Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1399/2022 27.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 29 mart 2022-ci il tarixdə Bakı şəhərində naməlum şəxsdən qanunsuz olaraq, satış məqsədilə külli miqdarda 2 (ki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 4,996 qram, ümumi təmiz çəkisi 5,131 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə-metamfetamini, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,228 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,045 qram, ümumi təmiz çəkisi 0,091 qram olan qəhvəyi rəngli maddələr kustar üsula hazırlanmış, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroini və bir ədəd ağ sellofan bükümdə olan təmiz çəkisi 2,567 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28C ünvanında yerləşən “Ağ Oil” X3rşısına gətirmiş, 01 aprel 2022-ci il tarixdə saat 02:10 dəqiqədə Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin ünvanda saxlanılaraq ünvan 3tai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ cibinin cırılmış hissəsindən bel tərəfinə keçmiş hissəsində, satış məqsədilə əldə edib saxladığı külli miqdarda 2 (ki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 4,996 qram, ümumi təmiz çəkisi 5,131 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə- metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,228 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 2 (iki) ədəd bükümlərdə ayı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,045 qram, ümumi təmiz çəkisi 0,091 qram olan qəhvəyi rəngli maddələr kustar üsula hazırlanmış, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin və bir ədəd ağ sellofan bükümdə olan təmiz çəkisi 2,567 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və üzərində psixotrop maddə olan metamfetaminin çəkisi müəyyən edilməmiş izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən, yəni, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Meqafan”-da “qəlyançı” işləyir. Əmək haqqı kimi gününə 30-40 manat qazanmışdır. Bir azyaşlı uşağı var, təxminən 2-3 ildir narkotik vasitə qəbul edir. Əvvəllər o, heroindən damara vurmaqla istifadə edirmiş. Sonradan isə onu dayandırmış və tiryəkdən isitifadə etməyə başlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olarkən online şəkildə tanış olduğu bir nəfər adını və digər anket məlumatlarını bilmədiyi şəxslə online əlaqə saxlamış, narkotik vasitə lazım olduğunu deyərək heroin, tiryək və marixuana lazım olduğunu demişdir. Həmin şəxslə razılaşdıqdan sonra narkotik vasitələri 120 manata alacağını bildirmişdir. Həmin şəxs narkotik vasitəni Novxanı yoluna qoyacağını və gedib həmin yerdən götürməyini bildirmişdir. Hazırda xatırlamadığı hesab nömrəsinə 120 manat pul göndərmiş və gedib deyilən yerdən narkotik vasitələri götürüb üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə işdən çıxıb evinə gedərkən gecə saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «AĞ Oil» X6 yanında olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək özünü şübhəli apardığı üçün narkotik vasitə istifadə edib etməməyini soruşmuşlar. O da yalan danışmağın heç bir əhəmiyyəti olmadığından üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunduqdan sonra üzərində olan əşyaları təqdim etməyini bildirmişlər. O, şalvarının cibindən 2 ədəd 5 manatlıq və bir ədəd 50 manatlıq pul əsginaslarından ibarət 60 manat pulu, şalvarın digər cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, gödəkçəsinin cibindən 2 ədəd sarı kağız parçasına bükülmüş bükümləri, bir ədəd ödəniş qəbzinə bükülmüş bükümü, bir ədəd rəngli kağıza bükülmüş bükümü, iki ədəd sellofan bağlamanı, bundan əlavə həmin gödəkçənin döş cibindən 3 ədəd bank kartlarını, bir ədəd ATB banka məxsus arvadı Sevinc Məmmədovanın adına olan və bir ədəd “Kapital bank” tərəfindən və «Azər Türk» Bank tərəfindən verilmiş bank kartlarını çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları həmin bükümləri açmağını bildirmişlər, bükümlər açılmış və içərisindəkilərin nə olmasını soruşduqda, o, həmin bükümlərin içərisində narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin vaxt onun üzərində tərəzi və metamfetamin olmamışdır. Onları ona üzərinə baxış keçirilməzdən əvvəl vermişlər və üzərində olan nə varsa təqdim etməyini bildirmişlər. Sorğu zamanı o, narkotik vasitələri iki gün əvvəl Bakı şəhərində «online» sifariş verdikdən sonra Novxanı yolundan gedib götürdüyünü və 120 manat ödəniş etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağını soruşanda, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını demişdir. Sonra polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Üzərindən aşkar edilmiş bağlamada olan maddələr zərfdə qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Onda nə tərəzi, nə də metamfetamin olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, hər gün narkotik vasitədən istifadə edir. O, bilmir nə üçün ondan şübhələnib ona yaxınlaşmışlar. O, narkotik vasitələri hər gün istifadə etdiyi üçün üzərində saxlayırmış. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Elan olunmuş cinayət işinin 28-30-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolda yazılan tərəzi və metamfetamin ona məxsus olmamışdır. Elan olunmuş cinayət işinin 62-63-cü vərəqələrində olan diskə baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təsdiq etmir, onda tərəzi və metamfetamin olmamışdır. Elan olunmuş ”Azərfon” MMC-dən daxil olmuş telefon danışıqlarına dair diskdə olan sms mətnlərinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkomandır, elan olunmuş SMS yazışmalırını ola bilsin ki, bir birinə narkotik vasitə lazım olanda danışmışlar. Hazırda həmin şəxsləri xatırlamır və onların heç bir anket məlumatlarını da bilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 36-38-ci vərəqələrində olan izahatında, 58-59 və 71-72-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olarkən online şəkildə tanış olduğu bir nəfər adını və heç bir anket məlumatlarını bilmədiyi şəxslə online əlaqə saxlamış, narkotik vasitə lazım olduğunu deyərək heroin, metamfetamin, tiryək və marixuana lazım olduğunu demişdir. Həmin şəxslə razılaşdıqdan sonra narkotik vasitələri 120 manata alacağını bildirmiş, sonuncu narkotik vasitəni Novxanı yoluna qoyacağım və gedib həmin yerdən götürməsini bildirmişdir. Odur ki, hazırda xatırlamadığı hesab nömrəsinə 120 manat pul göndərmiş, sonra gedib deyilən yerdən narkotik vasitələri götürüb üzərində saxlamışdır. Həmin narkotikdən heroin və metafetamindən istifadə etmiş, qalan hisssini də üzərində saxlamışdır. ...Polis əməkdaşları həmin bükümləri açmağını tələb etdikdə, həmin bükümlərin içərisində narkotik vasitə marixuana, “heroin”, tiryək, el arasında “patı” deyilən psixotrop maddə “metafetamin” və qurudulmuş marixuana olmasım bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, izahatı və ifadələrini oxumadan imza etmiş, onda tərəzi və metamfetamindən başqa digər narkotik vasitələr olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai RPİ-nin PPXB-də polis nəfəri işləyir. 01 aprel 2022-ci il tarixdə saat 02:10 radələrində Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə 6564 çağırışlı avtopatrul avtomobili ilə 4110 dislokasiya üzrə xidmət aparan zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28C ünvanında fəaliyyət göstərən «Ağ Oil» X3rşısında bir nəfər şəxsin yolun qaranlıq hissəsi ilə hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib qaranlıq yerdə nə işlə məşğul olduğunu soruşduqda, həmin şəxs müxtəlif bəhanələr gətirərək verdikləri suallara adekvat cavab vermədiyinə görə onlarda şübhə yaratdığından və eyni zamanda narkotik vasitələrin istifadəsində şübhəli oduğu üçün idarə etdikləri avtopatrul avtomobilinə əyləşdirib Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Xətai rayonu, N.Tusi küçəsi ev 26, mənzil 41 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində xidməti otaqlardan birində təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq həmin şəxsə hüquq və vəzifələri izah edidikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 02 ədəd 5 manatlıq və bir ədəd 50 manatlıq pul əsginaslarmdan ibarət 60 manat pul, həmin şalvarının digər cibindən bir ədəd «Samsung» markalı mobil telefon, gödəkçəsinin cibindən 2 ədəd adi sarı kağız parçasına bükülmüş bükümləri, bir ədəd ödəniş qəbzinə bükülmüş bükümü, bir ədəd rəngli kağıza bükülmüş bükümü, bir ədəd sellofan bağlamanı, bir ədəd elektrik tərəzini təqdim etmişdir. Bundan əlavə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin gödəkçəsinin digər cibindən bank kartları da aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin bank kartları da götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması soruşulduqda Təqsirləndirilən şəxs bükümlərdə narkotik vasitə heroin, metamfetamin, tiryək olduğunu, həmin maddələri tutulmamışdan 2 gün əvvəl online satışla məşğul olan bir nəfər şəxsdən 120 manat ödəniş edərək Novxanı yolunda yol kənarından götürdüyünü bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələr zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və bu barədə protokol tərtib olunmuş, protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq, təsir olmamışdır. Onlar təqsirləndirilən şəxsdən üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, səmimi etiraf edərək üzərində narkotik vasitə olduğunu bildirmişdir. Hadisəyə qədər təqsirləndirilən şəxsi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yaçın oğlunun ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, o, Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektorudur. 01 aprel 2022-ci il tarixdə polis şöbəsində xidmətdə olan zaman saat 02:10 radələrində Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1, post yoldaşı Şahid2 Yalçm oğlu ilə birlikdə 6564 çağırışlı avtopatrul avtomobili ilə 4110 dislokasiya üzrə xidmət aparan zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28C ünvanında fəaliyyət göstərən «Ağ Oil» X3rşısında bir nəfər şəxsin yolun qaranlıq hissəsi ilə hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyib qaranlıq yerdə nə işlə məşğul olduğunu soruşmuşlar. Həmin şəxs müxtəlif bəhanələr gətirərək polis nəfərlərinin verdiyi suallara adekvat cavab vermədiyinə görə onlarda şübhə yaratdığından və eyni zamanda narkotik vasitələrin istifadəsində şübhəli oduğu üçün idarə etdikləri avtopatrul avtomobilinə əyləşdirib Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1993-cü ildə Dəvəçi şəhərində anadan olmuş, ünvan 6 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində xidməti otaqlardan birində Bakı şəhəri, Xətai RPİnin 37-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün bir nəfər vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah edidikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl baş təhqiqatçı, polis mayoru X9 tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd 5 manatlıq və bir ədəd 50 manatlıq pul əskinaslarından ibarət 50 manat pul, həmin şalvarının qabaq sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən cırılmış hissəsindən bel tərəfinə keçmiş 2 ədəd adı sarı kağız parçasına bükülmüş bükümləri, bir ədəd ödəniş qəbzinə bükülmüş bükümü, bir ədəd rəngli kağıza bükülmüş bükümü, bir ədəd sellofan bağlamanı, bir ədəd elektrik tərəzini təqdim etmişdir. Bundan əlavə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin gödəkçəsinin sağ döş cibindən 3 ədəd bank kartları, bir ədəd Sevinc Məmmədovanın adma olan **********815958 nömrəli «ATB» bankına aid, bir ədəd «Kapital» Bank tərəfindən verilmiş Dəstəgül Rəhimovaya məxsus **********074649 nömrəli və bir ədəd «Azər Türk» Bank tərəfindən verilmiş Dəstəgül Rəhimovaya məxsus **********485340 nömrəli bank kartları olması aşkar edilmiş, baş təhqiqatçı tərəfindən həmin bank kartları da götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması soruşulduqda bildirmişdir ki, 2 ədəd adı sarı kağız parçasına bükülmüş bükümlərdə narkotik vasitə heroin və metamfetamin, bir ədəd ödəniş qəbzinə bükülmüş bükümdə narkotik vasitə heroin, bir ədəd rəngli kağıza bükülmüş ağ rəngli kristall halında bükümdə «patı» yəni psixotrop maddə olan metamfetamin və bir ədəd sellofan bağlamadakı ot şəklində olan kütlənin qurudulmuş mariuxana və bir ədəd şəffaf rəngli sellofanın içərisində qara rəngli maddə isə narkotik maddə tiryək olduğunu, həmin maddələri tutulmamışdan 2 gün əvvəl online satışla məşğul olan, hər-hansı bir anket məlumatlarım bilmədiyi bir nəfər şəxsdən 120 manat ödəniş edib Novxanı yolunda yol kənarından götürdüyünü, 01 aprel 2022-ci il tarixdə saat 02:10 radələrində Xətai rayonu, ünvan 7 ünvanında yerləşən «Ağ Oil» X6 yanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ümumi çəkisinin müəyyən edilməsi məqsədi ilə baş təhqiqatçı Rauf Məmmədov tərəfndən elektron tərəzi ilə çəkilən zaman həmin kütlələrdən 02 ədəd adi sarı kağıza bükülmüş bükümdəki tünd qəhvəyi spesifik iyə malik maddələrdən biri, 0,090 qram, digəri isə içərisində ağ rəngli kristal halında 0,148 qram, bir ədəd ödəniş qəbzinə bükülmüş bükümdəki tünd qəhvəyi rəngli spesifik iyə malik maddə 0,244 qram, bir ədəd rəngli kağıza bükülmüş ağ rəngli kristal halında olan maddə 4,469 qram və bir ədəd sellofan bükümdəki ot şəklində olan kütlə isə 2,739 qram və bir ədəd şəffaf rəngli sellofanın içərisində qara rəngli 0,817 qram çəkidə maddə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı götürülmüş kəskin iyli narkotik vasitəyə oxşar maddələr baş təhqiqatçı tərəfindən iştirakçılara nümayiş edilərək qablaşdırılaraq Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra bu barədə baş təhqiqatçı Rauf Məmmədov protokol tərtib etmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra baş təhqiqatçı tərəfindən toplanmış material istintaq hərəkətlərinin aparılması üçün Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmiş, keçirilmiş əməliyyataxtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə və narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin PPXB-nün polis nəfərləri Şahid1 və Şahid2 01 aprel 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat təxminən 02:10 radələrində Babək prospektində “Ağ Oil” yanacaqdoldurma məntəqəsinin yanında bir nəfər şəxsin qaranlıq yerdə durduğunu görüb ona yaxınlaşıb, orada nə işlə məşğul olduğunu soruşduqda, həmin şəxs verilən suallara adekvat cavab vermədiyinə və narkotik vasitə istifadəsindən şübhələndiklərinə görə həmin şəxsi Xətai RPİ-nin 37-ci PŞ-nə təhvil vermişlər. Cinayət işinin 28-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd 5 manatlıq və bir ədəd 50 manatlıq pul əsginaslarından ibarət 60 manat pulu, həmin şalvarının qabaq sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən cırılmış hissəsindən bel tərəfinə keçmiş 2 ədəd adi sarı kağız parçasına bükülmüş bükümlərdəki maddəni, bir ədəd ödəniş qəbzinə bükülmüş bükümün içərisindəki maddəni, bir ədəd rəngli kağıza bükülmüş bükümün içərisindəki maddəni, bir ədəd sellofan bağlamanı, bir ədəd elektrik tərəzini, bundan əlavə həmin gödəkçəsinin sağ döş cibindən 3 ədəd bank kartları, bir ədəd Sevinc Məmmədovanın adına olan **********815958 nömrəli «ATB» bankına aid, bir ədəd «Kapital» Bank tərəfindən verilmiş Dəstəgül Rəhimovaya məxsus **********074649 nömrəli və bir ədəd «Azər Türk» Bank tərəfindən verilmiş Dəstəgül Rəhimovaya məxsus **********485340 nömrəli bank kartlarını çıxarıb masanın üzərinə qoymuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş bükülülərin içərisində olan maddələrin ona məxsus olduğunu bildirərək, həmin maddələrin narkotik vasitə heroin, metamfetamin, ot şəklində maddə və tiryək olduğunu bildirərərk, həmin maddələri tutulmamışdan 2 gün əvvəl online satışla məşğul olan, hər hansı anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 120 manat ödəniş edib Novxanı yolunda yol kənarından götürdüyünü bildirmişdir. Bundan sonra həmin bükümlərin 2 ədəd adi sarı kağıza bükülmüş bükümdəki tünd qəhvəyi rəngli spesifik iyə malik maddə, içərisində ağ rəngli kristal halında olan maddə, bir ədəd ödəniş qəbzinə bükülmüş bükümdəki tünd qəhvəyi rəngli spesifik iyə malik maddə, bir ədəd rəngli kağıza bükülmüş ağ rəngli kristal halında olan maddə, bir ədəd sellofan bükümdəki ot şəklində olan kütlə və şəffaf rəngli sellofanın içərisində qara rəngli maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülülər zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı aparatla videoçəkiliş aparılmışdır. Cinayət işinin 44-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 6/1748 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ’’Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-153” dairəvi möhür əksləri olan; -üzərində ”Təqsirləndirilən şəxs üzərindən aşkar....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,045 qram, ümumi təmiz çəkisi 0,091 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 4,996 qram, ümumi təmiz çəkisi 5,131 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,228 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. -üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə təqdim edilmiş 1 (bir) ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqat aparılmamışdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş heroin və metamfetamin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün onların müqayisəli tədqiqatı aparılmamışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Cinayət işinin 49-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 7/311 №-li ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd ağ sellofan bükümdə olan təmiz çəkisi 2,567 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzidə narkotik tərkibli bitki hissəcikləri yoxdur. Cinayət işinin 62-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünü əks etdirən DVD-R diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd 5 manatlıq və bir ədəd 50 manatlıq pul əskinaslarından ibarət 60 manat pulu, həmin şalvarının qabaq sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən cırılmış hissəsindən bel tərəfinə keçmiş 2 ədəd adi sarı kağız parçasına bükülmüş bükümlərdəki maddəni, bir ədəd ödəniş qəbzinə bükülmüş bükümün içərisindəki maddəni, bir ədəd rəngli kağıza bükülmüş bükümün içərisindəki maddəni, bir ədəd sellofan bağlamanı, bir ədəd elektron tərəzini, bundan əlavə həmin gödəkçəsinin sağ döş cibindən 3 ədəd bank kartlarını çıxarıb masanın üzərinə qoymuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmiçdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən cırılmış hissəsinin bel tərəfindən aşkar edilmiş bükülülərin içərisində olan maddələrin ona məxsus olduğunu bildirərək həmin maddələri tutulmamışdan 2 gün əvvəl online satışla məşğul olan, hər hansı anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 120 manat ödəniş edib Novxanı yolunda yol kənarından götürdüyünü, 01 aprel 2022-ci il tarixdə saat 02:10 radələrində Xətai rayonu, Babək prospekti 28C ünvanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsini bildirmişdir. Həmin bükümlər açılaraq baxış keçirilmiş, elektron tərəzidə çəkiləri müəyyən edilmiş və bükülülər zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 89-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X1 03 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadıqları ünvan 2ında axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 aprel 2022-ci il tarixli axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ında axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X1 03 aprel 2022-ci il tarixli verdiyi qəbzdən görünür ki, sonuncu oğlu Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 60 manat pulu almışdır. Cinayət işinin 134-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X1 05 may 2022-ci il tarixli verdiyi qəbzdən görünür ki, sonuncu oğlu Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bank kartlarını və “Samsung” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 131-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş 22 aprel 2022-ci il tarixli, ***-**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 158-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş 16 iyun 2022-ci il tarixli, 105-28428- 1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğuldur. Cinayət işinin 139-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 may 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəng, sms məlumatlarına baxış keçirilən zaman, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda, müxtəlif şəxslərlə narkotik vasitələri satması barədə məlumatlar müəyyən edilmişdir. Məhkəmə iclasında cinayət işinin 138-ci vərəqəsinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə daxil olan və çıxan zəng, sms məlumatlarını özündə əks etdirən diskə baxış keçirilmiş və baxış zamanı aşağıdakı məzmunda sms mətnləri müəyyən edilmişdir: xx-xx-2022-ci ildə saat 07:01:16-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqa 20 manatim catmir rovnu ki vurum camahatin kartina temami goturum alinirsa 20 yola mene 20 yoxdusa yarsin yola axwam ya pulunu qaytararam yada 20 manata sene bir q kola vererem **********074649 kapital di alinsa yuklemey mene yazarsan bidene temami goturum axwam gel sene olan borcumu baqlayim normal”, xx-xx-2022-ci ildə saat 23:59:47-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** “Qardawim sen mene ne olar hindi 25 manat borca pul yolada sabah verecem gedim burdan cet goturum hindi sabahda alinsa kola getire bilsen getir”, xx-xx-2022-ci ildə saat 12:52:19-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Pervin100 manat duz qow6 kola verim”, xx-xx-2022-ci ildə saat 21:19:29-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqa gelmirsise men 15 20 deqeye kola gotururem isdesez 80m 3q yarim hel ederem”, xx-xx-2022-ci ildə saat 07:07:42-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Patinin hamsin goturdun cay icdiymiz stoldada aciq var idiye onuda baqlayib goturdunde onunla birge 3 dene bukum olmalidi”, xx-xx-2022-ci ildə saat 11:45:04-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Terezini birde patini gotur otaqa kec iwim varvseninle buna palit eleme”, xx-xx-2022-ci ildə saat 01:20:00-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqa 100 manata 5 q k alınar”, xx-xx-2022-ci ildə saat 02:11:47-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Sen mene hindi 3 q kola teşgil ede bilersen 20 m vererem qalaninida”, Həmçinin, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə aşağıdakı məzmunda sms mətnləri daxil olmuşdur; xx-xx-2022-ci ildə saat 12:35:15-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qaqa sən qadan alaram menem kamil tema olsa səndə qurban sənə sabaha mene vezyetden cixmaliq verersende sonra pulu nedi komeklik ederem”, xx-xx-2022-ci ildə saat 00:17:43-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Pasa agridan olurem pasa hecne yadimnan cixmir menim”, xx-xx-2022-ci ildə saat 01:40:31-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Pasa qesnen eliyirsen qaqa qesnen edirsense bidene onu bilki agridayiq sen agrida olanda sene qarsi bele olmadiq yadiva sal bizde olanda”, xx-xx-2022-ci ildə saat 02:17:52-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “pasa agridan olduy qaqa beyaqdan oluruy burda qaqa gondermiyesense dene gondermiyecem bele elemede qaqa yata bilmiriy allah haqqi”, xx-xx-2022-ci ildə saat 00:34:28-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Paşa sən mənə 20-25 dəyqə dedin saata bax qaqa 1 yarsidi , ümüd oldüm sənə tema götürmədim hec kimnən, dedim sən alindirassan xəbər yo”, xx-xx-2022-ci ildə saat 23:26:51-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Bi damci falqa getir bawina donerem”, xx-xx-2022-ci ildə saat 14:03:25-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Tez karti at. Yari pat + verdiyim set kola. Araz yaninda qoydur”, xx-xx-2022-ci ildə saat 15:16:27-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Terezivi de gotur. Pat ne var gotur camaata verek”, xx-xx-2022-ci ildə saat 15:54:51-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Pawa xaiw ellem mene biraz dawnan kolada verde yetim sencani daw bilem azdi bir balaca istirem yetim ozume cekmeye”, xx-xx-2022-ci ildə saat 05:00:30-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Qaqa gor ne deyirem 1 kelme dedin ki bu gun gontermirem isimi bilim camahata agiz acim 30 manat borca pul tapdim gedim tema goturum camahatin malini verim qalmisam pis vezziyet de sende acmirsan telfonu ac mene 1 soz deden isimi bilim de bir dene mene deqiq vaxt de hacan gonterirsen ?”, Cinayət işinin 173-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 16 iyun 2022-ci il tarixli cinayət təqibi üzrə ayrıca cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbənin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, onda ittihamda göstərilən narkotik vasitələr olmuş, ancaq, onda metamfetamin və tərəzi olmamış, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, ancaq istifadə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin qismən etirafını, həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə daxil olan və çıxan sms məlumatlarını, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in və metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar və tiryəkin 0,5 qramı şəxsi istehlak miqdarından artıq, 50 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 104-cü vərəqəsində olan şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı -xx.xx.2017-ci il təvəllüdlü X10 vardır. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 12 aprel 2022-ci il tarixli, 3064 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada mülaicədə olmayıb. Cinayət işinin 144-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 22 aprel 2022-ci il tarixli, xx/xx-6001 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020xx.xx.2020-ci il tarixdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur. xx.xx.2019-cu il tarixdən Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatdadır. Cinayət işinin 159-160-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 may 2022-ci il tarixli, 2307 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 01 aprel 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 17-ci vərəqəsində olan 01 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 83-86-cı vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2022-ci il tarixli 4(011)-152/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 aprel 2022ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və məhkəməkimyəvi ekspertizasından sonra qalıq qalmış 0,061 qram çəkdə narkotik maddə heroin, 5,031 qram çəkidə psixotrop maddə metamfetamin, 1,178 qram çəkidə narkotik maddə tiryək, 2,547 qram çəkidə narkotik maddə qurudulmuş mariuxana və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, 5213 6751 1181 5958 nömrəli, 5103 0714 9507 4649 nömrəli və 5213 6751 5148 5340 nömrəli bank kartlarının Təqsirləndirilən şəxs anası X2 qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və məhkəməkimyəvi ekspertizasından sonra qalıq qalmış 0,061 qram çəkdə narkotik maddə heroin, 5,031 qram çəkidə psixotrop maddə metamfetamin, 1,178 qram çəkidə narkotik maddə tiryək, 2,547 qram çəkidə narkotik maddə qurudulmuş mariuxana və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 01 ədəd elektron tərəzi məhv edilsin. 5213 6751 1181 5958 nömrəli, 5103 0714 9507 4649 nömrəli və 5213 6751 5148 5340 nömrəli bank kartlarının Təqsirləndirilən şəxs anası X5ma qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov Əsli ilə düzdür, hakim Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1399/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1399/2022
27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver