Məhkəmə qərarları › İş №1(101)-1397/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1397/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1397/2024 30.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1958-ci il tarixdə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14.05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb daşıyıb təkrar satmışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 11,72 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımaqla həmin narkotik vasitənin 3 büküm olmaqla ayrı-ayrılıqda çəkiləri 0,44 qram, 0,39 qram, 0,36 qram olmaqla ümumi təmiz çəkisi 1,19 qramını 12 oktyabr 2023-cü il tarixdə gecə saatlarında ünvan 2 ünvanında 25 manat müqabilində əvvəlcə Şahid3 satmış, 13 oktyabr 2023-cü il tarixdə saat 01:45 radələrində 10 manat müqabilində həmin yerdə 1 büküm olmaqla təmiz çəkisi 0,44 qramı Şahid4 təkrar satmış, 13 oktyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında Şahid3 və Şahid4 şübhəli olduğuna görə Sabunçu RPİ CAŞnin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmiş, orada üzərlərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs satdığı təmiz çəkisi 1,19 qram narkotik vasitə qurudulmuş marixuana Şahid3, təmiz çəkisi 0,44 qram narkotik vasitə qurudulmuş marixuana isə Şahid4 aşkar edilib götürülmüş, 13 oktyabr 2023-cü il tarixdə saat 04:15 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli olduğuna görə Sabunçu RPİnin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13- cü PB-yə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol cibindən 2 ədəd şəffaf rəngli sellofana bükülmüş halda şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi ilə əldə edib daşımaqla saxladığı 2 büküm olmaqla təmiz çəkiləri 8,94 qram və 1,15 qram olmaqla ümumi təmiz çəkisi 10,09 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 4-5 ildir narkotik vasitə marixuana istifadəçisidir. Shaligo adlı şəxsi iş yerindən tanımış, Feyruz isə qonşusudur. Narkotik vasitəni almaq üçün onlarla birgə pul qoyaraq 40 manata dörd büküm marixuana almışdır. O, narkotik vasitəni aldıqdan sonra üç bükümü onlara vermiş, bir bükümü özündə saxlamışdır. Narkotik vasitə satışı ilə məşğul olmamışdır. Narkotiki satan adam tək-tək vermədiyindən , 4-5 büküm birdən satdığından o da məcbur olub bu şəkildə almış, sonra onlarla bölmüşdür. Həmin şəxslərin payını verərkən polislər tərəfindən tutulmuşlar. Saxlanılandan sonra şöbəyə aparılmış, iki saat şöbədə koridorda saxlanılmış, sonra kameraya salınmışdır. Sonra saxlanıldığı şəxslərlə onu bir-bir çağıraraq paket verib cibinə qoyması bildirilmişdir. Çəkilişdən sonra yenə kameraya aparılmışdır. Latın qrafası ilə oxuya bilmir, polislərin dedikləri sənədləri imzalamışdır. Polislər tərəfindən saxlanılarkən üzərində yalnız bir büküm - iki qram marixuana olmuşdur. İnfarkt keçirdiyindən narkotik vasitəni əsəblərini sakit etmək üçün istifadə etmişdir. Polislər tərəfindən ona fiziki zor tətbiq olunmamışdır. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 25 il olar ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən özünün istifadəsi üçün sellofan bükümlərdə narkotik vasitə qurudulumuş marixuana almışdır. Narkotik vasitə qurudulmuş marixuananı münasib yer tapıb istifadə etmək üçün əynində olan qara rəngli gödəkçəsinin sol cibinə qoymuşdur. 13 oktyabr 2023-cü il tarixdə saat 04:15 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları olaraq təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. PŞ-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində narkotik vasitə olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 13-cü PŞ-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitə qurudulmuş marixuananın olmasını polis əməkdaşlarına bildirmişdir. Üzərində saxladığı 2 ədəd sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək həmin bükümlərin içərisində olan bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuananın olmasını, həmin maddəni özünün qəbul etməyi üçün üzərində saxlamasını bildirmişdir. Onun üzərindən aşkar olunmuş 2 ədəd sellofana bükülmüş halda olan kütlə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis əməkdaşlarına sorğu zamanı tanımadığı şəxsdən əldə etdiyi şəxsdən narkotik vasitə qurudulumuş marixuananın 3 bükümünü Shaligo adlı şəxsə, bir bükümünü isə Feyruz adlı şəxsə təmənnasız olaraq pay verməsini bildirmişdir. Polis şöbəsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir (İ cild, səh. 223-227). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan Feyruz və Shaligo adlı şəxslərin verdikləri məlumat əsasında saxlanılmışdır. Həmin şəxslər narkotik vasitəni Nazim adlı şəxsdən aldıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs köhnə prokurorluğun inzibati binasının yaxınlığında saxlanılmışdır. X6 adlı polis əməkdaşı da iştirak etmişdir. Şəxs saxlanılaraq bölməyə aparılmış, təhqiqatçının otağında üzərinə baxış keçirilmişdir. Baxış zamanı şəxsin üzərindən narkotik vasitə marixuana aşkar edilmişdir. Ona qarşı hər-hansı təzyiq olmamışdır. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Sabunçu rayon Polis İdarəsinin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 oktyabr 2023-cü il tarixdə saat 00:10 radələrində həmkarı Şahid2 ilə bərabər ünvan 5 ünvanın yaxınlığında xidmətdə olduqları zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri dəqiq cavab verməklə onun üzərində daşınması qadağan olunmuş əşya, maddə və ya predmet olmasına dair şübhələri yarandığından həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Şahid3 tərəflərindən polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis şöbəsində tərəflərindən üzərində daşınması qadağan olunmuş əşya, maddə və ya predmet daşımasında şübhəli bilinən polis şöbəsinə gətirilmiş Şahid3 üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Loğman Parajova üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Parajov əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd kağıza bükülmüş bitki kütləsini, şalvarının sol yan cibindən isə bir ədəd Redmi markalı mobil telefonu təqdim etmişdir. Parajov kağız bükümlərinin içərisində narkotik vasitə qurudulmuş marixuananın olmasını və həmin bitki kütləsini saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsində yaşayan Nazim adlı şəxsdən 25 manata öz istifadəsi üçün alaraq üzərində saxlayaraq daşımasını bildirmişdir. Şahid3 üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Şahid3 üzərindən aşkar olunmuş narkotik vasitə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Şahid3 da etiraz etmədən imza etmişdir. 13 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində yenidən həmkarı Şahid2 ilə bərabər ünvan 5 ünvanın yaxınlığında xidmətdə olduqları zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri-dəqiq cavab verməklə onun üzərində daşınması qadağan olunmuş əşya, maddə və ya predmet daşımasına dair şübhələri yarandığından həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Şahid4 tərəflərindən polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis şöbəsində tərəflərindən üzərində daşınması qadağan olunmuş əşya, maddə və ya predmet daşımasında şübhəli bilinən polis şöbəsinə gətirilmiş Şahid4 üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Şahid4 üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Şahid4 əynində olan qara rəngli şalvarının sol cibindən 01 ədəd kağıza bükülmüş bitki kütləsini, şalvarının sağ yan cibindən isə bir ədəd Redmi markalı mobil telefonu təqdim etmişdir. Şahid4 kağız bükümün içərisində narkotik vasitə qurudulmuş marixuananın olmasını və həmin bitki kütləsini saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsində yaşayan Nazim adlı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxlayaraq daşımasını bildirmişdir. Şahid4 üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Şahid4 da etiraz etmədən imza etmişdir. 13 oktyabr 2023-cü il tarixdə saat 04:15 radələrində yenidən həmkarı Şahid2 ilə bərabər ünvan 5 ünvanın yaxınlığında xidmətdə olduqları zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri dəqiq cavab verməklə onun üzərində daşınması qadağan olunmuş əşya, maddə və ya predmet daşımasına dair şübhələri yarandığından həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis şöbəsində tərəflərindən üzərində daşınması qadağan olunmuş əşya, maddə və ya predmet daşımasında şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bitki kütləsini, həmin gödəkçənin sağ üst cibindən isə bir ədəd Nokia markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuananın olmasını və həmin bitki kütləsini saxlanılmamışdan əvvəl tanımadığı şəxsdən 80 manata alaraq üzərində saxlayaraq daşımasını, bir qədər əvvəl Feyruz adlı şəxsə 10 manata bir büküm, Shaligo adlı şəxsə 25 manata 3 büküm narkotik vasitə marixuana satmasını bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuananı satmaqda məqsədinin narkotik maddəyə olan tələbatının ödəmək üçün pul əldə etməsi iiə bağlı olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir (İ cild, səh. 164-167). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində iş yoldası Şahid1la birlikdə bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq 13-cü Polis Bölməsinə dəvət etmişlər. X7 adlı həmin şəxsin özünün razılığı ilə inzibati otaqların birində üzərinə baxış keçirilmişdir. Şəxs üzərində olan üç ədəd bükümdə narkotiki təqdim etmişdir. Təhqiqatçı haradan əldə etdiyini soruşduqda Nazim adlı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin ünvanda saxlanılmış digər Feyruz adlı şəxsin üzərinə baxış keçirilmiş, üzərindən bir büküm marixuana aşkar edilmiş, hardan əldə etdiyi soruşulduqda Nazim adlı şəxsdən aldığını bildirmişdir. Sonra Nazim adlı şəxs saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmişdir. Təqsiriləndirilən şəxs özü səmimi olaraq üç ədəd bükümü iyirmi beş manata, bir ədəd bükümü on manata satdığını etiraf etmişdir. Saxlanılan zaman Nazimdə bir bükümdə olması, daha sonra polisin ona daha bir büküm verməsi halı olmamışdır. Saxlanılan zaman, bölməyə gətiriləndən sonra təqsirləndirilən şəxsə hansısa zor və təzyiq olmamışdır. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 181-184) 9.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, üç ildir narkotik vasitə istifadə edir. Polis əməkdaşları tərəfindən evdən çıxarkən binanın önündə saxlanılmışdır. Saxlanılan zaman tək olmuşdur. Polis bölməsində videoçəkiliş aparılmış və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin marixuananı saxlanılan gün Nazimdən 5 manata almışdır. Shaligo adlı şəxsi tanımır. Nazimin narkotik satmasını eşitməmişdir. Sadəcə Nazimi əvvəldən istifadəçi kimi tanıdığından özünə alanda ona da almasını xahiş etmişdir. Bir dəfə də daha əvvəl Nazimdən narkotik vasitə istəmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər-hansısa zor və ya təzyiq olmamışdır. 10.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, bir müddətdir narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Narkotik vasitə olan qurudulmuş marixuananı qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 12 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixə keçən gecədə, gecə saatlarında Bakı şəhəri Bakıxanov qəsəbəsindən tanıdığı onun kimi narkotik istfadəçisi olan Nazim adlı şəxs ilə Bakıxanov qəsəbəsində təsadüfən görüşərkən ondan qəbul etməyə qurudulmuş marixuana istəmiş, Nazim də ona 10 manata bir bükümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. 13 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Cəncəvi küçəsində olarkən Sabunçu RPİ CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə aparılmış və orada onun üzərinə şəxsi axtarış aparılan zaman üzərimdən bir bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 13 oktyabr 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində Nazim adlı şəxsdən əldə etməsini polis əməkdaşlarına bildirmişdir (İ cild, səh. 122-124). 11.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, bir müddətdir narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Narkotik vasitə olan qurudulmuş marixuananı qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 12 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixə keçən gecədə, gecə saatlarında Bakı şəhəri Bakıxanov qəsəbəsindən tanıdığı onun kimi narkotik istfadəçisi olan adını əvvəllər adını Rizvan olaraq bildiyi sonradan adı ona Nazim olaraq məlum olan şəxs ilə Bakıxanov qəsəbəsində təsadüfən görüşərkən ondan qəbul etməyə qurudulmuş marixuana İstəmişdir, Nazim də ona 25 manata üç bükümdə narkotik vasitə qurudulmuş marixuana vermişdir. 13 oktyabr 2023-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri Bakıxanov qəsəbəsi M.Cəncəvi küçəsində olarkən Sabunçu RPİ CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə aparılmışdır və orada onun üzərinə şəxsi axtarış aparılan zaman üzərindən üç bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana 12 oktyabr 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində Nazim adlı şəxsdən əldə etməsini polis əməkdaşlarına bildirmişdir (İ cild, səh. 117-119). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli 16-16/2-7/1417 nömrəli ekspert rəyindən görünür ki, “Şahid3 üzərindən“ sözləri yazılmış zərfdə tədqiqata təqdim edilmiş 03 (üç) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,39 qram, 0,36 qram, ümumi çəkisi 1,19 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 95-98). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli 3-16-16/2-7/1418 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən“ sözləri yazılmış zərfdə tədqiqata təqdim edilmiş 02 (iki) ədəd şəffaf sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,94 qram və 1,15 qram, ümumi çəkisi 10,09 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 101-104). 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli 3-16-16/2-7/1412 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid4 Əİəvəz oğlunun üzərindən aşkar olunmuş “1” büküm ot kütləsi” yazılar və imzalar olan zərfdə 1 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,44 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (İ cild, səh. 107-109). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1601 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs 02 ədəd sellofan bükümdə, Şahid3 03 ədəd kağız bükümdə və Şahid4 götürülmüş 01 ədəd kağız bükümdə olan marixuanalar tərkiblərinə görə eynidir (İ cild, səh. 187-190). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 02 noyabr 2023-cü il tarixli, 7204 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxan olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserndə qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 185-186). 17.Məhkəmə-tibbi ekspertizasının 11 iyul 2024-cü il tarixli, 640/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə X10 stasionar şəraitdə müayinəsi zamanı onda “Durğunluq ürək çatmamazlığı. Ritm pozğunluğu. Mədəcik ekstrasistoliyası. İnfarktdan sonrakı kardioskleroz. Hipertoniya xəstəliyi İİİ mərhələ” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd edilən xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir. Göstərilən xəstəliklərə düçar olmasına baxmayaraq Təqsirləndirilən şəxs hal hazırki sağlamlıq durumu onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə mane olmur. 18.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid3 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd kağıza bükülmüş bükülünü və həmin şalvarının sol yan cibindən isə bir ədəd "Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükülülər bir bir açıldıqda içərisində spesifik qoxuya malik kütlə olması müəyyən edilmişdir. Təqdim olunan 03 ədəd bükümdə olan maddənin nədən ibarət olması soruşulduqda Şahid3 həmin kütlələrin narkotik maddə marixuana olduğunu, həmin marixuananı bir qədər əvvəl M.Gəncəvi küçəsində yaşayan Nazim adlı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş 03 ədəd kağıza bükülmüş büküm bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 24-25). 19.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid4 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 əynində olan qara rəngli şalvarının sol cibindən 01 ədəd kağıza bükülmüş bükülünü və həmin şalvarının sağ yan cibindən isə bir ədəd "Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində spesifik qoxuya malik kütlə olması müəyyən edilmişdir. Təqdim olunan 01 ədəd bükümdə olan maddənin nədən ibarət olması soruşulduqda Şahid4 həmin kütlənin narkotik maddə marixuana olduğunu, həmin marixuananı bir qədər əvvəl M.Gəncəvi küçəsində yaşayan Nazim adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd kağıza bükülmüş büküm bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 55-56). 20.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol cibindən 02 ədəd şəffaf rəngli sellofan bükülünü və həmin gödəkçəsinin sağ üst cibindən bir ədəd "Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükülü bir bir açıldıqda içərisində spesifik qoxuya malik ot halında kütlə olması müəyyən edilmişdir. Təqdim olunan 02 ədəd bükümdə olan maddənin nədən ibarət olması soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik maddə kanapilyar (marixuana) olduğunu, bir qədər əvvəl Feyruz adlı şəxsə 10 manata bir büküm, Shaligo adlı şəxsə isə 25 manata üç büküm satdığını və satmaqda məqsədinin narkotik maddəyə olan təlabatını ödəmək üçün pul əldə etmək olduğunu bildirmişdir. Aşkar olunmuş 02 ədəd sellofana bükülmüş bükümlər bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 86-87). 21.«Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında» 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 13 may 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, 16 iyun 2023-cü il tarixdə saat 18:48:30-da ***- ***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə «emi can qurban sene balaca olmasın» məzmununda SMS mətni göndərilmişdir (İ cild, səh. 197). 22.«Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında» 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə əldə etmiş olduğu (Şahid3 satmış olduğu təmiz çəkisi 1,19 qram və Şahid4 satmış olduğu 0,44 qram) ümumilikdə 11,72 qram narkotik vasitə qurudulmuş marixuana (ekspertiza tədqiqatından sonra qalıq 11,3 qram) maddi sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (İ cild, səh. 210-211). 23.«Sübutların qiymətləndirilməsi haqqında» 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 barələrində şəxsi axtarışın keçirilməsinin görüntülərini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş üzrə "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (İ cild, səh. 199-208). 24.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 74). 25.«Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında» 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 oktyabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 162). 26.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 179-180). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 30.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 31.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 32.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 33.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 34.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 37.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə əsasən 5 qram və yuxarı həddə (500 qramadək) narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar hesab edilir. 38.Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitə satmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 39.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X3rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 40.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 41.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 42.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 43.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və təkrar satması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 44.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 45.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 48.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 50.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 51.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 52.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 53.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 54.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 55.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 57.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı – 30 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. 58.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 04.15-də şübhəli şəxs qismində tutularaq 14 oktyabr 2023-cü il tarixdə saat 13.00-da onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərarın elan edilməsini (cild 1 səh.162.) nəzərə alıb, hesab edir ki , saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 59.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsini, həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 60.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 61.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 62.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 63.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 11,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 01 ədəd DVD formatlı diskin və 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 64.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 65.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 66.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 286 (iki yüz səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 67.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 68.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 69.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun hesabına ödənilməlidir. 70.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 286 (iki yüz səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 11,3 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD formatlı disk və 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar