Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1397/2023 18.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri – X2 və X4, dövlət ittihamçıları -Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X9, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, o, Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2020-ci ilin ortalarında Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən, Azərbaycan Respublikasının vətəndaşları Şahid3, X5, Şahid1 oğlu, Şahid2, eləcə də digər Azərbaycan Respublikasının vətəndaşları və qeyrilərindən ibarət “Taifatul Mansura” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş, təxminən 2020-ci ilin ortalarından 2021-ci ilin sonlarınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 3 dəfə nikah bağlamış, həmin nikahlardan ilki rəsmi, digərləri isə qeyri-rəsmi nikah olmuşdur. 2010cu ildə qeyri-rəsmi nikahda olduğu arvadı və övladı ilə birgə marşrut üzrə Bakıdan Dubaya, daha sonra Əl-İsgəndəriyyəyə, oradan da Qahirəyə, yəni Misir Ərəb Respublikasına gedərək orada universitetdə təhsil almışlar. Həmin şəhərdə olarkən Azərbaycanda yaşayan tanışları ona əvvəllər qeyri-rəsmi nikahda olduğu digər, yəni ikinci arvadının övladlarını götürüb Suriya Ərəb Respublikasına getdiyini eşitdikdən sonra həmin şəxsləri yaşadığı Qahirə şəhərinə gətirmək məqsədilə həmin ölkəyə getmişdir. Ailə üzvlərini axtarmaq üçün Suriya Ərəb Respublikasının Hələb şəhərinə çatdıqda həmin şəhərin orada baş verən müharibə səbəbindən dağıntılara məruz qaldığını görmüş, həmin ailə üzvlərini tapa bilməmiş, sonuncu arvadı ilə əlaqə saxladıqdan sonra arvadı oğlu ilə birgə onun etirazına baxmayaraq Hələb şəhərinə gəlmişdir. O, Türkiyə Respublikası ilə sərhədə yaxın ərazidə parça alveri ilə məşğul olmuş, həmin ərəfədə yaşadığı ev bombalandığına görə bütün sənədləri məhv edilmiş, yol ilə hərəkətin mümkünsüz olduğunu görüb üsyançılar olan əraziyə getmişdir. Hələb şəhəri Suriya Ərəb Respublikasının ordusu tərəfindən alınandan sonra Laziqiyyə deyilən əraziyə gələrək orada ev tutub yaşamağa başlamışdır. Həmin yerdə azərbaycanlılar olduğuna görə evlərinə qonaq getmiş, ünsiyyəti yaranmışdır. Həmin ərazidə silahın açıq satışının mümkün olması səbəbindən döyüş zonası olduğuna görə nadir hallarda harasa gedərək tanışlarının silahını götürmüş, lakin özünün şəxsi silahı olmamışdır. “Əl Qaidə” adlı terror təşkilatı yaşadığı əraziyə hücum edib onları əsir götürərək ölkədən çıxarmış, Türkiyə Respublikasında bir müddət saxlanıldıqdan sonra Azərbaycan Respublikasına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1993-cü ildən 2006-cı ilədək onun əri olmuş, Təqsirləndirilən şəxs dini inancları ilə bağlı fərqli yol seçdiyi vaxtdan ayrılmışlar. Əvvəllər uşaqlarının dolanışığına görə Təqsirləndirilən şəxs aliment alsa da, sonradan həmin aliment verilmədiyindən, dövlət orqanına müraciət etdikdə sonuncunun Bakı şəhərindən X1 Dubay şəhərinə getdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs olduğu yer 5 il müddətində müəyyən edilmədiyinə görə, məhkəmə tərəfindən ölmüş elan olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid4 əlavə olaraq sonradan Təqsirləndirilən şəxs bacısı ilə danışan zaman sonuncu Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasında olduğunu, dini baxışlarına görə ora getməsini dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə qeyri-qanuni yolla Türkiyə Respublikasından Suriya Ərəb Respublikasına gedib “Taifatul Mansura” adlı qruplaşmaya qoşularaq döyüşlərdə iştirak etmiş, məğlub olduqdan sonra əsir götürülmüş və Türkiyə Respublikasına təhvil verilmişdir. O, Suriya Ərəb Respublikasında olarkən azərbaycanlılardan ibarət qrup kimi təhlükəsizliklərini qorumaq üçün qruplar təşkil etmiş, Təqsirləndirilən şəxs də həmin qrupun tərkibində olmuşdur. Orada yaşadığı müddətdə özünü müdafiə etmək üçün silah gəzdirmiş, lakin hamıda silah olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən 2022-ci ilədək olan müddətdə Suriya Ərəb Respublikasına gedərək “Taifatul Mansura” adlı qruplaşmanın üzvü olmuşdur. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 14 may 2019-cu il tarixdə, saat 02 radələrində Heydər Əliyev adına X7 təyyarə ilə Ankara şəhərinə, oradan isə avtobusla Türkiyə Respublikasının Suriya Ərəb Respublikası ilə sərhədində yerləşən Antakya şəhərinə getdikdən sonra orada onu milliyyətcə suriyalı olan bir şəxs qarşılamış, həmin şəxsin qaçaqçı olduğunu anlamışdır. Təxminən 2-3 gün Antakya şəhərində qaldıqdan sonra həmin şəxs onu qaçaq yollarla 7-8 nəfər suriyalı ilə birlikdə Suriya ərazisinə keçirdikdən sonra Suriya ərazisi tərəfdən gəlmiş mikroavtobus onları Suriyanın Cisr şəhərinə aparmış, oradan isə avtomobillə onu İdlib şəhəri yaxınlığında yerləşən “Türkmən dağı” adlanan əraziyə yola salmışlar. O, “Türkmən dağı” adlanan əraziyə çatdıqda orada təxminən 60-70 nəfər şəxsin olduğunu, o cümlədən Təqsirləndirilən şəxs görmüş, lakin sonuncunu həmin ərazidə 1 dəfə gördüyünə görə fəaliyyətinin nədən ibarət olmasını bilməmiş, orada olduğu vaxt “Cəbhətul Nusra” adlı təşkilatın hücumu nəticəsində qrupun bir neçə üzvü öldürülmüş, sağ qalanlar isə əsir götürülmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində o, 2021-ci ildə Suriya Ərəb Respublikasına öz razılığı ilə yaşamaq üçün getdiyini, heç bir qruplaşmaya üzv olmadığını bildirsə də, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Fəqan və Xəqan Göylərov adlı şəxslərin təklifi ilə 31 may 2021-ci il tarixdə Fəqan Göylərovla birgə təyyarə ilə Bakıdan Türkiyə Respublikasının Ankara şəhərinə, oradan da Antakya şəhərinə gedərək 4 gün müddətində oradakı məscidlərdən birində gecələmiş, 1 gün isə Suriya Respublikası ilə sərhəd ərazidə yaşayan qaçaqçının evində qalmışlar. 05 iyun 2021-ci il tarixdə səhər vaxtı həmin qaçaqçı Fəqan və onu gizli yol ilə Suriya ərazisinə keçirdikdən sonra onları “Abu Cabir”, “Abu Rayan” və “Əli” ləqəbləri ilə tanınan Orxan Ağabəyli adlı əslən azərbaycanlı şəxs qarşılayıb onları İdlib şəhərinin “Türkmən dağı” adlanan ərazisinə apardıqda “Taifatul Mansura” adlı silahlı birləşmənin tərkibində o, digər azərbaycanlılarla yanaşı Təqsirləndirilən şəxs görmüşdür. Orada qaldığı müddətdə rebatlara, yəni postlara çıxmış, həmin bölgəni “Cəbhətul Nusra” adlı silahlı birləşmədən qorumuşlar. Təxminən 28 oktyabr 2021-ci il tarixdə “Cəbhətul Nusra” camaatı onların qruplaşmasına hücum etdiyinə görə baş vermiş döyüşdə məğlub olduqdan sonra “Cəbhətul Nusra” qruplaşması tərəfindən İdlibin Darkuş bölgəsində nəzarətdə saxlanılmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə sərhədkeçmə məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X3 dövlət sərhəd-buraxılış məntəqəsindən keçərək təyyarə ilə ölkədən getmiş, xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına deportasiya edilmişdir. (Cild 3, iş vərəqə 176) xx.xx.2023-cü il tarixli “Tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə həmin gün saat 17:00-dan azadlığı faktiki məhdudlaşdırılmaqla tutulmuşdur. (Cild 2, iş vərəqə 78-79) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham irəli sürülmüşdür. (Cild 2, iş vərəqə 94-95) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-55/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 09 gün müddətinə həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(009)-149/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 113-116, Cild 3, iş vərəqə 164-167) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli, 1407 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 2, iş vərəqə 220) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin icraatında olan ********* saylı cinayət işinə keçirilmiş baxış nəticəsində Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsi və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamənin kserosurəti çıxarılaraq hazırkı cinayət işinə əlavə edilmişdir. Suriya Ərəb Respublikasının 22 iyun 1949-cu il tarixli Cinayət Məcəlləsi və «Terrorla mübarizə haqqında» 28 iyun 2012-ci il tarixli Qanunun məzmunundan görünür ki, qanunsuz silahlı birləşmədə iştirak etmə Suriya qanunvericiliyində cəza təhdidi altında qadağan edilən cinayət əməlləri kimi nəzərdə tutulmuşdur. (Cild 1, iş vərəqə 207-273) xx.xx.2023-cü il tarixli “Fotoşəkil üzrə tanınma haqqında” protokola əsasən, Şahid1 oğlu ona təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs tanımış və Təqsirləndirilən şəxs “Abu Muhəmməd” dini ləqəbi ilə Suriya Respublikasında “Taifatul Mansura” adlı camaatının üzvü olaraq özünə məxsus silahla rebatlarda iştirak etdiyini, onunla birlikdə “Cəbhətul Nusra” ilə döyüş nəticəsində əsir götürüldüyünü, “Cəbhətul Nusra”-nın əlindən birlikdə qurtularaq Türkiyənin Hatay şəhərinə gəldiklərini bildirmişdir. (Cild 3, iş vərəqə 153- 155) xx.xx.2023-cü il tarixli “Fotoşəkil üzrə tanınma haqqında” protokola əsasən, Şahid2 ona təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs tanımış və “Taifatul Mansura” (Abu Fatima) adlı qruplaşmanın üzvü olan “Abu Muhamməd” dini ləqəbli X6rkən İdlib şəhəri yaxınlığında yerləşən “Türkmən dağı” adlanan yerdə gördüyünü, həmin şəxsə də “Kalaşnikov” markalı avtomatın təhkim olunduğunu bildirmişdir. (Cild 3, iş vərəqə 184-186) xx.xx.2023-cü il tarixli “Fotoşəkil üzrə tanınma haqqında” protokola əsasən, Şahid3 ona təqdim edilmiş fotoşəkillərdən Təqsirləndirilən şəxs Yaşar oğlunu tanımış və “Taifatul Mansura” (Abu Fatima) adlı qruplaşmanın üzvü olan Təqsirləndirilən şəxs Suriyanın İdlib şəhərinin yaxınlığında yerləşən “Türkmən dağı” adlanan yerdə cəmi 1 dəfə gördüyünə görə fəaliyyətinin nədən ibarət olması barədə məlumatsız olduğunu bildirmişdir. (Cild 3, iş vərəqə 255-257) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 330 nömrəli Ambulator məhkəmə psixiatrik ekspertizasının ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən onda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və ya idarə edə bilməməsinə səbəb olan psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 3, iş vərəqə 192-193) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 xx.xx.2023-cü il tarixli, 65/MEŞ saylı ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində döş qəfəsinin sol yarısının əzilmiş-cırılmış yara izləri olan çapıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi, eyni vaxtda və ardıcıllıqla yaranmışlar, müxtəlif şəraitlərdə müayinədən 1,5-2 il əvvəl törənə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs sağlamlıq vəziyyətində məhkəmə-tibbi meyarlara əsasən məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur və zəruri istintaq hərəkətlərinin aparılmasını məhdudlaşdıran patologiya aşkar edilməmişdir. (Cild 3, iş vərəqə 200-203) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şahid3 və X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, Şahid1 oğlu və Şahid2 isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli hökmlərinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsinə görə, həmin Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə cinayət tərkibini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə cinayət hesab edilir. Məhkəmə şahidlər Şahid1 oğlu və Şahid4 həm məhkəmə baxışı zamanı, həm də məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, şahidlər Şahid3 və Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, şahidlər Şahid1, Şahid3 və Şahid2 fotoşəkil üzrə tanınma istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs tanıyaraq “Taifatul Mansura” adı qruplaşmanın tərkibində “Türkmən dağı” adlı ərazidə gördüklərini, silah gəzdirdiyini bildirmələrini, “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 xx.xx.2023-cü il tarixli, 65/MEŞ saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthindəki döş qəfəsinin sol yarısının əzilmiş-cırılmış yara izləri olan çapıqların müxtəlif şəraitlərdə müayinədən 1,5-2 il əvvəl törənə bilməsinin qeyd olunmasını, eləcə də cinayət işinin materiallarında olan digər sənədləri sübut kimi qəbul edib mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra ittihamın həlli üçün onların kifayət etməsinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, şahidlər Şahid3 və Şahid2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə versələr də, onların məhkəmə baxışı zamanı verdikləri ifadələri hazırda məhkum olmalarına, əqidələrinə görə mötəbər hesab etmir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir. Təsnifata görə ağır cinayətdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283- 1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-55/2023 nömrəli qərarına əsasən həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin tarixdən hazıradək Təqsirləndirilən şəxs həbsdə saxlanılır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak, eləcə də maddi sübut müəyyən olunmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutun, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fərid Namazov Hakimlər: Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1397/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1397/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver