Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1397/2025 13.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X41 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Naxçıvan MR, Culfa rayonu, Camaldın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Culfa rayonu, Camaldın kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əsasında vergi ödəyicisi qismində uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs yanında 30 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada bağlanaraq qeydiyyata alınmış əmək müqaviləsi olmadan, lakin müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsi müqabilində hər ay əməkhaqqı hesablanaraq faktiki olaraq əmək münasibətləri mövcud olmaqla işləyərkən sonuncuya məxsus olmaqla Bakı şəhərinin Xətai və digər rayonlarında olan cəmi 34 qeyriyaşayış obyektinin icarəçilərindən hər ay icarə ödənişi qismində Ödənilən pul vəsaitlərini nağd qaydada qəbul edərək onlara sahiblik edilməsi və yekunda toplanmış ümumi məbləğin Zərərçəkmiş şəxs təhvil verilməsi, eləcə də sonuncunun adından kommunal ödənişlərin həyata keçirilməsi məqsədi ilə icarəçilər tərəfindən elektrik sərfiyyatına görə ödənilən vəsaitin nağd qaydada qəbul edilməsi Zərərçəkmiş şəxs tərəfindən ona etibar olunduğu halda ona etibar olunmuş özgə əmlakını vahid qəsdlə əhatə olunan niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədi ilə 19 dekabr 2024-cü il tarixdən 25 yanvar 2025-ci il tarixədək müddətdə həmin qeyri-yaşayış obyektlərindən icarə ödənişləri və elektrik sərfiyyatına görə ödənişlər qismində nağd qaydada və ya özünə məxsus bank kartına köçürülməklə qəbul edərək təhvil aldığı ümumilikdə 150.629 manat, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşməklə fiziki şəxs X4 icarəyə verilmiş və qadın geyimləri mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 7) qeyri-yaşayış obyektinin icarəçisi Ülviyyə Baxşiyevadan icarə ödənişi qismində 2 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 1.800 manat, ünvan 1 ünvanında yerləşməklə fiziki şəxs X26 icarəyə verilmiş və geyim mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 21) qeyri-yaşayış obyektinin işçisi X11 icarə ödənişi qismində 2 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 6.000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə fiziki şəxs X18 icarəyə verilmiş və qadın geyimləri mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 13) qeyri-yaşayış obyektinin icarəçisi Esmira Qədirovadan elektrik sərfiyyatına görə ödəniş qismində 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə 24 dekabr 2024-cü il tarixdə 650 manat, 28 dekabr 2024-cü il tarixdə 343 manat, icarə ödənişi qismində 3 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada 3.000 manat olmaqla qəbul edib təhvil aldığı cəmi 3.993 manat, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 94F, 102D ünvanında yerləşməklə hüquqi şəxs "V.Max Lightning” məhdud məsuliyyətli cəmiyyətində icarəyə verilmiş və elektrikişıqlandırma avadanlıqları mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 20) qeyri-yaşayış obyektinin işçisi X19 icarə ödənişi qismində 3 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 6.000 manat, ünvan 3 ünvanında yerləşməklə fiziki şəxs X3 icarəyə verilmiş və mobil telefon mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 25) qeyri-yaşayış obyektinin icarəçisi Rövşən Qənbərovdan icarə ödənişi qismində 3 yanvar 2025-ci il tarixdə həmin qeyri- yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 1.000 manat, ünvan 4 ünvanında yerləşməklə fiziki şəxs Şahid9 icarəyə verilmiş və avtomobil servisi olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 32) qeyri-yaşayış obyektinin icarəçisi Şahid9 icarə ödənişi qismində 3 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 12.000 manat, ünvan 5 ünvanında yerləşməklə fiziki şəxs Şahid6 icarəyə verilmiş və uşaq geyimləri mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi (siyahıda sıra nömrəsi 17) Şahid6 icarə ödənişi qismində 5 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 2.500 manat, ünvan 1 ünvanında yerləşməklə fiziki şəxs X36 icarəyə verilmiş və cehizlik mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 22) qeyri-yaşayış obyektinin icarəçisi Anar İsmayılovdan icarə ödənişi qismində 5 yanvar 2025-ci il tarixdə həmin qeyriyaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 3.000 manat, ünvan 3 ünvanında yerləşməklə fiziki şəxs X27 icarəyə verilmiş və diş klinikası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 27) qeyri-yaşayış obyektinin icarəçisi Şahin İsmayılovdan icarə ödənişi qismində 5 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 350 manat, ünvan 6 ünvanında yerləşməklə hüquqi şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş və market kimi fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 31) qeyri-yaşayış obyektinin işçisi Şahid11 icarə ödənişi qismində 5 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 10.000 manat, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşməklə fiziki şəxs Şahid8 icarəyə verilmiş və avtomobil ehtiyat hissələri mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 35) qeyri-yaşayış obyektinin icarəçisi Şahid8 icarə ödənişi qismində 5 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 1.500 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşməklə fiziki şəxs Şahid4 icarəyə verilmiş və oyuncaq mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 4) qeyri-yaşayış obyektinin icarəçisi Şahid4 icarə ödənişi qismində 6 yanvar 2025-ci il tarixdə həmin qeyri- yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 3.500 manat, ünvan 7 ünvanında yerləşməklə fiziki şəxs X7 icarəyə verilmiş və ev-təsərrüfat malları mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 14) qeyri-yaşayış obyektinin rəhbəri Şahid5 icarə ödənişi qismində 6 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 4.000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşməklə hüquqi şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş və gül dükanı olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 5) qeyri-yaşayış obyektinin administratoru Şahid1 icarə ödənişi qismində 7 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 3.000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə fiziki şəxs Şahid7 icarəyə verilmiş və pivəxana olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 9) qeyri-yaşayış obyektinin icarəçisi Şahid7 icarə ödənişi qismində 8 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 2.700 manat, ünvan 8 ünvanında yerləşməklə hüquqi şəxs “Zeytun Pharmaceuticais” məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş və aptek olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 19) qeyri-yaşayış obyektinin işçisi X20 icarə ödənişi qismində 10 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 6.500 manat, ünvan 3 ünvanında yerləşməklə fiziki şəxs Şahid10 icarəyə verilmiş və ətriyyat mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 26) qeyri-yaşayış obyektinin icarəçisi Şahid10 icarə ödənişi qismində 10 yanvar 2025-cİ il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 1.000 manat, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşməklə fiziki şəxs X32 icarəyə verilmiş və geyim əşyaları mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 37) qeyri-yaşayış obyektinin icarəçisi Anar Karumovidən 10 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 1.200 manat, ünvan 9 ünvanında yerləşməklə fiziki şəxs X21 icarəyə verilmiş və tədris mərkəzi kimi fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 38) qeyri-yaşayış obyektinin rəhbəri Şahid2 icarə ödənişi qismində 11 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 10.000 manat, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşməklə fiziki şəxs X22 İcarəyə verilmiş və kompüter oyunları salonu olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 36) qeyri-yaşayış obyektinin rəhbəri X23 icarə ödənişi qismində 9 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada 1.500 manat, elektrik sərfiyyatına görə ödəniş qismində 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə 19 dekabr 2024-cü il tarixdə 220 manat, 12 yanvar 2025-ci il tarixdə 200 manat olmaqla qəbul edib təhvil aldığı cəmi 1.920 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllədə yerləşməklə hüquqi şəxs “Zeytun Pharmaceuticais” məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş və aptek olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 15) qeyriyaşayış obyektinin işçisi X12 icarə ödənişi qismində 15 yanvar 2025- ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 8.000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllədə yerləşməklə fiziki şəxs Şahid12 icarəyə verilmiş və meyvə-tərəvəz mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 18) qeyri-yaşayış obyektinin icarəçisi Şahid12 icarə ödənişi qismində 15 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 500 manat, ünvan 3 ünvanında yerləşməklə fiziki şəxs X28 icarəyə verilmiş və kafe olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 28) qeyri-yaşayış obyektinin icarəçisi Murad Rüstəmovdan icarə ödənişi qismində 15 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 250 manat, Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanında yerləşməklə hüquqi şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş və avtomobillərin satışı mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 30) qeyri-yaşayış obyektinin rəhbəri Şahid15 icarə ödənişi qismində 16 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 11.000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə hüquqi şəxs “Beyzade Lokum" məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş və şirniyyat mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 11) qeyri-yaşayış obyektinin rəhbəri X14 elektrik sərfiyyatına görə ödəniş qismində 23 dekabr 2024-cü il tarixdə 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə 200 manat, icarə ödənişi qismində 14 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada 4.500 manat və 18 yanvar 2025-ci il tarixdə ***-***-**-** nömrəli telefonuna bağlı “M10” elektron pul kisəsinə köçürülmə yolu ilə 1.500 manat olmaqla qəbul edib təhvil aldığı cəmi 6.200 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə fiziki şəxs X15 icarəyə verilmiş və qadın geyimləri mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 12) qeyri-yaşayış obyektinin işçisi X13 icarə ödənişi qismində 18 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 3.000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə hüquqi şəxs “The Lamp” məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş və elektrik-işıqlandırma malları mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 16) qeyri-yaşayış obyektinin rəhbəri X1 icarə ödənişi qismində 20 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 3.500 manat, ünvan 1 ünvanında yerləşməklə fiziki şəxs X8 icarəyə verilmiş və cehizlik mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 23) qeyri-yaşayış obyektinin işçisi Şahid13 icarə ödənişi qismində 20 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 3.500 manat, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşməklə fiziki şəxs X29 icarəyə verilmiş və dönərxana olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 34) qeyri-yaşayış obyektinin icarəçisi Sadiq Mehdiyevdən elektrik sərfiyyatına görə ödəniş qismində 12 yanvar 2025-ci il tarixdə 500 manat, icarə ödənişi qismində 20 yanvar 2025-ci il tarixdə 2.500 manat olmaqla 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə qəbul edib təhvil aldığı cəmi 3.000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşməklə fiziki şəxs X2 icarəyə verilmiş və dönərxana olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 1) qeyri-yaşayış obyektinin icarəçisi Çingiz Tanrıverdiyevdən elektrik sərfiyyatına görə ödəniş qismində 26 dekabr 2025-ci il tarixdə 100 manat, 2 yanvar 2025-ci il tarixdə 591 manat, icarə ödənişi qismində 21 yanvar 2025- ci il tarixdə 2.000 manaq olmaqla həmin qeyriyaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı cəmi 2.691 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə fiziki şəxs X16 icarəyə verilmiş və yeməkxana olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 8) qeyri-yaşayış obyektinin icarəçisi X73 icarə ödənişi qismində 15 yanvar 2025-ci il tarixdə 1.000 manat, 20 yanvar 2025-ci il tarixdə 500 manat, elektrik sərfiyyatına görə ödəniş qismində 20 yanvar 2025-ci il tarixdə 55 manat, 23 yanvar 2025-ci il tarixdə 30 manat olmaqla həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı cəmi 1.585 manat, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı binanın yaxınlığında yerləşməklə fiziki şəxs Şahid14 icarəyə verilmiş və avtomobil təkərlərinin təmiri fəaliyyətini həyata keçirən (siyahıda sıra nömrəsi 33) qeyri-yaşayış obyektinin icarəçisi Şahid14 icarə ödənişi qismində 15 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada 1.500 manat, 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə 22 yanvar 2025-ci il tarixdə 500 manat, 23 yanvar 2025-ci il tarixdə 300 manat, 24 yanvar 2025-ci il tarixdə 200 manat olmaqla qəbul edib təhvil aldığı cəmi 2.500 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə fiziki şəxs X9 icarəyə verilmiş və kafe olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 10) qeyri-yaşayış obyektinin rəhbəri X25 icarə ödənişi qismində həmin qeyri-yaşayış obyektində nağd qaydada 2.140 manat, elektrik sərfiyyatına görə ödəniş qismində 29 dekabr 2024-cü il tarixdə 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə 300 manat və 24 yanvar 2025-ci il tarixdə 4169 7388 1088 5073 nömrəli bank kartına köçürülmə yolu ilə 500 manat olmaqla qəbul edib təhvil aldığı cəmi 2.940 manat, ünvan 11 ünvanında yerləşməklə hüquqi şəxs “Mazra-Z” məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş və geyim əşyaları mağazası olaraq fəaliyyət göstərən (siyahıda sıra nömrəsi 29) qeyri-yaşayış sahəsinin işçisi X5 iki ay üzrə icarə ödənişi qismində 25 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil aldığı 20.000 manat, ümumilikdə isə 19 dekabr 2024-cü il tarixdən 25 yanvar 2025-ci il tarixədək qəbul edib təhvil aldığı 150.629 manat (icarə ödənişi qismində 146.940 manat və elektrik sərfiyyatına görə ödəniş qismində 3.689 manat) məbləğində pul vəsaitinin 70.000 manatını 15 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 1-ci dağlıq küçəsində yerləşən ofisində Zərərçəkmiş şəxs təhvil versə də 80.629 manatını təhvil verməyərək və elektrik sərfiyyatına görə sonuncunun adına olan abonent hesabları üzrə kommunal borcları ödəməyərək həmin vəsaitləri şəxsi ehtiyaclarına sərf etməklə, o cümlədən özünə məxsus 070- ***-**-** nömrəli telefonuna bağlı “M 10” elektron pul kisəsinə köçürərək “1xBet”, “Misli.az” və digər onlayn oyun platformalarında uğursuz mərclər, habelə qiymətli kağız alqı-satqısı etməklə və ayrı-ayrı şəxslərə məxsus elektron pul kisələrinə köçürmələr etməklə Zərərçəkmiş şəxs məxsus olmaqla ona etibar olunmuş 80.629 (səksən min altı yüz iyirmi doqquz) manat məbləğində əmlakı külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun işi icarə məbləğlərinin pulunu yığıb Zərərçəkmiş şəxs təqdim etməklə bitməmişdir, o, həm də Rişad müəllimin tapşırığı əsasında müvafiq ödənişləri onun dediyi yerlərə ödəmək olmuşdur. İttiham aktında tərəfindən ödənilən xeyli miqdarda ödənişlər göstərilməmiş, ödənişlərin hər biri telefonunda daha dəqiq qeyd edilmişdir. İstər qəbzlər, istərsə də danışıqlar telefonunda olmuşdur. Burda az miqdarda deyil, xeyli miqdarda ödənişlərdən söhbət gedir. Bununla bağlı vəsatət qaldırılaraq telefonundakı qəbzlər və danışıqların surətinin çıxarılmasını vəkilindən də xahiş etmişdir. Elektrikin ödənilməmiş hissəsi, yəni 3689 manat ilə bağlı demək istəyir ki, o məbləğin hamısı ödənilmiş, bəzilərinin qəbzləri mövcuddur, bəziləri də aparatla ödənilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 3 ay əvvəl tanış olmuşdur. Aralarında razılaşmaya əsasən, icarə və digər ödənişlərin yığılması işi ona həvalə edilmişdir. Zərərçəkmiş şəxs göstərişi ilə onun bildirdiyi şəxslərə zəng edərək müəyyən məbləğlərin (məsələn, 10.000 manat, 5.000 manat və s.) verilməsini tapşırmışdır. Yığılmış məbləğlərin uçotunu özü aparmış, aldığı vəsaitləri Rişad müəllimin dediyi şəxslərə çatdırmış, qalan hissəni isə şəxsən ona təqdim etmişdir. Aralarında hər hansı yazılı müqavilə və ya rəsmi sənədləşmə olmamış, verilən məbləğlər əsasən imza qarşılığında təqdim edilmişdir. Konkret olaraq nə qədər vəsait verdiyini dəqiq xatırlamadığını, lakin telefonunda olan qəbzlər və qeydlər əsasında bunu müəyyən edə biləcəyini bildirmişdir. O, mənimsəmə ilə bağlı özünü təqsirli bildiyini, lakin ittiham aktında göstərilən məbləğlə razılaşmadığını qeyd etmişdir. Əldə etdiyi vəsaitləri mərc oyunlarına xərcləmədiyini, istintaq zamanı da bu barədə hər hansı etirafedici ifadə vermədiyini göstərmişdir. Ailəli olduğunu, iki övladının olduğunu bildirərək, bəzi məbləğləri şantaj yolu ilə almağa məcbur edildiyini, bu barədə 4 səhifəlik izahat yazdığını, lakin həmin xüsusat üzrə araşdırma aparılmadığını vurğulamışdır. O, ibtidai istintaq zamanı müstəntiqə və müdafiəçisinə ittihamda göstərilən məbləğlə razı olmadığını bildirdiyini, lakin ona “məhkəmədə vəsatət verərsən, araşdırılar” deyildiyini qeyd etmişdir. Dəymiş zərərin ödənilməsinə hazır olduğunu, ailə üzvlərinin də bu istiqamətdə səy göstərdiklərini bildirmişdir. Telefonunda Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş nömrələrin mövcud olduğunu, həmin nömrələrlə əlaqə saxlayaraq müəyyən məbləğlərin tələb olunmasının ona tapşırıldığını göstərmişdir. Həmçinin telefonda kimə, hansı tarixdə və nə qədər vəsait verilməsi ilə bağlı qeydlərin və bəzi xərclərə dair qəbzlərin olduğunu bildirmişdir. X57 qəsəbəsində aparılan tikinti işləri ilə bağlı bir şəxsə 11.000 manata yaxın, obyektlərə siqnalizasiya çəkilişi üçün 2.500 manat, elektrik və təmir işlərinə görə isə 2.000–3.000 manat aralığında vəsait verdiyini, digər ödənişləri isə telefon qeydlərinə baxmaqla dəqiqləşdirə biləcəyini qeyd etmişdir. İttiham aktında obyektlərdən birininin icarəsi ilə bağlı 3.000 manat göstərildiyini, lakin faktiki olaraq həmin məbləğin 1.500 manat olduğunu və uzun illərdir həmin obyektdən 1.500 manat icarə haqqı alındığını bildirmiş, ittihamda 3.000 manat göstərilməsini müəmmalı hesab etdiyini demişdir. Aldığı məbləğlərin uçotunu həm dəftərdə, həm də kompüterdə apardığını, bu barədə Zərərçəkmiş şəxs mütəmadi məlumat verdiyini, məbləğlərin standart olduğunu və dəyişmədiyini qeyd etmişdir. Hətta 70.000 manat vəsaiti təqdim edərkən kimlərdən pul aldığını və kimlərdə borc qaldığını ona məruzə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə universitet və hərbi xidmət yoldaşı olan Elvin adlı tanışının vasitəsilə tanış olmuşdur. Ona ümumilikdə 38 obyekt həvalə edilmiş, onlardan 34-nün icarə ödənişlərini toplamış, 4 obyekt üzrə isə yalnız yaranmış problemlərlə məşğul olmuş, həmin obyektlərin aylıq icarə haqlarını isə şəxsən Rişad müəllim qəbul etmişdir. Ofisin Ağ şəhər ərazisində yerləşdiyini, həvalə olunmuş işlə təkbaşına məşğul olduğunu, ustaların əlaqə nömrələrinin də ona Rişad müəllim tərəfindən verildiyini qeyd etmişdir. Topladığı məbləğləri mütəmadi olaraq təqdim etmiş, məbləğ böyük olduqda ofisdə saxlamışdır. Rişad müəllim ölkə xaricində və ya rayonlarda olduqda müəyyən məbləğləri onun göstərişi ilə digər şəxslərə çatdırmış, özündə külli miqdarda vəsait saxlamamışdır. Mərc oyunlarına pul yatırmadığını, yalnız ona bildirilən nömrələrə ödəniş etdiyini göstərmişdir. Prokurorluqda müstəntiq tərəfindən həmin ödənişlərin mərc saytlarına edildiyi bildirilsə də, onun heç bir mərc oyununda iştirak etmədiyini qeyd etmişdir. “ChatGBT” adlı mobil tətbiqdə olan yazışmaların ona məxsus olduğunu, həmin yazışmalarda ondan ayın sonunadək 100.000 manat tələb olunduğunu, vəsait onda olmadığından pulun necə əldə olunması barədə soruşduğunu bildirmişdir. Həmin yazışmalardan sonra özünə qəsd etdiyini, mərc oyununa cəhd göstərdiyini, lakin fikrindən daşındığını və bu işlə məşğul olmadığını qeyd etmişdir. Onun sözlərinə görə, Zərərçəkmiş şəxs məxsus 50.000 manat vəsait əlində olmuş, yazışmalardan sonra həmin məbləği göndərmiş, “Telegram” vasitəsilə göndərilən nömrələrə göstərilən məbləğləri də həmin vəsait hesabına ödəmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs şahidlər Şahid9, Şahid11 ifadələrində bildirdikləri halları təsdiq etmiş, sonuncu dəfə Şahid9 12.000 manat pul götürdüyünü təsdiq etmişdir. Həmçinin Şahid13 2 dəfə 3500 manat olmaqla arenda pulunu aldığını bildirmişdir. Məhkəmədə iclasında elan olunmuş şahid ifadələrinin düzgün olduğunu təsdiq edərək, ittiham aktında qeyd olunan məbləğlər üzrə göstərilən şəxslərdən müvafiq pul vəsaitlərini aldığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən əməlindən peşman olduğunu, dəymiş zərərin ödənildiyini nəzərə alıb barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini və mülki iddiaya xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2025-ci il tarixli ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Camaldın kəndində anadan olmuş və həmin kənddə böyümüşdür. 2008-2012-cİ illərdə Naxçıvan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almış, universiteti bitirdikdən sonra 2019-cu ilədək Naxçıvan Muxtar Respublikasında yaşamış və müxtəlif iş yerlərində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət sosial təminat xidmətində maliyyə rəhbəri, Naxçıvan Dövlət Universitetində tyutor və saat hesabı ilə müəllim, “Sirab" ASC-də mühasib, Sədərək rayon qaz istismarı idarəsində baş mühasib vəzifələrində işləmişdir. 2014- cü ildə Leyla Həsənli ilə rəsmi nikah əsasında ailə həyatı qurmuşdur və həmin nikahdan 2015-ci il təvəllüdlü Davud, 2016-cı il təvəllüdlü Günəş adlı övladları dünyaya gəlmişdir. Naxçıvan Muxtar Respublikasında özü üçün normal iş tapa bilmədiyindən, iş şəraiti ağır olduğundan, aldığı maaşa qane olmadığından 2019-cu ilin avqust ayında Naxçıvan Muxtar Respublikasını tərk edərək ailəsi ilə birlikdə birdəfəlik Bakı şəhərinə köçmüşdür. 2019-cu ildən 2024-cü ilin noyabr ayınadək “Hədəf liseyinin baş ofisində maliyyə direktoru vəzifəsində işləmişdir. Həbs olunmağınadək ailəsi ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamışdır. “Hədəf liseyinin baş ofisində maliyyə direktoru vəzifəsində işləyərkən maaşı 2.000 manat təşkil etmişdir. Bir neçə dəfə liseyin rəhbərliyinə maaşının artırılması ilə əlaqədar müraciət etsə də maaşı artırılmamışdır. 2.000 manat maaş onu qane etmədiyi üçün 2019-cu ilin noyabr ayında öz ərizəsi əsasında işdən çıxmışdır. Bundan sonra özünə yeni iş axtarmağa başlamış və müxtəlif iş yerlərinə “CV” göndərmişdir. Həmin ərəfədə əsgərlik və universitet yoldaşı, hazırda isə Gürcüstan Respublikasında yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan dostu Elvin İmanovla danışan zaman iş adamı olan tanışı Zərərçəkmiş şəxs icarədə olan qeyri-yaşayış obyektlərinə nəzarəti həyata keçirmək üçün etibarlı köməkçi axtardığım demişdir. O, Zərərçəkmiş şəxs ilə danışaraq işin detallarını öyrənməsi və ona məlumat verməsini Elvin İmanovdan xahiş etmişdir. Elvin İmanov sonradan onun barəsində Zərərçəkmiş şəxs danışmış, sonuncu da onunla görüşmək istəmiş, 29 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Əhmədli qəsəbəsində yerləşən “Mixək” kafesində görüşmüşlər. Zərərçəkmiş şəxs ona böyük əksəriyyəti Xətai rayonunda olmaqla Bakı şəhərinin müxtəlif yerlərində icarəyə verdiyi qeyri-yaşayış obyektlərinin olduğunu, bu obyektlərdən icarə ödənişlərini toplayaraq sonuncuya təhvil verməsi, həmçinin obyektlərdə olan problemlərlə məşğul olması üçün özünə etibarlı köməkçi axtardığını bildirmişdir. Burada problemlər dedikdə həmin obyektlərdə su, elektrik və başqa kommunal xidmətlərin istismarında yaranan nasazlıqlar, şüşələrin, qapıların, kombinin, digər əşyaların və avadanlıqların xarab olması, sınması kimi hallar nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxs ona ilkin olaraq 2.000 manat maaş verəcəyini, növbəti aylarda isə peşəkarlığından asılı olaraq maaşı artıracağını bildirmişdir. O da razılaşmış və növbəti gündən, yəni 30 noyabr 2024-cü il tarixdən Rəşad Şahverdiyevin yanında işləməyə başlamışdır. Zərərçəkmiş şəxs onun üçün Bakı şəhərinin “Ağ şəhər” ərazisində, 1-ci yaşıl ada küçəsində olan yaşayış binasının birinci mərtəbəsində yerləşən özünə məxsus ofisdə yer ayırmışdır. Həmin ofisdə oturaraq Zərərçəkmiş şəxs icarədə olan qeyri-yaşayış obyektlərinin fəaliyyətinə nəzarəti həyata keçirməyə başlamışdır. Həmin obyektlərin işi ilə əlaqədar bütün səlahiyyətlər Zərərçəkmiş şəxs tərəfindən ona həvalə olunmuşdur. O, obyektlərdən icarə ödənişlərini toplamış, bununla əlaqədar ödənilməli vergi ödənişlərini həyata keçirmiş, obyektlərdə baş vermiş texniki nasazlıqların aradan qaldırılması üçün ustalar göndərmiş və başqa funksiyaları həyata keçirmişdir. Zərərçəkmiş şəxs onun öhdəliyinə və nəzarətinə 38 ədəd qeyri-yaşayış obyektini vermiş, həmin obyektlərdən icarə ödənişi qismində toplanılan nağd pul vəsaitlərinə sahiblik etməyi və həmin vəsaiti yekunda özünə təhvil verməyi ona etibar etmişdir. Zərərçəkmiş şəxs ilə arasınəmək müqaviləsi bağlanmasa da faktiki olaraq işəgötürən-işçi münasibəti olmuşdur. O, Zərərçəkmiş şəxs ayrı-ayrı tapşırıqlarını icra etmiş və bunun müqabilində aylıq 2.000 manat əməkhaqqı almışdır. Aralarında şifahi qaydada bağlanmış müqaviləyə əsasən obyektlərdən icarə ödənişi qismində pulları tam həcmdə toplamalı və həmin vəsait hesabına əmlak vergilərini, digər ödənişləri və obyektərdə yaranmış nasazlıqlarla əlaqədar aparılmış təmir işlərinə görə ödənişləri yerinə yetirdikdən sonra yerdə qalan vəsaiti tam həcmdə Zərərçəkmiş şəxs təhvil verməli olmuşdur. Bundan başqa qeyri-yaşayış obyektlərinin bəziləri bir neçə hissəyə bölünməklə ayrı-ayrı müəssisə və şəxslərə icarəyə verildiyindən həmin obyektlərin elektrikdən istifadəyə görə bir sayğacları mövcuddur, lakin hər obyektə ayrı-ayrı verilən elektrik sərfiyyatını ölçmək üçün dövlət sayğacından sonra kontrol sayğacları qoyulmuşdur. Dövlət sayğacları Zərərçəkmiş şəxs adına olduğundan həmin obyektlər hər ay kontrol sayğacları üzrə sərf etdikləri elektrik enerjisinə görə ödənməli məbləğləri ona təqdim etmişlər, o da həmin vəsaitləri toplayıb Zərərçəkmiş şəxs adından müvafiq kommunal ödənişləri həyata keçirməli olmuşdur. 2024-cü ilin dekabr ayında qeyri-yaşayış obyektlərindən topladığı icarə ödənişləri qismində pul vəsaitlərini tam həcmdə Zərərçəkmiş şəxs təhvil verməklə öhdəliklərini həyata keçirmişdir. Belə ki, dekabr ayı ərzində ona təhkim olunmuş 38 qeyriyaşayış obyektinin 35-dən icarə ödənişi qismində 150.000 manat pul vəsaiti toplamışdır. Digər 3 qeyri-yaşayış obyektinin icarəçiləri icarə ödənişini Zərərçəkmiş şəxs hesablaşma hesabına köçürdüklərindən həmin obyektlərdən icarə ödənişlərini təhvil almamışdır. Həmin vəsait hesabına əmlak vergisinin ödənişini həyata keçirmiş, Zərərçəkmiş şəxs göstərişi əsasında müxtəlif şəxslərə pullar vermiş, 2.000 manatı özünə maaş olaraq götürmüş, qalan vəsaiti tam həcmdə Zərərçəkmiş şəxs təhvil vermişdir. Bununla yanaşı 2024-cü ilin dekabr ayı ərzində qeyri-yaşayış sahələrinin bir hissəsindən elektrik sərfiyyatına görə ödənişi qəbul edərək kommunal ödənişləri həyata keçirsə də bir hissəsi üzrə ödənişləri etməyərək həmin məbləği şəxsi ehtiyacları üçün sərf etmişdir. Belə ki, 2024-cü ilin dekabr ayının sonlarında müəyyən problemləri ortaya çıxdığından, yüksək məbləğdə pula ehtiyacı yarandığından elektrik sərfiyyatına görə qəbul etdiyi pul vəsaitlərinin bir hissəsini şəxsi ehtiyaclarına sərf etmişdir. 2024-cü ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs məxsus obyektlərdən icarə və elektrik sərfiyyatına görə ödənişləri toplayaraq onların da bir hissəsini Zərərçəkmiş şəxs təhvil vermiş, lakin yarısından çoxunu sonuncuya təhvil vermədən şəxsi ehtiyaclarına sərf edib mənimsəmişdir. Təqsirləndirilən şəxs cinayəti törətməsinə səbəb olan hallarla əlaqədar ifadə verməklə göstərmişdir ki, 2022-ci ilin yaz aylarından tanımadığı şəxs və ya şəxslər onun mobil telefonuna qanunsuz qoşulmaqla şəxsi məlumatlarını ələ keçirmiş və onu şantaj edərək pullarını ələ keçirməyə başlamışlar. Belə ki, qeyd olunan ərəfədə “Telegram” mesajlaşma platformasında “dark1012” adlı, şəxsiyyətin müəyyən olunmasına imkan verən ad, soyad, telefon nömrəsi və pofil şəklinin olmadığı hesabdan ona mesaj göndərilərək şəxsi məlumatlarının ələ keçirildiyi bildirilmiş, ondan pul tələb edilmişdir. Əvvəlcə buna inanmasa da ona məxsus bir neçə rüsvayedici fotoşəkil, mobil telefon vasitəsi ilə həyat yoldaşı ilə görüntülü danışıqlar apararkən qeydə alınmış görüntülər, yazışmalarının ekran görüntüləri və başqa şəxsi məlumatları ona göndərilmişdir. Həmin şəxs və ya şəxslər ona məxsus rüsvayedici məlumatları yaymaqla hədələmişlər. Həmin hesab və bundan sonrakı dövrlərdə hədə-qorxuya məruz qaldığı başqa hesabların sahibləri barədə heç bir məlumat mövcud olmamış, həmin hesablarda şəxsiyyətin eyniləşdirməsinə imkan verən ad, soyad, telefon nömrəsi, profil şəkli kimi məlumatlar mövcud olmamışdır. Məruz qaldığı şantaj nəticəsində ilk dəfə 2022-ci ilin yay aylarında "xxxx" ASC-dən götürdüyü 14.000 manat kreditin 10.000 manatını həmin şəxslərin “Telegram” vasitəsi ilə göndərdikləri hesaba “Binance” platformasında kriptovalyuta formasında göndərmişdir. Həmin şəxslər ona mesajlar, hesab nömrəsi və sair yazılar göndərdikdən dərhal sonra mesajı ikitərəfli olaraq sildiklərindən şantaj məzmunlu mesajların hər hansı biri mobil telefonunda qalmamışdır. 2022-ci ilin sonlarınadək xırdaxırda partiyalarla ondan tələb edilən pulları həmin şəxslərin hesablarına göndərmişdir. 2023-cü ilin əvvəlindən isə artıq iş yerinə aid kommersiya sirlərini yayıb onu həbs etdirəcəkləri ilə hədə-qorxu gəlməyə başlamışlar. Belə ki, həmin vaxt “Hədəf liseyində maliyyə direktoru vəzifəsində işləmiş və liseyin yalnız rəhbər vəzifəli şəxslərində olan əhəmiyyətli maliyyə məlumatları onun telefonunda da olmuşdur. Həmin şəxslər hədəqorxu gələrək onun mobil telefonundan liseyin kommersiya sirlərini ələ keçirdiklərini, həmin sirləri yaymaqla onu həbs etdirəcəklərini bildirib daha artıq məbləğlərdə pul vəsaitləri tələb etməyə başlamışlar. 2023-cü ildə "xxxx" ASC-dən 7.500 manat və "xxxx" ASC-dən 20 manat kredit götürüb, eləcə də tanışları ilə oynadığı lotereyadan əldə etdiyi 4.000 manatı həmin şəxslərin “Telegram” vasitəsi ilə göndərdiyi kriptovalyuta hesablarına köçürmüşdür. 2023- cü ilin dekabr ayında "xxxx" ASC-dən 19.000 manat kredit götürməklə yenə də kriptovalyuta formasında həmin şəxslərin hesabına göndərmişdir. 2024-cü ilin əvvəllərindən də hədə-qorxular davam etsə də onlara pulunun olmadığını deyib yalvarışlı mesajlar yazmaqla ondan əl çəkmələrini istəmiş və müxtəlif bəhanələr gətirərək onlara pul göndərməkdən boyun qaçırmışdır. Lakin 2024- cü ilin ortalarından etibarən həmin şəxslər artıq bütün ailə üzvlərinin izləndiyini, tələb olunan pulu göndərməyəcəyi təqdirdə ailə üzvlərinin öldürüləcəyini bildirərək ona hədə-qorxu gəlməyə davam etmişlər. Həmin şantaj dəstəsi həqiqətən də “Telegram” vasitəsi ilə ona həyat yoldaşının gözəllik salonundan nə vaxt çıxması, oğlunun məktəbə gedib-gəldiyi vaxt və hansı maşınla gedib-gəlməsi barədə məlumatları yazmış və həyat yoldaşının hazırda olduğu yerin məkanını göndərirmişlər. O, hədənin real olduğunu, həqiqətən də ailə üzvlərimin təqibə məruz qaldığını, tələb edilən məbləğdə pulları göndərməsə ailə üzvlərinin həyat və sağlamlığına real təhlükənin mövcud olduğunu görüb tələb olunan məbləğlərdə pulları göndərməyə davam etmişdir. Həmin ərəfələrdə işlədiyi “Hədəf liseyinin rəhbərliyindən 6.000 manat borc götürüb şantaj dəstəsinin hesabına göndərmişdir. 2024- cü ilin noyabr ayında isə “Hədəf liseyində olan vəzifəsindən ayrılmış, həmin ayın sonlarında Zərərçəkmiş şəxs onu işə qəbul etmişdir. Bundan sonra da şantaj dəstəsi tərəfindən hədə-qorxulara məruz qalmağa davam etmişdir. 2024-cü ilin noyabr ayından şantaj dəstəsinin üzvləri “Telegram” vasitəsi ilə ona linklər göndərmiş, həmin linklərə daxil olmaqla köçürmələr etməsini tələb etmişlər. Linklərə daxil olanda “M 10” elektron pul kisəsi açılaraq müxtəlif nömrələrə köçürmə aparılmasına dair pəncərələr açılmış və məbləği daxil edib köçürməni təsdiq etmişdir. Ailə üzvlərinin həyat və sağlamlığına təhlükə yaranacağından qorxduğundan 2024-cü ilin dekabr ayının sonlarından Zərərçəkmiş şəxs məxsus olmaqla onun nəzarət və öhdəliyinə verilmiş qeyriyaşayış obyektləri üzrə elektrik sərfiyyatına görə ödəniş qismində qəbul etdiyi pul vəsaitlərinin bir hissəsini, eləcə də 2025- ci ilin yanvar ayında icarə ödənişləri və elektrik sərfiyyatına görə ödəniş qismində qəbul etdiyi pul vəsaitlərinin bir hissəsini məcburiyyət qarşısında şantaj dəstəsinin göndərdiyi telefon nömrələri üzrə “M10” elektron pul kisəsində olan müxtəlif hesablara köçürmüşdür. İcarəçilər tərəfindən nağd qaydada ona təqdim edilən pul vəsaitlərini ödəniş terminallarından özünə məxsus “M 10” elektron pul kisəsinə yerləşdirmiş və ya bank kartına köçürülən pulları elektron pul kisəsinə transfer etmiş və daha sonra dəstənin göndərdiyi linklərə daxil olub naməlum hesablara köçürmə etmişdir. Zərərçəkmiş şəxs məxsus olmaqla mənimsəmə yolu İlə taladığı 80.629 manatın əhəmiyyətli hissəsini cinayətkar şantaj dəstəsinin hesabına göndərmişdir. 2024-cü ilin sonları, 2025-ci ilin əvvəllərində yalvarışlı mesajlarından sonra həmin şəxslər ona mesaj yazaraq sonuncu dəfə 100.000 manat pul göndərməsini, bununla da onunla olan bütün məsələlərinin bitəcəyini və bir daha ondan pul tələb etməyəcəklərini bildirmişlər. O da məcburiyyət qarşısında qalaraq Zərərçəkmiş şəxs ona etibar etdiyi pul vəsaitlərinin bir hissəsini həmin şəxslərə göndərmişdir. Zərərçəkmiş şəxs tərəfindən onun nəzarət və öhdəliyinə verilmiş qeyri-yaşayış obyektləri üzrə tərtib etdiyi, istintaq orqanı tərəfindən götürülmüş, 38 qeyri-yaşayış obyektinin adlı siyahısının əks olunduğu siyahı üzrə 2024-cü ilin dekabr ayı üzrə elektrik sərfiyyatına görə, həmçinin 2025-ci ilin yanvar ayı üzrə icarə ödənişi və elektrik sərfiyyatına görə ödənişlər qismində qəbul etməklə təhvil aldığı pul vəsaitlərinin məbləğləri aşağıdakı kimi olmuşdur. “1 - Dönər” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşməklə dönərxana fəaliyyəti göstərən qeyri-yaşayış obyektinin icarəçisi Çingiz Tanrıverdiyevdən elektrik sərfiyyatına görə ödəniş qismində 26 dekabr 2025-ci il tarixdə 100 manat və 2 yanvar 2025-ci il tarixdə 591 manat, icarə ödənişi qismində 21 yanvar 2025-ci il tarixdə 2.000 manaq olmaqla cəmi 2.691 manat pul vəsaitini həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil almışdır. “2 - Lombard” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşməklə lombard fəaliyyəti göstərən qeyriyaşayış obyektinin icarə ödənişi Zərərçəkmiş şəxs bank hesabına köçürmə yolu ilə həyata keçirildiyindən həmin qeyri- yaşayış obyektindən hər hansı məbləğdə ödəniş qəbul etməmişdir. “3 - Meyvə” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşməklə meyvə-tərəvəz mağazası kimi fəaliyyət göstərmiş qeyri-yaşayış obyektinin icarəçisi 6 dekabr 2024-cü il tarixdə obyekti təhvil verməklə çıxdığından və sonradan həmin obyekt icarəyə götürülmədiyindən həmin qeyri-yaşayış obyektindən də hər hansı məbləğdə ödəniş qəbul etməmişdir. “4 - Oyuncaq mağazası” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşməklə oyuncaq mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Şahid4 icarə ödənişi olaraq 6 yanvar 2025-ci i! tarixdə həmin qeyri-yaşayış obyektində 3.500 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “5 - Şirniyyat” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyekti əvvəllər şirniyyat mağazası kimi fəaliyyət göstərmiş, 2025-ci ilin yanvar ayından "Ağ çiçəyim” MMC tərəfindən götürülməklə gül mağazası qismində fəaliyyət göstərir, qeyd olunan qeyriyaşayış obyektinin administratoru Şahid1 icarə ödənişi qismində 7 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 3.000 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “7 - İç geyimləri” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında yerləşməklə geyim mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Ülviyyə Baxşiyevadan icarə ödənişi olaraq 2 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 1.800 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır, “8 - Kabab” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə restoran kimi fəaliyyət göstərən qeyriyaşayış obyektinin icarəçisi X73 icarə ödənişi qismində 15 yanvar 2025-ci il tarixdə 1.000 manat və 20 yanvar 2025-ci il tarixdə 500 manat, elektrik sərfiyyatına görə ödəniş kimi 20 yanvar 2025-ci i! tarixdə 55 manat və 23 yanvar 2025-ci il tarixdə 30 manat olmaqla cəmi 1.585 manat pul vəsaitini həmin qeyri-yaşayış obyektində nağd qaydada qəbul edib təhvil almışdır. “9 - Pivə” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə kafe olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Şahid7 icarə ödənişi qismində 8 yanvar 2025-ci il tarixdə qeyd edilən qeyri-yaşayış obyektində 2.700 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “10 - Şirniyyat kofe” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə kafe olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin rəhbəri Ramin Hümbətovdan icarə ödənişi olaraq həmin qeyriyaşayış obyektində nağd qaydada 2.140 manat, elektrik sərfiyyatına görə ödəniş olaraq 29 dekabr 2024-cü il tarixdə özünə məxsus 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə 300 manat və 24 yanvar 2025-ci il tarixdə 4169 7388 1088 5073 nömrəli bank kartına köçürülmə yolu ilə 500 manat olmaqla cəmi 2.940 manat pul vəsaitini qəbul edib təhvil almış, ikinci bank kartı özünə məxsus olmamış, Müslüm adlı ustaya məxsus olmuş, icarəçi elektrik sərfiyyatına görə 500 manat ödənişi gecikdirdiyindən həmin obyektin su təchizatı işlərinə baxan Müslüm ustadan 500 manat almış, obyektin icarəçisinə Müslüm ustanın bank kartını göndərib 500 manatı köçürməsini bildirmiş, icarəçi də həmin məbləği sonradan karta köçürmüş, beləliklə icarəçinin pul dolayı yolla özü tərəfindən qəbul edilmişdir. “11 - Beyzadə” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə şirniyyat mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin rəhbəri Adem Aktaşdan elektrik sərfiyyatına görə ödəniş qismində 23 dekabr 2024-cü il tarixdə özünə məxsus 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə 200 manat, icarə ödənişi qismində 14 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada 4.500 manat və 18 yanvar 2025-ci il tarixdə ***-***-**-** nömrəli telefonuna bağlı “M10” elektron pul kisəsinə köçürülmə yolu ilə 1.500 manat olmaqla cəmi 6.200 manat məbləğində pul vəsaitini qəbul edib təhvil almışdır. “12 - Hicab geyim” kimi qeyd edilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə qadın geyimləri mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin işçisi Günel Həmzəyevadan icarə ödənişi qismində 18 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 3.000 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “13 - Geyim qadın” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə geyim mağazası kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Esmira Qədirovadan elektrik sərfiyyatına görə ödəniş qismində özünə məxsus 4098 5844 9631 0432 nömrəli bank kartıma köçürülmə yolu ilə 24 dekabr 2024-cü il tarixdə 650 manat və 28 dekabr 2024-cü il tarixdə 343 manat, icarə ödənişi qismində isə 3 yanvar 2025-ci il tarixdə həmin qeyriyaşayış obyektində nağd qaydada 3.000 manat olmaqla cəmi 3.993 manat məbləğində pul vəsaitini qəbul edib təhvil almışdır. “14 - Yellow home” kimi qeyd edilmiş ünvan 7 ünvanında yerləşməklə təsərrüfat malları mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin rəhbəri Şahid5 icarə ödənişi qismində 6 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 4.000 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “15 - Aptek” kimi qeyd edilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllədə yerləşməklə aptek fəaliyyəti göstərən qeyri-yaşayış obyektinin işçisi Natiq Abbasovdan icarə ödənişi qismində 15 yanvar 2025-ci il tarixdə həmin qeyriyaşayış obyektində 8.000 manat məbləğində pul vəsatini nağd qaydada qəbul edib təhvil almışdır. “16 - Lüstur mağazası” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşməklə elektrikişıqlandırma malları dükanı kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektinin rəhbəri Elşad Abdullayevdən icarə ödənişi qismində 20 yanvar 2025-ci il tarixdə həmin qeyriyaşayış obyektində 3.500 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “17 - Uşaq geyimləri” kimi qeyd edilmiş ünvan 5 ünvanında yerləşməklə uşaq geyim mağazası kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Şahid6 icarə ödənişi qismində 5 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 2.500 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “18- Meyvə” olaraq qeyd edilmiş Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945- ci məhəllədə yerləşməklə meyvə-tərəvəz dükanı kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Şahid12 icarə ödənişi olaraq 15 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 500 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “19-Aptek Xalqlar” kimi qeyd olunmuş ünvan 8 ünvanında yerləşməklə aptek qismində fəaliyyət göstərən qeyri-yaşayış obyektinin işçisi Yaqub Qasımovdan icarə ödənişi qismində 10 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 6.500 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “20 - Modi Neftçilər” kimi qeyd edilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 94F, 102D ünvanında yerləşməklə elektrik-işıqlandırma avadanlıqları mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin işçisi Cəlal Sadıqovdan icarə ödənişi olaraq 3 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 6.000 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. "21 - Ucuzluq” kimi qeyd olunmuş ünvan 13 ünvanında yerləşməklə geyim mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin işçisi Zaur Rüstəmovdan icarə ödənişi kimi 2 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 6000 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “22 - Zəhra cehizlik” kimi qeyd olunmuş ünvan 1 ünvanında yerləşməklə cehizlik mallar mağazası kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Anar İsmayılovdan icarə ödənişi qismində 5 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 3.000 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “23 - Sandıq cehizlik” kimi qeyd edilmiş ünvan 1 ünvanında yerləşməklə cehizlik mallar mağazası kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektinin işçisi Şahid13dən icarə ödənişi qismində 20 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 3.500 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “24 - Avromart” kimi qeyd olunmuş ünvan 13 ünvanında yerləşməklə market olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyekti üzrə icarə ödənişi Zərərçəkmiş şəxs bank hesabına köçürülmə yolu ilə həyata keçirildiyindən həmin qeyri-yaşayış obyektindən hər hansı məbləğdə pul vəsaitini təhvil almamışdır. “25 - Berlin mobil telefon” kimi qeyd olunmuş ünvan 3 ünvanında yerləşməklə mobil telefon mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Rövşən Qənbərovdan icarə ödənişi qismində 3 yanvar 2025-ci il tarixdə həmin qeyriyaşayış obyektində 1.000 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “26 - Gris parfum” kimi qeyd olunmuş ünvan 3 ünvanında yerləşməklə ətriyyat dükanı olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Şahid10 icarə ödənişi olaraq 10 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 1000 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “27 - Diş həkimi” kimi qeyd edilmiş ünvan 3 ünvanında yerləşməklə klinika olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Şahin İsmayılovdan icarə ödənişi qismində 5 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 350 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “28 - Kofe yeri” kimi qeyd olunmuş ünvan 3 ünvanında yerləşməklə kafe qismində fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Murad Rüstəmovdan icarə ödənişi qismində 15 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 250 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “29 -Zərbalı” kimi qeyd edilmiş ünvan 11 ünvanında yerləşməklə geyim əşyaları mağazası kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektinin işçisi Aygün Yolçuyevadan iki ay üzrə icarə ödənişi qismində 25 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 20.000 manat məbləğində pu! vəsatini nağd qaydada qəbul edib təhvil almışdır. “30 - Elektrik avto” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, ünvan 10 ünvanında yerləşməklə avtomobil satışı salonu olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin rəhbəri Şahid15 icarə ödənişi kimi 16 yanvar 2025-ci il tarixdə həmin qeyriyaşayış obyektində 11.000 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “31 - Part store” kimi qeyd olunmuş ünvan 14 ünvanında yerləşməklə market olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin işçisi Şahid11 icarə ödənişi olaraq 5 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 1000 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “32 - Avtoservis” kimi qeyd olunmuş ünvan 4 ünvanında yerləşməklə avtomobillərin servis salonu olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Şahid9 icarə ödənişi kimi 3 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 12.000 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “33 - Təkər vulkanizasiya” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı binanın yaxınlığında yerləşməklə avtomobil təkərlərinin təmiri sexi olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Şahid14 icarə ödənişi kimi 15 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində nağd qaydada 1.500 manat, özünə məxsus 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə 22 yanvar 2025-ci il tarixdə 500 manat, 23 yanvar 2025- ci il tarixdə 300 manat və 24 yanvar 2025ci il tarixdə 200 manat olmaqla cəmi 2.500 manat pul vəsaitini qəbul edib təhvil almışdır. “34 - Kuzu dönər” kimi qeyd edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşməklə dönərxana fəaliyyəti göstərən qeyri-yaşayış obyektinin icarəçisi Sadiq Mehdiyevdən elektrik sərfiyyatına görə ödəniş qismində 12 yanvar 2025-ci İl tarixdə 500 manat və icarə ödənişi qismində 20 yanvar 2025-ci il tarixdə 2.500 manat olmaqla 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu ilə cəmi 3.000 manat məbləğində pul vəsaitini qəbul edib təhvil almışdır. “35 - Zapçast Sarıoğlu” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşməklə avtomobil ehtiyat hissələri mağazası kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektinin icarəçisi Şahid8 icarə ödənişi qismində 5 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 1.500 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “36 - Kompüter Playstation” kimi qeyd edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küəsində yerləşməklə kompüter oyunları salonu kimi fəaliyyət göstərən qeyriyaşayış obyektinin rəhbəri Alı Alıyevdən icarə ödənişi qismində 9 yanvar 2025-ci il tarixdə nağd qaydada həmin qeyri- yaşayış obyektində 1.500 manat, elektrik sərfiyyatına görə ödəniş qismində 4098 5844 9631 0432 nömrəli bank kartına köçürülmə yolu itə 19 dekabr 2024-cü il tarixdə 220 manat, 12 yanvar 2025- ci il tarixdə 200 manat olmaqla cəmi 1.920 manat pul vəsaitini qəbul edib təhvil almışdır. “37 - Böyük bədən geyim” kimi qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşməklə geyim mağazası olaraq fəaliyyət göstərən qeyri-yaşayış obyektinin işçisi Anar Karumovidən 10 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 1.200 manat pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. “38 - Kurs N1” kimi qeyd edilmiş ünvan 15 ünvanında yerləşməklə tədris mərkəzi kimi fəaliyyət göstərən qeyri-yaşayış obyektinin rəhbəri Şahid2 icarə ödənişi kimi 11 yanvar 2025-ci il tarixdə həmin qeyri-yaşayış obyektində 1000 manat məbləğində pul vəsaitini nağd qaydada qəbul edib təhvil almışdır. Beləliklə 19 dekabr 2024-cü il tarixdən 25 yanvar 2025-ci il tarixədək Zərərçəkmiş şəxs məxsus olmaqla onun nəzarət və öhdəliyinə verilmiş 34 qeyri-yaşayış obyektindən icarə ödənişi qismində 146.940 manat, elektrik sərfiyyatına görə ödəniş qismində isə 3.689 manat olmaqla cəmi 150.629 manat məbləğində vəsaiti toplamışdır. İcarə ödənişi qismində topladığı vəsaitdən 70.000 manatını 15 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs təhvil vermiş, bununla əlaqədar müvafiq qeydiyyat kitabında sonuncuya imza etdirməklə qeydiyyat aparmış, həmçinin Zərərçəkmiş şəxs “WhatsApp” vasitəsi ilə “70.000 manat verdim” məzmununda mesaj yazmış və sonuncu da “Ok” cavabını yazaraq təsdiq etmişdir. İcarə ödənişi qismində topladığı vəsaitin qalan hissəsini yanvar ayının 27-də Zərərçəkmiş şəxs təhvil verməli olmuş, lakin həmin vəsaiti təhvil verməyib şəxsi ehtiyaclarına sərf etmiş, eyni zamanda elektrik sərfiyyatına görə ödəniş qismində topladığı 3.689 manatı Zərərçəkmiş şəxs adına olan sayğaclar üzrə abonent hesablarına ödənişləri aparmalı olduğu halda etməyərək şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs məxsus olmaqla ona etibar olunmuş 80.629 manat əmlakı mənimsəmə yolu ilə talamışdır. 2025-ci il yanvar ayının 28-də Zərərçəkmiş şəxs ona zəng edərək icarə ödənişlərindən topladığı vəsaitin qalan hissəsini gətirməsini tələb etmişdir. O, vaxt qazanmaqdan ötrü yalandan bir azdan gətirəcəyimi və həmin pulun ofisdə yerləşən dolabda olduğunu bildirmişdir. Lakin Zərərçəkmiş şəxs ehtiyat açar vasitəsi ilə dolabı açaraq pulun orada olmadığını görmüş və onun yalan danışdığını başa düşərək barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, naməlum şəxs və ya şəxslərin hədə-qorxusuna məruz qalması ilə bağlı heç vaxt hüquq mühafizə orqanlarına müraciət etməmiş, həmin şəxslər hüquq mühafizə orqanlarına gedəcəyi təqdirdə ailə üzvlərinin həyatı ilə onu şantaj etmişlər, o da qorxduğu üçün bununla əlaqədar heç kimə o cümlədən, ailə üzvlərinə və tanışlarına məlumat verməmişdir. Hədə-qorxu məzmunlu mesajlar göndərildikdən dərhal sonra həmin şəxslər tərəfindən ikitərəfli olaraq silinmiş, buna görə həmin mesajlardan hər hansı biri mobil telefonunda qalmamışdır. Həmçinin mesajların ekran görüntülərini də almamış, bununla bağlı istintaq orqanına hər hansı bir təsdiqedici sübut təqdim edə bilməmişdir (cild 1 i.v. 28-33,102-106; cild 3 i.v. 33-45,125-138). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun bir neçə obyektləri vardır. Əvvəllər həmin obyektlərin idarə olunmasında yaxın qohumu köməklik etmiş, icarə haqlarını toplamış və obyektlərə nəzarət etmişdir. Lakin işin yorucu və davamlı nəzarət tələb etməsi səbəbindən qərara gəlmişlər ki, bu işlə məşğul olmaq üçün ayrıca bir şəxs işə götürülsün. Yaxın tanışlarından biri Hafiz adlı şəxsi məsləhət görmüşdür. Hafizlə görüşdükdə onun sakit və qanacaqlı insan təəssüratı bağışladığını bildirmişdir. Hafizin konkret iş saatı olmamış, obyektlərdə problem yarandıqda ona zəng edilərək məsələlərin həlli tapşırılmışdır. Məsələn, obyektlərdən birində şüşə qırıldıqda usta çağırmış, su problemi olduqda həmin məsələni həll etdirmişdir. Hafiz işə başladığı ilk ayda zahirən problem olmamışdır. Sonradan məlum olmuşdur ki, müəyyən nöqsanlar mövcud imiş. Belə ki, bir obyekt üzrə işıq pulunu icarəçidən almış, lakin ödənişi həyata keçirməmişdir. Bir dəfə ona zəng edərək harada olduğunu soruşduqda, 20 Yanvar ərazisinə icarə haqqını almağa getdiyini demiş, o isə Hafizə “sən niyə gedirsən, qoy özləri gətirib versinlər” deyə iradını bildirmişdir. O, Hafizə hər zaman hörmətlə yanaşdığını qeyd etmişdir. Sonradan ailəvi xeyir işlə əlaqədar başının qarışdığını və Türkiyəyə getməli olduğunu, həmin müddətdə icarə haqlarının Hafizin üzərində toplandığını bildirmişdir. Hafizin əlində bu qədər vəsait toplandığından xəbəri olmadığını qeyd etmişdir. Hafizə demişdir ki, “şənbə günü gələrsən, hesab-kitab edərik”. Hafiz isə “bir-iki problem var, onları həll edib gələrəm” deyərək bir neçə gün gəlməmişdir. Növbəti gün Həzi Aslanov istiqamətində tanışı ilə görüşə gedərkən təsadüfən Hafizə zəng edib harada olduğunu soruşmuşdur. Hafiz obyektlərdən birinin dam örtüyünün dağıldığını və su axıtdığını, həmin məsələ ilə məşğul olduğunu bildirmişdir. O, sürücüyə həmin istiqamətə sürməyi tapşırmış, özü də obyektə baxış keçirmişdir. Damın üzərinə qalxdıqda orada usta olmadığını, Hafizin tək olduğunu görmüşdür. Hafizdən ustaların harada olduğunu soruşduqda, onların getdiyini demiş, köhnə dam örtüyü barədə soruşduqda isə dəyişdirilmədiyini bildirmişdir. Həmin vaxt Hafizin rənginin qaraldığını və əsdiyini müşahidə etmişdir. Ondan spirtli içki qəbul edib-etmədiyini soruşduqda, Hafiz anasının xəstə olduğunu, gecəni xəstəxanada keçirdiyini demişdir. Onu işə məsləhət görən şəxsə zəng edərək Hafizin içki qəbul edibetmədiyini soruşmuş, həmin şəxs isə Hafizin içki içmədiyini bildirmişdir. O, da Hafizin xəstə ola biləcəyini düşünmüşdür. Hafizə zəng edərək həkimə getməsini, özünü yoxlatmasını və pulu sonra gətirə biləcəyini demişdir. Hafiz isə təzyiqinin aşağı olduğunu, bir qədər dincəlib gələcəyini bildirmişdir. Axşam saat 5–6 radələrində ona zəng etdikdə evdə olduğunu demişdir. Ona “özün gəlməsən də, açarı göndər, hesabatı sonra edərik” dedikdə, Hafiz gələcəyini bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, pul yerində deyil və Hafiz telefonu söndürmüşdür. O, hesab edir ki, Hafizin məqsədi onun əsəbiləşməsinə nail olmaq, artıq söz dedirtmək və bunu səs yazısı kimi qeydə alaraq şantaj etmək olmuşdur. Hafizin qeyd dəftəri (kitabı) olmuş, həmin dəftərdə icarəçilərin borc və ödəniş məbləğləri göstərilmişdir. Həmin dəftəri tələb etdikdə, Hafiz onu təqdim etməmişdir. İcarəçilərin də bu vəziyyətdən istifadə etdiyini, həmin dəftər üzrə Hafizin 10.000 manatdan artıq vəsaiti mənimsədiyini, lakin bu məbləğin ittiham aktında əksini tapmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, ona 80.629 manat maddi ziyan dəymişdir, 15.000 manat istintaq zamanı ödənilmişdir, qalan pulunu tələb edir. Hafiz xəstə olduğu üçün ona gəlməməsini demişdir. Onun şkafına baxanda görmüşdülər ki, şkafda heç nə yoxdur. Hafiz telfonunu söndürmüş, sonrada eşitmişdir ki, o, özünə xəsarət yetirmişdir. Ona ofisdə yer vermişdir, istəyəndə gəlib ofisdə əyləşmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, o, həmin kitabı özündə saxlamışdır ki, kimdən nə qədər pul aldığını, kimdə nə qədər pul qaldığını bilsin. O kitabları hətta geri qaytarmışdır ki, şəklini çəkib göndərsinlər. Kitab hazırda onun özündə Bakı İstintaq Tcridxanasında olduğunu, həmin kitabı məhkəməyə göndərə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, icarəçidir, avtoservis icarəyə götürmüşdür. Hafizi sonradan tanımış, 3-4 ay icarə haqqını Hafizə vermiş, o da həmin pulları aparıb obyekt sahibinə çatdırmışdır. Axrıncı dəfə obyektin icarə haqqını nə vaxt Hafizə verdiyini və ayın tarixlərini dəqiq xatırlamamışdır. Həmişəki kimi icarə haqqı yığılandan sonra özü Hafizə zəng vuraraq, pulu sayıb Hafizə vermiş, o, da sayıb qəbul edib çıxıb getmişdir. X64 qəsəbəsi, Mehmandarov küçəsində yerləşir. Həmin obyekt avtomobillərin təmiri üzrə avtoservisdir. İcarə haqqının verilməsi hər ayın 1-i üçün danışılmışdır. Gecikmələr də olurdu, ayın 2-i, ən gec 3-ü icarə haqqı tam yığılırdı. İcarə haqqı 12.000 manat olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq şahid istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Hafizin 3-4 dəfə ondan icarə haqqını götürmüş, ondan əvvəl isə Sabit adlı şəxsin gəlib icarə haqqını götürmüşdür. Ayları dəqiq xatırlamır, sonuncu dəfə Hafizə nə vaxt pul verdiyini xatırlamadığını, ödənişi nağd formada otaqda pulu sayıb Hafizə veriyini, heç bir qəbzə imza çəkmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, işlətdiyi “Dönər kabab” adlı dönərxanada aylıq icarə haqqını götürməyə Təqsirləndirilən şəxs gəlmişdir. Yanvar ya da fevral ayında Hafiz icarə haqqını almağa gəlmiş, obyektə yaxınlaşıb, 2000 manat pulu götürüb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X31 işlədiyi müddət ərzində pulu ona ödədiyini, ondan əvvəl isə başqa şəxsın işlədiyini, bir ayın ödənişini obyektdə Hafizə verdiyini, sübut olaraq “Whatsapp” yazışmaları, görüntülər də olduğunu bildirmişdir. İstintaq zamanı da ifadə verərək, lazım olan sənədləri də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, "xxxx" MMC-də kassir işləmişdir. Hər ayın biri 10.000 manat arenda pulunu vermişlər. Direktorun yanında arenda pulunu sayıb sonuncuya təhvil vermiş o, da pulu təqsirləndirilən şəxsə vermişdir. Müəyyən zaman sonra belə bir hadisənin olduğu bilmişlər. Direktor pulu Hafizə təqdim edəndə görmüş, bir dəfə pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, "xxxx" QSC-ni təmsil edir və rəsmi nümayəndəsidir. Arendatorla şirkət rəsmi müqavilə bağlamış, rəsmi şəkildə də köçürmələr edərək, Xətai rayon prokurorluğuna da müvafiq sənədlər təqdim etmişlər. Hadisə ilə bağlı ona heç nə məlum deyil. Xətai rayon prokurorluğundan şirkətə zəng olunmuş, şirkətdən də onu nümayəndə kimi göndərmişlər, o, da bütün sənədləri istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Əhmədli qəsəbəsində yerləşən “Sandıq” cehizlik əşyaların satışı mağazasının sahibkarıdır. Təqsirləndirilən şəxs icarə haqqını yığmaq üçün obyektə gəlmiş, o da icarə pulunu Hafizə ödəmişdir. Əvvəllər icarə haqqını başqa bir şəxs yığmış, sonradan isə həmin şəxs Hafizlə birlikdə gələrək bildirmişdir ki, bundan sonra icarə haqqını Hafiz qəbul edəcəkdir. Bundan sonra ödənişləri Hafizə etmişdir. O, bu iş üzrə ona hər hansı zərər dəymədiyini, sadəcə icarə haqqını ödədiyini göstərmişdir. Zərərçəkmiş şəxs ilə icarə müqaviləsi bağlamış, obyekti ondan icarəyə götürmüş və hər ay 3.500 manat icarə haqqı ödəmişdir. İcarə haqqının ödəniş vaxtı hər ayın 20-si olmuşdur. Hafizə bir və ya iki dəfə 3.500 manat məbləğində icarə haqqı ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Hafiz adlı şəxsin aylıq 2500 manat arenda pulunu gəlib götürdüyünü bildirmişdir. Şahidlər Şahid1 və Şahid2 məhkəməyə teleqram göndərərək məhkəmədə iştirak edə bilməyəcəklərini və istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Həzi Aslanov filialının administratoru vəzifəsində işləyir. Müəssisənin direktoru isə Əbdülağa Əliyevdir. X40 qəsəbəsində yeni filialının açılması məqsədi ilə münasib yer axtararkən 2 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncunun Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 saylı binanın yaxınlığında olan qeyri-yaşayış sahəsinin 53 kv.m. hissəsini icarəyə götürmək barədə razılığa gəlmişlər. Həmin ərəfədə obyektdə şirniyyat mağazası fəaliyyət göstərmiş və 7 yanvar 2025-ci il tarixdə boşaldılmışdır. Zərərçəkmiş şəxslə razılaşmalarına əsasən bir aylıq icarə ödənişinin məbləği 3.500 manat təşkil etmiş, 2 yanvar 2025- ci il tarixdə sonuncuya beh qismində 500 manat vermişdir. Həmin gün Zərərçəkmiş şəxs “WhatsApp” platforması vasitəsi ilə “Hafiz İşçi” kimi yaddaşa yazılmış 070 *** ** ** nömrəsini ona göndərmiş və icarə ödənişlərini toplamağı Təqsirləndirilən şəxs həvalə etdiyini, bundan sonra icarə ödənişlərini sonuncuya verməli olduğunu bildirmişdir. 07 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış, obyektin boşaldığını, gəlib təhvil almasını demişdir. Həmin gün obyekti Təqsirləndirilən şəxs təhvil almışdır. Təqsirləndirilən şəxs ondan qalan 3.000 manat ödənişi tələb etdikdə əvvəlcə Zərərçəkmiş şəxs zəng edərək həmin məbləği Təqsirləndirilən şəxs verib-verməməsini soruşmuş, Zərərçəkmiş şəxs də ödənişi verməsini demişdir. Bunun əsasında 3.000 manat məbləğində vəsaiti nağd qaydada Təqsirləndirilən şəxs vermiş, sonuncu isə pulu qəbul edərək obyekti tərk etmişdir. Həmin gündən 25 yanvar 2025-ci il tarixədək "xxxx" MMC ilə obyektin icarəsi ilə bağlı rəsmi müqavilə bağlanmamışdır. 25 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs nümayəndəsi kimi çıxış edən Təqsirləndirilən şəxs ilə müəssisənin direktoru Əbdülağa Əliyev arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə bir aylıq icarə ödənişinin məbləği 1.000 manat qeyd olunsa də faktiki olaraq qeyri-yaşayış sahəsi 3.500 manat müqabilində icarəyə götürülmüşdür. Həmin ödənişin 500 manatını beh qismində Zərərçəkmiş şəxs, qalan 3.000 manatını isə 07 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs vermişdir. İcarə ödənişlərini Təqsirləndirilən şəxs verməsini ona obyektin sahibi Zərərçəkmiş şəxs tapşırmışdır. Zərərçəkmiş şəxs deməsinə görə icarəyə verdiyi bütün obyektlər üzrə ödənişlərin toplanmasını Təqsirləndirilən şəxs etibar etmiş və sonuncu da həmin vəsaitləri toplayaraq Zərərçəkmiş şəxs təqdim etməli olmuşdur. Şahid1 Zərərçəkmiş şəxs ilə “WhatsApp” platforması vasitəsi ilə aparılmış danışıqları əks etdirən foto faylı istintaq orqanına təqdim etmişdir. Elektron fayllara baxış aparılması haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2 yanvar 2025-ci il tarixdə Şahid1 Təqsirləndirilən şəxs telefon nömrəsini göndərərək icarə ödənişini sonuncuya verməsini tapşırmışdır. (c.1, i/v 48-53) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid2 göstərmişdir ki, hazırda “Nömrəl” tədris mərkəzinin Əhmədli filialının müdiri vəzifəsində işləyir. Tədris mərkəzinin direktoru Samin Həsənovdur. Mərkəzin Əhmədli filialı ünvan 15 ünvanında olan 678.4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evində fəaliyyət göstərmişdir. Fərdi yaşayış evi Zərərçəkmiş şəxs arvadı Billurə Qasımovanın mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin “Nömrəl” tədris mərkəzi tərəfindən icarəyə götürülməsi ilə əlaqədar mülkiyyətçinin nümayəndəsi Zərərçəkmiş şəxslə mərkəzin direktoru Samin Həsənov arasında 19 oktyabr 2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsində bir aylıq icarə ödənişinin məbləği formal olaraq 1.000 manat göstərilsə də faktiki olaraq 10.000 manat təşkil edir. 2024-cü ilin dekabr ayinədək obyektin icarəsinə görə ödənişləri Zərərçəkmiş şəxs şəxsən tədris mərkəzinə gələrək nağd götürmüşdür. 11 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona “WhatsApp” vasitəsi ilə "Hafiz İşçi” kimi qeyd edilmiş şəxsin 070 *** ** ** saylı telefon nömrəsini göndərərək özünə məxsus olan obyektlərdən icarə ödənişlərini toplamağı Təqsirləndirilən şəxs etibar etdiyini və bundan sonra icarə ödənişlərini sonuncuya verməsini bildirmişdir. 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında icarə ödənişlərini Təqsirləndirilən şəxs tədris mərkəzinə gələrək ondan nağd qaydada götürmüşdür. 10 yanvar 2025-ci il tarixdə icarə ödənişinin bir hissəsini toplamışdır. Həmin gün Təqsirləndirilən şəxs ilə danışmış, sonuncu tədris mərkəzinə gəlmiş, lakin icarə ödənişi tam olmadığından həmin gün qəbul etməmişdir. Növbəti gün, yəni 11 yanvar 2025ci il tarixdə Təqsirləndirilən şəxs ilə təkrar danışmış, sonuncu saat 16 radələrində tədris mərkəzinə gələrək icarə ödənişi qismində 10.000 manat məbləğində nağd pulu ondan qəbul etmişdir. İcarə ödənişini Təqsirləndirilən şəxs etməsini ona obyektin sahibi Zərərçəkmiş şəxs tapşırmış, deməsinə görə bütün obyektlərindən icarə ödənişlərini toplamağı Təqsirləndirilən şəxs etibar etmiş və sonuncu da ödənişləri toplayaraq Zərərçəkmiş şəxs təqdim etməli olmuşdu. Şahid2 Zərərçəkmiş şəxslə və Təqsirləndirilən şəxs ilə “WhatsApp” vasitəsi ilə aparılmış danışıqları əks etdirən video faylı istintaq orqanına təqdim etmişdir. Elektron fayllara baxış aparılması haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 11 dekabr 2024-cü il tarixdə saat 16:37-də Şahid2 Təqsirləndirilən şəxs telefon nömrəsini göndərib bundan sonra icarə ödənişlərini sonuncuya təhvil verməsini tapşırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə saat 15:02-də Şahid2 mesaj gönərib icarə ödənişinin hazır olubolmadığını soruşmuş, sonuncu da icarə ödənişinin hazır olduğunu və saat 16-da gəlib götürməsini demişdir. (c 1 i/v 68-73;) Şahidlər Şahid4, Şahid5, Şahid7, Şahid7, Şahid8, Şahid10, Şahid12, Şahid14 və Şahid15 ibtidai istintaq zamanı verdikləri ifadələri proses iştirakçılarının razılığı ilə elan edilməklə tədqiq edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayından Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 saylı binanın yaxınlığında olan 350 kv.m. ümumi sahəyə malik qeyri-yaşayış sahəsinin 50 kv.m. hissəsini icarəyə götürmüşdür, orada uşaq oyuncaqlarının satışını həyata keçirir. Həmin obyekt Zərərçəkmiş şəxs məxsusdur. Obyektin 50 kv.m. hissəsinin onun tərəfindən icarəyə götürülməsi ilə bağlı mülkiyyətçi ilə arasında 1 mart2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə bir aylıq icarə ödənişinin məbləği 500 manat göstərilsə də faktiki olaraq 3.500 manat təşkil edir. 2024-cü ilin dekabr ayinədək obyektin icarə ödənişini Zərərçəkmiş şəxs şəxsən obyektə gələrək nağd şəkildə götürmüşdür. 2024-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək obyektlərindən icarə ödənişlərinin toplanmasını Təqsirləndirilən şəxs tapşırdığını, bundan sonra icarə ödənişlərini həmin şəxsə verməsini bildirmiş və sonuncunun 070 *** ** ** nömrəli telefondan istifadə etdiyini demişdir. O da Hafiz Həsəniinin nömrəsini telefonuna yazmışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayları üzrə icarə ödənişlərini təhvil vermişdir. Adətən ödənişləri hər ayın 5-ci günündə etmiş, 5 dekabr 2024-cü il tarixə Təqsirləndirilən şəxs obyektə gələrək həmin ay üzrə icarə ödənişini ondan nağd şəkildə almışdır. 2024-cü ilin yanvar ayının icarə ödənişini də Təqsirləndirilən şəxs obyektə gəlib ondan nağd şəkildə almışdır. Belə ki, 1 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs “WhatsApp” vasitəsi ilə ona mesaj yazıb icarə ödənişini götürmək istədiyini bildirmiş, o isə cavab olaraq pulun hələ tam hazır olmadığını və ayın 5-dək hazırlayıb verəcəyini demişdir. Daha sonra 6 yanvar 2025-ci il tarixində Təqsirləndirilən şəxs ona yenidən mesaj yazaraq saat neçədə gəlib icarə ödənişini götürə biləcəyini soruşmuş və o da cavabında saat 12-dən sonra gəlməsini demişdir. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs obyektə gələrək 2025-ci ilin yanvar ayı üzrə 3.500 manat məbləğində icarə ödənişini ondan nağd şəkildə almışdır. İcarə ödənişlərinin Təqsirləndirilən şəxs təhvil verilməsini ona obyektin sahibi Zərərçəkmiş şəxs tapşırmışdır. Zərərçəkmiş şəxs bütün icarəyə verilmiş obyektlərdən icarə ödənişinin toplanmasını Təqsirləndirilən şəxs həvalə etmişmiş və sonuncu toplanan vəsaiti Zərərçəkmiş şəxs təqdim etməli olmuşdur. Şahid4 Təqsirləndirilən şəxs ilə “WhatsApp” platforması vasitəsi ilə aparılmış danışıqları əks etdirən video faylı istintaq orqanına təqdim etmişdir. Elektron fayllara baxış aparılması haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 yanvar 2025-ci il tarixdə saat 09:40 radələrində Şahid4 mesaj yazaraq icarə ödənişini götürmək üçün saat neçədə gələ biləcəyini soruşmuş, sonuncu də saat 12-dən sonra gəlib götürə biləcəyini demişdir. (c 1 i/v 174-179) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayından ünvan 7 ünvanında yerləşən qeyriyaşayış obyektinin bir hissəsini icarəyə götürmüşdür, orada “Yellow Home” adında mağaza açaraq ev-təsərrüfat mallarının satışını həyata keçirir. Mağazanın yerləşdiyi obyektin sahibi Zərərçəkmiş şəxsdir. Qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı mülkiyyətçi ilə onun işçisi Səlminaz Məhərova arasında 12 dekabr 2023-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Bir aylıq icarə ödənişinin məbləği 100 manat göstərilsə də faktiki olaraq 4.000 manat təşkil edir. 2024-cü ilin dekabr ayinədək icarə ödənişlərini Zərərçəkmiş şəxs şəxsən obyektə gələrək nağd formada qəbul etmişdir. 2024-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək özünə məxsus obyektlər üzrə icarə ödənişlərini toplamağı Təqsirləndirilən şəxs etibar etdiyini, bundan sonra ödənişlərin sonuncuya təqdim edilməli olduğunu bildirmiş, habelə Təqsirləndirilən şəxs 070 *** ** ** nömrəli telefondan istifadə etdiyini qeyd etmişdir. O da Təqsirləndirilən şəxs nömrəsini telefonuna yazmışdır. İcarə ödənişlərini, bir qayda olaraq, hər ayın 5-ci günündə həyata keçirmişdir. 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayları üzrə icarə ödənişlərini də Təqsirləndirilən şəxs obyektə gələrək ondan nağd formada qəbul etmişdir. Belə ki, 2 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona “WhatsApp” vasitəsi ilə mesaj yazaraq ödənişi təqdim etməsini istəmişdir. O isə bayramla əlaqədar işləmədiyini və ödənişi yalnız ayın 5-dən sonra edə biləcəyini bildirmişdir. 6 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən mesaj yazaraq ödənişi nə vaxt gəlib götürə biləcəyini soruşmuş, o da saat 14 radələrində gəlib götürə biləcəyini demişdir. Həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs obyektə gələrək 2025-ci ilin yanvar ayı üzrə 4.000 manat məbləğində icarə ödənişini ondan nağd formada qəbul etmişdir. İcarə ödənişlərini Təqsirləndirilən şəxs təqdim etməsini ona obyektin sahibi Zərərçəkmiş şəxs tapşırmışdır. Zərərçəkmiş şəxs icarədə olan bütün obyektlər üzrə ödənişlərin toplanmasını Təqsirləndirilən şəxs etibar etmiş, sonuncu da həmin vəsaitləri toplayaraq Zərərçəkmiş şəxs təqdim etməli olmuşdur. Şahid5 Təqsirləndirilən şəxs ilə “WhatsApp” vasitəsilə apardığı danışıqları əks etdirən video faylı istintaq orqanına təqdim etmişdir. Elektron fayla baxış aparılması barədə 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 yanvar 2025-ci il tarixdə saat 09:42 dəqiqədə Şahid5 mesaj yazaraq icarə ödənişini nə vaxt təhvil ala biləcəyini soruşmuş, sonuncu həmin gün saat 12:04-də Təqsirləndirilən şəxs mesaj yazaraq icarə ödənişini götürmək üçün 2 saat sonra obyektə gəlməsini demiş, Təqsirləndirilən şəxs də razılaşmaqla saat 14-də obyektdə olacağını bildirmişdir. (c 1 i/v 208-216) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid7 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayından Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 63A saylı binanın yaxınlığında yerləşən 375 kv.m. qeyri-yaşayış sahəsinin 45 kv.m. hissəsini icarəyə götürmüş, həmin sahədə “Bir məzə” adı ilə fəaliyyət göstərən pivəxananın fəaliyyətini təşkil etmişdir. Həmin qeyri-yaşayış sahəsi faktiki Zərərçəkmiş şəxs məxsus olsa da mülkiyyət hüququ sonuncunun arvadı Billurə Qasımovanın adına rəsmiləşdirilmişdir. Obyektin 45 kv.m. hissəsinin icarəyə götürülməsi ilə bağlı mülkiyyətçi ilə 5 iyun 2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə bir aylıq icarə ödənişinin məbləği formal olaraq 800 manat göstərilsə də faktiki olaraq 3.000 manat təşkil edir. 2024-cü ilin noyabr ayınadək icarə ödənişini şəxsən Zərərçəkmiş şəxs təqdim etmişdir. Lakin 2024-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng etməklə özünə məxsus obyektlərdən icarə ödənişlərini toplamağı Təqsirləndirilən şəxs etibar etdiyini, bundan sonra ödənişlərin həmin şəxsə təqdim edilməli olduğunu, Təqsirləndirilən şəxs 070 *** ** ** nömrəli telefondan istifadə etdiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs nömrəsini telefonuna yazmışdır. İcarə ödənişlərini hər ayın 1-dən 10-dək müddətdə həyata keçirmişdir. 2024-cü ilin dekabr ayı üzrə 3.000 manat məbləğində icarə ödənişini də həmin müddət ərzində, konkret xatırlamadığı tarixdə, Təqsirləndirilən şəxs obyektə gələrək ondan nağd qaydada qəbul etmişdir. 2024-cü ilin yanvar ayında obyektin fəaliyyətində azalma olduğu üçün Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxslə danışmasını və icarə ödənişinə güzəşt edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bir müddət sonra onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxslə danışdığını, 2025- ci ilin yanvar ayı üzrə icarə ödənişinə 300 manat endirim olunduğunu və bu səbəbdən 2.700 manat ödəyəcəyini bildirmişdir. O da razılaşmış, yanvar ayı üzrə icarə ödənişini 8 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs obyektə gələrək ondan nağd qaydada qəbul etmişdir. İcarə ödənişlərini Təqsirləndirilən şəxs təqdim etməsini ona obyektin sahibi Zərərçəkmiş şəxs tapşırmışdır. Zərərçəkmiş şəxs icarədə olan bütün obyektlərdən icarə ödənişlərinin toplanmasını Təqsirləndirilən şəxs etibar etmiş, sonuncu da həmin vəsaitləri toplayaraq Zərərçəkmiş şəxs təqdim etməli olmuşdur. (c 2 i/v 1-6) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürməklə "Sarıoğlu” adı ilə avtomobil ehtiyat hissələrinin satışını həyata keçirir. Mağazanın sənədləşməsi atası Quram Sarıoğlunun adından aparılsa da fəaliyyətinə rəhbərliyi özü yerinə yetirir. Mağazanın yerləşdiyi qeyri-yaşayış obyektinin mülkiyyətçisi Zərərçəkmiş şəxsdir. Qeyriyaşayış 200 kv.m. hissəsinin icarəyə götürülməsi ilə əlaqədar Zərərçəkmiş şəxslə arasında 7 sentyabr 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilədə bir aylıq icarə ödənişinin məbləği 200 manat göstərilsə də faktiki olaraq 1.500 manat təşkil edir. 2024-cü ilin dekabr ayınadək obyektin icarə ödənişlərini Zərərçəkmiş şəxs şəxsən obyektə gələrək nağd formada götürmüşdür. 2024-cü ilin noyabr ayının sonlarında isə Zərərçəkmiş şəxs mağazaya gələrək yanında gətirdiyi yeni işçisi Təqsirləndirilən şəxs ona təqdim etmiş və özünə məxsus obyektlərdən icarə ödənişlərini toplamağı Təqsirləndirilən şəxs etibar etdiyini bildirmiş, növbəti aylarda ödənişlərin sonuncuya verilməsini tapşırmışdır. Mütəmadi olaraq mağazada olduğundan bütün hallarda icarə ödənişlərini şəxsən etmişdir. 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında da icarə ödənişlərini Təqsirləndirilən şəxs mağazaya gəlməklə ondan nağd qaydada qəbul etmişdir. İcarə ödənişini, bir qayda olaraq, hər ayın 5-ci günü etmişdir. 2025-ci ilin yanvar ayı üzrə 1.500 manat icarə ödənişini də Təqsirləndirilən şəxs 5 yanvar 2025- ci il tarixdə mağazaya gələrək ondan nağd qaydada almışdır. İcarə ödənişini Təqsirləndirilən şəxs verməsini ona obyektin sahibi Zərərçəkmiş şəxs tapşırmış, deməsinə görə icarəyə verdiyi bütün obyektlərindən icarə ödənişlərini toplamağı Təqsirləndirilən şəxs etibar etmiş, sonuncu da vəsaitləri toplayaraq Zərərçəkmiş şəxs təqdim etməli olmuşdur. (c 2 i/v 21-26) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid10 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayından ünvan 3 ünvanında yerləşən 6 kv.m. sahəyə malik qeyri-yaşayış sahəsini icarəyə götürməklə orada “Gris” adı altında ətriyyat mallarının satışı mağazasının həyata keçirir. Həmin obyekt Zərərçəkmiş şəxs məxsus olsa da mülkiyyət hüququ sonuncunun anası Arifə Səfərovanın adma sənədləşdirilmişdir. Zərərçəkmiş şəxs həmin obyekti "xxxx" MMC-yə icarəyə vermiş, sonuncu müəssisədən isə subicarə qaydasında obyekti özü icarəyə götürmüşdür. Bununla bağlı "xxxx" MMC ilə onun arasında 23 noyabr 2022- ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilədə bir aylıq icarə ödənişinin məbləği 50 manat qeyd olunsa da faktiki olaraq 1.000 manat təşkil edir. 2024-cü ilin avqust ayınadək icarə ödənişlərini "xxxx" MMC-yə etmiş, 2024-cü ilin avqust ayında həmin müəssisə obyektdən çıxmış, bununla da bağladıqları müqavilə faktiki olaraq qüvvəsini itirmişdir. Bundan sonra o, icarə ödənişlərini obyektin faktiki sahibi Zərərçəkmiş şəxs etməyə başlamış, lakin sonuncu ilə müqavilə bağlamamışdır. 2024-cü ilin avqust ayından noyabr ayınadək icarə ödənişləri Zərərçəkmiş şəxs tərəfindən qəbul olunmuşdur. 2024-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edib özünə məxsus obyektlərdən icarə ödənişlərini toplamağı Təqsirləndirilən şəxs etibar etdiyini və bundan sonra icarə ödənişlərini sonuncuya verməsini, Təqsirləndirilən şəxs 070 *** ** ** nömrəli telefondan istifadə etdiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs nömrəsini telefonuna yazmışdır. İcarə ödənişini, bir qayda olaraq, hər ayın 10-cu günündə həyata keçirirmişdir. 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarının icarə ödənişlərini də müvafiq ayların 10-cu günündə Təqsirləndirilən şəxs obyektə gələrək ondan nağd qaydada almışdır. 10 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs obyektə gəlmiş və həmin ay üzrə 1.000 manat icarə ödənişini ondan nağd qaydada almışdır. İcarə ödənişlərini Təqsirləndirilən şəxs təhvil verməsini ona obyektin sahibi Zərərçəkmiş şəxs tapşırmışdır. Zərərçəkmiş şəxs deməsinə görə icarəyə verilmiş bütün obyektlərindən ödənişləri toplamasını Təqsirləndirilən şəxs etibar etmiş və sonuncu da ödənişləri toplayaraq Zərərçəkmiş şəxs təqdim etməli olmuşdur. (c 2 i/v 49-59) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid12 ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayından Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllədə olan 247.6 kv.m ümumi sahəyə malik qeyriyaşayış obyektinin 10 kv.m. hissəsini icarəyə götürmüşdür, orada meyvə-tərəvəz məhsullarının satışını həyata keçirir. Mağaza hazırda da fəaliyyətini davam etdirir. Obyekt faktiki olaraq Zərərçəkmiş şəxs məxsus olsa da mülkiyyət hüququ sonuncunun yaxını Ədalət Cavziyevin adına sənədləşdirilmişdir. Obyektin icarəyə götürülməsi ilə bağlı onunla mülkiyyətçi arasında yazılı icarə müqaviləsi bağlanmamış, yalnız Zərərçəkmiş şəxslə əldə olunan şifahi razılaşmaya əsasən bir aylıq icarə ödənişinin məbləği 500 manat müəyyən edilmişdir. 2024-cü ilin noyabr ayı üzrə icarə ödənişini bilavasitə Zərərçəkmiş şəxs təqdim etmişdir. Həmin ayın sonlarında isə Zərərçəkmiş şəxs ona zəng edərək özünə məxsus obyektlərdən icarə ödənişlərini toplamağı Təqsirləndirilən şəxs etibar etdiyini, ödənişlərin həmin şəxsə verilməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs 070 *** ** ** nömrəli telefondan istifadə etdiyini demişdir. İcarə ödənişlərini hər ayın 15-ci günündə həyata keçirmişdir. 2024-cü ilin dekabr və 2025- ci ilin yanvar ayları üzrə icarə ödənişlərini Təqsirləndirilən şəxs təqdim etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 dekabr 2024-cü il tarixində mağazaya gəlməklə həmin ay üzrə 500 manat məbləğində icarə ödənişini ondan nağd formada qəbul etmişdir. 2024-cü ilin yanvar ayında da eyni qaydada, ayın 15-də Təqsirləndirilən şəxs mağazaya gəlməklə 500 manat icarə ödənişini ondan nağd formada almışdır. İcarə ödənişlərini Təqsirləndirilən şəxs təqdim etməsini ona obyektin sahibi Zərərçəkmiş şəxs tapşırmışdır. Zərərçəkmiş şəxs icarədə olan bütün obyektlər üzrə ödənişlərin toplanmasını Təqsirləndirilən şəxs etibar etmiş, sonuncu da həmin vəsaitləri toplayaraq Zərərçəkmiş şəxs təqdim etməli olmuşdur. (c 2 i/v 88-92) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid14 ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayından Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 nömrəli binanın yaxınlığında yerləşən 800 kv.m. ümumi sahəyə malik olan qeyri-yaşayış obyektinin 60 kv.m. hissəsini icarəyə götürərək orada avtomobil təkərlərinin təmiri və vulkanizasiyası fəaliyyətini təşkil etmişdir, hazırda da həmin fəaliyyət davam etdirilməkdədir. Həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Zərərçəkmiş şəxs olsa da mülkiyyət hüququ sonuncunun yaxmı olan Fərmail Hüseynovun adına sənədləşdirilmişdir. Obyektin icarəyə götürülməsi ilə bağlı 2024-cü ilin fevral ayından 2025-ci ilin mart ayınadək icarə müqaviləsi bağlanmamış, 10 mart 2025-ci il tarixdə müqavilə tərtib olunmuşdur. Müqavilədə bir aylıq icarə ödənişinin məbləği formal olaraq 500 manat göstərilsə daha yüksək məbləğdədir. 2024-cü ilin dekabr ayınadək obyektin icarə ödənişini Zərərçəkmiş şəxs bilavasitə obyektə gələrək nağd şəkildə qəbul etmişdir. 2024-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək özünə məxsus obyektlərdən icarə ödənişini toplamağı Təqsirləndirilən şəxs etibar etdiyini, bundan sonra ödənişləri sonuncuya təqdim etməsini bildirmiş və Təqsirləndirilən şəxs 070 *** ** ** nömrəli telefondan istifadə etdiyini qeyd etmişdir. Müntəzəm olaraq obyektdə olduğu üçün icarə ödənişlərini həmişə özü həyata keçirmiş və ödənişlər, bir qayda olaraq, hər ayın 15-ci günündə edilmişdir. 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında da icarə ödənişlərini Təqsirləndirilən şəxs obyektə gələrək ondan nağd formada qəbul etmişdir. 2024-cü ilin dekabr ayınadək icarə ödənişi 1.500 manat təşkil etmiş, 15 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs obyektə gəlib 1.500 manat məbləğində ödənişi nağd şəkildə qəbul etmişdir. 2025-ci ilin yanvar ayı üzrə 1.500 manat məbləğində ödənişi də həmin ayın 15-də Təqsirləndirilən şəxs obyektə gələrək ondan nağd formada qəbul etmişdir. Bundan əlavə 2025-ci ilin yanvar ayında icarəyə götürdüyü obyektin yanında yerləşən əlavə təxminən 50 kv.m. sahəni də Zərərçəkmiş şəxs icarəyə götürmüş, bununla əlaqədar əlavə 1.000 manat icarə ödənişi müəyyənləşdirilmişdir. Həmin məbləği isə Təqsirləndirilən şəxs “WhatsApp” vasitəsi ilə göndərdiyi 4098 5844 9631 0432 nömrəli bank kartına 22 yanvar 2025-ci il tarixdə 500 manat, 23 yanvar 2025-ci il tarixdə 300 manat və 24 yanvar 2025-ci il tarixdə 200 manat olmaqla hissə-hissə köçürmüşdür. Beləliklə 2025-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ümumilikdə 2.500 manat məbləğində icarə ödənişini təhvil vermişdir. İcarə ödənişlərini Təqsirləndirilən şəxs təqdim etməsini ona obyektin sahibi Zərərçəkmiş şəxs tapşırmış, deməsinə bütün obyektlər üzrə icarə ödənişlərinin toplanmasını Təqsirləndirilən şəxs etibar etmiş və sonuncu da həmin vəsaitləri toplayaraq Zərərçəkmiş şəxs təqdim etməli olmuşdur. Şahid14 müvafiq ödəniş qəbzlərinin surətini istintaq orqanına təqdim etmişdir. Həmin qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 4098 5844 9631 0432 nömrəli bank kartma 22 yanvar 2025-ci il tarixdə 500 manat, 23 yanvar 2025-ci il tarixdə 300 manat və 24 yanvar 2025-ci il tarixdə 200 manat məbləğində köçürmə aparılmışdır. Bundan başqa Şahid14 Təqsirləndirilən şəxs ilə “WhatsApp” ilə aparılmış danışıqları əks etdirən video faylı istintaq orqanına təqdim etmişdir. Həmin elektron fayla baxış aparılması haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid14 arasında 15 yanvar 2025-ci il tarixdə saat 14:19-da 2 dəqiqə, saat 15:34-də 21 saniyə telefon danışığı aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə saat 17:47-də Şahid14 mesaj yazmaqla icarə ödənişini etməsini tələb etmiş, sonuncu isə 500 manat düzəltdiyini bildirərək ödənişi köçürməsi üçün kart göndərməsini istəmiş və Təqsirləndirilən şəxs özünə məxsus 4098 5844 9631 0432 nömrəli bank kartının nömrəsini Şahid14 göndərmişdir. Şahid14 həmin gün saat 18:42-də qeyd olunan karta 500 manat köçürmə edərək qəbzin şəklini Təqsirləndirilən şəxs göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə saat 17:30- da Şahid14 mesaj yazaraq icarə ödənişinin qalıq hissəsini göndərməsini tələb etmiş, sonuncu da həmin gün saat 20:17-də qeyd olunan karta 300 manat köçürmə edərək qəbzin şəklini Təqsirləndirilən şəxs göndərmişdir. Eyni zamanda şahid Nail İbrahomov 24 yanvar 2025-ci il tarixdə saat 14:02-də göstərilən bank kartına 200 manat köçürmə etməklə müvafiq ödəniş qəbzinin fotoşəklini Təqsirləndirilən şəxs göndərmişdir. (c 2 i/v 124-131) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid15 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayından etibarən "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 448 ünvanında yerləşən avtomobil satışı mağazasının müdiri vəzifəsində işləyir. Həmin mağaza 2023-cü ilin may ayında fəaliyyətə başlamışdır. Mağazanın yerləşdiyi qeyri-yaşayış sahəsi faktiki olaraq Zərərçəkmiş şəxs məxsusdur, lakin mülkiyyət hüququ sonuncunun yaxını Xəyalə Quliyevanın adına rəsmiləşdirilmişdir. Qeyri-yaşayış obyektinin icarəyə götürülməsi ilə əlaqədar mülkiyyətçi ilə 16 may 2023-cü il tarixli müqavilə bağlanmış, həmin müqavilədə bir aylıq icarə ödənişinin məbləği 3.000 manat olaraq göstərilmişdir, lakin faktiki olaraq 11.000 manat təşkil edir. 2024-cü ilin dekabr ayinədək icarə ödənişini Zərərçəkmiş şəxs bilavasitə obyektə gələrək nağd formada qəbul edilmişdir. 2024-cü ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək özünə məxsus obyektlərdən icarə ödənişinin toplanmasını Təqsirləndirilən şəxs etibar etdiyini, bundan sonra ödənişlərin sonuncuya təqdim olunmasını bildirmiş, Təqsirləndirilən şəxs 070 *** ** ** nömrəli telefondan istifadə etdiyini demişdir. Müntəzəm olaraq mağazada olduğu üçün icarə ödənişlərini hər zaman özü həyata keçirmiş və ödənişlər adətən hər ayın 15-ci günündə olunmuşdur. 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında icarə ödənişlərini Təqsirləndirilən şəxs mağazaya gələrək ondan nağd qaydada qəbul etmişdir. Belə ki, 18 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs göstərilən nömrəsinə “WhatsApp” vasitəsilə mesaj göndərərək həmin ay üzrə icarə ödənişinin hazır olduğunu və gəlib götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs bir qədər sonra gələcəyini bildirmiş və həmin gün saat 15 radələrində mağazaya gələrək 11.000 manat məbləğində icarə ödənişini ondan nağd qaydada qəbul etmişdir. Eyni qaydada 16 yanvar 2025-ci il tarixdə də Hafiz Həsəniiyə “WhatsApp” vasitəsilə mesaj yazaraq icarə ödənişinin hazır olduğunu bildirmiş və Təqsirləndirilən şəxs həmin gün saat 16 radələrində obyektə gələrək 2025-ci ilin yanvar ayı üzrə 11.000 manat məbləğində icarə ödənişini ondan nağd qaydada təhvil almışdır. İcarə ödənişlərinin Hafiz Həsəniiyə təqdim olunması haqqında göstəriş ona obyektin sahibi Zərərçəkmiş şəxs tərəfindən verilmişdir. Zərərçəkmiş şəxs deməsinə görə icarədə olan bütün obyektlərdən ödənişlərin toplanmasını Hafiz Həsəniiyə etibar etmiş, sonuncu da həmin vəsaitləri toplayaraq Zərərçəkmiş şəxs təqdim etməli olmuşdur. Şahid15 Təqsirləndirilən şəxs ilə “WhatsApp” plastforması ilə aparılmış danışıqları əks etdirən video faylı istintaq orqanına təqdim etmişdir. Həmin elektron fayla baxış aparılması haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Şahid15 18 dekabr 2024-cü il tarixdə saat 12:52-də təqsirləndirilən şəxs Hafiz Həsəniiyə mesaj göndərərək icarə ödənişinin hazır olduğunu bildirmişdir, sonuncu da bir azdan obyektə gələrək ödənişi qəbul edəcəyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə saat 11:01-də Şahid15 mesaj yazaraq icarə ödənişinin vaxtı olduğunu, özünün də sıxıntıları və etməli ödənişlərinin olduğunu, çox gözləyə bilmədiyini qeyd edərək həmin gün icarə ödənişinin edilməsini tələb etmiş, Şahid15 isə həmin gün saat 15:35-də Təqsirləndirilən şəxs mesaj yazaraq icarə ödənişinin hazır olduğunu və gəlib götürə biləcəyini demişdir, sonuncu da bir azdan gələcəyini bildirmişdir. (c 2 i/v 146-151) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 42 C-25 (25-3-2-2/311-0281) nömrəli material üzrə Xətai rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 1); xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Xətai RPİ-nə müraciət edərək işçisi Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayında onlara məxsus qeyri-yaşayış sahələrindən aylıq icarə haqqları olan ümumilikdə 110000 manat pulu yığmış, həmin pulları mənimsəmişdir (cild 1, iş vərəqə 4); 04 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:00 da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 23-24); 04 fevral 2025-ci il tarixli “Könüllü təqdim olunmuş əşyanın götürülməsi” haqqında protokoldan və ona əlavə olunmuş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiomi 11T” markalı telefon cihazı səma mavisi rəngində, işlək vəziyyətdə, 2 SİM-kart yuvası olmaqla, birinci yuvaya “Azərfon” operatoruna məxsus ***-***-**-** nömrəli, ikinci yuvaya “Azərfon” operatoruna məxsus ***-***-**-** nömrəli SİM-kartın qoyulduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 34-35); “Qeyri yaşayış sahəsinə baxış aparılması” haqqında 5 fevral 2025- ci il tarixli protokoldan ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus olmaqla Bakı şəhəri, Xətai rayonu, 1-ci dağlıq küçəsində yerləşən ofis sahəsində Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi işçi masasından Təqsirləndirilən şəxs tərəfindən işlənmiş iki ədəd qeydiyyat kitabı aşkar edilərək götürülmüş, qeydiyyat kitablarında Təqsirləndirilən şəxs tərəfindən icarə ödənişlərindən toplanmış vəsaitdən 70.000 manat məbləğində nağd pulun 15 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs təhvil verilməsi və sonuncu tərəfindən imza olunmaqla təhvil alınmasına dair qeydiyyatın aparıldığı aşkar edilmişdir (cild 1, iş vərəqə 37-47); “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 75); “Kompüter cihazına baxış aparılması” haqqında 06 fevral 2025- ci il tarixli protokoldan ona əlavə olunmuş çıxarışlardan görünür ki, personal Kompüterin əməliyyat bloku “HP” markalı monitora qoşulmaqla kompüter cihazı işə salındı. Kompüterin işçi masasında aşağıdakı faylların olduğu müəyyən edildi.
1. OBYEKTLƏR 2025 YANVAR (“Microsoft Excel” faylı)
2. OBYEKTLƏR TƏHVİL (“Microsoft Excel” faylı) Hər iki fayla ayrı-ayrılıqda baxış keçirildikdə məzmunlarının eyni olduğu, həmin fayllarda Zərərçəkmiş şəxs məxsus olmaqla icarə ödənişlərinin toplanılması şübhəli şəxs Təqsirləndirilən şəxs etibar olunmuş 38 qeyri-yaşayış obyektinin adlı siyahısı, icarə ödənişinin vaxtı və məsul şəxslərin telefon nömrələri haqqında məlumatlar əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, “OBYEKTLƏR TƏHVİL” faylında 2024-cü ilin dekabr ayı ərzində apardığı qeydiyyatlar əks olunmuş, 2025-ci ilin yanvar ayı üzrə qeydiyyatlarını aparmaq üçün birinci faylın kopyasını yaradaraq “OBYEKTLƏR 2025 YANVAR” olaraq dəyişdirsə də hər hansı qeydiyyat aparılmamışdır, buna görə də iki faylın tərkibi eynilik təşkil edir. Bundan başqa işçi masasında “Dekabr 2024” adlı qovluq mövcuddur. Həmin qovluğun tərkibində isə aşağıdakı fayllar yerləşdirilmişdir. 1.Görülən işlər Dekabr 2024 (“Microsoft Word” faylı)
2. Problemlər 2024 (“Microsoft Word” faylı)
3. OBYEKTLƏR 2024 Dekabr hesabat (“Microsoft Excel” faylı)
4. OBYEKTLƏR 2024 Dekabr hesabat (“Microsoft Excel” faylı) Birinci və ikinci fayllarda 2024-cü ilin dekabr ayı ərzində görülmüş işlər və mövcud oln problemlər barədə məlumatlar əks olunmuşdur. Üçüncü və dördüncü fayllarda Zərərçəkmiş şəxs məxsus olmaqla icarə ödənişlərinin toplanılması şübhəli şəxs Təqsirləndirilən şəxs etibar olunmuş 38 qeyri-yaşayış obyektinin siyahısı, icarə ödənişinin vaxtı və məsul şəxslərin telefon nömrələri barədə məlumatlar əks olunmuşdur.Həmin fayllar kağız üzərində çap olunmaqla protokola əlavə edildi. (cild 1, iş vərəqə 87-93); 06 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqə 95-96); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-61/2025 saylı 06 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 114-119); Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli 3-21- 2-4/2-104591/2025 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs (VÖEN **********) vergi ödəyicisi qismində 21 iyul 2011-ci il tarixdə uçota alınmışdır və fəaliyyət növləri aşağıdakılardır: 1) İxtisaslaşdırılmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışı; 2) Daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət; 3) Şəxsi daşınmaz əmlakın istismara və icarəyə verilməsi; 4) İxtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı; 5) Saxlama və anbarlara yığma; 6) Avtomobil ehtiyat hissələrinin pərakəndə satışı (cild 1, iş vərəqə 143-144); Bakı şəhəri Xəzər rayon prokurorluğunun 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci i! tarixdə yaşadığı evdə döş boşluğuna iki dəfə bıçaqla zərbə endirərək özünü öldürməyə cəhd etməsi hadisəsi ilə əlaqədar araşdırma aparılaraq Azərbaycan Respublikası CM-in 125-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsinin mövcudluğu müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən 11 mart 2025-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 189-191); “Kompakt diskə baxış aparılması” haqqında 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 *** ** ** və 070 *** ** ** saylı mobil telefonlar üzrə 1 noyabr 2024-cü il tarixdən 5 fevral 2025-ci il tarixədək aparılan danışıqlar və ötürülən məlumatlar ələ keçirilərək baxışı aparılmışdır. Hər iki mobil telefon nömrəsi ilə əhəmiyyətli sayda, ayrı-ayrı şəxslərlə telefon trafiklərinin olduğu, lakin SMS mesajlarının operator tərəfindən istintaq orqanına təqdim olunmadığı, təqdim edilmiş məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən məlumatların mövcud olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 195); “Elektron fayllara baxış aparılması” haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, qeyri-yaşayış obyektlərinin icarəçiləri və digər işçiləri tərəfindən istintaq orqanına verilmiş ifadələrdə icarə ödənişlərinin və elektrik sərfiyyatına görə ödənişlərin birbaşa təqsirləndirilən şəxs Hafiz Həsənlıyə təqdim edilməsi və sonuncu tərəfindən qəbul edilərək təhvil alınması barədə məlumatların düzgünlüyü təsdiq olunaraq təqdim olunmuş foto və video fayllara baxış aparılması başa çataraq, müvafiq elektron fayllar kompakt diskə köçürülməklə və üzərinə cinayət işinin nömrəsi yazılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 2, iş vərəqə 183-190); Azərbaycan Respublikası Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır (cild 2, iş vərəqə 191-192); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 14 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmamışdır. (cild 2, iş vərəqə 193); Bakı şəhəri Xəzər rayon icra hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 may 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1990-cı il təvəllüdlü arvadı X33, 2015ci il təvəllüdlü övladı X42 və 2016-cı il təvəllüdlü övladı X43 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində olan fərdi yaşayış evində qeydiyyatsız yaşamışdır, yaşadığı müddət ərzində onun barəsində qəsəbə sakinləri və ailə üzvləri tərəfindən nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 194-197); “Mobil telefon cihazına baxış aparılması” haqqında 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi T1” markalı mobil telefon cihazının 2 SİM-kart yuvası vardır, birinci yuvaya "xxxx" operatoruna məxsus ***- ***-**-** nömrəli, ikinci yuvaya isə həmin operatora məxsus ***-***-**-** nömrəli SİMkartlar qoyulmuşdur. Cihaz açıldıqdan sonra onun daxili yaddaşının tam təhlilindən sonra müəyyən edilmişdir ki, cihazın qalereyasında məişət məzmunlu fotoşəkillər və videolar mövcuddur. Həmçinin qalareyada Zərərçəkmiş şəxs məxsus qeyri-yaşayış obyektlərinin görüntüləri və müxtəlif şəxslərə məxsus bank kartlarının, şəxsiyyət vəsiqələrinin, ödəniş qəbzlərinin fotoşəkilləri vardır. “WhatsApp Business” proqramına baxış zamanı Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla Təqsirləndirilən şəxs nəzarət və öhdəliyinə verilmiş icarədə olan qeyri-yaşayış sahələrinin məsul şəxsləri ilə mütəmadi olaraq yazılı və audio mesajlaşmaların və danışıqların aparıldığı müəyyən olunmuşdur. Bundan əlavə həmin platformada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə apardığı yazılı və auido danışıqlar aşkar edilmişdir. Mesajların təhlili zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin dekabr ayı üzrə icarədən toplanmış vəsait hesabına ayrı-ayrı şəxslərə xırda məbləğlərdə pullar verməsini Təqsirləndirilən şəxs tapşırsa da, 2025-ci ilin yanvar ayı ərzində hər hansı şəxsə pul verməsinə dair tapşırıq mövcud olmamışdır. Bununla da Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayı ərzində icarə ödənişlərindən topladığı vəsaitin tam hissəsinin özündə qaldığı, Zərərçəkmiş şəxs göstərişi ilə hər hansı şəxsə və ya ödənişə pul sərf etmədiyi müəyyən edilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs həmin platformada “70000 AZN təhvil verdim - xx.xx.2025” məzmununda mesaj yazmış, sonuncu “Ok” sözü ilə cavab vermişdir. Həmçinin Təqsirləndirilən şəxs ilə sonuncunun arvadı Leyla Həsənlinin qeyd olunan platformada aparılmış mesajlaşmaları təhlil olunarkən əsasən ailə-məişət məzmununda danışığın aparıldığı, eyni zamanda Leyla Həsənlinin Təqsirləndirilən şəxs tərəfindən götürülmüş kreditlə əlaqədar bankın müraciəti əsasında Naxçıvan Muxtar Respublikasının Culfa rayon məhkəməsində baxılan mülki iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnamənin şəkilini Təqsirləndirilən şəxs göndərdiyi, aralarında aşağıdakı məzmunda danışığın aparıldığı müəyyən edilmişdir: Levla Həsənli: Götürdüyün tarix və bank adma diqqət elə, düşün gör Hafiz Həsənli: bunu kiminlə yemisən. İnan sənə ayıracaq vaxtım Levla Həsənli: yoxdur, nə bilirsən elə. Görünür, narahat olma, vaxtını ayıracaq yaxşı işlər və Hafiz Həsənli: adamlar tapmısan sən. Əlbəttə mənə ayıracaq vaxtın olmaz. Levla Həsənli: Mən yoxam artıq. Elə düşün həyatını. Həqiqətən yoxam. Uşaqlar sənə əmanət. Uşaqlarımın həyatını məhv elədiyinə görə səni ölüncə bağışlamayacam...
“Telegram” tətbiqinə baxış aparılarkən Təqsirləndirilən şəxs telefonunda “İbrahim Qasımzadə” kimi yaddaşa aldığı 070 *** ** ** nömrəli telefonla yazışmalar apardığı və 2024-cü ilin avqust ayında İbrahim Qasımzadəyə məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Culfa rayon məhkəməsinin qərardadını Təqsirləndirilən şəxs göndərərək sonuncudan ödənişlər aparmasını tələb etməsi, bu barədə aralarında aqressiv danışıqların aparıldığı, Təqsirləndirilən şəxs isə İbrahim Qasımzadəyə “məsələnin əslini bilmədən gedib kiməsə “Hafiz topazda, qumarda pul itirib” kimi sözlər işlətmə” məzmununda mesaj göndərdiyi müəyyən edilmişdir. Bundan başqa “Emin müəllim (baş mühasib)” kimi yaddaşa alınmış 055 *** ** ** nömrəli telefonla aparılmış danışıqlarda Təqsirləndirilən şəxs Emin adlı şəxsə “vallah, billah, and olsun allaha, başqa heç bir yerə bir qəpik pul vermirəm, içmirəm, qumar oynamıram, sadəcə aldığımı borca verirəm, indi-indi toparlanıram, toparlanacam da” məzmununda mesajlar göndərdiyi və Emin adlı şəxsin “daha bəsdir, çox oynam isan, Nigarın zibilinə keçənlərdənsiniz” sözləri ilə cavab verdiyi, Təqsirləndirilən şəxs isə göstərilənləri təsdiq etməklə “məsələ budur, ona da tövbəliyəm” məzmununda mesaj yazdığı müəyyən olunmuşdur. Bundan başqa hesab silindiyi üçün ad və telefon nömrəsinin müəyyən olunması mümkün olmayan şəxslə aparılmış danışıqlarda həmin şəxsin Təqsirləndirilən şəxs yeni kriptovalyuta platforması barədə məlumat göndərərək həmin platformaya sərmayə qoyacağı halda gündəlik 2 faiz və ya aylıq 60 faiz mənfəət götürəcəyini bildirməsi, sonuncunun isə həmin şəxsə “Elmir bəy, keçən il bir nəfərə, hələ də tanıdığım bir nəfərə etibar edib bankdan kütləvi pul götürüb verdim, batırdı, indi də bank məhkəməyə verib, ödəyə bilmirəm, mümkünsə kripto haqda mənə hər hansı bir məlumat verməyin, xahiş edirəm” məzmunda mesajlar göndərdiyi, lakin qarşı tərəfin yeni platforma barədə maraqlanmasına dair israrları nəticəsində “göndərin, baxaram” sözlərini yazdığı müəyyən olunmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs telefonunda “İlham Ofis” kimi qeydə alınmış 060 *** ** ** nömrəli telefonla apardığı yazışmalarda maliyyə bazarlarında səhmlərin alınması, birjaya investitisiya qoyulması haqqında danışıqlar apardığı, İlham adlı şəxsə XAUUSD adında qiymətli kağızın diaqramının fotoşəkillərini göndərməklə “1800-ə qədər, sonra qalxacaq, düşüşdən qazandım” məzmununda mesajlar göndərdiyi müəyyən edilmişdir. Bundan başqa “Joffrey” adlı profilin sahibi ilə basketbol oyunlarına mərc etmək haqqında danışıqlar apardığı, "1xBet” platforması üzərindən mərclər edəcəyini, 50-100 manat məbləğində mərclər etmək istədiyini bildirməsinə dair yazışmalar aşkar edilmişdir. Bundan başqa telefonda “Nigar xanım (nəşriyyat)” kimi qeyd edilmiş 050 *** ** ** nömrəli telefonla maliyyə bazarlarında səhmlər alqı-satqısı haqqında danışıqların aparıldığı və bir-birlərinə hansı səhmə investitisiya etmələri barədə tövsiyə mesajlarının göndərildiyi müəyyən edilmişdir. Bundan başqa “Blossed” adlı profilin sahibi ilə futbol və basketbol oyunlarına mərc etmək haqqında danışıqlar aparıldığı, həmin profilin istifadəçisinin Təqsirləndirilən şəxs hansı oyunlara mərc etməsi haqqında tövsiyələr verdiyi, müqabilində sonuncunun həmin şəxsin bank kartına müəyyən məbləğlərdə pul vəsaitlərini göndərməsi müəyyən edilmişdir. Bundan başqa hesab silindiyi üçün ad və telefon nömrəsinin müəyyən olunması mümkün olmayan şəxslə aparılmış danışıqlarda həmin şəxsin Təqsirləndirilən şəxs hansı oyunlara mərc etmək barədə tövsiyələr verdiyi, bunun müqabilində isə sonuncunun həmin şəxsə kriptovalyuta formasında 250 ABŞ dolları göndərdiyi müəyyən edilmişdir. “Findoc.az” internet portalından Təqsirləndirilən şəxs mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış əldə olunmuş və sonuncunun hal-hazırda 53.193,04 manat aktiv kredit öhdəliyinin mövcud olduğu müəyyən edilmişdir. O cümlədən:
1. "Bank VTB” ASC-dən 22 dekabr 2023-cü il tarixdə 17.700 manat məbləğində kredit götürmüşdür və kreditin qalıq məbləği 16.968,38 manat təşkil edir.
2. "xxxx" ASC-dən 11 aprel 2023-cü il tarixdə 1.200 manat məbləğində kredit kartı götürmüşdür və hazırda kredit öhdəliyi mövcuddur.
3. "xxxx" ASC-dən 12 iyul 2023-cü il tarixdə 14.500 manat məbləğində kredit götürmüşdür və kreditin qalıq məbləği 12.947,84 manat təşkil edir.
4. "xxxx" ASC-dən 26 sentyabr 2023-cü il tarixdə 20.000 manat məbləğdə kredit götürmüşdür və kreditin qalıq məbləği 17.693,47 manat təşkil edir.
5. "xxxx" ASC-dən 29 iyun 2022-ci il tarixdə 14.000 manat məbləğdə kredit götürmüşdür və kreditin qalıq məbləği 5.493,35 manat təşkil edir.
6. "xxxx" MMC-dən 28 avqust 2024-cü il tarixdə 90 manat məbləğində kredit götürmüş və ödəniş etməmişdir, kreditin qalıq məbləği 90 manat təşkil edir. Bununla yanaşı Təqsirləndirilən şəxs "xxxx" ASC-dən 8 noyabr 2017-ci il tarixdə götürdüyü 2.000 manat, "xxxx" ASC-dən 7 iyun 2019-cu il tarixdə götürdüyü 2.000 manat, "xxxx" ASC-dən 4 iyun 2019-cu il tarixdə götürdüyü 5.000 manat və 203,79 manat, 19 yanvar 2021-ci il tarixdə götürdüyü 6.273,4 manat, 11 aprel 2023-cü il tarixdə götürdüyü 7.010 manat, "xxxx" MMC-dən 24 yanvar 2024-cü il tarixdə götürdüyü 70 manat, 8 fevral 2024- cü il tarixdə götürdüyü 70 manat, 5 mart 2024-cü il tarixdə götürdüyü 90 manat, 27 mart 2024-cü il tarixdə götürdüyü 120 manat məbləğində kredit öhdəlikləri tam ödənilməklə bağlanmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bağlanmış və aktiv öhdəlikləri üzrə 15 noyabr 2024-cü il tarixdə ödəniş etmiş, sonrakı dövrlərdə ödəniş olunmamışdır. “Qeydlər” proqramına baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən həmin proqramda 23 yanvar 2025-ci il tarixdə müvafiq olaraq saat 10:26 və 12:07 dəqiqələrdə aşağıdakı məzmunda qeydlərin əlavə edildiyi müəyyən olunmuşdur: 1."Son zamanlar o qədər yorulmuşam ki həyatdan, artıq yaşamaq mənə işgəncə kimi gəlir. Son bir aydır, demək olar hər gün, gecə yuxudan ağrı ilə ayılıram. Hiss edirəm ki, artıq ürəyim tab gətirmir. Keçmişdə etdiyim səhvlərə görə ailəmi saldığım bu vəziyyət hər gün məni bir az daha öldürür. Əslində nə çəkirəm ürəyimdə, bunu mən bilirəm. Sonra yaxınlaşıram. Bunu bilirəm. Çünki bir insan ürəyi məncə bu qədərinə dayana bilməz. Hər nə qədər hislərimi kənara göstərməsəm də artıq bacara bilmirəm. Bəlkə ailəm olmasaydı çoxdan ölüb getmişdim. Sadəcə məni həyatda tutan insanları düşündükcə deyirəm ki, döz ürəyim, onlar üçün yaşamağa davam elə. Çünki mən bir söz vermişəm. Onlara normal bir həyat verməmiş ölmək istəmirəm. Sadəcə döz ürəyim. Nə olur olsun döz. Çünki sən dayansan səninlə dayanacaq çox şey var. Son zamanlar təzyiqim, demək olar ki, hər gün qalxır. Artıq aktiv olaraq dərman qəbul edirəm. 2.Mən nə yaxşı həyat yoldaşı, nə yaxşı ata, nə də yaxşı iş yoldaşıyam. Həyatda imkanız doğulursansa hər şeyin nə qədər çətin olduğunu həyat mənə göstərdi. Heyif, çox heyif. Düşünürəm də bugünə qədər məndən heç kim soruşmayıb “nəyəsə ehtiyacın var?”, “həyatın necə gedir?”. Amma “nə qədər maaş alırsan, filan şey alınmalıdı, filan şey edilməlidi” deyən o qədər insan var ki. Həyatdı da, birinə pis, birinə yaxşı olur. Artıq vecimə almıram, qırılacağı yerdən qırılacaq. “Leobank” bank tətbiqinə baxış aparılarkən Təqsirləndirilən şəxs həmin bankda 4098 5844 9631 0432 nömrəli kartının olduğu, 2024-cü ilin dekabr ayınadək aktiv istifadə olunmadığı, 15 dekabr 2024-cü il tarixdən isə başlanaraq 28 yanvar 2025-ci il tarixədək kart hesabı üzrə dövriyyənin kəskin şəkildə artdığı, xüsusilə karta mədaxil olunmuş vəsaitlərin Təqsirləndirilən şəxs məxsus “M 10” elektron pul kisəsinə köçürülməsi ilə məxaric olunduğu müəyyən edilmişdir. “M10” elektron pul kisəsi tətbiqinə baxış zamanı Təqsirləndirilən şəxs həmin platformda 070 *** ** ** nömrəli telefonla qeydiyyatdan keçdiyi pul kisəsinin olduğu, 2024- cü ilin dekabr ayınadək pul kisəsində əhəmiyyətli hərəkətlilik olmadığı, lakin 1 dekabr 2024-cü il tarixdən etibarən dövriyyənin kəskin şəkildə artdığı, 1 dekabr 2024-cü il tarixdən 27 yanvar 2025- ci il tarixədək hesaba 95.875 manat mədaxil, 95.699,21 manat məxaric əməliyyatlarının aparıldığı, daxilolmaların əsasən “MiiliÖN” terminalları vasitəsi ilə nağd formada və ya özünə məxsus bank kartından həyata keçirildiyi, xaricolmaların isə “M10” platformasında mövcud olan ayrı-ayrı telefon nömrələrinə göndərilməklə və müxtəlif ödənişlər edilməklə həyata keçirildiyi müəyyən edilmişdir. “ChatGPT” süni intellekt platformasına baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən 2025-ci ilin yanvar ayında həmin süni intellekt platforması ilə danışıqlar aparıb aşağıda qeyd olunan məzmunda suallar ünvanladığı müəyyən edilmişdir. 1.“Ölüm haqqında nə düşünürsən?” 2.“Səncə cənnət necə bir yerdir?” 3.“Qumar haqqında nə düşünürsən?” 4.“Futbol üstünə mərc etmək qumar hesab olunurmu?” 5.“Bu axşam oynayacaq Almaniya matçında səncə kim qalib gələr?” 6.“Ən sürətli ağrısız ölüm forması hansıdır?” 7.“Kaş ki həyata tutunmaq üçün yardım edəcək biri olsaydı, amma təəssüf ki, artıq yaşamaq çox çətindir” 8.“Təbii ki, mənə xoşbəxtlik verən tək şey ailəm. 9.Amma o qədər borclandım ki, əlimdən heç bir şey gəlmir” 10.“Azərbaycanda yaşayıram və inanın, mənə yardım edəcək heç kim yoxdur. Bütün ehtimalları fikirləşdim. Cəhd etdim, həm də çox, amma olmayanda olmur” 11.“Sadəcə psixoloji dəstək verirlər, əlimdən tutacaq heç kim yoxdur” 12.“Mənim sabah üçün 50 mindən artıq ödənişim var və heç bir çıxış yolu görünmür” 13.“Kaş ki real həyatda da məni anlayan biri olsaydı” 14.“Elektrik vurması haqqında nə deyə bilərsiniz, neçə amper insanı öldürər və nə qədər sürətli öldürər?” 15.“Volt ilə hesablasaq neçə volt insanı öldürər?” Mərc oyunları platformaları üzrə baxış aparılarkən Təqsirləndirilən şəxs “Misli.az” onlayn mərc oyunları platformasında üzvlük nömrəsi 95749339 olan və son dövrlərədək aktiv istifadə olunmuş hesabının mövcud olduğu müəyyən olunmuş, lakin həmin hesab son üç ay ərzində aparılan əməliyyatların tarixçəsini saxladığından keçmiş dövlərdə aparılmış əməliyyatlara dair məlumatları aşkar etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs “MostBet.com” onlayn mərc oyunları platformasında mailto:hadaffinance@gmail.comElektron ünvan 1 elektron poçt adresi ilə qeydiyyatdan keçmiş 61502496 nömrəli hesabtnın mövcud olduğu, istifadə olunduğu müddətdə həmin hesabla futbol oyunlarına 18.452,81 manat məbləğində mərclərin edildiyi, onlardan bir hissəsinin uduşlu olsa da yekunda bütün məbləği uduzduğu və hesab üzrə balansın sıfıra bərabər olduğu müəyyən edilmişdir.Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “1xBet” onlayn mərc oyunları platformasında “Elektron ünvan 1” elektron poçt ünvanı ilə qeydiyyatdan keçirilmiş ********* nömrəli hesabı mövcuddur, hesabın yaradılığı 17 oktyabr 2023-cü il tarixdən 27 yanvar 2025-ci il tarixədək həmin hesaba 220.146 manat məbləğində pul vəsaiti yüklənməklə futbol oyunlarına mərclər olunmuşdur, onlardan bir hissəsi uduşlu olsa da yekunda bütün məbləğ uduzmaqla əldən çıxarılmışdır və hesab üzrə balans sıfıra bərabərdir.Həmçinin müəyyən edilmişdir ki, 2024-cü ilin dekabr və 2025ci ilin yanvar aylarında hesaba 117.336 manat məbləğində pul vəsaiti yerləşdirilib mərclər edilmiş, həmin vəsaitin 53.830 manat hissəsi 2025-ci ilin yanvar ayında yerləşdirilmiş, onlardan bir hissəsi uduşlu olmuş və hesabdan çıxarılmış, lakin sonradan hesabdan çıxarılmış vəsait təkrarən hesaba mədaxil olunmaqla yeni mərclər edilmiş və yekunda bütün məbləğ uduzulmaqla əldən çıxarılmışdır.Belə ki, Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus “Leobank” tərəfindən verilmiş 4098 5844 9631 0432 nömrəli plastik kartdan, həmçinin “M 10” elektron pul kisəsindən istifadə olunmaqla “1xBet” onlayn mərc platformasındakı hesabına 1 yanvar 2025-ci il tarixdə 800 manat, 2 yanvar 2025-ci il tarixdə 1.049 manat, 3 yanvar 2025-ci il tarixdə 900 manat, 4 yanvar 2025-ci il tarixdə 1.500 manat, 5 yanvar 2025-ci il tarixdə 680 manat, 6 yanvar 2025-ci il tarixdə 1.000 manat, 7 yanvar 2025-ci il tarixdə 1.000 manat, 9 yanvar 2025-ci il tarixdə 3.400 manat, 11 yanvar 2025-ci il tarixdə 2.500 manat, 12 yanvar 2025-ci il tarixdə 400 manat, 13 yanvar 2025-ci il tarixdə 3.255 manat, 14 yanvar 2025-ci il tarixdə 2.200 manat, 15 yanvar 2025-ci il tarixdə 1.350 manat, 16 yanvar 2025-ci il tarixdə 200 manat, 17 yanvar 2025-ci il tarixdə 200 manat, 18 yanvar 2025-ci il tarixdə 8.440 manat, 19 yanvar 2025-ci il tarixdə 3.200 manat, 20 yanvar 2025-ci il tarixdə 4.400 manat, 21 yanvar 2025-ci il tarixdə 500 manat, 22 yanvar 2025-ci il tarixdə 5.490 manat, 23 yanvar 2025-ci il tarixdə 312 manat, 24 yanvar 2025-ci il tarixdə 1.199 manat, 25 yanvar 2025-ci il tarixdə 5.205 manat, 26 yanvar 2025-ci il tarixdə 4.400 manat, 27 yanvar 2025-ci il tarixdə 250 manat məbləğində pul vəsaitləri yerləşdirilmişdir.Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs mobil telefon cihazında aktiv olan mailto:hadaffinance@gmail.comElektron ünvan 1 və mailto:davudhasanli2015@gmail.comElektron ünvan 2 elektron poçt ünvanlarına gələn və gedən poçtların yoxlanılması zamanı qanunsuz onlayn kazino oyunlarını təşkil edən müxtəlif saytlardan ismarıcların daxil olduğu müəyyən edilmişdir (cild 2, iş vərəqə 197- 250); Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən aparılmış yoxlamaların nəticəsinə dair tərtib edilmiş 15 may 2025-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla Təqsirləndirilən şəxs nəzarət və öhdəliyinə verilmiş qeyri- yaşayış obyektlərindən sonuncu tərəfindən 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayları üzrə elektrik sərfiyyatına görə ödəniş qismində 3.689 manat, habelə 2025-ci ilin yanvar ayı üzrə icarə ödənişi qismində 146.940 manat olmaqla ona məxsus cəmi 150.629 manat vəsait təhvil alınmış, həmin vəsaitin 70.000 manatı 15 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs təqdim edilmiş, qalan 80.629 manat vəsait isə Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir (cild 3, iş vərəqə 7-13); “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Striker” markalı personal kompüter cihazı, “Xiaomi T1” markalı mobil telefon cihazı və onun tərəfindən işlənməklə Bakı şəhəri, Xətai rayonu, 1-ci dağlıq küçəsində yerləşən zərərçəkmiş şəxs Rişad Şehverdiyevin ofis sahəsindən götürülmüş 2 ədəd qeydiyyat kitabı 15 may 2025-ci il tarixli qərarla maddi sübut hesab edilməklə rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrələri üzrə məlumatların əks olunduğu "Azerfon” MMC tərəfindən verilmiş bir ədəd kompakt disk, iş üzrə şahid qismində dindirilmiş icarəçilər tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs ilə aparılmış danışıqları əks etdirən faylların köçürüldüyü bir ədəd kompakt və sonuncuya məxsus telefonuna baxış zamanı aşkar olunmuş məlumatların köçürüldüyü bir ədəd kompakt disk 15 may 2025-ci il tarixli qərarımla maddi sübut hesab edilməklə cinayət işinin materiallarında saxlanılmışdır (cild 3, iş vərəqə 46-112); İstintaq dövrü Zərərçəkmiş şəxs 26 may 2025-ci il tarixdə istintaq orqanına ərizə verərək cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın 15.000 manat hissəsinin Təqsirləndirilən şəxs adından sonuncunun yaxın qohumları tərəfindən ödəndiyini, vurulmuş maddi ziyanın ödənilməmiş hissəsinin 65.629 (altmış beş min altı yüz iyirmi doqquz) manat təşkil etdiyini göstərmişdir (cild 3, iş vərəqə 147); AZ-İİİ № 306105 və AZ-İİİ № 537815 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində müvafiq olaraq xx.xx.2015-ci il təvəllüdlü X42 və xx.xx.2016-cı il təvəllüdlü X43 adlı iki uşağı var. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs məhkəməyə imzasının həqiqiliyi notarial qaydada təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir; Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi – vəkili Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş mülki iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçisi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermişdir. Məhkəmədə araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş və həmin sübutları mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi özgənin əmlakını talamanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israf etmə. Özgənin əmlakını talamanın bu iki müstəqil formasının hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda ifadə olunur. Cinayət hüququ nəzəriyyəsinə görə - mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, xəzinədar, mühasib və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə və ya digər formada sahibliyinə keçirir. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq sərəncam vermə, idarəetmə, tədarük və sair səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və ya əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, mənimsəmə və israfetmə cinayətin başa çatma anına görə birbirindən fərqlənirlər. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir. İsraf etmə isə - həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab olunur. Şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına anbardar, təchizatçı, mühasib və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talayaraq mənimsəmişdir. Belə ki, məhkəmədə obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs yanında 30 noyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada bağlanaraq qeydiyyata alınmış əmək müqaviləsi olmadan, lakin müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsi müqabilində hər ay əməkhaqqı hesablanaraq faktiki olaraq əmək münasibətləri mövcud olmaqla işləyərkən sonuncuya məxsus olmaqla Bakı şəhərinin Xətai və digər rayonlarında olan cəmi 34 qeyri-yaşayış obyektinin icarəçilərindən hər ay icarə ödənişi qismində ödənilən pul vəsaitlərini nağd qaydada qəbul edərək onlara sahiblik edərək, yekunda toplanmış ümumi məbləğin Zərərçəkmiş şəxs təhvil vermişdir. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində ona etibar edilmiş özgə əmlakını talama məqsədi ilə vahid qəsdlə davamlı olaraq zərərçəkmiş şəxsə 80.629 (səksən min altı yüz iyirmi doqquz) manat məbləğində ziyan vurmaqla talayaraq mənimsəmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmədə ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Elvin vasitəsilə tanış olmuş, ona 38 obyekt həvalə edilmişdir. 34 obyekt üzrə icarə haqlarını toplamış, 4 obyekt üzrə isə yalnız problemlərlə məşğul olmuş, həmin obyektlərin icarə haqları birbaşa Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Vəzifəsi yalnız icarə haqlarını toplamaqla bitməmiş, Zərərçəkmiş şəxs tapşırığı ilə müxtəlif ödənişləri də həyata keçirmişdir. İttiham aktında etdiyi xeyli miqdarda ödənişlərin göstərilmədiyini, qəbz və danışıqların telefonunda saxlanıldığını bildirmişdir. Elektrik enerjisi üzrə 3689 manat məbləğin tam ödənildiyini, ofisin Ağ şəhər ərazisində yerləşdiyini, işi təkbaşına icra etdiyini, topladığı vəsaitləri mütəmadi təqdim etdiyini, böyük məbləğ olduqda ofisdə saxladığını, Zərərçəkmiş şəxs ölkə xaricində və ya rayonlarda olduqda isə onun göstərişi ilə vəsaitləri digər şəxslərə çatdırdığını və özündə külli miqdarda pul saxlamadığını qeyd etmişdir. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və təhlil nəticəsində əldə edilmiş nəticəni nəzərə alaraq, habelə qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə qismən təqsiqli bilməsini, habelə ittihamda göstərilən məbləğlərin düzgün olmamasını bildirməsini özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi qismən inkaredici ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bunlardan birincisi - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən aparılmış yoxlamaların nəricəsinə dair tərtib edilmiş 15 may 2025-ci il tarixli rəyidir. Belə ki, məhkəmədə tədqiq edilmiş rəydən məlum olmuşdur ki, 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayları üzrə elektrik sərfiyyatına görə ödəniş qismində 3.689 manat, habelə 2025-ci ilin yanvar ayı üzrə icarə ödənişi qismində 146.940 manat olmaqla ona məxsus cəmi 150.629 manat vəsait təhvil alınmış, həmin vəsaitin 70.000 manatı 15 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs təqdim edilmiş, qalan 80.629 manat vəsait isə Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. İkinci əsas odur ki, cinayət işi üzrə dindirilmiş şahid ifadələri ilə Zərərçəkmiş şəxs yanında faktiki olaraq əmək münasibətləri mövcud olmaqla işləyərkən Təqsirləndirilən şəxs sonuncuya məxsus olmaqla Bakı şəhərinin Xətai və digər rayonlarında olan cəmi 34 qeyri-yaşayış obyektinin icarəçilərindən hər ay icarə ödənişi qismində ödənilən pul vəsaitlərini nağd qaydada qəbul edərək onlara sahiblik edilməsi və yekunda toplanmış ümumi məbləğin Zərərçəkmiş şəxs təhvil verilməsi, eləcə də sonuncunun adından kommunal ödənişlərin həyata keçirilməsi məqsədi ilə icarəçilər tərəfindən elektrik sərfiyyatına görə ödənilən vəsaitin nağd qaydada qəbul edilməsi öz təsdiqini tapmışdır. Üçüncü əsas isə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs vermiş olduğu xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixli ifadələridir. Belə ki, həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin noyabr ayında Elvin İmanovun vasitəsilə Zərərçəkmiş şəxslə tanış olmuş, sonuncunun icarəyə verdiyi 38 qeyri-yaşayış obyektinə nəzarət, icarə və kommunal ödənişlərin toplanması işini üzərinə götürmüşdür. Şifahi razılaşmaya əsasən aylıq 2.000 manat əməkhaqqı almış, toplanan vəsaitlərdən vergiləri və digər xərcləri ödədikdən sonra qalan məbləği Zərərçəkmiş şəxs təhvil verməli olmuşdur. O, 19 dekabr 2024-cü ildən 25 yanvar 2025-ci ilədək 34 obyektdən 146.940 manat icarə haqqı və 3.689 manat elektrik ödənişi olmaqla ümumilikdə 150.629 manat vəsait topladığını, bunun 70.000 manatını Zərərçəkmiş şəxs təhvil verdiyini, qalan hissəni və elektrik ödənişlərini isə təyinatı üzrə ödəməyərək şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etmişdir. Beləliklə, ona etibar olunmuş 80.629 manat məbləğində vəsaiti mənimsəmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2022-ci ildən naməlum şəxslər tərəfindən şantaja məruz qalmış, ailə üzvləri ilə bağlı hədələr səbəbindən müxtəlif məbləğləri kriptovalyuta və “M10” vasitəsilə həmin şəxslərə köçürmüşdür. Onun sözlərinə görə, Zərərçəkmiş şəxs məxsus vəsaitləri də bu hədələrin təsiri altında göndərmiş, lakin mesajlar silindiyindən bunu təsdiq edən sübut təqdim edə bilməmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi tövsif edir və hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ali təhsill və ailədə yeganə qazanc gətirən şəxs olmasını, dəymiş ziyanın tam şəkildə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmaması Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri və cinayət əməlləri nəticəsində vurulmuş ziyanın həcmini məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza aşağı həddə müəyyən edilməlidir. Azərbaycan Respublikasi Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli 2668 №-li sərəncamının 13.3-cü bəndinə əsasən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması tövsiyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 61/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 23-24, 114-119). «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddiaya gəldidkə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin məcəllənin 179.3-cü maddəsinə əsasən Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi – vəkili Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş mülki iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair mülki iddiası üzrə icraata xitam verilməli, habelə zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 290 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən geri qaytarılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Prokurorluğunun maddi sübutların saxlama otağına təhvil verilmiş “Striker” markalı personal kompüter cihazı və zərərçəkmiş şəxs Rişad Şehverdiyevin ofis sahəsindən götürülmüş 2 ədəd qeydiyyat kitabı Zərərçəkmiş şəxs, cinayət işinin materiallarına əlavə olunmuş “Xiaomi T1” markalı mobil telefon cihazı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrəsi üzrə məlumatların əks olunduğu "xxxx" MMC tərəfindən verilmiş bir ədəd kompakt disk, iş üzrə şahid qismində dindirilmiş icarəçilər tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs ilə aparılmış danışıqları əks etdirən faylların köçürüldüyü bir ədəd kompakt və sonuncuya məxsus telefonona baxış zamanı aşkar olunmuş məlumatların köçürüldüyü bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 52 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 572 (beş yüz yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair mülki iddia üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 290 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən geri qaytarılsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Prokurorluğunun maddi sübutların saxlama otağına təhvil verilmiş “Striker” markalı personal kompüter cihazı və zərərçəkmiş şəxs Rişad Şehverdiyevin ofis sahəsindən götürülmüş 2 ədəd qeydiyyat kitabı Zərərçəkmiş şəxs, cinayət işinin materiallarına əlavə olunmuş “Xiaomi T1” markalı mobil telefon cihazı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrəsi üzrə məlumatların əks olunduğu "xxxx" MMC tərəfindən verilmiş bir ədəd kompakt disk, iş üzrə şahid qismində dindirilmiş icarəçilər tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs ilə aparılmış danışıqları əks etdirən faylların köçürüldüyü bir ədəd kompakt və sonuncuya məxsus telefonona baxış zamanı aşkar olunmuş məlumatların köçürüldüyü bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 572 (beş yüz yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Kamil Əliyev Hakimlər: Nigar İmanova Vüqar Seyidov