. Təqsirləndirilən şəxs3 onun qonşusudur, müdiridir. O, həmişə Əhədlə dərdləşmişdir. Əhəd onun narkotik vasitə aludəçisi olduğunu bilirmiş. Əhəd əvvəllər narkotik vasitə istifadə etmiş, sonradan etməmişdir. O, Cavanşirin evinə 11 oktyabr 2023-cü il tarixdə getmişdir. O, saat 00:00-da onun evindən çıxmış və sonra da tutulmuşdur. Cavanşir axşam saatlarına kimi mallardan xəbərsiz imiş. Onlar yatandan sorna o tutulmuşdur. O, Cavanşirin qardaşı oğluna çəkmək üçün az miqdarda narkotik vasitə vermişdir. Onun evində nəşə, kakos, patı aşkar olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Artıq 17 ildir ki, narkotik vasitələrdən istifadə etmir. Lakin bu 17 il ərzində aradabir, ümumilikdə 10 dəfə narkotik vasitə istifadə etmişdir. O, Razin qəsəbəsində məhlə arasında “Xeyir-Şər” evini işlədirmiş. Həmin “Xeyir- Şər” evi Sovet dövründə tikilmiş və məhləyə məxsus imiş. O, həmin “Xeyir-Şər” evinə stolstul almış, açarı də onda olduğundan oranı o işlədirmiş. Təqsirləndirilən şəxs2 və onun həyat yoldaşı onun yanında işləyirmişlər. Təqsirləndirilən şəxs2 həyat yoldaşı qabları yuyurmuş, Təqsirləndirilən şəxs2 isə ona qab-qaşığı daşımaq və s. kimi işlərdə kömək edirmiş. 2023-cü ilin oktyabr ayında o evdə olarkən Təqsirləndirilən şəxs2 ona zəng edərək dostu Elşənin tutulduğunu, onun paltarlarının kirayə evdə qaldığını, götürməyə getsə də İlqar adlı şəxsin paltarları ona vermədiyini demişdir. Zaur demişdir ki, birlikdə ora getsinlər və paltarları götürsünlər. O, Zaurla bir yerdə Şuşa şəhərciyində həmin evə getmişdir. Oraya yaxın yeməkxana adlı yerdə tanımadığı İlqar adlı şəxslə rastlaşmışlar. İlqar Zauru tanıyırmış və heç bir mübahisə etmədən açarı verib paltarları götürmələrini demişdir. Zaur paltarları götürməyə getmiş, o da evinə getmişdir. Səhəri gün, “Xeyir-Şər” evində olarkən Təqsirləndirilən şəxs2 yanına gələrək axşam kirayə qaldığı evdə ev sahibinin onun tutulmasından xəbəri olduğu üçün aralarında mübahisə yarandığını, evdən çıxarıldığını, ona 1-2 günlük qalmağına köməklik etməyini istəmişdir. O da Cavanşirin adətən tək yaşadığını bildiyindən düşünmüşdür ki, Zaur Cavaşirin evində qalar. O, Cavanşirin evinə gedən müddətə qədər Zaurda narkotik vasitə olmağını bilmirmiş. Zaurla o taksiyə minmişlər. Zaurun əlində əvvəlcə heçnə yox imiş. Zaur ilk öncə namaz qılan dostunun evinə getmiş və ordan əlində çemodanla çıxmışdır. Onlar sonra Cavanşirin evinə getmişlər. Cavanşirin evində Zaur Səccad adlı şəxslə danışanda o Zaurdan şübhələnmişdir. O, Zaurdan Səccadla nə əlaqəsi olduğunu soruşanda Zaur hər şeyi ona danışmışdır. Onların arasında mübahisə yaranmışdır. O, Zaura getməyini demişdir. Gecə saat 05:00- radələrində o oyanmışdır ki, Zaur evdə yoxdur. Sonradan bilmişdir ki, Səccad Zaura zəng edərək 1 kilo narkotik vasitəni götürməyi tapşırmış, Zaur ora gedərkən həbs olunmuşdur. O, Zauru gözləmiş, lakin Zaur gəlməmişdir. O, sumkadakı narkotik vasitənin miqdarını bilmirmiş. O, sumkanı götürmüşdür ki, Zauru tapıb özünə versin. O, Cavanşirlə mübahisə etdiyindən onun evindən çıxıb öz evinə gəlmişdir. Zaur ona zəng etmiş, o zəng edən zaman polis əməkdaşlarının yanında olduğunu ona bildirməmişdir. Onun narkotik vasitə üzərində olmamış və Zirə qəsəbəsinə gedənə kimi də Təqsirləndirilən şəxs2 narkotik vasitə olmasından xəbərsiz olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, 2005-2006-cı ildə Təqsirləndirilən şəxs2 işə götürərkən ona ilk sual narkotik vasitə istifadə edib-etməməyi olmuşdur. Lakin, Zaur and içmişdir ki, o aradabir tramadol adlı dərman içir. O da Zaura inanaraq işə götürmüşdür. O, Elşəni əvvəllər tanımamış, Zaurun yanında görüb-görmədiyini dəqiq bilmir. O, Təqsirləndirilən şəxs2 hərəkətlərindən şübhələnməmişdir. Ona müstəntiq bəzi cümlələr oxuyanda o razılaşaraq ifadəyə imza çəkmiş, o, ifadəsini təsdiq etmir. O, ifadə verərkən yanında vəkil olmamışdır. O, Zaurun müxtəlif yerlərə narkotik vasitə qoyaraq kuryerlik etdiyini bilməmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 60-61-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamış, protokolu təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi, izahatı, ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 68-69-cu vərəqələrində olan izahatında və 2-ci cild 90-92, 105-108-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: … «...10 oktyabr 2023-cü il tarixdə evdə olan zaman Zaur zəng etmiş və təcili Ramanada görüşsünlər işi var demiş, o Zaurun sözü ilə marşurutdan istifadə etməklə Ramana qəsəbəsinə getmiş və Zaurla görüşmüşdür. Zaur ona Elşən adlı tanışı polislər tərəfindən saxlanıldığını, İranlı Səccad adlı şəxslə danışdığını və Elşənin Ramana qəsəbəsində olan kirayədə qaldığı evdə narkotik vasitələr olan çamadan var götürüb gizlətmək lazım olduğunu demiş, bu söhbəti edərək birinci dəfə imiş gördüyü İlqar adlı şəxsin yanına gəlmişlər. İlqardan Zaur evin açarını istəmiş o da evin açarını ancaq Elşən və ya valideyinlərinə verə biləcəyini demiş, bundan sonra Zaur Səccad adlı şəxsə zəng etmiş və telefonu İlqara vermiş, Səccad Elşənin evində əşyaların olduğunu həmin əşyaların Zaura verməsini demiş, İlqar bu söhbətdən sonra Zaurun telefonunu qaytarmaqla yanaşı evin açarını da vermiş, Zaura get nəyin var götür onluq deyil demiş, Zaur Elşənin yaşadığı evə getmiş o isə işlərin arxasınca getmişdir. Bundan bir neçə saat sonra ona zəng edən Zaur ev tapa bilmədiyini, polislərin onu tutacağını demiş və kömək etməsini xahiş etmişdir. Daha təhlükəsiz yer olaraq dostu Cavanşirin Zirə qəsəbəsində olan bağ evi ağlına gəlmiş və Cavanşirə zəng edərək onlara tanışı Zaurla onlara gəlmək istədiyini demişdir. Cavanşir razılıq vermiş və Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Zaurun tanışı Rauf adlı şəxsin evinə getdikdən sonra Zaur qırmızı rəngli çamadanı onun evindən götürüb tanımadığı taksi maşını ilə Xəzər rayonu, Zirə qəsəbəsində Cavanşirin evinə getmişlər. Həmin gün axşam Zaur çamadandan narkotik vasitə çıxarıb onlara çəkmək üçün nəşə vermiş, Zaur isə heroini qızdırıb damarına vurmuşdur. xx.xx.2023-cü il tarixdə Zaur Səccad adlı şəxslə danışıb çamadanda olan maldan aparıb müxtəlif ünvanlara qoymuş və həmin çamadanda nəşə heroin və metamfetamin olduğunu Cavanşir və o bilmiş, həmin yerə qədər çantada narkotik vasitə olduğunu bilsə də o qədər olduğunu bilməmişdir. Cavanşirin qardaşı oğlu Rəşad xx.xx.2023-cü il tarixdə Zaurdan heroin istəmiş o da Rəşada heroini vermiş, həmçinin ondan da Cavanşir nəşə istəmiş ona bir büküm nəşəni 30 manata verib pulunu Zaura vermişdir. İki gün Cavanşirin evində gizləndikdən sonra xx.xx.2023-cü ii tarixdə axşam Zaurla Səccad danışmış və Səccad maldan əskikdir get evdə yaxşı bax ola bilər həmin maldan evdə hardasa qalıb demiş, Zaur xx.xx.2023-cü il tarixdə havanın qaralmasını gözləmiş və saat 19 radələrində evdən çıxıb getmiş ki, Sabunçu rayonu Ramana qəsəbəsində Elşənin kirayədə qaldığı evə baxaraq yerdə qalan narkotikləri tapsın. ...12 oktyabr 2023-cü il tarixdə saat 21:00-da Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu qəsəbəsi, «Komsomol» dairəsinin yaxınlığında saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş müdafiəçi dəvət edilmiş tutulub üzərinə axtarış keçirilmiş, lakin narkotik vasitə üzərində olmamış, əlində olan içərisi narkotik vasitə və psixotrop maddə dolu olan çantanı polislərə vermiş başına gələnləri danışmışdır. ... Təqsirləndirilən şəxs4 onlara kömək etməkdə başqa məqsədi olmamış, onun xahişi ilə onlara köməklik etmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və ifadələri oxumadan imzalamış, izahatı və protokolları təsdiq etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fəhlə işləyir. O, narkotik vasitənin marixuana növündən ildə 1-2 dəfə istifadə edir. Lakin o narkotik vasitə ona pay veriləndə istifadə edir, adətən pul verib almır. O, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 40 ildir tanıyır, dostudur, Təqsirləndirilən şəxs2 2-3 dəfə görmüş, yaxından tanımır, Zaur isə onu tanıdığını bildirir, Təqsirləndirilən şəxs1 isə tanımır. 10 oktyabr 2023-cü il tarixdə axşam saatlarında qardaşı oğlu ilə birlikdə yemək bişirirmişlər. Birdən qapı açılmış və Əhəd yanında Zaurla birlikdə gəlmişlər. Onlar birlikdə çörək yemiş, marixuana çəkmişlər. Əhəd və Zaur onunla birlikdə qalacaqlarını demişlər. O, onlara yatacaqları otağı göstərib səhər işə gedəcəyi üçün yatacağını demişdir. Səhər oyananda Zaurun getdiyini görmüşdür. O, Əhədə narkotik vasitə verməyini deyəndə Əhəd demişdir ki, dünəndən qalan 2-3 büküm narkotik vasitəni götürsün. Əhəd çıxıb getmişdir. 1 saat sonra polis əməkdaşları gəlmişlər. O, həmin 2-3 büküm marixuananı polis əməkdaşlarına vermişdir. Polis İdarəsində ona demişlər ki, qardaşı oğlu tutulacaq, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüləcək. O da demişdir ki, qardaşı oğlu ona əmanət olduğundan o, tutulacaqsa, onu da tutsunlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, o, Səccad adlı şəxsi tanımır. Müstəntiq onu pul vermədən tutmamış, zəng edəndə gəlməyini bildirmişdir. 1 neçə ay sonra müstəntiq dəyişilmişdir. O, qardaşı oğlu Rəşad, Əhəd və Zaur bir yerdə narkotik vasitə çəkmişlər. Onların çəkdiyi narkotik vasitəni kimin stolun üstünə qoyduğunu görməmiş, çünki o süfrəyə yemək daşıyırmış. Onlar çəkdiyi narkotik vasitəyə görə Zaura pul verməmişlər. Zaur onun evində heç kimə narkotik vasitə satmamışdır. Əhəd və Zaur onun evinə gələndə əllərində sumka var imiş və sumkada meyvə suyu, çörək, 1-2 kilo alıb gəlmişlər. Amma əllərindəki sumkada başqa nəsə olduğunu bilməmişdir. Səhər gedəndə də sumkanı özləri ilə aparmışlar. O, evində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 oktyabr 2023-cü il tarixdə etibarlı mənbədən Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 09 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Araz marketin qarşısında Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşında Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibindən 1 ədəd sellofan bükümdə heroinə bənzər maddəni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı «Səccad» adlı şəxsdən Bakı şəhəri, Xəzər rayonu ərazisində əldə etdiyini, əldə etdiyi narkotik vasitələri «Səccad» adlı şəxsin dediyi yerlərə qoyduğunu, avtomaşında narkotik vasitə olduğunu etiraf etmişdir. Qeyd vərəqindən istifadə edərək bildirmişdir ki, “Chevrolet Cobalt” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış zamanı Təqsirləndirilən şəxs1 sürücü oturacağının yanında 01 ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli heroinə bənzər kütləni götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı «Səccad» adlı şəxsin vasitəsilə 3 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona narkotik vasitə verəcəyini, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, daha əvvəl avtomobilinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Elşən ilə tanış olduğunu, onun narkotik vasitə saxlamasından xəbərsiz olduğunu, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində yerləşən nömrəsiz fərdi evdə baxış və götürmə aparılmışdır. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunla qadağan edilmiş kütlənin olmamasını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 09 oktyabr 2023-cü il tarixdə təxminən 17:00-18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Araz marketin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs1 üzərindən çıxan heroin təxminən 6-8 qram olarmış. Təqsirləndirilən şəxs2 da PŞ-nə dəvət edilmişdir. Uzun müddət keçdiyindən təqsirləndirilən şəxslərin xarici görnüşlərini tam xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid3 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadələrindən görünür ki, sonuncular eyni məzmunlu ifadələr verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 15-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır. xx.xx.2023-cü il tarixində Şahid4 bilrikdə xidmətdə olarkən onlara Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Sabunçu rayonu, Zabrat qəsəbəsi 307 nömrəli məktəbin yanında olarkən Təqsirləndirilən şəxs2 yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəmişlər. Təqsirləndirilən şəxs2 sənədlərinin olmadığını bildirib onlardan yayınmağa və həmin yerdən uzaqlaşmağa çalışdığından onlar Təqsirləndirilən şəxs2 Polis Bölməsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş əşya aşkarlanmamışdır. Lakin Təqsirləndirilən şəxs2 yaşadığı evdə 1 sellofan bükümdə marixuana olduğunu etiraf etmişdir. Onlar Təqsirləndirilən şəxs2 razılığı əsasında onun iştirakı ilə yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Allahverdiyev küçəsi nömrəsiz evə gedərək həmin evdə axtarış aparmışlar. Təqsirləndirilən şəxs2 mətbəxdə olan dolabı açaraq yuxarı gözdə saxladığı 01 ədəd sellofan bükümdə marixuananı onlara təqdim etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid5 dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, hazırda DİN-in Sabunçu RPİ-nin 19-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsində işləyir, hadisə zamanı isə o Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edirmiş. 12 oktyabr 2023-cü il tarixdə xidməti ərazidə xidmət aparan zaman Sabunçu rayonu, Sabunçu qəsəbəsi Komsomol dairəsinin yaxınlığında olarkən Təqsirləndirilən şəxs3 özünü şübhəli apardığını görüb ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəmişlər. Həmin şəxs şəxsiyyət vəsiqəsinin olmadığını bildirib onlardan yayınmağa çalışdığından onu PŞ-nə dəvət etmişlər. Şəxs heç bir etiraz etmədən onlarla gəlmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs3 tam şəxsiyyəti müəyyən edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əl yük çantasını təqdim etmişdir. Həmin çantadan butulkaya bükülmüş narkotik maddələrə bənzər 4-7 büküm maddə, 1 ya 2 ədəd elektron tərəzi aşkar olunmuş, elektron tərəzinin üzərində heroinin qalıqları var imiş. Təqsirləndirilən şəxs3 ona verilmiş suallara cavab olaraq həmin maddələrin şüşə, nəşə və kakos olduğunu deyib xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində İran vətəndaşından istifadə və satış üçün əldə etdiyini, 8-9 ay olar ki, narkotik vasitə istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxs3 mənzilinə baxış keçirilsə də heçnə aşkar olunmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs3 küçədə saxlamış, onu Polis Bölməsinə aparmışlar və sonradan Təqsirləndirilən şəxs3 evinə baxış keçirmişlər. Onlar Təqsirləndirilən şəxs3 saxlayarkən o tək imiş. Evə baxış zamanı evdə kənar şəxslərdən heç kim yox imiş. Evə baxış zamanı o, səhv etmirsə təhqiqatçı, digər əməkdaşlar var imiş, lakin onlar 10-15 nəfər deyilmiş. O, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat məlumatının daxil olmasını xatırlamır, lakin səhv etmirsə, onlar Təqsirləndirilən şəxs3 özünü şübhəli apardığına görə saxlamışlar. Sonradan Təqsirləndirilən şəxs3 etiraf etmişdir ki, 8-9 aydır ki, narkotik vasitələrdən istifadə edir. Elan olunmuş cinayət işinin 2-ci cild 60-61-ci vərəqələrində olan şahidin dindirilmə protokoluna və protokoldakı imzaya əsasən Şahid6 bildirmişdir ki, imza onun imzasıdır, o istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxsi axtarış zamanı çemodandan marixuana, metamfetamin və heroinə bənzər maddələr aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, DİN-in Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 tanıyır. 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs3 narkotik vasitələrin daşınması, saxlanılmasında şübhəli bilinməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Şahid6 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Komsomol dairəsinin yaxınlığında olarkən Təqsirləndirilən şəxs3 saxlayaraq Polis Bölməsinə aparmışlar. Polis Şöbəsində Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 yük çantasını könüllü olaraq təqdim etmişdir. Həmin çanta açıldıqda içərisində olan bir ədəd torbanın içərisində 05 ədəd şəffaf sellofanda spesfik iyə malik ot kütlələri, 01 ədəd ağ şəffaf rəngli plastik qabda tünd qəhvəyi rəngli maddə, 01 ədəd qara sellofana və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddələr və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 7-8 aydır ki, narkotik vasitə istifadə edir və narkotik vasitələri İran Vətəndaşından alır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, təxminən saat 21:00 radələrində Təqsirləndirilən şəxs3 tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs3 əlində çemodan var imiş. Evə baxış zamanı Təqsirləndirilən şəxs3 evində olmuş və evində heçnə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 evinə baxış aparılması üçün saat neçədə getdiklərini xatırlamır. O, təhqiqat, Şahid6 və əlavə konvoy tipli xatırlamadığı əməkdaşlar Təqsirləndirilən şəxs3 evə baxış zamanı iştirak etmişlər. Evə baxış zamanı evdə Təqsirləndirilən şəxs3 xanımı və digər ailə üzvü var imiş. Evə qapını döyərək qanuni şəkildə daxil olmuşlar, onlar evdə Təqsirləndirilən şəxs3 özünə məxsus otağa baxış keçirmiş, həmin otağın açarı Əhədin özündə imiş. Təqsirləndirilən şəxs3 narkotik vasitələrin saxlanılma və daşınmasında şübhəli olmağına dair sübutlar var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, DİN-in Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı rütbəsində işləyir. O, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs4 keçirilən əməliyyat tədbiri ilə bağlı tanıyır. 12 oktyabr 2023-cü il tarixdə Şahid9lə birlikdə xidmətdə olarkən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 1 nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşanda şəxs onlardan yayınmağa çalışaraq özünü şübhəli apardığından onlar onun şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəmişlər. Lakin həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdiyindən onlar onu İdarəyə dəvət etmişlər. İdarədə şəxsin Təqsirləndirilən şəxs4 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs4 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 əynindəki şalvarın cibindən, kağıza bükülmüş kibrit qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs4 verilmiş suallara cavab olaraq kağıza bükülmüş və kibrit qutusunda olan ot kütlələrinin narkotik vasitə olan nəşə olduğunu, xx.xx.2023-cü il tarixdən Əhəd adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Təqsirləndirilən şəxs4 saxlayarkən digər təqsirləndirilən şəxsləri orada görməmişdir. Təqsirləndirilən şəxs4 saxladıqları saat dəqiq yadında deyil. Zərurət yaranarsa onlar digər ərazidə də əməliyyat tədbiri keçirə bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid9 eyni məzmunlu ifadə verərək Şahid8 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, əvvəllər Rusiya Federasiyasında yaşayırmış, 2023-cü ilin avqust ayında Bakı şəhərinə qayıtmışdır. Onun Bakıda qalmağa yeri olmadığı üçün dostu Təqsirləndirilən şəxs1lə danışıb Ramana qəsəbəsində kirayə evdə qalmağa başlamışdır. O, 09 oktyabr 2023-cü il tarixdə Elşənin idarə etdiyi maşına minmiş, Elşən onu Ramana qəsəbəsinə kirayə qaldığı evə aparmışdır. O, Elşənin maşınında çanta və çantanın içində pal-paltar olduğunu görmüşdür. Elşən onun yanında İran vətəndaşı ilə telefonda danışırmış. Elşən özü demişdir ki, telefonda İran vətəndaşı ilə danışır. Elşən telefonda İran vətəndaşına Moskvaya pomidor, alma, göy vurmaq barədə danışmışdır. O da Elşənə demişdir ki, əgər İranlı dostları varsa, İrandan pomidor, alma, portağal alıb Rusiya və digər yerlərə satsınlar. Elşən də demişdir ki, belə tanışları var və gələcəkdə bu işi görərlər. 2023-cü ilin oktyabr ayında polis əməkdaşları onu Polis Şöbəsinə aparmışlar. Onun tutulmağına səbəb Elşənlə olan dostluğu, onunla bir yerdə olmağı və telefon danışıqlarının olması imiş. O, 3 gün Polis Şöbəsində saxlanılmışdır. Polis Şöbəsində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və kibrit qutusunun onun üzərindən çıxmağı rəsmiləşdirilmişdir. O, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyini görməmiş, məlumatı da olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid10 bildirmişdir ki, o, istintaq zamanı ifadəni oxumadan imzalamışdır. İfadəni özü imzalamış, imza ona məxsusdur. O, Təqsirləndirilən şəxs2 tanımır, həmin şəxs ona narkotik vasitə satmamışdır. O, Təqsirləndirilən şəxs3 tanımır, o Əhədi yalnız 1 dəfə Polis Şöbəsində kamerada görmüşdür. Onlar eyni kamerada imiş. O, yaşadığı mənzildə Təqsirləndirilən şəxs3lə görüşməmişdir. O, ümumiyyətlə Təqsirləndirilən şəxs1 başqa digər təqsirləndirilən şəxslərlə görüşməmişdir. Onun Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs1 40 ildir tanıyır, onlar universitetdə də bir oxumuş və Elşən onun dostudur. O, Azərbaycanda yaşamadığı üçün Elşənin narkotik vasitələrlə məşğul olmasını bilmir, amma o Elşəni müsbət xarakterli biri kimi tanıyır. Əgər o Elşənin narkotik vaitə satması barədə eşitsə imiş, o Elşənə salam belə verməzmiş. Elşən nə onun yanında narkotik vasitə istifadə etmiş, nə də Elşən ona kiminsə narkotik vasitə çəkməsi barədə nəsə danışmışdır. O, Təqsirləndirilən şəxs2 tanımır, onu təxminən 1-2 dəfə görmüşdür. O, 09 oktyabr 2023-cü il tarixdə Elşənin idarə etdiyi maşına minmiş və onlar Ramana qəsəbəsinə gedirmiş. Belə ki, o Ramana qəsəbəsində kirayə evdə qalır və Elşən onu ora aparırmış. Onlar yolda olarkən onları heç kim saxlamamışdır. O, maşında Elşənin hansısa bir əşyasını görməmişdir. Onun telefonunun enerji toplama cihazı Elşənin maşınında qalmışdır. O, Elşənin çantasında başqa nəsə olduğunu görməmişdir. Elşən ona kibrit qutusu verməmişdir. Bu barədə o Polis Şöbəsində eşitmiş, həmin kibrit qutusu Polis Şöbəsində qalır. Onun barəsində də ittiham irəli sürülmüşdür. Şahid Şahid10 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 111-113-cü vərəqələrində olan ifadəsində Şahid10 aşağıdakıları göstərmişdir: «...Elşən bütün günü narkotik vasitə istifadə etdiyi üçün bu barədə atası Elxanla danışmış atası Elşənlə bacarmadığını demişdir. Bundan sonra Elşən onun yanına gəlib getməyə başlamış, həmçinin Elşən də Ramana qəsəbəsində ev tutub qalacağını demiş ünvan 2aq istəmədiyini söyləmişdir. Bu münvanla Elşən Ramana qəsəbəsində yeni məhlədə ev tutmuşdur. xx.xx.2023-cü il tarixdə Elşənin Ramana qəsəbəsində olan evinə gedən zaman Elşənin özü ilə qırmızı turist çantası gətirdiyinin şahidi olmuş, Elşənin yanından sonradan Elşənə görə tanıdığı Təqsirləndirilən şəxs2 adlı şəxs də olmuşdur. Zaur Elşənin evinə birlikdə gəlib getmişdir. O Elşənə dəfələrlə deməklə yanaşı həmin vaxt demiş ki, bu narkotiki başından eləsin yaxşı şey deyil, o isə hər dəfə olduğu kimi əl çəkəcəm da narkotik eməyəcəm deyə cavab vermişdir. Bundan sonra Elşənin tutduğu evin açarı onda da olduğu üçün nə zaman istəyirmişsə evə gedib gəlmişdir. ...Səhəri gün axşam Zaur onun yaşadığı evə gəlib Elşəni tutub, onu isə buraxdıqlarını, Elşənin evinin açarını verməyini, orda çantada Elşənin veşləri olduğunu demiş, o isə çantanı verməyəcəyini, əgər o çantada Elşənin əşyaları varsa Elşənindir atası qardaşı gələr ona verər demişdir. Zaur getmiş və 2 saat sonra ilk dəfə imiş ki, gördüyü Əhəd adlı şəxslə gəlmişdir. Zaur telefou ilə İranlı Səccad adlı şəxsə zəng etmiş al danış sənə sözü var demiş, o telefonu açmış İranlı kimi özünü təqdim edən şəxs o çanta verilməlidir ki, Elşəni buraxdıraq demişdir. O, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Zaura evin ehtiyat açarını verib demişdir ki, alın açarı özünüz bilərsiniz, kafedə qalmış, Zaur və Əhədlə bir yerdə Elşənin evinin açarını götürüb getmişlər. Bir neçə saat sonra evə getmiş artıq evdə çanta olmadığını görmüşdür. xx.xx.2023-cü il tarixdə polislər onu saxlayıb aparmış, PŞ-də üzərində aparılan şəxsi axtarış zamanı Elşənin ona verdiyi marixuana kibrit qutusunda üzərində aşkar edilmiş və həmin marixuananı təqdim etmişdir. ...Ehtiyacı olanda Elşən ona nəşə verib o da çəkib, heroin, metamfetamin və ya başqa güclü təsir edən narkotik vasitələri istifadə etmir. Elşənin narkotik vasitə satdığını və çantada narkotik vasitə olduğunu sonradan bilmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid10 bildirmişdir ki, imza onun imzasıdır. O, ifadəsini təsdiq edir. O, qırmızı rəngli çantada narkotik vasitə olduğunu bilmirmiş. O, minaya düşdüyündən xəsarət almış və biraz əvvəl sual verəndə o dəqiq xatırlaya bilməmişdir. O, Təqsirləndirilən şəxs3 Zaurla birlikdə öncədən görmüşdür. Belə ki, Zaur və Əhəd onun yanına gələrək Elşənin paltarlarını götürmək istədiklərini demişlər. O da açarı onlara vermişdir. Sonra isə X8 görmüşdür. Əhəd İranlıya zəng edərək telefonu ona verib İranlı ilə danışmağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən təkcə Təqsirləndirilən şəxs2 tanıyır. O, əvvəllər narkotik vasitənin marixuana növündən istifadə etmiş, lakin hazırda narkotik vasitə istifadə etmir. O, 20 ildir ki, Zauru tanıyır, onlar bir yerdə usta olaraq işləmişlər. Təqsirləndirilən şəxs2 kirayə evdə yaşayır. Zaur ona zəng edərək, kirayə evdən çıxdığını, başqa kirayə evə köçmək istədiyini çemodanını onun evinə qoyaraq kirayə evə baxmağa getmək istədiyini demişdir. O, düşünmüşdür ki, Təqsirləndirilən şəxs2 kirada yaşadığından çox əşyası olmasa da çemodanı ola bilər. O, Təqsirləndirilən şəxs2 evdə olduğunu, gəlməyini demişdir. Təqsirləndirilən şəxs2 evinə gəlib çemodanını qoyub getmişdir. 2 saat sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək evdə olub-olmadığını soruşmuşdur. O, evdə olduğunu bildirmiş və Təqsirləndirilən şəxs2 çemodanını götürüb getmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid11 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Zaur 2 saat sonra evinə gələndə tək olmadığını, maşında kiminsə olduğunu demişdir. Lakin o həmin şəxsi görməmişdir. Təqsirləndirilən şəxs2 evinə gələn zaman ona narkotik vasitə satmamışdır. O, çemodanın rəngini xatırlamır, amma istintaq zamanı qırmızı rəng olduğu deyilmişdir. O, həmin çemodanı görsə xatırlamaz. O, çemodanın içərisində nə olduğunu bilmirmiş. Təqsirləndirilən şəxs2 pay olaraq stolun üstünə narkotik vasitə qoymuş və o həmin narkotik vasitəni çəkmişdir. Məhkəmə iclasında proses iştirakçılarının suallarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə Şahid12 ifadəsindən görünür ki, bir neçə ildir ki, narkotik vasitə olan heroini istifadə edir, həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif ünvanlarda və tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alır, qardaşı ailə həyatı qurduğu üçün evdə yer sıxlığı olduğundan əmisi Cavanşirin yanında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində qalır. xx.xx.2023-cü il tarixdə günün ikinci yarısında qaş qaralan vaxt əmisinin tanışları sonradan onun tanıdığı Əhəd və Zaur adlı şəxslər onların qaldığı evə gəlmiş və həmin gün onlarda qalmış, səhəri gün isə əmisinin dostu Zaurdan narkotik vasitə heroin istəmiş, Zaur da ona yaxşı verərəm demiş, bir iki saat sonra narkotik vasitə olan heroini ona pay vermiş, o da həmin narkotik vasitəni üzərində saxlamışdır ki, istifadə edər. 12 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində polis əməkdaşları tərəfindən Xəzər rayonu, Dübəndi qəsəbəsində saxlanılaraq 12-ci PŞ-nə aparılmış və şöbədə üzərindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Zaur və Əhədin onların evinə hansı avtomobillə gəlmələrini görməsə də əllərində qırmızı rəngli yük çantasının olmasını bilmiş, lakin əmisinə görə onların işinə qarışmamış, çantada nə olmasından xəbəri olmamış, üzərində olan narkotik vasitəni Zaurdan pay olaraq almışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 09 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 09 oktyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətovun 09 oktyabr 2023-cü il tarixli, 3137/Ə352/2023 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 külli miqdarda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 33-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında 09 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildikdə, sonuncunun əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində sim kart nömrəsi olmayan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd avtomobil açarı, 180 (yüz səksən) manat pul və 3 (üç) ədəd yaşadığı evin açarı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1nın təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 6 (altı) qram olmuşdur. Aşkar olunmuş həmin kütlə içərisi qablaşdırılmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd üzərində sim kart nömrəsi olmayan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon götürülmüşdür. 1 (bir) ədəd avtomobil açarı, 180 (yüz səksən) manat və 3 (üç) ədəd yaşadığı evin açarı isə şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı “Səccad" adlı şəxsin vasitəsilə 3 (üç) gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona narkotik vasitə verəcəyini, üzərindən başqa idarə etdiyi “Chevrolet” markalı, **-PL-*** nömrəli avtomobildə narkotik vasitə olduğunu, həmin avtomobilə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 09 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu idarə etdiyi “Chevrolet” markalı, **-PL-*** nömrəli avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 39-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 oktyabr 2023-cü il tarixli avtomobilə baxış, axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Chevrolet” markalı **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının yanında 1 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə ölçülmüş və heroinə bənzər kütlənin çəkisi 77 (yetmiş yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Avtomobilə baxış zamanı sonuncunun avtomobilindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı “Səccad" adlı şəxsin vasitəsilə 3 (üç) gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona narkotik vasitə verəcəyini bildirmişdir. Baxış və götürmə aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 41-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 09 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən nömrəsiz evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 44-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 oktyabr 2023-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən nömrəsiz evdə baxış keçirilmiş, baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Evə baxış aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 53-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli, 3016-16/2-6/5273 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan: -üzərində «Təqsirləndirilən şəxs1 üzərindən ....» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,408 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində «Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən ....» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 75,382 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr’-in siyahısına (siyahı 1) daxildir. Cinayət işinin 1-ci cild 136-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 oktyabr 2023-cü il tarixli videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni masanın üzərinə qoyur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir və əynində olan boz rəngli şalvarın sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd avtomobil açarı, pul və 3 ədəd yaşadığı evin açarı aşkar edilərək götürülür. Daha sonra Təqsirləndirilən şəxs1nın təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilir, heroinə bənzər kütlənin çəkisi 6 (altı) qram olur. Sonra aşkar olunmuş həmin kütlə götürülür. 02 ədəd “Samsung” markalı mobil telefon götürülür. 1 (bir) ədəd avtomobil açarı, pul və 3 (üç) ədəd yaşadığı evin açarı isə şəxsin özünə qaytarılır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütləni İran İslam Respublikasının vətəndaşı “Səccad" adlı şəxsin vasitəsilə 3(üç) gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona narkotik vasitə verəcəyini, üzərindən başqa idarə etdiyi Chevrolet markalı **-PL-*** nömrəli avtomobildə narkotik vasitə olduğunu, həmin avtomobilə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Cinayət işinin 1-ci cild 137-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 oktyabr 2023-cü il tarixli videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi Chevrolet markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi Chevrolet markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının yanında 1 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edir. Bundan sonra həmin kütlə elektron tərəzidə ölçülür və heroinə bənzər kütlənin çəkisi 77 qram olması müəyyən edilir. Sonra aşkar olunmuş həmin kütlə götürülür. Cinayət işinin 1-ci cild 137-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 oktyabr 2023-cü il tarixli videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış, axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yerləşən nömrəsiz evdə narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 3-cü cild 55-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evə baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətinə malik olan hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 148-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin rəisi, polis polkovniki Cavid Muradovun 12 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, əməliyyat axtarış tədbirlərinin keçirilməsi zamanı məlum olmuşdur ki, narkotik vasitələrin dövriyyəsi, saxlanılması və satışında şübhəli olan şəxslərin Xəzər rayonu, Dübəndi qəsəbəsi, Xaşaxuna bağları ərazisində fərdi evdə olmaları müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 178-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 12 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cild 179-180-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında 12 oktyabr 2023-cü il tarixli görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan vaxt sonuncunun üzərindən qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 181-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 12 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsi R.Axundov küçəsi fərdi nömrəsiz evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 183-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi fərdi nömrəsiz evdə baxış, axtarış və götürmə aparılması zamanı, mətbəxdə olan dolabın yuxarısına qoyulmuş şəffaf sellofanda olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin marixuananı tanışı Elşən adlı şəxsdən aldığını bildirmişdir. Baxış və götürmə aparılması zamanı “Samsung” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 191-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 3-16-16-2-7/1419 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs Təqsirləndirilən şəxs2» yazıları və imzalar olan kağız paketdəki 01 ədəd sellofan torbada təmiz çəkisi 71,43 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 2-ci cild 23-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 noyabr 2023-cü il tarixli videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan vaxt sonuncunun üzərindən qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilmir. Cinayət işinin 2-ci cild 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 noyabr 2023-cü il tarixli videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi fərdi nömrəsiz evdə baxış, axtarış və götürmə aparılması zamanı, mətbəxdə olan dolabın yuxarısına qoyulmuş şəffaf sellofanda olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin marixuananı tanışı Elşən adlı şəxsdən aldığını bildirir. Cinayət işinin 2-ci cild 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid6 12 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə Əhəd adlı şəxsin yerinin müəyyən edilməsi barədə əməliyyat tapşırığı daxil olmuşdur. xx.xx.2023-cü ildə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Komsomol dairəsinin yaxınlığında bir nəfər şəxsi görüb saxlayanda həmin şəxs yayınmağa çalışdığından, Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edilmiş, Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 59-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs3 12 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cild 60-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli Təqsirləndirilən şəxs3 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs3 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefonu təqdim etdikdən sonra özü ilə gəzdirdiyi qırmızı rəngli əl yük çantasını təqdim etmişdir. Həmin çanta açıldıqda içərisində olan bir ədəd torbanın içərisində 05 ədəd şəffaf sellofanda spesfik iyə malik ot kütlələri, 01 ədəd ağ şəffaf rəngli plastik qabda tünd qəhvəyi rəngli maddə, 01 ədəd qara sellofana və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddələr və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 ona verilmiş suallara cavab olaraq həmin maddələrin, şüşə, nəşə və kakos olduğunu deyib xx.xx.2023cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində İran vətəndaşından istifadə və satış üçün əldə etdiyini, 8-9 ay olar ki, narkotik vasitə istifadə etdiyini demişdir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 71-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs3 12 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 4 ünvanında yerləşən evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 2-ci cild 72-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanında yerləşən evə baxış keçirilmiş, baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Evə baxış aparılması zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 76-80-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5360 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş; -üzərində «Vətəndaş Təqsirləndirilən şəxs3 götürülmüş qəhvəyi rəngli maddə və.s» sözlər, soyadlar və imzalar qeyd edilmiş bir ədəd qapalı plastik qabdakı təmiz çəkisi 1575 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində «Vətəndaş Təqsirləndirilən şəxs3 götürülmüş kristal formalı maddə..» və.s sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd bağlamadakı təmiz çəkisi 810 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -üzərində «Vətəndaş Təqsirləndirilən şəxs3 götürülmüş 2 ədəd tərəzi...» və.s sözlər, soyadlar və imzalar qeyd edilmiş kağız paketdəki gümüşü korpuslu və qara korpuslu elektron tərəzilərin üzərində narkotik vasitə heroin izləri müəyyən edilmişdir. Tərəzilərin üzərlərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə; Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr’-in siyahısına (siyahı 1), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr“ in siyahısına (siyahı 1) daxildir. Cinayət işinin 2-ci cild 82-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-bioloji ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1413 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş ot kütlələri...» yazı və imzalar olan torbada 05 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 405,0 qram, 480,0 qram, 485,0 qram, 490,0 qram və 115,0 qram olmaqla, ümumi təmiz çəkisi 1975,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 2-ci cild 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu təqdim etdikdən sonra özü ilə gəzdirdiyi qırmızı rəngli əl yük çantasını təqdim edir. Həmin çanta açıldıqda içərisində olan bir ədəd torbanın içərisində 05 ədəd şəffaf sellofanda ot kütlələri, 01 ədəd ağ şəffaf rəngli plastik qabda tünd qəhvəyi rəngli maddə, 01 ədəd qara sellofana və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddələr və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs3 ona verilmiş suallara cavab olaraq həmin maddələrin, şüşə, nəşə və kakos olduğunu deyib xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində İran vətəndaşından istifadə və satış üçün əldə etdiyini, 8-9 ay olar ki, narkotik vasitə istifadə etdiyini bildirir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılıb götürülür. Cinayət işinin 2-ci cild 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 dekabr 2023-cü il tarixli videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı mənzilə axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 4 ünvanında yerləşən evə baxış keçirilmiş, baxış zamanı narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 131-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8 12 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs4 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 2-ci cild 132-133-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8 12 oktyabr 2023-cü il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs4 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cild 158-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs4 12 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cild 160-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsi axtarış və götürmə aparılması haqqında 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli Təqsirləndirilən şəxs4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs4 əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən isə üzərində «Bakıxanov çörək zavodu» yazılmış qəhvəyi rəngli kağıza bükülmüş içərisində tünd yaşıl rəngli spesfik iyə malik olan ot kütləsi və 01 ədəd üzərində «Fesko» yazılmış kibrit qutusunun içərisində tünd yaşıl rəngli spesfik iyə malik olan ot kütləsini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs4 sorğu zamanı üzərindən aşkar edilmiş maddələri xx.xx.2023-cü il tarixdə Əhəd adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 2-ci cild 171-173-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 13 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1414 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs4 Ənvəır oğlunun üzərindən aşkar edilərək götürülmüş maddə..” yazı və imzalar olan bir ədəd zərfdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,890 qram və 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 6,710 qram olmaqla, ümumi çəkisi 10,60 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 2-ci cild 197-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 dekabr 2023-cü il tarixli videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Ənvəır oğlunun üzərində şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefon, sağ yan cibindən isə üzərində qəhvəyi rəngli kağıza bükülmüş içərisində tünd yaşıl rəngli olan ot kütləsi və 01 ədəd üzərində «Fesko» yazılmış kibrit qutusunun içərisində tünd yaşıl rəngli ot kütləsini təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs4 sorğu zamanı üzərindən aşkar edilmiş maddələri xx.xx.2023-cü il tarixdə Əhəd adlı şəxsdən aldığını bildirir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülür. Cinayət işinin 3-cü cild 1-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra Səccad adlı şəxs ona zəng edib malı götürməsini bildirdikdən sonra, o, Ramana ərazisindən həmin malı götürmüşdür. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 3-cü cild 71-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 dekabr 2023-cü il tarixli "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 dekabr 2023-cü il tarixli "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 77-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 dekabr 2023-cü il tarixli "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 80-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş «Samsung Galaxy A12» markalı və «Samsung Galaxy A21S» markalı telefonlara baxış keçirilmiş, qeyd edilən telefonların ayarlar bölümünə xüsusi kodu daxil etməklə «235789» daxil olduqda həmin telefonların yaddaşında və votsap bölümündə «Səccad» adlı şəxsin + 98 905 *** ** ** «Whatsapp» nömrəsi olması müəyyən edilmiş, həmin telefonlarda Səccad adlı şəxslə yazışmalar olmasa da zənglər vardır, «Samsung Galaxy A12» markalı mobil telefonun qaleriyasında isə plastik 1 litirlik su qabında 4 ədəd birinin içərisində ağ rəngli digər üçünün içərisində isə qəhvəyi rəngli narkotik maddələrə bənzər maddələr vardır. Cinayət işinin 3-cü cild 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş «Samsung Galaxy A10» markalı telefona baxış keçirilmiş, qeyd edilən telefonların ayarlar bölümünə daxil olduqda həmin telefonların yaddaşında və votsap bölümündə «Səccad» adlı şəxsin + 98 905 *** ** ** «Whatsapp» nömrəsi olması müəyyən edilmiş, həmin telefonda Səccad adlı şəxslə yazışmalar olmasa da zənglər vardır. «Samsung Galaxy A10» markalı mobil telefonun qaleriyasında isə müxtəlif ünvanlara aid şəkillər və həmin şəkillərdə narkotik vasitələrin yayılmasına aid ünvanlara qoyulmuş sellofan paketlərin əksləri vardır. Cinayət işinin 3-cü cild 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş «Samsung» markalı telefona baxış keçirilmiş, qeyd edilən telefonların ayarlar bölümünə daxil olduqda həmin telefonların yaddaşında və votsap bölümündə «Səccad» adlı şəxsin + 98 905 *** ** ** «Whatsapp» nömrəsi olması müəyyən edilmiş, həmin telefonda Səccad adlı şəxslə yazışmalar olmasa da zənglər vardır. «Samsung» markalı mobil telefonun qaleriyasında isə hər hansı bir şəkil aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 94-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 21 yanvar 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi, başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, iş üzrə Şahid11, Şahid12 və Şahid10 əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1, 206.3.2-ci maddələri ilə cinayət təqbinin başlanması rədd edilmişdir. Cinayət işinin 3-cü cild 122-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 21 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən İran İslam Respublikası vətəndaşı olan şəxsiyyəti naməlum Səccad adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onlara elan edilmiş ittiham üzrə özlərini qismən təqsirli bilərək, ifadələrində göstərmişlər, onlar narkotik vasitə istifadəçisi olmuşlar, istintaq zamanı verdikləri ifadələrini oxumadan imzalamışlar. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli, bir-birinə zidd ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını qismən inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar, “qurudulmuş marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar, 50.000 qramından artıq miqdarda isə xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, avtomobildən və yaşadıqları mənzildən birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2057,03 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından 411,406 dəfə çox, 1674,808 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 11165,3 dəfə çox, 810 qram psixotrop maddə metamfetamin isə şəxsi istehlak miqdarından 5.400 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onların narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlara baxış keçirilən zaman, sonuncuların Səccad adlı İran vətəndaşı ilə əlaqə saxladıqları, həmçinin, mobil telefonlarında narkotik vasitələrə aid foroşəkillərin olması müəyyən edilmişdir. Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər dördündə narkotik vasitələrdən istifadə haları olmuşdur. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri isə düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenumun 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenumun 12-ci bəndinə görə, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 198-200-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin 12 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzası tam ödənilmiş; Biləsuvar Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsi tətbiq olunmaqla təyin edilmiş 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 02 fevral 2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Cinayət işinin 3-cü cild 46-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 dekabr 2023-cü il tarixli 7993 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 2-ci cild 201-202-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Binanda X4 Rayon Məhkəməsinin 05 may 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək, 03 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, xx.xx.2001-ci ildə çəkilməmiş cəzası cərimə cəzası ilə əvəz edilərək azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 242-243-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 oktyabr 2023-cü il tarixli 7109 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 203-205-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Nəsimi Rayon Xalq Məhkəməsinin 09 noyabr 1989-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş; Sabunçu Rayon Xalq Məhkəməsinin 16 may 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 06 ay 21 gün şərti azad edilmiş; Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş; Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18 dekabr 2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmişdir. Cinayət işinin 3-cü cild 43-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 dekabr 2023-cü il tarixli 7994 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 206-207-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Bakı Qarnizonu Hərbi Tribunalının 15 iyun 1993-cü il tarixli hökmü ilə CM-nin 241-ci maddənin B bəndi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1994-cü ildə Bakı Şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 02 il 04 ay 21 gün şərti azad olunmuş, xx.xx.1997-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 194-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 noyabr 2023-cü il tarixli 7648 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs4 kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 09 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 24-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 92-98-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 4(008)-770/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 12 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 168-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 229-233-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 oktyabr 2023-cü il tarixli, 4(008)-782/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 12 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 2-ci cild 48-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 12 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 118-123-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 oktyabr 2023-cü il tarixli, 4(008)-780/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, cinayət 2-ci cild 151-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 12 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 191-193-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 14 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş, sonuncu MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 236-cı vərəqəsində olan Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 04 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs4 12 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək olan 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs4 məhkəmə iclas zalından həbs edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 14 fevral 2024-cü il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan- ekspert tədqiqatı nəticəsində qalıq qalmış Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroinin qalığı 80,690 qram, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş marixuananın qalığı 71,33 qram, Təqsirləndirilən şəxs3 aşkar edilrək götürülmüş heroinin qalığı 1574,85 qram, metamfetaminin qalığı 809,9 qram, marixuananın qalığı 1974,80 qram, Təqsirləndirilən şəxs4 aşkar edilərək götürülmüş marixuananın qalığı 10,50 qram kütlələr məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş «Samsung Galaxy A12» və «Samsung Galaxy A21S» markalı mobil telefon, Təqsirləndirilən şəxs2 təhvil verdiyi «Samsung Galaxy A10» markalı mobil telefon və Təqsirləndirilən şəxs3 aşkar edilmiş «Samsung» markalı mobil telefonlar sonuncuların yaxın qohumuna qaytarılmalı, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərlərinə, evlərinə, avtomobilə keçirilmiş baxış, şəxsi axtarış və götürmə barədə protokollara əlavə edilmiş CD formatlı videogörüntü olan disklər və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMCdən alınmış edilmiş 03 ədəd CD diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 393 (üç yüz doxsan üç) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 12 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan- ekspert tədqiqatı nəticəsində qalıq qalmış Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroinin qalığı 80,690 qram, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş marixuananın qalığı 71,33 qram, Təqsirləndirilən şəxs3 aşkar edilrək götürülmüş heroinin qalığı 1574,85 qram, metamfetaminin qalığı 809,9 qram, marixuananın qalığı 1974,80 qram, Təqsirləndirilən şəxs4 aşkar edilərək götürülmüş marixuananın qalığı 10,50 qram kütlələr məhv edilsin. Təqsirləndirilən şəxs1 götürülmüş «Samsung Galaxy A12» və «Samsung Galaxy A21S» markalı mobil telefon, Təqsirləndirilən şəxs2 təhvil verdiyi «Samsung Galaxy A10» markalı mobil telefon və Təqsirləndirilən şəxs3 aşkar edilmiş «Samsung» markalı mobil telefonlar sonuncuların yaxın qohumuna qaytarılsın. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərlərinə, evlərinə, avtomobilə keçirilmiş baxış, şəxsi axtarış və götürmə barədə protokollara əlavə edilmiş CD formatlı videogörüntü olan disklər və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış edilmiş 03 ədəd CD diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 393 (üç yüz doxsan üç) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Səbinə Məmmədzadə

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar