Məhkəmə qərarları › İş №1(101)-1398/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1398/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1398/2021 18.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X17 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - “X10” QSC-nin nümayəndəsi Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1995-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, “X10” QSC-də satıcı işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Gecəgözlü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını talamaq niyyəti ilə 15.12.2017-ci il tarixdən 28.01.2019-cu il tarixədək olan dövr ərzində ünvan 2 ünvanında yerləşən “X10” (BTM) QSC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki “Alov-28” mağazasında satıcı işləyərkən bütün mağazanın puluna və hesabatına cavabdeh olmaqla, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı, ziyankarlığa qarşı mübariz olmalı, müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməli və şifahi razılaşma əsasında ona həvalə edilmiş digər vəzifələrə əməl etməyə borclu olduğu halda ona etibar olunmuş əmlakı vahid qəsdlə talama qərarına gələrək qeyd olunan dövr ərzində cəmiyyətin tabeliyində olan anbardan alınmış 2.052.454.90 manat məbləğindəki malların kassaya təhvil verilmiş 1.794.091.16 manat məbləğində satış pulundan, 176.102.05 manat endirim məbləğini və mağazada müəyyən olunmuş 28.709 manat faktiki mal qalığının məbləğini çıxdıqdan sonra (2052454.90- 1794091.16-176102.05-28709.0) qalan 53552,69 (Əlli üç min beş yüz əlli iki manat 69 qəpik) manat məbləğində külli miqdarda pul vəsaitini hissə-hissə şəxsi istifadəsi üçün ələ keçirməklə “X10” (BTM) QSC-yə külli miqdarda ziyan vuraraq mənimsəmiş, yəni ona etibar edilmiş özgə əmlakını talamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin oktyabr ayında “X10” QSC-də satıcı köməkçisi kimi işə qəbul olunub satıcılıq işini öyrənməyə çalışmış və bu məqsədlə də ilk olaraq Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığındakı filialda işləməyə başlamışdır. 16 dekabr 2017-ci il tarixdən direktor Ələkbər Allahverdiyevin göstərişi ilə “X10” QSC-nin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “ALOV-28” mağazasına satıcı kimi göndərilmişdir. Həmin mağaza yeni açılmış və o, orada Xalid ilə birlikdə işləmişdir. Mağazadakı mallara həm o, həm də Xalid cavabdehlik daşımışdır. İşə başladığı ilk vaxtlarda mağazada konkret olaraq hansı məbləğdə siqaret olduğunu xatırlamamışdır. Həmin vaxt verilmiş göstərişə əsasən Xalid ilə bir gündən bir işləmiş, işə başlayanda rəsmi olaraq təhvil-təslim etməsələr də, bir-birlərinə inandıqları üçün heç nəyi saymamışlar. 2018-ci ilin təxminən iyul ayında Xalid Binə qəsəbəsindəki filiala getdiyindən onunla birgə işləməyə Şahid4 göndərilmişdir. Həmin vaxta qədər Tukayı tanımamışdır. Tukay da mağazadakı mallara görə onun kimi maddi məsuliyyət daşımışdır. Göstərişə əsasən, avqust ayından etibarən o və Tukay gündəlik işə gəlməyə başlamışlar. Belə ki, hər gün saat 9-da işə gəlib saat 18 radələrində mağazanı bağlayıb getmişlər. Mağazada hər gün demək olar ki, təxminən 10-15 min, bəzən isə 20 min civarında siqaret satılmışdır. Satışdan əldə olunan pullar kassaya mədaxil edilmiş, günün sonunda isə şirkətin inkassatoru mağazaya gələrək satışdan əldə olunan pulları götürüb aparmışdır. Daxili qaydalara görə inkassator pulu apardıqdan sonra satış dayandırılmalı olmuşdur. O həm gün ərzində olan satışdan, həm də inkassator pulu apardıqdan sonra edilən satışdan əldə olunan pulları özü üçün götürmüşdür. Mədaxil etmədiyi pulları pulların saxlanıldığı siyirmənin yanında olan başqa yerdə gizlətmişdir. Bir müddətdən sonra Tukay Mərdəkan qəsəbəsindəki filiala işləməyə göndərilmiş və Samir adlı şəxs onunla birgə işləməyə başlamışdır. Samirlə işləyən vaxtda da o, yenə satış pullarından götürüb xərcləmişdir. Satışdan əldə olunan pullar mənimsənildiyinə görə gündəlik satış pulu da aşağı düşmüş, mağazada satmağa siqaret demək olar ki, azalmışdır. Buna görə də Tukayla görüşüb mağazada satış etməkdə köməklik göstərməsi üçün öz mağazalarından ona bir qədər siqaret verməsini xahiş etdikdə Tukay borc kimi ona 1.600 manat dəyərində siqaret vermişdir. Tapşırığı əsasında, Samir həmin siqaret qutularını Tukaydan alaraq mağazaya gətirmişdir. Həmin siqaretləri satıb pulundan təxminən 800 manatı Tukaya vermiş, qalanını isə kassaya mədaxil etmişdir. Gündəlik satış məbləğinin aşağı düşməsi artıq direktor Ələkbər Allahverdiyevi şübhələndirdiyi üçün yanvar ayının 28-də mağazaya gəlib malları yoxlayan zaman təxminən 54 min manat dəyərində çatışmazlıq aşkar etmişdir. Ələkbər Allahverdiyev bu barədə ondan soruşduqda isə əməlini etiraf edərək pulları götürüb xərclədiyini bildirmiş və bu barədə izahat yazmışdır. Daha sonra isə mağazada olan çatışmazlığın dəqiq müəyyən olunması üçün direktor tərəfindən audit yoxlaması təyin edilmiş və “ALOV-28” mağazasında satıcı fəaliyyətinə başladığı 15.12.2017-cü il tarixdən 28.01.2019-cu il tarixədək olan dövr ərzində fəaliyyətinə dair audit yoxlaması aparılmışdır. Audit yoxlaması nəticəsində 15.12.2017-ci il tarixdən 28.01.2019-cu il tarixədək olan kompüter çıxarışlarına əsasən həmin QSC-nin tabeliyində olan anbardan 2.053212 manat 10 qəpik məbləğində mal buraxıldığı, tərəfindən qəbul edilən və satılan malın gündəlik kassa aparatına satış əməliyyatından 1.970193 manat 21 qəpik məbləğində mal vurulduğu, 28 yanvar 2019-cu il tarixə mağazada 28.709 manat məbləğində faktiki mal qalığı olduğu, beləliklə də, qeyd olunan dövr ərzində 54.309 manat 89 qəpik çatışmazlığın olduğu müəyyən edilmişdir. O bu barədə tərtib olunmuş akta imza etmişdir. Şirkətə verdiyi izahatda 54 min manat vəsaiti mənimsədiyini etiraf etsə də, daha sonra 54 min manat deyil, təxminən 35 min manat məbləğdə vəsaiti mənimsədiyini, qalan 19 min manat məbləğində vəsaitin isə səhv hesablandığını düşünmüşdür. “X11” QSC-də 15.12.2017-cü il tarixdən 28.01.2019-cu il tarixədək əmək müqaviləsi ilə işləmişdir. “ALOV-28” mağazasında malların təhvil-təslimini o həyata keçirmişdir. Şahid2, Şahid4 və Şahid3 onun mağazadan pul mənimsədiyindən xəbərləri olmamışdır. Xalid ilə birlikdə işlədiyi müddətdə mağazadan nə siqaret, nə də hər hansı məbləğdə pul götürməmişdir. Mağazanın açarı həm onda, həm də birgə işlədiyi digər şəxsdə olmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “X11” QSC-də baş mühasib vəzifəsində işləmişdir. X3 həmin QSC-nin direktoru vəzifəsində olmuşdur. “X11” QSC-nin “ALOV-28” mağazası 15.12.2017-ci il tarixdən Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərmiş, 28.01.2019-cu il tarixdə isə müvəqqəti olaraq fəaliyyəti dayandırılmışdır. Həmin mağazanın maliyyə-təsərrüfat fəaliyyətinə direktor kimi Ələkbər Allahverdiyev özü, baş mühasib kimi o və mağaza müdiri-satıcısı kimi isə Təqsirləndirilən şəxs cavabdehlik daşımışdır. Mağaza satıcısı Təqsirləndirilən şəxs QSC-nin 10 noyabr 2017-ci il tarixli 33\k saylı əmrinə əsasən ştat cədvəlinə uyğun olaraq aylıq əmək haqqı 200 manat olmaqla əmək müqaviləsi ilə ehtiyat satıcı vəzifəsinə işə qəbul edilmişdir. QSC-nin 18.12.2017-ci il tarixli 40\k saylı əmrinə əsasən Elsəvər əmək haqqı ştat cədvəlinə uyğun olaraq ehtiyat satıcı vəzifəsindən ünvan 3 ünvanında yerləşən “Alov-28” nömrəli mağazaya satıcı vəzifəsinə keçirilmiş və 26.12.2017-ci il tarixdə Elsevərlə tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanmışdır. Müqavilədə qeyd edilmişdir ki, Elsəvər inzibati idarə heyəti tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və müqavilədə göstərilən vəzifələrə əməl etməyə borcludur. Bununla da, Təqsirləndirilən şəxs 15.12.2017ci il tarixdən 28.01.2019-cu il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərmiş “ALOV-28” mağazasının satıcısı işləmişdir. 01.02.2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Vaxtaşırı olaraq tərəflərindən mağazada olan əmlakın audit yoxlaması aparılmışdır. 2019-cu ilin yanvar ayının axırlarından etibarən Elsevərin işlədiyi mağazada mal çatışmazlığından şübhələndikləri üçün həmin mağazada ilkin yoxlama aparmış və yoxlama zamanı mağazada təxminən 54 min manat dəyərində çatışmazlıq aşkar etmişlər. İlkin yoxlamanın nəticəsi olaraq Elsevərə cavabdehlik daşıdığı çatışmazlıqlarla bağlı suallar verdikdə sonuncu etiraf edərək təxminən həmin məbləğdə siqareti satıb pulunu kassaya mədaxil etmədiyini, pulları mənimsədiyini bildirmişdir. Belə olduqda o, mağazada olan çatışmazlığın dəqiqliklə müəyyən olunmasından ötrü audit yoxlaması təyin edilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 25.02.2014-cü il tarixli 080974 saylı Auditorlar Palatası tərəfindən AT-098 qeydiyyata alınmış lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru, Auditorlar Palatasının üzvü X8, Auditorlar Palatasının üzvü X7, baş mühasib kimi onun və mağaza müdiri-satıcısı Təqsirləndirilən şəxs iştirakı ilə Elsevərin “ALOV-28” mağazasında fəaliyyətə başladığı 15.12.2017-ci il tarixdən 28.01.2019-cu il tarixədək olan dövr ərzində fəaliyyətinə dair audit yoxlaması aparılmışdır. Audit yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Ələkbər Allahverdiyevin və Təqsirləndirilən şəxs imzaları ilə təsdiq edilmiş 15.12.2017-ci il tarixdən 28.01.2019-cu il tarixədək olan kompüter çıxarışlarına əsasən həmin QSC-nin tabeliyində olan anbardan 2.053212 manat 10 qəpik məbləğində mal buraxılmış və həmin malı Təqsirləndirilən şəxs qəbul etmişdir. Qeyd olunan dövrdə mal satışına dair Təqsirləndirilən şəxs tərəfindən gündəlik kassa aparatına vurulmuş satış əməliyyatları 1.970193 manat 21 qəpik məbləğində olmuşdur. “X11” QSC üzrə verilmiş 25.01.2019-cu il tarixli 01\i saylı əmrə uyğun olaraq “Alov-28” mağazasında komissiya vasitəsi ilə aparılmış yoxlamanın nəticəsinə dair tərtib edilmiş 28 yanvar 2019-cu il tarixli akta əsasən mağazada 28.709 manat məbləğində faktiki mal qalığı müəyyən edilmişdir. Həmin aktı Elsəvər Əliyev imza etmişdir. Beləliklə də, audit yoxlaması zamanı 15.12.2017-ci il tarixdən 28.01.2019-cu il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs tərəfindən alınmış 2.053212,1 manat malın məbləğindən kassaya təhvil verilmiş 1.970193,21 manat məbləğində satış pulunu və mağazada müəyyən olunmuş 28.709 manat faktiki mal qalığının məbləğini çıxdıqdan sonra Təqsirləndirilən şəxs maddi məsuliyyətində olmuş mallar üzrə 54.309 manat 89 qəpik çatışmazlıq aşkar olunmuşdur. Həmin mağazada Təqsirləndirilən şəxs başqa Şahid3 da satıcı kimi işləmiş, Samir 15.12.2018-ci il tarixdə, yəni Elsevərdən sonra işə qəbul edildiyindən maddi məsuliyyəti Təqsirləndirilən şəxs daşımışdır. Bununla belə, həm Samir və həm də Elsevər mağazadan satış edə bilmişlər. Mağazada aşkar olunmuş çatışmazlıqlarla bağlı Samirdən soruşduqda isə Samir özünün heç bir mal və pul mənimsəmədiyini bildirmişdir. Şahid3 əvvəl isə həmin mağazada satıcı kimi Şahid4 Müşviq oğlu işləmişdir. Tukay başqa mağazaya keçirilənə qədər həmin mağazadakı mallara görə Təqsirləndirilən şəxs ilə birlikdə cavabdehlik daşımışdır. Tukay başqa mağazaya keçməmişdən bir ay əvvəl tərəflərindən yoxlama aparılmış, lakin heç bir çatışmazlıq aşkar olunmamışdır. Təqsirləndirilən şəxs mağazada işlədiyi dövrdə malların qəbul edilməsi, saxlanılması, satılması və ödənişlərin şirkətin mərkəzi kassasına təhvil verilməsi işlərini görmüşdür. Lakin Elsəvərin mağazada olmadığı vaxtlarda işin ləngiməməsi üçün qeyd olunan hərəkətlərin icrasını mağazadakı digər satıcı həyata keçirmişdir. Odur ki, bəzi sənədlərdə digər satıcı Şahid4 imzaları olmuşdur. Buna baxmayaraq, Tukayın hərəkətlərindən Elsevər həmişə məlumatlı olmuş, məlum audit yoxlamasınadək mağazanın gündəlik fəaliyyətinin tərəflərindən təftişi zamanı Təqsirləndirilən şəxs mağazaya daxil olan və satılan malların hesabatını düzgün verdiyini müəyyən etmişlər. Mağazaya malları kimin qəbul etməsindən asılı olmayaraq, Təqsirləndirilən şəxs mağazadakı bütün mallara və kassaya ödənilən pul vəsaitlərinə nəzarəti özü etmişdir. Hətta Elsevər mağazaya təhvil aldığı malları mağazadakı kompüterdə 1C proqramına özü işləmişdir. Təqdim etdiyi sənədlərlə bağlı qeyd etmişdir ki, Şahid2 imzası olanlar mədaxil qəbzləri, Təqsirləndirilən şəxs imzası olanlar isə şirkət anbarından silinmə barədə qəbzlərdir, sənədlər paralel sənədlərdir, hər iki sənəd növü eyni malın yalnız bir dəfə təhvil verilməsini təsdiqləyir və eyni malın iki dəfə təhvil verilməsi, yaxud da eyni malların dəyərinin təkrar hesablanması kimi qəbul edilməməlidir. Mədaxil qəbzləri mağazaya mədaxil olunan malların həqiqi miqdarını əks etdirdiyindən hesablamalar zamanı məhz mədaxil qəbzləri əsas götürülməlidir. Lakin 29.12.2017-ci il, 10.03.2018-ci il, 27.03.2018-ci il, 29.03.2018-ci il, 31,03.2018-ci il, 24.04.2018-ci il, 26.04.2018-ci il, 30.06.2018-ci il, 24.07.2018-ci il tarixli mədaxil qəbzlərində səhvlər aşkar olunmuşdur. Bu səhvlər mağazaya faktiki təhvil verilən malların çeşidi və ya sayında aşkar olunmuş əksiklik və ya artıqlıq ilə əlaqədar olmuşdur. Şahid2 16.12.2017-ci il tarixdən 26.06.2018-ci il tarixədək, Şahid4 isə 28.06.2018-ci il tarixdən 14.12.2018-ci il tarixədək “Alov 28” mağazasında ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs ilə birlikdə satıcı kimi işləmişlər. Təqsirləndirilən şəxs mal qəbulu və pulun kassaya ödənilməsi vaxtlarında mağazada olmadığı zamanlar işin ləngiməməsi üçün istər Xalid, istərsə də Tukay malı mağazaya qəbul etmiş və pulları şirkətin kassasına təhvil vermişlər. Odur ki, mədaxil qəbzlərində və təqdim edilən pulların kassaya ödənişini təsdiqləyən sənədlərdə həmin şəxslərin adlarının Elsevər ilə birgə görünməsi yalnış anlaşılmamalıdır. Çünki Təqsirləndirilən şəxs həmin işçilərdən daha əvvəl “Alov-28” mağasında işləmiş və mağazada mal qəbulu, habelə pulların kassaya təhvil verilməsinə nəzarəti həyata keçirməyi tapşırdıqları məsul şəxs olmuşdur. Anbar silinməsinə dair qəbzlər isə mədaxil qəbzlərində ola biləcək hər hansı səhvlərdən, əsasən malların sayındakı fərqliliklərdən sığortalanmaq və malların sayımı zamanı tutuşdurmaq məqsədilə mal mağazaya çıxan zaman mədaxil qəbzi ilə birlikdə mağazaya göndərilmişdir. Lakin bir sıra hallarda anbar silinməsinə dair qəbzlər imzalanmamış, bəzi hallarda isə ofisə qaytarılmayaraq mağazada qalmışdır. Təqsirləndirilən şəxs malların mədaxilini mağazadakı 1C proqramına işləyən zaman həmin anbar silinməsinə dair qəbzlərdən istifadə etmiş və elə həmin vaxt da onları imzalayaraq mağazada saxlamışdır. Ayrılıqda hər bir hal üzrə bunların nəzərə alınmasını xahiş etmişdir: 1). 22.12.2017-ci il tarixli mədaxil qəbzi və 22.12.2017-ci il tarixli 2952 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda 2952 saylı anbar silinməsinə dair qəbzdə “West Compact” malının dəyəri (2-ci sırada) 18 manat olduğu halda, 20 manat qeyd olunmuşdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 2). 25.12.2017ci il tarixli mədaxil qəbzi və 25.12.2017-ci il tarixli 2981 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 3). 27.12.2017-ci il tarixli mədaxil qəbzi və 27.12.2017-ci il tarixli 3009 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda 3009 saylı anbar silinməsinə dair qəbzdə “Dirol qarpız təravəti”, “Dirol qarpızlı-qovunlu kokteyl”, “Dirol tropikal kokteyli”, “Dirol Fresh nanə”, “X15 nanə”, “Dirol White çiyələk çəmənliyi” - cəmi 6 (altı) adda malın hər birinin dəyəri (5-10 sıralarda) 12 manat olduğu halda, 18 manat qeyd olunmuşdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 4). 29.12.2017-ci il tarixli mədaxil qəbzi və 29.12.2017-ci il tarixli 3040 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində 1 blokunun qiyməti 12 manat olmaqla, 2 blok üçün cəmi 24 AZN məbləğində hesablanmış “NZ Gold Compact” adlı mal (sondan 3-cü sırada) faktiki mədaxil olunmamış, odur ki, mədaxil olunan malın faktiki dəyəri mədaxil qəbzindəkindən 24 manat əksik, yəni 461,50 AZN nəzərə alınmalıdır, anbar silinməsinə dair qəbzdəki məlumatlar düzgündür, yəni həqiqidir. 5). 02.01.2018-ci il tarixli mədaxil qəbzi və 02.01.2018-ci il tarixli 13 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda 13 saylı anbar silinməsinə dair qəbzdə “X9” adda malın dəyəri (3-cü sırada) 12 manat olduğu halda, 18 manat qeyd olunmuşdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 6). 06.01.2018-ci il tarixli mədaxil qəbzi və 06.01.2018-ci il tarixli 71 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda 71 saylı anbar silinməsinə dair qəbzdə “NZ 8 KS” adda malın dəyəri (3-cü sırada) 10 manat olduğu halda, 14 manat qeyd olunmuşdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 7). 09.01.2018-ci il tarixli mədaxil qəbzi və 09.01.2018-ci il tarixli 100 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda 100 saylı anbar silinməsinə dair qəbzdə “X20” adda malın cəmi dəyəri (2-ci sırada) 45 manat (1 bloku 15 AZN olmaqla, cəmi 3 blok) olduğu halda, 58 manat qeyd olunmuşdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 8). 01.02.2018-ci il tarixli mədaxil qəbzi və 01.02.2018-ci il tarixli 390 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 9). 03.02.2018-ci il tarixli mədaxil qəbzi və 03.02.2018-ci il tarixli 418 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda 418 saylı anbar silinməsinə dair qəbzdə “Portal Silver” adda malın cəmi dəyəri (16-cı sırada) 30 manat (1 bloku 10 AZN olmaqla, cəmi 3 blok) olduğu halda, 36 manat qeyd olunmuşdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 10). 08.02.2018-ci il tarixli mədaxil qəbzi və 08.02.2018-ci il tarixli 479 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda 479 saylı anbar silinməsinə dair qəbzdə “X16” adda malın cəmi dəyəri (2-ci sırada) 12 manat (1 bloku 10 AZN olmaqla, cəmi 1 blok) olduğu halda, 18 manat qeyd olunmuşdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 11). 27.02.2018-ci il tarixli mədaxil qəbzi və 27.02.2018-ci il tarixli 730 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 12). 01.03.2018-ci il tarixli mədaxil qəbzi və 01.03.2018-ci il tarixli 761 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 13). 08.03.2018-ci il tarixli mədaxil qəbzi və 08.03.2018-ci il tarixli 850 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 14). 10.03.2018-ci il tarixli mədaxil qəbzi və 10.03.2018-ci il tarixli 878 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində “Belıy Vollc 0.5 İt Etitekli 1*15” adlı malın cəmi dəyəri (8-ci sırada) 9,60 manat (1 ədədi 4,8 AZN olmaqla, cəmi 2 ədəd) olduğu halda, 4,5 manat qeyd olunmuşdur, odur ki, mədaxil olunan malın faktiki dəyəri mədaxil qəbzindəkindən 60 qəpik artıq, yəni 107,70 AZN nəzərə alınmalıdır, anbar silinməsinə dair qəbzdəki məlumatlar düzgündür, yəni həqiqidir. 15). 13.03.2018-ci il tarixli mədaxil qəbzi və 13.03.2018-ci il tarixli 910 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 16). 15.03.2018-ci il tarixli mədaxil qəbzi və 15.03.2018-ci il tarixli 939 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 17). 27.03.2018-ci il tarixli mədaxil qəbzi və 27.03.2018-ci il tarixli 1068 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda 1068 saylı anbar silinməsinə dair qəbzdə “X16” adda malın cəmi dəyəri (1-ci sırada) 12 manat (1 bloku 10 AZN olmaqla, cəmi 1 blok) olduğu halda, 18 manat qeyd olunmuşdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 18). 29.03.2018-ci il tarixli mədaxil qəbzi və 29.03.2018-ci il tarixli 1101 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 19). 31.03.2018-ci il tarixli mədaxil qəbzi və 31.03.2018-ci il tarixli 1126 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 20). 03.04.2018-ci il tarixli mədaxil qəbzi və 03.04.2018-ci il tarixli 1161 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 21). 05.04.2018-ci il tarixli mədaxil qəbzi və 05.04.2018-ci il tarixli 1195 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 22). 12.04.2018-ci il tarixli mədaxil qəbzi və 12.04.2018-ci il tarixli 1270 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 23). 14.04.2018-ci il tarixli mədaxil qəbzi və 14.04.2018-ci il tarixli 1299 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 24). 19.04.2018-ci il tarixli mədaxil qəbzi və 19.04.2018-ci il tarixli 1364 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda 1364 saylı anbar silinməsinə dair qəbzdə “Belıy Volk 0.5 İt Dekor 1*15” adlı malın cəmi dəyəri (18-ci sırada) 5,40 manat (cəmi 1 ədəd), “Belıy Volk 0.7 İt Dekor 1*12” adlı malın cəmi dəyəri (19ci sırada) 6,40 manat (cəmi 1 ədəd), “Belıy Volk 1 İt Dekor 1*9” adlı malın cəmi dəyəri (20ci sırada) 7,60 manat (cəmi 1 ədəd) olduğu halda, dəyərləri (19,40 AZN) qeyd olunmamışdır, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 25). 24.04.2018ci il tarixli mədaxil qəbzi və 24.04.2018-ci il tarixli 1428 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində “Winston KS Blue” adlı malın cəmi dəyəri (3-cü sırada) 46 manat (1 blokunun qiyməti 23 AZN olmaqla, cəmi 2 blok) olduğu halda, 28 manat (1 blokunun qiyməti 14 AZN olmaqla, cəmi 2 blok) qeyd olunmuşdur, odur ki, mədaxil olunan malın faktiki dəyəri mədaxil qəbzindəkindən 28,80 AZN artıq, yəni 175,60 AZN nəzərə alınmalıdır, anbar silinməsinə dair qəbzdəki məlumatlar düzgündür, yəni həqiqidir. 26). 26.04.2018-ci il tarixli mədaxil qəbzi və 26.04.2018-ci il tarixli 1456 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda proqram təminatının səhvi nəticəsində mədaxil qəbzində göstərilən malların ümumi dəyəri 182,70 AZN qeyd olunmalı olduğu halda, 168,70 AZN qeyd olunmuşdur və həmin səhvi onlar yeni aşkar etmişlər. Tərəflərindən təqdim edilmiş mədaxil qəbzində müvafiq düzəliş aparılmasını xahiş etmişlır. Digər tərəfdən, 1456 saylı anbar silinməsinə dair qəbzdə “LD Base Blue” və “LD Base Silver” adda malların hər birinin cəmi dəyəri (2-3-cü sıralarda) 24 manat (1 bloku 12 AZN olmaqla, hər birindən cəmi 2 blok) olduğu halda, 28 manat qeyd olunmuşdur. Mədaxil qəbzində yuxarıda qeyd olunan düzəliş edilməklə, məlumatlar düzgündür, yəni həqiqidir. 27). 28.04.2018-ci il tarixli mədaxil qəbzi və 28.04.2018-ci il tarixli 1487 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 28). 03.05.2018-ci il tarixli mədaxil qəbzi və 03.05.2018-ci il tarixli 1555 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 29). 05.05.2018-ci il tarixli mədaxil qəbzi və 05.05.2018-ci il tarixli 1586 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 30). 17.05.2018-ci il tarixli mədaxil qəbzi və 17.05.2018-ci il tarixli 1717 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 31). 31.05.2018-ci il tarixli mədaxil qəbzi və 31.05.2018-ci il tarixli 1896 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 32). 07.06.2018-ci il tarixli mədaxil qəbzi və 07.06.2018-ci il tarixli 1987 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 33). 09.06.2018-ci il tarixli mədaxil qəbzi və 09.06.2018-ci il tarixli 2016 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 34). 14.06.2018-ci il tarixli mədaxil qəbzi və 14.06.2018-ci il tarixli 2070 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 35). 19.06.2018-ci il tarixli mədaxil qəbzi və 19.06.2018-ci il tarixli 2117 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdur, mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 36). 21.06.2018-ci il tarixli mədaxil qəbzi və 21.06.2018-ci il tarixli 2139 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdu mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 37). 23.06.2018-ci il tarixli mədaxil qəbzi və 23.06.2018-ci il tarixli 2170 saylı anbı silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində heç bir səhvlik yoxdu mədaxil qəbzindəki məlumatlar düzgündür, yəni həqiqidir. 38). 30.06.2018-ci il tarixli mədaxil qəbzi və 30.06.2018-ci il tarixli 2244 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində “Coca-Cola 0,5 litr adlı malın cəmi dəyəri (8-ci sırada) 24,60 manat (1 ədədinin qiyməti 60 qəpik olmaqla, cəmi 41 ədəd) qeyd olunmalı olduğu halda (ilkin sifarişdəki 24 ədəd sonradan 17 ədəd də əlavə olunmaqla təhvil verilmişdir), 14,40 manat (1 ədədinin qiyməti 60 qəpik olmaqla, cəmi 24 ədəd) qeyd olunmuşdur, odur ki, mədaxil olunan malın faktiki dəyəri mədaxil qəbzindəkindən 10,20 AZN artıq, yəni 486,60 AZN nəzərə alınmalıdır (1C mühasibatlıq proqramlarında da məlumatlar 486,60 AZN-dir). Tərəflərindən təqdim edilmiş mədaxil qəbzində müvafiq düzəliş aparılmasını xahiş etmişlər. Digər tərəfdən, 2244 saylı anbar silinməsinə dair qəbzdə həmin sifarişə sonradan əlavə edilmiş 17 ədəd “Coca-Cola 0,5 lt” adlı malın cəmi dəyəri (14-cü sırada) 10,20 manat ( 1 ədədinin qiyməti 60 qəpik olmaqla, cəmi 17 ədəd) qeyd olunmalı olduğu halda 4,34 manat qeyd olunmuşdur, odur ki, anbardan silinən malın faktiki dəyəri 10,20 AZN artıq, yəni 486,60 AZN olması nəzərə alınmalıdır. Mədaxil qəbzində yuxarıda qeyd olunan düzəliş edilməklə, məlumatlar düzgündür, yəni həqiqidir. 39). 24.07.2018-ci il tarixli mədaxil qəbzi və 24.07.2018-ci il tarixli 2588 saylı anbar silinməsinə dair qəbz üzrə - bu halda mədaxil qəbzində “X18” adlı malın cəmi dəyəri (9-cu sırada) 1.250 manat (1 blokunun qiyməti 25 AZN olmaqla, cəmi 50 blok) olduğu halda, ümumi mədaxil məbləğinə əlavə edilməmişdir, eyni zamanda cəmi dəyəri 1.400 manat (1 blokunun qiyməti 28 AZN olmaqla, cəmi 50 blok) olan “Sobranie KSS Blue” adlı malın, cəmi dəyəri 700 manat (1 blokunun qiyməti 28 AZN olmaqla, cəmi 25 blok) olan “Sobrani KSS Black” adlı malın və cəmi dəyəri 20 manat (1 ədədinin qiyməti 1 AZN olmaqla, cəmi 20 ədəd) olan “Bizon 0,5 lt (1*12) Qırmızı” adlı mallar mağazaya təhvil verilməmiş və onların cəmi dəyərləri mədaxil qəbzinin ümumi məbləğindən çıxılmalıdır. Beləliklə, 24.07.2018-ci il tarixli mədaxil qəbzi üzrə “Alov № 28” mağazasına cəmi 34.449 manat məbləğində mallar verilmişdir. Odur ki, tərəflərindən təqdim edilmiş mədaxil qəbzində müvafiq düzəliş aparılmasını xahiş etmişlər. Anbar silinməsinə dair qəbzdəki məlumatlar düzgündür, yəni həqiqidir. Elsevərin malın qəbulu və kassadakı pulların mərkəzi kassaya təhvil verilməsi zamanı mağazada olmadığı bəzi vaxtlarda digər satıcı həmin hərəkətləri icra etmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs həmin satıcının hərəkətlərindən daim xəbərdar olmuş, nəzarət etmişdir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, 08.09.2018-ci ildə və 10.09.2018-ci il tarixdə 1876 saylı çeklər, 16.10.2018 və 17.10.2018 tarixlərdə 2915 saylı çeklər, 25.10.2018-də və 26.10.2018-də 3179 saylı, 27.10.2018 və 29.10.2018-ci ildə 3304 saylı, 03.11.2018-ci ildə və 05.11.2018-ci ildə isə 3520 saylı çeklər tərtib olunsa da, həmin çeklərdəki məbləğ fərqləri, əsasən, daha əvvəlki tarixdə olan çekdə qeyd olunan malların mağazada qəbulu zamanı bəzən əskiklik, bəzi hallarda isə artıq mal aşkar edilmişdir. Belə hallarda səhvlik aşkar edilmiş çeklərə düzəliş edilərək yenidən çek tərtib edilmişdir. Lakin aşkar edilmiş mal əskikliyinin baş ofisə xəbər verilməsi, həmin çekdə düzəliş edilməsi və yenidən çap edilməsi bəzən sonrakı gün, yaxud istirahət günü olan bazar gününə təsadüf etdikdə isə daha sonrakı günə, yəni iki gün sonraya yeni çek tərtib edilmişdir. Lakin əvvəlki tarixdə tərtib olunmuş səhv çeklərin kağız üzərindəki versiyası ləğv olunaraq, qovluqdan çıxarılmamış və nəticədə, digər sənədlər ilə birlikdə təqdim olunmuşdur. Ayrılıqda hər bir hal üzrə bunların nəzərə alınmasını xahiş etmişdir: 1). 08.09.2018-ci ildə və 10.09.2018-ci il tarixdə 1876 saylı çek üzrə - bu halda 08.09.2018-ci il tarixdə mal mədaxil olunabilmədiyinə görə, eyni mal 10.09.2018-ci il tarixdə mədaxil olunmuş, lakin 08.09.2018-ci il tarixli çekin kağız üzərindəki versiyası ləğv olunaraq, qovluqdan çıxarılmamış və nəticədə, digər sənədlər ilə birlikdə təqdim olunmuşdur. 2). 16.10.2018-ci ildə və 17.10.2018-ci il tarixdə 2915 saylı çek üzrə - bu halda 16.10.2018-ci il tarixdə mal mədaxil olunarkən qəbul olunan mallardan X19 və Classic Blue hər birindən 25 blok deyil, 50 blok təhvil verildiyinə görə, eyni çek 17.10.2018-ci il tarixdə düzəliş edilərək yenidən çap edilmişdir, lakin 16.10.2018-ci il tarixli çekin kağız üzərindəki versiyası ləğv olunaraq, qovluqdan çıxarılmamış və nəticədə, digər sənədlər ilə birlikdə təqdim olunmuşdur. 3). 25.10.2018-ci ildə və 26.10.2018-ci il tarixdə 3179 saylı çek üzrə - bu halda 25.10.2018-ci il tarixdə mal mədaxil oluna bilmədiyinə görə, eyni mal 26.10.2018-ci il tarixdə mədaxil olunmuş, lakin 25.10.2018-ci il tarixli çekin kağız üzərindəki versiyası ləğv olunaraq, qovluqdan çıxarılmamış və nəticədə, digər sənədlər ilə birlikdə təqdim olunmuşdur. 4). 27.10.2018-ci ildə və 29.10.2018-ci il tarixdə 3304 saylı çek üzrə - bu halda 27.10.2018-ci il tarixdə mal mədaxil olunarkən qəbul olunan mallardan Mac Com N/Blue markalı mal ümumiyyətlə olmamış və King N/Silver markalı mal isə 15 blok deyil, 5 blok təhvil verildiyinə görə, eyni çek 29.10.2018-ci il tarixdə düzəliş edilərək yenidən çap edilmişdir, lakin 27.10.2018-ci il tarixli çekin kağız üzərindəki versiyası ləğv olunaraq, qovluqdan çıxarılmamış və nəticədə, digər sənədlər ilə birlikdə təqdim olunmuşdur. 5). 03.11.2018-ci ildə və 05.11.2018-ci il tarixdə 3520 saylı çek üzrə - bu halda 03.11.2018-ci il tarixdə mal mədaxil olunarkən qəbul olunan mallardan Manchester N/Red 25 blok əvəzinə, Manchester N/Black (BL) 50 blok təhvil verildiyinə görə, eyni çek 05.11.2018-ci il tarixdə düzəliş edilərək yenidən çap edilmişdir, lakin 03.11.2018-ci il tarixli çekin kağız üzərindəki versiyası ləğv olunaraq, qovluqdan çıxarılmamış və nəticədə digər sənədlər ilə birlikdə təqdim olunmuşdur. Şahid2, Şahid4 və Şahid3 bütün hərəkətlərindən Elsevərin xəbəri olmuş və onlara nəzarət etmişdir. Elsevərlə söhbət zamanı ona QSC-də işlədiyi dövrdə təxminən 35.000 manat mənimsədiyini demişdir. Audit yoxlaması nəticəsində 54.000 manat çatışmazlıq aşkar olunmuşdur. Mağazadakı malların təhvil-təslimi ilə bağlı maddi məsuliyyəti Elsevər daşımışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayının əvvəllərində “X11” QSC-də satıcı köməkçisi kimi işə qəbul olunub stajor kimi işləyib satıcılıq işini öyrənməyə çalışmışdır. “X11” QSC-nin direktoru X3 olmuşdur. İlk olaraq Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki filialda işləməyə başlamış, sonra isə 2018-ci ilin dekabr ayının 15-də direktor Ələkbər Allahverdiyevin göstərişi ilə “X11” QSC-nin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “ALOV-28” mağazasına satıcı köməkçisi kimi göndərilmişdir. Həmin vaxt direktor Ələkbər Allahverdiyev ona həmin mağazada Elsevər adlı şəxsin xeyli müddətdir ki, satıcı kimi işlədiyini, təcrübəli olduğunu və sonuncudan köməkçisi kimi təcrübə qazanmağını tövsiyə etmişdir. Həmin mağazadakı mallara Elsevər cavabdehlik daşımış, satıcı köməkçisinin heç bir cavabdehliyi olmamışdır. Elsevərin Tukay adlı köməkçisi də olmuş, lakin Tukay yaşayış evi Mərdəkanda olduğundan və həmin Mərdəkandakı mağazada işləməyi xahiş etdiyindən yeri dəyişdirilmiş, əvəzinə Buzovna qəsəbəsindəki mağazaya göndərilmişdir. “ALOV-28” mağazası müxtəlif markalı siqaretlərin topdan satışı ilə məşğul olmuşdur. Mağazada olan mallara onun hər hansı aidiyyatı olmadığından və maddi cavabdehliyi Elsevər daşıdığından mağazada işləməyə başladıqda hər hansı təhvil-təslim işi aparmamışdır. Gələn müştərilərdən alınan pullar Elsevərə verilmiş, Elsevər də pulları kassaya mədaxil etmişdir. Gün ərzində təxminən 5-10 min manat siqaret satışı həyata keçirilmişdir. 21 və ya 22 dekabr 2018-ci il tarixdə şirkətin auditi Xaqani adlı şəxs mağazaya gələrək malları yoxlamış, lakin hər hansı çatışmazlıq aşkar olunmamışdır. Bundan sonrakı günlərdə mağazaya gələn müştərilər hər hansı markada siqaret almaq istədiyini bildirdikdə həmin siqaretin olub-olmadığını dəqiqləşdirməkdən ötrü kompüter proqramına baxıb mağazada olduğunu müəyyən etsələr də, sonda müəyyən olunmuşdur ki, həmin siqaretdən mağazada ümumiyyətlə qalmamışdır. Bu ziddiyyəti bir neçə dəfə aşkar etdikdə o, Elsevərdən bu barədə soruşduqda Elsevər bunu özünün tənzimlədiyini, onun belə işləri hələ bilmədiyini söyləmişdir. O da cavabdehlik Elsəvərdə olduğu üçün ona heçnə deməmişdir. Gün ərzində olan satış pulları hər gün təxminən saat 17 radələrində şirkətin inkassatoru tərəfindən gəlib aparılmış və pullar apardılqdan sonra mağazada satış dayandırılmalı olmuş, lakin əksinə Elsevər müştəri gələrsə, yenə satış edərək pulları kassaya qoymayıb özü ilə götürmüşdür. O bunun səbəbini Elsevərdən soruşduqda isə hər hansı bədbəxt hadisə olarsa, pulların mağazada qalmaması üçün belə etdiyini bildirmişdir. 2019-cu ilin yanvar ayının təxminən 24-25-də Elsevəri mağazada dilxor görüb səbəbini soruşduqda Elsevər “başıma oyun açmışam, bir qələt etmişəm” deyə cavab vermişdir. O, Elsəvərin dediklərini aydınlaşdırmağa çalışdıqda isə Elsevər mağazada xeyli çatışmazlığın olduğunu, pulları götürüb xərclədiyini bildirmişdir. O, Elsəvərdən Xaqaninin gəlib audit yoxlaması zamanı necə heçnəyi aşkara çıxarmadığını soruşduqda isə ona hesablama zamanı Xaqanini aldatdığını, Xaqani bilmədən hesabları öz xeyrinə yazdığını bildirmişdir. Bu söhbətdən 1-2 gün sonra direktor Ələkbər Allahverdiyev ona zəng edərək mağazada satışın nəyə görə aşağı düşdüyünü soruşduqda direktora vəziyyəti izah edərək gəlib yoxlamasını məsləhət görmüşdür. Bununla da Ələkbər Allahverdiyev özü mağazaya gəlib həyata keçirdiyi ilkin yoxlama zamanı təxminən 54 min manat məbləğində siqaretin əskik olduğunu müəyyən etmişdir. Həmin vaxt hətta Ələkbər Allahverdiyev çatışmazlıq barədə soruşduqda Elsevər Ələkbərdən təklikdə söhbət etmələrini xahiş etmiş, lakin söhbəti onun yanında etmişlər və söhbət zamanı Elsevər etiraf edərək 54 min manat məbləğində satış pullarını özünün xərclədiyini bildirmişdir. Həmin vaxt direktor X1 həmin pullardan mənimsəyib-mənimsəmədiyini soruşduqda isə Elsevər direktora pulları yalnız özünün mənimsədiyini bildirmişdir. Beləliklə, mağazaya audit yoxlaması təyin edilmiş, lakin daha sonra işə getmədiyindən yoxalmanın kim tərəfindən aparıldığını bilməmişdir. Sonrakı günlərdə isə Elsevər artıq etdiyi əməli inkar edərək mağazadan 54 min manat deyil, yalnız 30-35 min manat dəyərində pulu mənimsədiyini demişdir. Elsəvərdən pulları mənimsədiyi halda nəyə görə belə danışdığını soruşduqda son günlərdə boş vaxtı çox olduğundan oturub fikirləşdiyini, bu səbəbdən də 30-35 min manat məbləğində siqaret pulunu mənimsəməsi qənaətinə gəldiyini bildirmişdir. Elsevərin yanında stajor kimi çalışmış və maddi məsuliyyəti Elsevər daşımışdır. Onun işlədiyi dövrdə həmin mağazada ondan və Elsevərdən başqa heç kim işləməmişdir. Elsevərin pulları hansı səbəb görə mənimsəməsi və mənimsədikdən sonra hara xərcləməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsində göstərmişdir ki o, 2017-ci ilin təxminən iyun ayının 23-dən etibarən “X10” (BTM) QSC-də satıcı kimi işə qəbul olunmuşdur. “X10” (BTM) QSC-nin direktoru X3 olmuşdur. O, əvvəlcə Mərdəkan qəsəbəsindəki mağazada, daha sonra isə 2017-ci ilin dekabr ayının ortalarından Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «ALOV-28» mağazasında satıcı kimi işləməyə göndərilmişdir. Mağazada siqaret və az miqdarda müxtəlif içkilərin satışı həyata keçirilmişdir. Həmin mağaza yeni açılmış, mağazada o və Təqsirləndirilən şəxs işləməyə başlamışlar. İşləməyə başladıqları ilk gündən etibarən o və Elsevər növbə ilə işləmişlər. Yəni hər gün saat 8:00-dan 15:00-dək və ya 15:00-dan saat 22:00-dək işi bölüşdürmüşlər, bununla da, bir-birilərini əvəz etdikdə mağazada olan malları da saymaqla təhvil almışlar. 2018-ci ilin iyun ayının sonlarında isə o, Binə Atçılıq mərkəzindəki “Alov-30” mağazasına işləməyə göndərilmişdir. Sonradan bilmişdir ki, onun əvəzinə həmin mağazaya işləməyə Tukay göndərilmişdir. 29 yanvar 2019cu il tarixdə onun işlədiyi “Alov-30” mağazasında audit yoxlaması həyata keçirilmiş və həmin vaxt ona bildirilmişdir ki, Buzovna qəsəbəsində Elsevərin işlədiyi mağazada mənimsəmə faktı aşkar olunmuş, ona görə də onun işlədiyi mağaza da yoxlanılmışdır. Yoxlanma nəticəsində onun işlədiyi mağazada heç bir çatışmazlıq aşkar olunmamışdır. Ona həmçinin məlum olmuşdur ki, Elsevərin işlədiyi mağazada audit yoxlaması zamanı təxminən 54 min manat məbləğdə mənimsəmə aşkar olunmuşdur. O, Elsevər ilə birlikdə işlədiyi aylarda sonuncunun hər hansı məbləğdə pul və ya satışda olan mallardan mənimsəməsi hallarına rast gəlməmiş, Elsəvərin mağazadakı satış pullarından mənimsədiyini, özü ilə mağazadan çıxartdığını görməmişdir. Elsevər ilə birlikdə işlədiyi müddət ərzində onlar növbə ilə işə gəldiklərindən hər dəfə təhvil-təslim etmişlər, o və ya Elsəvər heç bir zaman hər hansı çatışmazlıqla rastlaşmamışlar. Eşitdiyinə görə, həmin mənimsəməni Elsevər törətmiş və bunu etiraf etmişdir. Təqsirləndirilən şəxs pulları nəyə görə mənimsəməsi və mənimsədikdən sonra həmin pulu hara xərcləməsi barədə məlumatı olmamışdır. Ona təqdim olumuş sənədlərdən onun imzası olanlar mədaxil qəbzləri, Təqsirləndirilən şəxs imzası olanları isə şirkət anbarından silinmə barədə qəbzlər olmuşdur. Sənədlər eyni paralel sənədlərdir, hər iki sənəd növü eyni malın yalnız bir dəfə təhvil verilməsini təsdiqləyir və eyni malın iki dəfə təhvil verilməsi, yaxud da eyni malın dəyərinin təkrar hesablanması kimi qəbul edilməməlidir. Həmin sənədlərdən mədaxil qəbzləri mağazaya mədaxil olunan malların həqiqi miqdarını əks etdirdiyindən hesablamalar zamanı məhz mədaxil qəbzləri əsas götürülməlidir. Birlikdə işlədikləri müddət ərzində isə həm o, həm də Təqsirləndirilən şəxs maddi məsuliyyət daşıdıqlarından, eləcə də hər növbəni təhvil-təslim edərkən malları saydıqlarından mədaxil sənədlərinə o və ya Elsevər imza etmişlər (cild 4, iş vərəqə 182-186). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 4, iş vərəqə 191-194). Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22 fevral 2019-cu il tarixli X4 görünür ki, audit yoxlaması zamanı 15.12.2017-ci il tarixdən 28.01.2019-cu il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs tərəfindən alınmış 2.053.212,1 manat malın məbləğindən kassaya təhvil verilmiş 1.970.193,21 manat məbləğində satış pulunu və mağazada müəyyən olunmuş 28.709 manat faktiki mal qalığının məbləğini çıxdıqdan sonra Təqsirləndirilən şəxs maddi məsuliyyətində olmuş mallar üzrə 54.309 manat 89 qəpik (2053212,1-1970193,21-28709,0) çatışmazlıq müəyyən olunmuşdur (cild 1, iş vərəqə 65- 68). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15668 saylı 5 iyul 2019-cu il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi 20 may 2019-cu il tarixli audit rəyi istintaq tərəfindən nəzərə alındıqda 15.12.2017-ci il tarixdən 28.01.2019-cu il tarixədək olan dövr ərzində Buzovna qəsəbəsində yerləşən “Alov-28” mağazası tərəfindən alınmış malların 2.052.454,90 manat məbləğindən kassaya təhvil verilmiş 1.794.091,16 manat məbləğində satış pulunu, 176.102,05 manat endirim məbləğini və mağazada müəyyən olunmuş 28.709 manat faktiki mal qalığının məbləğini çıxdıqdan sonra (2052454,90- 176102,05-28709,0) Buzovna qəsəbəsində yerləşən “Alov 28” mağazası üzrə 53.552,69 (əlli üç min beş yüz əlli iki manat 69 qəpik) manat məbləğində çatışmazlıq müəyyən olunur. Qeyd olunur ki, məhkəmənin ekspertiza təyini haqqında 13.06.2019-cu il tarixli qərarın təsviri əsaslandırıcı hissəsində ““X10” (BTM) QSC-nin direktoru Ələkbər Allahverdiyevin adına yazdığı 28.01.2019-cu il tarixli izahatında da Təqsirləndirilən şəxs bütün çatışmazlığı öz üzərinə götürməsi” göstərilmişdir. Bundan başqa qərardan göründüyü kimi “X10” (BTM) QSC-nin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Alov 28” mağazasında satıcı işləmiş Şahid4 və Şahid3 izahatlarında qeyd olunan mağazada aşkar olunmuş çatışmazlığa Təqsirləndirilən şəxs cavabdeh olduğunu, həmçinin sonuncunun mağazadan müxtəlif vaxtlarda pul vəsaitini mənimsədiyini etiraf etdiyini bildirmişdir. Beləliklə, qərarda göstərilən izahatların, eləcə də audit rəyinin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda, “X10” (BTM) QSC-nin Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Alov 28” mağazasında yaranmış 53.552,69 (əlli üç min beş yüz əlli iki manat 69 qəpik) manat məbləğində çatışmazlıq Təqsirləndirilən şəxs üzərinədir (cild 4, iş vərəqə 157-162). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 53.552,69 manat maddi ziyandan 10.000 manat ödəmişdir (cild 6). Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 5, iş vərəqə 33). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif etməklə yanaşı onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 4, iş vərəqə 233-234). Cinayət işinin materiallarında olan Xəzər rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 oktyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 5, iş vərəqə 25-31). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 oktyabr 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs “X10” QSC-nin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxs “X10” QSC-nin nümayəndəsinə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 250 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 250 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs “X10” QSC-nin nümayəndəsinə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar